Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-334/2021 12.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X5, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllə, ev Q, mənzil 10-da qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 923B saylı bağ evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirib zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını və xüsusilə külli miqdarda əmlak hüquqlarını əldə etmək məqsədi ilə birlikdə işlədiyi və uzun müddət şəxsi münasibətlərinin olduğu Zərərçəkmiş şəxs özünü etibarlı yaxın adamı kimi göstərib, sonuncunun inamını qazandıqdan sonra sonuncunun öz vəsaiti hesabına aldığı, faktiki sahibliyi və istifadəsində olan, ümumilikdə xüsusilə külli miqdarda dəyərə malik daşınmaz əmlakları və məhdud məsuliyyətli cəmiyyətin təsis paylarını onun adına dövlət qeydiyyatına alınmasını xahiş etdikdə, Təqsirləndirilən şəxs əvvəlcədən özündə formalaşmış vahid cinayətkar niyyətdən çıxış edərək Zərərçəkmiş şəxs bu təkliflə razılaşdığını, yaxını kimi əmlakını ona güvənib etibar edə biləcəyini, gələcəkdə həmin əmlaklara dair hüquqları istənilən vaxt rəsmi şəkildə özünə qaytaracağını yalandan vəd etməklə Zərərçəkmiş şəxs şəxsi vəsaiti hesabına Şahid1 aldığı, həmin dövrdə bazar dəyəri 120.000 manat olub ünvan 1 ünvanında yerləşən, sahəsi 84,4 kv.m olan 329 saylı mənzil üzərində mülkiyyət hüququnu 29 mart 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 15 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində dövlət reyestrində öz adına qeydiyyata aldırıb bu barədə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əmlakın faktiki sahibi və istifadəçisi Zərərçəkmiş şəxs təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək özünə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 923B saylı bağ evini almaq istədiyini, bu məqsədlə 165.000 manat məbləğində pula ehtiyacının olduğunu bildirib ona köməklik ediləcəyi təqdirdə, həmin məbləği sonradan hissə-hissə qaytaracağına dair yalan vəd verib aldadaraq, bu adla 2017-ci ilin iyul ayında Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində Zərərçəkmiş şəxs 165.000 manat pul almışdır. Bir müddətdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vaxtı ilə şəxsi vəsaiti hesabına digər tanışı X11 adına aldığı, lakin Zərərçəkmiş şəxs faktiki sahibliyi və istifadəsində olan, həmin dövrdə bazar dəyəri 102.000 manat olub Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 91 ünvanında yerləşən, sahəsi 84,2 kv.m olan M 11, m 2 saylı mənzil və həmin dövrdə bazar dəyəri 178.000 manat olub ünvan 2 ünvanında yerləşən, sahəsi 398,5 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın alqı-satqı müqavilələri əsasında 11 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində dövlət reyestrində öz adına qeydiyyata aldırıb bu barədə müvafiq olaraq RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları əmlakların faktiki sahibi və istifadəçisi Zərərçəkmiş şəxs təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gələcəkdə ticarət obyekti kimi istifadə etmək məqsədi ilə şəxsi vəsaiti hesabına digər tanışı X7 ilə bərabər paylı mülkiyyət (1/2) hüququ əsasında aldığı, həmin dövrdə bazar dəyəri 180.000 manat olub ünvan 3 ünvanında yerləşən, sahəsi 115,3 kv.m olan 30 saylı mənzilin (yeni qaydalara əsasən ünvan: ünvan 4lkiyyət hüququnu daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 25 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində dövlət reyestrində arvadı X9 adına qeydiyyata aldırıb bu barədə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əmlakın faktiki sahibi və istifadəçisi Zərərçəkmiş şəxs təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəxsi vəsaiti hesabına aldığı həmin dövrdə bazar dəyəri 550.000 manat olub Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış binasının (yeraltı keçidin) 142,715 kv.m hissəsini («xxxx» MMC-nin nizamnamə kapitalının 5 faiz hissəsi) 25 may 2018-ci il tarixdə “payların alqı-satqı müqaviləsi” əsasında qardaşı X8 adına rəsmiləşdirib bu barədə 25 may 2018-ci il tarixli müqaviləni təsis paylarının faktiki sahibi və istifadəçisi Zərərçəkmiş şəxs təqdim etmiş, 2019-cu ilin may ayında Zərərçəkmiş şəxs faktiki özünün sahibliyi və istifadəsində olan həmin daşınmaz əmlakların dövlət reyestrində öz adına qeydiyyata alınmasını və MMC-dəki təsis paylarının öz adına rəsmiləşdirilməsini Təqsirləndirilən şəxs xahiş etdikdə, sonuncu əvvəlcədən yaranmış vahid cinayətkar niyyətini davam etdirərək vaxtı ilə Zərərçəkmiş şəxs təqdim etdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və MMC-nin nizamnamə paylarının alqı-satqısı müqaviləsinin əslilərini əldə etmək məqsədi ilə yalandan guya notarial qaydada müvafiq rəsmiləşdirmələrin aparılması üçün həmin sənədlərin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 24/A ünvanında yerləşən Bakı şəhəri 6 saylı notariat kontoruna təqdim etməsini Zərərçəkmiş şəxs bildirmiş, sonuncu bu təklifə əsasən 21 may 2019-cu il tarixdə RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları və 25 may 2018-ci il tarixli MMC-nin nizamnamə paylarının alqı-satqı müqaviləsini Bakı şəhəri 6 saylı notariat kontoruna təqdim etmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində həmin sənədləri notariat kontorundan götürdükdən sonra yalandan vəd etdiyi notarial qaydada müvafiq rəsmiləşdirmənin aparılmasından imtina etmiş və Zərərçəkmiş şəxs vaxtı ilə şəxsi vəsaiti hesabına onun qardaşı X8 adına aldığı «xxxx» MMC-nin nizamnamə kapitalının 5 faiz təsis payının qarşılığında həmin cəmiyyətin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış binasının 142,715 kv.m sahədən ibarət olan hissəsi üzərində mülkiyyət hüququnu 21 iyun 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında arvadı X9 adına rəsmiləşdirmişdir. Bununla da Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 165.000 (yüz altmış beş min) manat məbləğində külli miqdarda pul vəsaitini, sonuncunun faktiki sahibliyi və istifadəsində olan, ümumilikdə 1.130.000 (bir milyon yüz otuz min) manat dəyərində daşınmaz əmlaklar üzərində əmlak hüquqlarını əldə edib Zərərçəkmiş şəxs xüsusilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs cinayət mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qərarı ilə mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Məhkəmə istintaqı davam edən zaman zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 165.000 (yüz altmış beş min) manat pulun Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını, bu hissədə tutmanın Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 923B saylı fərdi yaşayış evinə yönəldilməsini, eləcə də ünvan 1, giriş 4 ünvanında yerləşən 329 saylı mənzil, ünvan 21 saylı mənzil, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsi və Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış binasının 142,715 kv.m hissəsi (“xxxx” MMC-nin 5% təsis payı) üzərində özünün mülkiyyət hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəmə istintaqı davam edən zaman həm Təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ayrı-ayrılıqda məhkəməyə müraciət edərək cinayət işi üzrə irəli sürülmüş mülki iddiaya dair barışıq əldə etdiklərini bildirmişlər və əldə edilmiş razılıqla bağlı 09 iyul 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş barışıq sazişini məhkəməyə təqdim etmişlər. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirib xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, cinayət işinin materiallarında olan sair sübutlarla aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, o, hərbi xidmətdən qayıtdıqdan sonra «xxxx» MMC-də avtomobil satışı meneceri, daha sonra həmin müəssisədə satış müdiri vəzifəsində işləmişdir. Sonra o, «Seat», «Audi-Volksvagen» şirkətlərində avtomobil satışı meneceri vəzifəsində işləmişdir. O, 25 yanvar 2016-cı il tarixdən Bakı Nəqliyyat Agentliyinin X2 X17 və təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, 2017-ci ilin yanvar ayından həmin ilin mart ayınadək Bakı Nəqliyyat Agentliyində baş məsləhətçi vəzifəsində, həmin ilin noyabr ayınadək Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. O, 2018-ci ilin yay aylarından etibarən X2 Mərkəzinin direktoru vəzifəsini müvvəqqəti olaraq icra etmişdir. O, 2018-ci ilin sentyabr ayında X2 Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. O, bir müddət həmin vəzifədə işləsə də, 30 aprel 2019-cu il tarixdə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. O, Zərərçəkmiş şəxs təxminən 2010-2011-ci ildən dostu Fəridə görə tanımışdır. Lakin onun Fuadla sıx münasibəti olmamışdır. Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 91 ünvanında yerləşən yaşayış binasının 11-ci mərtəbəsindəki mənzili, ünvan 9 ünvanında yerləşən bağ evini, ünvan 1 ünvanında yerləşən 329 nömrəli mənzili, ünvan 10 ünvanında yerləşən 30 nömrəli mənzili, Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanında yerləşən yeraltı keçiddəki ticarət obyektinin dəyərini ödəməsini bildirsə də, bu yalandır. Zərərçəkmiş şəxs qeyd edilən əmlaklara dair heç bir aidiyyəti olmamışdır. Həmin əmlaklar şəxsən onun özünə məxsusdur. Belə ki, o, 2017-ci ilin sonlarında tanışı Sayad Əliyevlə şəxsən danışıb sonuncuya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 91 ünvanında yerləşən mənzili 100.000 manata, ünvan 9 ünvanında yerləşən bağ evini təxminən 230.000-235.000 manata almışdır. O, ünvan 1 ünvanında yerləşən 329 nömrəli mənzili 2017-ci ilin aprel ayında 50.000 manata Bakı Nəqliyyat Agentliyində işləyən iş yoldaşı Şahid1 almışdır. O, ünvan 10 ünvanında yerləşən 30 nömrəli mənzili 2017-ci ilin dekabr ayında Kamilla Rəhimova ilə birlikdə şərikli şəkildə almışdır. O, qeyd edilən mənzili öz arvadı Aysel Rəsulovanın adına rəsmiləşdirmişdir. O, Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanında yerləşən yeraltı keçiddəki ticarət obyektini «xxxx» MMC-dən 2019-cu ilin iyun ayında öz arvadı Aysel Rəsulovanın adına almışdır. O, Aysel Rəsulovanın adına ticarət obyektini aldıqdan sonra həmin obyektdən gəlir kimi gələn icarə haqqını özü almışdır. O, Şüvəlan qəsəbəsində aldığı bağ evində yaşadığından həmin bağa dair sənədləri elə həmin bağda saxlamışdır. Lakin digər daşınmaz əmlaklara dair çıxarışları və başqa sənədləri o, öz xidməti iş otağında saxlamışdır. O, 2019-cu ilin əvvəllərində məzuniyyətə çıxdığından ona məxsus əmlaklara dair sənədlər onun iş otağından götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs ona qarşı cinayət törətmiş və bu cinayət sonuncunun onun barəsində yalan ifadə verməsində ifadə olunmuşdur. Ona qarşı irəli sürülmüş ittiham saxtadır. Qeyd edilən əmlakların Zərərçəkmiş şəxs heç bir aidiyyəti olmamışdır. İttihamın arxasında BNAnın rəhbəri durmuşdur. Belə ki, o, həmin şəxslə birlikdə işləmək istəməmiş və bu barədə, yəni işdən çıxmaq istəməsi barədə fikrini bildirdikdə, sonuncu buna qəti şəkildə etirazını bildirmişdir. Bundan sonra onların dostluq münasibətləri pisləşmişdir. Nəticədə də Zərərçəkmiş şəxs ona şər-böhtar atmış və şərləyərək tutdurmuşdur. O, ittihamla qətiyyən razı deyil. Daha sonra Təqsirləndirilən şəxs son sözlə məhkəmədə çıxış edərək onunla zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs arasında barışıq sazişinin bağlandığını bildirmiş və qeyd etdiklərinin nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını, eləcə də mülki iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi və mülki iddianı qəbul etməməsi ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında bu hissədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında təqsirləndirilən şəxsin öz ifadəsində göstərdiklərinin yalan olması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2013-2015-ci illərdə «xxxx» MMCdə inzibati şöbənin rəisi, daha sonra direktoru vəzifəsində işləmişdir. Həmin ərəfədə o, X14 tanımışdır. 2015-ci ilin dekabr ayında Bakı Nəqliyyat Agentliyi yaradılmışdır. O, 2016cı ilin əvvəllərində həmin X1 X6 təsərrüfat şöbəsinin müdiri, sonra isə Bakı Nəqliyyat Agentliyinin İnzibati-Təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmişdir. Təxminən 2015-ci ilin dekabr ayında o, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 91 ünvanında yerləşən, sahəsi 84,2 kv.m olan mənzili almaq istəmişdir. Lakin həmin vaxt onun ailə həyatında problemlər olduğundan və arvadı ilə münasibətləri pozulduğundan gələcəkdə onların boşanmaq ehtimalı olmuşdur. Ona görə də o, Sadıqcan küçəsində yerləşən mənzili öz adına qeydiyyata aldırmaq istəməmişdir. Həmin vaxt onun etibar etdiyi şəxs Sayad Əliyev olmuşdur. Buna görə də o, etibar etdiyi X15 müraciət edərək alacağı mənzili Sayadın adına rəsmiləşdirməyi xahiş etmişdir. Sayad da onun təklifinə etiraz etməmişdir. Bundan sonra 12 dekabr 2015-ci il tarixdə o, həmin mənzili MTK-dan 100.000 manata alıb Sayad Əliyevin adına rəsmiləşdirmişdir. 2017-ci ilin mart ayında o, ünvan 9 ünvanında yerləşən, sahəsi 398,5 kv.m olan bağ evini almaq qərarına gəlmişdir. Həmin bağ evini ona almağı Bakı Nəqliyyat Agentliyinin X2 Mərkəzinin direktoru müavini işləyən Təqsirləndirilən şəxs təklif etmişdir. Təqsirləndirilən şəxs ona həmin bağ evini ucuz alıb sonradan baha qiymətə sata biləcəyini demişdir. Onun Təqsirləndirilən şəxsla çox yaxşı münasibətləri olduğundan və sonuncuya çox etibar etdiyindən o, Anara inanmış və bağ evini almağa qərar vermişdir. Həmin vaxt bağ evi 105.000 manata satışa çıxarılmışdır. O, gedib həmin bağ evinə baxmış və bağ evini bəyəndiyindən almaq istəmişdir. O, bağ evinin alınması üçün Təqsirləndirilən şəxs iş yerində 105.000 manat pul vermiş və sonuncudan həmin bağ evini alıb onun tanışı Sayad Əliyevin adına rəsmiləşdirməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da onunla razılaşaraq həqiqətən də həmin bağ evini alıb onun xahişi ilə 16 mart 2017-ci ildə Sayad Əliyevin adına rəsmiləşdirmişdir. Bağ evi Sayad Əliyevin adına rəsmiləşdirildikdən sonra Təqsirləndirilən şəxs həmin bağ evinə dair çıxarışı da gətirib ona vermişdir. Təqsirləndirilən şəxs bağ evini almaqda ona kömək etdiyindən o, Anara buna görə “şirinlik” kimi 5.000 manat məbləğində pul vermişdir. Bundan sonra o, başqa bir mənzil də almaq qərarına gəlmişdir. Belə ki, Bakı Nəqliyyat Agentliyində baş məsləhətçi vəzifəsində işləyən Şahid1 özünə məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı, sahəsi 84,4 kv.m olan mənzilini satıb Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yeni inşa edilmiş binadan mənzil almaq istəmişdir. Şahid1 həmin mənzili 120.000 manata satmışdır. O da Rəvanə ilə danışıb evi almaq barədə razılıq vermişdir. O, bu mənzili də öz adına rəsmiləşdirmək istəməmişdir. Sayad Əliyevin adına artıq iki əmlak rəsmiləşdirildiyindən o, üçüncü əmlakı Sayadın adına almaq istəməmişdir. Təqsirləndirilən şəxs ona bağ evinin rəsmiləşdirilməsində kömək etdiyindən və o, Anara 5.000 manat məbləğində “şirinlik” verdiyindən, Anarla işləmək və alacağı yeni əmlakları Anarın adına rəsmiləşdirmək istəmişdir. Bu səbəbdən də o, yeni alacağı mənzili etibar etdiyi Təqsirləndirilən şəxs adına rəsmiləşdirmək istəmiş və bunu Təqsirləndirilən şəxs xahiş etmişdir. Anar da onunla razılaşıb heç bir problem olmadığını və özünə etibar edə biləcəyini, istədiyi vaxt əmlakı öz adından çıxarıb onun adına rəsmiləşdirəcəyini demişdir. Bundan sonra o, 29 mart 2017-ci il tarixdə iş otağında Şahid1 yanında Təqsirləndirilən şəxs 120.000 manat pul vermiş və Anardan Şahid1 ilə birlikdə notariusa gedib orada Rəvanə ilə alqı-satqı aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs da ondan 120.000 manat pulu alaraq Şahid1 ilə birlikdə notariusa getmiş və mənzilə dair alqı-satqı müqaviləsini bağlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı alıb ona təqdim etmişdir. Bir neçə aydan sonra, yəni 2017-ci ilin iyul ayında Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində evlərinin olduğunu və həmin evdə anası ilə birlikdə yaşadığını, amma özü üçün fərdi yaşayış evi almaq istədiyini, bunun üçün Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, «MirMövsum Ağa» ziyarətgahının yaxınlığında fərdi yaşayış evi tapdığını, həmin evin 185.000 manata satıldığını, özündə cəmi 20.000 manat pul olduğunu bildirmiş və həmin evin alınması üçün ondan borc pul istəmişdir. Təqsirləndirilən şəxs ondan alacağı pulu Yasamal rayonunda özünə məxsus evin sökülməsi nəticəsində veriləcək kompensasiya pulu hesabına qaytaracağını bildirmişdir. Həmin ərəfədə onun Təqsirləndirilən şəxs inamı və etibarı olduğundan, eləcə də dəyəri külli miqdar təşkil edən ona məxsus əmlaklar Təqsirləndirilən şəxs adında olduğundan o, Təqsirləndirilən şəxsla razılaşmış və Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində, “Rəssamlar Akademiyasının” yaxınlığında idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxsla görüşüb sonuncuya 165.000 manat pulu vermişdir. Təxminən 2017-ci ilin sentyabr ayında X22 xərçəng xəstəliyindən əziyyət çəkməyə başmışdır. Sayad Əliyev həm Azərbaycan Respublikasında, həm də İran İslam Respublikasında uzun müddət müalicə almışdır. Ona görə də bir gün Sayad Əliyev onunla görüşmüş və ona yaxın vaxtda öləcəyini bildirərək adında olan əmlakları öz adından çıxarmasını ondan xahiş etmişdir. O da Sayadın sözünə qulaq asaraq sonuncunun adına rəsmiləşdirilmiş iki əmlakı, yəni bir bağ evini və bir mənzili Sayadın adından çıxartmaq qərarına gəlmişdir. Yenə də onun ailəsində problemlər olduğundan o, Sayadın adında olan əmlakları öz adına rəsmiləşdirmək istəməmişdir. Ona görə də o, yenə Təqsirləndirilən şəxs müraciət edərək Sayadın adında olan bağ evinin və mənzilin Anarın adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bu dəfə də Təqsirləndirilən şəxs ona etiraz etməyərək Sayadın adında olan əmlakların öz adına rəsmiləşdirilməsinə razılıq vermişdir. 05 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs hər iki daşınmaz əmlakla bağlı notariusda alqı-satqı etmiş və 11 oktyabr 2017-ci il tarixdə dövlət reyestrindən öz adına RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışları əldə edib ona vermişdir. Bundan sonra 2017-ci ilin dekabr ayının əvvəllərində uzun müddət əvvəl tanıdığı və həmin vaxt «xxxx» ASC-də «Mərkəz» filialının direktoru işləyən X7 ona ünvan 10 ünvanında yerləşən dörd otaqdan ibarət 30 nömrəli mənzilin 400.000 manata satıldığını, həmin mənzilin yeni yaşayış binasının 1-ci mərtəbəsində yerləşdiyini və müvafiq icazə alınmaqla qapı açıldıqda qeyd edilən mənzilin ticarət obyektinə çevirməyin çox əlverişli olduğunu, belə olduğu halda mənzilin dəyərinin daha çox artacağını deyərək mənzili şərikli, yəni birgə pay şəklində almağı təklif etmişdir. O da Kamilla Rəhimovanı uzun müddət tanıdığından sonuncu ilə şərikli şəkildə mənzilin alınmasında problemin olmayacağını düşünmüş və Kamillanın bu təklifi ilə razılaşmışdır. Bu dəfə də o, həmin mənzilin Təqsirləndirilən şəxs adına qeydiyyata aldırmaq qərarına gəlmişdir. O, bu barədə Təqsirləndirilən şəxs təklif etdikdə sonuncu özünün dövlət işində işlədiyini, artıq adında iki əmlakın qeydiyyatda alındığını, əlavə əmlakın adına rəsmiləşdirilməsinin diqqət çəkəcəyini ona deyərək həmin mənzili öz arvadı Aysel Rəsulovanın adına rəsmiləşdirməyi təklif etmişdir. Onun Təqsirləndirilən şəxs inamı və etibarı tam olduğundan o, Anarın fikrinə etiraz etməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs 200.000 manat pul vermiş və sonuncunu Kamillla Rəhimova ilə əlaqələndirmişdir. Anar arvadı X19 ilə birlikdə “ASAN” xidmətə gedib orada Kamilla Rəhimovanın iştirakı ilə mənzilin Samir adlı sahibi ilə alqısatqı müqaviləsini bağlamışlar. Təqsirləndirilən şəxs 25 dekabr 2017-ci il tarixdə mənzilin 1\2 pay hissəsini dövlət reyestrində arvadı Aysel Rəsulovanın adına qeydiyyata aldırıb bu barədə RX seriyalı ******* nömrəli çıxarışı əldə edib ona təqdim etmişdir. Bundan bir müddət sonra, təxminən 2018-ci ilin may ayının sonunda onun tanışı Seymur bir müəssisənin Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanında yerləşən yeraltı keçiddəki ümumi sahəsi 2854,3 kv.m olan ticarət obyektləri olan «xxxx» MMC-nin səhmlərinin satıldığını, özünün də səhmlər almaq istədiyini ona deyib səhmlərin 5 faizini almağı ona təklif etmişdir. Həmin vaxt ticarət obyektlərindən istifadəyə görə icarə haqqı verildiyindən o, təklifin sərfəli olduğunu görüb MMC-nin nizamnamə kapitalının 5 faiz səhmini almaq qərarına gəlmişdir. Həmin vaxt cəmiyyətin direktoru Şahid5 adlı şəxs olmuşdur. O, Şahid5la bu barədə danışıq apardıqdan sonra cəmiyyətin 5 faiz səhmini 600.000 manata almaq barədə razılığını bildirmişdir. Sonuncular arasında bununla bağlı razılıq əldə edilmişdir. Bu dəfə də o, səhmləri öz adına qeydiyyata salmaq istəmədiyindən səhmlərin öz adına rəsmiləşdirilməsini Anardan xahiş etmişdir. Anar ona əvvəl dediyi kimi dövlət işində işlədiyini bildirib səhmləri bu dəfə qardaşı Rəşad Rəsulovun adına rəsmiləşdirməyi təklif etmişdir. O, Anarın bu təklifinə də etiraz etməmiş və buna görə də Təqsirləndirilən şəxs onun cəmiyyətdən aldığı 5 faiz səhm payını öz qardaşı Rəşad Rəsulovun adına rəsmiləşdirmişdir. Bundan sonra Rəşad Rəsulov hər ay obyektin icarəyə verilməsindən yığılan icarə haqqını, yəni 3.000-4.000 manat pulu alın Təqsirləndirilən şəxs vermiş, sonuncu da həmin pulu gətirib ona vermişdir. 2018-ci ilin avqust ayında Təqsirləndirilən şəxs artıq X2 Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. O, bir müddət direktor vəzifəsində işləsə də, sonradan işində nöqsanlara yol verdiyindən tutduğu vəzifədən azad edilmişdir. Təqsirləndirilən şəxs işdən çıxdıqdan sonra əvvəlcə onunla normal münasibət saxlamışdır. Lakin zaman keçdikcə onların münasibətləri pisləşməyə və soyumağa başlamışdır. O, münasibətlərin pisləşdiyini və soyuduğunu görüb Təqsirləndirilən şəxs sonuncunun, eləcə də sonuncunun arvadı və qardaşının adına rəsmiləşdirilmiş əmlaklarının geri qaytarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs da onun xahişinə etiraz etməmiş və ona sənədlərin, yəni əmlakların çıxarışlarının əslini Bakı şəhəri 6 saylı notariat kontorunda işləyən Tural adlı əməkdaşa verməyi təklif etmişdir. O da buna etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona Tural adlı şəxsin ***-***- **-** nömrəsini verib həmin nömrə ilə əlaqə saxlamağı bildirmişdir. Bir gün sonra, yəni 21 may 2019-cu il tarixdə o, Turala zəng edib Təqsirləndirilən şəxs tərəfindən sifariş edilmiş sənədlərin Turala çatmalı olduğunu bildirmişdir. Tural da bundan xəbəri olduğunu bildirib sənədləri gətirməyi təklif etmişdir. Bundan sonra o, daşınmaz əmlaklara dair çıxarışları və 25 may 2018-ci il tarixli MMC-nin nizamnamə kapitalındaki payların alqı-satqı müqaviləsini bir zərfin içərisinə qoyub sürücüsü Rəşad Verdiyevlə birlikdə Bakı şəhəri 6 saylı notariat kontoruna gedib sənədləri orada işləyən Turala şəxsən vermişdir. Danışığa görə Təqsirləndirilən şəxs həmin gün alqı-satqı üçün məhz həmin notariat kontoruna getməli və orada rəsmiləşdirmə aparmalı olmuşdur. O, Təqsirləndirilən şəxs təklifi ilə sənədləri notariat kontoruna apardıqda bir qədər narahat olub Təqsirləndirilən şəxs «Whatsapla» zəng edib sənədləri özünün tanıdığı notariusa aparmağı təklif etmişdir. Lakin Təqsirləndirilən şəxs buna etiraz edib onunla telefonda mübahisə etmiş və sənədləri 6 saylı notariat kontoruna aparmağı ondan tələb etmişdir O, sənədləri notariat kontoruna verdikdən təxminən 2-3 saat sonra Təqsirləndirilən şəxs ona zəng edib sənədləri notariusdan götürdüyünü və ona məxsus əmlakları qaytarmayacağını bildirib telefonu söndürmüşdür. Bundan sonra o, dəfələrlə Təqsirləndirilən şəxs öz əmlaklarını geri tələb etsə də, sonuncu onun tələblərinə məhəl qoymamış və onun daşınmaz əmlaklarını, o cümlədən MMC-nin nizamnamə kapitalında olan 5 faiz səhmi ona qaytarmamışdır. Bundan sonra onun Təqsirləndirilən şəxsla mübahisələri başlamışdır. O, Təqsirləndirilən şəxs daşınmaz əmlaklarına dair sənədləri tələb etsə də, Anar həmin əmlakların özünə aid olduğunu bildirərək həmin əmlakları qaytarmaqdan imtina etmişdir. Sonradan, yəni 2019cu ilin iyul ayında Şüvəlan qəsəbəsindəki onun bağ evinin divarına Təqsirləndirilən şəxs boya ilə telefon nömrəsini yazdırıb satışa çıxarmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs onun inamından və etibarından sui-istifadə edərək onun əmlaklarını öz adına rəsmiləşdirməklə ona qarşı dələduzluq cinayətini törətdiyini başa düşmüşdür. Daha sonra zərərçəkmiş şəxs və mülki iddiaçı, həmçinin bildirmişdir ki, onunla Təqsirləndirilən şəxs arasında barışıq sazişi bağlanmış və sözügedən barışıq sazişinə əsasən onların arasında barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini və tərəflər arasında əldə edilmiş razılığa əsasən mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 2017-ci ilin dekabr ayında Samir adlı şəxs ona ünvan 10 ünvanında yerləşən, sahəsi 115,3 kv.m olan dörd otaqlı 30 nömrəli mənzilin 400.000 manata satıldığını bildirmişdir. Mənzil yeni yaşayış binasının 1-ci mərtəbəsində yerləşdiyindən həmin mənzilin gələcəkdə ticarət obyekti kimi işlədilməsi əlverişli olmuşdur. Bu səbəbdən də o, həmin mənzili almaq qərarına gəlmişdir. Lakin mənzil 400.000 manata satıldığından və onun 400.000 manat məbləğində pulu olmadığından o, həmin mənzili təkbaşına almaq iqtidarında olmamışdır. Ona görə də o, köhnə tanışı Zərərçəkmiş şəxs müraciət edərək həmin mənzili şərikinə almağı sonuncuya təklif etmişdir. Fuad da onun təklifinə əsasən həmin mənzilə baxmış və bəyəndikdən sonra mənzili onunla şərikinə almağa razı olmuşdur. Onların razılığına əsasən mənzilin dəyərinin yarısını Fuad, yarısını da o, ödəməli olmuşdur. Mənzil də onların arasında bərabər şəkildə bölünməli olmuşdur. Lakin Fuad həmin vaxt ailəsində problemin olduğunu və bu səbəbdən də mənzili başqa adamın adına rəsmiləşdirəcəyini ona demişdir. Bundan sonra Zərərçəkmiş şəxs dostluq etdiyi Təqsirləndirilən şəxs adlı iş yoldaşına 200.000 manat pul verdiyini və həmin şəxsin onunla birlikdə “ASAN” xidmətə gedəcəyini, orada mənzilin alqı-satqısında Zərərçəkmiş şəxs adından iştirak edəcəyini bildirmişdir. O da Fuada etiraz etməmiş və həmin vaxt ilk dəfə gördüyü Təqsirləndirilən şəxsla birlikdə Fuadın dediyi kimi “ASAN” xidmətə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun əvvəllər tanımadığı arvadı Aysel Rəsulova ilə birlikdə “ASAN” xidmətə gəlmişdir. “ASAN” xidmətdə Təqsirləndirilən şəxs mənzilə dair alqı-satqı müqaviləsini öz adından deyil, arvadı Ayselin adından bağlanmasını təklif etmişdir. O, bunu eşitdikdə Fuada zəng edərək Anarın alqı-satqı müqaviləsini öz adından deyil, arvadı Ayselin adından bağlamaq istədiyi demişdir. Fuad da onun dediyi məsələdən xəbərdar olduğunu bildirmişdir. Bundan sonra mənzilin əvvəlki mülkiyyətçisi olan Samir adlı şəxslə onun və Anarın arvadı Ayselin arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən alıcı qismində bir tərəfdən o, ikinci tərəfdən Anarın arvadı Aysel çıxış etmişdir. Alqı-satqı müqaviləsi bağlandığı zaman elə “ASAN” xidmətdə o, özünə məxsus 200.000 manatı, Təqsirləndirilən şəxs da Fuadın verdiyi 200.000 manatı mənzilin sahibi Samirə vermişlər. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzilə dair çıxarış alınması üçün sənədlər Daşınmaz Əmlakın Dövlət Reystr Xitmətinə təqdim edilmiş və təxminən bir həftədən sonra mənzilə dair həm onun, həm də Aysel Rəsulovanın adına çıxarışlar verilmişdir. 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs ona zəng edərək aldıqları mənzili ticarət obyekti kimi işlətməyi təklif etmişdir. O, mənzilin Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyindən Təqsirləndirilən şəxs təklifini qəbul etməmiş və Fuada zəng edərək bu barədə məlumat vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs özünə məxsus mənzilin Təqsirləndirilən şəxs tərəfindən qaytarılmadığını, mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın arvadı Ayselin adına olmasından istifadə edərək mənzili qanunsuz şəkildə mənimsədiyini bildirmişdir. O, alqı-satqı müqaviləsi bağlananadək Təqsirləndirilən şəxs və Aysel Rəsulovanı tanımamışdır. Bundan başqa, o, Anarla heç vaxt heç bir mənzilə baxmamış, hər hansı mənzili şərikinə almaq barədə danışıq aparmamış, onların arasında bununla bağlı razılaşma olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 5 ildir ki, tanıyır. Onunla Fuad arasında dostluq münasibətləri olmuşdur. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Şüvəlan qəsəbəsindəki bağ evində bir dəfə görmüşdür. O, arvadı, dörd övladı, valideynləri, qardaşı və bibisi ilə birlikdə əvvəllər Qaraçuxur qəsəbəsində babasına məxsus fərdi yaşayış evində yaşamışdır. Lakin onun uşaqları böyüdükcə evdə darısqallıq yaranmış və bu səbəbdən də o, 2018-ci ilin əvvəllərində ailəsi ilə ayrıca mənzildə yaşamaq istəmişdir. Lakin onun maddi imkanı aşağı olduğundan mənzil ala bilməmişdir. Zərərçəkmiş şəxs bunu bildikdə, ona Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində iki otaqlı mənzilinin olduğunu, həmin mənzili bir il əvvəl 120.000 manata təmirli vəziyyətdə aldığını və təmirdən sonra mənzildə əlavə olaraq bir otaq düzəltdirdiyini bildirib həmin mənzili ona satmağı və mənzilin dəyərini hisss-hissə ödəməyi təklif etmişdir. Onların arasındaki razılaşmaya görə o, həmin mənzilə görə ilkin ödəniş kimi Zərərçəkmiş şəxs 30.000 manat pul verməli olmuşdur. Qalan pulu isə o, ayda 1.500 manatdan olmaqla, hissə-hissə Fuada ödəməli olmuşdur. Bu razılıq əldə edildikdən sonra o, 2018-ci İlin fevral ayında Zərərçəkmiş şəxs 30.000 manat pul ödəmiş və ailəsi ilə birlikdə həmin mənzilə köçüb yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs əvvəlcədən ona həmin mənzilin dövlət reyestrindən çıxarışın olduğunu, lakin həmin çıxarışın iş yoldaşı Təqsirləndirilən şəxs adına qeydiyyata alındığını demişdir. O, mənzilin pulunu tam şəkildə ödədikdən sonra mənzil onun adına keçməli imiş. Lakin 2019-cu ilin payızında Zərərçəkmiş şəxs özünə məxsus əmlakların Təqsirləndirilən şəxs tərəfindən ələ keçirildiyini və həmin əmlakları qaytarmadığını ona bildirmişdir. Fuad bunu dedikdə bu ona çox pis təsir etmişdir. Zərərçəkmiş şəxs ona, həmçinin dəfələrlə Təqsirləndirilən şəxs öz əmlaklarını tələb etdiyini, lakin sonuncunun ona əmlakları qaytarmaqdan imtina etdiyini bildirmişdir. X29rşı məhkəmədə iddia qaldıracağını və məhkəmə yolu ilə Anarın adında olan əmlakları geri qaytaracağını ona bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X22 onun əri olmuşdur. Sayad Əliyev 2015-ci ildən Bakı Nəqliyyat Agentliyində sürücü işləmişdir. Sayad 2017-ci ilin noyabr ayında xərçəng xəstəliyindən ölmüşdür. O, şəxsən Zərərçəkmiş şəxs tanımamışdır. Lakin o, əri Sayad Əliyevdən sonuncunun Zərərçəkmiş şəxsla iş yoldaşı olmasını və sonuncuların arasında yaxşı münasibətlərin olmasını eşitmişdir. Sayad Əliyev ölməmişdən bir müddət əvvəl ona Zərərçəkmiş şəxs özü üçün Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 91 ünvanında yerləşən mənzil və Şüvəlan qəsəbəsində yerləşən bağ evi aldığını, lakin həmin mənzili və bağ evini əri Sayad Əliyevin adına rəsmiləşdirdiyini bildirmişdir. Sayad Əliyev ağır xəstə olduğundan adına olan həmin mənzili və bağ evini Zərərçəkmiş şəxs öz adına rəsmiləşdirilməli olduğunu da ona bildirmişdir. Sayad Əliyev xəstəliyi ilə əlaqədar son vaxtlar evdən bayıra çıxa bilməmiş və evdə yataq şəraitində müalicə olunmuşdur. Həmin ərəfədə Sayad Əliyev xəstəliyi ilə əlaqədar ömrünün sonuna az qaldığını hiss etmiş və adına rəsmiləşdirilmiş əmlakların Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsini Fuaddan istəmişdir. Zərərçəkmiş şəxs da Sayadın təklifi ilə razılaşmış və qeyd edilən əmlakları öz yaxın adamının adına rəsmiləşdirəcəyini bildirmişdir. 2017-ci ilin oktyabr ayının əvvəllərində o, işdə olarkən əri Sayad Əliyev ona zəng edərək yaşadıqları evə notariusun gəldiyini, adına olan əmlaklara dair alqı-satqı üçün Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs etibarnamə verilməsi üçün onun da imzasının tələb olunduğunu bildirib notariat kontorunun əməkdaşlarının onun iş yerinə gələcəklərini və onun həmin sənədlərə imza etməli olduğunu bildirmişdir. Bundan sonra notariat kontorunun bir qız və bir oğlan əməkdaşı onun işlədiyi 315 saylı körpələr evinə gələrək orada bir neçə sənədi ona imzalatdırmışlar. Həmin vaxt notariat kontorunun əməkdaşları ilə birlikdə onun işlədiyi yerə Təqsirləndirilən şəxs da gəlmişdir. Təqsirləndirilən şəxs onun əri Sayad Əliyevi müalicə üçün İran İslam Respublikasına apardığından o, Təqsirləndirilən şəxs tanımışdır. O, sənədləri imzaladıqdan sonra həmin şəxslər çıxıb getmişlər. O, Sayad Əliyevin adına rəsmiləşdirilmiş mənzildə və bağ evində heç vaxt olmamışdır. Ümumiyyətlə onların həmin mənzili və bağ evini almağa pulları olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun mərhum atası X22 2015-ci ildən Bakı Nəqliyyat Agentliyində sürücü işləmişdir. O da 2016-cı ildən etibarən Bakı Nəqliyyat Agentliyinin X2 Mərkəzində mütəxəssis vəzifəsində işləməyə başlamışdır. Lakin bir müddət əvvəl o, həmin işdən ayrılmışdır. O, hazırda “xxxx” şirkətində mütəxəssis vəzifəsində işləyir. X30 Bakı Nəqliyyat Agentliyində işlədiyi dövrdə, yəni 2015-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs özü üçün Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 91 ünvanında yerləşən mənzili almış və həmin mənzili onun X30in adına rəsmiləşdirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs 2017-ci ilin mart ayında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində özünə bağ evi də almış və həmin bağ evini də onun atasının adına rəsmiləşdirmişdir. X31 2017-ci ilin sentyabr ayından etibarən xərçəng xəstəliyindən həm Azərbaycan Respublikasında, həm də İran İslam Respublikasında müalicə almışdır. Atası müalicə alsa da, müalicənin xeyri olmamış və bir müddət sonra atası yataq xəstəsi olmuşdur. Həmin ərəfədə X31 Zərərçəkmiş şəxs müraciət edərək adına rəsmiləşdirilmiş mənzilin və bağ evinin Zərərçəkmiş şəxs öz adına keçirilməsini sonuncudan xahiş etmişdir. Sayad Əliyev xəstə olduğundan Zərərçəkmiş şəxs atasının təklifi ilə razılaşaraq həmin əmlakları tanışı Təqsirləndirilən şəxs adına rəsmiləşdirəcəyini bildirmişdir. 2017-ci ilin oktyabr ayının əvvəllərində X31 həm mənzilin, həm də bağ evinin Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi üçün yaşadıqları evdə notariusun iştirakı ilə Təqsirləndirilən şəxs etibarnamə vermişdir. 08 noyabr 2017-ci il tarixdə atası xərçəng xəstəliyindən ölmüşdür. Atası öldükdən sonra qeyd edilən əmlaklar barəsində onun məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 2014-cü ildə «xxxx» MMC-də Kommersiya şöbəsinin müdiri vəzifəsində işləməyə başlamışdır. 2016-cı ilin aprel ayından 2018-ci ilin dekabr ayınadək isə o, həmin MMC-nin direktoru vəzifəsində işləmişdir. O, hazırda fərdi əməklə məşğul olur. «xxxx» MMC-nin əsas fəaliyyəti daşınmaz əmlakların icarəsinin təşkili ilə bağlı olmuşdur. Həmin dövrdə «xxxx» MMC-yə məxsus daşınmaz əmlaklardan biri də Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanında yerləşən yeraltı keçiddəki ticarət obyekti olmuşdur. Təxminən 2018-ci ilin may ayında «xxxx» MMC-nin təsisçiləri MMC-nin nizamnamə kapitalındaki paylarını satmaq qərarına gəlmişlər. Həmin vaxt MMC-nin balansında ancaq C.Cabbarlı meydanında yerləşən yeraltı keçiddəki ticarət obyekti olmuşdur. Səhv etmirsə 2018-ci ilin may ayının sonunda yaxud da həmin ilin iyun ayının əvvəllində «xxxx» MMC-nin təsisçiləri nizamnamə kapitalındaki paylarını, yəni səhmləri 13 nəfər ayrı-ayrı şəxslərə satmışlar. MMC-nin təsisçiləri öz paylarını kənar şəxslərə deyil, tanıdıqları şəxslərə satmaq istəmişlər. Belə ki, həmin şəxslər də orada şərik olacaqdılar deyə, istəmirdilər ki, kənar şəxslər MMC-nin səhmlərini alsınlar. MMC-nin səhmləri 13 nəfər şəxsə satıldıqdan sonra o, həmin şəxslərin qərarı ilə yenidən həmin müəssisədə direktor vəzifəsinə təyin edilmişdir. Həmin payçılardan biri də onun dostu Seymur olmuşdur. Onların arasında dostluq münasibətləri olmuşdur. Seymurun vasitəsi ilə üç və ya dörd nəfər MMC-nin səhmlərini almışlar. Seymurun tanışlarından biri MMC-nin nizamnamə kapitalındaki 5 faiz payı almışdır. Lakin həmin vaxt Seymur ona həmin 5 faiz payı dostunun alacağını və dostunun həmin payı başqa şəxsin adına rəsmiləşdirəcəyini demişdir. Lakin Seymur həmin payın əsl sahibi olan dostunun adını ona bildirməmişdir. O da öz növbəsində Seymurdan dostunun kim olduğunu soruşmamışdır. Bundan sonra MMC-nin səhmlərinin alqı-satqısı həyata keçirilmişdir. O, şəxsən alqı-satqı prosesinə nəzarət etmişdir. Səhmlərin 5 faiz payının satılması ilə əlaqədar notariat kontoruna Rəşad Rəsulov adlı şəxs gəlmişdir. Həmin pay Rəşad Rəsulovun adına rəsmiləşdirilmişdir. Alqı-satqı müqaviləsinə görə payın dəyəri Rəşad Rəsulov tərəfindən ödənilmişdir. O, 2018-ci ilin dekabr ayında öz ərizəsi ilə direktor vəzifəsindən azad edilmişdir. Lakin bundan sonra o, həmin MMC-də direktor müavini vəzifəsində işləməyə davam etmişdir. 2019-cu ilin iyun ayında MMC-nin təsisçiləri «xxxx» MMC-ni ləğv edərək cəmiyyətin balansında olan C.Cabbarlı meydanında yerləşən yeraltı keçiddəki ticarət obyektini təsisçilər arasında öz paylarına nisbətdə bölmək barədə razılığa gəlmişlər. 2019-cu ilin iyun ayında Rəşad Rəsulov qardaşı Təqsirləndirilən şəxsla birlikdə notariusa getmiş və Təqsirləndirilən şəxs təklifi ilə Rəşad Rəsulov həmin obyekti Təqsirləndirilən şəxs arvadı X9 adına sənədləşdirmişdir. Sonra Təqsirləndirilən şəxs arvadı Aysel Rəsulovadan etibarnamə alaraq 2019-cu ilin iyul ayından həmin ilin dekabr ayınadək icarə haqqını almağa başlamışdır. Sonra o, 5 faiz payla bağlı problemin yarandığını eşitmişdir. Lakin o, problemin təfərrüatlarını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 2014-cü ildən tanımışdır. O, Fuadla birlikdə kommunikasiya şirkətində işləmişdir. Zərərçəkmiş şəxs Bakı Nəqliyyat Agentliyində işə düzəldikdən sonra o, Fuadın köməkliyi ilə Bakı Nəqliyyat Agentliyinin X2 Mərkəzində işə düzəlmişdir. O, 2017-ci ilin dekabr ayından 2019-cu ilin noyabr ayınadək X2 Mərkəzində kommunikasiya işləri üzrə texnik vəzifəsində işləmişdir. Onun Zərərçəkmiş şəxsla yaxşı münasibətləri olduğundan Fuad həmişə ona kömək etmişdir. Zərərçəkmiş şəxs “xxxx” MMC-yə keçdikdən sonra onu da yanına işləməyə aparmışdır. O, Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən bağ evinə həftənin altı-bazar günləri gedib bağa nəzarət etmiş, bağ evində müəyyən təmirquraşdırma işləri görmüş, bağdakı şam ağaclarına qulluq etmişdir. Zərərçəkmiş şəxs həmin bağ evinin özünə məxsus olmasını ona demişdir. O da bağın Fuada məxsus olduğunu bilmişdir. Ona görə də Zərərçəkmiş şəxs həmin bağa baxmağı ondan xahiş etmişdir. Həmin bağ evi ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən ona heç bir tapşırıq verilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə 2005-ci ildə hərbi xidmətdə olmuşdur. Onların arasında dostluq münasibətləri yaranmış və hərbi xidmətdən təxris olunduqdan sonra da o, Təqsirləndirilən şəxsla dostluq münasibətlərini davam etdirmişdir. Onun qohumları “Nurgun Holdinq”də işlədiklərindən o, qohumlarına müraciət edərək dostu Anarın həmin şirkətdə işləməsini təklif etmişdir. Sonra o, bu barədə Anara demişdir. Anar da razılaşmış və həmin şirkətdə işləməyə başlamışdır. Anar ilkin olaraq avtomobil salonunda satış meneceri işləmişdir. 2017-ci ildə Təqsirləndirilən şəxs ona müraciət edərək bir nəfər şəxsin adına əmlak olduğunu, həmin şəxsin notariusa gedə bilmədiyini və buna görə də həmin şəxsin ona etibarnamə verəcəyini və etibarnamə əsasında da onun sonradan həmin şəxsə məxsus əmlakı başqa şəxsin adına keçirəcəyini bildirmişdir. O da Anara inandığından etiraz etməmiş və etibarnamənin verilməsi üçün öz şəxsiyyət vəsiqəsini Anara vermişdir. O, Anarla dost olduğundan Anardan etibarnamənin onun adına nəyə görə verildiyini və hansı əmlaka dair verildiyini sonuncudan soruşmamışdır. Bir neçə gün keçdikdən sonra Anar ona zəng edərək Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən notariat kontoruna gəlməsini ondan xahiş etmişdir. O da Anarın dediyi notariat kontoruna getmişdir. O, orada Anara yaxınlaşmış və nə etməli olduğunu soruşmuşdur. Anar da ona notariusda sənədləri imzalamağı bildirmişdir. O, Anardan ziyan gəlməyəcəyini bildiyi üçün Anarın dediyi bütün sənədləri oxumadan və baxmadan imzalamışdır. O, həmin vaxt adına verilmiş etibarnamə əsasında hansı əmlakın kimin adından kimə satıldığını bilməmişdir. İstintaq zamanı ona məlum olmuşdur ki, Sayad adlı şəxsə məxsus əmlak Sayadın ona verdiyi etibarnamə əsasında başqa şəxsin adına keçmişdir. Onun Anara etimadı böyük olduğundan o, Anarın imzalamaq üçün ona verdiyi bütün sənədləri imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, 2005-ci ildən etibarən Bakı şəhər 06 saylı notariat kontorunda kargüzar vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs təxminən 2008-2009-cu ildən tanımışdır. Xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq notariat kontoruna bir nəfər şəxsin sənədlər gətirəcəyini, özünün isə sonra notariat kontoruna gəlib həmin sənədlərdən istifadə edib adına olan daşınmaz əmlaklara dair alqı-satqı edəcəyini bildirmişdir. O da buna etiraz etməmişdir. Sonra həmin gün onun tanımadığı bir nəfər şəxs böyük bir zərfi notariat kontoruna gətirmişdir. Həmin zərf bağlı olduğundan o, zərfin içində hansı sənədlərin olduğunu bilməmişdir. Bundan təxminən 2-3 saat sonra Təqsirləndirilən şəxs özü notariat kontoruna gəlmiş və səbəbini bildirmədən heç bir sənədləşdirmə aparmayacağını bildirib zərfi götürərək çıxıb getmişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2016-cı ildən 2019-cu ilin avqust ayınadək Bakı Nəqliyyat Agentliyində işləmişdir. O, işlədiyi dövrdə iş yoldaşları kimi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımış və onun hər iki şəxslə münasibəti yaxşı olmuşdur. Təxminən 2013-cü ildə o, əri ilə birlikdə ünvan 1 ünvanında yerləşən yeni yaşayış binasının 4-cü giriş, 329 nömrəli, sahəsi 84,4 kv.m olan iki otaqlı mənzili almış və həmin mənzil MTK-nın arayışı ilə onun əri Vasif Abdullayevin adına rəsmiləşdirilmişdir. O, 2015-ci ildə ərindən boşandıqdan sonra qarşılıqlı razılaşma əsasında mənzil ona qalmış və buna görə mənzilə dair MTK tərəfindən onun adına arayış verilmişdir. O, həmin mənzili satmaq istəsə də, mənzilə dair çıxarış verilmədiyindən mənzilin dəyəri ucuz olmuşdur. Buna görə də o, çıxarış aldıqdan sonra mənzili öz dəyərinə uyğun şəkildə satmaq qərarına gəlmişdir. 2017-ci ilin fevral ayında o, mənzilə dair öz adına çıxarış əldə etmiş və bundan sonra mənzili 120.000 manata satışa çıxarmışdır. Mənzilin satılmasını həmin vaxt onun iş yoldaşı Zərərçəkmiş şəxs bilmiş və ondan mənzili almaq istədiyini bildirmişdir. Buna görə də təxminən 2017-ci ilin mart ayının sonunda iş yerində Zərərçəkmiş şəxs 120.000 manat pulu onun yanında dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs verib sonuncudan onunla birlikdə notariat kontoruna gedib Fuadın əvəzindən ona məxsus mənzilə dair alqı-satqı etməsini və mənzili öz adına qeydiyyata aldırmasını xahiş etmişdir. Buna görə də 29 mart 2017-ci il tarixdə o, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri 06 saylı notariat kontoruna getmiş və orada alqı-satqı müqaviləsinə, həmçinin alqı-satqı üçün lazım olan digər bank və rüsum qəbzlərinə imza etmişdir. Alqı-satqı olandan sonra o, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, ünvan 15 ünvana getmişdir. Orada Təqsirləndirilən şəxs mənzili satan şəxsə 95.000 manat, mənzili tapan maklerə isə 1.000 manat pul vermişdir. Sonra Təqsirləndirilən şəxs yerdə qalan 24.000 manat pulu ona vermişdir. Uzun müddətdən sonra o, Zərərçəkmiş şəxs satdığı mənzilin Təqsirləndirilən şəxs adında olması səbəbindən sonuncunun bundan istifadə edərək mənzilə dair hüquqları Zərərçəkmiş şəxs qaytarmaqdan imtina etdiyini və həmin mənzilin guya Təqsirləndirilən şəxs özünə məxsus olduğunu iddia etdiyini öyrənmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 sentyabr 2012-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətindən (cild 1, iş vərəqə 51) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə «xxxx» MMC-nin adına 22 sentyabr 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 dekabr 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən (cild 1, iş vərəqə 44) görünür ki, ünvan 21 saylı mənzil tam mülkiyyət hüququ üzrə X11 adına 23 dekabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən (cild 1, iş vərəqə 45) görünür ki, ünvan 16 ünvanında yerləşən bağ evi tam mülkiyyət hüququ üzrə X11 adına 16 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 mart 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı barədə müqavilənin surətindən (cild 1, iş vərəqə 36) görünür ki, 29 mart 2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda mülkiyyətçi Şahid1 ilə alıcı qismində iştirak edən Təqsirləndirilən şəxs arasında Bakı şəhəri, ünvan 17 ünvanında yerləşən, sahəsi 84,4 kv.m olan 329 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən (cild 1, iş vərəqə 10) görünür ki, ünvan 18 ünvanında yerləşən 329 saylı mənzil tam mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs adına 15 aprel 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 oktyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqısı barədə müqavilələrin surətlərindən (cild 2, iş vərəqə 114) görünür ki, 05 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 31 saylı notariat kontorunda mülkiyyətçi X11 əvəzindən sonuncunun 04 oktyabr 2017-ci il tarixdə vermiş olduğu 14954 reyestr nömrəli etibarnamə əsasında satıcı qismində iştirak edən Şahid8 ilə alıcı qismində iştirak edən Təqsirləndirilən şəxs arasında ünvan 21 saylı mənzilə və ünvan 16 ünvanında yerləşən bağ evinə dair alqı-satqı müqavilələri bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 oktyabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən (cild 1, iş vərəqə 11) görünür ki, ünvan 16 ünvanında yerləşən bağ evi tam mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs adına 11 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 oktyabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən (cild 1, iş vərəqə 12) görünür ki, ünvan 21 saylı mənzil tam mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs adına 11 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2017-ci il tarixli AZ-İ seriyalı 909912 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 218) görünür ki, X22 11 noyabr 2017-ci il tarixdə dəqiqləşdirilməmiş xroniki tubuinterstisial nefritdən ölmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı barədə müqavilənin surətindən (cild 2, iş vərəqə 112-113) görünür ki, 21 dekabr 2017-ci il tarixdə mülkiyyətçi X20 ilə müştərək alıcı qismində iştirak edən X7 və X19 arasında ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 dekabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən (cild 1, iş vərəqə 40) görünür ki, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzil hər birinə 1/2 hissə olmaqla, paylı mülkiyyət hüququ üzrə X7 və X9 adına 25 dekabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 may 2018-ci il tarixli “Nizamanmə paylarının alqı-satqısı” barədə müqavilənin surətindən (cild 1, iş vərəqə 52- 55) görünür ki, «xxxx» MMC-nin 100 faizlik təsis payının 5 faizinin 15.000 manata satılmasına dair müqavilə bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən (cild 1, iş vərəqə 56-58) görünür ki, həmin gün «xxxx» MMC-nin adından satıcı qismində iştirak edən X12 ilə alıcı qismində iştirak edən X19 (etibarnamə əsasında nümayəndəsi Təqsirləndirilən şəxs) arasında Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış binasının 30.000 manat dəyərləndirilən 5/1000 hissəsinə (142,715 kv.m) dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 sentyabr 2019-cu il tarixli çıxarışın surətindən (cild 1, iş vərəqə 59) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyriyaşayış binasının 142,715 kv.m hissəsi tam mülkiyyət hüququ üzrə 06 sentyabr 2019-cu il tarixdə X9 adına qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 oktyabr 2019-cu il tarixli iltizamdan (cild 1, iş vərəqə 16) görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən 329 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 91 ünvanında yerləşən, sahəsi 84,2 kv.m olan M 11, m 2 saylı mənzil, ünvan 9 ünvanında yerləşən bağ evi, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsi və Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış binasının 142,715 kv.m-dən ibarət olan hissəsinə («xxxx» MMC-nin 5 faiz təsis payı) dair sənədlərin əslilərini 21 oktyabr 2019-cu il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə təqdim etməsini öhdəsinə götürmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 dekabr 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 64) görünür ki, Təqsirləndirilən şəxs tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 dekabr 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 69) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 dekabr 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 91- 93) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 dekabr 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1149/2019 saylı qərarından (cild 1, iş vərəqə 109-111) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 05 dekabr 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin **********50 nömrəli cavab məktubundan (cild 1, iş vərəqə 156-157) görünür ki, ünvan 1, giriş 4 ünvanında yerləşən 329 saylı mənzil Şahid1 adına 04 mart 2017-ci il tarixdə ilkin qeydiyyata alınmış, mənzilin üzərində Təqsirləndirilən şəxs mülkiyyət hüququ 15 aprel 2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ş-96/216 saylı sahədə yerləşən 0,12 hektar torpaq sahəsi X4 adına 02 may 2008-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. 18 sentyabr 2015-ci il tarixdə həmin torpaq sahəsi onun üzərində tikilmiş evlə birlikdə dövlət reyestrində qeydiyyata alınaraq həmin sahəyə ünvan 16 ünvanı verilmişdir. Qeyd edilən ünvan 16 mart 2017-ci il tarixdə X11 mülkiyyətinə keçmiş, daha sonra həmin ünvan üzərində 11 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. «xxxx» MTK adına dövlət reyestrində qeydiyyata alınmış çoxmərtəbəli yaşayış binasının tərkibinə daxil olan ünvan 21 ünvanı 23 dekabr 2015-ci il tarixidə X11 adına qeydiyata almımış, həmin mənzil 11 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin **********53 nömrəli cavab məktubundan (cild 1, iş vərəqə 154-155) görünür ki, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzil 4Ə-04840 reyestr nömrəli 05 noyabr 2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir. 21 oktyabr 2017-ci il tarixli 4Ə-2090 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1/2 hissəsi X9 adına 25 dekabr 2017-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda sonuncunun mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 923B ünvanında yerləşən bağ evi 4Ə-143 reyestr nömrəli 10 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına 26 fevral 2018-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda sonuncunun mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən 2854,3 kv.m qeyri-yaşayış binası 4415 saylı 30 aprel 2012-ci il tarixli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinə əsasən «xxxx» MMC-nin adına qeydiyyatdan keçmiş, 4Ə-597 reyestr nömrəli 21 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binasının 142,715 kv.m-dən ibarət hissəsi X9 adına 05 sentyabr 2019-cu il tarixdə qeydiyyatdan keçmiş və hazırda sonuncunun mülkiyyətindədir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 dekabr 2019-cu il tarixli tələbnamədən (cild 1, iş vərəqə 153) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin **********44 nömrəli cavab məktubundan (cild 1, iş vərəqə 186) görünür ki, Bakı şəhəri, ünvan 17 ünvanında yerləşən 329 saylı mənzil, ünvan 16 ünvanında yerləşən bağ evi və ünvan 21 nömrəli mənzil hazırda Təqsirləndirilən şəxs mülkiyyətindədir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 dekabr 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-691/2019 saylı qərarından (cild 1, iş vərəqə 169-171) görünür ki, ünvan 23 ünvanında yerləşən 329 saylı mənzil, ünvan 9 ünvanında yerləşən bağ evi, ünvan 24 11, m 2 nömrəli mənzil, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin ½ hissəsi və Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış binasının 142,715 kv.m hissəsi, eləcə də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 923В saylı bağ evinin üzərinə həbs qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin **********51 nömrəli cavab məktubundan (cild 1, iş vərəqə 212) görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 5(005)-691/2019-cu saylı qərarı əsasında ünvan 23 ünvanında yerləşən 329 saylı mənzil, ünvan 9 ünvanında yerləşən bağ evi, ünvan 24 11, m 2 nömrəli mənzil, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin ½ hissəsi və Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış binasının 142,715 kv.m hissəsi, eləcə də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 923В saylı bağ evinin üzərinə həbs qoyulmuş və məhkəmə qərarı qeyd edilən hissədə icra edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 mart 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-387/2020 saylı qərarından (cild 2, iş vərəqə 52-59) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 3 ay müddətinə, yəni 05 iyul 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-775/2020 saylı qərarından (cild 2, iş vərəqə 190-192) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti daha 2 ay müddətinə, yəni 05 sentyabr 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyul 2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə rəydən (cild 2, iş vərəqə 210) görünür ki, 25 dekabr 2017-ci il tarixə ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin ½ hissəsinin bazar dəyəri 180.000 manat təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyul 2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə rəydən (cild 2, iş vərəqə 211) görünür ki, 25 dekabr 2017-ci il tarixə Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış binasının 142,715 kv.m hissəsinin bazar dəyəri 550.000 manat təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyul 2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə rəydən (cild 2, iş vərəqə 212) görünür ki, 25 dekabr 2017-ci il tarixə ünvan 23 ünvanında yerləşən 329 saylı mənzilin bazar dəyəri 120.000 manat təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyul 2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə rəydən (cild 2, iş vərəqə 213) görünür ki, 25 dekabr 2017-ci il tarixə ünvan 24 11, m 2 nömrəli mənzilin bazar dəyəri 102.000 manat təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyul 2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə rəydən (cild 2, iş vərəqə 214) görünür ki, 25 dekabr 2017-ci il tarixə ünvan 9 ünvanında yerləşən bağ evinin bazar dəyəri 178.000 manat təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 avqust 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 2, iş vərəqə 222-246) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə yeni məzmunda ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 1-3) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə yeni məzmunda ittihamın elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-974/2020 saylı qərarından (cild 3, iş vərəqə 21-28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti daha 1 ay müddətinə, yəni 05 oktyabr 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2021-ci il tarixli ərizədən (cild 4, iş vərəqə 57) görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş barışıq sazişindən (cild 4, iş vərəqə 58-60) görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və X19 arasında ünvan 1 ünvanında yerləşən 329 saylı mənzil, ünvan 21 saylı mənzil, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsi, Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış binasının 142,715 kv.m hissəsi (“xxxx” MMC-nin nizamnamə kapitalının 5 faiz təsis payı), 165.000 (yüz altmış beş min) manat pul və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 923B saylı fərdi yaşayış evi ilə bağlı razılıq əldə edilmiş, razılığa əsasən Təqsirləndirilən şəxs və X19 öz mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 329 saylı mənzili, ünvan 21 saylı mənzili, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evini, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsini, Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyriyaşayış sahəsinə 5 faiz pay hüququnun (142,715 kv.m sahədən ibarət) ½ hissəsini mülki iddiaçı və Zərərçəkmiş şəxs xeyrinə əvəzsiz qaydada özgəninkiləşdirilməsini öz öhdələrinə götürmüşlər. Eyni zamanda barışıq sazişinin tərəfləri 165.000 (yüz altmış beş min) manat pulu öz aralarında qarşılıqlı şəkildə əvəzləşdirmişlər və bunun əsasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs 165.000 (yüz altmış beş min) manat pulu təqsirləndirilən şəxsdən tələb etməkdən imtina etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçiləri ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçiləri vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmiş, eləcə də müxtəlif vəsatətlər vermişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçiləri vasitəsilə suallar vermişdir. Məhkəmə istintaqında araşdırılmış digər sübutlarla da bağlı təqsirləndirilən şəxs öz etirazını bildirmiş, həmin sübutları, o cümlədən irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirib xüsusilə külli miqdarda ziyan vurmaqla Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirib xüsusilə külli miqdarda ziyan vurmaqla Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, həmçinin cinayət işinin materiallarında olan çoxsaylı obyektiv sübutlar əsasında tam şəkildə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs cinayət hadisəsi baş verməmişdən əvvəl bir-birilərini tanımışlar, həmçinin bir müddət eyni müəssisədə işləmişlər, onların arasında kifayət qədər yaxın və etibarlı münasibətlər olmuşdur. Onların arasında yaxın və etibarlı münasibətlər olduğu ərəfədə Zərərçəkmiş şəxs Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən daşınmaz əmlaklar almaq istəmişdir. Lakin Zərərçəkmiş şəxs almaq istədiyi əmlakları öz adına rəsmiləşdirmək istəməmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs almaq istədiyi əmlakları həmin vaxt yaxın münasibətdə olub etibar etdiyi Təqsirləndirilən şəxs adına rəsmiləşdirmək istəmişdir. Zərərçəkmiş şəxs bununla bağlı fikrini Təqsirləndirilən şəxs bildirmiş və almaq istədiyi əmlakların Təqsirləndirilən şəxs adına qeydə alınmasını sonuncuya təklif etmişdir. Təqsirləndirilən şəxs da öz növbəsində Zərərçəkmiş şəxs qeyd edilən təklifi ilə razılaşmışdır. Başqa sözlə, Zərərçəkmiş şəxs əldə etmək istədiyi əmlakların öz adına deyil, məhz Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsinə dair onların arasında şifahi qaydada razılıq əldə olunmuşdur. Qeyd edilən hal cinayət işinin mübahisəsiz halını təşkil edir. Tərəflər arasında göstərilən məsələ ilə bağlı əldə edilmiş razılıq - Zərərçəkmiş şəxs almaq istədiyi əmlakları bəyənməsində, onun tərəfindən əmlaklar bəyənildiyi halda əmlakların dəyərinin özünün şəxsi vəsaiti hesabına ödənilməsində, Təqsirləndirilən şəxs həmin əmlakların alınmasında, yəni alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsində iştirak etməsində, Təqsirləndirilən şəxs bu prosesdə Zərərçəkmiş şəxs mənafelərini təmin etməsində, bağlanmış müqavilələr əsasında mülkiyyət hüququnu təsdiq edən çıxarışların Təqsirləndirilən şəxs tərəfindən inzibati orqandan alınıb Zərərçəkmiş şəxs təhvil verilməsində, eləcə də qeyd edilənlərlə bağlı xərclərin Zərərçəkmiş şəxs tərəfindən ödənilməsində ifadə olunmuşdur. Tərəflər arasında əldə edilmiş razılığın əsasını onların arasındaki yaxın və etibarlı münasibətlər təşkil etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs almaq istədiyi əmlakları etibar etdiyi tanışı Təqsirləndirilən şəxs adına qeydə alınmasının səbəbini həmin ərəfədə ailəsində olan problemlə, yəni nikahının pozulması və nikah pozulduğu halda əldə etdiyi əmlakların ərarvad arasında bölünməsi ehtimalı ilə əlaqələndirmişdir. Lakin zərərçəkmiş şəxs tərəfindən bu dəlillə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda qeyd edilən məsələ ilə bağlı cinayət işinin materiallarında da heç bir sübut yoxdur. Məhkəmə istintaqında bu məsələni aydınlaşdırmaq mümkün olmamışdır. Lakin qeyd edilən hal başqa sübutlarla da təqzib edilmədiyindən məhkəmə bu məsələ ilə bağlı zərərçəkmiş şəxsin irəli sürdüyü dəlili əsaslı sayır. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir əsas və hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs səmimi münasibətindən və etibarından istifadə edərək sonuncuya məxsus əmlaklara dair mülkiyyət hüququnu öz adına qeydə alınmasına nail olduqdan sonra həmin əmlakları ələ keçirmək arzusunda olmuşdur. Belə ki, qeyd edilənlərlə bağlı razılıq əldə edildikdən və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə məxsus əmlakları dələduzluq yolu ilə ələ keçirmək niyyəti yarandıqdan sonra Təqsirləndirilən şəxs 29 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 329 saylı mənzili Zərərçəkmiş şəxs şəxsi pulu hesabına almışdır. 15 aprel 2017-ci il tarixdə həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış əsasında Təqsirləndirilən şəxs qeyd edilən mənzilə dair mülkiyyət hüququnu reyestr orqanında qeydə aldırmışdır. Mənzilin dəyəri alqı-satqı zamanı faktiki olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilsə də, ödənilmiş pul vəsaitinin Zərərçəkmiş şəxs məxsus olması mübahisəsizdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək həmin mənzili şəxsi vəsaiti hesabına əldə etdiyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, eləcə də bu halı başqa dəlillərlə izah edə bilməmişdir. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs 329 saylı mənzilin alqı-satqısı prosesində “alıcı” qismində iştirak etsə də, əslində onun həmin mənzili almaq kimi məqsədi və niyyəti olmamışdır. O, qeyd edilən mənzili Zərərçəkmiş şəxs xahişi və sonuncunun şəxsi pulu hesabına almışdır. Təqsirləndirilən şəxs bu hissədə ittihamı mübahisələndirsə də, məhkəmə istintaqında onun həmin mənzili əldə etmək kimi məqsədi və niyyətinin olması müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs alqısatqı prosesində Zərərçəkmiş şəxs iradə ifadəsi əsasında hərəkət edib sonuncunun ona verdiyi pul vəsaiti hesabına həmin mənzili alması, daha sonra həmin mənzili öz adına qeydə aldırmasına müvəffəq olması tam şəkildə sübuta yetirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz etibarından sui-istifadə edərək özü üçün Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 923B saylı bağ evini almaq istədiyini bildirmiş və bu məqsədlə sonuncudan 165.000 manat məbləğində pulun verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 165.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs istəyərkən pulu qısa müddət ərzində geri qaytaracağı barədə sonuncuya vəd vermiş, sonuncu da bu vədə inanaraq, eləcə də aralarındaki etibarlı münasibətə əsaslanaraq 2017-ci ilin iyul ayında 165.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 165.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs aldıqdan sonra həmin pul və özünə məxsus 20.000 manat hesabına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 923B saylı bağ evini almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul aldıqdan sonra verdiyi vədə əməl etməmiş, sonuncu ondan həmin pulun qaytarılmasını tələb etdikdə, müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan açıq-aşkar imtina etmişdir. Qeyd edilən hal da cinayət işinin mübahisəsiz halını təşkil edir. Göstərilən hadisələrdən əvvəl Zərərçəkmiş şəxs özünə iki daşınmaz əmlak almışdır. Lakin o, həmin əmlakları da öz adına deyil, yaxın münasibətdə olduğu digər tanışı Sayad Əliyevin adına rəsmiləşdirmişdir. Lakin sonradan Sayad Əliyev ağır xəstəliyə tutulduğundan adına rəsmiləşdirilmiş əmlakları əsl sahibi Zərərçəkmiş şəxs adına keçirmək istəmiş və bu barədə öz təklifini Zərərçəkmiş şəxs bildirmişdir. Zərərçəkmiş şəxs da Sayad Əliyevlə razılaşaraq sonuncunun adında olan, lakin özünə məxsus əmlakları rəsmi qaydada Sayad Əliyevin adından çıxarmaq istəmişdir. Lakin Zərərçəkmiş şəxs həmin əmlakları da öz adına deyil, Təqsirləndirilən şəxs adına rəsmiləşdirmək istəmiş və bununla bağlı Təqsirləndirilən şəxs yenidən müraciət etmişdir. Təqsirləndirilən şəxs da öz növbəsində yenidən Zərərçəkmiş şəxsla razılaşaraq Sayad Əliyevin adında olan, əslində isə Zərərçəkmiş şəxs məxsus əmlakların öz adına rəsmiləşdirilməsinə dair razılığını vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sayad Əliyevin adından verilmiş etibarnamə əsasında sonuncunun adına qeydə alınmış ünvan 21 saylı mənzil və ünvan 2 ünvanında yerləşən bağ evinə dair alqı-satqı müqavilələrini bağlamış və qeyd edilən əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən çıxarışları almışdır. Təqsirləndirilən şəxs qeyd edilən daşınmaz əmlakların əldə edilməsi prosesində yenidən “alıcı” qismində çıxış etsə də, əslində onun həmin əmlakları almaq niyyəti və məqsədi olmamışdır. Belə ki, həmin əmlaklar daha əvvəl Zərərçəkmiş şəxs şəxsi pulu hesabına alındığından və formal cəhətdən Sayad Əliyevin adında olduğundan həmin əmlakların əsl sahibi elə Zərərçəkmiş şəxs özü olmuşdur. Məhkəmə istintaqında şahid qismində sərbəst şəkildə ifadə vermiş Sayad Əliyevin arvadı və oğlu açıq şəkildə bildirmişlər ki, onların qeyd edilən əmlakları almaq üçün heç vaxt pulları olmamış, həmin əmlaklar formal cəhətdən Sayad Əliyevin adına qeydə alınmış, Sayad Əliyev və onlar həmin əmlaklarla bağlı heç bir hərəkət etməmişlər, yəni ailəvi olaraq həmin əmlakların yerləşdiyi ünvanlara getməmişlər, eləcə də həmin əmlaklardan istifadə etməmişlər. Şahidlər bunun səbəbini həmin əmlakların əslində Zərərçəkmiş şəxs məxsus olması ilə izah etmişlər. Məhz bu səbəbdən də onlar hələ Sayad Əliyevin sağlığında notariat kontorunun səlahiyyətli şəxslərinə müvafiq ərizələr təqdim etməklə həmin əmlaklara dair əqdlərin bağlanmasına, yəni əmlakların Sayad Əliyevin adından başqa şəxsin/şəxslərin adına keçməsinə razılıq vermişlər. Əks halda onlar həmin əmlakların “əldən” çıxmasına razı olmazdılar. Belə olduğu halda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ünvan 21 saylı mənzili və ünvan 2 ünvanında yerləşən bağ evini əldə edərək əvvəlcə həmin əmlakları Sayad Əliyevin adına rəsmiləşdirmiş, daha sonra sonuncu ağır xəstəliyə tutulduğundan əmlakları Sayad Əliyevin adından çıxararaq Təqsirləndirilən şəxs adına keçirmişdir. Eyni zamanda göstərilən mənzil və bağ evi ilə əlaqədar məhkəmə belə nəticəyə gəlir ki, həmin əmlaklar vaxtı ilə Sayad Əliyevin adına qeydə alınsalar da, əslində həmin əmlaklar heç vaxt Sayad Əliyevə məxsus olmamışdır. Başqa sözlə, Zərərçəkmiş şəxs Sayad Əliyevin xəstə olması səbəbindən öləcəyi təqdirdə özünə məxsus əmlaklar barəsində problem (vərəsəlik qaydasında əmlakların bölünməsi) yaranmasın deyə özünə məxsus, lakin Sayad Əliyevin adına rəsmiləşdirilmiş əmlakları tanıdığı və yaxın bildiyi Təqsirləndirilən şəxs adına qeydə aldırmaq istəmişdir. Yəni Zərərçəkmiş şəxs özünə məxsus, lakin Sayad Əliyevin adına rəsmiləşdirilmiş əmlakları Təqsirləndirilən şəxs adına rəsmiləşdirməklə öz əmlaklarının müqəddəratını xeyrinə həll edərək qorumaq istəmişdir. Bu hal isə Təqsirləndirilən şəxs həmin əmlakları özünün şəxsi pul vəsaiti hesabına almasını istisna edən vacib dəlildir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, vaxtı ilə Sayad Əliyevin adına qeydə alınmış əmlakların əsl sahibi Zərərçəkmiş şəxs olmuşdur. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs yuxarıda göstərilən daşınmaz əmlakların alqı-satqısında iştirak etsə də, yəni nəticə etibarı ilə əmlakları müqavilə əsasında əldə etsə də, həmin əmlaklar əvvəlcədən Zərərçəkmiş şəxs şəxsi vəsaiti hesabına əldə edildiyindən sonuncunun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən hissədə ittihamı mübahisələndirib əmlakları şəxsi vəsaiti hesabına aldığını və qeyd edilən əmlakların məhz özünə məxsus olduğunu iddia etsə də, məhkəmə istintaqında ifadə vermiş Sayad Əliyevin arvadı və oğlu Təqsirləndirilən şəxs göstərmiş olduğu dəlilləri inkar edərək X28 Rəsulova heç vaxt qeyd edilən əmlakları satmadığını, sonuncuların arasında əmlaklarla bağlı pul “haqq-hesabının” olmadığını, eləcə də alqı-satqı müqavilələrinə əsasən Sayad Əliyevin pul almadığını bildirmişlər. Bu səbəbdən də məhkəmə bu hissədə şahidlərin məhkəmə istintaqında vermiş olduqları ifadələri mötəbər sübut kimi qəbul edir. Bundan başqa, Zərərçəkmiş şəxs gələcəkdə ticarət obyekti kimi istifadə etmək məqsədi ilə tanışı X7 ilə bərabər paylı mülkiyyət hüququ əsasında ünvan 10 ünvanında yerləşən 30 saylı mənzili şərikinə almaq istəmişdir. Zərərçəkmiş şəxsla Kamilla Rəhimova arasında olan razılığa əsasən mənzilin dəyəri bərabər şəkildə ödənilməli olmuşdur. Zərərçəkmiş şəxs bu mənzilin də özünə çatacaq payını Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsini istəmiş və bu təkliflə sonuncuya müraciət etmişdir. Təqsirləndirilən şəxs bu dəfə də Zərərçəkmiş şəxs təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs arvadı Aysel Rəsulova və Zərərçəkmiş şəxs tanışı Kamilla Rəhimova ilə birlikdə notariat kontoruna getmişdir. Notariat kontorunda mənzilin əvvəlki sahibi mənzilin yarısını Aysel Rəsulovaya, yarısını da Kamilla Rəhimovaya satmışdır. Bununla da Təqsirləndirilən şəxs növbəti dəfə Zərərçəkmiş şəxs bəyəndiyi, dəyərini ödədiyi mənzilin yarısını arvadı Aysel Rəsulovanın adına rəsmiləşdirməklə həmin mənzilin yarısını dələduzluq yolu ilə ələ keçirmişdir. Bu barədə 25 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X9 adına çıxarış verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəxsi vəsaiti hesabına aldığı və Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış binasının (yeraltı keçidin) 142,715 kv.m-dən ibarət olan hissəsini («xxxx» MMC-nin nizamnamə kapitalının 5 faiz hissəsi) 25 may 2018-ci il tarixdə cəmiyyətin “Nizamnamə paylarının alqı-satqı” müqaviləsi əsasında qardaşı X8 adına rəsmiləşdirmişdir. Sonradan Zərərçəkmiş şəxs öz əmlakını Təqsirləndirilən şəxs tələb etdikdə, sonuncu qeyd edilən əmlakı qardaşı Rəşad Rəsulovun adından çıxarılmasını təmin edərək həmin əmlakı arvadı Aysel Rəsulovanın adına rəsmiləşdirmişdir. Yuxarıda sadalanan və təhlil edilən hallardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs 165.000 manat məbləğində pulu geri qaytaracığı vədi ilə alsa da, sonradan müxtəlif bəhanələrlə verdiyi vədə əməl etməyərək həmin pul vəsaitini zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarmaqdan imtina etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iradə ifadəsinə əsasən və sonuncunun şəxsi vəsaiti hesabına ünvan 1 ünvanında yerləşən 329 saylı mənzili, ünvan 10 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsinə dair payı və Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış binasının 142,715 kv.m-dən ibarət hissəsini («xxxx» MMC-nin nizamnamə kapitalının 5 faiz hissəsi) əldə edərək həmin əmlaklar üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, həmçinin vaxtı ilə Zərərçəkmiş şəxs tərəfindən alınmış (dəyəri ödənilmiş), lakin alındığı vaxt formal cəhətdən sonuncunun yaxın tanışı olan Sayad Əliyevin adına rəsmiləşdirilmiş ünvan 21 saylı mənzili və ünvan 2 ünvanında yerləşən bağ evini Zərərçəkmiş şəxs təklifi əsasında alqı-satqı yolu ilə öz adına rəsmiləşdirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən əmlakların dəyərini şəxsi pul vəsaiti hesabına ödəmədən həmin əmlakların üçünün öz adına, ikisinin isə arvadının adına rəsmiləşdirməklə faktiki olaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs əmlakı və pul vəsaiti hesabına öz əmlak vəziyyətini xeyli yaxşılaşdırmışdır. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs yuxarıda göstərilən əmlakları öz şəxsi vəsaiti hesabına əldə etdiyini dəfələrlə iddia etsə də, məhkəmə istintaqında onun həmin əmlaklara sahiblik və istifadə etməsi müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs əldə etdiyi əmlaklara dair notarial qaydada müqavilələri bağladıqdan sonra əmlaklara dair sənədlərin əslilərini Zərərçəkmiş şəxs təqdim etmişdir. Zərərçəkmiş şəxs isə əmlaklar əldə edildiyi gündən etibarən həmin əmlakları faktiki sahibliyinə qəbul edərək onlardan istifadə etmiş, eləcə də əmlaklara nəzarət etmişdir. Bir müddətdən sonra Zərərçəkmiş şəxs öz əmlaklarını Təqsirləndirilən şəxs geri qaytarılmasını (əmlaklar barəsində müqavilələrin bağlanmasını) dəfələrlə tələb etsə də, sonuncu zərərçəkmiş şəxsin tələbini yerinə yetirəcəyi barədə dəfələrlə vəd verərək əmlakları qaytaracağını bildirmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs ümumiyyətlə Zərərçəkmiş şəxs məxsus əmlakları qaytarmaqdan açıq-aşkar imtina etmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, qeyd edilən 5 (beş) əmlakın əsl sahibi həmin əmlaklar əldə edildiyi andan zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs özü olmuş, Təqsirləndirilən şəxs isə həmin əmlaklara dair hüquqları dələduzluq yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs xüsusilə külli miqdarda ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyindən o, həmin maddə üzrə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ali təhsilli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, sonuncular arasında barışıq sazişinin bağlanmasını (tərəflər arasında bütövlükdə barışığın əldə edilməsini), zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulunu və mexanizmini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, ələlxüsus təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və sonuncular arasında bütövlükdə barışığın əldə edilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ali təhsilli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, habelə ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və onun təqsirli bilindiyi maddənin sanskiyasında nəzərdə tutulmuş aşağı həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini təqsirləndirilən şəxsə tətbiq edilməsinin məqbul sayarkən ilk növbədə onun əməlində çoxsaylı cəzanı yüngülləşdirən halların məcmusunu əsas tutmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ali təhsilli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, sonuncular arasında barışıq sazişinin bağlanmasını (tərəflər arasında bütövlükdə barışığın əldə edilməsini), zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, habelə ailədə yeganə qazanc gətirən şəxs olmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini təkrarən nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünə və ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlarına mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onların davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təqsirləndirilən şəxs eyni əsaslar üzrə (cəzanı yüngülləşdirən halların məcmusu) Cinayət Məcəlləsinin həm 62-ci maddəsinin, həm də 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsində bunu qadağan edən maddi hüquq norması mövcud olmadığından sözügedən tətbiq etmə tamamilə qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və onun üzərində saxlanılacaq cəza sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalı, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və qeyd edilən qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham təsdiq olunduğundan, eləcə də ünvan 1 ünvanında yerləşən 329 saylı mənzilin, ünvan 21 saylı mənzilin, ünvan 9 ünvanında yerləşən bağ evinin, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsinin və Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış binasının 142,715 kv.m-dən ibarət hissəsinin («xxxx» MMC-nin nizamnamə kapitalının 5 faiz təsis payı) əsl sahibinin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs olması müəyyən edildiyindən və qeyd edilən əşyalar dələduzluq yolu ilə qanunsuz şəkildə Təqsirləndirilən şəxs tərəfindən ələ keçirildiyindən irəli sürülmüş mülki iddia qanuni və əsaslıdır. Lakin 09 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs, X19 və Zərərçəkmiş şəxs arasında notarial qaydada barışıq sazişi təsdiq edildiyindən və qeyd edilən müqavilə ilə dələduzluq yolu ilə ələ keçirilmiş əşyaların müqəddəratı sərbəst iradə ifadəsi əsasında həll edildiyindən mülki iddia üzrə irəli sürülmüş tələb faktiki olaraq təmin edilmişdir. Belə ki, 09 iyul 2021-ci il tarixli barışıq sazişinə əsasən - Təqsirləndirilən şəxs və X19 öz mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 329 saylı mənzili, ünvan 21 saylı mənzili, ünvan 9 ünvanında yerləşən bağ evini, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsini, Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış sahəsinə 5 faiz pay hüququnun (142,715 kv.m sahədən ibarət) ½ hissəsini mülki iddiaçı və Zərərçəkmiş şəxs xeyrinə əvəzsiz şəkildə özgəninkiləşdirilməsini öhdələrinə götürmüşlər. Eyni zamanda barışıq sazişin tərəfləri 165.000 (yüz altmış beş min) manat pulu aralarında əvəzləşdirmişlər və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs 165.000 (yüz altmış beş min) manat pulu tələb etməkdən imtina etmişdir. Göründüyü kimi, barışıq sazişinin tərəfləri sözügedən müqaviləni imzalamaqla dələduzluq yolu ilə qanunsuz şəkildə ələ keçirilmiş daşınmaz əmlakların və Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış sahəsinə 5 faiz pay hüququnun (142,715 kv.m sahədən ibarət) ½ hissəsinin mülki iddiaçı və Zərərçəkmiş şəxs xeyrinə əvəzsiz şəkildə keçməsini (əqd əsasında) üzərlərinə öhdəlik kimi götürmüşlər. Bununla da tərəflər cinayət nəticəsində baş vermiş ağır nəticələri aradan qaldırmaqla barışığa nail olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmçinin Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə göstərilən maddi hüquq normalara istinad edərək belə nəticəyə gəlir ki, 09 iyul 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş barışıq sazişi tərəflərin iradəsini əks etdirdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğundur. Başqa sözlə, barışıq sazişi forma və məzmun etibarı ilə özündə müstəqil şəkildə bağlanmış müqaviləni ehtiva etdiyindən tamamilə qanunidir və mülki iddianın həllində mühüm rol oynayır. Cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası mövcud olsa da, tərəflər arasında notarial qaydada bağlanmış barışıq sazişi cinayət əməli nəticəsində tərəflər arasında yaranmış problemi bütövlükdə həll etmişdir. Yəni tərəflərin mülki iddia ilə bağlı mübahisəsi barışıq sazişinə əsasən faktiki olaraq həll edildiyindən barışıq sazişi təsdiq edilməli və mülki iddia verilməmiş sayılmalıdır. Eyni zamanda barışıq sazişi ilə tərəflər arasında əşyaların müqəddəratı həll edildiyindən məhkəmə hesab edir ki, barışıq sazişində tərəflərin üzərlərinə götürdüyü öhdəliklər hazırki cinayət işi üzrə həll edilməli və ünvan 1 ünvanında yerləşən 329 saylı mənzil, ünvan 21 saylı mənzil, ünvan 9 ünvanında yerləşən bağ evi, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsi və Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış sahəsinə 5 faiz pay hüququnun (142,715 kv.m sahədən ibarət) ½ hissəsi üzərində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülkiyyət hüququ tanınmalıdır. Göstərilən məsələ ilə bağlı məhkəmənin gəldiyi nəticə, həmçinin mülki hüquqda öz əksini tapmış “prosessual qənaət” prinsipinə, eləcə də bütövlükdə ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsinə tam şəkildə cavab verir. Bundan başqa, ünvan 1 ünvanında yerləşən 329 saylı mənzil, ünvan 21 saylı mənzil, ünvan 9 ünvanında yerləşən bağ evi, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsi, Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış sahəsinə 5 faiz pay hüququnun (142,715 kv.m sahədən ibarət) ½ hissəsi və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 923B saylı bağ evinin üzərinə qoyulmuş həbs ləğv edilməli və göstərilən əşyalar həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 254.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub cinayət işinin materiallarına əlavə edilmiş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən təqsirli bilindiyi maddə üzrə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 dekabr 2019-cu il tarixdən 12 iyul 2021-ci tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 7 (yeddi) ay 7 (yeddi) gün müddət ona təyin edilmiş cəzaya daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 4 (dörd) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan 4 (dörd) il 4 (dörd) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Barışıq sazişi təsdiq edilsin. ünvan 1 ünvanında yerləşən 329 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 91 ünvanında yerləşən, sahəsi 84,2 kv.m olan M 11, m 2 saylı mənzil, ünvan 9 ünvanında yerləşən bağ evi, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsi və Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış sahəsinə 5 faiz pay hüququnun (142,715 kv.m sahədən ibarət) ½ hissəsi üzərində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülkiyyət hüququ tanınsın. Hökm bu hissədə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır. Mülki iddia verilməmiş hesab edilsin. ünvan 1 ünvanında yerləşən 329 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 91 ünvanında yerləşən, sahəsi 84,2 kv.m olan M 11, m 2 saylı mənzil, ünvan 9 ünvanında yerləşən bağ evi, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsi, Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış sahəsinə 5 faiz pay hüququnun (142,715 kv.m sahədən ibarət) ½ hissəsi və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 923B saylı bağ evinin üzərinə qoyulmuş həbs ləğv edilsin və göstərilən əşyalar həbsdən azad edilsin. İş üzrə maddi sübut qismində çıxış edən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-334/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-334/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver