Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-334/2023 09.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı3, Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1993-cü il tarixdə Lənkəran rayonu, Bəleton kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Bəleton kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşamış, 10 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 aprel 2022-ci il tarixdə barəsində ”həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4, 221.3 və 228.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, silah qismində istifadə olunan əşyadan istifadə etməklə, zərər çəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və qanunsuz olaraq soyuq silah əldə edib saxlayaraq üzərində gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 20 ünvanında bir qədər əvvəl Zərərçəkmiş şəxs1 idarə etdiyi «Tofaş» markalı avtomobilin salonuna baxmasına görə, sonuncunun ona irad bildirməsini bəhanə edib, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında, şəxslər üzərində zor tətbiq olunması ilə ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyətə açıqca hörmətsizlik ifadə edən, naməlum mənbədən qanunsuz yolla əldə etdiyi və üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, kəsici-deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan ov bıçağından silah qismində istifadə edərək, həmin yerə yaxınlaşan Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə vuraraq, sonuncuya qarın nahiyəsinin sağ yan səthinin qarın boşluğuna nüfuz etməyən deşilmişkəsilmiş yarası ilə müşayiət olunan qəsdən sağlamlığına yüngül zərər yetirdikdən sonra, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 və digərlərinin gözləri qarşısında sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla ardıcıl zərbələr vuraraq, xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə sonuncuya qarın nahiyəsinin periton boşluğuna nüfuz edərək qara ciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin plevra boşluğuna nüfuz edərək hemopnevmatoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, bundan sonra sakitləşməyərək ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs3 müqavimət göstərməklə həmin bıçaqla onun sol bud nahiyəsinə vuraraq, sonuncuya sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilib, ifadəsində göstərdi ki, o, hadisənin baş verdiyi Sulu təpə qəsəbəsində qardaşı ilə birlikdə kirayə yaşamış, hər ikisi meyvəli bazarda fəhlə işləmiş, meyvə satmaqla məşğul olmuş, ayda 150 manat kirayə haqqı ödəmişlər. Hadisə günü qardaşı bazarda olmuş, o özü isə səhər saat 10-da işdən evə gəlmiş, istirahət etmişdir. 10 aprel 2022-ci il tarixdə, saat 16 radələrində havasını dəyişməsi üçün yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına çıxıb yolun kənarında dayanmışdır. Həmin vaxt yoldan kimə məxsus olduğunu və nömrəsini bilmədiyi “Tofaş” markalı bir avtomobilin keçdiyini görmüşdür. Təxminən 5 dəqiqə sonra həmin avtomobil geri qayıdaraq onun yanında saxlamış və sürücü, tanımadığı, adının Zabil olduğunu sonradan öyrəndiyi, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maşının pəncərəsindən ondan avtomobilə yaxınlaşmasını xahiş etmişdir. O, həmin avtomobilə yaxınlaşan zaman, sürücü Zabil əks istiqamətdə gedərkən onun avtomaşınında özlərinin ailə üzvlərinin olduğunu demiş, onun avtomobilinin içərisində əyləşmiş həmin ailə üzvlərinə baxdığını demiş, baxışının səbəblərini soruşmuşdur. O, Zabilə evinin qarşısında dayandığını, həqiqətən heç bir avtomobilin içərisinə baxmadığından Zabilə də avtomobilinin içərisinə baxmadığını bildirdikdə onlar arasında sözlə mübahisə yaranmışdır. Sonra Zabil maşından düşüb iki addım qədər ona yaxınlaşmışdır. O, Zabilə “burda hammının anası, bacısı var, artıq söhbət olmasın” deyib iradlarını bildirdikdə Zabil ona matına oturmağı və başqa yerdə gedib söhbət etməyi təklif etdikdə o, Zabillə razılaşmış və oradan kənarlaşıb başqa yerdə getməyi, yəni adamların olmadığı yerdə söhbəti davam etdirməyi bildirmişdir. Bundan sonra o, avtomobilin arxa oturcağına əyləşərək Zabilə “hara istəsən, sür” sözlərini demişdir. Avtomobilin qabaq sərnişin oturcağında adının Emin olduğunu sonradan öyrənib bildiyi saqqallı şəxs əyləşmişdir. Zabil avtomobili təxminən 50-60 metr idarə edərək saxlayıb ona bir ev göstərmiş və həmin evin özünə məxsus olduğunu bildirmişdir. Onlar həmin yerdə avtomobildən düşmüş və həmin evin tinində söhbətlərini davam etdirmişlər. Zabillə o, söhbət edən zaman, həmin yerə əvvəllər tanımadığı daha iki nəfər kişi cinsindən olan şəxslər gəlmişlər. Həmin iki nəfər şəxsdən birinin Zabilin kiçik qardaşı Adəm adlı şəxs olduğunu sonradan bilmişdir. Adəm onlara yaxınlaşaraq ona Zabilin kiçik qardaşı olduğunu demiş və onunla kənarda söhbət etmək istədiyni bildirmişdir. O, etiraz etməmiş və Adəmlə o, həmin yerdən təxminən 5 metr kənara çəkilmişlər. Həmin yerdə Adəm sol əlini onun boyun nahiysinə qoymuş və o, bunu qəbul etməyib ondan əlini çəkməsini dedikdə, Adəm qəflətən ona bir «brasok» atmış və sağ yumruğu ilə onun sol çənə nahiyəsindən vurmuşdur. Həmin zərbə güclü olduğundan onun gözləri qaralmış və o, yerə yıxılmışdır. Yerə yıxılan zaman isə o, sağ dirsək və sağ diz nahiyəsindən xəsarət almışdır. Adəm onun üstünə çıxıb vurmağa davam etmək istəyən zaman, sonuncunun ondan əl çəkməyəcəyini, bədən quruluşuna görə ondan canlı olduğu üçün onu döyüb xəsarət yetirəcəyini güman etmiş və onu yenidən vurmasına imkan verməyərək ayağa qalxıb, sol cibində gəzdirdiyi dəstəyi ağ və qırmızı rəngli açılıb-bağlanan cib bıçağını şalvarının sol arxa cibindən çıxararaq düyməsini basıb bıçağı açmış və bir dəfə Adəmin sol bel nahiyəsindən vurmuşdur. Adəm onda bıçağın olduğunu görüb qışqıraraq bıçaqlandığını bildirmişdir. Həmin vaxt Zabil onun üzərinə tərəf qaça-qaça onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş və yumruqla onu vurmağa cəhd etmiş, lakin o, buna imkan verməmişdir. Zabil onu nalayiq şəkildə söyüb təhqir etdiyi üçün o, həmin bıçaqla Zabilin qarın nahiyyəsindən bir dəfə vurmuşdur. Adəm bunu görüb yenidən onun üzərinə hücum çəkdiyindən o, həmin bıçaqla Adəmin kürək nahiyəsindən də bir dəfə vurmuşdur. Zabilgil qaçıb kənardan xırda daşlar götürərək ona atmağa başlamış, Zabilin uzaqdan atdığı xırda daş parçası onun sol üz nahiyəsindən dəyərək ona xəsarət yetirmişdir. Odur ki, o, qaçıb Zabilə çatmış və bıçaqla onun bədəninin yadında qalmayan nahiyəsinə bir dəfə də vurmuşdur. Bundan sonra hadisə yerində olan Emin adlı şəxs onun üzərinə hücum çəkdiyindən o, həmin bıçaqla Eminin də sol yan nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra həmin şəxslər hamılıqla ondan uzaqlaşmışlır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Zabilgil qaçıb getdikdən sonra o, özünə gəlmiş, hadisə yerinə çoxlu sayda tanımadığı adamların yığışdığını görmüşdür. Əlində olan bıçağı həmin şəxslərə nümayiş etdirərək, heç kimin onu söyməyə ixtiyarının olmadığını bildirmişdir. Həmin vaxt o, üzrəində olan «Samsung A-7» markalı, üzərində ***-***-**-** GSM nömrəsi olan mobil telefonla DİN-nin 102 qaynar xəttinə zəng vuraraq özünün anket məlumatlarını demiş, cinayət törətdiyini və hadisə yerində durub polis əməkdaşlarının gözlədiyini bildirmişdir. Bundan sonra bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşıb sakitləşməsini, polislər gələnədək gedib kənarda gözləməsini məsləhət bilmişdir. O, həmin şəxsin məsləhətinə qulaq asıb hadisə yerindən təxminən 150 metr kənara çəkilərək polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, onu Binəqəqdi RPİ-nin 40-cı PB-nə aparmış və orada o, cinayət törətdiyi bıçağı polis əməkdaşlarına könüllü olaraq təqdim edərək əməlini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, ifadəsinin əvvəlində qeyd etdiyi kimi, o, meyvəli bazarda meyvə satmaqla məşğul olduğundan onun üstündə bıçaq olmuşdur. O, həmişə üzərimdə bıçaq gəzdirməsə də, həmin gün işdən gəldiyindən bıçaq da onun cibində qalmışdır. O, həmin bıçaqla özünü müdafiə etmək istəmiş, Zabilə və qeyrilərinə ağır xəsarət yetirmək istəməmişdir. O, Zabilgilin qaçıb getmələri və bir daha onun üstünə gəlməmələri üçün onları qorxutmaq istəmişdir. Törətmiş olduğu cinayətə görə səmimi peşimandır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, 10 aprel 2022-ci il tarixdə, saat 16 radələrində zərər çəkiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 bıçaqla vurduğu hadisə yerini əyani olaraq göstərmiş və ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ; İş.vərəqə:82-83). Məhkəmə baxışı zamanı işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 10 aprel 2022-ci il tarixdə yaşadıqları məhəllədə kamera quraşdırmış, Emin də bu işdə ona kömək etmişdir. Həmin vaxt Eminin xahişi ilə idarə etdiyi «Tofaş» markalı avtomobillə onun anasını və qohumunu əvvəlcə topdansatış bazarına, oradan isə Eminlə birlikdə sonuncunun anası Mətanət xanımı və qardaşı oğlu Rza Nəzərovu evlərinə aparmışdır. Emingilə doğru hərəkətdə olan zaman yol kənarında dayanmış tanımadığı bir nəfərin, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs çox diqqətlə kobud şəkildə avtomobilin içərisinə baxdığını görmüşdür. O, Emindən həmin şəxsi tanıyıbtanımadığını soruşmuş və sonuncu həmin şəxsi tanımadığını bildirmişdir. Avtomobildə olan şəxsləri Emingilə düşürdüb eyni yolla geri qayıdarkən avtomobili Təqsirləndirilən şəxs yanında saxlamış, pəncərəni açıb sonuncu ilə salamlaşmış, avtomobilin içərisində ailə üzvləri olduğunu demiş və avtomobilin salonuna diqqətlə baxmasının səbəblərini soruşmuşdur. Kamal ona “Lənkərandan gəlmişəm və burada vəziyyət quracağam” sözlərini demişdir. O, isə “Allah şeytana lənət eləsin” sözlərini deyib, avtomobillə oradan uzaqlaşmaq istəyərkən Kamal avtomobili saxlayıb yerə düşməyi ondan tələb etmişdir. O, maşından yerə endikdə orada azyaşlı uşaqların oynadığını görmüş və kedib qabaqda söhbəti davam etmələrini Kamala təklif eetmişdir. Kamal onun təklifi ilə razılaşaraq, avtomobilin arxa qapısını açıb salona oturmuş və onlar hərəkətə başlamışlar. Onlar təqribən 100-150 metr getdikdən sonra onun yaşadığı evin tininə çataçatda Kamal ona “kişi deyilsən? Saxla, burada söhbətimizi edək” sözləirini demişdir. O, avtomobili evlərinin tinində yolun kənarına verib saxlamış və hamılıqla avtomobildən düşmüşlər. Həmin vaxt o, Kamala «qardaş, sən məni vadar edirsən ki, mən sənə hörmətsizlik edim, əl qaldırım» sözlərini demişdir. Elə həmin vaxt qardaşı Adəm yaşadıqları evdən çıxıb Kamala yaxınlaşmış, onu bir kənara çəkib mübahisənin səbəbini soruşmuşdur. Elə həmin vaxt Kamal arxaya dönüb ona qarşı var-yox söyüşü söymüş, onun üzərinə hücum çəkmək istəmiş, lakin Adəm onu müdafiə etmək üçün Kamalı qucaqlayaraq yerə vurmuşdur. Kamal yerdən qalxarkən, hələ bir dizi yerdə olduğu vəziyyətdə əlində olan bıçaqla Adəmin qarın nahiyyəsinin sağ tərəfindən bir zərbə endirmiş və bıçağı çəkmədən yana doğru çəkərək həmin nahiyəni qəsdən cırmışdır. O, Adəmi müdafiə etmək üçün qaçıb onu özünə tərəf çəkən zaman Kamalın onlara doğru atdığı bıçaq zərbələrindən biri onun qarın nahiyəsinə batmışdır. Kamal növbəti zərbəsini vuran zaman o, özünü qorumuş və Kamalın əlində olan bıçaq yerə düşmüşdür. Bundan sonra Kamal dərhal yerdən bıçağı sağ əlinə alıb onları ayırmağa gələn dostu Eminin sol baldır nahiyyəsindən vurmuşdur. Daha sonra Kamal yaxında olan qonşu X5 vurmaq istəyən zaman, Xəqani boş əllərini ona tərəf qaldıraraq “Mənim iki balam var, qurban olum məni vurma” sözlərini deyərək, demək olar ki, Kamala yalvarmışdır. Bundan sonra Kamal əlində olan bıçaqla yenidən bir neçə dəfə ona və Eminə tərəf zərbələr atmış, lakin həmin zərbələrin heç biri onlara dəyməmişdir. Növbəti dəfə Kamalın Adəmin qarın nahiyyəsinə endirdiyi zərbəsi sonuncunun əynində olan tünd boz rəngli köynəyini cırmış, lakin bədən nahiyyəsinə dəyməmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, Emin yaralandıqdan sonra gedib avtomobilin yanında bükülmüş vəziyyətdə dayanmış, Adəmlə o isə Kamalın dayanmadığını və onları bıçaqla öldürə biləcəyindən ehtiyyat edərək qaçmağa başlamış, Kamal isə yenə də onlara bıçaqla xəsarət yetirmək məqsədi ilə onları qovmağa başlamışdır. Kamal əlində olan bıçaqla onu qovub yaşadıqları evin həyətinə salmış, o, həyətdə olarkən özlərini müdafiə etmək üçün hər hansı bir əşya axtarsa da, əlverişli əşya tapa bilməmişdir. Həyətdən çıxdıqda isə Kamalın Adəmi qovduğunu, lakin ona çata bilmədiyini görmüşdür. O, hadisə yerinə qayıdaraq yerdən iki ədəd daş götürmüş, Kamal istiqamətdə atmış, ancaq atdığı daşlar Kamala dəyməmişdir. Həmin vaxt Adəm də yerdən daş parçası götürüb Kamal istiqamətinə atmış və Adəmin atdığı daş parçası Kamalın kürək nahiyyəsindən dəymişdir. Həmin vaxt Kamal özünü ona çatdırmış və o, yerdən daş götürmək istəyən zaman Kamal bıçaqla onun sağ kürək nahiyəsindən vurmuşdur. Bundan sonra Adəm Kamalı söyərək onun üstünə gedən zaman, Kamal əlində olan bıçaqla 6-7 dəfə onun kürək nahiyəsinə zərbələr endirmişdir. Həmin zərbələrin bir ikisi ona dəymiş, qalan zərbələr isə boşa getmişdir. Həmin vaxt qonşuluqda yaşayan və bər-bər işləyən Həsən, qonşuluqda yaşayan Seyidov Miryaqub, onun özünün anası X4 və tanımadığı başqa şəxslər hadisə yerinin ətrafında olmuşlar. Anası onları qan içində görüb huşunu itirərək yerə uzanmışdır. Həmin yerə yığışan qadınlar Kamalı danlayaraq çıxıb getməsini tələb etdikdə, Kamal qadınlara tərəf gedib hücum çəkmək istəmişdir. Həmin vaxt Adəm sürünərək Kamala tərəf gedib onu təhqir etmiş, xanımların üstünə getməməsini bildirmişdir. Kamal isə Adəmə “üstümə gəlmə, başıvı kəsərəm” sözlərini demişdir. Bundan sonra Kamal ona tərəf dönüb “kəsim başıvı?” sualını vermişdir. Bundan sonra Kamal əlində olan bıçağı fırladaraq “kim yaxın gəlsə, bıçağı ona soxacam” sözlərini demişdir. Daha sonra qonşuluqda yaşayan şəxslər onları xəstəxanaya aparmışlar. O, ciyərlərindən vurulduğu üçün 5 saat yarım əməliyyatda olmuş, iki sutka isə komada olmuşdur. Təqsirləndirilən şəxsi bağışlamamış, ona qarşı şikayətçidir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 10 aprel 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında olarkən zaman qonşulardan iş üzrə hadisə nəticəsində xəsarət almayan və orada olan Xəqani Abbasov ona zəng edib onu bayıra çağırmışdır. O, yola çıxan zaman qardaşı Zərərçəkmiş şəxs1 bir nəfər tanımadığı şəxslə mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Zabil tanımadığı şəxsə - baxılan iş üzrə Təqsirləndirilən şəxs “xahiş edirəm, zibilivi məndən uzaq elə” sözlərini dediyini, Təqsirləndirilən şəxs isə “mən Lənkəranlıyam, gəlmişəm və burada vəziyyət quracağam” sözlərini dediyini eşitmişdir. O, həmin şəxslərə yaxınlaşıb nə üçün mübahisə etdiklərini soruşmuş və Kamalı kənara çəkərək mübahisənin səbəbini soruşmaq istəmişdir. Həmin vaxt Kamal arxaya dönüb qardaşı Zabilin üzərinə hücum çəkmək istəmişdir. Belə olduqda o, qardaşını müdafiə etmək üçün Kamala qarşı «brasok» atmış, onu qucaqlayaraq yerə çırpmışdır. Kamal yerdən qalxaraq, hələ bir dizi yerdə olduğu vəziyyətdə əlində olan bıçaqla ona bir zərbə endirmiş, bıçaq onun sağ qarın nahiyəsini kəsmişdir. Kamal vuran kimi bıçağı onun qarın nahiyyəsindən çəkib çıxarmamış, yana doğru çəkərək həmin nahiyəni qəsdən cırmışdır. Qardaşı Zabil yaxınlaşıb onu müdafiə etmək üçün özünə tərəf çəkən zaman Kamalın onlara doğru atdığı bıçaq zərbələrindən biri Zabilin qarın nahiyəsinə batmışdır. Kamal növbəti zərbəsini vuran zaman Zabil özünü qorumuş və Kamalın əlində olan bıçaq yerə düşmüşdür. Bundan sonra Kamal dərhal yerdən bıçağı sağ əlinə alıb onları ayırmağa gələn dostu Eminin sol baldır nahiyyəsindən vurmuşdur. Daha sonra Kamal yaxında olan qonşu X5 vurmaq istəyən vaxt Xəqani boş əllərini Kamala tərəf qaldıraraq iki uşağı olduğunu demiş, onu vurmamağa yalvarmışdır. Sonra Kamal əlində olan bıçaqla yenə də Zabilə və Eminə tərəf bir neçə zərbə endirmiş, lakin həmin zərbələrin heç biri sonunculara dəyməmişdir. Növbəti dəfə Kamalın onun qarın nahiyyəsinə endirdiyi bıçaq zərbəsi onun əynində olan tünd boz rəngli köynəyi cırmış, lakin onun bədən nahiyəsinə dəyməmişdir. Emin qaçıb maşının yanında dayanmış, o isə qardaşı Zabillə Kamalın onları bıçaqla öldürə biləcəyini fikirləşib qaçmağa başlamış, Kamal isə onlara yenə də bıçaqla xəsarət yetirmək məqsədi ilə onları qovmağa başlamışdır. Kamal əlində olan bıçaqla Zabili qovub yaşadıqları evin həyətinə salmışdır. Az sonra Zabil hadisə yerinə qayıtmış, yerdən daş götürərək Kamal istiqamətində atmış, ancaq atdığı daşlar Kamala dəyməmişdir. Həmin vaxt onun özü də yerdən daş parçası götürüb Kamal istiqamətdə atmış və onun atdığı daş parçası Kamalın kürək nahiyəsindən dəymişdir. Həmin vaxt Kamal özünü Zabilə çatdırmış və sonuncu yerdən daş götürmək istəyən zaman Kamal bıçaqla Zabilin sağ kürək nahiyəsindən də vurmuşdur. Zabil müdafiə üçün Kamalın üstünə gedərkən Kamal əlində olan bıçaqla 6-7 dəfə Zabilin kürək nahiyəsindən vurmuşdur. Həmin zərbələrin bir-ikisi Zabilə dəysə də, qalan zərbələr boşa getmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, hadisənin sonuna yaxın qonşuluqda yaşayan və bər-bər işləyən Həsən, qonşuluqda yaşayan Seyidov Miryaqub, özlərinin anası X4 və tanımadığı daha başqa şəxslər hadisə yerində olmuşlar. Anası onları qan içində görüb huşunu itirərək yerə uzanmışdır. Hadisə yerinə yığışan qadınlar hay-küy salmış, Kamalı danlamış və ondan çıxıb getməsini tələb etmişlər. Kamal qadınlara tərəf hücum çəkmək istəyərkən o, sürünərək Kamala tərəf gedib onu təhqir etmiş, xanımların üstünə getmək istəməsini ona irad bildirmişdir. Həmin vaxt Kamal ona “üstümə gəlmə, başıvı kəsərəm” sözlərini demişdir. Bundan sonra Kamal Zabilə tərəf dönüb “kəsim başıvı?” sualını vermişdir. Kamal əlində bıçağı fırladaraq “kim yaxın gəlsə, bıçağı ona soxacam” sözlərini deyib ətrafdakıları hədələmişdir. Yekunda qonşuluqda yaşayan şəxslər onları xəstəxanaya aparmışlar. Cinayət işi üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 10 aprel 2022-ci il tarixdə dostu Zabilin idarə etdiyi «Tofaş» markalı avtomobillə onun xahişi ilə yaşadığı evə doğru getmiş, həmin vaxt avtomobildə onun anası Mətanət və Zabilin qardaşı oğlu Rza Nəzərov olmuşlar. Onlar avtomobillə hərəkətdə olan zaman yolun kənarında dayanmış bir kişinin, hazırda baxılan iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs adlı şəxsin diqqətlə onların olduğu avtomobilin içərisinə qeyri-adi şəkildə baxdığını görmüşlər. O, həmin vaxt Təqsirləndirilən şəxs ilk dəfə görmüş, onunla əvvəllər heç bir tanışlığı olmamışdır. Zabil də ondan həmin şəxsi tanıyıbtanımadığını soruşmuş, lakin o, Zabilə həmin şəxsi tanımadığını bildirmişdir. Onlar gedəcəkləri yerə çatıb avtomobildə olan şəxsləri düşürmüş və geri qayıtmışlar. Kamalın yanında çatdıqda Zabil maşını saxlayıb pəncərəni açmış, Kamalla salamlaşaraq avtomobilin içərisinə diqqətlə baxmasının səbəbini soruşmuşdur. Bu zaman X11 gəldiyini və burada vəziyyət quracağını demişdir. Zabil “Allah şeytana lənət eləsin” sözlərini deyib avtomobillə oradan uzaqlaşmaq istəyən vaxt Kamal avtomobili saxlayıb yerə düşməsini Zabildən tələb etdiyindən sonuncu avtomobili saxlayıb yerə enmişdir. Onra Zabil orada azyaşlı uşaqların oynadıqlarını görüb Kamala kedib qabaqda söhbətlərini davam etdirməyi təklif etmişdir. Kamal razılaşaraq arxa qapını açıb avtomobilə oturmuş, Zabil avtomobili bir az qabağa sürüb evlərinin tininə çatdıqda, Kamal Zabilə “kişi deyilsən? Saxla burada söhbətimizi edək” sölərini demişdir. Zabil yaşadığı evin tinində avtomobili yolun kənarına çəkib saxlamış və onlar üçü də avtomobildən düşmüşlər. Bundan sonra Zabil Kamala ”qardaş, sən məni vadar edirsən ki, mən sənə hörmətsizlik edim, əl qaldırım” sözlərini demişdir. Elə həmin vaxt Zabilin qardaşı Adəm yaşadıqları evdən çıxıb Kamala yaxınlaşmış, onu kənara çəkib mübahisənin səbəbini soruşarkən Kamal arxaya dönüb Zabilin üzərinə hücum çəkmək istəmişdir. Bunu görən Adəm Zabili müdafiə etmək üçün Kamalı qucaqlayaraq yerə vurmuşdur. Kamal yerdən qalxaraq, əlində olan bıçaqla Adəmə zərbə endirmiş və yana doğru çəkərək sağdan qarın nahiyəsini cırmışdır. Lakin Kamalın bıçağı haradan və necə çıxardığını o, görməmişdir. Zabil yaxınlaşıb Adəmi müdafiə etmək üçün sonuncunu özünə tərəf çəkərkən Kamalın onlara doğru atdığı bıçaq zərbələrindən biri Zabilin qarın nahiyyəsinə batmışdır. Kamal növbəti zərbəsini vuran zaman Zabil özünü qorumuş və Kamalın əlində olan bıçaq yerə düşmüşdür. O, Zabilgili Kamaldan ayırmaq üçün irəli getmiş, həmin vaxt Kamal bıçağı yerdən dərhal sağ əlinə alıb onun sol baldır nahiyəsindən vurmuşdur. Bundan sonra Kamal yaxında olan qonşu X5 vurmaq istədikdə Xəqani boş əllərini Kamala tərəf qaldıraraq “Mənim iki balam var, qurban olum məni vurma” sözlərini deyərək Kamala yalvarmışdır. O, isə yaralı vəziyyətdə gedib Zabilin maşınının yanında bükülmüş vəziyyətdə dayanmışdır. Zabillə Adəm isə Kamalın dayanmadığını görüb, bəlkə də onları bıçaqla öldürəcəyindən qorxaraq qaçmağa başlamış, Kamal isə qardaşları bıçaqla qovmağa başlamış və Zabili qovub yaşadığı evin həyətinə salmışdır. Az sonra Zabil hadisə yerinə qayıdaraq yerdən iki ədəd daş götürmüş, Kamal istiqamətində atmış, lakin həmin daşlar Kamala dəyməmişdir. Həmin vaxt Adəm də yerdən daş parçası götürüb Kamal istiqamətinə atmış və həmin daş parçası Kamalın kürək nahiyyəsindən dəymişdir. Bu vaxt Kamal özünü Zabilə çatdırmış və Zabil yerdən daş götürmək istəyən zaman Kamal bıçaqla Zabilini sağ kürək nahiyyəsindən vurmuşdur. Bunu görən Adəm Kamalı söyərək üstünə gedənədək Kamal əlində olan bıçaqla 6-7 dəfə Zabilin kürək nahiyyəsindən zərbələr endirmişdir. Lakin o, bıçaq zərbələrinin neçəsinin Zabilə dəydiyini bilməmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs3 ifadəsinin davamında göstərdi ki, hadisə yerinə yığışan qadınlar Kamalı danlayaraq çıxıb getməsini bildirdikdə, sonuncu qadınlara tərəf hücum çəkmək istəyərkən Adəm sürünə-sürünə Kamala tərəf gedərək onu təhqir etmiş, xanımların üstünə getməməsini bildirmiş, Kamal isə Adəmə “üstümə gəlmə, başıvı kəsərəm” sözlərini demişdir. Kamal eyni sözləri Zabilin də barəsində demişdir. Həmin vaxt Zabillə Adəm yerdə uzanmış vəziyyətdə olmuş, tanımadığı bir qadın gəlib kənardan sonunculara tərəf bint atıb qaçmışdır. Daha sonra isə qonşuluqda yaşayan şəxslər yaralıları xəstəxanaya aparmışlar. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X6 və Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında ayrıayrılıqda keçirilən üzləşmədə dindirmə protokollarından görünür ki, üzləşmə zamanı zərər çəkmiş şəxslər sərbəst ifadələrində göstərdikləri xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı bir daha deməklə cinayətin məhz onun tərəfindən törədildiyini təsdiq etmişlər (iş vərəqə: cild İ, səh. 165-168, 236-247). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 10 aprel 2022-ci il tarixdə valideynlərinin yaşadığı ünvan 2 ünvanına getmiş, orada olarkən tanışı Adəmlə görüşmüş, onların darvazasının qarşısında dayanıb söhbət etmişlər. Həmin vaxt Zabil idarə etdiyi «Tofaş» markalı avtomobillə onlarla salamlaşmadan yanlarından keçmiş və evlərinin tininə dönüb saxlamışdır. Az sonra Zabilgil tərəfdən səsküy gəldiyinə görə Adəmlə o, səs gələn yerə ketmiş və Adəmin qardaşı Zabilin əvvəllər tanımadığı şəxslə, yəni baxılan iş üzrə Təqsirləndirilən şəxs ilə mübahisə etdiklərini görmüşdür. Kamal əslən Lənkəran rayonundan olduğunu demiş, problem yaratmamağı məsləhət görürmüşdür. Zabil isə Kamala “xahiş edirəm zibilivi məndən uzaq elə” sözlərini demişdir. Adəmlə o, həmin şəxslərə yaxınlaşmış və hər ikisini sakitləşdirmək məqsədi ilə o, Zabili qucaqlayaraq, kənara çməkmək istəmişdir. Adəm isə Kamalı bir kənara çəkib ondan mübahisənin səbəbini soruşan zaman Kamal Zabili söydüyünə görə Adəm ani bir vəziyyətdə “Zabil mənim qardaşımdır” deyərək fənd işlədib Kamalı yerə yıxmışdır. Elə həmin vaxt Adəm Kamalın onu vurduğunu deyib qışqırmışdır. Bunu eşidən Zabil onun əlindən çıxıb Adəmi müdafiə etmək üçün Kamalın üstünə gedərək sonuncunu vurmaq istəmiş, lakin o, Zabilin də geri çəkildiyini görmüşdür. Belə ki, həmin vaxt Kamal Zabili də bıçaqla vurmuş, lakin o, Kamalın Zabili bıçaqla necə vurulduğunu görməmişdir. Kamal növbəti zərbəni vuran zaman Zabil özünü qorumuş və Kamalın əlində olan bıçaq yerə düşmüşdür. Kamal dərhal yerdən bıçağı sağ əlinə alıb onların ayırmağa gələn dostu Eminin sol baldır nahiyyəsindən vurmuşdur. Kamal onu da vurmaq istəmiş, lakin o, dala çəkilmiş və Kamalın zərbəsi ona dəyməmiş, sonra isə onun müdaxilə etmədiyini görüb, bir daha onu vurmağa cəhd göstərməmişdir. Emin isə gedib Zabilin maşınının yanında dayanmışdır. X17 dayanmadığını görüb qaçmağa başlamış, Kamal isə onları qovmuşdur. Kamal əlində olan bıçaqla Zabili qovub yaşadığı evin həyətinə salmış, sonra isə Adəmi qovmağa başlamış, lakin ona çata bilməmişdir. Həmin vaxt Zabil həyətdən çıxıb yenidən hadisə yerinə qayıdaraq yerdən iki ədəd daş götürüb Kamal istiqamətində atmış, ancaq həmin daşlar Kamala dəyməmişdir. Həmin vaxt Adəm də yerdən daş parçası götürüb Kamal istiqamətinə atmış, daş Kamala dəymişdir. Bundan sonra Kamal özünü Zabilə çatdırmış və Zabil yerdən daş götürmək istəyən zaman Kamal bıçaqla Zabilin sağ kürək nahiyyəsindən vurmuşdur. Bundan sonra Zabil Kamalı söyərək üzərinə gedən zaman Kamal əlində olan bıçaqla 6-7 dəfə Zabilin kürək nahiyyəsindən zərbələr endirmiş, lakin həmin zərbələrin çoxu boşa getmişdir. Həmin vaxt Zabilin anası Həqiqət evdən çıxıb övladlarını qan içində görmüş və huşunu itirərək yerdə uzanmışdır. Kamal isə Zabilin başının üstündə dayanaraq qışqıra-qışqıra ona “kəsim başıvı?” sözlərini demişdir. O, şok vəziyyətdə olduğuna və Kamaldan ehtiyyat etdiyinə görə Zabillə Adəmə heç bir köməklik gösətərə bilməmişdir. Baxılan iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmşdir ki, 10 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Xəqani onun işlədiyi bər-bərxana da olarkən sonuncu telefonla Adəmlə danışmış və Adəmlə görüşmək məqsədi ilə oradan çıxıb getmişdir. Onun işlətdiyi bər-bərxana ilə Adəmgilinin evlərinin arasında təxminən 20 metr məsafə olmuşdur. Xəqani onun yanından çıxdıqdan təxminən 6-7 dəqiqə sonra bayırdan səs-küy eşidilmiş və o, bayıra çıxıb Adəmgilin evinin tininə keçdikdə, Adəmin və Zabilin yerdə yaralı vəziyyətdə uzandıqlarını, təxminən 20 metr məsafədə isə Kamalın bir əlində bıçaq, digər əlində isə telefonla dayanıb danışdığını görmüşdür. Hadisə yernində Xəqani, Emin, Adəmin anası və başqa çoxlu sayda əvvəllər tanımadığı şəxslər də olmuşdur. Bundan sonra o, və digər şəxslər Adəmi və Zabili avtomobilə uzadıb xəstəxanaya aparmışlar (iş vərəqə: cild İ, səh.156- 157). Bundan başqa, iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş X9, X2 və X7 Şahid2 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 163-164, 173-174, 176-177). Daha sonra məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş X3 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Şahid Mətanət Nəzərova tədqiq olunan həmin ifadəsində göstərmşdir ki, 10 aprel 2022-ci il tarixdə, saat 15 radələrində oğlu Emin və sonuncunun dostu Zabillə birlikdə Zabilin idarə etdiyi «Tofaş» markalı avtomobillə bazarlıq etmək üçün marketə getmiş, işlərini bitirdikdən sonra Zabilgil onu yaşadığı evdə düşürdükdən sonra, çıxıb getmişlər. Təxminən bir saat sonra Emin, Zabil və sonuncunun qardaşı Adəmin naməlum şəxs tərəfindən bıçaqlanması barədə məlumat almışdır(iş vərəqə: cild İ, səh. 178-179). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 09 aprel 2022-ci il tarixdə, saat 22 radələrində o, işdən gələn zaman həyat yoldaşı Gülnar Səfərli ona küçədə olarkən Gülnarı bir nəfər tanımadığı şəxsin narahat etdiyini bildirmiş, Gülnar bu söhbəti ondan başqa qardaşı Kamala da danışmışdır. 10 aprel 2022-ci il tarixdə, saat 06 radələrində o, yaşadığı evdən çıxıb getmiş, həyat yoldaşı Gülnar, qardaşı Kamal və uşaqları isə evdə qalmışlar. Həmin tarixdə o, işdə olarkən saat 17 radələrində onun istifadəsində olan mobil telefona zəng gəlmiş, zəng edən şəxs özünü polis əməkdaşı kimi təqdim edərək qardaşı Kamalın adam bıçaqladığını və polisə təslim olduğunu bildirmişdir. O, yaşadıqları evin yaxınlığına gələn zaman qardaşı Kamalın polisə aid avtomobildə əyləşdiyini görmüşdür. Sonradan ona məlum olmuş ki, qardaşı Kamal qonşuluqda yaşayan Adəm, Zabil və Emin adlı şəxsləri bıçaqla vuraraq sonunculara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Həmçinin həmin şəxslərin də qardaşını vurmalarını öyrənmişdir. Belə ki, Kamalın çənə nahiyyəsində xəsarəti olmuşdur. Həyat yoldaşı isə ona Kamalın vurduğu şəxslərdən birinin, Zabil adlı şəxsin Gülnarı izləyərək sataşmaqla narahat edən şəxs olduğunu bildirmişdir. Bundan başqa, hadisə barədə onun hər hansı bir məlumatı olmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxılan iş üzrə cinayət hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 20 ünvanında baş vermişdir (iş vərəqə: cild İ, səh. 03-09). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «əşyanın tanınmaya təqdim edilməsi haqqında» protokoldan görünür ki, tanınmaya təqdim edilmiş bıçağı zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 metaldan hazırlanmış bıçağı korpusundan tanıyaraq, xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Təqsirləndirilən şəxs həmin bıçaqla onlara xəsarət yetirdiyini təsdiq etmişlər (iş vərəqə: cild İ, səh. 206-211). Məhkəmə baxışı zamanı tədqiq olunan «CD formatlı diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, diskə yerləşdirilmiş videogörüntülərlə Təqsirləndirilən şəxs əlində silah qismində istifadə etdiyi əşya ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəsarət yetirdiyi müşahidə olunmuşdur (iş vərəqə: cild İ, səh. 268). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 667 nömrəli rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol yanağın aşağı yarısının çənə bucağı nahiyəsində cuzi şişkinliyi fonunda səthi əzilmiş yarası və ona müvafiq selikli qişasına qansızma, sağ dirsək oynağının iç, sol əlin İİ daraq-əsas falanqaarası oynağının arxa və sağ diz oynağının ön və bayır səthlərinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qeyd olunan müdətdə və müayinə olunanın göstərdiyi şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə yumruqla və daşla vurma və yıxılarkən sağ dirsək oynağının, sol əlin və sağ diz oynağının bərk (sərt) örtüyə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və hər biri ayrılıqda eləcədə ümumilikdə sağlamlığa zərəvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqə: cild İ, səh. 86-88). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 835 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – qarın nahiyəsinin sağ yan səthinin qarın boşluğuna nüfuz etməyən deşilmişkəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən onun tibbi yardım üçün «X18» PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il, saat 17:30-dan bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir. Tədqiq olunan həmin rəydən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə bıçaqla endirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin bədənin əl çatan nahiyəsində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq deşici-kəsici əşyaya dəyməsi nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır (iş vərəqə: cild İ, səh. 180-182). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 837 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarət – sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən onun tibbi yardım üçün «X18» PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il, saat 17:37-dən bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraqdemək olar ki, həmin xəsarət göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə bıçaqla endirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətin bədənin əl çatan nahiyəsində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq deşici-kəsici əşyaya dəyməsi nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır(iş vərəqə: cild İ, səh. 183- 185). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 836 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – qarın nahiyəsinin periton boşluğuna nüfuz edərək qara ciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin plevra boşluğuna nüfuz edərək hemopnevmatoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən onun tibbi yardım üçün «X18» PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il, saat 17:22-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və həm ümumilikdə həm də ayrıayrılıqda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə bıçaqla endirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətin bədənin əl çatan nahiyəsində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq deşici-kəsici əşyaya dəyməsi nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır (iş vərəqə: cild İ, səh. 186-189). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 326/2022-MTBŞ nömrəli rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 təqdim olunan portalından çıxarılışın kserosurətinə əsasən onun qan qrupu - Q/İ/, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim olunan portalından çıxarılışın ksero-surətinə əsasən onun qan qrupu - A/İİ/, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təqdim olunan portalından çıxarılışın ksero-surətinə əsasən onun qan qrupu - O/İ/ olduğu müəyyən edilmişdir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, ekspertizaya təqdim olunan 01 ədəd qatlanan cib bıçağı, 04 ədəd tənzif kəsiyi, 04 ədəd çubuqlu pambıq tampon, zərər çəkmiş Zərərçəkmiş şəxs3 məxsus trusik, alt mayka, şalvar, qısaqol mayka, zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus şalvar və qısaqol kofta, zərər çəkmiş Zərərçəkmiş şəxs2 məxsus qısaqol kofta üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Həmin qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda Zərərçəkmiş şəxs1 məxsus şalvar, kofta, 3 və 4 saylı tənzif kəsikləri və bıçaq üzərindəki ləkələrdə «A», «H» antigenləri alındı. Həmin qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 Nazir oğluna məxsus ola bilər. Əgər onun qanında müşayiətçi H antigeni varsa. Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2da qarışmış qanlarının olması inkar edilmir. 1 və 2 saylı tənzif kəsikləri, 04 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs3 məxsus trusik, alt mayka, şalvar, qısaqol mayka və Zərərçəkmiş şəxs2 məxs qısaqol kofta üzərindəki ləkələrdə isə H antigeni, bəzi ləkələrdə həmçin alfa, beta aqqlyutinini də alındı. Bu qan ləkələri Oalfa, beta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs3 və ya Zərərçəkmiş şəxs2 məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 190-195). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 269/MTKŞ-2022 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus koftanın ön səthinin sağ yarısının aşağı hissəsində bir ədəd dəlib-keçən zədə vardır. Bu zədə deşilmiş-kəsilmiş zədədir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindər törənmişdir. Həmçinin tədqiq olunan rəydən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus koftanın üzərində olan zədə ilə onun qarın nahiyyəsinin sağ yan səthində olan xəsarət yerləşməsinə və xarakterinə görə bir-bi ilə uyğunluq təşkil edir. Daha sonra tədqiq olunan rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus qısaqol koftanın ön səthinin sağ yan nahiyyəsində bir ədəd, arxa səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə var. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Bundan başqa, tədqiq olunan rəydən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus qısaqol koftanın üzərində olan zədəl ilə, onun qarın nahiyyəsinin sağ yan səthində və döş qəfəsinin arxa səthinin sol yarısında olan xəsarətlər yerləşmələrinə və xarakterinə görə bir-biri ilə uyğunluq təşkil edir. Daha sonra tədqiq olunan rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus şalvarın, tumanın, koftanın və maykanın hər birinin arxa səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə var. Bu zədə deşilmişkəsilmiş zədədir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Bundan başqa, tədqiq olunan rəydən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədə ilə, onun sol bud nahiyyəsində olan xəsarət yerləşməsinə və xarakterinə görə bir-biri ilə uyğunluq təşkil edir. Daha sonra tədqiq olunan rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus paltarların üzərində olan deşılmiş-kəsilmiş zədələr deşici-kəsici xüsusiyyətə malik alətin (alətlərin) təsirindən törənmişlər, qeyd edilən konstruksiyalı bıçaqlar da deşici-kəsici alətlərə aid edilir, zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağıdır və kəsici-deşici xassəyə malik soyuq silah hesab edilir (iş vərəqə: cild İ, səh. 196-202). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1744 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli hazırda Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-haazırda da öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 203-206). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması, ictimai qaydanı kobud surətdə pozan, cəmiyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, silah qismində istifadə olunan əşyadan istifadə etməklə, zərər çəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi və qanunsuz olaraq soyuq silah əldə edib saxlayaraq üzərində gəzdirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs qeyri-etirafedici ifadələrini müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanununlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə açıq-aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud da cüzi səbəbi bəhanə etməklə törədilir. Buradan aydın olur ki, belə olan hallarda digər motivlər ya olmalıdır, yaxud da cinayətin törədilmə motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də, əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirləndirilən şəxsin davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Eyni zamanda, şəxsin CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətin zəruri tövsifedici əlaməti kimi çıxış edən "xuliqanlıq niyyəti" (bu niyyəti aşkarlayan ümumqəbuledilmiş davranış və əxlaq qaydalarını pozması, onlara etinasızlıq göstərməsi, aşkar hörmətsizliyini ifadə edərək eqoizmini nümayiş etdirməsi və sair) iş üzrə mütləq qaydada sübüt edilməli hal kimi çıxış etməklə CPM-in 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə əsasən yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş, həmin əlamətin movcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin işdə olan əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər Tərtər Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə təqsirli bilinib iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən 06 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur (iş vərəqə: cild İ, səh. 140-141, 143- 146). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə görə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət hadisəsini törətdikdən dərhal sonra – 10 aprel 2022-ci il tarixdə, saat 17:30-da könüllü olaraq Binəqədi RPİ-nin 40-cı PB-nə gələrək təqsirini boynuna alıb 10 aprel 2022ci il tarixdə, saat 17:30-da yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində tanımadığı 3 nəfər şəxsi bıçaqla vuraraq xəsarət yetirdiyini etiraf etmiş və cinayət törətdiyi cib bıçağını könüllü olaraq təqdim etmişdir (iş vərəqə: cild İ, səh. 18). Məhkəmə baxışı zamanı, həiçinin müəyyən edildi ki, zərər çəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında barışıq əldə olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən dərhal sonra könüllü olaraq Binəqədi RPİ-nin 40-cı PB-nə gələrək təqsirini boynuna almasını və cinayətin aləti olan cib bıçağını könüllü olaraq təqdim etməklə cinayətin açılmasına fəal köməklik göstərməsini Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinin tələblərinə görə şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddələrinin sanksiyası daxilində cinayətlərin məcmusu üzrə cəza təyinetmənin prinsipləri və barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla, azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisələri ümumi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 aprel 2022-ci il tarixdə müvafiq məhkəmə qərarına əsasən barəsində «həbs» qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq qanuni əsaslarla həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 aprel 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc ambarında saxlanılan cinayətin aləti olan bir ədəd qatlanan cib bıçağı, dörd ədəd tənzif kəsiyi, dörd ədəd çubuqlu pambıq tampon, zərər çəkmiş Zərərçəkmiş şəxs3 məxsus bir ədəd trusik, bir ədəd mayka, bir ədəd şalvar və bir ədəd qısaqol mayka, zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şalvar, bir ədəd qısaqol kofta, zərər çəkmiş Zərərçəkmiş şəxs2 məxsus qısaqol kofta məhv edilməli, cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, məhkəmə xərcləri mövcud deyildir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddəsi ilə 8 (yeddi) il müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 10 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc ambarında saxlanılan cinayətin aləti olan bir ədəd qatlanan cib bıçağı, dörd ədəd tənzif kəsiyi, dörd ədəd çubuqlu pambıq tampon, zərər çəkmiş Zərərçəkmiş şəxs3 məxsus bir ədəd trusik, bir ədəd mayka, bir ədəd şalvar və bir ədəd qısaqol mayka, zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şalvar, bir ədəd qısaqol kofta, zərər çəkmiş Zərərçəkmiş şəxs2 məxsus qısaqol kofta məhv edilsin; - cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, məhkəmə xərcləri mövcud deyildir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-334/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-334/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver