Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-335/2021 26.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Yelmar Buludxan oğlu Bəşirovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilli Müdafiəçi2 və 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxsin hüquqi varisi: X4, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 iştirakı ilə, - Təqsirləndirilən şəxs1 (xx.xx.1993-cü ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Avrora” şirkətində satış təmsilçisi işləmiş, məhkumluğu olmayan, Tərtər rayonu Qapanlı kəndində qeydiyyatda olmaqla, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, X11, nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan), Təqsirləndirilən şəxs2 (xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunun Şıxımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “xxxx” MMC-də ekspeditor işləmiş, məhkumluğu olmayan, Kürdəmir rayonunun Şıxımlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, X11, nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirləndirililmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yusifli X3 Sadiq İlham oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla, başqa cinayətin törədilməsini yüngülləşdirmə məqsədi ilə və quldurluqla əlaqədar qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi 17A nömrəli ünvanda yerləşən “İl market” adlı marketə qanunsuz daxil olub özgəyə məxsus pul və sair əmlakı ələ keçirmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirməkdən ötrü 2020-ci ilin may ayınının ortalarından 15 gün müddətində alışveriş etmək bəhanəsi ilə marketə bir neçə dəfə daxil olub müşahidə apararaq həmin marketdə malların satışından əldə edilən pulların, mobil telefon üçün danışıq kartlarının, habelə marketdə quraşdırılmış kamera görüntülərini qeydə alan yaddaş cihazlarının yerini müəyənləşdirdikdən sonra planlaşdırdıqları cinayətkar niyyətini həyata keçirməkdən ötrü xx.xx.2020-ci il tarixdə saat 03:30 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi 17A nömrəli ünvanda yerləşən “İl market”-ə gəlib həmin vaxtı marketin deposununa tərəvəz məhsullarının yığılması ilə əlaqədar mühafizəçisi Zərərçəkmiş şəxs2 tərəfindən qapının açıq saxlanmasından istifadə edib Təqsirləndirilən şəxs2la birlikdə giriş qapısından depoya daxil olaraq həyata keçirmək niyyətində olduqları quldurluq cinayətinin törədilməsini yüngülləşdirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin vaxtı xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onlara aktiv müqavimət göstərən hücuma məruz qalmış mühafizəçi Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib qəsdən öldürmək məqsədi ilə sonuncuya müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib xüsusi əzab verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurub ona sağ qaşüstü, üst və alt dodaq nahiyyələrinin qançırları, sağ yanaq, sol dirsək, hər iki diz və hər iki baldır nahiyələrinin sıyrıqları kimi canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarət, başın sol gicgah-alın nahiyəsinin yumşaq toxumalarına qansızma, sol gözətrafı nahiyənin burun, alının sol yarısı və sol gicgah nahiyələri əhatə olunmaqla dərialtı hematoması, sol göz almasının ağlı qişasına qansızma ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlə yetirərək, müqavimətini qırmaqla onu yerə yıxıb əllərini, ayaqlarını, həmçinin ağzını və burun dəkilərini yapışqan lentlə bağlayıb sonuncunun ölümünə səbəb olan tənəffüs yollarının (ağız və burun dəliklərinin) yad cisimlə (yapışqanlı lentlə) qapanması, eləcə də traxeya və bronxların mənfəzinin qan laxtası ilə tutulması nəticəsində baş vermiş mexaniki (obturasion) asfiksiya ilə nəticələnən sağlamlığa ağır zərər vurma kimi xəsarət yetirərək sonuncunun sağlamlığına ağır zərər vurmaqla quldurluq edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla, başqa cinayətin törədilməsini yüngülləşdirmə məqsədi ilə və quldurluqla əlaqədar Zərərçəkmiş şəxs2 qəsdən öldürmüşlər, yəni onu qəsdən həyatdan məhrum etmişlər, bundan sonra cinayətkar niyyətini davam edib Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə marketin saxlanc yeri hesab edilən deposuna və marketin içərisinə qanunsuz daxil olmaqla marketin ön giriş qapısı ilə üzbəüz hissədə yerləşən otaqdakı dəmir seyfi yerə çırpmaqla açaraq seyfdən marketin sahibi Zərərçəkmiş şəxs1 məxsus 51292 manat məbləğində pulu, marketin kassasından ümumi dəyəri 1793 manat olan 88 ədəd hər biri 3 manat, 56 ədəd hər biri 5 manat,60 ədəd hər biri 1 manat, 65 ədəd hər biri 2 manat dəyərində olmaqla ümumilikdə 269 ədəd Azercell Telecom, 85 ədəd hər biri 2 manat, 113 ədəd hər biri 3 manat, 35 ədəd hər biri 1 manat dəyərində olmaqla ümumilikdə 233 ədəd Bakcel MMC , 67 ədəd hər biri 5 manat, 90 ədəd hər biri 2 manat dəyərində olmaqla ümumilikdə 157 ədəd Azerfon MMC mobil telefon operatorlarına məxsus danışıq kartlarını, marketin ön giriş qapısı ilə üzbəüz və marketin arxa giriş qapısının yanında yerləşən otaqlardan kamera görüntülərini qeydə alan, “AHD H.264” markalı iki ədəd ümumilikdə 200 manat dəyərində hər birinin dəyəri 100 manat olan yaddaş cihazını talayıb Zərərçəkmiş şəxs1 cəmi 53285(əlli üç min iki yüz səksən beş) manat məbləğdə, yəni külli miqdarda maddi ziyan vurmaqla quldurluq etmişdirlər. Məhkəmədə şahid qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, dostu Sadiqlə təxminən 3 ay imiş ki, yaşadıqlar evdən təxminən 200 metr aralıda yerləşən «İl» adlı marketdə olan pulları oradan götürməklə bağlı öz aralarında zarafatlar edirmişlər. Daha sonra fikirləri qətiləşmişdi və oradan pulları ələ keçirmək qərarına gəlmişlər. Həmin mağazada demək olar ki, hər gün olurmuşlar. Mağazadan pulları ələ keçirmək barədə qəti fikrə gəldikdən sonra marketdən bir neçə dəfə alış-veriş edərkən, içəriyə diqqətlə baxaraq, nəyin harada olduğunu, siqnalizasiya və müşahidə kameralarının harada olmasını dəqiqləşdirmişlər. Həmin mağazanın bir tərəfinə sellofan çəkildiyini və orada təmir işlərinin aparıldığını, marketdə gün ərzində satışdan əldə olunan pulların ayrıca olaraq hansısa maşınla gəlib aparan olmadığını, satışdan gələn pulların mağazada qaldığını başa düşmüşlər. Həmin mazağazada adının Hüseyn olduğunu hadisədən sonra bildikləri yaşlı kişinin gözətçilik etdiyini və gecələri orada tək qaldığını, son günlərdə isə həmin mağazanın yaxınlığında Sadiqlə müşahidə apararkən, mağazada gecələr gözətçidən başqa adam olmadığını, səhərə yaxın maşınla oraya göyərti gətirlib təhvil verildiyini müşahidə etmişlər. Sadiqlə məhz həmin göyərti gətirən maşın mağazaya gəlib malları təhvil verib getdikdən sonra oraya daxil olmaq və içərini axtarıb oradakı pulların hamısını götürmək qərarına gəlmişlər. Mağazada nə qədər pul olduğunu dəqiq bilməsələr də orada azı 10-15 min manat pul olacağını fikirləşmişlər. 2020-ci ilin may ayının 31-dən iyun ayının 01-nə keçən gecə Sadiqin idarə etdiyi Opel markalı avtomobili mağazanın yerləşdiyi küçədən bir qədər aralıda saxlayaraq, kənardan mağazanı müşahidə etməyə başlamışlar. Özləri ilə bir ədəd dəmir çəkic, bir ədəd kiçik dəmir ling (lom), bir ədəd skotç adlanan yapışqanlı lent və hər biri üçün üzlərinin görünməməsindən ötrü rezin maska götürmüşlər. Həmçinin əllərində arxasında fənəri olan alışqan da olmuşdur. Gecə saat 03:30 radələrində arxasında yük yığmaq üçün yer olan sedan tipli avtomobil ilə mağazaya göyərti gətirilib boşaldıqdan sonra həmin avtomobil oradan getmiş, Sadiq ilə dərhal başlarına rezin maskaları taxaraq, avtomobilin çıxdığı yerdən içəri, yəni mağazanın meyvə-tərəvəz saxlanılan deposuna daxil olmuşlar. Ora qaranlıq olmuş və onları görən gözətçi Hüseyn adlı kişi orada nə etdiklərini onlardan soruşmuşlar. Onlar gözətçiyə sakit durmasını, mağazadan pul götürüb gedəcəklərini, ona məsələnin aidiyyəti olmadığını, yalnız əlini və ayağını bağlayacaqlarını demişlər. Gözətçi kişi isə bundan sonra qışqırmış, onlara müqavimət göstərməyə başlamışdır. Onunla əlbəyaxa olmuşlar. Gözətçi kişi və onlar birbirilərinə yumruqlar atmağa başlamışlar. Gözətçi sakit dayanmayaraq əllərindən çıxıb mağazanın çıxış qapısına tərəf qaçmışdır ki, oradan çölə çıxsın. Onlar birlikdə çıxış qapısının yanında gözətçi kişini tutub geriyə çəkmişlər və yenə də ondan sakit dayanmasını tələb etmişlər. Gözətçi kişi onun əl və ayaqlarını skotçla bağlamaqlarına razılaşmadığı üçün Sadiq əli ilə kişinin arxasından tutmuşdur. Bundan sonra gözətçi kişini məcburi şəkildə yerə yıxmışlar və artıq sakitləşdiyini görüb əl və ayaqlarını, eləcə də ağzını yapışqan lentlə(skotçla) bağlamışlır. Sonra Sadiq gözətçi kişinin yanında həmin depoda qalmışdır ki, birdən necəsə durub qaçar. Özü isə əlində ling və çəkic ilə marketin deposundan marketin içərisinə açılan qapı vasitəsi ilə keçib marketin içərisinə daxil olmuş və bir neçə saniyə gözlədikdən sonra siqnalizasiyanın olmadığına bir daha əmin olduqdan sonra içəri daxil olaraq, otaqları gəzməyə başlamışdır. Kompüterlər olan otaqdakı müşahidə kamerasının yaddaş qurğusu olan DVR adlı qurğunu naqillərdən ayıraraq götürmüş, çöldə gözləyən Sadiqə saxlamağa vermişdir. Sonra mağazanın içərisinə qayıdaraq, kassaların altına baxdım və oradan qutularda olan mobil telefonla danışıq konturlarını götürüb onları aparıb depoda onu gözləyən Sadiqə saxlamağa vermişdir. Daha sonra mağazaya qayıdıb mağazanın içərəsindəki əsas giriş qapısı ilə üzbəüz yerləşən şüşə qapını açıb otağa daxil olmaq istəmiş, lakin qapı bağlı olduğundan aça bilməmişdir. Sonra Sadiqə həmin şüşə qapını açmağı tapşıraraq, bir qədər depoda gözətçi kişinin yanında dayanmışdır ki, qaçmasın. Həmin vaxt gözətçi kişi sağ imiş. Lakin Sadiqin gəlmədiyini görüb arxasınca marketin içərisinə getmiş və ikisi köməkləşib dəmir linglə şüşə qapının çərçivəyə bərkidilən kilidini, yəni petləsini qırıb qapını açmışlar. Daha sonra özü içəri daxil olmuş, həmin otaqda bir ədəd də müşahidə kameralarının yaddaş qurğusu olan DVR adlanan qurğunun olduğunu görmüş və həmin DVR-ı da naqillərdən ayıraraq oradan götürüb, Sadiqə saxlamağa vermişdir. Sadiq DVR aparatını götürüb depoya getmişdir. Sonra şüşə qapısı olan otağa diqqət etdikdə təxminən 160-170 sm. hündürlükdə, şkafın üstündə olan dəmir seyfi görmüş və içərisində pul ola biləcəyini düşünərək, həmin seyfi əlləri ilə götürmək istəmişdir. Lakin ağır olduğunu başa düşdükdə əli ilə dartıb azacıq dəhlizə doğru gətirib dəhliz tərəfə tullamışdır ki, oradan Sadiq ilə birlikdə seyfi götürüb aparsınlar. Seyfi dəhlizdə bir qədər mağazanın çıxışına tərəf sürütlədikdən sonra Sadiqi köməyə çağırmışdır ki, seyfi götürüb aparsınlar. Sadiqlə birlikdə depodan marketin içərisinə yenidən gələn vaxt görmüşdür ki, seyfin qıpısı bir qədər aralanıb. Əli ilə qapını tutanda görmüşdür ki, yuxarıdan düşürərkən seyfin qapısının çərçivəsi oynayaraq, öz-özünə açılıb. Seyfin içərisinə baxdıqda parça kisələrdə çoxlu sıxılmış vəziyyətdə pullar olduğunu görmüş və həmin parça kisələri Sadiqlə götürüb marketin deposunun qapısından bayıra çıxmışlar. Gözətçi kişi həmin zaman mağazanın deposunda beton döşəməsində uzanmış vəziyyətdə olmuşdur. Mağazanın deposundan bayıra çıxan zaman mühafizəçi Hüseyn adlı şəxsin nəfəs aldığını görmüşlər. Onlar düşünmüşlər ki, artıq səhər açılır, yəni kimsə tezliklə gəlib, gözətçi kişiyə yardım edəcəkdir. Sadiqlə pul bağlamalarını götürüb mağazadan çıxdıb avtomobilə minib hərəkət etməyə başlamışlar. Bir qədər sonra avtomobili saxlayaraq bağlamaları açmışlar. Bağlamaların içindəki pul əskinazlarının hamısı bir-birinə qarışdığından pulları saymağın vaxt itkisinə səbəb olacağını düşünüb pulları saymamışlar. Pul əskinaslarını qarışıq vəziyyətdə göy sellafona tökmüşlər, həmin göy sellafonu yenidən başqa göy sellafona bükmüşlər. Daha sonra həmin göy sellafonu isə çoxlu yapışqan lentlə sıxmışlar. Həmin sellafonu yaşadıqları evə aparmağın problem olduğunu düşünərək həmin paketi bir müddət gizlətmək üçün Sadiqin əvvəllər iş yoldaşı olmuş Fərid adlı şəxsin evlərinə apararaq onlarda saxlamaq qərarına gəlmişlər. O, Fəridi tanısa da onunla elə də yaxın münasibəti olmamış, Fəridin əsasən Sadiqlə yaxın münasibəti olmuşdur. Sadiq ona Fəridin həmin vaxt hərbi xidmətdə olmasını, Fəridin valideynlərinin Sadiqin xətrini çox istədiklərini, Sadiqin onların evlərinə gediş-gəlişi olduğunu, Fəridin hərbi xidmətdə olması səbəbi ilə bir neçə dəfə valideynlərinin xahişi ilə onlara köməklik etdiyini , Fəridin valideynləri tək yaşadıqları üçün Sadiq pulları onların evində təhlükəsiz şəkildə gizlədə biləcəklərini bildirmişdir. Bundan sonra maşına əyləşərək Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən həmin evə getmişlər. Sadiq həmin şəxsə paketi verən zaman nə dediyini soruşduqda, o, bildirdi ki, guya qayınatasının rəhmətə getdiyi üçün evdə heç kim yoxdur, buna görə evdə olan əmanətləri saxlamaq üçün bir həftəlik onlara gətirməsini bildirmişdir. Fəridin atası da heç bir etirazını bildirməmiş, səhər açıldıqdan sonra onlar gözətçi kişinin öldüyünü öyrənmişlər. Onların niyyəti yalnız marketdə olan pulları oğurlamaq olmuşdur. Onların marketdə işləyən gözətçini öldürmək niyyətləri olmamışdır. Suallara savab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, hadisə zamanı o "Avrora" şirkətində satış nümayəndəsi işləmiş və ***-**** manat civarında əmək haqqı almışdır. Onlar marketi tərk edərkən, mərhumun xırıltılı səslərini eşitməmişdir. İbtidai istintaq zamanı verdiyim ifadənin həmin hissəsi doğru yazılmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o və dostu Fuad «İl» adlı marketdə pulları ələ keçirmək qərarına birgə gəlmişlər. Mağazada içəriyə diqqətlə baxaraq, nəyin harada olduğunu, siqnalizasiya və müşahidə kameralarının harada olmasını dəqiqləşdirmişlər. Həmin mağazanın bir tərəfinə sellofan çəkildiyini və orada təmir işlərinin aparıldığını, marketdə gün ərzində satışdan əldə olunan pulların ayrıca olaraq hansısa maşınla gəlib aparan olmadığını, satışdan gələn pulların mağazada qaldığını müəyyən etmişlər. Həmin mazağazada adının Hüseyn olduğunu hadisədən sonra bildikləri yaşlı kişinin gözətçilik etdiyini və gecələri orada tək qaldığını, son günlərdə isə həmin mağazanın yaxınlığında Fuadla müşahidə apararkən, mağazada gecələr gözətçidən başqa adam olmadığını, səhərə yaxın maşınla oraya göyərti gətirlib təhvil verildiyini müəyyən etmişlər. Sadiqlə məhz həmin göyərti gətirən maşın mağazaya gəlib malları təhvil verib getdikdən sonra oraya daxil olmaq və içərini axtarıb oradakı pulların hamısını götürmək qərarına gəlmişlər. Mağazada nə qədər pul olduğunu dəqiq bilməsələr də orada azı 10-15 min manat pul olacağını düşünmüşlər. 2020-ci ilin may ayının 31-dən iyun ayının 01-nə keçən gecə idarə etdiyi Opel markalı avtomobili mağazanın yerləşdiyi küçədən bir qədər aralıda saxlayıb, kənardan mağazanı müşahidə etməyə başlamışlar. Özləri ilə bir ədəd dəmir çəkic, bir ədəd kiçik dəmir ling (lom), bir ədəd skotç adlanan yapışqanlı lent, arxasında fənəri olan alışqan və hər biri üçün rezin maska götürmüşlər. Gecə saat 03:30 radələrində arxasında yük yığmaq üçün yer olan sedan tipli avtomobil ilə mağazaya göyərti gətirilib boşaldıqdan sonra həmin avtomobil oradan getmişdir. Sadiq ilə dərhal başlarına rezin maskaları taxaraq, avtomobilin çıxdığı yerdən içəri, yəni mağazanın meyvə-tərəvəz saxlanılan deposuna daxil olmuşlar. Ora qaranlıq imiş və onları görən gözətçi Hüseyn adlı kişi orada nə etmələrini onlardan soruşmuşdur. Onlar gözətçiyə sakit durmasını, mağazadan pul götürüb gedəcəklərini, ona məsələnin aidiyyəti olmadığını, yalnız əlini və ayağını bağlayacaqlarını demişlər. Gözətçi kişi isə bundan sonra qışqırmaqla, onlara müqavimət göstərməyə başlamışdır. Onlar gözətçi ilə əlbəyaxa olaraq bir-birilərini yumruqla vurmağa başlamışlar. Gözətçi sakit dayanmayaraq əllərindən çıxıb mağazanın çıxış qapısına tərəf qaçmışdır ki, oradan çölə çıxsın. Dərhal birlikdə çıxış qapısının yanında gözətçini tutub geriyə çəkmişlər və yenə də ondan sakit dayanmasını tələb etmişlər. Gözətçi onun əl və ayaqlarını skotçla bağlamaqlarına razılaşmadığı üçün o, əli ilə kişinin arxasından onu tutmuşdur. Bundan sonra gözətçi kişini məcburi şəkildə yerə yıxaraq əl və ayaqlarını,bağlamışlar. Sonra o, gözətçinin yanında həmin depoda qalmışdır ki, durub qaçmasın. Fuad isə əlində ling və çəkic ilə marketin deposundan marketin içərisinə açılan qapı vasitəsi ilə keçib marketin içərisinə daxil olmuşdur. Daha sonra Fuad kompüterlər olan otaqdakı müşahidə kamerasının yaddaş qurğusu olan DVR adlı qurğunu naqillərdən ayıraraq götürüb ona saxlamağa vermişdir. Sonra Fuad mağazanın içərisinə qayıdaraq ona mağazanın içərisində şüşə qapını açmağı tapşırmışdır. Fuad bir qədər depoda gözətçi kişinin yanında dayanmışdır ki, qaçmasın. Daha sonra Fuad onun yanına qayıtmış və ikisi köməkləşib dəmir linglə şüşə qapının çərçivəyə bərkidilən kilidini, yəni petləsini qırıb qapını açmışlar. Daha sonra özü içəri daxil olmuşdur. Həmin otaqda bir ədəd də müşahidə kameralarının yaddaş qurğusu olan DVR adlanan qurğu olmuş və Fuad həmin DVR-ı da naqillərdən ayıraraq oradan götürüb ona saxlamağa vermişdir. O, DVR aparatını götürüb depoya getmişdir. Daha sonra Fuad onu köməyə çağırmışdır, ki, seyfi götürüb aparsınlar. Onlar birlikdə depodan marketin içərisinə yenidən gələn vaxt görmüşlər ki, seyfin qıpısı bir qədər aralanmış, öz-özünə açılmışdır. Seyfin içərisinə baxdıqda parça kisələrdə çoxlu sıxılmış vəziyyətdə pullar olduğunu görmüşlər və həmin parça kisələri Fuadla götürüb marketin deposunun qapısından bayıra çıxmışlar. Gözətçi kişi həmin zaman mağazanın deposunun beton döşəməsində uzanmış vəziyyətdə imiş. Mağazanın deposundan bayıra çıxan zaman mühafizəçi Hüseyn adlı şəxsin nəfəs almasınıgörmüşlər. Onlar oranı tərk edən zaman gözətçi hələ ölməmiş, onlar düşünmüşlər ki, artıq səhər açılır, yəni kimsə tezliklə gəlib, kişiyə yardım edə bilər. Fuadla pul bağlamalarını götürüb mağazadan çıxdıb avtomobilə minib hərəkət etməyə başlamışlar. Bir qədər sonra avtomobili saxlamışlar və bağlamaları açmışlar. Bağlamaların içindəki pul əskinazlarının hamısı bir-birinə qarışdığından pulları saymağın vaxt itkisinə səbəb olacağını düşünüb pulları saymaqdan imtina etmişlər. Pul əskinaslarını qarışıq vəziyyətdə göy sellafona tökmüşlər. Həmin göy sellafonu yenidən başqa göy sellafona bükərək üzərin skoçlamışlır. Həmin sellafonu yaşadıqları evə aparmağın problem olduğunu düşünərək onun əvvəllər iş yoldaşı olmuş Fərid adlı şəxsin evlərinə aparmışlar.aq. O həmin paketi verən zaman Fəridin atasına bildirmişdir ki, guya qayınatası rəhmətə getdiyi üçün evdə heç kim yoxdur, buna görə evdə olan əmanətləri saxlamaq üçün bir həftəlik onlara gətirmişdir. Fəridin atası da heç bir etirazını bildirməmiş. Səhər açıldıqdan sonra onlar gözətçi kişinin öldüyünü öyrənmişlər. Onların niyyəti yalnız marketdə olan pulları oğurlamaq olmuş, onların marketdə işləyən gözətçini öldürmək niyyətləri olmamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Fuadın yapışqan lentlə gözətçinin ağzını bağlamasını görməmiş, marketdən oğurluq etməyi birlikdə qərara almış, mərhum gözətçi ilə əlbəyaxa olarkən, onu yumruqla vurmamışdır. Onlar mərhum gözətçi ilə əlbəyaxa olarkən, mərhumun boğazını əllərimlə sıxmamış, o sadəcə qolları ilə mərhumu arxasından tutmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Fuadın gözətçinin ağzını da yapışqanlı lentlə bağlaması barədə yazılanları təsdiq etmir. Məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində bildirmişdir ki, atası Hüseyn 10 ildən çox müddə imiş ki, Kürdəxanı qəsəbəsində yerləşən “İl market”də mühafizəçi işləyirmiş. Hər gün axşam saat 23 radələrində işə getmiş, səhər saat 09 radələrində işdən evə qayıdırmış. “İl market”in yerləşdiyi yerin qarşısında atasının gecələr oturması üçün kiçik ölçülü köşk də düzəltmişlər. “İl market”in anbar hissəsinin qapısının açarları marketin müdüriyyəti tərəfindən atasına verilmişdir. Çünki, marketə gecə göy-göyərti və digər tərəvəz məhsulları gətirilən zaman atası anbarın qapısını açıb həmin tərəvəzi anbara yığırmış. 2020-ci ilin may ayında işdən məzuniyyət götürüb Beyləqan rayonuna qohumlarının yanına dincəlmək üçün getmiş, xx xxxx 2020-ci il tarixdə Beyləqan rayonunda olarkən, əmisi zəng edib bildirmişdir ki, təcili Bakıya qayıtmalıdır. Ondan nə olduğunu soruşduqda əmisi ona heç nə deməmiş, ailə üzvlərinə zəng edib nə baş verdiyini soruşanda ona atasının vəfat etdiyinini bildirmişlər. O həmin gün Bakıya gəlmiş, ona bildirmişlər ki, atası Hüseyn işdə olarkən, xx xxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində iki nəfər şəxs tərəfindən “İl market”in anbarında öldürülmüşdür. Bundan sonra həmin şəxslər marketdə olan pulları götürüb qaçmışlar. Həmin gün marketin müdiriyyəti İlqar müəllim də onların yaşadığı evə gəlmişdir. Ondan, daha sonra marketdə işləyən digər şəxslərdən aldığı məlumatlar əsasında bilmişdir ki, xx xxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində marketə göyərti gətirən şəxs marketə göyərti gətirmiş, həmin göy-göyərtini anbara yığmaq üçün atası Hüseyn anbarın qapısını açmışdır. Göy-göyərtiləri anbara yığdıqdan sonra həmin şəxs getmiş, bundan sonra isə anbarın qapısının açıq olmasından və atası Hüseynin orada tək olmasından istifadə edən iki nəfər şəxs anbara daxil olub atasını döymüş, əllərini və ağzını yapışqan lentlə bağlayaraq marketdən 40 min manatdan yuxarı məbləğdə pulu götürmüşlər. Həmin şəxslər atasının əlləri, ayaqları və ağzı bağlı vəziyyətdə qoyub marketi tərk etmişlər. Ağzı və burun dəlikləri bağlı qalan atası Hüseyn isə həmin vəziyyətdə ölmüşdür. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 10 ildir ki, Sabunçu rayonu, M.Adil küçəsi 17a nömrəli ünvanda yerləşən özünə məxsus "İl" marketi işlədir. xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində qardaşı Elmidar Orucov ona zəng edərək, "İl" marketdə mühafizəçi işləyən Zərərçəkmiş şəxs2 marketin deposunda öldürülmüş vəziyyətdə aşkar olunduğunu bildirmişdir. Bu xəbəri eşidən kimi dərhal evdən çıxıb marketə yollanmış, marketin deposuna daxil olduqda görmüşdür ki, marketin mühafizəçisi Zərərçəkmiş şəxs2 meyiti depoda döşəmənin üzərində uzanmış vəziyyətdədir. Qardaşı Elmidar və bacıs oğlu Nicat o gələnədək hadisə yerinə gəlmişlər. Qardaşı Elmidar ona bildirmişdir ki, o gələnədək ilk olaraq marketdə çörəkçi işləyən Xalidə adlı qadın Zərərçəkmiş şəxs2 meyitini aşkar edib, daha sonra Xalidə bacı oğlu Nicata bu barədə məlumat vermişdir. Bacısı oğlu Nicat isə əvvəlcə ona zəng etmiş, lakin telefonu açmadığımdan digər qardaşına zəng edib hadisə barədə məlumat vermişdir. Elmidar xəbəri eşidən kimi hadisə yerinə gəlmiş və Zərərçəkmiş şəxs2 meyitinin əl-qolu, ayaqları, habelə ağzı və burun dəliklərinin yapışqan lentlə bağlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra Elmidar hadisə barədə ona zəng edib məlumat vermişdir. Daha sonra isə, bacıs oğlu Nicatla birlikdə marketin içərisinə daxil olmuş, marketdə olan otaqlara baxdıqda marketin ön giriş qapısı ilə üzbəüz yerləşən otaqda olan seyfin marketin içəri hissəsində olduğunu və seyfin qapısının açıq vəziyyətdə olduğunu görmüşlər. Bundan başqa həmin otaqda olan kamera görüntülərini qeydə alan yaddaş cihazının da yerində olmadığını aşkar etmişlər. Marketin arxa giriş qapısının yanında olan otaqda olan, kamera görüntülərini qeydə alan yaddaş cihazının da cinayəti törətmiş şəxslər tərəfindən götürüldüyünü müəyyən etmişlər. O da marketdə olan otaqlara baxdıqda həmin yaddaş cihazlarının orada olmadığını görmüşdür. Bundan başqa marketin kassasında saxlanılan müxtəlif məbləğlərdə olan danışıq kartlarının da, habelə seyfdə saxladığı pulun da yerində olmadığını görmüşdür. Törədilmiş cinayət zamanı ona məxsus marketin dəmir seyfində saxladığı, marketdə malların satışından son həftə ərzində əldə edilmiş 51292 manat məbləğində pul, marketin kassasında saxlanılan 88 ədəd hər biri 3 manat, 56 ədəd hər biri 5 manat,60 ədəd hər biri 1 manat, 65 ədəd hər biri 2 manat dəyərində olmaqla ümumilikdə 269 ədəd Azercell Telecom, 85 ədəd hər biri 2 manat, 113 ədəd hər biri 3 manat, 35 ədəd hər biri 1 manat dəyərində olmaqla ümumilikdə 233 ədəd Bakcel MMC , 67 ədəd hər biri 5 manat, 90 ədəd hər biri 2 manat dəyərində olmaqla ümumilikdə 157 ədəd Azerfon MMC mobil telefon operatorlarına məxsus, ümumilikdə 1793 manat dəyərində mobil telefon üçün danışıq kartları , habelə marketin ön giriş qapısı ilə üzbəüz yerləşən və marketin arxa giriş qapısının yanında yerləşən otaqların hər birindən bir ədəd olmaqla , hər birinin dəyəri 100 manat olan, ümumilikdə iki ədəd olmaqla ikisinin dəyəri 200 manat olan kamera görüntülərini qeydə alan, “AHD H.264” markalı iki ədəd yaddaş cihazı cinayəti törətmiş şəxslər tərəfindən talanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, o hazırda təqaüddədir və ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayır. X9 rayonu, Kürdəxanı qəsəbəsində özünə məxsus “İl” adlı marketi işlədir. Özü isə Sabunçu rayonu Bakıxanov qəsəbəsində fərdi ticarətlə məşğul olur. “İl” marketin idarə edilməsinə qardaşı İlqar rəhbərlik edir, işçilərin fəaliyyətinə və digər məsələlərə isə bacısı oğlu Nicat nəzarət edir. Yaşadığı ev “İl” marketin arxa hissəsində, yəni, yaxınlığında yerləşir. Buna görə də arabir, vaxtı olanda “İl” marketə qardaşının yanına gedir. Qardaşına məxsus həmin marketin depo hissəsi var və həmin depoya meyvə-tərəvəz məhsulları yığılır. Deponun açarı isə marketin mühafizəçisi Zərərçəkmiş şəxs2 olurmuş. Gecə saatlarında marketə gətirilən meyvə-tərəvəz məhsullarını adətən Zərərçəkmiş şəxs2 depoya yerləşdirirmiş. xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində bacısı oğlu Nicat ona zəng edib bildirmişdir ki, marketin mühafizəçisi Zərərçəkmiş şəxs2 marketin deposunda meyiti aşkar edilmişdir. Bu xəbəri eşidən kimi “İl” marketə getmiş, marketin deposundan içəri daxil olduqda depoda döşəmənin üstündə uzanmış vəziyyətdə, əl-ayaqları və ağızı yapışqan lentlə bağlı halda Zərərçəkmiş şəxs2 meyitini görmüşdür. Zərərçəkmiş şəxs2 bəlkə ölmədiyini fikirləşib onun meyitinə yaxınlaşıb onun ağız və burnunun aşağısına bağlanmış yapışqan lenti onun ağzından açmış və yerə atmışdır. Lakin Zərərçəkmiş şəxs2 tamam hərəkətsiz vəziyyətdə və nəfəs almadığını görüb onun artıq öldüyünü başa düşmüşdür. Bundan sonra bacısıoğlu Nicatla birlikdə marketin içəri hissəsinə daxil olmuş və müəyyən etmişdir ki, marketin içəri hissəsində olan giriş qapısının qarşısındakı otağın şüşə qapısı açıq vəziyyətdədir, otağın içərisində olan pulların saxlandığı dəmir seyf və marketin içərisində olan kameralar vasitəsi ilə qeydə alınmış videogörüntüləri yaddaşda saxlayan DVR adlı yaddaş cihazı isə otaqda yox imiş. Marketin içəri hissəsinə baxdıqda, həmin otaqda olan dəmir seyf marketin içərisində, kassanın yerləşdiyi hissənin qarşısında döşəmənin üzərində və seyfin qapısı açıq vəziyyətdə olmasını müəyyən etmişlər. Seyfə qoyulmuş pullar isə yerində olmamışdır. Bundan başqa marketin arxa qapısının yanında olan otağa da baxan zaman müəyyən etmişlər ki, həmin otaqda olan kamera görüntülərini yaddaşda saxlayan DVR adlı cihaz da orada yoxdur. Bundan sonra qardaşı Zərərçəkmiş şəxs1 və polisə zəng edib hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə qardaşı Zərərçəkmiş şəxs1, daha sonra isə polis və prokurorluq orqanlarının əməkdaşları gəlmişlər. Bu hadisədən bir gün sonra polisdən məlumat almışlar ki, Fuad və Sadiq adlı iki nəfər şəxs xx xxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində mühafizəçi Zərərçəkmiş şəxs2 “İl” marketin deposunun qapısını açıb içəri tərəvəz məhsulları qoyduğunu görüb deponun qapısının açıq olmasından istifadə edərək marketin deposuna daxil olmuşlar. Zərərçəkmiş şəxs2 onlara müqavimət göstərmək istəyərkən, onu döyüb qollarını və ayaqlarını, habelə ağız və burun dəliklərini yapışqan lentlə bağlayaraq onu öldürmüşlər. Qardaşı İlqar hadisədən sonra cinayəti törətmiş şəxslər tərəfindən marketdən aparılmış pullar barədə hesablama apardıqdan sonra məlum olmuşdur ki, həmin şəxslər marketin seyfindən 51292 manat məbləğdə pul və marketin kassasında qoyulmuş ümumilikdə 1793 manat dəyərində müxtəlif operatorlara məxsus danışıq kartlarını aparmışlar. Hadisəni törədən Sadiq və Fuad adlı şəxsləri əvvəllər tanımamışdır. Hər ayın 25-nən növbəti ayın 5-nə qədər mal aldıqları firmalarla hesablaşmalar keçirilirmiş və kassada pulun belə çox olmasının səbəbi budur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində Şahid4 ifadəsindəki xüsusatları təsdiq etməklə yanaşı bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində marketdə çörəkçi işləyən Xalidə adlı qadın ona zəng edib bildirmişdir ki, marketdə gözətçi işləyən Zərərçəkmiş şəxs2 öldürülüb. Bu xəbəri eşidən kimi dərhal İl marketə getmiş və marketin deposuna daxil olduqda Zərərçəkmiş şəxs2 meyitinin əl-qolu və ağız nahiyəsinin və burun dəliklərinin yapışqan lentlə bağlı vəziyyətdə, yerdə uzanmış halda olduğunu görmüş və dərhal dayısı Zərərçəkmiş şəxs1 zəng etmiş, lakin o, telefona cavab vermədiyindən digər dayısı Elmidara zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayında “İl” marketdə kassir işləyir. Hər gün saat 08:00-da işə gəlib saat 21-22 radələrində işdən çıxır. Kassir olaraq marketdəki işi müştərilərin aldığı malları kassada alıb onların ödənişlərini qəbul etmək və onlara ödəniş barədə qəbz vermək, eləcə də günün sonunda pulu kassadan çıxarıb marketdə seyf saxlanılan otaqdakı seyfə yığmaqdır. Belə ki, xx xxx 2020-ci il tarixdə saat 21:00-dək marketdə kassada oturmuş, saat 22 radələrində isə kassada yığılan pulu sayaraq seyfə qoyub marketdən çıxmışdır. Marketdə hər gün əldə edilən gəlir seyfə qoyulur, günün sonunda isə marketin sahibi Zərərçəkmiş şəxs1 tərəfindən oradan götürülüb bank hesabına köçürülürmüş. Bank hesabından isə marketə alınan məhsulların pulları ödənilir. xx xxx 2020-ci il tarixdən etibarən qeyri-iş günləri olduğu üçün həmin vaxtdan son bir həftə imiş ki, pul seyfdən götürülməmişdi və kassadan yığılan pulu günün sonunda aparıb seyfə qoymuşdur. xx xxx 2020-ci il tarixdə günün sonunda təxminən 9000 (doqquz min ) manata yaxın pulu seyfə pul qoymuşdur. xx xxx 2020-ci il tarixdə saat 22 radələrində pulu marketdə seyfə qoyub marketdən çıxmış, xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində işə gələrkən marketin qarşısında çoxlu adam toplaşdığını görmüşdür. Marketdə işləyən iş yoldaşları bildirmişlər ki, naməlum şəxslər marketdə mühafizəçi işləyən Zərərçəkmiş şəxs2 öldürüb marketin seyfindən pulu götürüb aparmışlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 Sadıx oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 oğlu Fəridin iş yoldaşı kimi tanımışdır. Oğlu Fərid 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Oğlu Fərid hərbi xidmətə getikdən sonra Təqsirləndirilən şəxs2 görməmiş, onunla heç bir əlaqəsi olmamışdır. xx xxxx 2020-ci il tarixdə səhər saat 06 radələrində Təqsirləndirilən şəxs2 onun Xəzər rayonunda yerləşən yaşadığı evə gəlmiş və bildirmişdir ki, qayınatası rəhmətə gedib, başı qarışıqdı, əmanət var, evinin qapı-pəncərəsi yaxşı bağlanmır, onu evdə saxlaya bilmir, buna görə də həmin əmanəti ondan saxlamasını xahiş etmişdir. Sadiq bunu bildirdikdən sonra ona göy rəngli skotç lentlə bağlanmış sellofanı vermiş və 3-4 gün ərzində həmin sellofanı gəlib götürəcəyini bildirmişdir. Həmin gündən bir gün sonra, yəni xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində işdə olarkən həyat yoldaşı ona zəng edib, polis əməkdaşlarının yaşadıqları evə gəldiyini bildirmişdir. Bundan sonra o, yaşadığı evə gəlib Sadiqin ona verdiyi bağlamanı polisə və prokurorluq əməkdaşlarına təhvil vermişdir. Həmin bağlama özünün və Təqsirləndirilən şəxs2 iştirakı ilə açılmışdır. Sadiq bildirmişdir ki, Kürdəxanı ərazisində olan marketlərin birində mühafizəçinin ağzına yapışqan lent vurub bağlayaraq, marketdən dostu ilə birlikdə həmin pulu talayıb və göy rəngli sellofana yığaraq gətirib ona vermişdir. Sadiqin həmin cinayəti törətməsindən xəbərsiz olmuş, həmin cinayəti nə törətməzdən əvvəl, nə də törətdikdən sonra belə bir cinayət törətməsi barədə Sadiq ona məlumat verməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “İl” marketdə çörəkçi işləmişdir. Saat 06 radələrində işə gedib saat 14 radələrində işdən çıxır. “İl” marketin ön hissəsindən və deposundan da marketə daxil olmaq üçün qapısı vardır. Səhər tezdən ön qapı açıq olmadığı üçün arxa qapıdan, yəni deponun qapısından marketə daxil olmuşdur. “İl” marketin deposunun açarı adətən marketdə mühafizəçi işləyən Zərərçəkmiş şəxs2 olurmuş, işə gedəndə depodan marketə daxil olmaq üçün deponun qapısını ona mühafizəçi Zərərçəkmiş şəxs2 açırmış. Hər gün olduğu kimi xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində “İl” marketə işə getmişdir. Marketin deposuna yaxınlaşmış, lakin mühafizəçi Hüseyni orada görməmişdir. Deponun qapısının isə açıq olduğunu görmüş, deponun qapısından girib depoya daxil olduqda deponun içəri hissəsində döşəmənin üzərində Zərərçəkmiş şəxs2 meyitini başı aşağı uzanmış vəziyyətdə qaldığını görmüşdür. Hüseynin əllərinin və ayaqlarının yapışqan lentlə bağlanmış vəziyyətdə olmuş, ağızı və burunu da yapışqanlı lentlə bağlanmışdır. Bu hadisəni görüb qorxmuş və qorxudan qışqırmağa başlamışdır. Bundan sonra hadisə barədə məlumat vermək üçün marketin işlərinə nəzarət edən, marketin sahibi Zərərçəkmiş şəxs1 bacısı oğlu Nicata zəng edib hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə Nicat gəlmiş, o da Hüseynin meyitini görmüşdür. O qorxduğu üçün depoda qala bilməmiş və oradan çıxıb evinə qayıtmışdır. Təqsirləndirilən şəxslər Yusifli X3 və Sadiq İlham oğlunun yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olmaları özlərinin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmişin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan "cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" xx xxxx 2020-ci il tarixli protokollardan müəyyən olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhər Sabunçu rayon məhkəməsinin 03 iyun 2020-cu il tarixli 4(008)-313/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər Sabunçu rayon məhkəməsinin 03 iyun 2020-cu il tarixli 4(008)-314/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən verilmiş tələbnamələrdən məlum olur ki, Yusifli X3 və Sadiq İlham oğlunun əvvələr məhkum olunmamışdır. Cinayət işinin materiallarında əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 103 saylı rəyində göstərilmişdir ki, Mərhum Zərərçəkmiş şəxs2 meyiti müayinə edilərkən aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Başın sol gicgah-alın nahiyəsinin yumşaq toxumalarına qansızma. Sol gözətrafı nahiyənin burun, alının sol yarısı və sol gicgah nahiyələri əhatə olunmaqla dərialtı hematoması, sol göz almasının ağlı qişasına qansızma. Sağ qaşüstü, üst və alt dodaq nahiyələrinin qançırları. Sağ yanaq, sol dirsək, hər iki diz və hər iki baldır nahiyələrinin sıyrıqları. Xəsarətlər həyatidir, Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən əmələ gəlmişdir. Dərəcəsinə görə başın sol gicgah-alın nahiyəsinin yumşaq toxumalarına qansızma; sol gözətrafı nahiyənin burun, alının sol yarısı və sol gicgah nahiyələri əhatə olunmaqla dərialtı hematoması, sol göz almasının ağlı qişasına qansızma ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağamlığa yüngül zərərvurmanın əlamətlərinə sağ qaşüstü, üst və alt dodaq nahiyyələrinin qançırları, sağ yanaq, sol dirsək, hər iki diz və hər iki baldır nahiyələrinin sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs2 tənəffüs yollarının (ağız və burun dəliklərinin) yad cisimlə (yapışqanlı lentlə) qapanması, eləcə də traxeya və bronxların mənfəzinin qan laxtası ilə tutulması mexaniki asfiksiyaya səbəb olduğundan canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb tənəffüs yollarının (ağız və burun dəliklərinin) yad cisimlə (yapışqanlı lentlə) qapanması, eləcə də traxeya və bronxların mənfəzinin qan laxtası ilə tutulması nəticəsində baş vermiş mexaniki (obturasion) asfiksiya olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 6-8 saat əvvələ uyğun gəlir. Xəsarət yetirilən şəxslə hücum edən şəxs dinamikada (hərəkətdə) olduqları üçün müxtəlif pozalarda (duruş vəziyyətlərində) ola bilərdilər. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, prooif, və vyamil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Psixiatrik ekspertizasından alınmış xx.xx.2020-ci il tarixli Kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 1084 saylı rəyində göstərilmişdir ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə: Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Belə nəticəyə gəlinir ki, yoxlanılan şəxs, Təqsirləndirilən şəxs1r səviyyəsi normaya uyğundur. İnadkarlıq, implusivlik, özünü meyillilik, eqosentrizm kimi fərdi-psixoloji xüsusiyyətlərə mal hadisələr baş verən zaman hərəkət və davranışını şüurli edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyät nsixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törədərkən fizoloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Psixiatrik ekspertizasından alınmış xx.xx.2020-ci il tarixli Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 1085 saylı rəyində göstərilmişdir ki, məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal- hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Aparılmış psixoloji müayinəni yekunlaşdırıb, həmçinin cinayət işi materiallarını psixoloji cəhətdən hərtərəfli təhlil edərək belə nəticəyə gəlinir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafını, dünyagörüşü səviyyəsi, intellektual imkanları normaya uyğundur. Eqosentrizm, kobudluq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi fərdipsixi xüsusiyyətlərə malikdir, şəxsdir. Təqsirləndirilən şəxs2 hadisələr baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstəribiləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyys hər hansı bir dəyişiklik yaranmamış, emosional vəziyyətindən/ hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətinə malik Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Lifli materialların məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli 6/1114 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 İlham oğlunun dırnaq kəsiklərdən tapılmış tünd yaşıl rəngli poliakril kimyəvi liflər cinsi əlmətlərinə görə Zərərçəkmiş şəxs2 jaketinin tərkib liflərinə uyğun gəlirlər. Lifli Materialların məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli 6/1115 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 dırnaq kəsiklərdən tapılmış tünd yaşıl rəngli poliakril kimyəvi liflər cinsi əlmətlərinə görə Zərərçəkmiş şəxs2 jaketinin tərkib liflərinə uyğun gəlirlər. Marketin sahibi Zərərçəkmiş şəxs1 məxsus, quldurluq yolu ilə ələ keçirilmiş və istintaq zamanı aşkar edilərək götürülmüş 51292 manat məbləğində pul, ümumi dəyəri 1793 manat olan 88 ədəd hər biri 3 manat, 56 ədəd hər biri 5 manat,60 ədəd hər biri 1 manat, 65 ədəd hər biri 2 manat dəyərində olmaqla ümumilikdə 269 ədəd Azercell Telecom, 85 ədəd hər biri 2 manat, 113 ədəd hər biri 3 manat, 35 ədəd hər biri 1 manat dəyərində olmaqla ümumilikdə 233 ədəd Bakcel MMC , 67 ədəd hər biri 5 manat, 90 ədəd hər biri 2 manat dəyərində olmaqla ümumilikdə 157 ədəd Azerfon MMC mobil telefon operatorlarına məxsus danışıq kartları habelə marketin ön giriş qapısı ilə üzbəüz yerləşən otaqdan götürülmüş , kamera görüntülərini qeydə alan, “AHD H.264” markalı bir ədəd yaddaş cihazı və mərhum Əhmədov Hüseyn Bayram oğlunun əynindən çıxarılaraq götürülmüş bir ədəd qəhvəyi rəngli pencək, bir ədəd yaşıl rəngli yun jaket , bir ədəd boz rəngli şalvar,bir ədəd alt tuman köynək və bir ədəd mayka, cinayət törədilən zaman Zərərçəkmiş şəxs2 ağız və burun dəliklərinə bağlanmış və hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd yapışqan lent iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübut kimi tanınan 51292 manat məbləğində pul , habelə ümumilikdə 1793 manat dəyərində mobil telefon üçün danışıq kartları Zərərçəkmiş şəxs1 geri qaytarılmış, digər maddi sübutlar - kamera görüntülərini qeydə alan, “AHD H.264” markalı bir ədəd yaddaş cihazı və mərhum Əhmədov Hüseyn Bayram oğlunun əynindən çıxarılaraq götürülmüş bir ədəd qəhvəyi rəngli pencək, bir ədəd yaşıl rəngli yun jaket , bir ədəd boz rəngli şalvar,bir ədəd alt tuman köynək və bir ədəd mayka, cinayət törədilən zaman Zərərçəkmiş şəxs2 ağız və burun dəliklərinə bağlanmış və hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd yapışqan lent isə maddi sübutların saxlanması otağında saxlanması üçün təhvil verilmişdir. Cinayət işinin materiallarında olan xasiyyətnamələrdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən və şəxsiyyət vərəqələrinin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs2 evlidir və himayəsində iki azyaşlı (2012 və 2014-cü il təvəllüdlü) övladı var. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətin təqsirkar şəxs üçün aşkar surətdə 1955-ci il təvəllüdlü qoca Zərərçəkmiş şəxs2 qarşı törədilməsidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinəəsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətin təqsirkar şəxs üçün aşkar surətdə 1955-ci il təvəllüdlü qoca Zərərçəkmiş şəxs2 qarşı törədilməsidir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal himayəsində 2 azyaşlı uşağının olmasıdır. Azərbaycan Respublikası CM-in 56.2-ci maddəsinə əsasən Xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Təqsirləndirilən şəxslərin şəxsiyyəti, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, habelə Azərbaycan Respublikası CM-in 56.2-ci və 56.1.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxslərin törətdiyi cinayətlərin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğu üçün və onlar ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqları üçün cəzalarının ilk 3 ilini həbsxanada çəkməklə qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən işi üzrə maddi sübutlar- 51292 manat məbləğində pul, habelə ümumilikdə 1793 manat dəyərində mobil telefon üçün danışıq kartları Zərərçəkmiş şəxs1 geri qaytarılması nəzərə alınmalı, hökm qüvvəsini aldıqdan sonra digər maddi sübutlar - kamera görüntülərini qeydə alan, “AHD H.264” markalı bir ədəd yaddaş cihazı sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalı, mərhum Əhmədov Hüseyn Bayram oğlunun əynindən çıxarılaraq götürülmüş bir ədəd qəhvəyi rəngli pencək, bir ədəd yaşıl rəngli yun jaket , bir ədəd boz rəngli şalvar,bir ədəd alt tuman köynək və bir ədəd mayka, habelə cinayət törədilən zaman Zərərçəkmiş şəxs2 ağız və burun dəliklərinə bağlanmış və hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd yapışqan lent məhv edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə 228 manat (iki yuz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Yusifli Fuad Məhərrəm oğlunun hər birindən 114( yüz on dörd manat olmaqla tutularaq dövlət nəfinə ödənilməlidir. Təqsirləndirilən şəxslərin cəza çəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan- xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 7 saylı hüquq məsləhətxanasının vəkilləri X7 420 manat (dörd yüz iyirmi) manat, X1 420 manat (dörd yüz iyirmi) mana, məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Yusifli Fuad Məhərrəm oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.6, 120.2.11-ci maddələri ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Yusifli Fuad Məhərrəm oğlu qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İlk 3(üç) ilini həbsxanada çəkməklə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.6, 120.2.11, 181.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.6, 120.2.11-ci maddələri ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İlk 3(üç) ilini həbsxanada çəkməklə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar- 51292 manat məbləğində pul, habelə ümumilikdə 1793 manat dəyərində mobil telefon üçün danışıq kartları Zərərçəkmiş şəxs1 geri qaytarılması nəzərə alınsın, hökm qüvvəsini aldıqdan sonra digər maddi sübutlar - kamera görüntülərini qeydə alan, “AHD H.264” markalı bir ədəd yaddaş cihazı sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın, mərhum Əhmədov Hüseyn Bayram oğlunun əynindən çıxarılaraq götürülmüş bir ədəd qəhvəyi rəngli pencək, bir ədəd yaşıl rəngli yun jaket , bir ədəd boz rəngli şalvar,bir ədəd alt tuman köynək və bir ədəd mayka, habelə cinayət törədilən zaman Zərərçəkmiş şəxs2 ağız və burun dəliklərinə bağlanmış və hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd yapışqan lent məhv edilsin. Cinayət işi üzrə 228 manat (iki yuz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Yusifli Fuad Məhərrəm oğlunun hər birindən 114 (yüz on dörd) manat olmaqla tutularaq dövlət nəfinə ödənilsin. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 7 saylı hüquq məsləhətxanasının vəkilləri X7 420 manat (dörd yüz iyirmi) manat, X1 420 manat (dörd yüz iyirmi) mana, məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-335/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-335/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver