Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-335/2022 21.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3, fərdi qaydada fəaliyyət göstərən vəkil X11, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri maddələri, xx xxxx 1988-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Dizə kəndində qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxx 1978-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Qoçüstü küçəsi, ev 1, mənzil 127-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 263.2-ci maddələri maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış, saxlamışdır. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış, saxlamışdır. Bundan başqa, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış, saxlamış, bundan başqa, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, İran İslam Respublikasının vətəndaşı “Mahi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “Mahi” adlı şəxsin və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Mahi” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdiyi külli miqdarda 16,646 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib aralarında bölməklə Təqsirləndirilən şəxs2 külli miqdarda, yəni 2,501 qram çəkidə narkotik vasitə heroini üstündə saxlamaqla ünvan 3 ünvanının qarşısına, Təqsirləndirilən şəxs1 külli miqdarda, yəni 5,554 qram çəkidə narkotik vasitə heroini və Təqsirləndirilən şəxs3 külli miqdarda, yəni 8,591 qram çəkidə narkotik vasitə heroini üzərlərində saxlamaqla ünvan 4 ünvanının yaxınlığına daşımışlar. Bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdən başlanaraq həyata-keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 18:25-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 5da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda 2,501 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq xx.xx.2021-ci il tarixdə, saat 00.30-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sağ yan cibindən 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,478 qram və 3,076 qram olmaqla, ümumilikdə külli miqdarda 5,554 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 əynindəki şalvarının sağ yan cibindən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,142 qram, 3,095 qram və 2,354 qram olmaqla, ümumilikdə külli miqdarda 8,591 qram çəkidə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə öz aralarında, eləcə də Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroinlə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, İran İslam Respublikasının vətəndaşı “Mahi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “Mahi” adlı şəxsin və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Mahi” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdiyi külli miqdarda 16,646 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib aralarında bölməklə Təqsirləndirilən şəxs2 külli miqdarda, yəni 2,501 qram çəkidə narkotik vasitə heroini üstündə saxlamaqla ünvan 3 ünvanının qarşısına, Təqsirləndirilən şəxs1 külli miqdarda, yəni 5,554 qram çəkidə narkotik vasitə heroini və Təqsirləndirilən şəxs3 külli miqdarda, yəni 8,591 qram çəkidə narkotik vasitə heroini üzərlərində saxlamaqla ünvan 4 ünvanının yaxınlığına daşımışlar. Bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdən başlanaraq həyata-keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 18:25-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 5da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda 2,501 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq xx.xx.2021-ci il tarixdə, saat 00.30-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sağ yan cibindən 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,478 qram və 3,076 qram olmaqla, ümumilikdə külli miqdarda 5,554 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 əynindəki şalvarının sağ yan cibindən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,142 qram, 3,095 qram və 2,354 qram olmaqla, ümumilikdə külli miqdarda 8,591 qram çəkidə xarici əlamətlərinə və tərkibiərindəki komponentlərinə görə öz aralarında, eləcə də Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroinlə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs3 ilə bağlı gəldiyi nəticəyə görə, o, xx.xx.2021-ci il tarixdə, saat 22.30 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Forte” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala-Pirallahı avtomobil yolu ilə Pirallahı qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman “X16” Azərbaycan Respublkası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3- cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda heç bir tədbir görməyərək, həmin küçədə yolun sağ kənarında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında sözügedən Qanunun həmin maddəsinin tələblərini pozub, öz hərəkət istiqamətinə görə yolun hərəkət hissəsinin sağ tərəfi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqla avtomobilin qabaq sağ tərəfi ilə vurmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan sonuncunun alın nahiyyəsinin, sağ kürək nahiyyəsinin əzilmiş yaraları, sağ almacıq nahiyyəsinin, sağ çənə cismi proyeksiyasının, burunun, sağ çiyin nahiyyəsinin, sol çiyin nahiyyəsinin, sağ dirsək nahiyyəsinin, sol əlin arxa səthinin, döş qəfəsinin orta üçdə birinin ön səthinin, qarın ön divarının sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, təpə-ənsə sümüklərinin kəllə əsası sümüklərinə keçən qəlpəli-basılmış sınıqları, sağ İV, V, Vİ, Vİİ, Vİİİ və sol İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpüçük xətti üzrə qapalı, az yerdəyişən sınıqları ilə nəticələnmiş baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar kimi sağlamlığına ağır zərərvurmaya aid xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs3 tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, İran İslam Respublikasının vətəndaşı “Mahi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “Mahi” adlı şəxsin və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Mahi” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdiyi külli miqdarda 16,646 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib aralarında bölməklə Təqsirləndirilən şəxs2 külli miqdarda, yəni 2,501 qram çəkidə narkotik vasitə heroini üstündə saxlamaqla ünvan 3 ünvanının qarşısına, Təqsirləndirilən şəxs1 külli miqdarda, yəni 5,554 qram çəkidə narkotik vasitə heroini və Təqsirləndirilən şəxs3 külli miqdarda, yəni 8,591 qram çəkidə narkotik vasitə heroini üzərilərində saxlamaqla ünvan 4 ünvanının yaxınlığına daşımışlar. Bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdən başlanaraq həyata-keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 18:25-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 5da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda 2,501 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq xx.xx.2021-ci il tarixdə, saat 00.30-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sağ yan cibindən 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,478 qram və 3,076 qram olmaqla, ümumilikdə külli miqdarda 5,554 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 əynindəki şalvarının sağ yan cibindən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,142 qram, 3,095 qram və 2,354 qram olmaqla, ümumilikdə külli miqdarda 8,591 qram çəkidə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə öz aralarında, eləcə də Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroiniə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Ona qarşı irəli sürülmüş ittiham tamamilə qanunsuz və əsassızdır. O, həbs olunanadək Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Şaxtaxtinski küçəsi, ev 42-də ailə üzvləri ilə birlikdə yaşamışdır. O, TİR sürücüsü işləyərək ailəsini dolandırmışdır. O, 25 ildir ki, sürücülüklə məşğul olur. Sürücü kimi onun fəaliyyəti Türkiyə Respublikasına, Rusiya Federasiyasına və İran İslam Respublikasına yük maşını ilə yüklərin daşınmasından ibarətdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrum etmə cazasına məhkum edilmişdir. Sonra onun cəzası 4 il 6 ay müddətə endirilmiş və 2012-ci ildə o, cəzasının sonu ilə azadlığa buraxılmışdır. O, cəzasını çəkdikdən sonra tam şəkildə islah olunmuşdur. Ona görə də o, azad olduqdan sonra sürücü kimi işləməyə başlamışdır. Həbs həyatından sonra o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və heç vaxt heç kimə narkotik vasitə satmamışdır. O, Təqsirləndirilən şəxs3 həmyerli kimi uzun müddətdir ki, tanıyır. Onun Ramil ilə dostluq münasibətləri var. Onlar uşaqlıqdan eyni kənddə birlikdə böyümüşlər. O, digər Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Onun Şakir ilə heç bir münasibəti olmamışdır. O, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən “Araz” marketin qarşısında gecə saat təxminən 23:30 radələrində olduğu vaxt bir neçə mülki geyimli şəxsin başqa iki nəfər şəxsi vəhşicəsinə döydüklərini görmüşdür. Həmin iki nəfər şəxsi döyən şəxslər polis əməkdaşları olmuşlar. O, elə bilmişdir ki, döyülənlər onun tanımadığı şəxslər olmuşdur. Lakin o, döyülən şəxslərə yaxınlaşdığı zaman döyülən şəxslərdən birinin Təqsirləndirilən şəxs3, digər şəxsin isə istintaq zamanı adını bildiyi Şahid8 olduğunu görmüşdür. O, Ramili gördükdən sonra polis əməkdaşların yaxınlaşaraq sonunculardan hansı səbəbdən Ramilgili döydüklərini soruşmuş, eləcə də polislərə demişdir ki, “mən Ramili tanıyıram”. Polislər isə ona demişlər ki, “aralan burdan”. O, bir daha polislərə müraciət edərək sonunculardan hansı səbəbdən Ramilgili döydüklərini soruşmuş və səbəbini bildirmələrini polislərdən xahiş etmişdir. Polislər isə ona demişlər ki, “biz bunları Polis şöbəsinə aparmaq istəyirik, lakin bunlar əmrə tabe olmurlar, bizimlə Polis şöbəsinə getmirlər”. Bundan sonra 4-5 nəfər polis əməkdaşı Ramili və Elvini zorla polis maşınına mindirmək istəmişdir. O, Ramilə demişdir ki, “əgər belədirsə min polislərin maşınına, onlarla Polis bölməsinə get”. Bundan sonra o, polislərdən aralanmışdır. Lakin o, birdən polislərin polis maşınında yenidən Ramili vəhşicəsinə döydüklərini görmüşdür. Bundan sonra o, geri qayıdaraq yenidən polislərə yaxınlaşıb polis maşınının qapısını açmış və polislərdən Ramilə qarşı vəhşiliklərinə son qoymalarını tələb etmişdir. Həmin yerdə “Araz” marketin müşahidə kameraları da olmuşdur. Həmin anlar müşahidə kameralarına da düşmüşdür. Polislər ona demişlər ki, “əgər sən Ramili müdafiə edirsənsə, o zaman sən də gəl otur maşına, gedək bizimlə birlikdə Polis şöbəsinə”. O da polislərə demişdir ki, “sizinlə maşına da oturaram, hara da desəniz, ora da gedərəm”. Sonra onu polislər Ramili zorla əyləşdirdikləri maşından fərqli bir maşına, qırmızı rəngli “Renault” markalı avtomobilə əyləşdirmişlər. Onu zorla həmin maşına əyləşdirəndə o, həmin maşında əli qandallı şəkildə Təqsirləndirilən şəxs2 də oturduğunu görmüşdür. O, bu ana qədər Şakiri tanımamışdır. Onu, Şakiir, Elvini və Ramili əvvəlcə birbaşa Sumqayıt şəhər Baş Polis İdarəsinə aparmışlar. Onlar Sumqayıta gedərkən iki post keçmişlər, əvvəlcə Ekologiya postunu keçmişlər, sonra isə Saray postunu keçərək Sumqayıt şəhər Baş Polis İdarəsinə getmişlər. O, sürücü olduğundan yolları və postları çox yaxşı tanıyır. Onlar Sumqayıt şəhər Baş Polis İdarəsinə çatdıqdan sonra nərdivanlardan yuxarı çıxmışlar və polislər onların dördünü də yuxarıda yerləşən dəhlizdə sıraya düzmüşlər. Həmin vaxt heç bir müdafiəçi təyin edilmədən polislər Ramilin üzərinə baxış keçirməyə başlamışlar. Həmin vaxt videoçəkilişdən istifadə edilməmişdir. Həmin vaxt artıq xx.xx.2021-ci il, təxminən saat 00:30 radələri olmuşdur. Ramilin üzərinə keçirilmiş axtarış zamanı Ramilin üzərindən siqaret, alışqan və telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 üzərində hər hansı qadağan olunmuş əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Polislər Ramilin üzərinə baxış keçirsələr də, saxlanılmış digər şəxs, yəni Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirməmişlər. Şakirin üzərinə baxış keçirməsələr də, saxlanılmış digər şəxs, yəni Şahid8 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Elvinin də üzərindən heç bir qadağan edilmiş əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Onun üzərinə də baxış keçirilməmişdir. Bu vaxt o, polislərdən soruşmuşdur ki, “bəs nəyə görə mənim üzərimə baxış keçirmədiniz?”. Polislər isə ona demişlər ki, “sən çox danışırsan, narahat olma sənin də üzərinə baxış keçirəcəyik”. Bundan sonra polislər onu və Şakiri digər saxlanılmış şəxslərdən, yəni Ramil və Elvindən ayıraraq ikinci mərtəbəyə aparmışlar. Onları ikinci mərtəbəyə apardıqdan sonra onu orada yerləşən əməliyyatçılardan birinin xidməti otağına salmışlar. O, həmin otaqda olduğu vaxt Ramilin səsinin gəldiyini eşitmiş və başa düşmüşdür ki, polislər Ramili möhkəm döymüşlər. O, Ramilin səsini eşitdikdən sonra polislərə demişdir ki, “nəyə görə Ramili döyürsüz? Niyə ona işgəncə verirsiniz?”. Polislər isə ona demişlər ki, “Ramil narkotik vasitələrin satışı ilə məşğuldur. Narkotik satanları döymək yox, öldürmək lazımdır”. Bundan sonra o, polislərə demişdir ki, “mən Ramili uşaqlıqdan tanıyıram, o, heç vaxt narotik vasitə istifadə etməyib”. Ona polislər demişlər ki, “sən narahat olma, biraz səbrli ol. Özün birazdan hər şeyi görəcəksən”. Bundan sonra o, yenə Ramilin səsinin gəldiyini eşitmişdir. Bu dəfə Ramil daha çox qışqırmışdır. O, başa düşmüşdür ki, polislər yenə Ramili döyürlər. O, nə qədər polislərdən Ramili döyməmələrini xahiş etsə də, onun sözlərinə məhəl qoyan olmamışdır. Təxminən 1 (bir) saat yarımdan sonra Ramili onun olduğu otağa gətirmişlər. Həmin vaxt Ramilin yanında 2 (iki) nəfər qız da olmuşdur. Həmin qızlardan birinin adı Şəms, digərinin adı isə Gülçin olmuşdur. Həmin vaxt o, qızların adlarını bilməmişdir. O, qızların adlarının Şəms və Gülçin olmasını istintaq zamanı bilmişdir. Həmin günə qədər o, Şəmsi və Gülçini tanımamışdır. Onları bir gecə Sumqayıt şəhər Baş Polis İdarəsində saxlamışlar. Həmin gecə boyu polislər Ramilə işgəncə vermişlər. O və Şakir də Ramilə görə bütün gecə boyu narahat olmuşlar. Polislər ona və Şakirə demişlər ki, “əgər siz buraxılmaq istəyirsinizsə, Ramilin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirin, bunu yazılı şəkildə bildirin. Yəni bu barədə ərizə yazın və bizə təqdim edin. Bundan sonra biz sizi buraxarıq”. O isə polislərə demişdir ki, “mən heç vaxt belə bir addım atmayacağam, mən heç kimi şərləyə bilmərəm. Bundan sonra polislər ona demişlər ki, “Ramilin üzünə durmasan biz sənin torbavı “tikəcəyik”. Artıq səhər saat 06:00-07:00 radələri olmuşdur. O, polislərdən xahiş etmişdir ki, “məni rəis müavini ya da rəisin özü ilə görüşdürün”. Bu zaman onu rəis müavinin yanına aparmışlar. O, rəis müavininin xidməti otağında demişdir ki, “əgər Ramil narkotik vasitələrin satışı ilə məşğuldursa, özü bunu etiraf edər, yoxsa onu döyməklə, ona işgəncə verməklə heç nə əldə etmək olmaz. Bu günahdır, kiminsə haqqına girməkdir. Xahiş edirəm Sizdən, buraxın Ramili”. Eyni zamanda o, polislərə demişdir ki, “Ramil əvvəllər polisdə və gömrük orqanlarında işləyib, övladı rəhmətə getdiyindən Naxçıvandan Bakıya gələrək yanacaq doldurma məntəqəsində mühafizəçi işləyir”. Bundan sonra, yəni xx.xx.2021-ci il tarixdə, təxminən səhər saat 07:00 radələrində onu və Ramili rəisin maşınında, digərlərini isə başqa bir maşında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Onları ora aparanda polislər ona demişlər ki, “sən Ramilin üzünə durmadın, indi görərsən sənin torban necə “tikiləcək”. Ora çatdıqda, yəni BMCMİ-nin həyətində onu və Ramili maşından düşürüb İdarənin arxa qapısından içəri salmışlar. Bu vaxt o, Şakir, Elvin və Ramilin yanında olmuş iki nəfər qızın, yəni Şəms və Gülçinin polislər tərəfindən gətirildiyini görmüşdür. Polis əməkdaşları növbətçi hissədə onların adlarını qeyd etmişlər. Onların üzərinizdə olan telefonları bir gün əvvəl Sumqayıt şəhər Baş Polis İdarəsində olduqları zaman əllərindən almılar. İçəridə kamera ilə onların şəkllərini çəkmişlər və sonra onları üçüncü mərtəbəyə qaldırmışlar. Üçüncü mərtəbədə onları Atakişiyev soyadlı, mayor rütbəli bir müstəntiqin otağına aparmışlar. Bu zaman Sumqayıt şəhər Baş Polis İdarəsinin də 4 əməkdaşı orada olmuşdur. BMCMİ-nin rəis müavini Qalib müəllim də orada olmuşdur. Ramili onlardan ayırıb 4-cü mərtəvəyə qaldırmışlar. Ramili 4-cü mərtəbədə döyməyə başlamışlar. Artıq onu da döyməyə başlamışlar. Onlara demişlər ki, “bura əvvəlki Polis İdarəsi kimi bir yer deyil, burada hər şeyi boynunuza almalısınız, hər şeyi etiraf etməlisiniz. Boynuvuza almasanız, siz yaxşıca çırpılacaqsınız”. O da demişdir ki, “biz neynəmişik axı? Bizim boynumuza nəyi qoymaq istəyirsiz? Polislər də onlara demişlər ki, “Ramil narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğuldur. O da demişdir ki, “Ramil narkotik vasitə istifadə etmir, Ramil narkotik vasitə satmır”. Sonra Ramili döyərək gətirmişlər. Sonra isə onu Qalib müəllimin otağına aparmışlar. Qalib müəllim ona demişdir ki, “bax Ramil həqiqətən də boynuna alır ki, narkotik vasitələrin satışı ilə məşğuldur. Sən də narkotik vasitələrin satışı ilə məşğul olduğunu boynuna almalısan”. Sonra Qalib müəllim ona demişdir ki, “sənin cibinə 2 (iki) büküm narkotik vasitə qoyacağam, videoçəkiliş zamanı həmin bükümləri çıxararaq masanın üstünə qoy və narkotik vasitələrin satışı ilə məşğul olduğuvu, habelə istifadəsi ilə məşğul olduğunu və bəzən də narkotik vasitələri istifadə etmək üçün Ramilə verdiyini bildir”. O da Qalib müəllimə demişdir ki, “mən belə bir iş görməyəcəyəm”. Bundan sonra onları iki gün BMCMİ-də vəhşicəsinə, amansızcasına və onlara işgəncə verərək döymüşlər. Lakin bütün bunlara baxmayaraq o və Ramil heç nəyi nahaq yerə boyunlarına götürməmişlər. Sonda onlara qarşı ağır şəkildə əxlaqsız və insanlığa sığmayan hərəkətlər edilmişdir. Onu zorakılığa məruz qoyduqdan sonra o, məcburiyyət qarşısında qalaraq polislərin dedikləri ilə razılaşıb bildirmişdir ki, “mən sağ cibimdən narkotiki çıxarıb satdığımı, bəzən isə istifadə etdiyimi və ya istifadə etmək üçün Ramilə verdiyimi deyəcəyəm”. Bu belə də ittiham aktına yazılmışdır, guya ki, bütün bunları o, istintaq zamanı könüllü demiş, guya ki, özünü təqsirli bilmişdir. Lakin ittiham aktı başdan ayağa şərdir, böhtandır, yalandır. Etiraf etməmək mümkün olmamışdır. Çünki iki gün olmuşdur ki, onlara qarşı BMCMİ-də amansızcasına işgəncələr, hətta əxlaqsız hərəkətlər həyata keçirilmişdir. Bundan başqa, onlara haqsızlıq olunmuş, onlar təqsirsiz yerə həbs edilmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona elan olunmuş ittiham üzrə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. O, həbs olunanadək iki il idi ki, Bakı şəhərində ailəsi ilə birlikdə yaşamışdır. O, özünü irəli sürülmüş ittiham üzrə təqsirli bilmir. O, həbs olunanadək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bir gün o, taksi fəaliyyəti göstrədiyi zaman sifariş gəlmişdir. Həmin sifariş Babək prospekti yaxınlığından gəlmişdir. O da maşını ilə Babək prospektinə getmişdir. Sifarişi verən şəxs Təqsirləndirilən şəxs3 olmuşdur. O, Ramili sifariş əsasında Babək prospektində yerləşən “Socar”-ın inzibati binasına aparmalı olmuşdur. Təqsirləndirilən şəxs3 həbs olunmamışdan əvvəl “Socar”-da işləmişdir. Ramil ona maşında sual vermişdir ki, “sən hər gün taksi kimi işləyirsən?”. O da cavab vermişdir ki, “bəli, gündəlik qazancımı taksi fəaliyyəti ilə məşğul olmaqla əldə edirəm”. Bundan sonra Təqsirləndirilən şəxs3 ona demişdir ki, “sən hər gün məni Babək prospektindəki evimin yaxınlığından götürüb “Socar”- a apara bilərsənmi?”. O da Ramilə demişdir ki, “bəli, apara bilərəm”. Onun Təqsirləndirilən şəxs3la tanışlığı belə yaranmışdır. Bundan sonra o, hər gün Təqsirləndirilən şəxs3 yaşadığı evin yaxınlığından səhər saat 08:00 radələrində götürərək “Socar”-a aparmışdır. Bir gün Təqsirləndirilən şəxs3 ona demişdir ki, “məni Nərimanov metro stansiyasının yanına apar, adam var onunla görüşəcəyəm”. O da Təqsirləndirilən şəxs3 Nərimanov metro stansiyasının yaxınlığına aparmış və maşını metronun yaxınlığında saxlamışdır. Ramil maşından düşərək ona maşında gözləməyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 maşından təxminən 10 metr aralıda 1 (bir) nəfər gözləmişdir. Təqsirləndirilən şəxs3 maşından düşüb həmin şəxsə yaxınlaşaraq söhbət etməyə başlamışdır. Bir də o, görmüşdür ki, Ramil həmin şəxsə bir sillə, bir təpik vurmuşdur. Bundan sonra Ramil onun maşınına qayıtmışdır O, həmin vaxt Ramildən soruşmuşdur ki, “nəyə görə ona təpik və sillə ilə vurdun?” Ramil isə ona demişdir ki, “həmin şəxs İran İslam Respublikasındandır, məni bezdirib, daimi olaraq mənə “Votsapda” mesajlar yazaraq mənə narkotik vasitələr satmağa çalışır, həm də məni narkotik vasitələrdən istifadə etməyə təhrik edir, eləcə də mənə narkotik ticarətinə cəlb etməyə çalışır və məni təhrik edir”. Ramil həm də ona demişdir ki, “əvvəl mən narkotik vasitələrdən istifadə etmişən, narkotik vasitələri həmin gün döydüyüm İran vətəndaşından almışam, indi isə müalicə olunmuşam, bir daha narkotik vasitələrdən istifadə etmək istəmirəm, lakin həmin İran vətəndaşı məndən əl çəkmir və mənə “Votsapda” yazaraq narkotik vasitələri hansısa yerə qoyduğunu deyir və məndən həmin narkotik vasitələri götürməyi xahiş edir, həm də məni narkotik vasitələri satmağa və narkotik vasitələrdən istifadə etməyə təhrik edir, bir sözlə məndən əl çəkmir”. Bu hadisədən təxminən 15-20 gün keçdikdən sonra onlar polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polislər tərəfindən saxlanıldıqları gün, yəni xx.xx.2021-ci il tarixdə, saat təxminən 17:00-18:00 radələrində o, evdən çıxaraq taksi fəaliyyəti ilə məşğul olmağa getmişdir. Həmin vaxt bir nəfər ona yaxınlaşaraq onunla əl ilə salamlaşmış və özünü təqdim edərək polis əməkdaşı, daha dəqiq desə əməliyyatçı olduğunu bildirmişdir. Sonra həmin əməliyyatçı onu polis maşınına dəvət etmiş və demişdir ki, “maşına otura bilərsənmi?” O da demişdir ki, “bəli, otura bilərəm”. O, maşına oturduqdan sonra polislər ondan nə işlə məşğul olduğunu soruşmuşlar. O da cavabında taksi fəaliyyəti ilə məşğul olduğunu demişdir. Bundan sonra onun üzərində polis əməkdaşları axtarış aparmağa başlamışlar, artıq bu zaman polis əməkdaşlarının sayı dörd nəfər olmuşdur. Onun üzərində polislər heç bir qanunsuz əşya tapmamışlar. Sonra polislər ondan soruşmuşlar ki, “harada yaşayırsan?”. O da yaşadığı evi polislərə göstərmişdir. Ondan evdə kiminlə yaşadığını soruşmuşlar. O da evdə ailəsi ilə birlikdə yaşadığını, lakin hazırda ailəsinin rayona getdiyini, buna görə də evdə dostu ilə birlikdə qaldığını bildirmişdir. Sonra polislər ondan evdə axtarış aparmaq istədiklərini demişlər. O da evdə axtarış aparılmasına heç bir etiraz etmədiyini, lakin mənzilin açarının üzərində olmadığını, açarın dostunda olduğunu bildirmişdir. Buna görə də polislər ondan dostuna zəng edərək dostunu evə çağırmağını tələb etmişlər. O da dostuna, yəni Şahid7 zəng vuraraq, sonuncunu ev tərəfə çağırmışdır. O, bu zaman polislərin maşınında olmuşdur. Bir qədər sonra o, Mahirin maşına doğru yaxınlaşdığını görmüşdür. Bu zaman polislər Mahirə yaxınlaşmışlar və Mahirin əl-qolunu bağlayıb maşına oturtmuşlar. Bundan sonra isə onun icazəsi ilə polislər tərəfindən onun yaşadığı evdə axtarış aparılmış, lakin evdən də heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Bundan sonra isə onu və Mahiri Sumqayıt şəhər Baş Polis İdarəsinə aparmışlar. Ondan Sumqayıt şəhər Polis İdarəsində mobil telefonundakı “Votsap” proqramını açaraq oradaki məlumatları polislərə təqdim etməyini tələb etmişlər. O da belə etmişdir. Sonra polislər onu “Votsapındakı” şəkilləri birbir çəkərək kiməsə göndərmişlər. Bundan təxminən 10 dəqiqə keçdikdən sonra polislər yenidən onun yanına gələrək ona Təqsirləndirilən şəxs3 şəklini göstərərək həmin şəxsin kim olduğunu soruşmuşlar. O da demişdir ki, “şəkildə olan şəxs Təqsirləndirilən şəxs3dur və o, mənim müştərimdir, hər gün onu taksi ilə işə aparıb-gətirirəm”. Polislər ondan Ramilin harada yaşadığını və harada işlədiyini soruşmuşlar. O da Ramilin “Neftçilər” metro stansiyasının yaxınlığında yaşadığını və “Socar”-da işlədiyini bildirmişdir. Polislər ona Ramilin narkotiklərin satışı ilə məşğul olduğunu desələr də, o, polislərə Ramilin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Polislər ondan Ramilin narkotik vasitələrin satışı ilə məşğul olmadığını haradan bildiyini soruşduqda, o, Ramilin “Socar”-da işlədiyini, hər gün ramili “Socara” aparıb-gətirdiyini demişdir. Polislər ona yalan danışdığını demişlər və Ramilin narkotik vasitələrin satışı ilə məşğul olduğunu deməkdə israr etmişlər. O, polislərə demişdir ki, “doğrudur, Təqsirləndirilən şəxs3 əvvəllər narkotik vasitələrdən istifadə edib, lakin müalicə aldıqdan sonra narkotikin istifadəsindən əl çəkib”. Ondan Təqsirləndirilən şəxs3 arxayın olduğunu soruşmuşlar, o da Ramilin narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmadığında əmin olduğunu bildirmişdir. Bu zaman polislər ona demişlər ki, “əgər belə arxayınsansa, Ramilə zəng vur, onu bura çağır, onun üzərində baxış keçirək, əgər onun üzərindən heç nə aşkar edilməzsə, sizi buraxarıq çıxıb gedərsiz”. O da buna görə Ramilə zəng vuraraq Ramildən harada olduğunu soruşmuşdur. Ramil də ona evdə olduğunu demişdir. O, Ramildən soruşmuşdur ki, “əgər sənin yaşadığın məhəlləyə gəlsəm, aşağı gəlib mənimlə görüşə bilərsənmi?”. Ramil də ona heç bir etiraz etməyərək onunla görüşə biləcəyini demişdir. Buna görə də o, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Baş Polis İdarəsindən çıxaraq Ramilin yaşadığı evin yaxınlığına getmişdir. O, Sumqayıt şəhər Baş Polis İdarəsində olduğu zaman polislər ona qarşı zorakılıqlar həyata keçirmişlər, yəni onu döymüşlər, eləcə də onu məcbur edir demişlər ki, “ifadə verərək bildir ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satışı ilə məşğul olur”. O da polislərə Ramilin narkotik vasitələrin satışı ilə məşğul olmadığını demişdir. O, Ramilin narkotik vasitələrin satışı ilə məşğul olduğunu görmədiyi halda, Ramilin narkotik vasitələrin satışı ilə məşğul olduğunu deməyinin yalan olduğunu bildirmişdir. Ondan 1 (bir) ədəd imza çəkməyini və Ramilə qarşı ifadə verməyini tələb etmişlər. O da bundan imtina etmişdir. Ona görə də polislər onu döymüşlər. Sonra onlar Ramilin yaşadığı evin yanına getmişlər. Orada olanda o, Ramilə zəng edərək Ramili çağırmışdır. Sonra Ramil gəlmiş və polislər Ramili tutmuşlar. Bundan sonra polislər Ramili döyməyə başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs1 da hadisə yerinə gəlmiş və polislərdən nəyə görə Ramili döydüklərini soruşmuşdur. Polislər Zaura kənara getməyi və heç nəyə qarışmamağı bildirmişlər. Bundan sonra polislər Zauru da tutaraq maşında onun yanında oturtmuşlar. Ramil ilə Elvini isə polislər başqa bir maşında oturtmuşlar. Bundan sonra isə onları yenidən Sumqayıt şəhər Baş Polis İdarəsinə aparmışlar. Orada polislər onun üstünü yoxlamamışlar. Çünki qabaqcadan həmin gün onun üstünü yoxlamışlar. Zaurun üzərini isə elə polis maşınında axtarmışlar, lakin Zaurun üzərindən heç nə aşkar edilməmişdir. Ramilin üzərinə isə Sumqayıt şəhər Baş Polis İdarəsində baxış keçirmişlər. Ramili Polis İdarəsində təxminən 6-7 nəfər polis əməkdaşı döyməyə başlamışdır. Ramilə polislər çox ağır işgəncələr vermişlər. Ramili o qədər döymüşlər ki, artıq Ramil ayaq üstə dura bilməmişdir. Polislər Ramilin ayaqlarına o qədər vurmuşlar ki, Ramili tutan olmasaydı, yıxılacaqdı. Bundan sonra isə polislər ona və Zaura demişlər ki, “əgər buraxılmaq istəyirsinizsə, o zaman sizə təqdim etdiyimiz sənədlərə imza çəkin və Ramilə qarşı ifadə verərək Ramildən narkotik vasitələr aldığınızı bildirin”. Bundan sonra isə polislər onlara demişlər ki, əgər qol çəkməsələr onları elə yerə aparacaqlar ki, orada onları elə döyəcəklər ki, heç ayaq üstə də dayana bilməyəcəklər. O da polislərə Ramilin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bir daha bildirmişdir. Polislər isə ona və Zaura demişlər ki, “ya siz Ramilin üzünə duracaqsız, ya da ki, sizi də onunla birlikdə həbs edəcəyik”. O da polislərə demişdir ki, “nə edirsinizsə, onu da edin”. Bundan sonra polislər onları Sumqayıt şəhər Baş Polis İdarəsindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Onları BMCMİ-də apardıqdan sonra yenə də onlardan tələb etmişlər ki, Təqsirləndirilən şəxs3 qarşı ifadə versinlər. Əgər onları BMCMİ-də polislər insan kimi döysəydilər, o, heç vaxt Ramilə qarşı ifadə verməzdi. BMCMİ-də polislər onları elə döymüşlər ki, heç bir canlı həmin işgəncələrə dözə bilməzdi. Buna görə də o, Ramil və Zaur ən sonda məcbur olaraq polislərin dediklərini ilə razı olub polislərin onlara verdikləri narkotik vasitələrin onlara məxsus olduğunu bildirmişlər. BMCMİ-də müstəntiq Qalib müəllim olmuşdur. Qalib müəllim onlara narkotik vasitələri verib demişdir ki, “bunu videoçəkiliş zamanı cibinizdən çıxarıb təqdim edin və narkotik vasitələrin sizə məxsus olduğunu deyin”. Həm də Qalib müəllim and içərək bildirmişdir ki, Qalib müəllimin verdiyi narkotik vasitələrin çəkisinə heç bir cəza müddəti tətbiq edilmir və onları məhkəmədə sərbəst buraxacaqlar”. Qalib demişdir ki, “məhkəmədə narkotik vasitələri tapdığınızı deyin, həmin miqdara görə məhkəmə sizi 1.500 manat cərimə edəcək və sizin qolunuza bir qolbaq taxılandan sonra sərbəst buraxacaqlar”. Artıq 4 (dörd) gün idi ki, o, Polis İdarələrində olmuşdur, habelə evidən də heç kim onun harada olduğunu bilməmişdir. Videoçəkiliş zamanı o, polislərin verdikləri narkotik vasitələri cibindən çıxararaq təqdim etmişdir. Bu zaman polislər ona 10 manat da pul verərək həmin pulun da videoçəkiliş zamanı çıxararaq narkotik vasitələrin satışı ilə əldə etdiyini deməyini bildirmişlər. O, cibindən 1 (bir) bükümdə olan narkotik vasitəni, 10 manat pulu və 1 (bir) ədəd də ona məxsus olan mobil telefon çıxararaq təqdim etmişdir. O, əvvəlcə narkotik vasitəni tərəzinin üzərinə qoymaq istəmişdir. Lakin polislər buna imkan verməyərək tərəziyə narkotik qoymağına ehtiyac olmadığını və həmin miqdara görə onsuz da heç bir cəzanın tətbiq edilməsinin qanunda nəzərdə tutulmadığını ona bildirmişlər. Əgər ondan narkotik vasitələr çıxırdısa, o zaman elə narkotik vasitələr ondan Sumqayıt şəhər Baş Polis İdarəsində aşkarlanmış olardı da. Sumqayıtda onun üzərində narkotik vasitə çıxmırsa, bəs bu necə olur ki, BMCMİ-də onun üzərindən narkotik vasitələr çıxmışdır?. Deməli həqiqətən də ona narkotiki BMCMİ-də polislər vermişlər. O, irəli sürülmüş ittihamı tamamilə əsassız hesab edir və təqsirsiz yerə, qanunsuz olaraq 9 ay müddətdir ki, həbsdə saxlanıldığını düzgün hesab etmir. Onun üzərində, evində, maşınında polislər tərəfindən axtarış keçirilmiş, lakin heç bir narkotik vasitə aşkar edilməmişdir. Eyni zamanda onun qanında da analiz götürülmüş və qanından narkotik vasitələrdən istifadə edəcəyini sübut edə biləcək tərkiblər aşkar edilməmişdir. Bütün bunlar tam şəkildə sübut edir ki, o da, Zaur da, Ramil də heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışl və onlar polislər tərəfindən şərlənmişlər. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona elan olunmuş ittiham üzrə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə, saat 00:30 radələrində kirayədə yaşadığı ünvan 4-də tanışları Təqsirləndirilən şəxs1, Şahid8, Şahid10 və Şahid9 ilə birlikdə olduğu zaman taksi sürücüsü kimi tanıdığı Şakir ona zəng edərək həyətə düşməyini istəmişdir. O da evində qonaq olan tanışı Elvin ilə birlikdə həyətə düşmüşdür. O, Şakirə yaxınlaşan zaman 7-8 nəfər mülki geyimdə olan şəxs onlara təzyiq göstərərək özlərinə məxsus ağ rəngli maşına mindirərək onları birbaşa Sumqayıt şəhər Baş Polis İdarəsinə aparmışlar. Onlar ora çatdıqda, Polis İdarəsinin Növbətçi hissəsinin düz qabağında və kameranın altında onların üstünə baxış keçirmişlər. Həmin vaxt onun üzərində telefondan başqa əşya olmamışdır. Çünki o, evdə olan zaman Şakir ona zəng edərək aşağı çağırmışdır. O da tələm-tələsik ancaq telefonunu götürə bilmişdir. Onun üzərinə baxış keçirilən zaman üzərindən telefondan başqa heç nə aşkar edilməmişdir. Lakin orada olan polis əməkdaşları ona təzyiq göstərərək ona məxsus olmayan siqaret qutusundaki narkotik vasitəni verərək demişlər ki, “bu siqaret qutusunda olan narkotik vasitəni al boynuva, yoxsa gedib evindən lap çox narkotik vasitə tapacayıq”. O da evində narkotik vasitə olmamasına əmin olduğundan polislərin dedikləri ilə razılaşmamış və ona “sırımaq” istədikləri narkotik vasitəni boynuna almamışdır. Sonra onu başqa otağa apararaq işgəncə vermişlər. Səhərə yaxın, yəni saat 06:00-da o, dörd polis əməkdaşı ilə birlikdə onun kirayədə yaşadığı evə getmişdir. Polislər tərəfindən onun kirayədə qaldığı evə baxış keçirilsə də, həmin vaxt evdən heç bir narkotik vasitə aşkarlanmamışdır. Həmin vaxt onun yaşadığı evdə Gülçin və Şəms də olmuşdur. Polislər evdən narkotik vasitənin aşkarlanmadığını görüb onunla birlikdə Gülçin və Şəmsi də Sumqayıt şəhər Baş Polis İdarəsinə aparmışlar. Bundan sonra polislər tək ona 08:00-dan 19:00-a qədər təzyiq göstərmişlər ki, ona məxsus olmayan olmayan narkotik vasitəni boynuna alsın. Polislər istəmişlər ki, nəyin bahasına olursaolsun onu “ilişdirsinlər”. Polislər onu döyərək ona məxsus olmayan narkotik vasitəni ona məxsus olduğunu etiraf etməyini istəmişlər. O isə narkotik vasitəni 6 ay qabaq tərgitmişdir. Ona görə o, polislərə demişdir ki, “məni narkoloji testə aparın, baxın görün mən narkomanam yoxsa yox”. Lakin polislər onu narkoloji testə aparmamışlar. Polislər ona demişlər ki, “burada boynuva almasan, səni başqa yerə aparacayıq, orada sən hər şeyi boynuva alacaqsan”. Lakin o, yenə də polislərin dediyini etməmişdir. Bundan sonra onları maşına mindirib harasa aparmışlar. Həmin vaxt o, elə bilmişdir ki, onları analiz verməyə aparmışlar. Bir də o, görmüşdür ki, onları “Banditizm” adlanan Polis İdarəsinə aparmışlar. Orada videoçəkilişlə onun üzərinə baxış keçirilmişdir. Onun üzərimə baxış keçirilən zaman onun üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Sonra onları 3-cü mərtəbəyə aparmışlar. Orada bir nəfər rəis olmuşdur. Həmin şəxsin adı Qalib müəllim olmuşdur. Qalib müəllimin yanında onun qabağına 3 (üç) büküm narkotik vasitə qoyaraq demişlər ki, “bunu boynuva al, işin rahat olsun”. Lakin həmin bükümlər onun olmadığından o, yenə də “yox” demişdir. Sonra ona demişlər ki, “birazdan özün yalvaracaqsan ki, onlar mənimdir.” Lakin o, yenə də etiraf etməmişdir. Sonra onu dördüncü mərtəbəyə aparıb orada döymüşlər. Daha sonra ona qarşı insanlığa xas olmayan əxlaqsız təzyiq göstərmişlər. O da polsilərin işgəncələrindən bezərək ona məxsus olmayan narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin o, əvvəllər narkotik vasitədən istifadə etmişdir. Onun sözlərində yalan yoxdur. İşimə ədalətlə baxmağınızı xahiş edirəm. Digər ittihamla bağlı isə o, tam şəkildə özünü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam vaxtı “Kia Forte” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək Qala-Pirallahı yolu ilə Pirallahı qəsəbəsinə getmişdir. Təxminən saat 22:30 radələrində o, yolun üstündə yerləşən «Araz» marketin yaxınlığından keçərkən avtomobilə nəyinsə dəydiyini hiss etmişdir. O, dərhal avtomobili bir qədər irəlidə saxlayaraq avtomobildən düşmüşdür. Bu vaxt o, görmüşdür ki, avtomobillə bir nəfər cavan oğlanı vurmuşdur. Həmin vaxt hadisə yerinə polislər gəlmişlər. Polislər gəldikdən sonra o, etiraf etmişdir ki, həmin cavan oğlanı avtomobili ilə bilmədən vurmuşdur. O, bu əməlinə görə peşmandır. Təqsirləndirilən şəxs3 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona yüngül cəza təyin edilməsini, digər maddələr üzrə isə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətlarının olmaması, həmçinin aşkarlanmış narkotik vasitələrin onlara məxsus olmaması ilə bağlı hissədə verdikləri ifadələri məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bağlı inkaredici ifadələr verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə nisbətdə isə məhkəmə qeyd edir ki, qeyd edilən hissədə dövlət ittihamçısı bəraətverici əsasla ittihamdan imtina etdiyindən və bu imtina qanuni olduğundan təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ayrıca aktla (qərarla) bəraətverici əsasla cinayət işinə xitam verilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs onun mərhum qardaşı İlqarın oğludur. Qardaşı İlqar rəhmətə getdiyindən İlqarın övladlarına və eləcə də mərhum Xəzərə o, himayədarlıq etmişdir. 27 iyul 2021-ci il tarixdə, saat 22:50 radələrində ona məlumat verərək bildirmişlər ki, bir neçə dəqiqə öncə qardaşı oğlu Xəzər Bakı şəhəri, Xəzər rayonu, Qala-Pirallahı avtomobil yolunda Qala qəsəbəsi ərazisində yerləşən «Araz» marketin yaxınlığında piyada yolun kənarı ilə evə gələrkən bir avtomobil Xəzəri vurmuşdur. Xəzərin vurulduğu yer onun yaşadığı evə yaxın olduğundan o, cəld həmin yerə gedərkən orada çoxlu sayda adamların və polis əməkdaşlarının olduğunu görmüşdür. Orada ona məlum olmuşdur ki, qardaşı oğlu Xəzər yolun kənarı ilə piyada hərəkət edərkən «KİA» markalı avtomobil Xəzəri vurmuş və Xəzər hadisə yerində ölmüşdür. Sonradan meyit müayinə olunması üçün Xəzər rayon Məhkəmə Tibb Ekspertizası Birliyinin rayon şöbəsinə aparılmışdır. Hadisəni törətmiş sürücü Ramil adlı şəxsin Xəzər rayon Polis İdarəsində olduğunu öyrənmişdir. Onun Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci ildə BMCMİ-nə və Sumqayıt Şəhər Baş Polis İdarəsinə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasının vətəndaşı “Mahi” adlı şəxsin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından narkotik vasitələr və psixotrop maddələr gətirmələri, Bakı və Sumqayıt şəhərləri ərazisində satışını həyata keçirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra həmin şəxslərin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. 03 avqust 2021-ci il tarixdə, saat 00:30 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilərək həmin gün gecə saatlarında onlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yanlarında olan adlarını xatırlamadığı tanışları ilə birlikdə saxlayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərlərində narkotik vasitələrin, psixotrop maddələrin və ya qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş İdarənin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılması, digər şəxslərin üzərlərinə isə baxış keçirilməsi başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs3 üzərində qadağan olunmuş əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan şalvarın cibindən xatırlamadığı miqdarda narkotik vasitəni çıxarıb təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs3 üzərindən digər qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın cibində narkotik vasitə heroin olduğunu bildirərək 2 (iki) ədəd bükümü çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qadağan olunmuş digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş narkotik vasitəni adını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı olan “Mahi” adlı şəxsdən aldığını, həmin şəxslə təxminən 3 ay əvvəl sosial şəbəkədə tanış olduğunu və sonradan həmin şəxslə arasında münasibət yarandığını, təxminən 6-7 gün əvvəl həmin şəxslə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayıb narkotik vasitə heroin sifariş verdiyini, həmin günü “Mahi” adlı şəxsin bildirdiyi ünvana, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən daş bazarı adlanan ərazidə gizlədildiyi yerdən götürdüyünü və aldığı narkotik vasitələri Bakı şəhərində müxtəlif şəxslərə 1 qramını 20-25 manata satdığını, narkotik vasitələrin pulunu isə “Mahi” adlı şəxsin verdiyi bank hesabına köçürmək yolu ilə ödədiyini və həmin şəxsdən 4-5 dəfə narkotik vasitələr aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 tanıdığını və Təqsirləndirilən şəxs2lə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu, İran İslam Respublikasının vətəndaşı olan “Mahi” adlı şəxsin göndərdiyi narkotik vasitələri Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun idarə etdiyi avtomobillə gedib götürdüklərini bildirmişdir. Bundan başqa, sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni Biləsuvar rayonu ərazisində adını və anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını, aldığı narkotik vasitə heroinin bir bükümünü təxminən 5 gün əvvəl tanışı Təqsirləndirilən şəxs3 verdiyini və qalan hissəsini isə öz istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək Təqsirləndirilən şəxs1 5 gün əvvəl 1 (bir) bükümdə narkotik vasitə heroini özünə verdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 tanıdığını, lakin Şakirlə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra Elvin adlı şəxsin üzərində şəxsi axtarış keçirilmişdir. Sorğu-sual zamanı Elvin Təqsirləndirilən şəxs3 tanıdığını və həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitə heroini aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 da həmin şəxsə narkotik vasitə heroin satdığını etiraf etmişdir. Sorğu-sual zamanı Şəms Təqsirləndirilən şəxs3la aralarında tanışlıq münasibətlərinin olduğunu, Təqsirləndirilən şəxs3 Şəmsə öz şəxsi istifadəsi üçün narkotik vasitə heroin verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 da Şəmsin dediklərini təsdiq edərək Şəmsə maddi marağı olmadan şəxsi istifadəsi üçün narkotik vasitə heroin verdiyini etiraf etmişdir. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Gülçin adlı şəxsin üzərinə baxış keçirilmiş, lakin Gülçinin üzərindən heç bir qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Sorğu-sual zamanı Gülçin Təqsirləndirilən şəxs3la aralarında tanışlıq münasibətlərinin olduğunu, Təqsirləndirilən şəxs3 hər hansı maddi marağı olmadan gülçinə şəxsi istifadəsi üçün narkotik vasitə heroin verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 da Gülçinin dediklərini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, Xəzər RPİ-nin Cinayət Axtarışı Şöbəsinin rəisi vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə, saat 22:30 radələrində o, Post Patrul Xidməti avtomobili ilə postları yoxlamışdır. Bu zaman ona Xəzər RPİ-nin Növbətçi Hissəsindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala- Pirallahı yolunda «Araz» marketin yaxınlığında yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat daxil olmuşdur. O, həmin əraziyə yaxın yerdə olduğundan dərhal hadisə yerinə getmişdir. Onun hadisə yerinə çatmağına çox az məsafə qaldıqda, yolun kənarında dayanan 2 (iki) nəfər şəxs onun oolduğu Post Patrul avtomobilinin gəldiyini görmüşdür. Həmin şəxslər Post Patrul avtomobilini saxlamaq məqsədi ilə onların avtomobilinin qarşısına çıxmışlar. O, həmin şəxslərdən nə baş verdiyini öyrənmək üçün avtomobili saxlatdırmış və həmin şəxslərdən nə baş verdiyini soruşmuşdur. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs3 ona demişdir ki, “idarə etdiyim «Kia Forte» markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qala-Pirallahı yolunun kənarında «Araz» marketin yaxınlığında yolun kənarı ilə gedən oğlan piyadanı vurmuşam”. Şokdayam. Mənə kömək edin”. Sonradan o, bilmişdir ki, Ramilin avtomobillə vurduğu həmin piyada hadisə yerində ölmüşdür. Ramil həmin vaxt ona hadisə yerinə çoxlu sayda şəxslərin gəldiyini və gələn şəxslərdən qorxduğunu, buna görə də idarə etdiyi avtomobili hadisə yerindən biraz kənarda saxladığını bildirmişdir. Ramil avtomobilini hadisə yerindən bir az kənarda saxlayıb hadisə yerinə polis əməkdaşlarının gələcəyini gözlədiyini də bildirmişdir. O da bunu nəzərə alaraq Ramilin təhlükəsizliyini təmin etmək məqsədi ilə X22 avtomobilinə əyləşdirmiş və Xəzər rayon Polis İdarəsinə göndərmişdir. Bundan başqa, onun hadisə barədə məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 həmyerlisi kimi uzun müddətdir ki, tanıyır. Onunla Şakirin arasında dostluq münasibətləri var. O, şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə gəldikdə, Şakirlə görüşmüşdür. O, ailəsi ilə birlikdə rayonda yaşamışdır. Hadisə baş verməmişdən bir neçə gün əvvəl o, Şakirin Bakı şəhərində kirayədə yaşadığı mənzildə Şakirlə birlikdə qalmışdır. Bunun səbəbi ondan ibarət olmuşdur ki, bir müddət əvvəl keçirdiyi avtoqəza nəticəsində onun avtomobili zədələnmiş və ona görə də o, rayona gedə bilməmişdir. Belə ki, onun maşını qəza nəticəsində əzilmiş və buna görə də o, rayona qayıda bilməmişdir. Bu səbəbdən də o, Şakirin kirayədə yaşadığı evdə Şakirlə bir müddət birlikdə yaşamışdır. xx.xx.2021-ci il tarixdə Şakir ona zəng edərək həmişə maşınını saxladığı yerdə olduğunu, ayaqqabısı cırıldığından ayaqqabısını dəyişmək istədiyini bildirərək ondan kirayədə yaşadıqları evin açarını gətirməyini istəmişdir. O da açarı Şakirə vermək üçün Şakirin dediyi yerə getmişdir. Onun Şakirin yanına çatmağına az qalmış 3 (üç) nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq polis olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ondan Şakirin yaşadığı evin yerini soruşmuşlar. Həmçinin polislər ona demişlər ki, “Şakir narkotik vasitə və psixotrop maddələrin satışında şübhəli bilinir, buna görə də onun kirayədə qaldığı evə gedib evdə axtarış tədbirləri həyata keçirməliyik”. Bundan sonra polislər onunla bilrikdə onun qaldığı evə getmişlər. Polislər evdə axtarış keçirərək demək olar ki, evi tamamilə dağıtmışlar. Lakin həmin vaxt evdən qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarklıqla Mübarizə İdarəsinə aparmışlar. O, ora çatanda orada Şakiri görüb başa düşmüşdür ki, ondan əvvəl polislər Şakiri Baş Mütəşəkkil Cinayətkarklıqla Mübarizə İdarəsinə gətirmişlər. O, Polis İdarəsində izahatında bildirmişdir ki, maşınını qəzada zədələdiyinə görə ailəsi ilə birlikdə yaşadığı rayona geri qayıda bilməmiş və buna görə də Şakirin kirayədə yaşadığı evdə Şakirlə bir müddət qalmışdır. Bundan başqa, o, polislərə izahatında bildirmişdir ki, Şakirlə bir evdə yaşadığı müddətdə Şakirin narktoik vasitələrin satışı ilə məşğul olmasını heç vaxt görməmişdir. Onlar ikisi də taksi fəaliyyəti ilə məşğul olmuşlar və bu səbəbdən də müxtəlif rayonlara müştərilər aparıb-gətirmişlər. O, bu şəkildə ibtidai istintaq zamanı müstəntiqə ifadə vermişdir. O, ibtidai istintaq zamanı ifadə verərkən Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması, habelə belə halları gördüyünə dair heç bir ifadə verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Onlara əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr gətirilmələri, Bakı və Sumqayıt şəhərlərində narkotik vasitələrin satışı ilə məşğul olmaları göstərilmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin ifşa olunması məqsədi ilə BMCMİ-nin və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat qrupu yaradılmış və birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar Təqsirləndirilən şəxs2 axşam vaxtı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində adını xatırlamadığı şəxslə birlikdə saxlayaraq BMCMİ-nə aparmışlar. Orada Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmasına, eləcə də digər şəxsin üzərinə baxış keçirilməsinə başlanmışdır. Baxış keçirilməzdən əvvəl hər iki şəxsə hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl onlar Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış etmişlər və Şakirin üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar varsa könüllü şəkildə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarının cibində narkotik vasitə olduğunu bildirmiş və cibindən hazırda xatırlamadığı sayda bükümü çıxarıb onlata təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 onlara təqdim etdiyi bükümlərin içərisində olan narkotik vasitəni yerdən tapdığını, özünün narkotik vasitə alüdəçisi olduğunu və tapdığı narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıdığını, təxminən 15-20 gün əvvəl Təqsirləndirilən şəxs3la birlikdə narkotik vasitə qəbul etdiyini bildirmişdir. Şakir Abdullayevlə birlikdə saxlanılmış digər şəxsin üzərindən isə baxış zamanı heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbirin davamı olaraq gecə saatlarında onlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 olduğu yeri müəyyən etmişlər və bundan sonra Bakı şəhəri, Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 yanlarında olan digər şəxslərlə birlikdə saxlayaraq araşdırmanın aparılması məqsədi ilə saxladıqları şəxsləri Baş İdarəyə aparmışlar. Baş İdarədə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və psixotrop maddələrin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan orada xidməti otaqların birində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, habelə həmin şəxslərlə birlikdə saxlanılmış şəxslərin üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış başlanmazdan əvvəl saxlanılan şəxslərə hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilmişlər, bundan sonra həmin şəxslərə üzərlərində narkotik vasitə və psixotrop maddələr varsa könüllü şəkildə təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan şalvarın cibində narkotik vasitə olduğunu deyərək onun xatırlamadığı sayda və miqdarda sellofan bükümləri cibindən çıxararaq onlara təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 da üzərində narkotik vasitə olduğunu bildirərək onun xatırlamadığı sayda və miqdarda sellofan bükümləri cibindən çıxararaq onlara təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş narkotik vasitəni dəqiq adını bilmədiyi, lakin sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Mahi” adlı şəxsdən aldığını və aldığı narkotik vasitələri Bakı şəhərində müxtəlif şəxslərə satdığını, narkotik vasitələrin satışından əldə edilmiş pul vəsaitini iranlı “Mahi” adlı şəxsin verdiyi bank hesabına köçürdüyünü bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2lə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu, İran İslam Respublikasının vətəndaşı “Mahi” adlı şəxsin göndərdiyi narkotik vasitələri Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun idarə etdiyi avtomobillə gedib götürdüklərini bildirmişdir. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən digər şəxslərin üzərilərinə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və maddə aşkar edilməmişdir. Sorğu-sual zamanı həmin şəxslər narkotik vasitələrin aludəçisi olduqlarını, Təqsirləndirilən şəxs3 tanıdıqlarını və Ramildən öz istifadələri üçün narkotik vasitə heroini aldığlarını bildirmişlər. Təqsirləndirilən şəxs3 da həmin şəxslərin dediklərini təsdiq etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs3la birlikdə narkotik vasitələri iranlı “Mahi” adlı şəxsdən aldığını, həmin narkotik vasitələri Bakı şəhərində satdıqlarını və narkotik vasitələrin pulunu “Mahi” adlı şəxsin bank hesabına köçürdüklərini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 oxşar məzmunlu ifadə verməklə digər Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid8 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2009-cu ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Böyrəyində daşlar olduğu üçün son vaxtlar tez-tez kəskin ağrılar onu narahat etmişdir. Bu səbəbdən də o, güclü ağrıkəsici dərmanlar qəbul etmişdir. Təxminən bir ay bundan əvvəl o, yaşadğı evin yaxınlığında təsadüfən hazırda adlarını xatırlamadığı narkotik vasitə aludəçiləri ilə görüşüb tanış olmuşdur. Söhbət zamanı həmin şəxslər onun kəskin ağrıları olduğunu bildikdən sonra ona təklif etmişlər ki, narkotik vasitə heroini yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etsin. Həmin şəxslər ona bildirmişlər ki, bu üsulla o, kəskin ağrılardan qurtula bilər, cünkü heroin güclü ağrıkəsici efektinə malikdir. O da razılaşmış və həmin şəxslər onu əsasən “Neftçilər” metro stansiyası yaxınlığında yaşayan narkotik vasitələrin satıcısi olan Ramillə tanış etmişlər. O, Ramillə metro stansiya yaxınlığında görüşmüş və Ramil onun problemlərini bilib ona hədiyyə olaraq 0,5 qram narkotk vasitə heroin verib qəbul etmə yolunu izah etmişdir. Bundan başqa, Ramil ona öz nömrəsini verib lazım olduqda narkotik üçün müraciət edə biləcəyini ona demişdir. Ramilin telefon nömrəsi ***-***-**-** olmuşdur. O, Ramilin ona verdiyi narkotik vasitəni yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul edib dərhal ağrılarının kəsildiyini görmüşdür. O, narkotikin belə ağrıkəsici təsirini görüb növbəti gün Ramilə zəng edib “Neftçilər” metro stansiyası yaxınlığında Ramillə görüşmüş və Ramil ona yenidən 0,5 qram çəkidə heroin hədiyyə vermişdir. Həmin vaxt Ramil ona demişdir ki, “bundan sonra lazım olduqda sənə 0,5 qram narkotiki ancaq 20 manata satacam”. O da buna razılıq vermişdir. Ramilin narkotiki kimdən və haradan almasından onu xəbəri olmamışdır. Bundan sonra demək olar ki, o, son bir ay ərzində hər gün Ramilidən 0,5 qramdan olmaqla heroin almağa başlamışdır. Sonuncu dəfə o, xx.xx.2021-ci il tarixdə narkotik almaq üçün Ramillə görüşdükdə Ramilin yanında ondan başqa digər şəxslər, yəni iki qız və bir oğlan olmuşdur. O, belə başa düşmüşdür k, həmin şəxslər də Ramildən narkotik vasitə almaq üçün ora gəlmişlər. Bu zaman, təxminən saat 00:30 radələrində onlara 5-6 nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, habelə xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etməyi xahiş etmişlər. Onlar da özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib həmin şəxslərin barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onları tanış etmişlər. Sonra Təqsirləndirilən şəxs3 və yanında olan bir nəfər şəxs səmimi olaraq etiraf edərək bildirmişlər ki, hazırda üzərlərində narkotik vasitə heroin vardır. Həmin vaxt o, bilmişdir ki, həmin şəxsin adı Təqsirləndirilən şəxs1 olmuşdur. Bundan sonra polis əməkdaşları onları Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə təmin edilmişlər və sonra üzərlərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə olduğu bildirib 3 (üç) ədəd bükümdə narkotik vasitəni çıxarıb polislərə təqdim etmiş və təqdim etdiyi bükümlərin içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Aşkar olunmuş 3 (üç) ədəd bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olmasını etiraf edib cibindən 2 (iki) ədəd büküm çıxararaq polislərə təqdim etmiş və təqdim etdiyi bükümlərin içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Aşkar olunmuş 2 (iki) ədəd bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşı “Mahi” adlı şəxsdən aldığını və aldığı narkotik vasitələri Bakı şəhərində müxtəlif şəxslərə satdığını bildirmişdir. Həmin fəaliyyətlə Şakir adlı şəxsin də məşğul olduğu bildirmişdir. O, adı çəkilən Şakir adlı şəxsi tanımamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini təxminən 10 gün əvvəl Biləsuvar rayonu ərazisində adını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və digər saxlanılan şəxslərin üzərinə baxış keçirilsə də, ohəmin şəxslərin üzərindən heç bir qanunsuz maddə aşkar edilməmişdir. Sorğu-sual zamanı onlar Təqsirləndirilən şəxs3 onlara pulla və təmənnasız olaraq heroin verdiyini demişlər. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur və orada iştirak edən şəxslər həmin protokolun düzgünlüyü öz imzaları ilə təsdiq etmişlər. İbtidai istintaq zamanı Şahid9 və Şahid10 digər Şahid8 ilə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs3 tərəfindən onlara narkotik vasitə və psixotrop maddələr verilməsini təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan ilkin tibbi müayinə haqında aktdan (cild 2, iş vərəqə 167) görünür ki, müayinə vaxtı Təqsirləndirilən şəxs3 sərxoş olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X20 129 saylı ekspertiza rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 212-218) görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər - alın nahiyyəsinin, sağ kürək nahiyyəsinin əzilmiş yaraları; sağ almacıq nahiyyəsinin, sağ çənə cismi proyeksiyasının, burunun, sağ çiyin nahiyyəsinin, sol çiyin nahiyyəsinin, sağ dirsək nahiyyəsinin, sol əlin arxa səthinin, döş qəfəsinin orta üçdə birinin ön səthinin, qarın ön divarının sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; təpə-ənsə sümüklərinin kəllə əsası sümüklərinə keçən qəlpəli-basılmış sınıqları; sağ İV, V, Vİ, Vİİ, Vİİİ və sol İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpüçük xətti üzrə qapalı, az yerdəyişən sınıqları ilə nəticələnmiş baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar kimi sağlamlığına ağır zərərvurmaya aiddirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beyin yumşaq qişasına geniş qansızma olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 184-185) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli qərardan (cild 2, iş vərəqə 195-196) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müdafiə etməkdən imtina etmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli iltizamdan (cild 2, iş vərəqə 197) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 20) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 29-31) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman onun əynindəki şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə, külli miqdarda 2,501 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 47) görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 48) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 64) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 65) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 73-78) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,478 qram və 3,076 qram olan, ümumi təmiz çəkisi külli miqdar, yəni 5,554 qram təşkil edən narkotik vasitə heroinə oxşar kütlə, Təqsirləndirilən şəxs3 əynindəki şalvarın sağ yan cibindən isə 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,142 qram, 3,095 qram və 2,354 qram olan, ümumi təmiz çəkisi külli miqdar, yəni 8,591 qram təşkil edən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3284 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 108-112) görünür ki, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş”... yazısı olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 2,501 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş”... yazısı olan paketdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,142 qram, 3,095 qram və 2,354 qram olmaqla, ümumilikdə 8,591 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş”... yazısı olan paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,478 qram və 3,076 qram olmaqla, ümumilikdə 5,554 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və ekspertizaya təqdim edilmiş narkotik vasitə heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 151-152) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 163-164) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 177-178) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-761/2021 saylı qərarından (cild 1, iş vərəqə 208-213) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-762/2021 saylı qərarından (cild 1, iş vərəqə 220-225) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-763/2021 saylı qərarından (cild 1, iş vərəqə 214-219) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 248-249) görünür ki, ümumi çəkisi 16,346 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-901/2021 saylı qərarından (cild 2, iş vərəqə 79-80) görünür ki, xx.xx.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 37) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 38) görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 40-41) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmuş, lakin onun üzərində ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 62) görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Qeyd olunan mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms (mətn) yazışmaları olmuşdur. Belə ki, həmin mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdə İran İslam Respublikasının mobil telefon operatoruna məxsus **********2151 telefon nömrəsi ilə 23 saniyə davam edən telefon danışığı olmuş, bundan başqa, aşağıda qeyd olunan tarixlərdə və məzmunda sms mətnlərinin qeyd olunan nömrələrdən daxil olması müəyyən edilmişdir: 09/04/2021 - 22:01:53 - **********43 - Mene birdene pay ver Qarda$msan. 20/04/2021 - 02:11:46 - **********43 - 60 manata kola 2.dene düzeler? 21/04/2021 - 04:05:00 - **********43 - Brat AxSamin xeyir narahat eledim oyaqsansa pati Alnar? 31/05/2021 - 18:50:57-**********43 - 2 Karopka ot lazmdı duzele. 02/07/2021 - 04:01:53 - **********27 - Tez gelde lomkadayame men roma. Tez gelirsense gozleyim seni bide taksiye pul vermeyim 20 manatim var. 25/07/2021 - 02:44:35 - **********27 - Ay roma men cox pis haldayamdd agridan olurem tapa bılmedime kamiwi evdeyem uwagimin qizimin yaninda and verirem seni Allaha ilk defedi sene bele agiz aciram cox pis haldayam qoyma bu halda meni. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/1877 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 232-233) görünür ki, “Kia Forte” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs3 hərəkətlərində tətbiq olunan şəraitdə “X16” Azərbaycan Respublkası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 89) görünür ki, Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsini, Təqsirləndirilən şəxs3 isə ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmişdir. Qeyd olunan mobil telefon nömrələri ilə müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms (mətn) yazışmaları olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsinbdə olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair məlumatlara baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar, eləcə də Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə İran İslam Respublikasının mobil telefon operatoruna məxsus telefon nömrəsi ilə telefon danışığı və sms yazışması aşkar olunmasa da, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı monil telefon nömrəsinə aşağıda qeyd olunan tarixlərdə və məzmunda sms mətnlərinin qeyd olunan nömrələrdən daxil olması müəyyən edilmişdir: 29/01/2021 15:10:17 **********43 Pati lazmdi tez nece eliyek? Yanımda adam var yqamram. 30/04/2021 04:57:16 **********17 Roma necesen qardaşim? Brat ne olar eger yatmamisansa mene bir dene pati bir denede kola lazimdi. Xaiş edirem bu vaxdi seni narahat edirem. 12/06/2021 16:40:45 **********74 P..u acda. 1 qram pati lazim. var? 19/06/2021 19:45:11 **********57 Ay Roma 15 dikde pati olacaq brat 20 kola 15 pati mehledeyem mende cixib gelirem yaniva. 30/01/2021 16:26:23 **********43 Brat yarim kola lazmdi birde tema var xeyirli. 01/05/2021 15:07:50 **********18 Aşkı noldu mən səni gözluyurəm axı 1 dənə kola lazımdı mənə. 12/06/2021 11:02:32 **********74 Durda, butov kola lazimdi. 25/06/2021 20:01:28 **********57 Roma salam menem qaqa Samir yari kola lazim idi imkan var keçim yaniva. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 229) görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X7 Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 102-103) görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi” və 1 (bir) ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs3 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefona aparatlarına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefona aparatında cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi” və 1 (bir) ədəd “Samsung” markalı mobil telefonların yaddaşının “Kontaktlar” bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +**********38 nömrəsinin “Eliiran” adı altında, +**********65 nömrəsinin “Göy” adı altında, +**********52 nömrəsinin “Hosein” adı altında, +**********87 nömrəsinin “İraqarp” adı altında, +**********08 nömrəsinin “İran” adı altında, +**********06 nömrəsinin “İran Qarp” adı altında, +**********67 nömrəsinin “Kurya” adı altında, +**********51 nömrəsinin “Mahal” adı altında, +**********21 nömrəsinin “Medi iran” adı altında, +**********75 nömrəsinin “Memresul” adı altında, +**********79 nömrəsinin “Merci” adı altında, +**********48 nömrəsinin “Milllat” adı altında, +**********17 nömrəsinin “Sadqaqa” adı altında, +**********75 nömrəsinin “Teee” adı altında, +**********69 nömrəsinin “Ümud” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Bundan başqa, telefonda aşkar edilmiş adi və “WhatsApp” ani zəngləşmə proqramı vasitəsi ilə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində kontaktlarda adları qeyd olunan və qeyd olunmayan çoxsaylı İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus mobil telefon nömrəsi ilə telefon danışığının aparıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun yaddaşının “Kontaktlar” bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98(914)452-00-60 nömrəsinin “Behmud İiiiran” adı altında, +98(914)595-69-51 nömrəsinin “Mahal” adı altında +98(901)287-62-08 nömrəsinin “Mahi Teze” adı altında +98(937)254-21-51 nömrəsinin “Yawar i i i” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Bundan başqa, telefonda aşkar edilmiş “WhatsApp” ani zəngləşmə proqramı vasitəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixэdək olan müddət ərzində adı “Mahi Teze” kimi qeyd olunan İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98(901)287-62-08 saylı mobil telefon nömrəsi ilə 27 telefon danışığının aparıldığı müəyyən edilmişdir. Bundan başqa, telefonda aşkar edilmiş “WhatsApp” ani zəngləşmə proqramı vasitəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində “Mahi Teze” kimi qeyd olunan İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98(901)287-62-08 saylı mobil telefon nömrəsi ilə aşağıda göstərilən məzmunda səs yazıların göndərilməsi müəyyən edilmişdir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs3: pəncərə, daş və kola göndərilməsini xahiş edir, əvəzində ondan 305 manat pulun göndərilməsi xahiş olunur, “bilsəydim ağdan biraz çox götürərdim hamısı yaxşı daşdı, denən böyük-böyük daşlar qoysun” və sair oxşar məzmunda səs mesajların göndərilməsi müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 131-134) görünür ki, Təqsirləndirilən şəxs3 BMCMİ-nin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktı üzrə polis əməkdaşları olan Şahid2, Şahid1 və Şahid3 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən qeyd edilən polis əməkdaşlarının barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 144) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzarə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli arayışdan (cild 2, iş vərəqə 145) görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi arvadı Fərqanə İsmayılovadan, 2004 və 2005-ci il təvəllüdlü övladları Rəhman İsmayılov və Nərmin İsmayılovadan ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən (cild 2, iş vərəqə 147-148) görünür ki, 2004-cü il tarixdə Təqsirləndirilən şəxs1 Rəhman İsmayılov adlı, 2005-ci il tarixdə isə Nərmin İsmayılova adlı övladları anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 3, iş vərəqə 97) görünür ki, 2009-cu il tarixdə Təqsirləndirilən şəxs3 Səbinə Məmmədova adlı övladı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 150) görünür ki, X1 Aysel Elkən qızı ilə rəsmi nikaha daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 150) görünür ki, 2019-cu il tarixdə X2 Yusif Allahverdiyev adlı övladı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 X14 X9 3882 saylı rəyindən (cild 3, iş vərəqə 1-2) görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 X14 X9 3883 saylı rəyindən (cild 3, iş vərəqə 3-4) görünür ki, Təqsirləndirilən şəxs3 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 X14 X9 3884 saylı rəyindən (cild 3, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 7-28) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs3 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 263.2-ci maddələrinə tövsif edilməsi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 16,346 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması otağına verilməsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 2 (iki) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi” və 1 (bir) ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs3 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefonun maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması otağına verilməsi, Şahid7, Şahid8, Şahid9 və Şahid10 barələrində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 36-37) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 59-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 263.2-ci maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 79-81) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2008-ci il tarixli Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 1(101)- 830/2008 saylı hökmünün surətindən (cild 2, iş vərəqə 42-50) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2008-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin 1(103)-669/2008 saylı qərarının surətindən (cild 2, iş vərəqə 51-53) görünür ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəza 5 (beş) il 6 (altı) ay müddətə endirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2009-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-306/2009 saylı qərarının surətindən (cild 2, iş vərəqə 54-59) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı dəyişdirilmiş və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəza 4 (dörd) il 6 (altı) ay müddətə endirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar, o cümlədən müxtəlif vəsatətlər vermişlər, eyni zamanda onlara qarşı irəli sürülmüş ittihamı ayrı-ayrılıqda bütövlükdə mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən onların hər birinə qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Belə ki, Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarınnarkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmişlər, daşımışlar və saxlamışlar. Bundan başqa, Təqsirləndirilən şəxs3, həmçinin yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısı, daşınması, saxlanılması və satışı barədə danışıqlar aparması, eləcə də törədiləcək cinayət əməlləri ilə əlaqədar cinayət əlaqəsinə girmələri, başqa sözlə, külli miqdarda narkotik vasitələr Azərbaycan Respublikasının ərazisinə gətirildikdən (keçirildikdən) sonra həmin vasitələri ölkə ərazisində realizə edilməsi istiqamətində razılığa gəlmələri, əldə edilmiş razılığa əsasən şəxsiyyəti istintaqa məlum olmayan şəxs/şəxslərlə birbaşa olaraq tapşırıq və sifarişlər almaları, belə tapşırıq və sifarişlər alqıdan sonra muzd müqabilində icra etmələri tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefon nömrələri ilə İran İslam Respublikasının mobil operatorlarına məxsus mobil telefon nömrələri arasında danışıq və yazışmaların aparılması müəyyən edilməsə də, digər Təqsirləndirilən şəxs3 istifadəsində olmuş mobil telefon nömrəsinə İran İslam Respublikasının müxtəlif mobil operatorlarına məxsus mobil telefon nömrələri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısı barədə danışıq və yazışmalar aparması tam şəkildə müəyyən edilmişdir. Təqsirləndirilən şəxslərin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmələri, saxlamaları və üzərlərində daşımalarına gəldikdə isə, məhkəmə hesab edir ki, onlar həqiqətən də qabaqcadan əlbir olan bir qrup şəxs halında göstərilən cinayətləri törətmişlər. Məhkəmə belə nəticəyə gələrkən onu əsas tutmuşdur ki, istintaqa cəlb edilmiş hər bir təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinlər kimyəvi tərkiblərinə və digər xüsusiyyətlərinə görə eyni olmuşlar. Onların hər birindən aşkar edilmiş narkotik vasitə heroinin öz aralarında tərkibinə və digər göstəricilərinə görə eyni olması ona dəlalət edir ki, onlar üzərində saxlamaqla daşıdıqları narkotik vasitə heroinləri eyni mənbədən əldə etmişlər. Bundan başqa, ibtidai istintaq zamanı dindirilmiş, lakin məhkəmənin bütün cəhdlərinə baxmayaraq, məhkəmə istintaqında dindirilməsi mümkün olmayan şəxslər, yəni Şahid8, Şahid9 və Şahid10 ibtidai istintaq zamanı vermiş olduqları ifadələrində bir neçə dəfə Təqsirləndirilən şəxs3 müxtəlif vaxtlarda narkotik vasitə heroin aldıqlarını bildirmişlər. Bu hallar isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs3 digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdə, saat 22.30 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Forte” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala-Pirallahı avtomobil yolu ilə Pirallahı qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman “X16” Azərbaycan Respublkası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3- cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda heç bir tədbir görməyərək, həmin küçədə yolun sağ kənarında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında sözügedən Qanunun həmin maddəsinin tələblərini pozub, öz hərəkət istiqamətinə görə yolun hərəkət hissəsinin sağ tərəfi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqla avtomobilin qabaq sağ tərəfi ilə vurmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan sonuncunun alın nahiyyəsinin, sağ kürək nahiyyəsinin əzilmiş yaraları, sağ almacıq nahiyyəsinin, sağ çənə cismi proyeksiyasının, burunun, sağ çiyin nahiyyəsinin, sol çiyin nahiyyəsinin, sağ dirsək nahiyyəsinin, sol əlin arxa səthinin, döş qəfəsinin orta üçdə birinin ön səthinin, qarın ön divarının sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, təpə-ənsə sümüklərinin kəllə əsası sümüklərinə keçən qəlpəli-basılmış sınıqları, sağ İV, V, Vİ, Vİİ, Vİİİ və sol İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpüçük xətti üzrə qapalı, az yerdəyişən sınıqları ilə nəticələnmiş baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar kimi sağlamlığına ağır zərərvurmaya aid xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə təqsirləndirilən şəxslərə ayrıayrılıqda irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmçinin CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxslərə irəli sürülmüş itithamdan birinin Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bağlı olduğundan, dövlət ittihamçısı qeyd edilən hissədə bəraətverici əsasla (cinayət hadisəsi olmaması əsası ilə) ittihamdan imtina etdiyindən, eləcə də dövlət itithamçısının ittihamdan imtinası qanuni olduğundan məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca məhkəmə aktı ilə). Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə düzgün tövsif etməklə iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv və əsaslı hüquqi nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayətkar qrupun digər üzvü/üzvləri ilə artıq Azərbaycan Respublikasının ərazisinə keçirilmiş narkotik vasitələr barədə telefonla danışmaları, eləcə də sair üsulla əlaqə saxlayaraq tapşırıq və sifarişlər almaları, başqa sözlə, telefonla əlaqə saxlayıb razılıq əldə etmələri satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında ifadə verərək saxlanılarkən üzərlərində qadağan edilmiş narkotik vasitə heroin olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən, habelə polis orqanına aparılarkən, orada onların üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl və sonraki müddətdə polis əməkdaşlarının fiziki təzyiqinə məruz qaldıqlarını və onlara qarşı zorakılıq edilmələrini iddia etdiklərindən, bu məsələlər isə öz növbəsində ciddi hüquqi nəticələrə səbəb ola biləcəyindən məhkəmə istintaqında irəli sürülmüş ittihamla yanaşı, həmçinin bu məsələlər də ciddi şəkildə araşdırılmışdır. Bu məqsədlə məhkəmə tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanıldıqları İstintaq Təcridxanasına sorğular verilərək onların şəxsi işləri və tibbi qeydiyyat kitabçaları tələb edilmiş, daha sonra isə qeyd edilən sənədlər məhkəməyə təqdim edilməklə məhkəmə istintaqında həm ayrı-ayrılıqda, həm də cinayət işinə əlavə edilmiş digər sübutlarla məcmu halda araşdırılmış və təhlil edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid şəxsi işlər və tibbi qeydiyyat kitabçaları məhkəmə istintaqında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iddia etdiyi hallarla, yəni onların üzərində xəsarətlərin aşkar edilməsi və İstintaq Təcridxanasına təhvil verilərkən bu xəsarətlərin qeydə alınması barədə heç bir qeydiyyat aparılmamışdır. Bu səbəbdən də məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində xəsarətlərin olması, bu xəsarətlərin onlara tutularkən yetirilməsi, eləcə də polis əməkdaşları tərəfindən onlara fiziki təzyiq edilməsi nəticəsinə gəlmək mümkün olmamışdır. Digər Təqsirləndirilən şəxs3 gəldikdə isə məhkəmə qeyd edir ki, ona aid şəxsi iş və tibbi qeydiyyat kitabçası məhkəmə istintaqında tədqiq edilərkən onun üzərində müəyyən xəsarətlərin aşkarlanması müəyyən edilmişdir. Lakin o, həmin xəsarətlər aşkar edilərkən həmin xəsarətlərin polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən döyülməsini, sair üsulla fiziki zorakılığa məruz qalmasını mübahisələndirməmiş, habelə səlahiyyətli prokurorluq orqanına bu barədə müraciət etməmiş, eləcə də xəsarətlərin dərəcəsini, törənmə vaxtını və bu qəbildən olan sair məsələlərin aydınlaşdırılması məqsədi ilə tibbi ekspertiza keçirilməmişdir. Hazırki məhkəmə araşdırması zamanı isə Təqsirləndirilən şəxs3 üzərində aşkar edilmiş xəsarətlərin yetirilmə vaxtını və həmin vaxtın onun tutulduğu günə və bundan sonraki müddətə təsadüf etməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən döyülməsi və sair üsulla fiziki zorakılığa məruz qalması ilə bağlı irəli sürdüyü dəlillər məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli əməlləri nəticəsində baş vermiş və bu cinayətlərin törədilməsində onlar bilavasitə təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları əməllərin (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə, Təqsirləndirilən şəxs3 isə əlavə olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə nisbətdə) cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri ilə təqsirli bilinməklə həmin cinayətlərə görə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Həmçinin Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cavan və evli olmalarını, Təqsirləndirilən şəxs1 himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağın olmasını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 himayəsində 1 (bir) azyaşlı uşağın olmasını, hər birinin ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını, bundan başqa, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini onların hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onların əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin çəkisini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyalarına uyğun şəkildə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bundan başqa, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü madədlərinə əsasən Təqsirləndirilən şəxs3 təyin ediləcək əsas cəzalar qismən toplanmaqla, toplanmış əsas cəza əlavə cəzaya tam birləşdirilməklə ona qəti cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəzalar vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsində həmçinin göstərilir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən - bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilməli və onlara təyin ediləcək cəzanın əvvəli onların hər birinin tutulduğu vaxtdan, yəni Təqsirləndirilən şəxs2 nisbətdə xx.xx.2021-ci il tarixdən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 nisbətdə isə xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 X14 X9 3882, 3883 və 3884 saylı rəylərdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyləri nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkəcəyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,346 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilməsinmi əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi” və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına, Təqsirləndirilən şəxs3 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefon isə onun yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 214 (iki yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 214 (iki yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 263.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanılmaqla və toplanılmış əsas cəza əlavə cəza ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs3 qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,346 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilməsinmi əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi” və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına, Təqsirləndirilən şəxs3 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefon isə onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 214 (iki yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-335/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-335/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver