Məhkəmə qərarları › İş №1(101)-335/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-335/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-335/2023 07.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və X18, Bakı şəhəri «Müdafiəçi4 və partnyorları» vəkil bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi5, Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1960-cı il dekabrın 20-də Sabirabad rayonunun Bulduq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı olan, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyasının Moskva şəhərində vəkil işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 və 1977-ci il sentyabrın 22-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmamış uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində şəxsi zaminlik qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və qrup üzvləri üçün birbaşa yolla, şəxsən maddi nemət olan külli miqdarda pulu hədə-qorxu tətbiq etməklə rüşvət qismində istəyib almışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının sabiq baş prokurorunun 2001-ci il 13 iyul tarixli, 03/672-k nömrəli əmri ilə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Cinayət-Prosessal Məcəlləsinin 85-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, şübhəli şəxs tərəfindən cinayət törədilməsini təsdiq edən kifayət qədər sübutlar toplandığı halda, onu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və ona ittiham elan etmək, zərurət olduqda şübhəli və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsini təmin etmək, hadisə və onunla əlaqəsi olan şəxslər barəsində məlumatları əks etdirən sənədləri və digər materialları tələb etmək, dövlət orqanlarından tərcüməçinin, mütəxəssisin, ekspertin ayrılmasını tələb etmək, şəxslərin razılığı ilə onları müvafiq istintaq hərəkətlərinə hal şahidi, tərcüməçi, mütəxəssis və ekspert qismində cəlb etmək, müvafiq təhqiqat orqanına cinayətin açılması, itkin düşmüş şəxsin və ya əmlakın tapılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tapşırmaq və görülmüş tədbirlər barədə məlumat almaq, tutulma, məcburi gətirilmə və digər prosessual məcburiyyət tədbirlərinin aparılmasını müvafiq təhqiqat orqanına tapşırmaq, habelə ondan istintaq və ya digər prosessual hərəkətlərin keçirilməsinə kömək göstərilməsini tələb etmək, müvafiq təhqiqat orqanına və ya təhqiqatçıya ayrı-ayrı istintaq hərəkətlərinin keçirilməsini tapşırmaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 20ci maddəsinin tələblərinə əsasən səlahiyyəti daxilində ərizə və şikayətə təxirəsalınmadan baxmalı, həmin dövrdə qüvvədə olan «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən vətəndaşların ərizə və şikayətlərini mütləq kargüzarlıqda qeydiyyatdan keçirməli olduğu halda, bundan başqa Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 200cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinə işarə edən ərizə və şikayətlərin «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli Fərmanının 3-cü bəndinə əsasən aidiyyəti üzrə Azərbaycan Respublikasının daxili işlər (polis) orqanlarına göndərməli olduğu halda qanunvericiliyin həmin tələblərini tamah niyyətilə qəsdən pozmaqla, həmin dövrdə ünvan 3 ünvanda fəaliyyət göstərmiş «Al Jadeed» Kaspian İnternational firmasının istehsal etdiyi yuyucu tozun keyfiyyətsiz olması və ondan istifadə etmiş bir qadının allergiyaya tutulmasına dair şəxsən özünə ünvanlanmış yazılı şikayəti Bakı Şəhər Prokurorluğunun dəftərxanasında-kargüzarlıqda qeydiyyatdan keçirmədən 2001-ci oktyabrın 23-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi vəzifəsini icra etmiş X12 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən xidməti otağına gedib şikayət ərizəsinin icrası ilə bağlı dərhal keyfiyyətsiz yuyucu tozun istehsal olunduğu yerə baxış keçirilməsinin zəruriliyini bildirərək bunun üçün polis naryadının ayrılmasını xahiş etməklə, həmin polis bölməsinin sabiq cinayət axtarışı baş əməliyyat müvəkkili polis mayoru rütbəsində olmuş X23 və sabiq polis sahə inspektoru polis leytenantı rütbəsində olmuş Təqsirləndirilən şəxs2 ayrılmasına nail olduqdan sonra «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək, cinayətkarları aşkara çıxarmaq və tutmaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs olan X27 və Təqsirləndirilən şəxs2 öz cinayətkar niyyəti ilə bağlı məlumat verməklə, «Aİ Jadeed» Kaspian İnternational firmasının ofisinin yerləşdiyi ünvan 3 ünvana yollanıb orada əmək fəaliyyəti ilə məşğul olan Hindistan Respublikasının vətəndaşlarına şikayət ərizəsinin məzmunu ilə bağlı hədə-qorxu gələrək rüşvət qismində müəyyən məbləğdə pul alacağını bildirməklə həmin polis əməkdaşları ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, hazırladıqları cinayətkar plana uyğun olaraq birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi «Vaz-2107 Jiquli» markalı avtomobillə 2001-ci il oktyabrın 23-də saat 21 radələrində «Aİ Jadeed» Kaspian İnternational firmasının ofisinin yerləşdiyi, ünvan 3 ünvandakı fərdi yaşayış evinə gəlib həmin ünvanda yaşayan və Hindistan Respublikasının vətəndaşları olan xx.xx.1975-ci il təvəllüdlü X34, xx.xx.1974-cü il təvəllüdlü WADHWANİ ANİL KUMAR, xx.xx.1975-ci il təvəllüdlü KİSHOR SİNDHİ, xx.xx.1977-ci il təvəllüdlü NARESH SHANTİ KUMAR (X55), xx.xx.1975-ci il təvəllüdlü VİKRAM SİNGH RAJPUROHİT, xx.xx.1953-cü il təvəllüdlü X48, xx.xx.1970-ci il təvəllüdlü RAJ KUMAR WADHWANİ, xx.xx.1974-cü il təvəllüdlü VENKATESH KADRİ, xx.xx.1981-ci il təvəllüdlü BHOJWANİ DHİRAJ və xx.xx.1965- ci il təvəllüdlü ASHOK KUMARın pasport və viza qeydiyatı rejimini yoxlamaqla firmanın Azərbaycan Respublikasının ərazisində nümayəndəsi kimi müdir vəzifəsində işləmiş xx.xx.1953-cü il təvəllüdlü ANANTHAKRİSHNAN BALAS U V RAMANİ AN və qeyrilərinə firmanın satdığı yuyucu tozun keyfiyyətsiz olması və ondan istifadə etmiş bir qadının allergiyaya tutulması barədə şikayət ərizəsinin olmasını bildirərək ərizəni nümayiş etdirmiş, daha sonra isə əcnəbilərin ölkəyə gələrkən müvəqqəti qeydiyyata alınmaqla yaşamalı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliyə uyğun zəruri rəsmiləşmə aparılmaqla fəaliyyət göstərməli, habelə ərizənin mahiyyəti üzrə yuyucu tozun tərkibinin müəyyən edilməsi üçün müvafiq standartların yoxlanılması, ümumilikdə aşkar olunmuş qanun pozuntuları ilə bağlı ibtidai araşdırmanın aparılması tələb olunduğu halda xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə, yəni aşkar etdiyi pozuntuları rəsmiləşdirməyəcəklərini, ibtidai araşdırmanın aparılmasını təmin etməyəcəklərini, aşkar olunan pozuntu faktları ilə bağlı aidiyyəti orqanlara məlumat verməyəcəklərini bildirib qeyd olunan qanun pozuntularına göz yumacağı qarşılığında sonunculardan külli miqdar təşkil etməklə həmin dövrün məzənnəsi ilə 1.415.100.000 Azərbaycan manatı ekvivalentində olan 300.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 283.020 AZN) məbləğində pulu rüşvət qismində istəmiş, ANANTHAKRİSHNAN BALAS U V RAMANİ AN istədikləri pulu vermək istəmədikdə isə hədə-qorxu gəlib həmin pul vəsaitinin verilməyəcəyi halda Hindistan Respublikasının vətəndaşlarını polis bölməsinə apararaq həbs edəcəklərini bildirmiş, cinayətkar qrupun üzvləri X40 və Təqsirləndirilən şəxs2 ilə birlikdə ANANTHAKRİSHNAN BALAS U V RAMANİ ANın, NARESH SHANTİ KUMARın (X50) və X21 həbs olunması görüntüsünü yaratmaq üçün həmin şəxsləri «Vaz-2107 Jiquli» markalı və markası istintaqa məlum olmayan, «Aİ Jadeed» Kaspian İnternational firmasına məxsus «Offroader/SUV» tipli (ban növlü) avtomobillərə əyləşdirib guya polis bölməsinə apardıqlarını bildirməklə avtomobildə birlikdə müəyyən məsəfə qət etdikdən sonra ANANTHAKRİSHNAN BALAS U V RAMANİ AN artıq həbs edildiyini güman edib hədə-qorxunun təsiri altında cinayətkar təkliflə razılaşaraq 300.000 ABŞ dolları deyil, 20.000 ABŞ dolları verə biləcəyini bildirmiş, tərəflər arasında sövdələşmə baş tutduğundan yenidən birlikdə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə qayıdıb, orada 2001-ci il oktyabrın 24-də saat 02 radələrində ANANTHAKRİSHNAN BALASUBRAMANlANdan həmin pulu qəbul edib, həmin əməli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və qrup üzvləri üçün birbaşa yolla, şəxsən külli miqdar təşkil etməklə həmin dövrün məzənnəsi ilə 1.415.100.000 Azərbaycan manatı ekvivalentində olan 300.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 283.020 AZN) məbləğində maddi nemət olan pul vəsaitini istəyib 94.340.000 Azərbaycan manatı ekvivalentində olan 20.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 18.868 AZN) məbləğində maddi neməti hədəqorxu tətbiq edərək rüşvət qismində istəməklə almışdır. İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və qrup üzvləri üçün birbaşa yolla, şəxsən maddi nemət olan külli miqdarda pulu hədə-qorxu tətbiq etməklə rüşvət qismində istəyib almışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru vəzifəsində işləyərkən «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək, cinayətkarları aşkara çıxarmaq və tutmaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə əsasən öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qorumalı olduğu, cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək kimi hallar qadağan olunduğu halda qanunvericiliyin həmin tələblərini tamah niyyətilə qəsdən pozmaqla Bakı Şəhər Prokurorluğunun sabiq mühüm işlər üzrə müstəntiqi Təqsirləndirilən şəxs1 2001-ci il oktyabrın 23-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi vəzifəsini icra etmiş X12 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən xidməti otağına gedib, həmin dövrdə ünvan 3 ünvanda fəaliyyət göstərmiş «Aİ Jadeed» Kaspian İnternational firmasının istehsal etdiyi yuyucu tozun keyfiyyətsiz olması və ondan istifadə etmiş bir qadının allergiyaya tutulması barədə şikayət ərizəsinin icrası ilə bağlı dərhal keyfiyyətsiz yuyucu tozun istehsal olunduğu yerə baxış keçirilməsinin zəruriliyini bildirib bunun üçün polis naryadının ayrılmasını ilə bağlı etdiyi xahiş əsasında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27- ci Polis Bölməsinin sabiq cinayət axtarışı baş əməliyyat müvəkkili polis mayoru rütbəsində olmuş X40 ilə birlikdə polis naryadı halında Təqsirləndirilən şəxs1 rəhbərliyi altında «Al Jadeed» Kaspian İnternational firmasının ofisinin yerləşdiyi ünvan 3 ünvana gedərkən, Təqsirləndirilən şəxs1 ona və X27 lazımı ünvana getməklə orada əmək fəaliyyəti ilə məşğul olan Hindistan Respublikasının vətəndaşlarına şikayət ərizəsinin məzmunu ilə bağlı hədə-qorxu gəlib rüşvət qismində müəyyən məbləğdə pul almaqları ilə bağlı məlumat verərkən o və X40 «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat- axtarış fəaliyyətini həyata keçirmək, cinayətkarları aşkara çıxarmaq və tutmaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşıb onunla və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, hazırladıqları cinayətkar plana uyğun olaraq birlikdə idarə etdiyi «Vaz-2107 Jiquli» markalı avtomobillə 2001-ci il oktyabrın 23-də saat 21 radələrində, «Aİ Jadeed» Kaspian İnternational firmasının ofisinin yerləşdiyi, ünvan 3 ünvandakı fərdi yaşayış evinə gəlib həmin ünvanda yaşayan və Hindistan Respublikasının vətəndaşları olan xx.xx.1975-ci il təvəllüdlü X34, xx.xx.1974-cü il təvəllüdlü WADHWANİ ANİL KUMAR, xx.xx.1975-ci il təvəllüdlü KİSHOR SİNDHİ, xx.xx.1977-cİ İl təvəllüdlü NARESH SHANTİ KUMAR (X55), xx.xx.1975-ci il təvəllüdlü VİKRAM SİNGH RAJPUROHİT, xx.xx.1953-cü il təvəllüdlü X48, xx.xx.1970-ci il təvəllüdlü RAJ KUMAR WADHWANİ, xx.xx.1974-cü il təvəllüdlü VENKATESH KADRİ, xx.xx.1981-ci il təvəllüdlü BHOJWANİ DHİRAJ və xx.xx.1965-ci il təvəllüdlü ASHOK KUMARın pasport və viza qeydiyatı rejimini yoxlamaqla firmanın Azərbaycan Respublikasının ərazisində nümayəndəsi kimi müdir vəzifəsində işləmiş xx.xx.1953-cü il təvəllüdlü ANANTHAKRİSHNAN BALASUBRAMANİAN və qeyrilərinə firmanın satdığı yuyucu tozun keyfiyyətsiz olması və ondan istifadə etmiş bir qadının allergiyaya tutulması barədə şikayət ərizəsinin olmasını bildirmiş, daha sonra isə əcnəbilərin ölkəyə gələrkən müvəqqəti qeydiyyata alınmaqla yaşamalı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliyə uyğun zəruri rəsmiləşmə aparılmaqla fəaliyyət göstərməli, habelə ərizənin mahiyyəti üzrə yuyucu tozun tərkibinin müəyyən edilməsi üçün müvafiq standartların yoxlanılması, ümumilikdə aşkar olunmuş qanun pozuntuları ilə bağlı ibtidai araşdırmanın aparılması tələb olunduğu halda xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə, yəni aşkar etdikləri pozuntuları rəsmiləşdirməyəcəklərini, ibtidai araşdırmanın aparılmasını təmin etməyəcəklərini, aşkar olunan pozuntu faktları ilə bağlı aidiyyəti orqanlara məlumat verməyəcəklərini bildirib qeyd olunan qanun pozuntularına göz yumacaqları qarşılığında sonunculardan külli miqdar təşkil etməklə həmin dövrün məzənnəsi ilə 1.415.100.000 Azərbaycan manatı ekvivalentində olan 300.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 283.020 AZN) məbləğində pulu rüşvət qismində istəmiş, ANANTHAKRİSHNAN BALASUBRAMANİAN istədikləri pulu vermək istəmədikdə isə hədə-qorxu gəlib həmin pul vəsaitinin verilməyəcəyi halda Hindistan Respublikasının vətəndaşlarını polis bölməsinə apararaq həbs edəcəklərini bildirmiş, cinayətkar qrupun üzvləri X40 və Təqsirləndirilən şəxs1 ilə birlikdə ANANTHAKRİSHNAN BALASUBRAMANİANın, NARESH SHANTİ KUMARın (X50) və X21 həbs olunması görüntüsünü yaratmaq üçün həmin şəxsləri “Vaz-2107 Jiquli” markalı və markası istintaqa məlum olmayan, «Aİ Jadeed» Kaspian İnternational firmasına məxsus «Offroader/SUV» tipli (ban növlü) avtomobillərə əyləşdirib guya polis bölməsinə apardıqlarını bildirməklə avtomobildə birlikdə müəyyən məsəfə qət etdikdən sonra ANANTHAKRİSHNAN BALASUBRAMANİAN artıq həbs edildiyini güman edib hədə-qorxunun təsiri altında cinayətkar təkliflə razılaşaraq 300.000 ABŞ dolları deyil, 20.000 ABŞ dolları verə biləcəyini bildirmiş, tərəflər arasında sövdələşmə baş tutduğundan yenidən birlikdə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə qayıdıb, orada 2001-ci il oktyabrın 24-də saat 02 radələrində ANANTHAKRİSHNAN BALASUBRAMANlANdan həmin məbləğdə pul vəsaitini qəbul edib, həmin əməli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və qrup üzvləri üçün birbaşa yolla, şəxsən külli miqdar təşkil etməklə həmin dövrün məzənnəsi ilə 1.415.100.000 Azərbaycan manatı ekvivalentində olan 300.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 283.020 AZN) məbləğində maddi nemət olan pul vəsaitini istəyib 94.340.000 Azərbaycan manatı ekvivalentində olan 20.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 18.868 AZN) məbləğində maddi neməti hədə-qorxu tətbiq edərək rüşvət qismində istəməklə almışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələri ilə elan edilən ittihamda özünü təqsirli bilməyərək ifadəsində hadisə ərəfəsində Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi vəzifəsində işlədiyini, 2001-ci oktyabrın 23də «Aİ Jadeed» Kaspian İnternational firmasının ofisinin yerləşdiyi ünvan 3 ünvanda heç vaxt olmadığını, orada yaşayıb bizneslə məşğul olan Hindistan Respublikasının vətəndaşlarına şikayət ərizəsinin məzmunu ilə bağlı hədə-qorxu gəlmədiyini, rüşvət qismində 20.000 ABŞ dolları məbləğində heç kimdən pul almadığını, X40 və Təqsirləndirilən şəxs2 adlı polis əməkdaşları ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmədiyini, bu faktla əlaqədar istintaq tərəfindən bir dəfə şahid qismində dindirildiyini və heç kimlə üzləşdirilmədiyini, axtarışda olduğunu bilmədiyini, işsiz qaldığından Rusiya Federasiyasına getməklə vəkil işlədiyini, atasının adını rusca tələffüz etmək çətin olduğuna görə dəyişməsini göstərdi. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində hadisə ərəfəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru vəzifəsində işlədiyini, 2001-ci il oktyabrın 23-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi vəzifəsini icra etmiş X12 göstərişi ilə «Aİ Jadeed» Kaspian İnternational firmasının yerləşdiyi ünvan 3 ünvanda pasport rejimini yoxlamaqdan ötrü Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Təqsirləndirilən şəxs1 rəhbərliyi altında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sabiq cinayət axtarışın baş əməliyyat müvəkkili polis mayoru rütbəsində olmuş X40 ilə birlikdə gedərkən heç bir qanunsuz hərəkətə yol vermədiyini, Hindistan vətəndaşlarından hədə-qorxu ilə rüşvətin verilib-alınmasının şahidi olmadığını, heç vaxt istintaqdan yayınmadığını, 21 ildən çox müddətdə təqsirləndirilən şəxs statusunda günahsız qaldığını göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində hadisə ərəfəsində menecer işlədiyi Hindistan Respublikasına aid «Aİ Jadeed» Kaspian İnternational firmasının müdiri Ananthakrıshnan Balasubramanıanın xahişi ilə 2001-ci il oktyabrın 23-də ünvan 3 ünvana gələrkən orada adlarını sonradan bildiyi X28, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gördüyünü, həmin şəxslərdən ən aktiv sonuncunun olmaqla xidməti vəsiqəsini təqdim etmədiyini, Bakı şəhəri Yasamal Rayon İdarəsinin polis işçiləri olduğu halda niyə görə Bakı şəhəri Suraxanı rayonunun ərazisində pasport rejimini yoxlamalarını soruşduqda X23 göstərdiyi, dəri qovluğun içərisindəki Bakı şəhərinin Yasamal Rayon Polis İdarəsinə ünvanlanan və üzərinə dərkənar qoyulan hansısa qadının ərizəsinin bir hissəni, yəni şəhərdəki mağazadan aldığı «E» adlı yuyucu tozdan alergiya olduğu barədə şikayətləndiyini ona oxutdurduğunu və qalanını gedib idarədə araşdıracaqlarını bildirməsini onun hindistanlılara tərcümə etdiyini, X40 300.000 ABŞ dolları cərimə ödəməli olduqlarını desə də Balanın razı olmadığını, aralarındakı əsas danışıqların Təqsirləndirilən şəxs1 apararaq göstərilən ərizəyə görə anbarı möhürləyəcəkləri, həbs olunacaqları hədəqorxusu ilə onun yanında 20.000 ABŞ dolları məbləğində Baladan rüşvət almağa nail olduqdan sonra qeyd olunan şəxslərin gəldikləri «Jiquli» markalı avtomaşına əyləşərək sürətlə hadisə yerini tərk etdiklərini, avtomobili Təqsirləndirilən şəxs2 idarə etdiyini, sonuncunun söhbətə qarışmadığını, qıraqda oturub hindistanlıların pasportlarını yoxladığını, 2002-ci ildə ona təqdim edilən dörd fotoşəkillərin birində Təqsirləndirilən şəxs1 tanısa da hazırda 20 ildən çox müddət keçdiyindən məhkəmə iclasında sonuncunu tanıya bilmədiyini göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində 2001-ci ilin avqust ayında özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qara Qarayev küçəsində yerləşən 21 saylı evi doqquz nəfər Hindistan Respublikasının vətəndaşına kirayə verdiyini, 2001-ci ilin oktyabr ayında küçədə olduğu zaman hansısa «Jiquli» markalı avtomaşının yanından keçərək üç nəfər şəxsin yerə düşməklə sürətlə onun evinə daxil olduğunu müşahidə etdiyini, arxasınca həyətə daxil olduqda həmin şəxslərin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirərək hindistanlıların icazə kağızlarını yoxlamaq istədiklərini söylədiklərini, bir müddət ötmüş sonuncuların müdirinin gəlməklə polislərlə danışdığını, səhərisi gün o, məsələnin həlli ilə bağlı maraqlananda hindistanlıların ona müdirləri ilə polislərin görüşüb işlərinin yoluna qoyduqlarını dediklərini, hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda ifadə verdikdən sonra həmin üç nəfər şəxsdən X28 və Təqsirləndirilən şəxs2 canlı şəkildə tanıdığını, təqdim edilən fotoşəkillərdə Təqsirləndirilən şəxs1 tanıya bilmədiyini göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid3 qayını olan Şahid2 ilə oxşar ifadə verərək 2001-ci il oktyabrın 23-də saat 21 radələrində ünvan 3 ünvana gələrkən pilləkəndə adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 ilə rastlaşdığını, özlərini Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları kimi təqdim edən şəxslərdən biri, adını sonradan bildiyi X40 onunla kobud rəftar etdiyindən o, Sahibə 102 Xidmətinə zəng etməsini məsləhət görməklə həyətə düşüb orada üçüncü polis işçisinin işlərinin yalnız Hindistan vətəndaşları ilə olduqlarını bildirdiyini, bu vaxt sonuncuların çox həyəcanlı və qorxu içində olduqlarını, bir azdan həyətdə gözləyən hindistanlı Bala adlı şəxsin və polislərin «VAZ 2107» və «Cip» tipli avtomobillərə əyləşərək sürüb getdiklərini gördüyünü göstərdi. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sabiq cinayət axtarışı baş əməliyyat müvəkkili X40 ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilərkən 2001-ci oktyabrın 23-də polis bölməsinin rəisi vəzifəsini icra etmiş X12 xidməti otağında tanış olduğu və bölməsinin polis sahə inspektoru Təqsirləndirilən şəxs2 ilə birlikdə təhkim edildiyi Bakı Şəhər Prokurorluğunun müstəntiqi Təqsirləndirilən şəxs1 rəhbərliyi altında sonuncunun icraatında olan ərizə ilə bağlı göstərilən tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 tərəfindən idarə edilən «VAZ 2107» markalı avtomobil ilə getdikləri, ünvan 3 ünvanda araşdırma aparıb orada yaşayan Hindistan Respublikasının vətəndaşlarının pasportlarını yoxladıqlarını, Təqsirləndirilən şəxs1 Bala adlı hindistanlı ilə danışıqlar aparandan sonra şəhərə qayıtdıqlarını göstərmişdir (3-ci cild, iş vərəqi 140-148). Məhkəmə iclasında ifadələri elan edilərək tədqiq olunan ibtidai istintaqda Hindistan Respublikasının vətəndaşları Ananthakrıshnan Balasubramanıan, X51, X34, X42, X48, X54 və Venkatesh Kadrı zərər çəkmiş şəxs, eləcə də Kıshor Sındhı və X52 şahid qismində dindirilərkən 2001-ci il oktyabrın 23-də üç nəfər polis əməkdaşının «Al Jadeed» Kaspian İnternational firmasının istehsal etdiyi yuyucu tozun keyfiyyətsiz olması və ondan istifadə etmiş bir qadının allergiyaya tutulması barədə yazılı şikayəti ilə bağlı onların kirayədə yaşadıqları ünvan 3 ünvana gəlməklə hədə-qorxu ilə rüşvət qismində 300.000 ABŞ dolları tələb etməsini, sonda 20.000 ABŞ dolları pul vəsaitini rüşvət qismində almasını, onların da rüşvət qismində verdikləri əsginazların seriyalara və nömrələrə dair siyahı tutuduqlarını göstərmişlər (2-ci cild, iş vərəqi 81-83, 90-105, 108-111, 145-147 və 150-152; 3-ci cild, iş vərəqi 47-55). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2001-ci il 07 noyabr tarixli qərarından və eyni tarixdə tərtib etdiyi protokoldan görünür ki, üç nəfər naməlum şəxsin ünvan 3 ünvanda kirayənişin yaşayan Hindistan Respublikasının vətəndaşlara hücum edib bıçaq və tapança ilə hədələyərək sonuncuların həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq göstərməklə külli miqdarda pul keçirməsi ilə bağlı onlara qarşı törədilən quldurluq etməsi ilə əlaqədar Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.3.-cü, 181.2.5.-ci və 181.3.2.-ci maddələri ilə cinayət işi başlanmış, hadisə yeri müayinə olunarkən əl-barmaq izləri götürülmüşdür (1-ci cild, iş vərəqi 3-5). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 2001-ci il 20 noyabr tarixli 9/31-1609 №-li məktubundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 2001-ci il oktyabrın 23-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin üç nəfər əməkdaşının ağ rəngli «VAZ-2107» markalı 38-721 dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvana gələrək pasport rejimi qaydalarını yoxlamaları, onlardan ikisinin X40 və Təqsirləndirilən şəxs2 olduqları müəyyənləşdirilməklə üçüncü əməkdaşın şəxsiyyətinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir, X27 məxsus ********** və **********, Təqsirləndirilən şəxs2 məxsus ********** nömrəli mobil telefonların olması müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 71). İş materiallarında olan X35 istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin 2001-ci il 21 noyabr tarixli arayışından görünür ki, 2001-ci il noyabrın 07-də saat 04 radələrində üç nəfər naməlum şəxsin ünvan 3 ünvanda Hindistan Respublikasının vətəndaşları X36 və qeyrilərinə qarşı quldurluq etməsi ilə əlaqədar başlanmış cinayət işi üzrə Hindistan Respublikasının vətəndaşlarının kirayədə yaşadıqları evin sahibi Şahid2 hadisədən 8-10 gün qabaq özlərini Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edən mülki geyimli üç nəfər şəxsin qeyd olunan ünvanda həmin hindistanlılarla görüşdükdən sonra çıxıb getdiklərini, sonuncular və Bala Subramanan isə «VAZ-2107» markalı 38-721 dövlət nömrə nişanlı avtomobil ilə gələn mülki geyimli üç nəfər şəxsin onların barəsində cinayət işi başlanacağı ilə hədəqorxu gələrək 20.000 ABŞ dolları məbləğində rüşvət aldıqlarını bildirmişlər (1-ci cild, iş vərəqi 79-80). İş materiallarında olan «Bakcell» birgə müəssisəsinin 2001-ci il 22 noyabr tarixli 809 №-li məktubundan görünür ki, yaddaşda qalmaqla son iki ay ərzində X27 məxsus ********** və Təqsirləndirilən şəxs2 məxsus ********** nömrələrdən çıxan zənglər, son iki ay ərzində həmin nömrələrə daxil olan zənglər üzrə məlumat təqdim edilmişdir (1-ci cild, iş vərəqi 104-121). İş materiallarında olan «Azercell Telecom» birgə müəssisəsinin 2001-ci il 28 noyabr tarixli 3657 №-li məktubunun kserosurətindən görünür ki, **********, **********, ********** və ********** nömrələr üzrə məlumat təqdim edilmişdir (1-ci cild, iş vərəqi 124-266). İş materiallarındakı Bakı Şəhər Prokurorluğunun tərtib etdiyi 2001-ci il 01 dekabr tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin dəftərxanasında və növbətçi otağında saxlanılan cinayətlər haqqında daxil olmuş ərizə və məlumatların qeydiyyat kitabına, ərizə və şikayətlərin uçotu jurnalına, daxil olan qeyri-məxfi sənədlərin qeydiyyatı jurnalına, hadisələr barədə daxil olmuş məlumatların uçotu jurnalına baxış zamanı «E» markalı yuyucu tozundan dərinin zədələnməsinə dair ərizə, məlumat və şikayət daxil olmaması müəyyənləşdirilmişdir (2-ci cild, iş vərəqi 16). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2001-ci il 01 dekabr tarixli 9/123999 №-li məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin rəisi, müavinləri, şöbə və bölmə rəisləri tərəfindən 27-ci Polis Bölməsinin əməkdaşlarına ünvan 3 ünvanda yaşayan ərəb və əfqan milliyətli əcnəbilərlə əlaqədar heç bir tapşırıq verilməmişdir (2-ci cild, iş vərəqi 30). İş materiallarında olan Bakı Şəhər Prokurorluğunun 2001-ci il 03 dekabr tarixli qərarlarından görünür ki, X40 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Azərbaycan Respublikasının CM-nin 308.2.-ci və 309.2.-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (2-ci cild, iş vərəqi 35-36 və 60-61). İş materiallarındakı 2001-ci il 05 dekabr və 2001-ci il 11 dekabr tarixli qəbzlərdən, Bakı Şəhər Prokurorluğunun 2001-ci il 04 dekabr tarixli qərarlarından, şəxsi zaminliyinə götürən şəxslərin eyni tarixli ərizələrindən, imzaladıqları protokollardan görünür ki, Azərbaycan Beynəlxalq Bankının depozitinə Təqsirləndirilən şəxs2 müdafiəcisi X24 tərəfindən 500.000 manat, təqsirləndirilən şəxs X40 tərəfindən 500.000 manat, ümumilikdə 1.000.000 manat köçürülməklə sonuncu X14 və X7, Ramin Rodin oğlu X1 və X16 şəxsi zaminliyinə verilmişlər (2-ci cild, iş vərəqi 46-52 və 67-71). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2001-ci il 04 dekabr tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X40 barəsində vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçilmişdir (2-ci cild, iş vərəqi 57-58 və 77-78). İş materiallarında olan 2001-ci il 23 oktyabr tarixli qəbzin və ABŞ dolları əsginazlarının seriyalarını və nömrələrini əks etdirən siyahının kserosurətlərindən görünür ki, «Aİ Jadeed» Kaspian İnternational firması Yasamal Polisinə rüşvət kimi 20.000 ABŞ dolları xərcləmişdir (2-ci cild, iş vərəqi 84-89). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2001-ci il 07 dekabr tarixli qərarlarından və Bakı Şəhər Prokurorluğunun tərtib etdiyi 2001-ci il 08 dekabr tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslər X23 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindəki xidməti otaqlarında, yaşadıqları müvafiq qaydada Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, ev 29, mənzil 27 və Bakı şəhəri, ünvan 2 ünvanlarında axtarış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir predmet aşkarlanmamışdır (2-ci cild, iş vərəqi 128-131 və 136-139). İş materiallarında olan «Azercell Telecom» birgə müəssisəsinin 2001-ci il 27 dekabr tarixli 4037 №-li məktubundan görünür ki, ********** saylı mobil nömrə Təqsirləndirilən şəxs1 məxsusdur (2-ci cild, iş vərəqi 162-164). İş materiallarında olan «Bakcell» birgə müəssisəsinin 2001-ci il 12 dekabr tarixli 825 №-li məktubundan görünür ki, ünvan 3 ünvanın yerləşdiyi əraziyə xidmət edən «Bakcell» BM-nin 2001-ci il noyabrın 07-də saat 03-05 radələrində çıxan və daxil olan zənglərə dair anten məlumatları təqdim edilmişdir (2-ci cild, iş vərəqi 166-167). İş materiallarında olan «Azercell Telecom» birgə müəssisəsinin 2001-ci il 10 dekabr tarixli 3799 №-li və 2001-ci il 27 dekabr tarixli 4038 №-li məktublarından görünür ki, müvafiq qərarlarda qeyd olunan mobil nömrələr üzrə məlumat təqdim edilmişdir (2-ci cild, iş vərəqi 172-173 və 177-178). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2002-ci il yanvarın 02-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (2-ci cild, iş vərəqi 184). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2001-ci il 29 dekabr tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin 1-ci hissəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarından xaric edilməsi təklifi irəli sürülmüşdür (2-ci cild, iş vərəqi 222-229). İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Vergi cinayətlərinin İbtidai araşdırılması Departamentinin 2002-ci il 18 fevral tarixli 12/12-22/726 №-li məktubundan görünür ki, «Al Jadeed» Kaspian İnternational firması barədə vergi ödəyicilərinin dövlət reyestrində məlumat yoxdur (2-ci cild, iş vərəqi 230). İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 2002-ci il 08 mart tarixli 08/25-09/71-k №-li əmrinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 «Al Jadeed» Kaspian İnternational firmasının ofisinə silahlı basqın edilməsi və quldurluq faktına görə başlanan 84680 saylı cinayət işi üzrə yekun qərar qəbul edilənədək vəzifəsindən kənarlaşdırılmışdır (3-cü cild, iş vərəqi 5-6). İş materiallarındakı Bakı Şəhər Prokurorluğuna daxil olan Hindistan Respublikasının vətəndaşı Bala Subramanianın ərizəsindən görünür ki, 2001-ci il oktyabrın 23-də onun kimi «Aİ Jadeed» Kaspian İnternational firmasının digər işçilərinin kirayədə yaşadıqları ünvan 3 ünvana üç nəfər polis işçisi gələrək pasport rejimini yoxlamaqla onu tutduracağı ilə hədələyib 300.000 ABŞ dolları tələb etmiş, nəticədə onlardan 20.000 ABŞ dollarını almağa nail olmuş, istintaq iki nəfəri məsuliyyətə cəlb etsə də üçüncü polis işçisinin müəyyən olunmamış, sonuncunu evin sahibi Şahid2 Bakı Şəhər Prokurorluğunun binası qarşısında görərək tanımış, əynində prokurorluq işçisinin geyimi olan həmin şəxsin Təqsirləndirilən şəxs1 olması barədə Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə ərizə yazmış, lakin heç bir tədbir görülməmiş, bu halı Şahid2 2002-ci il 08 may tarixli şahid qismindəki ifadəsində təsdiq etmişdir (3-cü cild, iş vərəqi 09-10 və 41-44). İş materiallarında olan «Azercell Telecom» birgə müəssisəsinin 2002-ci il 14 may tarixli 1800 №-li və 2002-ci il 24 iyun tarixli 2270 №-li məktubundan görünür ki, müvafiq qərardakı mobil nömrələr üzrə təqdim edilən məlumatlara əsasən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi vəzifəsini icra etmiş X12 istifadəsindəki ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsindəki ***-***-**-** saylı mobil nömrə arasında 2001-ci il oktyabrın 23-də saat 18:02-də 8 saniyə və saat 23:48-də 40 saniyə, 2001-ci il oktyabrın 24-də saat 00:19-da 168 saniyə və saat 00:44-də 67 saniyə, eləcə də ondan sonrakı dövrdə çoxsaylı müxtəlif müddətli telefon danışıqlarının, bundan başqa Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sabiq cinayət axtarışı baş əməliyyat müvəkkili vəzifəsində işləmiş X23 istifadəsindəki ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsindəki ***-***-**-** saylı mobil nömrə arasında 2001-ci il oktyabrın 25-də saat 09:13-də 3 saniyə, 2001-ci il oktyabrın 26-da saat 11:29-da 16 saniyə telefon danışıqlarının həyata keçirilməsi müəyyən edilsə də Təqsirləndirilən şəxs1 2002-ci il mayın 07-də şahid qismində ifadə verərək həmin nömrələrin kimə məxsus olduğundan xəbərsiz olduğunu, bu nömrələrə şəxsən özünün zəng etmədiyini, tanışlarından hər hansı bir şəxsin onun telefonu ilə zəng edə biləciyini bildirmişdir (3-cü cild, iş vərəqi 33-38, 59-103 və 238-259). İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 2002-ci il 20 may tarixli 08/40-09/102-k №-li əmrinin kserosurətindən görünür ki, xidməti intizamın kobud pozuntusuna, prokuror və müstəntiq vəzifəsi və bir araya sığmayan hərəkətə yol verildiyinə görə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi kiçik ədliyyə müşaviri Təqsirləndirilən şəxs1 xüsusi rütbədən mərhum olunmaqla prokurorluq orqanlarından xaric edilmişdir (3-cü cild, iş vərəqi 104-105). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərtib etdiyi 2002-ci il 30 may tarixli protokoldan görünür ki, 2002-ci il mayın 29-da saat 21:27-də Təqsirləndirilən şəxs1 xüsusilə mühüm işlər üzrə müstəntiq X13 ********** nömrəli mobil telefondan zəng edib onu axtarıb-axtarmadığını soruşduqda sonuncuya onun iştirakı ilə istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün 2002ci il mayın 30-da saat 10:00-da prokurorluğa gəlməsinin vacib olduğu bildirilmiş, lakin Təqsirləndirilən şəxs1 Dağıstan Respublikasında olduğunu, nə vaxt gəlmək imkanı olsa, zəng edərək məlumət verəcəyini söyləsə də növbəti gün saat 11:20-də əlaqə saxlanılan ********** nömrəli mobil telefondan vətəndaşlara pullu rabitə xidməti göstərməkdən ötrü istifadə edilməsi müəyyən olunmuşdur (3-cü cild, iş vərəqi 115). İş materiallarında olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərdiyi 2002-ci il 31 may tarixli teleqramlardan görünür ki, o, Tbilisi şəhərində müayinədən keçməklə nəticəsi barədə əlavə bildirəcəkdir (3-cü cild, iş vərəqi 116-117). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərtib etdiyi 2002-ci il 31 may tarixli tanınma protokolundan görünür ki, iş üzrə Şahid2 ona təqdim olunan fotoşəkillərdə heç kimi, o cümlədən 02 rəqəmi ilə nömrələnən fotoşəkildəki Təqsirləndirilən şəxs1 tanıya bilməmiş, 2001-ci il oktyabrın 23-də evinə gəlmiş olan, barələrində ifadə vermiş olduğu şəxslər ona canlı şəkildə təqdim olunacağı təqdirdə tanıya biləcəyini bildirmişdir (3-cü cild, iş vərəqi 121-126). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərtib etdiyi 2002-ci il 31 may tarixli tanınmaya təqdim etmə protokollarından görünür ki, iş üzrə Şahid2 2001-ci il oktyabrın 23-də ona məxsus ünvan 3 ünvandakı evə gələn üç nəfərdən X11 düzümünə görə və Təqsirləndirilən şəxs2 saçın rənginə və düzümünə görə tanıyıb sonuncuların özlərini polis işçisi kimi təqdim etdiklərini bildirmişdir, həmin şəxslər Şahid2 dediklərini canlı şəkildə təsdiq etmişlər (3-cü cild, iş vərəqi 127-130). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərtib etdiyi 2002-ci il 31 may tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid2 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dedikləri ilə qismən razılaşıb 2001-ci il oktyabrın 23də ünvan 3 ünvanda yerləşən Şahid2 evinə onun Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi vəzifəsini icra etmiş X12 göstərişi ilə X40 və Təqsirləndirilən şəxs1 ilə birlikdə getdiyini, bunun səbəbini də Şahid2 bildirdiyini göstərmişdir (3-cü cild, iş vərəqi 131-137). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərtib etdiyi 2002-ci il 03 iyun tarixli tanınma protokolundan görünür ki, iş üzrə zərər çəkmiş şəxs X4 təqdim olunan fotoşəkilləri nəzərdən keçirib 01 nömrə altındakı Təqsirləndirilən şəxs1 fotoşəklini göstərərək sonuncunun gəlməklə 2001ci il oktyabrın 23-də ünvan 3 ünvanda özlərini polis işçisi kimi təqdim etmiş üç nəfərdən birinə oxşatdığını, həmin şəxs ona canlı şəkildə təqdim edilərsə və onunla danışmaqla ünsiyyətdə olarsa, habelə danışığından və səsindən daha dəqiq və konkret deyə biləcəyini bildirmişdir (3-cü cild, iş vərəqi 154-157). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərtib etdiyi 2002-ci il 03 iyun tarixli tanınmaya təqdim etmə protokollarından görünür ki, iş üzrə zərər çəkmiş şəxs X10 2001-ci il oktyabrın 23-də ünvan 3 ünvandakı evə gəlməklə özlərini polis işçisi kimi təqdim edən üç nəfərdən X2 və bədənin quruluşuna, boynunun hündürlüyünə, Təqsirləndirilən şəxs2 ümumi görüntüsünə görə tanıdığını bildirmişdir, X40 tanıyan şəxsin həmin ünvanda gördüyü Bala adlı şəxsə oxşatdığını, Təqsirləndirilən şəxs2 sonuncunu tanıdığını göstərmişlər (3-cü cild, iş vərəqi 158-159 və 161-162). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərtib etdiyi 2002-ci il 06 iyun tarixli tanınma protokolundan görünür ki, iş üzrə Şahid1 ona təqdim olunan fotoşəkilləri nəzərdən keçirib 04 nömrə altındakı Təqsirləndirilən şəxs1 fotoşəklini göstərərək sonuncunun gəlməklə 2001-ci il oktyabrın 23-də ünvan 3 ünvanda özlərini polis işçisi kimi təqdim etmiş üç nəfərdən birinin ən aktiv olmaqla danışıq aparan şəxs olduğunu, həmin şəxsi sifətinin cizgilərindən, quruluşundan, başının və saçının formasından tanıdığını bildirmişdir (3-cü cild, iş vərəqi 174-177). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərtib etdiyi 2002-ci il 06 iyun tarixli tanınmaya təqdim etmə protokollarından görünür ki, iş üzrə Şahid1 Təqsirləndirilən şəxs2 və X28 tanımaqla onların 2001-ci il oktyabrın 23-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qara Qarayev küçəsi, 21 ünvanına gəlib özlərini polis işçisi kimi təqdim edən üç şəxsdən ikisi olduğunu bildirmişdir, həmin şəxslər Şahid1 dediklərini canlı şəkildə təsdiq etmişlər (3-cü cild, iş vərəqi 178-179 və 197-198). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərtib etdiyi 2002-ci il 06 iyun tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid1 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dedikləri ilə qismən razılaşıb 2001-ci il oktyabrın 23də ünvan 3 ünvana X40 və Təqsirləndirilən şəxs1 ilə birlikdə getdiyini, X29 ərizə olmasını, həmin ərizəni sonuncunun Şahid1 göstərməsini görmədiyini, X23 və Təqsirləndirilən şəxs1 X10 ilə pul söhbəti etmələri barədə məlumatı olmadığını göstərmişdir (3-cü cild, iş vərəqi 180-196). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərtib etdiyi 2002-ci il 06 iyun tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid1 təqsirləndirilən şəxs X40 ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dedikləri ilə qismən razılaşıb 2001-ci il oktyabrın 23-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi vəzifəsini icra etmiş X12 göstərişi ilə ünvan 3 ünvana Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə əcnəbilərin pasport qeydiyyatını yoxlamaq üçün getdiyini, onda heç bir ərizə olmadığını, sonuncunun X10 ilə oradakı söhbətində iştirak etmədiyini göstərmişdir (3-cü cild, iş vərəqi 199-213). İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 2002-ci il 20 iyun tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 309.2.-ci, 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və sonuncu barəsində axtarış elan olunmuş, tapıldıqda Təqsirləndirilən şəxs1 Bakı şəhərinin 01 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır (3-cü cild, iş vərəqi 224-228). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərtib etdiyi 2002-ci il 22 iyun tarixli tanınma protokollarından görünür ki, iş üzrə təqsirləndirilən şəxslər X40 və Təqsirləndirilən şəxs2 onlara təqdim olunan fotoşəkilləri nəzərdən keçirib müvafiq qaydada 04 və 01 nömrələr altındakı fotoşəkillərdə əks olunan Təqsirləndirilən şəxs1 Bakı Şəhər Prokurorluğunda müstəntiq vəzifəsində işlədiyini, 2001-ci il oktyabrın 23-də onları ünvan 3 ünvana apardığını, sonuncunu ümumi görnüşünə, sifət qurluşuna, başının formasına görə tanıdıqlarını bildirmişlər (3-cü cild, iş vərəqi 230-237). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət- Axtarış İdarəsinin 2002-ci il 03 iyul tarixli 4/48-1362 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 haqqında həbsli axtarış qərarları axtarış işinin açılmasının təmin edilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə göndərilmişdir (4cü cild, iş vərəqi 5). İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 2002-ci il 03 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 istintaqdan qaçıb gizləndiyindən Azərbaycan Respublikasının CM-nin 53.1.1.-ci, 53.1.3.-cü və 53.4.-cü maddələri əsasında cinayət işi üzrə icraat dayandırılmışdır (4-cü cild, iş vərəqi 7-10). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 2002-ci il 09 sentyabr tarixli 9/31-0193 №-li və 2002-ci il 20 sentyabr tarixli 9/31-951 №-li məktublarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs1 barəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir (4-cü cild, iş vərəqi 13-14). İş materiallarında olan 2002-ci il 26 noyabr tarixli 024541 nömrəli orderdən görünür ki, Füzuli rayonu Hüquq Məsləhətxanasının vəkili X8 Təqsirləndirilən şəxs1 hüquqlarını Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində müdafiə etməsi həvalə olunmuşdur (4-cü cild, iş vərəqi 17). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət- Axtarış İdarəsinin 2003-cü il 28 fevral tarixli 4/48-428 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasını tərk etməsi haqqında məlumatlar daxil olduğundan sonuncu dövlətarsı axtarışa elan edilmişdir (4-cü cild, iş vərəqi 19). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2003-cü il 14 fevral tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olduğuna görə sonuncunun tapılandan sonra müdafiəçi kimi işə buraxıla bildiyindən müqavilə bağladığı Füzuli rayonu Hüquq Məsləhətxanasının vəkili X6 Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəntiqi X9 qanunsuz hərəkətlərindən vermiş olduğu məhkəmə nəzarəti qaydasında şikayət rədd edilmişdir (4-cü cild, iş vərəqi 21 və 26). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2003-cü il 16 iyul tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 309.2.-ci, 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində əvvəli tutulduğu vaxtdan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (4-cü cild, iş vərəqi 34). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət- Axtarış İdarəsinin 2004-cü il 21 yanvar tarixli 4/48-133 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 2004-cü il yanvarın 20-də Rusiya Federasiyasının Moskva şəhərində tutulmaqla hazırda həmin şəhərin Baş Daxili İşlər İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında saxlanır (4-cü cild, iş vərəqi 44). İş materiallarında olan Rusiya Federasiyası Baş Prokurorluğunun 2004-cü il 16 avqust tarixli 35/1-114-04 №-li və Azərbaycan Respublikası Baş Prokurorluğunun 2004-cü il 06 sentyabr tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 1992-ci il fevralın 06dan daimi olaraq Rusiya Federasiyasının ərazisində yaşadığından «Rusiya Federasiyasının vətəndaşlığı haqqında» Rusiya Federasiyasının 1991-ci il 28 noyabr tarixli Qanununun 13-cü maddəsinin 1-ci hissəsinə əsasən «Rusiya Federasiyasının vətəndaşlığı haqqında» Federal Qanununun 1992-ci il 31 may tarixli 4-cü maddəsinin 7-ci hissəsinin tətbiqi ilə Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilmişdir. Bu əsaslarla Azərbaycan Respublikası Baş Prokurorluğunun sonuncunun Azərbaycana ekstradisiya olunması barədə vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən rədd olunmuş və Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasına göndəriləcəyi təqdirdə istintaqın Rusiyanın qanunlarına müvafiq olaraq aparılacağına təminət verilmişdir (4-cü cild, iş vərəqi 47 və 49-54). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2011-ci il 18 oktyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın və axtarışın ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında şikayət təmin edilməmiş, bu qərar 2011-ci il dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilərək Təqsirləndirilən şəxs1 şikayəti məhkəmə nəzarəti qaydasında baxılmalı olmadığından icraata qəbul edilməsindən imtina olunmuşdur (4-cü cild, iş vərəqi 63-67 və 100-102). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2014-cü il martın 23-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (4-ci cild, iş vərəqi 163). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət- Axtarış İdarəsinin 2011-ci il 08 aprel tarixli ***-**** №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasının vətəndaşı olduğuna görə sonuncunun ekstradisiya edilməsinə Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən razılıq verilmədiyindən bu barədə istintaq orqanına məlumat verilərək axtarış işi xitam olunmuşdur (4-ci cild, iş vərəqi 164-166). İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 2011-ci il 08 aprel tarixli 03/416çıx №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 tutulub istintaqa təqdim olunması üçün icraatına xitam verilmiş axtarış işinin təzələnməsi barədə müraciət olunmuşdur (4-ci cild, iş vərəqi 167-169). İş materiallarında olan 2004-cü il 30 oktyabr tarixli şəhadətnamənin kserosurətindən görünür ki, Rusiya vətəndaşı Təqsirləndirilən şəxs1 atasının adı Ağayeviçə dəyişdirilmişdir (4-ci cild, iş vərəqi 185). İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin 2022-ci il 22 iyul tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 2022-ci il iyulun 22-də Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən 1 saylı Asan Xidmət Mərkəzində saxlanıb Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə gətirilmiş, Azərbaycan Respublikasının CM-nin 309.2.-ci, 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələri ilə olan 84680 nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (5-ci cild, iş vərəqi 5-6). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2013-cü il 09 mart tarixli 7/313 №-li və 2013-cü il 02 may tarixli 7/584 №-li məktublarının kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 dövlət sərhədindən keçməsinə heç bir məhdudiyyət qoyulmamışdır (5-ci cild, iş vərəqi 115-116). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2012-ci il 29 avqust tarixli 9/12-16451 №-li məktubunun kserosurətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 309.2.-ci, 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 2002-ci il iyulun 15-də Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsi tərəfindən 9356/02 №-li axtarış işi açılmış və sonradan aidiyyəti üzrə Bakı şəhərinin Yasamal Rayon Polis İdarəsinə həvalə edilmiş, 2004-cü il iyunun 14-də axtarış işi xitam olunaraq saxlanması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin dəftərxanasına təhvil verilmiş, saxlama müddətinin başa çatması ilə əlaqədar 2012-ci il 28 avqust tarixli akta əsasən məhv edildiyindən axtarış işi açılması və xitam olunması barədə qərarların surətlərinin müdafiəçiyə göndərilməsi mümkün olmamışdır (5ci cild, iş vərəqi 117). İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin 2022-ci il 11 avqust tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 75.3.-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 istintaqdan gizləndiyi üçün ona münasibətdə cəlb etmə müddətinin axımı 2002-ci il sentyabrın 03-də dayandırıldığından müdafiəçisinin cinayət işi üzrə icraata xitam verilməsi barədə vəsatəti təmin olunmamışdır (5-ci cild, iş vərəqi 120-122). İş materiallarında olan RUS seriyalı P tipli ********* №-li pasportun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 2006-cı il 25 mart təvəllüdlü X41 adlı övladı vardır (5-ci cild, iş vərəqi 185-186). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 08 avqust tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 309.2.-ci, 311.3.1.-ci, 311.3.3.cü və 311.3.4.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 haqqında seçilmiş həbs qismində qətimkan tədbirinin ev dustaqlığı qismində qətimkan tədbiri ilə əvəz olunmasına dair müdafiəçinin vəsatətinin rədd olunması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2011-ci il 29 iyul tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (5-ci cild, iş vərəqi 218-219). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi 2022-ci il 25 avqust tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin darvazasını göstərib 2022-ci il 10 avqust tarixi ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (5-ci cild, iş vərəqi 247-251). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi 2022-ci il 25 avqust tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzləşdirilərkən birincisi 2022-ci il 10 avqust tarixi ifadəsini təsdiqləmiş, sonuncu onun dediklərini təkzib etmişdir (5-ci cild, iş vərəqi 255-261). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2022-ci il 22 avqust 33/3316 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 heç bir məhdudiyyət qoyulmamış, sonuncu 2018-ci il aprelin 06-dan 2022-ci il iyulun 08-dək Rusiya Federasiyasının vətəndaşı kimi dövlət sərhədindən hərəkəti zamanı İAMAS-ın məhdudiyyət siyahısında olmadığı üçün dövlət sərhədindən buraxılmışdır (6-cı cild, iş vərəqi 3). İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin 2022-ci il 02 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 cinayət işi üzrə icraata xitam verilməsi barədə vəsatəti təmin olunmamışdır (6-cı cild, iş vərəqi 19-20). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi 2022-ci il 06 sentyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Şahid1 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında əyani şəkildə 2022-ci il 16 avqust tarixi əlavə ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (6-cı cild, iş vərəqi 22-24). İş materiallarındakı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi 2022-ci il 08 sentyabr tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid1 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dediklərini təkzib etmişdir (6-cı cild, iş vərəqi 55-59). İş materiallarındakı Baş Prokurorluğunun İstintaq İdarəsinin tərtib etdiyi 2022-ci il 19 sentyabr tarixli internet portalına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 2001ci il oktyabrın 23-24-də 1 ABŞ dollarının ekvivalenti 4.717 manat Azərbaycan manatı dəyərində olmaqla hazırki dövriyyə ilə 94 qəpik təşkil edir (6-cı cild, iş vərəqi 72). İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin 2022-ci il 19 sentyabr tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında, 2022-ci il 20 sentyabr və 2022-ci il 21 sentyabr tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında, habelə 2022-ci il 21 sentyabr tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarlarından görünür ki, 84680 nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.3.-cü, 181.2.5.-ci, 181.3.2.-ci, 308.2.-ci, 309.2.-ci, 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələrindən həmin Məcəllənin 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələrinə tövsif edilməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, sonuncular barəsində Azərbaycan Respublikasının CM-nin 182.1.-ci, 308.1.-ci, 309.1.-ci və 312.1.-ci maddələri ilə cinayət işinin başlanması rədd olunmuş, X12 əməlində Azərbaycan Respublikasının CM-nin 311.1.-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının CPM-nin 39.1.2.-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuş, cinayət işinin materiallarından Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.3.-cü, 181.2.5.-ci, 181.3.2.-ci, 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (6cı cild, iş vərəqi 81-146, 155-158, 195-198 və 251-252). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 13 sentyabr tarixli 8480 №-li və 2 nömrəli X5 2022-ci il 12 sentyabr tarixli 1/2732 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan müəssisələrdə müalicədə olmamışdır (6-cı cild, iş vərəqi 148 və 150). İş materiallarındakı Bakı Şəhər MKTD-inin 2 saylı Xüsusi Təyinatlı MKTB-inin 113 saylı MKİS-inin tərtib etdiyi tarixsiz xasiyyətnamədən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 barəsində heç bir şikayət daxil olmamışdır (6-cı cild, iş vərəqi 233). İş materiallarında olan AA seriyalı ******* №-li, AZE seriyalı 11313349 №-li, AZE seriyalı 11367933 №-li və AZE seriyalı 11313789 №-li şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 2006-cı il 05 yanvar təvəllüdlü X30, 2007-ci il 01 mart təvəllüdlü X31, 2013-cü il 09 oktyabr təvəllüdlü X32 və 2012-ci il 06 mart təvəllüdlü X33 adlı övladları vardır (6-cı cild, iş vərəqi 234-235). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixiloji ekspertizasına dair 2022-ci il 19 sentyabr tarixli 2509 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyənləşdirilməmiş, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs1 ünsiyyətçillik, inadkarlıq, emosionallıq, situativlik kimi fərdi-psixi xüsusiyyətlərə malik olmaqla əməli törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (6-cı cild, iş vərəqi 241-244). İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 2022-ci il 22 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 şikayəti rədd olunmaqla barəsində axtarış elan edilməsi və etap elan olunması haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 2002-ci il 20 iyun tarixli qərarı qanuni və əsaslı olduğundan ləğv edilməmişdir (6-cı cild, iş vərəqi 261-263). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2004-cü il 21 yanvar tarixli 18/36-398 №-li məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs1 «Azərbaycan Respublikası vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşıdır (7-ci cild, iş vərəqi 11). İş materiallarında olan Rusiya Federasiyasının Baş Prokurorluğunun 2004-cü il 24 mart tarixli 35/14-114-04 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Rusiya vətəndaşı olduğundan sonuncunun ekstradisiya edilməsi mümkün deyildir, Azərbaycan Respublikasının Baş Prokurorluğundan müvafiq tapşırıq alınarsa, Rusiya Federasiyasının Baş Prokurorluğu Azərbaycan Respublikasının ərazisində törətdiyi cinayətə görə cinayət təqibini Rusiya qanunvericiliyinə uyğun olaraq təşkil etməyə hazırdır (7-ci cild, iş vərəqi 13). Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiq olunmaqla 2006-cı il iyunun 08-də Moskva şəhəri üzrə Federal qeydiyyat xidmətinin Baş İdarəsi tərəfindən verilmiş 8478 nömrəli vəkillik vəsiqəsinin (Moskva şəhərinin vəkillər reystrində qeydiyyat nömrəsi 77/1228) surətindən, Rusiya Vəkillər Gildiyası «X49» Vəkillər Kollegiyasının tərtib etdiyi 2022-ci il 17 oktyabr tarixli 01/136 im №-li xasiyyətnamədən görünür ki, X44 2006-cı ildən Moskva şəhəri Vəkillər Palatasının vəkili olmaqla 2002-ci il iyunun 20-dən «X49» Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmişdir, hal-hazırda «Moskva Vəkil Agentliyi № 1» struktur bölməsində vəkillik fəaliyyətini həyata keçirir, Vəkillər Kollegiyasında işlədiyi müddətdə özünü müsbət tərəfdən göstərmişdir, icraçı, intizamlı, məsuliyyətli və peşəkardır, daima özünün peşəkar səviyyəsinin artırılması üzərində işləyir, etibar edənlərlə iş zamanı həssaslıq, diqqət, peşəkarlıq nümayiş etdirir, barəsində şikayət və töhmət daxil olmamışdır, kollektivdə hörmətə malikdir, kollegiyanın ictimai işində aktiv iştirak edir. Məhkəməyə təqdim olunan N. İ. Piroqov adına 1 saylı ŞKX-ının 2021-ci il 30 yanvar tarixli müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 «Qapalı kəllə-beyin travması. Baş beyinin silkələnməsi. Başın yumşaq toxumalarının əzilməsi» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan DMSM «Moskva şəhəri Səhiyyə Departamentinin Moskva tibbi reabilitasiya, bərpa və idman tibbi elmi-praktiki mərkəzi»nin 2022-ci il 21 fevral tarixli mk 32023-22-c №-li müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 «Baş beyinin vestibulyar koordinasiya pozuntuları tlə xroniki işemiyası. Panika hücumları» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 2022-ci il 02 dekabr tarixli 1/2344 №-li və 2022-ci il 16 dekabr tarixli 4/2493 №-li məktublarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin arxiv sənədləri Milli Arxiv İdarəsinə və onun tabeliyində olan qurumlara təhvil verilməmişdir, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və onun tabeliyində olan qurumların arxiv fondu sənədlərinin mühafizəsi həmin orqanın özü tərəfindən həyata keçirilir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2023-cü il 17 yanvar tarixli 5/109 №-li məktubundan görünür ki, X37 10 dəfə Rusiya Federasiyasına dövlət sərhədindən hərəkəti qeydə alınmaqla adı çəkilən şəxsin son olaraq 2022-ci il iyulun 08-də Moskva-Bakı reysi ilə X38 Aeroportundan Azərbaycan Respublikasına daxil olması, Təqsirləndirilən şəxs1 2004-2022-ci illər ərzində dövlət sərhədindən rəsmi hərəkəti qeydə alınmaması, X12 2004-2022-ci illər ərzində 88 dəfə ölkədən çıxması müəyyən edilmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2022-ci il 26 dekabr tarixli 33/5088 №-li, 2023-cü il 01 fevral tarixli 33/415 №-li məktublarından, X37 adına verilmiş Rusiya Federasiyasının pasportundan görünür ki, X19 2022-ci iyulun 01-dən 2022-ci il dekabrın 08-dək müddət ərzində, yəni 2022-ci il iyunun 20-dən 2022-ci il noyabrın 05-dək dövlət sərhədindən iki dəfə ölkədən çıxıb ölkəyə qayıtmış, Təqsirləndirilən şəxs1 2002-2021-ci illər ərzində X44 adı ilə 2018-ci il aprelin 06dan 2020-ci il yanvarın 13-dək doqquz dəfə dövlət sərhədindən ölkəyə girib ölkədən çıxmışdır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2022-ci il 26 dekabr tarixli 33/5089 №-li məktubundan görünür ki, 2021-ci oktyabrın 01-dən 2022-ci il dekabrın 12-dək müddət ərzində sorğu edilən Hindistan vətəndaşlarından Ananthakrishnan Balasubramanianın 2007-ci il martın 01-də, X22 2002-ci il iyunun 06-da, X45 2002-ci il yanvarın 24-də ölkəni sonuncu dəfə tərk etmələri, X47 2000-ci il mayın 17də ölkəyə daxil olub ölkədən çıxmaması müəyyən edilmiş, X21 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliklərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1.ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələrinin dispozisiyasında əks olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməli tamah niyyəti ilə törətmələri onların məsuliyyətini ağırlaşdıran hal kimi göstərilmişdir. Təqsirləndirilən şəxslərin ittiham olunduqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələrinin motivi bu əməlləri tamah niyyəti ilə törətməkdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutlmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətdə özlərini təqsirli bilməmələrinə, eləcə də Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olduğunu bilməməsinə dair dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxslərin bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. Belə ki, iş materialları ilə Təqsirləndirilən şəxs1 2002-ci il may ayının sonlarında istintaqdan qaçıb gizlənməsi, 2002-ci il iyunun 20-də barəsində axtarış elan olunması haqqında qərarın olmasını ən azı vəkillə müqavilə bağladığı 2002-ci ilin noyabr ayında bilməsi, Rusiya Federasiyası Baş Prokurorluğunun onu Azərbaycan Respublikasına ekstradisiya olunmasına 2004-cü ilin avqust ayında razılıq verməməsindən sonra izini itirməkdən ötrü 2004-cü ilin oktyabr ayında atasının adını dəyişməsi, 2018-ci ilin aprel ayından X20 adı ilə dəfələrlə Azərbaycana gəlsə də özünü istintaqa təqdim etməsi üçün səy göstərməməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 1997-ci il 23 aprel tarixli qərarının 50-ci bəndində göstərilir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə, sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1.-ci maddəsinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2.-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 139.0.-cı, 139.0.1.-ci, 139.0.2.-ci, 139.0.3.-cü, 139.0.4.-cü maddələrinə uyğun olaraq, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1.-ci, 145.2.-ci, 145.3.-cü maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin, habelə tanınma və tanınmaya təqdim etmə, üzləşdirmə, ifadələrin yerində yoxlanılması, habelə digər istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1.-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2.ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla sonuncunun və Təqsirləndirilən şəxs1 ilk məhkumluqlarını, sonuncunun himayəsində bir, Təqsirləndirilən şəxs2 himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu, onların ailə vəziyyətlərini, Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu yaşayış yeri üzrə barəsində şikayət olmamasını, Təqsirləndirilən şəxs1 yaşını, xəstəliyini, vəkil kimi fəaliyyət göstərdiyi yer üzrə müsbət xarakterizə olmasını cəzalarını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməllərə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələri ilə təqsirli bilinməsi qənaətinə gəlsə də cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddələr ilə cəza təyin olunmamasını qanuna müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4.-cü maddəsində göstərilir ki, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.-ci və 75.1.3.-cü maddələrinə uyğun olaraq, ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına əsas verən əməl 2001-ci il oktyabrın 24-də törədilmiş və hazırda cinayətin törədildiyi gündən 12 ildən çox vaxt keçmişdir. Bu mənada Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə təqsirli bilinib ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət qanununun zamana görə qüvvəsindən bəhs edən 10.3.-cü və 10.4.-cü maddələrinin tətbiqini qanuna müvafiq hesab edir. Belə ki, həmin Məcəllənin 10-cu maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə , habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələri ilə ittiham olunduğu əməli 2001-ci il oktyabrın 23-də törətmişdir. Həmin vaxt qüvvədə olan Cinayət Məcəlləsinin sözü gedən maddələrində nəzərdə tutulan cinayət əməlini törətməyə görə maddənin sanksiyasında «əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası» nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının 2006-cı il 07 aprel tarixli 92-İİİQD nömrəli Qanunu ilə Cinayət Məcəlləsinin 311.3-cü maddəsinin sanksiyasında «yeddi» sözü «səkkiz» sözü ilə əvəz edilmiş; Azərbaycan Respublikasının 2012-ci il 07 mart tarixli 314-İVQD nömrəli Qanunu ilə Cinayət Məcəlləsinin 42.0.8-ci maddəsi (əmlak müsadirəsi) çıxarılmışdır. Cinayət hüquq nəzəriyyəsində bu hal qanunun retroaktivliyi və ultraktivliyi adlanır. Ultraaktiv cinayət qanunları faktiki qüvvədə olmayan qanunlardır. Bəzən belə qanunlar keçmişdə baş verən, yəni keçmişdə bu qanunun qüvvədə olduğu dövrdə baş verən hadisələrə görə yenidən tətbiq edilməsinə zərurət yaranır. Qüvvədə olan Cinayət Məcəlləsinin 10-cu maddəsinin göstərişinə görə əgər cinayət köhnə qanun qüvvədə olan dövrdə törədilmişdirsə, iş üzrə istintaqın getdiyi dövrdə cinayət qanunu öz qüvvəsini itirmiş olsa da belə köhnə qanun tətbiq edilir. Bu şərtlə ki, köhnə cinayət qanunu ilə müqayisədə yeni cinayət qanunu məlum növdən olan əmələ görə məsuliyyəti yüngülləşdirməmiş olsun. Retroaktiv qanunlar isə elə qanunlardır ki, onlar hələ qüvvəyə minəndən əvvəl törədilən cinayətlərə görə tətbiq edilir. Qanunun göstərişindən bəlli olur ki, ancaq məsuliyyəti yüngülləşdirən və ya əməlin kriminallığını aradan qadıran cinayət qanunlarının geriyə qüvvəsi vardır. Belə qanunlara əməlin kriminallığını aradan qaldıran qanunlardan başqa, həmçinin əsas cəzanın yuxarı, yaxud da aşağı həddini azaldan, əlavə cəzanı yumşaldan və ya ləğv edən, sanksiyadakı alternativ cəzalardan birini daha da yumşaldan, habelə cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran, məsələn cəzanın çəkilmə rejimini yumşaldan, cinayət məsuliyyətindən və cəzadan azad etmənin dairəsini genişləndirən, məhkumluğun ödənilmə və ya götürülmə müddətlərini azaldan cinayətlərin və ya hökmlərin cəminə görə daha yumşaq cəza təyin etməyə imkan verən və sair qanunlar aid edilə bilər. Belə olan halda Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddi onun ittiham olunduğu maddənin sanksiyasındakı 2006-cı il aprelin 07-dək qüvvədə olan müddətdən, yəni yeddi ildən götürülməli, əmlak müsadirəsi hissəsi isə tətbiq olunmamalıdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs1 ona təyin edilə biləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyünü, törətdiyi əməldən 20 ildən çox müddət keçdiyini, öz davranışı ilə, 2002-ci ildən başqa bir əmələ görə cinayət məsuliyyətinə cəlb olunmadığını və vəkilliklə məşğul olduğu dövrdə özünü müsbət cəhətdən göstərdiyini, 2006-ci il təvəllüdlü övladının atası olmaqla yaşının 60-dan çox olmasını, xəstəliyini nəzərə alaraq onun törətdiyi əmələ görə azadlıqdan məhrumetməyə lüzum qalmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə uyğun sayır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1.-ci və 70.2.-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzan yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 21.-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3.-cü maddəsinin müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, «… şərti məhkum etmə xüsusi cinayət-hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir». Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 30 aprel tarixli qərarının 2.21.-ci bəndində göstərilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs1 2022-ci il iyulun 22-dən 2023-cü il aprelin 07-dək 08 (səkkiz) ay 16 (on altı) gün həbsdə saxlanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.4.-cü maddəsinə müvafiq olaraq, şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini öz qulluq mövqeyindən istifadə edərək törətdiyindən, məhkəmə həmin maddələrlə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə yanaşı ona həmin Məcəllənin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın da təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən, müəyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. 46.2.-ci maddəyə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 46.3.-cü maddədə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünün əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda müddətinin hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması göstərilir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» 2011-ci il 14 noyabr tarixli qərarının 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.6.-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.-ci maddəsinə görə, sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. İş üzrə mülki iddia, mənəvi ziyan, üzərinə həbs qoyulmuş əmlak və maddi sübut yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası 2012-ci il tarixli 07 mart Qanununun 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, o, məhkəmə iclası zalında həbsdən azad edilməli; Təqsirləndirilən şəxs2 barəsində seçilmiş şəxsi zaminlik qismində qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq qaydada Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və X18 hər biri tərəfindən 70 iş saatı müddətində ayrı-ayrılıqda müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi3 və X18 vəkil işlədikləri Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) hər birinə ayrı-ayrılıqda 420 manat köçürülməlidir. Təqsirləndirilən şəxs1 tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 1 (bir) il sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilən həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin və o, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1.-ci, 311.3.3.-cü və 311.3.4.-cü maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 75.1.-ci, 75.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş şəxsi zaminlik qismində qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi3 və X18 vəkil işlədikləri Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) hər birinə ayrı-ayrılıqda 420 manat köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar