Məhkəmə qərarları › İş №1(101)-335/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-335/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-335/2024 06.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X3, Cbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru X2, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1992-ci il tarixdə Özbəkistan Respublikası, Sırdarya şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 avqust 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimskan tədbiri seçilməklə axtarışa elan olunmuş, axtarış nəticəsində 27 sentyabr 2024-cü il tarixdə tutulmaqla həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə etmək məqsədi ilə ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “WhatsApp” proqramı vasitəsilə tanış olduğu şəxsiyyəti dəqiqləşdirilməmiş “iranlı” kimi ona məlum olan İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı tərəfindən göndərilmiş naməlum şəxsə 26 avqust 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 86 ünvanın yaxınlığında 100 manat pul ödədikdən sonra 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,867 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış ağ rəngli, kristallik formada olan prsixotrop maddə metamfetamini və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,223 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin X7 7-ci Patrul Bölüyünün (bundan sonra: DİN, BİTİ, ÇPA) polis nəfərləri tərəfindən 27 avqust 2022-ci il tarixdə, saat 13:15-də ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3nında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin inzibati binasına dəvət olunub, orada üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara xətli boz rəngli şalvarın sağ cibində saxladığı 01 ədəd qara rəngli sellofan bükümün içərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,867 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış ağ rəngli, kristallik formada olan prsixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,223 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda prsixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə heroini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və göstərdi ki, O, saxlanılarkən üzərində külli miqdarda narkotik vasitə olmamışdır, onda az miqdarda narkotik vasitə olmuşdur. Belə ki, o, Əmircandan çıxmış, Qaraçuxur qəsəbəsində Hacınski 101-də yaşayan bibisigilə getmək istəmişdir. Qəbiristanlığın yanıda polis əməkdaşları Ziyad Paşayev və 4-5 nəfər polis tərəfindən saxlanılmışdır. O, axşam vaxtı “Sonata” markalı, GS-806 və ya 805 nömrəli maşınla saxlanılmışdır. O, saxlanılarkən üzərində oldan 08 qr heroini çıxarıb onlara təqdim etmişdir. Hansı ki, o, öncə də həmin polislər tərfindən saxlanılmış, hazırkı məhkəmə iclasına gəlmiş şahid polis də orada olmuşdur. Maşında onu bir müddət gəzdirmimş, ondan səs çıxmadığını görüb saat 23.30 radələrində onu 32-ci Polis Bölməsinə aparmışlar. Orada verdiyi narkotik onun özünə verilmiş, əlavə olaraq psixotrop maddələr verilmiş, sağ cibindən çıxarıb təqdim etmək tapşırılmış və bundan sonra gecə videoçəkilişlə onun üzərinə baxış keçirmiş, onun üzərində 0,8 qram narkotik vasitə heroin aşkar edilmişdir. Narkotiki və psixotrop maddəni ona çevik polisisn işçiləri deyil, Bölmənin əməliyyatçıları vermişlər. Ona verilən narkotiki və psixotrop maddəni götürmək istəmədiyi üçün bölmədə tanımadığı polislər tərəfindən döyülmüş, həm də ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi bildirilmişdir. Odur ki, sənədləşmə aparıldıqdan sonra məcburiyyət qarşısında razılaşıb sonradan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittihama qol çəkmişdir. Onun üzərində şəxsi axtarış aparılarkən yanında iştirak edən vəkil olmamışdır. Çünki bu əməli törətdiyi vaxt Cinayət Məcəlləsinin 234.1-1 ci maddəsi qüvvədə olmamış və ona görə də ona aid edilməmişdir. Odur ki, üzərindən 0,8 qram narkotik vasitə çıxdığına görə o, özünü qismən təqsirli bilir. Onun üzərində 11 qram narkotik vasitə olmamışdır. İstintaq altında olarkən onun ifadələrini müstəntiq özü yazmış, o isə oxumadan imza etmişdir. Onun ümumiyyətlə telefonu olmamış, istifadə etməmiş, saxlanılarkən də üzərində telefon olmamışdır. Onun ətrafında əməliyyat tədbiri keçirilməmiş, barəsində əməliyyat məlumatları olmamış, o, post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, döyülsə də xəsarət almamış, xəsarəti olmadığı üçün həkim müayinəsindən keçməmişdir. Bakı İstintaq Təcridxanasına göndərilməmişdir. Belə ki, qətimkan tədbiri ilə əlaqədar məsələyə baxılarkən hakim onu həbs etməmiş, azad etmişdir. Onun ifadələrində və ona qarşı irəli sürülmüş ittihamın məzmununda onun blokda saxlanılması, guya onun İran vətəndaşının göndərdiyi şəxslə görüşüb ona 100 AZT pul verməsi və 10-12 qram narkotik vasitə alması, mobil telefonu ələ keçməsin deyə, həmin mobil telefonunu atması barədə göstərilənlər doğru deyildir. O, heç vaxt narkotik satışı lə məşğul olmamışdır. O, epilepsiya və astma xəstəsi olduğundan daima müalicələr almışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə onun ibtidai istintaqda vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 86 ünvanında valideynləri ilə birlikdə yaşamış, tutulana kimi heç bir yerdə işləməmişdir. O, Özbəkistan Respublikası, Sırdarya şəhərində anadan olsa da, uşaq yaşlarından valideynləri ilə birlikdə Azərbaycan Respublikasına köşmüş və Azərbaycanda yaşamışdır. Milliyəti azərbaycanlıdır. Heç bir ruhi-əsəb dispanserində qeydiyyatda olmamış, əvvəllər cinayət tötətməyə görə məhkumluğu olmamışdır. Bir neçə ildir ki, nrkotik vasitə olan heroindən və hamının «patı» və «şüşə» kimi tanıdığı psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Heroini iynə vurma yolu ilə, metamfetamini isə tüstü kimi qəbul etmişdir. İstifadə etdiyi heroini və metamfetamini həmişə 2 il əvvəl mobil telefonunda olan “WhatsApp” ani mesajlaşma vasitəsilə tanış olduğu, Bakı şəhərində yaşayan, özünü ona “iranlı” kimi təqdim edən İİR vətəndaşından almışdır. Onun heroinə və psixotrop maddəyə gündəlik tələbatı çox olduğundan “iranlı” kimi tanıdığı həmin şəxsin mobil telefonunun istifadəsində olan “WhatsApp” ani mesajlaşma proqramına yazaraq bir büküm heroin və bir büküm metamfetamin sifariş vermiş və “iranlı” kimi tanıdığı həmin şəxs bir büküm heroinə və bir büküm metamfetaminə görə 100 manat ödəməli olduğunu mesaj vasitəsilə ona bildirib razı olduğu halda həmin bükümləri onun dediyi ünvana göndərdiyi şəxsdən ala biləcəyini bildirmişdir. 26 avqust 2022-ci il tarixdə, saat 23 radələrində “iranlı” kimi tanıdığı həmin şəxsin dediyi ünvana, yəni yaşadığı evin yaxınlığında yerləşən zibil qutularının yanına getmiş və orada 25-30 yaşlarında tanımadığı bir oğlanı görüb, “iranlının” salamı var deyib, həmin şəxsə 100 manat ödəyib ondan bir ədəd sellofan bükümdə heroini və bir ədəd sellofan bükümdə metamfetamini götürüb üzərində saxlamışdır. Həmin heroindən və metamfetamindən iki gün ərzində müəyyən qədər istifadə etmiş, sonra isə iki ədəd bükümü əynində olan qısa şalvarının sağ yan cibinə qoyub, münasib yerdə və vaxtda həmin heroin və metamfetamindən istifadə edəcəyini fikirləşmişdir. 27 avqust 2022-ci il tarixdə, saat təxminən 13 radələrində ünvan 5 ünvanda olan zaman polis əməkdaşlarını görüb qorxmuş, tez yaxınlıqda olan binanın blokuna daxil olmuş, üzərində olan mobil telefonu ələ keçməsin deyə, mobil telefonunu atmışdır. Binanın blokundan çıxan zaman polis əməkdaşları onu saxlamış, artıq imkan olmadığından şalvarının cibində olan bükümləri ata bilməmişdir. Polis əməkdaşları ondan şəxsiyyəti barədə məlumat aldıqda o, onlara Təqsirləndirilən şəxs oğlduğunu demişdir. Daha sonra polis əməkdaşları ona avtomobillə 32-ci PB-nə getməli olduğumu bildirdikdə o, polislərlə birlikdə Suraxanı RPİ-nin 32-ci PB-nə getmişdir. Bundan sonra narkotik vasitə istifadəçisi olduğunu, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, Polis Bölməsində olan zaman onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı tərəfindən ona və digər iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra təhqiqatçı ondan üzərində gəzdirilməsi qanunla qadağan edilən əşya və maddənin olub olmadığını soruşmuş və olduğu halda isə təqdim etməyini ona təklif etmişdir. O, da şəxsi axtarış zamanı üzərində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümə bükülmüş heroini və bir ədəd sellofan bükümdə metamfetamini təqdim etmişdir. Sorğu-sual zamanı bir ədəd bükümdə heroin və digər bükümdə isə «patı», yəni metamfetamin olduğunu bildirib həmin bükümləri “iranlı” kimi tanıdığı şəxsdən özü istifadə etmək üçün 100 manata aldığını demişdir. Həmin heorin və metamfetamin “iranlı” tərəfindən onun gündəlik normasına uyğun olaraq sellofan bükümlərə bükülümüşdür. Çünki bəzən heroin, bəzən isə metamfetamin qəbul etdiyi üçün onun həmin maddələrə gündəlik tələbatı çox olmuşdur. Onun təqdim etdiyi iki ədəd sellofan büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra iştirakçılar şəxsi axtarış zamanı yazılmış protokolla tanış olmuşlar və protokol düzgün yazıldığından iştirakçılar tərəfindən, həmçinin onun özü tərəfdən imzalarla təsdiq edilmişdir. Üzərində narkotik vasitə və metamfetamin olması barədə kimsənin məlumatı olmamışdır. “WhatsApp” ani mesajlaşma vasitəsilə tanış olduğu, özünü ona “iranlı” kimi təqdim edən İran Respublikasının vətəndaşı ilə tanış olmuş, lakin o, “iranlının” özünü görməmişdir. İranlı ona heroini və metamfetamini tanışı vasitəsilə satmışdır. Sonuncu dəfə istifadə etmək üçün heroni və metamfetamini aldığı şəxsi də tanımır, həmin şəxsi “iranlı” göndərmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, özünün istifadəsi üçün narkotik maddə heroin və ara-sıra metamfetamin əldə edib istifadə etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı qanunazidd hərəkət olmamışdır (iş vərəqə: 71-76). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BİTİ-nin ÇPA-nın 7-ci PB-də polis nəfəri olaraq xidmət edən X5 ifadəsində göstərdi ki, onların xidməti ərazisi Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati ərazisi olmuş, polis nəfəri kimi xidmətini həmin ərazidə aparmışdır. 27 avqust 2022-ci il tarixdə, saat 13:15-də Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati ərazisi olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində polis nəfəri Şahid2 ilə birlikdə xidmət aparan zaman 7 saylı evin yaxınlığında bir nəfər cavan oğlanın, hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs hərəkətləri və özünü aparması, onun bir yaşayış binasının girişinə daxil olub çıxması onlarda şübhə yaratdığından onlar patrul avtomobili ilə həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edib onun şəxsiyyəti ilə maraqlanmış, o, adının Ceyhun olduğunu desə də, ona verilmiş digər suallardan yayındığını görüb onun oğurluq edə biləcəyini və ya narkotik vasitə istifadəçisinin olmasını ehtimal edərək həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi iə onu patrul avtomobili ilə onu Suraxanı RPİ-nin 32-ci PB-nə aparmış və raportla 32-ci PB-nin rəhbərliyinə məruzə edilmişlər. Yoxlama zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bölmədə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və hazırda isə üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Araşdırmanın aparılması 32-ci PB-nin təhqiqatçısına həvalə edilmiş, sonuncu tərəfindən onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmış və onlar şəxsi axtarışda iştirak etmişlər. Şəxsi axtarışdan əvvəl təhqiqatçı tərəfindən saxlanılan şəxsə müdafiəçi dəvət edilmiş, lakin müdafiəçi Təqsirləndirilən şəxs özünün istəyi ilə şəxsi axtarışda müdafiəçi iştirak etməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi və daşınması qadağan edilən əşya və maddələrin olub olmadığını soruşmuş və olduğu halda təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şortikin (qısa yay şalvarının) sağ cibindən 01 ədəd qara rəngli şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində 01 ədəd sellofan bükümdə kakos və 01 ədəd sellofan bükümdə isə şüşə, yəni metamfetamin və heroin olduğunu bildirib iki ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin bükümlərdən birinin içərisində kristal şəkilli şəffaf maddənin və 2-ci sellofan bükümdə isə qəhvəyi rəngli heroin olduğunu, həmin maddələri 26 avqust 2022-ci il tarixdə sosial şəbəkədə tanış olduğu və “iranlı” kimi tanıdığı İran vətəndaşından 100 manat ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Yekunda Təqsirləndirilən şəxs götürülmüş narkotik və psixotrop maddəyə şübhəli maddələr 02 ədəd sellofan bükümdə zərfə qoyulub qablaşdırılmış və möhürlənmiş, eyni zamanda şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmişdir. Protokolun düzgünlüyü şəxsi axtarışda iştirak etmiş şəxslər, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BİTİ-nin ÇPA-nın 7-ci Patrul Bölüyündə polis nəfəri olaraq xidmət edən X4 faktiki Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığından onun məhkəmədə dindirilməsi mümkün olmamış və şahid Ziya Paşayevin cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, şahid Ziya Paşayev həmkarı X5 ilə oxşar məzmunlu ifadə verərək sonucunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (iş vərəqə:101-103). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış aparılması və götürmə» haqqında 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan trixdə, saat 13:15-də ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin inzibati gətirilmiş Təqsirləndirilən şəxs üzərində video çəkiliş müşaiyəti ilə şəxsi axtarış aparılmışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış prosesində təhqiqatçının təklifinə əsasən özünün əynində olan boz rəngli qısa yay şalvarın sağ cibindən 01 qara rəngli sellofan bükümü, həmin bükümün içərisində daha iki ədəd sellofan bükümlərdə – bir ədədinin içərisində prsixotrop maddə metamfetaminə şübhəli ağ rəngli kristallik maddə və digərinin içərisində narkotik vasitə heroinə şübhəli qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüş, bir ədəd zərfə qablaşdırılmış və üzəri bütün iştirakçılar tərəfindən imzalanmaqla “Azərbaycan Respublikası DİN, Zərflər üçün № 96” dairəvi möhürlə möhürlənmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrlə əlaqədar “WhatsApp” ani mesajlaşma vasitəsilə özünü ona “iranlı” kimi təqdim edən İran vətəndaşı ilə tanış olduğunu, təqdim etdiyi heroini və metamfetamini onun vasitəsi ilə sonuncunun tanışından özünün şəxsi istifadəsi üçün 100 manata aldığını göstərmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatı videoçəkilişlə qeydə alınmış və həmin videogörüntülər bir ədəd “DVD” diskə yüklənərək iş materiallarına əlavə edilmişdir(iş vərəqə:24-26). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olun Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərinin yükləndiyi 01 ədəd “DVD” formatlı diskə baxış keçirilməsi haqqında 29 avqust 2022-ci il tarixli protokoldan görünür ki, tədqiq olunan 01 ədəd DVD formatlı diskə yüklənmiş videogörüntülərlə şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında 27 yanvar 2024-cü il tarixli protokolun məzmunu ilə üst-üstə düşdüyü, ziddiyyətlər müəyyən edilmədiyi müəyyən edilmişdir(iş vərəqə:92-95). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olun sənədlərlə müəyyən edildi ki, “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatının video görüntülərinin yükləndiyi bir ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və həmin “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə:143-157). Daha sonra iş üzrə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 27 avqust 2022-ci il tarixli, 6/4583 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi olan “”Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözü, soyad və imzalar qeyd edilmiş 1№-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,867 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış prsixotrop maddə metamfetamindir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, 2№-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 6,223 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq olunan həmin rəydən görünür ki, ekspertiza tədqiqatı prosesində təmiz çəkisi 2,867 qram olan metamfetaminin 0,05 qramı tədqiqata sərf edilmiş, 2,817 qram qalıq qalmış, təmiz çəkisi 6,223 qram olan heroinin 0,01 qramı tədqiqata sərf edilmiş, 6,173 qramı qalıq qalmışdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, psixotrop maddə metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına daxildir (iş vərəqə:40-43). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «sübutların qiymətləndirilməsi haqqında» 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 2,867 qram prsixotrop maddə metamfetamin və təmiz çəkisi 6,223 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza təqdiqatından sonra qalıq qalmış 2,817 qram çəkidə metamfetamin və 6,173 qram çəkidə heroin saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir(iş vərəqə:143-147). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 5346 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə:98-99). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 400 qram, heroin narkotik vasitəsinin heroin narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 800 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisi 6,223 qram, metamfetamin prsixotrop maddəsinin ümumi təmiz çəkisi 2,867 qram təşkil etmişdir ki, qeyd olunan miqdarda narkotik vasitə və psixotrop maddə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdarda metamfetamin prsixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində saxlanılarkən üzərində ittihamda göstərilən miqdarda psixotrop maddə və ya narkotik vasitə olmaması, üzərində cəmi 0,8 qram heroin narkotik vasitəsi olması, onu saxlayan X7 əməkdaşları tərəfindən deyil, aparıldığı 32-ci Polis Bölməsinin tanımadığı əməliyyatçıları tərəfindən onun üzərinə əlavə herion narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi qoyulması, boynuna götürməsi üçün tanımadığı əməkdaşlar tərəfindən döyülməsi, CM-nin 234.1-ci maddəsi ilə ona ittiham veriləcəyinə söz verilməsi, narkotiki və psixotrop maddəni boynuna götürməyə məcbur edilməsi və müdafiəçi ilə təmin edilməməsi, ifadələrinin müstəntiq tərəfindən yazılması və oxumadan ifadələrini imzalaması barədə göstərdiklərini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından və işdə olan hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həmin iş üzrə həbsdə saxlanıldığı 01 (bir) ay 02 (iki) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) ay 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə nəzərdə tutulan cinayət əməlini Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmündən əvvəl törətmiş, Xətai rayon Məhkəməsində cinayət işinə baxılarkən hazırda baxılan cinayət işi ibtidai istintaq mərhələsində olmuş, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmü üzrə ona təyin olunan cəzanı çəkməmiş və onun həmin hökm üzrə olan məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət (burada: Azərb.Respublikası CM-nin 234.1-ci maddəsi) törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqdarı gündən 2 il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Lakin məhkəmə Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə nəzərdə tutulan cinayət əməlini Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmündən əvvəl törətdiyini nəzərə alıb belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu cinayətlərin residivini yaratmayacaqdır. Məhkəməyə təqdim olunan tibbi sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs «Epilepsiya» diaqnozu ilə xəstədir. Məhkəmə Təqsirləndirilən şəxs xəstəliyini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə almalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olmasını, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya hədlərində, cinayətlərin məcmusu qaydasında (Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmünə əsasən qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası) cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, Cinayət Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulan qaydalarla cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəhza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə baxılan iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini, həmçinin Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmü üzrə ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini və təyin olunan cəzaların Azərbaycan Respublikası CMinin 66.5-cü maddəsinə əsasən tamamilə və ya qismən toplanılmalı olmasını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə müəyyən edilməli və məhz bundan sonra yeni hökm üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmü üzrə müəyyən olunan eyni növdən olan 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə toplanılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bundan başqa, məhkəmə cəzaya aid hissədə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə məhkəməyədək icraat zamanı 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 29 avqust 2022-ci il tarixədək 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün azadlıqdan məhrum etmə növündə qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2, 158.2.1 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmü üzrə 1 (bir) ay 2 (iki) gün həbsdə saxlanılmışdır ki, qeyd olunan bu müddət onun barəsində 25 aprel 2023cü il tarixli hökmü üzrə təyin olunan cəzaya hesablanmaqla çıxılmalı və Azərbaycan Respublikası CMinin 66.5-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsa cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, …….. hesabı ilə hesablanır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun Azərbaycan Respublikası CMinin 66.5-cü maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun barəsində məhkəməyədək icraat mərhələsində seçilmiş “başqa yerə getməmək haqqında itizam” qətimkan tədbirinin Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən barəsində axtarış elan olunmaqla dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunduğu və onun axtarış nəticəsində tutulduğu 27 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 5346 №-li rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 2,817 qram çəkidə metamfetamin psixotrop maddəsi və 6,173 qram çəkidə heroin narkotik vasitəsi hissəsi məhv edilməli; - təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmü üzrə müəyyən olunan 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 29 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, həmçinin Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmü üzrə həbsdə saxlanıldığı 1 (bir) ay 2 (iki) gün – cəmi 1 (bir) ay 4 (dörd) gün ona təyin olunan 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 4 (dörd) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli baxılan iş üzrə axtarış nəticəsində tutulduğu 27 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 2,817 qram çəkidə metamfetamin psixotrop maddəsi və 6,173 qram çəkidə heroin narkotik vasitəsi hissəsi məhv edilsin; - təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar