Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-335/2025 19.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, “Abşeron” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Türkmənistan Respublikası, Nebit-Dağ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1991-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2, naməlum “Aydın” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək naməlum mənbədən, naməlum vaxtda və şəraitdə ümumi sayı 1645 ədəd olmaqla təsiredici maddəsinin miqdarı 65,8 qram olan metadon həblərini, külli miqdarda 4.270 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 1.303,783 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1490 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitələrdən Təqsirləndirilən şəxs2 bir ədəd bükümdə 4,197 qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs1 oğlu bir ədəd bükümdə 4,586 qram çəkidə narkotik vasitə heroini ayırıb satış məqsədilə üzərlərində, digər hissəsini isə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən evdə qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 noyabr 2023cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün saat 16:20-də Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun 85 ünvanında saxlanılaraq Baş İdarəyə gətirilib 28 noyabr 2023-cü il tarixdə saat 18:20-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sol iç cibindən bir ədəd bükümdə 4,197 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sol iç cibindən bir ədəd bükümdə 4,586 qram çəkidə narkotik vasitə heroin, daha sonra Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə yaşadığı ünvan 3 ünvanında yerləşən evdə 28 noyabr 2023- cü il tarixdə saat 19.40-dan etibarən keçirilmiş baxış zamanı evdəki yatağın altından 2 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 500 qram və 990 qram, ümumi təmiz çəkisi 1490 qram psixotrop maddə metamfetamin, 2 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1005 qram və 290 qram, ümumi təmiz çəkisi 1295 qram narkotik vasitə heroin, 165 ədəd blisterdə ümumi sayı 1645 ədəd olmaqla təsiredici maddəsinin miqdarı 65,8 qram olan metadon həbləri, 4 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1235 qram, 995 qram, 1035 qram, 1005 qram, ümumi təmiz çəkisi 4270 qram qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etmir, narkotik vasitələrin satışı ilə məşğul olur. O, elektrik işi ilə məşğuldur. Onun qardaşı hər iki aydan bir Rusiya Federasiyasından dərman göndərir. Qardaşı və o ikisi də astma xəstəsidir. Buna görə o Biləsuvar rayonuna gedirmiş. Təqsirləndirilən şəxs2 “Bravo” marketdə işləyir. Təqsirləndirilən şəxs2 bu işlə əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs2 əmisi qızının nişanı ilə bağlı rayonuna gedəcəkmiş. O, Təqsirləndirilən şəxs2 xahiş etmişdir ki, onunla Biləsuvara getsinlər, sonra xeyir işə getsin. Təqsirləndirilən şəxs2 da etiraz etməyərək onunla birlikdə Biləsuvar rayonuna getmişdir. İttihamda qeyd olunan miqdarda metadon, heroin, marixuana, metamfetamin onun üzərində olmuş və o onları İran vətəndaşı “Aydın” adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq Biləsuvar rayonunda yol kənarından götürüb Bakı şəhərinə gətirmişdir. Əslində “Aydın” adlı şəxslə həmin miqdarda narkotik vasitə götürəcəklərini danışmamışlar, amma o götürərəkən narkotik vasitənin miqdarının çox olduğunu görmüşdür. Təqsirləndirilən şəxs2 hər şeydən xəbərsiz olmuşdur. O, Nəsimi rayonu, S.Vurğun küçəsi 85 ünvanının qarşısında işdə olarkən saxlanılmışdır. O, əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İstintaq zamanı təzyiq altında ifadə verməmişdir. Təqsirləndirilən şəxs2 onun qohumudur. Əvvəllər Təqsirləndirilən şəxs2la birlikdə narkotik vasitə əldə etməmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə götürəcəyini bilmirmiş, özü maşından düşüb narkotik vasitəni götürmüşdür. Təqsirləndirilən şəxs2la bir maşında imişlər, maşını Təqsirləndirilən şəxs2 idarə edirmiş. Onlar yolda geri qayıdanda Təqsirləndirilən şəxs2 bilmişdir ki, o narkotik vasitə götürmüşdür. O, götürdüyü narkotik vasitələri kimə verəcəyini əvvəlcədən müəyyən etməmişdir. O, narkotik vasitələri olduğu ünvana aparacaqmış. Təqsirləndirilən şəxs2 hadisələrin gedişatında rolu olmamışdır. Nakotik vasitələr sırf ona aid imiş. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun kəndlisi və uzaqdan qohumudur. O, narkotik vasitələrdən istifadə etmir. O, 2019-cu ildən “Bravo” marketdə yük maşını sürücüsü olaraq işləyir və onların iş yerində 6 aydan bir həftədə bir gün narkotik vasitə istifadə edib-etməmələri ilə bağlı qan analizi götürülür. Qan analizi götürülən gün onların bilmədiyi hər hansısa gün olur. O, «Bravo»dakı işindən evə gələndən sonra taksi sürücüsü kimi işləyir və bunu bütün qohumları bilir. Təqsirləndirilən şəxs1 Rusiyadan dərmanlar gəlirmiş. Təqsirləndirilən şəxs1 26 noyabr 2023-cü ildə ona zəng edərək Biləsuvara gedib Rəşadın göndərdiyi dərman və paltarlar olan çantanı götürmələrini demişdir. O, Təqsirləndirilən şəxs1 soruşmuşdur ki, xeyir işə gedəcək, Biləsuvara getsələr o xeyir işə çata biləcək?! Təqsirləndirilən şəxs1 demişdir ki, narahat olmasın, maşına benzin də vuracaq. O, razılaşmış və Biləsuvar rayonunun Xırmandallı kəndinə getmişlər. O, maşını saxlamış və Təqsirləndirilən şəxs1 maşından düşüb 10 dəqiqəyə gəlmiş və sonra onlar Bakı şəhərinə çatmişlər. O, Təqsirləndirilən şəxs1 öz mənzilinə qoyub evinə getmişdir. 26 noyabr 2023cü ildə polis əməkdaşları onu yaşadığı ünvanda blokun önündə dayanarkən saxlamışlar. O, səbəbini soruşanda əvvəlcə silaha görə saxlanıldığını demişlər. O, maşına oturanda polis əməkdaşlaır narkotik vasitələrlə bağlı tutulduğunu demişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, istintaq zaman verdiyi ifadəni təsdiq etmir, o BMCMİ-də təzyiq altında ifadə vermişdir. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 demişdir ki, dərmanlar astma xəstətliyi ilə əlaqədardır. Təqsirləndirilən şəxs1 maşına qayıdandan sonra gətirdiyi çantanı ona göstərmədən baqaja qoymuşdur. O, Təqsirləndirilən şəxs1 bir neçə dəfə taksi kimi işdən götürmüş, həmişəki kimi çantanı özü baqaja qoyub özü də götürmüşdür. O, Təqsirləndirilən şəxs1 yaşadığı ünvana qoyanda onunla birlikdə mənzilə qalxmamış, çantanı baqajda götürməyinə kömək etməmişdir. Çanta 1 ədəd imiş və balaca imiş. Təqsirləndirilən şəxs1 çantanı özü baqajdan götürmüşdür. O, kirayə yaşadığı ünvan 5 ünvanında blokun önündə saxlanılmışdır. O, başqa rayonun ərazisində saxlanılmamışdır. O, Təqsirləndirilən şəxs1lə birlikdə saxlanılmamış və İdarəyə aparılmamışdır. Onu saxlayan polislər onun evinə baxış keçirmişlər və heçnə tapmamışlar. Özləri də demişlər ki, heçnə yoxdur və mənzil təmizdir. O, saxlanılandan sonra maşında üzərini axtarmışlar və üzərindən heçnə çıxmamışdır. Sonra onları Badamdarda Baş İdarəyə aparmışlar və 6-8 dəfə videoya çəkmişlər. Onun sağ cibinə bilmədiyi narkotik vasitə qoymuşlar. O, çəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasından imtina edə bilməzmiş, çünki polis əməkdaşları bunu etməyə qoymurmuşlar. Vəkil iş qurtarmağa yaxın imza çəkən zaman onlara təlim keçiləndən sonra gəlmişdir. O, Xətai rayonunda saat 17:00-18:00 arası saxlanılmışdır. Müdafiəçi çox gec, yəni saat 23:00-00:00 arası gəlmişdir. Vəkillə danışmağa şərait yaradılmamış, o, vəkilin adını belə bilməmişdir. O, həmin müdafiəçini sonradan sanksiyanı artıran zaman görmüş, yəni vəkili 2 dəfə görmüş, yekun mərhələdə gəlməmişdir. Vəkil Təcridxanaya gəlməmiş, o vəkili məhkəmədə görmüşdür. Vəkil müstəntiqlə protokolla tanış olmaqla bağlı gəlmişdir. O, vəkilə hər şeyi demiş, vəkil onun vəkili olaraq qalmaq istədiyini deyəndə o istəməmişdir. O, müstəntiqə döyülməyini demiş, müstəntiq demişdir ki, ona nə deyilibsə edir. O, polislərin dediklərini yazmış, çünki ona demişlər ki, onların dediklərini yazsın. İstintaq zamanı onu döymüşlər. Döyülməyi ilə bağlı heç yerə müraciət etməmiş, sadəcə vəkillərinə demişdir. Təcridxanaya daxil olanda döyülməyi ilə bağlı heçnə deməmişdir. Bədənində xəsarət izi var imiş, onu üz nahiyəsindən vurmamışlar. O, X6 tanıyır, o, qonşusunun dostudur. O, X7 narkotik vasitə satmamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 49-51-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imza onun imzasıdır. O, təzyiq altında protokola imza çəkmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi, ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 109-112, 137-140 və 2-ci cild 53-56-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «...O, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 28 noyabr 2023-cü il tarixdə saat 16:20 dəqiqədə tanışı Təqsirləndirilən şəxs1 ilə birgə ünvan 6 ünvanının qarşısında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib xidməti vəsiqələrini göstərməklə barələrində qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onları BNMİ-nin inzibati binasına dəvət etmişlər. BNMİ-nin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sol iç cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. ...Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. O gödəkçəsinin sol iç cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda içərisində heroin aşkar olunmuşdur. ...O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, aşkar olunmuş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında “Aydın” adlı İran İslam Respublikası vətəndaşının Biləsuvar rayonu ərazisində yol kənarında qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs1 ilə birgə əldə etdiklərini, Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik vasitə saxladığını bildiyini, həmin evdə olan və üzərindən aşkar olunmuş narkotiki bir vaxtda götürdüklərini, öz yaşadığı evdə narkotik vasitə saxlamadığını, Aydın adlı şəxsin Təqsirləndirilən şəxs1 narkotik vasitəni bir yerdən digər yerə qoymaq üçün 1000 manat pul verdiyini, həmin pulun 500 manatını Zaurun ona verdiyini və polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmadığını bildirmişdir. ...Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilmişdir. Zaurun yaşadığı bir otaqlı evdən 4 ədəd şəffaf rəngli sellofan bağlamadan narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd şəffaf rəngli sellofan bağlamadan narkotik vasitə heroin, 2 ədəd şəffaf rəngli sellofan bağlamadan psixotrop maddə metamfetamin, 166 ədəd hər birinin içərisində 10 həb yerləşən qablaşdırmaları, 2 ədəd tərəzi və 1 ədəd dəftər aşkar edilmişdir. ...O verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında “Aydın” adlı İran İslam Respublikası vətəndaşının Biləsuvar rayonu ərazisində yol kənarında qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs1 ilə birgə əldə etdiyini, öz yaşadığı evdə narkotik vasitə saxlamadığını, Təqsirləndirilən şəxs1 evində narkotik vasitə olduğundan xəbəri olduğunu, 25 və 26 noyabr 2023-cü il tarixlərində Aydın adlı şəxsin göstərişi ilə əldə etdiyi narkotikin bir hissəsini Təqsirləndirilən şəxs1 ilə birgə Aydın adlı şəxsin dediyi yerə qoyduqlarını və polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmadığını bildirmişdir. ...O aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etmişdir. Düzdür, aşkar edilmiş malları o özü almasa da həmin narkotiki “Aydın” adlı şəxsin tapşırığı ilə götürmüş, Aydının da tapşırığı ilə narkotiki müvafiq yerə qoymalı olduğunu bildirmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imza onun imzasıdır. İfadəsini təsdiq etmir, o, təzyiq altında protokola imza çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. 28 noyabr 2023-cü il tarixində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. 28 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun 85 ünvanının yaxınlığında tərəflərindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılaraq Baş İdarəyə gətirilmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin olunmuşlar, hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı hər birinin üzərindən 1 bükümdə heroinə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sorğu zamanı bildirmişlər ki, həmin bükümlərdə heroin var və 25 noyabr 2023-cü il tarixində Biləsuvar ərazisində İran İslam Respublikasının vətəndaşının qoyduğu yerdən götürmüşlər. Aşkar olunan narkotik vasitələr qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 Yasamal rayonu ərazisində kirayə qaldığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Tərəflərindən onun iştirakıları ilə Dadaş Bünyadzadə küçəsində yerləşən mənzilə baxış keçirilmiş və baxış zamanı mənzildən 4 büküm marixuanaya bənzər, 2 buküm metamfetaminə bənzər, 2 bağlama heroinə bənzər maddələri, dərman həbləri, elektron tərəzi aşkar olunmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Əməliyyat qrupunda o, Asim və Şahin müəllim imiş. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə imiş. Əməliyyat məlumatı əməliyyat tədbirindən bir gün əvvəl daxil olmuşdur. Əməliyyat işi açıb-açmamaları yadında deyil. Təqsirləndirilən şəxs2 Nəsimi rayonu ərazisində təxminən saat 16:00-17:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs2 hərəkətdə olarkən saxlamışlar, onun yanında Təqsirləndirilən şəxs1 də var imiş. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir maşınla İdarəyə aparmışlar. Maşında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arxa oturacaqda əyləşmiş, o qabaqda əyləşmişdir. Maşını ya Asim ya o sürürmüş. Şahin müəlim ya onun, ya da Asimin maşını ilə İdarəyə qayıtmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qolları qandallı İdarəyə aparmamışlar. Şəxsi axtarış zamanı Əşrəf Əksərovun üzərindən təxminən 4 qram heroinə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İdarəyə neçə dəqiqəyə apardıqlarını xatırlamır, yəqinki 20-25 dəqiqəyə aparmışlar. Təqsirləndirilən şəxs1 videoçəkiliş zamanı könüllü olaraq bildirmişdir ki, mənzildə də narkotik vasitə var. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2la birlikdə narkotik vasitəni götürməyə getmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs1 mənzilindən aşkar edilmişdir. Səhv etmirsə, Əşrəf də baxış zamanı orada imiş, dəqiq xatırlamır. Təqsirləndirilən şəxs1 könüllü ərizə yazaraq mənzilə baxış keçirilməsinə icazə vermişdir. Şahid2 videoçəkilişi həyata keçirdiyi üçün şəxsi axtarış videosunda görünmür. Onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Xətai rayonu ərazisində yaşadıqları mənzildə saxlamamışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitəni özləri götürmüşdür. Tərəflərindən heç birinə fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadələsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyir. 28 noyabr 2023-cü il tarixində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Şahid1 rəhbərlik edirmiş. 28 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun 85 ünvanının yaxınlığında tərəflərindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılaraq Baş İdarəyə gətirilmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin olunmuşlar, hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda üzərlərindən 1 bükümdə heroinə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sorğu zamanı bildirmişlər ki, həmin bükümlərdə heroin var və 25 noyabr 2023-cü il tarixində Biləsuvar ərazisində İran İslam Respublikasının vətəndaşının qoyduğu yerdən götürmüşlər. Aşkar olunan narkotik vasitələr qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 Yasamal rayonu ərazisində kirayə qaldığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Tərəflərindən onun iştirakları ilə Dadaş Bünyadzadə küçəsində yerləşən mənzilə baxış keçirilmiş və baxış zamanı mənzildən 4 büküm marixuanaya bənzər, 2 buküm metamfetaminə bənzər, 2 bağlama heroinə bənzər maddələr, dərman həbləri, elektron tərəzi, dəftər aşkar olunmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Əməliyyat tədbirində iştirak etmişdir. Əməliyyat qrupunda o, Şahid1 və Şahin müəllim imiş. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə olarkən saxlamışlar. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təxminən saat 16:30 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İdarəyə aparmışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qolları qandallı İdarəyə aparmamışlar, onlara müqavimət göstərməmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İdarəyə apardıqları maşını, həmçinin əməliyyat tədbirinə neçə maşınla getdiklərini xatırlamır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərindən heroinə bənzər maddələr aşkar olunmuşdur. Mənzilə baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, o, Şahid1 və Şahin müəllim iştirak etmişlər. Əməliyyat tədbiri keçirilərkən o ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Tərəflərindən heç birinə fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, dostu Talehin sayəsində Təqsirləndirilən şəxs2 tanımış, bilmişdir ki, üzərində narkotik vasitə olur. Təqsirləndirilən şəxs2 ona 1 dəfə narkotik vasitə marixuana satmışdır. O, Təqsirləndirilən şəxs2 cəmi 3-4 dəfə görmüşdür. Taleh adlı dostu onu Təqsirləndirilən şəxs2la məhlədə tanış etmişdir. O, Təqsirləndirilən şəxs2la eyni məhlədə yaşamır, ayrı-ayrı məhlələrdə yaşayırlar. X22 Əskərovla eyni məhlədə yaşayır. Təqsirləndirilən şəxs2 tutulması ilə bağlı o Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdır. Onu İdarəyə çağıran əməkdaşın adını bilmir. Təqsirləndirilən şəxs2 telefonunda onun ondan marixuana almağına dair sms və ya danışıqlar var imiş. Bu səbəbdən o İdarəyə çağırılmışdır. Onun Təqsirləndirilən şəxs2la telefon danışıqları var imiş. O, Təqsirləndirilən şəxs2la axşam saatlarında danışmışdır. Təqsirləndirilən şəxs2 həmin günün səhəri tutulmuşdur. O, Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Ondan Təqsirləndirilən şəxs2 narkotik vasitə almağını soruşduqlarında, bildirmişdir ki, doğrudur, o Təqsirləndirilən şəxs2 narkotik vasitə almış, 10 manat pul ödəmişdir. O, İdarədə hər şeyi boynuna almış və inzibati cəza olaraq 3 gün saxlanılmışdır. O, 1 neçə il əvvəl də narkotik vasitə çəkmişdir. O, əvvəllər İdarəyə çağırılmışdır. Təqsirləndirilən şəxs2 külli miqdar narkotik vasitə çıxdığı üçün araşdırılma aparılmış və o da çağırılmışdır. Təqsirləndirilən şəxs2la sms danışıqları da olmuşdur. Yəni şübhəli hallar olanda onu da çağırıb yoxlayırlar. O, sürücüdür 3-4 nömrə işlədir. Çünki işiylə bağlı tez-tez nömrə dəyişir. Polis əməkdaşları onu çağırdıqdan sonra o artıq ehtiyat edir, bu işlərdən uzaq durur. O, ***-***-**-**, ***-***-**-** nömrələrini işlətmişdir. O, Bakı və İstanbul şəhərlərində taksi sürücüsü kimi işləyir. O, ilk dəfədir məhkəmədə iştirak edir, Polis İdarəsinə isə 2 dəfə çağırılmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 28 noyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi məşğul olmaları barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 28 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 113-114-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 5(006)-791/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 28 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin 1-ci cild 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətovun 28 noyabr 2023-cü il tarixli, 3-13-7/Ə388/2023 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 49-51-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 əynində olan xaki rəngli gödəkçənin sol iç cibindan 1 (bir) ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümü açdıqda içərisində spesifik iyə malik, açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 gödəkçəsinin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd bank kartı, 1 (bir) ədəd açar, şalvarının sol yan cibindən 1 (bir) ədəd "Samsung" markalı mobil telefon, şalvarının sağ yan cibindən 2 (iki) ədəd 1 manatlıq əskinaslardan ibarət ümumilikdə 2 (iki) manat pul aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş heroinə bənzər maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün şəxsiyyət vəsiqəsi, bank kartı və mobil telefon götürülmüş, 2 manat məbləğində pul və 1 ədəd açar geri qaytarılmışdır. Bundan sonra sübhəli şəxs Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümü açdıqda içərisində spesifik iyə malik, açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 gödəkçəsinin sol cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 3 (üç) ədəd bank kartı, şalvarının sol yan cibindən 1 (bir) ədəd "Samsung" markalı mobil telefon, 1 (bir) ədəd "Samsung" markalı mobil telefon aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş heroinə bənzər maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kasb etdiyi üçün şəxsiyyət vəsiqəsi, bank kartları və mobil telefonlar götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, aşkar olunmuş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında "Aydın" adlı İran İslam Respublikasınının vətəndaşı olan şəxsin Biləsuvar rayonunda yerləşən yol kənarında qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs2 ilə birgə əldə etdiyini, yaşadığı evdə də narkotik vasitə saxladığını, yaşadığı evdə olan və üzərindən aşkar olunmuş maddəni bir vaxtda götürdüyünü, Aydın adlı şəxsin ona narkotik vasitəni bir yerdən digər yerə qoymaq üçün 1000 manat pul verdiyini, həmin pulun 500 manatını Təqsirləndirilən şəxs2 verdiyini, yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını qeyd etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, aşkar olunmuş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında "Aydın" adlı İran İslam Respublikasınının vətəndaşı olan şəxsin Biləsuvar rayonunda yerləşən yol kənarında qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs1 ilə birgə əldə etdiyini, Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik vasitə saxladığını bildiyini, həmin evdə olan və üzərindən aşkar olunmuş maddəni bir vaxtda götürdüyünü, öz yaşadığı evdə narkotik vasitə saxlamadığını, Aydın adlı şəxsin Təqsirləndirilən şəxs1 narkotik vasitəni bir yerdən digər yerə qoymaq üçün 1000 manat pul verdiyini, həmin pulun 500 manatının ona verildiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixiki təzyiq tətbiq edilmədiyini qeyd etmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 53-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 28 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq yaşadığı ünvan 7 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 54-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs2 28 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq ünvan 7 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 57-59-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 noyabr 2023-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 evdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 yaşadığı bir otaqlı evdən 4 (dörd) ədəd şəffaf rangli sellofan bağlamadan spesifik iyə malik, açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələri, 2 (iki) ədəd şəffaf rəngli sellofan bağlamadan spesifik iyə malik, açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələri, 2 (iki) ədəd şəffaf rəngli sellofan bağlamadan açıq kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddələri, 166 ədəd hər birinin içərisində 10 həb yerləşən qablaşdırmaları, 2 (iki) ədəd tərəzi və 1 (bir) ədəd dəftər aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın hər birinin çəkisi 1050 (min əlli) qram, 1058 (min əlli səkkiz) qram, 1082 (min səksən iki) qram və 1182 (min yüz səksən iki) qram; narkotik vasitə heroinə bənzər maddələrin hər birinin çəkisi 300 (üç yüz) qram və 1018 (min on səkkiz) qram; psixotrop maddə metamfetaminə bənzər maddələrin hər birinin çəkisi 1008 (min səkkiz) qram və 512 (beş yüz on iki) qram olmuşdur. Daha sonra aşkar olunmuş maddələr və 2 (iki) ədəd elektron tərəzi, 01 ədəd dəftər qablaşdırılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında "Aydın" adlı İran İslam Respublikasınının vətəndaşı olan şəxsin Biləsuvar rayonunda yerləşən yol kənarında qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs2 ilə birgə əldə etdiyini, yaşadığı evdə narkotik vasitə saxladığından Təqsirləndirilən şəxs2 xəbərinin olduğunu, 25 və 26 noyabr 2023-cü il tarixlərində Aydın adlı şəxsin vasitəsilə əldə etdiyi maddələrin bir hissəsini Təqsirləndirilən şəxs2 ilə birgə Aydın adlı şəxsin dediyi yerə qoyduqlarını qeyd etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş narkotik vasitənin xx.xx.2023-cü il tarixdə axşam saatlarında "Aydın" adlı İran İslam Respublikasınının vətəndaşı olan şəxsin Biləsuvar rayonunda yerləşən yol kənarında qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs1 ilə birgə əldə etdiyini, öz yaşadığı evdə narkotik vasitə saxlamadığını, Təqsirləndirilən şəxs1 evində narkotik vasitə olduğundan xəbərinin olduğunu, 25 və 26 noyabr 2023-cü il tarixlərində Aydın adlı şəxsin vasitəsilə əldə etdiyi maddələrin bir hissəsini Təqsirləndirilən şəxs1 ilə birgə Aydın adlı şəxsin dediyi yerə qoyduqlarını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Baxış və götürmə aparılması zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 73-77-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 29 noyabr 2023-cü il tarixli 3-16-16/2-7/1631 №-li ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sintetik torbada 04 (dörd) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1235,0 qram, 995,0 qram, 1035,0 qram, 1005,0 qram, ümumi çəkisi 4270,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş iki ədəd elektron tərəzilərin üzərində bitki mənşəli narkotik maddələrin qalıqları yoxdur. Cinayət işinin 1-ci cild 80-87-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 29 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6204 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş; -üzərində: Şübhəli şəxs “...Təqsirləndirilən şəxs2 üzərindən..." sözləri olan 1 №-li zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 4,197 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzərində "...Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən..." sözləri olan 2 №-li zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 4,586 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzərində "...Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evdən..." sözləri olan kağız yapışdırılmış bir ədəd ağ rəngli sintetik torbada iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 500 qr., 990 qr., ümumi təmiz çəkisi 1490 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qr., 290 qr., ümumi təmiz çəkisi 1295 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd qara rəngli polietilen torbada 165 ədəd üzərində "Methadon 40" göstəriciləri olan blisterdə ümumilikdə 1645 ədəd açıq-qəhvəyi rəngli "F/M 40" göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 65,8 qram təşkil edir, iki ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığmdan bu barədə qoyulmuş sual cavablandırılmamışdır. 1 və 2 №-li zərflərdəki narkotik vasitə heroinlərlə torbadakı iki ədəd bükümdəki narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkiləri 1303,783 qramdır. Torbadakı psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 1490 qramdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildirlər. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Cinayət işinin 1-ci cild 170-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 dekabr 2023-cü il tarixli mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş bir ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 aprel 2024-cü il tarixli mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş bir ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 174-178-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 dekabr 2023-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş 01 ədəd dəftərə baxış keçirilən zaman həmin dəftərdə alınan məbləğlər, narkotik vasitə və psixotrop maddələrin miqdarlarının qeyd edildiyi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 3, 6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 aprel 2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil nömrələrə daxil olan zəng və sms məlumatlarını özündə əks etdirən disklərə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 181-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş 13 dekabr 2023-cü il tarixli, 008-12400-1223 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları müəyyən edilmiş, lakin, üzərlərindən və evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri əldə etdikləri mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 12-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi, polis kapitanı X1 19 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil telefonlar sonuncuların yaxın qohumlarına qaytarılmışdır. Cinayət işinin 57-58-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi, polis kapitanı X1 22 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən və mənzildən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi, üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edildiyi, Təqsirləndirilən şəxs1 üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsinin təklif edildiyi, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sol iç cibindən 1 ədəd sellofan bükümü, gödəkçəsinin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, bank kartı, açar, şalvarının sol yan cibindən mobil telefon, şalvarının sağ yan cibindən 2 manat pulu təqdim etdiyi, Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddənin elektron tərəzidə çəkildiyi, kağız zərfə qoyularaq qablaşdırıldığı, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitəni “Aydın” adlı İran İslam Respublikası vətəndaşının Biləsuvar rayonu ərazisində yol kənarına qoydurduğu yerdən Əşrəf Əsgərovla birgə əldə etdiyini bildirdiyi, bu zaman kameranın Əşrəf Əsgərovu görüntülədiyini, daha sonra Təqsirləndirilən şəxs1 suallara cavab olaraq “Aydın” adlı İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığını, götürdüyü narkotik vasitələri “Aydın” adlı şəxsin dediyi bir yerdən digər yerə qoyduğunu, “Aydın” adlı şəxsin bunun müqabilində ona 3 gün ərzində 1000 manat pul verdiyini, həmin pulun yarı məbləğini Əşrəf Əsgərova verdiyini bildirdiyi, bu zaman kameranın Əşrəf Əsgərovu görüntülədiyini, daha sonra Təqsirləndirilən şəxs1 suallara cavab olaraq yaşadığı evdə də narkotik vasitə olduğunu, həmin narkotik vasitəni üzərində aşkar olunan narkotik vasitə ilə birlikdə 25 noyabr 2023-cü il tarixində Aydın adlı şəxsin qoyduğu yerdən Təqsirləndirilən şəxs2 ilə birgə əldə etdiyini bildirdiyi, bu zaman kameranın Əşrəf Əsgərovu görüntülədiyi müəyyən edilir. Lakin diskə baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərinin diskdə ardıcıl olaraq 2 dəfə təkrar yazıldığı, Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin isə video görütünlərinin videocəkiliş qurğuda texniki nasazlıq səbəbindən olmadığı müəyyən edilir. Məhkəmə iclasında ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə keçirilən baxış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskə baxış zamanı Təqsirləndirilən şəxs1 qərarla tanış edərək mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsinin təklif olunduğu, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 yaşadığı birotaqlı evdə yatağın altından 2 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər, 2 ədəd bağlamada narkotik vasitə heroinə bənzər, 165 ədəd blisterdə ümumi sayı 1645 ədəd metadon həbləri, 4 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər, 02 ədəd elektron tərəzi , 1 ədəd dəftər əşkar edildiyi , verilən suallara cavab olaraq yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını, yaşadığı evdən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında “Aydın” adlı İran İslam Respublikasınımn vətəndaşının Biləsuvar rayonu ərazisində yol kənarında qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs2 ilə birgə əldə etdiyini, yaşadığı evdə narkotik vasitə saxlamasından Təqsirləndirilən şəxs2 xəbərinin olduğunu, 25 noyabr 2023-cü il tarixşndə Aydın adlı şəxsin göstərişi əldə etdiyi narkotikin bir hissəsini Təqsirləndirilən şəxs2 ilə birgə Aydın adlı şəxsin dediyi yerə qoyduqlarını, yaşadığı evin sahibi Afət Mahmudovanın həmin evdə narkotik vasitə saxladığından məlumatının olmadığını və polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmadığını bildirdiyi müəyyən edilir. Lakin diskə baxış zamanı müəyyən edilir ki, diskə köçürülmüş görüntülərdə texniki nasazlıq səbəbindən videoyazı ilə auidoyazı sürəti üst-üstə düşmür. Belə ki, audioyazı videoyazıdakı görüntülərdən əvvəl səsləndirilir. Buna baxmayaraq, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 dəfələrlə qeyd etmişdir ki, üzərlərindən və mənzildən aşkar edilmiş narkotik vasitələri Təqsirləndirilən şəxs2la birlikdə əldə etmiş, əldə etdikləri pulun yarısını Təqsirləndirilən şəxs2 vermiş, şəxsi axtarış zamanı iştirak edən Təqsirləndirilən şəxs2 isə buna hər hansı etirazını bildirmir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, əvvəllər DİN Baş Narkotiklərə qarşı Mübarizə Baş İdarəsində təhqiqat qrupunun təhqiqatçısı vəzifəsində işləmiş, hal-hazırda Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində müstəntiq vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində və sonuncunun yaşadığı evində axtarış və baxış aparılmasına dair protokolları o tərtib etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən heroinə bənzər maddə aşkar olunmuşdur. Əvvəlcə videoçəkiliş aparılmış, sonra protokol tərtib olunmuşdur. Dəqiq şəkildə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Onlar protokolu tərtib edərkən bəzən diskə baxmır, çünki artıq şəxsi axtarış zamanı aşkar olunan predmetlər yadlarında qalır və birbaşa protokolu tərtib edirlər. 28 noyabr 2023-cü il tarixində aparılan şəxsi axtarış zamanı videoçəkiliş xüsusi və mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılırmış. Həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 üzərlərinə şəxsi axtarış keçirilmiş və hər birinin üzərindən heroinə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan da narkotik vasitə və psixotrop maddələr aşkar olunmuşdur. Videogörüntüləri diskə köçürən zaman texniki problem yaranmışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 üzərlərinə bir yerdə şəxsi axtarış keçirilmiş və bir protokol tərtib olunmuşdur. O, özü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərindən narkotik vasitə çıxmasını, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan da narkotik vasitə və psixotrop maddələr aşkar olunmasını görmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-70/202 nömrəli (hakimlər Əyyubov Fərid İlham oğlunun sədrliyi və məruzəsilə , X8 və X3 ibarət tərkibdə) apellyasiya qaydasında baxılan cinayət işi üzrə məhkəmə kollegiyası belə qənaətə gəlmişlər ki, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətini özündə əks etdirən diskin boş olması heç də həmin istintaq hərəkətinin videoçəkilişlə aparılmaması qənaətinə gəlməyə əsas vermir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Həmçinin həmin qərarın 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskdə olan texniki nasazlıq heç də təqsirləndirilən şəxsin təqsirsiz olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə haqqında protokol ucadan oxunmuş və protokolun düzgünlüyü şübhəli şəxslər tərəfindən də imzalanaraq təsdiq edilmiş, iş üzrə qanuniliyi şübhə doğurmayan yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduğları etirafedici ifadələr, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və digər sübutlarla təsdiq olunur. Bundan başqa, müdafiəçinin vəsatəti əsasında Şahid3 istifadəsində olan ***-***-**- **, Şahid2 istifadəsində olan ***-***-**-**, Şahid1 istifadəsində olan ***-***-**-**, X4 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** mobil telefon nömrələrinin 27 noyabr 2023-cü il tarixə, saat 09-00-dan saat 00:00-dək anten dairələri, həmin nömrələrə daxil olan və çıxan zənglərin siyahısı, həmin zənglərin abunəçilərinin tam anket məlumatları və həmin nömrələrin 27 noyabr 2023-cü il tarixə, saat 09-00-dan saat 00:00-dək anten dairə məlumatlarının götürülməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli qərarı qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar olaraq, "xxxx" MMC-dən 24 yanvar 2025-ci il tarixli məktubla daxil olmuş məlumatdan görünür ki, ***-***-**-** nömrəsi Güləndam Həsənova və ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 adına qeydə alınmış və göstərilən tarixlərdə istifadədə olmamışdır. "xxxx" MMC-dən 30 yanvar 2025-ci il tarixli məktubla daxil olmuş məlumatdan görünür ki, ***-***-**-** mobil nömrəsi X4, ***-***-**-** mobil nömrəsi Şahid3 adına qeydə alınmışdır. Şahid3 adına qeydə alınan ***-***-**-** mobil nömrəsinin anten dairəsi həqiqətən də, 28 noyabr 2023-cü il tarixdə, saat 16:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində qeydə alınmışdır. "xxxx" MMC-dən 23 yanvar 2025-ci il tarixli məktubla daxil olmuş məlumatdan görünür ki, ***-***-**-** nömrəsi Təqsirləndirilən şəxs1 adına, ***-***-**-** nömrəsi Təqsirləndirilən şəxs2 adına, ***-***-**-** nömrəsi Şahid2 adına qeydə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 dəfələrlə qeyd etmişdir ki, üzərlərindən və mənzildən aşkar edilmiş narkotik vasitələri Təqsirləndirilən şəxs2la birlikdə əldə etmiş, əldə etdikləri pulun yarısını Təqsirləndirilən şəxs2 vermişdir. Bundan başqa, məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olur, aşkar olunmuş narkotik vasitələr ona məxsus olmuşdur, onlar yolda geri qayıdanda Təqsirləndirilən şəxs2 bilmişdir ki, o narkotik vasitə götürmüşdür. Bundan əlavə , Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskə baxış keçirilərək, Təqsirləndirilən şəxs1 onda aşkar edilmiş narkotik vasitələrin Biləsuvar rayonu ərazisində yol kənarından Əşrəf Əsgərovla birgə əldə etdiyini bildirmişdir. Digər Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onda narkotik vasitə olmamış, narkotik satışı ilə məşğul olmamış, Təqsirləndirilən şəxs1 narkotik vasitə olmasından məlumatı olmamış, istintaq zamanı təzyiq altında etirafedici ifadələrə imza etmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs1 etirafedici ifadəsini şahidlərin ifadələrini, ekspert rəylərini, evdən tapılmış dəftərçədə olan qeydləri, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxs2 məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli, bir-birinə zidd ifadə verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 800 qramdan artıq xüsusilə külli miqdar, psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar, “qurudulmuş marixuana”nın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda külli miqdar, 50.000 qramından artıq miqdarda xüsusilə külli miqdar, metadonun 0,02 qramı şəxsi istehlak miqdarından artıq, 1,6 qramından artıq miqdarda külli miqdar, 160 qramından artıq miqdarda isə xüsusilə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və mənzildən birlikdə aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 4,270 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından 854 dəfə çox, 1.303,783 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 8691,88 dəfə çox, 1490 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından 9933,3 dəfə çox, 65.8 qram metadon isə şəxsi istehlak miqdarından 3290 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onların narkotik maddəni və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Həmçinin, cinayət işinin 1-ci cild 174-178-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 dekabr 2023-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş 01 ədəd dəftərə baxış keçirilən zaman həmin dəftərdə alınan məbləğlər, narkotik vasitə və psixotrop maddələrin miqdarlarının qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəylərindən göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisində narkotik vasitələrdən istifadə haları olmuşdur. Bundan başqa, məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, dostu Talehin sayəsində Təqsirləndirilən şəxs2 tanımış, bilmişdir ki, üzərində narkotik vasitə olur. Təqsirləndirilən şəxs2 ona 1 dəfə narkotik vasitə marixuana satmışdır. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə almış, 10 manat pul ödəmişdir. Məhkəmə iclasında dindirilən zaman Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadələr verdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına və Nərimanov Rayon Prokurorluğuna sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 24 iyul 2024-cü il tarixli, 3-16-17/40/2-4887/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kartoçkanın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət aşkar edilməmişdir. Sağ baldırın ön səthində köhnə çapıq toxuma müşahidə edilmişdir. Bundan başqa, Baş Prokurorluğun Xidməti araşdırmalar idaarəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X2 25 sentyabr 2024-cü il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməllərini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif olunmuş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununlarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenumun 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenumun 12-ci bəndinə görə, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 245-246-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 30 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Cinayət işinin 2-ci cild 10-11-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 aprel-cü il tarixli, 2298 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş elektron-məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı -xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X10 vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət işinin 1-ci cild 243-244-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 30 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 8-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 aprel 2024-cü il tarixli 2297 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş elektron-məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı –X5 vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 28 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət 1-ci cild 21-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 28 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 153-164-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 4(005)-1639/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 28 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət 1-ci cild 39-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 28 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 165-169-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 4(005)-1641/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış - 1303,483 qram narkotik vasitə heroin, 4269,8 qram qurudulmuş marixuna, 1489,9 qram psixotrop maddə metamfetamin, 1635 ədəd metadon həbləri, 02 ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd diskin cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarlarının və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununun izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ə.Q.Əşrəfov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Ə.Q.Əşrəfovun cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablansın. Ə.Q.Əşrəfov barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ə.Q.Əşrəfov ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Ə.Q.Əşrəfov barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış - 1303,483 qram narkotik vasitə heroin, 4269,8 qram qurudulmuş marixuna, 1489,9 qram psixotrop maddə metamfetamin, 1635 ədəd metadon həbləri, 02 ədəd elektron tərəzi məhv edilsin. 02 ədəd diskin cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 81 (səksən bir) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Səbinə Məmmədzadə
Roman Ələkbərli