Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-336/2021 27.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Zərərçəkmiş şəxsxxxx“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı avtomobil dəstəsində 8-ci dərəcəli avtomobil sürücüsü işləmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış, Zərərçəkmiş şəxs QSC-nin təsis etdiyi və xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** VÖEN ilə qeydiyyata alınmış, fəaliyyətinin əsas məqsədi balansında və ya istifadəsində olan avtonəqliyyat və xüsusi texnikalar vasitəsilə təsisçi, onun törəmə hüquqi şəxsləri, tabeliyində olan təşkilatlar üçün müvafiq xidmətlərin yerinə yetirilməsindən ibarət olan “xxxx” MMC ilə özü arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli əmək müqaviləsinə əsasən, maddi dəyərlilərin bilavasitə etibar edildiyi maddi məsul şəxs olmaqla qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını mənimsəməklə talamaq məqsədilə həmin Cəmiyyətin 1 saylı avtomobil dəstəsində 8-ci dərəcəli avtomobil sürücüsü işləyərkən Zərərçəkmiş şəxs QSC üzrə x xxxx 2011-ci il tarixli 11 nömrəli əmr əsasında həmin Cəmiyyətin balansına keçirilmiş, şassi nömrəsi “NMB- **********3623”, mühərrik nömrəsi “**********4231”, orta bazar dəyəri 55.000 manat olan “Mercedes Benz 3900” markalı, “Az **-JN-***”xxxx“xxxx” MMC-nin baş mühəndisi Şahid1 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 119k nömrəli əmr əsasında sürücü kimi fəaliyyət göstərməsi üçün özünə təhkim edilməklə, həmin QSC-nin işçilərinin daşınması məqsədilə etibar edilməsindən sonra xx xxxxxx 2020-ci il tarixdən x xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri ərazisində istintaqa məlum olmayan yerdə və şəraitdə həmin avtobusun mühərrik və şassi nömrələrinin qeyd olunduğu 2 ədəd lövhəciyi, ön və arxa bamperlərində olan “Az **-JN-***” nömrəli dövlət qeydiyyat nişanlarını kustar üsulla sökərək özündə saxlayıb, istintaqla müəyyən edilməyən şəraitdə həmin avtobus üzərində öz əmlakı kimi sərəncam verib satmaqla və ya sair formada özgəninkiləşdirməklə əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, cinayət əməlinin aşkara çıxmaması və məsuliyyətdən yayınmaq üçün istintaqa məlum olmayan mənbədən əldə etdiyi amortizasiya və keyfiyyət baxımından həmin avtobusdan aşağı və bazar dəyəri baxımından daha ucuz olan “Mercedes Benz 403” markalı, şassi nömrəsinin ilk hissəsi “NMB**********” olan avtobusu “Mercedes Benz 3900” markalı avtobusla eyni olması görüntüsünü yaratmaqla, o cümlədən, sonuncu avtobusun mühərrik nömrəsinin qeyd olunduğu lövhəciyi “Mercedes Benz 403” markalı avtobusun mühərrikinin üzərinə, şassi nömrəsinin qeyd olunduğu lövhəciyi salon hissəsinə, dövlət qeydiyyat nişanlarını isə ön və arxa bamperlərinə kustar üsulla bərkidib, habelə, sonuncu avtobusun şassi nömrəsinin son 4 rəqəmini istintaqla müəyyən edilməyən şəraitdə silib Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajına “Mercedes Benz 3900”xxxxkimi sürərək gətirib təqdim etməklə, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs QSC-yə məxsus olmaqla ona etibar edilmiş 55.000 (əlli beş min) manat dəyərində əmlakını həmin Cəmiyyətə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 2007-ci ildən Zərərçəkmiş şəxs QSCdə sürücü vəzifəsində işləməyə başlamışdır. X1 isə ondan bir neçə illər qabaqcadan Zərərçəkmiş şəxs QSC-də sürücü vəzifəsində işləmişdir. O, işə başlayan vaxtlarda atası Mayıl Hüseynov “Mercedes Benz 3900” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmişdir. O da ilk vaxtlarda təxminən 2-3 il müddətində “İkarus” markalı, **- AL-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmiş, sonradan təxminən 2010-cu il tarixdə atası Mayıl Hüseynov təqaüdə çıxdıqdan 1 il sonra ona “Mercedes Benz 3900” markalı, **- JN-*** dövlət qeydiyyat nişanlı avtobus təhkim edilmiş və həmin vaxtdan etibarən bu avtobusu fasiləsiz olaraq idarə etmişdir. O, həmin avtobusu idarə edərkən Zərərçəkmiş şəxs QSC-nin tabeçiliyində olan struktur qurumların əməkdaşlarının daşınması ilə məşğul olmuşdur. Sonradan 2019-cu ilin yanvar ayında Zərərçəkmiş şəxsxxxx“xxxx” MMC yarandıqdan sonra həmin MMC-nin sürücüsü vəzifəsinə təyin edilmiş və həmin vəzifədə də işləmişdir. Həmin MMC-də 1 saylı avtomobil dəstəsinin rəisi vəzifəsində işləyən Şahid3 tabeliyində olmuşdur. İstifadəsində olan **-JN-*** dövlət qeydiyyat nişanlı avtobus ilə işlədiyi müddətdə, işdə istifadə olunmayan vaxtlarda sifariş əsasında müxtəlif şəxslərə də xidmət göstərmişdir. Çox hallarda məktəb şagirdlərinə və universitet tələbələrinə xidmət göstərmiş, əsasən sifariş əsasında həmin şəxsləri istirahət üçün Respublikanın müxtəlif rayonlarına aparmaqla məşğul olmuşdur. Buna görə də “Mercedes Benz 3900” markalı, **- JN-*** dövlət qeydiyyat nişanlı avtobusu lazım olduqca şəxsi vəsaiti hesabına təmir etdirmişdir. Həmçinin o, avtobus ustası olduğundan əsasən həmin təmir işlərini çox vaxtı özü icra etmişdir. 2017-ci il tarixdə **-JN-***xxxxeksteryerini ümumilikdə yenidən rənglətmiş, 2019-cu ilə qədər avtobusda başqa hər hansı bir dəyişiklik etməmiş, 2019-cu ilin təxminən payız aylarında məzuniyyətə çıxan zaman həmin avtobusun idarə edilməsi Rafiz adlı digər sürücüyə həvalə edilmişdir. Onun idarə etdiyi avtobusun sürətlər qutusu yarımavtomatik tipdə olduğundan həmin tipdə olan sürətlər qutusunu çox sürücü idarə edə bilməmişdir. Ona görə də məzuniyyətə çıxan zaman idarə rəhbərliyinə avtobusun başqa sürücüyə təhkim edilməməsini xahiş etmişdir. Lakin onlar onun sözünə qulaq asmamış və avtobusun idarə edilməsini Rafiz adlı şəxsə tapşırmış, məzuniyyətdən qayıtdıqdan sonra istifadəsində olan avtobusun sürətlər qutusunun dağılmasının şahidi olmuş və ona görə də sürətlər qutusunu dəyişərək mexaniki sürətlər qutusu ilə əvəz etmişdir. 2020-ci ilin yanvar ayında avtobusu idarə edərkən qəzaya düşmüş və avtobusun qabaq hissəsini vurmuş, həmin vaxt bu barədə MMC-nin təhlükəsizlik üzrə mühəndisi vəzifəsində işləyən Şahid2 məlumat vermişdir. Bundan sonra sığorta agentliyinə müraciət etmədən qarşı tərəflə birlikdə Masazır qəsəbəsində yerləşən qaraja getmiş və həmin şəxsdən avtobusun vurulmuş hissəsinin pulunu almışdır. Bunun ardınca o, avtobusun qabaq bamperi ilə “setka” deyilən hissəsini dəyişmiş, həmin hissələri Masazır qəsəbəsində yerləşən avtobus təmiri sexində dəyişdirmişdir. Həmin vaxt “Mercedes Benz 3900”xxxxmodelinə uyğun olan bamper tapa bilmədiyinə görə “Mercedes Benz 403” markalı avtobusa məxsus bamper taparaq istifadəsində olan avtobusa quraşdırmışdır. Ardınca isə avtobusun qabaq hissəsinin “403” modeli ilə yığılması səbəbindən avtobusun arxa hissəsini də həmin modelə uyğun yığdırmışdır. Avtobusun arxa hissəsində olan dayanma işıqları, “setka” deyilən hissə, şüşə və arxa kapotu dəyişdirmiş, həmçinin həmin vaxt arxa buferi də təmir etdirmişdir. Avtobusu idarə etdiyi dövrdə avtobusun interyerində bir sıra dəyişikliklər etmiş, yəni avtobusun salonunda olan xalçanı və oturacaqların çexolunu dəyişdirmiş, bundan əlavə sükana, sürətlər qutusunun başlığına, əl tutacaqlarına mebel üzlük çəkdirmişdir. 2019-cu il tarixdə sürətlər qutusunu Masazır qəsəbəsində yerləşən qarajda Sabir ustanın yanında onun göstərişlərini icra etməklə düzəltmiş, həmin sürətlər qutusunun yenidən yığılması üçün təxminən 6.000 (altı min) manat məbləğində pul xərcləmişdir. “Mercedes Benz 3900” markalı, **-JN-***xxxxqeydiyyat şəhadətnaməsində olan şassi nömrəsi ilə avtobusda olan şassi nömrəsinin fərqləndiyi barədə məlumatı 2020-ci ilin yanvar ayında olan qəzadan sonra qeydiyyat nişanını itirən vaxt DYP-nə müraciət edərkən məlumatı olmuşdur. Şassi nömrəsinin son rəqəmlərinin pozulması həmin faktın avtomobilin qabaq hissəsini dəyişən zaman, ona köməklik edən qonşusu “Əncil” ləqəbli şəxs qabaqlığı yerinə uyğunlaşdıran zaman işlətdiyi kəsici alətlə yanlışlıqla şassi nömrəsini zədələmişdir. O, avtobusda etdiyi dəyişikliklərə görə MMC-nin rəhbərliyindən heç kimə məlumat verməmiş, yalnız təhlükəsizlik üzrə mühəndis Şahid2 avtobusun qabaq hissəsinin vurulmasından xəbəri olmuşdur. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2016-cı ildən Zərərçəkmiş şəxs QSC-nin Nəqliyyat Bölümündə işləməyə başlamışdır. Əvvəllər həmin bölümün rəis müavini vəzifəsində işləmiş, 2019-cu ilin yanvar ayında Zərərçəkmiş şəxsxxxxyaradılmış “xxxx”xxxx“xxxx” MMC-nin əsas fəaliyyət istiqaməti Zərərçəkmiş şəxsxxxxolan struktur bölmələrə nəqliyyat xidməti göstərməkdən ibarətdir. “xxxx” MMC-nin balansında müxtəlif tipli nəqliyyat vasitələri, yəni yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, xüsusi texnikalar və digər nəqliyyat vasitələri mövcuddur. MMC-nin balansında olan avtobusların təyinatı “X9”xxxxolan struktur bölmələrinin əməkdaşlarının daşınmasından ibarətdir. Vəzifə təlimatına uyğun olaraq əsas vəzifələrindən biri həmin avtobusların sazlığına, tamlığına, xidmət olunmasına, xəttə çıxış vaxtı istismara yararlı vəziyyətdə olmasına nəzarət etməkdən ibarətdir və həmin işin icrasını aidiyyəti üzrə avtomobil dəstə rəislərinə, hərəkətin təhlükəsizliyi üzrə mühəndisə və növbətçi mexaniklərə həvalə etmişdir. Şahid1 ifadəsində onu da göstərmişdir ki, x xxxxxx 2020-ci il tarixdə səhər saatlarında “xxxx” MMC-nin Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 2236-cı məhəllədə yerləşən ofisinə işə gələn zaman MMC-nin hərəkət təhlükəsizliyi üzrə mühəndisi vəzifəsində işləyən Şahid2 ona yaxınlaşaraq ofisin qarşısında yerləşən qarajın ərazisində saxlanılmış MMC-yə məxsus “Mercedes Benz 3900” markalı, **-JN- ***xxxxvizual görünüşünün əvvəlkindən xeyli fərqlənməsi və bu halın onda şübhə yaratmasını bildirmişdir. Bu zaman o, dərhal həmin avtobusa yaxınlaşmış və avtobusa baxan zaman faktiki qarajda olan avtobusun həmin qeydiyyat nişanı ilə idarə olunan MMCyə məxsus avtobusdan xeyli fərqləndiyini müşahidə etmişdir. Həmin vaxt avtobusun açarları sürücüdə olduğundan avtobusun salonuna və ya mühərrik olan hissəsinə baxa bilməmişlər. Ardınca isə o, dərhal MMC-nin rəhbəri Oqtay İsmayılzadəyə bu barədə məlumat vermiş və sonuncunun əmri ilə aşkar olunan məsələnin araşdırılması üçün onun rəhbərliyi altında komissiya yaradılmışdır. Bundan sonra isə həmin avtobusun sürücüsü Təqsirləndirilən şəxs işə gəldikdən sonra dərhal ondan avtobusun açarları və bütün sənədləri alınmışdır. Ardınca isə komissiyanın digər üzvləri MMC-nin hərəkət təhlükəsizliyi üzrə mühəndisi Şahid2, 1 saylı avtomobil dəstəsinin rəisi Şahid3, təmir emalatxanasının avtomobil təmiri üzrə çilingərləri X11 və X2 iştirakları ilə avtobusa əsaslı baxış keçirmişlər. Baxış zamanı qarajda olan avtobusun şassi nömrəsi ilə “Mercedes Benz 3900” markalı, **- JN-*** dövlət qeydiyyat nişanlı avtobusa məxsus, yəni qeydiyyat şəhadətnaməsində qeyd olunmuş şassi nömrəsi arasında uyğunsuzluq olması, avtomobilin salonunda, ön giriş qapısından sağda yerləşən və üzərində “Ban nömrəsi” haqqında məlumatı əks etdirən lövhəciyin dəyişdirilərək yenilənməsi və yerində yeni daha kiçik ölçüdə lövhəciyin quraşdırılması, həmçinin avtomatik sürət qutusu əvəzinə avtobusda faktiki olaraq mexaniki sürət qutusunun quraşdırılması müəyyən edilmişdir. Yəni MMC-nin balansında olan avtobusun şassi nömrəsinin qeydiyyat şəhadətnaməsinə əsasən NMB **********3623 olmasına baxmayaraq həmin vaxt şassi nömrəsinin NMB **********1 olması və son 3 rəqəminin pozulmasını müəyyən etmişlər. Bundan əlavə avtobusun interyerində, yəni salonunda olan vizual görünüşün də əvvəlkindən tamamilə fərqli olmasını aşkar etmişlər. Beləliklə, həmin tarixdə qarajda olan **-JN-***xxxxidarənin balansında olan “Mercedes Benz 3900” markalı avtobusdan fərqli olması qənaətinə gəlmiş və həmin gün komissiya olaraq aşkar etdikləri faktlar barədə idarə rəhbərliyinə məlumat vermişlər. Ardınca isə “xxxx” MMC-nin rəhbəri bu barədə Zərərçəkmiş şəxs QSC-nin Sosial və Nəqliyyat şöbəsinə məlumat vermişdir. Həmin vaxt avtobusun sürücüsü Təqsirləndirilən şəxs ilə MMC-nin rəhbəri, eyni zamanda, onun tərəfindən dəfələrlə söhbət edilməsinə baxmayaraq, o, qarajda olan avtobusun elə əvvəldən idarə etdiyi “Mercedes Benz 3900” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobus olmasını bildirmiş və həmin avtobusun dəyişdirilmədiyini israr etmişdir. İdarənin balansında olan “Mercedes Benz 3900” markalı, **-JN-***xxxx2018-ci ildə fotoşəkilləri çəkilmişdir. Həmin vaxt idarədə balansda olan nəqliyyat vasitələrinin hamısının fotoşəkillərini çəkərək “nəqliyyat vasitəsinin qeydiyyat jurnalı”nda əks etdirmişlər. Həmin fotoları da araşdırmanın əvvəlində istintaq orqanına təqdim etmişlər. Belə ki, Təqsirləndirilən şəxs onlara nəqliyyat vasitəsinin qabaq buferinin, arxa şüşəsini, arxa işıqlarını, arxa kapotunu dəyişdiyini bildirsə də, avtobusun vizual olaraq digər hissələrində də dəyişikliklər olması aydın olur. Belə ki, fotoşəkilə və hazırda qarajda olan avtobusun görünüşünə əsasən bildirir ki, məsələn hazırda qarajda olan avtobusun yan hissəsində olan baqaj açacağının altında işıqlar quraşdırılmışdır. Lakin şəkillərdən aydın göründüyü kimi “Mercedes Benz 3900” markalı avtobusda həmin işıqlar olmamışdır. Həmçinin, şəkillərdən aydın göründüyü kimi “Mercedes Benz 3900” markalı avtobusun sol tərəfdə olan sonuncu yan güzgüsündə “Mercedes Benz” yazısı və loqosu olduğu halda hazırda qarajda olan avtobusun həmin şüşəsində elə bir yazı yoxdur. Bütün bu eksteryerdə olan dəyişikliklər onlarda şübhə yaratmışdır. “xxxx” MMC-nin balansında olan hər bir nəqliyyat vasitəsinin qarajdan gündəlik olaraq yol vərəqəsi əsasında xəttə buraxıldığını, həmin yol vərəqəsində göstərilən müddətdə hərəkətdə olduğunu, xətdə olma vaxtı bitdikdən sonra sürücü tərəfindən nəqliyyat vasitəsinin qaraja gətirildiyini, bundan sonra yol vərəqəsinin növbətçi mexanik tərəfindən imzalandığını və bu barədə qeydiyyat jurnalında müvafiq qeydlərin olduğunu, özünün 2019-cu ilin yanvar ayında hazırda işlədiyi vəzifəyə təyin olunduğunu, həmin vaxtlarda “Mercedes Benz 3900” markalı, **-JN-*** qeydiyyat nişanlı avtobusun faktiki olaraq idarə üçün fəaliyyət göstərmədiyini aşkar etdiyini, bu barədə maraqlandıqda ona həmin avtobusun faktiki olaraq “Heydər Əliyev” fonduna xidmət göstərdiyinin bildirildiyini, həmçinin ona həmin xidmətin rəsmi olması barədə məlumat verildiyini, 2019-cu ilin may ayında MMC rəhbərliyi dəyişdikdən sonra bu məsələnin yenidən araşdırıldığını, rəhbər tərəfindən müvafiq Fonddan məktub verilməsinin tələb edildiyini, sonradan həmin məktubun gəlib-gəlməməsi barədə məlumatının olmadığını, lakin faktiki olaraq 2019-cu ilin may ayından etibarən həmin avtobusun idarə üçün fəaliyyət göstərdiyini, MMC-nin balansında olan “Mercedes Benz 3900” markalı, **- JN-*** dövlət qeydiyyat nişanlı avtobusu sonuncu dəfə 2020-ci ilin yanvar ayında gördüyünü, həmin avtobusun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs məzuniyyətdə olduğu vaxt Rafiz adlı sürücü tərəfindən idarə olunduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2007-ci ildən X17 Donanmasında Nəqliyyat bölümündə dispetçer, 2013-cü ildən isə “X9” QSC-nin Nəqliyyat bölümündə hərəkətin təhlükəsizliyi üzrə mühəndis vəzifəsində işləmişdir. 2019cu ilin yanvar ayından isə Zərərçəkmiş şəxsxxxxyaradılmış “xxxx”xxxx“xxxx” MMC-nin əsas fəaliyyət istiqaməti Zərərçəkmiş şəxsxxxxolan struktur bölmələrə nəqliyyat xidməti göstərməkdən ibarətdir. “xxxx” MMC-nin balansında 241 (iki yüz qırx bir) ədəd müxtəlif nəqliyyat vasitələri, yəni yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, xüsusi texnikalar və digər nəqliyyat vasitələri mövcuddur. MMC-nin balansında olan avtobusların təyinatı “X9”xxxxolan struktur bölmələrinin əməkdaşlarının daşınmasından ibarətdir. Vəzifə təlimatına uyğun olaraq əsas vəzifələri nəqliyyat vasitələrinin texniki baxışına, sığortalanmasına nəzarət etmək, həmçinin şirkətin balansında olan avtobusların xidmət olunmasına və xəttə çıxış vaxtı istismara yararlı olmasına nəzarət etməkdən ibarətdir. “xxxx” MMC-nin balansında təxminən 50 ədəd sərnişin avtobusu vardır. Sürücülər yalnız təhkim olunduqları avtobusları gündəlik olaraq verilən yol vərəqəsi əsasında idarə edirlər. Bəzi nəqliyyat vasitələri vardır ki, sürücülər həmin vasitələri növbətçilik əsasında idarə edirlər. Lakin, bəzi nəqliyyat vasitələri isə konkret olaraq müəyyən bir sürücüyə təhkim olunmuşdur. “Mercedes Benz 3900” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobus məhz Təqsirləndirilən şəxs təhkim edilmişdi və sonuncu tərəfindən idarə olunurdu. Şahid Müşfiq Səfərov ifadəsində onu da göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında, iş vaxtı bitdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi, MMC-nə məxsus “Mercedes Benz 3900” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobusu gətirib qarajda saxlayan zaman avtobusun qabaq hissədə olan qeydiyyat nişanının yerində olmadığının şahidi olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs bu barədə soruşduqda sonuncu ona nömrənin itdiyini bildirmişdir. Həmin gün cümə günü olmuşdur. Növbəti birinci gün o, DYPə avtobusun yenidən qeydiyyatı üçün müraciət edən zaman Təqsirləndirilən şəxs DYP-nin inzibati binasının yanında ona yaxınlaşaraq qeydiyyat nişanını tapdığını bildirmişdir. Bundan sonra da qeydiyyat nişanını dəyişməmişlər. Növbəti dəfə xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında MMC-nin Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 2236-cı məhəllədə yerləşən idarəsinə işə gələn zaman həmişəki kimi nəqliyyat vasitələrinə ümumilikdə vizual baxış keçirmişdir. Həmin vaxt MMC-nin qarajında dayanmış “Mercedes Benz 3900” markalı, **-JN-***xxxxvizual görüntüsünə əsasən əvvəlki vəziyyətindən xeyli fərqlənməsinin şahidi olmuşdur və bu hal onda şübhə yaratmışdır. Buna görə də o, bu fakt barədə baş mühəndis Şahid1 məlumat vermiş və sonuncu ilə birlikdə həmin nəqliyyat vasitəsinə bir daha vizual baxış keçirmişlər. Bundan sonra Şahid1 də onunla eyni fikirdə olduğundan dərhal bu barədə MMC-nin rəhbərliyinə məlumat vermişdir. Bundan sonra MMC-nin rəhbəri Oqtay İsmayılzadənin əmri ilə baş mühəndis Şahid1 rəhbərliyi ilə komissiya yaradılmışdır. Həmin komissiyanın üzvləri siyahısına o, MMC-nin 1 saylı avtomobil dəstəsinin rəisi Şahid3, MMC-nin təmir emalatxanasının çilingərləri X11 və X5 daxil edilmişdir. Daha sonra həmin gün səhər saatlarında Təqsirləndirilən şəxs çağırılaraq ondan avtobusun açarları və sənədləri alınmış, ardınca isə komissiya üzvləri ilə birlikdə avtobusa əsaslı baxış keçirilmişdir. Baxış zamanı qarajda olan avtobusun şassi nömrəsi ilə “Mercedes Benz 3900” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobusa məxsus və qeydiyyat şəhadətnaməsində qeyd olunmuş nömrənin uyğunsuzluq təşkil etməsi müəyyən edilmişdir. Belə ki, “Mercedes Benz 3900” markalı, **-JN-***xxxxqeydiyyat şəhadətnaməsində şassi nömrəsinin NMB **********3623 olmasına baxmayaraq həmin vaxt qarajda olan avtobusun ön bamperinin üst tərəfində yerləşən elektronika olan hissənin üst dəmir qapağının altında olan şassi nömrəsinin NMB **********1 olması müəyyən edilmişdir. Qarajda olan avtobusun şassi nömrəsinin son 3 (üç) rəqəminin silinməsi, 5-ci rəqəmlə 11-ci rəqəmin fərqlilik təşkil etməsi müəyyən olundu. Belə ki, “Mercedes Benz 3900” markalı, **-JN-***xxxxşassi nömrəsinə əsasən beşinci rəqəmin 5 olmasına baxmayaraq qarajda olan avtobusun şassi nömrəsinin beşinci rəqəminin 8 olması, on birinci rəqəminin 3 olmasına baxmayaraq qarajda olan avtobusun şassi nömrəsinin 1 olması müəyyən edilmişdir. Bundan başqa, avtomobilin salonunda ön giriş qapısından sağda yerləşən “Şassi nömrəsi” haqqında məlumat yazılmış lövhəciyin isə fərqli olması, qarajda olan həmin avtobusun lövhəcik yerləşən hissəsinin kiçik olmasına baxmayaraq faktiki olaraq həmin hissədə quraşdırılmış lövhənin böyük olması müəyyən edilmişdir. Həmçinin, müvafiq olaraq qarajda olan avtobusa baxış zamanı həmin avtobusun sürətlər qutusunun mexaniki olması müəyyən edilmişdir. Halbuki, MMC-nin balansında olan “Mercedes Benz 3900” markalı, **-JN-***xxxxsürətlər qutusu yarımavtomatik olmuşdur. Eyni zamanda qarajda olan avtobusun interyerində də nəzərəçarpan fərqliliklər olmuşdur. Belə ki, MMC-yə məxsus avtobusun salonunda olan pərdələri, oturacaqların üzlükləri, həmçinin sükanı ilə hazırda qarajda olan avtobusla fərqlilik təşkil edir. Ümumilikdə, hazırda qarajda olan avtobusun interyeri faktiki olaraq MMC-yə məxsus avtobusun interyerinə nisbətən daha çox köhnəlmiş təəssüratı bağışlamışdır. Şahid Müşfiq Səfərov ifadəsində qeyd etmişdir ki, müvafiq olaraq avtobusların eksteryerində də nəzərə çarpacaq dəyişikliklər müəyyən edilmişdir. Bu dəyişikliklərə avtobusun ön hissəsində olan bamperin və yan güzgülərin dəyişiklikləri misal ola bilər. Həmin bamperin dəyişikliyinə münasibətdə Təqsirləndirilən şəxs ona qəzadan sonra müvafiq bamper tapmadığından digər modelin bamperini qoyduğunu bildirmişdir. Həmin fakt ona aydındır. Belə ki, təxminən xx xxxxxx 2020-ci il tarixdə avtobus yüngül qəza keçirmiş və bamperi zədələnmişdir. Lakin, ona aydın olmayan cəhət avtobusun arxa hissəsində və yan hissələrində olan dəyişikliklərdir. Belə ki, avtobusun arxa hissəsində şüşə, motorun hava keçirdici yeri, arxa işıqlar və arxa bamperdəki dəyişikliklər çox nəzərə çarpandır. Həmçinin, MMC-yə məxsus avtobusun arxa şüşəsi üzərində hər iki tərəfdə müvafiq işıqlar vardır ki, hazırda qarajda olan avtobusda bu işıqlar yoxdur. Bundan başqa, müvafiq şəkillərdən göründüyü kimi MMC-yə məxsus avtobusun sol tərəfində olan sonuncu şüşənin üzərində “Mercedes Benz” yazısı və firmanın loqosunun təsviri yer almışdır. Halbuki, hazırda qarajda olan avtobusun müvafiq şüşəsində belə bir yazı və ya loqo yoxdur. Bundan başqa digər nəzərə çarpan cəhət odur ki, hazırda qarajda olan avtobusun yan tərəfində olan qabarit işıqlar baqaj açacağının altında yerləşməsinə baxmayaraq MMC-yə məxsus avtobusda olan həmin işıqlar baqaj açacağının üst hissəsində yerləşir. Beləliklə, komissiya olaraq xx xxxxxx 2020-ci il tarixdə müəyyən etdikləri bu faktlar barədə akt tərtib etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs idarə tərəfindən, eyni zaman onun tərəfindən dəfələrlə avtobusun qaytarılıb yerinə qoyulması barədə təkliflər olunsa da sonuncu həmin avtobusun dəyişdirilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş “xxxx” MMC-də dəstə rəisi işləyən Şahid3 və həmin MMC-də çilingər vəzifəsində işləyən X11 də, Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək onların göstərdikləri xüsusatları təsdiq etmişlər. (cild İ, iş vərəqə 147-152, cild İİ, iş vərəqə120-122) Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2005-ci ildən X7 sürücü vəzifəsində, 2013-cü ildən isə Zərərçəkmiş şəxs QSC-nin nəqliyyat bölümündə sürücü vəzifəsində işləmişdir. 2019-cu ilin yanvar ayında Zərərçəkmiş şəxsxxxx“xxxx” MMC yarandıqdan sonra həmin MMC-nin nəqliyyat bölümünün 2 saylı avtomobil dəstəsinin sürücüsü vəzifəsinə təyin olunmuş və həmin vəzifədə işləyir. O, hazırda MMCyə məxsus olan avtobusu idarə edir və həmin avtobus Zərərçəkmiş şəxs QSC-nin struktur bölmələrinin işçilərinin daşınması üçün istifadə edilir. 2019-cu ilin may ayında 1 saylı avtomobil dəstəsində işləyən və “Mercedes Benz 3900” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən Təqsirləndirilən şəxs 1 həftə müddətində əmək məzuniyyətinə çıxdığına görə həmin avtobusun idarə edilməsi ona həvalə edilmişdir. “Mercedes Benz 3900” markalı həmin avtobusun sürətlər qutusu yarım avtomatik olmuş, o isə yarımavtomatik sürətlər qutusu olan nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkmişdir. Buna görə də Təqsirləndirilən şəxs məzuniyyətdə olsa da ondan işə gəlməsini, həmin avtobusu idarə etməkdə ona köməklik göstərməsini xahiş etmişdir. 2019-cu ilin may ayında “Mercedes Benz 3900” markalı avtobusu yalnız bir gün idarə etmiş, həmin gün Təqsirləndirilən şəxs onun yanında olmuşdur. Demək olar ki, həmin avtobusu sürə bilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs məzuniyyətdə olmasına baxmayaraq ona kömək etməsi üçün işə gəlməsini və öz avtobusunu özünün idarə etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs rəsmi olaraq əvəz etdiyi vaxt ərzində həmin avtobusu Təqsirləndirilən şəxs özü idarə etmiş və o isə sonuncunun yanında əyləşmişdir. Bu barədə o, rəhbərliyə heç bir məlumat verməmişdir. Şahid6 həmçinin ifadəsində 2019-cu ilin may ayında “Mercedes Benz 3900” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən zaman nəqliyyat vasitəsinin sürətlər qutusunda hər hansı bir nasazlıq əmələ gəlmədiyini, həmçinin sözügedən avtobusu idarə etdikdən sonra da həmin avtobusda hər hansı bir nasazlıq əmələ gəlməsi barədə eşitmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o hazırda işsizdir, avtomobillərin təmiri işi ilə, malyar işi ilə məşğul olmuşdur. Hazırda səhhəti ilə əlaqədar olaraq faktiki olaraq işləmir. Adı və soyadı Şahid5 olsa da yaxın şəxslər arasında ləqəbi “Əncir”-dir və yaxın ətrafı ona “Əncir” deyə müraciət edirlər. Təqsirləndirilən şəxs tanıyır, həmin şəxs onunla eyni məhəllədə yaşayır və qonşu kimi normal münasibətləri vardır. Təqsirləndirilən şəxs qardaşı Elmir Hüseynovu da tanıyır, onunla da normal münasibətləri vardır. Təxminən 1-2 ay bundan qabaq Təqsirləndirilən şəxs yaşadığı məhəllədə ona yaxınlaşaraq “idarə etdiyi avtobusun qabaq hissəsini qəzada əzmişəm, bununla bağlı prokurorluqda araşdırma gedir, sənin adını vermişəm, demişəm ki, avtobusun qabaq hissəsini “Əncir” rəngləyib, bir yerdə qabaq hissəsini yığmışıq, nömrəni də vermişəm, sənə zəng gələcək, səndən soruşsalar avtobusun qabaq hissəsini mən rəngləmişəm və yığmaqda Elşada kömək eləmişəm deyərsən” demişdir. O da ona qarşılığında belə bir faktın olmadığını bildirib, buna görə də hər hansı bir orqana yalan məlumat verməyəcəyini bildirmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs bir neçə dəfə ona yenə də bu barədə təkid etsə də o, onunla razılaşmamışdır. O, Zərərçəkmiş şəxs QSC-yə məxsus olan **-JN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 3900” markalı avtobusun üzərində hər hansı bir malyar işi və ya digər bir iş görməmişdir. (cild İİ, iş vərəqə 37-40) Məhkəmədə ifadəsi elan olunmuş şahid X10 ifadəsində göstərmişdir ki, təxminən 2010-cu ildən Azərbaycan Respublikasında yaşayır. Hazırda Respublikada daimi yaşayış hüququ vardır. Azərbaycan Respublikasında yaşadığı dövrdə nəqliyyat vasitələrinin, əsasən avtobus və TİR qrupu avtmobillərinin motorlarının təmiri ilə məşğul olmuşdur. Əvvəllər təxminən 2010-cu ildən 2015-ci ilədək olan dövrdə Masazır qəsəbəsində yerləşən avtobus qarajında işləmişdir. 2015-ci ildən sonra isə hazırda işlədiyi “xxxx” MMC-də işləməyə başlamış və həmin MMC-nin Bakı şəhəri, Binəqədi rayonunda yerləşən, “Eurohome” ticarət mərkəzinin yanında olan “Utep” TİR qarajında işləyir. Hazırkı qarajda TİR nəqliyyat vasitələrinin motorlarının təmiri ilə məşğul olur. Əsasən avtobusların və TİRların motorlarının təmiri ilə məşğul olmuşdur. Lakin həmin nəqliyyat vasitələrinin sürətlər qutusunun təmiri işindən də məlumatı vardır. Ona görə də bəzi hallarda müştərilərin istəklərinə uyğun olaraq avtobusların, eyni zamanda TİR-ların sürətlər qutusunu, əyləc sistemlərini və s. hissələrini də təmir edir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı avtobusun sürətlər qutusunu təxminən 2 il yarım 3 il bundan qabaq təmir etmişdir. Həmin vaxt sürətlər qutusunun içində olan vallar və digər qurğuların hamısı yanmışdı. Həmin avtobusun sürətlər qutusu yarımavtomatik olmuş və avtobusun sürətlər qutusunun içərisini ümumilikdə dəyişmişdir. Hətta yadındadır ki, həmin vaxt sürətlər qutusunun əsas hissələrini Türkiyə Respublikasından sifarişlə gətizdirmişdir. Həmin vaxt avtobusun yarımavtomatik sürətlər qutusunu tam olaraq yenidən yığmışdır. Sabri Eren həmçinin ifadəsində bildirmişdir ki, həmin vaxt avtobusun sürətlər qutusunu yenidən yarımavtomatik sürətlər qutusu kimi yığmışdır. Bu zaman sürətlər qutusunu mexaniki sürətlər qutusuna dəyişdirməmişdir. Ümumiyyətlə, o, hazırkı dövrədək olan fəaliyyətində heç vaxt yarımavtomatik və ya avtomatik sürətlər qutusunu mexaniki sürətlər qutusuna dəyişdirməmişdir. Çünki həmin iş həddən artıq çox zaman alır, həmin iş görülən zaman qaynaq işləri, ümumi detalların dəyişdirilməsi işləri lazımdır. Onun əsas işi isə motor təmiridir. Sürətlər qutusunu bəzi halda xahiş əsasında təmir edir. Yarımavtomatik və ya avtomatik sürətlər qutusunu mexaniki sürətlər qutusuna dəyişdirmək üçün lazım olan vaxt ərzində 3 ədəd motorun təmir edilməsi mümkündür. Ona görə də heç vaxt belə bir iş görməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş, üzləşdirmə istintaq hərəkəti zamanı Sabri Eren ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı eyni ifadəni vermiş, həmçinin Təqsirləndirilən şəxs heç vaxt onun yanında idarə etdiyi avtobusun sürətlər qutusunu dəyişdirmədiyini və bu halın şahidi olmadığını, Təqsirləndirilən şəxs isə həmin istintaq hərəkəti zamanı verdiyi ifadəsində Sabri Erenin yanında onun göstərişlərini yerinə yetirməklə özünün yarımavtomatik sürətlər qutusunu mexaniki sürətlər qutusuna çevirdiyini bildirmişdir. (cild İİ, iş vərəqə 97-99) Cinayət işi materiallarına əlavə olunmuş, üzləşdirmə istintaq hərəkəti zamanı Şahid5 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı eyni ifadəni vermiş, Təqsirləndirilən şəxs isə həmin istintaq hərəkəti zamanı verdiyi ifadəsində əvvəlki ifadələrində göstərdiyi “Əncir” ləqəbli şəxsin Şahid5 olmadığını, nəqliyyat vasitəsini təmir edən şəxsin “Əncir” ləqəbli digər şəxs olduğunu, həmin ikinci “Əncir” ləqəbli şəxsin əsl adının və soyadının nə olmasını, hal-hazırda həmin şəxsin harada olması barədə heç bir məlumatının olmadığını, ibtidai istintaqı aparan şəxsin ondan ifadə alan zaman “Əncir” ləqəbli şəxsin kim olmasını soruşduğuna görə digər “Əncir” ləqəbli şəxsin yerinə Şahid5 ifadə verməsinin xahiş etdiyini, bunda məqsədinin istintaqa köməklik etmək olmasını bildirmişdir. (cild İİ, iş vərəqə 100-102) İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokola əsasən müəyyən edilmişdir ki, baxış keçirilən avtobus “Mercedes Benz” markalıdır və ağ rənglidir. Avtobusun ön və arxa bamperlərində yerləşən nömrə çuxurlarına **-JN-*** dövlət qeydiyyat nişanı quraşdırılmışdır. Avtobusun hündürlüyü 350 sm, eni 250 sm, uzunluğu isə 11,90 metrdir. Avtobusun ön bamperi ilə şüşəsi arasında ön panel yerləşir. Ön panelin üzərində hər biri 2x40 sm ölçülərdə 8 ədəd hava keçirici boşluqlar vardır. Həmin panel açıldıqda qoşqu üçün istifadə olunan çuqun materialdan olan hissə vardır. Həmin hissənin üzərində şassi nömrəsinin “N**********” kimi qeyd olunması, qalan 4 ədəd rəqəmin silinməsi müəyyən edildi. Ardınca avtobusun salonuna baxış keçirildi. Avtobusun ön sağ qapısından içəri daxil olduqda pilləkənlərin sağ tərəfində nəqliyyat vasitəsinin şassi nömrəsinin qeyd olunduğu lövhəciyin quraşdırılması müəyyən olunur. Həmin lövhəciyin üzərində şassi nömrəsinin “NMB **********3623”xxxx“xxxx” MMCnin balansında olan, “Mercedes Benz 3900” markalı, **-JN-***xxxxqeydiyyat şəhadətnaməsində olan şassi nömrəsi ilə eynilik təşkil edir. Həmçinin, həmin lövhəcikdə qeyd olunmuş şassi nömrəsi ilə avtobusun ön panelinin altında qeyd olunmuş şassi nömrəsinin fərqlilik təşkil etməsi müəyyən olunur. Bundan başqa metal lövhəciyin quraşdırıldığı parça üzlük üzərində əvvəllər quraşdırılmış lövhəciyin kənar hissələrinin və bərkitmə yerlərinin izlərinin olması müşahidə olunur. Avtobusun salonunda olan oturacaqların üzərində göy və qırmızı rəngli örtüklər çəkilmişdir. Döşəmə isə tünd qara rənglidir. Salonda olan əl tutacaqları, sükan hissələri və sürətlər qutusunun başlığı mebel materialı ilə üzlənmişdir. Ardınca avtobusun arxa hissəsinə baxış keçirildi. Arxa şüşənin sol tərəf aşağı küncündə “O 403” yazıları, sağ tərəf aşağı küncündə isə “Mercedes Benz” yazıları qeyd olunmuşdur. Şüşədən aşağıda avtobusun arxa paneli yerləşir. Həmin arxa panelin üzərində hər biri 2x10 sm olan 10 sıra və hər sırada 10 ədəd olmaqla hava keçirici boşluqlar vardır. Arxa panelin aşağı hissəsində mühərrikin yerləşdiyi “kapot” hissə vardır. Həmin “kapot” açıldıqda avtobusun mühərriki müşahidə olunur. Mühərrikin üzərində nömrənin yerləşdiyi lövhəcik vardır və lövhəciyin üzəri çirklidir. Lövhəciyin üzərində olan nömrənin oxunmasını təmin etmək məqsədilə üzəri silinən zaman həmin lövhəcik yerindən qoparaq düşdü. Həmin metal lövhəciyə baxış keçirilən zaman onun həmin əraziyə yan tərəflərində olan boşluq hissədən istifadə edilməklə bərkidilmədiyi və yalnız həmin hissəyə yapışqanla bərkidildiyi müəyyən olundu. Metal lövhə üzərində avtobusun mühərrik nömrəsinin “446.9xx-xx-914231”xxxx“xxxx” MMC-nin balansında olan, “Mercedes Benz 3900” markalı, **-JN-***xxxxqeydiyyat şəhadətnaməsində olan mühərrik nömrəsi ilə eynilik təşkil edir. (cild İİ, iş vərəqə 68-76) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3/83-9/263 nömrəli rəyinə əsasən müəyyən edilir ki, “Mercedes Benz 3900” markalı avtomaşının “NMB**********” hərf və rəqəmlərdən ibarət olan vin nömrəsi zavod üsulu ilə həkk olunmuşdur, lakin vin nömrəsinin axırıncı 4 ədəd olan rəqəmi dərindən silindiyinə görə onların əvvəlki vəziyyətini müəyyən etmək mümkün olmadı. Faktiki ortada olmayan “Mercedes Benz 3900” markalı, **-JN-*** dövlət nömrə nişanlı, 1997-ci il buraxılışlı mühərrik həcmi 14618 kub sm, 46+1 yer (oturacaq) olan avtobusun hazırkı vəziyyətdə analoji avtobusların qiymətinə uyğun olaraq nəzəri orta bazar qiyməti təxminən 55000,00 manat müəyyən olunur. Hazırda ekspertiza tədqiqatına təqdim edilmiş avtobusun dəqiq modeli və istifadəyə nə dərəcədə yararlı olubolmamasını müəyyən etmək mümkün olmadığından həmin avtobus üzrə qiymətləndirilmə aparılmadı. (cild İ, iş vərəqə 106-110) İş materiallarında olan, xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, “xxxx” MMC-yə məxsus olan “Mercedes Benz 0403” markalı, **-JN- ***xxxx2020-ci ilin avqust ayına olan orta bazar dəyəri təxminən 52.400,0 manat təşkil edir. (cild İİ, iş vərəqə 77-82) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 09/3411 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Respublikalarda yerləşən avtobazalarda, internet saytlarında mövcud olan qiymətlərdən, Mərkəzdə olan məlumatlardan və eləcə də təqdim edilmiş iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən istifadə edilməklə qərarda göstərilən 1997-ci il istehsalı olan “Mercedes Benz 0403” markalı, **-JN- ***xxxxorta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 52.400,0 manat müəyyən olunur. (cild İİ, iş vərəqə 103-105) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 8/1296, 6/1587, 3/939 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş Mercedes-Benz markalı, **-JN- ***xxxxxarici konstruktiv quruluşu Mercedes-Benz 403 markalı avtobusun xarici konstruktiv quruluşuna uyğun gəlir. Texniki xarakteristikasına əsasən həmin markalı avtobusun mühərrik həcmi 12,76 litrdir. Qeydiyyat şəhadətnaməsində göstərilən NMB **********3623 şassi nömrəli Mercedes Benz O 350 markalı avtobusdur. Texniki xarakteristikasına əsasən həmin markalı avtobusun mühərrik həcmi 11,967 litrdir. Təqdim olunmuş Mercedes Benz markalı, **-JN-***xxxxxarici konstruktiv quruluşu şassi nömrəsi NMB **********3623 olan Mercedes Benz O 350 markalı avtobusun xarici konstruktiv quruluşuna uyğun gəlmir. Tədqiqata təqdim olunmuş Mercedes-Benz markalı, **-JN-***xxxxoturacaqlarının sayı 46+1-dir. Sənədlərdə göstərilən şassi nömrəsi NMB **********3623 olan Mercedes- Benz O 350 markalı avtobusun oturacaqlarının sayı 46+1-dir. 6-12.Tədqiqata təqdim edilmiş **-JN-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz markalı avtobusa bərkidilmiş birkanın üzərinə həkk edilmiş şassi nömrəsi ilə avtobusun qabaq hissəsində metal lövhənin üzərinə həkk edilmiş şassi nömrəsi fərqlilik təşkil edir. -Təqdim edilmiş avtobusun mühərrik nömrəsi sonradan kustar üsulu ilə yapışqanla yapışdırılmışdır, birka isə kustar üsulla bərkidilmişdir. Təqdim edilmiş avtobusun arxa hissəsində detalların qaynaq üsulla dəyişdirilməsi istisna edilmir. Təqdim edilmiş avtobusun qabaq sağ qapısının üzərində olan detal kustar üsulu ilə yapışdırılmasına uyğun gəlir. Təqdim olunmuş avtobusun hal-hazırkı vəziyyətində təkərləri üzərində olan baqaj hissələrində xüsusi əlamətlər aşkar edilmədiyindən həmin hissələrin sonradan quraşdırılıbquraşdırılmamasını müəyyən etmək mümkün deyildir. Təqdim olunmuş avtobusun sürətlər qutusunun ümumi mexanizminin ümumilikdə dəyişdirilib-dəyişdirilməməsi ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən müəyyən edilə bilər. 13-15. Tədqiqata təqdim edilmiş ağ rəngli, Mercedes Benz markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kuzov hissəsində yenidən rənglənmə işləri aparılmışdır. Rənglənmə işlərinin hansı tarixdə baş verməsi vaxtını elmi əsaslandırılmış metodika olmadığı üçün müəyyən etmək mümkün olmadı. Həmin nəqliyyat vasitəsinin: - Arxa işıqlarının ətrafında yerləşən dəmir hissənin boya örtüyü ilə gövdə hissəsinin boya örtüyü üst emal qatının rənginə və tərkibinə görə uyğun olub, dam hissəsinin boya örtüyündən emal qatının rəng çalarlarına və tərkibinə görə fərqlidir. - Qabaq sağ qapısının boya örtüyü avtobusun dam və gövdə hissəsinin boya örtüyündən emal qatının rəng çalarlarına və tərkibinə görə fərqlidir. (cild İİ. iş vərəqə 108- 114) İş materiallarında olan, Zərərçəkmiş şəxs QSC tərəfindən göndərilmiş məktuba əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs “xxxx” MMC-nin baş mühəndisinin xx xxxxxx 2019-cu il tarixli 119k nömrəli əmri ilə sürücü vəzifəsinə işə qəbul olunmuşdur. Sözügedən əmrdə əmrin verilməsi üçün əsas kimi “xxxx” MMC və Təqsirləndirilən şəxs arasında bağlanmış ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsi göstərilmişdir. Həmin əmrin “Vəzifə (peşə)” qrafasında “Avtomobil sürücüsü (Mercedes Benz avtobus) **-JN-***”xxxx“xxxx” MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli əmək müqaviləsinə əsasən müəyyən edilmişdir ki, işçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsalat vasitələrinin, maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir. (cild İ. iş vərəqə 14-22) İş materiallarında olan, Bakı Nəqliyyat Agentliyinin xx xxxx 2020-ci il tarixli, 09-xxxx/0973 nömrəli məktubuna əsasən müəyyən edilir ki, “Mercedes Benz 3900” markalı, **- JN-***xxxxsürücüsü xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində dayanma və durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən inzibati protokol yazılmışdır. (cild İ. iş vərəqə 103-105) Cinayət işi materiallarına əlavə olunmuş, Xətai rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2015-ci il tarixli, 1687/7 nömrəli Xətai rayon məhkəməsinə göndərdiyi məlumata əsasən müəyyən edilir ki, Xətai rayon məhkəməsinin 1(011)-281/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını xx xxxxxx 2015-ci il tarixdə çəkib qurtarmışdır. (cild İİ, iş vərəqə 125-131) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 26 nömrəli şəhər poliklinikasının xx xxxx 2020-ci il tarixli, 228 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatda yoxdur. (cild İİ, iş vərəqə 26) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 şəxsin xx xxxxxx 2020-ci il tarixli 4777 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild İİ, iş vərəqə 55) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx xxxx 2020-ci il tarixli, 016-54621-1220 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək “Mercedes Benz 3900” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin törədilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin mərkəzi informasiya sistemindən məlumat qeydə alınmamışdır. DİN BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1983-cü il təvəllüdlü X3 və xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adlarında və ya etibarnamə əsasında istifadələrində nəqliyyat vasitəsi olmamışdır. “Mercedes Benz 3900” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin və sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 12-ci bəndinə əsasən saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edilmişdir. Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin xx xxxx 2020-ci il tarixli, 016-54621-1220 nömrəli məktubuna qoşma olaraq göndərilmiş **-JN-***xxxxqeydiyyat sənədlərinə əsasən müəyyən edilir ki, həmin avtobusun sahibi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətidir. (cild İ, iş vərəqəsi 200-220) Zərərçəkmiş şəxs QSC-nin xx xxxx 2020-ci il tarixli, CM02/02-766 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, “Mercedes Benz-Tourismo” 0350xxxxxx xxxx 2011-ci il tarixli, 18 nömrəli əmrə əsasən idarənin balansına götürülmüşdür. (cild İ, iş vərəqəsi 221-226) İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli, 5(001)-898/2020 nömrəli qərarından görünür ki, hazırda “xxxx” MMC-nin Bakı şəhəri, Zığ şosesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan, şassi nömrəsinin ilk hissəsi “NMB**********” olan, ön və arxa bamperlərinə “Az **-JN-***” dövlət qeydiyyat nişanı quraşdırılmış “Mercedes Benz 403” markalı avtobusun üzərinə həbs qoyulmuşdur. (cild İİ, 213-214) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun məhkəmədə sürücü kimi fəaliyyət göstərdiyi “xxxx” MMC-nin balansında olan “Mercedes Benz 3900” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobusu mənimsəmədiyini, öz vəsaiti hesabına həmin avtobusun qabaq bamperini, qabaq panelini, qabaq şüşəsini, yan güzgülərini, arxa bamperini, arxa panelini, arxa şüşəsini dəyişdirdiyini, avtobusun yarımavtomatik sürətlər qutusunu mexaniki sürətlər qutusu ilə əvəz etdiyini, hazırda MMC-nin qarajında olan avtobusun qabaq panelinin altında olan hissədə qeyd olunmuş şassi nömrəsinin əvvəllərdən qeydiyyat şəhadətnaməsi ilə fərqli olmasını, həmçinin həmin şassi nömrəsinin silinmiş hissəsinin qabaq paneli təmir edən zaman ona kömək edən “Əncir” ləqəbli ustanın səhvi ucbatından, kəsici alətin əlindən çıxması nəticəsindən həmin hissəyə toxunaraq əmələ gəlməsini bildirməsi barədə ifadələri işin faktiki hallarına uyğun gəlmir və məsuliyyətdən boyun qaçırmağa çalışır. Çünki onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş ekspertiza rəyləri və digər istintaq materialları ilə sübuta yetir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkumluğu barədə xx xxxx 2020-ci il tarixli məlumata əsasən müəyyən edilir ki, o, xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən 01 (bir) il müddətində islah işləri cəzasına məhkum edilmişdir. (cild İ, iş vərəqə 179) Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 78/d nömrəli məktubuna əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xətai rayonu, ünvan 4 ünvanında qeydiyyatdadır. Onunla bağlı 66 saylı MKİS-nə şikayət daxil olmamışdır. (cild İİ, iş vərəqəsi 91-93) İş materiallarında olan AZ-İİ936296 və AZ-İİİ856745 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012ci il təvəllüdlü və xx.xx.2016-cı il təvəllüdlü iki azyaşlı övladları vardır. İş materiallarında olan Zərərçəkmiş şəxsxxxx“xxxx” MMC tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş mülki iddiadan görünür ki, 55.000 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxsxxxx“xxxx” MMC-yə qaytarılması məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 13934 nömrəli ödəniş qəbzindən görünür ki, 4000 (dörd min) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən “xxxx” MMC-yə ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 az yaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirəni olmasını, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 5(001)-898/2020 nömrəli qərarı ilə üzərinə həbs qoyulmuş dəyəri 52.400 (əlli iki min dörd yüz) manat qiymətləndirilən “Mercedes Benz 403”xxxx“xxxx” MMC tərəfindən verilmiş 55.000 manat məbləğində mülki iddianın ödənilməsinə yönəldildikdən sonra, qalan məbləği təşkil edən maddi ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza şərti olaraq tətbiq edilməli və üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354-cü maddəsinə əsasən iş üzrə zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxsxxxx“xxxx” MMC tərəfindən verilmiş mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı vermiş olduqları mülki iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2021-ci il tarixli 13934 nömrəli ödəniş qəbzi ilə Təqsirləndirilən şəxs tərəfindən “xxxx” MMC-yə mülki iddia ilə bağlı 4000 (dörd min) manat məbləğində ödəniş nəzərə alınmalı, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 5(001)-898/2020 nömrəli qərarı ilə üzərinə həbs qoyulmuş, hazırda “xxxx” MMC-nin Bakı şəhəri, Zığ şosesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan, şassi nömrəsinin ilk hissəsi “NMB**********” olan, ön və arxa bamperlərinə “Az **-JN-***” dövlət qeydiyyat nişanı quraşdırılmaqla dəyəri 52.400 (əlli iki min dörd yüz) manat qiymətləndirilən “Mercedes Benz 403”xxxx“xxxx” MMC tərəfindən verilmiş 55.000 manat məbləğində mülki iddianın ödənilməsinə yönəldilməlidir. “xxxx” MMC-nin Bakı şəhəri, Zığ şosesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan, şassi nömrəsinin ilk hissəsi “NMB**********” olan, ön və arxa bamperlərinə “Az **-JN-***” dövlət qeydiyyat nişanı quraşdırılmış “Mercedes Benz 403”xxxx“xxxx” MMC-nin mülkiyyətinə verilməli və həmin avtobusun qeydiyyata alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X16 İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 350 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı 150 manat miqdarında pul Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və barəsində seçilən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”xxxx“xxxx” MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia təmin edilsin, xx.xx.2021-ci il tarixli 13934 nömrəli ödəniş qəbzi ilə Təqsirləndirilən şəxs tərəfindən “xxxx” MMC-yə mülki iddia ilə bağlı 4000 (dörd min) manat məbləğində ödəniş nəzərə alınsın, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 5(001)-898/2020 nömrəli qərarı ilə üzərinə həbs qoyulmuş, hazırda “xxxx” MMC-nin Bakı şəhəri, Zığ şosesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan, şassi nömrəsinin ilk hissəsi “NMB**********”, ön və arxa bamperlərinə “Az **-JN-***” dövlət qeydiyyat nişanı quraşdırılmaqla dəyəri 52.400 (əlli iki min dörd yüz) manat qiymətləndirilmiş, “Mercedes Benz 403”xxxx“xxxx” MMC tərəfindən verilmiş 55.000 manat məbləğində mülki iddianın ödənilməsinə yönəldilsin. “xxxx” MMC-nin Bakı şəhəri, Zığ şosesi, 2237-ci məhəllə ünvanında yerləşən qarajında saxlanılan, şassi nömrəsinin ilk hissəsi “NMB**********” olan, ön və arxa bamperlərinə “Az **-JN-***” dövlət qeydiyyat nişanı quraşdırılmış “Mercedes Benz 403”xxxx“xxxx” MMC-nin mülkiyyətinə verilsin və həmin avtobusun qeydiyyata alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X16 İdarəsinə tapşırılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 350 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı 150 manat miqdarında pul Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-336/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-336/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver