Məhkəmə qərarları › İş №1(101)-337/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-337/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-337/2020 03.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmişşəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmişşəxsin nümayəndəsi Nümayəndə2 cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılmasıüçün işin ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq M üə y y ə n e t d i : Məhkəməyə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə baxışı zamanı zərərçəkmişşəxsin nümayəndəsi Nümayəndə2 vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə CM-nin 308.1 və 179.4-cü maddələri ilə nəzərdə tutulmuş ittihamın irəli sürülməsi məsələsinə baxılmasıüçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nümayəndə vəsatətini onunla əsaslandırmışdır ki, cinayət işi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Başİdarəsində Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.1-ci maddələri ilə başlanılsa da, sonradan cinayət işi həmin Məcəllənin 179.3.2-ci maddəsinə tövsif olunmuşdur. Belə ki, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi ilə «xxxxxx» MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli T.F-013/16 nömrəli işlərlə (mallar və xidmətlər) bağlı satınalma müqaviləsindən görünür ki, Nazirlik LOT-3 üzrə Masallı rayonu üzrə 2 ədəd, Lənkəran rayonu üzrə 4 ədəd, Yardımlı rayonu üzrə 1 ədəd üç otaqlı fərdi yaşayış evinin tikintisi işlərinin satın alınmasıüçün icraçıya 1 ədəd üç otaqlı fərdi evin tikintisi üçün ƏDV daxil olmaqla 68665,50 manat, Astara rayonu üzrə 2 ədəd fərdi yaşayış evinin tikinti işlərinin satın alınmasıüçün icraçıya 1 ədəd üç otaqlı fərdi yaşayış evinin tikintisi üçün ƏDV daxil olmaqla 68665,07 manat olmaqla, 13 ədəd fərdi yaşayış evi üçün ümumilikdə 892.645,69 manat məbləğində icraçının tender təklifini qəbul etmişdir. Müqaviləşərtlərinəəsasən MMC 16 ay müddətinə bu müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib tikinti-quraşdırma işlərini sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməyi, müqavilənin icrası iləəlaqədar bütün şərtləri, tələbləri və buna aid məlumatlarıöyrəndikdən sonra imzalamağıöhdəsinə götürmüş, icraçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqaviləüzrəöhdəliklərdən azad etməmiş, icraçı tərəfindən yerinə yetirilmiş işlər müqavilədə göstərilmişşərtlərə uyğun olmadıqda aşkar olunan qüsurların müqavilədə göstərilən qaydada aradan qaldırılmasına təminat vermişdir. Cinayət işinin materiallarında olan Astara, Lerik, Yardımlı, Masallı və Lənkəran rayonlarında olan 13 ədəd fərdi yaşayış evlərinə baxış protokollarından görünür ki, layihəüzrə Lənkəran rayonunun Bürcəli kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində qaz təchizatı və mətbəx mebeli quraşdırılması, Astara rayonunun Kijəbə qəsəbəsində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavalarının tikinti işləri, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti- soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işləri, Lerik rayonunun Noda kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində kürsü divarları və tumbalar, beton kəmərlər, döşəmə tavaları, örtük konstruksiyası, xarici və daxili divarlar, arakəsmələr, qapıüstü atmalar, taxta örtük, terrasın dəmir konstruksiyası, dam örtüyü, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işləri, Əliabad kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində kürsü divarları və tumbalar, beton kəmərlər, döşəmə tavaları, örtük konstruksiyası, xarici və daxili divarlar, arakəsmələr, qapıüstü atmalar, taxta örtük, terrasın dəmir konstruksiyası, dam örtüyü, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti-soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni, hasar və sair işlərdən ibarət olan tikinti işləri, Küsəkəran kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavalar, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti-soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni, hasar və sair işlərdən ibarət olan tikinti işləri, Cəngəmiran kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində qaz təchizatı, mətbəx mebeli, şambo və sair işlərdən ibarət olan tikinti işləri və Yardımlışəhərində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavası, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işlərini yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında olan dövlət büdcəsindən əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan RespublikasıƏmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsaitlər üzrə aparılan auditin nəticələri barədə xx xxxxxx 2018-ci il tarixli auditor hesabatından görünür ki, fərdi evlərin tikintisi ilə bağlı «xxxxxx» MMC arasında bağlanmış satınalma müqaviləsi tikintinin başa çatma müddətinin 16 ay müəyyən edilməsinə və müqavilənin şərtlərinəəməl edilməyərək qeyd olunan vaxtdan 10 ay keçməsinə baxmayaraq «xxxxxx» MMC tərəfindən 480.100 manat məbləğində işlər başa çatdırılmamışdır. Hazırda Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi iləəlaqədar əlil olmuşşəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılmasıüçün aparılmış hesablamalara əsasən tikililərdə olan aşınma nəzərə alınmaqla əlavə olaraq 800.000 manata yaxın vəsait tələb olunur. Belə ki, qeyd olunan olunan evlərin tikintisi uzun müddət ərzində başa çatdırılmadığından və bu müddət ərzində tikililər aşınmaya məruz qaldığından həmin tikililərin başa çatıdırılmasıüçün əlavə vəsait sərf olunur. Lakin cinayət işi materiallarından görünür ki, məhkəmə-tikinti texniki ekspertizasının x xxxxxx 2019-cu il tarixli 27509 nömrəli rəyi, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Başİdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli rəyi alınarkən müstəntiq ekspertlər qarşısında qeyd olunan halların qiymətləndirilməsinə dair suallar qoymamışdır. Bu hal, nəticə olaraq vurulmuş ziyanın daha az məbləğdə hesablanmasına və təqsirləndirilən şəxsə daha yüngül ittihamın irəli sürülməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin «Qeyd» hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdəəlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, «xüsusilə külli miqdar» dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Nümayəndənin fikrincə Təqsirləndirilən şəxs Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin ona etibar edilmiş xüsusilə külli miqdarda əmlakını vahid qəsdlə talamaqla mənimsəməsinə baxmayaraq, istintaq orqanı bu hala düzgün qiymət verməmişdir. Vəsatət müəllifinin qənaətinə görə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin tərkib əlamətləri olduğundan ona həmin maddə ilə də ittiham verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinəəsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası iləəlaqədar özü və ya üçüncüşəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədiləöz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması kimi qeyd edilmişdir. Həmin maddənin «Qeyd» hissəsində göstərilmişdir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər vəzifəli şəxs hesab olunurlar. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin «Qeyd» hissəsində nəzərdə tutulmuş «vəzifəli şəxs» anlayışının şərh olunmasına dair xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, göstərilən cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarınıəhali arasında nüfuzdan salır. Təqsirləndirilən şəxs vəzifəli şəxs statusu nizamnaməyəəsasən cəmiyyətin adından qərarlar qəbul etmək, onu təmsil etmək, etibarnaməsiz fəaliyyət göstərmək, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, cəmiyyətə məxsus əmlakın qorunub saxlanılması, pul vəsaitinin təyinatıüzrə istifadə olunmasına nəzarət etmək və sair vəzifələri icra edən məsul vəzifəli şəxs səlahiyyətinə malik olduğunu təsdiq edir. Göstərilənlər Təqsirləndirilən şəxs vəzifəli şəxs olduğunu bir daha təsdiq edir və belə olan halda onun CM-nin 308.1-ci maddəsi ilə olan ittihamıümumi ittihamdan əsassız olaraq xaric edilmişdir. Vəsatət müəllifi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə CM-nin 308.1 və 179.4-cü maddələri ilə nəzərdə tutulmuş ittihamın irəli sürülməsi məsələsinə baxılmasıüçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə vəsatətə dair tərəflərin fikirlərini, dövlət ittihamçısının vəsatətin təmin edilməməsi barədə rəyini dinləyib hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəlləsinin 318.2-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılmasıüçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədəəsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmişşəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, nümayəndənin vəsatəti təmin edilməli, cinayət işinin məhkəmə baxışına xitam verilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 179.4-cü maddələri ilə nəzərdə tutulmuş ittihamın irəli sürülməsi məsələsinə baxılmasıüçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılmalı və Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Zərərçəkmişşəxsin nümayəndəsi Nümayəndə2 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışına xitam verilsin. Qərarda göstərilənlərəəməl edilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 308.1 və 179.4-cü maddələri ilə nəzərdə tutulmuş ittihamın irəli sürülməsi məsələsinə baxılmasıüçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılsın. Qərarın surətinin 3 gün müddətinə cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar