Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-337/2024 12.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi 8 inzibati bina qeydiyyatda olub, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Kəngərli küçəsi ev 35, mənzil 2-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxansında həbsdə saxlanılan, Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 181.2.2 və 181,2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub qrup halında birləşib başqa şəxs ilə birlikdə tamah niyyəti ilə özgənin əmlakım açıq olaraq talama məqsədilə ilə 26 noyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 117 nömrəli ünvanda yerləşən istirahət parkında Zərərçəkmiş şəxs3 oğu ilə tanış olub ona qarşı niyyətində olduğu cinayət əməlini törətmək məqsədi ilə əhalinin sıx olmadığı əraziyə onlarla birlikdə piyada hərəkət etməsinə nail olub ünvan 2 ünvanda yerləşən Hacı Cavad məsçidin yaxınlığındakı qəbiristanlığın qarşısına çatdıqdan sonra cinayətkar niyyətini həyala keçirmək üçün yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 sinə nahiyəsinə təpiklə bir zərbə vurub onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək sonuncunun istifadəsində olmaqla ona məxsus bir ədəd dəyəri 600 manat olan «Apple” markalı İPHONE XS modelli mobil telefonu, həmin mobil telefonun üzərində dəyəri 50 manat olan ***-***-**-** GSM nömrəsini və həmin GSM nömrəsinin balansında dəyəri 1 manat olan danışıq konturunu əlindən alaraq açıq olaraq talayıb Zərərçəkmiş şəxs3 651 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmə məqsədilə 10 dekabr 2022-ci il tarixdə saat 21:00 radələrində ünvan 3 ünvanda yerləşən “Gülüstan Sarayı’hun yaxınlığında, özgə əmlakını ələ keçirmək niyyəti ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 onun telefonunu ələ keçirmək niyyətilə özü üçün taksi sifarişi vermək bəhanəsi ilə aldıği «Samsung A32» markalı mobil telefon cihazını qaytarmayaraq oradan uzaqlaşmaq istəyərkən Zərərçəkmiş şəxs1 mobil telefonunu onda geri tələb etdikdə, o, üzərində gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək nümayiş etdirib zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edəcəyi hədəsi ilə basqın edib müqavimətini qıraraq üzərində 8 manat dəyərində ***-***-**-** GSM nömrəsini və 250 manat dəyərində “Samsung A32» markalı mobil telefon cihazından ibarət ümumilikdə 258 manat məbləğində əmlakını ələ keçirməklə quldurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmə məqsədilə 20 dekabr 2022-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu Müşviqabad qəsəbəsi, yeni yaşayış massivi ərazisində, əvvəllər tanımadığı, yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs2 özü üçün taksi sifarişi bəhanəsi ilə aldığı “Samsung A32” markalı mobil telefon cihazım qaytarmayaraq oradan uzaqlaşmaq istəyərkən Zərərçəkmiş şəxs2 mobil telefonunu geri tələb etdikdə, üzərində gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək nümayiş etdirib zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edəcəyi hədəsi ilə basqın edib müqavimətini qıraraq üzərində 5 manat dəyərində ***-***-**-** GSM nömrəsini və 500 manat dəyərində “Samsung A32» markalı mobil telefon cihazından ibarət ümumilikdə 505 manat məbləğində əmlakını ələ keçirib təkrarən quldurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o heç bir əməl törətməmişdir. O, hadisə olan gün kameralara düşmüşdür, çünki həmin an hadisə olan yerdə siqaret almışdır. O, heç kimlə əlbir olaraq bir əməl törətməmişdir. O, parkda qadın tanışı ilə olmuşdur. O, Ümidin əlində öz telefonunu görmüşdür. 651 manatdan ona heç bir pul çatmayıb. O, 2-ci epizod üzrə telefonu oğurladığını boynuna alır. Ehtiyacı olduğuna görə telefonu götürüb qaçmışdır. Onun əlində bıçaq olmayıb. Opurladığı telefonun nömrəsini zibilliyə atmışdır. Zərərçəkmiş şəxs2 da telefonu eyni qaydada oğurlayıb qaçmışdır. O, Ümidlə qabaqcadan görüşməmişdir. O, ibtidai istintaq zamanı heç nəyə qol çəkməmişdir. Onun üzərində bıçaq olmayıb. Onun əlində yalnız qəhvəyi rəngli təsbeh olub. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 181.2.2 və 181,2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 26 noyabr 2022-ci il tarixdə saat 23 radələrində tanışı X10 ilə Yasamal rayonu ərazisində Elmlər Akademiyası parkında gəzmişdir. Bu zaman bir nəfər gənc oğlanın içkili vəziyyətdə olduğunu görmüşdür. Onun təxminən 18-20 yaşı olmuşdur. Ona yaxınlaşıb su almaq üçün 1 manat istəmişlər. Həmin şəxs pulunun olmadığını demişdir. Bundan sonra onunla söhbət edə-edə bir qədər piyada gəzmişlər. Onun cibindəki pul kisəsi yerə düşmüşdür. Orada pul olduğunu görmüşlər. Ümid ona demişdir ki, nəyə görə üzərində pul olduğu halda onlara yalan danışır. Həmin oğlan isə müxtəlif bəhanələr gətirərək onlardan uzaqlaşmağa çalışmışdır. Onlar söhbət edə-edə Yasamal qəbiristanlığı adlanan əraziyə tərəf gəlmişlər. Yolda həmin oğlanın əlində İphone XS markalı telefon olduğunu görmüşlər. Ümid telefonu onun əlindən almışdır. Telefonun sahibi qaytarmasını dedikdə, Ümid ondan nəyə görə pul verməməsinin səbəbini soruşmuşdur. Birlikdə “Hacı Cavad” məsçidinin yanına Yasamal qəbiristanlığı adlanan əraziyə çatdıqda Ümid hasarın üzərinə çıxmışdır. O da hasara çıxmışdır. Həmin oğlan Ümiddən telefonu qaytarmasını istəmişdir. Ona da demişdir ki, telefonu qaytarsınlar. O, isə bildirmişdir ki, telefonu Ümid götürüb o, heçnə edə bilməz. Bu zaman Ümid əlində telefon daş hasardan qəbiristanlığın içərisinə keçmişdir. O da onunla qaçmışdır. Lakin hərəsi fərqli istiqamətlərə qaçmışlar. Həmin şəxs onları səsləyib telefonu qaytarmalarını demişdir, o bunu eşitmişdir. Lakin nə o, nə də Ümid geri qayıtmamışlar. Fərqli istiqamətlərə qaçmışlar. Telefonun sahibi isə onların arxasınca gəlməmişdir. O daha sonra Ümidi görməmişdir. Bundan başqa mən 10 dekabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Fəvvarələr meydanında olan zaman yaşadığı evə getmək istəmişdir. Bu zaman özünə məxsus olan mobil telefonun enerjisi bitdiyinə görə yoldan keçən üç nəfər yeniyetmənin olduğunu görüb onlara yaxınlaşmışlar. Onlardan evə getmək üçün taksi sifariş etmək məqsədi ilə mobil telefonlarını ona vermələrini xahiş etmişlər. Onlardan biri telefonunu ona vermişdir. Bundan sonra həmin şəxslərlə gəzişə-gəzişə “Qız Qalası" istiqamətinə oradan isə Gülüstan sarayı istiqamətinə piyada hərəkət etmişlər. Bu müddət ərzində söhbət edərkən özünü həmin oğlanlara Orxan kimi təqdim etmişdir. Bu zaman telefonu onda olan adı Kamran olan oğlana zəng gəlmişdir. O telefonu qaytarmağını deyəndə telefonu Kamrana qaytarmışdır. Əvəzində Kamranın yanında olan adının istintaqda Amin olduğunu bildiyi şəxs özünə məxsus “Samsung-A32” markalı mobil telefonunu ona vermişdir. Onlar piyada gəzərək Gülüstan sarayının yaxınlığına çatmışlar. Amin ondan telefonunu istəmişdir. O, isə o telefonu qaytarmamış və oradan qaçaraq uzaqlaşmışdır. Bir neçə gün sonra isə həmin mobil telefonu 20 Yanvar metrostansiyasının yanında tanımadığı şəxsə satmışdır. O, həmin vaxt Aminə, Kamrana bıçaq tətbiq eməmişdir. Bıçaq göstərməmiş, hədələməmişdir. Aminin telefonunu taksi sifariş etmək adı ilə almışdır. Ondan qabaq Kamran adlı şəxsin də telefonunu bu adla almışdır. Lakin sonra Kamranın telefonunu özünə qaytarmışır. Amin telefonu ona verəndən sonra isə ələ keçirib oradan uzaqlaşmışdır, Həmin vaxt tək olmuşdur. Yanımda başqa dam olmamışdır. Bundan başqa, Qaradağ rayonu, Müşviqabab qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 mobil telefonunu ələ keçirməyi ilə bağlı deyə bilər ki, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır.20 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Müşviqabad qəsəbəsində olarkən Müşviqabad qəsəbəsi yeni massivdə yerləşən “Rahat” marketə tərəf gəlmişdir ki, taksiyə minib şəhərə oradan isə Suraxanı istiqamətində getsin. Müşviqabad qəsəbəsində məcburi köçkünlərin yaşadıqları binadan yuxarı istiqamətdə piyada bir qədər irəliləmişdir. Yeni yaşayış massivində təxminən 16-17 yaşlarında olan adının istintaqda Seymur olduğunu bildiyi bir nəfər oğlanı görmüşdür. Onun əlində qara rəngli telefon olmuşdur. Həmin yerdə ona yaxınlaşıb salamlaşmış, maddi imkanı olmadığı üçün pula ehtiyacı olduğuna görə onun əlindəki mobil telefonu diqqətini cəlb etdiyindən həmin telefonu ələ keçirmək qərarına gəlmişdir. Məqsədi telefonu satıb pul əldə edib şəxsi ehtiyaclarıma xərcləmək olmuşdur. Buna görə də ondan telefonunu danışmaq adı ilə istəmişdir. O da “Samsung” markalı telefonunu ona vermişdir. O, həmin oğlandan bir qədər uzaqlaşmışdır. Rahat market tərəfə qaçmışdır. Oradan 20 yanvar istiqamətinə gedən taksiyə minib getmişdir. 20 Yanvar metros tansiy asm m yanında Samsunq markalı telefonu 180 manata yoldan keçən bir nəfər şəxsə satmışdır. Telefonu satarkən özünə məxsus olduğunu demişdir. O, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. Onu birinci dəfə 20 dekabr 2022-ci il tarixdə Müşviqavad qəsəbəsində görmüşdür. Həmin gün də telefonunu danışmaq adı ilə almışdır. Telefonu özü vermişdir. Bundan sonra o, oradan qaçıb getmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində və üzləşdirmədə onun ikinci dəfə onunla 22 dekabr 2022-ci il tarixdə Müşviqabad qəsəbəsində görüşməyi, ondan telefon istəməyi və ona bıçaq çıxarmağı yalandır. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar olaraq tanıyır. Həmin şəxslə aralarında ədavət və yaxınlıq yoxdur. 20 dekabr 2022-ci il tarixində, təxminən saat 18:00-da məşğələyə gedərkən həmin şəxs ona yaxınlaşmış, Masazır qəsəbəsinə getməli olduğunu bildirmişdir. Həmin şəxs ondan balansında konturunun olub-olmadığını soruşmuş, o da həmin şəxsə taksi çağıra biləcəyini bildirmişdir. Daha sonra həmin şəxs onun telefonunu götürüb və qaranlığa getmişdir. Sonra isə onun üzərinə bıçaq çıxarmış və onu yanına çağırmışdır. Qaranlıq olduğu üçün bıçağın rəngini görə bilməmişdir. Ruslana köməklik göstərmək istəmişdir. Telefon ona qayıtmayıb. Telefonu 500 manata almışdı. 102 xidmətinə zəng vuranda telefonun məbləğini 500 manat demişdi, lakin 300 manat yazılıb. Hadisə 20 dekabr 2022-ci il tarixində baş vermişdir. İlkin müraciət zamanı törədilmiş hadisənin oğurluq olduğunu demişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Onunla barışmayıb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, yeni massivdə yaşayır. Müşviqabad qəsəbəsində yerləşən 33 saylı Ağdam məktəbində 11-ci sinifdə oxuyur. 20 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Qaradağ rayonu Müşviqabad qəsəbəsində yerləşən köçkün şəhərciyində olan 14 saylı binada ingilis dili hazırlığından çıxıb evə gələrkən yaşadığı evin qarşısında küçədə ona 25-28 yaşlarında tanımadığı şəxs yaxınlaşmışdır. Ondan telefonundan istifadə etmək üçün icazə istəmişdir. Həmin vaxt telefon onun əlində olmuşdur. Onun telefonundan kontur olmadığını deyəndə həmin şəxs ona bolt proqramı vasitəsilə taksi çağırmaq istədiyini demişdir. O da telefonunu həmin adama vermişdir. Həmin adam onun telefonuna taksi proqramı yükləmişdir. Bir qədər gözləyib ona demişdir ki, taksi çağırdısa telefonu qaytarsın. O isə başqa mövzulardan danışmağa başlamış və bir qədər irəliyə getmişdir. Ondan bu yolun hansı istiqamətə çıxdığıııı soruşanda artıq şübhələndiyi üçün geri qayıtmasını və telefonunu qaytarmasını demişdir. Həmin şəxs ona cavab verməmişdir. Aralarında 1-2 metr məsafə olmuşdur. Qəflətən həmin şəxs ona bıçaq çıxarmışdır. Bıçağı ona tərəf istiqamətləndirib nümayiş etdirmişdir. O da bıçaqla ona xəsarət yetirə biləcəyindən qorxub ona yaxın getməmişdir. Həmin adam da telefonu ona qaytarmayaraq onun yanından uzaqlaşmışdır. Bundan sonra evlərinə gələrək hadisə barədə ailə üzvlərinə məlumat vermişdir. Atası sonra evlərinə gələrək DİN-in 102 xidmətinə hadisə ilə bağlı məlumat vermişdir. Telefonun qiyməti 500 manat olmuş, üzərində ***-***-**-** nömrəsi olmuşdur. Həmin GSM nömrəsinin qiyməti 5 manatdır. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar olaraq tanıyır. Həmin şəxslə aralarında ədavət və yaxınlıq yoxdur. O,tanışları Kamran, İlqar və o, futboldan qayıdarkən Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında olan yeraltı keçiddən keçən zaman Təqsirləndirilən şəxs taksi çağırmaq üçün onlara yaxınlaşıb ilk olaraq İlqarın, daha sonra Kamranın telefonunu götürdü. “Azneft Dairəsi” istiqamətində gedərkən Ruslan Kamranın telefonunu götürdü, daha sonra “Gülüstan” Sarayı tərəfə gedərkən onlar Ruslanın əlində bıçaq olduğunu görmüşdür. Həmin vaxt axşam saat 10-11 radələri Kamranın anası narahat olduğuna görə Kamrana zəng vururdu, bu səbəblə Ruslan Kamaranın telefonunu qaytarıb onun telefonunu götürdü, həmçinin Ruslan onları bıçaqla hədələdi. Kamranla İlqar kömək almaq üçün yuxarı tərəfə getdi. O da Kamranla İlqarın arxalarıyca getmişdir. Bıçağın Ruslanın hansı əlində olduğunu dəqiqiliklə xatırlamır. Ruslanın bir əlində Kamranın telefonu, digər əlində isə bıçaq var idi. Təqsirləndirilən şəxs Ruslan ilk olaraq İlqarın telefonunu götürdü, daha sonra Kamranın telefonunda internet olduğuna görə Kamranın mobil telefonunu götürdü. Hadisə 10 dekabr 2022-ci il tarixdə baş verib. Ruslan hadisə zamanı tək idi. Təqsirləndirilən şəxs Ruslanın əlində bıçaq var idi. Təqsirləndirilən şəxs Ruslanın ona dəymiş olan maddi ziyanı ödəməsini və cəzasını çəkməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı göstərmişdir ki, 10 dekabr 2022-ci il tarixdə saat 21 radələrində dostları Kamran və İlqarla Bayıl qəsəbəsindən futbol oyunundan qayıdırmış. “Kukla teatrf’nm yaxınlığında yeraltı keçiddən keçib “Fəvvarələr Meydanı” istiqamətində keçən zaman tanımadığı bir nəfər kişi cinsli şəxs onlara yaxınlaşıb. Həmin şəxs özünü onlara Orxan adlı şəxs kimi təqdim edərək onlardan mobil tətbiq vasitəsilə taksi sifariş etmələrini xahiş edib. İlk növbədə dostu İlqar özünə məxsus mobil telefonu Orxana verib ki, taksi sifariş eləsin. Bundan sonra İlqar telefonunda internet olmadığı üçün öz telefonunu Orxandan alıb. Daha sonra dostu Kamran özünə məxsus olan “Redmİ Note 9” markalı mobil telefonu Orxana verib. Bu zaman onlar gəzişə-gəzişə “Qız Qalası” istiqamətinə gedirmişlər. “Qız Qalası”-nı keçib “Azneft dairəsi adlanan yerdən Prezident Administrassiyası tərəfə qalxıblar. İlqar ona Orxanın əlində bıçaq olduğunu bildirib və o da həmin bıçağı onun əlində görüb. Onlar gəzişə-gəzişə "Gülüstan sarayı”nın yaxınlığına çalan zaman Orxan əlindəki bıçağı onların üzərinə çəkib “yuxarıda mənə nə deyirdiniz ə ?” deyə bildirib. Orada olan meşəliyə girən zaman Kamranın valideynləri ona zəng edib və bu zaman Amin özünə məxsus “"Samsung A32” markalı mobil telefonu Orxana verib ki, Kamranın mobil telefonunu geri qaytarsın. Bu zamana Kamran və İlqar onların yanından kömək çağırmaq məqsədilə uzaqlaşıblar. O, Orxana bildirib ki, onun telefonunu geri qaytarsın. O isə bildirib ki, “Mənə telefon vermisən ki, sənə telefon qaytarım ?” Bundan sonra o, Orxanın əlindəki bıçaqdan qorxub dostlarının arxasınca gedib və Orxan isə ""Gülüstan sarayı” tərəfə gedib. Bundan sonra o, dostlarını orada tapıb və Kamran DİN-in 102 Xidmətinə məlumat verib. Həmin mobil telefonu qardaşı təxminən 1 ildir ki, təxminən 600 manata alıb. Həmin mobil telefonun indiki qiyməti təxminən 250 manat təşkil edir. Üzərində olan 055-388-64- 54 GSM nömrənin qiyməti isə 8 manatdır.Ona 258 manat məbləğində maddi ziyan dəymişdir. Həmin şəxs hadisə zamanı ona və dostlarına heç bir bədən xəsarəti yetirməmişdir. O, sadəcə mobil telefonu ondan aldıqdan sonra ona bıçaq çıxarmışdır. Həmin mobil telefon **********19305 İMEİ koda malikdir. Həmin şəxsin əlindəki bıçaq xatırladığı qədərilə boz rəngdə idi. Həmin şəxs bıçağı əlində gəzdirmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı göstərmişdir ki, Yasamal rayonu, B.Bağırova küçəsində yaşayır. Memarlıq İnşaat Universitetinin 1-ci kursunda oxuyur. 26 noyabr 2022-ci il tarixdə gecə saat 23 radələrində tək metro ilə Yasamal rayonu ərazisində yerləşən Elmlər Akademiyası metrostansiyasına tərəf gəlmişdir. Orada dostu Elçin İsmayılovla görüşmüşdür. Bir qədər parkda oturaraq söhbət etmişlər. Sonra Elçin onunla sağollaşıb getmişdir. Bu zaman o, parkda olarkən bir nəfər şəxs ona yaxınlaşıb siqaret istəmişdir. O da siqaret çəkmədiyini bildirmişdir. Sonra onun yanına ikinci şəxs də yaxınlaşmışdır. O, bilmişdir ki, həmin şəxslər bir-birini tanıyırlar. İstintaqda sonradan adının Ümid olduğunu bildiyi şəxs ondan ona su almağını istəmiş və demişdir ki, ya ona su alsın ya da pul versin. O isə onlara pulunun olmadığını bildirmişdir. Bundan sonra Ümidin yanında olan özünü ona Gəncəli kimi təqdim edən şəxsin əlində bıçaq olduğunu görmüşdür. İstintaqda həmin şəxsin adının Ruslan olmasını bilmişdir. Ruslan əlində bıçaq oynadaraq onunla söhbət etmişdir. Bu zaman əlində olan “İphone XS” markalı mobil telefona baxmaq istədiyini bildirmişdir. Onlar artıq bu vaxt ərzində parkın ərazisindən çıxmışlar. Ona telefonu vermək istəməsə də, həmin oğlan, yəni Ruslan telefonu onun əlindən almış və telefona baxmışdır. Ondan telefonunun şifrəsini istəmişdir. Lakin ona bildirmişdir ki, telefonun şifrəsini verə bilməz. Bundan sonra Ruslan telefonu ona tərəf uzatdanda özünü Füzuli rayonundan olan kimi təqdim edən Ümid telefonu Ruslanın əlindən alaraq baxmaq istədiyini bildirmişdir. Bu zaman o, Ümiddən telefonunu istəmişdir. Ümid telefonu ona qaytarmamışdır. Onlar söhbət edəedə Bakı Dövlət Universiteti istiqamətinə getmişlər. Yol boyu o, Ümiddən telefonunu qaytarmağını istəmişdir. Həmin şəxs isə baxdıqdan sonra qaytaracağını bildirmişdir. Ümid, o və onun yanında olan Ruslan birlikdə Yasamal qəbiristanlığına tərəf çıxmışlar. Bu zaman “Hacı Cavad” məsçidinin yanında olan zaman onların hər ikisi qəbiristanlığın hasarının üzərinə çıxdmışlar. O, aşağıda dayanıb hasarın üzərində olan özünü ona Füzulili kimi təqdim edən şəxsin ayağından tutub telefonunu ona verməyini demişdir. Həmin şəxs isə ayağı ilə onun sinəsinə vurmuşdur. Geriyə tərəf getmişdir. Bu zaman həmin şəxs əlini belinə atmışdır və nəsə çıxartmışdır. Onun əlindəki əşyanın bıçaq ola biləcəyindən qorxub geriyə çəkilmişdir. O, bir qədər əvvəl, yəni hər iki şəxslə Elmlər Akademiyası parkında rastlaşanda özünü Gəncəli kimi təqdim edən Ruslanın da əlində bıçaq gördüyü üçün fikirləşmişdir ki, ona xəsarət yetirə bilərlər. Ona görə də onların arxasınca getməmişdir. Onların hər ikisi qəbiristanlığın içərisinə tərəf qaçmışlar. Onların arxası ilə səslənib çağırsa da, onlar gözdən itmişlər. Belə olduqda, o, yenidən məsçidin qabağına tərəf gəlmiş və yoldan keçən bir nəfər tanımadığı şəxsin telefonu ilə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bununla bağlı Yasamal RPİ-nin İŞ-də cinayət işi başlanmış həmin cinavət işi üzrə həm Ruslan, həm də Ümid ona tanınmya təqdim edilmişdir. Üzləşdirmə keçirilmişdir. O, ifadəsində göstərdiklərimi onların üzünə qarşı bir daha təsdiq etmişdir. Hadisədən sonra Şahid3 anası onun mobil telefonuna görə dəymiş maddi ziyanı ödəmişdir. İfadəsinin əvvəlində göstərdiyi kimi, hadisə zamanı ilk öncə ona Ümid yaxınlaşmışdır. Sonra telefonunu ondan Ruslan almışdır. O, qaytarmağını tələb edəndə Ruslan guya telefonu ona qaytarmaq niyyətinin olması görüntüsünü yaratmışdır. Telefonu ona tərəf uzadanda telefonu onun əlindən Ümid almışdır. Sonra hər iki şəxsin arxası ilə gəlib telefonunu mənə qaytarmalarım bildirmişdir. Qəbiristahğın yanında onlar hasarın üzərinə çıxmışlar və telefonunu qaytarmayıb qaçmışlar. Ümid təpiklə sinəsinə vurmuşdur. Parkda olarkən hər iki şəxs ona yaxınlaşanda Ruslanın əlində bıçaq olmuşdur. Lakin o bıçaqla ona hədə qorxu gəlməmişdir. Onlar piyada Hacı Cavad məsçidinə tərəf gələndə Ruslan bıçağı cibinə qoymuşdur. Onun telefonum isə Ümiddə olmuşdur. O, bilmişdir ki, onlar hər ikisi bunu qabaqcadan fikirləşib telefonumu ələ keçirmək istəyirlər. Təkidlə əmlakını qaytarmalarını desə də, nəticəsi olmamışdır. Şahid3 ifadələrində göstərdi ki, bu cinayət işi ilə bağlı heç bir məlumatı yoxdur. İfadəsini özü yazmamışdır, lakin imza ona məxsusdur. Bir-iki ildir ki, təqsirləndirilən şəxs Ruslanı tanıyır. Ruslanın hansı səbəblə tutulduğunu bilmir. Hikmət adlı şəxsi tanımır. 26 noyabr 2023-cü il tarixdə həmin hadisə üzrə telefonun sahibi qəbirstanlıq tərəfdə arxasıyca qaçırdı. Həmin vaxt onun yanında başqa heç kim olmayıb. Telefonu əldə etdikdən sonra 80 manata satmışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, 26 noyabr 2022-ci il tarixdə saat 23 radələrində tanışı Fikrət adlı şəxslə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası parkında gəzərkən bir nəfər şəxsin içkili vəziyyətdə parkda olduğunu görmüşlər. Həmin şəxs özünü idarə edə bilmədiyi üçün ona köməklik etmişlər. Bu zaman ondan su içmək üçün 1 manat pul istəmişlər. Həmin şəxs isə pulunun olmadığını bildirmişdir. Onlar həmin şəxslə bir qədər gəzişərkən onun pul kisəsinin yerə düşməsini görmüşlər və həmin pul kisəsində pul olmuşdur. Onlar həmin şəxsdən niyə yalan danışmasını soruşmuşlar. Həmin şəxs isə müxtəlif bəhanələr gətirmişdir. Onlar söhbət edə-edə Yasamal qəbiristanlığı adlanan əraziyə tərəf getmişlər. Yolda onun əlində İphone XS markalı telefon olduğunu görmüşlər. Telefonu onun əlindən almışdır. Telefonun sahibi cihazı qaytarmasını dedikdə, nəyə görə onlara pul verməməsinin səbəbini soruşmuşdur. Onlar bir müddət söhbət edə-edə birlikdə Yasamal qəbiristanlığı adlanan əraziyə çatdıqda Fikrətlə o hasarı adlayaraq keçmişlər. Bu zaman həmin şəxsin qəbiristanlıqdan qorxduğunu və gəlmədiyini görmüşdür. Bunu fürsət bilərək Fikrətlə o, fərqli istiqamətlərə qaçmışlar. Həmin şəxs onların arxasınca qaçmayaraq telefonu qaytarmalarını demişdir. Həmin mobil telefonu 20 Yanvar Metrosunun yanında satıb pulunu öz ehtiyaclarına xərcləmişdir. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar olaraq tanıyır. Həmin şəxslə aralarında ədavət və yaxınlıq yoxdur. Zərərçəkmiş şəxs1 tanıyır, dostudur. O, bir dəfə polis idarəsinə çağırılmış, lakin bunun üzərindən uzun bir müddət keçdiyi üçün həmin hadisəni dəqiq xatırlamır. Hadisə axşam vaxtı baş vermişdir. O, dostları ilə futbol oynadıqdan sonra onlarla birlikdə “Fəvvarələr Meydanı” istiqamətinə getməyə başlamışdır. Bu zaman yanlarına bir nəfər şəxs yaxınlaşaraq onlardan taksi sifariş etmək üçün telefonunu istəmişdir. Yanındakı dostu öz telefonunu həmin şəxsə verdi. Həmin şəxs telefonu götürdü və qaçdı. Hadisə keçən ilin ya yanvar, ya da fevral ayında baş vermişdi, dəqiq xatırlamır. Telefonu onlardan götürən zaman təqsirləndirilən şəxsin əlində bıçaq yox idi. Təqsirləndirilən şəxsdən dostu Zərərçəkmiş şəxs1 telefonunu geri qaytarmasını istədilər. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar olaraq tanıyır. Həmin şəxslə aralarında ədavət və yaxınlıq yoxdur, Ruslan bıçağı telefonu götürdükdən bir qədər sonra onları qorxutmaq üçün çıxartdı. O, hadisəni tam xatırlamadığına görə ifadəsinin əvvəlində onun əlində bıçaq görmədiyini dedi. İbtidai istintaq zamanı verdiyi ifadəsi müstəntiq tərəfindən yazılıb,lakin özü oxuyub. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, 10 dekabr 2022-ci il tarixdə saat 21 radələrində dostları Kamran və Aminlə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "Kukla teatrFnm qarşısında yerləşən yeraltı keçiddən keçib “Fəvvarələr Meydanı” istiqamətə çıxan zaman bir nəfər tammadıqalrı kişi cinsli şəxs onlara yaxınlaşıb. Həmin şəxs onlara yolda qaldığını bildirib ona evə getməyi üçün taksi sifariş etmələrini xahiş edib və özünü Orxan adlı şəxs kimi təqdim edib. Bundan sonra onlar birlikdə "Qız qalası” istiqamətində piyada hərəkət etməyə başlayıblar. İlk öncə Orxan ondan mobil telefonunu istəyib ki, taksi sifariş etsin. Bu zaman Orxan ondan telefonu alıb və cibindən bir ədəd qatlanan, qara rəngli bıçağı çıxarıb və əlində oynatmağa başlayıb. Bundan təxminən 2 dəqiqə sonra onun telefonunu özünə qaytarıb. Bundan sonra Orxan dostu Kamrandan ona məxsus “Redmi Note 9" markalı mobil telefonunu taksi sifariş etmək adı ilə alıb. Onlar gəzişə-gəzişə "Azneft dairəsi” adlanan yerə çatıb oradan yuxarı yəni, Azərbaycan Respublikası Prezidentinin Administrasiyyası tərəfə gediblər. Oradan isə “Gülüstan sarayı” istiqamətə gediblər. Orada olan meşəlik əraziyə çatan zaman İlqar valideynləri ilə danışmaq üçün telefonunu Orxandan istəyib və bu zaman Amin özünə məxsus olan “Samsung A32” markalı mobil telefonunu Orxana verib ki, o, Kamranın telefonunu qaytarsın. Orxan bu zaman Kamranın telefonunu ona qaytarıb. Bundan sonra o, Kamranla birlikdə yaxınlıqda köməyə çaəğırmaq üçün adam axtarmaq məqsədilə oradan uzaqlaşıblar və bu zaman Kamranla birlikdə Orxanın Aminin telefonunu götürüb oradan qaçaraq uzaqlaşdığını görüblər. Bundan sonra onlar biraz orada Orxanı axtarmaq üçün gəzişmiş, lakin onu tapa bilməmişlər. Bundan sonra isə Kmran DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat verib. Orxan adlı şəxs ona heç bir maddi ziyan vurmayıb. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı ittihamın mahiyyəti üzrə göstərmişdir ki, … 10 dekabr 2022-ci il tarixdə saat 21 radələrində dostları İlqar və Aminlə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Kukla teatrı"nın qarşısında yerləşən yeraltı keçiddən keçib "Fəvvarələr Meydanı” istiqamətə çıxan zaman bir nəfər tanımadıqları kişi cinsli şəxs onlara yaxınlaşıb. Həmin şəxs yolda qaldığını bildirib onlardan ona evə getməyi üçün taksi sifariş etmələrini xahiş edib və özünü Orxan adlı şəxs kimi təqdim edib. Bundan sonra onlar birlikdə “Qız qalası” istiqamətində piyada hərəkət etməyə başlayıblar. İlk öncə Orxan dostu İlqardan ona məxsus olan mobil telefonunu istəyib ki, taksi sifariş etsin. Bu zaman Orxan İlqardan telefonu alıb və cibindən bir ədəd qatlanan, qara rəngli bıçağı çıxarıb və əlində oynatmağa başlayıb. Bundan təxminən 2 dəqiqə sonra İlqarın telefonunu özünə qaytarıb. Bundan sonra Orxan ondan “Redmı Note 9” markalı mobil telefonunu taksi sifariş etmək adı ilə alıb. Onlar gəzişə-gəzişə "Azneft dairəsi" adlanan yerə çatıb oradan yuxarı yəni, Azərbaycan Respublikası Prezidentinin Administrasiyyası tərəfə gediblər. Oradan isə “Gülüstan sarayı” istiqamətə gediblər. Orada olan meşəlik əraziyə çatan zaman o, evdəkilərlə danışmaq üçün telefonunu Orxandan istəyib və bu zaman Amin özünə məxsus olan “Samsung A32” markalı mobil telefonunu Orxana verib ki, o, onun telefonunu qaytarsın. Orxan bu zaman onun telefonunu qaytarıb. Bundan sonra o, İlqarla birlikdə yaxınlıqda köməyə çağırmaq üçün adam axtarmaq məqsədilə oradan uzaqlaşmış və bu zaman o. Orxanın Aminin telefonunu götürüb oradan qaçaraq uzaqlaşdığını görüb. Bundan sonra onlar biraz orada Orxanı axtarmaq üçün gəzmişlər, lakin onu tapa bilməmişlər. Bundan sonra isə məcbur qalıb DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat verib. Orxan adlı şəxs ona heç bir maddi ziyan vurmayıb. Məhkəmədə elan edilib araşdırılmaqla cinayət işinin materiallarına əlavə olunmuş: Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanda yerləşən “Gülüstan Sarayı”nın yaxınlığında ona məxsus telefonun ələ keçirildiyi yeri göstərmişdir. «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yeni massivdə ona məxsus telefonun ələ keçirildiyi yeri göstərmişdir. İş üzrə şəxsin tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim olunan şəxslərin arasında Təqsirləndirilən şəxs göstərib onun telefonunu bıçaq tətbiq edərək ələ keçirən şəxs olduğunu bildirmişdir. İş üzrə şəxsin tanınmaya təqdim edilməsi istintaq hərəkəti keçirilməklə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmiş, Qanuni nümayəndə3 tanınmaya təqdim olunan şəxslərin arasında Təqsirləndirilən şəxs göstərib onun telefonunu yanında olan əlavə bir nəfər şəxslə 26 noyabr 2022-ci il tarixdə Yasamal rayonu ərazisində ələ keçirən şəxs olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1, şahidlər Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs foto şəkilləri tanınmaya təqdim elmiş, zərərçəkmiş şəxs və şahidlər Təqsirləndirilən şəxs tanıyıb foto şəklini göstərərək məhz həmin şəxsin, Zərərçəkmiş şəxs1 mobil telefonunu ələ keçirən şəxs olduğunu bildirmişlər. Zərərçəkmiş şəxs1 oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti aparılmış, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini üzləşdir mə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsində göstərdiklərini təsdiq etmişdir. Zərərçəkmiş şəxs2 oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini üzləşmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsində göstərdiklərini təsdiq etmişdir. Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti aparılmış, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini üzləşmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsində göstərdiklərini təsdiq etmişdir. Hadisə yerinə baxış potorokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək xx.xx.2022-ci il tarixdə ona məxsus mobil telefonun Təqsirləndirilən şəxs və Şahid3 tərəfindən ələ keçirildiyi yeri göstərmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1073 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopalik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və halhazırkı psixialrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 817 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətərin xarakter və mənasım dərk etmək qabiliyyətinə malik olmuşdur. Onun fərdi psixi xüssisiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillik aşkar olunmur. Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 895 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətərin xarakter və mənasım dərk etmək qabiliyyətinə malik olmuşdur. Onun fərdi psixi xüssisiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillik aşkar olunmur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 117 ünvanında qeydə alınmış video görüntülərin olduğu bir ədəd DVD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən, Təqsirləndirilən şəxs həmin video görüntüllərdəki şəxslərdən birinin onun özü olmasını, yanındakı şəxsin isə tanışı Şahid3 olmasını, həmin parkda zərərçəkmiş Zərərçəkmiş şəxs3 yaxınlaşdıqlarını, daha sonra isə onun mobil telefonunu ünvan 5 ünvanda "Hacı Cavad” məsçidinin yanında ələ keçirib hadisə yerindən uzaqlaşdıqlarını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, H.Cavid prospektində qeydə alınmış video görüntülərin olduğu bir ədəd DVD disk maddi sübut növü kimi tanınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 181.2.2 və 181,2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi, Şahid3 ilə qabagcadan əlbir olan bir qrup şəxs halında birləşməməsi, Zərərçəkmiş şəxs3 sinə nahiyəsinə təpiklə bir zərbə vurub insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək sonuncunun istifadəsində olmaqla ona məxsus bir ədəd dəyəri 600 manat olan «Apple” markalı İPHONE XS modelli mobil telefonu, həmin mobil telefonun üzərində istifadəsində dəyəri 50 manat olan ***-***-**-** GSM nömrəsini və həmin GSM nömrəsinin balansında dəyəri 1 manat olan danışıq konturunu ələ keçirməməsi, Zərərçəkmiş şəxs1 “Samsung A32” markalı mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirdiyi, əlində və üzərində bıçaq olmaması, Zərərçəkmiş şəxs2 da “Samsung A32” markalı mobil telefonu eyni qaydada ələ keçirməsi barədə göstərdiklərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin bu ifadələri iş üzrə zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolları, üzləşdirmə protokolları, tanınmaya təqdim etmə haqqında protokollar və digər istintaq sənədləri ilə əlaqəli şəkildə araşdırılarkən Təqsirləndirilən şəxs həmin ifadələri əsalı şübhələrlə müşahidə olundu, lakin həmin şübhələri məhkəmədə onun xeyrinə aradan qaldırmaq mümkün olmadı. Məhkəmə onun həmin ifadələrində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, işin faktiki halları ilə uzlaşmayan və özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X9rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib onun əməllərinin Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 181.2.2 və 181,2.5-ci maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili X8 ödənilməsi üçün 270 (iki yüz yetmiş) manat, məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu 90 (doxsan) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs müdafiə xərclərindən azad olunmasını əsaslı sayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1. 180.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Aministiya Qərarının 2.4-cü maddəsinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqdan altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə bu halla bağlı residivin olub-olmaması məsələsini həll edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əvvəlki cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini nəzərə alaraq məhkəmə, onun əməllərində cinayətlərin residivinin olmaması qənaətinə gəlir. Məhkəmədə Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulması, 02 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi və ibtidai istintaq zamanı qismən etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən edildi. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayətlər törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 181.2.2 və 181.2.5ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə 05 ( beş ) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri baxımından ona təyin olunmuş cəzaları qismən toplamaq üsulu ilə ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 31 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət büdcəsi hesabına ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili X8 ödənilməsi üçün 270 (iki yüz yetmiş) manat, məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləğləri ödəməkdən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-337/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-337/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver