Məhkəmə qərarları › İş №1(101)-338/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-338/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-338/2021 27.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, "Verdiktum" Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1985-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, 01 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 iyun 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi, 14 avqust 1987-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 20 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 may 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üzərində saxlayaraq daşımış, 19 may 2020-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, Nasosnu küçəsi ev 41 ünvanın qarşısında Təqsirləndirilən şəxs2 125 manat müqabilində külli miqdar hesab edilən, təmiz çəkisi 7,120 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin satmışdır. Səbail rayon Məhkəməsinin «axtarış və götürmə aparılmasına haqqında» 31 may 2020-ci il tarixli qərarına əsasən, 01 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanda axtarış aparılan zaman həmin ünvanın mətbəxində olan şkafın içərisindəki rəfdən 05 (beş) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 1,503 qram, 1,660 qram, 1,556 qram, 1,604 qram, 1,280 qram, yataq otağındakı çarpayının döşəyi altında 05 (beş) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1,660 qram, 1,401 qram, 1,670 qram, 1,622 qram, 1,402 qram, həmin yataq otağında digər çarpayının döşəyi altında saxladığı 01(bir) ədəd və mənzilin qonaq otağında divanın arxasında saxladığı 01(bir) ədəd olmaqla, ümumilikdə iki ədəd polietilen balğamalarda təmiz çəkiləri 6010 qram təşkil edən, ümumilikdə külli miqdar hesab edilən 6025,358 qram çəkidə eyni tərkibli bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üstündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs1 19 may 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Nasosnu küçəsi ev 41 ünvanın qarşısında külli miqdarda, yəni şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 7,120 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 125 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış, 20 may 2020-ci il tarixdə, saat 05:45 radələrində Səbail RPİ-nin NMBnin və 8-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 20 ünvanın qarşısında saxlanılıb 8-ci polis bölməsinə aparılaraq video çəkilişlə üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,120 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür, qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərə münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmələri tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1ci ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamış, narkotik vasitələri müxtəlif vaxtlarda, yerlərdə və müxtəlif şəxslərdən alıb əldə etmişdir. Son bir neçə dəfə isə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə adlanan ərazidə yaşayan Şəhriyar adlı tanışından, yəni hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs1 almışdır. Belə ki, Şəhriyarla tutulmazdan təxminən 2-3 il əvvəl tanış olmuş, onun 20-ci sahə adlanan ərazidə yaşadığını bilmişdir. Həmin müddətdə Şəhriyar onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Axır vaxtlarda isə o, il yarım müddətində Şəhriyarı görməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, 2020-ci ilin may ayının ortalarında onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı nömrədən zəng gəlmiş, zəng edən şəxs Şəhriyar olmuşdur. Sonuncu ona narkotik vasitə tapdığını söyləmiş və maraqlandığı halda görüşə biləcəklərini ona demişdir. O, narkotik vasitə istifadəçisi olduğundan Şəhriyarla görüşmüş, narkotik vasitəyə baxdıqdan sonra kakos adlanan, yəni heroin narkotik vasitəsi olduğunu görmüşdür. Həmin maddə sellofana bükülü vəziyyətdə olmuşdur. İstifadəçisi olduğundan Şəhriyara 20 manat pul ödəyərək həmin maddənin az bir hissəsini almış və özü istifadə etmişdir. Təxminən 2 gün sonra yenə də, narkotik vasitəyə ehtiyyacı olduğundan o, Şəhriyara zəng etmiş və həmin narkotik vasitədən qalıb qalmadığını soruşmuşdur. Şəhriyar maddənin qaldığını dediyindən o, 20-ci sahə adlanan əraziyə gedib orada Şəhriyarla görüşmüş, Şəhriyarda olan narkotik vasitənin bir hissəsini yenə də 20 manat ödəməklə almış və bir neçə gün istifadə etmişdir. Bir neçə gün sonra, yəni sonuncu dəfə 19 may 2020-ci il tarixdə günorta saatlarında o, Şəhriyara telefon əlaqəsi saxlayıb narkotik vasitədən qalıb qalmadığını soruşmuşdur. Şəhriyar ona həmin maddədən qaldığını demişdir. Həmin gün axşam, saat 20 radələrində o, yaşadığı Hökməli qəsəbəsindən taksi ilə Bayıl qəsəbəsinə getmiş, orada Şəhriyarla görüşmüş və ona 125 manat pul verib əvəzində qalan narkotik vasitənin hamısını almışdır. Bundan sonra o, Bayıl qəsəbəsindən yenədə taksiyə əyləşib yaşadığı Hökməli qəsəbəsinə getmişdir. O, Bayıl qəsəbəsinə gedərkən və qayıdarkən xidmətindən istifadə etdiyi taksi maşınlarını və sürücülərini tanımamışdır. Yaşadığı qəsəbədə olarkən əldə etdiyi narkotik vasitədən bir qədər istifadə etmişdir. Lakin, narkotik vasitənin əvvəlki kimi yaxşı effektdə olmadığını hiss etmiş və Şəhriyarın onu aldatdığını fikirləşmişdir. Odur ki, o, 20 may 2020-ci il tarixdə, gecə saatlarında taksi sifariş edərək Şəhriyarla görüşmək üçün Bayıl qəsəbəsinə getmiş, gedərkən qalıq narkotik vasitəni özü ilə götürmüşdür. O, yolda olarkən Şəhriyara zəng etmiş və gələcəyi barədə onu xəbərdar etmişdir. O, Bayıl qəsəbəsinə çatdıqdan sonra taksidən düşmüş və hərəkətini piyada davam etdirməyə başlamışdır. 20-ci sahədə piyada hərəkət edərkən ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, onu narkotik vasitə əldə etmək və daşımaq şübhəsi ilə 8-ci polis bölməsinə aparmışlar. Bundan sonra onunçün vəkil dəvət edilmiş və üzərinə baxış keçirilmişdir. Baxış nəticəsində əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən Şəhriyardan alıb əldə etdiyi heroin narkotik vasitəsi sellofan bükülüdə aşkar edilərək götürülmüşdür. O, olduğu kimi əməlini etiraf edib, həmin narkotik vasitəni Şəhriyar adlı şəxsdən alıb əldə etdiyini bildirmiş, onun 20-ci sahə ərazisində yaşadığını və istifadəsində ***-***-**-** saylı nömrə olmasını demişdir. Ondan aşkar edilib götürülmüş narkotik maddə qablaşdırılmış, protokol tərtib edilmiş və hamı tərəfindən imzalanmışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, o, narkotik vasitəni aldığı müxtəlif şəxsləri tanımamış, tez-tez narkotik vasitə almadığı üçün həmin şəxslər barəsində məlumatı olmamış, barələrində heç bir sual verməmişdir. O, satış məqsədilə narkotik vasitə alıb əldə etməmiş, sadəcə uzun müddət ona kifayət etməsi üçün 3-cü dəfə Şəhriyardan külli miqdarda heroin narkotik vasitəsi alıb əldə etmişdir. Belə ki, o, narkotik vasitə olan heroini gün ərzində təxminən 2 qrama yaxın istifadə etdiyindən Şəhriyar bütöv bağlamanı göstərib 125 manata sata biləciyini ona dedikdə, o, almaq qərarına gəlmişdir. Şəhriyardan aldığı və üzərindən aşkar olunan 7,120 qram heroini yalnız özünün istifadəsi üçün almış, narkortik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsinin yekununda göstərdi ki, o, tutulduqdan 1 (bir) gün sonra buraxılımış və buraxılarkən Şəhriyarla görüşmək və onunla danışmaq ona qadağan olunmuşdur. O, 9 gün ərzində Şəhriyarla görüşməsə də, lakin buraxılan kimi ona zəng edib qaçıb gizlənməsini tapşırmış, əks təqdirdə tutulacağını demişdim. Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamla, məhkəməyədək icraat mərhələsində özünü təqsirli bilsə də, özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, amma 20 ildirki ustalıqla - sifarişlə mənzil təmiri ilə məşğul olaraq ailəsini dolandırmışdır. Təxminən 5 il əvvəl o, belində olan ağrılarla bağlı tramadol dərmanları qəbul etməyə başlamış, təxminən 6-7 ay müddətində istifadə etmişdir. O, həmin dərmanları 5 il əvvəl müxtəlif apteklərdən alıb əldə etmiş, həmin apteklərin ünvanlarını artıq unutmuşdur. Sonralar həmin dərmanın ziyan olduğunu bilib, istifadə etməyi dayandırmışdır. Ondan sonra, tutulmazdan təxminən iki ay əvvəl 20-ci sahədə dayanarkən bir nəfər şəxsin kənarda motosikletin üzərində əyləşib hansısa maddə qəbul etdiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşaraq maraqlanmış, tanımadığı həmin şəxs qəbul etdiyi maddənin «şüşə» adlanan narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin həmin şəxs istədiyi halda ona həmin maddədən bir bükümünü 10 manat sata biləcəyini də demişdir. O, həmin şəxsə 10 manat ödəyərək bir bükümdə «şüşə» adlanan narkotik vasitə əldə etmiş və özü qəbul etmişdir. Həmin vaxtdan tutulana qədər o, təxminən 6 dəfə olmaqla müxtəlif tarixlərdə həmin şəxslə 20-ci sahə ərazisində öz istifadəsi üçün hər dəfə 10 manat müqabilində «şüşə» adlanan narkotik vasitə əldə etmiş və özü istifadə etmişdir. Sonuncu dəfə, tutulmazdan təxminən bir həftə öncə, yenə də həmin şəxslə 20-ci sahə dairəsində rastlaşmış və öz istifadəsi üçün 10 manat müqabilində bir bükümdə «şüşə» adlanan narkotik vasitə almışdır. O, həmin şəxs barədə heç bir məlumata sahib olmamış, onun kimliyini bilməmişdir. O, xarici görünüşcə hündürboylu, orta bədən quruluşlu, qarayanız, təxminən 38-40 yaşllarında bir kişi olmuşdur. Həmin şəxsin idarə etdiyi motosklet qeydiyyat nişanı olmayan qara rəngli motosiklet olmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, o, baxılan iş üzrə Təqsirləndirilən şəxs2 2-3 əvvəlt Ramil adlı dostunun vasitəsilə tanımış, münasibətiləri normal olmuş, onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş, onunla arabir görüşsə də, sonradan uzun müddət görməmişdir. O, təxminən 11 may 2020-ci il tarixdə, saat 15 radələrində Bayıl qəsəbəsində yerləşən «Dünya» market yaxınlığında kafedə oturub çay içərkən əlini yumaq üçün həyətə çıxmış, həyətdəki tikili yerin üstündə bükülü olduğunu və üstünə daş qoyulduğunu görmüşdür. Daşı götürdükdə bükülünün içərisində toz şəkildə tünd rəngli maddə və ağ rəngli kristal formalı maddələr olduğunu görmüşdür. O, kristal formalı maddənin şüşə adlanan narkotik vasitə olduğunu bilmişdir. Həmin bükümü götürüb oradan uzaqlaşmışdır. Həmin bükümdəki kristal formalı şüşə adlanan narkotik vasitəni özü istifadə etmiş, lakin bükümdə qalan tünd rəngli maddənin nə olduğu bilməmişdir. Ona görə də, o, həmin gün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, Şahinin istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng etmiş, Şahinə tapdığı maddə barədə bildirmiş, lakin nə maddə olmasını bilmədiyini demişdir. Razılaşmalarına əsasən, Şahinlə həmin gün, yəni 11 may 2020-ci il tarixdə 20 sahə adlanan ərazidə yaşadığı evin yaxınlığında görüşmüşdür. Şahinə həmin tapdığı maddəni göstərdikdə, Şahin həmin maddənin «kakos» adlanan narkotik vasitə olduğunu demişdir. Şahin həmin maddəni ona verə biləcəyini soruşduqda o, etiraz etməmiş, həmin maddənin bir hissəsini Şahinə vermişdir. Şahinə avtomaşınının təmirdə olduğunu, buna görə pula ehtiyacı olduğunu bildirmiş və Şahin aldığı narkotikin əvəzində ona 20 manat pul vermişdir. Təxminən 2 gün sonra Şahin onun ilə əlaqə saxlayaraq yenə də həmin madadən almaq istədiyini bildirmiş, o, yenə də Şahinlə 20-ci sahə adlanan ərazidə görüşmüş və yenə də həmin maddənin bir hissəsini 20 manat pul müqabilində Şahinə vermişdir. Sonuncu dəfə isə 19 may 2020-ci il tarixdə günorta saatlarında Şahin ona zəng edərək ondan narkotik vasitədən qalıb qalmadığını soruşmuşduqda o, həmin maddənin qaldığını demişdir. Elə həmin gün, axşam saat 20 radələrində yaşadığı 20-ci sahədə Şahinlə görüşmüş və Şahin ona 125 manat pul verib qalan «kakos» maddəsini ondan almışdır. Lakin Şahinin tutulub-tutuldmadığını o, bilməmişdir. Lakin o, tutulmazdan təxminən bir həftə əvvəl Şahin ona zəng edib tutulduğunu demiş, telefonu söndürməyi və qaçıb gizlənməyi ona demişdir. Şahini may ayının 19-dan 20-nə keçən gecə saxlanılsa da, üstündən keçən 9 gün ərzində o, Şahinlə görüşməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, tutulduğu ərəfədə pandemiya ilə bağlı verilən 190 manat yardım almaq üçün müraciət etmiş və həmin gün axşamı polisdən ona zəng olunmuş, 190 manatla bağlı müraciət etdiyimə görə nəyəsə imza etməli olduğu bildirilmiş, lakin özləri zəng edib vaxtını deyəcəklərini demişlər. Sonra polislər ona zəng edib “20-ci dairə” deyilən yerə gəlməyi istəmişlər. O, həmin yerə getdikdə orada tutulmuşdur. Sonra o, yaşadığı evə aparılmış, maşın evinə çatmamış bir neçə metr arxada saxlanılmış və polis əməkdaşlarından iki nəfər ondan əvvəl evinə narkotik maddələr qoymağa getmişlər. Həmin vaxt həyat yoldaşı evin qapısının ağzında dayanmış olmuşdur. Təqribən 10 dəqiqə sonra isə onun özü aparılmış, məhkəmə qərarına əsasən evinə video çəkilişlə baxış keçirilmiş və evindən külli miqdarda marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ifadəsinin yekununda göstərdi ki, onun evindən aşqkar olunan narkotik vasitə onea məxsus olmamış, evdə aparılan axtarışdan əvvəl polislər tərəfindən yerləşdirilmişdir. Polis əməkdaşları onun eviə daxil olarkən həyat yoldaşı telefonla çəkiliş apardığından polislər telefonu alıb çəkilişi silmişlər. Axtarış zamanı o, buna kəskin etiraz etsə də, ona məhəl qoyan olmamış, aşkar olunan marixuana narkotik vasitəsi onun adına sənədləşdirilmişdir. Onun etirazları hətta videoçəkilişə də düşmüşdür. Belə ki, evdə olmadıqları müddətdə onların mənzilinə kimsə gəlib-getməmiş, evin açarları həmişə özlərində olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 məhkəmədəki ifadələri ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi ziddiyyətli hissədə elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsində 01 iyun 2020-ci il tarixdə məhkəmə qərarı ona elan edilməklə yaşadığı evdə polis əməkdaşları tərəfindən axtarış aparıldığını, axtarış zamanı yaşadığı evdən 10 ədəd kibrit qutusunda və 02 ədəd sellofan bükümlərdə qurudulmuş ot halında maddələrin, həmçinin içərisində şəffaf rəngli maye olan 01 ədəd şprisin aşkar edilərək götürüldüyünü, şprisin içərisindəkinin kislota olduğunu, həmin maddəni işlədiyi tikinti-təmir işləri zamanı istifadə etdiyini bildirmiş, kibrit qutularında və sellofan paketlərdə olan maddələrin ona məxsus olmadığını, həmin maddələrin yaşadığı evə polis əməkdaşları tərəfindən ona məlum olmayan şəratidə yerləşdirildiyini göstərmiş və polis əməkdaşları tərəfindən heç bir təzyiq məpruz qalmadığını qeyd etmişdir (iş vərəqə: 148-151). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs1 sərbəst ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsini yerində bir daha əyani şəkildə təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs2 19 may 2020-ci il tarixdə, saat 20 radələrində narkotik vasitəni satdığı yeri - ünvan 6 ünvanı göstərmişdir(iş vərəqə: 148-151). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Səbail RPİ-nin 8-ci PBnin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 20 may 2020-ci il tarixdə «Şahin» adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Səbail RPİ-nin NMB-nin əmliyyat müvəkkili polis baş leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş məlumat əsasında onlar həmin tarixdə, saat 05:45-də Səbail rayonu, Salyan şossesi 20 ünvanın qarışısına getmiş, orada Şahin adlı şəxs, baxılan iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs2 onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsi üçün Səbail RPİ-nin 8-ci PB-nə aparılmış, orada xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərsində tünd rəngli, spesifik qoxuya malik heroin narkotik vasitəsinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin maddənin narkotik vasitə heroin olduğunu və 20-ci sahədə ərazisində Şəhriyar adlı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmiş, hadisə barədə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs2 özü tərəfindən imzalanmışdır. Keçirilmiş baxış və götürmə prosesi videoçəkilişlə aparılmışdır. Şahid2 ifadəsinin yekununda göstərdi ki, o, Təqsirləndirilən şəxs1 saxlanılmasında və ondan hər hansı növdə narkotik vasitə aşkar edilib götürülməsində iştirak etməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs2 saxlanılması və ondan heroin narkotik vasitəsi aşkar edilib götürülməsi hissəsində məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu fiadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Şahid1 ifadəsində, həmçinin göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanda axtarış aparılmasına dair Səbail rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli qərarın icrası ilə əlaqədar olaraq, Səbail RPİ-nin əməkdaşlarından ibarət qrup yaradılmış və 01 iyun 2020-ci il tarixdə saat 12 radələrində axtarış keçirilməsi üçün qrupun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana gedilmişdir. Həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs1 onun yaşadığı evdə axtarış aparılacağına dair məlumat verilmiş və Səbail rayon Məhkəməsinin müvafiq qərarı ona elan edilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evdə hər hansı bir qanunsuz əşya, o cümlədən narkotik vasitələr olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmiş, lakin o, yaşadığı evdə hər hansı qanunsuz əşya və ya narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra axtarış aparılması üçün ünvana daxil olunmuşdur. Axtarış aparılan yaşayış evi bir mətbəx, bir qonaq otağı və bir yataq otağından ibarət olmuşdur. Evdə axtarış aparılmış və axtarış zamanı mətbəxdə olan dolabın içərisində 05 ədəd kibrit qutuları aşkar edilmiş, həmin kibrit qutularının içərisində qurudulmuş bitki mənşəli kütlə aşkar edilmişdir. Həmin dolabdan daha sonra içərisində şəffaf maye olan 01 ədəd şpris aşkar edilmişdir. Bundan başqa axtarış zamanı evin yataq otağında çarpayının üzərindəki döşəyin altından bir ədəd böyük ölçüdə sellofan torba aşkar edilmiş, həmin torbanın içərisində də qurudulmuş bitki mənşəli kütlə aşkar edilmişdir. Bundan başqa həmin yataq otağında digər çarpayının döşəyinin altından 05 ədəd kibrit qutuları aşkar edilmişdir ki, həmin qutuların içərisində də qurudulmuş bitki mənşəli kütlə aşkar edilmişdir. Bundan başqa, evdə aparılmış axtarış zamanı evin qonaq otağında divanın arxasında bir ədəd böyük ölçüdə sellofan torba aşkar edilmiş, həmin torbanın içərisində qurudulmuş bitki mənşəli kütlə aşkar edilmişdir. Aşkar edilmiş kibrit qutuları və sellofan torbalar müstəntiq tərəfindən götürülmüş, protokol tərtib edilmiş, həmin protokol iştirakçılar tərəfindən oxunaraq düzgünlüyü imzalarla təsdiq edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 və onun həyat yoldaşı axtarış zamanı aşkar edilmiş maddələrin onlara məxsus olmadığını bildirib protokola imza etməkdən imtina etmişlər. Evdə keçirilmiş axtarış videoçəkilişdən istifadə olunmaqla aparılmışdır. Şahid1 daha sonra ifadəsində göstərdi ki, ünvandakı axtarışdan sonra Səbail RPİnin inzibati binasına aparılan Təqsirləndirilən şəxs1 üzərinə xidməti otaqlardan birində müstəntiq tərəfindən onların iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş maddələrin polis əməkdaşları tərəfindən gizli yerləşdirilməsi həqiqətə uyğun deyildir, polis əməkdaşları tərəfindən Şəhriyarın evinə gizli olaraq heç bir maddə yerləşdirilməmişdir. Təqsirləndirilən şəxs1 məsuliyyətdən yaxa qurtarmaq üçün evindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmadığını bildirmişdir. Bundan başqa, iş üzrə şahid qismində dindirilən Səbail RPİ-nin NMB-nin rəisi Şahid4, Səbail RPİ-nin digər əməkdaşları Şahid5, Şahid8, Şahid6, Şahid7, Şahid10 və Şahid9 məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları, o cümlədən Səbail rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli qərarına əsasən 01 iyun 2020-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs1 məxsus ünvanda axtarış aparıldığını, axtarış zamanı mətbəxdə olan dolabın içərisində 05 ədəd kibrit qutularında, evin yataq otağında çarpayının üzərindəki döşəyin altında bir ədəd böyük ölçüdə sellofan torbada, yataq otağında digər çarpayının döşəyinin altında 05 ədəd kibrit qutularında və evin qonaq otağında divanın arxasında bir ədəd böyük ölçüdə sellofan torbada qurudulmuş bitki mənşəli kütlələr, həmçinin dolabdan içərisində şəffaf maye olan 01 ədəd şpris aşkar edildiyini, aşkar edilmiş kibrit qutuları və sellofan torbaların müstəntiq tərəfindən götürülüb protokollaşdırıldığını, həmin protokolın iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edildiyini, lakin Təqsirləndirilən şəxs1 və onun həyat yoldaşının axtarış zamanı aşkar edilmiş maddələrin onlara məxsus olmadığını bildirib protokola imza etməkdən imtina etdiklərini öz ifadələrində bir daha təsdiq etdilər. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Səbail RPİnin əməkdaşı Şahid3 məhkəmə baxışında iştirakı təmin olunmadığından onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid3 ibtidai istintaq zamanı məhkəmədə şahid qismində dindirilmiş Səbail RPİ-nin əməkdaşıları Şahid1, Şahid4 və qeyrildəri ilə oxşar məzmunlu ifadə verməklə onların hər birinin ayrı-ayrılıqda ifadələrində göstərdikləri xüsusatları tam təsdiq etmişdir(iş vərəqə: 133-134). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şəxsi axtarış və götürmə barədə 20.05.2020-ci il tarixli protokoldan görünür ki, həmin protokol tərtib olunan tarixdə baxılan iş üzrə Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş müşaiyəti altında şəxsi axtarış və götürmə aparılmış və həmin vaxt Təqsirləndirilən şəxs2 əyinində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitəyə şübhəli maddə təqdim etmiş, həmin narkotik vasitənin kakos narkotik vasitəsi olduğunu və özünün şəxsi istifadəsi üçün Səbail rayonunda yerləşən, 20-ci sahə adlanan yerdə Şəhriyar adlı şəxsdən aldığını bildirmişdir(iş vərəqə:28-30). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini özündə əks etdirən bir ədəd CD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitəyə şübhəli maddə aşakr edilərək götürüldüyü təsdiq olunur və CD diskə yüklənmiş videogörüntülər şəxsi axtarış aparılması barədə 20 may 2020-ci il tarixli protokola uyğundur(cinayət işinə əlavə edilmişdir). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan axtarış və götürmə aparılması haqqında 01.06.2020-ci il tarixli protokoldan görünür ki, həmin protokol tərtib olunan tarixdə baxılan iş üzrə təqsirləndirilən şəxs X2 yaşadığı ünvan 3 ünvanda video çəkiliş vasitəsi ilə axtarış və götürmə aparılmış və axtarış aparılması nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evin mətbəxdə olan dolabın içərisindən 05 ədəd kibrit qutularında, evin yataq otağında çarpayının üzərindəki döşəyin altından bir ədəd böyük ölçüdə sellofan torbada, yataq otağında digər çarpayının döşəyinin altından yenə də 05 ədəd kibrit qutularında, evin qonaq otağında divanın arxasından bir ədəd böyük ölçüdə sellofan torbada bitki mənşəli kütlələr, qurudulmuş bitki mənşəli kütlələr, həmçinin dolabdan içərisində şəffaf maye olan 01 ədəd şpris aşkar edilərək götürülmüşdür(iş vərəqə:76-81). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan təqsirləndirilən şəxs X2 yaşadığı ünvan 3 ünvanda axtarış prosesini özündə əks etdirən bir ədəd CD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, qeyd olunan ünvanda video çəkiliş vasitəsi ilə axtarış və götürmə aparıldığı, axtarış nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evin mətbəxində olan dolabın içərisindən 05 ədəd kibrit qutularında, evin yataq otağında çarpayının üzərindəki döşəyin altından bir ədəd böyük ölçüdə sellofan torbada, yataq otağında digər çarpayının döşəyinin altından yenə də 05 ədəd kibrit qutularında, evin qonaq otağında divanın arxasından bir ədəd böyük ölçüdə sellofan torbada bitki mənşəli kütlələr, qurudulmuş bitki mənşəli kütlələr, həmçinin dolabdan içərisində şəffaf maye olan 01 ədəd şpris aşkar edilərək götürüldüyü təsdiq olunur və CD diskə yüklənmiş videogörüntülər yuxarıda göstərilən ünvanda axtarış aparılması barədə 01 iyun 2020-ci il tarixli protokola uyğundur(cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 20 may 2020-ci il tarixli, 6/846 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “Vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükülüdə olan maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir və təmiz çəkisi 7,120 qram təşkil edir. Tədqiq olunan həmin rəydən görünür ki, heroin 28 iyun 2005-ci il tarxili Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir(iş vərəqə:34-38). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 01 iyun 2020-ci il tarixli, 7/276 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ünvandan aşkar edilib götürülməklə tədqiqata təqdim edilmiş 02 (iki) ədəd sarımtıl rəngli kağız paketlərdə (hər paketin içərisində beş ədəd kibrit qutusu olmaqla) 10 (on) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,503 qram; 1,660 qram; 1,556 qram; 1,604 qram; 1,280 qram; 1,660 qram; 1,401 qram; 1,670 qram; 1,622 qram; 1,402 qram, ümumi çəkisi 15,358 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 02 (iki) ədəd polietilen bağlamalardakı bitki mənşəli kütlələr umimi çəkisi 6010 (altı min on) qram olmaqla, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs1 məxsus ünvandan aşkar edilib götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin ümumi təmiz çəkisi 6025,358 qram təşkil edir. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata tədqim edilmiş qurudulmuş marixuana narkotik vasitələri tərkiblərinə görə eynidirlər (iş vərəqə:121-124). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 10.06.2020-ci il tarixli, 1541 saylı rəyindən gönür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə:181-182). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 22.07.2020-ci il tarixli, 2029 saylı rəyindən gönür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə:192-193). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, istintaq hərəkti zamanı Təqsirləndirilən şəxs2 sərbəst ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə:128-130). Daha sonra məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şahidlər Şahid9, Şahid4, Şahid5, Şahid8 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, istintaq hərəkti zamanı şahidlər sərbəst ifadələrində işin halları ilə bağlı göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişlər (iş vərəqə: 239-241, 242-244, 254-256, 257-259). Məhkəmə baxışı zamanı tədqiq olunan CD diskə baxış keçirilməsi haqqında 05 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti zamanı Azərbaycan Respublikası DİN-nin BİKİ-dən alınmış Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nörmələrinə dair giriş-çıxış zənglərinin, həmçinin əhatə dairəsinə dair məlumatların olduğu 02 ədəd “CD” diskə baxış keçirlimiş və müəyyən edilmişdir ki, 19 may 2020-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 arasında telefon danışıqları olmuş, həmçinin 19 may 2020-ci il və 20 may 2020-cil tarixlərdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadə etdikləri mobil cihazların anten əhatə dairələri hər ikisində eyni ərazidə - Səbail rayonu, 20-ci sahə ərazisində olmaları təsdiq olmuşdur(iş vərəqə: 245-251). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sübutların qiymətləndirilməsi barədə 09 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 7,120 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalan 7,020 qram hissəsi və Təqsirləndirilən şəxs1 yaşadığı ünvadnan aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 6025,358 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalan 6025,118 qram hissəsi iş üzrə maddi sübut kimi tanınmış və Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir(iş vərəqə: 261-277). Ən nəhayət iş üzrə Təqsirləndirilən şəxs2 üzərində video çəkilişlə axtarış aparılan zaman keçirilmiş istintaq hərəkətinin qeydə alındığı görüntülərin yerləşdirildiyi 01 ədəd “CD” disk, həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanda video çəkilişlə axtarış aparılan zaman keçirilmiş istintaq hərəkətinin qeydə alındığı görüntülərin yerləşdirildiyi 01 ədəd “CD” disk sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 261-277). Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 7,120 qram heroin narkotik vasitəsinin və Təqsirləndirilən şəxs1 götürülmüş 6025,358 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsinin çəkisi 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən olunan külli miqdarın minimum həddindən qat-qat çoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə aşkar edilib götürülmüş heroin və qurudulmuş marixuana narkotik vasitənin çəkisinin külli miqdar təşkil etməsi ilə yanaşı narkotik vasitələrin növ müxtəlifliyi, heroin narkotik vasitəsinin Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 125 manata satılması, Təqsirləndirilən şəxs1 narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etməsinə və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini satış məqsədilə əldə edib saxlaması və satması, həmçinin satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə etməsi və saxlaması, yəni Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarıfndan artıq miqdarda heroin narkotik vasitəsini Təqsirləndirilən şəxs1 alıb əldə etməsi, saxlaması və özü ilə daşıması, yəni Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 əməlini etiraf etmiş, təqsirsizliyi ilə bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı qeyri-etirafedici və ziddiyyətli ifadələrini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilməsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs1 özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur və əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (iş vərəqə: səh. 190, 191). İşdə olan sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 himayəsində 2 nəfər, Təqsirləndirilən şəxs2 himayəsində 3 nəfər azyaşlı uşaqları vardır (iş vərəqə: səh. 215, 292). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 himayəsində 2 nəfər, Təqsirləndirilən şəxs2 himayəsində 3 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması onun barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin ağır cinayətlər kateqoriyasına, Təqsirləndirilən şəxs2 isə törətmiş olduğu cinayətin az ağır cinayətlər kateqoriyasına aid olması nəzərə alınmalı, təqsirləndirilən şəxslərin islah olunması, həm onların özləri, həm də başqa şəxslər tərəfindən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində, ədalətli, şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 20 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 21 may 2020-ci il tarixədək 1 (bir) gün həbsdə saxlanılmış, 21 may 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmiş və məhkəmə hökmü çıxarılanadək həmin qətimkan tədbiri dəyişdirilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı müəyyən olundu ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs1 01 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 03 iyun 2020-ci il tarixədək 2 (iki) gün həbsdə saxlanılmış, 03 iyun 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmiş və məhkəmə hökmü çıxarılanadək həmin qətimkan tədbiri dəyişdirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 01 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 03 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün və Təqsirləndirilən şəxs2 20 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 21 may 2020-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün onlara təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı, cəza çəkmələri üçün üzərlərində qəti cəza saxlanılmalı və hər iki təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərin hər ikisinin barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onlarn barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və onlar məhkəmə iclas zalından dərhal həbsə alınmalıdırlar. Barələrində seçilən həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın 10.06.2020-ci il tarixli, 1541 saylı və 22.07.2020-ci il tarixli, 2029 saylı rəyindən saylı rəylərini nəzərə alıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər təyin olunmalı və onlar yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Qeyd olunanlardan başqa, məhkəmə iş üzrə maddi sübutların taleyi ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-nin Səbail RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 7,120 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalan 7,020 qram hissəsi və Təqsirləndirilən şəxs1 yaşadığı ünvadnan aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 6025,358 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalan 6025,118 qram hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs2 üzərində video çəkilişlə axtarış aparılan zaman keçirilmiş istintaq hərəkətinin qeydə alındığı görüntülərin yerləşdirildiyi 01 ədəd “CD” disk, həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanda video çəkilişlə axtarış aparılan zaman keçirilmiş istintaq hərəkətinin qeydə alındığı görüntülərin yerləşdirildiyi 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 265,64 (iki yüz altmış beş manat 64 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 132,82 (yüz otuz iki manat 82 qəpik) manat olmaqla müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 01 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 03 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 27 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 20 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 21 may 2020-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 27 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: Səbail RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 7,120 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalan 7,020 qram hissəsi və Təqsirləndirilən şəxs1 yaşadığı ünvadnan aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 6025,358 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalan 6025,118 qram hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Bundan başqa, məhkəmə qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs2 üzərində video çəkilişlə axtarış aparılan zaman keçirilmiş istintaq hərəkətinin qeydə alındığı görüntülərin yerləşdirildiyi 01 ədəd “CD” disk, həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanda video çəkilişlə axtarış aparılan zaman keçirilmiş istintaq hərəkətinin qeydə alındığı görüntülərin yerləşdirildiyi 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 265,64 (iki yüz altmış beş manat 64 qəpik) manat məbləğində ekspertiza xərci məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 132,82 (yüz otuz iki manat 82 qəpik) manat olmaqla müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar