Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-338/2023 13.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X6 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "X9 Kompani S.A." şirkətinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, müdafiəçi-Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 07 sentyab 1997-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, subay, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 1 il 4 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzası çəkilməmiş qalan, ünvan 1 ünvanında qeydiyyatda olan, 18 yanvar 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş və 20 yanvar 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad edilmiş, 15 mart 2022ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 17 mart 2022ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, təkrar özgəsinə məxsus olan yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını və dövlət əhəmiyyətli əmlakı gizli olaraq talamış, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, üzərində saxlamış və daşımış, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 yanvar 2022-ci il tarixdə saat 01 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən dövlət əhəmiyyətli “X9 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndiliyinin 4 saylı NQÇS-nin 1 saylı neft və qazçıxarma sahəsinin emalatxanasının dəmir qapısının qıfılını dəmir parçası ilə sındırıb, saxlanc yerinə qanunsuz daxil olaraq, içəridə olan neft və qaz kəmərlərinə aid bir ədədinin dəyəri 150 manata olan ümumilikdə 300 manat dəyərində iki ədəd SKN-5 barmaq yığımını, bir ədəd 140 manata dəyərində SKN-3 əyləc sistemini, bir ədəd 160 manat dəyərində SKN-6 əyləc sistemini, bir ədədinin qiyməti 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində üç ədəd 50x55 ölçüdə qayka açarları, bir ədəd 15 manat dəyərində asma qıfılı, bir ədədinin qiyməti 19,20 manat olmaqla ümumilikdə 57,60 manat dəyərində üç ədəd Ştanq 22 mm-i (dəmir şəbəkəli qapı), bir ədəd 160 manat dəyərində 1,40x1,56 ölçüdə plastik pəncərəni gizli olaraq talamış, nəticədə zərərçəkmiş şəxs “X9 Kompani S.A.” şirkətinə ümumilikdə 922,60 manat (doqquz yüz iyirmi iki manat altmış qəpik) miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 3 (üç) bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,509 qram, 0,752 qram və 0,358 qram olmaqla, ümumi təmiz çəkisi 1,619 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 18 yanvar 2022-ci il tarixdə saat 10:30-da Bakı şəhəri, Suraxanı RPİ, 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində saxlanılaraq, Suraxanı RPİ, 31-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sağ cibindən 3 (üç) bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,509 qram, 0,752 qram və 0,358 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1,619 qram təşkil edən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrar, 13 mart 2022-ci il tarixdə saat 02 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq, həmin evdən 60 manat dəyərində bir ədəd olan uzun müddət istifadədə olmuş, üzərində cızıqlar, rəng qopuqları olan Çində istehsal edilmiş LG markalı LG-X220ds modelli mobil telefonu, 30 manat dəyərində bir ədəd uzun müddət istifadədə olmuş, üzərində cızıqlar, rəng qopuqları olan Çində istehsal edilmiş LG markalı LG- H502 modelli mobil telefonu, 40 manat dəyərində bir ədəd uzun müddət istifadədə olmuş, ekranı zədəli vəziyyətdə olan “Hoffman” markalı X-Play modelli mobil telefonu, 142 manat dəyərində bir ədəd 1,67 qram kütləli qızıl qolbağı, 30 manat dəyərində bir ədəd qalın odeyalı və 35 manat dəyərində bir ədəd qadın gödəkçəsini gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 337 (üç yüz otuz yeddi) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar, 14 mart 2022-ci il tarixdə saat 01 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus mənzilə qapının qıfılını sındırmaq yolu ilə qanunsuz daxil olaraq, həmin evdən 247 manat dəyərində bir ədəd sarı rəngli metaldan üzərində oval formalı elementi olan, üzərində “14K” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun və çəkisi 3,09 qram olan qızıl boyunbağı, 86 manat dəyərində bir ədəd sarı rəngli metaldan, üzərində kürə formalı elementi olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun və çəkisi 1,07 qram olan qızıl qolbaq, 158 manat dəyərində bir ədəd sarı rəngli metaldan, üzərində ağ rəngli şəffaf qaşları olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 1,98 qram olan və qaşları qiymətli qaşlara aid omayan üzük, 87 manat dəyərində bir ədəd gümüşü rəngli metaldan, üzərində firuzəyi rəngli daş olan, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 17,43 qram olan və daşı qiymətli daşlara aid olmayan sırğa cütü-üzük dəsti, 69 manat dəyərində bir ədəd gümüşü rəngli metaldan, üzərində qara rəngli və ağ şəffaf qaşları olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 13,85 qram olan və qaşları qiymətli daşlara aid olmayan sırğaüzük dəsti, 48 manat dəyərində bir ədəd gümüşü rəngli metaldan, üzərində sarı rəngli və ağ şəffaf qaşları olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 9,55 qram olan və qaşları qiymətli qaşlara aid olmayan sırğa cütü, 44 manat dəyərində iki ədəd gümüşü rəngli metaldan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun və çəkisi 8,80 qram olan üzük, 41 manat dəyərində olan iki ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 8,17 qram olan və qaşları qiymətli qaşlara aid olmayan üzük, 21 manat dəyərində olan bir ədəd gümüşü rəngli metaldan, üzərində qırmızı və qara rəngli daş olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 4,23 qram və daşları qiymətli daşlara aid olmayan üzük, 37 manat dəyərində olan bir ədəd gümüşü rəngli metaldan, üzərində göy rəngli daş olan, üzərində “925” əyar damğadı həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 7,39 qram və daşı qiymətli qaşlara aid olmayan üzük, 10 manat dəyərində olan bir ədəd gümüşü rəngli metaldan, birinin üzərində ağ şəffaf qaşları ola, metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 16,82 qram və qaşları qiymətli qaşlara aid olmayan sırğa cütü, 4 manat dəyərində olan bir ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, (1 ədəd qaş yeri boşdur), metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 2,37 qram olan və qaşları qiymətli qaşlara aid olmayan üzük, 2 manat dəyərində olan bir ədəd sarı rəngli metaldan olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış və çəkisi 0,78 qram olan sırğa tayını gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 854 (səkkiz yüz əlli dörd) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 4,339 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 33-cü PB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 mart 2022-ci il tarixdə saat 15:45-də ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 4,339 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd olunan hərəkətlərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2, 234.1 və 234.4.3-cü maddələri ilə ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin 15 mart 2022-ci il tarixdə şəxsi axtarış keçirilərkən ondan aşkar olunmuş narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bildi, həm oğurluq, həm də narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayəti üzrə CM-nin 234.1-ci maddəsini qəbul etdiiyini, lakin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə görə, hər üç oğurluq epizodu üzrə verilmiş ittihamla razıdır, oğurluq etdiyini etiraf edir, oğurladığı əşyaların bir hissəsini Zərərçəkmiş şəxs1 qaytarmışdır. Lakin sonuncu dəfə polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu polis bölməsinə gətirdikdən sonra onu narkotik vasitə ilə həbs edəcəklərini və ona məhkəmə tərəfindən üç ilə qədər azadlıqdan məhrum etmə cəzasının veriləcəyini bildirmişlər. O da, polis əməkdaşlarının dedikləri ilə razılaşıb bütün sənədləri imzalamışdır. Sonradan bilmişdir ki, ona narkotik vasitələrin satışına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, 18 yanvar 2022-ci il tarixdə ilk dəfə polislər tərəfindən saxlanılarkən üzərində öz istifadəsi üçün əldə etdiyi az miqdarda narkotik olmuşdur. Həmçinin hər üç epizod üzrə oğurluqları o, təkbaşına törətmişdir və ona heç kim köməklik etməmişdir. 15 mart 2022-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən isə onda narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu döydüyünə və təzyiqlər göstərdiyinə, işinin CMnin 234.1-ci maddəsi ilə məhkəməyə göndəriləcəyinə söz verdiklərinə görə, inanıb bütün sənədləri oxumadan imzalamışdır. Döyülməyi barədə təcridxanada müayinədən keçərkən bildirməmiş, üzərində xəsarət izləri olmamışdır. Polis işçiləri tərəfindən döyülməyi ilə bağlı heç yerə şikayət etməmiş və bununla bağlı araşdırma aparılmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq oldundu. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, bir müddətdir narkotik maddələrdən istifadə edir, istifadə etmədikdə bədənində ağrılar olur. Əvvəllər oğurluq etməyinə görə məhkumluq həyatı yaşamışdır. Narkotikə ehtiyacı olduğundan və pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 16 yanvar 2022-ci il tarixdə saat 01 radələrində “X9 Kompani S.A.” şirkətinin ərazisini gəzməyə başlamışdır. Həmin ərazidə bir otaq olmuşdur. Otağın qapısı dəmirdən, pəncərəsi isə plastikdən olmuşdur. O, dəmir qapıdakı qıfılı sındırıb içəri daxil olmuş, içəridən 2 ədəd SKN-S barmaq yığımı, bir ədəd SKN-3 əyləc sistemi, bir ədəd SKN-6 əyləc sistemi, üç ədəd 50x55 ölçüdə qayka açarlar, bir ədəd asma qıfıl, üç ədəd Ştanq 22 mm (dəmir şəbəkəli qapı), bir ədəd 1,40x1,56 ölçüdə plastik pəncərəni götürmüş və özü ilə gətirdiyi arabaya yükləmiş, oradan çıxıb getmişdir. Səhəri günü oğurladığı əşyaları Binə qəsəbəsində yerləşən metal alışı və satışı ilə məşğul olan Sadiq adlı şəxsə satmış, əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 17 yanvar 2022-ci il tarixdə zibil qablarından satmaq üçün metal əşyalar axtaran zaman 3 ədəd büküm tapmış və onları açıb içində narkotik vasitə heroin olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin üç ədəd bükümü götürmüş və sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gecə bükümlərdə olan narkotik maddələrdən bir qismini istifadə etmişdir. 18 yanvar 2022-ci il tarixdə saat 10:30-da Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində olan zaman mülki geyimdə 2 nəfər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu deyərək Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Polis bölməsində onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. O, qara rəngli qış gödəkçəsinin sağ cibində saxladığı üç bükümdə olan narkotik vasitə heroini çıxarıb polislərə təqdim etmişdir. Sonra bu barədə protokol hazırlanmış və o da, protokolu imzalamışdır. O, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış, yalnız öz istifadəsi üçün narkotik maddə əldə etmiş və istifadə etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, 13 mart 2022-ci il tarixdə saat 02 radələrində Suraxanı rayonu, 2-ci Mədən küçəsində piyada hərəkət edərək oğurluq etmək üçün ev və ya obyekt axtarmış, bu zaman həmin yerdə olan həyət evlərindən birində işıqlar yanmadığını görüb həmin həyətə boylanmışdır. Səs gəlmədiyini görüb evdə heç kim olmadığını başa düşmüşdür. Bundan sonra həmin evə yaxınlaşmış və evin plastik pəncərəsini yerdən tapdığı dəmir parçası ilə kilid hissəsinə salıb sıxaraq açmışdır. Bundan sonra həmin evə daxil olub evi axtarmağa başlamışdır. Həmin evdən 2 ədəd sadə mobil telefon və bir ədəd sensorlu telefon, bir ədəd qadın gödəkçəsi, bir ədəd qalın odeyal və bir ədəd uşaq üçün nəzərdə tutulan qızıl qolbaq tapmış və həmnin əşyaların hamısını özü ilə götürmüşdür. Bundan sonra o, həmin evə daxil olduğu pəncərədən çölə çıxmış və oradan uzaqlaşmışdır. Oğurladığı həmin əşyaları yaşadığı evə gətirmiş və sonra satmağı qərara almışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin əşyaları könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. 14 mart 2022-ci il tarixdə saat 01 radələrində o, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış massivində piyada hərəkət edərək oğurluq etmək üçün ev və ya obyekt axtaran zaman həmin yerdə olan bağça kimi yerin yanındakı köhnə tikili diqqətini çəkmişdir. O, ətrafa baxıb heç kimin olmadığına və onu görmədiyinə əmin olduqdan sonra həmin tikiliyə yaxınlaşmış və qapının seyf qapı olduğunu görmüşdür. Özü ilə götürdüyü dəmir parçası ilə həmin qapının kilid hissəsini sındıraraq qapını açıb içəri daxil olmuşdur. Həmin evi axtarmağa başlamış və bu zaman həmin evdə yataq otağında dolabın üstündə müxtəlif qadın zinət əşyalarını görüb onların hamısını götürmüşdür. Bundan sonra həmin evdən çıxmış və bir az uzaqlaşdıqdan sonra oğurladığı əşyalara baxıb 9 ədəd üzük, 4 cüt sırğa, 3 ədəd klon, 2 ədəd qolbaq və 2 ədəd kiçik hissəciklər olduğunu görmüşdür. O, narkotik vasitəyə olan ehtiyacını ödəmək üçün həmin əşyaların bir hissəsini əvvələr tanıdığı Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan Elvinə vermiş və bunun qarşılığında narkotik vasitə heroin alıb istifadə etmişdir. Qalan oğurladığı əşyaları isə özündə saxlamışdır. Sonradan polis əməkdaşları tərəfindən saxlanılmış və oğurladığı əşyaların qalan hissəsini onlara təhvil vermişdir. Bundan başqa, 15 mart 2022-ci il tarixdə saat 01 radələrində Suraxanı qəsəbəsində Elvin adı ilə tanıdığı şəxsdən 30 manata bir büküm narkotik vasitə heroin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. 15 mart 2022-ci il tarixdə saat 15:30 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış massivi 14 ünvanının yaxınlığında yaşadığı evə tərəf gedən zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onun şəxsiyyəti barədə maraqlanmışlar. O da, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün 33-cü Polis bölməsinə dəvət etmişlər. O da, razılaşmış və polis əməkdaşları ilə birlikdə bölməyə gəlmişdir. 33-cü Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Bu zaman o, əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmiş, içərisində narkotik vasitə heroin olduğunu, onu 15 mart 2022-ci il tarixdə Elvin adlı şəxsdən cəmi 30 manata Suraxanı qəsəbəsində aldığını bildirmişdir. Bundan sonra həmin büküm polis əməkdaşları tərəfindən baxış keçirilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun razılığı ilə yaşadığı Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 21 ünvanındakı fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evdən başqa qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır (cild 3, iş vərəqi 42-45). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 12 mart 2022-ci il tarixdə həyat yoldaşı il birlikdə yaşadığı evdən çıxaraq Saatlı rayonuna getmiş, gedərkən evin açarlarını qızı Əsmərə vermişdir ki, kürəkəni Nicat gedib həmin evə baş çəksin. 14 mart 2022-ci il tarixdə Bakı şəhərinə qayıdarkən Nicat ona zəng edərək evlərində oğurluq olduğunu demişdir. O, Nicata polisə zəng edib məlumat verməsini tapşırmışdır. Evə çatdıqda evin dağınıq halda olduğunu və 200 manata nəvəsi üçün aldığı qızıl qolbaq, hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində olan iki ədəd “LG” markalı mobil telefon, 150 manat dəyərində bir ədəd “Hoffman” markalı mobil telefon, 35 manat dəyərində bir ədəd qadın gödəkçəsi və 50 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan odeyalın oğurlandığı məlum olmuşdur. Sonradan istintaq gedən zaman ona məxsus evdən oğurluq edən Aytac adlı qadın olduğunu bilmişdir. Hazırda onun təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 30 mart 2023-cü il yazılı ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını və ona qarşı heç bir şikayətinin və iddia tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən onun qaynatası Zərərçəkmiş şəxs1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 33-35). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 14 mart 2022-ci il tarixdə səhər saatlarında evdən çıxmış və təxminən saat 19 radələrində evə qayıtdıqda mənzilin qapısının qıfılının sındırıldığını görmüşdür. Evə daxil olduqda əşyaların dağınıq olduğunu görüb evə oğru girdiyini anlamışdır. Yataq otağına baxdıqda dolabın üstündə olan 4 ədəd firuzə qaşlı gümüş üzüyün, 3 ədəd adi qaşlı qızıl üzüyün, 3 cüt gümüş üzüyün, 3 cüt sırğanın, 2 ədəd gümüş kulonun, 1 ədəd gümüş qolbağın və çarpayının altında olan döşəyin altından 1 ədəd qızıl klon və sep, 1 ədəd qaşlı qızıl qolbaq, 2 ədəd ulduzvari qızıl hissəcikləri, 2 ədəd qızıl üzük və 1 cüt qızıl sırğanın oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişlər. Sonra Suraxanı RPİ 33-cü Polis bölməsinə gedərək şikayət ərizəsi yazmışdır. Hadisə nəticəsində ona ümumilikdə 910 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 27 oktyabr 2022-ci il tarixli yazılı ərizəsində Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş hüquqi şəxs "X9 Kompani S.A." şirkətinin nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, 16 yanvar 2022-ci il tarixdə işlədiyi şirkətin Azərbaycandakı nümayəndəliyinə məxsus Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən 1 saylı neft və qazçıxarma sahəsinin emalatxanasının dəmir qapısının üzərindəki qıfılının sındırılması və içəridən iki ədəd SKN-5 barmaq yığımı, bir ədəd SKN-3 əyləc sistemi və bir ədəd SKN-6 iyəc sistemi, üç ədəd 50x55 ölçüdə qayka açarların, bir ədəd asma qıfılın, üç ədəd üç dəd 22 mm ştanq və bir ədəd 1,40x1,56 Ölçüdə plastik pəncərənin oğurlanmasını müəyyən etmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində işlədiyi şirkətə cəmi 1568,60 manat dəyərində maddi ziyan dəymiş və həmin ziyanın ödənilməsini tələb edirlər. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi həmçinin məhkəməyə mülki iddia ərizəsi təqdim edərək, qeyd olunan maddi zərərin və dövlət rüsumu kimi ödənilmiş 36 manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutulub şirkətə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri, Suraxanı RPİ, 33-cü Polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili X1 ifadəsində göstərdi ki, 15 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, rəhbərliyin göstərişi ilə ondan və Suraxanı RPİ, 33cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 15:30-da onlar Yeni Günəşli qəsəbəsi, “A/B” yaşayış massivi, 14 saylı binanın qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər qadına yaxınlaşıb saxlamışlar və onun Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirdikdən sonra bölməyə dəvət etmişlər. Suraxanı RPİ-nin 33-cü Polis bölməsində xidməti otaqların birində dəftərxana operatoru X3 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman saxlanılan qadın əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümü və əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd siqaret qutusu və alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində özünə məxsus narkotik maddə heroin olduğunu, həmin narkotik maddəni tanışı Elvin adlı şəxsdən 30 manata şəxsi istifadəsi üçün əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxladığını, Yeni Günəşli qəsəbəsində mənzil oğurluğu cinayəti törətdiyini və oğurladığı zinət əşyalarının bir qisminin qardaşı Ruslanda, qalan zinət əşyalarının isə yaşadığı evdə pul kisəsinin içərisində olduğunu, həmin zinət əşyalarını təqdim edə biləcəyini demişdir. Bundan sonra həmin 1 ədəd büküm götürülərək qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şahid2 ifadəsinə görə, daha sonra Təqsirləndirilən şəxs razılığı əsasında onun yaşadığı Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 21 ünvanında yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evdə Təqsirləndirilən şəxs dolabın gözünü açaraq orada olan çəhrayı rəngli pul kisəsindən zinət əşyalarını təqdim etmiş və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində mənzil oğurluğu edən zaman oğurladığı zinət əşyalar olduğunu demişdir. Həmin əşyalar da götürülərək qablaşdırılmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 33-cü Polis bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 33-cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 həmkarı Şahid2 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında Bakı şəhəri, Suraxanı RPİ, 33-cü Polis bölməsinin dəftərxana operatoru X3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan və tədqiq edildi. İlhamə Əliyeva həmin ifadəsində bildirmişdir ki, 15 mart 2022-ci il tarixdə işdə olan zaman Təqsirləndirilən şəxs adlı şəxsin üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman iştirak etməyi təklif olunmuş, o da, bu təkliflə razılaşmışdır. Bundan sonra onun, Suraxanı RPİ, 33-cü Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid1, eləcə də müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümü və əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd siqaret qutusu və alışqanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin 1 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və özünə məxsus olduğunu, həmin narkotik maddəni tanışı Elvin adlı şəxsdən cəmi 30 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxladığını, Yeni Günəşli qəsəbəsində mənzil oğurluğu cinayəti törətdiyini və oğurladığı zinət əşyalarının bir qisminin qardaşı Ruslanda olmasını, qalan zinət əşyalarının isə yaşadığı evdə pul kisəsinin içərisinə olduğunu, həmin zinət əşyalarını təqdim edə biləcəyini demişdir. Bundan sonra aşkar edilmiş həmin 1 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur (cild 1, iş vərəqi 162-164). Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri, Suraxanı RPİ, 31-ci Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində bildirdi ki, 18 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və 31-ci Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 10:30da Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən qadını saxlayıb, şəxsiyyətini dəqiqləşdirdikdən sonra narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə dəvət etmişlər. Bölmədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibindən 3 ədəd bükümü çıxarıb təqdim etmiş, bükümlərin içərisində özünə məxsus narkotik maddə heroin olduğunu, həmin narkotik maddələri yaşadığı evin yaxınlığında zibil qutusundan tapdığını və istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 3 ədəd büküm götürülərək qablaşdırılmış, keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 31-ci Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 18 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həmin gün saat 10:30-da Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində saxlanılaraq 31-ci Polis bölməsinə gətirilməsi, onun şəxsi axtarışı zamanı narkotik vasitə olan heroinin aşkar olunaraq götürülməsində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid4 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, Binə qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində işləyir və əhalidən köhnə metalları qəbul edib zavoda təhvil verir. 18 yanvar 2022-ci ildə əvvəllər tanımadığı, görkəmindən qaraçı hesab etdiyi, sonradan adının Aytac olduğunu bildiyi bir qadın yük taksisi ilə onun işlədiyi məntəqəyə xeyli köhnə metal gətirmişdir. O da, həmin metalları çəkib 200 kq olduğunu müəyyənləşdirmiş və hər kiloqramı üçün 40 qəpik hesabı ilə ona 80 manat pul verərək metalları məntəqənin həyətinə boşaltmışdır. Bir gün sonra məntəqəyə bir nəfər polis əməkdaşı ilə «Suraxanı Oyl» neft şirkətinin əməkdaşı gəlib baxış keçirmiş və həmin şəxs Aytacın gətirdiyi metallara baxıb həmin metalların özünün işlədiyi şirkətə məxsus olduğunu demişdir. Polis əməkdaşı tərəfindən protokol tərtib edilərək Aytacın gətirdiyi 200 kq metal götürülmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, Aytac həmin metalları «Suraxanı Oyl» neft şirkətinin ərazisindən oğurlamışdır. Həmin vaxt o, Aytacdan həmin metalları haradan əldə etdiyini soruşmuş, Aytac da çöllük ərazidən topladığını bildirmişdir. Məhkəmə iclasında Şahid7 cinayət işinin ibtidai istintaq zamanı verdiyi elan və tədqiq edildi. O, həmin ifadəsində göstərmişdir ki, 14 mart 2022-ci il tarixdə səhər saatlarında əvvəllər tanıdığı Aytac yaşadığı evə gələrək ona 1 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbaq, 1 ədəd tək sırğa və 3 ədəd gümüş üzüyü göstərərək, həmin əşyaların müqabilində narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. O da, razılaşmış və həmin zinət əşyalarının hamısını götürərək Aytaca bir büküm heroin vermişdir. 15 mart 2022-ci il tarixdə Suraxanı RPİ, 33-cü Polis bölməsinin əməkdaşları yaşadığı evə gəlmiş və Aytacın ona narkotik vasitə almaq üçün pul əvəzinə verdiyi zinət əşyalarını oğurluq yolu ilə əldə etdiyini bildirmişlər. O da, həmin zinət əşyalarının hamısını polis əməkdaşlarına könüllü surətdə təqdim etmişdir. Aytac ona narkotik vasitə almaq üçün verdiyi zinət əşyalarını oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumat verməmişdir. Sadəcə özünə məxsus olduğunu və narkotikə olan ehtiyacını ödəmək üçün ona verdiyini bildirmişdir. O, Aytaca 15 mart 2022-ci il tarixdə narkotik vasitə heroin və ya başqa hər hansı bir növ narkotik vasitə satmamışdır (cild 3, iş vərəqi 1-3). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 18 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman sonuncunun əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibindən 3 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və istintaq hərəkəti zamanı aparılmış videogörünütün olduğu bir ədəd disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 213-215). Cinayət işinə əlavə edilmiş 15 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İstintaq hərəkəti zamanı aparılmış videogörünütün olduğu bir ədəd disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 87-89). İşə əlavə edilımiş 16 mart 2022-ci il tarixli evə baxış və götürmə keçirilməsi protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, bu zaman həmin evdən dolabın içərisindəki çəhrayı rəngli pul kisəsinin içərisindən qızıl-zinət əşyaları aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 103-105). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı həmin görüntülərin Təqsirləndirilən şəxs üzərində 18 yanvar 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən şəxsi axtarış və götürmə keçirilməsinə dair protokolla uyğunluq təşkil etməsi müəyyən olunmuşdur (cild 2, iş vərəqi 187). İş materiallarına əlavə edilmiş baxış protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, bu zaman şəxsi axtarış keçirilməsi protokolunda qeyd olunanlarla videogörüntüdə əks olunanların bir-biri ilə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 128). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi zinət əşyalarının bir hissəsini polis əməkdaşlarına könüllü təqdim etmiş, həmin əşyalara baxış keçirilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 103-105). İstintaq zamanı Şahid7 Təqsirləndirilən şəxsnm oğurluq yolu ilə əldə edərək ona verdiyi zinət əşyalarını polis əməkdaşlarına könüllü olaraq təqdim etmiş, həmin əşyalara baxış keçirilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və iş materiallarına əlavə olunmuşdur (cild 2, iş vərəqi 145-147). Məhkəmə-kimyəvi ekspertizasının 16 mart 2022-ci il tarixli 6/1508 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində“...Vət. X2 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,339 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 95-99). Məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2022-ci il tarixli 6/322 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,509 qram, 0,752 qram və 0,358 qram olmaqla, ümumi təmiz çəkisi 1,619 qram təşkil edən tünd qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxildir (cild 1, iş vərəqi 230-235). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 iyun 2022-ci il tarixli 9/2628 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri aşağıdakı kimi müəyyən edilir: 2 ədəd SKN-5 barmaq yığımı - 300,0 manat (02 ədəd x 150,0 manat); 1 ədəd SKN-6 əyləc sistemi - 160,0 manat; 1 ədəd SKN-3 əyləc sistemi - 140,0 manat (cild 2, iş vərəqi 111-112). Kompeks məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 iyun 2022-ci il tarixli 6/3475-9/4504 saylı rəyindən görünür ki, təqdim edilən məmulatların metalı, əyarı, çəkisi, üzərində olan qaşların təbiəti və digər göstəriciləri müəyyən edilmişdir. Ekspertizaya təqdim edilmiş məmulatları 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 854,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda əlamətləri və dəyəri isə aşağıdakı kimi müəyyən edilir: - 1 ədəd sarı rəngli metaldan, üzərində oval formalı elementi olan boyunbağı - üzərində “14K” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,09 qramdır - 247,0 manat; - 1 ədəd sarı rəngli metaldan,ü zərində kürə formalı elementi olan qolbaq - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğudur, çəkisi 1,07 qramdır - 86,0 manat; - 1 ədəd sarı rəngli metaldan, üzərində ağ rəngli şəffaf qaşları olna üzük - üzərində “585” əyar damğöası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 1,98 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 158,0 manat; -1 ədəd gümüşü rəngli metaldan, üzərində firuzəyi rəngli daş olan sırğa cütü-üzük dəsti metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 17,43 qramdır, daşı qiymətli daşlara aid deyil - 87,0 manat; - 1 ədəd gümüşü rəngli metaldan, üzərindəq ara rəngli və ağ şəffaf qaşları olan sırğa-üzük dəsti - üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 13,85 qramdır, qaşları qiymətli daşlara aid deyil - 69,0 manat; - 1 ədəd gümüşü rəngli metaldan, üzərində sarı rəngli və ağ şəffaf qaşları olan sırğa cütü üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 9,55 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 48,0 manat; - 2 ədəd gümüşü rəngli metaldan, üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 8,80 qramdır - 44,0 manat; - 2 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 8,17 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 41,0 manat; - 1 ədəd gümüşü rəngli metaldan, üzərində qırmızı və qara rəngli daş olan üzük - üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 4,23 qramdır, daşları qiymətli daşlara aid deyil - 21,0 manat; - 1 ədəd gümüşü rəngli metaldan, üzərində göy rəngli daş olan üzük - üzərində “925” əyar damğadı həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 7,39 qramdır, daşı qiymətli qaşlara aid deyil - 37,0 manat; - 2 ədəd gümüşü rəngli metaldan, birinin üzərində ağ şəffaf qaşları olan sırğa cütü - mtalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 16,82 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 10,0 manat; - 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük (1 ədəd qaş yeri boşdur), metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 2,37 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 4,0 manat; - 1 ədəd sarı rəngli metaldan sırğa tayı - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 0,78 qramdır - 2,0 manat; - 1 ədəd sarı rəngli metaldan ulduz formalı məmulat hissəsi - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 0,38 qramdır, qırıntı hesab olunur - 0,0 manat (cild 2, iş vərəqi 180-183). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 avqust 2022-ci il tarixli 6/3860-9/4958 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - 1, 67 qram kütləli, üzərində “Elman” yazısı və gözmuncuğu elementi, qulaqcıqlarında isə “585” damğası olan qırmızımtıl-sarı rəngli 1 ədəd qolbaq 583/585 əyarlı qızıldan hazırlanmışdır. Ekspertizaya təqdim edilən məmulatın modeli və digər göstəriciləri nəzərə alınmaqla 1 ədəd qolbağın və digər əşyaların istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin mart ayına olan pərakəndə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 302,0 manat müəyyəne dilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində aşağıdakı kimi göstərilmişdir: - 1 ədəd uzun müddət istifadədə olmuş, üzərində cızıqlar, rəng qopuqları olan Çində istehsal edilmiş, LG markalı, LG-X220ds model mobil telefon - 60,0 manat; - 1 ədəd uzun müddət istifadədə olmuş, üzərində cızıqlar, rəng qopuqları olan Çində istehsal edilmiş, LG markalı, LG-H502 model mobil telefon - 30,0 manat; - 1 ədəd uzun müddət istifadədə olmuş, ekranı zədəli vəziyyətdə olan Hoffman markalı, X- Play model mobil telefon - 40,0 manat; - 1,67 qram kütləli 1 ədəd qolbaq - 142,0 manat; - 1 ədəd qalın odeyal normal vəziyyətdə - 30,0 manat (cild 3, iş vərəqi 4-7). Ambulator məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2022-ci il tarixli 1814 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 109-110). İbtidai istintaq orqanının 20 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkisi 4,339 qram narkotik vasitə heroin və 1,619 qram narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,289 qram və 1,619 qram narkotik vasitə heroin məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Oğurluq cinayətlərinin predmetləri olan 1 ədəd sarı rəngli metaldan hazırlanmış üzərində oval formalı elementi olan boyunbağı, 1 ədəd sarı rəngli metaldan hazırlanmış üzərində kürə formalı elementi olan qolbaq, 1 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində ağ rəngli şəffaf qaşları olan üzük, 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində firuzəyi rəngli daş olan sırğa cütü-üzük dəsti, 1 ədəd gümüşü rəngli metaldan, üzərində qara rəngli və ağ şəffaf qaşları olan sırğa-üzük dəsti, 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində sarı rəngli və ağ şəffaf qaşları olan sırğa cütü, 2 ədəd gümüşü rəngli metaldan hazırlanmış üzük, 2 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində ağ şəffaf qaşları olan üzük, 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində qırmızı və qara rəngli daş olan üzük, 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində göy rəngli daş olan üzük, 2 ədəd gümüşü rəngli metaldan hazırlanmış, birinin üzərində ağ şəffaf qaşları olan sırğa cütü və 1 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində ağ şəffaf qaşları olan üzük, 1 ədəd sarı rəngli metaldan hazırlanmış sırğa tayı, 1 ədəd sarı rəngli metaldan ulduz formalı məmulat hissəsi, 2 ədəd SKN-5 barmaq yığımı, 1 ədəd SKN-6 əyləc sistemi və 1 ədəd SKN-3 əyləc sistemi iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza rəylərindən sonra zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmış, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 2 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işinə əlavə olunmuşdur (cild 3, iş vərəqi 10-30). Cinayət işinə əlavə edilmiş tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 1 il 4 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 2, iş vərəqi 111-112, 212-239). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsinin xx.xx.2023-cü il tarixli 21-1/3-8054-16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya idarəsinə daxil olmuş, lakin məhkum Təqsirləndirilən şəxs qeydiyyata alınmadığından 1 il 4 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs öz iüdafiəsi üçün dəlillər gətirərək, 15 mart 2022-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən onda narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünə və ona qarşı təzyiqlər göstərildiyinə, işinin CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə göndəriləcəyinə söz verildiyinə görə, inanıb bütün sənədləri oxumadan imzaladığını bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə 15 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir və təzyiq olmadan üzərində saxladığı narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. O, istintaqa şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində həmin vaxt üzərindən aşkar edilən narkotik vasitənin özünə məxsus olduğunu, lakin həmin narkotiki satış məqsədilə deyil, öz şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Həmin hal iş üzrə toplanmış digər sübutlarla da öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi barədə gətirdiyi dəlillər məhkəmə tərəfindən yoxlanılmış, lakin həmin hallar məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasından onun adına tərtib olunmuş tibbi kitabçanın surəti əldə edilmiş, məhkəmə iclasında həmin sənədlərə baxış keçirilmişdir. Tibbi kitabçaya edilmiş qeydlərdən görünür ki, Təqsirləndirilən şəxs bədəninə baxış zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Həmçinin 15 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılması və üzərinə şəxsi axtarışın aparılmasında iştirak etmiş polis əməkdaşları Şahid2 və Şahid1 şübhəli şəxsə qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunduğunu inkar etmişlər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi dəlilləri onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və onun üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxlaması və daşıması barədə ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut növü kimi qəbul edir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 1 bükümdə 4,339 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilmədi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 1 bükümdə 4,339 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin həmin cinayət epizodu üzrə onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin cinayət tərkibi olduğundan, həmin hissələrdə, yəni 1,619 qram çəkidə və 4,339 qram çəkidə narkotik vasitə hesab edilən heroin kütlələrini 18 yanvar 2022-ci il və 15 mart 2022-ci il tarixlərdə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətlərini törətdiyinə görə onun əməlləri Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla təsdiq olunduğuna görə belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 16 yanvar, 13 mart və 14 mart 2022-ci il tarixlərdə törətdiyi oğurluq epizodları ilə bağlı əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə həmin əməllər az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.1.14-cü maddəsinə uyğun olaraq, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 1 il 4 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhər Probasiya idarəsinin xx.xx.2023-cü il tarixli 21-1/3-8054-16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə idarəyə daxil olmuş, lakin məhkum Təqsirləndirilən şəxs qeydiyyata alınmadığından 1 il 4 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcllənin 83.3.2-ci maddəsinin tələbinə görə, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilərkən nəzərə alınmır. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhkumluğu ödənilmədiyinə görə o, məhkum olunmuş şəxs hesab edilməli, lakin CM-nin 18.4.4-cü maddəsinə əsasən həmin məhkumluq residiv yaratmamalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət qanunvericiliyinin yuxarıda sadalanan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının 1 il 4 ay 14 gün hissəsi bir günə iki gün hesabı ilə azadlıqdan məhrum etmə cəzasının 8 (səkkiz) ay 7 (yeddi) gününə bərabər tutulmaqla hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına görə, Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş və 20 yanvar 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Daha sonra o, 15 mart 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilərək həmin vaxtdan hal-hazıra qədər fasiləsiz olaraq həbsdə saxlanılır. Cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan müddəlarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdən 20 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə daxil edilməklə çıxılmalı, hazırkı iş üzrə ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən həmin tarixdə adı çəkilən şəxs Bakı şəhəri, Suraxanı RPİ, 33-cü Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2022-ci il tarixli 1814 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs "X9 Kompani S.A." şirkətinin nümayəndəsi Nümayəndə mülki iddia qaldıraraq, baş vermiş oğurluq hadisəsi nəticəsində işlədiyi şirkətə cəmi 1568,60 manat dəyərində maddi ziyan dəydiyini, həmin maddi ziyanın, həmçinin 36 manat dövlət rüsumunun, ümumilikdə 1604 (min altı yüz dörd) manat 60 qəpik pul vəsaitinin Təqsirləndirilən şəxs tutulub şirkətə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Qeyd olunan mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən zərərçəkmiş hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə cinayət təqibi mərhələsində mülki iddia qaldırılmış və həmin mülki iddia ilə bağlı müvafiq dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən dövlət əhəmiyyətli “X9 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndiliyinin 4 saylı NQÇS-nin 1 saylı neft və qazçıxarma sahəsinin emalatxanasına gizli daxil olaraq oğurluq etməsi, nəticədə zərərçəkmiş hüquqi şəxs “X9 Kompani S.A.” şirkətinə ümumilikdə 922,60 manat (doqquz yüz iyirmi iki manat altmış qəpik) miqdarında maddi ziyan vurulması müəyyən edildi. Məhkəmə baxışında mülki iddiaçı tərəfindən iddiada göstərilən digər məbləğdə maddi ziyanın əmələ gəlməsi, həmin maddi ziyan mövcud olmuşdursa belə, onun mülki cavabdeh Təqsirləndirilən şəxs hərəkətləri ilə hər hansı şəkildə əlaqəsinin olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilmədi. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "X9 Kompani S.A." şirkətinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə ümumilikdə 1604 (min altı yüz dörd) manat 60 qəpik pul vəsaitinin qaytarılması barədə mülki iddiası qismən təmin edilməli, ittihamda göstərilən və məhkəmədə təsdiq olunmuş 922,60 manat (doqquz yüz iyirmi iki manat altmış qəpik) məbləğində maddi ziyan və 36 manat dövlət rüsumu, ümumilikdə 958,60 manat (doqquz yüz əlli səkkiz manat altmış qəpik) məbləğində həmin pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs “X9 Kompani S.A.” şirkətinə qaytarılmalı, qalan hissədə mülki iddia təmin edilməməlidir. İş üzrə maddi ziyanı ödənilməmiş qalan Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, 132.1.5-ci maddəsinə uyğun olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, 132.1.6-cı maddəsinin tələbinə görə isə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan müvafiq olaraq 4,289 qram və 1,619 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - Oğurluq cinayətlərinin predmetləri olan 1 ədəd sarı rəngli metaldan hazırlanmış üzərində oval formalı elementi olan boyunbağının, 1 ədəd sarı rəngli metaldan hazırlanmış üzərində kürə formalı elementi olan qolbağın, 1 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində ağ rəngli şəffaf qaşları olan üzüyün, 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində firuzəyi rəngli daş olan sırğa cütü-üzük dəstinin, 1 ədəd gümüşü rəngli metaldan, üzərində qara rəngli və ağ şəffaf qaşları olan sırğa-üzük dəstinin, 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində sarı rəngli və ağ şəffaf qaşları olan sırğa cütünün, 2 ədəd gümüşü rəngli metaldan hazırlanmış üzüyün, 2 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində ağ şəffaf qaşları olan üzüyün, 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində qırmızı və qara rəngli daş olan üzüyün, 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində göy rəngli daş olan üzüyün, 2 ədəd gümüşü rəngli metaldan hazırlanmış, birinin üzərində ağ şəffaf qaşları olan sırğa cütünün və 1 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində ağ şəffaf qaşları olan üzüyün, 1 ədəd sarı rəngli metaldan hazırlanmış sırğa tayının, 1 ədəd sarı rəngli metaldan ulduz formalı məmulat hissəsinin, 2 ədəd SKN-5 barmaq yığımının, 1 ədəd SKN-6 əyləc sisteminin və 1 ədəd SKN-3 əyləc sisteminin iş üzrə zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri əks etdirən 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 495 (dörd yüz doxsan beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının 1 il 4 ay 14 gün hissəsi bir günə iki gün hesabı ilə 8 (səkkiz) ay 7 (yeddi) günə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilərək, hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdən şübhəli şəxs qismində tutulub 20 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxsnnın üzərində çəkilməsi üçün qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "X9 Kompani S.A." şirkətinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə mülki iddiası qismən təmin edilsin. İttihamda göstərilən və məhkəmədə təsdiq olunmuş 922,60 manat (doqquz yüz iyirmi iki manat altmış qəpik) məbləğində maddi ziyan və 36 manat dövlət rüsumu, ümumilikdə 958,60 manat (doqquz yüz əlli səkkiz manat altmış qəpik) məbləğində pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs “X9 Kompani S.A.” şirkətinə ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. İş üzrə maddi ziyanı ödənilməmiş Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan müvafiq olaraq 4,289 qram və 1,619 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Oğurluq cinayətlərinin predmetləri olan 1 ədəd sarı rəngli metaldan hazırlanmış üzərində oval formalı elementi olan boyunbağının, 1 ədəd sarı rəngli metaldan hazırlanmış üzərində kürə formalı elementi olan qolbağın, 1 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində ağ rəngli şəffaf qaşları olan üzüyün, 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində firuzəyi rəngli daş olan sırğa cütü-üzük dəstinin, 1 ədəd gümüşü rəngli metaldan, üzərində qara rəngli və ağ şəffaf qaşları olan sırğa-üzük dəstinin, 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində sarı rəngli və ağ şəffaf qaşları olan sırğa cütünün, 2 ədəd gümüşü rəngli metaldan hazırlanmış üzüyün, 2 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində ağ şəffaf qaşları olan üzüyün, 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində qırmızı və qara rəngli daş olan üzüyün, 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində göy rəngli daş olan üzüyün, 2 ədəd gümüşü rəngli metaldan hazırlanmış, birinin üzərində ağ şəffaf qaşları olan sırğa cütünün və 1 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində ağ şəffaf qaşları olan üzüyün, 1 ədəd sarı rəngli metaldan hazırlanmış sırğa tayının, 1 ədəd sarı rəngli metaldan ulduz formalı məmulat hissəsinin, 2 ədəd SKN-5 barmaq yığımının, 1 ədəd SKN-6 əyləc sisteminin və 1 ədəd SKN-3 əyləc sisteminin iş üzrə zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri əks etdirən 2 ədəd DVD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 495 (dörd yüz doxsan beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-338/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-338/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver