Məhkəmə qərarları › İş №1(101)-338/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-338/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-338/2025 01.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X8 və X2 ibarət tərkibdə, X18 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortatexniki təhsilli, fərdi sahibkarlıqla məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 27 dekabr 2023-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində tanışı Şahid1 ilə birlikdə M.Uluqbəy küçəsi, 125a saylı binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən “Mystery” kafesində əyləşib yemək yeyib spirtli içki qəbul edən zaman həmin kafedə ümumi zalda masa arxasında tək əyləşib vaxt keçirən tanışı xx xxxxxxx 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs əvvəllər işlətdiyi avtomobil yuma məntəqəsini mülkiyyətçisindən icarə götürmək istəməsi ilə əlaqədar aralarında olmuş narazılığı xatırlayıb onu və yaxın ailə üzvlərini ağır söyüşlərlə təhqir etməsi səbəbindən aralarında baş verən mübahisə zamanı şəxsi münasibətlərinin pozulması zəminində yaranmış nifrət səbəbindən Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək həmin kafedən çıxaraq ünvan 4 ünvanında yerləşən avtomobil yuma məntəqələrinin qarşısına gəldikdə orada yumruq-təpik zərbələri ilə Zərərçəkmiş şəxs döyərək, eləcə də istintaqa məlum olmayan şəraitdə əldə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaqla qarın nahiyəsinə 1 dəfə zərbə yetirərək dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol təpə, alının tüklü və tüksüz hissəsinin sol yarısının, burunun ön və sağ yarısının, sol bazunun yuxarı üçdə birinin arxa səthinin, sağ və sol diz oynaqlarının ön səthlərinin sıyrıqları, alının və təpənin sol yarısının yumşaq toxumaları altına qansızma kimi xəsarətlər yetirib vahid qəsdi ilə əhatə olunan bıçaqla Zərərçəkmiş şəxs yetirdiyi zərbə nəticəsində sonuncuya dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmaya aid qarının ön divarının sol yarısında sol orta körpücük xətt üzrə, qarın boşluğuna nüfuz edərək, bağırsaq müsariqəsinin və böyük piyliyi zədələyən kəskin qanitirmə ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, yuxarıda göstərilən üsulla qəsdən adam öldürmə cinayət əməlini törətmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməllərinin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən kafeni icarəyə götürməklə həmin kafeni işlətmişdir. Hadisə baş verən gün, yəni 27 dekabr 2023-cü il tarixdə iş günü bitdiyinə görə o, kafeni bağlamışdır ki, artıq müştəri qəbul etməsin. O, içəridəki müştərilərin getməsini gözləyirmiş. Onun işlətdiyi kafenin yanında başqa kafe də var. Həmin kafenin işçiləri hər gün yemək yeməyə onun işlətdiyi kafeyə gəlirmişlər. Hadisə günü oradakı digər kafedə işləyən Şahid1 onun işlətdiyi kafeyə gəlmişdir. O, Vüsalə ilə bir masada əyləşərək yemək yeməyə başlamışlar. Həmin vaxt Zərərçəkmiş şəxs də kafeyə gəlmişdir. Zərərçəkmiş şəxs pivə içmək istədiyini bildirəndə o, artıq kafeni bağladığını demişdir. O, Etibarı əvvəldən tanıdığına və münasibətləri olduğuna görə sonuncuya “yox” deyə bilməmiş və bildirmişdir ki, içəridə əyləşən müştərilər çıxanda kafeni bağlayacaq. Zərərçəkmiş şəxs isə ona bildirmişdir ki, “içəridəki müştərilər çıxanda mən də çıxacam”. O da razılaşmışdır. Zərərçəkmiş şəxs keçib zalda tək əyləşmiş və 2-3 bakal pivə içmişdir. O isə şüşəli yerdə Şahid1 ilə yemək yeyirmiş. Müştərilər getdikdən sonra, o da getmək qərarına gəlmişdir. Şahid1 özünə taksi sifariş etmişdir. O, Zərərçəkmiş şəxs bildirmişdir ki, artıq kafeni bağlayır. Etibar da getməyə razılaşmışdır. Kafe bağlandıqdan sonra həmişə Elsevər adlı şəxs kafedə qalırmış. Onlar Elsevərə getdiklərini və kafeni bağlamasını bildirmişlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, onun Zərərçəkmiş şəxslə hadisədən təxminən bir ildən də uzun müddət əvvəl avtomobil yuma məntəqəsi ilə bağlı aralarında mübahisələri olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs həmin avtomobil yuma məntəqəsini artıq işlətməkdən imtina etdikdən sonra, o, həmin avtomobil yuma məntəqəsinin sahibi ilə oranı icarəyə götürməyə razılaşmışdır. O, Etibarı tanıdığına görə sonuncuya 500 manat pul da təklif etmişdir ki, halallıq versin ki, o, həmin avtomobil yuma məntəqəsini icarəyə götürsün. Həmin vaxt Etibar onunla razılaşmayaraq bildirmişdir ki, həmin avtomobil yuma məntəqəsini özü işlədəcək. Ora olan borcunu ödəyəcəyini və oranı özü icarəyə götürücəyini bildirmişdir. Bundan sonra o, həmin avtomobil yuma məntəqəsinin sahibinə həmin yeri istəmədiyini bildirmişdir. Hadisə günü Zərərçəkmiş şəxs birdən-birə, heç nə olmamış bu söhbəti açaraq ona nalayiq söyüşlər söyməyə başlamışdır. Onun Etibarla arasında heç bir problem olmamışdır. Əgər onun Etibarla düşmənçiliyi olsa idi, Etibar dəfələrlə onun obyektində pulunu ödəmədən dost kimi əyləşməzdi. Etibar söyüşlər söyən zaman o, nə olduğunu soruşmuşdur. O, bildirmişdir ki, avtomobil yuma məntəqəsi ilə bağlı söhbətləri 1-2 il əvvəl bağlanmışdır. O, Zərərçəkmiş şəxslə danışdıqca görmüşdür ki, sonuncu həqiqətən çox içkilidir. O, Etibara “başqa vaxtı söhbət edək” demişdir. Zərərçəkmiş şəxs bu zaman onun yanında olan xanımı, yəni Şahid1 söyməyə başlamışdır. Həmin vaxt Şahid5 də orada olmuşdur. Zərərçəkmiş şəxs daha sonra Zamini söyməyə başlamış, hətta əl qaldırmaq da istəmişdir. Bu zaman o, araya girmişdir. Güclə yalvarıb Etibarı yola salmışdır. Üç dəqiqə keçmədən Zərərçəkmiş şəxs geri qayıtmış və onu çöldə gözlədiyini demişdir. O, Etibara bir daha getməsini və sabah danışacaqlarını demişdir. Zərərçəkmiş şəxs yenə də getməmiş, və yenə nalayiq söyüşlər söyməyə başlamışdır. O, Etibara bunun ayıb olduğunu və kənardan eşidildiyini bildirmişdir. Bu zaman Şahid1 sifariş verdiyi taksi gəlmişdir. O, Etibardan ayrılmışdır ki, bəlkə çıxıb gedər. Şahid1 taksiyə əyləşib getdikdən sonra görmüşdür ki, Etibar hələ də avtomobil yuma məntəqəsinin qarşısında dayanıb. Onun Etibarla dalaşmaq fikri belə, olmamışdır. Zərərçəkmiş şəxs özü fiziki cəhətdən zəif deyil. İttiham aktında güya onun Etibarı döyməyi qeyd edilmişdir. Lakin onun heç fiziki cəhətdən buna etməyə gücü çatmaz. Zərərçəkmiş şəxs onu yenə təhqir etdikdə, o, Etibarın yaxasından tutmaq istəmişdir. Bu zaman Etibar bıçaq çıxartmışdır. O, iki əli ilə Etibarın bıçağından yapışmışdır. Bu zaman nə baş verdiyini həqiqətən bilməmişdir. Həmin vaxt o, affekt vəziyyətində olmuşdur. O, bıçağın Etibara batmağını hiss etmişdir. O, Etibardan bıçaq dəyməsi barədə soruşanda Etibar “yox” cavabını vermişdir. Etibar paltarını qaldırıb yarasına baxanda o, Etibarın yarasını görmüşdür. O, bıçağı Etibarın əlindən alıb bloklar tərəfə atmışdır. Etibarın bıçaq yarası kəsik kimi görsənsə də, yarada qan yox imiş. O da fikirləşmişdir ki, yəqin cızılıb. Etibar onun bıçağı atdığı yerə tərəf getmişdir. Orada qara rəngli maşına söykənmişdir. Birdən “aa” deyə qışqıraraq diz üstə çökmüşdür. Həmin vaxt aralarında 3-4 metr məsafə olmuşdur. O, qaçıb Zərərçəkmiş şəxs kömək etmişdir. O, həqiqətən elə bilmişdir ki, Etibar tam sərxoş olmuşdur. Gödəkçəsini çıxarıb Etibarın başının altına qoymuş, üz-gözünə su vurmuşdur. Suyu haradan tapdığını belə, xatırlamır. Əgər o, düşünülmüş cinayət etsə idi, ora Şahid1 yox, dostlarını çağırardı. Vüsalə oradan yeni getdiyi üçün çağırmışdır. O, Vüsaləyə bildirmişdir ki, Etibara nəsə olub, tez qayıtsın. Vüsalə də geri gəlmişdir. Onun telefonu oğurlandığı üçün nömrələrin çoxu itmişdir. O, bu səbəblə oğluna zəng etmişdir ki, Kənanın oğluna zəng etsin və Kənanın onunla tez əlaqə saxlamasını bildirsin. X14 həm qonşudur, həm də ümumi tanışlıqları var. O, iki nəfərə zəng etmişdir. Daha sonra Etibarı maşına qoyaraq, xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs bıçağı çıxaranda o, Etibarın əlindən tutmuşdur. Müstəntiq bıçağı ona göstərənə qədər o, həmin bıçağı görməmişdir. O, bıçağı Etibarın əlindən almaq istəyirmiş. Həmin hadisə bir dəqiqə belə çəkməmişdir. Hadisə baş verən gün o, iki nəfərlə birgə 150- 200 qram araq içmişdir. Bıçağı atandan sonra bıçaqdan xəbəri olmamışdır. Sonradan bilmişdir ki, bıçağı oradan Şahid1 götürmüşdür. O, Vüsaləyə bıçağı götürməsini deməmişdir. Hadisə baş verdikdən dərhal sonra o, Şahid1 zəng etmiş və təcili geri qayıtmasını bildirmişdir. Vüsaləni kömək etməsi üçün çağırmışdır. Vüsalə kafedə işləmiş insandır, içkili adamla nə etmək lazım olması haqqında Vüsalə daha yaxşı bilə bilərdi. O, Vüsaləyə adam vurduğunu deməmişdir. Şahid1 ondan hadisə haqqında heç nə soruşmamışdır. Hadisədən sonra Şahid1 “103”-ə zəng etmiş, o, Kənana xəbər vermiş və Etibarı xəstəxanaya aparmışlar. Hadisənin baş verməsi ilə Etibarı xəstəxanaya aparmaqları arasında olan müddət heç 25-30 dəqiqə olmazmış. O, xəstəxanaya özü getmişdir. Xəstəxanada ona Zərərçəkmiş şəxs öldüyünü bildirmişlər. Bu zaman o, xəstəxanada bu sözü deyən xanıma yalvarırmış ki, “Etibara yardım edin”. Ona bir daha bildirmişlər ki, Etibar artıq vəfat edib. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq daha sonra göstərmişdir ki, hadisə vaxtı ona xəsarət dəyməmişdir. Zərərçəkmiş şəxs onun işlətdiyi kafeyə gələrkən sonuncu tək olmuşdur. Həmin vaxt kafedə ofisiant işləyən Nigar Rəsolova, həmçinin Şahid5, Şahid1 olmuşdur. Etibar kafedə 3-4 bakal pivə içmişdir. Etibar kafeyə gələndə sonuncunun içkili olmasını hiss etməmişdir. Etibar təxminən saat 02 radələrində kafedən çıxmış, üç dəqiqə çəkməmiş ki, geri qayıtmışdır. Niyə geri qayıtdığının səbəbini bilməmişdir. Etibar ona bildirmişdir ki, onu çöldə gözləyir. Sonra o, Etibara yaxınlaşanda onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Etibarın yaxasından tutandan sonra Etibarın yenə də söyüş söyməyə davam etdiyini xatırlamır. O, bıçağı Zərərçəkmiş şəxs əlindən almaq istəyəndə, bıçaq Etibara dəymişdir. O, bıçağın Etibara dəydiyini həmin dəqiqə bilmişdir, sadəcə olaraq Etibarın bıçaq xəsarəti aldığı yaradan qan çıxmadığına görə düşünmüşdür ki, bıçaq Etibara batmamışdır. Etibara bıçaq bir dəfə dəymişdir. Hadisə baş verəndən 3-5 dəqiqə keçəndən sonra Şahid1 zəng etmişdir. Şahid1 zəng edəndən sonra oğluna zəng vurmuş, oğlu da Kənanın oğluna zəng vurmuşdur. Yəqin ki, bu vaxt aralığı 5 dəqiqə çəkərmiş. O, zəng etdikdən sonra Şahid1 tez qayıtmışdır. Kənanın gəlməyi təxminən 10 dəqiqə çəkmişdir. O, xəstəxanaya çatan kimi, kömək istəsə də, həkim Zərərçəkmiş şəxs öldüyünü demişdir. Hadisə zamanı onun Zərərçəkmiş şəxs dəfələrlə bıçaq vurmaq imkanı olmuşdur. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmadığına görə dəfələrlə bıçaq zərbəsi vurmamışdır. Onun Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti olmamışdır. O, Zərərçəkmiş şəxs öldürməmişdir, buna görə də ona elan olunan ittihamı qəbul etmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı daha da təfərrüatlı verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair ifadələrlə bağlı protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 27 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və 28 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs ilə 10 il öncə tanış olmuş, Etibarı qonşu kimi Nərimanov rayonu, Habil Mirzəyev küçəsində yaşayan biri kimi tanımışdır. Etibarla tanışlığı elə məhlədə olmuş, aralarında normal münasibətləri olmuşdur, yaxın münasibətləri olmamış, qonşu kimi salam-sağolları var imiş. Etibarın əvvəllər polisdə işləməsini bilmişdir, ancaq harda və hansı vəzifədə işləməsini bilməmişdir. Həmçinin bir müddət öncə Etibarın işdən çıxarıldığını eşitmişdir. Etibar ilə əvvəllər aralarında heç bir problem yaşanmasa da, təxminən 2 il öncə, “Optimal Elektronik” şirkətində işdən ayrıldıqda dolanışıq üçün elə Uluqbəy küçəsində fəaliyyəti dayanmış olan avtomobil yuma məntəqəsini icarəyə götürüb işlətmək fikrinə gəlmişdir. Həmin avtomobil yuma məntəqəsini əvvəllər Etibar işlətmişdir, Etibarın yer sahibi ilə arasında icarə haqqı ilə bağlı problemlər yaşadığında görə avtomobil yuma məntəqəsini təhvil verməsini eşitmişdir. Həmin obyektin sahibi ilə danışdıqda sonuncu bildirmişdir ki, Etibar həqiqətən obyektdən çıxıb, istədiyi halda obyekti icarəyə götürə bilər. Etibar ilə qonşu kimi tanışlığı, habelə sonuncunun avtomobil yuma məntəqəsində avtomobilini daima yuduzdurduğunu nəzərə alıb Etibardan obyektə dair halallıq istəmək qərarına gəlib Etibar ilə məhlədə rastlaşdıqda bu barədə söz açmış, hətta Etibara 300-400 manat pul da təklif etmişdir. Etibar isə onun bu sözünə mənfi formada reaksiya vermiş, obyekti yenidən özünün götürmək niyyətində olduğunu demiş, buna dair ona halallıq verməyəcəyini kəskin şəkildə bildirmişdir. Etibarın bu cür reaksiyasını görüb obyekti götürmək niyyətindən daşınmış, istəməmişdir ki, konflikt yaransın, arada küsülülük olsun. Bu söhbətdən sonra aralarında hər hansı bir anlaşılmazlıq yaşanmamış, həmişəki kimi Etibarla rastlaşdıqda bir-birinə salam verib, salam almışlar. Bir neçə müddət sonra isə obyektin kənar şəxs tərəfindən işlədildiyini görüb Etibarla rastlaşdıqda sonuncuya yüngül formada irad bildirmişdir ki, halallıq verdiyi halda obyekti o, götürə bilərdi, indi isə kənar bir şəxs həmin obyekti işlərdir, yəni nə Etibara xeyri oldu, nə də ki ona xeyri oldu. Etibar isə buna heç bir cavab verməmişdir. Etibarın özünü demək olar ki, hər gün elə avtomobil yuma məntəqəsinin ətrafında yerləşən obyektlərdə və ya elə məhlədə görmüşdür. Belə ki, həmin yer məhlə camaatının yığıldığı, camaatın küçəyə çıxdığı, taksilər dayandığı yerdir. Qeyd etdiyi kimi, bu haldan başqa Etibarla aralarında heç vaxt bir problem yaşanmamışdır. Əlavə edir ki, Etibar ilə yaxın münasibəti olmadığı üçün ailəsi barədə məlumatı yoxdur, qohumlarını tanımır, yalnız məhlə uşağı kimi bir çox ortaq tanışları vardır. Etibar tez-tez onun 2023-cü ilin sentyabr ayından etibarən işlətdiyi “Mystery" kafesinə müştəri kimi gəlib-getmiş, orada da rastlaşdıqları vaxtlarda normal qaydada qonşu kimi bir-biriləri ilə salamlaşmışlar. Etibar obyektdə əvvəllər bir neçə gündən bir gəlsə də, son 4-5 gün ərzində demək olar ki, Etibar hər axşam onun işlətdiyi obyektdə əyləşib yemək yeyib, spirtli içki qəbul etmişdir. Etibar əsasən tək olmuşdur, ara-sıra hesabı tam bağlamışdır, ara-sıra nisyə kimi borcu qalmışdır, Etibarı qonşu kimi tanıdığından buna etiraz etməmişdir. 27 dekabr 2023-cü il tarixdə, saat 00:15 radələrində ünvan 5 ünvanda binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən işlətdiyi “Mystery” adlı kafenin qarşısında dayanıb siqaret çəkdiyi vaxt Etibarın küçə ilə kafenin qarşısına tərəf gəldiyini görmüşdür. Etibar onunla salamlaşıb kafeyə daxil olmuş və zalda masa arxasında tək əyləşmişdir. Həmin vaxt kafedə bir masa arxasında müştərilər olduqları üçün kafeni bağlamamış, müştərilərin getməsini gözləmişdir. Kafedə ofisiant kimi Nigar var idi, həmçinin çay işinə baxan Əlizamin var idi. Bir neçə dəqiqə sonra isə kafeyə yaxınlıqda fəaliyyət göstərən “Dvorik” kafesində ofisiant işləyən Milana (Vüsalə) kimi tanıdığı xanım gəlmişdir, sonuncu yemək üçün gəlmişdir. Belə ki, qadının işlədiyi kafedə işləyənlər naharda və axşam yeməkləri zamanı gəlib onun kafesində yemək yeyərdilər. Mila kafedə pəncərə önündə yerləşən masa arxasında tək əyləşmiş, özü də kafeyə daxil olub elə Milananın əyləşdiyi masada onunla birlikdə əyləşmişdir. Milanı elə kafeni işlətdiyi vaxtdan müştəri kimi tanımış, aralarında normal münasibətlər vardır, aralarında başqa bir münasibət yoxdur. Orada əyləşdiyi zaman Etibarın pivə sifariş verib pivə içdiyini, digər masa arxasında olan müştərilərin isə hesablarını verib çıxıb getmələrini görmüşdür. Müştərilərin az olduğunu bilib Nigara artıq çıxıb gedə biləcəyini demiş, bu səbəbdən sonuncu Etibara sayca təxminən 3-cü və ya 4-cü pivəni verdikdən sonra hazırlaşıb çıxıb getmişdir. Özü isə Mila ilə əyləşib kafedə olan 01 ədəd 1 litrlik “Organik” markalı araq şüşəsini masalarının üstünə qoymuş, Milaya birgə içməyi təklif edib süfrəyə yüngül soyuq qəlyanaltı toplamışdır. Mila ilə təxminən 0,5 litr araq içdikdən sonra sərxoşlaşmış, buna görə getmək qərarına gəlib bunu Milaya demiş, Mila da buna etiraz etməmişdir. Yerindən durub pivəsini içən Etibara yaxınlaşmış və sonuncuya artıq kafeni bağlamaq istədiyini deyib yavaş-yavaş getməsini xahiş etmişdir. Etibar isə heç bir səbəb olmadan “Moykanı Çermet uşaqlarından kimsə götürsə onun arvadını, qızını ...” deyə ifadə işlətmişdir. Etibarın bu cür ifadə işlətməsi onda təəccüb yaratmış, çünki həmin dediyi avtomobil yuma məntəqəsini o, götürməkdən imtina etmişdir, həmin obyekti kənar bir şəxs 1 ildən çox idi ki, işlədirdi. Etibarın ümumi danışmasını, həmçinin içkili olmasını fikirləşib yola vermək istəmiş, cavabında avtomobil yuma məntəqəsi barədə söhbətin 1-2 il öncə bitdiyini demişdir. Etibarı yola vermək istəyib çıxıb getməsini xahiş etmiş, söhbətin kafedə aparılmasının düzgün olmadığını demiş, Etibar isə cavabında ona “Sən kimsən ki?” deyə ifadə işlətmiş, həmçinin orada olan Milanı da pis söyüşlərlə təhqir etmişdir. Məsələnin davaya çevrilməməsi üçün Etibarı yola vermiş, yenə də çıxıb getməsini xahiş etmişdir. Etibar bundan sonra öz-özünə danışa-danışa masadan qalxıb çıxışa doğru gedib çölə çıxmışdır. Xatırladığı qədər, Etibar hesabı ödəməmiş, o, da buna bir söz deməmişdir. Bunun ardınca Əlizaminə getdiklərini deyib kafeni bağlamasını tapşırmış, Mila isə həmin vaxt özünə taksi çağırmışdır. Əlizamin kafedə gecələyirdi, kafenin qapısını içəridən bağlayıb orada olan divanda yatıb istirahət edirdi, kafeni səhərlər işçilər gəldikdə açırdı. Kafe hər gün saat 08-dən sonuncu müştəriyə qədər fəaliyyətdə olur. Kafenin qarşısına küçəyə çıxdıqda Etibarın küçədə dayanıb sanki onü gözləməsini görmüşdür. Etibar onun kafedən çıxdığını görüb ona yaxınlaşıb “Dünya qozuma deyil, istədiyim adamı basıb keçərəm, mənim qabağımda heç kəs heç nə edə bilməz” demişdir. Düşünmüşdür ki, Etibar sanki onu yola verdiyini görüb üzərinə gəlmək istəyir, sanki onu sındırmaq istəyir. Etibara çıxıb getməsini, sonra başqa yerdə söhbət etməyi təklif etdikdə sonuncu yavaşyavaş kafenin qarşısından üzü mübahisə predmeti olmuş avtomobilyuma məntəqəsinin yerləşdiyi məhləyə gedən küçəyə tərəf gedib, binanın tinindən sola dönmüşdür. Həmin vaxt Əlizamin kafenin qapısını içəridən bağlayıb, içəridə qalmışdır, Mila isə sifariş verdiyi taksi gəldiyi üçün taksiyə əyləşib oradan çıxıb getmişdir. Milanın taksisi binanın tinində dayandığı üçün sonuncu ilə birlikdə həmin istiqamətdə getmişlər. Belə ki, özü də evə getmək niyyəti ilə kafenin qarşısından avtomobilyuma məntəqəsinin yerləşdiyi küçəyə doğru getmişdir, hər gün evə həmin yol ilə piyada gedib-gəlirmiş. Həmin vaxt artıq 27 dekabr 2023-cü il, saat 02:00 radələri idi. Binanın tininə çatdıqda avtomobilyuma məntəqəsinin qarşısında Etibarı görmüş, Etibarın onu gözlədiyini düşünüb Etibara yaxınlaşmışdır. Həmin vaxt Mila da Etibarı görmüş, ondan səbrli olmasını, Etibarı yola verməsini xahiş edib taksiyə əyləşmiş və çıxıb getmişdir. Milanın özü də Etibarı elə məhlə adamı kimi tanımışdır. Mila çıxıb getdikdən sonra Etibara yaxınlaşdıqda Etibar ona “Gör nə gündəsən ki, arxanca ... (söyüş) gəlir” deyə ifadə işlətmişdir. Etibarla üzbəüz dayandıqda sonuncuya hansı səbəbdən bu cür danışmasına dair iradını bildirmiş, danışığına fikir verməsini tələb etmiş, Etibar isə coşub onun ünvanına “(söyüş)... sən heçkimsən, sənin varyoxunu, qızını, arvadını... (söyüş)” deyə təhqirlər işlətmişdir. Etibarın onun ailəsinə qarşı bu cür qəbuledilməz söyüşlərin işlətdiyini eşidib Etibarın yaxasından tutub silkələmiş, çıxıb getməsini tələb etmişdir. Həmin vaxt qəflətən Etibarın sağ əlində bıçaq olmasını görmüşdür. Bu an Etibarla aralarında süpürləşmə, dartışma başlamış, süpürləşmə və dartışma zamanı hər iki əli ilə Etibarın bıçaq olan sağ əlinin bilək nahiyəsindən tutub qolunu burmuş, bıçağı əlindən almaq istəmişdir ki, kənara atsın və Etibar onu vura bilməsin. Belə ki, Etibarın əlində bıçağı gördükdə Etibarın onu bıçaqla vurmaq niyyətinin olmasını bilmişdir. Etibarın sağ qolunu burub bıçağı əlindən almaq istəyən zaman bıçaq Etibarın əlində ola-ola, qolunun isə onun tərəfindən burulmuş halda bıçağın Etibarın qarın nahiyəsinə batmasını hiss etmiş, bıçağın ətə girən səsini eşitmişdir. Bu an Etibar dayanmış, əlləri boşalmışdır. Bıçağı Etibarın əlindən alıb binanın blokuna tərəfə görmədiyi qaranlıq yerə tullamışdır. Etibar ondan aralanmış və arxa-arxaya getmiş, koftasının önünü yuxarı qaldırıb qarnına baxmışdır. Həmin vaxt aralarında məsafə az idi, Etibarın qarnında bıçaq kəsiyi yarasını görmüş, ancaq yaradan qan gəlmirdi. Fikirləşmişdir ki, bıçaq Etibarın qarnına batmayıb, sadəcə kəsib. Ardınca Etibar heç bir söz demədən, səs çıxarmadan bıçağı atdığı blok tərəfə addımlamış, özü də Etibarın arxasınca getmiş, bir anda Etibar bloka yaxın yerdə dayanıb qəflətən yerə çökmüşdür. Etibarın çökmə səbəbini sərxoş olması ilə əlaqələndirmiş, düşünməmişdir ki, həmin yetirilmiş kəsik yarası nəticəsində Etibar bu cür çökər. Etibar birinci dəfə yıxıldıqdan bir-iki saniyə sonra özündə güc tapıb yenidən ayağa qalxmış, bir neçə addım atdıqda bu səfər başı aşağıya doğru üzü üstə yerə yıxılmışdır. Cəld Etibara yaxınlaşıb Etibarı çevirmiş, ardınca əynində olan gödəkçəsini çıxarıb Etibarın başının altına qoymuşdur. Etibarı ayıltmağa çalışmış, adı ilə çağırmış, Etibar isə gözlərini yummuşdur, səsə reaksiya verməmişdir. Nə etməli olduğunu düşünüb köməyə adam çağırmaq qərarına gəlmiş və ilk öncə oradan yenicə ayrılıb çıxıb gedən Milaya zəng etmiş, Milaya tez geri qayıtmasını xahiş etmiş, Mila da qayıtdığını deyib başqa bir sual verməmişdir. Sonuncu gələnədək isə Etibarı ayılda bilmədiyini görüb əlavə kömək üçün məhlə uşağı, Etibarla birgə tanışları və Etibarın qonşusu olan Kənana zəng edib çağırmaq istəmişdir. Ancaq Kənanın mobil nömrəsi onda olmadığından oğlu Firiduna zəng etmişdir ki, Kənanın oğluna zəng etsin və Kənana təcili ona zəng etməsini xahiş etsin. Belə ki, Firidun ilə Kənanın oğlu dost idilər. Təxminən 1 dəqiqə sonra ilk öncə Mila taksi ilə özünü onların olduğu yerə çatdırmış, həmin vaxt tanımadığı nömrədən ona zəng gəlmiş, zəngə cavab verdikdə danışanın Kənan olmasını bilmişdir. Kənana da təcili olduqları yeri deyib gəlməsini xahiş etmiş, baş vermiş hadisə barədə bir söz deməmişdir. Mila ilə nə qədər köməkləşsələr də Etibarı ayılda bilməmişlər, həmin ərəfədə Kənan taksi ilə onların olduqları yerə gəlmişdir. Kənan gəldikdən sonra Mila ilə Kənana Etibarın qarnında bıçaq yarasının olmasını söyləmiş, ancaq yaranın əmələ gəlmə şəraiti barədə bir söz deyib-demədiyini xatırlamır. Etibarın çəkisi çox olduğundan sonuncunu tək qaldıra bilməmişdir. Bundan sonra Etibarı xəstəxanaya, dəqiq olaraq X11 aparmaq qərarına gəlib Kənan, habelə səhv etmirsə Kənanın və Milanın ayrı-ayrılıqda gəldikləri taksilərin sürücülərinin köməkliyi ilə Etibarı ayaqlarından və əllərindən tutub taksinin arxa oturacağına uzandırmışlar. Etibarı avtomobilə uzandırdıqdan sonra Mila öndə oturub həmin taksi ilk öncə yola düşmüş, ardınca isə o, Kənanla birlikdə sonuncunun gəldiyi taksiyə əyləşib birbaşa bir-birilərinin ardınca X11 gəlmişlər. Təxminən 10 dəqiqə ərzində X11 çatıb reanimasiya korpusunun qarşısında avtomobilləri saxlayıb avtomobildən enmişlər. Yenidən Kənanla və taksi sürücüləri ilə Etibarı avtomobildən götürüb xəstəxananın işçiləri tərəfindən gətirilmiş xərəyin üzərinə qoymuşlar, xəstəxana işçiləri Etibarı içəri aparmışlar. İçəridə olarkən orada olan həkimlərdən kimsə Etibarı müayinə edib sonuncunun artıq ölməsini bildirmişdir. Həkimlərdən kimsə polisə zəng edilib hadisə barədə məlumat veriləcəyini dediklərindən xəstəxanaya polislərin gələcəyini bilmiş, bu səbəbdən elə xəstəxanada olub polis əməkdaşlarının gəlməsini gözləmişdir. Təxminən 02:50 radələrində xəstəxanaya polis əməkdaşları gəlmişlər, hadisə ilə bağlı sorğu-sual etmişlər, özü də səmimi olaraq hadisənin necə baş verməsini tam göstərmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı əynində cins şalvar, uzunqol qara kofta, qara ayaqqabı və göy rəngli idman gödəkçəsi var idi. Həmin paltarları istintaqa təqdim edə bilər. Hadisə zamanı paltarları üzərinə qan ləkələri sıçramamışdır. Belə ki, hadisə zamanı Etibar koftasının önünü qaldırdıqda qarnında olan bıçaq yarasından qan gəlmirdi. Hadisə baş verən zaman Etibarın əynində qara rəngli gödəkçəsi, qara rəngli kofta və cins şalvar var idi. Hadisə zamanı Zərərçəkmiş şəxs ilə aralarında süpürrəşmə və dartışma olsa da, Etibar ona hər hansı bir zədə və ya xəsarət yetirə bilməmişdir, çünki hadisə demək olar ki, 1-2 dəqiqə ərzində baş tutmuş, həmçinin hər ikisinin diqqəti elə Etibarın əlində olan bıçağa yönəlmişdi, o, bıçağı əlindən almaq üçün qolunu burmuşdur, Etibar isə müqavimət göstərirdi. Etibar fürsət edib ona yumruq və ya təpik vura bilməmiş, ona görə də hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə baş verən vaxt gecə saatları olduğundan ətrafda və yanlarında heç kəs yox idi. Onları aralaşdıran və ya köməyə çağıran, “Dayanın” deyə səsləyən bir şəxs olmamışdır. Yalnız hadisə baş verdikdən və Etibar yerə yıxıldıqdan sonra hadisə yerinə Mila, Kənan və taksi sürücüləri gəlmişlər, onlardan başqa hadisə yerinə heç kim gəlməmiş, ətrafda kənar bir şəxs olmamışdır. Həmin şəxslər də hadisənin şahidi olmamışlar. Zərərçəkmiş şəxs əlində gördüyü bıçağı qaranlıq olduğundan dəqiqliyi ilə yadda saxlaya bilməmiş, ona görə də, bıçağı təsvir edə bilmir. Ancaq bıçaq açılıb-bağlanan deyildi. Həmin bıçağı Zərərçəkmiş şəxs batdıqdan sonra əlindən aldığı zaman elə Etibarın yıxıldığı binanın blokuna tərəf qaranlıq bir yerə atmışdır. Zərərçəkmiş şəxs bıçaq batan zaman səsi və ya qışqırığı çıxmamış, bıçaq batıb çıxdıqdan sonra Etibarın əlləri boşalmışdır. Zərərçəkmiş şəxs meyitinə baxış keçirilən zaman onda qarın boşluğuna nüfuz edən 01 ədəd deşilmişkəsilmiş yarası ilə yanaşı alının tüklü və tüksüz hissəsinin, burunun, sol bazu oynağının arxa səthinin, hər iki diz oynaqlarının ön səthinin sıyrıqları kimi xəsarətləri barədə fikirləşir ki, həmin xəsarətləri Zərərçəkmiş şəxs bıçaq xəsarəti aldıqdan sonra aralaşanda yerə yıxıldığı vaxt almışdır, çünki Etibar iki dəfə yerə yıxılmışdır, birinci dəfə sanki çökən formada dizlərinin üstünə çökmüş, ikinci dəfə isə başı önə doğru üzü üstə yerə yıxılmışdır. Hadisənin həyəcanı səbəbindən Etibarda həmin xəsarətlərin olub-olmamasına heç fikir verməmişdir (iş vərəqə: cild İ, səh.51-60,112-119). Daha sonra, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilən zaman müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində əvvəlki ifadəsini təsdiq etməklə bildirmişdir ki, öz adını tanışlarına “Milana” və “Mila” deyə təqdim edən şəxs xx.xx.1987-ci il təvəllüdlü Şahid1dır. Təqsirləndirilən şəxs Şahid1 istintaqa təqdim etdiyi və 27 dekabr 2023-cü il tarixdə hadisə baş vermiş yerdə, mərhum Zərərçəkmiş şəxs uzanmış halda gördüyü yerin yaxınlığında yerdən görüb götürdüyü 01 ədəd bıçağın fotoşəkli ilə tanış olub bildirmişdir ki, həmin bıçaq hadisə vaxtı Etibarın əlində olan, sonuncunun xəsarət aldığı və əlindən alıb kənara atdığı bıçaqdır. O, Şahid1 ifadəsində hadisə yerinə gəldikdən sonra həmin bıçağı nəsə baş verəcəyindən ehtiyat edib çantasına qoymasını, həmçinin Vüsaləyə bıçağı çantaya qoyub saxlamasını, polisə təslim olacağını deməsini tam xatırlamasa da, zənn edir ki, Vüsalə düz danışır. Ona təqdim edilmiş “Topaz” nöqtəsinin videomüşahidə kamerasında 27 dekabr 2023-cü il tarixdə kamerada əks olunmasına görə saat 02:04-dən 02:05-dək qeydə alınmış görüntülərdə işlətdiyi “Mystery” kafesinin girişinin qarşısı əks olunmuşdur. Həmin vaxt kafenin qarşısında dayanan şəxs mərhum Zərərçəkmiş şəxsdur, sonuncu ilə birlikdə binanın arxa həyəti istiqamətində, yəni hadisə baş vermiş avtomobil yuma məntəqələrinin qarşısında gedən şəxs özüdür. Onların arxasınca addımlayan şəxs Şahid1dır, sonuncu evə getmək üçün sifariş verdiyi taksini gözləyir və küçədə gəzişir. Həmçinin kafedən çıxıb yenidən qayıdan şəxs isə “Əlizamin” deyə çağırdıqları və kafedə gecələyən Zamindir. Daha sonra “Al market”in videomüşahidə kamerasında 27 dekabr 2023-cü il tarixdə kamerada əks olunmasına görə saat 02:06-da qeydə alınmış videogörüntülərdə həmin obyektin qarşısında keçən iki nəfər şəxsin biri odur, digəri isə Etibardır, onlar yuxarıda qeyd etdiyi kimi kafenin yerləşdiyi binanın arxa həyəti istiqamətində, yəni hadisə baş vermiş avtomobil yuma məntəqələrinin qarşısına gedirlər. Daha sonra yaxınlıqda yerləşən “Oba market”in videomüşahidə kameralarında 27 dekabr 2023-cü il tarixdə kamerada əks olunmasına görə saat 01:54-dən saat 02:30-dək qeydə alınmış videogörüntülərdə saat 01:54-də kafenin yerləşdiyi binanın tinindən keçən iki nəfər şəxsdən biri o, digəri isə Etibardır. Görüntülərdə əlində paket ilə gəzişən qadın Vüsalədir, sonuncu qeyd etdiyi kimi taksi gözləyir və görüntülərdə göründüyü kimi, bir müddətdən sonra çıxıb gedir. Hadisənin baş verdiyi yer qaranlıqda olduğundan kamerada həmin yer seçilmir. Həmin görüntülərdə saat 02:29-da qeydə alınmış görüntülərdə isə qaranlıq nöqtədən üzü Nərimanov rayonu, Uluqbəy küçəsinə doğru gələn iki nəfər şəxsin biri özü, digəri isə tanışı Kənandır. Belə ki, həmin vaxt artıq hadisə baş vermişdir, Etibarı taksidə Vüsalə ilə birlikdə ilə xəstəxanaya yola salmışlar, Kənan ilə küçəyə çıxıb onların yanına xəstəxanaya getmək üçün taksi axtarırdılar. Videogörüntülərə baxdıqca hadisələri daha doğru yada sala bilir. Əvvəlki ifadəsində Etibarı xəstəxanaya aparan taksinin Vüsalənin hadisə yerində gəldiyi taksi olmasını desə də, hazırda yadına düşür ki, Vüsalənin gəldiyi taksi çıxıb getmiş, Etibarı isə Kənanın gəldiyi taksi avtomobilində Vüsalə və sürücü ilə birlikdə xəstəxanaya yola salmışlar, Kənanla özü isə başqa taksi tapıb xəstəxanaya getmişlər (iş vərəqə: cild İİ, səh.75-77). Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, təqsirləndirilən şəxs qismində ifadə verməkdən imtina etmiş, bununla bağlı protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: cild İİİ, səh.139-142). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, hadisənin şahidi olmamışdır. Hadisə 27 dekabr 2023-cü il tarixdə baş vermiş və sabahı gün təxminən saat 04:30 radələrində ona Etibarın və Elşənin dalaşdığını bildirmişlər. Daha sonra Etibarı Təqsirləndirilən şəxs vurduğunu demişlər. Həmin vaxt onların başı dəfn mərasiminə qarışmış, rayona getmişlər və dəfn mərasimi bitəndən sonra qayıdıb hadisə ilə maraqlanan zaman Etibar və Elşəninhər ikisinin hadisə vaxtı içkili olduğunu və mübahisə nəticəsində Elşənin Etibarı öldürdüyünü öyrənmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində ən ağır cəzanın tətbiq edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs işlətdiyi kafenin yanındakı kafedə ofisiant işləyirmiş. Onlar kafeni bağladıqdan sonra hər gün Təqsirləndirilən şəxs işlətdiyi kafeyə yemək yeməyə gedirmiş. Hadisə baş verən gün də eyni qaydada işlədiyi kafe bağlandıqdan sonra Təqsirləndirilən şəxs işlətdiyi kafeyə yemək yeməyə getmişdir. Kafedə yemək yedikdən sonra, o, artıq taksi sifariş verib evə gedirmiş. Kafedən çıxan zaman Zərərçəkmiş şəxs görmüş və onlar salamlaşmışlar. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs də əvvəl tanımışdır. O, ayaq yoluna gedib-qayıtdıqan sonra Zərərçəkmiş şəxs ona “sənin üçün nə qulluq edə bilərəm” deyə sual vermiş, o da heç nəyə ehtiyac olmadığını bildirib təşəkkür etmişdir. Daha sonra sifariş verdiyi taksini gözləməyə başlamışdır. Bu zaman borcla bağlı olaraq Etibarla Elşənin arasında mübahisə olmuşdur. Təqsirləndirilən şəxs ilin sonu olduğunu, kafenin icarəsinin pulunu verməli olduğunu bildirib Etibardan borcunu tələb etmişdir. Onlar mübahisəyə etmişlər, sonra isə dalaşmağa başlamışlar. Onların hər ikisinə sakit olmalarını bildirib onları ayırmağa çalışmışlar. Bu zaman Zərərçəkmiş şəxs Elşəni də, onu da, yanlarında olan Zamini də təhqir etməyə başlamışdır. Etibarla Elşəni “Oba market”in yanına qədər aralamışdır. Elşən orada ona Etibar ilə dost, qardaş münasibətlərində olduğunu bildirərək, narahat olmamağını və evə getməyini bildirmişdir. Taksi onu gözlədiyindən o, taksiyə minib evə gedəsi olmuşdur. Evə çatmağa az qalmış Təqsirləndirilən şəxs ona zəng vuraraq “geri qayıda bilərsənmi?” deyə sual verdiyi anda əlaqə kəsilmişdir. Əlaqə kəsildiyindən onu niyə geri çağırdığını soruşa bilməmişdir. O, geri qayıdanda görmüşdür ki, Etibar yerə uzanıb, Elşən onun başının altına gödəkçəsini qoyaraq özü də, Etibarın başının üstündə dayanmışdır. Bu zaman Etibar onu xəstəxanaya çatdırmaqlarını bildirmişdir. Həmin vaxt yerdə bıçaq var imiş və o, həmin bıçağı ayağı ilə bir az irəli itələmişdir. Bıçağın üzərində heç bir ləkə yox imiş, sonra o, bıçağı götürüb öz çantasına atmışdır. Daha sonra Etibarı avtomobilə mindirib xəstəxanaya çatdırmışlar və xəstəxanaya çatan zaman Etibar hələ də sağ imiş. Ona Etibarı kimin vurması hələ də məlum deyildir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraat zamanı daha təfərrüatlı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid1 məhkəməyədək icraat zamanı 14 iyun 2023-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin yay aylarından hazırki vaxtadək ünvan 6 ünvanda fəaliyyət göstərən “Dvorik” kafesində ofisiant işləyir. Onun əsl adı Şahid1 olsa da, dosttanışlara və müştərilərə adını Milana və ya Mila kimi təqdim edir, yəni onu çox şəxs Milana və ya Mila deyə tanıyırlar. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 2023-cü ilin yay aylarından etibarən tanıyır. Etibarı işlədiyi kafenin yerləşdiyi əraziyə yaxın bir yerdə yaşayan və kafeyə gəlib-gedən bir müştəri kimi tanımışdır. Etibarla yaxın münasibəti olmamış, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Müştəri kimi “Dvorik” kafesinə gəlib-getdiyi vaxtlarda görmüşdür. Təqsirləndirilən şəxs isə işlədiyi kafenin yaxınlığında əvvəlki adı ilə “Albatros”, hazırda “Mystery” adı altında fəaliyyət göstərən kafenin icarədarı və işlədən bir şəxs kimi tanımışdır. Elşənin özü də elə kafeyə yaxın ərazidə yaşayan biridir. Elşənin kafesi onun işlədiyi kafe ilə yaxınlıqda olduğundan işlədiyi kafenin kollektivi özü ilə yanaşı axşamlar işdən sonra yemək üçün Elşənin kafesinə gedirlər. Bununla əlaqədar Elşən ilə dost kimi daha yaxın münasibətləri olmuşdur. Qeyd edir ki, Etibarın ailə üzvləri barədə məlumatı olmasa da, Elşənin kafesinə gedib-gələndə ailəli olmasını, bir qızı və bir oğlunun olmasını, Rövşən adlı qardaşının olmasını bilmişdir. Təqsirləndirilən şəxs səmimi və gülərüz bir insandır, daima müştəri kimi onların kollektivinin hər bir işçisinə qarşı hörmət və diqqətlə yanaşırdı. Elşən ilə də aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. Qeyd edir ki, Etibar xasiyyətcə ətrafda problemli bir insan kimi tanındığından ona ərazidə yerləşən bir çox kafe içəri daxil olmasına icazə vermirdilər. Son müddət Etibarı elə Elşənin işlətdiyi kafeyə axşam yeməyinə getdiyi vaxtlarda kafedə tək əyləşib yeyib-içən görmüşdür. Etibar ilə Elşənin arasında tanışlıq olub-olmaması, münaqişəli olub-olmamaları barədə məlumatı olmamışdır. 27 dekabr 2023-cü il tarixdə, saat 00:20 radələrində işlədiyi “Dvorik” kafesi gecə olduğu üçün bağlandığından evə getmədən öncə axşam yeməyi yeməkdən ötrü yaxınlıqda yerləşən Elşənin işlətdiyi “Mystery” kafesinə gəlmişdir. İçəri keçib pəncərəyə yaxın bir yerdə masa arxasında əyləşmişdir. Əyləşdikdən sonra Elşən hardansa onun gəldiyini görüb onun masasına yaxınlaşıb hal-əhval tutmuşdur. Son bir neçə gün kafeyə gəlməməsi barədə söhbət etmiş, cavabında axşamlar yorğun olduğu üçün birbaşa evə getdiyini demişdir. Qeyd edir ki, həmin vaxt Etibarın orada olubolmamasına fikir verməmişdir. Bir az yemək yedikdə Elşən bir az araq içmək istədiyini dediyi üçün onun da ürəyindən araq içmək keçmiş, bu səbəbdən Elşən elə onunla birgə masada əyləşib masaya ofisiant Nigara araq və soyuq qəlyanaltı gətirməsini söyləmişdir. Həmin ərəfədə əl-üzünü yumaqdan ötrü tualetə gedib qayıtdıqda gözünə kafenin zalında masa arxasında tək oturan və önündə olan pivə bakalından pivə içən Etibar sataşmış, Etibarın yanından keçərkən sonuncuya salam vermiş, Etibar da cavabında ona salam vermişdir. Əlavə edir ki, içəri girdiyi vaxt Etibarın orda olub-olmamasını fikir verməmişdir, Etibarın ondan öncə və ya sonra kafeyə gəlməsini bilmir. Kafedə Etibardan əlavə başqa müştərilər də var idi. Elşən ilə birgə 0,5 litr araq içdikdən və yemək yedikdən sonra Nigar çıxıb getmişdir. Kafedə demək olar ki, bir özü, bir Elşən, bir Etibar, bir də kafedə gecələyən Əlizamin qalmışlar. Məclisi yekunlaşdırmaq qərarına gəlib təxminən saat 02:00 radələrində kafedən çıxmaq üçün hazırlıq görmüş, həmin vaxt Elşən zalda masa arxasında əyləşən Etibara kafeni bağladığını deyib yavaş-yavaş getməsini xahiş etmişdir. Bundan sonra özü “Bolt” taksi xidmətinə zəng edib “Mystery” kafesinin yanına taksi çağırmış, ardınca yerindən durub qapıya tərəf istiqamətlənmişdir. Həmin vaxt Etibar da ondan öndə qapıya doğru gedirdi, Etibar qapıya doğru gedə-gedə heç bir səbəb olmadan onun və Elşənin ünvanına pis söyüşlər işlətməyə başlamış, heç buna bir səbəb tapa bilməmiş, çünki Etibara heç bir söz deməmiş, Elşənin isə Etibara söz deyib-deməməsini eşitməmişdir. Küçəyə çıxdıqda Etibarla Elşənin üzbəüz dayanıb bilmədiyi mövzu barədə söhbət etdiklərini, Etibarın Elşəni “Yalan deyənin arvadını, qızını.... (söyüş), sən kişi deyilsən” məzmunda təhqirlərlə söyməsini eşitmiş, ancaq Etibarın Elşəni hansı səbəbdən bu cür ağır söyüşlərlə söyməsinin səbəbini bilməmişdir. Elşən isə Etibarın söyüşlərinə söyüşlə deyil, “Ağzının qatığını dağıtma, ağzının danışığına fikir ver” deyə məzmunda ifadələrlə cavab verirdi. Kafenin qarşısında dayanıb taksinin gəlməsini gözlədiyi vaxt onların hər ikisinə sakitləşmələrini xahiş etmiş, küçənin ortasında bu cür mübahisənin yaşanmasının düzgün olmadığını demiş, səhər açıldıqda söhbət etmələrini xahiş etmişdir. Belə ki, həm Elşənin, həm də ki Etibarın sərxoş olmaları hiss olunurdu. Elşən özünü idarə edə bilsə də, Etibar sanki ayaqüstə dura bilmirdi. Bu zaman Etibar onun xahişini özünə təhqir kimi qəbul edərək artıq onun ünvanına “Get ...(söyüş) burdan, sənə dəxli yoxdu” deyə pis söyüşlər söymüş, Etibara əsəbləşsə də, sonuncuya hər hansı bir hərəkət etməmişdir. Elşən isə Etibara onu söydüyünü gördüyü üçün əlavə olaraq iradlarını bildirmişdir. Bu zaman taksi gəldiyini görüb kafenin qarşısından uzaqlaşmış, həmin an Elşən ilə Etibarın binanın arxa hissəsinə avtomobil yuma məntəqələri olan hissəsinə doğru getdiklərini görmüşdür. Eyni zamanda Elşən getmədən öncə kafenin içərisində olan Əlizaminə kafeni bağlamasını tapşırdığı üçün Əlizamin içəridən kafeni bağlamışdır. Bildiyi qədər, Əlizamin getməyə yeri olmadığı üçün elə kafedə gecələyirdi. Elşənin arxasınca səslənmişdir ki, səbrli olsun, Etibarı yola versin. Bunu eşidən Etibar daha hiddətlənib onun ünvanına söyüşlər söyməyə davam etmişdir. Onların arxasınca özü də biraz gedib Elşənə səbrli olmasını, çıxıb evə getməsini söyləmişdir. Elşən isə narahat olmamasını deyib çıxıb getməsini söyləmişdir. Bundan sonra Etibar ilə Elşən ikilikdə avtomobil yuma məntəqəsinin yaxınlığında dayanıb söhbət etmişlər, özü isə “Mystery” kafesinin önünə gəlmiş taksi ilə çıxıb evə getmişdir. Qeyd edir ki, onlardan ayrılan zaman onların arasında hər hansı bir dava baş verməmişdir, onlar sadəcə sözlü mübahisə edirdilər, əsas da Etibar Elşəni ağır söyüşlərlə təhqir edirdi. Hiss etmişdir ki, Elşən səbrini sıxıb Etibarı yola verməyə çalışır. Özü isə oradan taksi ilə çıxıb getdikdən 2-3 dəqiqə sonra evinə çatana yaxın təxminən saat 02:19 radələrində Elşən ona zəng etmiş və ona “Adamı vurmuşam, gəl köməyə” demişdir. Bu sözə görə həyəcan keçirmiş, elə başa düşmüşdür ki, vurduğu adam Etibardır. Elşəndən Etibarı nə ilə vurmasını soruşduqda, Elşən cavabında “bıçaqla vurmuşam” cavabını vermişdir. Bunun ardınca taksiyə onu götürdüyü yerə qaytarmasını xahiş etmiş, yenə 2-3 dəqiqədən sonra taksi onu “Mystery” kafesinin yaxınlığına gətirib endirmişdir. Taksidən kömək üçün qalmasını xahiş etsə də, taksi sürücüsü nəsə hadisə baş verdiyini anlayıb qala bilməyəcəyini demiş və çıxıb getmişdir. Elşən ilə Etibarın mübahisə edən yerdə gördüyü yerə gəldikdə orada “Mystery” kafesinin yerləşdiyi binanın arxasına düşən blokun yanında qaranlıq nöqtədə Etibarın yerdə kürəyi üstə uzanmasını, Elşənin isə yanında dayanıb kiməsə zəng etdiyini görmüşdür. Etibarın huşu zəif idi, başının altında Elşənin geyindiyi gödəkçə qoyulmuşdu, Etibardan bir az aralıda yerdə bir ədəd dəstəyi qəhvəyi rəngli bıçaq görmüş, həmçinin Etibarın koftasının ön hissəsi qana bulaşmışdır, kəsik yeri var idi. Koftanın önünü yuxarı çəkdikdə Etibarın qarnında bıçaq yarasını görmüş, ancaq yaradan qanın zəif gəldiyini görmüşdür. Həmin vaxt hadisə yerində gördüyü bir ədəd bıçağı əlavə nəsə baş verəcəyindən ehtiyat etdiyi üçün götürüb özünə məxsus qara çantaya qoymuşdur. Bıçağa baxdıqda tiyəsinin üzərində qanabənzər ləkə görməmiş, təmiz bıçağa oxşayırdı. Elşən özü də bıçağı götürməsini tapşırmış, onsuz da hadisə ilə bağlı polisə təslim olacağını söyləmişdir. Elşəndən hadisənin baş vermə şəraitini soruşmamış, çünki Elşənin özü də çox həyəcanlı idi, fikiri yalnız kömək etmək idi, sorğu-suala ehtiyac görməmişdir. Həmin ərəfədə hadisə yerinə kafeyə müştəri kimi gəlib-gedən Kənanın taksi ilə yaxınlaşmasını görmüş, Kənan və tanımadığı taksi sürücüsü avtomobildən endikdən sonra onlara yaxınlaşmışlar. Elşən Etibarı xəstəxanaya aparmaq lazım olduğunu dedikdə onlar köməkləşib Etibarı Kənanın gəldiyi taksinin arxa oturacağına uzandırmışlar. Elşənin Etibarın başının altında qoyduğu gödəkçəsini isə yerdən götürmüş, arxa oturacaqda uzandırılmış Etibarın üstünü örtmüşdür. Özü isə həmin taksidə öndə əyləşib Kənanın birgə gəldiyi taksi sürücüsü ilə birbaşa X11 getmişlər. Həmin xəstəxananın reanimasiya korpusunun önünə çatıb avtomobildən enmişlər və xəstəxana personalından köməklik istəmişlər, fikir vermişdir ki, Kənan ilə Elşən də başqa bir taksi ilə elə arxalarınca xəstəxanaya gəlib özlərini çatdırmışlar. Qeyd edir ki, yolda olarkən Etibar bir söz demirdi, yalnız ağrınırdı. Xəstəxanaya çatdıqda xəstəxana personalı Kənan və Elşənlə köməkləşib Etibarı avtomobildən endirmişlər, ardınca Etibarı xərəyə uzandırıb xəstəxananın daxilinə aparmışlar. Üzərinə örtdüyü Elşənin gödəkçəsini isə gəldikləri avtomobildə qoymuşdur. Xəstəxananın içərisində olarkən orada olan həkimlərdən kimsə Etibarı müayinə edib sonuncunun artıq ölməsini bildirmişdir. Həkimlərdən kimsə polisə zəng edilib hadisə barədə məlumat veriləcəyini dedikləri üçün xəstəxanaya polislərin gələcəyini bilmişlər, bu səbəbdən elə xəstəxanada olub polis əməkdaşlarının gəlməsini gözləmişlər. Təxminən 02:50 radələrində xəstəxanaya polis əməkdaşları gəlmişlər, hadisə ilə bağlı sorğu-sual etmişlər. Elşən polis əməkdaşlarına Etibarı bıçaqla vurduğunu söyləmişdir. Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, ... Hadisədən öncə Təqsirləndirilən şəxs ilə Etibar Əiiyevin mübahisə edən zaman onlardan hər hansı birinin digərini bıçaqla vuracağı barədə ifadə işlətməsini eşitməmişdir. Zərərçəkmiş şəxs yerdə gördüyü zaman əlində heç bir əşya yox idi. Hadisə yerinə qayıtdığı zaman Təqsirləndirilən şəxs əlində heç bir iti əşya, bıçaq görməmişdir....Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olarkən koftasının sol qarın nahiyəsində paltarda kəsik yeri görmüş, paltarın həmin hissəsi qana bulaşmışdı. Koftanın önünü yuxarı çəkdikdə həmin nahiyədə Etibarın qarnında bıçaq yarası olmasını görmüş, ancaq yaradan qan yavaş gəlirdi. Qanın qarşısını almaq üçün elə Etibarın əynində olan ağ maykasını yaranın üstünə çəkib basmış, bu yol ilə qanı dayanmasına çalışmışdır. Həmçinin Etibarın alnında, burnunda və başında qırmızı rəngli sıyrıqlar görmüşdür. Elşəndə hər hansı bir xəsarət olmasını görməmiş, həmçinin paltarlarında qan olubolmamasına görməmişdir (iş vərəqə: cild İ, səh.20-26). Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsi ilə bağlı verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs sonradan onu geri çağırmasının səbəbi barədə Təqsirləndirilən şəxs adam vurduğunu deməsinə dair bildirmək istəyir ki, o, həmin vaxt içkili olduğundan o formada qeyd etmiş ola bilər. Əslində o cür demək istəməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 27 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng etmişdir. Elşən ondan avtomobilyuma məntəqəsinin qarşısına gəlib-gəlməyəcəyini soruşmuşdur. O, Elşəndən nə baş verdiyini soruşmuşdur. O, evdən çıxıb 50 metr getmişdir ki, Şahid3la qarşılaşmışdır. Sahibə onu avtomobilyuma məntəqəsinin qarşısına aparmasını bildirmişdir. O, avtomobilyuma məntəqəsinin qarşısında düşmüş və Elşəndən nə baş verdiyini soruşmuşdur. O, Sahibə getməsini bildirdikdə Elşən “Sahib getməsin, bizə kömək lazım olacaq” deyə bildirmişdir. Bu zaman Elşəndən nə baş verdiyini yenidən soruşmuş və Elşən Etibarın içkili olduğunu və yerə yıxıldığını bildirmişdir. O, Etibara yaxınlaşmış və onun hərəkətsiz olduğunu görmüşdür. Onlar Zərərçəkmiş şəxs avtomobilə qoymuşlar və Elşənlə birlikdə Sahibin avtomobilinin arxa hissəsində əyləşdirmişlər. Bu zaman Elşən Etibarın niyə o vəziyyətdə olması ilə bağlı heç nə deməmişdir. Etibarı Sahibin avtomobilinə qoyduqdan sonra orada olan xanım Sahibin avtomobilinin ön hissəsində əyləşmişdir və onlar da taksiyə əyləşib onların arxasınca getmişlər. Onlar 1 saylı Şəhər Kliniki Xəstəxanasında Etibarı xərəyə qoymuşlar və xəstəxanaya çatanda onlara bildirmişlər ki, Etibarın bədənində bıçaq izi var. Xəstəxanada onıara Etibarın artıq öldüyünü bildirmişlər. O, xəstəxananın həyətində Elşəndən nə baş verdiyini soruşmuş və Elşən Etibar ilə aralarında mübahisə olduğunu bildirmişdir. Bundan sonra o, Elşənə heç bir sual verməmişdir. Polis əməkdaşları gəlib Elşəni saxlamışlar. Sonradan isə bilmişdir ki, Elşən ilə Etibar arasında mübahisə olmuşdur və Etibarın bədənində bıçaq yarası aşkarlanmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, dostu ilə məhəllələri tərəfdə olarkən Şahid2 gəlmiş və avtomobili yuxarı doğru sürməyini istəmişdir. Hadisə yerinə çatanda görmüşdür ki, Etibar yerə yıxılıb, onlar Etibarı avtomobilə əyləşdirib 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Onu hadisə yerinə Şahid2 çağırmışdır. O, Etibarın üzərində qan ləkəsi görməmişdir. Xəstəxanada təcili tibbi yardımın sürücüsü gəlmiş və Etibarın koftasını qaldıran zaman görmüşdür ki, Etibarın bədənində bıçaq yeri var. Şahid3 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs onun avotomobilinin arxa hissəsində uzandırıb xəstəxanaya aparmışlar. Şahid1 isə avotomobilin ön hissəsində əyləşmişdir. O, hadisə yerinə gedəndə artıq Etibarın heç bir reaksiyası olmamışdır. O, hadisə yerə çatan zaman xatırladığı qədərilə Şahid1 Etibarın dalaşdığını və bədənində sıyrıqların olduğunu eşitmişdir. Etibar çox spirtli içki içən insan olduğu üçün o, elə bilmişdir ki, Etibara yenə içkidən nəsə olub. Bu səbəbə görə d Etibara nə olması haqqında ətraflı soruşmamışdır. Xəstəxanaya gedən müddətdə Şahid1 heç nə danışmamışdır. Etibarın bədənində kəsikləri isə xəstəxanada görmüşdür. Onlar Etibarı yerdən götürən zaman sonuncudan içki qoxusu gəlirmiş. Etibarı avtomobilə əyləşdirən zaman sağ olub-olmamasını xatırlamır. Kənanın onu çağırmasından, Etibarı götürüb xəstəxanaya aparmaqları təqribən 20 dəqiqə çəkmişdir. O, hadisə yerinə çatan kimi Etibarı ləngimədən avtomobilə qoymağa çalışmışlar, sadəcə olaraq bir qədər gücü tam çatmırmış. Etibarı yerdən götürməyə o, Kənan, Elşən cəhd edirmişlər. Şahid1 hadisə yerindən götürdüyü bıçağı onun avtomobilinə qoymasını Vüsalə sonradan ona demişdir. Həmçinin bildirir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 27 dekabr 2023-cü il tarixdə, gecə radələrində evdən çıxıb qardaşının yanına gedirmiş. Şahid3 hadisə yerindən avotomobil ilə çıxdığını görmüşdür. Lakin o, nə Şahid1, nə də Zərərçəkmiş şəxs görməmişdür. Hadisə yerinə gələndə görmüşdür ki, Kənan ilə Elşən orada dayanmışlar. Onların həyəcanlı olduğunu görüb onlardan “Oba market”in yanına qədər 1-2 dəfə nə olduğunu soruşanda onlar heç nə olmadığını bildirmişlər. Sahib isə avtomobili işıqları sönülü vəziyyətdə idarə edirmiş. Qardaşının yanına çatmış və qardaşı Sahibə zəng vurub nə baş verdiyini soruşmuşdur. Bir müddət sonra Sahib zəng vurmuşdur ki, Etibarı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparmış və orada Etibar rəhmətə getmişdir. Qardaşı və dostları ilə birlikdə xəstəxanaya getmişlər. Onlar oraya çatdıqda Şahid1 xəstəxanadan çıxdığını görmüş və ondan nə olduğunu soruşmuşlar. Şahid1 isə onlara bildirmişdir ki, işdən çıxanda Etibarın “Oba market”in yanında yerə yıxıldığını görmüşdür və işlədiyi kafedə daimi müştəri olduğundan Kənana zəng edərək Etibarı gəlib oradan götürmələrini bildirmişdir. Daha sonra Etibarı Elşənin bıçaqla vurduğunu bilmişdir. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs işlətdiyi kafedə mühafizəçi işləmişdir. Hadisə günü Təqsirləndirilən şəxs kafedə olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs də kafeyə gəlmiş və pivə sifariş verib içmişdir. Zərərçəkmiş şəxs kafedən çıxıb getmək istəyən zaman bir anda geri qayıtmış və Təqsirləndirilən şəxs üzünə gülərək baxmışdır. Bu zaman Təqsirləndirilən şəxs Etibardan onlara niyə gülərək baxmasının səbəbin soruşarkən aralarında mübahisə yaranmışdır. Etibar Elşəndən 70 manat pul almış, Elşən də ondan həmin pulu istəmişdir. Etibar bu zaman dostlarının yeyib-içdiyini, lakin pulunun olmadığını bildirmişdir. Elşən isə ona pulu istəmədiyini bildirmiş və getməsini xahiş etmişdir. Bu zaman Etibar Elşənə onu çöldə gözlədiyini demişdir. Elşən isə onun arxasınca çölə çıxan zaman o da onunla getmişdir. Bu zaman Elşən ona qapını açıq qoymamasını bildirərək geri qayıdıb qapını bağlamağını istəmişdir. O, geri qayıtmış və hadisə baş verən zaman o, kafenin içərisində olmuşdur. O, hadisənin necə baş verməsini, Etibarı xəstəxanaya necə və kimlərin aparmasını görməmişdir. Şahid5 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, o Təqsirləndirilən şəxs işlətdiyi kafedə qalırmış. O, kafeddə Elşən ilə Etibar arasında mübahisə yaranmasının şahidi olmuşdur, lakin hadisənin necə baş verməsini görməmişdir. O, hadisənin sabahı gün eşitmişdir ki, Zərərçəkmiş şəxs vurublar, lakin Etibarı kimin vurmasını bilməmişdir. O, sonradan bilmişdir ki, Etibarı Elşən vurmuşdur və Elşəni həbs ediblər. O, Təqsirləndirilən şəxs kafesində uzun müddət əvvəl işləməyə başlamışdır. O, Zərərçəkmiş şəxs də uzun müddət əvvəldən tanımışdır. O, Etibarı yaxşı insan kimi tanımışdır. Etibarın üzərində bıçaq gəzdirməsinin şahidi olmamışdır. Hadisədən əvvəl Zərərçəkmiş şəxs kafedə oturub pivə içən zaman sakitçilik olmuş, hələ Elşənlə aralarında mübahisə olmamışdır. Etibar kafedən çıxan zaman təhqiredici ifadələr işlədərək ona “rədd ol burdan, sənin ağzını cıraram” deyə kobud ifadələr işlətmiş, lakin o Etibara cavab verməmişdir. O, kafedə əyləşmiş, bu zaman nə Elşənin stolunun üzərində, nə də girişdə bıçaq görməmişdir. Təqsirləndirilən şəxs kafedən çıxanda o, Etibarın əlində və ya üzərində heç nə görməmişdir. O, Elşənin arxası ilə getmək istəyən zaman Elşən ona kafenin qapısını bağlayıb içəridə oturmağını bildirmişdir. O, qayıdıb kafedə əyləşmiş və daha sonra kafeyə heç kim gəlməmişdir. Bundan sonra o, çölə çıxmamışdır. Elşən Etibara “qardaş, buranı mən işlədirəm, xahiş edirəm çölə çıx” deyə ifadə işlətmişdir. Bu zaman Etibar Elşənə onu çöldə gözlədiyini bildirmişdir. O, Elşənin Etibarı öldürmək niyyətinin olması və ya ona qəsd etmək istəməsi barədə eştiməmişdir. O, Etibarın kafeyə gəlməsinin şahidi olmuşdur, Etibarın əlində bıçaq görməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs işlətdiyi kafedə ofisiant işləmişdir. Hadisə baş verən gün Zərərçəkmiş şəxs bir qədər içkili vəziyyətdə kafeyə daxil olmuşdur. Zərərçəkmiş şəxs ona pivə verməsini demişdir. O, Etibara üç bakal pivə vermişdir. Daha sonra Etibara evə getməsini bildirmiş və o da çıxıb evinə getmişdir. O, digər müştərilərdən hesabları alaraq Təqsirləndirilən şəxs vermiş və evə getmişdir. O, hadisənin baş verməsinin şahidi olmamışdır. Sabahı gün o, hadisə haqqında məlumat əldə etmişdir. Şahid6 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər kafedə dostları ilə yemək yedikdən sonra hesabı verməmişdir. Hadisə baş verən gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəlki günlərdə verməli olduğu hesabı istədikdə aralarına mübahisə olmuşdur. Həmin hesablar təxminən 80-100 manatdan bir qədər çox imiş. Mübahisə zamanı Elşən pulunu tələb etdikdə Etibar pulu qaytaracağını bildirmişdir. O, hadisə haqqında sabahı gün işə gələndə məlumat əldə etmişdir. O, işə gələrkən ona bildirmişlər ki, Elşən Etibarı vurmuşdur. O da təəccüb etmişdir ki, o, kafedən çıxan zaman belə bir hadisənin olma ehtimalı az imiş. Hadisə günü o, kafedən gedən zaman Təqsirləndirilən şəxs Şahid1 ilə oturmuşdur, həmin vaxt kafedə onlardan və Etibardan başqa heç kim yox imiş. Kafeyə daxil olan zaman Etibarın əlinə bıçaq olmamışdır. O, Elşənin oturduğu stolunun üzərində də bıçaq görməmişdir. Həmin vaxt Etibar ona bildirmişdir ki, içəcəyi pivələri nisyə sifariş verir, bu barədə özü Təqsirləndirilən şəxslə söhbət edəcək. Həmçinin bildirir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 27 dekabr 2023-cü il tarixdə işlədiyi xəstəxanada növbədə olarkən Zərərçəkmiş şəxs xəstəxanaya ölmüş halda gətirilmişdir. Zərərçəkmiş şəxs tanımadığı şəxs gətirmiş və onlar şəxsi müayinə etməyə başlamışlar. Onlar Zərərçəkmiş şəxs müayinə edən zaman onda həyat əlamətlərinin olmadığını müəyyən etmişlər, artıq həmin şəxs ölmüş, beyin refleksləri yox imiş. Müayinə etdikdən sonra sənədləşdirmiş və polis əməkdaşlarına təhvil vermişlər. Şahid7 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, onlar müayinə edən zaman artıq Zərərçəkmiş şəxs öldüyünü görmüşlər. Həmin vaxt saat 03:00 radələri olarmış. Zərərçəkmiş şəxs gətirən şəxsi tanımamışlar, onlar xəstə ilə məşğul olmağa başlamışlar və Zərərçəkmiş şəxs gətirən şəxs çıxıb getmişdir. Zərərçəkmiş şəxs xəstəxanaya gətirilən zaman Təqsirləndirilən şəxs görməmişdir. Müyinə başa çatmış, Zərərçəkmiş şəxs ölməsi təsdiqlənmiş və o, polis əməkdaşlarına xəbər vermişdir. Onlar Zərərçəkmiş şəxs öncə kliniki müayinə etməyə başlamışlar, həmin şəxsin göz bəbəkləri genişlənmiş, göz almaları solğun, qurumuş vəziyyətdə olmuşdur. Artıq bu, bioloji ölüm əlamətləri olmuşdur. Daha sonra təzyiqinə, nəbzinə baxmışlar, bədənin arxa hissəsində meyit ləkələri əmələ gəlməyə başlamışdır. Bütün bunlar ölümün əlamətləridir. İlk müayinədən məlum olmuşdur ki, xəstə ölmüşdür. O, xəstəxanada təcili və təxirəsalınmaz yardım xidmətinin həkimidir və ixtisasca da ümumi cərrahdır. Meyit ləkələri, gözlərin solğunlaşması və quruması xəstənin xəstəxanaya daxil olduqdan təxminən 30 dəqiqə əvvəl ölməsini göstərə bilər. Meyit ləkələri ölümdən 1 saat sonra tam formalaşır, lakin o, görən zaman Zərərçəkmiş şəxs bədənindəki meyit ləkələri yeni formalaşırmış. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, əvvəllər Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı olmuş və inzibati ərazidə xidmət etmişdir. Zərərçəkmiş şəxs də əvvəllər polisdə işləmişdir və sonradan işdən çıxmışdır. O, Zərərçəkmiş şəxs təxminən 2010-cu ildən tanıyır. Onların avtomobilyuma məntəqəsi var, Zərərçəkmiş şəxs bir müddət orada işləmişdir. Daha sonra müəyyən problemlər olduğundan Etibar işdən çıxmışdır. Bundan sonra bir müddət avtoyuma məntəqələri bağlı olmuşdur. Həmin vaxt bir nəfər ona zəng edərək Elşən adlı şəxsin onların avtoyuma məntəqələrini icarəyə götürmək istədiyini bildirmişdir. O da razılaşmışdır, 2-3 gün keçdikdən sonra o, həmin adamdan Elşənin niyə avtomobilyuma məntəqəsini icarəyə götürmədiyini soruşduqda həmin adam Elşənin avtomobilyuma məntəqəsinin icarə götürmək istəmədiyini bildirmişdir. Daha sonra Teymur adlı bir oğlan onların obyektini icarəyə götürmüşdür. Sonradan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan bu hadisəni eşitmişdir. Lakin hadisəni görməmişdir. O, polisdə işlədiyinə görə bu hadisəni iş yerindən eşitmişdir. Onun hadisənin əsl səbəbi haqqında məlumatı olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı olmuşdur. O, hadisənin baş verməsini görməmişdir. 27 dekabr 2023-cü il tarixdə saat təxminən 01-02 radələrində telefonunu söndürüb yatmışdır. Qonşuları Əli adlı şəxs qapını döymüş və o, qapını açdıqda ona Etibarın xəstəxanada rəhmətə getməsi ilə əlaqədar məlumat vermişdir. Lakin Etibarı kimin vurmasından xəbəri yox imiş. O, xəstəxanaya çatanda Etibarın artıq üzünü örtmüşlər. Xəstəxanada Etibara nə olduğunu kimdən soruşsalar da heç kim onlara heç nə deməmişdir. Şahid9 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Elşən ilə Etibarın arasında əvvəllər avtomobilyuma məntəqəsi ilə əlaqədar kiçik mübahisə olmuşdur. Həmin mübahisə davasız olmuşdur. Amma mübahisənin tam necə olmasını bilmir, çünki həmin söhbəti ona da başqası xəbər vermişdir. Qardaşı Etibar uzun illər avtomobilyuma məntəqəsini işlətmişdir. Lakin oradan niyə işdən çıxdığını bilmir X12 Nazirliyindəki işini hansı səbəblə tərk etməsindən məlumatı yoxdur. Etibarın ölüm səbəbi ilə maraqlanan zaman ilk öncə heç kim məlumat verməmiş, daha sonra bildirmişlər ki, Etibarı Təqsirləndirilən şəxs öldürmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisə baş verən gün onun yanında olmuşdur, onlar oturub yemək yemişlər. O, hadisəni görməmişdir. O, kafedə oturan zaman Etibar ona zəng edib harada olmağını soruşmuşdur. O, Etibara “Alyans” kafesində oturduğunu bildirmişdir. Etibara yanına gəlməsini təklif etmiş və Etibar da onun yanına gəlmişdir. Onlar təxminən iki saat bir yerdə oturmuşlar. Etibar bir stəkan viski içmişdir. Daha sonra taksi sifariş vermiş və məhəllələrinə getmişlər. Məhəllədə Etibar ilə ayrılmışlar və hər biri öz evlərinə getmişlər. O, hadisəni sonradan eşitmişdir. O, bu barədə eşitmişdir ki, Elşən ilə Etibarın arasında mübahisə olmuş və ölüm hadisəsi baş vermişdir. Lakin mübahisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. Şahid10 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, hadisə baş verən gün Etibar ilə bir-iki saat, təxminən saat 00:00 radələrinə kimi bir yerdə olmuşdur. Daha sonra taksi sifariş vermişlər və məhəllədə taksidən düşən zaman Etibar ona pivə içməyi təklif etmişdir. O isə yorğun olduğunu, səhər tezdən işə getməli olduğunu bildirib onunla pivə içməyə getməmişdir. Onunla görüşən zaman Etibarın üzərində bıçaq olmamışdır. Etibar ümumiyyətlə üzərində bıçaq gəzdirməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, “Bolt” şirkətində taksi sürücüsü işləyir. 27 dekabr 2023-cü il tarixdə ona sifariş gəlmiş və müştərini aparıb ünvana çaatdırmışdır. Bu zaman müştəri ona “taksi lazım olsa sənə xəbər edərəm gələrsən?” deyə sual vermiş, o da yaxın ərazidə olarsa gələcəyini demişdir. Hadisə baş verən gün müştəri ona zəng etmiş və o da Nərimanov ərazisində olduğundan sifarişi qəbul edərək ünvana getmişdir. Müştəri Vüsalə adlı xanım olmuşdur və ona dostunun içkili olduğunu və onun gəlməsini gözləməyini bildirmişdir. O isə içkili adamla işləməyin çətin olduğunu bildirərək getmək istədiyini bildirmişdir. Daha sonra o, çıxıb getmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs işlətdiyi kafenin yaxınlığındakı adsız kafedə işləyirmiş. 27 dekabar 2023-cü il tarixdə, saat 01-02 radələrində o, evə getmişdir. O, hadisə vaxtı orada olmamışdır. Zərərçəkmiş şəxs onun işlətdiyi kafəyə gəlmiş və o, Etibara artıq kafenin bağlandığını bildirmişdir. Bundan sonra Etibar çıxıb getmiş və o da evə getmişdir. Daha sonra eşitmişdir ki, belə bir hadisə baş verib. O, illərdir ki, təqsirləndirilən şəxslə zərərəkmiş şəxsi tanıyır. Onların arasından bundan əvvəl heç bir mübahisə olmamışdır. Etibarın bıçaqlandığını eşitmiş, lakin onu kimin bıçaqladığını bilməmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid12 məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilmişdir. Şahid12 məhkəməyədək icraat zamanı 16 mart 2024-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, Bakı şəhərində yaşayıb taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, gündəlik kirayə verilən avtomobil götürüb “Bolt” taksi tətbiqi ilə taksi kimi fəaliyyət göstərir. 2023-cü ilin sentyabr ayından hal-hazıradək “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edib taksi fəaliyyəti göstərir. Şahid12 öz adını tanışlarına “Milana” və “Mila” deyə təqdim edən xx.xx.1987-ci il təvəllüdlü Şahid1 portal çıxarışının surəti ilə tanış olaraq və verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsi görmüşdür, həmin şəxsə 1 dəfə, 2023-cü ilin dekabr ayının sonlarında idarə etdiyi “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi kimi xidmət göstərmişdir. Belə ki, 27 dekabr 2023-cü il tarixdə, saat 02:16 radələrində “Bolt” tətbiqi ilə Nərimanov rayonu, M.Uluqbəy 125a küçəsindən (Y.V.Çəmənzəminli küçəsi) ünvan 8 ünvanına taksi sifariş verilmiş, həmin sifarişi o, qəbul etmişdir. Sifarişi ***-***-**-** mobil nömrəsi ilə “Milana Qasanova” adlı istifadəçi vermişdir. Həmin ünvana çatdıqda üzü “Mona Liza” restoranı istiqamətində dayanmış və ***-***-**-** mobil nömrəsinə zəng etmiş, cavab verən şəxs qadın idi. Həmin şəxsə ünvana çatdığını dedikdə sonuncu onu gördüyünü və yaxınlaşdığını söyləmişdir. Təxminən 20-30 saniyə sonra yolun sağında yerləşən bina tərəfdən ona təqdim edilmiş portal çıxarışında qeyd edilən Şahid1 onun avtomobilinə yaxınlaşaraq arxa sərnişin qapısını açıb avtomobilə mindikdən sonra hərəkətə başlamışlar. Təxminən 2-3 dəqiqə ərzində yol qət etdikdən sonra Şahid1 mobil telefonuna zəng gəldiyini eşitmişdir. Vüsalə telefona cavab verib zəng edən şəxsə “Nolub? Nə baş verdi?” məzmunundə suallar vermiş, ardınca həyəcanlanıb “Gəlirəm” deyə cavab vermişdir. Bundan sonra isə ona həyəcanlı şəkildə tez olaraq Vüsaləni yenidən götürdüyü yerə aparmasını xahiş etmişdir. O da buna etiraz etməmiş, gəldiyi yol ilə yenidən Vüsaləni götürdüyü istiqamətdə hərəkət etmişdir. Təxminən 3-4 dəqiqə sonra həmin yerə çatdıqda Vüsalə ona yolun sağında yerləşən “Oba” marketin qarşısından sağa, yəni ara küçəyə dönməsini və avtomobili həmin istiqamətdə idarə etməsini söyləmişdir. Həmin küçə ilə hərəkət etməyə başladıqda təxminən 100-150 metrdən sonra Vüsalə həyəcanlı şəkildə sola tərəfə baxaraq ona “Saxla, saxla, buradı” dedikdə özü də sola baxmış, həmin vaxt orada Şahid1 qarşısından götürdüyü binanın arxa həyətində yerdə bir nəfər uzanmış vəziyyətdə olmasını görmüş, həmin şəxsin başında başqa bir nəfər kişi cinsli şəxs gəzişirdi. Vüsaləyə gedib qabaqdan avtomobili döndərib geri qayıdacağını demişdir. Bir qədər məsafə gedib öndə avtomobili döndərib yenidən üzü yerdə uzanan halda gördüyü şəxsin olduğu tərəfə gəlmişlər. Yol ilə gəlib mümkün qədər həmin şəxslərə yaxın məsafədə avtomobili dayandırmış, bu zaman Vüsalə sağ qapıdan enib tez həmin uzanmış halda olan şəxsə tərəf yaxınlaşmışdır. Özü heç avtomobildən enməyib maraq üçün ön sərnişin qapısının şüşəsini aşağı endirmiş, içəridən boylanıb yerdə uzanan şəxsə baxmışdır. Həmin vaxt yıxılan şəxsin başında dayanan şəxs ilə Vüsalə yıxılan şəxsi qaldırmağa çalışırdılar. Öz aralarında nəsə danışsalar da, bunu eşidə bilməmişdir. Bir anda Vüsalə ona uca səslə gözləməsini, həmin şəxsə xəstəxanaya aparmaqda kömək etməsini, əlavə pul verəcəyini söyləmiş, ancaq o, bundan imtina etmişdir. Belə ki, yaranmış vəziyyətdən baş aça bilməmişdir. Bundan sonra avtomobili sürüb çıxıb getmişdir. Həmin şəxslərdən bir də məlumatı olmamışdır. Şahid12 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti ilə tanış olaraq və verilən suallara cavab olaraq göstərmişdir ki, həmin şəxsiyyət vəsiqəsinin məxsus olduğu Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə yıxılan şəxsin yanında həyəcanlı şəkildə gəzişən şəxsdir, Təqsirləndirilən şəxs ilə tanışlığı yoxdur. Şahid1 həmin ünvanda gətirib endirdikdən sonra orada dayanıb onlara baxması və çıxıb getməsi heç bit dəqiqə çəkməmişdir. 27 dekabr 2023-cü il tarixdə yerdə uzanmış vəziyyətdə gördüyü şəxsin ətrafında Şahid1 ilə Təqsirləndirilən şəxs başqa heç bir şəxsi görməmişdir. Nə Vüsalə avtomobilində olarkən, nə də ki, sonuncunu gətirib həmin uzanmış şəxsin və Təqsirləndirilən şəxs yanında düşürtdükdə onlardan heç biri yerdə uzanan şəxsin yerdə uzanıb qalmasının səbəbi barədə bir söz deməmişlər. Özü də heçnə soruşmamışdır. Təqsirləndirilən şəxs Vüsaləyə dediyi sözü eşitməmişdir. Yerdə uzanmış vəziyyətdə gördüyü şəxsi ilk dəfə gördükdə fikirləşirdi ki, həmin şəxs sərxoşdur, lakin həmin şəxs hərəkət etmirdi, Təqsirləndirilən şəxs ilə Şahid1 uzanan şəxsi qaldırmağa çalışırdılar, elə düşünmüşdür ki, həmin şəxs sərxoş olduğu üçün yıxılıb və bu hala düşmüşdür. Şahid1 danışığından yüngül sərxoşluğunu hiss etmişdir. Elşən yerdə uzanmış vəziyyətdə olan Etibarın başının üstündə dayanarkən, həmin yerin qaranlıq olduğundan üzərində hər hansı bir zədə, xəsarət və ya qan izinin olmasına fikir verə bilməmişdir. Hərəkətlərindən sadəcə həyəcanlı halda önə və geriyə hərəkət etməsini müşahidə etmişdir (iş vərəqə: cild İİ, səh. 147-152). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _27 dekabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Nərimanov rayonu, Mirzə Uluqbəy küçəsində yerləşən 125a saylı binanın ətrafıdır, hadisə yerinin fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 1, səh. 4-8). _27 dekabr 2023-cü il tarixli “baxış və götürmə haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs meyitinə baxış keçirilmiş, baxış zamanı meyitin arxa və ön səthində açıq bənövşəyi-göyümtül rəngli meyit ləkələri aşkar edilmişdir, meyitin xarici müayinəsi zamanı bədən səthində qarının ön divarının sol yarısında qırmızımtıl rəngdə 01 ədəd deşilmiş kəsilmiş yara, sol təpə nahiyəsində, alının tüklü və tüksüz hissəsinin sol yarısında, burunun ön və sağ yarısında 06 ədəd, sol bazunun yuxarı üçdə birinin arxa səthində, sağ diz oynağının ön səthində, sol diz oynağının ön səthində səthləri qurumuş, üzərləri ətraf sağlam dəri səviyyəsindən bir qədər aşağıda yerləşən qırmızımtıl rənglərdə müxtəlif formalarda və istiqamətlərdə yerləşən sıyrıqlar aşkar edilmişdir. Meyitin fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 1, səh. 11-18). _27 dekabr 2023-cü il tarixli “götürmə və baxış haqqında protokol”dan görünür ki, Şahid1 istintaqa könüllü təqdim etdiyi 01 ədəd bıçaq və həmin bıçağı qoyduğu özünə məxsus 01 ədəd çantaya baxış keçirilmiş, bıçaq və çanta üzərində hər hansı zədə və ya iz aşkar edilməmişdir. Bıçaq və çantanın fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 1, səh. 28-29). _27 dekabr 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu olmuşdur (iş vərəqə: cild 1, səh. 32). _27 dekabr 2023-cü il tarixli “götürmə və baxış haqqında protokol”dan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd kofta, 01 ədəd şalvar, 01 ədəd gödəkcə və 01 cüt ayaqqabıya baxış keçirilmiş, geyim əşyalarının üzərində hər hansı izlər aşkar edilməmiş, fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 1, səh. 77-80). _28 dekabr 2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə” istintaq hərəkətinin protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ünvan 9 ünvanında hadisə yerini və hadisənin baş vermə mexanizmini göstərərək, verdiyi ifadəsini bir daha hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 92-101). _08 yanvar 2024-cü il tarixli “USB yaddaş kartına baxış keçirilməsi haqqında protokol”dan görünür ki, yaddaş kartında 02 ədəd “Al market” və “Topaz” adlı qovluqlar vardır. Həmin qovluqlardan Al market adlı olanı açıldıqda qovluqda: 01ədəd “Camera2_kamera_kamera_**********3000_**********0000_350832” adlı videofaylın olması görünür. Həmin videofaylı açdıqda videoqeydiyyatın 27 dekabr 2023-cü il tarixdə saat 01:30-dan saat 03:00-dək aparılması görünür, videoqeydiyyat M.Uluqbəy küçəsi, 125a saylı binanın 1-ci mərtəbəsində yerləşən “Al market”in giriş qapısının üst hissəsində üzü binanın tininə və Y.V.Çəmənzəminli küçəsinə tərəf olması (“Mystery” kafesindən əks tərəfə) görünür. Saat 02:06:48-də Zərərçəkmiş şəxs solda olmaqla, Təqsirləndirilən şəxs isə sağda olmaqla birlikdə üzü avtomobil yuma məntəqələri olan tərəfə getmələri görünür, həmin vaxt onlar iti addımlarla hərəkət edirlər və bir-biri ilə söhbət edirlər, Təqsirləndirilən şəxs siqaret çəkməsi görünür, 07 saniyə sonra onlar kameranın əhatə dairəsindən çıxırlar. Saat 02:07:09-da bir nəfər əlində ağ çanta olan qadının (Şahid1) kameranın əhatə dairəsinə daxil olaraq “Mystery” kafesinin olduğu tərəfdən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs getdikləri istiqamətdə getməsi görünür, həmin qadın 10 saniyə sonra kameranın əhatə dairəsindən itir. Saat 02:11:38-də ara yolda “Toyota Prius” markalı avtomobil dayanır, qaranlıq yerdən əlində ağ çanta olan Şahid1 həmin avtomobilə yaxınlaşması görünür. Saat 02:12:15-də həmin avtomobil dönüş edərək gəldiyi istiqamətə qayıdıb çıxıb gedir, əlində ağ çanta olan Şahid1 isə artıq bu səfər kameranın əhatə dairəsində küçədə gəzişir və üzü əsas yola tərəf gedib orada dayanır. Saat 02:16:33-də Şahid1 dayandığı yerdə “Toyota Prius” markalı avtomobilə bənzər avtomobil saxlayır, həmin vaxt Şahid1 arxa sağ qapını açaraq avtomobilə minməsi və 17 saniyə sonra avtomobil üzü “Mona Liza” restoranı istiqamətində hərəkət etməyə başlaması görünmüşdür. Saat 02:41-dək olan müddət ərzində əsas küçədən üzü hadisə baş vermiş avtomobil yuma məntəqələrinin yerləşdiyi küçəyə doğru bir neçə avtomobilin dönüb getməsi görünsə də, avtomobillər sürətlə hərəkət etdiklərindən markalı və nişanları müəyyən edilmir. Saat 02:41:31-də hadisə baş vermiş yer istiqamətindən üzü əsas yola (Y.V.Çəmənzəminli, M.Uluqbəy küçəsi) sürətli şəkildə işıqları yanmayan avtomobilin çıxması və üzü “Mona Liza” restoranı istiqamətində idarə etməsi görünür (Şahid3 idarə etdiyi “Kia Ceed” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil). Bundan 9 saniyə sonra avtomobilin çıxdığı yerdən binanın arxa tərəfindən 2 nəfər bir, 1 nəfər bir çıxması və küçəyə tərəf getmələri görünür, onlardan 1 nəfər aralanıb digər tərəfə getmiş, 2 nəfər isə (Təqsirləndirilən şəxs və Şahid2) küçəyə bir neçə saniyə dayanıb üzü “Mona Liza” restoranı tərəfə addımla getmələri göründü. Videofaylın davamına baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hal müşahidə edilməmişdir. Həmin qovluqlardan “Topaz” adlı olanı açdıqda qovluqda 236 videofaylın olması müəyyən edilir. Həmin videofayllarda videoqeydiyyatın 27 dekabr 2023-cü il tarixdə, saat 00:00:00-dan başlamaqla saat 02:59:59-dək davam etməsi, həmin müddətin 236 ədəd hissəyə parçalanmaqla arxivləşdirilməsi və kameranın Bakı şəhəri, Nərimanov rayonu, M.Uluqbəy küçəsi, 125a saylı binanın 1-ci mərtəbəsində yerləşən “Mystery” kafesinin giriş qapısının üstündən çəkiliş aparılması göründü. Qeydiyyatın aparıldığı müddət ərzində kafeyə müxtəlif şəxslərin daxil olması və çıxması, həmçinin küçə ilə kafenin önündən ötüb getmələri görünür. Həmin fayllardan “ch03_**********0214” adlı olanı açdıqda həmin qeydiyyatın saat 02:02:13-də başlaması, həmin görüntülərin 02:02:31-də Zərərçəkmiş şəxs tək olaraq kafedən çıxması və üzü hadisə baş vermiş avtomobil yuma məntəqələri tərəfə getməsi, yəni kafenin yerləşdiyi binanın tininə tərəf getməsi görünür. Videofaylların “ch03_**********0410” adlı olanı açdıqda qeydiyyatın saat 02:04:06-dan başlaması görünür, həmin görüntülərdə kafenin içərisindən küçəyə Şahid1 çıxması və kafenin önündə dayanması, saat 02:04:37-də Zərərçəkmiş şəxs getdiyi yerdən yenidən kafenin girişi tərəf Şahid1 olduğu tərəfə qayıtması görünür, həmin an o, Şahid1 yanına gəldikdə sonuncu ilə söhbət etməyə başlayır, daha sonra Təqsirləndirilən şəxs kafedən küçəyə çıxır və onların yanında pilləkənlərdən aşağıda dayanıb onlarla söhbət edir. Saat 02:05:05-də Təqsirləndirilən şəxs ilə Şahid1 pilləkənlərdən aşağıda durub söhbət edirlər, Zərərçəkmiş şəxs isə kafenin giriş hissəsində dayanıb, bu vaxt kafedən bir nəfər (ƏliŞahid5) çıxıb binanın əks tərəfinə gedir. Saat 02:05:19-da Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs hadisə baş vermiş ünvan istiqamətində getməyə başlayırlar, həmin vaxt Təqsirləndirilən şəxs Şahid1 nəsə dedikdən sonra sonuncu həmin yerdə gəzişib hər üçü kameranın əhatə dairəsindən çıxır. Şahid1 sağ əlində bir ədəd ağ rəngə bənzər çanta və kürəyində bir ədəd ipli çanta görünür. Saat 02:05:32-də ƏliŞahid5 yenidən kafeyə gəlib daxil olması görünmüşdür. Təxminən 1 dəqiqə sonra kafenin küçəyə baxan işıqlarının söndürülməsi görünmüşdür. Saat 02:59:59-dək qeydiyyat aparılmış digər videofayllara baxış zamanı həmin görüntülərdə hər hansı bir şəxsin kafeyə gəlib-getməsi müşahidə edilməmiş, iş üçün əhəmiyyət kəsb edə biləcək hal müşahidə edilməmişdir (iş vərəqə: cild İ, səh. 168- 169). _24 yanvar 2024-cü il tarixli “USB yaddaş kartına baxış keçirilməsi haqqında protokol”dan görünür ki, yaddaş kartında 08 ədəd videofayl vardır. Həmin fayllardan “A06_**********4000” adlı olanı açdıqda videoqeydiyyatın “Oba” marketin giriş qapısının üzərindən Bakı şəhəri, Nərimanov rayonu, M.Uluqbəy (Y.V.Çəmənzəminli küçəsi) küçəsində “Mona Liza” restoranı istiqamətində avtomobillərin hərəkət etdiyi yolu 27 dekabr 2023-cü il tarixdə, saat 01:40-dan saat 01:55-dək aparıldığı müəyyən edilmişdir. Həmin görüntülərdə iş üçün əhəmiyyət kəsb edən hal müşahidə edilməmişdir. Həmin fayllardan “A06_**********5517” adlı olanı açdıqda videoqeydiyyatın “Oba” marketin giriş qapısının üzərindən Bakı şəhəri, Nərimanov rayonu, M.Uluqbəy (Y.V.Çəmənzəminli küçəsi) küçəsində “Mona Liza” restoranı istiqamətində avtomobillərin hərəkət etdiyi yolu 27 dekabr 2023-cü il tarixdə saat 01:55-dən saat 02:00-dək aparıldığı müəyyən edilmişdir. Həmin görüntülərdə saat 01:59-da 01 ədəd “Toyota Prius” markalı avtomobilin həmin küçədən üzü hadisə baş vermiş avtomobilyuma məntəqələri olan tərəfə getməsi müəyyən edilmişdir. Həmin görüntülərdə bundan başqa iş üçün əhəmiyyət kəsb edən hal müşahidə edilməmişdir. Həmin fayllardan “A06_**********0000” adlı olanı açdıqda videoqeydiyyatın “Oba” marketin giriş qapısının üzərindən Bakı şəhəri, Nərimanov rayonu, M.Uluqbəy (Y.V.Çəmənzəminli küçəsi) küçəsində “Mona Liza” restoranı istiqamətində avtomobillərin hərəkət etdiyi yolu 27 dekabr 2023-cü il tarixdə, saat 02:00-dan saat 02:25-dək aparıldığı müəyyən edilmişdir. Saat 02:02-də əlində ağ rəngli paket olan bir nəfər şəxsin (Şahid1) küçəyə tərəf çıxması və tək olaraq həmin ərazidə gəzişməsi görünür. Saat 02:04-də yolda digər 01 ədəd “Toyota Prius” markalı dayandıqda əlində paket olan Şahid1 həmin avtomobilin arxa sağ sərnişin qapısını açıb salona əyləşir və avtomobil üzü “Mona Liza” restoranı istiqamətində hərəkət etməyə başlayır. Həmin görüntülərdə bundan başqa iş üçün əhəmiyyət kəsb edən hal müşahidə edilməmişdir. Həmin fayllardan “A06_**********2200” adlı olanı açdıqda videoqeydiyyatın “Oba” marketin giriş qapısının üzərindən Bakı şəhəri, Nərimanov rayonu, M.Uluqbəy (Y.V.Çəmənzəminli küçəsi) küçəsində “Mona Liza" restoranı istiqamətində avtomobillərin hərəkət etdiyi yolu 27 dekabr 2023-cü il tarixdə, saat 02:22-dən saat 03:25-dək aparıldığı müəyyən edilmişdir. Həmin görüntülərdən 02:29-da hadisə baş vermiş yer istiqamətindən üzü əsas yola (Y.V.Çəmənzəminli, M.Uluqbəy küçəsi) sürətli şəkildə işıqları yanmayan avtomobilin çıxması və üzü “Mona Liza” restoranı istiqamətində idarə etməsi görünmüşdür (Şahid3 idarə etdiyi “Kia Ceed” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil). Həmin avtomobilin getməsindən 9 saniyə sonra avtomobilin çıxdığı yerdən binanın arxa tərəfindən 1 nəfər bir, 2 nəfər bir çıxmaları və küçəyə tərəf getmələri göründü, onlardan 1 nəfər aralanıb küçəni keçib getmiş, 2 nəfər isə (Təqsirləndirilən şəxs və Şahid2) küçəyə bir neçə saniyə dayanıb üzü “Mona Liza” restoranı tərəfə addımla getmələri görünmüşdür. Videofaylın davamına baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hal müşahidə edilməmişdir. Həmin fayllardan “A08_**********4000” adlı olanı açdıqda videoqeydiyyatın “Oba” marketin giriş qapısının üzərindən Bakı şəhəri, Nərimanov rayonu, M.Uluqbəy (Y.V.Çəmənzəminli küçəsi) küçəsindən hadisə baş vermiş avtomobil yuma məntəqələrinin yerləşdiyi istiqamətdə 27 dekabr 2023-cü il tarixdə, saat 01:40-dan saat 01:43-dək aparıldığı müəyyən edilmişdir. Hadisə baş verən avtomobil yuma məntəqələri və Nərimanov rayonu, M.Uluqbəy küçəsi 125a saylı binanın arxa tərəfi gecə saatları olduğundan qaranlıq nöqtədirlər, kameranın əhatə dairəsindən kənardır. Həmin görüntülərdə iş üçün əhəmiyyət kəsb edən hal müşahidə edilməmişdir. Həmin fayllardan “A08_**********4329” adlı olanı açdıqda videoqeydiyyatın “Oba” marketin giriş qapısının üzərindən Bakı şəhəri, Nərimanov rayonu, M.Uluqbəy (Y.V.Çəmənzəminli küçəsi) küçəsindən hadisə baş vermiş avtomobil yuma məntəqələrinin yerləşdiyi istiqamətdə 27 dekabr 2023-cü il tarixdə, saat 01:43-dən saat 02:20-dək aparıldığı müəyyən edilmişdir. Həmin görüntülərin 01:54:57-də iki nəfər şəxsin (Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs) yanaşı getməklə binanın bitdiyi nöqtədən hadisə baş vermiş avtomobil yuma məntəqələrinin yerləşdiyi istiqamətdə getmələri görünmüşdür. Həmin şəxslərin arasında hər hansı bir mübahisə müşahidə edilmir, onların getdiyi yer qaranlıq olduğundan harada olduqlarını müşahidə etmək mümkün deyil. Saat 01:55:18-də əlində ağ rəngli paket olan bir nəfər şəxs (Şahid1) onların getdikləri istiqamətdə gələrək binanın bitdiyi nöqtədə dayanır. Saat 01:59-da 01 ədəd “Toyota Prius” markalı avtomobilin həmin küçədə dayanmış Şahid1 yanında dayanır, sonuncu həmin avtomobilə yaxınlaşıb söhbət edir. Həmin görüntülərdə bundan başqa iş üçün əhəmiyyət kəsb edən hal müşahidə edilməmişdir. Həmin fayllardan “A08_**********0000” adlı olanı açdıqda videoqeydiyyatın “Oba” marketin giriş qapısının üzərindən Bakı şəhəri, Nərimanov rayonu, M.Uluqbəy (Y.V.Çəmənzəminli küçəsi) küçəsindən hadisə baş vermiş avtomobil yuma məntəqələrinin yerləşdiyi istiqamətdə 27 dekabr 2023-cü il tarixdə, saat 02:00-dan saat 02:25-dək aparıldığı müəyyən edilmişdir. Görüntülərdə Şahid1 “Toyota Prius” markalı avtomobildə olan şəxslə söhbət etməsi qeyd edilir. 15 saniyə sonra həmin avtomobil dönüş edərək çıxıb gedir, Şahid1 isə küçədə gəzişməkdə davam edir, saat 02:02-də Şahid1 qaranlıq nöqtədən üzü əsas yola çıxır və kameranın əhatə dairəsindən itir. Saat 02:09-da hadisə yerinə yaxın nöqtədə 01 ədəd “Toyota Prius” markalı avtomobilə bənzər avtomobil dayanır və orada 40 saniyə dayandıqdan sonra yola tərəf sürür. Saat 02:21-də bir avtomobil həmin qaranlıq nöqtəyə gələrək (Şahid3 idarə etdiyi “Kia Ceed” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil) dayanır, 1 dəqiqə sonra avtomobilin işıqlarını yandırmadan arxa-arxaya binanın blok olan hissəsinə tərəfə sürməsi görünür. Qaranlıq olduğundan avtomobilin markası, sürücüsü və dayandığı yeri görmək olmur. Həmin görüntülərdə bundan başqa iş üçün əhəmiyyət kəsb edən hal müşahidə edilməmişdir. Həmin fayllardan “A08_**********2200” adlı olanı açdıqda videoqeydiyyatın “Oba” marketin giriş qapısının üzərindən Bakı şəhəri, Nərimanov rayonu, M.Uluqbəy (Y.V.Çəmənzəminli küçəsi) küçəsindən hadisə baş vermiş avtomobil yuma məntəqələrinin yerləşdiyi istiqamətdə 27 dekabr 2023-cü il tarixdə, saat 02:22-dən saat 03:25-dək aparıldığı müəyyən edilmişdir. Saat 02:22-də hadisə baş vermiş ünvan tərəfdə, M.Uluqbəy küçəsi 125a saylı binanın bloklar olan hissəsi tərəfdə bir avtomobilin (Şahid3 idarə etdiyi “Kia Ceed” markalı **-CH- *** dövlət qeydiyyat nişanlı avtomobil) dayanıqlı vəziyyətdə olması, ardınca işıqları sönük vəziyyətdə arxa-arxaya binanın blok olan hissəsinə tərəf sürməsi görünür. Saat 02:29:32də hadisə baş vermiş yer istiqamətindən üzü əsas yola (Y.V.Çəmənzəminli, M.Uluqbəy küçəsi) sürətli şəkildə həmin işıqları yanmayan avtomobilin çıxması və üzü “Mona Liza” restoranı istiqamətində idarə etməsi görünmüşdür. (Şahid3 idarə etdiyi “Kia Ceed” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil). Bundan 9 saniyə sonra avtomobilin çıxdığı yerdən binanın arxa tərəfindən 2 nəfərin üzü yola gəlməsi, onlardan sonra isə başqa bir nəfərin küçə ilə onların yanından ötüb keçməsi görünür, bütün şəxslər videokameranın əhatə dairəsindən çıxıb gedirlər. Videofaylın davamına baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hal müşahidə edilməmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə hadisə yerinin yaxınlığında fəaliyyət göstərən “Al market” kamerasında qeydə alınmış tarixlərlə 12 dəqiqə fərq vardır (iş vərəqə: cild İ, səh. 237-238). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3” X10 27 dekabr 2023-cü il tarixli, 1673 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild İİ, səh. 3-4). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3” X10 27 dekabr 2023-cü il tarixli, 156 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: qarının ön divarının sol yarısında sol orta körpücük xətt üzrə, qarın boşluğuna nüfuz edərək, bağırsaq müsariqəsinin və böyük piyliyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, sol təpə, alının tüklü və tüksüz hissəsinin sol yarısının, burunun ön və sağ yarısının, sol bazunun yuxarı üçdə birinin arxa səthinin, sağ və sol diz oynaqlarının ön səthlərinin sıyrıqları, alının və təpənin sol yarısının yumşaq toxumaları altına qansızma. Bu xəsarətlər həyatidirlər, ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlərdən A) Qarının ön səthinin sol yarısında sol orta körpücük xətt üzrə, qarın boşluğuna nüfuz edərək, bağırsaq müsariqəsinin və böyük piyliyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası - ölümündən az əvvəl bir kənarı iti, digər kənarı isə küt olan deşicikəsici alətin, ola bilsin ekspertizaya təqdim edilmiş bıçağın və ya ona oxşar bıçaqların təsirindən törənə bilərdi, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır və ölümlə bir başa səbəbli əlaqəlidir. B) Sol təpə, alının tüklü və tüksüz hissəsinin sol yarısının, burunun ön və sağ yarısının, sol bazunun yuxarı üçdə birinin arxa səthinin, sağ və sol diz oynaqlarının ön səthlərinin sıyrıqları, alının və təpənin sol yarısının yumşaq toxumaları altına qansızma ölümündən az əvvəl - küt əşyanın (əşyaların) təsirindən törənmişdir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir və ölümlə heç bir səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb - qarının ön divarının sol yarısında, sol orta körpücük xətt üzrə, qarın boşluğuna nüfuz edərək bağırsaq müsariqəsinin və böyük piyliyinin zədələnməsi nəticəsindən baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinədən 4-6 saat əvvələ uyğun gəlir, bu ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs qarının ön divarının sol yarısında olan deşilmiş- kəsilmiş yara kanalının istiqaməti soldan sağa, yuxarıdan bir qədər aşağıya, öndən bir qədər arxaya doğrudur, yara kanalının uzunluğu 10-12 sm-ə qədərdir. Xəsarətin qarşılıqlı mübarizə və ya özünü müdafiə xarakterli olub-olmamasının məhkəmə-tibbi morfoloji xüsusiyyətləri yoxdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı - 09%-dir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir, canlı şəxslərdə bu qatılıqda etil spirti yüngül dərəcəli sərxoşluq əlamətlərini daşıyır. Mərhum Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan xəsarəti yəni 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaranı alarkən ayaqüstü vəziyyətdə, xəsarəti yetirən şəxslə qarşı-qarşıya ola bilərdi. Digər xəsarəti isə o, müxtəlif vəziyyətlərdə və şəraitlərdə (öz boyu hündürlüyündən yıxılması, kənar şəxs tərəfindən yetirməsi nəticəsində və s.) ala bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitinin arxa keçəcəyi nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik hər hansı bir əlamət aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs qeyd olunan xəsarəti aldıqdan sonra qısa müddət (bir neçə dəqiqələrdə ölçülən zaman ərzində) sərbəst məqsədyönlü hərəkət etmək iqtidarında olmuşdur (iş vərəqə: cild İİ, səh. 11-15). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3” X10 məhkəmə-tibbi kriminalistik və trasoloji ekspertizasının 06 fevral 2024-cü il tarixli, 18/2024-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus sviterin ön səthinin sol nahiyəsində iki ədəd; maykanın ön səthinin orta nahiyəsində bir ədəd və maykanın ön səthinin sol nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, tuman, corab, kəmər və ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək, şalvar və ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş Şahid1 məxsus çanta üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin orta hissəsində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Köynəyin ön səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Şalvarın sol ayağının ön səthində yuxarı hissəsində və arxa səthində sol tikişinə yaxın məsafədə aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Tuman və ayaqqabı üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynəyin sağ qolunun ön səthinin orta hissəsində aşkar edilmiş qan ləkələri qan mənbəyinə kinetik impulsu verməklə yaranmışdır, sıçrantı xarakterlidir. Şalvarın sağ ayağının ön səthinin diz nahiyəsində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ayaqqabı üzərində qana şübhəli ləkə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus çanta üzərində qana şübhəli ləkə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin hər iki səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş bıçağın üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir (iş vərəqə: cild İİ, səh. 16-24). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3” X10 01 fevral 2024-cü il tarixli, 17/2024-MTBŞ nömrəli məhkəmə-tibbi bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa\H\(lll). -Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta(ll) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd mətbəx bıçağının tiyəsində, Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, qısaqol kofta, cins şalvar, Təqsirləndirilən şəxs məxsus kofta, cins şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Balfa/H/(lll) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə üzərində qan, Zərərçəkmiş şəxs məxsus bir ədəd kişi tumanı, kişi ayaqqabısı, Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabı, bir ədəd çanta və bıçağın dəstəyi üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı (iş vərəqə: cild İİ, səh. 26-33). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X16 narkolji ekspertizasının 18 mart 2024-cü il tarixli, 1823 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh. 160-161). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 11 mart 2024-cü il tarixli, 683 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş ona istinad edilən ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət hadisəsini törədən zaman onda psixikanın pozulması baş verməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Firidin oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin hərəkətləri idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs Firidin oğlunun hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs Firidin oğlu öz psixi vəziyyətinə görə cinayət işi üzrə istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs Firidin oğlunun əqli-intellektual imkanları normaya uyğundur. Onun emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik aşkar olunmadı. Təqsirləndirilən şəxs Firidin oğlunda ona istinad olunan əməl zamanı zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində fizioloji affekt və ya hərəkət və davranışını şüurlu olaraq idarə olunmasını məhdudlaşdıran digər emosional hallar yaranmamışdır (iş vərəqə: cild İİ, səh. 164-167). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X3” X10 07 mart 2024-cü il tarixli, T 168/2024 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı qarnın ön divarında solda, orta körpücük xətti üzrə qarın boşluğuna nüfuz edərək bağırsaq müsariqəsi və böyük piyliyi zədələyən bir ədəd deşilmişkəsilmiş yara, 2,0 litrə yaxın qarın boşluğunda duru və laxta şəkilli qan, təpə nahiyəsində solda, alnın tüklü və tüksüz hissəsində solda, burnun ön və sağ yarısında, sol bazunun yuxarı 1/3-də arxa səthində, sağ və sol diz oynağının ön səthində sıyrıqlar, alın və təpənin sol yarısında yumşaq toxuma altına qansızma aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin, digər xəsarətlər isə küt alətin (alətlərin) təsirindən törənmiş, həyatidirlər, ölümdən qısa müddət əvvəl yetirilmişdir, dərəcəsinə görə daxili qanitirmə ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edərək bağırsaq müsariqəsi və böyük piyili zədələyən yara canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Mərhumun ölümünə səbəb qarnın ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasından yaranmış kəskin qanitirmə olmuşdur. Qarnın ön divarında olan yara qarın boşluğuna nüfuz edərək bağırsaq müsariqəsi və böyük piyliyi zədələdiyindən kəskin qanaxmaya səbəb olmuş, bu zaman 2,0 litrə yaxın qarın boşluğunda duru və laxta şəkilli qan aşkar edilmişdir. Bu məhkəmə təbabətində xüsusi hazırlanmış qab vasitəsi ilə ölçülür. “X15”in həkiminin verdiyi ifadəyə görə Zərərçəkmiş şəxs mərkəzə çatdırılarkən artıq onda hər hansı həyati əlamət aşkar edilmədiyindən onda itirilən qanın miqdarını təyin etmək və ona hər hansi tibbi yardımın göstərilməsinə zərurət olmamışdır. Məhkəmə-tibbi ekspertiza aparılarkən mərhum Zərərçəkmiş şəxs meyitinin tam müayinəsi, yəni hər üç boşluq (baş, döş qəfəsi və qarın) açılmışdır və bu hal meyitdən götürülmüş biomaterialların məhkəmə-histoloji tədqiqatının nəticələri ilə təsdiq olunur. Qanitirmədən yaranmış kəskin qanitirmə (hemorragik şok) həm meyitin müayinəsi, həm də məhkəmə-histoloji tədqiqatın nəticələri ilə təsdiq edilir. Mərhum Zərərçəkmiş şəxs meyitindən böyük piylik nahiyəsinə uyğun bağırsaq müsariqəsi zədələnmişdir ki, bu məhkəmə-histoloji tədqiqat və meyitin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmişdir. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı yara kanalının öndən arxaya, yuxarıdan bir qədər aşağı, soldan sağa olmaqla uzunluğu təxminən 10,0-12 sm olmuşdur. İstər bağırsaq müsariqəsi, istərsə də böyük piylik qanla güclü təchiz olunduğundan massiv qanaxmaya səbəb olur və qısa müddət ərzində, o cümlədən 15-20 addım atdıqdan sonra mərhumun hemorragik şoka düşməsinə səbəb ola bilərdi. Mərhumun qarın boşluğunda aşkar edilmiş 2,0 litrə yaxın qan həm duru, həm də laxta şəklində olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəməkimyəvi tədqiqatı zamanı aşkar edilmiş 0,9% etil spirti ona ölümünə səbəb olmuş xəsarətə hər hansı yolla təsir edə bilməzdi. Mərhum Zərərçəkmiş şəxs qan təzyiqinin içkili və ya içkisiz vəziyyətdə ölçülməsi ilə bağlı hər hansı sənəd mövcud deyildir. Lakin tibbi məlumatlara görə müəyyən miqdar spirtli içki qəbulu damarları genişləndirdiyindən qan təzyiqi cüzi düşə bilər. İstər meyitin məhkəmə-tibbi ekspertizası, istərsə də meyitdən götürülmüş biomaterialların məhkəmə-histoloji tədqiqatı zamanı ciddi xəstəlik əlamətləri aşkar edilməmişdir (iş vərəqə: cild İİ, səh. 170-175). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X3” X10 kompleks məhkəmə-tibbi situasiyon və kriminalistik ekspertizasının 13 may 2024-cü il tarixli, 208/2024-MTKŞ nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı qarnın ön divarında solda, orta körpücük xətti üzrə qarın boşluğuna nüfuz edərək bağırsaq müsariqəsi və böyük piyliyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara (kanalının istiqaməti soldan sağa, yuxarıdan bir qədər aşağıya, öndən bir qədər arxaya doğrudur, uzunluğu 10-12 sm), 2,0 litrə yaxın qarın boşluğunda duru və laxta şəkilli qan, təpə nahiyəsində solda, alnın tüklü və tüksüz hissəsində solda, burnun ön və sağ yarısında, sol bazunun yuxarı 1/3-də arxa səthində, sağ və sol diz oynağının ön səthində sıyrıqlar, alın və təpənin sol yarısında yumşaq toxuma altına qansızma aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin, digər xəsarətlər isə küt alətin (alətlərin) təsirindən törənmiş, həyatidirlər, ölümdən qısa müddət əvvəl yetirilmişdir, dərəcəsinə görə daxili qanitimə ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edərək bağırsaq müsariqəsi və böyük piyliyi zədələyən yara canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. -Yara kanalının istiqaməti, uzunluğu onun Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi şəraitdə və ifadəsinin hadisə yerində yoxlanılması zamanı video görüntülərdə göstərdiyi şəraitdə, yəni bıçağın Zərərçəkmiş şəxs öz əlində olmaqla onun əlini tutmuş Təqsirləndirilən şəxs əlindən dartaraq qurtulmaq istədikdə özünün sağ əlində tutduğu bıçağın dəyməsi nəticəsində yarana bilməsini inkar edir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin və maykanın ön səthinin sol nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. -Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin və maykanın ön səthinin sol nahiyəsində aşkar edilmiş bir ədə deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnın ön divarında solda olan bir ədəd eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. -Zərərçəkmiş şəxs məxsus sviterin və maykanın ön səthinin sol nahiyəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız paltarların zədələnməsi ilə izah oluna bilər. -Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər (təpə nahiyəsində solda, alnın tüklü və tüksüz hissəsində solda, burnun ön və sağ yarısında, sol bazunun yuxarı 1/3-də arxa səthində, sağ və sol diz oynağının ön səthində sıyrıqlar, alın və təpənin sol yarısında yumşaq toxuma altına qansızma) bədənin açıq nahiyəsində yerləşdiklərinə, həmçinin küt mexanizmli olduqlarına görə ona məxsus olan paltarlarla öz əksini tapmamışlar. - Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, tuman və bir cüt ayaqqabı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır (iş vərəqə: cild İİİ, səh. 46-56). _28 fevral 2024-cü il tarixli “şahidi dindirmə protokolu”ndan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X3” X16 Nərimanov rayon şöbəsinin məhkəmə-tibb eksperti X5 şahid qismində dindirilərkən verilmiş suallara aşağıdakı cavabları vermişdir: Sual: Sizin tərəfinizdən verilmiş Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibb ekspertizası üzrə 27 yanvar 2024-cü il tarixli, 156 saylı rəydən görünür ki, meyitin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: qarının ön divarının sol yarısında sol orta körpücük xətt üzrə, qarın boşluğuna nüfuz edərək, bağırsaq müsariqəsinin və böyük piyliyin zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, sol təpə, alının tüklü və tüksüz hissəsinin sol yarısının, burunun ön və sağ yarısının, sol bazunun yuxarı üçdə birinin arxa səthinin, sağ və sol diz oynaqlarının ön səthlərinin sıyrıqları, alının və təpənin sol yarısının yumşaq toxumaları altına qansızma. Həmin xəsarətlərdən sol təpə, alının tüklü və tüksüz hissəsinin sol yarısının, burunun ön və sağ yarısının, sol bazunun yuxarı üçdə birinin arxa səthinin, sağ və sol diz oynaqlarının ön səthlərinin sıyrıqları, alının və təpənin sol yarısının yumşaq toxumaları altına qansızma xəsarətlərinin kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gəlməsi mümkündürmü? Cavab: Bəli, həmin xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gəlməsi istisna olunmur. Sual: Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onda aşkar edilmiş qarının ön divarının sol yarısında sol orta körpücük xətt üzrə, qarın boşluğuna nüfuz edərək, bağırsaq müsariqəsinin və böyük piyliyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində qeyd etdiyi şəraitdə, yəni dalaşma zamanı Zərərçəkmiş şəxs sağ əlində olan 01 ədəd bıçağı sonuncunun əlindən əlini burmaqla almaq istəyən vaxt bıçağın zərərçəkmiş şəxsin öz əlində ola-ola özünün qarın nahiyəsinə batması nəticəsində əmələ gələ bilərdimi? Cavab: Bildirmək istəyirəm ki, mərhumun almış olduğu qarının ön divarının sol yarısında sol orta körpücük xətt üzrə, qarın boşluğuna nüfuz edərək, bağırsaq müsariqəsinin və böyük piyliyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaranın yara kanalının istiqaməti soldan sağa, yuxarıdan bir qədər aşağıya, öndən bir qədər arxaya doğru olduğundan həmin xəsarətin Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi şəraitdə baş verməsi istisna olunur. Həmin xəsarətin xarakterinə və lokalizasiyasını nəzərə aldıqda xəsarətin kənar şəxs tərəfindən yetirilməsi xarakterikdir (iş vərəqə: cild İİ, səh. 100-102). _30 may 2024-cü il tarixli “sübutarın qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş geyim əşyaları - 01 ədəd kofta, 01 ədəd şalvar, 01 ədəd gödəkçə və 01 cüt ayaqqabısı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş geyim əşyaları - 01 ədəd kofta, 01 ədəd mayka, 01 ədəd tuman, 01 ədəd şalvar və 01 cüt ayaqqabısı, 01 ədəd bıçaq maddi sübut kimi tanınaraq Bakı şəhəri Nərimanov rayon Prokurorluğuna saxlanca verilmişdir. Bundan başqa, cinayət hadisəsinin baş verdiyi ünvanın yaxınlığında fəaliyyət göstərən “Oba Market", “Al Market”, “Məhəllə Market” və “Topaz” adlı obyektlərin videomüşahidə kameralarından götürülmüş videogörüntülər olan 01 ədəd USB yaddaş kartı maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmışdır (iş vərəqə: cild İİİ, səh. 72-115). _27 dekabr 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 44-45). _Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 27 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.130-135). _30 saylı Mənzil Kommunal İstismar Sahəsindən alınmış 17 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi ərizə, şikayət daxil olmamışdır (iş vərəqə: cild İİ, səh. 201, 203). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İİ, səh. 238-239). _Zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir, barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayət əməlini törətmişdir. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünün icarəyə götürüb işlətdiyi kafedə yemək yeyib, spirtli içki qəbul edən zaman həmin kafedə başqa masada əyləşmiş Zərərçəkmiş şəxs tərəfindən sonuncunun əvvəllər işlətdiyi avtomobil yuma məntəqəsini mülkiyyətçisindən Təqsirləndirilən şəxs icarə götürmək istəməsi ilə əlaqədar onların arasında olmuş narazılığı Zərərçəkmiş şəxs xatırlayıb Təqsirləndirilən şəxs və yaxın ailə üzvlərini ağır söyüşlərlə təhqir etməsi səbəbindən Təqsirləndirilən şəxs aralarında baş verən mübahisə zamanı şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək həmin kafedən çıxaraq avtomobil yuma məntəqələrinin qarşısında məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaqla qarın nahiyəsinə 1 dəfə zərbə yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 3-cü bəndinin 2-ci cümləsində göstərilmişdir ki, “Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.” Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, “CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs öldürməməsi, hadisə zamanı iki əli ilə Zərərçəkmiş şəxs əlindəki bıçaqdan yapışarkən nə baş verdiyini həqiqətən bilməməsi, həmin vaxt affekt vəziyyətində olması, bıçağın Zərərçəkmiş şəxs batmağını hiss etsə də, həmin vaxt bıçağı Etibarın əlindən almaq istəməsi, bıçağı Zərərçəkmiş şəxs əlindən almaq istəyəndə bıçağın Etibara dəyməsi, Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətinin olmaması, Zərərçəkmiş şəxs öldürmədiyinə görə ittihamı qəbul etməməsinə dair ifadələrini, həmçinin ibtidai istintaq zamanı onun Zərərçəkmiş şəxslə aralarında süpürləşmə, dartışma zamanı hər iki əli ilə Etibarın bıçaq olan sağ əlinin bilək nahiyəsindən tutub qolunu burarkən Zərərçəkmiş şəxs sağ qolunu burub bıçağı əlindən almaq istəyən zaman bıçağın Etibarın əlində ola-ola, qolunun isə onun tərəfindən burulmuş halda bıçağın Etibarın qarın nahiyəsinə batmasına dair, yəni Zərərçəkmiş şəxs qəsdən öldürməməsi ilə bağlı verdiyi ifadələrini məhkəmə araşdırması zamanı tədqiq edilmiş cinayət işinin yuxarıda göstərilmiş sübutları, işin faktiki halları və cinayət işinin bütün materialları ilə qarşılıqlı şəkildə müqayisə edib araşdırarkən təqsirləndirilən şəxsin həmin ifadələrinin tamamilə təkzib edildiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində həmin bıçağın ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs dəydiyini və onun Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmadığını göstərsə də, yetirilmiş bədən xəsarətinin xarakteri və lokalizasiyası iş materialları əsasında nəzərdən keçirilərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3” X10 27 dekabr 2023-cü il tarixli, 156 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi ilə mərhum Zərərçəkmiş şəxs onun ölümünə səbəb olmuş xəsarətin qarın boşluğuna nüfuz edərək, bağırsaq müsariqəsinin və böyük piyliyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaranın - ölümündən az əvvəl törəndiyi, ölümlə birbaşa səbəbli əlaqəli olması, həmçinin qarının ön divarının sol yarısında olan deşilmiş-kəsilmiş yara kanalının istiqamətinin soldan sağa, yuxarıdan bir qədər aşağıya, öndən bir qədər arxaya doğru olması və yara kanalının uzunluğunun 10-12 sm-ə qədər olması müəyyən edilmişdir (iş vərəqə: cild İİ, səh. 11-15). Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X3” X10 07 mart 2024-cü il tarixli, T 168/2024 nömrəli rəyi ilə də meyitin məhkəmə-tibbi ekspertizası zamanı yara kanalının öndən arxaya, yuxarıdan bir qədər aşağı, soldan sağa olmaqla uzunluğunun təxminən 10,0-12 sm olması müəyyən edilmişdir (iş vərəqə: cild İİ, səh. 170-175). Göründüyü kimi, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs bıçaqla yetirilmiş xəsarət kəsilmiş-deşilmiş yara olmaqla, daxilə keçən, yəni qarın boşluğuna nüfuz edən həmin xəsarətin yara kanalının uzunluğunun 10-12 sm olması və Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş həmin daxilə keçən xəsarətin qəsdən fiziki güc tətbiq etmədən törədilməsi, ehtiyatsızlıqdan bıçağın şəxsə toxunaraq daxilinə keçməsi qeyri-mümkündür. Həmçinin göstərilən məhkəmə-tibbi ekspertizasının rəylərində ölümlə birbaşa səbəbli əlaqəli olan həmin deşilmiş-kəsilmiş yara kanalının istiqamətinin soldan sağa, yuxarıdan bir qədər aşağıya, öndən bir qədər arxaya doğru olmasının müəyyən edilməsi bıçaqla yetirilmiş həmin xəsarətin ehtiyatsızlıqdan, adi qaydada bıçağın bədənə dəyməsi nəticəsində yaranmasını istisna edir, yara kanalının istiqaməti və uzunluğu, yəni yaranın istiqamətinin soldan sağa, yuxarıdan aşağıya olması bıçaq zərbəsinin qəsdən, bilərəkdən yetirildiyini təsdiq edir, yara kanalının uzunluğunun 10-12 sm olması da bıçaq zərbəsinin qəsdən fiziki güc tətbiq edilməklə törədildiyini təsdiq etməklə, bıçağın bədənə ehtiyatsızlıqdan dəyməsi nəticəsində 10-12 sm uzunluğunda yara kanalının yaranmasının qeyri-mümkün olması da Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin halların həqiqətə uyğun olmadığını birmənalı şəkildə təsdiq etmişdir. Bununla bağlı daha sonra qeyd edilməlidir ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X3” X10 kompleks məhkəmə-tibbi situasiyon və kriminalistik ekspertizasının 13 may 2024-cü il tarixli, 208/2024-MTKŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs həmin xəsarətlə bağlı yara kanalının istiqaməti, uzunluğu onun Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi şəraitdə və ifadəsinin hadisə yerində yoxlanılması zamanı video görüntülərdə göstərdiyi şəraitdə, yəni bıçağın Zərərçəkmiş şəxs öz əlində olmaqla onun əlini tutmuş Təqsirləndirilən şəxs əlindən dartaraq qurtulmaq istədikdə özünün sağ əlində tutduğu bıçağın dəyməsi nəticəsində yarana bilməsini inkar edir. Göstərilənlərlə yanaşı, qeyd edilməlidir ki, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X3” X16 Nərimanov rayon şöbəsinin məhkəmə-tibb eksperti X5 müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş və məhkəmə-tibb eksperti Mövsüm Məmmədov şahid kimi verdiyi ifadəsində mərhumun almış olduğu qarının ön divarının sol yarısında sol orta körpücük xətt üzrə, qarın boşluğuna nüfuz edərək, bağırsaq müsariqəsinin və böyük piyliyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaranın yara kanalının istiqaməti soldan sağa, yuxarıdan bir qədər aşağıya, öndən bir qədər arxaya doğru olduğundan həmin xəsarətin Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi şəraitdə baş verməsinin istisna olunduğunu bildirmişdir (iş vərəqə: cild İİ, səh. 100-102). Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 11 mart 2024-cü il tarixli, 683 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ona istinad olunan əməl zamanı zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində fizioloji affekt və ya hərəkət və davranışını şüurlu olaraq idarə olunmasını məhdudlaşdıran digər emosional halların yaranmamasının təsdiq edilməsi ilə Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində hadisə zamanı affekt halında olmasına dair bildirdiyi fikirlər də birmənalı şəkildə təkzib edilmişdir (iş vərəqə: cild İİ, səh. 164-167). Beləliklə də, ekspert rəylərinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinə müvafiq olaraq sübut növlərindən biri olması nəzərə alınmaqla, hazırki cinayət işi üzrə də göstərilən həmin ekspert rəyləri mötəbər sübut kimi qəbul olunaraq, həmin sübutlarla Təqsirləndirilən şəxs digər şəxsi həyatdan məhrum etməsini qəsdən törətməsi tamamilə təsdiq olunmuşdur. Bundan başqa, məhkəmə cinayət hadisəsi baş verməmişdən qabaq tərəflərin qarşılıqlı münasibətlərinin, baş vermiş hadisənin səbəblərinin, hadisənin baş vermə şəraitinin, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin hadisədən qabaq davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab etdiyindən ittiham üzrə adı keçən şahidlərin məhkəmə və ibtidai istintaq zamanı verdikləri ifadələrini iş üzrə digər sübutlarla və cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərkən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürdüyünün birmənalı şəkildə sübuta yetirildiyi təsdiq olunmuşdur. Belə ki, həmin şahidlərin ifadələri ilə müəyyən olunur ki, hadisə baş verməmişdən qabaq Təqsirləndirilən şəxs özünün icarə əsasında işlətdiyi kafedə tanışı Şahid1 ilə birlikdə yemək yeyib spirtli içki qəbul edən zaman həmin kafedə başqa masa arxasında əyləşmiş Zərərçəkmiş şəxs əvvəllər işlətdiyi avtomobil yuma məntəqəsini Təqsirləndirilən şəxs icarə götürmək istəməsi ilə əlaqədar aralarında olmuş narazılığı xatırlayaraq Təqsirləndirilən şəxs və onun yaxın ailə üzvlərini ağır söyüşlərlə təhqir etməsinə görə aralarında baş verən mübahisə zamanı şəxsi münasibətlərinin pozulması zəminində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək həmin kafedən çıxıb avtomobil yuma məntəqələrinin qarşısında məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 dəfə zərbə yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Həmin şahidlər verdikləri ifadələri ilə hadisədən əvvəl Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs işlətdiyi kafeyə gələrək, orada müəyyən qədər oturub spirtli içki qəbul etdikdən sonra Təqsirləndirilən şəxs söyüşlərlə təhqir etməsini, daha sonra onların mübahisə edərək kafedən çıxıb getdiklərini və sonradan göstərilən hadisənin baş verdiyini bildirmişlər. Göstərilən şəxslərdən hadisə yerinə ən əvvəl gəlmiş Şahid1 ifadəsində hadisə yerinə gələrkən Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olmasını, Təqsirləndirilən şəxs onun başının altına gödəkçəsini qoyduğunu, özünün isə Zərərçəkmiş şəxs yanında dayandığını bildirmişdir. Şahid1 həmçinin ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs sonradan onu hadisə yerinə geri çağırarkən o, Təqsirləndirilən şəxs onu geri çağırmasının səbəbini soruşarkən Təqsirləndirilən şəxs ona adam vurduğunu demişdir. Məhkəmə baxışı zamanı isə Şahid1 əslində o cür demək istəmədiyini bildirsə də, həmin şahidin ibtidai istintaq zamanı ifadəsinin həmin halla bağlı göstərdiyi hissəsi iş üzrə yuxarıda göstərilən sübutlarla təsdiq olunduğundan məhkəmə onun ibtidai istintaq zamanı ifadəsinin göstərilən həmin hissəsini mötəbər sübut kimi qəbul edir. Həmçinin ittiham üzrə adı keçən digər şahidlər də Təqsirləndirilən şəxs tərəfindən qəsdən adam öldürmə cinayətinin törədilməsini təsdiq edən sübutlarla uzlaşan və ona elan edilmiş ittihamın faktiki hallarına uyğun ifadələr vermişlər və həmin sübutlar bir-biri ilə vəhdət təşkil edib elan edilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Göstərilən obyektiv və mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməsinə şüurlu surətdə yol verərək, qəsdən həmin əməli törətməsi təsdiq olunmuş, həmçinin onun qəsdən törədilmiş, qeyri-qanuni və ictimai təhlükəli əməli, yəni qəsdən adam öldürmə cinayətini törətməsini zəruri edən heç bir obyektiv səbəblər olmamış və törədilmiş qəsdən adam öldürmə cinayət əməli tam olaraq Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunmuşdur. Odur ki, cinayət işi üzrə ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, şahid ifadələri və cinayət işinin materiallarına əlavə edilmiş digər sənədlər kimi qanuniliyi heç bir mübahisə doğurmayan mötəbər sübutlarla və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsi tamamilə sübuta yetirildiyindən və onun həmin cinayət əməlini qəsdən törətməməsi barədə ifadəsində göstərdiyi inkaredici hallar isə həmin sübutlar və cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından onun ifadələrinin inkaredici hissələri məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və məhkəmə onun göstərdiyi həmin halları həqiqi olmayan, yalan və özündən uydurma məlumatlar olmaqla, cinayət törətməyə görə daha ağır cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməsini, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası daxilində, cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 27 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 27 dekabr 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar- Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd kofta, bir ədəd şalvar, bir ədəd gödəkçə və bir cüt ayaqqabı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd kofta, bir ədəd mayka, bir ədəd tuman, bir ədəd şalvar və bir cüt ayaqqabı Zərərçəkmiş şəxs hüquqi varisi X7 qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, bundan başqa bir ədəd bıçaq məhv edilməli, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş cinayət hadisəsinin baş verdiyi ünvanın yaxınlığında fəaliyyət göstərən videomüşahidə kameralarından götürülmüş videogörüntülər olan bir ədəd USB yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Hazırki cinayət işi üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur, habelə ekspertiza xərci müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd kofta, bir ədəd şalvar, bir ədəd gödəkçə və bir cüt ayaqqabı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd kofta, bir ədəd mayka, bir ədəd tuman, bir ədəd şalvar və bir cüt ayaqqabı Zərərçəkmiş şəxs hüquqi varisi X7 qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, bundan başqa bir ədəd bıçaq məhv edilsin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş cinayət hadisəsinin baş verdiyi ünvanın yaxınlığında fəaliyyət göstərən videomüşahidə kameralarından götürülmüş videogörüntülər olan bir ədəd USB yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar