Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-339/2020 27.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X7 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs X2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1993-cü il avqustun 17-də Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu il avqustun 24-də saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, 8 ünvanında yerləşən «Şahənşah» şadlıq sarayının qarşısındakı «Azadlıq» parkında X1, özünə məxsus «İphone 6» markalı mobil telefonun sonuncu tərəfindən qalıq pulu verilmədiyi üçün aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadə işlədib yumruq atmasından sonra üzərində olan bıçağı çıxararaq X2 qarın hissəsinə üç dəfə qəsdən vurmaqla zərər çəkmiş şəxsə qarının sağ yan divarının iki ədəd daxilə nüfuz etmiş, böyrək və qaraciyərin zədələnməsi ilə nəticələnən kəsilmiş-deşilmiş yaraları, qarının sol yan divarının daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarasından ibarət insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ana tərəfdən qohumu X4 ilə çox az görüşsələr də münasibətləri normal olmuş, əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 2019-cu il mart ayında istifadə etdiyi «İphone 6» markalı mobil telefonunu satmağı qohumu Şahid2 həvalə etmiş, sonuncu telefonun guya özünə məxsus olmasını bildirib Mirşəhrama 400 manata satmaq üçün razılaşaraq həmin məbləğin 150 manatını hazırda, 250 manatını isə bir ay müddətində ödəyəcəyini demiş və 150 manat pulu ona vermişdir. Bir müddət sonra Nurlan Mirşəhramın telefonun xarab olmasını bəhanə gətirərək pulu verməkdən imtina etdiyini, telefonu aldıqdan cəmi bir həftə sonra başqa bir şəxsə satdığını demişdir. 2019-cu il avqustun 24-də saat təxminən 19 radələrində Nurlanla əlaqə saxlayıb Mirşəhramın telefonun pulunu vermədiyini bildikdə sonuncunun telefon nömrəsini alaraq zəng etmiş, Nurlanın satdığı mobil telefonun ona məxsus olmasını demiş, görüşüb danışmağı təklif etmiş, Mirşəhram Bakı şəhərinin Binəqədi rayonunda yerləşən «Şahənşah» şadlıq sarayında toy məclisində olduğunu bildirdikdə dostu Şahid3la oraya getmiş, Mirşəhram yanında Ömər Nəsib oğlu Kərimov adlı şəxslə gəlmişlər, sonradan tanımadığı 7-8 nəfər daha gəlmiş, o, Mirşəhramın içkili olmasına görə daha sonra söhbət etməyi təklif etsə də sonuncu heç kimə məhəl qoymadan nalayiq ifadələr işlədib mübahisə etməklə ona dəfələrlə çiyin vurub münaqişəyə çəkmiş, qəflətən üz nahiyəsinə atdığı yumruq elə də güclü olmadığından heç bir xəsarət yetirməmiş, sonuncunun hərəkətlərindən bir anlıq əsəbləşib cibindən çıxartdığı bıçaqla Mirşəhramın qarnının sol hissəsindən vurduqda sonuncu kürəyi üstə yerə yıxılmış, lakin onun ünvanına ağır söyüşlər işlətdiyinə görə dözməyib Mirşəhramın qarnının sağ tərəfinə iki bıçaq zərbəsi endirmişdir. Bundan sonra Tural onu oradan uzaqlaşdırmağa başlamış, bir qədər aralaşdıqdan sonra Mirşəhramı bıçaqla vurduğunu bildirmiş, birlikdə qayıdıb sonuncunu yerdən qaldıraraq yardım göstərmələri üçün dostlarına təhvil vermişlər. Bundan sonra o, Turalla birlikdə oradan uzaqlaşmışlar, bıçaqdan canını qurtarmaq üçün hadisə yerindən 15 dəqiqəlik məsafədə xatırlamadığı yerdə onu tulladıqdan sonra hərəsi öz evinə getmişlər. Əməlindən həddindən artıq peşmandır, zərə çəkmiş şəxsdən üzr istəyir, iş üzrə dəyən maddi və mənəvi ziyanı ödəmiş, sonuncu ilə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən X4 ifadəsində göstərdi ki, həm ana tərəfdən qohumu olan Şahid2 ilə, həm də Nurlanın uzaqdan qohumu kimi tanıdığı Təqsirləndirilən şəxsla münasibətləri hər zaman yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2019-cu il mart ayında Nurlanın «WhatsApp» mesajlaşma proqramının status hissəsində «İphone 6» markalı mobil telefonu 300 manata satması barədə paylaşım etdiyini gördükdə sonuncu ilə pulun 150 manatını telefonu alanda, qalan yarısını isə bir ay sonra verməsi barədə razılaşmış, lakin aldıqdan iki gün sonra telefonda problemlər yarandığından Nurlandan telefonu təmir etdirməsini və təmir xərclərini telefonun qiymətindən çıxmasını istəmiş, sonuncu isə onun nə bu, nə də ki telefonu qaytarmaq təklifi ilə razılaşmayaraq qalan pulu verməyini tələb etmişdir. Telefonu aldıqdan təxminən 2 həftə sonra tanımadığı şəxsə 120 manata satmışdır. 2019-cu il avqustun 24də saat 18 radələrində Bakı şəhərinin Binəqədi rayonundakı «Şahənşah» şadlıq sarayında Ömər Nəsib oğlu Kərimov və Şahid1 ilə birlikdə Elşən adlı dostunun toy mərasimində iştirak etmiş, saat 20 radələrində Vüqar ona zəng vurub Nurlanın bibisi oğlu olduğunu deyərək telefonun pulunu verməyini tələb etdikdə o, telefondakı problemlərə görə pulu vermədiyini bildirmişdir. Vüqar onunla görüşmək istədiyini deyib harada olmasını soruşmuş, yerini bildirdikdən bir müddət sonra Vüqar Şahid3 adlı şəxslə birlikdə gəlmiş, o, Ömərlə şadlıq sarayından çıxıb sonuncularla görüşmüş, Vüqar ondan pulu verməməsinin səbəbini soruşanda o, telefonda problemlər olduğunu səbəb göstərmiş, artıq telefonu satdığını və nasazlıq olduğu üçün pulu qaytarmaq niyyətinin olmadığını bildirmişdir. Bundan sonra Vüqar daha kobud şəkildə danışmağa başlamış, atdığı yumruq Vüqara dəysə də heç bir xəsarət yetirməmiş, sonuncu özündən çıxıb onu var gücü ilə itələdikdə kürəyi üstə yerə yıxılmış, bu vaxt Vüqar üstündəki bıçağı çıxarıb onun qarın nahiyəsinə üç zərbə vurmuş, Tural və Fərid onları ayırmağa çalışmış, ilk öncə xəsarətləri dərin formada hiss etməmiş, Fəridin onu apardığı X13 əməliyyat olunmuşdur. Ona dəymiş maddi ziyan ödənildiyindən hazırda təqsirləndirilən şəxslə barışmışdır, Vüqara qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, 2019-cu il avqustun 24-də saat 22 radələrində X4 və Ömər Nəsib oğlu Kərimovla birlikdə «Şahənşah» şadlıq sarayında dostlarının toyunda olarkən Mirşəhram ona yaxınlaşaraq toya yazdırması üçün pul verdikdən sonra Ömərlə çölə çıxmışlar, pulu yazdırıb Mirşəhrama zəng edərək olduqları yerə getdikdə X6 Hüseynov adlı şəxslə telefonun pulunun qaytarılması ilə bağlı söhbət etdiyini görmüş, sonuncu kobud formada telefonun pulunu tələb etdikdə Mirşəhram Vüqara tərəf yumruq atmış, sonuncular arasında mübahisə düşmüş, Vüqar üzərindəki bıçaqla Mirşəhramın qarın hissəsindən vurmuş, sonuncu yerə yıxıldıqda üzərinə cumub bıçaqla zərbələr endirmiş, o, Mirşəhramı yerdən qaldırdıqda bıçaqlandığını görüb sonuncunu «Semaşka» xəstəxanasına aparmış və orada Mirşəhramı əməliyyat etmişlər. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, həm ana tərəfdən qohumu olan X4 ilə, həm də bibisi oğlu Təqsirləndirilən şəxsla yaxın münasibətləri olmuş, heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 2019-cu il mart ayında Vüqar «İphone 6» markalı mobil telefonunu satmağı ona həvalə etmiş, bir müddət sonra o, telefonun guya özünə məxsus olmasını deməklə Mirşəhramla pulun 150 manatını əvvəldən, 250 manatı isə bir ay müddətində ödəmək şərti ilə razılaşaraq sonuncudan aldığı 150 manat pulu Vüqara vermiş, bir neçə gün sonra Mirşəhram ona telefonda ciddi qüsurlar olmasını demiş, dəfələrlə pulu və ya telefonu qaytarmasını tələb etsə də Mirşəhram telefonun xarab olmasını bəhanə gətirərək pulu verməkdən imtina etmiş, telefonu aldıqdan bir həftə sonra başqa şəxsə satdığını bildirmişdir. Vüqar 2019-cu il avqustun 24-də ona Mirşəhramla özünün görüşüb danışacağını bildirmiş, 2019-cu il avqustun 29-da atası Şahid4 ondan Vüqarla Mirşəhramın dalaşmasından xəbəri olub-olmamasını soruşduqda hadisəni öyrənmiş, lakin Vüqarın Mirşəhrama bıçaqla xəsarət yetirməsini bilməmiş, sonuncuların qohum kimi bir-birlərini tanıdıqlarından onların görüşməsinə etiraz etməmiş, aralarında bu cür münaqişə baş verəcəyini təsəvvür etməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, bacısı oğlu Təqsirləndirilən şəxs və ana tərəfdən qohumu X4 ilə hər zaman yaxşı münasibətləri olmuşdur. Oğlu Şahid2 Vüqarın mobil telefonunu satmasından əvvəlcədən xəbəri olmamışdır. O, 2019-cu il avqust ayının sonlarında Vüqarla görüşdükdə bir qədər narahat olmasını görmüş, səbəbini soruşanda sonuncu mobil telefonunu Nurlanla birlikdə Mirşəhrama satmalarını, Mirşəhramın pulu ödəməməsinə görə dostu Şahid3la birlikdə söhbət etməyə gedəndə Mirşəhramla dalaşmasını bildirsə də sonuncuya xəsarət yetirməsini ona deməmiş, o, Mirşəhramın ailəsi ilə əlaqə saxladıqda sonuncunun bıçaqla xəsarət aldığını bilmişdir. İş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, xalası oğlu Təqsirləndirilən şəxs və uzaqdan qohumu X4 ilə münasibətləri hər zaman yaxşı olmuşdur. Vüqar 2019-cu il avqust ayının sonlarında onların evinə gəldikdə çox həyəcanlı və gərgin görünmüş, Mirşəhrama satdığı telefonun pulunu vermədiyi üçün sonuncu ilə mübahisə etdiyini, onu nalayiq formada təhqir edib yumruqla vurduğu üçün Mirşəhramı üstündəki bıçaqla qarnından vurduğunu, lakin ağır xəsarət yetirmədiyini, oğlanın ayağa qalxıb getdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid3 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, 2019-cu il avqustun 24-də səhər saatlarından dostu Təqsirləndirilən şəxsla bir yerdə olmuş, saat 22 radələrində Vüqarın bibisi oğlu Şahid2 sonuncuya zəng vurduqdan sonra birlikdə saat 23 radələrində Bakı şəhəri Binəqədi rayonunun ərazisindəki «Şahənşah» şadlıq sarayının yaxınlığına getmişdir. Vüqar Mirşəhramla telefon əlaqəsi saxladıqdan sonra sonuncu tanımadığı 7-8 nəfərlə birlikdə çölə çıxmış, Mirşəhram onlarla kobud formada danışmağa başlamış, heç kimə məhəl qoymayıb nalayiq ifadələr işlətməklə mübahisə etmiş, qəflətən Vüqarın üz nahiyəsinə tərəf yumruq ataraq üstünə hücum etməklə sonuncu ilə əlbəayaxa olmuşdur. O, Vüqarı ayırıb oradan uzaqlaşdırmağa nail olmuşdur, bu zaman sonuncu üzərindəki bıçaqla 2-3 dəfə Mirşəhramı vurmasını bildirdiyinə görə qayıdıb sonuncunu yardım göstərmələri üçün yerdən qaldıraraq dostlarına təhvil vermiş və oradan uzaqlaşmışlar (iş vərəqi 192-194). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon X9 Şöbəsinin 2019-cu il 25 avqust tarixli qərarından görünür ki, faktla bağlı Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 2). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon X9 Şöbəsinin tərtib etdiyi 2019-cu il 25 avqust tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Bakı şəhərinin Binəqədi rayonunda yerləşən «Şahənşah» şadlıq sarayının qarşısındakı «Azadlıq» parkında «Azadlıq» metrostansiyasının təxminən 15 metr məsafəsində yerdə qan izləri aşkar olunmuş, fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 6-10). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon X9 Şöbəsinin tərtib etdiyi 2019-cu il 25 avqust tarixli protokoldan görünür ki, 1 saylı X17 cərrahiyyə şöbəsi tərəfindən təqdim edilən öndən aşağı hissəsində sağ tərəfdə bir ədəd, sol tərəfdə bir ədəd və ön hissəsində bir deşilmiş zədə izi görünən ipək materialdan olmaqla ağ rəngli kişi koftası, öndən aşağı hissəsində sağ tərəfdə bir ədəd, sol tərəfdə bir ədəd və ön hissəsində bir deşilmiş zədə izi görünən kişi maykası götürülmüşdür (iş vərəqi 14). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon X9 Şöbəsinin 2019-cu il 03 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır (iş vərəqi 40-41). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 13 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2030-da Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 65). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon X9 Şöbəsinin 2019-cu il 14 sentyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə başlanan cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 126.1.ci maddəsinə tövsif edilmişdir (iş vərəqi 87). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon X9 Şöbəsinin 2019-cu il 14 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 89-90). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2019-cu il 14 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il sentyabrın 13-dən hesablanmaqla 2019-cu il dekabrın 31-dək həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 107-110). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 30 avqust tarixli 1751 nömrəli ekspert rəyindən görünür ki, 2001-ci il 29 mart təvəllüdlü X2 bədənində aşkar olunmuş xəsarətlər – qarnın sağ yan divarının iki ədəd daxilə nüfuz etmiş, böyrək və qaraciyərin zədələnməsi ilə nəticələnmiş kəsilmiş-deşilmiş yaraları və qarnın sol-yan divarının daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası deşici-kəsici alətin (bıçağın) təsirindən törənməklə dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, müddəti 2019-cu il avqustun 24-nə uyğundur (iş vərəqi 135-137). İş materiallarındakı zərər çəkmiş şəxs X2 notariat qaydasında təsdiq edilmiş 2019-cu il 30 sentyabr tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, maddi və mənəvi tələbi yoxdur, gələcəkdə də bu barədə hər hansı tələbi olmayacaqdır, Təqsirləndirilən şəxs cəza tətbiq edilməsini tələb etmir (iş vərəqi 155). İş materiallarındakı Bakı Şəhər Baş X9 və Təhqiqat İdarəsinin tərtib etdiyi 2019-cu il 14 oktyabr tarixli protokoldan görünür ki, X4 tanımaq üçün ona təqdim edilən fotoşəkilləri nəzərdən keçirərək fotoşəkillərdən üçüncüsünün Şahid3 olduğunu, hadisə zamanı sonuncunun ona heç bir xəsarət yetirmədiyini bildirmiş, fotocədvəlin kserosurəti protokola əlavə olunmuşdur (iş vərəqi 167-170). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 22 oktyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (iş vərəqi 173-176). İş materiallarındakı Bakı Şəhər Baş X9 və Təhqiqat X7in istintaqı şöbəsinin tərtib etdiyi 2019-cu il 10 dekabr tarixli protokoldan görünür ki, «Azercell» məhdud məsuliyyətli cəmiyyətinin 2019-cu il 05 noyabr tarixli 30338 saylı müşayiət məktubu ilə göndərilən diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsindəki ********** və Şahid2 istifadəsindəki ********** saylı mobil telefon nömrələri arasında 2019-cu il avqustun 24-də saat 2250-də 142, 2303-də 164, 2308-də 161, 2342-də 322 saniyəlik, sonuncunun ********** və X2 istifadəsindəki ********** saylı mobil telefon nömrələri arasında 2306-da 15, 2307-də 27 saniyəlik telefon danışıqlarının qeydə alınması; Şahid2 istifadəsindəki mobil telefon nömrəsinin anten dairəsinin 2019-cu il avqustun 24-də saat 1927-dən etibarən saat 2239, 2250, 2303, 2306, 2307, 2308, 2342-də, 2019-cu il avqustun 25-də saat 0025 və 0140-da Abşeron rayonunun Xırdalan qəsəbəsini göstərməsi; «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2019-cu il 03 dekabr tarixli BKC/LGL-21291/19 saylı müşayiət məktubu ilə göndərilən diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsindəki ********** saylı mobil telefon nömrəsindən X2 istifadəsindəki ********** saylı mobil telefon nömrəsinə 2019-cu il avqustun 24-də saat 2235-də «Burdayam qaqaw», saat 2243-də «Seni gozduyurem Qaqaw» məzmunlu smslər yazılması, həmin nömrələr arasında 2019-cu il avqustun 24-də saat 2223, 2233, 2234, 2235, 2243-də telefon danışıqlarının olması, bu vaxt X2 istifadəsindəki mobil telefon nömrəsinin anten dairəsinin Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, ev 6 ünvanını, Təqsirləndirilən şəxs istifadəsindəki mobil telefon nömrəsinin anten dairəsinin müxtəlif ünvanları, sonda isə Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, ev 6 ünvanını göstərməsi müəyyən olunmuşdur (iş vərəqi 210). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair 2019cu il 27 sentyabr tarixli 459-MTKŞ/2019 nömrəli ekspert rəyindən görünür ki, X3 məxsus maykanın ön səthinin sağ yarısında iki ədəd, arxa səthinin sağ yarısında bir ədəd, köynəyinin səthinin sağ yarısında bir ədəd və arxa səthinin sağ yarısında bir ədəd deşilmiş-kəsilmiş zədələri olmaqla ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir; köynəyin ön səthində, ortada, sonuncu ilgək tikişinin üzərində bir ədəd kəsilmiş zədə kəsici kənarı olan hər hansı bir iti alətin təsirindən əmələ gələ bilərdi; köynəyin ön səthində, yuxarıdan aşağıya doğru sıra ilə 7-ci düymənin yerində olmaması köynəyə qüvvə tətbiq etməklə, yəni dartılmaqla qopub düşməsi ilə izah oluna bilər; mayka və köynəyin üzərində olan zədələrlə onun bədəni üzərində olan qarnın sağ yan divarının iki ədəd daxilə nüfuz etmiş, böyrək və qaraciyərin zədələnməsi ilə nəticələnən kəsilmiş-deşilmiş yaraları və qarnın sol-yan divarının daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası kimi xəsarətlər yerləşməsinə görə nisbi olaraq üst-üstə düşür (iş vərəqi 212-214). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin maddi sübutların müayinəsinə dair 2019-cu il 30 sentyabr tarixli 693/MTBŞ-2019 nömrəli ekspert rəyindən görünür ki, X2 ABO sistemi üzrə qan qrupu B (İİİ) olmaqla ona məxsus köynək, mayka üzərində aşkar olunmuş insan qanı ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız B antigeni alınmışdır, beləliklə həmin qan ləkələri ABO sistemi üzrə B (İİİ) qruplu şəxsə, o cümlədən X3 məxsus ola bilər (iş vərəqi 216-219). İş materiallarındakı Bakı Şəhər Baş X9 və Təhqiqat X7in istintaqı şöbəsinin tərtib etdiyi 2019-cu il 14 dekabr tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs X3 məxsus bir ədəd köynəyə və bir ədəd maykaya baxış keçirilərkən ağ rəngli pambıq qolsuz maykanın sağ yarı hissəsinin bütün səthinin qonur-qəhvəyi rəngli qanabənzər ləkələrə bulaşması; maykanın ön səthinin sağ yarısında, aşağı məsafədə yuxarıya və şərti sağ yan tikişindən sol tərəfə doğru nisbi qövsvari şəkilli bir ədəd, maykanın arxa səthinin sağ yarısında, aşağıda şərti sağ yan tikişindən sol tərəfə doğru qövsvari bir ədəd dəlib-keçən zədə olması; köynəyin ön səthində yuxarıdan aşağı sıra ilə 7-ci düymənin yerində olmaması, köynəyin səthinin sağ yarısında, aşağıda, sərbəst kənarından sağ yan tikişindən sol tərəfə doğru, qövsvari formalı çəp istiqamətli, arxa səthinin sağ yarısında, aşağıda sərbəst kənarından sol tərəfə doğru, düzxət şəkilli, şaquli istiqamətli, ön səthində, aşağıda, ortada, yuxarıdan aşağıya doğru sıra ilə sonuncu, yəni 9-cu ilgək tikişinin üzərində üfüqi istiqamətli, düzxət şəkilli bir ədəd dəlib-keçən zədə olması, beləliklə, X3 məxsus maykanın ön səthinin sağ yarısında 02 ədəd, arxa səthinin sağ yarısında 01 ədəd və köynəyin ön səthinin sağ yarısında 02 ədəd, arxa səthinin sağ yarısında 01 ədəd dəlib-keçən zədələrin olması müəyyən edilmişdir (iş vərəqi 222). İş materiallarında olan Bakı Şəhər Baş X9 və Təhqiqat X7in istintaqı şöbəsinin 2019cu il 16 dekabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 224-225). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 2019-cu il dekabrın 26-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 234-235). İş materiallarında olan Bakı Şəhər Baş X9 və Təhqiqat X7in istintaqı şöbəsinin 2019cu il 16 dekabr tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan edilən ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 126.2.3.-cü, 126.2.4.-cü, 221-ci və 228-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, zərər çəkmiş şəxs X3 məxsus, üzərində qan izləri, bıçaq zədələri olan bir ədəd köynək və bir ədəd mayka, iş materiallarında olan 02 ədəd CV diski maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, maykanın və köynəyin Bakı Şəhər Baş X10 Şöbəsinə təhvil verilməsi nəzərə alınmış, şahidlər Şahid3, Ömər Nəsib oğlu Kərimovun, Şahid1 və Şahid2, həmçinin zərər çəkmiş şəxs X2 əməllərində hər hansı cinayətin əlamətləri və cinayət hadisəsi olmadığından onların barəsində cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqi 236-253). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 27 dekabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 20 gün olmaqla 2020-ci il yanvarın 20-dək uzadılmışdır (iş vərəqi 281-282). Məhkəməyə təqdim olunan 2020-ci il 27 yanvar tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs X4 Təqsirləndirilən şəxsla barışmışdır, qarşı heç bir şikayəti, maddi və mənəvi tələbi yoxdur, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törət-məsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün tam etirafedici, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmə-dən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 2019-cu il sentyabrın 13-dən 2020-ci il yanvarın 27-dək həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay 14 (on dörd) gün Azər-baycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədıyin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı Şəhər Baş X10 Şöbəsinə təhvil verilmiş zərər çəkmiş şəxs X3 məxsus mayka və köynək məhv edilməli; 02 ədəd CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək onun barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəməyə təqdim olunan hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum»Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 18 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» Vəkil Bürosunun nəfinə (hesab nömrəsi AZ57UBAZ**********0090AZN001, VÖEN: **********) 108 manat köçürülməlidir. Təqsirləndirilən şəxs tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2019-cu il sentyabrın 13-dən 2020-ci il yanvarın 27-dək həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay 14 (on dörd) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhərinin Səbail Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs haqqında seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum»Vəkil Bürosunun nəfinə (hesab nömrəsi AZ57UBAZ**********0090AZN001, VÖEN: **********) 108 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı Şəhər Baş X10 Şöbəsinə təhvil verilmiş zərər çəkmiş şəxs X3 məxsus mayka və köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; 02 ədəd CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-339/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-339/2020
27.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver