Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-339/2022 12.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 Ağalarovun sədrliyi ilə, hakimlər Rahib Vaqif oğlu Salmanov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1999-cu ildə Gəncə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri Nizami rayonu, Əttarlar küçəsi, ev 84-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə psixotrop maddənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Baba» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və yerdə «Baba» adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 11.856 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ- nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 28 iyul 2021-ci il tarixdə saat 23:15-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibində olan, üzərində “M.Orginal” sözləri yazılmış qara rəngli qulaqcıq qabının içərisindən həmin psixotrop maddə metamfetaminin 05 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,307 qram, 0,363 qram, 0,432 qram, 0,391 qram, 0,329 qram olmaqla ümumilikdə 1,822 qram təşkil edən hissəsi və əməliyyat tədbirinin davamı olaraq idarə etdiyi “Honda İnsight” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin psixotrop maddə metamfetaminin 17 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,397 qram, 0,384 qram, 0,383 qram, 0,295 qram, 0,351 qram, 0,359 qram, 0,322 qram, 0,353 qram, 0,341 gram, 0,383 qram, 0,470 qram, 0.402 qram, 0,325 qram, 1,079 gram, 1,970 qram, 1,842 qram, 0,378 qram olmaqla ümumilikdə 10,034 qram təşkil edən hissəsi avtomobilin baqaj yerində olan idman çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrin istifadəçisidir. 28 iyul 2021ci il tarixdə ünvan 3 ünvanın qarşısında polis əməkdaşları tərəfindən nartotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi saxlanılmış və Nəsimi RPİ-nə aparılmışdır. Orada vəkilin və polis əməkdaşların iştirakları ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Dövlət hesabına müdafiəçi dəvət edilmiş, ona hüquq və vəzifələrin izah olunduqdan sonra, videoçəkilişlə üzərinə baxış keçirilməzdən əvvəl, üzərindəki əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynindəki qara rəngli üzərində “Flex Sport” yazılmış idman şalvarının sağ yan cibindən üzərində “M.Orginal” yazılmış qara rəngli qulaqcıq qabının içərisində olan beş ədəd polietilen sellofana bükülmüş içərisində metamfetamin olan bükümləri, həmçinin sol cibindən “Honda” markalı avtomobilin açarını və ağ rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış, lakin heç nə tapılmamışdır. Üzərindən çıxan metamfetaminləri bir gün əvvəl Hövsan qəsəbəsində yerləşən Maral heykəlinin yaxınlığında İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Baba” adlı şəxsdən 250 manata aldığını bildirmişdir. Bundan əlavə idarə etdiyi “Honda İnsight” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitələrin olduğunu bildirmişdir. Onun iştirakı ilə avtomobilə də baxış keçirilmiş, bu zaman avtomobilin yük yerində olan idman çantasından 4 ədəd bükümdə olan təxminən bir qram təşkil edən metamfetamini, eləcə də bir ədəd elektron tərəzini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitələri şəxsi istehlak məqsədi ilə əldə etmiş, onların satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı təzyiq altında ifadə vermişdir, həmin ifadələrini təsdiq etmir. Onun idarə etdiyi avtomobildə 10 qram metamfetamin olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 28 iyul 2021-ci il tarixdə «Elşad» adlı şəxsin ünvan 4 ünvanının qarşısında narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə Nəsimi RPİ-nin NMB-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə rəhbərliyə raportla müraciət etmiş, daha sonra onun və bölmənin digər əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. “Elşad” adlı şəxsin şəxsiyyəti araşdırılmış və onun Təqsirləndirilən şəxs olması müəyyən edildikdəkdən sonra ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. 28 iyul 2021-ci il tarixdə Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə qeyd edilən ünvana yollanmışlar. Saat 23:15-də Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında idarə etdiyi “Honda İnsight” markalı, **-CY-*** d.q.n-lı avtomobillə birlikdə saxlanılmışdır. Sonuncunu idarə etdiyi “Honda İnsight” markalı, **-CY-*** d.q.n-lı avtomobillə birlikdə Nəsimi RPİnin inzibati binasına dəvət etmişlər. Orada xidməti otaqların birində Elşada təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmişdir. Onun, təhqiqatçı Saleh Salehzadənin və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, eləcə də, mütəxəssisin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılmasını və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkətinin keçirilməyə başlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Elşad əynindəki qara rəngli üzərində "Flex Sport" yazılmış idman şalvarının sağ yan cibindən üzərində "M.Orginal" yazılmış qara rəngli qulaqcıq qabının içərisində olan beş ədəd poletilin selofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli narkotik maddəyə bənzər bükümləri, həmçinin sol cibindən "Honda" markalı avtomobilin açarını və ağ rəngli "Samsung" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Elşadın üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonuncu həmin beş ədəd bükümdəki narkotik maddələrin "patı" olduğunu, onları Hovsan qəsəbəsində yerləşən maral heykəlinin yaxınlığında 27.07.2021-ci il tarixində səhər radələrində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Baba” adlı şəxsdən ümumilikdə 250 manata aldığını, bir hissəsini “Orxan” adlı, "Koliko" ləqəbli şəxsə satdığını və qalan hissəsini də satmaq üçün üzərində gəzdirdiyini, idarə etdiyi “Honda İnsight” markalı, **-CY-*** d.q.n-lı avtomobilində də həmin psixotrop maddədən olduğunu bildirmişdir. Bundan sonra həmin “05” ədəd şəffaf polietilen selofana bükülmüş, içərisində ağ rəngli kristal şəkilli narkotik maddəyə bənzər maddələrin olduğu bükümlər və ağ rəngli Samsung markalı mobil telefon zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs özü idarə etdiyi “Honda İnsight” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin baqaj yerində idman çantasının içərisində 17 ədəd şəffaf selofana bükülmüş, içərisində ağ rəngli kristal şəkilli narkotik maddəyə bənzər bükümləri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Avtomobildən əhəmiyyət kəsb edən başqa heçnə aşkar edilməmişdir. Aparılmış videoçəkilişin hər bir iştirakçıya nümayiş etdirilmişdir. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin inzibati binasına gətirilərkən və Nəsimi RPİ-nin inzibati binasında olarkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 46-59-cu vərəqlərindəki protokoldan görünür ki, 29 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli üzərində "Flex Sport" yazılmış idman şalvarının sağ, yan cibindən üzərində "M.Orginal" yazılmış qara rəngli qulaqcıq qabının içərisində olan “05” ədəd poletilin selofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli narkotik maddəyə bənzər bükümləri çıxarıb masanın üzərinə qoymuş, eləcə də, Təqsirləndirilən şəxs razılığı ilə idarə etdiyi "Honda İnsight" markalı, **-CY-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomobilin baqaj yerində idman çantasının içərisində 17 ədəd şəffaf poletilin selofana bükülmüş, içərisində ağ rəngli kristal şəkilli narkotik maddəyə bənzər bükümlər və “01” ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmin istintaq hərəkəti dəvət edilmiş mütəxəssis tərəfindən «Sony» markalı video kameradan istifadə etməklə çəkiliş həyata keçirilmiş, həmin video görüntü bir ədəd DVD diskinə köçürülərək götürülmüş, bununla bağlı qərar və protokol tərtib edilmiş və materiala əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 29 iyul 2021-ci il tarixli 6/3158 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində bir ədəd zərfdə və bir ədəd idman çantasında üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün Nol86" dairəvi möhür əksi olan: - üzərində "Saxlanılan şəxs Təqsirləndirilən şəxs..." sözləri, soyad va imzalar qeyd edilmiş kağız paketi açdıqda içərisindan bir ədəd "M.original" sözü qeyd edilmiş bir ədəd qara rəngli pul qabında 5 ədəd bükümdə ayrı-ayrılıqda tamiz çəkisi 0,307 qram, 0,363 qram, 0,432 qram, 0,391 qram, 0,329 qram ümumi təmiz çəkisi 1,822 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. -üzərində "Saxlanılan şaxs Təqsirləndirilən şəxs idarə etdiyi..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd idman çantasında bir ədəd qara rangli qabın içərisindən 17 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,397 qram, 0,384 qram, 0,383 qram, 0,295 qram, 0,351 qram, 0,359 qram, 0,322 qram, 0,353 qram, 0,341 gram, 0,383 qram, 0,470 qram, 0.402 qram, 0,325 qram, 1,079 gram, 1,970 qram, 1,842 qram, 0,378 qram ümumi təmiz çakisi 10,034 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmeftamfetamindir. Təqdim edilmiş metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik taşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı 1) daxildir. Məhkəmə-kimyəvi ekspertizasının 29.07.2021-ci il tarixli 6/3158 saylı rəyindən görünür ki, ümumilikdə çəkisi 11,856 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin külli miqdar hesab edilir. Bir ədəd qara rəngli elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Heroin və metamfetamin kimyəvi tərkiblərinə görə fərqli olduğundan onlar arasında müqayisəli tədqiqat mümkün deyildir. Məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2021-ci il tarixli 3748 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizanın 31 avqust 2021-ci il tarixli, 1981 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir pxisi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadəsində onda hər hansı bir pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir xəstəliyin əlamətləri müəyyən olunmayıb. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs qararda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini ve ictimai təhlükəliliyini dərk etmək, həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə kompyuter-texniki ekspertizasının 09 sentyabr 2021-ci il tarixli, 5/881 nömrəli rəyindən görünür ki, təqdim edilmiş "Samsung Galaxy J7” markalı “SM-J710FN” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş "Qrafik açar” mühafizə olunan ekran kilidi mobil cihazın yaddaşında olan məlumatları silmədən ləğv olundu. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 8.1.0" əməliyyat sistemi ilə təhciz olunmuş "Samsung Galaxy J7” markalı “SM-J710FN” modelli +**********78972, **********78975" imel kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy J7" markalı, “SM-J710FN” modelli mobil smartfonun yaddaşından toplanmış halhazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş üç ədəd DVD-R diskə). Təqdim edilmiş "Samsung Galaxy J7” markalı, “SM-J710FN” modelli mobil smartfonun yaddaşında quraşdırılmış "Whatsapp” və "İnstagram" sosial şəbəkəsinə girişi təmin eden proqram təminatı müəyyən olundu. İşin 1-ci cildinin 204-208-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona qoruyucu kilidi sındırıldıqdan sonra baxış keçirilmiş, qeyd olunan “Samsung” markalı mobil telefona baxış zamanı, mobil telefonda iş üzrə əhəmiyyətli ödəniş çeklərinin, müxtəlif bank kartlarının fotoşəkilləri aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefondan "xxxx" ASC-yə məxsus olan, üzərində yazısı olmayan, **********407199 nömrəli, üzərində yazısı olmayan, **********250112 nömrəli bank kartlarının fotoşəkilləri aşkar edilmişdir. Qeyd olunan mobil telefondan bir neçə səsyazıları aşkar edilmişdir ki, bu səsyazılarda Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa “Baba” kimi məlum olan şəxslə aralarında olan danışıqlar, Babanın Təqsirləndirilən şəxs dəfələrlə narkotik vasitə və ya psixotrop maddələr çatdırması, sonuncunun bu vasitələri Bakı şəhərinin müxtəlif yerlərində müxtəlif şəxslərə sataraq gəlir əldə etməsi və narkotik vasitələrin satışından əldə olunmuş pul vəsaitlərini yuxarıda qeyd olunmuş şəxslərin bank kartlarına köçürdüklərini bildirmişlər. Mobil telefondan aşkar edilmiş 83 ədəd səsyazıları, 41 ədəd şəkil, eləcə də, 18 ədəd yazışmaları özündə əks edən çıxarışlar CD diskə köçürülərək toplanmış materiala əlavə edilmişdir. İşin 207-ci vərəqindəki protokolda görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefondan “Vatsapp” ani mesajlaşma sistemində olan yazışmalardan əldə edilmiş 9 saniyəlik “WhatsApp Audio 2021-09-28 at 20.41.32” adlı səsyazıya tərəfimdən baxış keçirilmişdir. Qeyd olunan səsyazıya baxış zamanı müəyyən edilir ki, səsyazıdakı şəxs aşağıdakı ifadələri səsləndirir: - “Baba, xəbər edərsən mana, getdim mən şəhərdəyəm biraz fırlanıram. Biraz malım qalıb, görüm paylaya bilirəm mi.” “WhatsApp Audio 2021-09- 28 at 20.39.08” səsyazıda: - “Baba, spasibo, balşoye. Götürdüm baba, gedirəm dənizə, 1- 2 saat yarım orda biraz uşaqlarnan istirahət eliyim, şəhərə qayıdanda satışımıza başlayaq. Yaxşı, öpdüm baba, sağol. Danışarıq, svyazdayam. “WhatsApp Audio 2021-09-28 at 20.29.49” səsyazıda: - “Baba, kartı at. İndi pulu vururam karta 15-20 dəqiqəyə. Şeydi. Bir də 7 dənə patı qoyarsan da mana. İndi alınsa yaxşı olardı. Lap gejə də alınsa olar, fərqi yoxdu. 3-də, nəbilim 2-də. İşin 189-196-cı vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonda olan ***-***-**-** saylı mobil nömrəyə dair əldə edilmiş Nəsimi rayon məhkəməsinin 25.08.2021-ci il tarixli, 5(006)-521/2021 nömrəli qərarı ilə "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakı SMS məlumatlar aşkar edilmişdir: -07-03-2021 00:43:15 1.1.**********37 1.1.**********00-Rauf menem nurlandi qram kola lazimdi SUBMİTTED -07-03-2021 00:43:15 07-03-2021 00:43:52 1.1.**********37 1.1.**********00-Rauf menem nurlandi qram kola lazimdi DELİVERED -08-07-2021 13:57:27 1.1.**********37 1.1.**********62 At daniwarix axwam beynim getdi mal getirejem axwam SUBMİTTED -08-07-2021 13:57:27 08-07-2021 13:57:27 1.1.**********37 1.1.**********62-At daniwarix axwam beynim getdi mal getirejem axwam DELİVERED -08-07-2021 19:31:39 08-07-2021 19:31:39 1.1.**********37 1.1.**********62-Bu ne hereketdi e meni niye yalanci cixardmisanki telfonu awmisan soxum o malin icine goturende andlar amanlar pulu vur tez bele Hereket eleme birde . DELİVERED -08-07-2021 19:31:39 1.1.**********37 1.1.**********62 Bu ne hereketdi e meni niye yalanci cixardmisanki telfonu awmisan soxum o malin icine goturende andlar amanlar pulu vur tez bele Hereket eleme birde . SUBMİTTED -08-07-2021 21:16:31 1.1.**********37 1.1.**********62 Senin qapina kimse qelmesini isdiyisen senol deyrem ma ferqi yoxdu cahamat kartowka satmir men vermemisem mali sa gozdedesen teli awmamax bu yaxwi wey do SUBMİTTED -08-07-2021 21:16:31 08-07-2021 21:16:31 1.1.**********37 1.1.**********62 Senin qapina kimse qelmesini isdiyisen senol deyrem ma ferqi yoxdu cahamat kartowka satmir men vermemisem mali sa gozdedesen teli awmamax bu yaxwi wey do DELİVERED -08-07-2021 21:16:35 08-07-2021 21:16:44 1.1.**********37 1.1.**********62 y dunen o boyda and aman eledin ozvu daveriyadan saldin pulu yarim sata at atmadin qapina gelinejex DELİVERED -08-07-2021 21:16:35 1.1.**********37 1.1.**********62 y dunen o boyda and aman eledin ozvu daveriyadan saldin pulu yarim sata at atmadin qapina gelinejex SUBMİTTED -20-03-2021 21:33:29 1.1.**********00 1.1.**********37Qaq duwurem terpenme ordan cekdi terezide cixiram SUBMİTTED -20-03-2021 21:33:29 20-03-2021 21:33:30 1.1.**********00 1.1.**********37 Qaq duwurem terpenme ordan cekdi terezide cixiram DELİVERED -29-06-2021 04:46:12 29-06-2021 04:46:15 1.1.**********51 1.1.**********37-dran lazimdi af oteldryik bacım orxan men orxan ddedi xais et DELİVERED -29-06-2021 04:46:26 1.1.**********51 1.1.**********37 dran lazimdi af oteldryik bacım orxan men orxan ddedi xais et SUBMİTTED -29-06-2021 04:46:26 29-06-2021 04:46:27 1.1.**********51 1.1.**********37 dran lazimdi af oteldryik bacım orxan men orxan ddedi xais et DELİVERED -29-06-2021 04:49:09 1.1.**********51 1.1.**********37-xiyar hirsun bacıma tökür yandran tapmiriq SUBMİTTED 29-06-2021 04:49:09 29-06-2021 04:49:10 1.1.**********51 1.1.**********37 - xiyar hirsun bacıma tökür yandran tapmiriq DELİVERED -29-06-2021 04:51:36 29-06-2021 04:51:36 1.1.**********51 1.1.**********37- ala bilsen xais edirik getirerdin 7 mertebe 1712 oataga de gəlmiş DELİVERED -29-06-2021 04:51:36 1.1.**********51 1.1.**********37-ala bilsen xais edirik getirerdin 7 mertebe 1712 oataga de gəlmiş SUBMİTTED -29-06-2021 04:51:37 29-06-2021 04:51:40 1.1.**********51 1.1.**********37- 03-07- 2021 00:49:30 03-07-2021 00:49:30 1.1.**********35 1.1.**********37 -25man vereceö 5 taparmu DELİVERED -03-07-2021 00:49:30 1.1.**********35 1.1.**********37 - 25man vereceö 5 taparmu SUBMİTTED -08-07-2021 23:35:23 08-07-2021 23:35:23 1.1.**********62 1.1.**********37 gelirsenmi,bize,gel,qelyan,duzeltmisem,biraz,onan,getir,qelyanda,cekek,super,seydi,teke m,ozde,orxani,sikdir,etdim DELİVERED -08-07-2021 23:35:23 1.1.**********62, 1.1.**********37 gelirsenmi, bize, gel, qelyan, duzeltmisem, biraz, onan, getir, qelyanda, cekek, super, seydi, tekem, ozde, orxani, sikdir, etdim SUBMİTTED -X6 X5 DELİVERED -15-07-2021 12:59:20 1.1.**********37 1.1.**********37 X6 X5 SUBMİTTED -15-07-2021 13:25:12 15-07-2021 13:25:12 1.1.**********37 1.1.**********37 Qaqaw menem samirin yanindaki oğlan xala oglu bir kelnıe cavab verde mende burdanigaranam biyananda lomka basib gorusdun samirnen konturum meqabaytm kuta DELİVERED -15-07-2021 13:25:12 1.1.**********37 1.1.**********37 Qaqaw menem samirin yanindaki oğlan xala oglu bir kelme cavab verde mende burda nigaranam biyananda lomka basib gorusdun samirnen konturum meqabaytm kuta -16-07-2021 20:22:07 1.1.**********13 1.1.**********37 - internetim yoxdu yoldayam gelirem 3 yari olacaq catim xeber edirem bolmartin yanina gelersen market SUBMİTTED -16-07-2021 20:22:07 16-07-2021 20:22:07 1.1.**********13 1.1.**********37 internetim yoxdu yoldayam gelirem 3 yari olacaq catim xeber edirem bolmartin yanina gelersen market DELİVERED İşin 250-262-ci vərəqlərindəki 04 noyabr 2021-ci il tarixli Sübtların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd, qara rəngli pul qabında beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,307 qram, 0,363 qram, 0,432 qram, 0,391 qram, 0,329 qram ümumi təmiz çəkisi 1,822 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və bir ədəd idman çantasında bir ədəd qara rəngli qabın içərisindən 17 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,397 qram, 0,384 qram, 0,383 qram, 0,295 qram, 0,351 qram, 0,359 qram, 0,322 qram, 0,353 qram, 0,341 gram, 0,383 qram, 0,470 qram, 0.402 qram, 0,325 qram, 1,079 gram, 1,970 qram, 1,842 qram, 0,378 qram ümumi təmiz çəkisi 10,034 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-meftamfetamin, eləcə də, 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, həmçinin tədqiqata təqdim edilmiş təmiz çəkisi ekspertiza tədqiqatı nəticəsində 0.57 qramı istifadə edildikdən sonra qalıq qalan 11.286 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də, “01” ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon və həmin telefondan aşkar edilmiş 83 ədəd səsyazıları, 41 ədəd şəkil, eləcə də 18 ədəd yazışmaları özündə əks edən CD disk, həmin telefonda olan ***-***-**-** saylı mobil nömrəyə dair əldə edilmiş "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsini özündə əks edən 01 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, mobil telefon və narkotik vasitə Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmiş, digərləri isə cinayət işi materiallarına əlavə edilmişdir. İşin 139-cu vərəqindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 24-25-ci vərəqlərindəki 29 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilsə də, onun ittiham olunduğu cinayəti törətməkdə təqsirli olması ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar və işin faktiki halları ilə tam təsdiq olunduğundan, məhkəmə onun ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı polis əməkdaşları tərəfindən faktiki olaraq saxlanıldığı 28 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, bir ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalan 11,286 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalı, həmin telefondan aşkar edilmiş 83 ədəd səsyazıları, 41 ədəd şəkil, eləcə də 18 ədəd yazışmaları özündə əks edən CD disk, həmin telefonda olan ***-***-**-** saylı mobil nömrəyə dair əldə edilmiş "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsini özündə əks edən CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 118 (yüz on səkkiz) 65 (altmış beş) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, bir ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalan 11,286 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın, həmin telefondan aşkar edilmiş 83 ədəd səsyazıları, 41 ədəd şəkil, eləcə də 18 ədəd yazışmaları özündə əks edən CD disk, həmin telefonda olan ***-***-**-** saylı mobil nömrəyə dair əldə edilmiş "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsini özündə əks edən CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 118 (yüz on səkkiz) 65 (altmış beş) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-339/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-339/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver