Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-339/2023 10.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 və Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhər 29 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 7-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 25-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkiləri 19,292 qram, 2,901 qram, 3,910 qram, 5,833 qram, 3,805 qram, 5,032 qram, 0,904 qram, 2,842 qram, 0,903 qram, 3,803 qram, 2,805 qram, 0,886 qram, 2,002 qram, 2,051 qram, 2,955 qram, 4,988 qram, 5,023 qram, 0,998 qram, 1,016 qram, 2,022 qram, 3,016 qram, 3,033 qram, 5,014 qram, 3,015 qram, 1,988 qram, 5,055 qram, 1,013 qram, 1,022 qram, 2,013 qram, 4,045 qram, 2,061 qram, 1,121 qram, 1,024 qram, 6,035 qram, 2,985 qram, 7,054 qram, 2,377 qram, 2,015 qram, 4,523 qram olmaqla, ümumi təmiz çəkisi 132,38 qram olan qəhvəyi rəngli kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, yəni təmiz çəkiləri 3,312 qram, 3,887 qram, 2,141 qram, 3,295 qram, 5,690 qram, 3,935 qram, 0,591 qram, 2,090 qram, 10,081 qram, 1,124 qram, 3,062 qram, 5,342 qram, 3,222 qram, 3,075 qram, 2,282 qram olmaqla, ümumi təmiz çəkisi 53,129 qram ağ rəngli, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib ünvan 2 ünvanında yerləşən “Stimul” hospitalın qarşısına qədər özündə saxlayaraq daşımış, 10 iyun 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Cinayət-axtarışı şöbəsinin və 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli olduğuna görə ünvan 2 ünvanında yerləşən “Stimul" hospitalın qarşısında saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin inzibati binasına aparılmış, Bölmədə onun üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni ümumi təmiz çəkisi 132,38 qram olan narkotik vasitə heroin hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 19,292 qram, 2,901 qram, 3,910 qram, 5,833 qram, 3,805 qram, 5,032 qram, 0,904 qram, 2,842 qram, 0,903 qram, 3,803 qram, 2,805 qram, 0,886 qram, 2,002 qram, 2,051 qram, 2,955 qram, 4,988 qram, 5,023 qram, 0,998 qram, 1,016 qram, 2,022 qram, 3,016 qram, 3,033 qram, 5,014 qram, 3,015 qram, 1,988 qram, 5,055 qram, 1,013 qram, 1,022 qram, 2,013 qram, 4,045 qram, 2,061 qram, 1,121 qram, 1,024 qram, 6,035 qram, 2,985 qram, 7,054 qram, 2,377 qram, 2,015 qram, 4,523 qram olmaqla, 53,129 qram olan psixotrop maddə metamfetamin təmiz çəkiləri 3,312 qram, 3,887 qram, 2,141 qram, 3,295 qram, 5,690 qram, 3,935 qram, 0,591 qram, 2,090 qram, 10,081 qram, 1,124 qram, 3,062 qram, 5,342 qram, 3,222 qram, 3,075 qram, 2,282 qram olmaqla 15 ədəd bükümdə və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi onun çiynindən asdığı qara rəngli əl çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 iyun 2022-ci il tarixdə əldə edərək üzərində saxladığı heroin və metamfetamindən istifadə etməmiş, satmamış, kiməsə verməmişdir. Belə ki, içərisində heroin və metamfetamin bükümləri olan selofan paketi götürdükdən az sonra polis əməkdaşları onu saxlayaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə aparmışlar. Ay ərzində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən təxminən 5-6 dəfə istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddələri satmaq üçün ona vermiş şəxsi mobil telefon nömrəsini xatırlamır. Həmin şəxslə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlayaraq narkotik vasitə və psixotrop maddələri qoyduğu yerdən götürməsini bildirən şəxsi üzdən görməmiş, onunla əlaqə saxladığı müxtəlif nömrələri və mesajları hər dəfə danışıb mal alandan sonra silmişdir. O, heç kimə narkotik vasitə və psixarop maddə satmamış, satmağa macal tapmadan tutulmuşdur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hazırda Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsini daşıyır. 10 iyun 2022-ci il tarixdə saat 19 radələrində Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində xidmət aparan zaman həmin küçədə yerləşən “Stimul Hospitalın qarşısında bir nəfər kişi cinsindən olan şəxsin özünü şübhəli apadığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar tanımadıqları həmin şəxsə özlərini polis əməkdaşı kimi təqdim edib, onunla bir qədər söhbət etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədinin olubolmamasını soruşduqda həmin şəxs özünü şübhəli aparmağa davam etmiş və üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Ona görə də, onlar 13-cü polis bölməsinin əməliyyat qrupunun üzvü olan təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin bölməyə gətirilməsi ehtimalının olmasını, bu barədə növbətçi vəkillə əlaqə saxlayıb məlumat verməsini ona bildirmişlər. Bundan sonra, tanımadıqları həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə dəvət etmişlər. Qeyd olunan şəxs etiraz etməyərək onlarla birlikdə 13-cü polis bölməsinə gəlmişdir. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılacağı izah edilmişdir. Belə ki, videoçəkilişlə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq çiynindən asdığı qara rəngli əl çantasını çıxararaq masanın üstünə qoymuş, sonuncunun üzərinə onlar tərəfindən şəxsi axtarış keçirilsə də, hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantasının içərisinə baxış keçirilərkən çantadan iki ədəd mobil telefon, bir ədəd elektron tərəzi, “Leo bank” tərəfindən verilmiş plastik kart və 54 ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə “kola" adlandırdığı narkotik vasitə heroin, “şüşə” adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, tanımadığı şəxslə “Whatsapp” vasitəsilə danışıb alaraq sonradan satacağını etiraf etmiş, bükümlərin üzərində narkotik vasitə və psixotrop maddəni əks etdirən məlumatların qeyd olunduğunu bildirmişdir. Aşkar edilən hər büküm açılaraq baxılmış, narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələrin olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 11 iyun 2022-ci il tarixli 6/3293 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №160” möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. sözlər, imzalar olan 02 ədəd kağız paketdən birindəki 39 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 19,292 qram, 2,901 qram, 3,910 qram, 5,833 qram, 3,805 qram, 5,032 qram, 0,904 qram, 2,842 qram, 0,903 qram, 3,803 qram, 2,805 qram, 0,886 qram, 2,002 qram, 2,051 qram, 2,955 qram, 4,988 qram, 5,023 qram, 0,998 qram, 1,016 qram, 2,022 qram, 3,016 qram, 3,033 qram, 5,014 qram, 3,015 qram, 1,988 qram, 5,055 qram, 1,013 qram, 1,022 qram, 2,013 qram, 4,045 qram, 2,061 qram, 1,121 qram, 1,024 qram, 6,035 qram, 2,985 qram, 7,054 qram, 2,377 qram, 2,015 qram, 4,523 qram, ümumi təmiz çəkiləri 132,38 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 39 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,312 qram, 3,887 qram, 2,141 qram, 3,295 qram, 5,690 qram, 3,935 qram, 0,591 qram, 2,090 qram, 10,081 qram, 1,124 qram, 3,062 qram, 5,342 qram, 3,222 qram, 3,075 qram, 2,282 qram, ümumi təmiz çəkiləri 53,129 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 15 bükümdəki metamftamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd elektron tərəzinin üzərində heroin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 iyul 2022-ci il tarixli 3959 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X1 ambulator məhkəmə psixiatrik ekspertizasının 20 iyul 2022-ci il tarixli 1897 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə eytiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (10 iyun 2022-ci il tarixdə) öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham elan edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 132,38 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 53,129 olan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi 02 avqust 2022- ci il tarixdə tərəfimdən maddi sübut kimi tanınmış və 28 sentyabr 2022-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə ittiham irəli sürülərək göstərilmişdir ki, «Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün üzərinə düşən öhdəliyə əsasən həmin şəxsin “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkiləri 19,292 qram, 2,901 qram, 3,910 qram, 5,833 qram, 3,805 qram, 5,032 qram, 0,904 qram, 2,842 qram, 0,903 qram, 3,803 qram, 2,805 qram, 0,886 qram, 2,002 qram, 2,051 qram, 2,955 qram, 4,988 qram, 5,023 qram, 0,998 qram, 1,016 qram, 2,022 qram, 3,016 qram, 3,033 qram, 5,014 qram, 3,015 qram, 1,988 qram, 5,055 qram, 1,013 qram, 1,022 qram, 2,013 qram, 4,045 qram, 2,061 qram, 1,121 qram, 1,024 qram, 6,035 qram, 2,985 qram, 7,054 qram, 2,377 qram, 2,015 qram, 4,523 qram olmaqla, ümumi təmiz çəkisi 132,38 qram olan qəhvəyi rəngli kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, yəni təmiz çəkiləri 3,312 qram, 3,887 qram, 2,141 qram, 3,295 qram, 5,690 qram, 3,935 qram, 0,591 qram, 2,090 qram, 10,081 qram, 1,124 qram, 3,062 qram, 5,342 qram, 3,222 qram, 3,075 qram, 2,282 qram olmaqla, ümumi təmiz çəkisi 53,129 qram ağ rəngli, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib istintaqa məlum olmayan şəxsin ona bildirdiyi ünvanlara çatdırmaq məqsədi ilə ünvan 2 ünvanında yerləşən “Stimul” hospitalın qarşısına qədər özündə saxlayaraq daşımış, 10 iyun 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Cinayət-axtarışı şöbəsinin və 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli olduğuna görə ünvan 2 ünvanında yerləşən “Stimul" hospitalın qarşısında saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin inzibati binasına aparılmış, Bölmədə onun üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni ümumi təmiz çəkisi 132,38 qram olan narkotik vasitə heroin hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 19,292 qram, 2,901 qram, 3,910 qram, 5,833 qram, 3,805 qram, 5,032 qram, 0,904 qram, 2,842 qram, 0,903 qram, 3,803 qram, 2,805 qram, 0,886 qram, 2,002 qram, 2,051 qram, 2,955 qram, 4,988 qram, 5,023 qram, 0,998 qram, 1,016 qram, 2,022 qram, 3,016 qram, 3,033 qram, 5,014 qram, 3,015 qram, 1,988 qram, 5,055 qram, 1,013 qram, 1,022 qram, 2,013 qram, 4,045 qram, 2,061 qram, 1,121 qram, 1,024 qram, 6,035 qram, 2,985 qram, 7,054 qram, 2,377 qram, 2,015 qram, 4,523 qram olmaqla, 53,129 qram olan psixotrop maddə metamfetamin təmiz çəkiləri 3,312 qram, 3,887 qram, 2,141 qram, 3,295 qram, 5,690 qram, 3,935 qram, 0,591 qram, 2,090 qram, 10,081 qram, 1,124 qram, 3,062 qram, 5,342 qram, 3,222 qram, 3,075 qram, 2,282 qram olmaqla 15 ədəd bükümdə və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi onun çiynindən asdığı qara rəngli əl çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir.” Qeyd olunan məzmunda ittihamla bağlı məhkəmə tədqiq olunmuş bütün yuxarıda şərh olunan sübutları hərtərəfli araşdıraraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma cinayətinin törədilməsi faktı mübahisəsiz olaraq tam sübuta yetir. Amma məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı hissəsini mövcud sübutların məcmusu əsasında qiymətləndirərək bu qənaətə gəlir ki, şəxsin ona istinad edilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi kimi qiymətləndirilməsi əsassızdır. Belə qiymətləndirmə üçün mötəbər sübutlar mövcud deyildr. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi tövsifedici əlamət kimi Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət qanununun mənasına görə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayət Məcəllənin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarında da eyni hüquqi mövqe əks olunmuşdur. Hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmək üçün Təqsirləndirilən şəxs qabaqcadan kiminləsə əlbir olmasını təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini hətta ehtimal etməyə əsas verə biləcək hər hansı dəlil də mövcud deyildir. Mübahisə edilməyən hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni özü müstəqil surətdə 10 iyun 2022-ci il tarixdə sat 17-00 radələrində Bakı şəhərinin Sabunçu rayonu ərazisindəki “Ülvi” şadlıq sarayının yanında, qabaqcadan ümumiyyətlə heç bir tanışlığı olmayan adını bilmədiyi şəxsdən – faktiki şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən külli miqdarda narkotik vasitə və psixatrop maddələr əldə etmişdir. Məhz təsvir olunan vəziyyətdə qanunsuz olaraq satış məqsədi ilə heroin və metamfetamini. Qeyd olunan naməlum şəxsin isə narkotik vasitə və psixatrop maddə ilə bağlı etdiyi sonrakı hərəkətlərə hər hansı aidiyyəti, yaxud sonrakı hərəkətlər barədə onların arasında bu və ya digər razılaşmanın olması ilə bağlı hər hansı mötəbər sübut mövcud deyildir. Beləliklə, Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olmaqla narkotik vasitə əldə etməmiş, narkotik vasitəni birlikdə daşımamış, satmamış, narkotik vasitənin satışından əldə olunan gəliri kiminləsə bölməmiş və bununla bağlı hər hansı şəxsə vəd verməmişdir. Bu mənzərənin elə ibtidai araşdırma zamanı qəbul edilmiş qərarların bilavasitə özündə də əks olunmasına baxmayaraq, cinayət işinin materiallarında heç bir əsas mövcud olmadığı halda əməl yekunda həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, toplanmış ilkin sübutlar əsasında Təqsirləndirilən şəxs barəsində cinayət işi müstəntiq tərəfindən ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. İbtidai istintaqın yekunlaşma mərhələsində 24 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1-ci və 234.4.3-cü maddələrinə tövsif edilməli olunması qənaətinə gəlinmiş, qərarda bu qənaətin əsaslandırılmasına cəhd edilmişdir. İbtidai istintaq orqanı 24 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarında Təqsirləndirilən şəxs əməli həm də qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi tövsifedici əlaməti ilə törətməsinə dair öz mövqeyini əsaslandırarkən qeyri-müəyyən, cinayət işinin materiallarına əsaslanmayan, hansı hüquqi və məntiqi əsaslara söykəndiyi məlum olmayan dəlillər irəli sürmüşdür. Belə ki, müstəntiq həmin qərarında hər hansı sübuta əsaslanmayan mülahizələri ilə bərabər qeyd etmişdir ki, “... Araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən əldə etməsini bildirməsi onun külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsinə dəlalət edir...”. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü madəsindən həmin məcəllənin 234.4.1-ci və 234.4.3-cü maddələrinə tövsif edilməlidir...”. Təqsirləndirilən şəxs həm də qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmə tövsifedici əlaməti ilə ittiham irəli sürülməsinin əsaslandırılmasına cəhd edilmiş 24 sentyabr 2022-ci il tarixli qərarda hazırkı cinayət işindən başqa cinayət işinin ayrılması ilə bağlı hissə əsaslandırılarkən “heroinin əldə edilmə mənbəyinə görə və qabaqcadan əlbir olmuş cinayətkar qrupun iştirakçısı, şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsə görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və və 234.4.3-cü maddələri ilə” ayrılmalı olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin “qabaqcadan əlbir olmuş cinayətkar qrupun iştirakçısı, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin” olması ilə bağlı mövqeyin hansı əsasla ortaya çıxması isə tam anlaşılmazdır (cild 1, iş vərəqə 170). Hazırkı cinayət işindən sadalanan əsasla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması barədə 24 sentyabr 2022-ci il tarixli qərarın əsaslandırma hissəsində isə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olması ehtimal olunan hər hansı şəxsdən ümumiyyətlə bəhs edilməmiş, cinayət işinin məhz yalnız “narkotik vasitənin əldə edilmə mənbəyinə görə” ayrılmalı olduğu vurğulanmışdır (cild 1, iş vərəqə 180). Mənbə isə hansısa qabaqcadan əlbir olma əlamətini deyil, yalnız narkotik vasitənin əldə olunduğu qaynağı - konkret halda müəyyən edilməmiş şəxsi ehtiva edir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının belə yanaşması cinayət mühakimə icraatının vəzifələri, habelə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ilə ziddiyyət təşkil etməklə bərabər, həm də hüquq düşüncəsi anlayışı ilə də uzlaşmır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən konkret iş üzrə şəxsi qənaəti ifadə edən daxili inam və hüquqi biliklərin səviyyəsinin göstəricisi olan hüquq düşüncəsi yalnız sübutların tədqiqinə, sübutların qiymətləndirilməsi isə qanun və vicdan rəhbər tutulmaqla sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmalıdır. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini təsdiq edən heç bir sübutun mövcud olmadığı bir vəziyyətdə ehtimallar əsasında nəticəyə gəlinərək şəxsə həmin ittihamın irəli sürülməsi yolverilməzdir. Məhkəmə, daxili inamın və hüquq düşüncəsinin fərdi xarakterli olduğunu nəzərdə saxlamaqla, onların hər bir halda yalnız obyektiv, qərəzsiz və tam araşdırılmış sübutlara söykənməli olduğunun mübahisəsizliyini vurğulayır. Sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin qabaqcadan cinayət əlaqəsinə girmiş bir qrup şəklində deyil, məhz Təqsirləndirilən şəxs özü tərəfindən törədilmiş əməl kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab edir. Eləcə də məhkəmə təqsirləndirilən şəxs Fuad Məmədovun istintaq zamanı vermiş olduğu ifadəsini elan edərək məhkəmədə verdiyi ifadə ilə arada yaranmış ziddiyyətlə bağlı araşdırma zamanı təqsirləndirilən şəxs bildirmişdir ki, o, istintaq zamanı ifadə verərkən müstəntiq tərəfindən yazılmış, o, ifadəsini oxumadan imza etmişdir. O bildirmişdir ki, ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satmaqla bağlı bəndin - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 iyun 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Sabunçu rayon Polis İdarəsində saxlanılan ümumi təmiz çəkisi 132,38 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 53,129 olan psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 132,18 qram narkotik vasitə heroin və 53,073 qram psixotrop maddə metamfetamin, eləcə də, üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evə baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər 29 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhər 29 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat pul ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Sabunçu rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 132,18 qram narkotik vasitə heroin, 53,073 qram psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evə baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-339/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-339/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver