Məhkəmə qərarları › İş №1(101)-339/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-339/2024

26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-339/2024 26.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində nömrəsiz fərdi evdə yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və 3 iyul 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində nömrəsiz fərdi evdə yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 aprel 2024-cü il tarixdə, saat 16:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qardaşı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrilərinin satış məqsədi ilə məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə göndərdikləri qanunsuz olaraq külli miqdarda 1016,894 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 7100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib narkotik vasitə heroinin külli miqdarda olan 6,494 qram çəkidə hissəsini öz üzərində, külli miqdarda olan 5,400 qram çəkidə hissəsini isə Təqsirləndirilən şəxs1 öz üzərində, qalan külli miqdarda 1005 qram çəkidə heroini və külli miqdarda 7100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi "Daewoo Gentra" markalı, **-OL-*** qeydiyyat nişanlı minik avtomobilində birlikdə daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər lazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Eİxan oğlu 24 yanvar 2023-cü il tarixdə, saat 19:30-da Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi döngə 4-də yerləşən “Qaqo" restoranının yaxınlığında **-OL-*** dövlət qeydiyyat nişanlı "Daewoo Gentra" markalı minik avtomobilin yanında dayanan zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə birlikdə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,400 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli üst geyimi olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 6,494 qram olan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroin ilə kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 24 yanvar 2023-cü il tarixdə, saat 22:40-dan etibarən Təqsirləndirilən şəxs1 öz könüllü razılığı və Təqsirləndirilən şəxs2 ilə birlikdə iştirakı ilə Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi "Daewoo Gentra’' markalı, **-OL-*** qeydiyyat nişanlı minik avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətində baxış keçirilən zaman həmin avtomobilin arxa sol oturacağının üzərində olan bir ədəd qara rəngli sellofan torbanın içərisindən külli miqdarda 1005 qram çəkidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin və həmin avtomobilin arxa yük yerində olan 1 (bir) ədəd narıncı rəngli kisənin içərisində olan 4 (dörd) ədəd qara rəngli bağlamadan külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 2005 qram, 2010 qram, 2010 qram və 1075 qram olmaqla ümumi təmiz çəkisi 7100 qram olan tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

2. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qardaşı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrilərinin satış məqsədi ilə məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə göndərdikləri qanunsuz olaraq külli miqdarda 1016,894 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 7100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib narkotik vasitə heroinin külli miqdarda 5,400 qram çəkidə olan hissəsini üzərində, külli miqdarda 6,494 qram çəkidə hissəsini isə Təqsirləndirilən şəxs2 öz üzərində, qalan külli miqdarda 1005 qram çəkidə heroini və külli miqdarda 7100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı etibarnamə əsasında idarə etdiyi “Daewoo” markalı, **-OL-*** qeydiyyat nişanlı avtomobilində birlikdə daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 24 yanvar 2023-cü il tarixdə, saat 19:30-da Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi döngə 4-də yerləşən “Qaqo” restoranının yaxınlığında **- OL-*** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobilin yanında dayanan zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə birlikdə gətirilmiş və orada həmin günü, saat 21:35-dan etibarən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,400 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli üst geyimi olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 6,494 qram olan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroin ilə kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 24 yanvar 2023-cü il tarixdə, saat 22:40-dan etibarən Təqsirləndirilən şəxs1 öz könüllü razılığı və Təqsirləndirilən şəxs2 ilə birlikdə iştirakları ilə Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi “Daewoo” markalı, **-OL-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətində baxış keçirilən zaman həmin avtomobilin arxa sol oturacağının üzərində olan bir ədəd qara rəngli sellofan torbanın içərisindən külli miqdarda 1005 qram çəkidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən ıarkotik vasitə heroin və həmin avtomobilin arxa yük yerində olan 1 (bir) ədəd narıncı rəngli kisənin içərisində olan 4 (dörd) ədəd qara rəngli bağlamadan külli miqdarda ayrıayrılıqda əmiz çəkiləri 2005 qram, 2010 qram, 2010 qram və 1075 qram olmaqla ümumi təmiz çəkisi 7100 qram olan tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

3. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, “Behzat” adlı İran vətəndaşından öz şəxsi istifadəsi üçün 10 qram heroin almaq məqsədilə sonuncunun bank kartına pul göndərmişdir. Belə ki, hadisə baş verən gün narkotik vasitəni götürməyə getmiş, evdən çıxarkən qardaşı Kənan da onunla birlikdə gəlmiş, lakin qardaşı Kənanın onun narkotik vasitə götürəcəyindən xəbəri olmamış, sonuncuya Zabrat qəsəbəsində olan avtomobil təkərini götürüb qayıdacaqlarını bildirmişdir. İran vətəndaşının dediyi ünvana çatarkən polis əməkdaşları tərəfindən saxlanıldıqları üçün narkotik vasitəni götürə bilməmişdir.

4. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərdi ki, o, saxlanılmamışdan əvvəl təxminən 2-3 il ərzində narkotik vasitədən istifadə etmiş, qardaşı Kənan isə narkotik vasitələrdən istifadə etməmişdir. O, “Behzat” adlı iranlı şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə 5-6 ay əvvəl tanış olmuş, əvvəllər ondan narkotik vasitə almamışdır. “Behzat” adlı şəxsdən 220 manat müqabilində 10 qram narkotik vasitə olan heroin almaqla bağlı danışıq aparmış, 24 yanvar 2023-cü il tarixdə, təxminən axşam saat 22:00-23:00 radələrində Zabrat qəsəbəsindən götürməsi barədə həmin şəxslə razılaşmışlar. Polis əməkdaşları həm ona, həm də qardaşı Kənana qarşı fiziki təzyiq etmiş, lakin təzyiqlərə məruz qalmaları barədə hər hansı hüquq mühafizə orqanına, məhkəməyə və ya sair şəxsə şikayət etməmişdir. Bakı İstintaq Təcridxanasına daxil olduqdan sonra üzərinə baxış keçirilən zaman hər hansı xəsarət aşkar olunmamışdır. Narkotik vasitə almağa gedərkən yanında qardaşı Kənandan əlavə Sofiya adlı qız tanışı da olmuşdur. İttiham aktında qeyd olunmuş narkotik vasitə onlara məxsus deyildir.

5. Təqsirləndirilən şəxs1 davam edən məhkəmə iclaslarında ifadəsinə əlavə edərək göstərdi ki, saxlanılarkən üzərində saxlanıldığı yerdən əldə etdiyi 10 qram narkotik vasitə heroin olmuş, polis əməkdaşları həmin narkotik vasitəni iki hissəyə bölüb bir hissəsini onun, digər hissəsini isə qardaşı Kənanın üzərinə qoyub çəkiliş aparmışlar. Kənanı evdən götürərkən Sofiya adlı qız avtomobildə olmuşdur. İbtidai araşdırma zamanı təzyiqlərə məruz qaldıqları üçün etiraf ifadələri vermişlər. O, təzyiqlərə məruz qalmaları barədə müstəntiqə məlumat vermiş, bu zaman sonuncu heç kimin onlara inanmayacağını, habelə məhkəmə tərəfindən barəsində qətimkan tədbiri məsələsi həll edildikdən sonra polislər tərəfindən yenidən döyüləcəyini dediyindən nə barəsində qətimkan tədbiri seçilərkən işə baxan hakimə, nə də digər şəxslərə bu barədə məlumat verməmişdir. Barəsində istintaq edilən cinayət işi məhkəməyə göndərildikdən sonra təzyiqlərə məruz qalması barədə müdafiəçisinə məlumat vermişdir. Onun idarə etdiyi avtomobilin şüşələrinin qırıq vəziyyətdə olması barədə atası Şahid6 Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək məlumat vermişdir.

6. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etməklə məhkəməyədək icraat zamanı müdafiəçisi olmuş – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə verdiyi 25 yanvar 2023 və 26 yanvar 2023-cü il tarixli izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin izahat və ifadələrdə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən bir neçə aydır narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Son zamanlar maddi vəziyyəti yaxşı olmadığı üçün asan yolla pul qazanmağın yollarını axtarmışdır. Təxminən altı ay əvvəl “İnstagram” sosial şəbəkəsində olarkən “Behzat” adlı bir profildən ona mesaj gəlmişdir. Həmin mesajı yazan şəxs adının “Behzat” olduğunu və İran İslam Respublikasının vətəndaşı olduğunu və İranda yaşadığını bildirmişdir. Onunla söhbət edən zaman “Behzat” adlı şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, istədiyi zaman ona narkotik vasitə göndərə biləcəyini, həmin narkotik vasitələri onun dediyi ünvandan götürüb dediyi ünvana çatdırdıqdan sonra qazanc əldə edə biləcəyini bildirmişdir. O, “Behzata” bu barədə fikirləşəcəyini bildirmişdir. Daha sonra “Behzat” adlı şəxsin mobil telefon nömrəsini götürüb onunla vatsap sosial şəbəkəsində danışmağa başlamışdır. Tutulmamışdan bir neçə gün əvvəl “Behzat” adlı şəxslə danışan zaman sonuncu ona Sabunçu rayonu ərazisinə narkotik vasitə qoyduracağını, həmin narkotik vasitəni gedib götürüb özündə saxlamağını və deyəcəyi təqdirdə həmin narkotik vasitələri onun dediyi ünvanlara qoymağını, bunun müqabilində isə ona pul verəcəyini bildirmişdir. Lakin nə qədər pul verəcəyi ilə bağlı konkret olaraq razılıq olmamışdır. Bu barədə qardaşı Təqsirləndirilən şəxs2 bildirmişdir. Təqsirləndirilən şəxs2 əvvəlcə razılaşmasa da, sonradan onunla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub qazanc əldə edə biləcəyini bildirmişdir. Razılığına əsasən əldə olunan qazancın bir hissəsini qardaşı Kənana verəcəkdir. Bundan sonra 24 yanvar 2023-cü il tarixdə “Daewoo” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilinə minmişdir. Tanışı Şahid4 onlarla birlikdə yol yoldaşı olması üçün götürmüşdür. Lakin Sofiyanın narkotik vasitə əldə edəcəklərindən heç bir məlumatı olmamışdır. Daha sonra birlikdə gedib “Behzatın” dediyi ünvandan narkotik vasitəni götürmüşdür. Həmin narkotik vasitə heroinin üzərindən istifadə etməsi üçün bir büküm götürüb qardaşı Kənana vermişdir. Bir büküm narkotik vasitə heroini isə iranlı dedidyi halda onun dediyi ünvana qoymaq üçün üzərində götürmüşdür. Qalan narkotik vasitələri isə avtomobilin arxa yük yerinə və arxa oturacaq hissəsinə qoymuşdur. Ancaq yenə də Sofiyaya narkotik vasitə götürdüyünü bildirməmişdir. Daha sonra isə avtomobillə hərəkət etməyə başlamışdır. 24 yanvar 2023-cü il tarixdə, təxminən axşam saat 19:30 radələrində qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Şahid4 ilə onun idarə etdiyi **-OL-*** dövlət qeydiyyat nişanlı, “Daewoo” markalı avtomobilin yanında Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi, döngə 4-də yerləşən “Qaqo” restoranının yaxınlığında dayanan zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun və qardaşının külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu və qardaşını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə (bundan sonra mətndə - BNMİ) dəvət etmişlər. İdarə etdiyi avtomobillə birlikdə o və qardaşı BNMİ-yə gətirilmişdir. Şahid4 isə BNMİ-yə dəvət edilmişdir. Orada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 5 manat pulu, sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonunu, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümü, bir ədəd avtomobil açarını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi 5 manat pul, avtomobilinin açarı özünə qaytarılsa da, mobil telefonu təhqiqatçı tərəfindən götürülmüşdür. Təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman onun içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş, bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra qardaşı Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli üst geyimi olan qış gödəkçəsinin sol iç cibindən 6 manat pulu və sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 6 manat pul onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman bükümün içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş, bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni Sabunçu rayonu ərazisindən qardaşı Kənan ilə birlikdə əldə etdiyini, ona deyilən yerlərə qoyaraq pul əldə etmək məqsədilə üzərində saxladığını, təxminən 6 ay bundan öncə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Behzat” adlı şəxsin vasitəsilə əldə etdiyini, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini idarə etdiyi **-OL-*** dövlət qeydiyyat nişanlı qara rəngli “Daewoo” markalı avtomobildə saxladığını, həmin avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmamasını, özünün 6 aya yaxındır narkotik vasitə istifadəçisi olmasını, qardaşı Təqsirləndirilən şəxs2 da istifadə etməsi üçün narkotik maddə verməsini, saxlanılan zaman onların yanında olan Şahid4 bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı qardaşı Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, həmin maddəni onun ilə birlikdə gəldiyinə görə əldə etdiyini, özünün 6 aya yaxındır narkotik vasitə istifadəçisi olmasını, onun avtomobilində narkotik tərkibli maddələr saxlaması barədə məlumatının olmasını, saxlanılan zaman, onların yanında olan Şahid4 bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra idarə etdiyi avtomobilə baxış keçirmək üçün BNMİ-nin həyətinə düşmüşdür. Baxışda qardaşı Kənan, vəkilləri, Sofiya və polis əməkdaşları ilə birlikdə iştirak etmişdir. Avtomobilə baxış keçirilmədən öncə ona avtomobildə saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra həmin avtomobilin arxa sol qapısını açaraq oturacağın üzərindən bir ədəd qara rəngli sellofan bağlamanı, arxa yük hissəsindən isə bir ədəd narıncı rəngli kisəni təqdim etmişdir. Təqdim etdiyi sellofan bağlamaya baxış keçirilən zaman içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra təqdim etdiyi narıncı rəngli kisəyə baxış keçirilən zaman isə içərisindən 4 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış, üzəri möhürlənmiş və götürülmüşdür. Şifahi sorğu zamanı avtomobildən aşkar edilmiş maddələrin narkotik maddə heroin və qurudulmuş marixuana olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı “Behzat” adlı şəxsin vasitəsilə əldə etdiyini, əldə etməkdə məqsədinin ona deyilən yerlərə qoymaqla pul əldə etmək niyyətinin olduğunu, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, qardaşının və özünün üzərindən aşkar edilmiş kütləni də həmin maddədən götürdüyünü, Şahid4 isə bu barədə heç bir məlumatının olmadığı bildirmişdir. Bundan sonra razılığı əsasında avtomobilin digər hissələrinə baxış keçirilmişdir. Baxış zamanı başqa qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) i.v. 70-71; 98-102; 150- 154).

7. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə baş verən gün qardaşı Kamrandan onu Masazır qəsəbəsinə aparmasını xahiş etmiş, onlar yolda olarkən Kamran Zabrat qəsəbəsindən avtomobil üçün təkər almalı olduğunu söyləyərək Zabrat qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. Zabrat qəsəbəsində avtomobildə əyləşib qardaşı Kamranı gözləyərkən sonuncu polis əməkdaşları ilə birlikdə onun yanına gəldikdən sonra polis idarəsinə aparılmışlar. Saxlanılarkən heç nədən məlumatı olmamış, həmin vaxt üzərində mobil telefon olmamışdır. Onlar polis idarəsində döyülmüş, xəsarətləri olmuş, Bakı İstintaq Təcridxanasına daxil olarkən müayinə olunmuş, xəsarətləri qeydə alınmışdır. Ona verilmiş ittihamda qeyd olunmuş narkotik vasitələr ona məxsus deyildir. Narkotik vasitələr polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuş, həmin narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsi üçün təzyiqlərə məruz qalmışdır.

8. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsinə davam edərək göstərdi ki, o, narkotik vasitənin marixuana növündən az miqdarda istifadə etmiş, habelə qardaşı Kamranın narkotik vasitələrdən istifadə etməsindən xəbəri olmuşdur. Avtomobildə o və qardaşı Kamrandan başqa Sofiya adlı qız da olmuş, lakin sonuncu polis əməkdaşları tərəfindən sərbəst buraxılmışdır. Narkotik vasitəyə ehtiyacı yarandıqda Xırdalan şəhərində narkotik vasitə tapa bilmişdir. Onun qardaşı Kamranın narkotik vasitə almağa getməsi barədə məlumatı olmamışdır.

9. Təqsirləndirilən şəxs2 davam edən məhkəmə iclaslarında ifadəsinə əlavə edərək göstərdi ki, onlar polis əməkdaşları tərəfindən saxlanılarkən qardaşının idarə etdiyi avtomobilin şüşələri sonuncular tərəfindən sındırılmış, avtomobil həmin vəziyyətdə Baş İdarəyə aparılmışdır. O, avtomobilə əyləşəndə Sofiya adlı qız Kamranın avtomobilində əyləşmişdi. Sofiya ilə Kamranın hara və nə məqsədlə getməsi barədə məlumatı yox idi. Kamran polislər tərəfindən saxlanılana qədər maşını yolda hardasa saxlayıb baqaja yük qoymamışdır. O, polislər tərəfindən döyüldükdən sonra sonuncular həm onun üzərinə, həm də maşının baqajına narkotik vasitə qoyub çəkiliş etmişlər. Polis əməkdaşları ona fiziki təzyiq göstərməklə kürək və sol qolu nahiyəsinə zərbələr endirmişlər.

10. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etməklə məhkəməyədək icraat zamanı müdafiəçisi olmuş – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə verdiyi 25 yanvar 2023 və 26 yanvar 2023-cü il tarixli izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin izahat və ifadələrdə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı dindirilmiş qardaşı Təqsirləndirilən şəxs1la əsasən eyni məzmunlu ifadələr verərək əlavə olaraq göstərmişdir ki, təxminən bir neçə aydır narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Həmçinin qardaşı Təqsirləndirilən şəxs1 da narkotik vasitə istifadəçisidir. 24 yanvar 2023-cü il tarixdə Kamran ilə söhbət edən zamanı sonuncu ona iranlı Behzat adlı şəxsin narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni götürüb onun dediyi ünvana apararsa əvəzində qazanc əldə edəcəyini bildirmişdir. Bu işin təhlükəli olduğunu Kamrana bildirib bu işlə məşğul olmağa əvvəlcədən razılıq verməmişdir. Lakin Kamran bu işlə məşğul olacağını israr etdiyinə görə onunla gedəcəyini bildirmişdir. Kamran isə buna görə iranlıdan əldə etdiyi pulun bir hissəsini ona verəcəyini bildirmişdir. Onunla razılaşmışdır. Daha sonra birlikdə Kamranın idarə etdiyi “Daewoo” markalı, **-OL- *** dövlət qeydiyyat nişanlı avtomobilə minmişdir. Kamran söhbət edən zaman tanışı Şahid4 da özü ilə götürəcəyini, sonuncunun narkotik vasitənin qanunsuz dövriyyəsindən məlumatı olmaması üçün onunla bu barədə danışmamasını bildirmişdir. Onunla razılaşmış, daha sonra gedib Sofiyanı da götürüb maşına mindirmişdir. Birlikdə Sabunçu rayonunda körpünün yanındakı aptekin yanında narkotik vasitəni qardaşı Kamran ilə birlikdə götürmüşdür. Marixuananı maşının arxasına, heroini isə maşının arxa sərnişinin oturacağının üzərinə qoymuşdur. Narkotik vasitəni götürəndə Kamran həmin narkotik vasitə heroinin üzərindən istifadə etməsi üçün bir büküm götürərək ona vermişdir. Digər bir bükümü də götürüb öz cibinə qoymuşdur. Bundan sonra maşına minib oradan uzaqlaşmışdır (Cild 1, i.v. 73-74; 111-115; 136-139).

11. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

12. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

13. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin İnternet informasiya ehtiyatlarında əks tədbirlər şöbəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 24 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmələri, saxlamaları, daşımaları və satmaları ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, döngə 4-də yerləşən “Qaqo” restoranının yaxınlığında olduqlarını öyrəndikləri üçün 24 yanvar 2023-cü il tarixdə, saat 19:30-da həmin ünvana getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oxşar şəxslərin həmin ünvanın yaxınlığında **-OL-*** qeydiyyat nişanlı qara rəngli, “Daewo” markalı avtomobilin yanında olduqlarını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onlardan anket məlumatlarını bildirmələrini təklif etmişlər. Həmin şəxslər özünü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Həmin vaxt Kənan və Təqsirləndirilən şəxs1ların yanında bir nəfər qadın cinsinə mənsub şəxs də olmuşdur. Həmin şəxs isə özlərini Şahid4 kimi təqdim etmişdir. Həmin şəxslərə BNMİ-yə getmək lazım olduğu izah edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, eyni zamanda Şahid4 etiraz etmədən razılaşıb birlikdə Baş idarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi təyin edilmişdir. Müdafiəçilər gəldikdən sonra isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Sofiya Zahir-Hüseyn isə şübhəli şəxs qismində tutulmamış və şübhəli olmadığından şəxsi axtarışda iştirak etməmişdir. Kənan və Təqsirləndirilən şəxs1ların üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 5 manat pulu, sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümü, bir ədəd avtomobil açarını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 5 manat pul, avtomobilin açarı özünə qaytarılsa da, ona məxsus mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman həmin bükümdən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin sellofan bükümdən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzi ilə çəkilmiş, içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli üst geyimi olan qış gödəkçəsinin sol iç cibindən 6 manat pulu və sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan qanunsuz heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 6 manat pul özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman həmin bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin sellofan bükümdə aşkar edilmiş kütlə elektron tərəzi ilə çəkilmiş, içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni Sabunçu rayonu ərazisindən qardaşı Kənan ilə birlikdə əldə etdiyini, ona deyilən yerlərə qoyaraq pul əldə etmək məqsədilə üzərində saxladığını, təxminən 6 ay bundan öncə sosial şəbəkədə tanış olduğu, nömrəsini telefonunda qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı “Behzat” adlı şəxsin vasitəsilə əldə etdiyini, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini idarə etdiyi **-OL-*** dövlət qeydiyyat nişanlı qara rəngli “Daewo” markalı avtomobilində saxladığını, həmin avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmamasını, özünün 6 aya yaxındır narkotik vasitə istifadəçisi olmasını, qardaşı Təqsirləndirilən şəxs2 da istifadə etməsi üçün narkotik maddə verməsini, saxlanılan zaman onların yanında olan Şahid4 bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, həmin maddəni qardaşı Kamran ilə birlikdə gəldiyinə görə Kamrandan əldə etdiyini, özünün 6 aya yaxındır narkotik vasitə istifadəçisi olmasını, qardaşı olan Təqsirləndirilən şəxs1 avtomobilində narkotik tərkibli maddələr saxlaması barədə məlumatının olmasını, saxlanılan zaman onların yanında olan Şahid4 bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Daewo” markalı, **-OL-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirmək üçün Kamran və Təqsirləndirilən şəxs2lar, müdafiəçiləri, Şahid4 və polis əməkdaşları ilə birlikdə BNMİ-nin həyətinə düşmüşdür. BNMİ-nin həyətində avtomobilə baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs1 avtomobildə saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, həmin avtomobilin arxa sol qapısını açaraq buradakı oturacağın üzərindən bir ədəd qara rəngli sellofan bağlamanı, arxa yük hissəsindən isə bir ədəd narıncı rəngli kisəni təqdim etmişdir. Həmin sellofan bağlamaya baxış keçirilən zaman içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra təqdim edilmiş narıncı rəngli kisəyə baxış keçirilən zaman isə içərisindən dörd ədəd qara rəngli sellofan bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş maddələrin narkotik maddə heroin və qurudulmuş marixuana olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşı “Behzat” adlı şəxsin vasitəsilə əldə etdiyini, əldə etməkdə məqsədinin ona deyilən yerlərə qoymaqla pul əldə etmək niyyətinin olmasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, qardaşının və özünün üzərindən aşkar edilmiş maddəni də həmin maddədən götürüb verdiyini, onlarla birlikdə saxlanılmış Hüseyn- X6 bu barədə heç bir məlumatının olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 razılığı əsasında avtomobilin digər hissələrinə baxış keçirilmişdir. Baxış zamanı qanunsuz başqa əşyalar aşkar edilməmişdir. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir.

14. Şahid1 verilmiş suallara cavab olaraq ifadəsinə əlavə olaraq göstərdi ki, sonradan öyrənmişdir ki, təqsirləndirilən şəxslərin mobil telefon yazışmalarında onların narkotik vasitələrin satışı ilə məşğul olmalarına dair yazışmalar aşkar edilmişdir. Təqsirləndirilən şəxslərə məxsus avtomobili idarəyə dəqiq olaraq kim tərəfindən idarə edilərək aparılmasını bilmir, həmin avtomobilin şüşələri sındırılmamış və qırıq vəziyyətdə olmamışdır.

15. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat-müvəkkili, polis polkovnik-leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, verilmiş sullara cavab olaraq əlavə olaraq göstərmişdir ki, əməliyyat qrupunda 3 nəfər olmuş, hər iki təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxslər saxlanılarkən, BNMİ-ə gətirilərkən, habelə şəxsi axtarış və baxış istintaq hərəkəti keçirilərkən üzərilərindən aşkar edilənlərə dair hər hansı etirazlarını bildirməmiş, sonunculara qarşı heç bir polis əməkdaşları tərəfindən təzyiq olmamışdır. Təqsirləndirilən şəxsləri saxladıqdan sonra onların öz avtomobilləri ilə sonuncuların əllərinə qandal vurmadan BNMİ-yə aparmışlar. Təqsirləndirilən şəxslər idarəyə ayrı-ayrı avtomobillərdə deyil, özlərinin avtomobilində aparılmış, sonuncuların üzərinə narkotik vasitə qoyulmamışdır. Narkotik vasitələrin götürülərək paylanmasında əsasən Təqsirləndirilən şəxs1 iştirak etmişdir. “Behzat” adlı şəxsin şəxsiyyəti hal-hazıradək müəyyən oluna bilinməmişdir. Bununla əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.

16. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat-müvəkkili, polis polkovnik-leytenantı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, şahidlər Şahid1 və Şahid2la oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, X9 Sadıqov təqsirləndirilən şəxslərin avtomobillərində onlarla birlikdə baş idarəyə getmiş, o isə xidməti avtomobili idarə edərək onları müşayiət etməklə idarəyə getmişdir.

17. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun övladlarıdır. O, 23 yanvar 2023-cü il tarixdə Kamranın idarə etdiyi avtomobili polislərdən təhvil almaq istəyərkən ona sabah gəlməsi bildirilmiş, səbəbini soruşduqda Vüsal adlı şəxs rəisin 500 manat pul istədiyini demişdir. Polis əməkdaşları avtomobili vermədikləri üçün Daxili İşlər Nazirliyinin “102” məlumat mərkəzinə zəng etmiş, orada polislər avtomobilinin buraxılış ilini soruşmuş, cavabında 2014-cü il buraxılışlış olduğunu bildirmişdir. Avtomobili təhvil verildikdən sonra şüşələrinin sındırıldığını bilmişdir. Belə ki, avtomobil ona təhvil verilərkən arxa stop şüşələri qırıq vəziyyətdə olmuş, şüşə qırıntılarını oturacaqların üzərindən təmizləmişdir. Avtomobili evakuatorla oradan götürərək aparmışdır. O, oğlu Kamranın narkotik vasitə istifadə etdiyini bilmiş, sonuncu taksi sürücüsü kimi fəaliyyət göstərmişdir.

18. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında dindirilməsi üçün görülmüş bütün tədbirlərə baxmayaraq, onun olduğu yerin müəyyən edilərək məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış və Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi cinayət prosesi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Şahid4 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanışıdır, onunla sevgili və yaxın münasibətdə olmaqla, heç bir düşmənçilik və ya ədavəti olmamışdır. 24 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 onunla söhbət edən zaman ona birlikdə Sabunçuya gedib gəlməyi bildirmişdir. Ondan hara gedəcəklərini soruşanda Kamran ona “Bir veş var onu götürüb gələcəkdir.” demişdir. Lakin Kamran nəyi götürəcəyini deməmişdir. Bundan sonra Kamran gəlib onu idarə etdiyi “Daewoo” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə götürmüşdür. Həmin vaxt maşında Kamrandan başqa qardaşı Kənan da olmuşdur. Onlarla birlikdə Sabunçu rayonuna getmişdir. Oraları dəqiq tanımadığı üçün konkret olaraq hara getdiyini bilməmişdir. Sabunçu rayonuna çatdıqdan sonra bir yerdə dayanmışdır. Kamran maşından düşərək nəyisə maşının arxasına qoymuş, daha sonra isə bir ədəd sellofan torbanı da onun yanına, yəni maşının arxa sol oturacağının üzərinə qoymuşdur. Lakin içərisində nə olduğunu bilməmişdir. Daha sonra isə oradan uzaqlaşmışdır. 24 yanvar 2023-cü il tarixdə, axşam saat təxminən 19:30 radələrində Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 ilə onun idarə etdiyi **-OL-*** dövlət qeydiyyat nişanlı, “Daewo” markalı avtomobilin yanında Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi, döngə 4-də yerləşən “Qaqo” restoranının yaxınlığında dayanan zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim edərək Kənan və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını bildirmişlər. Daha sonra Kamran və Təqsirləndirilən şəxs2, həmçinin Kamranın avtomobili BNMİ-yə aparılmışdır. Onu da BNMİ-yə dəvət etmişlər. Etiraz etmədən polisi əməkdaşları ilə razılaşıb baş idarəyə gəlmişdir. Baş idarədə Kamran və Kənanın üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin onlar da iştirak etməmişdir. Daha sonra isə baş idarənin həyətində Kamran, Kənan, onların vəkilləri və polis əməkdaşlarının iştirakı ilə birlikdə avtomobilə baxış keçirilməyə başlanmışdır. Avtomobilə baxış keçirilmədən öncə Kamrana avtomobildə saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Kamran həmin avtomobilin arxa sol qapısını açaraq oturacağın üzərindən bir ədəd qara rəngli sellofan bağlamanı, arxa yük hissəsindən isə bir ədəd narıncı rəngli kisəni təqdim etmişdir. Təqdim etdiyi sellofan bağlamaya baxış keçirilən zaman içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Bundan sonra təqdim etdiyi narıncı rəngli kisəyə baxış keçirilən zaman isə içərisindən 4 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Kütlələrin hansı maddəyə bənzəməsini polis əməkdaşı bildirmişdir. Həmin kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış, üzəri möhürlənmiş və götürülmüşdür. Şifahi sorğu zamanı Kamran avtomobildən aşkar edilmiş maddələrin narkotik maddə heroin və qurudulmuş marixuana olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı “Behzat" adlı şəxsin vasitəsilə əldə etdiyini, əldə etməkdə məqsədinin ona deyilən yerlərə qoymaqla pul əldə etmək niyyətinin olduğunu, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, Kənanın və özünün üzərindən aşkar edilmiş maddəni də həmin maddədən götürdüyünü, onun isə bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra Kamranın razılığı əsasında avtomobilin digər hissələrinə baxış keçirilmişdir. Baxış zamanı başqa qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır (Cild 1, i.v. 117-119).

19. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, habelə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

20. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması faktına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin (bundan sonra mətndə - BMCMİ İTİ) müstəntiqi, polis kapitanı X4 tərəfindən 25 yanvar 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1-2;).

21. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 5-12).

22. Bakı Şəhəri, Sabunçu Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 5(008)- 55/2023 saylı qərarından görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin baş idarənin rəisi, polis generalmayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 24 yanvar 2023-cü il tarixli “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir (Cild 2, i.v. 20).

23. “Şübhəli şəxsin tutulması haqqında” 24 yanvar 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X2 tərəfindən həmin tarixdə, saat 20:45-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Protokola əsasən Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 yanvar 2023-cü il tarixdə, saat 19:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 21-22).

24. “Şübhəli şəxsin tutulması haqqında” 24 yanvar 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X2 tərəfindən həmin tarixdə, saat 21:10-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Protokola əsasən Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 yanvar 2023-cü il tarixdə, saat 19:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 38-39).

25. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş müvafiq qərarlar əsasında həmin gün, saat 21:35-dən 21:53-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X2 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 iştirakı ilə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins alvarının sol yan cibindən 5 manat pulunu sağ yan cibihdən 1 ədəd içərisində 051-26- 16-23 GSM nömrəsinin olduğunu qeyd etdiyi “Samsung” markalı mobil telefonu, içində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd sellofan bükümü, 1 (bir) ədəd avtomobil açarını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 5 manat pulu, avtomobilinin açarı özünə qaytarılsa da, ona izah edilməklə sonuncuya məxsus mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, qablaşdırılma ilə birlikdə çəkisinin 5 (beş) qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 (bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı" möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli üst geyimi olan qış gödəkçəsinin sol iç cibindən 6 (altı) manat nağd pulunu və sağ yan cibindən 1(bir) ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 6 manat pulu özünə qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilərək qablaşdırılma ilə birlikdə çəkisinin 7 (yeddi) qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 (bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni Sabunçu rayonu ərazisindən qardaşı Kənan ilə birlikdə əldə etdiyini, ona deyilən yerlərə qoyaraq pul əldə etmək məqsədilə üzərində saxladığını, təxminən 6 (altı) ay bundan öncə sosial şəbəkədə tanış olduğu, nömrəsini telefonunda qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı “Behzat” adlı şəxsin vasitəsilə əldə etdiyini, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini idarə etdiyi **-OL-*** dövlət qeydiyyat nişanlı qara rəngli “Daewo” markalı avtomobilində saxladığını, həmin avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmamasını, bu əməli ilə pul əldə etməli olduğunu, özünün 6 aya yaxındır narkotik vasitə istifadəçisi olmasını, qardaşı Təqsirləndirilən şəxs2 da istifadə etməsi üçün narkotik maddə verməsini, saxlanılan zaman onların yanında olan Şahid4 bu barədə heç bir məlumatının olmadığını, saxlanılarkən və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, həmin maddəni qardaşı Kamran ilə birlikdə gəldiyinə görə ondan əldə etdiyini, özünün 6 aya yaxındır narkotik vasitə istifadəçisi olmasını, qardaşı olan Təqsirləndirilən şəxs1 avtomobilində narkotik tərkibli maddələr saxlaması barədə məlumatının olmasını, saxlanılan zaman onların yanında olan Şahid4 bu barədə heç bir məlumatının olmadığını, saxlanılarkən baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-də yerləşən xidməti iş otaqlarından birində keçirilmişdir. İstintaq hərəkəti zamanı BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 22:00-dan saat 22:35-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, sonuncular tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1 i.v. 47-53).

26. “Baxış keçirilməsi və götürmə haqqında” 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş müvafiq qərar və sonuncuların razılıq ərizəsi əsasında 24 yanvar 2023-cü il tarixdə, saat 22:40-dan 22:57-dək müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X2 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkilləri, polis polkovnik-leytenantları Şahid1 və Şahid3, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs1 məxsus **-OL-*** dövlət qeydiyyat nişanlı “Daewo” markalı avtomobilə baxış keçirilmişdir. Protokoldan görünür ki, avtomobilə baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs1 avtomobildə saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, həmin avtomobilin arxa sol qapısını açaraq buradakı oturacağın üzərindən 1 (bir) ədəd qara rəngli sellofan bağlamanı, arxa yük hissəsindən isə 1 (bir) ədəd narıncı rəngli kisəni təklif etmişdir. Təhqiqatçı tərəfindən həmin sellofan bağlamaya baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra təqdim edilmiş narıncı rəngli kisəyə baxış keçirilən zaman içərisində 4 (dörd) ədəd qara rəngli sellofan bağlamada tünd-yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan sellofan bağlamadakı kütlənin qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 1 kq 94 qram, kisədəki qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırılma ilə birlikdə çəkisinin 7 kq 545 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələr qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş maddələrin narkotik maddə heroin və qurudulmuş marixuana olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşı “Behzat” adlı şəxsin vasitəsilə əldə etdyini, əldə etməkdə məqsədinin ona deyilən yerlərə qoymaqla pul əldə etmək niyyətinin olmasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, qardaşının və özünün üzərindən aşkar edilmiş maddəni də həmin maddədən götürüb verdiyini, onlarla birlikdə saxlanılmış Şahid4 bu barədə heç bir məlumatının olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 razılığı əsasında avtomobilin digər hissələrinə baxış keçirilmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış və götürmə süni işıqlanma şəraitində BNMİ-nin həyətində keçirilmişdir. İstintaq hərəkəti zamanı BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 23:00-dan saat 23:20-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, sonuncular tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1 i.v. 54-60).

27. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış keçirilməsi və götürmə haqqında” 24 yanvar 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 17 dəqiqə 31 saniyə və 16 dəqiqə 44 saniyə olan həmin videoçəkilişin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə maşına baxış və götürmə istintaq hərəkətləri zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə üzərilərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə maşında keçirilmiş baxış və götürmə istintaq hərəkətləri zamanı xarici görkəmlərinin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, xüsusilə maşına baxış zamanı fəal olmaları, onların hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmiş, eləcə də, müdafiəçilərin istintaq hərəkətləri zamanı fəal olmaqla hüquqlarını müdafiə etdikləri şəxslərin fiziki və ya psixi təsirə, o cümlədən pis rəftara məruz qalıb-qalmamalarını, eləcə də onlardan aşkar edilmiş predmetlərin onlara məxsus olub-olmamasının aydınlaşdırılması üçün suallar vermələri müəyyən edilmişdir (Cild 1, i.v. 53;60)

28. “Məhkəmə fiziki-kimyəvi” ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 6/452 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə və bir ədəd qara rəngli bağlamada olan: - üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 6,494 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,400 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli bağlamada bir ədəd bağlamada təmiz çəkisi 1005,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş üç ədəd büküm və bağlamada olan heroinlər kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 6,494 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 6,444 qram. Heroinin təmiz çəkisi – 1010,4 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq –1010,3 qram. Aparılmış tədqiqatın dəyərinin 65 (altmış beş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 75-80).

29. “Məhkəmə-bioloji” ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 7/96 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən 1 (bir) ədəd kisədə aşkar edilmiş kütlə” yazılar və imzalar olan narıncı rəngli çəkiləri – 2005,0 qram; 2010,0 qram; 1075,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş 4 ədəd bağlamalarda olan marixuanaların ümumi çəkisi 7100,0 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Ümumi çəkisi 7100,0 qram, tədqiqata istifadə olundu cəmi – 0,4 qram (hər obyektən 0,1 qram), qalıq – 7099,6 qram. Aparılmış tədqiqatın dəyərinin 72 (yetmiş iki) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 81-84).

30. 25 yanvar 2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında hər ikisinin müdafiəçilərinin iştirakı ilə keçirilən üzləşdirmə zamanı hər ikisi məhkəməyədək icraat zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 24 yanvar 2023-cü il tarixdə Kamran ilə söhbət edərkən sonuncu ona iranlı Behzat adlı şəxsin ona narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni götürüb onun dediyi ünvana apararsa əvəzində qazanc əldə edəcəyini bildirmişdir. O, qardaşı Təqsirləndirilən şəxs1 həmin işin təhlükəli olduğunu bildirməklə bu işlə məşğul olmağa əvvəlcə razılığını verməmişdir. Lakin qardaşı israr etdiyinə, habelə iranlıdan əldə edəcəyi pulun bir hissəsini ona verəcəyinə görə onunla getməyə razılıq vemişdir (Cild 1, i.v.120-125).

31. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 126-128).

32. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (Cild 1, i.v. 140-142).

33. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 4(005)- 120/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v.183-188).

34. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 4(005)- 121/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında çıxış edərək barəsində verilmiş təqdimatın təmin edilməməsini xahiş edərək bildirmişdir ki, o, bir neçə aydır narkotik vasitədən istifadə edir. Həmçinin qardaşı Kənan da narkotik vasitədən istifadə edir. Qardaşı 24 yanvar 2023-cü il tarixdə söhbət zamanı Behzat adlı şəxsə narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni götürüb dediyi yerə aparsalar qazanc əldə edəcəklərini söyləmiş, o da qardaşı ilə razılaşmışdır. Narkotik vasitəni götürən zaman narkotik vasitədən bir bükümü şəxsi istifadəsi üçün qardaşı ona vermişdir. Əməlindən peşmandır (Cild 1, i.v.189-194).

35. “Maddi sübut kimi tanınma haqqında” 27 yanvar 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 6,444 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 1010,3 qram çəkidə narkotik vasitə heroin və 7099,6 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün BMCMİ-yə təhvil verilmişdir (Cild 1, i.v.201-203; 205).

36. “Baxış keçirilməsi haqqında” 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq M.R.Gülməmmədli tərəfindən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar "xxxx" MMC-dən məhkəmə qərarı ilə əldə edilərək 3038 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** mobil telefon nömrəsi vardır. 24 iyun 2022-ci il tarixdə, saat 21:59:50-də ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “qaqa zaklatkiya gede bilerik", 1 oktyabr 2022-ci il tarixdə, saat 17:28:53-də ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “qardawidi senen yaziwan kamrandi abi sebr ol qurban sene valla tapilmir tema biz ele adam deilik qardaw heqiqeten yoxsu hec harda yoxdu sebr ol bizde”, 4 oktyabr 2022-ci il tarixdə, saat 14:18:08-də ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Ata gel elimler metrosunun qabagina zaryatka 1faizdi tez gel qurban olum tema mendedi itler doludu paketlemesinler meni", xx/xx/2022-ci il tarixdə, saat 02:59:29-da ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “dewiye girim bilmirdim siz terefede gele bilmirdim uzrli say men sene borcluyam birdeki size 0 2 tema tapwirdim uwaq verdi axi agrida qoymaram axi”, 15 oktyabr 2022-ci il tarixdə, saat 20:00:15-də ***-***-**-** mobil telefon nömrəsindən ***-***- **-** mobil telefon nömrəsinə “Allaha and olsun olurem lomkadan telefonu ac bu .....(söyüş var) gelib qapiya qirgindayam acan kimi yig meni”, 18 oktyabr 2022-ci il tarixdə, saat 19:36:43-də ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Kamran menem sebuhi teli gotur gel tez zaklatkaya gedmeliyk”, 19 oktyabr 2022-ci il tarixdə, saat 01:26:23-də ***-***-**-** mobil telefon nömrəsindən ***-***- **-** mobil telefon nömrəsinə “Qaqas xirdalanda tema var isdiyen var goturey tez xeber de mene”, 19 yanvar 2023-cü il tarixdə, saat 23:33:51-də ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “kamran salam qasigin baldadi aqil lazim deyil sene heleki deyesen ta neynirsen aqili kanalin var teman var teki allah elesin kimese ehtiyacin olmasin” tipli və sair çoxsaylı mesajlar yazılmışdır. Protokolda narkotik istifadəçiləri arasında “lomka” narkotik vasitənin və ya psixotrop maddənin istifadə edilməməsi nəticəsində yaranan ağrı, “zaklatka” narkotik vasitənin daşınması, yəni bir ünvandan başqa ünvana çatdırılması, “tema” isə narkotik vasitənin və psixotrop maddənin müxtəlif növləri kimi başa düşülməsinə dair jarqon ifadələr olması qeyd edilmişdir. Protokolda mesajları qeyd edilmiş səhifələrin surətlərinin çıxarılaraq protokola əlavə edilməsi qeyd edilmişdir (Cild 2, i.v.3-11).

37. “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq M.R.Gülməmmədli tərəfindən Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatına həmin gün saat 13:20-dən 14:10-dək xidməti iş otaqlarından birində baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir (Cild 2, i.v. 12).

38. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 10 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicədə olamamışlar (Cild 2, i.v.13).

39. “Baxış keçirilməsi haqqında” 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq M.R.Gülməmmədli tərəfindən "xxxx" MMC-dən məhkəmə qərarı ilə əldə edilmiş AZF/LGL-2295/23 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində ***- ***-**-** mobil telefon nömrəsi vardır. 20 yanvar 2022-ci il tarixdə, saat 18:07:18-də ***-***- **-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Abui agriyiram temamda yoxdu gor neynirsen”, 4 aprel 2022-ci il tarixdə, saat 14:02:58-də ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Demirsən ki belke agriyib eliyirsen”, xx-xx-2022-ci il tarixdə, saat 15:42:51-də ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “MAQA AĞRİYİRAM BAWİVA donerem 5diyim var mene nese otur” xx-xx-2022-ci il tarixdə, saat 08:16:52-də ***-***- **-** mobil nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Bele qaradwm pati var amma mende", xx-xx-2022-ci il tarixdə, saat 08:16:30-da ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Qardawm gornne djreme menem sefter qaqa beke bjraz kolan ola saat 12 ni gkzfjrem mvan deibker agavasr”, 30 mart 2022ci il tarixdə, saat 01:45:40-da ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “tema gotrmek olap yari”, 2 aprel 2022-ci il tarixdə, saat 22:33:57-də ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Adam kiwi olar senin kimi abiwnik ...(söyüş var) yox bune temada aa 15 manat vermisen mene acmirsan telfinunda gel gotur malvi". 2 aprel 2022-ci il tarixdə, saat 22:39:51-də ***-***- **-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Senol seni **** soyuqdi deye getirib qaytamadim mali mawinansan gelib goturerdinde adam kiwi olar senki kakos cekmeye nevare”, 14 may 2022-ci il tarixdə, saat 07:21:19-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Kola varindi bir tike mene ver birezden qaytaracam”, 26 dekabr 2022-ci il tarixdə, saat 13:54:19-da ***- ***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “20 m yari alinar” tipli və sair çoxsaylı göndərilmiş digər mesajlar yazılmışdır. Protokolda narkotik istifadəçiləri arasında “ağrı” narkotik vasitənin istifadə edilməməsi nəticəsində yaranan ağrı, “tema” – narkotik vasitənin hansısa növü, “kola” – narkotik vasitə tiryək, “kakos” – narkotik vasitə heroin, “patı” – psixotrop maddə metamfetamin mənalarını verməsinə dair jarqon ifadələr olması qeyd edilmişdir. Protokolda mesajları qeyd edilmiş səhifələrin surətlərinin çıxarılaraq protokola əlavə edilməsi qeyd edilmişdir (Cild 1, i.v. 21-31).

40. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 16 fevral 2023-cü il tarixli cavablarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (Cild 1, i.v. 32-35).

41. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 qeyd olunan mərkəzdə müalicədə olmamış və qeydiyyatda yoxdurlar (Cild 2, i.v. 50).

42. BNMİ-yə verilmiş əməliyyat tapşırığının 27 mart 2023-cü il tarixli 3-13-7/2- 3690/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etmələri müəyyən edilmişdir (Cild 2, i.v 51).

43. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 20 fevral 2023cü il tarixli, 978 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, deməsinə görə 3 ildir narkotik vasitə olan heroindən və arabir psixotrop maddə olan metamfetamindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (Cild 2, i.v. 52-53).

44. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 6 mart 2023-cü il tarixli, 1292 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, deməsinə görə bir neçə aydır narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. 5-6 aydır narkotik vasitə olan heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Əvvəllər psixotrop maddə metamfetamindən də istifadə etmişdir (Cild 2, i.v. 54-55).

45. “Canlı şəxsin ekspertizası”nın 3 mart 2023-cü il tarixli, 45/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində 24 yanvar 2023-cü il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 26 yanvar 2023-cü il tarixdə müayinə zamanı Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılarkən xəsarət yetirilmədiyini bildirmişdir (Cild 2, i.v. 56-59).

46. “Canlı şəxsin ekspertizası”nın 3 mart 2023-cü il tarixli, 44/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 sol bazunun qançırı, sol kürək nahiyəsinin və burun belinin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdilər, törənmə müddətləri 26 yanvar 2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən 4-5 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə yarana bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 26 yanvar 2023-cü il tarixdə müayinə zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılarkən xəsarət yetirilmədiyini bildirmişdir (Cild 2, i.v. 60-63).

47. “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” 28 mart 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 2 (iki) ədəd DVD disk maddi sübut hesab edilmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs1 yaxın qohumlarına və ya müdafiəçisinə qaytarılması qərara alınmışdır (Cild 2, i.v. 64-80).

48. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 28 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda narkotik vasitənin mənbəyinə görə, eləcə də “Behzat” adlı şəxs və qeyriləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (Cild 2, i.v. 82-83).

49. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 29 mart 2023-cü il tarixli və 5 aprel 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuş, bununla əlaqədar tərtib edilmiş sənədləri özlərini təqsirli bilməmələri əsası ilə imzalamaqdan imtina etmişlər (Cild 2, i.v. 111-113).

50. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq M.R.Gülməmmədli tərəfindən 6 may 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin tarixdə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.152-169).

51. BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətovun 25 oktyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Daewoo Gentra” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 atası Şahid6 təhvil verilmişdir (Cild 3).

52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 771/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs2 26 yanvar 2023-cü il tarixdə həmin istintaq təcridxanasına daxil olmuş və təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 13-cü bəndində Təqsirləndirilən şəxs1 bədən səthinin müayinəsi zamanı bədən səthində sol bazunun orta 3/1-də tünd bənövşəyi qançır, sol kürək nahiyəsində üzəri qərtməkli yara, burun üzərində qərtməkli yara və üst dodağın sol nahiyəsində əziyinin aşkar olunması qeyd edilmişdir (Cild 3).

53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 772/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs1 26 yanvar 2023-cü il tarixdə həmin istintaq təcridxanasına daxil olmuş və təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 13-cü bəndində Təqsirləndirilən şəxs1 dəri səthinin müayinəsi zamanı hər hansı yeni xəsarət aşkar olunmaması qeyd edilmişdir (Cild 3).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

54. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

55. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

57. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

58. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

59. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

60. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

61. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Həmin siyahının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

62. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində əldə edərək üzərilərində, o cümlədən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilində saxlayaraq daşıdıqları ümumilikdə 1016,896 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 6779 dəfə, külli miqdarından isə təxminən 508 dəfə artıq olması, habelə ümumilikdə 7100 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsi istehlak miqdarından 1420 dəfə, külli miqdarından isə təxminən 14 dəfə artıq olması, həmin narkotik vasitələrin müxtəlif növlərə aid olmaqla çoxsaylı bükümlərə bükülmüş halda aşkar edilməsi, habelə onların istifadələrində olan mobil telefon nömrələrinə daxil olmuş və çıxmış narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair çoxsaylı sms-mesaj yazışmaların müəyyən edilməsi və iş materiallarında olan digər sübutlar onların məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

63. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

64. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

66. Məhkəmə, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində yalnız 10 qram narkotik vasitə heroinin olması, polislər tərəfindən həmin heroinin bir hissəsinin bölünərək qardaşı Kənana vermələri, habelə sonuncunun onun ümumiyyətlə narkotik vasitə götürməyə getməsi barədə məlumatının olmaması, ittihamda göstərilən miqdarda narkotik vasitələrin ona məxsus olmaması, təzyiqlərə məruz qaldığından avtomobilindən aşkar edilmiş kimi sənədləşdirilmiş narkotik vasitələrin onlara məxsus olmasını boynuna götürməsi, polis əməkdaşları tərəfindən döyüləcəyindən qorxduğu üçün hər hansı orqana, o cümlədən barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məsələyə baxılarkən bu barədə məhkəməyə məlumat verməməsi, onun hüquqlarını məhkəməyədək icraat zamanı müdafiə etmiş, sonradan qohumları tərəfindən məhkəmədə də hüquqlarının müdafiəsi üçün müqavilə bağlanılmış vəkil Müdafiəçi2 yalnız iş məhkəməyə göndərildikdən sonra baş vermiş hadisələrlə əlaqədar bildirməsi ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun və qardaşı Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

67. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs2 ondan aşkar olunmuş narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, təzyiqə məruz qaldığından narkotik vasitəni boynuna götürməsi, onun ümumiyyətlə qardaşı Kamranın narkotik vasitə götürmək üçün saxlanıldıqları əraziyə getməsindən xəbərinin olmaması, qardaşı Kamranın polislər tərəfindən saxlanılana qədər hər hansı ərazidə avtomobili saxlayıb yük yerinə və ya avtomobilin salonuna hər hansı yük qoymaması, habelə avtomobilin yük yerində aşkar olunmuş narkotik vasitənin polislər tərəfindən qoyularaq videoçəkiliş aparılması ilə bağlı ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun və qardaşı Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

68. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

69. Halbuki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı da onların hüquqlarını müdafiə etmiş müdafiəçilərinin iştirakı ilə məhkəməyədək icraat zamanı dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişlər. Hökmün 25-27, 33-34, 45-46 və 52-53-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalmaları öz təsdiqini tapmamışdır. Bununla yanaşı hökmün 46-cı bəndində göstərilmiş mötəbərliliyi şübhə doğurmayan Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı verilmiş ekspert rəyində də qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlərin sonuncunun polis əməkdaşları tərəfindən saxlanılmasından azı 2-3 gün əvvələ aid olması iş materiallarında olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edilməklə, Təqsirləndirilən şəxs2 bədən səthində müəyyən edilmiş xəsarətlərin hazırkı işlə hər hansı əlaqəsinin olmaması qənaətinə gəlməyə əsas verir.

70. Bununla yanaşı, məhkəmə, müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxslərin atası olan Şahid6 Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili polis əməkdaşlarından təhvil götürərkən həmin avtomobilin arxa yan şüşələrinin qırılmış vəziyyətdə olması və avtomobilin müxtəlif yerlərində zədələrin olması ilə bağlı ifadəsində göstərdiyi hallar iş materiallarında olan hər hansı digər sübutla öz təsdiqini tapmadığından inkar edilir.

71. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

72. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

73. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.

74. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

75. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

76. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

77. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

78. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

79. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

80. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

81. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

82. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

83. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 27, Təqsirləndirilən şəxs2 28 yaşında olmaqla cavan olmalarını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamalarını və atalarının əlil olmasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

84. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

85. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

86. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

87. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

88. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

89. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

90. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 24 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərarları ilə barələrində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları 24 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 2, i.v. 183-187; 189-194; Cild 3).

91. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 24 yanvar 2023-cü il tarixdən hesablanmalıdır.

92. Məhkəmə hökmün 43-44-cü bəndlərində qeyd edilən ekspertiza rəylərini və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onlar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

93. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

94. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla BMCMİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 6,444 qram və 1010,3 qram olan narkotik vasitə heroin və tədqiqatlardan sonra qalıq çəkisi 7099,6 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntünün köçürüldüyü 2 (iki) ədəd disk və "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqları əks etdirən 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

95. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

96. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 137 (bir yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

97. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

98. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

99. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

100. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və onlar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və onlar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkiləri 6,444 qram və 1010,3 qram olan narkotik vasitə heroin, tədqiqatlardan sonra qalıq çəkisi 7099,6 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 4 (dörd) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 137 (bir yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci müştərək qaydada onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar