Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-340/2020 06.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs - xx xxxx 1965-ci ildə Şəki rayonu, Bideyiz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu, Bideyiz kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir Belə ki, o, xx xxx 2005-ci il tarixdən rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs 2016-cı ilin yay aylarından qeyri-rəsmi qabyuyan kimi işlədiyi ünvan 2 ünvanında yerləşən «X9»ni fiziki şəxs kimi işlədən Şahid1 ilə mobil telefonun «WhatsApp» proqramı vasitəsilə qarşılıqlı sevgi mövzusunda yazışdıqlarını və birbirilərinə videoçarxlar göndərdiklərini aşkar etməsi, həmçinin son 2-3 ay ərzində onunla intim əlaqədə olmaqdan imtina etməsi səbəbindən, sonuncunun Şahid1 ilə aralarında intim münasibətləri olmasından şübhələnərək, Zərərçəkmiş şəxs işlədiyi mərasim evindən aldığı əmək haqqının az olduğunu, iş şəraitinin pis olduğunu bildirib, bu adla işdən çıxmasını təklif etmiş, lakin Zərərçəkmiş şəxs bundan qətiyyətlə imtina etməsi ilə əlaqədar arvadına qarşı şübhələrinə aydınlıq gətirmək üçün xx xxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində sonuncunun işlədiyi mərasim evinə getdikdə Zərərçəkmiş şəxs orada onunla salamlaşmadığını və kənarda cərəyan yığmaq üçün elektrik şəbəkəsinə qoşulmuş mobil telefonunu gətirməsini bir yerdə işlədiyi Şahid1 xahiş etdiyini görüb bunu onların arasında intim münasibətlərin olmasına dair şübhələrinin təsdiqi kimi qiymətləndirərək, həmin gün saat 18 radələrində birlikdə işdən çıxıb yaşadıqları evə qayıdarkən və birgə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 82 A saylı evin 25-ci mənzilinə gəldikdən sonra 2019-cu ilin oktyabr ayının 07-dən 08-nə keçən gecə saat 03 radələrinədək arvadı Zərərçəkmiş şəxs ilə həmin məsələ ilə bağlı mübahisəsini davam etdirdikdən sonra arvadının onu başqa şəxslə aldatmasına dair onda əminlik yaranıb qısqanclıq zəminində arvadını qəsdən öldürmək qərarına gələrək həmin niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs yatmasını gözləmiş, həmin gecə saat 04 radələrində mənzilin yataq otağında çarpayıda uzanıb yatmış – onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs baş nahiyəsinə sonuncunu qəsdən öldürmək məqsədilə yataq otağının giriş qapısının yanından götürdüyü metal materialdan olan idman qanteli ilə üç dəfə zərbə endirərək baş beynə, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan kəllə əsasına keçən sağ təpə və sağ gicgah sümüklərinin xətti sınıqları, üç ədəd sağ təpə nahiyəsinin əzilməsi ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid və sonuncunun ölümünə səbəb olan xəsarətlər yetirərək, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2003-2004-cü illərdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha girərək evlənmiş və birgə nikahlarından hazırda 15 yaşı olan Rəşad və 9 yaşı olan Yusif adlı övladları doğulmuşlar. O, 20 ilə yaxındır ki, qardaşı Füzuli Əkbərovun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 82A saylı evin 25-ci mənzilində ailə üzvləri ilə birlikdə yaşamışdır. Özü Bakı şəhəri ərazisində ev alqı-satqısı ilə məşğul olmuşdur. Cavahir ilə əvvəllər mehriban yaşamış, təxminən 3-4 il olar ki, xırda ailədaxili münaqişələri olmuş, son bir il ərzində isə münasibətləri daha da kəskinləşmişdir. Arvadı evliliklərindən sonra 12 il ərzində heç bir yerdə çalışmamış, daha sonra bir müddət yaşadıqları əraziyə yaxın yerdə yerləşən təndirxanada, təxminən 3 il əvvəl isə Bakı şəhəri, Sabunçu rayonu ərazisində ünvanını dəqiq bilmədiyi “Xeyir-şər evi”ndə qabyuyan - xadimə işləmiş və gündəlik 20 manat əmək haqqı almışdır. Cavahirin həmin “Xeyir-şər evi”ndə məclis olduqda iş vaxtı saat 07də başlamış və axşam saat 17-19 radələrində bitmişdir. Son dörd ay ərzində Cavahirin iş yerində cəmi üç dəfə olmuş, ondan əvvəl isə ora getməmişdir. O, Cavahirin işləməyinə ümumiyyətlə razı olmamış, bir neçə dəfə bu barədə ona bildirərkən, Cavahir işinin yaxşı olduğunu, istədiyi vaxt işlədiyi yeri görmək üçün oraya gedə biləcəyini söyləmişdir. Təxminən bir il yarım bundan əvvəl yaşadıqları mənzildə övladları və Cavahirlə oturub televizor izləyərkən, arvadının diqqətlə telefona baxdığını görmüş, telefonda belə vacib nəyə baxdığından şübhələnərək, telefonu sonuncunun əlindən aldıqda ekranda cavan oğlanın şəklini görmüş və həmin şəklin kimə məxsus olduğunu soruşduqda, Cavahir həmin oğlanın işlədiyi mərasim evinin inzibatçısı Seymur olduğunu bildirmişdir. Ondan nə üçün Seymurun şəklinə baxdığını soruşduqda, arvadı sadəcə rastına çıxdığı üçün baxdığını söylədiyi üçün, həmin hadisəyə çox da fikir verməmişdir. Təxminən 3-4 ay əvvəl Cavahirin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “WhatsApp” proqramının statusunda “uzaqdan uzağa sevməkdə biz birinci yerdəyik” yazısını qoyduğunu görmüş, həmin vaxt Cavahirə zəng vuraraq nə üçün belə bir status paylaşdığını soruşmuş, Cavahir onu elə-belə qoyduğunu demişdir. Bu danışıqdan təxminən beş dəqiqə sonra arvadı yazını silmişdir. Həmin statusun yazılmasından sonra Cavahirin ona xəyanət etməsindən şübhələnməyə başlamışdır. Hadisədən təxminən 4-5 gün əvvəl gecə saat 23 radələrində Cavahirin mobil telefonundan adını “Rəqsanə” kimi qeyd etdiyi, ona Seymurun əmisi qızı olmasını bildirdiyi şəxsə “WhatsApp” proqramı vasitəsilə sevgi xarakterli videoçarxlar göndərdiyini gördükdə, nə üçün belə etdiyini soruşmuş, Cavahir Rəqsanənin həmin videoları “WhatsApp” proqramının statusunda gördüyünü və xahiş etdiyi üçün göndərdiyini söyləmişdir. Həmin vaxt Cavahirin telefonu səssiz rejimdə olduğundan bir daha şübhələnmiş, növbəti gün yoxladıqda həmin videoların Cavahirin telefonunun “WhatsApp” proqramının statusunda olduğunu görmüşdür. Son vaxtlarda Cavahir onunla intim əlaqədə olmaqdan da çəkinmiş, ona qarşı soyuq münasibət göstərmişdir. Təxminən 2-3 ay əvvəl ev alqı-satqısından qazandığı 2000 manat pulu Cavahirə verərək işlərinin yolunda olmasını söyləmiş və işdən çıxmasını tələb etmişdir. Cavahir isə cavabında “10 min manat da versən işimdən çıxmaram” demiş, işinin əziyyətli olması və qazancının elə də çox olmaması səbəbindən, arvadının işə başqa məqsədlə getməsinə dair şübhələri daha da artmışdır. Cavahirin işlədiyi “Xeyir şər evi”ndə məclis adətən saat 15 radələrində bitmiş, bundan sonra həmin yerdə sadəcə Seymurla birlikdə ya iki qabyuyan (Cavahir və Nazilə), ya da ümumiyyətlə sadəcə bir qabyuyan qalmış və axşama kimi onlar orada tək olmuşlar. Çox vaxt səhərlər arvadı işə gedərkən onun busqalterini özü bağlamışdır. Hadisədən təxminən bir həftə əvvəl Cavahir işdən qayıtdıqda köynəyini çıxarıb ondan busqalterini açmağını xahiş etmiş, həmin vaxt busqalterin özünün bağladığı kimi sonuncu ilgəkdən deyil, birincidən bağlandığını, hətta tam olaraq da bağlanmadığını görmüş və bu barədə Cavahirdən soruşduqda, sonuncu işlədiyi yerdə çox güman əyildikdə busqalterinin açıldığını söyləmişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Cavahirin iş yerinə getmişdir. Məqsədi həmin gün «Xeyir şər evi»nin bir zalı işlədiyindən və sadəcə bir nəfər qabyuyan-xadimənin ora getməli olmasına və həmin gün Nazilə növbətçi olduğu halda, Cavahirin də oraya çağırılmasının səbəbini öyrənmək olmuşdur. “Xeyir şər evi”nin mətbəxinə daxil olduğu vaxt Nazilə ilə Cavahirin qab yuduqlarını görmüş, onlara salam verdikdə Nazilə onunla saıamlaşaraq çay istəyirsə süzməyi təklif etmiş, Cavahir isə ona heç bir cavab verməmiş və üzünü turşutmuşdur. Bundan sonra o, “Xeyir şər evi”nin daxilində gəzməyə başlamış, həmin vaxt inzibatçı Seymur və müdir Elnur da orada olmuşlar. Həmin vaxt Cavahir Naziləyə onu nəzərdə tutaraq “buna bax, o tərəf-bu tərəfə yeriyir, elə bir qarovulçudur” söylədiyini eşitmiş, lakin kənar şəxslərin yanında Cavahirlə dalaşmaq istəmədiyi üçün heç bir söz deməmişdir. Orada olarkən Seymur onu görüb salamlaşmış, Elnuru isə həmin gün ümumiyyətlə ilk dəfə görmüşdür. Bir müddət sonra Nazilə və Cavahir zalı süpürərkən Cavahir onun yanında Seymura “get mənim telefonumu gətir, birdən itib eləyər” demiş, özünün yanında ola-ola arvadının yad bir kişiyə bu sözü deməsindən əsəbiləşmiş, ancaq nə Cavahirə, nə də orada olan başqa şəxslərə heç bir söz deməmişdir. Saat təxminən 18 radələrində işləri bitdiyi üçün Cavahir və Nazilə ilə birlikdə oradan çıxmış, avtobus dayanacağına getmişlər. Orada Nazilə onlardan ayrılmış, özü isə Cavahirlə birlikdə 55 nömrəli marşrut avtobusu ilə Bakıxanov qəsəbəsindəki stansiyaya gəlmiş, orada da 213 nömrəli marşrut avtobusuna əyləşib metronun “Q.Qarayev” stansiyasının yaxınlığında düşmüşlər. “Grand Market”in yaxınlığında söhbət etmək üçün Cavahirə küçənin kənarındakı oturacaqda əyləşməyi təklif etmiş, söhbət zamanı Cavahirə iş yerinə gəldiyini, salam verərkən salamını almadığını, orada yad bir adama - Seymura telefonunu gətirməyi tapşırdığını, bunu ondan xahiş etmədiyini, eləcə də Naziləyə onun qaravulçu kimi gəzməyini bildirməklə lağ etdiyini, bu hərkətləri ilə ona qarşı hörmətsizlik göstərdiyini bildirib irad tutarkən aralarında mübahisə baş vermişdir. Cavahir ona “sən oraya tülkü kimi məni güdməyə gəlmişdin” deyə bildirmiş, o da cavabında “Tülkü sənin nəslindir, mən aşkar gəlmişdim, səni güdmürdüm, sən dəfələrlə mənə nə vaxt istəsəm iş yerinə gələ biləcəyimi söyləmişdin” demişdir. Arvadı isə səhv edib elə sözm dediyini, sözünü geri götürdüyünü söyləmişdir. Bir müddət mübahisə etdikdən sonra Cavahir Seymuru nəzərdə tutaraq “sən oraya gəlməklə qıçın boyda uşağı da, məni də pox elədin” demişdir. Bundan sonra birlikdə yaşadıqları evə getmiş, saat təxminən 19 radələrində evə çatmış, evdə də mübahisələri davam etmişdir. Ancaq uşaqlar evdə olduğundan açıq-aşkar mübahisə etməməyə çalışmış, Cavahirə nə isə söyləyərkən qışqıraraq cavab vermiş, bəzi vaxtlar əl-qol atmışdır. Axşam saat 23 radələrində əsəbiləşdiyi üçün mətbəxdə təxminən 50 qram araq içmiş, otaqlarında olan çarpayıda uzandıqları vaxt xx.xx.2019-cu il tarixdə gecə saat 03 radələrinə kimi sözsöhbətləri davam etmişdir. Bir qədər sonra Cavahir yuxuya getmiş, özü isə əsəbləşdiyi üçün yata bilməmiş, tez-tez siqaret çəkmək üçün mətbəxə keçmiş, həmin vaxt övladları öz otaqlarında yatmışlar. Gecə saat təxminən 04 radələrində əsəbindən yataq otağına gələrək qapının yanında olan idman qantelini götürmüş, çarpayını pəncərə tərəfdən yanına keçmiş, həmin vaxt Cavahir böyrü üstə, arxası pəncərəyə tərəf yatılı vəziyyətdə olmuş, o, qanteli sağ əlində tutaraq üç dəfə Cavahirin baş nahiyəsinə zərbə endirmişdir. Cavahir “ah-vay” deyə yavaş səs çıxarmış, yatdığı üçün ona heç bir müqavimət göstərə bilməmiş, bu vaxt qışqırar və uşaqlar oyanıb qorxar deyə balınclardan birini arvadının sifətinə basmış, bir az sonra səsinin çıxmadığını görüb qanteli pəncərənin qarşısına qoymuşdur. Sonra mətbəxə keçmiş, bir müddət orada oturub siqaret çəkərək səhərin açılmasını gözləmiş, saat 06 radələrində hava işıqlandığı vaxt bir daha yataq otağına qapıdan baxmış, Cavahirin tərpənmədiyini görüb qapını örtmüşdür. Həmin vaxt uşaqlarını yuxudan oyatmış və onlara boyük oğlunun hərbi komissarlıqdan sənədini almaq üçün Şəkiyə getməli olduqlarını, Cavahirin isə işə getdiyini bildirmişdir. Uşaqlar geyindikdən sonra saat 06-07 arasında mənzildən çıxaraq qapını bağlamış, uşaqlarla birlikdə metronun “Q.Qarayev” stansiyası yaxınlığında markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əyləşərək Bakı Beynəlxalq Avtovağzalına getmişlər. Oradan da dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes” markalı taksiyə əyləşib Şəki rayonu, Bideyiz kəndində anası və qardaşının yanına getmiş, anasına və qardaşına da sənəd dalınca gəldiyini demişdir. Hadisə haqqında onlara heç bir söz deməmiş, Cavahirin haqqında soruşsalar da, arvadının işdə olduğunu bildirmişdir. xx.xx.2019-cu il tarixdə törətdiyi cinayət əməlini etiraf edib könüllü təslim olmaq məqsədilə Şəki rayon polis şöbəsinə getmiş və hadisə barədə məlumat vermişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə ünvan 4 ünvanında əri Təqsirləndirilən şəxs tərəfindən öldürülən Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Zərərçəkmiş şəxs xx.xx.1983-cü il tarixdə Şəki rayonu, Aşağı Küngüt kəndində anadan olmuş, Aşağı Küngüt kənd orta məktəbində orta təhslini başa vuraraq, orta təhsilli olmuşdur. Bacısı 2004-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, İlham Şəki rayonu, Bideyiz kəndindən olmaqla, onlarla uzaq qohum olmuş, digər bacısı İlhamın qohumu ilə evli olmuşdur. X7 evləndikdən sonra ünvan 4 ünvanına köçmüş, onların 2005-ci ildə Rəşad, 2010-cu ildə isə Yusif adlı övladları dünyaya gəlmişdir. Cavahir İlhamla evləndikdən sonra qısa bir müddət Bakı şəhərində şirniyyat sexində çalışmış, təxminən 3 il olar ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən mərasim evlərinin birində qabyuyan işləmiş, Təqsirləndirilən şəxs isə Bakı şəhəri, Nərimanov rayonu ərazisində fərdi əmək fəaliyyəti kimi ev-alqı satqısında vasitəçilik etmişdir. Cavahir iş olduqda səhər saat 07-08 radələrində işə getmiş, axşam saat 18-19 radələrində isə evə qayıtmışdır. Son 3 il ərzində Cavahirlə İlham arasında mübahisələr yaranmağa başlamış, bu barədə Cavahir telefon danışıqları zamanı demiş, Cavahir ona İlhamın dəyişdiyini, tez-tez mübahisə etməyə başladığını bildirmiş, dəfələrlə Cavahirə lazım gəlsə onu Bakıdan Şəkiyə aparmağı təklif etsə də, sonuncu övladlarına görə İlhamdan ayrılmaq istəməmişdir. Cavahir İlhamın 2-ci arvadı olmuş, İlham ilk arvadından ailədaxili münaqişələr səbəbindən boşanmış və ilk evliliyindən Vəfadar adlı bir oğlu olmuşdur. xx.xx.2019-cu il tarixdə günorta saatlarında Şəki şəhərindən yaşadığı Aşağı Küngüt kəndindəki evə gəldiyi vaxt evdə ağlaşma səsinin gəldiyini, bacısının və anasının ağladıqlarını görmüş, nə olduğunu soruşduqda, bacısı Cavahirin İlham tərəfindən öldürüldüyünü bildirmişdir. O, ilk əvvəl İlhamın mobil nömrəsinə zəng vurmuş, telefona zəng çatmamış, bundan sonra qardaşı Vasiflə birlikdə Bakı şəhərinə gəlmiş, yolda məlumatın dəqiq olduğunu, bacısının İlham tərəfindən öldürüldüyünü bilmişdir. Cavahirin meyitini MTE və PA ETT Birliyinin Nizami rayon şöbəsindən götürmüş, axşam saatlarında Şəki rayonu Aşağı Küngüt kəndinə çatmış, bundan sonra Yusifi və Rəşadı da xx.xx.2019-cu il tarixdə Aşağı Küngüt kəndinə gətirmişdir. Yusif və Rəşadla danışdığı vaxt onlar anaları Zərərçəkmiş şəxs ataları Təqsirləndirilən şəxs tərəfindən öldürülməsinin şahidi olmamalarını bildirmiş, uşaqların dediyinə görə hadisə vaxtı onlar öz otaqlarında yatmışlar. Bacısı Cavahir namuslu qadın olmaqla, evlilikdən kənar hər hansı bir şəxslə münasibəti olmamış, telefon vasitəsilə danışmaq və ya yazışmaq yolu ilə hər hansı şəxslə sevgi münasibətləri qurmamışdır. O, Təqsirləndirilən şəxs ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən üç il olar ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “X9”ndə qabyuyan kimi çalışır. Zərərçəkmiş şəxs təxminən üç il olar ki tanımışdır. Cavahir ondan əvvəl “X9”ndə qabyuyan işləmişdir. Cavahir işində məsuliyyətli, zəhmətkeş bir insan və yaxşı qadın olmuşdur. Cavahir evli olmaqla iki övladı olmuş, əri İlhamı isə 3-4 dəfə iş yerində, Cavahirin ad günündə isə evlərində görmüşdür. “X9”nin iki zalı olmuş, bəzi günlərdə hər iki zal, bəzi vaxtlarda isə yalnız bir zal işləmiş, mərasimlər adətən səhər saat 8-də başlayıb saat 16 radələrində bitmişdir. Mərasim evini 2019-cu ilin iyul ayınadək Şahid2 atası Dünyamalı Bəbirov işlətmiş, sonuncu öldükdən sonra Elnur işlətməyə başlamış, ancaq bildiyinə görə bütün sənədləşmələr Elnurun əmisi oğlu Şahid1 adına olmuşdur. Əvvəllər iş yeri ilə onların arasında əmək müqaviləsi olmamış, Cavahir öldükdən sonra 2019-cu ilin oktyabr ayında onunla əmək müqaviləsi bağlanmışdır. Cavahirin əri tərəfindən öldürülməsi barədə ona Seymur məlumat vermişdir. Cavahiri və əri İlhamı sonuncu dəfə xx xxxxxxx 2019-cu il tarixdə görmüş, həmin gün Cavahirlə işdə olmuş, birlikdə qabları yumuş, saat təxminən 16-17 radələrində İlham mərasim evinin mətbəxinə daxil olaraq salam verərkən, o, İlhamın salamını alıb sonuncu ilə hal-əhval tutmuş, İlhama çay təklif edərək stəkana süzmüş, sonuncu mətbəxdə stulda əyləşərək çay içmişdir. Cavahirlə qabları yuduqdan sonra zalı süpürməyə başlamış, həmin vaxt İlham zalda əyləşmiş, Seymur da orada olmuş, Elnur da bir neçə dəqiqəliyə mərasim evinə gəlmişdir. Zalı süpürərkən zibil torbası gətirmək üçün anbara gedərkən Cavahir ona telefonunu mətbəxdə cərəyana qoşduğunu deyərək qayıdanda telefonu gətirməsini xahiş etmiş, lakin o, geri qayıdarkən telefonu gətirməyi unutmuşdur. Bu vaxt Seymur səhərki mərasim üçün mərasim sahiblərinə təhvil vermək üçün qab götürməyə getmiş, Cavahir Seymurun mətbəxə doğru getdiyini görüb Seymurdan cərəyanda olan telefonunu gətirməsini xahiş etmiş, Seymur telefonu gətirib Cavahirə vermişdir. Axşam saat 19 radələrində Cavahir və İlhamla birlikdə mərasim evindən çıxmış, yaxınlıqda olan avtobus dayanacağına getmiş, orada ayrı-ayrı marşrut avtobuslarına əyləşərək hər biri öz evinə getmişdir. xx.xx.2019-cu il tarixdə o, işə gəldiyi vaxt Cavahirin orada olmadığını görüb dəfələrlə zəng vursa da telefonu açmamış, bundan sonra Elnur və Seymur da Cavahirə zəng vursalar da sonuncu telefonlara cavab verməmişdir. Növbəti gün Cavahirin əri İlham tərəfindən öldürüldüyünü öyrənmişdir. Cavahir son vaxtlar əri İlhamdan narazılıq edib şikayətlənmiş, İlhamın çox qısqanc olduğunu, onu bezirdiyini bildirmişdir. Özü dəfələrlə İlhamın Cavahirə tez-tez zəng etməsinin, harada olmasını soruşduğunun şahidi olmuş, hətta İlham Cavahirə görüntülü zəng də etmiş, Cavahirdən harada olmasını ona göstərməsini demiş, Cavahir də onu, zalları, qabları işdə olduğunu sübut etmək məqsədilə İlhama göstərmişdir. İşdən gec çıxanda İlham zəng edib Cavahiri bezdirmiş, sonuncuya işdən şəkil atmasını demiş, Cavahir də işlədiyi yerdə qalan çirkli qabların şəklini çəkib İlhama işdə olduğuna inandırmaq məqsədilə göndərmişdir. O, Cavahiri əxlaqlı qadın kimi tanımış, sonuncunun başqa kişilərlə sevgi münasibətinin olub-olmaması barədə məlumatı olmamış, bu barədə Cavahir ona heç bir söz deməmiş, onun ərindən başqa kiminlə isə sevgi münasibəti olmasına inanmamışdır. İşlədiyi mərasim evinə nəzarəti Elnur həyata keçirmiş, Seymur inzibatçı kimi işləmiş və bütün sənədləşmələr Seymurun adına olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Texniki səbəblərdən İlhamın doğum haqqında şəhadətnaməsində ata adı səhv olaraq Nütfəli yazılmış, bundan sonra həmin adı dəyişə bilmədikləri üçün şəxsiyyət vəsiqəsində də ata adı Nütfəli olaraq qalmışdır. Qardaşı İlham 20 ilə yaxındır ki, onun mülkiyyətində olan ünvan 5 ünvanında təmənnasız olaraq yaşamış, fərdi əmək fəaliyyəti kimi ev-alqı satqısı ilə məşğul olmuş, işlədiyi ofis Nərimanov rayonu ərazisində olmuşdur. İlham əvvəllər bir dəfə evlənmiş, ailədaxili münaqişələr səbəbindən boşanmış, ilk evliliyindən Vəfadar adlı övladı dünyaya gəlmişdir. İlham 2004-cü ildə Cavahir ilə evlənmiş, 2005-ci ilin əvvəllərində nikahlarını rəsmiləşdirmiş, 2005-ci ildə Rəşad, 2010-cu ildə isə Yusif adlı övladları doğulmuşdur. Cavahirlə İlhamın arasında son bir neçə il ərzində ailədaxili münaqişələr baş vermiş, Cavahir bu barədə ona şikayət etmiş, ancaq sonda maraqlandıqda barışdıqlarını söyləmişdir. Cavahir son 3 ilə yaxın olar ki, hansısa mərasim evində qabyuyan işləmişdir. xx.xx.2019-cu il tarixdə səhər saatlarında işdə olduğu vaxt İlham ona zəng vuraraq Şəkiyə gəldiklərini, yolda olduqlarını demiş, axşam saat 17 radələrində evə gəldikdə Yusif və Rəşadın onların evində olduqlarını, ancaq İlham və Cavahirin evdə olmadıqlarını görmüş, İlhama zəng vurduqda Şəki şəhərində işlərinin olduğunu və birazdan kəndə gələcəyini bildirmişdir. Ondan Cavahirin harada olmasını soruşduqda işə getdiyini, özünün isə Rəşadın sənədlərinə görə rayona gəldiyini bildirmişdir. İlham gecə saatlarında evə gəlmiş, nə iş gördüyünü soruşduqda, Şəki şəhərində ev alqı-satqısında vasitəçilik etdiyini bildirdiyi vaxt sonuncudan gecə vaxtı nə alqı-satqı deyə soruşmuş, İlham isə cavabında sabah söhbət edərik demişdir. Səhəri gün İlhamla birlikdə bazara getmiş, orada İlhamın nə isə kefinin yaxşı olmadığını görmüş, dəfələrlə nə olduğunu soruşmuş, İlham sonda ona “Cavahirin mənə xəyanət etməsindən şübhələnib gecə vaxtı onu vurub öldürmüşəm, indi gedəcəm polisə təslim olmağa” demiş, o, şoka düşmüş, ağlamış, İlhamla sağollaşmış, sonuncu taksiyə əyləşib Şəki rayon polis şöbəsinə getmişdir. Bir müddət sonra ona polis şöbəsindən qardaşı İlhamın arvadı Cavahiri öldürməsi barədə könüllü ərizə yazıb təslim olması barədə məlumat zəngi daxil olmuşdur. Bundan sonra o, bazardan evə getmiş, anası yaşlı insan olduğundan və təzyiq xəstəsi olduğundan bu barədə anasına heç bir söz deməmiş, polislərin evə uşaqlardan sorğu-sual etməyə gələcəklərini, uşaqların, eləcə də anasının pis vəziyyətə düşəcəyindən narahat olduğundan Rəşad və Yusifi bacısı Məhəbbətin Bideyiz kəndində olan evlərinə, anasını isə bacısı Reyhangilə aparmış, bunda məqsədi polislər gəlsə onlara anası və uşaqlara yumşaq formada həmin xəbəri vermələrini xahiş etmək istəməsi olmuşdur. Bundan sonra evə qayıtmış, səhəri gün Cavahirin qohumları ona zəng vurub Rəşad və X10 kəndinə anasının yas mərasiminə aparmasını xahiş etmişlər. O, Rəşad və Yusifi bacısıgildən götürərək Aşağı Küngüt kəndinə aparmış, yolda uşaqlara analarının öldüyünü öyrəndikdə stress keçirməsinlər deyə anaları Cavahirin yıxıldığını demişdir. İlham törətdiyi cinayət barədə xx.xx.2019-cu il tarixdə sadəcə ona məlumat vermiş, daha sonra polisə təslim olduğundan heç kimə məlumat verməmiş, geriyə qalan qohumların İlham tutulduqdan və hadisə ictimailəşdikdən sonra hadisədən məlumatları olmuşdur. Rəşad və Yusif hadisənin şahidi olmamış, o, xx.xx.2019-cu il tarixdə evə gəldiyi vaxt uşaqlardan da analarının harada olmasını soruşduqda işdə olması barədə məlumat vermişlər. xx.xx.2019-cu il tarixdə İlham ona Cavahirin telefon vasitəsilə kiminləsə danışdığını və xəyanət etdiyindən şübhələndiyi üçün Cavahiri öldürdüyünü demiş, ancaq hansı vasitə ilə öldürməsini deməmiş, sadəcə “vurmuşam” demişdir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 151 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində baş beynə, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan kəllə əsasına keçən sağ təpə və sağ gicgah sümüklərinin xətti sınıqları, sağ təpə nahiyəsinin əzilmiş yaraları (03 ədəd) xəsarətləri aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar, baş vermiş ölümlə bilavasitə səbəbli əlaqələri vardır. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, Zərərçəkmiş şəxs baş nahiyəsinə küt alətlə, o cümlədən ekspertizaya təqdim edilmiş idman qanteli ilə, ən azı üç zərbənin təsiri nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə əsasına keçən təpə və sağ gicgah sümüklərinin çoxsaylı xətti sınıqları ilə müşayiət olunan baş beynə, qişalarına və mədəciklərinə qansızmalar olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan ilkin meyit əlamətlərinə görə təxminən 24-36 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun daxili üzvlərində hər-hansı bir patomorfoloji dəyişikliklər aşkar olunmamışdır. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində fenotiazin qrupuna aid olan kimyəvi maddə aşkar olunmuş, metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Qeyd: Fenotiazin törəmələrinə antihistamin, antiaritrim, neyrolepsik və s. dərmanlar aiddir. Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 02 ədəd tampon və 04 ədəd yaxmanın məhkəmə-tibbi tədqiqi zamanı spermatozoid aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 1015 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 822/2019-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu – Abeta(H)/İİ/-dir. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus alt mayka, lifçik, hadisə yerindən götürülmüş yastıq, yastıq üzü, odeyal, hantel, Təqsirləndirilən şəxs məxsus alt mayka üzərində və 01 ədəd çubuqlu tampona hopdurulmuş ləkədə insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrində qrup antigenləri və aqqlyutininlər ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri, ləkələrin əksəriyyətində həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxslə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus trusik üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Tədqiq olunan qantel üzərində tər, həmçinin tükəbənzər və piy toxumasma şübhəli hər hansı obyekt aşkar olunmamışdır. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində qanın yaranma müddətini təyin etmək mümkün deyildir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə keçirilmiş Məhkəmə-tibbikriminalistik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 553/2019-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X2 məxsus maykanın sağ qol kənarında bir ədəd və tumanın sağ-yan nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, paltarların müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş X2 məxsus büstqalterin üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş 01 ədəd yastıq (üzü ilə birlikdə), 01 ədəd yastıq üzü, 01 ədəd odeyal, 01 lədəd qırmızı rəngli mələfə, eləcə də 01 ədəd idman aləti olan qantelin məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: -Yastıq üzünün üzərində fasilələrlə yerləşən, yastığın bir küncündə geniş sahədə, mələfənin üzərində geniş sahədə, odeyalın üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyridüz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. -Odeyalın, yastıq üzünün və qantelin üzərində fasilələrlə yerləşən, kənarları əsasən qeyri-düz, konturları aydın görünən, bəzi hissələrdə nisbətən homogen, kəskin intensivlikdə, bəziləri zolaq şəkilli, bəziləri uzunsov formalı qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. -Yastıq üzünün üzərində fasilələrlə yerləşən nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəzilərini isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişlər. Ekspertizaya təqdim edilmiş predmet zavod üsulu ilə hazırlanmış idman alətidir-qanteldir və soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə keçirilmiş Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2651/K saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd “Xan Kristal” markalı araq butulkasının içərisində olan az miqdarda mayenin tərkibində etil spirti aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş kompleks ambulator məhkəmə tibbi-psixoloji və tibbi-psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli, 2216 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs intellektual imkanlarının normaya uyğun olduğu müəyyən edildi. Şəxsi keyfiyyətlərində və emosiolnal-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, mübahisəyə və konfilliktə meyillik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən psixopatik xasiyyət cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə keçirilmiş məhkəmə kompüter-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28769 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan “Android 8.1.0” əməliyyat sistemi ilə təhciz olumuş “LG Q6” markalı “LG-M700A” modelli “**********43734, **********43742” imei kodlu mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “LG Q6” markalı “LG-M700A” modelli mobil (smartfon) telefonun yaddaşında olan “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı qurğunun tərtib etdiyi “Logical məlumatın əldə edilməsi metodu” (hesabat Report-OmeT məlumat və faylların izləri “UFED TOUCH 2” markalı qurğunun proqram təminatının funksyanal imkanlarının nəticələridir) 9.73 KB həcmdə və “File məlumatın əldə edilməsi metodu” (hesabat Report-OmeT məlumat və faylların izləri “UFED TOUCH 2” markalı qurğunun proqram təminatının funksyanal imkanlı B±a nəticələridir) 29.5 KB həcmdə məlumatlar müəyyən olundu və həmin məlumatlar “Ekspertiza 28769" adlı iş çantasında üzərində “PRİNCO)lan DVD-R disklərə köçürülərək ekspert rəyinə əlavə edildi. Ekspertiza Mərkəzində olan mobil telefonların və smartfon cihazların tədqiqatı üçün nəzərdə tutulmuş müasir çox funksional “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı kompleks qurğunun proqram təminatında “ADB Roof (əməliyyat sisteminin tam idarə etmə imkanının olmaması) dəstəkləmə olmadığından “Fiziki məlumatın əldə edilməsi metodu {pozulmuş məlumatların köklü bərpa edilməsi üçün)"nun çıxarılması mümkün olmaması səbəbindən tədqiq olunan “LG Q6” markalı “LG-M700A” modelli mobil (smartfon) telefonun yaddaşından hər-hansı bir (zənglərin, “SMS" mesajların, telefon kitabçasında olan məlumatların, mutimedia və “Whatsapp” proqram təminatı vasitəsilə məlumat mübadiləsi və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Təqdim edilmiş “LG Q6” markalı “LG-M700A” modelli mobil (smartfon) telefonun yaddaşında quraşdırılmış “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmiş məlumat (çat seansı, foto, video, audio fayllar, buraxılmış, qəbul olunmuş səsli zənglər və qəbul olunmuş çıxan, video zənglər) mübadilələri müəyyən olundu, lakin çox funksional “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı qurğunun proqram bazasında “Fiziki məlumatın əldə edilməsi metodu”nun çıxarılması mümkün olmaması səbəbindən qeyd olunan məlumat mübadilərini köçürərək təqdim etmək mümkün olmamışdır. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə keçirilmiş məhkəmə kompüter-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28769 saylı rəyinə əlavə edilmiş 02 ədəd “DVD-R” disklərinə baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, hər iki “DVD-R” diski “PRİNCO BUDGET” markalı olmaqla ağ rənglidir, üzərində qara rəngli qələmlə əl yazısı ilə “ekspertiza 28769” yazısı və imza icra edilmişdir. Birinci “DVD-R” diski “ACER” markalı komüperə daxil etdikdə içərisində “UFED LG GSM M700A_DS Q6 2019_12_12 (001)” adında qovluq, həmin qovluğun içərisində “2019-12-09.22-26-45” adında qovluq, onun da içərisində “LG GSM_M700A_DS Q6” adında qovluq vardır. Qeyd olunan qovluğun içərisində “files”, “icons”, “pages”, “resources” və “thumbnails” adlanan 05 ədəd qovluq, eləcə də “LG GSM_M700A_DS Q6_2019-12-09_Otçet” adlanan ekspertiza tədqiqatına dair fayl aşkar edildi. “Files” adlanan qovluğa daxil olduqda müvafiq olaraq “Application”, “Audio”, “Database”, “İmage”, “Text” və “Video” adlanan 06 ədəd qovluq olması müəyyən edildi. “Video” adlanan qovluq istisna olmaqla digər qovluqlarda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Həmin qovuluqda çox sayda qəmli və sevgi məzmunlu kiçik videoçarxlar aşkar edildi. “İmage” adlanan qovluğa daxil olduqda istintaq üçün əhəmiyyət kəsb edən Zərərçəkmiş şəxs bədəninin intim yerlərinin görüntülərini əks etdirən fotoşəkillər, Şahid1 çox sayda fotoşəkilləri, eləcə də Zərərçəkmiş şəxs Şahid1la çarpayıda uzanmış halda fotoşəkilləri aşkar edildi. İkinci “DVD-R” diski “ACER” markalı komüperə daxil etdikdə içərisində “AdvancedLogical 01” adlı qovluq, həmin qovluğun içərisində “Audio”, “İmages”, “Videos”, “Ringtones” qovluqları və hesabat faylları aşkar edildi. Qeyd olunan qovluqda yerləşən “Audio” və “Ringtones” qovluqlarında istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. “Videos” adlanan qovluqda çox sayda qəmli və sevgi məzmunlu kiçik videoçarxlar, “İmages” adlanan qovluğa daxil olduqda Zərərçəkmiş şəxs tək və ailəsi ilə çəkdirdiyi çoxsaylı fotoşəkillər, eləcə də Şahid1 məxsus 01 ədəd fotoşəkil aşkar edildi. 02 ədəd “PRİNCO BUDGET” markalı “DVD-R” disklərində aşkar edilmiş istintaq üçün əhəmiyyət kəsb edən fotoşəkillər seçmə üsulu ilə seçilərək fotocədvəl tərtib edilməklə protokola əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Beləliklə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxxx 2019-cu il tarixdən hesablanmasını və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət əməli törətmiş şəxs haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Həmin Məcəllənin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. İş üzrə maddi sübutlar – üzərində qanabənzər ləkələr olan 01 (bir) ədəd ağ-sarı naxışlı balınc üzü, 01 (bir) ədəd ağ-sarı naxışlı balınc, 01 (bir) ədəd mavi-ağ naxışlı odeyal, 01 (bir) ədəd qırmızı rəngli mələfə, 01 (bir) ədəd metal materialdan qaramtıl - tünd qəhvəyi rəngli idman qanteli, otağın döşəməsi üzərində aşkar edilmiş 01 (bir) ədəd pambıq çubuğa hopdurulmuş qan nümunəsi, 01 (bir) ədəd içərisində az miqdarda spesifik iyə malik olan “Xan Kristal” araq butulkası, MTE və PA Birliyinin Nizami rayon şöbəsindən götürülmüş meyitin əynində olmuş 01 (bir) ədəd qırmızımtıl-çəhrayımtıl rəngli tuman, 01 (bir) ədəd göy rəngli büskalter, 01 (bir) ədəd mavi rəngli mayka, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd ağ rəngli qolsuz mayka - məhv edilməlidir. İş üzrə maddi sübut - kompüter texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 28769 saylı rəyinə əlavə edilmiş 02 ədəd “DVD-R” diski- cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən Şəki RPŞ-yə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd “LG” markalı mobil telefon hüquqi varisinə təhvil verilməlidir. Cinayət işi üzrə, mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirli bilinib, 16 (on altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – üzərində qanabənzər ləkələr olan 01 (bir) ədəd ağ-sarı naxışlı balınc üzü, 01 (bir) ədəd ağ-sarı naxışlı balınc, 01 (bir) ədəd mavi-ağ naxışlı odeyal, 01 (bir) ədəd qırmızı rəngli mələfə, 01 (bir) ədəd metal materialdan qaramtıl - tünd qəhvəyi rəngli idman qanteli, otağın döşəməsi üzərində aşkar edilmiş 01 (bir) ədəd pambıq çubuğa hopdurulmuş qan nümunəsi, 01 (bir) ədəd içərisində az miqdarda spesifik iyə malik olan “Xan Kristal” araq butulkası, MTE və PA Birliyinin Nizami rayon şöbəsindən götürülmüş meyitin əynində olmuş 01 (bir) ədəd qırmızımtıl-çəhrayımtıl rəngli tuman, 01 (bir) ədəd göy rəngli büskalter, 01 (bir) ədəd mavi rəngli mayka, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd ağ rəngli qolsuz mayka - məhv edilsin. İş üzrə maddi sübut - kompüter texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 28769 saylı rəyinə əlavə edilmiş 02 ədəd “DVD-R” diski- cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən Şəki RPŞ-yə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd “LG” markalı mobil telefon hüquqi varisinə təhvil verilsin. İş üzrə 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa catdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov