Məhkəmə qərarları › İş №1(101)-340/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-340/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-340/2023 27.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kirov küçəsi, ev 2-də qeydiyyatda olan, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 1007,108 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 200,02 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təmiz çəkisi 50,150 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış, 02 iyun 2022-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində nömrəsiz ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,108 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə baxış və götürmə aparılan zaman həmin evdən 1 (bir) ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi 1005 qram bitki mənşəli kütlə, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd plastik qutuda təmiz çəkisi 200,02 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd şəffaf qutuda təmiz çəkisi 50,150 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd üzərində heroinin və metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, saxlanıldığı gün saat 12:00-da polis əməkdaşlarının onun mənzilinə daxil olması ilə hadisə başlamışdır. Belə ki, polis əməkdaşları tərəfindən şüşə qapı sındırılmış, polislər onun mənzilinə daxil olmuşlar və polis əməkdaşları olduqlarını bildirmişlər. Evdən yalnız marixuana aşkar edilmişdir. İttiham aktında qeyd olunanlar ona aid deyil. İbtidai istintaq zamanı vəkil gələnədək ona qalan maddələri də qəbul etməyinə dair sənədlərə qol çəkdirmişlər. O, müstəntiqin yanında da hər şeyi olduğu kimi danışmışdır. Mənzildən aşkar olunan marixuana ona aid olmuşdur. Evdə axtarış nəticəsində tapılan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin isə onun ərinə aid olmuş, həmin vasitə və maddə ona aid olmamışdır. Polis əməkdaşları onu döydüklərinə görə o, qorxudan sənədlərə qol çəkmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, onun yaşadığı evə 5-6 nəfər polis əməkdaşı daxil olmuş, o, əvvəlcə qorxduğundan qapını açmamış, ona görə də polislər evin qapısını qıraraq evə daxil olmuşlar, bundan sonra polis əməkdaşları evdə axtarış keçirmişlər, həmin vaxt evdən çıxan marixuana ona aid olmuş, lakin heroin və metamfetamin ona aid olmamış, heroin və metamfetamin evdə olan yataq mebelinin altından metlax qaldırıldıqdan sonra aşkar edilmiş, polislər evə daxil olan zaman marixuana evdə masanın üstündə olmuş, həmin marixuananı öz istifadəsi üçün almış, evdən aşkar olunmuş heroin və metamfetamin yəqin ki, onun ərindən qalmış, çünki o, həmin narkotik vasitələrin evdə olduğunu bilsə də, həmin vasitələrdən istifadə etməmiş, onun əri X5 hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş), evdə masanın üstündə olan və öz istifadəsi üçün əldə etdiyi marixuananın çəkisi 250 qram olmuş, evə daxil olan polis əməkdaşlarının onunla düşmənçiliyi olmamış, lakin həmin polislər onun ərini saxlayan polislər olmuşlar, bir ildir ki, narkotik vasitə istifadə edir, daha doğrusu əri tutulduqdan sonra istifadə etməyə başlamış, narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşından almış (kart hesabına pul köçürmə yolu ilə), iranlı şəxs ona narkotik vasitələrin yerini demiş, o da həmin yerdən gedib götürmüş, polis əməkdaşları onu Polis bölməsinə aparmışlar, orada çəkiliş aparılmış, çəkilişdən qabaq ona qutu verib demişlər ki, “çəkilişdə həmin qutunu təqdim edərək üzərindən çıxdığını, qalan narkotik vasitələrin isə evdə olduğunu bildir”, həmin qutunu ona verən şəxs təhqiqatçı olmuş, videoçəkilişdə narkotik vasitənin ona məxsus olmadığını demiş və həmin vaxt təhqiqatçı videonu saxlayıb ona sillə vuraraq dediklərini təkrar etməyini tələb etmiş, o da məcbur qalıb polislərin dedikləri kimi etmiş, onun üzərinə baxış keçirilən zaman müdafiəçi orada iştirak etməmiş, videoçəkilişdə müdafiəçi artıq gəlmiş, lakin polislər orada olduğundan qorxaraq müdafiəçiyə ona qarşı zor tətbiq edildiyini deyə bilməmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəməyə aparıldıqda orada hakimə ona zor tətbiq edilməsi barədə heç nə deməmiş, habelə ona təzyiq göstərilməsi ilə bağı dövlət orqanlarına şikayət etməmiş, döyülsə də bununla bağlı üzərində heç bir xəsarət olmamış, bütün şikayətlərini müstəntiqə bildirmiş, lakin müstəntiq onun dediklərinə məhəl qoymamış, Polis bölməsində üzərində videoçəkilişlə bir dəfə baxış keçirilmiş, həmin vaxt orada ondan başqa xanım olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, keçən ilin yay ayında, dəqiq olaraq xx.xx.2022-ci il tarixdə Polis şöbəsinə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri saxlaması, istifadə etməsi və satması barədə məlumatlar daxil olmuşdur. Həmin məlumatlar tərəflərindən yoxlanılmışdır. Daha sonra rəhbərliyə raportla məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. Sonra əməliyyat tədbiri həyata keçirilmiş və onlar Təqsirləndirilən şəxs evinin yaxınlığında saxlayıb Polis İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının otağında baxış keçirilmiş və Nigarın üzərindən telefon və içərisində marixuanaya bənzər kütlə olan 1 (bir) ədəd kibrit qutusu aşkar edilərək götürülmişdir. Həmin kütlə tərəflərindən qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş və evdən metamfetamin, heroin və marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü səmimi etiraf etmişdir ki, həmin narkotik vasitələr özünə məxsus olmuş və öz istifadəsi üçün almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, dəfələrlə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və istifadə etməsi, üzərində daşıması barədə onlara məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs barədə sonuncu məlumat qrup rəhbəri Şahid1 daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə əməliyyat qrupu olaraq onlar Təqsirləndirilən şəxs ünvanına yollanmışlar və ünvanın yaxınlığında Nigarı saxlayaraq Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd kibrit qutusunda marixuanaya oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əşyaları təqdim etmişdir. Təqsirləndirilən şəxs sual verilmişdir ki, evində də narkotik vasitə varsa bunu bildirsin. Təqsirləndirilən şəxs da səmimi etiraf etmişdir ki, evində də narkotik vasitə var və onların evə baxış keçirilməsinə razılıq vermişdir. Onlar Təqsirləndirilən şəxs evinə getmişlər və orada baxış keçirmişlər. Həmin ünvandan metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələrin çəkiləri çox olmuş, lakin o, tam olaraq nə qədər olmasını xatırlamır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Göl küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 10) görünür ki, həmin gün saat 14:00-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Göl küçəsində nömrəsiz evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 30) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə ərizə ilə müraciət edərək üzərində şəxsi axtarış aparılmasında müdafiəçinin iştirakını zəruri hesab etmədiyini bildirmiş və qeyd edilən müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 33-34) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən o, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 1 (bir) ədəd “Samsung A 50” markalı mobil telefonu və şalvarın sol yan cibində olan 1 (bir) ədəd kibrit qutusunda olan ot kütləsini təqdim etmiş, həmçinin yaşadığı evdə də narkotik vasitələr saxladığını və həmin narkotik vasitələri iranlı şəxsdən 500 manata aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 36) görünür ki, həmin gün Təqsirləndirilən şəxs ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə ərizə ilə müraciət edərək yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Göl küçəsində nömrəsiz evə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 37-38) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Göl küçəsində nömrəsiz evə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 40) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Göl küçəsində nömrəsiz evə baxış keçirilmiş və həmin vaxt evdən 1 (bir) ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi 1005 qram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 1 (bir) ədəd plastik qutuda təmiz çəkisi 200,02 qram olan psixotrop maddə metamfetaminə oxşar kütlə, 1 (bir) ədəd şəffaf qutuda təmiz çəkisi 50,150 qram olan narkotik vasitə heroinə oxşar kütlə və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Lakin qeyd edilən protokolda prosessual hərəkətin iştirakçısı qismində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs adı və soyadı göstərilməmiş, habelə protokolda onun imzası yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş izahatdan (cild 1, iş vərəqə 42-43) görünür ki, Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq yaşadığı evdə də narkotik vasitə olduğunu, lakin həmin vasitənin ona deyil, ərinə məxsus olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/562 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 52-53) görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən...» yazıları və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 2,108 qram və üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs evindən...» yazıları və imzalar olan sellofan bağlamadakı 1 (bir) ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi - 1005 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 1007,108 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3107 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 56-59) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №45» dairəvi möhür əksi olan 2 (iki) ədəd paketdəki, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs evindən aşkar olunmuş...» yazısı və imzalar olan paketdə 1 (bir) ədəd plastik qutuda təmiz çəkisi 200,02 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd şəffaf qutuda təmiz çəkisi 50,150 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin və metamfetamin müxtəlif növ və tərkibli maddələr olduğu üçün, onların arasında müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Üzərində «Təqsirləndirilən şəxsmn üzərindən aşkar olunmuş...» yazısı və imzalar olan paketdə bir ədəd «gümüşü» rəngli elektron tərəzinin üzərində heroinin və metamletaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümükün deyildir. 28 iyun 2005-ei il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş smyahılara əsasən heroin «Azərbayean Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrim), metam fetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»iıı İ siyahısına daxildirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 74-75) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 77-79) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyun 2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-334/2022 saylı qərarından (cild 1, iş vərəqə 119-123) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş və həmin gün onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə əsas onun 3 (üç) azyaşlı uşağı ilə birlikdə Bakı şəhərində yaşaması və uşaqlara yeganə qazanc gətirən şəxs olması olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 3227 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 164-165) görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 avqust 2022-ci il tarixli Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin məktubundan (cild 1, iş vərəqə 129) görünür ki, əməliyyat yolu ilə Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2022-cı il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 150) görünür ki, həmin gün Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 163) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 168-179) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 1006,858 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 50,050 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 199,82 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi, 2 (iki) ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi, aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin əldə etmə mənbəyinə görə ayrıca icraatda araşdırılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 sentyabr 2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-580/2022 saylı qərarından (cild 1, iş vərəqə 205-209) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 fevral 2023-cü il tarixli 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 45 nömrəli tibbi arayışdan (cild 2, iş vərəqə 14) görünür ki, Təqsirləndirilən şəxs uşaqları 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində qeydiyyatdadılar. xx.xx.2020-ci il təvəllüdlü X2 “Bətn daxili hipoksiyanın nəticəsi Ensefalopatiya İnkişaf etaplarından ləngimə nitq qüsuru” diaqnozu ilə müalicə alır (“Anemiya” diaqnozuna əsasən pediatr tərəfindən müalicə edilir). xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X3 “Anemiya” diaqnozu ilə müalicə alırlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 fevral 2023-cü il tarixli 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 46 nömrəli tibbi arayışdan (cild 2, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixdə Baş beyin MRT müayinəsi keçmiş, beynində 7 mml araxnoydal kista aşkar olunmuşdur. Xəstə baş beyin kistası diaqnozu ilə nevroloji kabinetdə dispöanser qeydiyyatdadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 134) görünür ki, həmin gün X6 ilə X7 arasında nikah bağlanmış və sonuncuya Bağırova soyadı verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 136) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə övladı X3 anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 oktyabr 2015-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 139) görünür ki, Təqsirləndirilən şəxs anası Səidə Həmzəyevə xx.xx.2011-ci il tarixdə ölmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 sentyabr 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 137) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu ildə övladı X8 anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 oktyabr 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 138) görünür ki, Təqsirləndirilən şəxs atası Əşrəf Həmzəyev xx.xx.2010-cu il tarixdə ölmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 avqust 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 135) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə övladı X2 anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Həmçinin təqsirləndirilən şəxs məhkəmə iclaslarında onun əleyhinə ibtidai istintaq zamanı əldə olunmuş sübutları, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin, 12-ci bəndinə əsasən – təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrlə əlaqədar qanunsuz əməlləri barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra 02 iyun 2022-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri Suraxanı RPİnin CAŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş və nəticədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində nömrəsiz ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-yə aparılmışdır. Orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,108 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yazılı razılığı əsasında onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində baxış adı ilə faktiki olaraq axtarış keçirilmiş və həmin vaxt evdən 1 (bir) ədəd torbada təmiz çəkisi 1005 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd plastik qutuda təmiz çəkisi 200,02 qram olan psixotrop maddə metamfetamin, 1 (bir) ədəd şəffaf qutuda təmiz çəkisi 50,150 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,108 qram olan narkotik vasitə qurudulmuş marixuana, habelə yaşadığı evdə baxış adı ilə axtarış keçirilərkən 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 1005 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd plastik qutuda təmiz çəkisi 200,02 qram olan psixotrop maddə metamfetamin, 1 (bir) ədəd şəffaf qutuda təmiz çəkisi 50,150 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsi cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürmə haqqında protokol, baxış və götürmə haqqında protokol, qeyd edilən prosessual hərəkətləri özündə əks etdirən videogörüntülər, habelə şahid ifadələri əsasında məlum olmuşdur. Lakin məhkəmə istintaqında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş ilkin araşdırma növündə təhqiqat kifayət qədər kobud qanun pozuntuları ilə həyata keçirilmiş, nəticədə Təqsirləndirilən şəxs müdafiə hüququ ciddi şəkildə pozulmuş, qeyd edilənlər isə aparılmış ilkin araşdırmanın qüsurlu, keyfiyyətsiz və natamam olmasının göstəricisidir. Belə ki, ibtidai araşdırma zamanı əldə edilərək cinayət işinə əlavə edilmiş sübutların məcmusu ilk baxışdan Təqsirləndirilən şəxs qanunsuz əməllərinin müəyyən və aşkar edilməsinə yönəlsə də, Təqsirləndirilən şəxs əleyhinə əldə edilmiş sübutların tədqiqi və təhlili onu göstərir ki, ilkin araşdırma zamanı, ələlxüsus dövriyyəsi qadağan edilmiş əşyaların götürülməsi ilə bağlı prosessual hərəkətlərin həyata keçirilməsi kifayət qədər ciddi qanun pozuntuları ilə müşayiət edilmiş, bu kimi mühüm əhəmiyyət kəsb edən hallar isə məhkəmənin diqqətindən qaçmamışdır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı keçirilmiş və bilavasitə sübutların əldə edilməsi ilə bağlı olan prosessual hərəkətlərin, eləcə də həmin hərəkətlərin nəticələrinə dair tərtib edilmiş prosessual sənədlərin araşdırılıb hüquqi qiymət verilməsi zəruri hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılaraq Suraxanı rayon Polis İdarəsinə aparıldıqdan sonra müdafiəçi ilə təmin edilsə də, həmin gün müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarışın keçirilməsinə dair ondan ərizə alınmış və bundan sonra onun üzərində müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilmişdir. Müdafiəçi ilə təmin edildikdən dərhal sonra Təqsirləndirilən şəxs ərizə alınmaqla müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarışın keçirilməsi başa düşülən deyil və məhkəmə bu hissədə təhqiqat orqanının fəaliyyətinə tənqidi yanaşır. Belə ki, müdafiə hüququ şübhəli şəxsə formal cəhətdən müdafiəçi ilə təmin olunmasını deyil, əksinə müdafiəçi vasitəsi ilə müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsini nəzərdə tutur. Maraqlısı isə odur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən və cinayət işinə əlavə edilmiş diskdəki videogörüntüdən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs qadın olduğu halda onun üzərində şəxsi axtarış keçirilərkən qadın cinsindən olan hər hansı şəxs orada iştirak etməmiş, bunun əksinə olaraq Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları tərəfindən onun bədəninə və əynində olan geyim əşyalarına birbaşa əl yoxlaması ilə təmas həyata keçirilmişdir. Faktiki olaraq, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı onun saxlayan və şəxsi axtarış zamanı şahid funksiyasını icra edən əməliyyat müvəkkilləri həyata keçirmişlər. Məhkəmə belə hesab edir ki, əgər Təqsirləndirilən şəxs ərizə alınmasaydı və üzərində şəxsi axtarış keçirilərkən orada müdafiəçi iştirak etsəydi, şəxsi axtarış yuxarıda göstərilmiş kobud prosessual pozuntu ilə keçirilməzdi. Belə ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışı əks etdirən videogörüntüdən görünür ki, onun saxlanılmasında iştirak etmiş 2 (iki) nəfər əməliyyat müvəkkili qanunsuz şəkildə onun üzərində şəxsi axtarış aparır. Bu hissədə məhkəmə qeyd edir ki, şəxsi axtarışın qanunsuz olmasına dəlalət edən bir neçə əsas mövcuddur. Birinci hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilsə də, məhkəməyə aydın olmayan səbəblərdən müdafiəçi həmin prosessual hərəkətdə iştirak etməmişdir. Göstərilən məsələ ilə bağlı məhkəmə, həmçinin qeyd edir ki, hər hansı şəxs şübhəli qismində saxlanıldıqdan və müdafiəçi ilə təmin olunduqdan sonra, qeyd edilən müdafiəçinin iştirakı olmadan hər hansı prosessual hərəkətin keçirilməsinə kifayət qədər ciddi əsaslar olmalıdır. Şübhəli şəxs qismində saxlanılmış şəxsin bu barədə ərizə verməsi onun müdafiə hüququna qəsd edən başlıca amillərdən biri kimi çıxış edir. İkinci hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qadın olduğundan onun üzərində şəxsi axtarışın keçirilməsi zamanı şəffaflığın təmin edilməsi və şəxsi axtarışın tam və ətraflı şəkildə həyata keçirilməsi üçün qadın cinsindən olan şəxsin iştirakı həmin prosessual hərəkətdə təmin edilməli və məhz qadın cinsindən olan şəxs onun üzərində şəxsi axtarış keçirməli idi. Məhkəmə belə qənaətə gəlir ki, prosessual hərəkətin videogörüntüdəki kimi həyata keçirilməsinin səbəblərindən biri də Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçinin həmin prosessual hərəkətdə iştirak etməməsi ilə bağlı olmuşdur. Üçüncü hal isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayan əməliyyat müvəkkillərinin ümumiyyətlə şəxsi axtarış keçirməyə səlahiyyəti olmamış, qanunla müəyyən edilmiş qaydada belə bir səlahiyyət təhqiqat orqanının əməkdaşına aid edilmişdir. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həmin səlahiyyətə malik olmayan əməliyyat müvəkkilləri tərəfindən keçirilmişdir. Məhkəmə yuxarıda göstərilən 3 (üç) məsələ ilə bağlı təəssüf hissi keçirir və hesab edir ki, bu hallar bötüvlükdə Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarışa dair ciddi şübhələr yaradır. Lakin təhqiqat orqanı yuxarıda göstərilən kobud pozuntularla kifayətlənməmiş, əksinə daha da irəli gedərək növbəti ciddi qanun pozuntularına yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdən sonra ondan ərizə alınmaqla yaşadığı evə baxış keçirilməsi barədə razılıq alınmış və bundan sonra onun yaşadığı evə baxış keçirilmişdir. Maraqlısı isə budur ki, müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdən qısa müddət sonra ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Prosessual hərəkətlərin ardıcılığı baxımından və həmin prosessual hərəkətlərin qısa müddət ara ilə keçirilməsinə baxmayaraq, şəxsi axtarışda müdafiəçi iştirak etmədiyi halda Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman müdafiəçinin orada iştirak etməsi kifayət qədər diqqət çəkən məqamdır. Belə ki, evə baxış bilavasitə şəxsi axtarış keçirilən zaman əldə edilmiş məlumat əsasında (Nigarın Bağırovanın məlumatı) həyata keçirilmişdir. Şəxsi axtarışın isə qanunsuz keçirilməsi ondan sonraki prosessual hərəkətlərin şəffaflığına kölgə salan başlıca amillərdən birini təşkil edir. Lakin ən kobud pozuntu onda ifadə olunmuşdur ki, cinayət işinə əlavə edilmiş evə baxış keçirilməsi barədə protokolda şübhəli şəxs kimi Təqsirləndirilən şəxs adı və soyadı qeyd edilməmiş, habelə həmin protokol onun tərəfindən imzalanmamışdır. Evə baxış keçirilməsi zamanı evdən müxtəlif növdə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin aşkar edilməsinə baxmayaraq, evə baxış keçirilməsini əks etdirən protokolda şübhəli şəxsin adı və soyadının qeyd edilməməsi, eləcə həmin protokolun onun tərəfindən imzalanmaması Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərini bütövlükdə şübhə altına alır. Bu hissədə məhkəmə qeyd edir ki, evə baxış keçirilməsi barədə protokolda Təqsirləndirilən şəxs adı və soyadı qeyd edilməsə də, habelə həmin protokol onun tərəfindən imzalanmasa da, evə baxış keçirilməsini özündə əks etdirən diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən həmin prosessual hərəkətdə iştirak etmişdir. Göründüyü kimi evə baxış keçirilməsi barədə prosessual hərəkətin nəticəsinə dair tərtib edilmiş protokol həmin hərəkəti əks etdirən diskdəki görüntü ilə ziddiyyət təşkil edir. Müdafiə hüququ kontekstində məhkəmə hesab edir ki, göstərilən hissədə bütün şübhələr Təqsirləndirilən şəxs ziyanına deyil, əksinə xeyrinə şərh edilməlidir. Bu hissədə məhkəmə belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi barədə prosessual hərəkətlərin həyata keçirilməsində və bu hərəkətlərin nəticələrini özündə əks etdirən prosessual sənədlərin tərtibində yol verilmiş ciddi qanun pozuntularını əsas tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 134.5-ci maddəsinə əsasən - istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Bundan başqa, CPM-nin 246.4-cü maddəsinə əsasən - şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. Göstərilənlərdən başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi barədə qərar qəbul edilsə də, diskdəki videogörüntüdən açıq-aşkar görünür ki, faktiki olaraq onun yaşadığı evdə digər prosessual hərəkət, yəni axtarış aparılmışdır. Buna dəlalət edən hal isə ondan ibarətdir ki, baxış prosessual hərəkəti - vizual görünən əşyaların aşkar edilməsi və götürülməsindən ibarət olduğu halda, axtarış prosessual hərəkəti - axtarış keçirilən yerdə əşyaların tapılması və aşkar edilməsi ilə müşayiət olunan aktiv hərəkətlərdən ibarətdir. Belə ki, evə baxış keçirilməsini əks etdirən videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə iştirak edən əməliyyat müvəkkilləri faktiki olaraq evdə qadağan edilmiş əşyaların axtarışı ilə məşğul olmuşlar. Azərbaycan Respublikası CPM-nin 236.1-ci maddəsinə əsasən - cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Həmin Məcəllənin 242.1-ci maddəsinə əsasən – əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. CPM-nin 242.1-ci maddəsindən də göründüyü kimi axtarışı müstəntiq apara bilər. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təhqiqatçının rəhbərlik etdiyi və baxış adı ilə həyata keçirilən prosessual hərəkət faktiki olaraq axtarış hərəkəti kimi əməliyyat müvəkkilləri tərəfindən aparılmış, bu da öz növbəsində kobud qanun pozuntusudur. Göstərilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi tamamilə qanunsuzdur və göstərilən hərəkətlər mötəbər sübut kimi çıxış edə bilməz. Lakin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərmiş halları, habelə onun qismən etirafedici ifadəsində göstərdiklərini, yəni üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın, habelə yaşadığı evdən aşkar edilmiş narkotik vasitə marixuananın və 1 (bir) ədəd elektron tərəzinin ona məxsus olmasını, bununla da qeyd edilən əşyaların həqiqətən də aşkar edilməsini məcmu halda nəzərə alaraq, hesab edir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Başqa sözlə, o, 02 iyun 2022-ci il tarixdə, saat 14:00-da barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində nömrəsiz ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-yə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt onun üzərindən 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,108 qram olan narkotik vasitə qurudulmuş marixuana, habelə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində baxış adı ilə faktiki olaraq isə axtarış və götürmə aparılan zaman həmin evdən 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 1005 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd plastik qutuda təmiz çəkisi 200,02 qram olan psixotrop maddə metamfetamin, 1 (bir) ədəd şəffaf qutuda təmiz çəkisi 50,150 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarışı keçirən təhqiqatçı tərəfindən zorakılığa məruz qaldığını iddia etsə də, həmin vaxt aldığı xəsarətlə bağlı heç bir dövlət orqanına müraciət etmədiyini, üzərində xəsarətin izlərinin qalmadığını bildirmişdir. Bu hissədə məhkəmə tərəfindən Suraxanı rayon prokurorluğuna rəsmi qaydada müraciət edilsə və müraciətdən sonra xeyli müddət keçsə də, məhkəmənin müraciətinə məhəl qoyulmamış və bununla bağlı məhkəməyə heç bir cavab verilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, hər 3 (üç) uşağının xəstə olmasını, özünün də kifayət qədər ciddi xəstəlikdən (baş beyin kistası) əziyyət çəkməsini, ərinin hazırda cəza çəkdiyini, valideynlərinin vəfat etməsini, himayəsində olan 3 (üç) azyaşlı uşağın tərbiyəsi ilə məşğul olan yeganə şəxs olmaqla, hazırda uşaqlara təkbaşına baxmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayətin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ağır cinayət olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını o, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, hər 3 (üç) uşağının müxtəlif xəstəliklərdən əziyyət çəkməsini və davamlı şəkildə müalicə olunmalarının zəruri olmasını, özünün də ciddi xəstəlikdən əziyyət çəkməsini, habelə himayəsində olan 3 (üç) azyaşlı uşağın tərbiyəsi ilə məşğul olan yeganə şəxs olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, bu səbəbdən də uşaqlara təkbaşına baxdığını, uşaqların yaşı nəzərə alınmaqla xüsusi qayğıya ehtiyaclarının olmasını, ələlxüsus Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkəcəyi halda uşaqların ana qayğısından və ana himayəsindən məhrum olacaqlarını, bunun uşaqların tərbiyəsinə və psixoloji vəziyyətlərinə ciddi şəkildə mənfi təsir edəcəyini məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməli və məhkəmə tərəfindən ona təyin ediləcək cəza qanunla müəyyən edilən müddətək təxirə salınmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, hər 3 (üç) uşağının müxtəlif xəstəliklərdən əziyyət çəkməsini və davamlı şəkildə müalicə olunmalarının zəruri olmasını, özünün də ciddi xəstəlikdən əziyyət çəkməsini və uşaqlara təkbaşına baxmasını əsas tutmuşdur. Belə ki, cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 (üç) azyaşlı uşağı var, həmin uşaqlar müxtəlif xəstəlikdən əziyyət çəkirlər, habelə özü də xəstəlikdən əziyyət çəkir. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsində göstərilmişdir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin məcəllənin 79.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş qadınlar, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu zaman məhkəmə qadının fizioloji vəziyyətini və ya qadının (kişinin) uşağının azyaşlı olmasını nəzərə alaraq təyin edilmiş cəzanın icrasının təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, göstərilən maddənin məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar dispozitiv xarakter daşıyır və qanunverici şəxsin barəsində CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyünün həllini məhkəmənin vəzifəsi yox, onun hüququ kimi tanıyır. Məhkəmə isə həmin hüququnu həyata keçirərkən bu normanın tətbiq edilməsi üçün əsas şərti – təqsirkarın himayəsində 14 (on dörd) yaşına çatmamış uşaqların olması və ya təqsirkar qadının hamilə olmasını müəyyən etdikdən sonra təkcə bu əsasla deyil, həmçinin cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun nəticələrinə, bu nəticələrin aradan qaldırılıb-qaldırılmasına, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təqsirləndirilən şəxsi səciyyələndirən hallara, o cümlədən onun valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirib-yetirməməsinə birgə qiymət verərək CM-nin 79.1-ci maddəsinə əsasən sonuncunun barəsində çıxarılmış hökmün icrasını azyaşlı uşaq (uşaqlar) on dörd yaşına çatanadək təxirə salıması, yaxud da bundan imtina olunması haqqında qərar qəbul edə bilər. Burada əhəmiyyət kəsb edən isə iki əsas məsələ nəzərə alınmalıdır: birincisi - təqsirkarın azadlıq hüququ, ikincisi isə - uşağın mənafeyi, onun cinayət törətmiş valideyni ilə bağlılığı və digər şəxslər tərəfindən tərbiyə oluna biləcəyi imkanları. Cinayət hüququnda humanizm prinsipi ən fundamental prinsiplərdən birini təşkil edir. Belə ki, humanizm prinsipi - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya 14 (on dörd) yaşına qədər uşağı olan qadınların, habelə 14 (on dörd) yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Cinayət Məcəlləsi cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir: 1) bu institut ancaq hamilə qadınlara, on dörd yaşına qədər uşağı olan qadınlara və on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir, 2) şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir, 3) şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Cəzanın təxirə salınması məsələsi həll edilərkən yuxarıda göstərilən hallar məcmu halda nəzərə alınmalıdır. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Məhkəmə göstərilən hüquqi məsələləri məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması qanunvericiliyinin bütün tələblərinə cavab verir və ona görə də cəzanın çəkilməsinin təxirə salınması məqsədəmüvafiq hesab olunmalıdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 14 (on dörd) yaşına çatmayan 3 (üç) azyaşlı uşağı olduğundan ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi hər üç uşağı 14 (on dörd) yaşına çatanadək təxirə salınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.2-ci maddəsinə əsasən cəzanın çəkilməsi təxirə salındığı müddət ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət həyata keçirilməli və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərin davamı olaraq, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanı çəkməsi onun himayəsində olan 3 (üç) azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Ona təyin edilən cəzanın hər üç uşağı 14 (on dörd) yaşına çatanadək təxirə salınması cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən 02 iyun 2022-ci il tarixdən 27 fevral 2023-cü il tarixədək həbsdə və ev düstaqlığında saxlanıldığı 8 (səkkiz) ay 25 (iyirmi beş) gün müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə ona təyin ediləcək cəzadan çıxılmalı və onun üzərində saxlanılacaq cəzanın çəkilməsi təxirə salınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş ev düstaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1006,858 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 50,050 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 199,82 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd “Samunsug A50” markalı mobil telefon ona qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 192 (yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdən 27 fevral 2023-cü il tarixədək həbsdə və ev düstaqlığında saxlanıldığı 8 (səkkiz) ay 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 6 (altı) il 3 (üç) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq hazırki hökmlə onun üzərində saxlanılmış 6 (altı) il 3 (üç) ay 5 (beş) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun himayəsində olan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 14 (on dörd) yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev düstaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə mindiyi gündən narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1006,858 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 50,050 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 199,82 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd “Samunsug A50” markalı mobil telefon ona qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 192 (yüz doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar