Məhkəmə qərarları › İş №1(101)-340/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-340/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-340/2024 23.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X1, X9, X4 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, "Yusifbəyli və partnyorları" Vəkil Bürosunun vəkili – X3, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi 811 ünvanında yaşamış, 23 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 oktyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-399/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, İ.Əbilov küçəsi, ev 100-də qeydiyyatda olan və ünvan 3 ünvanında yaşamış, 23 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 oktyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı, iş üzrə digər Təqsirləndirilən şəxs2, şəxsiyyəti naməlum “Sasan” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək naməlum mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda - 15,647 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda - 22,539 qram çəkidə narkotik vasitə heroin, ümumi sayı 430 ədəd olmaqla təsiredici maddəsinin miqdarı külli miqdarda - 17,2 qram olan metadon həbləri, külli miqdarda - 9159,426 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərlərində qanunsuz daşımaqla ünvan 3 və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi 811 ünvanlarında qanunsuz saxlamış, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən Təqsirləndirilən şəxs1 bir ədəd bükümdə 23,472 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və iki ədəd konvalyutda ümumi sayı 20 ədəd olmaqla təsiredici maddəsinin miqdarı 0,8 qram olan metadon həblərini, Təqsirləndirilən şəxs2 bir ədəd bükümdə 5,451 qram çəkidə narkotik vasitə heroin, bir ədəd bükümdə 0,830 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və iki ədəd konvalyutda ümumi sayı 20 ədəd olmaqla təsiredici maddəsinin miqdarı 0,8 qram olan metadon həblərini ayırıb satış məqsədilə üzərlərində, Təqsirləndirilən şəxs1 36 ədəd konvalyutda ümumi sayı 360 ədəd olmaqla təsiredici maddəsinin miqdarı 14,4 qram olan metadon həbləri və 8 ədəd bağlamada ümumi təmiz çəkisi 8140 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi VAZ 2108 markalı, **-ZR-*** nömrə nişanlı avtomobildə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 18:40da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində, Bakı-Qazax avtomobil yolunun 34-cü kilometrliyində yerləşən “Sahil” kafesinin qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib 23 oktyabr 2022-ci il tarixdə, saat 22:00-dan etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin sol döş cibindən bir ədəd bükümdə 23,472 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və iki ədəd konvalyutda ümumi sayı 20 ədəd olmaqla təsiredici maddəsinin miqdarı 0,8 qram olan metadon həbləri, bir ədəd içərisində psixotrop maddə metamfetamin izləri olan ucuna borucuq bərkidilmiş plastik dərman ampulu, Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 5,451 qram çəkidə narkotik vasitə heroin, sol döş cibindən bir ədəd bükümdə 0,830 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və iki ədəd konvalyutda ümumi sayı 20 ədəd olmaqla təsiredici maddəsinin miqdarı 0,8 qram olan metadon həbləri, 23 oktyabr 2022-ci il tarixdə, saat 23:20-dən etibarən Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 2108 markalı, **-ZR-*** nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerindən 36 ədəd konvalyutda ümumi sayı 360 ədəd olmaqla təsiredici maddəsinin miqdarı 14,4 qram olan metadon həbləri və 8 ədəd bağlamada ayrıayrılıqda çəkiləri 1030 qram, 1005 qram, 1010 qram, 1000 qram, 1000 qram, 1040 qram, 1045 qram, 1010 qram, ümumi təmiz çəkisi 8140 qram narkotik vasitə qurudulmuş marixuana, daha sonra Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi 811 ünvanına 24 oktyabr 2022-ci il tarixdə, saat 02.20-dən etibarən keçirilmiş baxış zamanı evin hamam otağından 7 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 660 qram, 45 qram, 95 qram, 90 qram, 55 qram, 40 qram, 5 qram, ümumi təmiz çəkisi 990 qram narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 razılığı və iştirakı ilə yaşadığı ünvan 3 ünvanına 24 oktyabr 2022-ci il tarixdə, saat 05:30-dan etibarən keçirilən baxış zamanı mənzilin yataq otağındakı dolabda taxta qutudan və çarpayıda olan döşəyin altından 03 ədəd konvalyutda ümumi sayı 30 ədəd olmaqla təsiredici maddəsinin miqdarı 1,2 qram olan metadon həbləri, 3 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,672 qram, 1,289 qram, 0,163 qram, ümumi təmiz çəkisi 5,124 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 17,088 qram narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 15,647 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərə münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmələri tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülən ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkumluğu olmamışdır. Az müddət polis işləmiş, qəzada xəsarət alıb qolunu itirmişdir. Qolunu itirdikdən sonra maşın alveri ilə məşğul olmuş, SSRİ istehsalı maşınları yığdırıb, icarəsi və ya satışı ilə məşğul olmuşdur. Keçirdiyi qəzadan sonra 3-4 il ərzində xəstəliyi ilə əlaqədar narkotik vasitə marixuanadan istifadə etmişdir. Tutulmazdan 4-5 ay əvvəl İran vətəndaşı ilə instagramda tanış olmuşdur. İranlının kartına pul vurmuş və öz istifadəsi üçün hər dəfə 10-20 qram nəşə almışdır. Oktyabr ayının 23-ü iranlı ona nəşənin 200 qramını 600 manata verəcəyini demişdir. O da pulu karta atmış, iranlı ona Qaradağ yoluna getməsini, orada Sahil kafesinin yanından götürə biləcəyini demişdir. O, həmin gün içkili olmuş, onun maşının sürməsini və birlikdə getmələrini dostu Təqsirləndirilən şəxs2 xahiş etmişdir. Elvin özü də narkotik vasitə istifadəçisi olmuşdur. Təxminən saat 6-7 radələrində Qaradağda «Sahil” kafesinin yanında narkotiki götürən zaman 3 maşında 5-6 nəfər polis gəlmiş, özlərini təqdim etmiş, onları tutmuşlar. Onları bir yerdə tutmuş, ayrı-ayrı maşınlara oturtmuşlar. Orada onu və Elvini vurmuşlar, sonra da nəyə imza çəkdirdiklərini heç bilməmişdir. Polislərə özünün də polis veteranı olduğunu demiş, hörmət etmələrini xahiş etmişdir. Sonra da polislər bu qədər narkotiki boynuna qoymuş, imza da çəkdirmişlər. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, Elvin onunla haraya getdiklərini bilmişdir. Belə ki, konum atdıqlarını, gedib nəşə götürəcəklərini, istifadəçi olduğunu dostları da bilmişdir. Lakin Elvinin bunda heç bir marağı olmamış, sadəcə o, şikəst adam olduğu və həmin vaxt içkili olduğu üçün Elvindən xahiş etdiyinə görə sonuncu onunla gəlmişdir. O, iranlıdan 600 manat müqabilində cəmi 200 qram marixuana almış, polislər tərəfindən saxlanıldığı zaman da üstündə həmin marixuana olmuşdur. Bundan başqa üstündə, maşınında və evində heç bir narkotik vasitə olmamışdır. İranlı Bakıda yaşamamış, o, iranlı ilə həmişə eyni “whatsapp” nömrəsi ilə əlaqə saxlamışdır. Sonuncu ilə birbaşa özü əlaqə saxlamış, hər dəfə iranlı konumu ona İrandan göndərmiş, belə ki, narkotik vasitəni yolun qırağına, zibil qutusunun yanına, ağacın yanına qoyub şəklini çəkib atmışlar. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, istintaq zamanı ona necə deyilmişsə elə də etmişdir. Belə ki, polislərin dediyi şəkildə etməyəcəyi təqdirldə onun əlini, üzünü, digər sağlam qolunu da sındırıcaqları ilə bağlı polislər tərəfindən təhdid edilmişdir. Aralarında Həsən, Tosu adlı əməliyyatçılar, Mahir adlı təhqiqatçı olmuşdur. Onda cəmi 200 qram marixuana olmuşdur ki, həmin narkotik maşına oturan zaman əlində olmuş, polislər elə əlindən götürmüş, lakin üstlərini də yoxlamışlar. İdarədə isə cibinə bir büküm qoyub, çəkiliş zamanı üstündən çıxarmasını istəmişlər. Maşınına onun yanında baxış keçirilməmiş, evinə isə baxış keçirilməsini dedikdə etiraz etməmişdir. Evindən böyük tərəzidən başqa heç nə tapılmamış, həmin tərəzi isə yayda əncir, üzüm satan zaman istifadə etdiklərini tərəzi olmuşdur. Ümumiyyətlə istintaq zamanı heç nə yazmamış, müstəntiqin yanında olduğu zaman isə oxumadan imzalamış, yanında vəkili də olmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, narkotik vasitələri evə polislər özləri qoyub, sonra çəkiliş aparmışlar. Polislər həm onu, həm də Elvini vurmuşlar. Ayrı-ayrı otaqlarda olsalar da, Elvinin qışqırıq səslərini eşitmişdir. Kürdəxanı Təcridxanasına aparılarkən ona xəsarətlərinin olduğunu, əməliyyat olunmalı olduğunu bildirmişlər. O isə orada gətirilərkən polislər tərəfindən vurulduğunu bildirmişdir. Lakin nə sanksiyaya çıxarılarkən məhkəmədə, nə də hər hansı bir orqana şikayət bildirməmişdir. Prokurorluqdan gəlib bu qeyri-insani rəftar və işgəncə ilə bağlı ondan izahat almamışlar, şikayət etməməsi öz səhvi olmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Tədqiq olunan həmin ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı vediyi ifadəsindən fərqli – etirafedici ifadə verib özünü Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Əvvəllər narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan “Sosan” və “Əyyub” adlı şəxslərdən almışdır. Həmin şəxslər ona birlikdə işləməyi təklif etmişlər. O da həmin şəxslərlə narkotik vasitənin kiloqramını 500 manat müqabilində müxtəlif ünvanlara qoymaq şərti ilə razılaşmışdır. Daha sonra bir neçə ay bu qaydada həmin şəxslərlə birlikdə işləməyə başlamışdır. Ancaq onun bir qolu olmadığından malı götürməyə və müxtəlif ünvanlara paylamağa, daha sonra şəklini çəkib iranlıya göndərməyə əziyyər çəkirmiş. Belə olan halda onunla bir məhəllədə yaşayan narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu bildiyi Təqsirləndirilən şəxs2 bu iş barədə təklif etmiş və birlikdə işləmələrini demiş, Elvin də onunla razılaşmışdır. Çünki Elvinə bu işi görərək həm öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə alacağını, həm də bu işdən pul qazanacağını demişdir. Onlar müxtəlif vaxtlarda müxtəlif yerlərdən narkotik vasitə götürərək “Sosan”-ın dediyi yerlərə qoymuşlar. Sonuncu dəfə təqribən 15 kiloqrama yaxın narkotik vasitə götürmüşlər və həmin narkotik vasitənin bir hissəsini paylamışlar. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 23 oktyabr 2022-ci il tarixdə, saat 18:40 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində, Sahil adlanan kafenin qarşısında idarə etdiyi VAZ 2108 markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobildə tanışı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2la birlikdə olarkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərib, barələrində olan əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə o və Elvin şübhəli şəxs qismində tutulmuşlar. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun və Elvinin üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı o, qara rəngli gödəkçəsinin sol döş cibindən bir ədəd sellofan bükümdə qurudulmuş marixuananı və iki ədəd konvalyutda hər birində 10 ədəd olmaqla 20 ədəd metadon həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Eləcə də əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd Redmi markalı mobil telefonu, gödəkçənin sağ yan cibindən bir ədəd Kent markalı siqaret qutusunu, iki ədəd alışqanı, bir ədəd avtomobil açarını, şalvarın sağ yan cibindən isə 39 manat 50 qəpik pulu çıxarıb stolun üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sol döş cibindən bir ədəd ətir, narkotik vasitənin və ya psixotrop maddənin qəbulunda istifadə etdiyi bir ədəd kolba formasında düzəltdiyi əşya, şəxsiyyət və sürücülük vəsiqələri, avtomobilin qeydiyyat şəhadətnaməsi, bir ədəd Azəriqaz kartı, üç ədəd bank kartı aşkar edilmişdir. Həmin bank kartları, şəxsiyyət və sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Pul, Azəriqazın smart kartı, ətir, avtomobil açarı, siqaret qutusu, iki ədəd alışqan özünə qaytarılmışdır. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, iki ədəd konvalyutda 20 ədəd narkotik vasitə metadon həbləri və bir ədəd kolba içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs2 qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Elvin əynində olan gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə heroin, üç ədəd falqa kağızları və sellofan kəsiyi olan bir ədəd plastmas qabı və iki ədəd konvalyutda 20 ədəd narkotik vasitə metadon həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Eləcə də əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu, həmin şalvarın arxa sol cibindən çıxardığı bir ədəd ev açarını, bir ədəd plastik kartı, həmin gödəkçənin sağ yan cibindən çıxardığı bir ədəd dərman qutusunu, sol döş cibindən bir ədəd alışqanı, bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı çıxarıb stolun üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı Elvinin üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi içərisində heroin olan bir ədəd plasmas qab və qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefon, bank kartı bu barədə izah verildikdən sonra götürülmüş, digər əşyalar isə Elvinə qaytarılmışdır. O sorğu zamanı verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Təqsirləndirilən şəxs2la birlikdə Sasan adlı şəxsin Bakı şəhəri Qaradağ rayonu ərazisinə atdırdığı yerdən tutulmamışdan bir gün öncə götürüb əldə edərək başqa şəxslərə çatdırmaq və üzərindən götürüb istifadə etmək məqsədi ilə əldə etdiklərini, həmin kütlədən istifadəsində olan avtomobildə və yaşadığı evdə saxladığını, götürdüyü narkotik vasitələri başqa şəxslərə çatdırmaq üçün Sasanın ona 500 manat pul verəcəyini və həmin puldan 100 manatını Təqsirləndirilən şəxs2 verəcəyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni onunla birlikdə Sasan adlı şəxsin Bakı şəhərində bir neçə gün əvvəl atdırdığı yerdən götürüb əldə edərək başqa şəxslərə çatdırmaq və üzərindən götürüb istifadə etmək məqsədi ilə əldə etdiklərini, tutulmamışdan bir gün öncə də onunla birlikdə Sasan adlı şəxsin Bakı şəhəri Qaradağ rayonu ərazisinə atdırdığı yerdən götürüb əldə etdikləri narkotik vasitələri onun istifadəsində olan avtomobildə saxladıqlarını, yaşadığı evdə də narkotik vasitə saxladığını, polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, daha sonra onun idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Avtomobilə baxış keçirilməzdən öncə ona həmin avtomobildə saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, avtomobilin arxa yük yerini açaraq 1 ədəd ağ rəngli kisəni təqdim etmişdir. Həmin kisəyə baxış keçirilən zaman içərisində 8 ədəd bağlama və 1 ədəd sellofan büküm aşkar edilmişdir. Sellofan bükümdə 36 konvalyutda 360 ədəd metadon həbi, 8 ədəd bağlamada qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. O şifahi sorğu zamanı avtomobildən aşkar edilmiş maddənin qurudulmuş marixuana, həblərin isə narkotik tərkibli metadon həbləri olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşı “Sasan” adlı şəxsin göstərişi ilə Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən əldə etdiyini, həmin maddəni deyilən yerlərə qoyması müqabilində 500 manat pul əldə etməli olduğunu, əldə edəcəyi puldan 100 manatını Elvinə verməli olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu, bundan başqa Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin maddələri təqdim edə biləcəyini, yaşadığı ünvana baxış keçiriləsinə etirazı olmadığını, bu işdən Təqsirləndirilən şəxs2 da məlumatlı olmasını demişdir. Təqsirləndirilən şəxs2 da onun dedikərini təsdiq edərək Təqsirləndirilən şəxs2 da qaldığı evdə narkotik vasitələr olduğunu, həmin maddələri təqdim edə biləcəyini və yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını demişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, sonra onun yaşadığı Xəzər rayonunda yerləşən evə baxış keçirilmişdir. Ünvana baxış keçirilməzdən öncə ona yaşadığı ünvanda saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o evin hamam otağında 7 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Aşkar edilmiş kütlələr çəkilmiş və 2 ədəd elektron tərəzi ilə birlikdə qablaşdırılaraq üzəri möhürlənmiş və götürülmüşdür. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Təqsirləndirilən şəxs2la birlikdə Sasan adlı şəxsin Bakı şəhəri Qaradağ rayonu ərazisində atdırdığı yerdən tutulmamışdan bir neçə gün öncə götürüb əldə edərək başqa şəxslərə çatdırmaq və üzərindən götürüb istifadə etmək məqsədi ilə əldə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, narkotik vasitə istifadəçisi olduğunu və bu əməlindən ailə üzvlərindən heç kimin məlumatının olmadığını bildirmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə razılıq ərizəsi alınaraq baxış keçirilmişdir. Ünvana baxış keçirilməzdən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs2 Arif oğluna yaşadığı ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 yataq otağına daxil olaraq girişdən sol tərəfdə yerləşən qəhvəyi rəngli dolabdan 1 ədəd qəhvəyi rəngli taxta qutunu təqdim etmiş və içərisində narkotik tərkibli maddələri saxladığını bildirmişdir. Həmin qutuya baxış keçirilən zaman içərisində 3 konvalyutda 30 ədəd üzərində “Metadon M-40” yazısı olan həblər, 2 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 əlavə olaraq özünün yatdığı çarpayıda, döşəyin altından 1 ədəd elektron tərəzini və 1 ədəd qara rəngli eynək qabını təqdim etmişdir. Həmin təqdim edilmiş eynək qabına baxış keçirilən zaman içərisində 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd ağ rəngli kağız bükümdə qurudulmuş marixuana və 1 ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr tərəzidə çəkilmiş və elektron tərəzi ilə birlikdə içərisi boş olan zərfdə qablaşdırılaraq, üzəri möhürlənmiş və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın yataq otağından aşkar edilmiş maddələrin narkotik vasitə heroin, qurudulmuş marixuana və metamfetamin olduğunu həmin maddələri, təxminən 20 gün tutulmamışdan öncə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yolun kənarından İran İslam Respublikasının vətəndaşı, “Sasan” adlı şəxsin göstərişi ilə öz istifadəsi üçün götürdüyünü, deyilən yerlərdən narkotik vasitələri götürərək hər-hansı bir yerə qoymaq müqabilində həmin narkotik vasitəni əldə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, özünün narkotik vasitə istifadəçisi olmasını və bu əməlindən ailə üzvlərindən heç kimin məlumatının olmamasını bildirmişdir. Baxış zamanı həmin otaqda yerləşən dolabdan narkotik vasitələrin satışına dair qeydlər aparılan 2 ədəd vərəq də iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmişdir. Düzdür, aşkar edilmiş malları o özü almasa da həmin maddələri “Sasan” və “Əyyub” adlı şəxslərin tapşırığı ilə götürməli və həmin şəxslərin tapşırığı ilə müvafiq yerlərə qoymalı olduğunu bildirmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuanadan arada istifadə etdiyini bildirmişdir. Sasan və Əyyubun tam anket məlumatlarını bilməmişdir. Ancaq üzərindən aşkar edilmiş ona məxsus olan “Samsung” markalı mobil telefonda “Sasan”-ın İran İslam Respublikasının mobil operatoruna məxsus olan nömrəsi olduğunu demişdir. Onun üzərində, idarə etdiyi avtomobildə və yaşadığı evdə narkotik vasitə olması barədə yalnız Təqsirləndirilən şəxs2 məlumatı olmuşdur (iş vərəqə: cild İ, səh. 109-113; 141-145). Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, 2-3 ildir ki narkotik vasitə “kakos” istifadəçisidir, arada bir “nəşə” də çəkmişdir. Tanışı Rüfət isə ancaq “nəşə” çəkmiş, o, sonuncu ilə birgə narkotik istifadə etmişdir. 23 oktyabr 2022-ci il tarixdə, təxminən saat 4- 5-in yarsı radələrində Rüfət adlı tanışı ona zəng edərək “konum” atıldığını, həmin “konum”a çəkmək üçün 200 qram “nəşə” qoyulacağını demiş, özünün içkili olduğunu, bu səbəbdən birlikdə Qaradağ rayonuna gedib, götürüb gəlməyi təklif etmişdir. Rüfətlə əvvəllər də narkotik vasitə götürdükləri üçün o, bekar olduğundan, həmçinin narkotik vasitədən özü də istifadə edəcəyindən Rüfətin təklifi ilə razılaşmış və sonuncunun maşınını idarə edərək birlikdə Qaradağ rayonunda Sahil kafesi yaxınlığına getmişlər. Belə ki, Sahil kafesi yaxınlığına əmanət atılmalı olmuş və onlar həmin əmanəti götürməli imişlər. Rüfətin narkotik aldığı iranlı “whatsapp” vasitəsilə konum atmış, onlar həmin konuma tərəf maşın sürmüş, istiqaməti ona Rüfət demişdir. Konumdan əlavə şəkil də olmuş, lakin şəkildə narkotik görünməmiş, narkotikin qoyulacağı yerin daşı işarəyə alınmışdır. Təxminən saat 6 radələrində həmin yerə çatıb, qeyd olunan əmanəti götürüb, maşına oturarkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Belə ki, əməliyyatçılar Hyundai Sonata, Doblo, Xəzər və Mercedes markalı maşınlarla gəlmiş, təxminən 8-9 nəfər olmuş, hamısı mülki geyimdə olmuşlar. Polislər onları saxlayarkən onlarda narkotik vasitə olması barədə məlumat olduğu üçün saxlanıldıqlarını bildirmişlər. Həmin vaxt onun üzərində öz istifadəsi üçün aldığı 2 qramdan az narkotik, 1 list də “metadon 40” olmuşdur. Polislər onların üstünə baxış keçirmiş, Tosu adlı əməliyyatçı onun üstünə baxmış, ondan 2 qramdan az narkotik, 1 list də “metadon 40”, Rüfətdən isə bir iki baş nəşə aşkarlanmışdır. Onları Badamdardakı polis idarəsinə aparmışlar. Onları ayrı-ayrı otaqlarda bağlamışlar. Bir polis əməkdaşı yaxınlaşıb “Bilirsən sizin maşından nələr çıxıb?” demiş, o isə “Nələr çıxsaydı 200 qramın dalınca niyə gedirdik? Olmayıb elə şeylər bizim maşında” cavabını vermişdir. Sonra ağrıları başladığı üçün, həm də üzərindən çıxanlar da olduğu üçün onların dedikləri ilə razılaşmışdır. İdarədə ona xəsarət yetirməmişlər, arada təhqiqatçı Mahir adlı şəxs və əməliyyatçılardan adını bilmədiyi şəxs ona 2-3 şillə vurmuşlar. O biri tərəfdən isə Rüfətin səsi gəlmiş, qışqırtısı eşidilmişdir. Xəsarətləri əsasən Rüfətə yetirmişlər. Bunu gözü ilə görməsə də, qışqırtısını eşitmişdir. Onda isə xəsarət olmamış, psixoloji təsirə məruz qalmışdır. Bu barədə həbs qətimkan tədbiri seçilərkən hakimə danışmış, sonuncu prokurorluğa məlumat verəcəyini demişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, maşına baxış keçirilən zaman o, iştirak etməmiş, baxışı polislərin özləri keçirmişlər. Əvəəlcədən polislərə evdə 3 list “m40” olduğunu və yerini demişdir. Evinə 8-9 nəfər gedib axtarış keçirmiş, o, onlara “m40” təqdim etmiş, əməliyyatçı o biri otaqda da büküm olduğunu demişdir. Bükümü eyvanda eynək qabının içindən çıxarmışlar. Lakin tərəzi və büküm olmamışdır. Çünki onun heç eynəyi olmamışdır. Tərəzinin üstündə isə cızıq olmuş, həmin tərəzi Rüfətin evində çəkiliş zamanı olan tərəzi olmuş, üstündəki cızıqdan tanımışdır. O, heç vaxt narkotik satmaqla məşğul olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Tədqiq olunan həmin ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək həmin ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroindən istifadə etmişdir. Əvvəllər narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından almışdır. Ancaq daha sonra Təqsirləndirilən şəxs1 ona birlikdə işləməyi və iranlının narkotiklərini paylamağı təklif etmiş, o da razılaşmışdır. Çünki bu işi görərək həm öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə alacağını, həm də bu işdən pul qazanacağını düşünmüşdür. Onlar müxtəlif vaxtlarda müxtəlif yerlərdən narkotik vasitə götürərək həmin maddələri “Sosan”-ın dediyi yerlərə qoymuşlar. Sonuncu dəfə təqribən 15 kiloqrama yaxın narkotik vasitə götürmüşlər, həmin narkotik vasitənin bir hissəsini paylamışlar. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, 23 oktyabr 2022-ci il tarixdə, saat 18:40 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində, Bakı-Qazax avtomobil yolunun sağ tərəfində yerləşən Sahil adlanan kafenin qarşısında tanışı Bakı şəhəri Şüvəlan qəsəbəsində yaşayan Rüfətin idarə etdiyi VAZ 2108 markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərib barələrində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə o və Rüfət şübhəli şəxs qismində tutulmuşlar. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun və Rüfətin üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Rüfət qara rəngli gödəkcəsinin sol döş cibindən bir ədəd sellofan bükümdə qurudulmuş marixuananı və iki ədəd konvalutda hər birində 10 ədəd olmaqla 20 ədəd metadon həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Eləcə də əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd Redmi markalı mobil telefonu, gödəkcəsinin sağ yan cibindən bir ədəd Kent markalı siqaret qutusunu, iki ədəd alışqanı, bir ədəd avtomobil açarını, şalvarının sağ yan cibindən isə 39 manat 50 qəpik pulu çıxarıb stolun üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkcənin sol döş cibindən bir ədəd ətir, narkotik vasitənin və ya psixotrop maddənin qəbulunda istifadə etdiyi bir ədəd kolba, şəxsiyyət və sürücülük vəsiqələri, avtomobilin qeydiyyat şəhadətnaməsi, bir ədəd Azəriqazın smart kartı, üç ədəd bank kartı aşkar edilmişdir. Daha sonra Rüfətin təqdim etdiyi qurudulmuş marixuana, metadon həbləri və bir ədəd kolba içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. Daha sonra şəxsi axtarış zamanı Rüfətin üzəridən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, sonra ona qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroin, üç ədəd falqa kağızları və sellofan kəsiyi olan bir ədəd plasmas qabı və iki ədəd konvalutda 20 ədəd narkotik vasitə metadon həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Eləcə də əynindəki boz rəngli şalvarımın sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu, həmin şalvarımın arxa sol cibindən çıxardığı bir ədəd ev açarını, bank kartını, həmin gödəkcəmin sağ yan cibindən çıxardığı bir ədəd dərman qutusunu, sol döş cibimdən bir ədəd alışqanı, bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı çıxarıb stolun üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi, içərisində heroin olan bir ədəd plasmas qab və qurudulmuş marixuana qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdrı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefon, bank kartı bu barədə izah verildikdən sonra götürülmüş, digər əşyalar isə ona qaytarılmışdır. Rüfət sorğu zamanı verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni onunla birlikdə Sasan adlı şəxsin Bakı şəhəri Qaradağ rayonu ərazisinə atdırdığı yerdən tutulmamışdan bir gün qabaq götürüb əldə edərək başqa şəxslərə çatdırmaq və üzərindən götürüb istifadə etmək məqsədi ilə əldə etdiklərini, həmin kütlədən istifadəsində olan avtomobildə və yaşadığı evdə saxladığını, götürdükləri narkotik vasitələri başqa şəxslərə çatdırmaq üçün Sasanın Rüfətə 500 manat pul verəcəyini və Rüfətin də həmin puldan 100 manatını ona verəcəyini, polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmadığını bildirmişdir. O üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Rüfətlə birlikdə Sasan adlı şəxsin Bakı şəhərinə bir neçə gün əvvəl atdırdığı yerdən götürüb əldə edərək başqa şəxslərə çatdırmaq və üzərindən götürüb istifadə etmək məqsədi ilə əldə etdiklərini, bir gün öncə də Rüfətlə birlikdə Sasan adlı şəxsin Bakı şəhəri, Qaradağ rayonu ərazisinə atdırdığı yerdən götürüb əldə etdikləri narkotik vasitələri Rüfətin istifadəsində olan avtomobildə saxladıqlarını, yaşadığı evdə də narkotik vasitə saxladığını, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, daha sonra Rüfətin idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Avtomobilə baxış keçirilməzdən öncə Rüfətə həmin avtomobildə saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Rüfət avtomobilin arxa yük yerini açaraq 1 ədəd ağ rəngli kisəni təqdim etmişdir. Həmin kisəyə baxış keçirilən zaman içərisində 8 ədəd bağlama və 1 ədəd sellofan bağlama aşkar edilmişdir. Sellofan bükümdə 36 ədəd konvalyutda 360 ədəd metadon həbi, kisədə 8 ədəd bağlamada qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 avtomobildən aşkar edilmiş maddənin qurudulmuş marixuana, həblərin isə narkotik tərkibli metadon həbləri olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşı “Sasan” adlı şəxsin göstərişi ilə onunla birlikdə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən əldə etdiyini, həmin maddəni deyilən yerlərə qoyması müqabilində 500 manat pul əldə etməli olduğunu, əldə edəcəyi puldan 100 manatını ona verməli olduğunu, özünün narkotik maddələrin istifadəçisi olduğunu, bundan başqa Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən evdə də narkotik vasitə saxladığını, həmin maddələri təqdim edə biləcəyini, yaşadığı ünvan baxış keçiriləsinə etirazı olmadığını, bu işdən onun da məlumatlı olmasını demişdir. O da Rüfətin dediklərini təsdiq etmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, sonra Rüfətin yaşadığı Xəzər rayonunda yerləşən evə baxış keçirilmişdir. Ünvana baxış keçirilmədən öncə Rüfətə yaşadığı ünvanda saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Rüfət evin hamam otağında olan 7 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Aşkar edilmiş kütlələr çəkilmiş və 2 ədəd elektron tərəzi ilə birlikdə qablaşdırılıb üzəri möhürlənmiş və götürülmüşdür. Rüfət verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni onunla birlikdə Sasan adlı şəxsin Bakı şəhəri, Qaradağ rayonu ərazisinə atdırdığı yerdən bir neçə gün öncə götürüb əldə edərək başqa şəxslərə çatdırmaq və üzərindən götürüb istifadə etmək məqsədi ilə əldə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, özünün narkotik vasitə istifadəçisi olduğunu və bu əməlindən ailə üzvlərindən heç kimin məlumatının olmadığını bildirmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, sonra onun yaşadığı evə razılıq ərizəsi alınaraq baxış keçirilmişdir. Ünvana baxış keçirilməzdən öncə ona yaşadığı ünvanda saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o mənzilin eyvanında olan yataq otağına daxil olaraq girişdən sol tərəfdə yerləşən qəhvəyi rəngli dolabdan 1 ədəd qəhvəyi rəngli taxta qutunu təqdim etmiş və içərisində narkotik tərkibli maddələri saxladığını bildirmişdir. Həmin qutuya baxış keçirilən zaman içərisində 3 ədəd konvalyutda 30 ədəd üzərində “Metadon M-40” yazısı olan həblər, 2 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. O əlavə olaraq özünün yatdığı çarpayıda, döşəyin altından 1 ədəd elektron tərəzini və 1 ədəd qara rəngli eynək qabını təqdim etmişdir. Həmin eynək qabına baxış keçirilən zaman içərisində 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd ağ rəngli kağız bükümdə qurudulmuş marixuana və 1 ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr tərəzidə çəkilmiş və elektron tərəzi ilə birlikdə içərisi boş olan zərfdə qablaşdırılaraq, üzəri möhürlənmiş və götürülmüşdür. Şifahi sorğu zamanı o yaşadığı ünvanın yataq otağından aşkar edilmiş maddələrin narkotik vasitə heroin, qurudulmuş marixuana və metamfetamin olduğunu, həmin maddələri, bir neçə gün bundan öncə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yolun kənarından İran İslam Respublikasının vətəndaşı “Sasan” adlı şəxsin göstərişi ilə öz istifadəsi üçün götürdüyünü, ona deyilən yerlərdən narkotik vasitələri götürərək hər-hansı bir yerə qoymaq müqabilində həmin narkotik vasitəni əldə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, özünün narkotik vasitə istifadəçisi olmasını və bu əməlindən ailə üzvlərindən heç kimin məlumatının olmamasını bildirmişdir. Baxış zamanı həmin otaqda yerləşən dolabdan narkotik maddələrin satışına dair qeydlər aparılan 2 ədəd vərəq də iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmişdir. Düzdür, aşkar edilmiş malları o özü almasa da həmin maddələri “Sasan” və “Əyyub” adlı şəxslərin tapşırığı ilə götürməli, həmin şəxslərin tapşırığı ilə malları müvafiq yerlərə qoymalı olduğunu bildirmişdir. O narkotik vasitə olan heroin istifadə etdiyini bildirmişdir. Sasan və Əyyubun tam anket məlumatlarını bilməmişdir. Ancaq üzərindən aşkar edilmiş ona məxsus olan “Samsung” markalı mobil telefonda “Sasan”-ın İran İslam Respublikasının mobil operatoruna məxsus olan nömrəsi olduğunu bildirmişdir. Onun üzərində və yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddələr olması barədə yalnız Təqsirləndirilən şəxs1 məlumatı olmuşdur (iş vərəqə: cild İ, səh. 121-125; 160-164). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindiriən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 23 oktyabr 2022-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi 811 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1985-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş İdarənin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 23 oktyabr 2022-ci il tarixli qərar çıxarılmış və BNMİ-nin əməkdaşları – əməliyyat müvəkkili Şahid1, polis nəfəri Şahid2, polis nəfəri Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olması ehtimal edilən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə - Bakı-Qazax avtomobil yolunun 34-cü kilometrliyinə yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 23 oktyabr 2022-ci il tarixdə, saat 18:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində, Bakı-Qazax avtomobil yolunun 34-cü kilometrliyində, yolun sağ tərəfində yerləşən Sahil adlı kafenin qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bənzər şəxslər VAZ-2108 markalı, **-ZR-*** nömrə nişanlı avtomobildə saxlanılmışlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxslərə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmaları bildirilmiş və üzərlərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişlər. Daha sonra hüquqlarının müdafiə edilməsi üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Mərkəz Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Mərkəz Vəkil Bürosunun vəkili X7 dəvət olunaraq təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının həmin vəkillər tərəfindən müdafiə edilməsinə etirazları olmadığını bildirmişlər və Elvinlə Rüfətə müdafiəçiləri ilə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçiləri ilə konfidensial ünsiyyət saxladıqdan sonra şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokollar tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiklərini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstlərinin yoxlanılacağı və üzərlərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 buna etiraz etmədiklərini, üstlərinin yoxlanmasına razı olduqlarını bildirmişlər. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının aydın olduğunu bildirmişlər. Şəxsi axtarış və götürmə xx.xx.2022-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı Rüfət qara rəngli gödəkçəsinin sol döş cibindən bir ədəd sellofan bükümdə qurudulmuş marixuanaya bənzər kütləni və iki ədəd konvalyutda hər birində 10 ədəd olmaqla 20 ədəd metadon həbinə bənzər həbləri təqdim edərək masanın üzərinə qoymuşdur. Eləcə də əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd Redmi markalı mobil telefonu, gödəkçəsinin sağ yan cibindən bir ədəd Kent markalı siqaret qutusunu, iki ədəd alışqanı, bir ədəd avtomobil açarını, şalvarının sağ yan cibindən isə 39 manat 50 qəpik pulu çıxarıb stolun üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sol döş cibindən bir ədəd ətir, narkotik vasitənin və ya psixotrop maddənin qəbulunda istifadə olunan bir ədəd kolba, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, bir ədəd Azəriqazın smart kartı, üç ədəd bank kartı aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə, metadon həbinə bənzər həblər və bir ədəd kolba içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzəridən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs2 qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə, üç ədəd falqa kağızları və sellofan kəsiyi olan bir ədəd plasmas qabı və iki ədəd konvalyutda 20 ədəd narkotik vasitə metadon həblərinə bənzər həbləri təqdim edərək masanın üzərinə qoymuşdur. Eləcə də əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu, həmin şalvarın arxa sol cibindən çıxardığı bir ədəd ev açarını, bank kartını, həmin gödəkçənin sağ yan cibindən çıxardığı bir ədəd dərman qutusunu, sol döş cibindən bir ədəd alışqanı, bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb stolun üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi, içərisində heroinə bənzər kütlə olan bir ədəd plasmas qab və qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefon, bank kartı bu barədə izah verildikdən sonra götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Şahid4 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Təqsirləndirilən şəxs2la birlikdə Sasan adlı şəxsin Bakı şəhəri Qaradağ rayonu ərazisinə atdırdığı yerdən tutulmamışdan bir gün öncə götürüb əldə edərək başqa şəxslərə çatdırmaq və üzərindən götürüb istifadə etmək məqsədi ilə əldə etdiklərini, həmin kütlədən istifadəsində olan avtomobildə və yaşadığı evdə saxladığını, götürdükləri narkotik vasitələri başqa şəxslərə çatdırmaq üçün Sasanın Rüfətə 500 manat pul verəcəyini və həmin puldan 100 manatını Rüfətin Elvinə verəcəyini, Rüfətə qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Rüfətlə birlikdə Sasan adlı şəxsin Bakı şəhərinə bir neçə gün əvvəl atdırdığı yerdən götürüb əldə edərək başqa şəxslərə çatdırmaq və üzərindən götürüb istifadə etmək məqsədi ilə əldə etdiyiklərini, Rüfətlə birlikdə Sasan adlı şəxsin Bakı şəhəri Qaradağ rayonu ərazisinə atdırdığı yerdən götürüb əldə etdikləri narkotik vasitələri Rüfətin istifadəsində olan avtomobildə saxladıqlarını, yaşadığı evdə də narkotik vasitə saxladığını, polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalmadığını bildirmişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, daha sonra Rüfətin idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Avtomobilə baxış keçirilməzdən öncə Rüfətə həmin avtomobildə saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 avtomobilin arxa yük yerini açaraq 1 ədəd ağ rəngli kisəni təqdim etmişdir. Həmin kisəyə baxış keçirilən zaman içərisində 8 ədəd bağlama və 1 ədəd sellofan büküm aşkar edilmişdir. Sellofan bükümdə 36 konvalyutda 360 ədəd metadon həbinə bənzər həblər, 8 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 avtomobildən aşkar edilmiş maddənin qurudulmuş marixuana, həblərin isə narkotik tərkibli metadon həbləri olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşı “Sasan” adlı şəxsin göstərişi ilə Elvinlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən əldə etdiyini, həmin maddəni deyilən yerlərə qoyması müqabilində 500 manat pul əldə etməli olduğunu, əldə edəcəyi puldan 100 manatını Təqsirləndirilən şəxs2 verməli olduğunu, özünün narkotik maddələrin istifadəçisi olduğunu, bundan başqa Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən evdə də narkotik vasitə saxladığını, həmin maddələri təqdim edə biləcəyini, yaşadığı ünvan baxış keçiriləsinə etirazı olmadığını, bu işdən Təqsirləndirilən şəxs2 da məlumatlı olmasını demişdir. Təqsirləndirilən şəxs2 da Rüfətin dediklərini təsdiq etmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, sonra Rüfətin yaşadığı Xəzər rayonunda yerləşən evə baxış keçirilmişdir. Ünvana baxış keçirilməzdən öncə Rüfətə yaşadığı ünvanda saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 evin hamam otağında 7 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Aşkar edilmiş kütlələr çəkilmiş və 2 ədəd elektron tərəzi ilə birlikdə qablaşdırılaraq üzəri möhürlənmiş və götürülmüşdür. Rüfət verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Elvinlə birlikdə Sasan adlı şəxsin Bakı şəhəri Qaradağ rayonu ərazisinə atdırdığı yerdən bir neçə gün öncə götürüb əldə edərək başqa şəxslərə çatdırmaq və üzərindən götürüb istifadə etmək məqsədi ilə əldə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, özünün narkotik vasitə istifadəçisi olduğunu və bu əməlindən ailə üzvlərindən heç kimin məlumatının olmadığını bildirmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə razılıq ərizəsi alınaraq baxış keçirilmişdir. Ünvana baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 mənzilin eyvanında olan yataq otağına daxil olaraq girişdən sol tərəfdə yerləşən qəhvəyi rəngli dolabdan 1 ədəd qəhvəyi rəngli taxta qutunu təqdim etmiş və içərisində narkotik tərkibli maddələri saxladığını bildirmişdir. Həmin qutuya baxış keçirilən zaman içərisində 3 konvalyutda, 30 ədəd üzərində “Metadon M-40” yazısı olan həblər, 2 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 əlavə olaraq özünün yatdığı çarpayıda döşəyin altından 1 ədəd elektron tərəzini və 1 ədəd qara rəngli eynək qabını təqdim etmişdir. Həmin eynək qabına baxış keçirilən zaman içərisində 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə, 1 ədəd ağ rəngli kağız bükümdə qurudulmuş marixuanaya və 1 ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr tərəzidə çəkilmiş və elektron tərəzi ilə birlikdə içərisi boş olan zərfdə qablaşdırılaraq, üzəri möhürlənmiş və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın yataq otağından aşkar edilmiş maddələrin narkotik vasitə heroin, qurudulmuş marixuana və metamfetamin olduğunu, həmin maddələri, təxminən 20 gün öncə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yolun kənarından İran İslam Respublikasının vətəndaşı, “Sasan” adlı şəxsin göstərişi ilə öz istifadəsi üçün götürdüyünü, Elvinə deyilən yerlərdən narkotik vasitələri götürərək hər-hansı bir yerə qoymaq müqabilində həmin narkotik vasitəni əldə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, özünün narkotik vasitə istifadəçisi olmasını və bu əməlindən ailə üzvlərindən heç kimin məlumatının olmamasını bildirmişdir. Baxış zamanı həmin otaqda yerləşən dolabdan narkotik maddələrin satışına dair qeydlər aparılan 2 ədəd vərəq də iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları Şahid1 və Şahid3 məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş həmkarları – əməliyyat müvəkkili Şahid4la oxşar məzmunlu ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşı Şahid2 ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən olundu ki, Şahid2 da məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş həmkarı – əməliyyat müvəkkili Şahid4la oxşar məzmunlu ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 23 oktyabr 2022-ci il tarixdə saat 18:40-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində, Bakı-Qazax avtomobil yolunun 34-cü kilometrliyində yerləşən “Sahil” kafesinin yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin sol döş cibindən bir ədəd bükümdə 23,472 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və iki ədəd konvalyutda ümumi sayı 20 ədəd olmaqla təsiredici maddəsinin miqdarı 0,8 qram olan metadon həbləri, Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 5,451 qram çəkidə narkotik vasitə heroin, sol döş cibindən bir ədəd bükümdə 0,830 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və iki ədəd konvalyutda ümumi sayı 20 ədəd olmaqla təsiredici maddəsinin miqdarı 0,8 qram olan metadon həbləri aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 53-56). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “baxış keçirilməsi və götürmə haqqında” 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 23 oktyabr 2022-ci il tarixdə saat 18:40-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində, Bakı-Qazax avtomobil yolunun 34-cü kilometrliyində yerləşən “Sahil” kafesinin yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2in razılığı və iştirakı ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 2108 markalı **-ZR-*** nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerindən 36 ədəd konvalyutda ümumi sayı 360 ədəd olmaqla təsiredici maddəsinin miqdarı 14,4 qram olan metadon həbləri və 8 ədəd bağlamada ümumi təmiz çəkisi 8685 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 61-63). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “baxış keçirilməsi və götürmə haqqında” 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 23 oktyabr 2022-ci il tarixdə saat 18:40-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində, Bakı-Qazax avtomobil yolunun 34-cü kilometrliyində yerləşən “Sahil” kafesinin yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi 811 ünvanına keçirilmiş baxış zamanı evin hamam otağından 7 ədəd bükümdə ümumi təmiz çəkisi 1090 qram narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 66-68). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “baxış keçirilməsi və götürmə haqqında” 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 23 oktyabr 2022-ci il tarixdə saat 18:40-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində, Bakı-Qazax avtomobil yolunun 34-cü kilometrliyində yerləşən “Sahil” kafesinin yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs2 razılığı və iştirakı ilə yaşadığı ünvan 3 ünvanına keçirilən baxış zamanı mənzilin yataq otağındakı dolabda taxta qutudan və çarpayıda olan döşəyin altından 03 ədəd konvalyutda ümumi sayı 30 ədəd olmaqla təsiredici maddəsinin miqdarı 1,2 qram olan metadon həbləri, 3 ədəd bükümdə ümumi təmiz çəkisi 5,124 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 17,088 qram narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 15,647 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 71-73). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 6/6156 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksləri olan üç zərfdə, bir ədəd sintetik torbada və bir ədəd sellofan bağlamada: üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evin yataq otağından aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd şərti olaraq 1 №-li zərfdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 17,088 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 15,647 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd şərti olaraq 2 №-li zərfdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 5,451 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 2 ədəd sellofan bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş şərti olaraq 1 və 2 №-li zərflərdə olan ümumilikdə 5 ədəd konvalyutda üzərində “F/M 40” göstəricisi olan ümumilikdə 50 ədəd həblərin tərkibindəki metadonun təsir maddəsinin miqdarı 2 qram təşkil edir. Təqdim olunmuş şərti olaraq 3 №-li zərfdə və bir ədəd sintetik torbada olan ümumilikdə 38 ədəd konvalyutda üzərində “F/M 40” göstəricisi olan ümumilikdə 380 ədəd həblərin tərkibindəki metadonun təsir maddəsinin miqdarı 15,2 qram təşkil edir. Təqdim olunmuş metadon həbləri xarici görünüş əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidir. Təqdim olunmuş 1 ədəd ucuna borucuq bərkidilmiş plastik dərman ampulun içərisində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların aşkar edilmiş digər maddə nümunəsi ilə müqayisəli tədqiqatı aparılmadı. Təqdim edilmiş 2 ədəd gümüşü rəngli elektron tərəzilərinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onlarına maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Tqədim edilmiş 1 ədəd qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi (iş vərəqə: cild İ, səh. 85-91). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 7/1211 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evin yataq otağından aşkar olunmuş...” yazılar və imzalar olan 1 №-li ağ kağız paketdə 3 ədəd kağız bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri – 3,672 qram; 1,289 qram; 0,163 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi – 5,124 qramdır. tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” yazılar və imzalar olan 2 №-li ağ rəngli kağız paketdə 1 ədəd kağız bükülüdə təmiz çəkisi – 0,830 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs2 yaşadığı evdən və üzərindən götürülmüş marixuanaların ümumi çəkisi – 5,954 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxs2 yaşadığı evin yataq otağından götürülmüş 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” yazılar və imzalar olan 3№-li ağ rəngli kağız paketdə 1 ədəd sellofan bağlamada təmiz çəkisi – 23,472 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evin hamam otağından...” yazılar və imzalar olan sarı rəngli sellofan torbadakı 1 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi – 660 qram, 1 ədəd rəngli polietilen paketdə 6 ədəd sellofan torbacıqlarda ayrı-ayrılıqda təmiz çəkiləri – 45 qram, 95 qram, 90 qram, 55 qram, 40 qram, 5 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi – 990 qramdır. Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülümş 2 ədəd elektron tərəzinin üzərində (gümüşü və qara rəngli) bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Tərəzilər üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri olmadığı üçün onlarla müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 istifadəsində olan VAZ 2108 markalı ** ZR *** qeydiyyat nişanlı avtomobilin yük yerindən...” yazılar və imzalar olan ağ rəngli sintetik torbada 8 ədəd üzərləri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 1030 qram, 1005 qram, 1010 qram, 1000 qram, 1000 qram, 1040 qram, 1045 qram, 1010 qram, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 8140 qramdır. Təqsirləndirilən şəxs1 üzərindən, yaşadığı evdən və avtomobildən götürülmüş marixuanaların ümumi çəkisi 9153,472 qramdır. Təqsirləndirilən şəxs2 üzərindən, evindən və Təqsirləndirilən şəxs1 üzərindən, evindən, avtomobildən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir (iş vərəqə: cild İ, səh. 94-98). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “Bakcell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2022-ci il tarixdə “yari k” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2022-ci il tarixdə “Mənim hər bir şeyim var.Sənə falga lazımdır, Coca Colla alım sənə Bir az oturub gedərəm.Daşım da var kola da.Ot yoxumdu ancaq” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2022-ci il tarixdə “2dene pati 1dene kola lazimdi bidene cavab di” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2022-ci il tarixdə “İkisinen lazimdi yazda mene vacap yoxdu” məzmunlu, ********* saylı mobil nömrə istifadəçisi xx.xx.2022-ci il tarixdə “Eyub axtarir 40 gr gum” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2022-ci il tarixdə “qaqas necesen menem ceyhundu qaqas das lazimiydi 10lug varindisa imkan varsa vererdinde mene bidene cavab diyerdin zehmet olmasa” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2022-ci il tarixdə “Bacanaxa 1 dene lazimdi atirsan goturum gozduyur” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2022-ci il tarixdə “bayaq masinin yaninda ne didim sene. yadunnan cixdi? k temasin direm qaqas azi 3dene lazimdi” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2022-ci il tarixdə “qerdesimsen 4dene lazimdi deqiqdi elebil mecun elisen. bacardiqun qede ucuz danisda qerdesimsen.men ozum hormet elicem” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2022-ci il tarixdə “Salam qaqas Memmedagadi. 1dene nece elemey olar? Vezyet pisdiye” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2022-ci il tarixdə “1.5K alinsa 10m das. qerdesimsen meni tanisan olmaseydi diyerdim saba verim. Valla poxa dusdum butun kart senetder sikdirdi qanim qaraldi valla qerdesimsen kolani 3 dene gotur nisye zad yoxdi ter temiz pulni verem” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2022-ci il tarixdə “3dene k 10-15m das neqede elir di getirim 4k 0.5p pulni di 60negd mendedi. bularida di ne elir getirim pulni qerdesimsen tez bazar ele pullar cixmasun elden qaqas 1k alinar naxadi gelim gedim 1deyqe salam sagol. imkan varsa alindirda negd sobetdi. hamsin payladim ozme got boyda 5diy qaldi ozumolum. qerdes blokda didun duzeler ona umud herseyi payladim dasim qalib bidamci qerdesdiyi elemisen axiracan ele insalla tezdiynen sevindircem seni isderim duz” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi xx.xx.2022-ci il tarixdə “1 dene lazimiydi rufetden goturum sen gelene geder” məzmunlu smsləri Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı mobil nömrəyə göndərmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı nömrədən xx.xx.2022-ci il tarixdə ********** saylı nömrə istifadəçisinə “Bir sebr ele cavab desinde deqiq de sene neqee3r lazimdi Daniedim ancaw 2 Dene alinir cemi 35 den” məzmunlu, xx.xx.2022-ci il tarixdə ********** saylı nömrə istifadəçisinə “Wehere gedmiwem temaya” məzmunlu sms göndərmişdir (iş vərəqə: cild İİ, səh. 47-48). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə- narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 205 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərdən periodik istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 Bəhrma oğlu narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, arabir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib (iş vərəqə: cild İİ, səh. 49-50). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə- narkoloji ekspertizasının 27 fevral 2023-cü il tarixli, 1120 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabioidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 3 ildir narkotik vasitə heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Həmçinin, narkotik vasitə olan marixuanadan hər gün siqaretə doldurub çəkməklə istifadə edir. Narkotik vasitə olan metadon istifadə edib (iş vərəqə: cild İİ, səh. 51-52). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası DİN-nin BNMİ-dən daxil olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən, avtomobildən və yaşadıqları mənzillərdən aşkar edilən narkotik vasitə və psixotrop maddələri də satış məqsədi ilə əldə edib saxlamaqla daşımaları aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddələri nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqə: cild İİ, səh. 200). Məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq qərarlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə olan heroin, qurudulmuş marixuana, metadon və psixotrop maddə olan metamfetamin, 1 ədəd ucuna borucuq bərkidilmiş plastik dərman ampulu və 03 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 22,439 qram qalmış narkotik vasitə heroin, 9159,026 qram qalmış qurudulmuş marixuana, 15,597 qram qalmış psixotrop maddə metamfetamin, 405 ədəd qalmış metadon həbləri, 1 ədəd ucuna borucuq bərkidilmiş plastik dərman ampulu və 03 ədəd elektron tərəzi Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılmışdır (iş vərəqə: cild İ, səh.196-199). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq qərarlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı mənzillərə baxış keçirilən zaman maddi sübutların aşkar edilməsi və götürülməsini özündə əks etdirən dörd ədəd, "xxxx" MMC-dən daxil olan 01 ədəd - cəmi 5 ədəd “CD” disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə edilmiş və məhkəməyə göndərilmişdir (iş vərəqə: cild İİ, səh.53-75). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyənləşdirilməsi xüsusatı üzrə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqə: cild İİ, səh.78-79). Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, metadon narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi isə 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram, qurudulmuş marixuana (kannabis) narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülmüş 22,439 qram olan heroin narkotik vasitəsinin, 17,2 qram olan metadon narkotik vasitəsinin, 9159,026 qram olan qurudulmuş marixuana narkotik vasitəsinin və 15,597 qram metamfetamin psixotrop maddəsinin miqdarı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən olunan külli miqdarın minimum həddindən qat-qat çoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə aşkar edilib götürülmüş həm narkotik vasitələrin, həm də psixotrop maddənin çəkisinin külli miqdar təşkil etməsi ilə yanaşı qanunsuz əldə olunan həmin maddələrin növ müxtəlifliyi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qeyrisi ilə faktiki və mobil əlaqələrinin olması, onlardan müvafiq tərəzilərin aşkar edilib götürülməsi, əməliyyat məlumatları və s. təqsirləndirilən şəxslərin narkotik vasitələri satmaq niyyətində olmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda heroin, metadon, qurudulmuş marixuana narkotik vasitələri və metamfetamin psixotrop maddəsini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə alıb əldə etmələri, daşımaları və saxlamaları - yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdikləri qeyri-etirafedici və ziddiyyətli ifadələrini, saxlanılarkən və bundan sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən fiziki zora və qeyri-insani rəftara məruz qalmaları barədə göstərdiklərini onların ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmələri üçün seçmiş olduqları müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslərin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur və əksinə, onun təqsirliliyini təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və təqsirləndirilən şəxslərin hər biri onlara istinad olunan maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İİ, səh. 227-228). İş materiallarında olan müvafiq məhkəmə hökmündən və icra sənədindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs2 barəsində cinayət işinə baxılmış və sonuncu Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm 11 mart 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir (cinayət işinin materialları). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 baxılan iş üzrə cinayət hadisəsini 2022-ci ilin oktyabr ayının 23-ü, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmündən əvvəl törətdiyi müəyyən edilmişdir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə qeyd edir ki, mövcud hüquqi vəziyyətdə hər iki hökm üzrə təyin olunan cəzalar cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri baxımından toplanmalı olduğundan, təqsirləndirilən şəxsin barəsində residivin və məhkumluğun müəyyən edilməsi istisna təşkil edəcəkdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan müvafiq olaraq cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onların törətmiş olduğu cinayətin ağır cinayətlər kateqoriyasına aid olması nəzərə alınmalı, təqsirləndirilən şəxslərin islah olunması, həm onların özləri, həm də başqa şəxslər tərəfindən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, Təqsirləndirilən şəxs2 münasibətdə cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri də nəzərə alınmaqla, ədalətli, şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbləri baxımından) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 23 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 23 oktyabr 2022-ci il tarixdə tutulmuş, 25 oktyabr 2022-ci il tarixdə müvafiq məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 23 oktyabr 2022-ci il tarixdə başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə təyin olunacağından və bu zaman birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı olduğundan Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmünə əsasən müəyyən edilmiş 08 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 205 №-li rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, onun narkomaniya xəstəliyindən əzab çəkməməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın 27 fevral 2023-cü il tarixli, 1120 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Qeyd olunanlardan başqa, məhkəmə iş üzrə maddi sübutların taleyi ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 22,439 qram qalmış narkotik vasitə heroin, 9159,026 qram qalmış qurudulmuş marixuana, 15,597 qram qalmış psixotrop maddə metamfetamin, 405 ədəd metadon həbləri, 1 ədəd ucuna borucuq bərkidilmiş plastik dərman ampulu və 03 ədəd elektron tərəzi məhv edilməlidir; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı mənzillərə baxış keçirilən zaman maddi sübutların aşkar edilməsi və götürülməsini özündə əks etdirən dörd ədəd, "xxxx" MMC-dən daxil olan 01 ədəd - cəmi 5 ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 137 (yüz otuz yeddi manat) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 68 manat 50 qəpik olmaqla müştərək qaydada dövlət nəfinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 23 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. O, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yeni hökmlə təyin olunan 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmünə əsasən müəyyən edilmiş 08 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 22,439 qram qalmış narkotik vasitə heroin, 9159,026 qram qalmış qurudulmuş marixuana, 15,597 qram qalmış psixotrop maddə metamfetamin, 405 ədəd qalmış metadon həbləri, 1 ədəd ucuna borucuq bərkidilmiş plastik dərman ampulu və 03 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı mənzillərə baxış keçirilən zaman maddi sübutların aşkar edilməsi və götürülməsini özündə əks etdirən dörd ədəd, "xxxx" MMC-dən daxil olan 01 ədəd - cəmi 5 (beş) ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 137 (yüz otuz yeddi manat) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 68 manat 50 qəpik olmaqla müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar