Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-340/2025 01.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X34 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Qanunçuluq» Vəkil Bürosunun vəkili Müdafiəçi6, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi7, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X16 və Təqsirləndirilən şəxs3 iştirakları ilə 10 avqust 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.3.2 və 320.2-ci maddələri ilə 12 avqust 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.3.2 və 320.2-ci maddələri ilə xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə saat 10:50-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımış, bundan başqa, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələr əldə edib saxlayaraq daşımış və satmışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədilə külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr əldə etmək niyyəti ilə tanışı X27 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2023-cü ilin noyabr ayının əvvəllərində aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarını istifadə etmək məqsədi ilə müvəqqəti yaşadığı X11 məxsus ünvan 5 ünvanında özünə məxsus “Samsung” markalı planşet və “Epson L850” markalı çap qurğusu vasitəsi ilə tərtib edib çap etməklə qanunsuz hazırladığı apteklərdən güclü təsir edən maddələrin alınmasına hüquq verən rəsmi sənəd olan saxta reseptləri qrup üzvü Müşviq Şahbazova 50 manat pul müqabilində satdıqdan sonra sonuncu bilə-bilə həmin saxta reseptləri istintaqa məlum olmayan apteklərə təqdim etməklə istifadə edib külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 21 ədəd konvalyutda ümumilikdə 294 ədəd, təsiredici maddəsinin miqdarı 0,15 qram olan 44,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını və külli miqdarda, hər konvalyutda 10 ədəd olmaqla 60 ədəd konvalyutda ümumilikdə 600 ədəd, təsiredici maddəsinin miqdarı 0,05 qram olan 30 qram güclü təsir edən maddələrə aid “Tramadol” 50 mg” dərman preparatını qanunsuz olaraq əldə edib ona vermiş, o isə öz növbəsində qanunsuz olaraq satış məqsədilə əldə etdikləri həmin güclü təsir edən maddələri özündə saxlamaqla daşımış və 2023-cü ilin noyabr ayının ortalarında istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri Nərimanov rayonu, “Nəriman Nərimanov” adına istirahət parkının qarşısında tanışı Şahid1 650 manat pul müqabilində satmış, sonuncu da öz növbəsində 15 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində ünvan 6 ünvanda yerləşən “Koroğlu” metrostansiyası yaxınlığında 1 ədəd konvalyutda 14 ədəd olan, təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən 2,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını tanışı X2 sonra Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 noyabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Şahid1 tanışı Elmar Zeynallı ilə birlikdə ünvan 7 ünvanda yerləşən “Emerald” mehmanxanasının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 8 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada Elmar Zeynallının üzərinə keçirilən baxış zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən Şahid1 aldığı 1 ədəd konvalyutda 14 ədəd olan, təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən 2,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı aşkar edilərək götürülmüş, Şahid1 üzərində şəxsi axtarış aparılan zaman isə əlində saxladığı qara rəngli parça materialdan olan əl çantasının içərisindən onun satdığı, külli miqdarda komponentlərinə və xarici əlamətlərinə görə Elmar Zeynallının üzərindən aşkar edilmiş “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman pereparatı ilə eynilik təşkil edən, hər konvalyutda 14 ədəd olmaqla 20 ədəd konvalyutda ümumilikdə 280 ədəd, təsiredici maddəsinin miqdarı 0,15 qram olan 42 qram çəkidə güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı və hər konvalyutda 10 ədəd olmaqla 60 ədəd konvalyutda ümumilikdə 600 ədəd, təsiredici maddəsinin miqdarı 0,05 qram olan 30 qram güclü təsir edən maddələrə aid “Tramadol” 50 mg” dərman preparatı aşkar edilərək götürülmüşdür. 3.Bundan başqa, Təqsirləndirilən şəxs1 satış məqsədilə külli miqdarda psixotrop maddə əldə etmək niyyəti ilə tanışı X27 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar razılığa əsasən o, sosial şəbəkə vasitəsilə tanış olduğu “Səid” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 250 manat pul köçürdükdən sonra 11 noyabr 2023-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin yaxınlığında, yolun kənarında qoyulmuş yerdən külli miqdarda, ümumi təmiz çəkisi 27,82 qram olan psixotrop maddə-metamfetamini götürüb satış məqsədilə qanunsuz olaraq əldə etməklə metamfetaminin 7,901 qram hissəsini satışının həyata keçirilməsi üçün qrup üzvü Təqsirləndirilən şəxs2 vermiş, 19,919 qram hissəsini isə idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində (bardaçok) saxlayaraq daşımış və daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 15 noyabr 2023-cü il tarixdə, saat 17:50 radələrində ünvan 10 ünvanda yerləşən “Toyota Servis”in yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə ünvan 8 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gətirilib həmin tarixdə, saat 20 radələrində inzibati binanın həyətində istifadəsində olan “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun iştirakı ilə baxış keçirilən zaman avtomobilin salonunda olan saxlanc yerindən (bardaçokdan) 1 ədəd şəffaf rəngli sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 19,919 qram olan ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin və səthində psixotrop maddə-metamfetaminin izləri olan 1 ədəd qara rəngli, “Rosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən qrup üzvü Müşviq Şahbazov 15 noyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri Nizami rayonu, ünvan 12 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 8 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə, komponentlərinə və kimyəvi tərkibinə görə onun avtomobilindən aşkar edilmiş psixotrop maddə-metamfetaminlə eynilik təşkil edən, külli miqdarda, təmiz çəkisi 7,901 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və əynində olan açıq göy rəngli gödəkçənin sol yan cibindən səthində psixotrop maddəmetamfetaminin izləri olan 1 ədəd qara rəngli, “Rosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. 4.Daha sonra, Təqsirləndirilən şəxs1 təkrarən, satış məqsədilə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr əldə etmək niyyəti ilə tanışı X27 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarını istifadə etmək məqsədi ilə müvəqqəti yaşadığı X11 məxsus ünvan 5 ünvanında özünə məxsus “Samsung” markalı planşet və “Epson L850” markalı çap qurğusu vasitəsi ilə tərtib edib çap etməklə qanunsuz hazırladığı apteklərdən güclü təsir edən maddələrin alınmasına hüquq verən rəsmi sənəd olan saxta reseptləri 14 noyabr 2023-cü il tarixdə qrup üzvü Müşviq Şahbazova 50 manat pul müqabilində satdıqdan sonra sonuncu biləbilə həmin saxta reseptləri istintaqa məlum olmayan apteklərə təqdim etməklə istifadə edib külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 08 ədəd konvalyutda ümumilikdə 112 ədəd, 16,8 qram çəkidə, güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını qanunsuz olaraq əldə edib saxlamaqla ünvan 10 ünvanda yerləşən “Toyota Servis”in yaxınlığına daşıyıb həmin tarixdə ona vermiş, o da öz növbəsində güclü təsir edən maddələri hissələrə bölüb bir hissəsini üzərində, qalan hissəsini isə idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində (bardaçok) saxlayaraq daşımış və daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 15 noyabr 2023-cü il tarixdə, saat 17:50 radələrində ünvan 10 ünvanda yerləşən “Toyota Servis”in yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə ünvan 8 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 04 ədəd konvalyutda ümumilikdə 56 ədəd, 8,4 qram çəkidə, güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı aşkar olunaraq götürülmüş, Nizami RPİ-nin əməkdaşları tərəfindən həmin tarixdə, saat 20 radələrində ünvan 8 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasının həyətində istifadəsində olan “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun iştirakı ilə baxış keçirilən zaman avtomobilin salonunda olan saxlanc yerindən (bardaçokdan) külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 04 ədəd konvalyutda ümumilikdə 56 ədəd, 8,4 qram çəkidə, güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı və 1 ədəd qara rəngli “Rosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. 5.X27 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımış, bundan başqa, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələr əldə edib saxlayaraq daşımış və satmışdır. 6.Belə ki, X6 məqsədilə külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr əldə etmək niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2023cü ilin noyabr ayının əvvəllərində aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarını istifadə etmək məqsədi ilə müvəqqəti yaşadığı X11 məxsus ünvan 5 ünvanında özünə məxsus “Samsung” markalı planşet və «Epson L850» markalı çap qurğusu vasitəsi ilə tərtib edib çap etməklə qanunsuz hazırladığı apteklərdən güclü təsir edən maddələrin alınmasına hüquq verən rəsmi sənəd olan saxta reseptləri 50 manat pul müqabilində ona satdıqdan sonra o, bilə-bilə həmin saxta reseptləri istintaqa məlum olmayan apteklərə təqdim etməklə istifadə edib külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 21 ədəd konvalyutda ümumilikdə 294 ədəd, təsiredici maddəsinin miqdarı 0,15 qram olan 44,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını və külli miqdarda, hər konvalyutda 10 ədəd olmaqla 60 ədəd konvalyutda ümumilikdə 600 ədəd, təsiredici maddəsinin miqdarı 0,05 qram olan 30 qram güclü təsir edən maddələrə aid “Tramadol” 50 mg” dərman preparatını qanunsuz olaraq əldə edib qrup üzvü Təqsirləndirilən şəxs1 vermiş, sonuncu isə öz növbəsində qanunsuz olaraq satış məqsədilə əldə etdikləri həmin güclü təsir edən maddələri özündə saxlamaqla daşımış və 2023-cü ilin noyabr ayının ortalarında istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri Nərimanov rayonu, “Nəriman Nərimanov” adına istirahət parkının qarşısında tanışı Şahid1 650 manat pul müqabilində satmış, Şahid1 da öz növbəsində 15 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində ünvan 6 ünvanda yerləşən “Koroğlu” metrostansiyası yaxınlığında 1 ədəd konvalyutda 14 ədəd olan, təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən 2,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını tanışı X2 sonra Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 noyabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Şahid1 tanışı Elmar Zeynallı ilə birlikdə ünvan 15 ünvanda yerləşən “Emerald” mehmanxanasının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 8 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada Elmar Zeynallının üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən Şahid1 aldığı 1 ədəd konvalyutda 14 ədəd olan, təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən 2,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı aşkar edilərək götürülmüş, Şahid1 üzərində şəxsi axtarış aparılan zaman isə əlində saxladığı qara rəngli parça materialdan olan əl çantasının içərisindən onun satdığı, külli miqdarda komponentlərinə və xarici əlamətlərinə görə Elmar Zeynallının üzərindən aşkar edilmiş “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman pereparatı ilə eynilik təşkil edən, hər konvalyutda 14 ədəd olmaqla 20 ədəd konvalyutda ümumilikdə 280 ədəd, təsiredici maddəsinin miqdarı 0,15 qram olan 42 qram çəkidə güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı və hər konvalyutda 10 ədəd olmaqla 60 ədəd konvalyutda ümumilikdə 600 ədəd, təsiredici maddəsinin miqdarı 0,05 qram olan 30 qram güclü təsir edən maddələrə aid “Tramadol” 50 mg” dərman preparatı aşkar edilərək götürülmüşdür. 7.Bundan başqa, X6 məqsədilə külli miqdarda psixotrop maddə əldə etmək niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar razılığa əsasən sonuncu sosial şəbəkə vasitəsilə tanış olduğu “Səid” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 250 manat pul köçürdükdən sonra 11 noyabr 2023-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin yaxınlığında, yolun kənarında qoyulmuş yerdən külli miqdarda, ümumi təmiz çəkisi 27,82 qram olan psixotrop maddə-metamfetamini götürüb satış məqsədilə qanunsuz olaraq əldə etməklə metamfetaminin 7,901 qram hissəsini satışının həyata keçirilməsi üçün ona vermiş, 19,919 qram hissəsini isə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində (bardaçok) saxlayaraq daşımış, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qrup üzvü Təqsirləndirilən şəxs1 15 noyabr 2023-cü il tarixdə, saat 17:50 radələrində ünvan 10 ünvanda yerləşən “Toyota Servis”in yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə ünvan 8 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gətirilib həmin tarixdə, saat 20 radələrində inzibati binanın həyətində “Kia” markalı, “Cerato” modelli, Az 10- LU-026 dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilən zaman avtomobilin salonunda olan saxlanc yerindən (bardaçokdan) 1 ədəd şəffaf rəngli sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 19,919 qram olan ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və səthində psixotrop maddə-metamfetaminin izləri olan 1 ədəd qara rəngli, “Rosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən o, 15 noyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Nizami rayonu, ünvan 12 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 8 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə, komponentlərinə və kimyəvi tərkibinə görə Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş psixotrop maddə-metamfetaminlə eynilik təşkil edən, külli miqdarda, təmiz çəkisi 7,901 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və əynində olan açıq göy rəngli gödəkçənin sol yan cibindən səthində psixotrop maddə-metamfetaminin izləri olan 1 ədəd qara rəngli, “Rosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. 8.Daha sonra, X27 təkrarən, satış məqsədilə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr əldə etmək niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarını istifadə etmək məqsədi ilə müvəqqəti yaşadığı X11 məxsus ünvan 5 ünvanında özünə məxsus “Samsung” markalı planşet və «Epson L850» markalı çap qurğusu vasitəsi ilə tərtib edib çap etməklə qanunsuz hazırladığı apteklərdən güclü təsir edən maddələrin alınmasına hüquq verən rəsmi sənəd olan saxta reseptləri 14 noyabr 2023-cü il tarixdə ona 50 manat pul müqabilində satdıqdan sonra o, bilə-bilə həmin saxta reseptləri istintaqa məlum olmayan apteklərə təqdim etməklə istifadə edib külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 08 ədəd konvalyutda ümumilikdə 112 ədəd, 16,8 qram çəkidə, güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını qanunsuz olaraq əldə edib saxlamaqla ünvan 16 ünvanda yerləşən “Toyota Servis”in yaxınlığına daşıyıb həmin tarixdə qrup üzvü Təqsirləndirilən şəxs1 vermiş, sonuncu da öz növbəsində güclü təsir edən maddələri hissələrə bölüb bir hissəsini üzərində, qalan hissəsini isə idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində (bardaçok) saxlayaraq daşımış, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qrup üzvü Təqsirləndirilən şəxs1 15 noyabr 2023-cü il tarixdə, saat 17:50 radələrində ünvan 16 ünvanda yerləşən “Toyota Servis”in yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az 10- LU-026 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə ünvan 17 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 04 ədəd konvalyutda ümumilikdə 56 ədəd, 8,4 qram çəkidə, güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı aşkar olunaraq götürülmüş, Nizami RPİ-nin əməkdaşları tərəfindən həmin tarixdə, saat 20 radələrində ünvan 8 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasının həyətində “Kia” markalı, “Cerato” modelli, Az 10-LU- 026 dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilən zaman avtomobilin salonunda olan saxlanc yerindən (bardaçokdan) külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 04 ədəd konvalyutda ümumilikdə 56 ədəd, 8,4 qram çəkidə, güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı və 1 ədəd qara rəngli “Rosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. 9.Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə etmək məqsədilə hüquq verən Azərbaycan Respublikasının saxta blanklarını qanunsuz hazırlayaraq bilə-bilə saxta sənəddən istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələr əldə edib saxlayaraq daşımış və satmışdır. 10.Belə ki, Təqsirləndirilən şəxs3 satış məqsədilə külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr əldə etmək niyyəti ilə tanışı X27 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2023-cü ilin noyabr ayının əvvəllərində aralarında olan cinayətkar razılığa əsasən o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarını istifadə etmək məqsədi ilə müvəqqəti yaşadığı X11 məxsus ünvan 19 ünvanında özünə məxsus “Samsung” markalı planşet və “Epson L850” markalı çap qurğusu vasitəsi ilə tərtib edib çap etməklə qanunsuz hazırladığı apteklərdən güclü təsir edən maddələrin alınmasına hüquq verən rəsmi sənəd olan saxta reseptləri qrup üzvü Müşviq Şahbazova 50 manat pul müqabilində satdıqdan sonra sonuncu bilə-bilə həmin saxta reseptləri istintaqa məlum olmayan apteklərə təqdim etməklə istifadə edib külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 21 ədəd konvalyutda ümumilikdə 294 ədəd, təsiredici maddəsinin miqdarı 0,15 qram olan 44,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını və külli miqdarda, hər konvalyutda 10 ədəd olmaqla 60 ədəd konvalyutda, ümumilikdə 600 ədəd, təsiredici maddəsinin miqdarı 0,05 qram olan 30 qram güclü təsir edən maddələrə aid “Tramadol” 50 mg” dərman preparatını qanunsuz olaraq əldə edib qrup üzvü Təqsirləndirilən şəxs1 vermiş, sonuncu isə öz növbəsində qanunsuz olaraq satış məqsədilə əldə etdikləri həmin güclü təsir edən maddələri özündə saxlamaqla daşımış və 2023-cü ilin noyabr aymm ortalarında istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri Nərimanov rayonu, “Nəriman Nərimanov” adına istirahət parkının qarşısında tanışı Şahid1 650 manat pul müqabilində satmış, Şahid1 da öz növbəsində 15 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində ünvan 6 ünvanda yerləşən “Koroğlu” metrostansiyası yaxınlığında 1 ədəd konvalyutda 14 ədəd olan, təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən 2,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını tanışı X2 sonra Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 noyabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Şahid1 tanışı Elmar Zeynallı ilə birlikdə ünvan 15 ünvanda yerləşən “Emerald” mehmanxanasının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 17 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada Elmar Zeynallının üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən Şahid1 aldığı 1 ədəd konvalyutda 14 ədəd olan, təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən 2,1 qram güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı aşkar edilərək götürülmüş, Şahid1 üzərində şəxsi axtarış aparılan zaman isə əlində saxladığı qara rəngli parça materialdan olan əl çantasının içərisindən onun satdığı, külli miqdarda komponentlərinə və xarici əlamətlərinə görə Elmar Zeynallının üzərindən aşkar edilmiş “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman pereparatı ilə eynilik təşkil edən, hər konvalyutda 14 ədəd olmaqla 20 ədəd konvalyutda ümumilikdə 280 ədəd, təsiredici maddəsinin miqdarı 0,15 qram olan 42 qram çəkidə güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı və hər konvalyutda 10 ədəd olmaqla 60 ədəd konvalyutda ümumilikdə 600 ədəd, təsiredici maddəsinin miqdarı 0,05 qram olan 30 qram güclü təsir edən maddələrə aid “Tramadol” 50 mg” dərman preparatı aşkar edilərək götürülmüşdür. 11.Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən, tanışı X27 və Təqsirləndirilən şəxs1 ilə satış məqsədilə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr əldə etmək niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılığa əsasən o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarını istifadə etmək məqsədi ilə müvəqqəti yaşadığı X11 məxsus ünvan 5 ünvanında özünə məxsus “Samsung” markalı planşet və “Epson L850” markalı çap qurğusu vasitəsi ilə tərtib edib çap etməklə qanunsuz hazırladığı apteklərdən güclü təsir edən maddələrin alınmasına hüquq verən rəsmi sənəd olan saxta reseptləri 14 noyabr 2023-cü il tarixdə qrup üzvü Müşviq Şahbazova 50 manat pul müqabilində satdıqdan sonra sonuncu bilə-bilə həmin saxta reseptləri istintaqa məlum olmayan apteklərə təqdim etməklə istifadə edib külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 08 ədəd konvalyutda, ümumilikdə 112 ədəd, 16,8 qram çəkidə güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatını əldə edib saxlamaqla ünvan 20 ünvanda yerləşən “Toyota Servis”in yaxınlığına daşıyıb həmin tarixdə qrup üzvü Təqsirləndirilən şəxs1 vermiş, sonuncu da öz növbəsində güclü təsir edən maddələri hissələrə bölüb bir hissəsini üzərində, qalan hissəsini isə idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində (bardaçok) saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 15 noyabr 2023-cü il tarixdə, saat 17:50 radələrində ünvan 21 ünvanda yerləşən “Toyota Servis”in yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə ünvan 17 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 04 ədəd konvalyutda ümumilikdə 56 ədəd, 8,4 qram çəkidə, güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı aşkar olunaraq götürülmüş, Nizami RPİ-nin əməkdaşları tərəfindən həmin tarixdə, saat 20 radələrində ünvan 17 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs1 istifadəsində olan “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə sonuncunun iştirakı ilə baxış keçirilən zaman avtomobilin salonunda olan saxlanc yerindən (bardaçokdan) külli miqdarda, hər konvalyutda 14 ədəd olmaqla 04 ədəd konvalyutda ümumilikdə 56 ədəd, 8,4 qram çəkidə, güclü təsir edən maddələrə aid “Alyse” 150 mg” adlı preqabalin tərkibli dərman preparatı və 1 ədəd qara rəngli “Rosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. 12.Bundan başqa, Təqsirləndirilən şəxs3 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz olaraq əldə etmək niyyəti ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi 2 ədəd ofset çap üsulu ilə hazırlanmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B0214572 və B0214568 nömrəli boş resept blanklarından istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda müvəqqəti yaşadığı X11 məxsus ünvan 5 ünvanında özünə məxsus “Samsung” markalı planşet vasitəsi ilə tərtib etdiyi «Azərbaycan Respublikası Bakı şəh, X53 City, MMC ÖMÜR LTD» sözləri olan möhür əksi, «həkim nevropotoloq X59» sözləri olan möhür əksi, «həkim nevroloq X35» sözləri olan möhür əksi, «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi, "xxxx" MMC Klinikası, tibbi vərəqələr üçün» sözləri olan ştamp əksini yaşadığı həmin ünvanda olan «Epson L850» markalı şırnaqlı çap qurğusunda qeyd edilən B0214568 və B0214572 nömrəli resept blanklarının üzərində çap etməklə qanunsuz hazırladığı apteklərdən güclü təsir edən maddələrin alınmasına hüquq verən saxta resept blanklarını yaşadığı ünvan 24 ünvanında saxlamış, 16 noyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində ünvan 25 ünvanında yerləşən Nizami RPİ-nin inzibati binasında üzərinə keçirilmiş baxış zamanı göstərilən B0214572 və B0214568 nömrəli saxta resept blankları aşkar edilərək götürülmüşdür. 13.Dövlət ittihamçısı Təqsirləndirilən şəxs3 aid hissədə elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissənin çıxarılmasını xahiş etmişdir. Sübutların tədqiqi: 14.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.3.2 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirili bilərək ifadəsində bildirmişdir ki, o, 2022-ci ildən etibarən preqabilin tərkibli “Alyse” dərmanından istifadə etmişdir. Dərmanları dost-tanışından əldə etmiş, daha sonra dərman tapa bilməyərək Müşviqlə görüşmüş və Müşviqə dərman tapa bilmədiyini deyərək kömək etməsini bildirmişdir. Müşviqi təxminən 5-6 ildir tanımış, Müşviq də ona bir nəfərin resept verdiyini demiş və o, qanuni yolla resept verildiyini düşünmüşdür. İki gün keçdikdən sonra Müşviq ona resepti həll edəcəyini demişdir. Müşviqə yüz manat pul vermiş və qarşılığında ona resept vermişdir. Müşviqdən iki dəfə resept almış, Müşviqin kimdən resepti əldə etdiyini bilməmişdir. Dərmanları əldə etdiyi aptek “Lite” aptek olmuşdur. Həmin aptekin yerini ona Müşviq demişdir. Həmin aptekdən götürə biləcəyi deyilmiş, o da oraya gedərək daimi şəkildə aptekdən götürmüşdür. Aptekdə işləyən satıcı klinikaya zəng edib razılıq aldıqdan sonra dərmanları vermişdir. Dərmanlar zəng edilmədən verilməmişdir. Dərmanlar ancaq həmin aptekdə satılmışdır. Başqa apteklərə getdikdə dərmanın olmadığı deyilmişdir. Hər dəfə dərman aldıqda zəng edib dəqiqləşdirildikdən sonra verilmişdir. Aptekin konkret kiminlə əlaqə saxladığından məlumatı olmamışdır. Bir reseptdən yalnız bir dəfə istifadə etmək mümkün olmuşdur. Rəsmi işdə işlədiyindən ona dərman yazması üçün həkimə getməmişdir. Reseptlərdə kimin adının yazıldığını bilməmişdir. Noyabr ayının 15-i Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən iş yerində, saat altıya on beş-iyirmi dəqiqə işləmiş saxlanılmış və idarəyə aparılmışdır. Təxminən gecə saat 11-də şəxsi axtarış aparılmış və daha sonra avtomobilinə baxış keçirilmişdir. Saxlanılan zaman avtomobilində dərman olmuşdur. Səkkiz list dərman avtomobilindən çıxmışdır. İdarədə adını Qulu adında bir nəfərin verdiyi deyilmişdir. Özü isə Qulunu cəmi iki dəfə görmüşdür. Qulunu da iki dəfə görəndə ona resept vermiş və başqa alış-verişi olmamışdır. Bulud Salmanov adlı şəxsi tanımır, cəmi iki dəfə görmüşdür. Həmin şəxsə resepti yüz manata vermişdir. Verdiyi reseptlər Müşviqdən aldığı reseptlər olmuşdur. Sonra da bölmədə çəkiliş olmuş, 19 qram metamfetamin ona yüklənilmiş və tərəzi də yanına qoyulmuşdur. Dövlətin verdiyi vəkilin gözünün qabağında hər bir şey olmuşdur. İran vətəndaşı ilə əlaqələrindən yazılır, amma heç bir əlaqəsi yoxdur. Nə metamfetamin, nə də başqa narkotik vasitə istifadə etməmiş, ancaq dərman istifadə etmişdir. Əzizə adlı şəxsi isə ümumiyyətlə tanımır. İbtidai istintaq dövründə metamfetaminlə bağlı ifadə verməmiş, ifadəsini oxumadan imzalamış, müstəntiqin onun dediklərini yazdığını düşünmüşdür. İranlı ilə heç əlaqə saxlamamışdır. Müstəntiq və əməliyyatçılar tərəfindən hansısa psixi, fiziki zorakılığa məruz qalmamışdır. Şəxsi axtarışı aparılarkən ona narahat olmaması, videoçəkilişi Quluya görə aparıldığı deyilmişdir. Onun məhkəmə iclasında verdiyi ifadəsi düzgündür. 15.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi 17 noyabr 2023-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, 2022-ci ildən “Alyse” 150 mg preqabilin tərkibli həblər, 2023-cü ilin əvvəllərindən isə 2 gündən bir psixotrop maddə metamfetamini lampada yandırıb çəkmə yolu ilə qəbul etməyə başlamışdır. O, 2023-ci ilin ortalarında “İnstagram” sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı “Ruslan” adlı şəxslə tanış olmuş və Ruslan ona satdığı psixotrop maddə təklif etmişdir. O, Ruslan adlı şəxsin M10 nömrəsinə pul göndərmişdir. Ruslan ona “WhatsApp” proqramı vasitəsi ilə koordinat göndərmiş və o da qeyd olunan koordinatdan şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamini götürüb qəbul etmişdir. 2023-cü ilin sentyabr ayından Müşviq Şahbazovu tanımış və Müşviq Şahbazovla söhbət zamanı Müşviq ona demişdir ki, “apteklərdən narkotik tərkibli dərmanlar almaq üçün 100 manata resept təşkil edə bilər”. O, Müşviq Şahbazova razılıq vermiş və Müşviq Şahbazov 2023-cü ilin sentyabr ayından noyabr ayına kimi ona 6-7 dəfə resept satmışdır. O da həmin reseptlərlə Bakı şəhəri, Nərimanov rayonu, X76 küçəsi ilə paralel küçədə yerləşən “Elit” aptekdən 4 ədəd kanvalyutda “Alyse””150 mg preqabilin tərkibli həbləri 40 manata, X76 küçəsində olan aptekdən isə 4 ədəd kanvalyutda “Alyse” 150 mg preqabilin tərkibli həbləri 44 manata alıb qəbul etmişdir. 2023-cü ilin oktyabr ayının əvvəlləri “İnstagram” sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı “Səid” adlı şəxslə tanış olmuş və Səid ona satlıq psixotrop maddə təklif etmişdir. O, Səid adlı şəxsin M10 nömərsinə pul göndərmiş, Səid ona “WhatsApp” proqramı vasitəsi ilə koordinat göndərmiş və o da qeyd olunan koordinatdan şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamini götürüb qəbul etmişdir. 11 noyabr 2023-cü ildə o, Səid adlı şəxsin M10 nömrəsinə 250 manat göndərmişdir ki, ona 10 qram psixotrop maddə metamfetamin göndərsin. Səid ona Abşeron rayonu, Xırdalan şəhərində “AFFF” yaşayış kompleksinin yaxınlığında “WhatsApp” proqramı vasitəsi ilə koordinat göndərmiş və o da qeyd olunan koordinata gedib bir ədəd böyük bükümdə psixotrop maddə metamfetamini götürmüş, həmin vaxtı üzərində olan elektron tərəzi ilə çəkmiş və görmüşdür ki, psixotrop maddə metamfetamin 10 qramdır. O, bir ədəd böyük bükümdə psixotrop maddə metamfetamini və bir ədəd elektron tərəzini idarə etdiyi Kia markalı Cerato modelli Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağın qarşısında olan saxlanc yerində gizlətmiş və bu barədə heç kimə bir söz deməmişdir. 14 noyabr 2023-cü ildə o, Müşviq Şahbazovun kart hesabına 100 manat göndərmiş və Müşviqə zəng vurub demişdir ki, “8 ədəd kanvalyutda “Alyse” 150 mg” preqabilin tərkibli həb lazımdır”. Müşviq Şahbazov demişdir ki, “alıb gətirib sənə verərəm”. O, Müşviqə razılıq vermiş və Müşviq Şahbazovun kart hesabına əlavə 100 manat göndərmişdir ki, Müşviq Şahbazov apketdən 8 ədəd kanvalyutda “Alyse” 150 mg preqabilin tərkibli həb alıb ona gətirib versin. Həmin günü saat 18:30 radələrində Müşviq Şahbazov onun iş yerinin yaxınlığına gəlmiş və 8 ədəd kanvalyutda bir ədəd kanyutda 14 dərman həbi olan ümumilikdə 112 ədəd kapsulda “Alyse” 150 mg preqabilin tərkibli həblərini gətirib vermişdir. O, 4 ədəd kanvalyutda olan “Alyse” 150 mg” preqabilin tərkibli həbləri əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə qoymuş, 4 ədəd kanvalyutda olan “Alyse” 150 mg” preqabilin tərkibli həbləri isə “Kia markalı Cerato” modelli Az **-LU- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağın qarşısında olan saxlanc yerində gizlətmişdir. 15 noyabr 2023-cü ildə saat 17:50-də o, ünvan 27 ünvanda yerləşən “Toyota Servis” yaxınlığında özünə məxsus “Kia” markalı “Cerato” modelli Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturduğu zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan adını və soyadını soruşmuşlar. O, polis əməkdaşlarına anket məlumatlarını demişdir. Polis əməkdaşları onu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. O, etiraz etməyib idarə etdiyi avtomobillə polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə getmişlər. Kia markalı Cerato modelli avtomobili Polis idarəsinin həyətində saxlamış, polis əməkdaşları onu Polis idarəsinin xidməti otaqların birinə aparmışlar və ona təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsi başlanmış, videoçəkiliş zamanı iştirakçılar özlərini təqdim etdikdən sonra o, özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri yenidən izah olunmuşdur. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. O, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 4 ədəd kanvalyutda bir ədəd kanvalyutda 14 ədəd dərman həbləri olan ümumilikdə 56 ədəd kapsulda “Alyse” 150 mg həbləri xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, 4 ədəd kanvalyutda “Alyse” 150 mg dərman həbləridir, Müşviq Şahbazova 100 manat verib resept almış və Müşviq Şahbazova 100 manatda əlavə verib 8 ədəd kanvalyutda “Alyse” 150 mg dərman həbləri şəxsi istifadəsi üçün almışdır. Bundan sonra 04 ədəd kanvalyutda ümumilikdə 56 ədəd kapsulda “Alyse” 150 mg dərman həbləri polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş, zərf möhürlə möhürlənmiş, zərfin üzəri, tərtib olunmuş protokol o, və iştirakçılar tərəfindən imzalanmışdır. Polis idarəsinin həyətində olan ona məxsus Kia markalı Cerato modelli Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun razılıq ərizəsi əsasında o, vəkil və iştirakçılar avtomobilə baxış keçirilən zamanı avtomobilin salonunda olan saxlanc yerindən 4 ədəd kanvalyutda bir ədəd kanvalyutda 14 ədəd dərman həbləri olan ümumilikdə 56 ədəd kapsulda “Alyse” 150 mg həbləri, bir ədəd elektron tərəzi və bir ədəd böyük bükümdə içərisində ağ rəngli maddə aşkar edilərək götürülmüşdür. Bundan sonra 04 ədəd kanvalyutda ümumilikdə 56 ədəd kapsulda “Alyse” 150 mg dərman həbləri, bir ədəd elektron tərəzi və bir ədəd böyük büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o, və iştirakçılar tərəfindən imzalannışdır (İİ cild, səh. 11-14). 16.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.3.2 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirili bilərək ifadəsində bildirmişdir ki, o, heç bir narkotik maddə istifadəçisi deyil, 2011-ci ildən preqabilin tərkibli “Alyse”istifadə etmişdir. İdmanla məşğul olduğundan çənəsi bir neçə dəfə sınmış və nevroloji problemləri olduğundan dərmandan istifadə etmişdir. Bir müddət sonra dərmanı əldə etmək çətin olmuş, bununla bağlı Emin adlı tanışına müraciət etmiş, o da ona hazır resept vermişdir. Reseptdə qeyd edilən klinikanın adını xatırlamır. Reseptləri Qaradağda, Sahil qəsəbəsi ərazisində tapdığı yerdə rəngli printerdən çıxarmışdır. Reseptləri aptekə təqdim edərkən heç bir problem olmadan dərman verilmişdir. Dərmanları “Lite” və “Təbib” adlı apteklərdən əldə etmiş, orada işləyən şəxslərlə əvvəlcədən heç bir əlaqələri olmamışdır. Bəzən reseptdə yazılan miqdarda aptekdə olmamış, yazılan hissə miqdarda satılmış, reseptin əsli onlarda surəti isə özlərində qalmışdır. Daha sonra həmin reseptin surəti ilə gəlib geri qalan miqdarı da almışdır. Apteklərdən şəxsiyyətləri müəyyən edilmədən dərmanlar satılmışdır. Əliyə mesaj yazaraq harada olmasını soruşmuş, ona cavab gəlmiş, o isə Əlinin tutulmasından məlumatsız olmuşdur. Ona “Babək” prospektində olan “Astoriya” otelinə getdiyi, onun da oraya gəlməsini yazmışdır. Oraya gəlmiş, Əzizə ona astma xəstəliyi ilə bağlı iki-üç dənə dərman lazım olduğunu bildirmiş və dərmanların adını yazmışdır. Ona qayıdanda dərmanları alıb verəcəyini, indi “Babək”ə getdiyini yazmışdır. Əli ona 6005-ci otaqda olduğunu yazmış, otelin yanına çatanda altıncı mərtəbəyə qalxmış və otağın işığının sönülü olduğunu görmüşdür. Foyedə əyləşmiş, təxminən iyirmi dəqiqədən sonra lift açılmış və dörd nəfər əməliyyatçı gəlmişdir. O vaxta kimi Əlinin tutulmasından da məlumatsız olmuşdur. Üzərində resept, tərəzi və metamfetamin olmamışdır. Təqsirləndirilən şəxs1 üç-dörd dəfə yüz manata resept satmışdır. Həmin reseptləri özü hazırlayıb printerdən çıxarmışdır. Polisdə çox pis döyülmüş və köməkçi sümüyü sındırılmışdır. Eldar adında olan əməliyyatçı ona ana söyüşü söymüş, o da həmin əməliyyatçını vurmuşdur. Reseptlə bağlı bütün problemlər özünə aiddir. Ona görə də özünü qismən təqsirli bilir. Yeddi qrama qol çəkəcəyi deyilmiş və razılaşmadığından döyülmüşdür. Çiyninə küt alətlərlə vurulmuş zərbələr var. Döyüldükdən sonra qol çəkmədiyini gördükdə, ona iki kiloqram narkotikin anasının yatdığı yerdən çıxarılacağı, daha sonra ağlının başına gələcəyi deyilmişdir. Anası da şəkər və təzyiqlə yaşayan insan olduğundan, gecə saat ikidə anasının qorxaraq başına nəsə gələcəyindən narahat olmuşdur. Ona 234.1-ci maddə ilə rəsmiləşdirilməyə razı olması, uzağı bir il iş alacağı, qol çəkməsi deyilmiş və razılaşaraq 234.1-ə qol çəkmişdir. Sonra məhkəməyə çıxanda bilmişdir ki, onu 234.4.1-lə rəsmiləşdiriblər. Videoçəkiliş polis idarəsinə aparıldıqdan saat yarım sonra dövlət büdcəsi hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə olmuşdur. Videoçəkiliş zamanı üzərindən dərman aşkar edilməmiş, metamfetamin və tərəzi aşkar edilmişdir. Eldar da, o biri əməliyyatçılar da ona onları vurmasa idi onunla işinin olmayacağını demişdir. Heç bir ifadə verməmiş, elə döyülmüşdür ki, danışmağa halı olmamışdır. Sadəcə olaraq həmin gün Əzizə ona dərman istədiyini yazmış, ona isə reseptləri Əzizədən aldığı deyilmişdir. Əzizəyə nə vaxtsa dərman və ya resept satmamış, ondan nəsə almamışdır. Reseptləri öz telefonunda saxlamışdır, reseptləri özü internetdən möhürləri götürüb düzəltmişdir. Sonuncu dəfə müstəntiqi görərkən onun yerinə imza edildiyini görmüş, müstəntiq ona ilkin yoxlanış zamanı üzərindən metamfetamin aşkar edilməməsi ilə bağlı ifadəsinə düzəliş etməyi təklif etdikdən sonra razılaşıb imzalamışdır. Heç kimə dərman verməmiş, kim resept istəmişdirsə ona resept vermişdir. Əlidən heç vaxt metamfetamin almamışdır. 17.Məhkəmə iclas zalında təqsirləndirilən şəxs X16 ibtidai istintaq zamanı verdiyi 17 noyabr 2023-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, 2017-2023-cü ilin yanvar ayına kimi psixotrop maddə metamfetamini çəkmə yolu ilə qəbul etmişdir. O, 2019-2020-ci ilərdə Təqsirləndirilən şəxs3 Eminə görə tanımış və X87 yaxın münasibəti olmuşdur. Təqsirləndirilən şəxs3 hansısa xəstəxanadan tibb bacısı işləmiş və Təqsirləndirilən şəxs3 narkotik tərkibli dərmanları aprteklərdən almaq üçün saxta resept düzəltmişdir. O, və Emin Təqsirləndirilən şəxs3 saxta hazırladığı reseptlə “Alyse” 150 mg preqabilin tərkibli həblər alıb istifadə etmişlər. 2020-ci ildə Emin psixotrop maddə metamfetaminlə tutulmuşdur. O, Təqsirləndirilən şəxs1 2023-cü ilin sentyabr ayından tanımış və Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamin, “Alyse” 150 mg preqabilin tərkibli həbləri dərman qəbul etmişdir. 2023-cü ilin sentyabr ayından 2023-cü ilin noyabr aylarında o, Təqsirləndirilən şəxs3 8-9 dəfə hər biri 50 manat olan saxta resept almış və o da həmin saxta reseptləri Təqsirləndirilən şəxs1 100 manata satmışdır. O, saxta resept əsasında Bakı şəhəri, Nərimanov rayonu, X76 küçəsində olan “Təbib” aptekdən, Bakı şəhəri, Nəsimi rayonu, Heydər Əliyev sarayının yaxınlığında olan “Elif ’ aptekdən, Bakı şəhəri, Nərimanov rayonu, X76 küçəsi ilə paralel küçədə “Lite” aptekdən “Tramadol” 50mg və “Alyse” 150 mg preqabilin tərkibli həbləri almışdır. 14 noyabr 2023-cü ildə Təqsirləndirilən şəxs1 onun kart hesabına 100 manat göndərmiş və ona zəng vurub demişdir ki, “8 ədəd kanvalyutda “Alyse” 150 mg preqabilin tərkibli həb lazımdır”. O, Təqsirləndirilən şəxs1 demişdir ki, “alıb gətirib sənə verərəm”. Təqsirləndirilən şəxs1 ona razılıq vermiş və Təqsirləndirilən şəxs1 onun kart hesabına əlavə 100 manat göndərmişdir ki, o, apketdən 8 ədəd kanvalyutda “Alyse” 150 mg preqabilin tərkibli həb alıb gətirib Əliyə versin. O, Təqsirləndirilən şəxs3 50 manata aldığı və 100 manata Təqsirləndirilən şəxs1 satdığı bir ədəd resepti Təqsirləndirilən şəxs1 ona vermiş və o, həmin reseptlə Bakı şəhəri, Nərimanov rayonu, X76 küçəsi ilə paralel küçədə “Bakı Sağlamlıq Mərkəzi”nin yanıxlığmda olan “Lite” aptekdən 8 ədəd kanvalyutda bir ədəd kanyutda 14 dərman həbi olan ümumilikdə 112 ədəd kapsulda “Alyse” 150 mg preqabilin tərkibli həbləri almışdır. Həmin günü saat 18:30 radələrində o, Təqsirləndirilən şəxs1 işlədiyi ünvan 27 ünvanda yerləşən “Toyota Servis” yaxınlığına gəlmiş və Təqsirləndirilən şəxs1lə görüşüb 8 ədəd kanvalyutda bir ədəd kanyutda 14 dərman həbi olan ümumilikdə 112 ədəd kapsulda “Alyse” 150 mg preqabilin tərkibli həbləri Əliyə vermişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs1 ona istifadə etmək üçün bir büküm psixotrop maddə metamfetamini 50 manat almışdır. Həmin bir ədəd bükümdə psxotrop maddə metamfetamini göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin vaxtı onda olan elektron tərəzini isə əynində olan açıq göy rəngli gödəkcənin sol yan cibinə qoymuşdur. Bu barədə heç kimə bir söz deməmişdir. 15 noyabr 2023-cü ildə saat 21:30-də o, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 65B nömrəli ünvanda qarşısında olan zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan adını və soyadını soruşmuşlar. O, polis əməkdaşlarına anket məlumatlarını demişdir. Polis əməkdaşları onu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə getmişdir. Polis əməkdaşları onu polis idarəsinin xidməti otaqların birinə aparmışlar. Ona təhqiqatçı tərəfindən dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrim izah olunmuş və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsi başlanmış, videoçəkiliş zamanı iştirakçılar özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri yenidən izah olunmuşdur. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməsini təküf etmişlər. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü, əynində olan açıq göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd elektron tərəzini çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə psixotrop maddə metamfetamindir, Əli adlı tanışından Bakı şəhəri, Nizami rayonu ərazisində 50 manata şəxsi istifadəsi üçün almışdır. Bir ədəd büküm polis əməkdaşalrı tərəfindən açılmış və bükümün içində ağ rəngli maddə aşkar edilmişdir. Bundan sonra bir ədəd büküm və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş, zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır (İİ cild, səh. 34-37). 18.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2, 320.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, tutulmazdan iki il əvvəl işlədiyi klinikadan işdən çıxmış və ailəsi ilə birlikdə yaşamışdır. İşdə ancaq gecə növbələrində işlədiyindən işdən çıxmışdır. Hazırda işləmir, dolanışığını atası qarşılayır. Özü metamfetamin istifadəçi olmuş, təxminən iki ildir ki, metamfetamin istifadə edir. Ayın 15-i axşam saatlarında ona zəng gəlmiş, Müşviqdən astması tutduğundan dərman almasını istəmişdir. Ona dərman ala biləcəyini soruşmuş, o da razılaşmışdır. Üzərindən təxminən bir saat keçmiş və Müşviqdən heç bir xəbər çıxmamışdır. Müşviqə zəng etmiş, səsi çox pis gəlmişdir. Nəsə olduğunu soruşduqda heç bir şey olmadığını demişdir. Daha sonra ona aşağıya düşməsini ona dərmanları verəcəyini yazmışdır. Aşağıda gözləyəndə üç əməliyyatçının gəldiyini görmüşdür. Mülki geyimli əməliyyatçılar ona yaxınlaşıb idarəyə getməli olduqlarını demişdir. Nə ilə bağlı oluğunu soruşanda Müşviqlə bağlı olduğu deyilmiş, o da razılaşmışdır. Maşına oturan kimi telefonunu ondan almışlar. Polis idarəsində ikinci mərtəbədə içəridə altı nəfər əməliyyatçını görmüşdür. Üzəri yoxlanılmış, nə olduğu soruşulanda heç bir şey olmadığı deyilmişdir. Müşviqi tanıması soruşulmuş, daha sonra Müşviqin tutulduğu deyilmişdir. Müşviqi çoxdan tanısa da ona resept satmamışdır. Əliyev Elvin və yanındakı iki nəfər üzərini axtarmış, ondan heç nə aşkar edilməmişdir. Elvin onu gödəkcəsi ilə vurmuş, astma xəstəsi olduğunu demiş, lakin ona dərman da gətirilməmişdir. Elvin adlı şəxsin masasında reseptlər olmuş, həmin reseptlərdə adları yazılan həkimləri üzünə durub dura bilməyəcəyi soruşulmuş, daha sonra Əli ilə Müşviqdən narkotik aldığını deyib-deyə bilmədiyi soruşulmuşdur. Hansısa aptekdən heç vaxt reseptlər əldə etməmişdir. 206-cı otağa aparılmış, Əlini tanıyıb tanımadığı soruşulmuş, tanımadığını demişdir. Qoluna qandal vurulmuş, daha sonra iki nəfər əməliyyatçı cibinə iki büküm qoymuşlar. Biri ağ, digəri qəhvəyi rəngdə olmuşdur. Videoçəkiliş aparılmış, üzərində qeyri-qanuni nəsə olması soruşulduqda, heç nə olmadığı deyilmiş, cibindən iki büküm çıxarılmış, onun olmadığı demiş, ona hüquq mühafizə orqanlarına şər atdığını buna görə ona iş veriləcəyi deyilmişdir. Axşam saat on ikidə tutulmuş, səhərə kimi onu əməlli başdı vurmuş, sonra Müşviqlə Əlinin üzünə durması, onlardan naroktiki alması deyilmiş, o, razılaşmamışdır. Daha sonra ona kiminsə adını verməsi deyilmiş, ona da razılaşmamışdır. Həkimin üzünə durması deyilmiş, kimsənin üzünə dura bilməyəcəyini bildirmişdir. Ona polislərə printer verməsi, onu buraxacaqları, onsuz şahid olacağı deyilmiş, printerini təqdim etməyə razılaşmışdır. Bölmədə iki sutka saxlanıldıqdan sonra axtarış üçün evinə aparılmışdır. Nərimanovda qaldığı dostunun evinə getmiş, onu çölə çıxarmış, evdə hər yer axtarılmışdır. Evindən “Empson” markalı printer və “Samsung” markalı printer aşkar edilmişdir. Ona çəkilişdə etiraf etməsi, yoxsa evində olan oğlan dostunu da aparılacağı deyilmişdir. Çox döyüldüyündən onun printer və blankların onun olduğunu demişdir. Heç bir sənədi saxtalaşdırmamış, Müşviq özü həmin möhürü çıxarmaq üçün yollamış, lakin o, çıxarmamışdır. Noyabr ayının 15-i rəfiqəsigildə olanda Müşviq ona zəng edərək aşağı düşməsini demiş, daha sonra saxlanılmış Nizami Rayon Polis İdarəsinə aparılmış, mənizlinə baxış isə həmin tarixdən sonrakı gün olmuşdur. Oradan idarəyə, daha sonra narkolojiyə, oradan Kürdəxanıya aparılmışdır. Əməliyyatçı yata-yata ondan ifadə almışdır. Özünə gəlib sonra ifadə verməyi istəsə də razılaşmış, elə bu gün də ifadə verməli olduğu deyilmişdir. Müstəntiqə ifadə vermiş, sonra da polisin idarəsinin koridorunda yatmışdır. Müstəntiq dindirdikdən sonra üzərinə baxış olmamışdır. Telefonunda aşkar edilən şəkilləri ona Müşviq yollamışdır. Daha sonra 25-ci bölmənin iki nümayəndəsi gəlib onu bölməyə aparmış, səhəri gün saat 9-da rəisləri qəbul etmiş, onu inzibatinin 206-cı maddəsi ilə rəsmiləşdirmələrini demişdir. Səhəri gün məhkəməyə aparmış, işi oxumuş, iyirmi sutka həbs verildiyi deyilmişdir. Əli ilə üzləşdirmələri olmuş, onu tanımadığını demiş, müstəntiq isə ona nədirsə odur demişdir. Protokollarda olan imzalar onun özünə məxsus imzalar deyil, həmin protokollar ona təqdim edilməmişdir. Onu əməliyyatçıların özü yoxlamışdır. Döyülməsi ilə bağlı şikayət etməmişdir. Bu barədə birgə yaşadığı Səlahəddinə demişdir. Ona olan zorakılıqla bağlı qolunda xətt və bədənində izlər qalmışdır. İbtidai isitintaq dövründə verdiyi ifadəsini tədsdiq etmir, həmin ifadəni verərkən qarşısında əməliyyatçı olmuşdur. İfadələri arasındaki ziddiyyət polis əməkdaşlarının onu döyməsi ilə bağlı olmuşdur. Şahid kimi yox, cinayətkar kimi dindirilmiş, ona təzyiqlər olmuş və içəri göndəriləcəyi deyilmişdir. Dindirilən zaman yanında müdafiəçisi olmamışdır. 19.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi 24 may 2024-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, 2019-cu ildə Emin Perarinlə tanış olmuş və Eminlə yaxın münasibəti yaranmışdır. Emin Perarin psixotrop maddə metamfetamin qəbul etmişdir. 2020-ci ildən o da psixotrop maddə metamfetamin arada falqada yandırıb qəbul etməyə başlamışdır. 2020-ci ildə onun Emin Perarinlə münasibətləri tutmadığı üçün ayrılmışlar və həmin ildə Emin Perarində külli miqdarda psixotrop maddə metamfetamin saxladığı üçün tutulmuşdur. O, Emin Perarinə görə Müşviq Şahbazovu tanımış və həmin ərəfədə Müşviq Şahbazov ona bir ədəd köhnə vəziyyətdə “Toshiba” markalı notbuk vermişdir. O, həmin notbukda narkotik tərkibli dərmanların alınması üçün saxta resept blankı hazırlayıb satmaq istəmiş, ancaq həmin blankda möhürləri şəkilini düzəldib resept blankında yerləşdirə bilməmişdir. 2021-ci ilin əvvəllərində o, Səlahəddin Bayramovla tanış olmuş və Səlahəddinlə yaxın münasibəti yaranmışdır. Səlahəddin Bayramov Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 01-də yaşayır. 2021-ci ilin aprel ayında o, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda işə getmədiyi üçün o, işdən çıxarılmışdır. O, sosial şəbəkədə “Google Chrome” saytına girib resept blanklarına və möhürlərə baxmışdır. O, “Google Chrome” axtarış saytında “MyStampReady” saytına girib həkim və xəstəxana möhürləri yığmağa başlamışdır. O, bilmişdir ki, narkotik tərkibli dərmanların alınması üçün resept blankda “Bakı şəhər Baş Səhiyyə İdarəsinin” üçkünc möhürü, xəstəxananın dairəvi möhürü və həkimin dairəvi möhürü olmalıdır, əks halda apteklər narkotik tərkibli dərman satmırlar. 2023-cü ilin sentyabr ayında o, narkotik tərkibli dərmanların alınması üçün resept blankı hazırlamışdır. O, “MyStampReady” saytında hazırladığı “Bakı şəhər Baş Səhiyyə İdarəsinin” üç künc möhürü, xəstəxananın dairəvi möhürü və həkimin dairəvi möhürünü “mailto:azza.aliyeva.99@gemail.comElektron ünvan ” elektron ünvanına göndərmişdir. 2023-cü ilin sentyabr ayında Müşviq Şahbazovun mobil telefonuna zəng vurub demişdir ki, mən narkotik tərkibli dərmanların alınması üçün resept blankı hazırlamışdır. Müşviq Şahbazov onunla Bakı şəhəri, Nərimanov rayonunda görüşmüş və Müşviq Şahbazov ondan 2 ədəd narkotik tərkibli dərmanların alınması üçün saxta resept blankı istəmişdir. O, özünə məxsus “Epson” markalı rəngli printerdən 2 ədəd narkotik tərkibli dərmanların alınması üçün saxta resept blankını çıxarmış və Bakı şəhəri, Nərimanov rayonun ərazisində Müşviq Şahbazova 50 manata satmışdır. Müşviq Şahbazov ona demişdir ki, “həmin saxta reseptin üzərində narkotik tərkibli dərman olan “preqabalin” adını yaz, mənim yazım pisdir, bilinəcək”. O da həmin saxta reseptlərin üzərində xəstənin ad və soyad yerinə uydurma ad və soyad yazmış, həkimin ad və soyad yerinə möhürdə olan həkimin ad və soyadını yazmışdır. Saxta reseptdə dərman yerinə Müşviq Şahbazovun sözünə görə preqabalin 300 mg göstəricisi olan 168 kapsula yazmış və həkim yerinə o, və Müşviq Şahbazov imza etmişlər. 2023-cü ilin oktyabr ayında o, Müşviq Şahbazova Bakı şəhəri, Nərimanov rayonu ərazisində eyni qaydada 2 ədəd narkotik tərkibli dərmanların alınması üçün saxta resept blankını 50 manata satmış və həmin saxta resperti Müşviq Şahbazovun dediyi kimi yazıb imza etmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində Müşviq Şahbazov ondan 2 ədəd narkotik tərkibli dərmanların alınması üçün saxta resept blankı istəmişdir. O, özünə məxsus “Epson” markalı rəngli printerdə 2 ədəd narkotik tərkibli dərmanların alınması üçün saxta resept blankını çıxarmış və Bakı şhəri, Nərimanov rayonu ərazisində Müşviq Şahbazova vermişdir. Müşviq Şahbazov demişdir ki, “həmin saxta reseptdə heçnə yazma, boş vəziyyətdə ver”. O da 2 ədəd narkotik tərkibli dərmanların alınması üçün saxta resept blankını boş vəziyyətdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində vermişdir. Müşviq Şahbazov ona demişdir ki, “indi pulum yoxdur, vəziyyətim pisdir, sonra pulunu verəcəm” o da Müşviqlə razılaşmışdır. 2023-cü ilin noyabr ayında o, Müşviq Şahbazova 3 ədəd narkotik tərkibli dərmanların alınması üçün saxta resept blankını Bakı şəhəri, Nərimanov rayonu ərazisində eyni qaydada 70 manata satmış və həmin resperti Müşviq Şahbazovun dediyi kimi yazıb imza etmişdir. X44 yaxın münasibəti olduğu üçün o, özünə məxsus “Epson” markalı rəngli çap edən printeri Səlahəddin Bayramovun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 01 nömrəli mənzildə saxlamışdır. 16 noyabr 2023- cü ildə o, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfmdn saxlanılmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə gətirilmişdir. O, olan hadisə barədə polis əməkdaşlarına izahat vermiş və bildirmişdir ki, hazırda özünə məxsus Epson markalı printer tanışı Səlahəddin Bayramovun yaşadığı evdədir. Bundan sonra Epson markalı printer polis əməkdaşları tərəfindən Səlahəddin Bayramovun yaşadığı evdən götürülmüşdür (İV cild, səh. 244-245). 20.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nizami rayonunda getdiyi yerdə 8-10 nəfər üzərinə düşərək onu saxlamışlar. Üzərindən bir “paçka” öz istifadəsi üçün olan “Alyse” dərman çıxmış, həmin dərmanı reseptlə aptekdən almış, lakin onu başqa cür sənədləşdirərək doqquz yüz altmış dənə dərman yazmışlar. Onun üzərindən dərmandan baqşa heç bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxslərdən ancaq Əlini dostu Əbdül vasitəsi ilə tanımışdır. O, Təqsirləndirilən şəxs1 pul müqabilində reseptlə dərmanlar almamışdır. İbtidai istintaq dövründə ilkin ifadəni verəndə ona işgəncə verdiklərindən özündə olmamış, nə yazılmasından xəbəri olmamış, müstəntiq ikinci dəfə X54 gələndə müstəntiqə demişdir. Resept əsasında çox yerdə dərman satılmış və o da yaxınlaşaraq almışdır. Resepti başqa adamlardan almış, Əlidən almamışdır. O, istintaq dövründə Əlidən dərman alması barədə heç bir şey deməmişdir. Bir tək Elmarı tanımış, Elmar da öz adamları olmuşdur. O, görüşüb Əlidən dərman almamış, dərman aldığı şəxsləri heç tanımamışdır. O, “Tramadol” istifadə etmiş, həmin dərmanı reseptlə aptekdən almış, hər dəfə fərqli apteklərdən almışdır. Hər dəfə təzə resept vermişdir. Aptekə şəxsiyyət vəsiqəsini təqdim etməmiş, ancaq resepti təqdim etmiş, reseptləri başqa şəxslərin vasitəsi ilə istifadə edən şəxslərdən götürmüşdür. Reseptdə kimin adının yazılması yadında qalmamışdır. Reseptə baxanda onun olub-olmamasını müəyyən etmələrini bilmir. Lazım olanda bəzən aptekin yanında dayanmış, alanlardan kiməsə ona da alması üçün pul vermişdir. Sonuncu dəfə “Elit” aptekdən alıb-almadığını xatırlamır. Əlini ortaq dostları ilə çayxanada oturub çay içəndə tanımışdır. Əli ilə münasibətləri sonradan arabir salam-sağol formasında davam etmişdir. Əli ilə görüşməmişlər, ara-sıra telefonla danışıb hal-əhval tutmuşlar. Onun vəkili olmamış, ümumiyyətlə vəkili görməmişdir. Onu kimdən almağı ilə bağlı döymüşlər. Çantanın kimin olmasını əməliyyatçılar özləri bilmişlər. Əməliyyatçılar ondan narkotiki yox, dərmanı kimdən haradan götürdüyünü soruşmuşlar. Hansısa üzləşdirmə olmamış, onu üzləşdirməyə çağırmamışlar. Cinayət işi materialında olan üzləşdirmə protokolundakı imza ona məxsusdur, lakin heç bir əməliyyatçı ilə üzləşdirmə olmamışdır. İstintaq dövründə onun Əli ilə üzləşdirməsi olmamışdır. O, Orxan Hüseynov adlı şəxsi birbaşa tanımamışdır. O, Müşviqi ümumiyyətlə tanımamış, birinci dəfə burada görmüş, Müşviqin İdarəyə pis gündə gəlməsi və yüklənməsi barədə məlumatı olmuşdur. Həm koridorda, həm də Şüvəlana gətiriləndə Müşviqi görmüş, Müşviq pis vəziyyətdə olmuş, qulağı yara olmuşdur. O, həmin vaxta kimi Müşviqi tanımamışdır. O, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etmir, müstəntiq işi qeyri obyektiv aparmışdır. 21.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi 17 noyabr 2023-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2018-ci ildən o, “Tramadol” 50mg və “Alyse” 150 mg dərman həblərini alıb qəbul etməyə başlamışdır. 2023-cü ildə yaz ayından Bakı şəhəri, Nizami rayonu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında Orxan Hüseynovu tanımış və Orxanla normal münasibəti olmuşdur. 2023-cü ildə yay ayından Bakı şəhəri, Nərimanov rayonu, X76 küçəsində olan aptekdə Təqsirləndirilən şəxs1lə tanış olmuş və Təqsirləndirilən şəxs1 ona təklif etmişdir ki, “məndə satlıq “Tramadol” 50mg və “Alyse” 150” mg preqabilin tərkibli həbləri vardır”. O, Təqsirləndirilən şəxs1 “Tramadol” 50mg və “Alyse” 150 mg” preqabilin tərkibli həbləri qiymətlərini soruşmuş, Təqsirləndirilən şəxs1 də demişdir ki, “Tramadol” 50mg bir konvalyutunu 7 manat və “Alyse” 150 mg preqabilin tərkibli həblərin bir konvalyutunu 25 manata satır. Bundan sonra o, 2 dəfə 2023-cü ilin sentyabr ayında və oktyabr ayının axırları hər dəfə “Tramadol” 50mg və “Alyse” 150 mg preqabilin tərkibli həblərin 4-5 konvalyut alıb istifadə etmişdir. 2023-cü ilin oktyabr ayında o, Elmar və İsmayıl pul yığmışlar və Təqsirləndirilən şəxs1 narkatik tərkiblik dərmanların alınması üçün bir ədəd resept blankını 100 manata almışlar və həmin resept blankı ilə Bakı şəhəri, Nərimanov rayonu, X76 küçəsində yerləşən “Elif ” aptekdən 20 ədəd kanvalyutda “Tramadol” 50mg aldıq və öz aramızda bölmüşlər. 2-3 gün bundan qabaq o, tanışları Elmar, İsmayıl, Azər və Fəridlə razılaşmışlar ki, pul yığıb Təqsirləndirilən şəxs1 “Tramadol” 50mg və “Alyse” 150 mg preqabilin tərkibli həbləri alıb öz aralarında bölsünlər. O, 150 manat, Elmar 150 manat, İsmayıl 150 manat, Azər 150 manat və Fərid isə 50 manat pul qoymuşlar və Təqsirləndirilən şəxs1lə Bakı şəhəri, Nərimanov rayonu, “Nəriman Nərimanov” adına parkın yanında o, Elmar və İsmayılın idarə etdiyi avtomobildə görüşmüşlər. 650 manat pulu Təqsirləndirilən şəxs1 vermişlər və Təqsirləndirilən şəxs1 64 ədəd kanvalyutda bir ədəd kanyutda 10 dərman həbi olan ümumilikdə 640 ədəd kapsulda “Tramadol” 50mg və 21 ədəd kanvalyutda bir ədəd kanvalyutda 14 ədəd dərman həbləri olan ümumilikdə 294 ədəd kapsulda “Alyse” 150 mg preqabilin tərkibli həblərini vermişdir. Həmin vaxtı Fərid 3-4 ədəd kanvalyut götürmüş və razılaşmışlar ki, “qalan həblərin yarısı onda və yarısı isə Elmarda qalsın, sonra həmin həbləri dördünün arasında bölərlər, 2-3 kanvalyut Fəridə verərlər”. Qalan həblərin yarısı onda və yarısı isə Elmarda qalmışdır. O, dərman həbləri barədə heç kimə bir söz deməmişdir. 15 noyabr 2023-cü ildə o, Elmar, İsmayıl və Azərlə razılaşmışlar ki, “qalan dərman həblərini aralarında bölsünlər, 2-3 kanvalyut Fəridə verərlər”. Həmin günü onda qalan dərman həblərini götürmüş, Elmarla görüşmək üçün Bakı şəhəri, Nizami rayonu, metronun “Koroğlu” stansiyasının yaxınlığına gəlmiş və orada Elmarla görüşmüşdür. Elmarda özündə saxladığı dərman həblərini gətirmişdir. O, və Elmar Azər və İsmayılla görüşmək üçün Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarın yaxınlığına getmək istəmişlər. O, Elmarda olan dərman həblərini Elmarın gətirdiyi qara rəngli parça materialından olan əl çantasına qoymuşlar və həmin əl çantasını o, götürmüşdür. Bu məqsədlə o, və Elmar Bakı şəhəri, Nizami rayonu, 01 nömərli ünvanda yerləşən “Emerald” hotelin qarşısında mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onladan adlarını və soyadlarını soruşmuşlar. Onlar polis əməkdaşlarına anket məlumatlarını demişlər. Polis əməkdaşları onları Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. Onlar etiraz etməyib polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə getmişlər. Polis idarəsində onları ayrı-ayrı xidməti otaqlara aparmışlar. Ona təhqiqatçı tərəfindən dəvət olunmuş vəkilinin iştirakı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində şəxsi axtarış keçirilməsi başlanmış, videoçəkiliş zamanı iştirakçılar özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri yenidən izah olunmuşdur. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. O, əlində saxladığı qara rəngli əl çantasını xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd əl çantasında “Tramadol” 50mg və “Alyse” 150 mg dərman həbləridir, 2-3 gün bundan qabaq Təqsirləndirilən şəxs1 istifadə etmək üçün almışlar. Bir ədəd qara rəngli əl çantasını açılmış və həmin əl çantasının içindən 60 ədəd kanvalyutda bir ədəd kanyutda 10 dərman həbi olan ümumilikdə 600 ədəd kapsulda “Tramadol” 50mg və 20 ədəd kanvalyutda bir ədəd kanvalyutda 14 ədəd dərman həbləri olan ümumilikdə 280 ədəd kapsulda “Alyse” 150 mg həbləri aşkarlanmışdır. Bundan sonra 60 ədəd kanvalyutda ümumilikdə 600 ədəd kapsulda “Tramadol” 50mg və 20 ədəd kanvalyutda ümumilikdə 280 ədəd kapsulda “Alyse” 150 mg dərman həbləri polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o, və iştirakçılar tərəfindən imzalanmışdır (İİ cild, səh. 23-25). 22.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi 17 may 2024-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, 15 noyabr 2023-cü il tarixdə Nizami rayon Polis İdarəsinin inzibati binasında üzərindən hər hansı qanunsuz əşya, predmet və ya alət, eləcə də, narkotik vasitə, psixotrop maddə, yaxud güclü təsir edən dərman preparatları aşkar olunmadığını, həmin vaxt polis əməkdaşları ona qarşı fiziki və psixi zor tətbiq etdiklərindən bu cür ifadələr verdiyini və ifadə verməkdən imtina etdiyini bildirmişdir (İV cild, səh. 81-82). 23.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayında əvvəlcə Orxan adlı şəxs onlar tərəfindən saxlanılmış və üzərində olan narkotik vasitələri Qulu adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra Qulu adlı şəxsi saxlamışlar, çantasından külli miqdarda dərman aşkar edilmiş və həmin dərmanları Əlidən götürdüyünü demişdir. Əli saxlanıldıqdan sonra Müşviq adlı şəxs istintaqa məlum olmuş və onlar Müşviqi də saxlamışlar. Müşviqin üzərindən metamfetamin və tərəzi, Əlidən isə dərmanlar və metamfetamin aşkar edilmişdir. Əzizə ilə qeyri-rəsmi yaşadığı şəxsin evində olmuş, həmin evdən printer aparatı, çantasından isə reseptlər aşkar edilmişdir. Əlini harada saxlamalarını tam xatırlamır, deyəsən Xətai ərazisində saxlamışlar. Müşviqi “Babək” prospektində saxlamışlar, əməliyyat tədbirində onunla Kamalın iştirakını xatırlayır, üçüncü adamı tanımır. O, neçə nəfərin əməliyyatda iştirak etməsini dəqiq xatırlamır. Şəxsi axtarışlar idarədə keçirilmiş və müdafiəçi ilə təmin edilmişlər. Müşviqin üzərindən aşkar edilən metamfetaminin nə qədər olmasını xatırlamır. Əvvəlcə Əlinin üzərinə, sonra avtomobilə baxış keçirilmişdir. Səhv etmirsə Əlinin həm avtomobilindən, həm də üzərindən dərmanlar və metamfetamin aşkar edilmişdir. Əlinin üzərindən aşkar edilənləri təhqiqatçı qablaşdırmışdır. Avtomobilə baxış keçirilməsində iştirak edib-etməməyini xatırlamır, avtomobildən deyəsən metamfetamin aşkar edilmiş, metamfetamindən başqa nəsə aşkar edilməmişdir. Avtomobilə baxışda iştirak etməyini xatırlamadığından həmin metamfetaminin avtomobilin harasından aşkar edildiyini də xatırlamır. O, Əzizənin evində yox, qeyri rəsmi yaşadığı şəxsin evində axtarışda iştirak etmişdir. Evdən printer və xanımın çantasından reseptlər aşkar edilmişdir. Mənzilə baxışa təhqiqatçının qərarı əsasında getmişlər, təhqiqatçının mənzilə baxış keçirilməsi barədə qərarı olmuşdur. Mənzilə özlərinin razılıq ərizəsi ilə baxış keçirilmişdir. Evindən printer, reseptlər və telefon götürülmüşdür. Xanımın şəxsi axtarışında iştirak etməsi yadına gəlmir. Xanımın şəxsi axtarışını kimin etməsini xatırlamır. Metamfetaminin haradan aşkar edilməsi ilə bağlı ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə hazırki ifadəsi arasındakı ziddiyyət hazırda həmin halı xatırlamadığına görədir. Təqsirləndirilən şəxslərə qarşı hansısa zor və təzyiq olmamışdır.
24. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 177-183). 25.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı əsasında Əli adlı şəxs saat 5-6 radələrində Xətai rayonunda, “Toyota” servisin yaxınlığında tərəflərindən saxlanılaraq idarəyə gətirilmiş, üzərindən dərman aşkar edilmiş, daha sonra maşında da olduğunu demiş, maşına baxış keçirilərkən dərman, tərəzi və “patı” aşkar edilmişdir. Əli aşkar edilənləri “zaqlatka” ilə əldə etdiyini bildirmişdir. Əməliyyat tədbirində Mehman, Oqtay və Kənan iştirak etmişdir. Üzərinə şəxsi axtarış Nizami Rayon Polis İdarəsinidə təhqiqat otağında keçirilmişdir. O, hansı təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsini xatırlamır. Təqsirləndirilən şəxs1 üzərindən “Alyse”dərman həbləri aşkar edilmiş, nə qədər aşkar edilməsini xatırlamır. Bundan başqa üzərindən telefon və maşın açarı çıxmışdır. Üzərinə baxışdan sonra Təqsirləndirilən şəxs1 özünün verdiyi ifadəsinə əsasən avtomobilinə baxış keçirilmişdir. Adətən sonda təhqiqatçı şablon sual olaraq başqa haradasa nə isə olmasını soruşur, Təqsirləndirilən şəxs1 də maşında olduğunu bildirmişdir. Sonra təhqiqatçı və vəkillərin iştirakı ilə maşına da baxış keçirilmişdir. O, Təqsirləndirilən şəxs1 saxlanılarkən avtomobilini kimin sürməsini xatırlamır. Onun tərəfindən Təqsirləndirilən şəxs1 heç bir təzyiq göstərilməmiş, başqa şəxs tərəfindən təzyiq göstərilməsini bilmir, amma onun yanında heç bir təzyiq olmamışdır. Digər şəxslərin saxlanılmasında və onların şəxsi axtarışında iştirak etməmiş, onları otaqlarda görmüşdür. Müşviqin onların hansısa əməkdaşı ilə mübahisə etməsi halı olmamışdır. O, Müşviqin saxlanılmasında iştirak etməmiş, otelin qarşısında Müşviqi saxlamamış, Müşviqi ancaq idarənin girişində qapıdan içəri girəndə görmüşdür. Vizual olaraq Müşviqin görünüşündə hansısa xəsarətin olubolmaması yadında qalmamışdır. O, Müşviqin şəxsi axtarışında iştirak etməmiş və vurulmasının şahidi olmamışdır. Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir.
26. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin X9 əməliyyat müvəkkilləri tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 16, mənzil 24-də yaşayan 26 yanvar 1998-ci il təvəllüdlü X28 qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə saxlanılaraq Bakı Şəhər Nizami Rayon Polis İdarəsinə gətirilmiş və üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə metadon həbi aşkar olunmuşdur. Bundan sonra Bakı Şəhər Nizami RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X36 tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində X37 narkotik vasitə metadonu satan Qulu adlı şəxsin Şahid1 olduğu müəyyən olunmuş və saxlanıraq Nizami RPİ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş 20 ədəd hər listdə 14 ədəd olmaqla ümumilikdə 280 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış dərman pereparatlarını Əli adlı şəxsdən hər listi 10 manat olmaqla aldığını bildirmişdir. Bundan sonra Bakı Şəhər Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X48 tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən Şahid1 bildirdiyi Əli adlı şəxsin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin X9 əməliyyat müvəkkili polis mayoru X49 ilə birlikdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əli adlı şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən olunmuş və xx.xx.2023cü il tarixdə saat 17 radələrində ünvan 30 ünvanının qarşısında tərəflərindən idarə etdiyi “Kia Cerato” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq Nizami RPİ-nə gəlməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 təklifini qəbul edərək onlarla birlikdə Bakı şəhəri Nizami rayon polis idarəsinə gəlmişlər və idarə raport yazıb həmin şəxsləri idarənin növbətçi hissəsinə təhvil vermişlər. İdarədə həmin şəxsin 10 avqust 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, “Toyota Servis”-də ehtiyat hissələrinin satış mütəxəssis vzifəsində işləyən, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 81 nömərli evdə qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, ev 53, 43 nömərli mənzildə yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən olunmuşdur. İdarə rəisinin göstərişinə əsasən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Bakı Şəhər Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X48 tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş sonra onun, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayotu X33 və Nizami RPİ-nin KTQ-nin inspektor kriminalisti polis baş leytenantı X38 və prossesə dəvət olunmuş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X29 iştirakları ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Balayev Ə1İ Elxan oğlunun üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 4 ədəd listdə dərman pereparatını çıxararaq təqdim etmişdir. Həmin 4 ədəd listdə olan dərman pereparatlanma baxış keçirən zaman həmin dərman pereparatlarınm 4 ədəd hər bir listdə 14 ədəd olmaqla ümümilikdə 56 ədəd üzərində “Alyse” 150mg sözləri yazılmış dərman kapsullarının olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 4 ədəd hər bir listdə 14 ədəd olmaqla ümümilikdə 56 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış kapsullar güclü təsir edici dərman pereparatlarıdır. Həmin dərman pereparatlarını öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 100 manat müqabilində dərman resepti alaraq aptekdən almış, həm özü istifadə etmiş, həm də tanımadığı şəxslərə satmışdır. Həmin dənnan pereparatlarmdan tanışı Qulu adlı şəxsə bir neçə gün qabaq satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 bildirmişdir ki, idarə etdiyi “Kia Cerato” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilində dərman pereparatı və psixotrop maddə vardır. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi etdiyi 4 ədəd hər bir listdə 14 ədəd olmaqla ümümilikdə 56 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış dərman pereparatları cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 razılığı ilə təhqiqatçının qərarı ilə onun idarə etdiyi “Kia Cerato” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə onun, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru X30 və Nizami RPİ-nin KTQ-nin inspektor kriminalisti polis baş leytenantı X38 və prossesə dəvət olunmuş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X29 iştirakları ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən baxış keçirilməyə başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, idarə etdiyi avtomobilində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi özünə məxsus ağ rəngli “Kia Cerato” markalı **- LU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda olan qabaq saxlanc yerindən (bardaçokdan) 01 (bir) ədəd şəffaf rəngli büküm, 4 ədəd listdə dərman pereparatmı və bir ədəd qara rəngli “Rosai” markalı elektron tərəzini çıxararaq təqdim etmişdir. Həmin 01 (bir) ədəd şəffaf rəngli bükümün içərisinə baxdıqda həmin büküm içərisində ağ rəngli kristal şəkilli maddənin, 4 ədəd listdə olan dərman pereparatlanma baxış keçirən zaman həmin dərman pereparatlarının 4 ədəd hər bir listdə 14 ədəd olmaqla ümümilikdə 56 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış dərman kapsullarının olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, oğlu idarə etdiyi özünə məxsus ağ rəngli “Kia Cerato” markalı 10- LU-026 dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda olan qabaq saxlanc yerindən (bardaçokdan) çıxararaq təqdim etdiyi 01 (bir) ədəd şəffaf rəngli bükümün içərisində psixotrop maddə metamfetamin, 4 ədəd hər bir listdə 14 ədəd olmaqla ümümilikdə 56 ədəd üzərində “Alyse” 150mg sözləri yazılmış kapsullar güclü təsir edici dərman pereparatlarıdır. Bildirmişdir ki, 01 (bir) ədəd şəffaf rəngli bükümün içərisində psixotrop maddə metamfetamini 11 noyabr 2023-cü ildə “Səid” adlı İran İslam Respublikasının vətəndaşının M10 nömrəsinə 250 manat göndərdikdən sonra Səid adlı şəxs də ona Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AFFF” yaşayış kompleksinin yaxınlığında psixotrop maddə metamfetamin qoyulduğu yerin şəklini “WhatsApp” proqramı vasitəsi ilə koordinat göndərmiş və o da qeyd olunan yerdən bir ədəd böyük bükümdə psixotrop maddə metamfetamini götürüb üzərində olan elektron tərəzi vasitəsi ilə çəkərək 10 qram psixotrop maddə metamfetamin olmasını dəqiqləşdirdikdən sonra həmin bir ədəd şəffaf rəngli böyük bükümdə olan psixotrop maddə metamfetamini və bir ədəd elektron tərəzini idarə etdiyi “Kia Cerato” markalı **-LU- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağın qarşısında olan saxlanc yerində gizlətmişdir. Sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Cerato” markalı **-LU- *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Cerato” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi etdiyi 01 əfəf şəffaf rəngli bükümdə olan kütlə, 4 ədəd hər bir listdə 14 ədəd olmaqla ümümilikdə 56 ədəd üzərində “Alyse” 150mg sözləri yazılmış dərman pereparatları və bir ədəd qara rəngli “Rosai” markalı elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 nömrəli möhürü ilə möhürlənərək götürüldü. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırıldı. Qeyd etmişdir ki, şəxsi axtarış və götürmə, həmçinin baxış və götürmə zamanı video kameranın videoçəkmə funksiyalarından istifadə edilməklə Nizami RPİ-nin KTQ-nin inspektor-kriminalisti polis baş leytenatı X60 tərəfindən video çəkiliş aparılmışdır (İİ cild, səh. 268-273). 27.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, onların apteklərinin müəyyən qrup dərmanların satışı ilə bağlı Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyindən icazələri olmuş, bununla bağlı onlara lisenziya verilmişdir. O, hansısa qaydada dərmanlar satıldığını bilmir, çünki əczaçı, ya da satıcı işləmir. Reseptlərdə olan dərmanlar üç möhürlə təsdiq edilib satılmış, təzə qanunla passport seriyası ilə satılmışdır. O, dərmanların hansı qaydada satılmasını, reseptlərin daha sonra necə olduğunun prosedur qaydalarını bilmir, işçilər bilir. Bunları işçilərə aptekin direktoru öyrətmiş, səhv etmirsə aptekin müdiri Sevinc xanım olmuşdur. İstintaq zamanı onları dindirmişlər, amma nə ilə bağlı dindirilməsini bilməmişdir. Onların apteklərinin də, marketlərinin də müdirləri olmuş, işlərə onlar nəzarət etmişlər. Onların apteklərində yazılmış reseptin dəqiqləşdirilməsi ilə bağlı həkimə zəng edilməsi qaydası olmamışdır. Reseptlərin qeydiyyatı ilə bağlı onlarda kitabça olmuşdur. Onun ixtisası əczaçı deyil. 28.Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, X76 küçəsi 82B saylı ünvanda yerləşən "xxxx" Şirkətinin direktorudur. Həmin şirkətin nəzdində bir neçə xidmət sahələri, o cümlədən mehmanxana, mağaza və "Təbib" adı ilə fəaliyyət göstərən aptek vardır. Göstərilən ünvanda yerləşən "Təbib" aptekdə dərman vasitələrinin, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada həkimlər tərəfindən verilmiş reseptlərə uyğun müvafiq dövlət orqanından alınmış xüsusi icazələr əsasında güclü təsir edən və Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop dərman preparatlarının pərakəndə satışı həyata keçirilir. Güclü təsir edən və Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop dərman preparatlarının pərakəndə satışı həyata keçirilərkən reseptlərin üzərində 1 ədəd üçkünc və 2 ədəd dairəvi möhürün olmasına diqqət yetirilir, reseptlərin üzərində həmin möhürlər olacağı təqdirdə bu tip dərman preparatları ayrı-ayrı şəxslərə pərakəndə şəkildə satılır. Şahid1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 digər şəxslər kimi müvafiq reseptlər əsasında "Təbib" aptekdən güclü təsir edən və ya Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop dərman preparatlarını əldə etmələrini inkar etməmişdir. Lakin, hər bir halda onların təqdim etdikləri reseptlər yoxlanılmış və bundan sonra bu cür dərman preparatları onlara satılmışdır. Həmin şəxslərin təqdim etdikləri reseptlərin saxta olub-olmaması barədə heç nə deyə bilməmişdir. Güman etmişdir ki, həmin şəxslərin təqdim etdikləri reseptlər ümumi qayda şəklində həkimlər tərəfindən yazılan reseptlərdən kəskin fərqlənmədiyindən, onlara bu tip dərman preparatları satılmışdır. Ümumi qaydaya uyğun olaraq bu tip dərman preparatlarını satan zaman reseptlərin əslləri götürüldüyündən, sonradan istintaq orqanının sorğusu əsasında həmin reseptlərə baxış keçirmiş və reseptlərin arasında Təqsirləndirilən şəxs3, Şahid1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlarına yazılmış reseptlər aşkar olunmamışdır. Görünür adları və soyadları göstərilən şəxslər özlərinin adlarına deyil, digər şəxslərin adlarına yazılmış reseptlər əsasında bu cür dərman preparatlarını "Təbib" aptekdən əldə etmişlər. Başqa hər hansı məlumatı yoxdur (İİİ cild, səh. 111-114). 29.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, apteklərində xüsusi dərmanların satışı reseptlər əsasında həyata keçirilmişdir. Hər aptek həmin dərmanları sata bilməmiş, omların bununla bağlı xüsusi lisenziyaları olmuşdur. Şəxslərin aldığı dərmanlar da onların apteklərində mövcud olmuş və gəlib reseptlə almışlar. Bir müddətdən sonra gətirdikləri reseptlərin əsllər olmadığı aydın olmuşdur. Onlar bunu sonradan bilmişlər. Şəxslərin onlardan aldıqları dərmanları da sonradan bilmişlər. Kim olmasından asılı olmayaraq gələn şəxs onlar üçün xəstə sayılmış və həmin reseptlə yaxınlaşıb aptekdən dərman ala bilər. Hazırki dövrdə elektron reseplərlə verildiyindən resepti təqdim edən şəxsin şəxsiyyətini müəyyən etmək məcburi olmuş, lakin əvvəlki qaydada şəxsiyyəti müəyyən etməyə ehtiyac olmamış və onlar şəxsin şəxsiyyətini müəyyən etməmişlər. Reseptin əsli onlarda qalmış, amma reseptlə kimin almağa gəlməsi hansısa rol oynamamışdır. Həmin reseptlər onlarda toplanılımış, daha sonra onlar tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş, deyəsən onlar da həmin reseptləri Daxili İşlər Nazirliyinə təhvil vermişlər. İstintaq dövründə bu şəxslər bütün dərmanları onlardan aldıqlarını demişlər, polis əməkdaşları da onlarda olduğunu demiş, amma bu ancaq sözlə deyilən olmuş, çünki onlarda olan nüsxələri də araşdırmışlar, onlarda cəmi bir nüsxə aşkar edilmişdir. Onlardan toplu miqdarda hansısa mal alınmamışdır. Reseptdə qadın adı yazılsa da, əgər resepti onlara təqdim edən şəxs kişi cinsindən olsa belə fərq etmədən əgər resepti saxta deyilsə dərman satılmışdır. Şəxs bir neçə dəfə fərqli adlarla reseptlə dərman alırsa onu yadda saxlaya bilmirlər, aptekə milyon nəfər adam girir. Resept əsasında istənilən şəxs yaxınlaşıb dərmanı ala bilər. Reseptlərin saxta olub-olmadığını əczaçılar və o, müəyyən edir. Reseptlər saxta deyil, sadəcə saxtalaşdırılır. Onların saxta olub-olmadığını onlar bilə bilmirlər. Pullar da saxtalaşdırıla bilir, amma onları dərhal müəyyən etmək mümkün olmur. Təqdim edilmiş reseptdə həkimin adı yazılmış, reseptdə həkimə aid nömrə ola da, olmaya da bilər. Həkimə zəng etməyə ehtiyac olmamış və bununla bağlı hansısa tələbnamə olamışdır. Aptekdəkilər növbə ilə işləmiş, hər növbədə olan xüsusi əczaçılar bu işə xidmət etmişlər. Hansısa resept onlarda şübhə yaradanda bununla bağlı həkimə müraciət etmişlər. Təqsirləndirilən şəxsin onların aptekindən nəsə almalarını polis bölməsində bilmişlər. Polis reseptin fotosunu təqdim etdiyindən həmin reseptin onlardakı resept olmasını müəyyən edə bilmişlər. Reseptlərin təqsirləndirilən şəxslər tərəfindən təqdim edildiyini polisin onlara təqdim etdiyi reseptlə müəyyən etmişlər. Hər iki reseptdə adlar və soyad eyni olmuşdur. "xxxx" MMC olaraq "xxxx" MMC-nin tərkibində fəaliyyət göstərmişlər. Bu dərmanlarla bağlı reseptlər onlarda yığılaraq "xxxx" MMC-yə göndərilmişdir. Daha sonra "xxxx" MMC həmin reseptləri Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə yollamışdır. Reseptlərin hər biri kitabçaya işlənilərək onlarda saxlanılmışdır. "xxxx" tərəfindən onlara verilmiş xüsusi qeydiyyat dəftərində resepti alan xəstələrin adı və soyadı işlənilir. Həmin dəftər möhürlü dəftərdir, ilin sonunda dəftər təhvil verilir, sulğuclanma olmur. Yəqin ki, sulğuclanmanı "xxxx" MMC-də edirlər. Onların aptekində kitab olmuş, amma həmin kitab sulğuclanmamışdır. Hazırki dövrdə satışlar elektronlaşmış qaydada aparılır. Təxminən 6-7 aydır ki, satışlar bu qaydada həyata keçirilir. Dərman almaq üçün gəlmiş şəxsin şəxsiyyət vəsiqəsinin surətinin götürülməsinə ehtiyac yoxdur. Reseptər qanuni sənəddir, onlar dərmanı şəxsə görə yox, reseptə görə verirlər. Dərmanların xüsusi saxlanma şəraitində saxlanılır, dərmanlar sözlə yox, rəsmi yazılı sifariş əsasında anbardan sifariş edilir. Hazırda həm qazilər çoxdur, həm də narkotik istifadəçiləri kifayət qədərdir, ona görə də Narkoloji Dispanserin özü kifayət qədər bu reseptlərdən buraxır. Onlar üçün kimliyindən asılı olmayaraq hamı xəstə hesab olunur. Onlara reseptlərin üç möhürlə olması barədə təlimatı Səhiyyə Nazirliyi vermişdir. Hansı dərmanların hansı qaydada buraxılması qaydası onlara yazılaraq verilmişdir. O, Tibb Universitetini bitirmiş, təhsil aldığı dövrdə dərmanların hansı qaydada buraxılması onlara öyrədilmişdir. Onun bu sahə ilə bağlı Nazirlər Kabinetinin qərarından məlumatı olmuşdur. Periyodik olaraq Səhiyyə Nazirliyi tərəfindən onlarda üç aylıq yoxlama olmuşdur. 30.Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 32 ünvanında yaşayır. Bildirmişdir ki, ünvan 33 ünvanda yerləşən "xxxx" MMC-nin nəzdində olmaqla ünvan 34 ünvanda fəaliyyət göstərən "Lite" aptekin direktorudur. Göstərilən ünvanda yerləşən "Lite" aptekdə dərman vasitələrinin, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada həkimlər tərəfindən verilmiş reseptlərə uyğun müvafiq dövlət orqanından alınmış xüsusi icazələr əsasında güclü təsir edən və Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop dərman preparatlarının pərakəndə satışı həyata keçirilir. Güclü təsir edən və Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop dərman preparatlarının pərakəndə satışı həyata keçirilərkən reseptlərin üzərində 1 ədəd üçkünc və 2 ədəd dairəvi möhürün olmasına diqqət yetirilir, reseptlərin üzərində həmin möhürlər olacağı təqdirdə bu tip dərman preparatları ayrı-ayrı şəxslərə pərakəndə şəkildə satılır. Şahid1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 digər şəxslər kimi müvafiq reseptlər əsasında "Lite" aptekdən güclü təsir edən və ya Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop dərman preparatlarını əldə etmələrini inkar etməmişdir. Lakin, hər bir halda həmin şəxslərin təqdim etdikləri reseptlər yoxlanılmış və bundan sonra bu cür dərman preparatları həmin şəxslərə satılmışdır. Həmin şəxslərin təqdim etdikləri reseptlərin saxta olub-olmaması barədə heç nə deyə bilməmişdir. Güman etmişdir ki, Həmin şəxslərin təqdim etdikləri reseptlər ümumi qayda şəklində həkimlər tərəfindən yazılan reseptlərdən kəskin fərqlənmədiyindən, həmin şəxslərə bu tip dərman preparatları satılmışdır. Ümumi qaydaya uyğun olaraq bu tip dərman preparatlarını satan zaman reseptlərin əslləri götürüldüyündən, sonradan istintaq orqanının sorğusu əsasında həmin reseptlərə baxış keçirmişlər və reseptlərin arasında Şahid1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlarına yazılmış reseptlər aşkar olunmamışdır. Görünür adları və soyadları göstərilən şəxslər özlərinin adlarına deyil, digər şəxslərin adlarına yazılmış reseptlər əsasında bu cür dərman preparatlarını "Lite" aptekdən əldə etmişlər. Başqa hər hansı məlumatı yoxdur (İİİ cild, səh. 129-132).
31. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 16, mənzil 24-də yaşayan 26 yanvar 1998-ci il təvəllüdlü X28 qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin X13 daxil olmuş əməliyyat məlumatını yoxlamaq, X28 cinayət başında ifşa etmək məqsədi ilə 14 noyabr 2023-cü il tarixdə ondan, Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin X9 əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid4 və polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yarandı. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 14 noyabr 2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 35 ünvanın qarşısında məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs X37 yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt Orxan Hüseynovun yanında adını sonradan bildikləri X50 və X39 da olmuşdur. X77 narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Bakı Şəhər Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxtı X51, X50 və X39 onlarla razılaşaraq birlikdə idarəyə gəlmişlər və raport yazıb həmin şəxsləri idarənin növbətçi hissəsinə təhvil vermişlər. İdarədə həmin şəxslərdən birinin 26 yanvar 1998-ci ildə Migəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Mingəçevir şəhəri, Məhəmməd Füzuli küçəsi, ev 19/85, mənzil 26-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 16, mənzil 24-də yaşayan X28, digər şəxslərin isə 23 may 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan ünvan 36 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X31, 19 mart 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan ünvan 39 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X19 olduğu müəyyən olunmuşdir. İdarə rəisinin göstərişinə əsasən Orxan Hüseynovun üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrıldı. Bundan sonra Bakı Şəhər Nizami RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X36 tərəfindən X51 şübhəli şəxs qismində tutulmuş, sonra onun, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Nizami RPİ-nin KTQ-nin baş inspektorkriminalisti polis mayoru X52 və prossesə dəvət olunmuş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X20 iştirakları ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən X28 üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Orxan Hüseynova hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra X37 təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra X51 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm içərisinə baxdlqda həmin büküm içərisində bir ədəd qəhvəyi rəngli həb formasında dərman pereparatmm olduğu müşahidə olunmuşdur. Sorğu zamanı X51 bildirmişdir ki, “əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan narkotik vasitə metadon həbidir. Təqdim etdiyi narkotik vasitə metadon həbini Qulu adlı tanışından Bakı şəhəri, Nizami rayonu ərazisində 20 manata alıb üzərində saxlamışdır. X8 üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı X28 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. X28 təqdim etdiyi 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə olan kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Qeyd etmişdir ki, şəxsi axtarış və götürmə zamanı video kameranın videoçəkmə funksiyalarından istifadə edilməklə Nizami RPİ-nin KTQ-nin baş inspektor-kriminalisti polis mayoru X75 tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra, Bakı şəhəri Nizami RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X36 tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən X28 bildirdiyi Qulu adlı şəxsin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, yenidən raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan, Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin X9 baş əməliyyat müvəkkili polis mayoru X25, əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaranmışdır. X8 bildirdiyi Qulu adlı şəxsin Şahid1 olduğu müəyyən olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 15 noyabr 2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 41 ünvanın qarşısında məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Şahid1 özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt Şahid1 yanında adını sonradan bildikləri X40 da olmuşdur. Onlar Şahid1 narkotik vasitələri və psixotrop maddələri saxlamaqda, satmaqda şübhəli olduğunu bildirib onu Bakı Şəhər Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxtı Şahid1, X40 onlarla razılaşaraq birlikdə idarəyə gəlmişlər və raport yazıb həmin şəxsləri idarənin növbətçi hissəsinə təhvil vermişlər. İdarədə həmin şəxslərdən birinin xx xxxxxx 1994-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Ostayir kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbsi, nömərsiz evdə yaşayan Şahid1 digər şəxsin isə xx.xx.1996-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, əvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri ünvan 42 ünvanda yaşayan X21 olduğu müəyyən olunmuşdir. İdarə rəisinin göstərişinə əsasən Şahid1 üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Bakı Şəhər Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X48 tərəfindən Şahid1 şübhəli şəxs qismində tutulmuş sonra onun, Nizami RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Nizami RPİ-nin KTQ-nin inspektor kriminalisti polis baş leytenantı X38 və prossesə dəvət olunmuş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X32 iştirakları ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Şahid1 üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Şahid1 hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Şahid1 təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Şahid1 əlində saxladığı qara rəngli parça materialdan olan əl çantasını masanın üzərinə qoymuşdur. Həmin qara rəngli parça materialdan olan əl çantasının içərisinə baxdıqda 20 ədəd hər üstdə 14 ədəd olmaqla ümumilikdə 280 ədəd üzərində “Alyse” 150mg sözləri yazılmış dərman kapsulları, 60 ədəd hər listdə 1 ədəd olmaqla ümumilikdə 600 ədəd üzərində “Travmadol” sözləri yazılmış dərman kapsullarının olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Şahid1 bildirmişdir ki, təqdim etdiyi qara rəngli parça materialdan olan əl çantasının içərisində olan güclü təsir edici dərman pereparatlarıdır. Həmin dərman pereparatlarını öz şəxsi istifadəsi üçün Əli adlı tanışından hər listi 10 manat olmaqla almışdır. Sonra Şahid1 üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Şahid1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Şahid1 təqdim etdiyi 20 ədəd hər listdə 14 ədəd olmaqla ümumilikdə 280 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış dərman kapsulları, 60 ədəd hər listdə 10 ədəd olmaqla ümumilikdə 600 ədəd üzərində “Travmadol” sözləri yazılmış dərman kapsulları olan 01 (bir) qara rəngli parça materialdan olan əl çantası cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Qeyd etmişdir ki, şəxsi axtarış və götürmə zamanı video kameranın videoçəkmə funksiyalarından istifadə edilməklə Nizami RPİ-nin KTQ-nin inspektor-kriminalisti polis baş leytenantı X60 tərəfindən video çəkiliş aparılmışdır. Sonradan məlum olmuşdur ki, təhqiqatçı tərəfindən X21 üzərinə baxış keçirən zaman Elmar Zeynalıdan 1 ədəd hər listdə 14 ədəd olmaqla “Alyse” 150mg” sözləri yazılmış dərman kapsulları aşkar olunaraq götürülmüşdür (İİ cild, səh. 169-176). 32.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 184-189). 33.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2023-cü il tarixli, 3-16-16/2-3/6033 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün Nİ 62”- li dairəvi möhür əksi olan,1) üzərində “X21 təqdim etdiyi bir ədəd listdə dərman preparatı təqdim etdi (imza) E.Zeynallı” yazısı və imza olan zərfdəki üzərində “Alyse” 150mg (yararlılıq müddəti 09/2025, seriyası 22L627)” markalanma göstəricisi olan bir ədəd konvalyutda 14 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 14 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 2,1 qramdır (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,15qram preqabalin olmaqla); 2) üzərində “Şahid1 aşkar edilmiş dərman preparatları şübxəli şəxs (imza) Şahid1” yazısı və imzalar olan paketdəki üzərində “Alyse” 150mg (yararlılıq müddəti 09/2025, seriyası 22L627)” markalanma göstəricisi olan 20 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd, 280 ədəd ağ rəngli kapsulpreqabalin tərkibli dərman preparatıdır və 280 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 42 qramdır (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,15 qram, preqabalin olmaqla), üzərində “Tramadol” 50mg (yararlılıq müddəti 042028 seriyası S8028)” markalanma göstəricisi olan 60 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd, ümumilikdə 600 ədəd ağ-göy rəngli kapsul “Tramadol” hidroxlorid tərkibli dərman preparatıdır və 600 ədəd kapsulda “Tramadol” hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 30 qramdır (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,05 qram tramadoi hidroxlorid olmaqla); 3) üzərində “Təqsirləndirilən şəxs1 aşkar edilmiş 4 ədəd listdə dərman preparatı şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan zərfdəki üzərində “Alyse” 150mg (yararlılıq müddəti 09/2025, seriyası 22L628)” markalanma göstəricisi olan 4 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd, ümumilikdə 56 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 56 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 8,4 qramdır (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla); 4) üzərində “Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilmiş 4 ədəd listdə dərman preparatı, bir ədəd sellofanda maddə və bir ədəd elektron tərəzi şübhəli şəxs (imza) E.Balayev” yazısı və imzalar olan zərfdəki üzərində “Alyse” 150mg (yararlılıq müddəti 09/2025, seriyası 22L628)” markalanma göstəricisi olan 4 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd, ümumilikdə 56 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 56 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 8,4 qramdır (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla), 1 (bir) ədəd bükümdə təmiz çəkisi 19,919 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır; 5) üzərində “X1 üzərindən aşkar olunmuş 01 ədəd elektron tərəzi və 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddəyə bənzər kütlə şübhəli şəxs: (imza) Şahbazov Müşviq” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,901 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. Vət. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən və vət. X17 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Tərəzilərin üzərində metamfetamin iz şəklində olduğu üçün, metamfetaminin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Vət. Elmar Zeynalanovdan, Şahid1 və Əli Babayevdən aşkar edilərək - götürülmüş preqabalin tərkibli kapsullar tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici görünüş əlamətlərinə görə eynilik təşkil edirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. 18 mart 2016-ci il Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Tramadol” hidroxlorid və preqabalin “Güclü təsir edən maddələrin və onların külli miqdamn siyahıları”-na daxildirlər (İ cild, səh. 224-229). 34.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2024-cü il tarixli, 4/373-5/301 nömrəli ekspert rəyindən görünür ki, əksləri ekspertizaya təqdim edilmiş, Kənan Məmmədovun adından olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept nüsxəsinin kserosurətində olan yazılar; Sevda Məmmədovanın və Tahir Əsgərovun adlarından olan ********* nömrəli, ********* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarının kserosurətlərində olan yazılar - X61 tərəfindən yox, X35 tərəfindən yox, Təqsirləndirilən şəxs3 tərəfindən yox, başqa şəxslər tərəfindən icra edilmişdir. Əksləri ekspertizaya təqdim edilmiş, Kənan Məmmədovun adından olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept nüsxəsinin kserosurətinin aşağı hissəsində “(həkimin imzası və şəxsi möhürü)” qrafasında olan imza; Sevda Məmmədovanın və Tahir Əsgərovun adlarından olan ********* nömrəli, ********* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarının kserosurətlərinin aşağı hissələrində “Həkimin imzası və şəxsi möhürü” qrafalarında olan imzaların - X61tərəfindən, X35 tərəfindən, Təqsirləndirilən şəxs3 tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin b0214572 və B0214568 nömrəli iki ədəd boş Resept blankları ofset çap üsulu ilə hazırlanmışdır. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin b0214572 və B0214568 nömrəli iki ədəd boş resept blanklarının üzərindəki möhür və ştamp əksləri şırnaqlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin B0214572 və B0214568 nömrəli iki ədəd boş Resept blankları təqdim edilmiş “Epson L850” markalı çap qurğusunda çap edilməmişdir. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin B0214572 və B0214568 nömrəli iki ədəd boş Resept blanklarının üzərindəki möhür və ştamp əkslərinin ekspertizaya təqdim edilmiş “Epson L850” markalı çap qurğusunda çap olunubolunmamasını müəyyənləşdirmək mümkün olmadı, lakin tədqiq olunan möhür və ştamp əkslərinin bu növ qurğu vasitəsi ilə çap edilməsi istisna edilmir (İİİ cild, səh. 215-242). 35.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X78 Şəxsi Ambulator X7 08 dekabr 2023-cü il tarixli 8060 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman pereparatı olan preqabalin və psixostimulyatorların qəbulu nətcəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 232-233). 36.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X78 Şəxsi Ambulator X7 08 dekabr 2023-cü il tarixli 8059 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nətcəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 230-231). 37.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X78 Şəxsi Ambulator X7 13 oktyabr 2023-cü il tarixli 6494 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İV cild, səh. 41-43). 38.«Şəxsi axtarış və götürmə keçirilməsi barədə» 15 noyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 4 ədəd hər bir listdə 14 ədəd olmaqla ümümilikdə 56 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış preqabalin tərkibli güclü təsir edici dərman pereparatları aşkar edilərək götürülmüşdür (İ cild, səh. 168-169). 39.«Baxış keçirilməsi və götürülmə barədə» 15 noyabr 2023-cü il tarixli il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi ağ rəngli “Kia Cerato” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilin salonunda olan qabaq saxlanc yerindən 01 (bir) ədəd şəffaf rəngli bükümdə psixotrop maddə metamfetamin, 4 ədəd hər bir listdə 14 ədəd olmaqla ümümilikdə 56 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış preqabalin tərkibli güclü təsir edici dərman pereparatları və bir ədəd qara rəngli “Rosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür (İ cild, səh. 172-173). 40.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 15 noyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şübhəli şəxs X16 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli bükümdə psixotrop maddə metamfetamin, əynində olan açıq göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli “Rosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür (İ cild, səh. 201-202). 41.«Baxış keçirilməsi və götürülmə barədə» 16 noyabr 2023-cü il tarixli il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 43 ünvanına baxış keçirilən zaman bir ədəd qara rəngli “Epson” markalı rəngli printer və 02 ədəd saxta tibbi resept aşkar edilərək götürülmüşdür (İ cild, səh. 219-220). 42.«Baxış və götürmə aparılması barədə» 16 noyabr 2023-cü il tarixli il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs3 01 ədəd “Samsug” markalı planşet, 01 ədəd “Samsung” markalı mobil telefon, 03 ədəd üzəri yazılmış saxta tibbi reseptlərin kserosurətləri aşkar edilərək götürülmüşdür (İ cild, səh. 242-243). 43.«Şəxsi axtarış və götürmə keçirilməsi barədə» 15 noyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şübhəli şəxs Şahid1 üzərinə şəxsi axtarış keçirilərkən sol əlində saxladığı qara rəngli parça materialdan olan əl çantasının içərisindən 20 ədəd hər listdə 14 ədəd olmaqla ümumilikdə 280 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış preqabalin tərkibli güclü təsir edici dərman pereparatları, 60 ədəd hər listdə 10 ədəd olmaqla ümumilikdə 600 ədəd üzərində “Travmadol” sözləri yazılmış preqabalin tərkibli güclü təsir edici dərman pereparatları aşkar edilərək götürülmüşdür (İ cild, səh. 138-139). 44.«Diskin baxışının aparılması haqqında» 03 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 4 ədəd listdə dərman pereparatını çıxararaq təqdim etmişdir. Həmin 4 ədəd listdə olan dərman pereparatlanma baxış keçirən zaman həmin dərman pereparatlarının 4 ədəd hər bir listdə 14 ədəd olmaqla ümümilikdə 56 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış dərman kapsullarının olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 4 ədəd hər bir listdə 14 ədəd olmaqla ümümilikdə 56 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış kapsullar güclü təsir edici dərman pereparatlandır. Həmin dərman pereparatlarını öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 100 manat müqabilində dərman resepti alaraq aptekdən almış, həm özü istifadə etmiş, həm də tanımadığı şəxslərə satmışdır. Həmin dərman pereparatlarından tanışı Qulu adlı şəxsə bir neçə gün qabaq satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 bildirmişdir ki, idarə etdiyi “Kia Cerato” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilində dərman pereparatı və psixotrop maddə vardır. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi etdiyi 4 ədəd hər bir listdə 14 ədəd olmaqla ümümilikdə 56 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış dərman pereparatları cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür (İİİ cild, səh. 15-16). 45.«Diskin baxışının aparılması haqqında» 03 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi özünə məxsus ağ rəngli “Kia Cerato” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda olan qabaq saxlanc yerindən (bardaçokdan) 01 (bir) ədəd şəffaf rəngli büküm, 4 ədəd listdə dərman pereparatını və bir ədəd qara rəngli “Rosai” markalı elektron tərəzini çıxararaq təqdim etmişdir. Həmin 01 (bir) ədəd şəffaf rəngli bükümün içərisinə baxdıqda həmin büküm içərisində ağ rəngli kristal şəkilli maddənin, 4 ədəd listdə olan dərman pereparatlanma baxış keçirən zaman həmin dərman pereparatlarının 4 ədəd hər bir listdə 14 ədəd olmaqla ümümilikdə 56 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış dərman kapsullarının olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, idarə etdiyi özünə məxsus ağ rəngli “Kia Cerato” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda olan qabaq saxlanc yerindən (bardaçokdan) çıxararaq təqdim etdiyi 01 (bir) ədəd şəffaf rəngli bükümün içərisində psixotrop maddə metamfetamin, 4 ədəd hər bir listdə 14 ədəd olmaqla ümümilikdə 56 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış kapsullar güclü təsir edici dərman pereparatlarıdır. Bildirmişdir ki, 01 (bir) ədəd şəffaf rəngli bükümün içərisində psixotrop maddə metamfetamini 11 noyabr 2023-cü ildə “Səid” adlı İran İslam Respublikasının vətəndaşının M10 nömrəsinə 250 manat göndərdikdən sonra Səid adlı şəxs də ona Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AFFF” yaşayış kompleksinin yaxınlığında psixotrop maddə metamfetamin qoyulduğu yerin şəklini “WhatsApp” proqramı vasitəsi ilə koordinat göndərmiş və o da qeyd olunan yerdən bir ədəd böyük bükümdə psixotrop maddə metamfetamini götürərək üzərində olan elektron tərəzi vasitəsi ilə çəkərək 10 qram psixotrop maddə metamfetamin olmasını dəqiqləşdirdikdən sonra həmin bir ədəd şəffaf rəngli böyük bükümdə olan psixotrop maddə metamfetamini və bir ədəd elektron tərəzini idarə etdiyi “Kia Cerato” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağın qarşısında olan saxlanc yerində gizlətmişdir. Sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Cerato” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Cerato” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi etdiyi 01 əfəf şəffaf rəngli bükümdə olan kütlə, 4 ədəd hər bir listdə 14 ədəd olmaqla ümümilikdə 56 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış dərman pereparatları və bir ədəd qara rəngli “Rosai” markalı elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür (İİİ cild, səh. 13-14). 46.«Diskin baxışının aparılması haqqında» 03 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümü, əynində olan açıq göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli “Rosai” markalı elektron tərəzini çıxararaq təqdim etmişdir. Həmin 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə olan kütlə və bir ədəd qara rəngli “Rosai” markalı elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür (İİİ cild, səh. 22-23). 47.«Diskin baxışının aparılması haqqında» 23 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı evin mətbəxt otağında olan masanın üzərində olan bir ədəd qara rəngli “Epson” markalı rəngli printeri təqdim edərək bildirmişdir ki, o, həmin printer vasitəsi ilə saxta reseptlər hazırlayaraq satmışdır. Həmin bir ədəd qara rəngli “Epson” markalı rəngli printerin qapağını açaraq baxış keçirən zaman printerin üzərində 02 ədəd tibbi reseptin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, aşkar olunmuş 02 ədəd tibbi resepti təqdim etdiyi bir ədəd qara rəngli “Epson” markalı rəngli printer vasitəsi ilə hazırlamışdır. Sonra Təqsirləndirilən şəxs3 birgə yaşadığı X11 məxsus ünvan 43 ünvanına baxış keçirilmişdir, baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi bir ədəd qara rəngli “Epson” markalı rəngli printer və 02 ədəd tibbi resept cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür (İİİ cild, səh. 147). 48.«Təqdim edilmiş planşetə baxış keçirilməsi haqqında» 23 fevral 2024-cü il tarixli il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus “Samsung” markalı **********90659/01 imey kodlu planşetə baxış keçirilən zaman planşetin qalereya bölməsində 01 ədəd üzərində göy rənglə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, AZƏRİ MED QSC, ZƏFƏRAN HOSPİTAL xəstəlik vərəqələri üçün sözləri yazılmış üçkünc möhür əksi, üzərində 01 ədəd göy rənglə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, AZƏRİ MED QSC, ZƏFƏRAN HOSPİTAL sözləri yazılmış dairəvi möhür əksi, 01 ədəd üzərində göy rənglə həkim psixiatr X3 yazılmış dairəvi möhür əksi və 01 ədəd göy rənglə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, AZƏRİ MED QSC, ZƏFƏRAN HOSPİTAL xəstəlik vərəqələri üçün sözləri yazılmış üçkünc möhür əksi bir ədəd resept blankı, 01 ədəd üzərində göy rənglə Azərbaycan Respublikası həkim nevropotoloq X12 yazılmış dairəvi möhür əksi, 01 ədəd üzərində göy rənglə Azərbaycan Respublikası bakı şəh. X56 city və MMC ÖMÜR LTD sözləri yazılmış dairəvi möhür əksi, 01 ədəd üzərində göy rənglə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, AZƏRİ MED QSC, ZƏFƏRAN HOSPİTAL sözləri yazılmış dairəvi möhür əksi və 01 ədəd üzərində göy rənglə Həkim X5 ARSN RK ******* sözləri yazılmış dairəvi möhür əksi olan nümunələrin fotoşəkilləri müşahidə olunmuşdur (İİİ cild, səh. 148). 49.«Təqdim olunmuş telefona baxış keçirilməsi haqqında» 23 fevral 2024-cü il tarixli il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “İphone 13 Pro” markalı **********68504 və **********05397 imey kodlu mobil telefonun SMS, MMS bölmələrinə, ***-***-**-** mobil telefon nömrəsində olan “Whatsaap” internet şəbəkəsinə, şəkil bölmələrinə baxış keçirən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1lə müxtəlif mobil telefon nömrələri ilə "Whatshapp web" proqramından qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslər arasında güclü təsir edən dərman preparatlarının dövriyyəsinə dair danışıq və yazışmalar olmuş, bununla bağlı onlar bir-birilərinə səs yazıları göndərmişlər (İİİ cild, səh. 156). 50.«Təqdim olunmuş telefona baxış keçirilməsi haqqında» 23 fevral 2024-cü il tarixli il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X23 məxsus bir ədəd “XİAOMİ” markalı **********779343/01 və **********79350/01 imey kodlu mobil telefonun SMS, MMS bölmələrinə, ***-***-**-** mobil telefon nömrəsində olan “Whatsaap” internet şəbəkəsinə, şəkil bölmələrinə baxış keçirən zaman müəyyən olmuşdur ki, Müşviq Şahbazovla müxtəlif mobil telefon nömrələri ilə "Whatshapp web" proqramından qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslər arasında güclü təsir edən dərman preparatlarının dövriyyəsinə dair danışıq və yazışmalar olmuş, bununla bağlı onlar bir-birilərinə səs yazıları göndərmişlər (İİİ cild, səh. 157). 51.«Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və cinayət işindən yeni icraatın ayrılması barədə» 20 may 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə X26 aşkar olunaraq götürülmüş bir ədəd 0,04 qram narkotik vasitə metadon həbi, X18 aşkar olunaraq götürülmüş 1 ədəd listdə 14 ədəd 2.1 qram çəkidə üzərində “Alyse” 150mg” sözləri yazılmış preqabalin tərkibli güclü təsir edici dərman pereparatı, Şahid1 aşkar olunaraq götürülmüş 20 ədəd hər listdə 14 ədəd olmaqla ümumilikdə 280 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış preqabalin tərkibli güclü təsiredici dərman pereparatları və 60 ədəd hər listdə 10 ədəd olmaqla ümumilikdə 600 ədəd üzərində “Travmadol” sözləri yazılmış preqabalin tərkibli güclü təsiredici dərman pereparatları, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd hər listdə 14 ədəd olmaqla ümumilikdə 56 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış preqabalin tərkibli güclü təsiredici dərman pereparatları, avtomobilinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş 4 ədəd hər listdə 14 ədəd olmaqla ümumilikdə 56 ədəd üzərində “Alyse” 150mg” sözləri yazılmış preqabalin tərkibli güclü təsiredici dərman pereparatları və 19,919 qram psixotrop maddə metamfetamin və X14 aşkar olunaraq götürülmüş 7,901 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, ekspertizadan sonra qalan ½ hissə 0,02 qram çəkidə narkotik vasitə metadon həbi, 27,42 qram psixotrop maddə metamfetamin, 598 kapsula 29.9 qram üzərində “Travmadol” sözləri yazılmış preqabalin tərkibli güclü təsiredici dərman pereparatları, 399 kapsula 59,85 qram üzərində “Alyse” 150mg” sözləri yazılmış preqabalin tərkibli güclü təsiredici dərman pereparatları məhkəmə baxışmadək saxlanılması üçün Bakı şəhər Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş bir ədəd qara rəngli “Rossai” markalı elektron tərəzi və X14 aşkar olunaraq götürülmüş bir ədəd qara rəngli “Rossai” markalı elektron tərəzi, Şahid1 götürülmüş bir ədəd qara rəngli parça materialdan olan əl çantası iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Bakı şəhər Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs3 götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd “Samsung” markalı planşet, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd “İphone 13 Pro” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd “Xiaomi” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhər Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. "xxxx" MMC-dən daxil olmuş Şahid1 istifadəsində olmuş ***-***-**-** və ***-***- **-** nömrəsinə; X16 istifadəsində olmuş ***-***-**-** nömrəsinə; Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** nömərsinə daxil olan və çıxan zəngləri, SMS-ləri əks etdirən bir ədəd CD farmatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olan və çıxan zəngləri, SMS-ləri əks etdirən bir ədəd CD farmatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İstintaq zamanı Bakı Şəhər Nizami RPİ-nin TŞ-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi və avtomobilinə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində qırmızı hərflərlə “BİNGO” sözü yazılmış 02 ədəd DVD farmatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İstintaq zamanı Bakı Şəhər Nizami RPİ-nin TŞ-si tərəfindən təqdim edilmiş bir ədəd X16 üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində qırmızı hərflərlə “BİNGO” sözü yazılmış DVD farmatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İstintaq zamanı Bakı Şəhər Nizami RPİ-nin TŞ-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs3 müvəqqəti yaşadığı evə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində qırmızı hərflərlə “BİNGO” sözü yazılmış DVD farmatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (V cild, səh. 1-65). 52.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs1 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, boynun, sağ qalça üstündə çapıq toxuması aşkar edilmişdir. 53.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş təqsirləndirilən şəxs X16 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sağ körpücükaltı nahiyyədə cızılmış qərtməkli yaralar aşkar edilmişdir. 54.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X16 polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə Nizami rayon prokurorluğunda aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 55.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs3 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı dəri səthində çapıq aşkar edilməmişdir. 56.«Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 15 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 156). 57.«Şübhəli şəxsin tutulması haqqında» 15 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, X27 15 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 191). 58.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 4(007)- 468/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 15 noyabr 2023cü il tarixdən hesablamaqla 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 83-86). 59.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 4(007)- 469/2023 nömrəli qərarından görünür ki, X16 barəsində 15 noyabr 2023-cü il tarixdən hesablamaqla 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 87-90). 60.Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2025-ci i il tarixli, 1(101)-340/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. 61.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 128). 62.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X27 əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 129-130). 63.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 133-134). 64.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2016-ci il, xx.xx.2018-ci il və xx.xx.2020-ci il təvəllüdlü üç uşağı vardır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 65.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 66.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 67.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 68.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X16 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1, 240.3.2 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onların törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X23 elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlin həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımaya tövsif edilməsini əsaslı sayır. 69.Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X23 verilmiş ittihamlarda cinayət əməlinin məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi aparılan hərtərəfli məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. 70.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. 71.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, bir-biri ilə, həmçinin cinayətin hər hansı iştirakçıları ilə aralarında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edilməmiş, təqsirkar şəxslərin psixotrop maddəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmaları, həmçinin həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlmələri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X16 birbiri ilə, həmçinin hər hansı şəxslə qabaqcadan əlbirlikləri, yəni əvvəlcədən razılıq, əlbirlik nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. 72.İstintaq orqanı Təqsirləndirilən şəxs1 və X4 məqsədilə külli miqdarda psixotrop maddə əldə etmək niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs1 sosial şəbəkə vasitəsilə tanış olduğu “Səid” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 250 manat pul köçürdükdən sonra 11 noyabr 2023-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin yaxınlığında, yolun kənarında qoyulmuş yerdən külli miqdarda, ümumi təmiz çəkisi 27,82 qram olan psixotrop maddə-metamfetamini götürüb satış məqsədilə qanunsuz olaraq əldə etməklə metamfetaminin 7,901 qram hissəsini satışının həyata keçirilməsi üçün qrup üzvü Təqsirləndirilən şəxs2 verdiyini, 19,919 qram hissəsini isə idarə etdiyi “Kia” markalı, “Cerato” modelli, Az **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində (bardaçok) saxlayaraq daşıdığını... qeyd etmiş, lakin məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında Təqsirləndirilən şəxs1 və Müşviq Şahbazovun bir-biri ilə, həmçinin hər hansı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istinad edilən cinayət əməllərini törətmələri müəyyən edilməmişdir. 73.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. 74.İstintaq orqanı Təqsirləndirilən şəxs1 və X16 hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma ilə bərabər həm də, bu əməlin predmetini təşkil edən psixotrop maddəni digər şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmə kimi qiymətləndirib onların əməllərini əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif etmişdir. 75.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X4 məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımasına dair bir-biri ilə, həmçinin digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmələrində iştiraklarını təsdiq edən sübut müəyyən olunmamışdır. 76.Məhkəmənin bu qənaəti əməlin obyektiv tərəfinə aid hərəkət və hərəkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə aid cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. 77.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 78.Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X16 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X23 elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunmasını əsaslı sayır. 79.Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X23 qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin məhz "satış məqsədi ilə" əldə edilməsi, saxlanması və ya daşınması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 80.İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. İttihamın təsdiq olunması üçün təqdim edilmiş sübutlar məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X4 məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və ya daşıması nəticəsinə gəlinməsinə imkan verməmiş, təqsirləndirilən şəxslərin məqsədlərinin məhz satış olması ilə bağlı sübutların kifayət etmədiyi qənaəti yaratmışdır. 81.İş üzrə toplanmış sübutlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. 82.Belə ki, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən istinad olunan sübut növlərinin heç birində Təqsirləndirilən şəxs1 və X16 psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımaları faktına rast gəlinməmişdir. 83.Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan sənədlərin heç birində təqsirləndirilən şəxslərin istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin onlar tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən ifadə müəyyən edilməmişdir. Həmçinin, iş üzrə dindirilmiş şahidlər verdikləri ifadələrində şəxslər Təqsirləndirilən şəxs1 və Müşviq Şahbazovun psixotrop maddəni satış məqsədi ilə əldə etmələrini təsdiq edən bir söz işlətməmişlər. İstintaq orqanının istinad etdiyi ekspert rəylərinə aid hissədə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növləri kimi göstərilən ekspert rəylərinə istinad edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2023-cü il tarixli, 3-16-16/2-3/6033 nömrəli ekspert rəyi tədqiqata təqdim edilmiş aşkar olunan maddənin psixotrop maddə metamfetamin olmasını təsdiq etsə də həmin psixotrop maddənin təqsirləndirilən şəxslər tərəfindən satış məqsədi ilə əldə edilib üzərində saxlanılaraq daşınmasını müəyyən etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X78 Şəxsin Ambulator X15 barədə 08 dekabr 2023-cü il tarixli, 8060 nömrəli və 08 dekabr 2023-cü il tarixli 8059 nömrəli rəyləri isə Təqsirləndirilən şəxs1 və X16 narkomaniya xəstəliklərinin olmasını və narkomaniyadan məcburi müalicəyə ehtiyaclarının olduğunu müəyyən edir ki, bu fakt da Təqsirləndirilən şəxs1 və Müşviq Şahbazovun psixotrop maddə istifadəçiləri olduqlarını təsdiq edir. 84.İstintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X16 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növləri Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən psixotrop maddənin mövcudluğunu, eləcə də həmin psixotrop maddənin təqsirləndirilən şəxs X16 üzərindən və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilməsini, Təqsirləndirilən şəxs1 və Müşviq Şahbazovun dövriyyəsi qanunla qadağan edilən psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımalarını təsdiq edən sübut növü olsa da satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımaları qənaətinə gəlməyə əsas vermir. 85.Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında olan istintaq sənədlərinin hər hansı birində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X16 psixotrop maddə metamfetamini öz şəxsi istifadələri üçün əldə etməsini təkzib edən sübut növü və ya sübutların məcmusu müəyyən olunmamışdır. 86.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qeyd olunan üç amildən heç biri hazırki cinayət işi üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X67 psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımasına dair ittiham verilmiş, təqsirləndirilən şəxsin əməlində şəxsi maraq məqsədilə psixotrop maddənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilməmişdir. 87.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 88.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 89.Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması cinayət təqibi orqanı tərəfindən mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. 90.İş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X16 aşkar edilərək götürülmüş psixotrop maddəni nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin psixotrop maddəni ona satacağı barədə cinayət işində hər hansı sübut mövcud deyildir. Həmçinin narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» psixotrop maddələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər etməsi barədə bir sübut olmadan yalnız tərəzi aşkar olunmaqla satış ilə bağlı verilmiş ittiham yalnız ehtimal xarakteri daşıyır. 91.Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. 92.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə şübhəli vəziyyətdə göstərilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bu baxımdan təqsirləndirilən şəxslərin üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut olmadan, yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarının külli miqdar təşkil etməsi həmin psixotrop maddənin məhz satış məqsədi ilə əldə edildiyi barədə nəticəyə gəlməyə əsas vermir. 93.Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X78 Şəxsin Ambulator X15 barədə 08 dekabr 2023cü il tarixli 8060 nömrəli rəyinə istinadən Təqsirləndirilən şəxs1 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman pereparatı olan preqabalin və psixostimulyatorların qəbulu nətcəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, həmçinin 08 dekabr 2023-cü il tarixli 8059 nömrəli rəyinə istinadən Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nətcəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxslərin belə asılılığı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə uyğunluğunu, yəni təqsirləndirilən şəxslərin psixotrop maddə metamfetamini şəxsi istifadələri üçün əldə edərək daşımalarınl və saxlamalarını təsdiq edən mötəbər haldır. Məhkəmə belə qənaətə gəlir ki, bu hal təqsirləndirilən şəxslərin psixotrop maddə metamfetamini şəxsi istifadələri üçün əldə etdiklərinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. 94.Dövlət ittihamçısı Təqsirləndirilən şəxs3 aid hissədə elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissənin çıxarılmasını xahiş etmişdir. 95.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama,yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmanı ehtiva edir. 96.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində Həmin Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə nəzərdə tutulmuşdur. 97.Beləliklə, qanunun yuxarıda şərh olunan normalarının mənasına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti rəsmi sənədləri özü saxtalaşdırmayan, digər şəxslər tərəfindən saxtalaşdırılan rəsmi sənədlərdən onların saxta olduğunu bilə-bilə istifadə edən şəxslər ola bilər. Rəsmi sənədi saxtalaşdırmış şəxs gələcəkdə ondan istifadə edərsə, onun əməli yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir. 98.Qeyd edilən epizod üzrə Təqsirləndirilən şəxs3 verilmiş itihamın məzmunundan göründüyü kimi o, özü qanunsuz olaraq sənəd hazırlayıb satmış, onunla əlbir olan şəxslər isə həmin reseptlərdən istifadə etməklə apteklərdən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edərək digər şəxsə satmış və üzərlərində saxlamışlar. 99.Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə törətdiyi cinayət əməli Həmin Məcəllənin 320.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan, əməli həmin maddə ilə tövsif edilməli və ona elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmalıdır. 100.Məhkəmə, göstərilən halları və işin faktiki hallarını nəzərə alıb, Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissənin xaric olunmasını əsaslı sayır. 101.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 102.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 103.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 104.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 105.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 106.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 107.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 108.Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri üçün gətirdikləri dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 109.Təqsirləndirilən şəxslərin keçirilmiş şəxsi axtarışları və baxış barədə videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. Həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aşkar edilərək götürülmüş psixotrop maddələrin, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin onlara məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 110.Beləliklə məhkəmə təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə keçirilmiş şəxsi axtarışın şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 111.Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 psixoloji təzyiqə və X16 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı məhkəmə iclasında ifadələrində göstərdikləri xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs1 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, boynun, sağ qalça üstündə çapıq toxuması aşkar edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş təqsirləndirilən şəxs X16 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sağ körpücükaltı nahiyyədə cızılmış qərtməkli yaralar aşkar edilmişdir. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 27 dekabr 2023cü il tarixli qərardan görünür ki, X16 polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə Nizami rayon prokurorluğunda aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs3 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı dəri səthində çapıq aşkar edilməmişdir. 112.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88-90, xx.xx.2009 və Rowe və X42rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 113.Məhkəmə təqsirləndirilən şəxslərin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışı ilə məşğul olmamalarına dair ifadələrinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs1 məxsus olmaqla istifadəsində olmuş “İphone 13 Pro” markalı mobil telefon cihazında olan “Whatsapp” proqramına, X23 məxsus olmaqla istifadəsində olmuş “Xiaomi” markalı mobil telefon cihazında olan “Whatsapp” poqramına daxil olan və göndərilən sms mətnlərinə dair məlumatların əks olunduğu elektron məlumat daşıyıcılarına baxış zamanı jarqon terminlərdə ifadə olunan, əslində isə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxslərin həmin güclü təsir edən maddələri satış məqsədi ilə əldə etdiklərini tam sübuta yetirir. 114.Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X16 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 115.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və daşıması, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələr əldə edib saxlayaraq daşıması və satması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1, 240.3.2 və 320.2-ci maddələri ilə tövsif edilməlidir. 116.Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1, 240.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 117.Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və daşıması, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələr əldə edib saxlayaraq daşıması və satması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1, 240.3.2 və 320.2-ci maddələri ilə tövsif edilməlidir. 118.Məhkəmə təqsirləndirilən şəxs X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1, 240.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Müşviq Şahbazov həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 119.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə etmək məqsədilə hüquq verən Azərbaycan Respublikasının saxta blanklarını qanunsuz hazırlayaraq bilə-bilə saxta sənəddən istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələr əldə edib saxlayaraq daşıması və satması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2 və 320.1-ci maddələri ilə tövsif edilməlidir. 120.Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs3 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 121.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X16 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 122.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 123.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 124.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 125.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 126.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 127.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 128.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs X16 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 129.Məhkəmə istintaqı zamanı X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 130.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 131.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 132.Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, X23 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 133.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 134.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X23 və Təqsirləndirilən şəxs3 qəti cəza təyin olunmalıdır. 135.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X23 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 136.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 137.Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X16 barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 138.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 139.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X16 həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduqları - 15 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. 140.Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsini, həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilməsini və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 141.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı - 01 may 2025-ci il tarixdən hesablanmalıdır. 142.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X16 və Təqsirləndirilən şəxs3 barələrində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. 143.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 144.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X23 və Təqsirləndirilən şəxs3 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 145.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut olaraq Bakı şəhəri Nizami Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1/2 hissə 0,02 qram çəkidə narkotik vasitə metadon həbinin, 27,42 qram psixotrop maddə metamfetaminin, 598 kapsula 29.9 qram üzərində “Travmadol” sözləri yazılmış preqabalin tərkibli güclü təsiredici dərman pereparatlarının, 399 kapsula 59,85 qram üzərində “Alyse” 150mg” sözləri yazılmış preqabalin tərkibli güclü təsiredici dərman pereparatlarıının və iki ədəd qara rəngli “Rossai” markalı elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən informasiya daşıyıcısı olan 06 ədəd diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 146.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən Təqsirləndirilən şəxs3 bir ədəd «Samsung» markalı mobil telefon aparatı və bir ədəd «Samsung» markalı planşet onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalı, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «İphone 13 Pro» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd bir ədəd «Xiaomi» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 147.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 148.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 149.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 303 (üç yüz üç) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X27 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 150.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1, 240.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı 15 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1, 240.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X23 qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X27 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X16 cəza çəkmə müddətinin başlanğıcı 15 noyabr 2023-cü il tarixdən hesablansın. X16 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X16 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 barəsində «həbs» qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin başlanğıcı 01 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 303 (üç yüz üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, X27 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Nizami Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1/2 hissə 0,02 qram çəkidə narkotik vasitə metadon həbi, 27,42 qram psixotrop maddə metamfetamin, 598 kapsula 29.9 qram üzərində “Travmadol” sözləri yazılmış preqabalin tərkibli güclü təsiredici dərman pereparatları, 399 kapsula 59,85 qram üzərində “Alyse” 150mg” sözləri yazılmış preqabalin tərkibli güclü təsiredici dərman pereparatları, iki ədəd qara rəngli “Rossai” markalı elektron tərəzi məhv edilsin, 06 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Samsung» markalı mobil telefon aparatı və bir ədəd «Samsung» markalı planşet Təqsirləndirilən şəxs3 (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın, bir ədəd «İphone 13 Pro» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs1 (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın, bir ədəd «Xiaomi» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs2 (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, X23 və Təqsirləndirilən şəxs3 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev