Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-341/2020 17.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi x2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Məhəmmədoviçin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə 10 oktyabr 1997-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, o,aşkar surətdə hamilə vəziyyətdə olan qadını qəsdən öldürməyə cəhd etmişdir. Belə ki, Şamil Abdullayev nigahlarını rəsmi qaydada qeydiyyata aldırmadan birgə yaşadığı, ikinci uşağa hamilə olan arvadı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində aralarında yaşanan mübahisələrlə bağlı 2019-cu ilin mart ayında ondan ayrılıb atası evinə getməsi səbəbindən, onunla barışıb birgə yaşadıqları Ağstafa şəhərinə qaytarmaq üçün 2019-cu il may ayının əvvəllərində qaynatasına məxsus evə gədib arvadı ilə görüşsə də onun razılığını ala bilməmiş, eyni məqsədlə növbəti dəfə 16 may 2019-cu il tarixdə, saat 19:00 radələrində ünvan 2 ünvanda yerləşən qayınatası Şahid1 məxsus fərdi yaşayış evinə gedərək, azyaşlı övladını əzizlədikdən sonra evin mətbəxində tək olan Səbinəyə yaxınlaşıb söhbət əsnasında ona ailəni bərpa etməyi, birgə yaşadıqları evə qayıtmasını təkidlə tələb etmiş, lakin, arvadının ona qəti etiraz etməsindən dolayı aralarında yaşanan mübahisə zamanı qisas almaq niyyəti ilə, hamilə olmasını aşkar sürətdə bildiyi arvadını qəsdən öldürmək üçün həmin mətbəxdən götürdüyü soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə ona həyat üçün təhlükəli olmaqla dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olan, 34 həftəlik hamiləliyin pozulması və daxili qanaxma ilə müşayət olunan traxeyanın, sol ağciyərin,diaqfraqmanın, dalağın, mədənin ön divarının, mədəaltı vəzinin və köndələn çənbər bağırsağın yaralanmaları, döş qəfəsinin sol yarısının iki ədəd, qarın nahiyəsinin bir ədəd və boyun nahiyəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları (ümumi dörd ədəd), sağlamlığın qısa müddətə pozulmasına səbəb oduğundan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid olan sol çiyin qurşağının arxa səthinin bir ədəd, sol kürək nahiyəsinin bir ədəd və bel nahiyəsinin sol yarısının bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları (ümumi üç ədəd) xəsarətləri yetirmiş, zərərçəkmiş hadisə zamanı evdə olan ailə üzvləri tərəfindən vaxtında xəstəxanaya çatdırılaraq zəruri tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən, o, bilavasitə cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, aşkar surətdə hamilə vəziyyətində olan arvadı Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 2017-ci ildə Bakı şəhərində yaşayıb işləyərkən Zərərçəkmiş şəxs ilə tanış olub görüşmüş, aralarında sevgi hissləri yaranıb, ona ailə qurmağı təklif etdikdə sonuncunun valideynləri buna narazı olduqlarından Səbinənin razılığı ilə ailə qurmaq məqsədilə onu 08 may 2017-ci il tarixdə qaçırıb valideynlərinin yaşadığı Ağstafa şəhərinə aparmışdır. Səbinənin anası Şahid3 onun barəsində Abşeron RPİ-nin Mehtiabad PB-nə ərizə yazaraq qızının zorla qaçırıldığını bildirmiş, bununla bağlı araşdırma aparılıb Səbinənin izahatı alınmış, Səbinə ailə qurmaq üçün özü ona könüllü qoşulub rayona getdiyini bildirib valideynlərinin yanına qayıtmaqdan imtina etmiş, polis orqanı onları sərbəst buraxmış, nəticədə Səbinə ilə ailə qurub valideynləri ilə bir evdə Ağstafa şəhərində yaşamışlar və bu nikahdan 01 aprel 2018-ci ildə Aslan adlı oğlu olmuşdur. Səbinə ana olduqdan sonra tamamilə dəyişmiş, anası Baharla sözlü konfliktlərə girib onunla kinli davranmağa,atasını saymamağa başlamış, bu hərəkətlərindən ailə daxili mübahisələr yaranmış, onu sözlə tənbeh etməyə çalışsa da Səbinə əməlindən və hərəkətlərindən əl çəkməmişdir. 2019-cu ilin mart ayının sonlarında qayınanası Mehriban onlara gəlib qızı Səbinəyə pis münasibət göstərildiyini iddia edərək qızını və nəvəsini Bakı şəhərinə aparmış, Səbinə anası ilə ata evinə gedərkən ondan artıq ikinci uşağa 6-7 aylıq hamilə olmuşdur. Söhbətlərdən belə başa düşmüşdür ki, Səbinə bilərəkdən anasına giley edib onu gəlib aparmasını tələb etdiyindən anası arxasınca gəlmişdir. Buna baxmayaraq düşünmüşdür ki, Səbinənin bu hərəkətləri hamiləliyi ilə əlaqədardır, o, ata evinə gedib bir müddət orada qaldıqdan sonra ailəsi üçün darıxıb evinə qayıdar. Səbinənin mobil telefonu olmadığından ata evinə gedəndən sonra onunla şəxsən telefon əlaqəsi saxlaya bilməyib ara-sıra qayınanası Mehribanın mobil telefonuna zəng edib oğlu Aslan və arvadı Səbinə ilə maraqlandıqda qayınanası onun ünvanına alçaldıcı ifadələr işlədib qızından və nəvəsindən uzaq durmağını tələb edib Səbinə ilə danışmağına imkan verməmişdir. Müddət keçdikcə ailəsiz qala bilməyib 2019-cu ilin may ayının əvvəllərində qərara gəlmişdir ki, Səbinənin arxasınca qayınatasıgilə getsin, əgər Səbinə ailədən və ondan küsübsə nəyin bahasına olursa olsun barışaraq onu rayona valideynlərinin yanına qaytarsın. Bakı şəhərinə gəldikdən sonra Səbinə ilə görüşərkən onun küsdüyünü bilib barışaraq Ağstafa şəhərinə qayıdıb birgə yaşamağı təklif etsə də, sonuncu rayonda yaşamaq istəmədiyini, bir daha rayona getməyəcəyini bildirib onunla danışmaq istəmədiyini demişdir. Hadisədən bir neçə gün əvvəl növbəti dəfə Səbinəni görmək üçün yanına gedərkən qayınanası Mehriban və baldızı Samirə onunla pis rəftar etmiş, Səbinənin isə əlində mobil telefonla kiməsə SMS yazdığını görüb ondan “telefon kimindir, kimə SMS yazırsan” deyib soruşduqda o, “telefon bacım Samirənindir, bir də bunun sənə nə aidiyyəti var?!” deyib kobud cavab verdikdə hərəkətlərinə və verdiyi kobud cavaba əsəbləşib oranı tərk etmişdir. Buna baxmayaraq hadisədən iki gün əvvəl yenə Səbinəni görmək üçün onlara getmiş, Səbinəyə yaxın günlərdə ikinci uşağa ana olacağını, iki körpə uşaqla şəhərdə yaşayıb dolanmağın çətin olduğunu izah etdikdə sonuncu onun sözlərinə əhəmiyyət verməmişdir. 16 may 2019-cu il tarixdə qərara gəlmişdir ki, Səbinəni görüb münasibətlərinə aydınlıq gətirməklə qərar qəbul etsin, bu məqsədlə saat 16-17 radələrində evdən gedərkən uzaq qohumu Şahid4 ilə rastlaşmışdır. Ona demişdir ki, qayınatasıgilə gedib oradan arvad-uşağını rayona aparacaq, yükü ağır ola biləcəyi üçün çantalarını avtovağzaladək aparmasında ona kömək etsin, Qasım razılaşmış, onlar avtobusa minib qayınatasıgilə yollanmışlar. Təxminən saat 18:00 radələrində qaynatasının yaşadığı ünvan 3 ünvana çatarkən haradansa gələn qayınatası Şahid1 onlarla görüşmüşdür. Ağasəfə Səbinəni rayona aparmaq istədiyini bildirdikdə sonuncu ona “sizdə alınmır, icazə verə bilmərəm onu aparasan” deyib cavab vermiş, bu ifadə ona pis təsir etmiş sonuncuya arvad-uşağını görmək üçün gəldiyini təkrar etdikdə, Ağasəf evə keçib azyaşlı oğlu Aslanı gətirmiş, o, oğlunu öpüb əzizləyərək oynatmış, bu vaxt arvadı Səbinə, baldızı Samirə, Səbinənin bibisi Bahar və qayınatası Ağasəf onun yaxınlığında olmuşlar. Səbinədən evə getməyi xahiş etdikdə, onların sərbəst danışmaları üçün Ağasəf həyətə düşüb Qasımla söhbət etməyə başlamış, Samirə və Bahar isə qonaq otağına keçmişdir. Səbinə onun sözlərinə diqqət etməyib mətbəxə keçdikdə onun arxasınca mətbəxə daxil olub orada onunla xeyli söhbət edib onu barışığa gətirməyə çalışmışdır. Səbinə razılaşmadıqda ona demişdir ki, nə şərt qoysa onu yerinə yetirəcək, amma ondan ayrılmasın. Səbinə isə üzünün ifadəsi ilə saymazyana, ata evindən heç yana getməyəcəyini, nə də onunla barışmayacağını bildirmişdir. Mətbəxdə Səbinə ilə tək olduğundan Səbinənin sözlərinə dözməyib ağlayaraq yenə barışmağı təklif etdikdə, Səbinə “rədd ol, çıx get buradan, səni görmək istəmirəm!” demişdir. Səbinənin son vaxtlar ona qarşı kobud və saymazyana hərəkətləri, ona mobil telefon istifadə etməyə icazə vermədiyi halda, ata evinə gələndən sonra mobil telefon alıb onun yanında telefonda oyun oynayaraq kiməsə SMS yazması, onunla barışmayıb ərsiz daha sərbəst yaşamağa üstünlük verməsi ona pis təsir etmiş, Səbinənin keçmişdə və hazırda ona qarşı etdiyi qərəzli hərəkətlərini, barışıb birgə yaşamaqdan imtina etməsinə görə ondan qisas almaq qərarına gəlib mətbəxdə masa üzərində olan qara taxtaya bənzər plasmas dəstəkli bıçağı götürüb Səbinənin döş qəfəsinin ön hissəsindən zərbə endirmişdir. Səbinə bu vaxt «ay papa!» deyib atasını köməyə çağırmışdır. O başa düşmüşdür ki, Səbinənin ailə üzvləri evdədir, Səbinənin qışqırıq səsinə dərhal köməyə gələcəklər, onlar gəlib çatsalar bıçaq zərbələrini davam etdirə bilməyəcək, bu səbəbdən sonuncunun ailə üzvləri gələnədək Səbinəyə bədəninin müxtəlif nahiyələrindən ardıcıl və surətli zəbələr endirməyə başlamış, amma Səbinə o tərəf bu tərəfə dartınıb zərbələrdən yayındığından, zərəbələrin bəzisi onu tutmamış, növbəti bıçaq zərbəsindən Səbinə müvazinətini itirib döşəməyə dəymiş, yerdən qalxmağına imkan verməyib bıçaq zərbələrini davam etdirmişdir. Səbinənin səsinə baldızı Samirə gəlmiş, Samirə mətbəxə daxil olan kimi hərəkətlərini dayandırıb əlində bıçaq mətbəxi tərk etmiş, bu vaxt dəhlizdə qayınatası Ağasəflə rarştlaşmışdır. Ağasəf qışqırıb üzərinə yeridikdə onu əli ilə kənara itələməklə özünə yol açıb qaçaraq evi tərk etmiş, əlindəki bıçağın Ağasəfə dəydiyini görməmiş, həyətə düşərkən Qasıma Səbinəni bıçaqla vurduğunu dedikdə və sonuncu onun əlində bıçağı gördükdə ağlamışdır. O, Qasımla birlikdə həyəti tərk edib əlində apardığı bıçağı həyətin çöl tərəfində darvazanın yaxınlığında yerə atmışdır. Oradan Xocasən kəndinə qayıtmış, paltarları üzərində zədə, dartınma, süzülmə əlamətlərinin, qan ləkələrinin olub-olmadığına diqqət etməmiş, hadisə zamanı hər hansı zədə və xəsarət almamışdır. Qasıma rayona gedib valideynləri ilə vidalaşaraq özü polis idarəsinə könüllü təslim olacağını deyib həmin gün evdə qalıb 17 may 2019-cu il tarixdə, səhər 11:00 radələrində Bakı şəhəri Lökbatan qəsəbəsindən Ağstafa rayonuna gedən avtobusa minib Ağstafa şəhərinə getmiş, valideynlərinə törətdiyi cinayət hadisəsi barədə məlumat vermişdir. Bu arada rayon polis şöbəsindən zəng edib atasına onu polis şöbəsinə aparmasını tələb etdikdə atası onu axşam saatlarında Ağstafa RPŞ-nə aparıb təhvil vermiş, orada törətdiyi cinayəti etiraf etmişdir. O, daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs yetirdiyi bıçaq zərbələrinin onun bədəninin hansı nahiyələrini tutduğunu və Səbinəyə bıçaqla hansı sayda xəsarət yetirdiyini xatırlamır. Zərərçəkmiş şəxs hərəkətlərinə əsəbləşib ona bıçaqla çoxsaylı xəsarət yetirərkən həmin xəsarətlərin onun ölümünə səbəb ola biləciyini dərk etsə də, amma bunu arzu etməmiş, Zərərçəkmiş şəxs bədəninin qarın və digər nihiyələrindən bıçaq zərbələri endirərkən arvadının hamilə olduğunu yəqinliklə bilmiş, həmin xəsərətlərin Səbinənin bətnində olan dölə təsir edəcəyini, dölü öldürə biləcəyini, Səbinəni öldürərsə dölün də ana bətnində öləcəyini dərk etmişdir. Törətdiyi cinayət əməlinə görə peşimandır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi həmçinin aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildə Təqsirləndirilən şəxs ilə tanış olub görüşmüş, bir müddətdən sonra aralarında ünsiyyət və sevgi yaranıb ailə qurmaq istədikdə valideynləri narazı olduğundan qarşılıqdı razılıq əsasında Təqsirləndirilən şəxs qoşulub qaçmış, onunla ailə qurmuş və 01 aprel 2018-ci ildə bu nikahdan Aslan adlı oğlu olmuşdur. Şəmillə ailə qurandan iki ay sonra sonuncunun bibisi Şahnaz ərindən ayrılıb qayınatasının, yənı qardaşının yanına qayıtdığı gündən Şəmillə onun arasında söz-söhbət yaradıb onu döydürmüşdür. Bunlara gözməyib anası Mehribana zəng edib Şəmilin ailəsinin onu yola vermədiyini bildirib onu ata evinə aparmasını tələb etmiş, anası 29 avqust 2018-ci ildə Ağstafa şəhərinə onlara gəlib oğlu Aslanla birlikdə onu yaşadıqları ünvan 3 ünvanında yerləşən atası Şahid1 məxsus fərdi evə gətirmişdir.Təxminən bir həftədən sonra Şəmil dalınca Fatmayi kəndinə gəlib onu rayona aparmaq istəyib buna nail ola bilmədikdə ata evində onunla birgə yaşamağa razı olmuşdur. Şəmilin ailəsi oğullarının bu hərəkətini qəbul etməyib hər dəfə Şəmillə telefon əlaqəsi saxlayarkən anası Ağstafaya yanlarına qaytarmasını oğlundan tələb etmiş, nəticədə bu zəmində aralarında mübahisə və davadalaş yaranmış, növbəti telefon danışığının birində Şəmil anasına demişdir ki, əgər sözünə qulaq asıb onunla rayona qayıtmasa onu öldürəcək. Şəmil pis vərdişlərdən uzaq olsa da təsadüfi iş və qazanc hesabına yaşadığına görə rayonda əslində onları valideynləri dolandırmış, bu isə onlar üçün çətinlik yaratmışdır. 2018-ci ilin oktyabr ayında Şəmildən 2-ci uşağa hamilə olduqda Şəmilin ona münasibəti dəyişmiş və onu 26 yanvar 2019-cu ildə Ağstafa şəhərinə valideynlərinin yanına qaytarmağa nail olmuşdur. Rayona qayıtdıqdan sonra Şəmil əvvəlki hərəkətlərinə qayıdaraq onları daha da şiddətləndirmiş, qayınanası Bahar hər xırda işə və hərəkətinə görə onunla sözlü davalar etmiş, qayınatası Şahmar onunla yola getməmiş, hətta Şəmilə “sənin evini özüm dağıdacam” demişdir. Onların hərəkətlərinə dözməyib yenə anasına zəng edib onu gəlib aparmasını xahiş etmiş, anası Mehriban 26 mart 2019-cu ildə Ağstafaya gəlib onu oğlu Aslanla birlikdə yenidən Bakı şəhərinə evlərinə gətirmişdir. 16 may 2019-cu il tarixdə anası Mehriban və atası Ağasəf işdə olmuş, səhər saatlarında bibisi Şahid7 onlara qonaq gəlmiş, saat 18:00 radələrində atası Ağasəf işdən gəlib bərbərə getmiş, evdə bacısı Samirə, bibisi Bahar və oğlu Aslanla qalmışdır. Az sonra atası qayıdıb Şəmilin tanımadığı oğlanla gəldiyini və oğlu Aslanı görmək istədiyini deyib oğlunu Şəmilin yanına aparmış, sonuncu Aslanı oynadıb əzizlədikdən az sonra uşaq yatmaq istədiyindən atası uşağı Şəmildən alıb ona qaytarmışdır. Bu müddətdə həyətə düşməmiş, Şəmillə görüşməmişdir. Uşağı ona qaytardıqdan sonra atası Ağasəf Şəmil və onun yanında gələn oğlanla həyətdə söhbət etmişdir. O, Aslanı yatızdırmaq məqsədilə yataq otağına aparıb mətbəxdən ona çay gətirmək üçün getmiş, Şəmil onun mətbəxə keçdiyini görüb onu qapıya çağırmış, bu vaxt hiss olunmuşdur ki, Şəmil sərxoş deyil və özünü sərbəst idarə edir. Şəmil mətbəxə gəlib onunla söhbətə başlamış, atası həyətdə Şəmillə gələn, Qasım adlı oğlanla söhbət etmiş, bacısı Samirə bibisi Baharla evin qonaq otağında olmuşlar. Şəmil söhbət zamanı onunla barışmaq üçün gəldiyini, onu rayona valideynlərinin yanına aparmaq istədiyini, əgər buna razı deyilsə kirayə ev tutub ayrı yaşamağı təklif etmişdir. Bunun heç biri ilə razı olmadıqda Şəmil bu dəfə yalvarıb ağlamaqla ona yenə barışıb ailəni bərpa etməyi təklif etmişdir. O, isə Şəmilə demişdir ki, «işləmirsən, qazancın yoxdur, kirayə gedəriksə kirayə pulunu necə ödəyəcəksən?, bir körpə əlimdədir, bu gün-sabah ikinci uşağımız olacaq, mənə və uşağıma hazırda anam-atam baxır, onların yanında qalıram, sənin yalanlarına inanıb rahat evdən çıxıb kirayədə yaşaya bilmərəm, ona görə barışmaq istəmirəm, barışmaq istəyirsənsə işləyib pul qazan, atam-anamın evində bir evdə bir ailədə yaşayaq». Şəmillə barışmaq mövzusunda təxminən yarım saat söhbət etmişdir. Onun sözlərinə inanmağını, onunla qəti barışmayacağını Şəmil yəqin etdikdə onunla sözlü mübahisə edib «onda gözlə, gəlirəm, sənə söz deyəcəm» deyib həyətdə dayanan oğlanın yanına getmiş, onunla nə söhbət etdiyini bilməmişdir. O, Şəmili gözləməyib uşağa çay aparmaq üçün mətbəxə qayıtdıqda bu vaxt dəhlizdə ayaq səslərini eşidib arxaya çevrildikdə Şəmil əlində bıçaq qarşısında dayanmaqla ona zərbə endirməyə başlamışdır. O, özünü o tərəf bu tərəfə çəkərək zərbələrdən yayınmağa çalışmış və “ata!” deyib qışqırmaqla onu haraya səsləmişdir. Şəmil səsini kəsmək üçün bıçaqla onun boğaz nahiyəsinə zərbə endirib yerə yıxaraq döşəmədən qalxmasına imkan verməyib bədəninin müxtəlif nahiyələrinə zərbələrini davam etdirmiş, vahiməli səsinə qonşu otaqda olan bacısı Samirə gəlmişdir. Əgər atası, bacısı və bibisi dərhal səsinə hay verib köməyə gəlməsəydilər Şəmil bıçaq zərbələrini davam etdirib əl çəkməyərək onu elə hadisə yerində öldürəcəkdi. Xəstəxanada isə həyatını ona göstərilən ixtisaslı tibbi yardım xilas etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qızı Səbinə 2017-ci ildə Təqsirləndirilən şəxs ilə tanış olub onunla görüşmüş, bir müddətdən sonra Şəmilin qohumları Səbinəyə elçi qəlmək istədikdə arvadı Mehriban Səbinənin ailə qurmaq üçün hazır olmadığını deyib elçiləri rədd etmiş, 2017-ci ilin iyul ayının əvvəllərində Səbinə Təqsirləndirilən şəxs qoşulub qaçmışdır. Səbinənin Şəmillə ailə qurmasına narazı olsalar da, arvadı Mehriban qızı Səbinə ilə maraqlanmış, sonuncu ailəsində narazılıq və peşmançılıq olmadığını demişdir. Qızı hamiləlik tapdıqda arvadı onu dilə tutub qızının müalicə müddətində onlarla yaşamasına icazə almış, bundan sonra Şəmil Səbinə ilə onlara gəlib bir yerdə yaşamışlar, həmin müddət ərzində Şəmil onunla və qızı Səbinə ilə hörmətlə davranmış, ara-sıra onlar arasında ailə daxili xırda mübahisələri olsa da, tez sakitləşmişlər, bir müddətdən sonra qızı Şəmillə Ağstafaya qayınatasının evinə qayıtmışlar. 01 aprel 2018-ci ildə Səbinənin Aslan adlı oğlu olmuşdur. x5 zəng vurub haləhvall soruşarkən qızı şikayət edib gəlib onu aparmağını xahiş etmiş, 26 mart 2019-cu il tarixdə arvadı Mehriban bacısı Arzu ilə Ağstafa şəhərinə gedib Səbinəni oğlu Aslanla birlikdə evlərinə gətirmiş, Səbinə onlara gələrkən Şəmildən artıq ikinci uşağa hamilə olmuş və onun hamiləliyi aydın hiss olunmuşdur. 16 may 2019-cu il tarixdə, saat 18:00 radələrində işdən evə gəlib sonra bərbərə getmiş, bacısı Şahid7 onlara qonaq gəlmiş, evdə Səbinə, bacısı Bahar, qızı Samirə və nəvəsi Aslan olmuşdur. Bərbərdən qayıdarkən evin darvazasının yanında Şəmilin tanımadığı cavan oğlanla dayandığını görüb onlarla görüşmüş, Şəmil oğlu Aslan və arvadı Səbinə ilə görüşüb söhbət etmək üçün gəldiyini bildirmiş, o nəvəsi Aslanı gətirmiş, Şəmil oğlunu qucağına alıb əzizləmişdir. Sonra Səbinəni çağırıb uşağı ona vermiş, o darvazanın qarşısında dayanıb Şəmillə gələn oğlanla söhbətini davam etdirmiş və başı ona qarışmış, Şəmili yaddan çıxartmışdır. Bir neçə dəqiqədən sonra evdən Səbinənin vahiməli qışqırıq səsini eşidib çevrilərkən Şəmili yanında görməmişdir. Nə baş verdiyini başa düşməyib bunu bilmək üçün evə qaçmış, evə daxil olduqda evin qonaq otağından mətbəxə doğru gələn qızı Samirəni görmüş, bu vaxt Şəmil əlində bıçaq mətəbəxdən dəhlizə çıxmışdır. Şəmillə qarşı-qarşıya gəldikdə Şəmil onu kənara itələyib qaçmış, bu vaxt bıçaqla qolundan xəsarət almışdır. Səbinənin hamilə vəziyyətdə mətbəxdə döşəmədə qan içərisində olduğunu görüb öləcəyindən ehtiyat edərək Şəmilin arxasınca getməyib hadisə barədə DİN-nin 102 xidmətinə, tibbi yardım göstərilməsi üçün 103 zəng etmiş, hadisə yerinə gələn təcili tibbi yardım briqadası qızı x6 Xəstəxanaya aparmış, həkimlərin yüksək peşəkarlığı nəticəsində qızının həyatı xilas edilsə də, qarnında olan 34 həftəlik dölün həyatını xilas etmək mümkün olmamış, döl ana bətnində aldığı bıçaq xəsarətlərindən ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadələr verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, yaşadığı Yevlax rayonundan Bakı şəhərinə qəlib şəhərdə boş olan “Hell” və plasmas qabları toplayıb müxtəlif istehsal müəssisələrinə təhvil verməklə həftənin sonuna 30-40 manat qazanıb rayona qayıdır. Bakıya gələrkən, Abşeron rayonu, Xocasən qəsəbəsində fərdi evdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs uzaq qohumu olmaqla münasibətləri normaldır, Təqsirləndirilən şəxs şəhərə gələrkən onun kirayədə qaldığı həyətdəki evlərin birində yaşamışdır. 16 may 2019-cu il tarixdə, saat 16-17 radələrində Şəmillə həyətdə növbəti dəfə rastlaşarkən sonuncu ona demişdir ki, qayınatasıgilə gedib orada olan arvaduşağını rayona aparacaq, yükü ağır olduğundan yükünü avtovağzaladək aparmaq üçün ona kömək etsin. O, razılaşıb Şəmillə avtobusa minib Abşeron rayonunun, Fatmayi kəndinə gəlmişlər. Təxminən saat 18:00 rədələrində ünvan 4 ünvana gəlmişlər, evə çatarkən darvazanın qarşısında sonradan tanıdığı Şəmilin qayınatası Şahid1 ilə rastlaşmışlar, sonuncu onlarla görüşüb Şəmildən nə üçün gəldiyini soruşmuş, Şəmil arvad-uşağını aparmaq üçün gəldiyini dedikdə Ağasəf qızını ona verməyəcəyini bildirmişdir. Şəmil arvad-uşağını götürüb getmək istədiyini, onun ailəsini dağıtmamağı xahiş etmişdir. Bu sözdən sonra Ağasəf Şəmilin oğlunu gətirmiş, sonuncu uşağı ilə görüşüb onu əzizləmiş, az sonra Ağasəf uşağı Şəmildən alıb qızına vermiş, anası uşağı aparmış, Ağasəflə Şəmil evə doğru getmiş, Şəmil arvadı ilə görüşüb danışmaq üçün evə daxil olmuş, Ağasəf isə onun yanında qalaraq onunla söhbət etmişdir. Sonra qəflətən vahiməli qadın səsi gəlmiş, nə baş verdiyini başa düşməmiş, Ağasəflə birlikdə evə doğru qaçdıqda sonuncu ondan əvvəl evə daxil olmuş, bu vaxt Şəmil evdən çıxıb onunla üz-üzə gəlmiş, ondan nə baş verdiyini soruşduqda Şəmil arvadına bıçaqla xəsarət yetirməklə onu cəzalandırdığını demişdir. Hadisənin belə cərəyan edəcəyini düşünmədiyindən qorxub ağlamış və Şəmillə həmin ünvana gəlməsindən peşman olmuşdur. Şəmil ona ağlamayıb hadisə yerindən qaçmağı təklif etmiş və onlar birlikdə oradan uzaqlaşmışlar. Onlar Xocasən kəndinə qayıtmışlar və səhəri Şəmil rayona getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə 2017-ci ildə ailə qurub onlarla birlikdə Ağstafa şəhərində bir evdə yaşamış, bu nikahdan onların Aslan adlı oğlu olmuş, hadisə baş verməzdən əvvəl Səbinənin artıq ikinci uşağa hamilə olduğunu bilmişlər. Oğlu Şəmilin ailəsində problem olmamış, gəlini Səbinənin anası Mehriban qızının ailəsini dağıtmağa çalışıb bunun üçün bütün vasitələrdən istifadə etmişdir. Gəlini Zərərçəkmiş şəxs son vaxtlar evdə vaxtlı-vaxtında yemək yeməmiş, ailə üzvləri ilə danışmamış, anasının təhriki ilə ailə üzvlərinə laqeyd münasibət göstərmiş, sonradan bu münasibətin səbəbini onların kasıb həyat tərzi ilə əlaqələndirmişdir. 16 mart 2019-cu il tarixdə qudası Mehriban Ağstafa rayonuna yaşadıqları evə gələrək heç bir əsas göstərmədən qızı Səbinəni və nəvəsi Aslanı Bakı şəhərinə ata evinə qaytarmışdır. 2019-cu ilin may ayının əvvəllərində oğlu Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə barışıb onu yaşadıqları Ağstafa rayonuna gətirmək üçün Abşeron rayonuna getmiş, oğlu mobil telefon iştifadə etmədiyindən onunla əlaqə saxlaya bilməmişlər. 17 may 2019-cu il tarixdə Şəmil Bakıdan evə qayıtdıqda Səbinəyə beş bıçaq vurduğunu demişdir. Bu hərəkətinin səbəbini soruşduqda “ata, sonra bilərsən, Səbinə özünü yaxşı aparmırdı, mənə qarşı soyuq rəftar edirdi” demişdir. Həmin gün saat 20:00 radələrində oğlu Şəmili Ağstafa RPŞ-nə apararaq orada polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid6 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı Ağasəfin qızıdır, Səbinə Təqsirləndirilən şəxslə ailə qurduqdan sonra əri və ərinin valideynləri ona qarşı qəddar, qeyri-insani rəftar etmiş, Şəmil tərəfindən ailə-daxili söz-söhbətlər səbəbindən ona şiddətlər tətbiq edilmiş, Səbinəyə pis baxılıb maddi tələbatları ödənilmədiyindən qardaşı arvadı Şahid3 2019-cu ilin mart ayında Ağstafa rayonuna gedərək qızı Səbinəni nəvəsi Aslanla birlikdə ata evinə Abşeron rayonu, Fatmayı kəndinə gətirmişdir. 16 may 2019-cu il tarixdə o, qardaşı Ağasəfgilə qonaq gəlmiş, həmin gün saat 18-19 radələrində Təqsirləndirilən şəxs yanında tanımadığı bir oğlanla gəlib Səbinəni və oğlunu görməyi tələb etmiş, həmin şəxslər evin həyətində olmuşlar. x1 görməsinə şərait yaradıb özü Şəmillə gəlib həyətdə dayanan oğlanla söhbət etmiş, o, isə qardaşı qızı Samirə ilə qonaq otağında olmuşdur. Az sonra qəflətən mətbəxdən qışqırıq səsi eşidib dərhal həmin istiqamətə doğru getdikdə bu vaxt Şəmilin əlində bıçaq qaçaraq evdən çıxıb dəhlizdə qardaşı Ağasəflə rastlaşıb onun qolundan vuraraq yoluna davam etdiyini görmüşdür. O, mətbəxə çatarkən Səbinə döşəmədə qan içərisində olmuş, onlar Səbinənin yarasını tənziflə sarıyaraq ona ilkin tibbi yardım göstərib dərhal təcili ibbi yardım çağırmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə tibb ekpertizasının 29 sentyabr 2019-cu il tarixli, 2160 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində 34 həftəlik hamiləliyin pozulması və daxili qanaxma ilə müşayət olunan traxeyanın,sol ağciyərin,diafraqmanın, dalağın, mədənin ön divarının, mədəaltı vəzinin və köndələn çənbər bağırsağın yaralanmaları, döş qəfəsinin sol yarısının iki ədəd, qarın nahiyəsinin bir ədəd və boyun nahiyəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları; sol çiyin qurşağının arxa səthinin bir ədəd, sol kürək nahiyəsinin bir ədəd və bel nahiyəsinin sol yarısının bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici ələtin (alətlərin) təsirindən törənmiş və 16 may 2019-cu il tarixə uyğun gəlir. 34 həftəlik hamiləliyin pozulması və daxili qanaxma ilə müşayət olunan traxeyanın, sol ağciyərin, diafraqmanın, dalağın, mədənin ön divarının, mədəaltı vəzinin və köndələn çənbər bağırsağın yaralanmaları, döş qəfəsinin sol yarısının iki ədəd, qarın nahiyəsinin bir ədəd və boyun nahiyəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş- kəsilmiş yaraları (ümumi dörd ədəd) dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Sol çiyin qurşağının arxa səthinin bir ədəd, sol kürək nahiyəsinin bir ədəd və bel nahiyəsinin sol yarısının bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları (ümumi üç ədəd) dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 01 iyun 2019-cu il tarixli, 1071 saylı rəyində göstərilmişdir ki, Şahid1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:- sol saidin orta 1/3-nin arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin təsirindən törənmiş və 16 may 2019-cu il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinə əlavə olunmuş kompleks məhkəmə kriminalistik-bioloji daktiloskopik ekspertizasının 25 iyun 2019-cu il tarixli, 14507/08 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bıçağın uzunluğu 123 mm, orta hissədə eni 21 mm, maksimum qalınlığ 1,1 mm olmaqla dəstəyi qəvəyi rəngli taxtayabənzər materialdan hazırlanmışdır. Üzlüklər bərkidici vasitələrlə bərkidilmiş dəstəyin üzərində termik təsir nəticəsində yaranmaya xarakterik olub bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassayə malik, uc hissəsi maili formada əyilərək küt tərəfə birləşmiş tiyənin üzərində «STAİNLESS STELL Shanyinq» yazıları olan 01 ədəd bıçaq məişət təyinatlı mətbəx bıçağıdır,üzərində əlavə və dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir.Bıçağın səthində papilyar naxış izlərinin ayrıayrı fraqmentləri tam və aydın əks olunmadığına, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığına görə eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Cinayət işinə əlavə olunmuş məhkəmə trassoloji ekspertizasının 19 iyun 2019-cu il tarixli, 13908 saylı rəyində göstərilmişdir ki, təqdiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs məxsus koftanın ön hissəsində dörd ədəd zədə vardır. Ən böyüyünün ölçüsü 20 mm, ən kiçiyinin ölçüsü 10 mm-dir, koftanın sağ yan sahəsində ətəyin aşağı son kənarında 270 mm yuxarıda 15 mm ölçüdə, koftanın sağ çiyin nahiyəsində 20 mm ölçüdə zədələr vardır. Tədqiqat təqdim edilmiş qırmızı rəngli qısa şalvar üzərində hər hansı zədə müəyyən edilmədi. Zərərçəkmiş şəxs məxsus buzqalterin sağ döşlüyündə 20 mm ölçüdə zədə vardır. Zərərçəkmiş şəxs məxsus koftanın, buzqalterin üzərində olan zədələr öz formasına quruluşuna, xarakterinə və s. əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir.Belə predmetə oxşar bıçaq təyələridə aiddir Təqsirləndirilən şəxs təqdiqata təqdim edilmiş bir ədəd qara boz-qırmızı rəngli idman köynəyi, bir ədəd tünd boz rəngli şalvar üzərində hər hansı bir mexaniki zədə aşkar edilməmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə tibbi kriminalistik ekspertizasının 18 oktyabr 2019-cu il tarixli, 562-MTKŞ/2019 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəkdə və bustqalterdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertiza tədqiqatına təqdim olunmuş bıçağın tiyəsi və oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Cinayət işinə əlavə olunmuş məhkəmə-material, maddə və onlardan hazırlanmış məmulatların kriminalistik ekspertizasının 30 may 2019-cu il tarixli, 13909 saylı rəyində göstərilmişdir ki, təqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən paltarlardan koftası üzərindən tapılmış tünd qırmızı rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynək liflərinə uyğun gəlir. Cinayət işinə əlavə olunmuş kompleks stasionar məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 16 sentyabr 2019-cu il tarixli, 110 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin hadisəni törədərkən və ondan sonrakı dövrdə emosional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs müəyyən edilən emosional davamsız şəxsiyyət pozuntusu cinayət əməluni törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkməsinə baxmayaraq öz hərəkətlərininfaktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları ölçüb- biçmək və idarə etmək iqtidarında olmuşdur.Belə ki, Təqsirləndirilən şəxs törətdiyi hərəkətlər barəsində istintaqa dolğun və ətraflı məlumat vermiş, cinayət əməlinin motivlərini lazimi səviyyədə açıqlamışdır. Buna görə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqlı hesab edilməlidir.Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Şəmil bdullayevdə hal-hazırkı müayinə zamanı şəxsiyyətin emosional davamsız pozuntusuna xas əlamətlər müəyyən edilir. Lakin həmin pozuntular hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir.Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs idrak proseslərinin tədqiqi zamanı diqqətində dayanaqsızlıq (tez yayınıb,gec mərkəzləşməsi) abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışların məhdud şəkildə şərh etməsi, həmçinin elmi biliklərinin zəif olması müəyyən edilsədə, təfəkkürünün ümumiləşdirmə və təhliletmə, proqnozlaşdırma proseslərində normadan kənaraçıxma hallarına təsadüf olunmamaqla intelektual imkanları normaya uyğundur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında konfliktə meyillilik,tez özündən çıxmaq, emosional reaksiyalara meyillilik, neqativ amillərə qarşı dözümsüzlük aşkar olunur. İnadkarlıq, hövsələsizlik,kobudluq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir.Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmadı. Fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla o cinayət hadisəsinin baş verdiyi şəraiti iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır.Həmin halın yaranması onda müəyyən edilən şəxsiyyətin emosional davamsız tip pozuntusu ilə şərtləşmişdir.Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimlənmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinə əlavə olunmuş paltarlara baxış keçirilməsi haqqında 18 may 2019-cu il tarixli protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində uzunluğu 660 mm, çiyin nahiyəsində eni 420 mm, qara-boz-qırmızı rəngli idman tipli qarışıq materialdan olan köynək üzərində hər hansı zədə aşkar edilməmişdir.Hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş uzunluğu 900 mm, bel nahiyəsində eni 370 mm, yan və arxa cibləri olan boz rəngli şalvar üzərində hər hansı zədə aşkar edilməmişdir. Cinayət işinə əlavə olunmuş paltarlara baxış keçirilməsi haqqında 16 may 2019-cu il tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş ümumi uzunluğu 600 mm, çiyin nahiyəsində eni 400 mm- qolsuz,qara-ağ naxışlı olan köynək üzərində dörd ədəd zədə və qeyri müəyyən formalı qana bənzər ləkələr aşkar edilmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan ağ rəngli buzqalter üzərində bir ədəd zədə olmaqla qeyri müəyyən formalı qana bənzər ləkələr aşkar edilmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş uzunluğu 629 mm, bel hissəsində eni 290 mm olan qırmızı rəngli qısa şalvarın (brici) üzərində zədə olmasada qeyri müəyyən formalı qana bənzər ləkələr aşkar edilmişdir. Cinayət işinə əlavə olunmuş əşyanın tanınması haqqında 31 may 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinin yaxınlığında aşkar edilib götürülərək istintaqa təqdim edilmiş uzunluğu 123 mm, orta hissədə eni 21 mm maksimum qalınlığ 1,1 mm, dəstəyi qəvəyi rəngli taxtayabənzər materialdan hazırlanmış üzlüklər bərkidici vasitələrlə bərkidilmiş dəstəyinin üzərində termik təsir nəticəsində yaranmaya xarakterik bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassayə malik, uc hissəsi maili formada əyilərək küt tərəfə birləşmiş tiyənin üzərində «STAİNLESS STELL Shanyinq » yazıları olan bir ədəd bıçaq soldan sağa 03 nömrə arasında 03 nömrə altında nömrələnməklə təqdim edilmişdir. Tanıyan Təqsirləndirilən şəxs stol üzərində sıra ilə düzülüb ona təqdim edilmiş 03 ədəd bıçaqları-əşyaları nəzərdən keçirdikdən sonra göstərmişdir ki, stol üzərində ondan soldan sağa 03 nömrə arasında 03 nömrə altında nömrələnmiş bıçağı onun üzərində olan termik təsir nəticəsində yaranmış izlərə və həmin bıçaqla Zərərçəkmiş şəxs 16 may 2019-cu il tarixdə xəsarətlər yetirdiyinə görə tanıyır. Cinayət işinə əlavə olunmuş əşyanın tanınması haqqında 16 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə yerinin yaxınlığında aşkar edilib götürülərək istintaqa təqdim edilmiş uzunluğu 123 mm, orta hissədə eni 21 mm maksimum qalınlığ 1,1 mm, dəstəyi qəvəyi rəngli taxtaya bənzər materialdan hazırlanmış üzlüklər bərkidici vasitələrlə bərkidilmiş dəstəyinin üzərində termik təsir nəticəsində yaranmaya xarkterik bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassayə malik,uc hissəsi maili formada əyilərək küt tərəfə birləşmiş tiyənin üzərində «STAİNLESS STELL Shanyinq» yazıları olan 01 ədəd bıçaq soldan sağa 01 ilə 04 nömrə arasında 02 nömrə altında nömrələnməklə təqdim edilmişdir. Tanıyan Zərərçəkmiş şəxs stol üzərində sıra ilə düzülüb ona təqdim edilmiş 01 ilə 04 nömrə arasında bıçaqları-əşyaları nəzərdən keçirdikdən sonra göstərmişdir ki, stol üzərində ondan soldan sağa 02 nömrə altında nömrələnmiş bıçağı onun üzərində olan termik təsir nəticəsində yaranmış izlərə və eyni zamanda Təqsirləndirilən şəxs onu həmin bıçaqla 16 may 2019-cu il tarixdə xəsarətlər yetirdiyi üçün tanıdığını bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.8-ci maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və əməlindən peşiman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.8-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 18 may 2019-cu il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “cinayət etməyə cəhdə görə cəza təyin edilməsi”ndən bəhs edən 63-cü maddəsinin tələblərini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 63.4-cü maddəsinə görə isə cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Belə olan halda, Təqsirləndirilən şəxs 29,120.2.8-ci maddəsi ilə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti 15 (on beş) ildən çox olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Abşeron rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara ağ naxışları olan kofta, bir ədəd qırmızı rəngli qısa şalvar, bir ədəd ağ rəngli buzqalter, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara boz-qırmızı rəngli idman köynəyi, bir ədəd tünd boz rəngli şalvar, hadisə yerinin yaxınlığında aşkar edilərək götürülmüş bir ədəd bıçaq məhv edilməlidir Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 318,40 (üç yüz on səkkiz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.8-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 may 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Abşeron rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara ağ naxışları olan kofta, bir ədəd qırmızı rəngli qısa şalvar, bir ədəd ağ rəngli buzqalter, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara boz-qırmızı rəngli idman köynəyi, bir ədəd tünd boz rəngli şalvar, hadisə yerinin yaxınlığında aşkar edilərək götürülmüş bir ədəd bıçaq məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 318,40 (üç yüz on səkkiz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-341/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-341/2020
17.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver