Məhkəmə qərarları › İş №1(101)-341/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-341/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-341/2022 08.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs anası olan qanuni nümayəndəsi Qanuni nümayəndə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 iştirakı ilə 1989-cu il avqustun 08-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs 2021-ci il iyulun 31-də saat 19 radələrində ünvan 2 ünvanında yerləşən binanın qarşısında aşkar surətdə on dörd yaşına çatmayan 2013-cü il 21 fevral təvəllüdlü səkkiz yaşlı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək üçün sonuncunu izlədikdə binanın blokuna tək daxil olmasını görüb arxasınca bloka girərək binanın üçüncü mərtəbəsində Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə sonuncuya arxadan yaxınlaşmış, cinsi ehtirasını təmin etmək məqsədi ilə özünə tərəf çəkib paltarını çıxarmadan cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa nahiyəsinə sürtərək sonuncuya sağ saidin və sol qalça nahiyəsinin sıyrıqları kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan olunmuş ittiham üzrə mövqeyini bildirmədən susub ifadə vermədi. İş üzrə şahid qismində dindirilən Qanuni nümayəndə ifadəsində göstərdi ki, 2021-ci il iyulun 31-də saat 19:10-da yaşadıqları ünvan 3 ünvanındakı birinci blokun 5 №-li mənzilində 2013-cü il 21 mart təvəllüdlü övladı Zərərçəkmiş şəxs ilə olarkən sonuncu həyətdə qonşularının azyaşlı uşaqlarının oynadığını görüb ondan onlarla oynamaqdan ötrü icazə aldıqda qızı evdə geyindiyi mavi və ağ rəngli şortiki, boz rəngli koftası, idman ayaqqabısı və saçına bağlanan uzun ip ilə evdən çıxmışdır, 10-15 dəqiqədən sonra qonşuları ona zəng edərək uşaqların blokda qışqırdıqlarına və nə baş verdiyini öyrənməyə görə Əminədən maraqlanmağını xahiş etmişlər. O, eyvana çıxanda qızının ağladığını görməklə sonuncunu evə çağırmış, Əminə yanına gəldikdən sonra binalarının qarşısında olan birbloklu evin giriş qapısından içəri daxil olub uşaqları həyətə çağırmaq üçün beşinci mərtəbəyə qalxmaq istədikdə orta boylu, üzü tüklü, çəhrayi rəngli kofta və ağ rəngli şalvar geyinən oğlanın nəsə deyərək arxasınca iti addımlar ilə qaçdığını gördüyünü, üçüncü ilə dördüncü mərtəbələrin arasında olan meydançada onu arxadan bel nahiyəsindən tutmaqla özünü yaxınlaşdıranda onun qışqırıb beşinci mərtəbədəki azyaşlı dostlarını köməyə çağırdığını, uşaqlar səsini eşitdikdə tez aşağı enərək çatanadək oğlanın əllərini buraxmaqla bloku tərk etdiyini, onun isə ağlayıb beşinci mərtəbəyə qalxaraq uşaqlara baş verənlər barədə danışdığını bildirmişdir. O, qızının sözlərinə şübhə ilə yanaşdığından binanın müşahidə kameralarına qonşusu Şahid2 vasitəsi ilə baxmaqla Əminənin söylədiklərinin həqiqət olduğuna inanıb DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. 2021-ci il avqustun 01-də saat 19 radələrində qonşuların həmin oğlanı tutaraq saxladıqlarını eşitmiş, yaşadığı evdən həyətə düşməklə sonucunun görüntülərdəki geyimlərdə olduğunu görəndə özünü saxlaya bilməyib oğlanın üz və bədən nahiyələrinə əlləri ilə zərbələr vurmuşdur, adını sonradan bildiyi Təqsirləndirilən şəxs apararaq polis bölməsinə təhvil vermişlər. İş üzrə şahid qismində dindirilən Şahid2 şahid Qanuni nümayəndə ilə uyğun ifadə verməklə yanaşı göstərdi ki, o, 2021-ci il iyulun 31-də saat 18 radələrində yaşadığı ünvan 4 ünvanındakı evin 8 №-li mənzilində olarkən küçədən qışqırıq səsləri eşitmiş, balkondan aşağı baxdıqda küçədə bir çox qonşunun yığıldığını görmüşdür. Dərhal mənzildən aşağı enəndə qonşuluqda yaşayan və ailəvi dostları olan azyaşlı qız uşağı Zərərçəkmiş şəxs ağlaya-ağlaya tanımadığı bir kişinin ona yaxınlaşıb arxadan qucaqladığını bildirdiyindən o, təxirə salınmadan binanın ətrafında axtarmağa başlasa da göstərilən şəxsi tapmamışdır, videogörüntülərə baxdıqdan sonra qonşularla aralarında hər gün bir nəfərin eyvandan küçəyə nəzarət edərək həmin adamı yenidən görsə, polisə xəbər verməsi barədə razılaşmışlar. 2021-ci il avqustun 01-də saat 19 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs təzəlikcə hadisə baş verən binanın qarşısına gəldikdə qonşusu Şahid3 sonuncunu hadisə yerində saxlamaqla onlar adı çəkilən oğlanı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə müvəkkilinə təhvil vermişlər. Əminənin üzərində zorakılıq əlamətləri müşahidə etməmiş, sonuncu məhkəmə-tibbi ekspertizadan keçərkən qızın bədən səthində qançırlar müəyyən olmuşdur. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 2021-ci il avqustun 01-də saat 01 radələrində yaşadığı ünvan 4 ünvanındakı binanın eyvanında olarkən polis əməkdaşlarının küçədə olduğunu görmüş, polisin gəlməsi onda maraq yaratdığı üçün evdən küçəyə düşəndə qonşuluqda yaşayan, adını sonradan bildiyi azyaşlı Zərərçəkmiş şəxs tanımadığı bir kişinin blokun üçüncü mərtəbəsində arxadan qucaqlayıb təcavüz etmək istəməsi məlum olmuşdur. O da bir vətəndaş və qonşu olaraq kömək etmək məqsədi ilə videogörüntüyə baxmışdır və qonşularla aralarında hər gün bir nəfərin eyvandan küçəyə baxmaqla göstərilən adamı yenidən görsə, polisə xəbər verməsi barədə razılaşmışlar. 2021-ci il avqustun 01-də saat 19 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs yenidən hadisə baş verən binanın qarşısına gəldiyi zaman o, sonuncunu hadisə yerində saxlayıb qonşular ilə birlikdə polisə təhvil vermişlər. Məhkəmə iclasında ifadələri elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründəki izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməlini etiraf etməklə 2021-ci il iyulun 31-də saat 18 radələrində ünvan 3 saylı binanın yaxınlığından keçərkən 8-9 yaşlı qız uşağını görüb sonuncunu müşahidə etməyə başlayaraq onda maraq hissləri oyandığını, azyaşlı qızın qaçmaqla binanın giriş blokundan içəri girəndə onun da sonuncunun arxasınca iti yerişlə qaçıb üçüncü mərtəbənin meydançasında qızı arxadan qarın nahiyəsindən qucaqlayaraq əynindəki şalvarı çıxarmadan cinsi ehtirasını sakitləşdirmək üçün uşağın arxa hissəsinə şalvarının ön hissəsini sürtdükdə sonuncunun qışqırmağa başladığını, səsə qonşuların çıxacağından qorxmaqla qızı buraxıb oranı tərk edərək binanın arxa hissəsinə qaçdığını, hadisə vaxtı sərxoş olmadığını, 2021-ci il avqustun 01-də saat 19 radələrində yenidən həmin ünvandan keçdiyi vaxt onu görən binanın sakinlərinin onu saxlamaqla çağırdıqları qız onu tanıyanda sonuncunun anasının əli və əlindəki taxta parçası ilə onun baş və bədən nahiyəsinin müxtəlif yerlərinə xəsarət yetirdiyini, bundan sonra onu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə təhvil verdiklərini göstərmişdir (1-ci cild, iş vərəqi 12-13, 54-56 və 76-78). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə zərər çəkmiş şəxs yetkinlik yaşına çatmayan 2013-cü il 21 fevral təvəllüdlü Zərərçəkmiş şəxs ibtidai istintaqda qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə ilə analoji ifadə vermişdir (1-ci cild, iş vərəqi 31-32). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 31 iyul tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən binaya baxış keçirildikdə iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 6-7). İş materiallarında olan AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin və 2013-cü il 13 mart tarixli AZ-İİİ seriyalı 033790 №-li doğum haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Zərərçəkmiş şəxs 2013-cü il fevralın 21-də anadan olmaqla hadisə zamanı 14 yaşına çatmamışdır (1-ci cild, iş vərəqi 20-21). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 04 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:40-da Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə ailə üzvlərinə telefonla məlumat vermək hüququ təmin edilmişdtr (1-ci cild, iş vərəqi 50). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 03 avqust tarixli protokoldan görünür ki, baş verən hadisənin görüntülərinin əks olunduğu bir ədəd DVD-R diskinə baxış keçirilərkən «video-02-08-21-12-03.mov» adlı faylda 2021-ci il iyulun 31-də saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən binaların həyətinin ümumi görüntüsünün olması, bu zaman əynində ağ rəngli şalvar, narıncı rəngli qısaqol köynək olan kişi cinsindən bir nəfər şəxsin ətrafa baxa-baxa avtomobil yolu ilə hərəkət etməklə qəflətən ünvan 2 ünvanının həyətinə doğru iti addımlarla gedərək gözdən itməsi, bir neçə dəqiqədən sonra sonuncunun binanın həyətinə daxil olduğu yerdən çıxıb avtomobil yolu istiqamətinə qaçaraq gözdən itməsi, «video-02-08-21-12-03-1.mov» adlı faylda qeyd olunan geyimli şəxsin yenidən getdiyi istiqamətdən qayıdıb asta yerişlə ünvan 2 ünvanının həyətinə doğru bir qədər baxdıqdan sonra pilləkənlə binanın həyətinə doğru getməklə açıq qapıdan binanın blokuna daxil olması, biraz keçmiş sonuncunun blokdan çıxaraq binanın arxa hissəsinə doğru hərəkət etməklə gözdən itməsi, «video-02-08-21-12-03-2.mov» adlı faylda 2021-ci il iyulun 31-də saat 19:18-də əynində şortik və qısaqol köynək, saçında ağ rəngli uzun ip olan Zərərçəkmiş şəxs hərəkət edərək açıq qapıdan binanın blokuna daxil olması, bu vaxt əynində ağ rəngli şalvar, narıncı rəngli qısaqol köynək olan kişi cinsindən bir nəfər şəxsin qaça-qaça sonuncunun arxası ilə qapıdan binanın blokuna girməsi, saat 19:19:20də həmin şəxsin blokdan çıxmaqla binanın arxa hissəsinə doğru qaçması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 57-58). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X2» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 02 avqust tarixli 727 nömrəli ekspert rəyindən görünür ki, 2013-cü il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkarlanan xəsarətlər – sağ saidin və sol qalça nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən törənməklə müddəti 2021-ci il iyulun 31nə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (1-ci cild, iş vərəqi 59-60). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 04 avqust tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 66-67). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2021-ci il 04 avqust tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il avqustun 02-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 85-89). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 04 avqust tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan iş üzrə Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən binanı göstərib ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 90-94). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 04 avqust tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, iş üzrə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tanımış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 95-97). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il avqustun 10-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 102). İş materiallarındakı Bakı şəhəri 119 saylı MTK-nın tərtib etdiyi 2021-ci il 09 sentyabr tarixli 31 №-li arayışdan, habelə xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 120-121). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2021-ci il 04 avqust tarixli 1712 saylı və 2021-ci il 09 oktyabr tarixli 2351 saylı ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs aşkarlanan üzvi emosional-labil (astenik) pozuntu (F06.6) xroniki psixi (ruhi) xəstəlik hesab edilməməklə sonuncunu hazırda və ittiham olunduğu əməllərin törədildiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmiş, Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir, sonuncunun əqli imkanlarında gerilik əlamətləri aşkar olunmamaqla baş vermiş hadisə zamanı öz hərəkətləri ölçüb-biçmək, mahiyyətini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, dəyişkən əhval-ruhiyyəlilik, hövsələsizlik, eqosentrizm, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malik olub cinayət əməlinin törədilməsi vaxtı fizioloji affekt vəziyyətində olmamışdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 123-126 və 137-139). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin məhkəmə-psixoloji ekspertizasına dair 2021-ci il 03 avqust tarixli 1708 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ünsiyyətçillik, aktivlik, hər kəslə yaxşı yola getmək, çeviklik, düşdüyü mühitə tez uyğunlaşmaq, hazırcavablıq, çətin situasiyalarda çıxış yolu tapa bilmək kimi fərdi-psixi xüsusiyyətlərə malik olmaqla ona qarşı edilən qanunazidd hərəkətlər zamanı situasiyadan çıxış yolu tapa və təqsirləndirilən şəxsə müqavimət göstərə bilmişdir, Zərərçəkmiş şəxs əqli-intellektul imkanları normaya uyğun olub psixi inkişafında gerilik əlamətləri aşkar edilməmişdir, sonuncu baş verən hadisə vaxtı onunla edilən hüquqazidd hərəkətlərin xarakter və mənasını özünün yaş xüsusiyyətləri çərçivəsində anlamaq iqtidarında olmuşdur (1-ci cild, iş vərəqi 128-129). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 01 noyabr tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanmış, Qanuni nümayəndə tərəfindən Təqsirləndirilən şəxs bədəninin müxtəlif nahiyələrinə əli və taxta parçası ilə bir neçə dəfə vurması xüsusiyyəti üzrə sonuncunun şikayəti olmadığından cinayət təqibinin başlanması rədd olunmuş, bir ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 140-151). İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 15 aprel tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası aparılması qərara alınmışdır (1-ci cild, iş vərəqi 263-264). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2022-ci il 13 iyun tarixli 1532 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinin ambulator şəraitdə düzgün qiymətləndirilməsinin çətinliyini və sonuncunun «MSS-nin üzvi xəstəliyinin qalıq əlamətləri, davranış pozuntuları və intellektin enməsi» diaqnozlu xəstəliklə qeydiyyatda olmasını nəzərə alaraq onun ittiham olunduğu əməllərin törədildiyi dövrdə anlaqlı olub-olmamasını müəyyən etmək məqsədi ilə stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir (1-ci cild, iş vərəqi 270-272). İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 18 iyul tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası aparılması qərara alınmışdır (1-ci cild, iş vərəqi 280-281). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2022-ci il 17 avqust tarixli 99 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs «üzvi mənşəli emosional-labil (astenik) pozuntu, pedofilik meyl elementləri ilə» psixi patologiyadan əziyyət çəkməklə sonuncu hazırda və ittiham olunduğu əməllərin törədildiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, həmin psixi patologiya Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərin törədildiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etdiyindən sonuncunun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 22.1.-ci maddəsinin təsiri altına düşür, onun diqqətində dayanıqsızlıq (tez yayınıb gec mərkəzləşməsi), qavramasında və təfəkküründə lənglik, intellektinin bir qədər aşağı olması, maraq dairəsinin məhdudluğu qeydə alınmışdır, əhval-ruhiyyəsində dəyişkənlik, emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar edilərək başqalarının hiss və yaşantılarına qarşı laqeydlik, inadkarlıq, özünü psixoloji müdafiə etməyə meyllilik kimi fərdi-psixi xüsusiyyətlərə malik olmaqla cinayət əməlinin törədilməsi zamanı şüuruna və fəaliyyətinə təsir göstərə biləcək psixoloji-emosional halda olmamışdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməməsinin özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin və məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün etirafedici izahatı və ifadələri, on dörd yaşına çatmayan zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, baxış, ifadənin yerində yoxlanılması, tanınma protokolu, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında ilk məhkumluğunu cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, maddi sübut və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 15 iş saatı həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində, mütəxəssis və ya ekspertlərə hər iş saatı üçün 0,35 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının, Azərbaycan Respublikasının CPM-nin 195.1.2.-ci və 195.2.-ci maddələrinə müvafiq olaraq, mütəxəssis tərəfindən görülən işin haqqının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı vəkil bürosunun nəfinə (VÖEN: **********) 90 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il avqustun 02-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2021-ci il avqustun 02-dən hesablansın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı vəkil bürosunun nəfinə (VÖEN: **********) 90 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar