Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-341/2023 08.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Arbitrium” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1984-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 60-da qeydiyyatda olub, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, 28 may küçəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib, Azərbyacn Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci il iyun ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində qanunsuz olaraq satış məqsədi ilə başqa şəxsdən külli miqdarda, yəni təmiz çəkisi 15,243 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və külli miqdarda, yəni təmiz çəkisi külli 4,627 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin əldə edib üzərində saxlayıb daşımış, 24 iyun 2022-ci il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanın qarşısında saxlanılaraq, ünvan 2vanda yerləşən Suraxanı rayon polis idarəsinin 32-ci PB-nə aparılıb orada üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki şalvarın cibindən bir bükümdə külli miqdarda, yəni təmiz çəkisi 15,243 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə külli miqdarda, yəni təmiz çəkisi külli 4,627 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, o tutularkən onun üzərində heç nə olmayib. İki ildir ki, narkotik vasitələrdən istifadə edir. On dörd il İsveçdə sürücü kimi işləmişdir. Orada narkotik vasitədən istifadə etmişdir. O, tanışı Elvini gözləyəndə tutulmuşdur. Polis əməkdaşları onu şübhəli şəxs kimi saxlayıb bölməyə apardılar, üzərində heç nə olmamışdır. Ona Hüseyn adlı şəxsi təqdim edib narkotik vasitəni ondan alıb-almadığını soruşdular. O da polis əməkdaşlarına özünün narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu demişdir. Onu döymüşlər. Buna görə də videoda üstündən narkotik vasitənin və maddənin çıxmasını etiraf etmişdir. Onun bədənində xəsarət olmayıb. Bu barədə prokurorluğa da şikayət etməmişdir. Bunun səbəblərini də bilmir. Onun üzərinə baxiş keçiriləndə müdafiəçi iştirak etməyib. Özü də müdafiəçi istəməmişdir. Onun psixoloji ekspertizası aparılmayıb. İstintaq sənədələrinə niyə qol çəkdiyini bilmir. Polis əməkdaşları onun telefonunu götürüb qaytarmayıblar. Ona videoçəkiliş olacağını deyib onun cibinə iki büküm qoydular. O, Hüseyndən narkotik vasitə almadığını deyəndə onu döymüşlər. O, əvvəllər metamfetamindən istifadə etmişdir. Onu aldadıblar. Verilmiş ittihamın mahiyyətini həmin vaxt bilməmişdir. Dedilər ki, belə danışsa çıxacaq. O, təcridxanaya salınanda onun döyüldüyü aşkar edilmədi. O, narkotiki boynuna aldıqdan sonra onu döyməmişlər. O, narkotik vasitənin istifadəsi ilə məşğul olmuşdur. Satışı ilə məşğul olmamışdır. O, onu saxlayan və döyən polis əməkdaşlarını əvvəllər tanımamışdır. Ona təzyiq edənlər barəsində heç bir orqana şikayət etməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, 2007-ci ildə İsveçdə yaşamış, orada yaşadığı dövr ərzində narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 2018-ci ildə sənədlərini qaydasına qoymaq məqsədi ilə Azərbaycan Respublikasına gəlib bacısının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, 28 May küçəsi, nömrəsiz evdə yaşamağa başladıqdan sonra da narkotik vasitə qəbul etməyə davam etmişdir. Narkotik vasitəni çox vaxtlar «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından alıb istifadə etmişdir. «İnstaqram» sosal şəbəkəsində tanımadığı İran vətəndaşı ilə yazışaraq narkotik vasitə və psixotrop maddə istəmiş, ona verilmiş hesaba pul köçürdükdən sonra narkotik vasitəni qoyulduğu yerdən götürmüşdür. «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından narkotik vasitə və psixotrop maddə aldıqdan sonra üstündə saxlamış, 24 iyun 2022-ci il tarixdə saat 12 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanışı Elvin adlı şəxslə görüşməyə gedən zaman polis əməkdaşları yaxınlaşıb polis bölməsinə dəvət etmişlər. PB-nə getmiş, üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Ona şübhəli şəxsin hüquq vəzifələri izah edilmiş, hüquqlarının müdafiə edilməsindən ötrü vəkil dəvət olunmuşdur. Üzərinə videoçəkilişlə axtarış keçirilərkən əyində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı bir büküm narkotik vasitə heroini, bir büküm psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edildikdən sonra protokolun məzmunu ilə tanış olub protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Hər gün həm heroin, həm də ki, metamfetamindən təxminən yarım qram olmaqla istifadə etdiyi üçün hər dəfə narkotik vasitə və psixotrop maddə tapıb əldə etmək mümkün olmadığından fürsətdən istifadə edərək uzun müddət istifadə edə biliməsi üçün bir dəfəyə daha çox heroin və metamfetamin əldə edib saxlamışdır. Narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün əldə edib saxlayıb daşımışdır. Narkotik vasitə və psixotrop maddəni onlayn əlaqə və ödəmə vasitəsi ilə əldə etdiyindən mənbənin kim olmasını heç vaxt bilməmiş, İran vətəndaşı ilə onlayn «İnstaqram» yazışmasında özünü Amir kimi təqdim edən şəxsi görməmişdir və tanımır. Şahid1 ifadələrində göstərdi ki, o, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, özü ilə və digər ailə üzvləri ilə heç bir münasibətləri olmamışdır. 24 iyun 2022ci il tarixdə Cavid adlı şəxsin narkotik vasitə əldə etməsi, saxlayıb daşıması onun gündüz saatlarında Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, ev 23 unvanın yaxınlığında olağacı barədə bölməyə əməliyyat məlumatı daxil olmuşdu. O da əməliyyat məlumatı barədə polis bölməsinin rəhbərliyinə məruzə edib əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Polis bölməsinin rəisinin əmri ilə, onun rəhbərliyi ilə bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. Onlar əməliyyat məlumatında göstərilən Cavid adlı şəxsin xx xxxxxxx 1984- cu ildə ünvan 4 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qasəbəsi, 28 May küçəsində yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olduğunu müyyən edib Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirmişlər. 24 iyun 2022-ci il tarixdə, saat 12:30 dəqiqə radələrində Təqsirləndirilən şəxs Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, ev 23 ünvanın yaxınlığında müəyyən edib özlərini ona təqdim edib ona narkotik vasitələrin əldə edib, saxlamaqda şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Polis bölməsinin inzibati binasının xtdməti otaqda Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparmışlar. Axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 02 (iki) ədəd sellofan kəsiyinə bükülmüş bükümləri çıxarıb təqdim etdi. Bükümlərin birinin içərisində psixotrop maddə metamfetamin, digərinin içərisində isə narkotik vasitə heroin olduğunu, metamfetamini və heroini «İnstaqram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı Amir adlı şəxsə «MilliÖN» vasitəsi ilə 50 manat ödədikdən sonra Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindən Amirin dediyi yerdən götürdüyünü və öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açılaraq baxıldı və bükümlərdən birinin içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə, digərinin içərisində isa narkotik vasitə olan heorinə oxşar kütlə aşkar olundu. Şəxsi axtarış davam etdirildi, amma Təqsirləndirilən şəxs üzərindən özünün təqdim etdiyi 02 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümündən əlavə heç nə aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər zərfə qoyulub qablaşdırılaraq zərf möhürləndi, bu barədə protokol tərtib olundu. Onlar protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq olmayıb. Onu saat 12 raddələrində Qaraçuxur qəsəbəsində tutmuşdular. Şəxsin üzərində telefonun olubolmadığını xatırlamır. Ona qarşı təzyiq göstərməmişdir və onu döyməmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Şahid2 Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini bildirib ifadələrində göstərdi ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Onunla hər hansı formada münasibəti və əlaqəsi olmamışdır. Bölməyə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olub. Məlumat əsasında əməliyyat qrupu yaradıldı. Təqsirləndirilən şəxs Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, ev 23 ünvanın yaxınlığında müəyyən edib özlərini ona təqdim edib ona narkotik vasitələrin əldə edib, saxlamaqda şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Bölmənin inzibati binasının xtdməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heroin və metamfetamin aşkar edildi. Cavid dedi ki, heroini və metamfetamini İran vətəndaşından əlli manata alıb. Cavid tutulanda və sonra ona heç bir təzyiq olmayıb. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdu. Baxış zamanı telefonun götürülüb-götürülmədiyini xatırlamır. Təqsirləndirilən şəxsə qarşı təzyiq göstərməmiş və onu döyməmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyiyni bildirib göstərmişdir: “Polis kapitanıyam. X5 əvvəllər tanımamışam, mənim Təqsirləndirilən şəxs özü və digər ailə üzvləri ilə heç bir münasibətim olmayıb. xx.xx.2022-ci il tarixdə «Cavid» adlı şəxsin narkotik vasitə əldə etməsi, saxlayıb daşıması və onun gündüz saatlarında ünvan 6 ünvanın yaxınlığında olağacı barədə bölməmizə əməliyyat məlumatı daxil olmuşdur. Bölməmizin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 daxil olmuş əməliyyat məlumatı barədə dərhal polis bölməsinin rəhbərliyinə məruzə edib əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etdi. Polis bölməsinin rəisinin əmri ilə polis kapitanı Şahid1 rəhbərliyi ilə Şahid1 və məndən ibarət əməliyyat qrupu yaradıldı və biz birlikdə əməliyyat məlumatında göstərilən «Cavid» adlı şəxsin şəxsiyyətini müəyyən etdik ki, o, xx.xx.1984-cü ildə ünvan 7 ünvanda qeydiyyatda olan və ünvan 8iz evdə aşyan Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başladıq. xx.xx.2022-ci il tarixdə saat 12:30 Təqsirləndirilən şəxs ünvan 6 ünvanın yaxınlığında olduğunu görüb ona yaxınlaşaraq saxladıq. Özümüzü təqdim edib polis Əməkdaşları olduğumuzu bildirdik və ona narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirib Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etdik. Polis bölməsinin inzibati binasında, xtdməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifəlri izah olundu, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət olundu. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edildi və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparıldı. Axtarış aparılmasına başlamazdan əvvəl təklif olundu ki, üzərində narkotik vasitə psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 02 (iki) ədəd sellofan kəsiyinə bükülmüş büklüləri çıxarıb təqdim etdi, bükümlərin birinin içərisində psixotrop maddə metamfetamin, digərinin İçərisində isə narkotik vasitə heroin olduğunu, təqdim etdiyi psixotrop maddə metamfetamini və narkotik vasitə heroini «İnstaqram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı Amir adlı şəxsə «MilliÜN» vasitəsi ilə 50 manat ödədikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindən Amirin dediyi yerdən götürdüyünü, öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açılaraq baxıldı və məlum oldu ki, bükümlərdən birinin içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə, digərinin içərisində isə narkotik vasitə olan heorine oxşar kütlə vardır. Şəxsi axtarış davam etdirildi, amma Təqsirləndirilən şəxs üzərindən özünün təqdim etdiyi 02 (iki) ədəd şəffaf sellofan kəsiyi bükümündən əlavə heç nə aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümlər bir ədəd zərfə qablaşdırılaraq zərf möhürləndi, bu barədə protokol tərtib olundu. Biz protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzaladıq. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsindəki nömrəsiz evdə narkotik vasitə heroin və narkotik maddə metamfetamin saxlanılmasına ehtimala oluğundan həmin evdə də axtarış keçirildi, amma həmin evdə heç bir narkotik vasitə, psoxtorop maddə və ya əldə edilib saxlanması qadağan olunmuş əşya, vasitə və ya predmet aşkar olunmadı”. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 24 iyun 2022-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxararaq təqdim etmiş, təqdim olunan bükümlərin birinin içərisində narkotik vasitə heroinə, digər bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar kütlə müəyyən edilərək, götürülərək, zərfə qoyularaq zərfin ağzı möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin birinin narkotik vasitə heroin digərinin isə psixotrop maddə metamfetamin olduğunu, heroini və metamfetamini “İnstaqram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2022-ci tarixli, 6/3536 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 196» dairəvi möhür əksi olan zərfdəki 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 15,243 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 21 (bir) ədəd bükümdə təmiz çəkisi 4,627 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin müxtəlif növ və tərkibli maddələr olduqları üçün onlar arasında müqayisəli tədqiqat aparılmamışdır. Heroinin təmiz çəkisi 15,243 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, ekspertiza tədqiqatından sonra 15,143 qram heroin qalmış, metamfetaminin təmiz çəkisi 4,627 qram olmuş, tədqiqata 0,1 qram sərf edildi, 4,527 qram qalmışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə təmiz çəkisi 15,243 qarm qram narkotik vasitə heroin və təmiz çəkisi 4,627 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15,143 qram narkotik vasitə heroin və qalıq çəkisi 4,527 qram psixotrop maddə metamfetamin maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilməməyib, özünün narkotik vasitənin yalnız istifadəçisi olduğunu, narkotik vasitənin satışı ilə məşğul olmaması, ittihamda göstərilən narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları onu döydükdən sonra məcbur olub narkotik vasitələrin özünə məxsus olmasını etiraf etdiyini bildirdi. Məhkəmədə Təqsirləndirilən şəxs bu iddiası yoxlanılarkən öz təsdiqini tapmadı, çünki məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitesiar Xidmətinin 3 saylı İstintaq Təjridxanasından daxil olmuş 17/40 saylı 30 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Xəlilov X6 təcridxanasına 28 iyun 2022-ci il tarixdə, yəni şübhəli şəxs qimsmində tutlduqdan iki gün sonra daxil olmuşdur. O, daxil olarkən həkim müayinəsindən keçmiş və müayinə zamanı onun üzərində xəsarət aşkar olunmamışdır. Bu səbədən də məhkəmə, Təqsirləndirilən şəxs tutularkən döyülməsi və bu səbədən də özünə məxsus olmayan narkotik vasitə və psixotrop maddənin özünə məxsus olması barəsindəki ifadələrini həqiqətə uyğun olmayan və özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmənin bu qənaəti iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmədə nümayiş etdilrilən videoçəkilişin məzmunu və işin faktiki halları baxımından da əsaslıdır. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin onun tərəfindən sübuta yetirildiyi qənəaətinə gəlir onun əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib hissələrinin əlamətlərinə uyğun hesab edib, onun əməlini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən həmin əməli qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlinin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 81 (səksən bir) manat xərclənməsi, Təqsirləndirilən şəxs müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Arbitrium” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz saat) hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 180 (yüz səksən) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 15,243 qram narkotik vasitə heroinin və təmiz çəkisi 4,627 qram pisixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 15,143 qram narkotik vasitə heroinin və qalıq çəkisi 4,527 qram psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olmuş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı törətdiyi əməldən peşman olub ittiham olunduğu cinayət əməlinin törədilməsi halları barəsində ətraflı ifadələr veməsi, əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun hazırkı cinayət işi üzrə 24 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 26 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın müddətini müəyyən edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Ambulator Məcburi-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2022-ci il tarixli 4393 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul nəticəsində yaranan asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 24 iyun 2022-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 81 (səksən bir) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Bu məbləğ məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat “Arbitrium” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 15,243 qram narkotik vasitə heroinin və təmiz çəkisi 4,627 qram pisixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 15,143 qram narkotik vasitə heroinin və qalıq çəkisi 4,527 qram psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-341/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-341/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver