Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-341/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2, X5 və X11, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, təqsirləndirilən şəxs X12 və onun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili X4 iştirakları ilə, 26 iyul 1994-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X22 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni külli miqdarda əldə etmiş, daşımış və satmışdır. Belə ki, X22 şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, daşıma və satma barədə razılığa gəlib, aralarındakı vəzifə bölgüsünə əsasən həmin şəxsin ona “Whatsapp" sosial şəbəkəsi vasitəsilə bildirdiyi əvvəlcədən təyin edilmiş istintaqa məlum olmayan vaxtda və yerlərdən külli miqdarda ümumi təmiz çəkisi 512,742 qram narkotik vasitə olan heroini və külli miqdarda ümumi təmiz çəkisi 301,81 qram psixotrop maddə olan metamfetamini satış məqsədilə, satandan sonra əldə edilmiş gəlirdən pulunu həmin İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən şəxsə ödəmək şərtilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən 2 saylı Doğum evinin qarşısına qədər daşıyıb, ondan təmiz çəkisi 1,658 qram psixotrop maddə olan metamfetamini 29 yanvar 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən 2 saylı Doğum evinin qarşısında tanışı X15 göstərdiyi taksi xidməti müqabilində satmış, 29 yanvar 2023-cü il tarixdə saat 17:50 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi 2 saylı Doğum evinin qarşısında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı özü ilə gəzdirdiyi qara rəngli əl çantasından 06 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,314 qram, 120,695 qram, 94,772 qram, 118,386 qram, 105,470 qram, 70,105 qram ümumi təmiz çəkisi 512,742 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 109,150 qram, 100,082 qram, 90,920 qram ümumi təmiz çəkisi 300,152 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin, həmçinin xx.xx.2023-cü il tarixdə saxlanılmış X13 üzərinə aparılmış şəxsi axtarış zamanı sonuncunun üzərindən 1,658 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X22 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Ağaəli adlı tanışı ona zəng vuraraq ağrıları olduğunu, onunla görüşmək istədiyini demişdir. O, Ağəliyə evdə olmadığını, “Qara Qarayev”ə doğum evinə getdiyini bildirmişdir. Ağaəli xəstəxananın qabağına gəlmiş, bu zaman onda narkotik olmuş, Ağaəli ondan narkotik istəmişdir. O da xəstəxanadan çıxmış, aptekə dərman almağa gedərkən ona yaxınlaşmış, onun maşınla olub-olmadığını soruşmuş, o da maşınla olduğunu demişdir. Ağaəli ona narkotiki maşında oturub verməsini demiş, o, maşının arxa oturacağında oturmuş, çantasından narkotik çıxarıb Ağaəliyə verərkən arxa qapını bir nəfər açmış, o, pul qabını açanda həmin oğlan onun qolundan tutmuş və polis olduğunu demiş və onu 13-cü Polis bölməsinə gətirmişlər. Onun üzərinə baxış keçirilməmişdir. O, tutulandan 2 gün sonra üzərinə baxış keçirilmişdir. Polis əlindən çantasını və gödəkçəsinin cibində olan telefonunu almış, bölmədə ilk öncə ondan narkotik istifadə edən, satan adamların adlarını verməyini istəmişlər. O da tanıdığı elə bir adam olmadığını bildirmişdir. Ondan sonra onu tutan Əli adlı polis onu vurmuşdur. Telefonuna Ələkbərdən mesaj gəlmiş, polislər mesajı ona göstərmişlər. Ələkbər ona narkotik lazım olduğunu, “patı” istədiyini yazmışdır. Polislər ona Ələkbər kimdirsə, onu bura gətizdirməsini demişlər. O da bunu edə bilmədiyini demişdir. Buna görə polislər onu yenə vurmuşlar. Polis əməkdaşı Əli onu səs göndərməyə məcbur etmişdir. Polis telefonu əlində tutub səsyazmanı açmışdır. Polislərin tələbi ilə öyrətdikləri kimi Ələkbərə Sabunçuya, 2 saylı Doğum evinin yanına gəlməsini demişdir. Ələkbər gəldikdən sonra onu həmin doğum evinə aparmışlar və növbətçi hissənin qapısının arxasında saxlamışlar. Ələkbər içəri girən kimi sonuncunu da tutmuşlar və onları birlikdə 13-cü Polis bölməsinə gətirmişlər. Ələkbəri də onun gözünün qarşısında döymüşlər. Ələkbərin üzərində narkotik vasitə tapılmamışdır. Ələkbəri döyəndən sonra onunla bir yerdə qandallamışlar, onları bir yerdə oturtmuşlar. Sonra onları ayırmış, çəkiliş etmişlər. Polis ona kənardan hə deməyi üçün işarə etmişdir. Ondan sonra çantanı açmış, çantasından böyük bükümlər çıxarmış, stolun üstünə qoymuşlar. Çəkiliş bitəndən sonra onu müvəqqəti saxlama yerinə gətirmişlər. Ayın 31-də onu oradan çıxarmışlar. Polis Əli ona niyə bu halda olduğunu soruşmuşdur. O da ağrıları olduğunu, heç olmasa dərman verməsini demiş, polis Əli ona narkotik vermişdir. Narkotiki istifadə edəndən sonra onu yaşadığı prospektə gətirmişlər, evində də çəkiliş aparmış, ondan sonra onu yenə 13-cü Polis bölməsinə gətirmiş, çantasından narkotiki çıxardıqları çəkilişi yenidən aparmışlar. Evində heç nə aşkar olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs X22 üzərində nə qədər narkotik vasitə olduğunu dəqiq bilmədiyini, bir az “patı”, bir az “kakos” olduğunu, narkotiki iranlıdan əldə elədiyini, həmin şəxslə “Whatsapp”da əlaqə saxladığını, narkotikin yerini ona danışdığı şəxsin dediyini, narkotiki Bakıxanov qəsəbəsindən, Arablinka küçəsindən, həyətin darvazasının qarşısından götürdüyünü, əvvəllər həmin şəxslə 3 dəfə əlaqəsi olduğunu, götürdüyü narkotiki heç yerə daşımadığını, başqa heç yerə aparıb qoymadığını, 1 ildir ki, narkotikdən istifadə etdiyini, Ağaəliyə narkotiki qarşılıqsız verdiyini, bu vaxta qədər narkotik vasitə satmadığını, amma ehtiyacı olanda dostları ilə pul yığıb aldıqlarını bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində X22 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, “kakos” adlandırılan narkotik vasitə heroindən və “patı” adlandırılan psixotop maddə metamfetamindən istifadə edir. Narkotik vasitələri və psixotrop maddələri müxtəlif şəxslərdən alır. 29 yanvar 2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə razılaşmışlar ki, sonuncu ona Bakı şəhərində müxtəlif ünvanlara yerləşdirdiyi heroin və metamfetaminlərin yerlərini deyəcək, o da narkotikləri götürüb sataraq onun payını “Whatsapp” ani mesajlaşma şəbəkəsi ilə ona bildirəcəyi hesab nömrəsinə ödəyəcək, istifadə etdiyi heroin və meamfetaminlər isə ona qazanc olaraq qalaqcaqdır. Beləliklə, həmin gün saat təxminən 12 radələrində, sonuncu ona Bakı şəhəri, Nərimanov prospektində, Elmlər Akademiyasının yaxınldığındakı həyətdən müxtəlif yerlərdən 6 bükümdə heroin və 3 bükümdə metamfetamin götürə biləcəyini demiş, o, həmin yerə getmiş və heroinlə metamfetaminləri götürüb qara rəngli çantanın qabaq cibinə 1 büküm metamfetamin, orta cibinə 4 büküm heroin, həmin cibdə olan pul kisəsininin içinə 1 büküm metemfetamin, 2 büküm heroin, digər pul kisəsinin içinə isə 1 büküm metamfetamin yerləşdirib, üzərində saxlayaraq gəzdirmişdir ki, onları müştəri çıxdıqca satar. Sonra özü Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gəlmişdir. Orada O.Əfəndiyev küçəsində yerləşən 2 saylı Doğum evinin qarşısında olarkən iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Sabunçu rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan da şəxsiyyəti barədə məlumat verməyini və şəxsiyyət vəsiqəsini təqdim etməyini istəmişlər. Qeyd etdiyi kimi, həmin vaxt üzərində heroin və metamfetaminlər olduğuna görə həyəcanlanmış, qorxusundan özünü itirib, polis əməklaşlarının verdiyi suallara ağlına gələn cavablar vermişdir ki, tez bir zamanda onlardan uzaqlaşsın. Bu davranışı polis əməkdaşlarında şübhə yaratmış və ona üzərində qanunsuz olaraq narkotik vasitə və digər əşya saxlamaqda şübhələndiklərini deyərək bu şübhələri yoxlamaq üçün onu Sabunçu rayon Polis İdarəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən razılaşaraq polis əməkdaşları ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin inzibati binasına gəlmişdir. Orada dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində barəsində tutma protokolu tərtib olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış və götürmə aparılmış, həmçinin vəkilinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasına etirazının olmaması barədə ərizə yazmışdır. Axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən ifşa olunduğunu düşünüb çantasını və şalvarının cibində olan “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən çantanın ciblərindəki yuxarıda qeyd etdiyi 6 ədəd sellofan bükümlərdə olan heroinlər və 3 ədəd sellofan bükümlərdə olan metamfetaminlər aşkar olunmuşdur. Başqa üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddələr qablaşdırılmışdır. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Bundan başqa həmin günü onun yaşadığı evdə axtarış aparılmış, yaşadığı evdə axtarış aparılması ilə bağlı etirazının olmaması barədə ərizə yazmışdır. Lakin, yaşadığı evdən narkotik vasitə, psixotrop maddə və iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərində və yaşadığı evdə axtarış aparılması videoçəkilişlə qeydə alınmışdır. Ona heç kim təzyiq göstərməmişdir. Həmin maddələri satıb qazanc əldə etmək üçün alıb özündə saxlamışdır. Narkotik vasitə və psixotrop maddə aldığı şəxsin üzün belə görməmiş, onunla "Whatsapp" sosial şəbəkəsində birbirinə mesajlar göndərməklə əlaqə saxlamışlar. Həmin şəxslə aralarındakı razılaşmaya əsasən onun göndərdiyi narkotik vasitələri və psixotrop maddələri satıb qazanc əldə edəcəkmişlər. Həmin iranlıya metemfetamin və heroinin hər 1 qramına görə 23 manat pul ödəyəcəkmiş. Əvvəlcədən razılaşmalarına görə sonuncu ona təxminən 500 qram heroin, 300 qram metamfetamin göndərmişdir. Həmin şəxsin adını telefonunun kontaktlar qutusunda “Mələk” adı ilə qeyd etmiş, nömrəsini əzbərdən bilmədiyinə görə hazırda deyə bilmir. Tutulana qədər istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. İstifadəsində olan “Xiaomi Redmi 7” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqində “Nəriman” adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 29 yanvar 2023-cü il tarixdə müxtəlif məzmunlu yazışmalar və səs qeydləri ilə tanış olaraq bildirmişdir ki, “Nəriman” adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrənin sahibini xatırlamır, həmin şəxsin şəxsin anket məlumatlarını bilmir, düşünür ki, həmin şəxs narkotik istifadəçisi olduğu üçün ağrıları olduğundan “Whatsapp” mobil tətbiqində ona mesaj yazaraq və səs qeyd edib göndərərək ağrıları olduğunu bildirib narkotik vasitə istəmişdir. X7 tanıyır, ona narkotik vasitə satmışdır. İstifadəsində olan “Xiaomi Redmi 7” markalı mobil telefonun “Whatsapp” mesajlaşma proqramında “Müslüm 24 24” adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə 29 yanvar 2023-cü il tarixdə göndərilmiş “Faride 20 liy”, “he lomkadandi”, “alınır”, “Faride bir soz de men de bilim” məzmunlu mesajlarla tanış olaraq bildirmişdir ki, X16 ağrıları olduğundan öz xahişi ilə ona narkotik vasitə satmışdır. İstifadəsində olan “Xiaomi Redmi 7” markalı mobil telefonun “Mesajlaşma” bölməsində ***- ***-**-** saylı mobil nömrədən istifadəsində olan 055-516- 68-95 saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 23:35 dəqiqədə göndərilmiş “Axsamin xeyir elnurdu nese varindisa bidene xeber ele” məzmunlu sms mətni ilə tanış olaraq bildirmişdir ki, Elnur adlı şəxsi xatırlamır. Lakin, həmin mesajların ona göndərildiyini təsdiq edir. Həmin şəxs narkotik vasitə və ya psixotrop maddə almaq üçün ona mesaj göndərmişdir. X17 tanıyır, onun ifadəsində göstədiklərini təsdiq edir, ona psixotrop maddə metamfetamin satmışdır (cild 1, iş vərəqi 142-145). İfadəsi elan olunduqdan sonra verilmiş müvafiq suallara cavab olaraq X22 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, amma imza edərkən ifadəni oxumadığını, həmçinin ifadədə istinad olunan yazışmaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı X25 ifadəsində göstərdi ki, Sabunçu rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyüyün polis nəfəri vəzifəsində xidmət edərkən 29 yanvar 2023-cü il tarixində Sabunçu rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili Əli Kəngərli və kiçik əməliyyat müvəkkili Elvin Həsənov tərəfindən təqsirləndirilən şəxs X22 şübhəli şəxs kimi saxlanılaraq polis bölməsinə dəvət olunmuş, bölmədə təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq həmin təqsirləndirilən şəxsdən Fəridəyə hüquqları izah edildikdən sonra onunla videoçəkiliş aparılmaqla şəxsi baxış keçiriləcəyi bildirilmişdir. Fəridəyə vəkil təklif olunandan sonra təklifi rədd edərək öz şəxsi imzası ilə bunu təsdiq etmişdir. Videoçəkiliş zamanı şəxsi axtarış və götürmə aparılmazdan əvvəl X12 üzərində, bədənində, əşyalarında qanunla dövriyyəsi qadağan edilmiş hər hansı narkotik vasitənin olub-olmaması, olarsa könüllü surətdə masa üzərinə qoyulması təklif olunmuşdur. Bu təklifdən sonra X22 çiynindən asılan qara rəngli əl çantasını və əlavə olaraq göy cins şalvarının sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu və əlavə olaraq 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristalşəkilli maddəni, yəni ümumilikdə 6 büküm şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etmiş və həmin maddənin heroin olduğunu bildirmişdir. Əlavə olaraq 3 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristalşəkilli maddənin “patı” olaraq bildiyi narkotik vasitə olduğunu və həmin narkotik vasitəni istifadə məqsədi ilə deyil, satmaq məqsədilə üzərində gəzdirdiyini demişdir. Təhqiqatçının müvafiq sualına X22 həmin maddələri tanımadığı İran İslam Respublikası vətəndaşı olan bir şəxslə səhər saatlarında “Whatsapp” sosial şəbəkəsi vasitəsilə danışaraq Elmlər Akademiyası yaxınlığında müəyyən ünvanlarından əldə etdiyini bildirmişdir. Sonda həmin narkotik vasitələr möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda xanıma məxsus “Redmi” markalı mobil telefon da təhqiqatçı tərəfindən götürülmüşdür. X18 bölmədə olduğu müddətdə fiziki və psixi təzyiq göstərilməmiş və digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı X20 ifadəsində göstərdi ki, kiçik əməliyyat müvəkkili Elvin Həsənovla xidməti ərazidə xidmət aparan zaman Oskar Əfəndiyev küçəsində yerləşən 2 saylı Doğum evinin qarşısında Fəridəni görmüşlər. Fəridə özünü şübhəli apardığı üçün ona yaxınlaşmış, Fəridəni sorğu-sual etmişlər. Fəridə suallara qeyri-səmimi cavablar vermiş, bu səbəbdən sonuncunu 13-cü Polis bölməsinə dəvət etmiş, xanım əməkdaşın köməyilə təhqiqatçının otağında üzərinə baxış keçirmişlər. Baxış zamanı Fəridənin çantasından metamfetamin və heroindən ibarət narkotik vasitə aşkar etmişlər. Narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları X23 və X21 eyni məzmunlu ifadə verərək şahid X8 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş X24 ifadəsində göstərdi ki, özü narkotik vasitə olan metamfetamindən istifadə etmişdir. Əvvəllər taksi sürücüsü olmuş, təqsirləndirilən şəxsi sadəcə müştəri olaraq tanımışdır. Əvvəllər Fəridə onun narkotik vasitə istifadəçisi olduğunu bilməmiş, daha sonra narkotik vasitə istifadə etdiyini bilmişdir. Hər dəfə Fəridəni evlərinə aparanda, pulu olmayanda Fəridə pul əvəzinə ona narkotik vasitə vermişdir. Fəridə özü də narkotik vasitə istifadəçisi olmuşdur. Fəridə 3-4 dəfə ona narkotik vermişdir. Bir gün Fəridə ona zəng edərək rəfiqəsinin yanına getməli olduğunu demiş və aparmasını istəmişdir. Orada polis əməkdaşları onu saxlamış, idarəyə aparmış və üzərində olan metamfetamini aşkar etmişlər. Həmin metamfetamini Fəridədən almamış, başqa yerdən almış və həmin işlə bağlı ona təyin olunan cəzanı çəkmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində şahid X24 ifadəsində göstərmişdir ki, fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olur. 29 yanvar 2023-cü il tarixdə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Təxminən 3-4 ay olar ki, psixotrop maddələrdən istifadə edir. Psixotrop maddəni əvvəllər tanımadığı, adlarını və anket məlumatlarını bilmədiyi şəxslərdən almışdır. X22 ilə tanış olduqdan sonra isə psixotrop maddələri Fəridədən almağa başlamışdır. Belə ki, Fəridə bir neçə dəfə onun avtomobilindən taksi kimi istifadə etmiş, bu zaman Fəridə ilə tanışlıq münasibətləri yaranmışdır. Fəridə ilə söhbət edərkən sonuncunun narkotik maddələrdən istifadə etdiyini eşitmişdir. Fəridə də onun psixotrop maddələrin istifadəçisi olduğunu bildikdən sonra ona gediş haqqı əvəzinə metamfetamin vermişdir. Fəridə özü ona həm də narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişdir. Bildiyinə görə, Fəridə İran vətəndaşından həmin narkotik vasitələri alır və satışını həyata keçirir. Konkret olaraq kimlərdən həmin narkotik vasitələri və psixotrop maddələri almasını və kimlərə satmasını bilmir. 29 yanvar 2023-cü il tarixdə təxminən saat 10 radəiərində Fəridə ilə əlaqə saxlayıb istifadə etmək üçün metamfetamin istəmişdir. Fəridə ona Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən 2 saylı Doğum evinin qarşısında olduğunu və ora gəlməyini bildirmişdir. O, Fəridənin dediyi ünvana getmiş, orada Fəridə onun avtomobilinə əyləşib özündə olan metamfetamindən bir qədər götürüb gümüşü kağıza büküb ona vermişdir. O, həmin bükümü əynindəki tünd mavi rəngli cins şalvarın sol yan cibinə qoymuş, sonra Fəridə avtomobildən düşmüş və ayrılmışlar. Həmin gün saat 21:45 radələrində Sabunçu rayonu, ünvan 6 ünvanında olan zaman iki nəfər ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirmişlər və xidməti vəsiqə təqdim etmişlər. Üzərində psixotrop maddə olduğundan o, özünü itirmiş və verilən suallara qeyridəqiq cavab verdiyi üçün polis əməkdaşları onun hərəkətlərindən şübhələnib onu Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis bölməsinə getmişdir. Bölmədə xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquq və vəzifələri ona izah edilmiş və dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Şübhəli şəxs kimi tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçının təklifindən sonra Fəridənin ona verdiyi bir ədəd bükümdə psixotrop maddəni təhqiqatçıya təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirildikdən sonra qablaşdırılmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Üzərində keçirilmiş şəxsi axtarış zamanı başqa qanunsuz əşya və maddə aşkar edilməmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır (cild 1, iş vərəqi 130-131). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadəsində X16 göstərmişdir ki, o, ünvan 7 ünvanında yaşayır. 1 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. X19 təxminən 4-5 ay olar ki, tanıyır, Fəridənin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı vardır, özü də narkotik vasitəni ondan almışdır. Belə ki, Fəridə Əkbərlidən 5 manat müqabilində “kakos” kimi tanıdığı narkotik vasitə almışdır. Fəridə Əkbərimin başqa kimlərə narkotik vasitə satması barədə məlumatı yoxdur. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. ***-***-**-** saylı mobil nömrə uzun müddətdir ki, onun istifadəsindədir. X12 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan “Müslüm 24 24” adı ilə kontakt siyahısında olan ***-***-**-** saylı mobil nömrə arasında 29 yanvar 2023-cü il tarixdə onun tərəfindən X18 göndərilmiş "Faride 20 liy”. “he lomkadandi". “almır”, “Faride bir soz de men de bilim” məzmunlu yazışmaların məzmunu barədə onu qeyd etmişdir ki, X22 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğundan ondan narkotik vasitə almaq üçün sonuncuya mesaj yazmışdır. Həmin vaxt ağrıları olduğundan Fəridədən narkotik vasitə almaq istəmişdir (cild 1, iş vərəqi 80-81). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, polis əməkdaşları xx.xx.2023-cü il tarixdə saat 17:50-də ərazidə xidmət apararkən Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi, 2 saylı Doğum evinin qarşısında bir nəfər qadının özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim edikdən sonra qadına suallar verən zaman qeyri-səmimi cavab verərək yayınmaq istədikdə həmin qadını 13-cü Polis bölməsinə gətirmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1994-cü il təvəllüdlü X22 olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 4-5). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X18 paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra X22 çiynində olan qara rəngli əl çantasını təqdim etmişdir. X12 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, təqdim etdiyi özünə məxsus olan qara rəngli əl çantasının qabaq cibindən 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal formalı maddə, orta cibindən 4 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli və 1 ədəd ağ üzərində göy zolaqlı pül kisəsi içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş kristal formalı, 1 ədəd qara rəngli pul kisəsi içərisində 2 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli və 1 ədəd şəffaf sellofana bükülmüş kristal formalı maddəni təqdim edilmişdir. Təqdim etdiyi 06 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddənin "kakos" olması, 3 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal formalı maddənin "şüşə", "patı” bildiyi narkotik maddə olduğunu, satmaq üçün üzərində gəzdirdiyini 29 yanvar 2023-cü il tarixdə səhər saatlarında tanımadığı İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp” sosial şəbəkəsi ilə danışaraq Elmlər Akademiyası yaxınlığında binanın həyətindən müxtəlif ünvanlardan götürərək satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddələr bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək "Redmi” markalı mobil telefon götürülmüşdür (cild 1, iş vərəqi 27-28). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/543 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Vət.X12 üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,314 qram, 120,695 qram, 94,772 qram, 118,386 qram, 105,470 qram, 70,105 qram ümumi təmiz çəkisi 512,742 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə herondir. 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 109,150 qram, 100,082 qram, 90,920 qram ümumi təmiz çəkisi 300,152 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"in siyahısına, heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (cild 1, iş vərəqi 33-39). - mənzildə axtarış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X12 yaşadığı ünvan 2 ünvanında mənzildə axtarış aparılmış, lakin iş üçün sübut əhəmiyyətinə malik ola biləcək heç bir əşya, predmet və ya maddə aşkar olunmamışdır (cild 1, iş vərəqi 43-44). - diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin fayl açılaraq, keçirilmiş baxış zamanı çəkilişin xidməti otaqda aparıldığı otaqda Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin təhqiqatçısı polis mayoru X26, Sabunçu rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin baş əməliyyat müvvəkili polis baş leytenantı X20, kiçik əməliyyat müvəkkili polis serjantı X23 və Post-patrul xidməti bölməsinin polis kiçik serjantı X25 və barəsində şəxsi axtarış aparılacaq şübhəli şəxs X22 olduğu görünür. Təhqiqatçı tərəfindən X18 üzərində olan əşaları təqdim etməsi təkil olunur. X22 çiyninə saldığı qara rəngli çantanı masanın üzərinə qoyur. Sonra polis kiçik serjantı Aynur Allazova tərəfindən Fəridə Əkbərlinin üzəri axtrılır və sonuncunun əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilir. X28 tədim etdiyi çantanın cibləri axtarılarkən birinci cibindən 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal şəkilli maddə, orta cibindən 1 ədəd qara rəngli pul qabı, 4 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddələr, 1 ədəd üzərində göy rəngli zolaqları olan pul qabı aşkar edilir. Sonra əvvəlcə qara rəngli pul qabı açılarkən onun içərisində 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli, 2 ədəd sellofan bükümdə qəhvəyi rəngli maddələr aşkar edilir. Daha sonra göy zolaqlı pul qabı açılaraq onun içində 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal şəkilli maddə olduğu aşkar edilir. Sorğu zamanı X22 həmin ağ rəngli kristal şəkilli maddələrin “patı” adlandrılan pixotrop maddə, qəhvəyi rəngli maddələrin isə “kakos” adlandırılan narkotik vasitə olduğunu və onları iranlı kimi tanıdığı adını bilmədiyi şəxsdən nisyə olaraq aldığını və sataraq sonra pulunu ödəyəcəyini bildirir. X12 üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Diskə baxış zamanı X22 videogörüntüdə üzərindən yuxarıda qeyd olunan narkotik vasitə və psixotrop maddələr aşkar olunan şəxsin özü olduğunu bildirmişdir (cild 1, iş vərəqi 47). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 52-53). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 710 saylı rəyindən görünür ki, müayinə zamanı X14 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 76-77). - Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, əməliyyat tapşırığında göstərilən faktla bağlı əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq X12 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamış, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatlar əldə edilsə də, istintaqa təqdim edilmiş şəxslərdən başqa kimlərə narkotik vasitə və psixotrop maddə satmasının müəyyən edilməsi istiqamətində heç bir müsbət nəticə əldə mümkün olmamışdır (cild 1, iş vərəqi 94). - maddi sübutların tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X9 aşkar olunmuş, ümumi təmiz çəkisi 512,742 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və ümumi təmiz çəkisi 300,152 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 512,642 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 300,152 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə verilmişdir (cild 1, iş vərəqi 95-96). - mobil telefonda olan məlumatlara baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, mobil telefon aparatı sensor ekranla təchiz edilib, arxa qapağı açıldıqda içərisində 1 GSM kartın olması, kartın nömrəsinin ***-***-**-** olması müəyyən edildi. Mobil telefonun kilidi açılaraq içərisindəki qovluqlara baxış keçirildi. Mobil telefonun "Whatsapp" mobil tətbiqinə baxış keçirilərkən tətbiqin söhbətlər pəncərəsində "Nəriman" adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrə ilə 29 yanvar 2023-cü il tarixdə müxtəlif məzmunlu yazışmalar və səs qeydləri olması, bundan başqa, "Müslüm 24 24" adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrədən 29 yanvar 2023-cü il tarixdə sizə "Faride 20 liy", "he lomkadandi", "alınır", "Faride bir soz de men de bilim" məzmunlu mesajlar göndərilməsi, bundan başqa, ***-***-**-** saylı mobil nömrədən 29 yanvar 2023-cü il tarixdə saat 23:35 dəqiqədə "Axsamin xeyir elnurdu nese varindisa bidene xeber ele" məzmunlu sms mətni göndərilməsi müəyyən edilmişdir. Aşkar edilmiş məlumatlardan başqa mobil telefonun "Whatsapp" mobil tətbiqində iş üzrə əhəmiyyət kəsb edən hər hansı digər məlumatlar aşkar edilmədi. Bundan başqa mobil telefonda olan "Mesajlar", "Zənglər" və "Qalareya" adlı qovluqlara baxış zamanı həmin qovluqlarda iş üçün əhəmiyyət kəsb edən məlumatların olmaması müəyyən edilmişdir (cild 1, iş vərəqi 106). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X12 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair video görüntülər olan 01 ədəd CD disk və “Xiaomi Redmi 7” markalı mobil telefon iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş, telefon saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 110-121). - cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs X12 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (cild 1, iş vərəqi 123-124). - təqsirləndirilən şəxs qismində cəlb edilməsi və yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 134-135). - cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X22 narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə həmin cinayət işinin materiallarından ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 146-147). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, X22 xx.xx.2020-ci il tarixdə Xətai rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının CM-in 322.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, həmin tarixdə Azərbaycan Respublikasının CPM-in 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 78-79). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən X12 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs X1 sonra polis əməkdaşı tərəfindən döyülməsi, narkotiklərin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən X12 müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, o, müdafiəçinin iştirakı ilə tutulmuş, daha sonra özünün yazılı razılığı ilə müdafiəçinin iştirakı olmadan, lakin videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və onun təqdim etdiyi özünə məxsus olan qara rəngli əl çantasının cibindən və pul kisəsindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, X12 şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş maddələri 29 yanvar 2023-cü il tarixdə səhər saatlarında tanımadığı İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp” sosial şəbəkəsi ilə danışaraq Elmlər Akademiyası yaxınlığında binanın həyətindən müxtəlif ünvanlardan götürərək satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı Bakı İstintaq təcridxanasından onun şəxsi işinin və tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçalarda onun bədəni üzərində yeni xəsarətlərin aşkar olunmadığı barədə qeyd aparıldığı müəyyən edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşı tərəfindən döyülməsi barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə X12 istifadə etdiyi mobil telefonla narkotik vasitələrin alqı-satqısı ilə bağlı aparılmış yazışmaları, ondan aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyini, ayrı-ayrı bükümlərə bükülməsini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, ondan narkotik almaları barədə şahid ifadələrini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi - narkotikləri satış məqsədilə əldə etməsi və satması ilə bağlı etirafedici ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Məhkəmə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin yaxın tanışı X13, öz üzərindən polis əməkdaşları tərəfindən aşkar edilmiş metamfetamini Fəridədən almaması, onu başqa yerdən alması barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, həmin şahid məhkəmə istintaqında belə məzmunlu ifadə verməklə yaxın tanışlıq münasibətləri olan Fəridə Əkbərlini müdafiə etmək məqsədi güdmüş və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişdir. Bu səbəbdən məhkəmə həmin şahidin məhkəmədə vediyi ifadəsini həmin hissədə inandırıcı və ağlabatan hesab etmir. Məhkəmə qeyd edilən şahidin ibtidai istintaq zamanı verdiyi – üzərindən aşkar edilmiş metamfetamini Fəridə Əkbərlidən alması barədə ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X12 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni külli miqdarda əldə edib daşıması və satması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi X22 barəsində Bakı İstintaq təcridxanası tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, o, həmin təcridxanada saxlandığı müddət ərzində təcridxananın daxili rejim qaydalarına riayət edərək əmədaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Məhkəmə X12 həbsdə saxlandığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs X12 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X22 yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. X12 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən X12 törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X18 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, X22 29 yanvar 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 31 yanvar 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 15, 70-72). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs X12 cəza çəkməsinin başlanğıcı onun tutulduğu 29 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, X9 götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 512,642 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 300,152 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, X12 üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ona məxsus “Xiaomi Redmi 7” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, X22 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi X9 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X22 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablansın. X12 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, X9 götürülərək Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan: - ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 512,642 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 300,152 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. - X18 məxsus “Xiaomi Redmi 7” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübut - X12 üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. X22 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə xərci X9 tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (X18 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-341/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-341/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver