Məhkəmə qərarları › İş №1(101)-341/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-341/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-341/2025 17.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X12 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Yardımlı rayonu, Ostayır kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmış, bundan başqa, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlamış, daşımış və satmışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən 1 ədəd həb formasında narkotik vasitə olan metadonu əldə edib üzərində saxlamaqla daşımış, 10 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində ünvan 1 ünvanda yerləşən “Xəzər” universitetinin yaxınlığında həmin narkotik vasitə olan metadonu 20 manat pul müqabilində tanışı Şahid4 satmış, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 noyabr 2023-cü il tarixdə, saat 14:30 radələrində Şahid4 ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılıb ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə aparılmış, orada üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən onun satdığı gümüşü rəngli kağız parçası bükümündə, üzərində “M-40” göstəricisi olan 01 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbində təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən narkotik vasitə olan metadon aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 2023-cü ilin noyabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, “Nəriman Nərimanov” adına istirahət parkının qarşısında X19 650 manat pul müqabilində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - hər konvalyutda 14 ədəd olmaqla 21 ədəd konvalyutda ümumilikdə 294 ədəd, təsiredici maddəsinin miqdarı 0,15 qram olan 44,1 qram güclü təsir edən maddələrə aid olan “Alyse 150 mg” adlı preqabalin tərkibli dərman preparatını və külli miqdarda - hər konvalyutda 10 ədəd olmaqla 60 ədəd konvalyutda ümumilikdə 600 ədəd, təsiredici maddəsinin miqdarı 0,05 qram olan 30 qram güclü təsir edən maddələrə aid olan “Tramadol 50 mg” dərman preparatını qanunsuz olaraq əldə edib qara rəngli parça materialdan olan əl çantasında saxlamaqla daşımış, 15 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində ünvan 6 ünvanda yerləşən metronun “Koroğlu” stansiyası yaxınlığında 01 ədəd konvalyutda 14 ədəd olan, təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən 2,1 qram güclü təsir edən maddələrə aid olan “Alyse 150 mg” adlı preqabalin tərkibli dərman preparatını 35 manat müqabilində tanışı Şahid3 satmış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 noyabr 2023-cü il tarixdə, saat 14:30 radələrində ünvan 7 ünvanda yerləşən “Emerald” mehmanxanasının qarşısında Şahid3 ilə birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə aparılmış, orada Şahid3 üzərinə keçirilən baxış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən onun satdığı 01 ədəd konvalyutda 14 ədəd olan, təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən 2,1 qram güclü təsir edən maddələrə aid olan “Alyse 150 mg” adlı preqabalin tərkibli dərman preparatı aşkar edilərək götürülmüş, onun üzərində şəxsi axtarış aparılarkən əlində saxladığı qara rəngli parça materialdan olan əl çantasının içərisindən külli miqdarda kompanentlərinə və xarici əlamətlərinə görə Şahid3 üzərindən aşkar edilmiş “Alyse 150 mg” adlı preqabalin tərkibli dərman pereparatı ilə eynilik təşkil edən, hər konvalyutda 14 ədəd olmaqla 20 ədəd konvalyutda ümumilikdə 280 ədəd, təsiredici maddəsinin miqdarı 0,15 qram olan 42 qram çəkidə güclü təsir edən maddələrə aid olan “Alyse 150 mg” adlı preqabalin tərkibli dərman preparatı və hər konvalyutda 10 ədəd olmaqla 60 ədəd konvalyutda ümumilikdə 600 ədəd, təsiredici maddəsinin miqdarı 0,05 qram olan 30 qram güclü təsir edən maddələrə aid olan “Tramadol 50 mg” dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, “Qara Qarayev” küçəsində gündüz saat 12-1 aralığında 9-10 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin vaxt onun üzərində bir qutu “Tramadol” həbləri olmuşdur. Bir ilə yaxın müddətdir ki, həmin dərmandan istifadə etmişdir. “Tramadol” həblərini əsəblərini sakitləşdirmək və sümük ağrılarını hiss etməmək üçün qəbul etmişdir. Həmin dərman vasitəsini ona beş il bundan əvvəl tanışı məsləhət görmüşdür. “Tramadol” həblərini həkim resepti ilə almışdır, reseptə üç ədəd möhür vurulmuşdur. Reseptdə dörd qutu “Alise”, dörd list də “Tramadol” həbinin alınması qeyd olunmuşdur. Onda reseptin surəti qalmışdır. Əvvəllər də qeyd edilən dərmandan istifadə etmişdir. Saxlanıldıqdan sonra onu İdarəyə aparmışlar. Polis əməkdaşları onu döymüşlər. Hadisə zamanı tutularkən iki nəfər olmuşlar, digər tutulan şəxsin adı Elmar olmuşdur. İbtidai istintaq zamanı döyüldüyünü bildirmiş, bu barədə cinayət işi başlanılmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, güclü təsiredici dərmanın qəbul edilməsini ona heç kim müəyyən etməmişdir. O, xəstə olan başqa bir şəxsdən resept götürüb dərmanları almışdır. Reseptdə xəstənin adının yazılıb-yazılmadığını xatırlamır. Ona resept verən şəxsin adını bildirmək istəmir. Bir qutu dərman ona 3 gün bəs etmişdir. Yanında saxlanılan şəxs-Şahid3 onun tanışı olmuşdur. Güclü təsiredici vasitəni hadisədən bir gün əvvəl almışdır. Həmin dərmanın narkotik vasitə tərkibli olduğunu bilməmişdir. Üzərində birinci dəfə idi ki, dərman gəzdirmişdir. Lakin üzərində ittiham aktında göstərilən sayda deyil, cəmi 10 ədəd dərman olmuşdur. Şahid4 ondan əvvəl tutulduğu üçün polis əməkdaşlarına onun adını vermişdir. O, Orxan adlı şəxslə bir neçə dəfə güclü təsiredici dərman almaq üçün aptekə getmiş, sonuncunu məhlələrində taksi fəaliyyətilə məşğul olan şəxs kimi tanımış, ona “metadon” həbi satmamışdır. İbtidai istintaq dövründə fiziki təzyiqə məruz qalmış, təcridxanaya daxil olarkən xəsarətləri qeyd edilmişdir.Çəkiliş zamanı müdafiəçi də yanında olmuşdur. Qətimkan tədbiri seçilərkən döyülməyi ilə bağlı hakimə də məlumat vermişdir. O, polis əməkdaşlarının dedikləri ilə razılaşmadıqda Şahid4 adlı qonşunu onun üstünə şər atmaq üçün gətirmişlər. ***-**-** mobil nömrəsi ona məxsusdur. Özü səhnə dizaynı işi ilə məşğul olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2018-ci ildən “Tramadol 50mg” və “Alyse 150 mg” dərman həblərini alıb qəbul etməyə başlamışdır. 2023-cü ildə yaz ayından Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında Şahid4 tanımış və Orxanla normal münasibəti olmuşdur. 2023-cü ildə yay ayından Bakı şəhəri, Nərimanov rayonu, X37 küçəsində olan aptekdə Əli Balayevlə tanış olmuş və Əli Balayev ona “məndə satlıq “Tramadol 50mg” və “Alyse 150 mg” preqabilin tərkibli həbləri vardır” demişdir. O, Əli Balayevdən “Tramadol 50mg” və “Alyse 150 mg” preqabilin tərkibli həblərin qiymətlərini soruşmuş, Əli Balayev də “Tramadol 50mg” bir konvalyutunu 7 manat və “Alyse 150 mg” preqabilin tərkibli həblərin bir konvalyutunu 25 manata satdığını bildirmişdir. Bundan sonra o, 2 dəfə 2023-cü ilin sentyabr ayında və oktyabr ayının axırları hər dəfə “Tramadol 50mg” və “Alyse 150 mg” preqabilin tərkibli həbləri 4-5 konvalyut alıb istifadə etmişdir. 2023-cü ilin oktyabr ayında o, Elmar və İsmayıl pul yığıb Əli Balayevdən narkotik tərkibli dərmanların alınması üçün bir ədəd resept blankını 100 manata almışlar və həmin resept blankı ilə Bakı şəhəri, Nərimanov rayonu, X37 küçəsində yerləşən “Elit” aptekdən 20 ədəd konvalyutda “Tramadol 50 mg” alıb öz aralarında bölmüşlər. 2-3 gün bundan əvvəl o, tanışları Elmar, İsmayıl, Azər və Fəridlə pul yığıb Əli Balayevdən “Tramadol 50 mg” və “Alyse 150 mg” preqabilin tərkibli həbləri alıb öz aralarında bölmələri barədə razılaşmışlar. O, 150 manat, Elmar 150 manat, İsmayıl 150 manat, Azər 150 manat və Fərid isə 50 manat pul qoymuşlar və Əli Balayevlə Bakı şəhəri, Nərimanov rayonu, “Nəriman Nərimanov” adına parkın yanında o, Elmar və İsmayılın idarə etdiyi avtomobildə görüşmüşlər. 650 manat pulu Əli Balayevə vermişlər və Əli Balayev 64 ədəd konvalyutda bir ədəd konvalyutda 10 dərman həbi olan ümumilikdə 640 ədəd kapsulda “Tramadol 50 mg” və 21 ədəd konvalyutda bir ədəd konvalyutda 14 ədəd dərman həbləri olan ümumilikdə 294 ədəd kapsulda “Alyse 150 mg” preqabilin tərkibli həbləri vermişdir. Həmin vaxt Fərid 3-4 ədəd konvalyut götürmüş və razılaşmışlar ki, “qalan həblərin yarısı onda və yarısı isə Elmarda qalsın, sonra həmin həbləri dördünün arasında bölərlər, 2-3 konvalyut Fəridə verərlər”. Qalan həblərin yarısı onda və yarısı isə Elmarda qalmışdır. O, dərman həbləri barədə heç kimə bir söz deməmişdir. 15 noyabr 2023-cü ildə o, Elmar, İsmayıl və Azərlə razılaşmışlar ki, “qalan dərman həblərini aralarında bölsünlər, 2-3 kanvalyut Fəridə verərlər”. Həmin günü onda qalan dərman həblərini götürmüş, Elmarla görüşmək üçün Bakı şəhəri, Nizami rayonu, metronun “Koroğlu” stansiyasının yaxınlığına gəlmiş və orada Elmarla görüşmüşdür. Elmar da özündə saxladığı dərman həblərini gətirmişdir. O və Elmar Azər və İsmayılla görüşmək üçün Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarın yaxınlığına getmək istəmişlər. O, Elmarda olan dərman həblərini Elmarın gətirdiyi qara rəngli parça materialından olan əl çantasına qoymuşlar və həmin əl çantasını o, götürmüşdür. Bakı şəhəri, Nizami rayonu, 01 nömrəli ünvanda yerləşən “Emerald” mehmanxananın qarşısında mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan adlarını və soyadlarını soruşmuşlar, onlar da polis əməkdaşlarına məlumatları demişlər. Polis əməkdaşları onları Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə dəvət etmiş, onlar da etiraz etməyib polis əməkdaşları ilə birlikdə getmişlər. Polis idarəsində onları ayrı-ayrı xidməti otaqlara aparmışlar. Ona təhqiqatçı tərəfindən dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş, üzərində şəxsi axtarış keçirilməsi başlanmış, videoçəkiliş zamanı iştirakçılar özlərini təqdim etdikdən sonra o da özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri yenidən izah olunmuşdur. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. O, əlində saxladığı qara rəngli əl çantasını xidməti otaqda olan masanın üzərinə qoymüş və bir ədəd əl çantasında “Tramadol 50 mg” və “Alyse 150 mg” dərman həblərinin olduğunu, 2-3 gün bundan əvvəl Əli Balayevdən istifadə etmək üçün aldlqıarını bildirmişdir. Bir ədəd qara rəngli əl çantası açılmış və həmin əl çantasının içindən 60 ədəd konvalyutda bir ədəd konvalyutda 10 dərman həbi olan ümumilikdə 600 ədəd kapsulda “Tramadol 50 mg” və 20 ədəd konvalyutda bir ədəd konvalyutda 14 ədəd dərman həbləri olan ümumilikdə 280 ədəd kapsulda “Alyse 150 mg” həbləri aşkarlanmışdır. Bundan sonra 60 ədəd konvalyutda ümumilikdə 600 ədəd kapsulda “Tramadol 50 mg” və 20 ədəd konvalyutda ümumilikdə 280 ədəd kapsulda “Alyse 150 mg” dərman həbləri polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o, və iştirakçılar tərəfindən imzalanmışdır (cild 2, iş vərəqə 23-24). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, əvvəllər “Qara Qarayev” ərazisində yaşadığı üçün Təqsirləndirilən şəxs da oradan tanımışdır. O, özü narkotik vasitə istifadəçisi olan zaman narkotik vasitəni Təqsirləndirilən şəxs almışdır. Təqsirləndirilən şəxs ona iki dəfə 20 manat müqabilində narkotik vasitə vermişdir. Şahid4 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı narkotik vasitə “metadon” həbi olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etdiyini bilməmişdir.O, ətrafdakı şəxslərdən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmişdir. Təqsirləndirilən şəxs 1-2 narkotik vasitə almışdır. Narkotik vasitəni Təqsirləndirilən şəxs özü tutulmamışdan bir gün əvvəl almışdır.O, özü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.O, tutularkən narkotik vasitəni Təqsirləndirilən şəxs almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Orxan adlı şəxs Əli Vəliyev küçəsində tərəflərindən saxlanılaraq Nizami rayon Polis İdarəsinə aparılmışdır. Polis İdarəsində vəkilin iştirakı ilə Orxan adlı şəxsin üzərindən “metadon” həbi aşkar edilmişdir. Orxan adlı şəxs narkotik vasitəni Qulu adlı şəxsdən aldığını bildirmişdir. Davam etdirilən əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Mehdi Abbasov küçəsində tərəflərindən saxlanılmışdır. Orxan adlı şəxs Qulu adlı şəxsin adını, yerini və nömrəsini onlara vermişdir. Orxan adlı şəxsi saxladıqdan bir gün sonra Qulu adlı şəxsi saxlamışlar. Əməliyyat tədbirində üç nəfər iştirak etmişlər.Təqsirləndirilən şəxsə qarşı fiziki təzyiq olunmamışdır. Məhkəmə iclasında Şahid1 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Şahid4 qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq, Şahid4 cinayət başında ifşa etmək məqsədi ilə 14 noyabr 2023-cü il tarixdə ondan, Bakı Şəhər Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Nübarizə Bölməsinin əməliyyat müvəkkilləri X6 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 14 noyabr 2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 10 ünvanın qarşısında məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Şahid4 yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Həmin vaxt Şahid4 yanında adını sonradan bildikləri X20 və X15 da olmuşdur. Onlar Şahid4 narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Bakı Şəhər Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxt Şahid4, X20 və X15 onlarla razılaşaraq birlikdə idarəyə gəlmişlər və raport yazıb həmin şəxsləri idarənin növbətçi hissəsinə təhvil vermişlər. İdarədə həmin şəxslərdən birinin xx xxxxxx 1998-ci ildə Migəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Mingəçevir şəhəri, Məhəmməd Füzuli küçəsi, ev 19/85, mənzil 26-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 16, mənzil 24-də yaşayan Şahid4, digər şəxslərin isə 23 may 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan ünvan 11 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X13, 19 mart 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan ünvan 14 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X7 olduğu müəyyən olunmuşdir. Bundan sonra baş təhqiqatçı X16 tərəfindən Şahid4 şübhəli şəxs qismində tutulmuş, sonra onun, əməliyyat müvəkkili X10, baş inspektor-kriminalist X21 və prossesə dəvət olunmuş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Şahid4 üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Şahid4 hüquq və vəzifələri edilmişdir. Bundan sonra Şahid4 təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Şahid4 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm içərisinə baxıldıqda həmin bükümün içərisində bir ədəd qəhvəyi rəngli həb formasında dərman pereparatının olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Şahid4 təqdim etdiyi 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan narkotik vasitənin metadon həbi olduğunu, Qulu adlı tanışından Bakı şəhəri, Nizami rayonu ərazisində 20 manata alıb üzərində saxladığını bildirmişdir. Sonra Şahid4 üzərində şəxsi axtarış keçirilmiş və üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Şahid4 təqdim etdiyi 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra baş təhqiqatçı tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən Şahid4 bildirdiyi Qulu adlı şəxsin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, yenidən raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan, baş əməliyyat müvəkkili X11, əməliyyat müvəkkilləri Şahid2 və X6 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra Şahid4 bildirdiyi Qulu adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 15 noyabr 2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 16 ünvanın qarşısında məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında adını sonradan bildikləri Şahid3 da olmuşdur. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri saxlamaqda, satmaqda şübhəli olduğunu bildirib onu Bakı Şəhər Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs, Şahid3 onlarla razılaşaraq birlikdə idarəyə gəlmişlər və raport yazıb həmin şəxsləri idarənin növbətçi hissəsinə təhvil vermişlər. İdarədə həmin şəxslərdən birinin xx xxxxxx 1994-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə mşğul olan, Yardımlı rayonu, Ostayir kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbsi, nömərsiz evdə yaşayan Təqsirləndirilən şəxs, digər şəxsin isə xx.xx.1996-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, əvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, ünvan 17 ünvanda yaşayan Şahid3 olduğu müəyyən olunmuşdir. Bundan sonra təhqiqatçı X22 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, əməliyyat müvəkkili Şahid2, inspektor kriminalist X17 və prossesə dəvət olunmuş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X14 iştirakları ilə videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli parça materialdan olan əl çantasını masanın üzərinə qoymuşdur. Həmin qara rəngli parça materialdan olan əl çantasının içərisinə baxdıqda 20 ədəd hər listdə 14 ədəd olmaqla ümumilikdə 280 ədəd üzərində “Alyse 150mg” sözləri yazılmış dərman kapsulları, 60 ədəd hər listdə 1 ədəd olmaqla ümumilikdə 600 ədəd üzərində “Tramadol” sözləri yazılmış dərman kapsullarının olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli parça materialdan olan əl çantasının içərisindəkilərin güclü təsir edici dərman pereparatları olduğunu, həmin dərman pereparatlarını öz şəxsi istifadəsi üçün Əli adlı tanışından hər listi 10 manat olmaqla alığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 20 ədəd hər listdə 14 ədəd olmaqla ümumilikdə 280 ədəd üzərində “Alyse 150mg” sözləri yazılmış dərman kapsulları, 60 ədəd hər listdə 10 ədəd olmaqla ümumilikdə 600 ədəd üzərində “Tramadol” sözləri yazılmış dərman kapsulları olan 01 ədəd qara rəngli parça materialdan olan əl çantası cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür.Sonradan məlum olmuşdur ki, təhqiqatçı tərəfindən Şahid3 üzərinə baxış keçirən zaman Elmar Zeynalıdan 01 ədəd hər listdə 14 ədəd olmaqla “Alyse 150mg” sözləri yazılmış dərman kapsulları aşkar olunaraq götürülmüşdür (cild 2, iş vərəqə 169-176). Məhkəmə iclasında Şahid3 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, özü güclü təsir edən dərman olan “Alyse” adlanan dərmandan istifadə etmişdir. O, həmin dərmanları Təqsirləndirilən şəxs adlı şəxsdən almışdır. O, Təqsirləndirilən şəxs bir ədəd listdə 14 kapsula olan “Alyse 150 mg” preqabilin tərkibli güclü təsiredici dərman pereparatını 35 manata almışdır. 15 noyabr 2023-cü il tarixdə saat 14 radələrində o, Qulu ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində metronun “Koroğlu” stansiyası yaxınlığında görüşmüş və Qulunun istifadəsindəki **********773400 nömrəli bank kartına 35 manat pulu telefon vasitəsi ilə öz kartından göndərmiş, Qulu da bir list “Alyse” adlanan güclü təsir edən dərman preparatı vermişdir. Həmin listdə olan dərmanları sonra istifadə etməsi üçün üstündə saxlamışdır. Sonra Təqsirləndirilən şəxs metronun “Neftçilər” stansiyası tərəfə getdiyini bildirmişdir. O da Qulu ilə birlikdə gedən zaman ünvan 18 ünvanında yerləşən “Emerald” hotelin yaxınlığında polis əməkdaşları onlara yaxınlaşmışlar və onları saxlayıb Nizami rayon Polis İdarəsinə aparmışlar. O da Təqsirləndirilən şəxs aldığı bir ədəd dərman listini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir (cild 2, iş vərəqə 166-167). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədlərini də sübut növləri kimi qəbul edir. 14 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, Şahid4 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağız bükümdə həb formasında narkotik vasitəyə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Şahid4 üzərindən aşkar olunmuş kütləni özünə məxsus olduğunu, həmin maddəni Nizami rayonu ərazisində Qulu adlı tanışından istifadə etmək məqsədilə 20 manata əldə etdiyini bildirmişdir ( cild 1, iş vərəqə 35-37). 15 noyabr 2023-cü il tarixli məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N° 162” dairəvi möhür əksi, “Şahid4...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində “M-40” göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbində metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir . Ekspertiza tədqiqatından sonra metadon həbinin qalıq çəkisi 0,02 qram təşkil etmişdir ( cild 1, iş vərəqə 50-53). 15 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, Şahid3 əynindəki şalvarın sağ yan cibindən bir ədəd listdə dərman preparatını çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Şahid3 həmi bir ədəd listdə “Alyse” adlanan dərman preparatları olduğunu, həmin preparatı Təqsirləndirilən şəxs 35 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir ( cild 1, iş vərəqə 106-107). 15 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd “Mİ” markalı mobil telefon, bir ədəd “Birbank” bank kartını və sol əlində saxladığı qara rəngli parça materialdan olan əl çantasını masanın üzərinə qoymuşdur. Həmin çantanın içərisindən 20 ədəd hər listdə 14 ədəd həb olmaqla üzərində “Alyse 150mg” sözləri yazılmış dərman pereparatları, 60 ədəd hər listdə 10 ədəd olmaqla üzərində “Tramadol” sözləri yazılmış tramadol tərkibli güclü təsir edici dərman pereparatları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin dərman pereparatlarını Əli adlı şəxsdən bir listini 10 manata şəxsi istifadəsi üçün almışdır (cild 1,iş vərəqə 132-134, cild 3, iş vərəqə 33-34). 15 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, X25 üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi bildirilmiş, bundan sonra Əli Balayev əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 04 ədəd listdə olan dərman preparatlarını təqdim etmişdir. Sorğu zamanı Əli Balayev həmin dərman preparatlarını tanımadığı şəxsə 100 manat verməklə dərman resepti alaraq aptekdən aldığını, həmin dərman preparatlarından özünün istifadə etdiyini, həmçinin dərman preparatlarının bir hissəsini mütəlif şəxslərə satdığını, Qulu adlı şəxsə də bir neçə gün əvvəl dərman preparatı satdığını bildirmişdir (cild 1, iş vərəqə 162-164). 16 noyabr 2023-cü il tarixli məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 162 №”li dairəvi möhür əksi olan, 1) üzərində “Şahid3 təqdim etdiyi bir ədəd listdə dərman preparatı təqdim etdi (imza) Şahid3” yazısı və imza olan zərfdəki üzərində “Alyse 150mg (yararlılıq müddəti 09/2025, seriyası 22L627)” markalanma göstəricisi olan bir ədəd konvalyutda 14 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 14 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 2,1 qramdır (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,15qram preqabalin olmaqla); 2) üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş dərman preparatları şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki üzərində “Alyse 150mg (yararlılıq müddəti 09/2025, seriyası 22L627)” markalanma göstəricisi olan 20 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd, ümumilikdə 280 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 280 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 42 qramdır (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla), üzərində “Tramadol 50mg (yararlılıq müddəti 042028 seriyası S8028)” markalanma göstəricisi olan 60 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd, ümumilikdə 600 ədəd ağ-göy rəngli kapsul tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 600 ədəd kapsulda tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 30 qramdır (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,05 qram tramadoi hidroxlorid olmaqla); 3) üzərində “X19 aşkar edilmiş 4 ədəd listdə dərman preparatı şübhəli şəxs (imza) Ə.Balayev” yazısı və imzalar olan zərfdəki üzərində “Alyse 150mg (yararlılıq müddəti 09/2025, seriyası 22L628)” markalanma göstəricisi olan 4 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd, ümumilikdə 56 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 56 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 8,4qramdır ( üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla); 4) üzərində “X23 idarə etdiyi avtomobildən aşkar edilmiş 4 ədəd listdə dərman preparatı, bir ədəd sellofanda maddə və bir ədəd elektron tərəzi şübhəli şəxs (imza) E.Balayev” yazısı və imzalar olan zərfdəki üzərində “Alyse 150mg (yararlılıq müddəti 09/2025, seriyası 22L628)” markalanma göstəricisi olan 4 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd, ümumilikdə 56 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 56 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 8,4 qramdır (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla), 1 bir ədəd bükümdə təmiz çəkisi 19,919 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır, 5) üzərində “X1 üzərindən aşkar olunmuş 01 ədəd elektron tərəzi və 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddəyə bənzər kütlə şübhəli şəxs: (imza) Şahbazov Müşviq” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 7,901 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd elektron tərəzinin üzərində metamfetaminin izlər vardır. X2 idarə etdiyi avtomobildən və X3 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Tərəzilərin üzərində metamfetamin iz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Elmar Zeynalanovdan, Təqsirləndirilən şəxs və Əli Babayevdən aşkar edilərək götürülmüş preqabalin tərkibli kapsullar tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici görünüş əlamətlərinə görə eynilik təşkil edirlər. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 7,701 qram və 19,719 qram, tramadol kapsulunun qalığı 598 ədəd, preqabalin kapsulunun qalığı 278 ədəd, 13 ədəd və 108 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 220-223). 03 fevral 2024-cü il tarixli Təqsirləndirilən şəxs istifadəsində olan +**********26 və +**********23 nömrələrindən 16 iyun 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zəngləri, SMS-ləri özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış zamanı Təqsirləndirilən şəxs “xx-xx-2023 18:44:46 1.1.**********26 1.1.**********79 Menim ustume neye bozarsan tutublarda neyniyim hamsin deybler itdere divjenya elemeymizi zadi hamsin nece doyublerse meni sag terefm isdemr o qede ze ng eledin ki senin nomrevi de gotrub yoxladlar deybler ki quluynan ceyhun butun gunu nefclerde furlanr orda derman satrlar”, “xx-xx-2023 18:44:46 1.1.**********26 1.1.**********79 ng eledin ki senin nomrevi de gotrub yoxladlar deybler ki quluynan ceyhun butun gunu nefclerde furlanr orda derman satrlar.”, “xx-xx-2023 13:50:04 1.1.**********26 1.1.**********62 4169 7388 2077 3400 kapitaldi ..ceki saxla usaqlarin birinnen vatsapnan atarsan”, “xx-xx-2023 20:12:37 1.1.**********26 1.1.**********81 Qaqa yaxsi meti var istrsen?”, “xx-xx-2023 09:47:14 xx-xx-2023 09:47:14 1.1.**********26 1.1.**********21 Allaha and olsun indi cxdiq idareden qesden saglamlga zerer vurma razboy birde oğurluq 3 statyaynan is acldu sene ..ağlaşanda sene kecmyecem sroka getdi n sen kamerayada baxdlar gotrdler subutu agir kelle beyin tramasi almsam .evivide satsan qutara bilmyesden sef eledin sen furlardrsan meni at menim pulumu gozdrem sennen artq nese istemrrm ki oz verdyim pylu istrem”, “xx-xx-2023 11:47:53 xx-xx-2023 11:47:53 1.1.**********26 1.1.**********64 Sabahin xeir bura atarsan pulu 4169 7388 2077 3400”, “xx-xx-2023 13:41:03 1.1.**********81 1.1.**********23 Qaqas 4 list at bir yere yada gorysek nece isdiyirsen ele pulu vururam karta terminalin yanindayam bir soz de 3 denede 300. 68 manatimi atibdilar xalxin pullariydi”, “xx-xx-2023 23:27:49 xx-xx-2023 23:27:49 1.1.**********75 1.1.**********23 Ay. Qaqas. Belle. Veziyetde. Menu. Umud verirsen sonrada götumursen ayibdieee Qulu”, “xx-xx-2023 14:34:50 xx-xx-2023 14:34:51 1.1.**********75 1.1.**********23 Qaqas Aptek de. Deerman. 3 4 list. Qalib. Tez almaq. Lazimdu” məzmunda ayrı-ayrı şəxlərlə güclü təsir edən dərman preparatlarının alqı-satqısı ilə bağlı yazışmalar aparması müəyyən olunmuşdur (cild 3, iş vərəqə 24-32). 03 fevral 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid4 ilə Təqsirləndirilən şəxs ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Şahid4 20 manata narkotik vasitə metadon satmadığını bildirmişdir (cild 3, iş vərəqə 35-37). 03 fevral 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid3 ilə Təqsirləndirilən şəxs ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Şahid3 01 ədəd listdə 14 ədəd olmaqla üzərində “Alyse 150mg” sözləri yazılmış dərman pereparatını satmadığını bildirmişdir (cild 3, iş vərəqə 67-69). 17 may 2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, ibtidai istintaq zamanı şahidlər Şahid1, Şahid2, X26 ilə Təqsirləndirilən şəxs ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları- yəni Təqsirləndirilən şəxs barəsində fiziki və ya psixi təzyiq etməmələrini bir daha sonuncunun üzünə qarşı deyərək təsdiq etmişlər (cild 4, iş vərəqə 172-180). 03 fevral 2024-cü il tarixli X9 istifadəsində olan +**********62 saylı nömrəsindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zəngləri, SMS-ləri özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış zamanı X9 ayrı-ayrı şəxslərlə güclü təsir edən dərman preparatlarının alqısatqısı ilə bağlı yazışmalar aparması müəyyən olunmuşdur. Şifahi sorğu-sual zamanı X18 istifadəsində olmuş +**********62 saylı nömrəsi ilə güclü təsir edən dərman preparatlarına dair danışıq və yazışma apardığı şəxslərdən +**********26 saylı telefon nömrəsini istifadə edən Təqsirləndirilən şəxs tanıdığını bildirmişdir (cild 3, iş vərəqə 70-74). 05 fevral 2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı **********06599 və **********06607 imei kodlu mobil telefonun SMS, MMS bölmələrinə, ***-***-**-** nömrəsində olan “WhatsApp” internet şəbəkəsinə, şəkil bölmələrinə baxış keçirən zaman Təqsirləndirilən şəxsla müxtəlif mobil telefon nömrələri ilə “WhatsApp Web” proqramından qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslər arasında güclü təsir edən dərman preparatlarının dövriyyəsinə dair danışıq və yazışmaların olduğunu, bununla bağlı onların bir-birilərinə səs yazıları göndərdikləri müəyyən olunmuşdur (cild 3, iş vərəqə 86). 24 noyabr 2023-cü il tarixli 18571 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 3, iş vərəqə 87). 08 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 20 ədəd hər listdə 14 ədəd olmaqla ümumilikdə 280 ədəd üzərində “Alyse 150mg” sözləri yazılmış preqabalin tərkibli güclü təsiredici dərman pereparatları və 60 ədəd hər listdə 10 ədəd olmaqla ümumilikdə 600 ədəd üzərində “Tramadol” sözləri yazılmış tramadol tərkibli güclü təsiredici dərman pereparatları iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq miqdarı 598 ədəd təşkil edən üzərində “Tramadol 50 mg” sözləri yazılmış tramadol tərkibli güclü təsiredici dərman preparatı, qalıq miqdarı 278 ədəd təşkil edən üzərində “Alyse 150 mg” sözləri yazılmış preqabalin tərkibli güclü təsiredici dərman pereparatı saxlanılması üçün Bakı şəhər Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 3,iş vərəqə 88-117). 14 may 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a aid 4169 7388 2077 3400 nömrəli bank kartına xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində hesabda edilmiş mədaxil və məxaric əməliyyatları ilə bağlı "xxxx"dan daxil olmuş sənədlərə və bir ədəd gümüşü rəngli üzərində “Vebratim” sözləri yazılmış DVD formatlı diskə baxış keçirən zaman müəyyən olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a aid 4169 7388 2077 3400 nömrəli bank kartına 35 manat mədaxil olmuşdur. "xxxx"dan daxil olmuş gümüşü rəngli üzərində “Vebratim” sözləri yazılmış DVD formatlı diskə baxış keçirən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir (cild 4, iş vərəqə 85). 20 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qara rəngli parça materialdan olan əl çantası, bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd "xxxx"a aid “Birbank” kartı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Bakı şəhər Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrəsinə daxil olan və çıxan zəngləri, SMS-ləri əks etdirən 01 ədəd CD disk və Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 5, iş vərəqə 1-64). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 noyabr 2023-cü il tarixli tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 11 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına, Tərtər Hərbi Məhkəməsinin 27 mart 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqə 131-132, cild 3, iş vərəqə 135-137). Cianyət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2–ci maddəsində külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə və ya habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 №-li qərarının 9cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın Siyahıların 1-ci Siyahısının 13-cü bəndinə əsasən - təmiz halda 1,6 və daha artıq miqdarda metadon külli miqdar təşkil edir. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”nın(köhnə redaksiyada) 1-ci siyahısının 68-ci bəndinə əsasən – təmiz halda 5 (beş) qram və daha artıq çəkidə güclü təsir edən maddə preqabalin, 79-cu bəndinə əsasən təmiz halda 6 (altı) qram və daha artıq çəkidə güclü təsir edən maddə tramadol hidroxlorid külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışını həyata keçirtməməsi, heçkimə tramadol və preqabalin satmadığı, fiziki təzyiqə məruz qalması səbəblərindən ibtidai istintaq dövründə ertiraf edici ifadələr verməsi barədə məhkəmə iclasında qeyd etdiklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılan danışıqların məzmununu özündə əks etdirən CD disk məlumatları, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, əvvəla Şahid4 narkotik vasitə olan metadonun satılması ilə bağlı təqsirləndirilən şəxsə elan edilmiş ittiham barədə məhkəmə qeyd edir ki, sonuncu həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında ətrafdakı şəxslərdən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitməsini , özünün də narkotik vasitəni tutulmamışdan bir gün əvvəl Təqsirləndirilən şəxs aldığını bildirmiş, habelə barəsində aparılan cinayət işi üzrə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs qsimində verdiyi ifadələrdə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı həmin xüsusatları təsdiq etmişdir. Bundan başqa hələ Şahid4 haqqında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman üzərindən aşkar edilmiş metadonun Qulu adlı şəxsdən alması barədə məlumatı əsasında aprılmış əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ifşa edilmişdir. Təqsirləndirilən şəxs heç kimə narkotik vasitə satmaması barədə verdiyi ifadələri həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan +**********26 saylı telefon nömrəsi ilə güclü təsir edən maddələrin satışı ilə bağlı danışıqları özündə əks etdirən "xxxx" MMC-dən daxil olan CD disk məlumatları ilə təkzib edilmişdir. 15 noyabr 2023-cü il tarixdə tutulduqdan sonra barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilmiş güclü təsir edən maddələrin ona məxsus olmasını etiraf etməsi ilə bağlı ifadələri fiziki təzyiq altında verməsi ilə əlaqədar təqsirləndirilən şəxsin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı ifadələri üzrə aparılmış araşdırma üzrə qəbul edilmiş Bakı şəhəri Nizami rayon Prokurorluğunun 26 dekabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə verdiyi məlumatda qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarından görünür ki, o, nə Şahid4, nə də Şahid3 narkotik vasitələr satmasını etiraf etməsə də üzərindən aşkar edilən bütün dərman preparatlarının ona aid olmamasını mübahisələndirməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində fiziki təzyiqə məruz qalması üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bakı şəhəri Nizami rayon Prokurorluğunun 26 dekabr 2023-cü il tarixli qərarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin, o cümlədən şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar müəyyən edilmədiyindən onun üzərindən aşkar edilmiş güclü təsir edən maddələrin, yəni “Alyse 150 mg” və “Tramadol 50 mg” dərman preparatlarının sonuncuya məxsus olması işin mübahisəsiz halını təşkil edir. Məhkəmə belə nəticəyə gələrkən həmçinin o halı əsas götürür ki, hadisələr, o cümlədən, cinayət hadisələri təbiətdə və cəmiyyətdə yaratdığı izlərin əsasında müəyyən edilir. Hər bir iz birbaşa və ya dolayı sübutlarla müşayiət edilir ki, həmin sübutların məcmusu hadisənin baş vermə mexanizmi və şəraiti, onu törədən şəxslər barədə məlumat əldə edilməsinə xidmət göstərir. Başqa sözlə desək sübutların toplanılması ardıcıllığı adətən ilkin sübutların təqdim etdiyi məlumatların yoxlanılması ilə müəyyən edilir. Məhz sübutun mötəbərliliyi və kifayət etməsi də sübutların toplanılması ardıcıllığına riayət edilməsi ilə düz mütənasiblik təşkil edir. İş materiallarından da görünür ki, hazırkı iş üzrə ********* nömrəli cinayət işi ayrılmış, həmin təqsirləndirilən şəxslər isə barələrində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən birinin digəri barədə ifadələr verməsi yolu ilə ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmişlər. Belə ki, Təqsirləndirilən şəxs məhz Şahid4 şübhəli şəxs qismində tutularkən barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aşkar edilmiş narkotik vasitə metadonu aldığı şəxsin adının “Qulu” olmasına dair verdiyi əməliyyat məlumatı üzrə keçirilmiş tədbirlər nəticəsində ifşa edilmiş, Təqsirləndirilən şəxs isə barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində aşkar edilmiş dərman listlərini Əli adlı şəxsdən aldığını qeyd etmişdir. İbtidai istintaq orqanı tərəfindən məhz Təqsirləndirilən şəxs verdiyi məlumat üzrə 15 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş X36 isə barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs xatırlamadığı miqdarda dərman preparatlarını satdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə birlikdə Nizami rayonu Polis İdarəsinə birlikdə gətirilmiş Şahid3 barəsində ümumiyyətlə əməliyyat məlumatı olmamış, sonuncu Təqsirləndirilən şəxs tutularkən yanında olduğu üçün şübhəli şəxs kimi tutularaq şöbəyə gətirilmiş, həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən sonuncunun üzərindən aşkar edilmiş “Alyse 150 mg” adlı preqabalin tərkibli dərman preparatını Quludan 35 manata aldığını təsdiq etmiş, 15 noyabr 2021-ci il tarixli məhkəmə kimyəvi ekspertiza rəyinə əsasən xarici görünüş əlamətlərinə, tərkibindəki təsir edici maddələrin miqdarına görə Şahid3 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin tərkibi ilə eynilik təşkil etmişdir. Şahid3 istifadəsində olan +**********62 saylı mobil telefon nörməsi ilə aparılan danışıqlara dair məlumatlarla isə müəyyən edilmişdir ki, sonuncunun Təqsirləndirilən şəxsla aralarında müxtəlif tarixlərdə telefon əlaqəsi baş tutmuş, danışıqların məzmunu Şahid3 Təqsirləndirilən şəxs olduğu yer barədə məlumatlandırması, kənar şəxslərin onu qıraqdan müşahidə etməsindən narahat olması, Quluya səbəbi məlum olmayan hallara görə təşəkkür etməsindən ibarət olmuşdur. 23 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan +**********26 saylı nömrədən sonuncuya "xxxx" kartının hesab nömrəsini atmışdır. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 14 may 2024-cü il tarixli məktubu ilə həmin hesab nömrəsinin əks olunduğu kartın Təqsirləndirilən şəxs istifadəsində olması öz təsdiqini tapmış və müvafiq bank kartı vasitəsilə aparılmış əməliyyatlar haqqında təqdim edilmiş məlumatlara əsasən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"a aid 4169 7388 2077 3400 nömrəli bank kartına 35 manat mədaxil olması müəyyən edilmişdir ki, bu da Şahid3 barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində üzərindən aşkar edilmiş maddəni Təqsirləndirilən şəxs sonuncunun istifadəsində olan kart hesabına 35 manat məbləğində pul göndərməklə əldə etməsi məzmunda verdiyi ifadələrin mötəbər sübut kimi qəbul edilməsini şərtləndirir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində göstərilən cinayət əməli isə ağır cinayətdir. Qeyd olunan əməllər təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri və ictimai təlükəliliyini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 120), Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2023-cü iİ tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 15 noyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 2, iş vərəqə 80-82). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. 08 dekabr 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan tramadol qəbulu nəticəsində yaranan asıllıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 234-235). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq miqdarı 598 ədəd təşkil edən üzərində “Tramadol 50 mg” sözləri yazılmış tramadol tərkibli güclü təsiredici dərman preparatı, qalıq miqdarı 278 ədəd təşkil edən üzərində “Alyse 150 mg” sözləri yazılmış preqabalin tərkibli güclü təsiredici dərman preparatı və Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qara rəngli parça materialdan olan əl çantası məhv edilməli, bir ədəd “Redmi” markalı mobil telefon və bir ədəd "xxxx"a aid “Birbank” kartı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrəsinə daxil olan və çıxan zəngləri, SMS-ləri əks etdirən 01 ədəd CD disk və Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Cinayət işi materiallarına əlavə edilmiş Şahid4 barəsində çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli hökmü ilə 15 noyabr 2023-cü il tarixli məhkəmə kimyəvi ekspertizanın keçirilməsinə sərf edilmiş 65 manat ekspertiza xərcinin təqsirləndirilən şəxs tərəfindən tutularaq dövlət hesabına keçirilməsinə dair göstəriş verilmişdir. Bundan başqa 16 noyabr 2023-cü il tarixli məhkəmə kimyəvi ekspertiza rəyi həm Şahid3, həm Təqsirləndirilən şəxs, həm X36, həm də X4 barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində aşkar edilmiş dərman preparatlarına münasibətdə verildiyindən məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, müvafiq eskpertizanın həyata keçirilməsinə sərf edilmiş və təqsirləndirilən şəxsin payına düşən 28 (iyirmi səkkiz) manat 50 (əlli) qəpik məhkəmə xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, vərəq 219). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin hazırlıq iclası zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün tərəfindən həyata keçirilmişdir.Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 5(beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq 598 ədəd təşkil edən üzərində “Tramadol 50 mg” sözləri yazılmış tramadol tərkibli güclü təsiredici dərman preparatı, qalıq 278 ədəd təşkil edən üzərində “Alyse 150 mg” sözləri yazılmış preqabalin tərkibli güclü təsiredici dərman preparatı və Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qara rəngli parça materialdan olan əl çantası məhv edilsin; - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş bir ədəd “Redmi” markalı mobil telefon və bir ədəd "xxxx"a aid “Birbank” kartı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrələrinə daxil olan və çıxan zəngləri, SMS-ləri əks etdirən 01 ədəd CD disk və Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 28 (iyirmi səkkiz) manat 50 (əlli) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar