Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-342/2020 12.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsi ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə, kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə bitksi toxumlarını əldə edib, 2019-cu ilin aprel ayında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evinin həyətindəki 3 ədəd hər birinin ölçüsü 600 kv.m olan polietilen örtüklü istixanalarda əkmiş, aqrotexniki qaydada suvarıb qulluq göstərib qanunsuz olaraq külli miqdarda 7190 ədəd yaş vəziyyətdə ümumi çəkisi 1 ton 104 kq olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini kultivasiya etmiş, 13 iyun 2019-cu il tarixdə saat 14 radələrində Sabunçu RPl-nin 14-cü PB-nin əməkdaşları tərəfindən onun iştirakı və icazəsi ilə həmin bağ evinin həyətinə baxış keçirilərkən həmin miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxsona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü yaşadığı Maştağa qəsəbəsində Məmmədyarov dairəsi yaxınlığında göyərti, tərəvəz və balıq satışı ilə məşğul olmuşdur. Lakin alver pis getdiyi üçün fikirləşmişdir ki, torpaq sahəsi alaraq, tərəvəz əkib becərsin və sonra yetişdiridiyi məhsulun satışı ilə məşqul olsun. Təxminən 2019-cu ilin əvvəllərində «Südçülük» sovxozu ərazisində üzərində «satılır» sözləri və sahibinin telefon nömrəsi yazılmış ev görmüşdür. Həmin telefon nömrəsile əlaqə yaratmışdır. Telefona cavab verən şəxsə topaq sahəsinə baxmaq istədiyimi bildirmiş və bir neçə saatdan sonra onunla evin yanında görüşmüşdür. Evin sahibi Tahir adlı şəxslə içəri daxil olmuşdur. Həyətdə birmərtəbəli bir otaqdan ibarət tikli olmuş, həyətyanı sahə təxminən 3000 kv. metr idi. Həmin sahədə 3 ədəd polietilendən quraşdırılmış istixanalar var idi. İstixanaların olması onun üçün əlverişli olmuş, əlavə xərcə çəkmək lazım olmamışdır. Tahir torpaq sahəsini 64000 manata satdığını bildirmişdir. Həmin məbləğdə pulu olmadığı üçün ilk ödəniş kimi 27000 manat verə biləcəyini, qalan 37000 manatı isə bir neçə ay müddətinə ödəyə biləcəyini bildirmişdir. Tahir razılaşmışdır. Torpaq sahəsinə heç bir sənəd verilməmiş, alqı-satqı aparılmamışdır. Səbəbi torpaq sahəsinin pulunu tam ödəməməsi olmuşdur.Torpaq sahəsində və tikili evdə müxtəlif abadlaşma işləri aparmış, sökülmüş hasarları bərpa etmiş, hasarın hündürlüyüni artırmışdır. Həmin təmir-tikinti işlərinə təqribən 10.000 manat xərcəlmişdir. Həmin ərəfədə ona kimsə demişdir ki, çətənə bitkisinin toxumlarını əldə edib, əkib yetişdirmək olar. Həmin bitkiyə yaxşı baxılsa, tez bir zamanda məhsulunu yığıb, sonradan satışını təşkil etmək və satışında yaxşı gəlir əldə etmək olar. Bu məqsədlə həmin şəxsdən bir neçə çətənə bitkisinin toxumlarını əldə etmişdir. Həmin şəxsin adını, soyadını və digər anket məlumatlarını bilmir, görsə tanıya bilməz. Əldə etdiyi çətənə bitkisinin toxumlarını yeni əldə etmiş «Südçülük» sovxozu adlanan torpaq sahəsində olan parnikdə torpağa basdırmış, suvarmış, qulluq etmişdir. Çətənə bitkiləri yavaş-yavaş yetişmişdir.Bitkillər yaxşı inkişaf etməsi üçün İyun ayının 10dan sonra həmin kolları budamışdır. Budadığı budaqları və alaq otlarını istixananın qarşısına yığmışdır ki, quruyandan sonra yandırmaqla məhv etsin. Həmin budaqlar istifadəyə yararsız idilər. 13 iyun 2019-cu ildə günorta həmin evin qarşısına çıxmışdır. Bu vaxt dostu Şahinin gəldiyini görmüşdür. Şahin nə etdiyini soruşanda, bildirmişdir ki, həyətdə istixana var pomidor-xiyar əkmişdir. Şahin baxmaq istəyəndə hələ yetişmədiyini bilmiş və həyətə buraxmamışdır. Onunla söhbət edən zaman darvazanın qarşısında avtomobil dayanmışdır. Polis əməkdaşları yaxınlaşmış və özlərini təqdim etmişlər. Onlardan biri məlumat vermişdir ki, narkotik bikiiərin əkilməsi ilə bağlı tədbir keçirilir, bununla əlaqədar istixanalara və həyətyanı sahələrə baxış keçirilir, həyətdəki istixanalara baxmağa icazə istəmiş, vəkil tutmaq və dəvət etmək hüququnu izah etmişdir. Artıq ifşa olunduğunu başa düşüb razılıq vermişdir. Baxış zamanı həyətdə yerə yığdığı istifadəyə yararsız bitkiləri və istixanalarda əkdiyi çətənə bitkilərini aşkar etmişlər.Polis əməkdaşları əkilmiş çətənə bitkilərini köklərindən çıxardıb saymışlar və həmin bitkilərin sayı 7190 ədəd olmuşdur. Həyətə yığdığı və istixanadakı bitkiləri kisələrə qablaşdırmışlar. Bundan sonra protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, x9 Məhsulları İstehsalı müəssisəsində aqronom vəzifəsində işləyir. 13.06.2019-cu il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları- şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs məxsus evə baxış keçirilməsində mütəxəssis qismində iştirak etməyini xahiş etmişlər. O, rəhbərliyə məruzə edəndən sonra polis əməkdaşları ilə həyətə baxışda iştirakına icazə verilib. Bundan sonra o və polis əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs məxsus həyətə getmişlər. Polis əməkdaşları özlərini təqdim etmiş və həyətdə olan istixanalara baxış keçiriləcəyini demişlər. Baxışdan öncə Təqsirləndirilən şəxs yazılı ərizə verərək razı olduğunu bildirmişdir. Bundan sonra həyətdəki polietilen örtüklü 3 istixanaya baxış keçirilərkən istixanalarda cərgə ilə narkotik tərkibli çətənə bitkisinin əkilməsini görmüşlər. Həmin çətənə bitkiləri təxminən 7000 ədəd olub. Bitkilər müxtəlif ölçülərdə olub. Çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Bütün kollar çıxardılıb qablaşdırılaraq möhürlənmişdir. Çətənə bitkiləri “Qazel” markalı avtomaşına yüklənib aparılmışdır. Protokol tərtib olunub və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirib ki, satmaq məqsədi ilə çətənə bitkilərini özü əkib becərib. O da həmin bitkilərə dair aqronom rəyi tərtib etmişdir. Onun aqronom kimi rəy verməyə səlahiyyəti olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımayıb. 13.06.2019-cu il tarixdə «Xaş-xaş 2019» tədbirlər planına əsasən əməliyyat keçirilən zaman əməliyyat qrupunun rəhbəri Şahid5 Maştağa qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən istixanalara baxış keçirilərkən Südçülük sovxozu ərazisində yerləşən istixanada Təqsirləndirilən şəxs narkotik tərkibli çətən bitkisi əkib becərməsi barədə də məlumat daxil olduğunu bildirmişdir. Həmin tarixdə əməliyyat qrupu yaradılıb və əməliyyat qrupunun rəhbəri Şahid5, əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və təhqiqatçı Ramin Güləliyev, eləcə də mütəxəssis kimi dəvət olunmuş aqronom Şahid2la Təqsirləndirilən şəxs məxsus evə gəlmişlər. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra «Xaş-xaş 2019» tədbirlər planının yerinə yetirilməsi ilə əlaqədar istixanalara baxış keçirmələrini, onun da həyətyanı sahəsində quraşdırılmış istixanaya baxış keçirməli olduqları barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Həmin vaxt Şahid1 adlı şəxs də həyətin darvaza qapısı qarşısında dayanmışdır. Sorğu aparılarkən Şahid1 bildirib ki, Təqsirləndirilən şəxs dostudur. Bundan sonra həyətyanı sahəyə daxil olmuşlar. Lakin Şahid1 həyətə daxil olmayıb. Həyətdə birmərtəbəli, bir otaqlı ev olub. Həyətyanı sahədə 3 ədəd polietilendən quraşdırılmış istixanalar olub. İstixananın birinin qarşısında yerdə qurutmaq üçün yığılmış bitki aşkar olunmuşdur. Bundan sonra ardıcıl olaraq istixanalara daxil olmuşlar. Müəyyən olunub ki, istixanalarda narkotik tərkibli çətən bitkisi əkilmiş, bitkilərə qulluq edilmiş, yəni bitkilər suvarılmış, alaq olunmuşdur. Əkilmiş çətənə bitkiləri sayılıb və təxminən 20-100 sm. hündürlüyündə çoxlu- hazırda xatırlamadığı sayda çətənə kolu müəyyən olunmuşdur. Həmin çətənə kolları çıxarılaraq kisələrə qablaşdırılıb və möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirib ki, çətənə bitkilərini özü əkmiş, məqsədi bitkilər yetişdikdən sonra yarpaqlarını yığıb qurudaraq marixuana hazılayıb satmaq olmuşdur. Çətənə bitkilərini 3 ay əvvəl əkdiyini və həmin müddətdə qulluq etdiyini demişdir. Bu barədə protokol tərtib edilib, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs araşdırma aparılması üçün polis bölməsinə gətirilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, həmin vaxt bir neçə əməliyyat tədbirləri olduğundan hadisə ilə bağlı bütün detallar yadında qalmayıb. Hadisə vaxtı istintaqa ifadəsində hadisəni olduğu kimi deyib. Çətənə bitkisinin sayını dəqiq xatırlamasa da onu xatırlayır ki, həddindən artıq çox olub. Lakin bitkiləri orada tərəzidə çəkməmişlər. Baxış keçirilməsi ilə bağlı təqsirləndirilən şəxsdən ərizə alınıb. Sorğu zamanı orada olan Şahin adlı şəxs bildirib ki, Təqsirləndirilən şəxs həyətdə çətənə bitkisi əkilməsindən məlumatı olmayıb. Vüqar ona həyətdə pomidor-xiyar əkilməsini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 14-cü PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Maştağa qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən istixanada Təqsirləndirilən şəxs adlı şəxsin narkotik tərkibli çətənə bitkisi əkib-becərməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə etdikdən sonra, həmin dövrdə «Xaş-xaş 2019» tədbirlər planına əsasən Təqsirləndirilən şəxs məxsus torpaq sahəsində yerləşən istixanaya baxış keçirilməsi barədə qərar qəbul olunmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri o olmuşdur. Onlar 13.06.2019-cu il tarixdə əməliyyat qrupu ilə, həmçinin dəvət olunmuş aqronomla Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinə getmişlər. Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər. «Xaş-xaş 2019» tədbirlər planının yerinə yetirilməsi ilə əlaqədar istixanalara baxış keçirmələrini, onun da həyətyanı sahəsində quraşdırılmış istixanaya baxış keçirməli olduqları barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və bundan sonra əməliyyat qrupunun üzvləri Şahid3, Şahid4 və təhqiqatçı Ramin Güləliyev, eləcə də mütəxəssis kimi dəvət olunmuş aqronom Şahid2la həyətyanı sahəyə daxil olmuşlar. Həmçinin təqsirləndirilən şəxsin həyətyanı sahəsində qapının ağzında bir nəfər şəxsiyyəti ona sonradan məlum olan Şahid1 adlı bir nəfər dayanmış və həmin şəxs Vüqarın dostu olduğunu bildirmişdir. Sorğu zamanı Şahin Vüqarın istixanada narkotik təbiətli kollar əkib becərdiyni bilmədiyini demişdir. Həyətdə birmərtəbəli, bir otaqlı ev və 3 ədəd istixanalar olmuşdur. İstixananın birinin qarşısında 1 ədəd kisədə qurutmaq üçün yığılmış bitki aşkar olunub. Bundan sonra digər istixanalara daxil olduqda, müəyyən edilmişdir ki, istixanalarda narkotik tərkibli çətənə bitkisi əkilmişdir. Həçmin bitkilər alaq otundan təmizlənmiş, suvarılmış və onlara qulluq edilmişdir. Əkilmiş çətənə bitkiləri sayılmış və təxminən 20-100 sm hündürlüyündə təxminən 7190 ədəd çətənə kolu müəyyən olunmuşdur. Həmin çətənə kolları çıxardılaraq kisələrə qablaşdırılıb, möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirib ki, çətənə bitkilərini özü əkmiş, məqsədi bitkilər yetişdikdən sonra yarpaqlarını yığıb qurudaraq marixuana hazılayıb satmaq olmuşdur. Həmçinin həyətdə yerə sərilmiş bitki də aşkar olunmuşdur. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs araşdırma aparılması üçün polis bölməsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Kərim oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Belə ki, onlar bir məhəllədə yaşamışlar. Onunla münasibətləri yaxşı olub. Maştağa qəsəbəsi Məmmədyarov dairəsi yaxınlığında birgə köşk götürüb pomidor-xiyar, tərəvəz və balıq satmaqla məşğul olmuşlar. 2019-cu ilin mart ayının sonunda ziyana düşdükləri üçün həmin fəaliyyətlərini dayandırmışlar. 13 iyun 2019-cu ildə o, əmisigilə gedərkən, yolda evlərin birinin qarşısında Vüqarı görüb onunla görüşüb söhbət edərkən orada nə etdiyini soruşanda, Vüqar istixanada pomidor-xiyar əkdiyini bildirmişdir. O, istixanaya baxmaq istəyəndə Vüqar məhsulun hələ dəyməməsini deyib onu həyətə buraxmayıb. O, Vüqarla söhbət edərkən bir avtomobil gəlib onların yanında dayanaraq avtomobildən 4-5 nəfər düşüb və onlardan biri Vüqara polis əməkdaşları olduğunu bildirərək həyətə baxış keçiriləcəyini və istixana olub-olmamasını soruşanda Vüqar 3 istixana olduğunu demişdir. Polis əməkdaşları istixanalara baxış keçirməli olduqlarını bildirdikdə Vüqar etiraz etməyib və birlikdə həyətə daxil olmuşlar. Həyətdə 3 istixana quraşdırılmışdır. İstixanaların qarşısında polis əməkdaşları 1 ədəd kisəni və istixananın qarşısına yığılmiış bitkiləri görüblər. Sonra İstixanalara daxil olmuşlar. O da baxışda iştirak edib. Aqranom da olub. Aqronom istixanalara əkilmiş müxtəlif hündürlükdə kolların çətənə kolu olmasını bildirmişdir. İstixanalardakı çətənə bitkiləri sayılıb, təxminən 7000-dən çox kol olmuşdur. Həmin çətənə bitkiləri çıxarılıb kisələrə doldurumuş və protokol tərtib edilmişdir. Bundan sonra onu və Vüqarı polis bölməsinə aparıblar. Bir neçə saat PB-də növbətçi otağında gözlədikdən sonra onu evə buraxıblar. O, Vüqarın çətənə bitkisi əkməsini polis əməkdaşları gəlib əraziyə baxış keçirəndən sonra bilib. Həmin bitkilərin becərilməsində heç bir iştirakı olmayıb. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, heç vaxt təqsirləndirilən şəxsin narkotik vasitədən istifadə etməsini, satmasını eşitməyib. O, hadisə günü birinci dəfə imiş ki, həmin evin yanında təqsirləndirilən şəxslə rastlaşmışdır. Vüqarın həmin evi satın almasını da həmin gün bilib. Evi kimdən almasını da bilməyib. Onun Təqsirləndirilən şəxslə telefon danışıqları olub. Onun telefon nömrəsi ***-***-**-**, təqsirləndirilən şəxsin telefon nömrəsi isə ***-***-**-** olub. SMS yazışmalarının olubolmamasını xatırlamır, lakin “Whatsapp»-la danışmışlar. Hadisəyə qədər Vüqarın narkotik vasitə əkib-becərməsini bilməyib. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Maştağa qəsəbəsində Südçülük sovxozunda sənədlə 12 sot torpağı olub. Həmin torpaq sahəsi 1991-ci il tarixdə Südçülük sovxozu tərəfindən verilib və o, həmin torpaq sahəsini Bəhram adlı şəxsdən almışdır. Hazırda Bəhram adlı şəxsin harada olmasını, ünvanını və digər anket məlumatlarını bilmir. Həmin torpağa bitişik 18 sot da sənədsiz torpaq sahəsi var. Həmin torpaq sahəsini 2 metr 20 sm hündürlüyündə hasara alıb və və həmin torpaq sahəsində balaca bir otaq da tikmişdir. Həmin torpaq sahəsini əkib-becərmək üçün oğluna verib. Torpaq sahəsində parnik də olub. 2011-ci ildə oğlu rəhmətə gedəndən sonra orada heç nə əkilməyib. Sonradan Təqsirləndirilən şəxs həmkəndlisi Rəsul adlı şəxslə onun yanına gəlib həmin torpaq sahəsini almaq istədiyini bildirib və onlar 64.000 manata həmin torpaq sahəsini satmağa razılaşmışlar. Vüqar ona əvvəlcədən 27.000 manat pul vermiş, qalan 37.000 manat pulu isə sonra verəcəyini bildirmişdir. Bundan sonra darvazanın və torpaq sahəsində olan otağın açarlarını Vüqara verib. Təqsirləndirilən şəxs həmin torpaq sahəsində müxtəlif təmir-tikinti işləri aparmış, hasarın hündürlüyünü artırmışdır. Hadisədən sonra ona məlum olub ki, təqsirləndirilən şəxs torpaq sahəsində olan parniklərdə narkotik təbiətli bitkilər əkib becərmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə əkib-becərməsi, istifadə etməsi və satması barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 13 iyun 2019-cu il tarixli raportundan görünür ki, Sabunçu RPİ-nin “Xaş-xaş 2019” tədbirlər planına əsasən 13.06.2019-cu il tarixdə Maştağa qəsəbəsi, Südçülük sovxozu ünvansız bağ evində yerləşən istixanalara baxış keçirilməsi məqsədilə həmin əraziyə getdikdə həmin ünvanda olan bağ evinin ona məxsus olduğunu bildirən Təqsirləndirilən şəxs razılığı ilə bağda olan istixanaya baxış keçirilmiş və baxış zamanı 3 istixananın 3-də də narkotik vasitə olan “Marixuanaya” bənzər bitkilərin əkilməsi aşkar olunmuşdur. Cinayət işinin 8-10-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 iyun 2019-cu il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşlarında olan məlumata əsasən Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olması ilə əlaqədar Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz bağ evinə və evin həyətyanı sahəsinə baxış keçirilmiş və baxış zamanı həyətyanı sahədə hər birinin sahəsi 600 kv. m olan 3 ədəd istixananın qarşısında ağ rəngli kisədə qurudulmuş halda və həmin kisənin qarşısında təxminən 7 metr məsafədə qurudulmaq üçün düzülmüş marixuana bitkisinə oxşar hündürlüyü 20-100 sm və ümumi sayları isə 7190 ədəd olan bitkilər aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən bitkilərin narkotik tərkibli marixuana bitkisi olduqlarını və təxminən 3 ay bundan əvvəl satmaq məqsədilə əkdiyini bildirmişdir. Həmin bitkilər qablaşdırılaraq götürülmüşdür. Bağ evinə baxış zamanı isə qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar edilmədi.Baxış zamanı “İphone 6” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 11-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış x9 məhsullarının istehsalı müəssisəsinin aqronomu Şahid2 rəyindən görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış massivində yerləşən həyətyanı sahədən aşkar edilmiş 7190 ədəd narkotik tərkibli çətənə bitkilərinin hündürlükləri 20-100 sm (müxtəlif) olmaqla, onlara aqrotexniki qaydada qulluq edilmiş, suvarılmış və alaq olunmuşdur. Cinayət işinin 34-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2019-cu il tarixli 15433 №-li ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: -Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş...” yazısı və imzalar olan 01 (bir) ədəd ağ rəngli sintetik kisədəki nəm vəziyyətdə təmiz çəkisi – 5100 qram (5 kq 100 qram) olan bitki mənşəli kütlənin tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və o, narkotik vasitələrə aid deyildir. -Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş...” yazısı və imzalar olan 92 (doxsan iki) ədəd sintetik kisələrdəki ümumi sayı 7190 (yeddi min yüz doxsan) ədəd yaş vəziyyətdə ümumi çəkisi – 1 ton 104 kq olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. - Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin 86-87-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 avqust 2019-cu il tarixli videogörüntülərə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş CD diskə əsasən Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə polietilen örtüklü 3 ədəd istixananın olması, hər bir istixanada cərgə ilə bitki əkilməsi, bitkilərin müxtəlif ölçülərdə olması, istixanaların birinin qarşısına yığılmış eyni növlü bitkilərin olması, əkdiyi və yetişdirdiyi bitkilərin çətənə olmasını, özünün əkib yetişdirməsini etiraf etməsi müəyyən edilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan 23 iyul 2019-cu il tarixli “Maddi sübut kimi tanımaq barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş 7190 ədəd – 1 ton 104 kq yaş vəziyyətdə çətənə bitkisi maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin saxlanc yerinə məsul saxlanışa verilmişdir. Cinayət işinin 139-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 dekabr 2019-cu il tarixli telefonla ötürülən məlumatlara baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zəng və sms mətnlərinə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 155-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN Bakı Şəhər Sabunçu RPİ 14-cü Polis Bölməsindən daxil olmuş 18 dekabr 2019-cu il tarixli, 076- 10516-1219 №-li əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə qanunsuz narkotik tərkibli çətənə bitkisinin kultivasiya olunmasında əlbir olan şəxslərin, həmin bitki toxumlarını əldə etdiyi və torpaq sahəsini ona vermiş şəxsin kimliyi haqqında hər hansı bir məlumat müəyyən edilməmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən adı “çətənə növlü bitkilər” olan narkotik vasitənin 16 ədədi külli miqdar hesab edilir. Bundan başqa,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-ci il tarixli Qərarında göstərilmişdir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin İİİ Siyahısında Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri, çətənə növlü bitkilər; yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənələrin kolkosları; Azərbaycan Respublikasının ərazisində iqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan edilən kokain kolu və kat bitkisi aid edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. CM-nin 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlülüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. “Kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 157-ci vərəqəsində olan Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyindən daxil olmuş 19 dekabr 2019-cu il tarixli, 411 №-li məktuba əsasən Əliyev x8 qəsəbəsi, ünvan 1 qeydiyyatda olduğu müəyyən edilmişdir. Cinayət işinin 156-cı vərəqəsində olan Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilir. Cinayət işinin materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı x7 01 fevral 2008-ci ildə Goranboy ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Cinayət işinin 69-70-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və x2 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 94-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator x1 15 avqust 2019-cu il tarixli, 1947 №-li rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Əliyev x3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs müsbət səciyyələndirilməsini, həmçinin şəhid ailəsi olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 13 iyun 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 62-64-cü vərəqələrində olan olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 iyun 2019-cu il tarixli, 4 (008)-245/2019 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 iyun 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınan Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 7190 ədəd qablaşdırılmış vəziyyətdə çətənə kolu məhv edilməli, 1 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin aləti, həmçinin, dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia verilməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınan və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 7190 ədəd qablaşdırılmış vəziyyətdə çətənə kolu məhv edilsin, 1 ədəd CD diskin cinayət işi materillarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-342/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-342/2020
12.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver