Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-342/2021 18.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri: X20, X21, Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi5 və Müdafiəçi4 Mayil oğlunun iştirakı ilə açıq məhkəmə iclasında
1. xx xxxxxx 1981-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2007, 2008 və 2011-ci il təvəllüdlü uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İİ qrup əlil, Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 204-də qeydiyyatda olan və Cəlilabad şəhəri, Ə.Cavad küçəsində yerləşən yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə,
2. xx xxxxxxxx 1989-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2015 və 2017-ci il təvəllüdlü uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə,
3. xx xxxxxx 1977-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2000, 2002 və 2005-ci il təvəllüdlü uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri M.Hadi küçəsi ev 131-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə,
4. xx xxxx 1994-cu ildə Cəlilabad rayonun Svetlaya Zarya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonun Muğan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2 və 235.4.3-cü maddələri ilə,
5. xx xxxx 1984-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2016-cı il təvəllüdlü uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, D.Qorqud küçəsi, ev 11-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 9-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2 və 235.4.3-cü maddələri ilə,
6. xx xxxxx 1986-ci ildə Bərdə rayonunun Mollalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, 2009, 2010 və 2018-ci il təvəllüdlü uşaqları olan, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bərdə rayonunun Mollalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 235.4.2 və 235.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, şəxsiyyətləri istintaqa məlum olmayan “Mehdi”, “Abbas” və “Veysəl” adlı İran İslam Respublikasının vətəndaşları və qeyriləri ilə cinayət əlaqəsinə girərək qazanc əldə etmək niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satılması, həmçinin külli miqdarda narkotik vasitələrin dəyərini sonradan ödəmək şərtilə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli ölkə ərazisinə keçirilməsi barədə razılığa gələrək qrup üzvü Təqsirləndirilən şəxs3 aralarında olan vəzifə bölgüsünə əsasən 12 iyul 2019-cu il tarixdə qanuni yolla İİR-nın Biləsuvar şəhərinə gedərək orada ibtidai istintaqa məlum olmayan şəxslərlə görüşərək şərtləşdikləri narkotik vasitənin dəyəri ödənilənədək sonuncuların evində yaşamış, razılaşmaya əsasən istintaqla müəyyən edilməyən şəxslər istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdikləri 885,06 qram tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və şəraitdə İlR-dan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirib Azərbaycan Respublikasının ərazisinə daşıyaraq Astara- Bakı magistra| yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsindəki “31 ”-ci kilometr yazılan lövhənin yaxınlığında gizlədib saxlayaraq Təqsirləndirilən şəxs3 vasitəsilə bu barədə Təqsirləndirilən şəxs2la Etibar Məmmədova məlumatlandırdığından ikisi birlikdə 12 iyul 2019-cu il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ Priora” markalı B 7** EK *** rus dövlət qeydiyyat nişanlı avtomobil ilə Astara-Bakı magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində “31”-ci kilometr yazılan lövhənin altından bir ədəd sellofan bağlamada olan külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq Təqsirləndirilən şəxs1 yaşadığı Cəlilabad şəhəri Ə.Cavad küçəsindəki yeni massivdə yerləşən fərdi yaşayış evinin həyətinə gətirərək həmin narkotik vasitədən külli miqdarda, 304,210 qramını ayırıb satış məqsədi ilə qanunsuz olaraq E.Məmmdov yaşadığı evin həyətindəki “azbest” materialdan olan su borusunun içərisinə yerləşdirməklə gizlədərək saxlamış, bundan sonra narkotik vasitələrin 15500 manata satışını təşkil etmək üçün qabaqcadan razılaşdıqları tanışları Təqsirləndirilən şəxs4, X11 və Təqsirləndirilən şəxs6 yaşadığı evə dəvət etmiş, külli miqdarda narkotik vasitələrin alqı-satqısı zamanı sonuncular qabaqcadan əlbir olan bir qrup şəxs halında həyat və sağamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsilə külli miqdarda narkotik vasitəni dəyərini ödəmədən quldurluq yolu ilə talayıb aparacaqlarını əvvəlcədən planlaşdırdıqlarından 13 iyul 2019-cu il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs4 qalan 580,850 narkotik vasitə heroini dəyərini ödəmədən talayıb aparan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona mane olmaq istədikdə Təqsirləndirilən şəxs6 istintaqla müəyyən edilməyən tapança formalı predmeti Təqsirləndirilən şəxs1 baş nahiyəsinə dirəyib onu və həmin vaxt narkotik vasitənin satışında iştirakı olan Təqsirləndirilən şəxs2 zor tətbiq etməklə hədələyərək, həmin predmetin qundağı ilə Təqsirləndirilən şəxs1 baş və kürək nahiyələrinə vurmuş, Təqsirləndirilən şəxs1 aldığı zərbələrin təsirindən yerə yıxıldıqda Təqsirləndirilən şəxs6 onun baş və bədəninə yumruq və təpik zərbələri ilə vurmağa davam etdikdə narkotik vasitəni verməmək üçün yerdən qalxmaq istəyən zaman cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs5 istintaqla müəyyən edilməyən bıçağı boğaz nahiyəsinə dirəyib zor tətbiq etməklə hədələyib ona sol çiyin qurşağı, sol dirsək oynağı və sağ bazu nahiyəsində sıyrıqlar, sol kürək nahiyyəsində qançır əmələ gəlməsi ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirib həyat və ya sağlamlığı üçün təhlükəli zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə hədələyərək külli miqdarda narkotik vasitəni quldurluq yolu ilə talayıb aparmış, 16 iyul 2019-cu il tarixdə saat 19 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı razılığı əsasında öz iştirakı ilə yaşadığı evin həyətinə baxış keçirilən zaman həmin 304,210 qram narkotik vasitə heroin həyətdəki “azbest” materialından olan su borusunun içərisindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüş, RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı nəticəsində cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs5 21 iyul 2019-cu il tarixdə saxlanılaraq Cəlilabad RPŞ-nin İstintaq bölməsində istintaq olunan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulub həmin tarixdə saat 19 radələrində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilən zaman satış məqsədilə talayıb apardığı külli miqdarda 580, 850 qram narkotik vasitə heroin Təqsirləndirilən şəxs5 yaşadığı Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi E.Əzizov küçəsində yerləşən 9 saylı evin həyətindəki yardımçı tikilinin içərisində qara rəngli yun dərinin alt hissəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 qabaqcdan əlbir olub bir qrup şəxs təşkil edərək Cəlilabad şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli ölkə ərazisinə külli miqdarda narkotik vasitəni keçirdiyini bilərək, həmin şəxslərin həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri quldurluq yolu ilə talama barədə razılığa gəldikdən sonra 13 iyul 2019-cu il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs4 idarə etdiyi “VAZ-2121 Niva” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Cəlilabad şəhəri Ə.Cavad küçəsində yerləşən yeni yaşayış massivindəki fərdi yaşayış evinə gəlməklə, əvvəlcədən aralarında olan sövdələşməyə əsasən külli miqdarda narkotik vasitə heroini 15500 manata əldə edəcəkləri barədə razılaşdıqlarından Təqsirləndirilən şəxs1 bir ədəd bağlamada olan narkotik vasitə heroini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs4 həmin narkotik vasitəni götürərək pulunu ödəmədən həyəti tərk etdikdə Təqsirləndirilən şəxs1 buna öz iradını bildirdiyindən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs6 istintaqla müəyyən edilməyən tapança formalı predmetlə Təqsirləndirilən şəxs1 və həmin vaxtı narkotik vasitənin satışında iştirakçı olan sonuncunun tanışı Təqsirləndirilən şəxs2 zor tətbiq edəcəyi ilə hədələmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitənin talanıb aparılmaması üçün müqavimət göstərdikdə Təqsirləndirilən şəxs6 istifadə etdiyi tapança formalı predmetin dəstəyi ilə Təqsirləndirilən şəxs1 başına və kürək nahiyyəsinə ardıcıl zərbələr vurduğundan sonuncu aldığı zərbələrin təsirindən yerə yıxılmış, Təqsirləndirilən şəxs6 isə yumruq və təpiklə Ehtibar
Məmədovun bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq ona sol çiyin qurşağı, sol dirsək oynağı və sağ bazu nahiyyəsində sıyrıqlar, sol kürək nahiyyəsində qançır əmələ gəlməsi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, belə bir şəraitdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin talanıb aparılmaması üçün müqavimətini davam etdirdikdə o, istintaqla müəyyən edilməyən bıçağı sonuncunun boğazına dirəməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək tərpənməməyini tapşırdıqdan sonra külli miqdarda narkotik vasitəni heroini quldurluq yolu ilə talayaraq birlikdə Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ-2121 Niva markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməklə hadisə yerindən uzaqlaşmış, 21 iyul 2019-cu il tarixdə Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qrupun digər üzvü Təqsirləndirilən şəxs5 yaxalanaraq Cəlilabad RPŞ-nin İstintaq bölməsində istintaq olunan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulub həmin tarixdə saat 19 radələrində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilən zaman satış məqsədilə talayıb apardıqları külli miqdarda 580,850 qram narkotik vasitə heroin Təqsirləndirilən şəxs5 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, E.Əzizov küçəsində yerləşən 9 saylı evin həyətindəki yardımçı tikilinin içərisində qara rəngli yun dərinin alt hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Mirzəağa Əzizovu yaşadığı Cəlilabad şəhər sakinləri kimi tanıyır. Təqsirləndirilən şəxs6 isə tanımır. Təxminən saxlanılmamışdan bir ay əvvəl Təqsirləndirilən şəxs4 və digər şəxslərlə Cəlilabadda «Basqal» kimi tanınan bir kafedə oturduğu zaman Qismət ona narkotik vasitə olan heroin təşkil etməyi xahiş etmişdir. Həmin görüşdə Təqsirləndirilən şəxs5 da olmuşdur. Lakin o, kənarda oturmuş, söhbətdə iştirak etməmişdir. Orada Qismətə söz vermişdir ki, iranlı tanışları vasitəsi ilə narkotiki Azərbaycana qanunsuz gətizdirməklə ona satacaqdır. 2019-cu ilin iyun ayında Təqsirləndirilən şəxs3 İrana getmiş, iranlılar demişlər ki, narkotiki pul veriləndən sonra verə bilərlər. Əyyubun pulu olmadığı üçün iş alınmamış və o, İrandan qayıdanda narkotik vasitəsi gətirməmişdir. Bu səbəbdən Qismətə də narkotik vasitə verə bilməmişdir. Bundan bir neçə gün sonra isə Cəlilabad RPŞ-nin əməkdaşları onu şöbəyə dəvət edərək ona bildirmişlər ki, Qismətə İrandan narkotik vasitə gətizdirib satmaq istəməsindən, lakin bu işin alınmamasından məlumatları vardır. Orada olan polis əməkdaşlarından Nəbi, rəis müavini Rövşən Quliyev tələb etmişlər ki, o, onların saxta əməliyyatlarını təsdiq etsin, onların onun həyətindəki su borusunun içərisinə əvvəlcədən qoyduqları narkotik vasitə heroini öz üzərinə götürsün, narkotiki Rəşad və Əyyubla birlikdə Azərbaycana gətizdirdiyini etiraf etsin, narkotikin bir qismini Qismətə və sonuncunun tanışları olan Mirzağa ilə Nurlana satmasını boynuna götürsün. Yəqin ki, bu tədbir polislərə iş görüntüsü yaratmaq məqsədilə lazımmış. Onlarla əməkdaşlıq etməkdən imtina etdikdə şöbədə öz xidməti otağında Nəbi adlı əməliyyatçı taxta parçası ilə onu döymüşdür. Orada olan digər əməkdaş, şöbənin rəis müavini Rövşən Quliyev təpiklə vurub sol gözünü çıxarmış, alışqanla dabanlarını yandırmışlar. R.Quliyev demişdir ki, həyətinə narkotik vasitəsi qoyacaqlar, işgəncələrə dözməyərək onların tələbi ilə razılaşmış, bundan sonra polis əməkdaşları olan Ceyhun və Nəbi həyətinə gedərək su borusunun içinə heroin qoymuş, sonra isə onu öz həyətinə apararaq telefon vasitəsilə çəkiliş aparmaqla dindirməyə çalışmışlar ki, o, su borusunun içində özünə məxsus narkotik vasitə gizlətdiyini desin. İki dəfə bu sözü deməkdən imtina etmiş, lakin üçüncü dəfə məcburiyyət qarşısında demişdir. Rəşad, Əyyub, Qismət, Mirzağa və Nurlanın barəsində heç bir ifşaedici ifadələr verməmişdir. Onların barəsində müstəntiq saxta ifadələr onun adından yazaraq ona imza etdirmişlər. Tərtib olunmuş protokola da o məcbur qalıb imza atmışdır. Ona verilmiş ittihamdan müəyyən olunur ki, guya o, 12 iyul 2019-cu il tarixdə günorta saatlarında Rəşadın maşını ilə Əyyubu Biləsuvar gömrük məntəqəsinə aparıb İrana yola salmışlar. Əyyub da elə həmin gün İranlının telefonu ilə vatsap sosial şəbəkəsi vasitəsilə Rəşada zəng edərək Lənkəran şəhərindən Astara şəhərinə gedən magistral yolun geri qayıtdıqda 31 -ci kilometrlik yazılan plakatın 3 metr aşağısında selofanda bir kiloqram narkotik olduğunu və hənin yerdən narkotiki götürməyi demiş, ona görə də onun Rəşadla birlikdə həmin yerə gedərək bir ədəd yapışqan lentlə bağlanmış bağlamada olan narkotik vasitə heroini götürərək yaşadığı evə gətirməsi göstərilmişdir. Halbuki, o, həmin gün bacısı qızının toyunda olmuş, Rəşadla heç yerə getməmiş, narkotiki götürüb evinə aparmamışdır. O, özünü yalnız Qismətə narkotik vasitəsi satmağa cəhd etməkdə təqsirli bilir və bu məsələ alınmadığı üçün Qismətə heç bir şey satmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir, həmin ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayının əvvəllərində narkotik vasitə qəbul etməyə başlamışdır. Belə ki, narkotik vasitə heroini papirosa doldurmaqla tüstüsünü qəbul etmişdir. Cəlilabad şəhər M.Hadi küçəsində yaşayan Ağaxanın oğlu Əyyubu, həmçinin Cəlilabad şəhəri Vaqif küçəsində yaşayan Balazahirin oğlu Rəşadı tanıyır. Onların hər ikisi ilə normal münasibəti vardır. O, əvvəllər M.Hadi küçəsində yaşayanda Əyyubla və Rəşadla yaxın qonşu olmuşdur. Onlarla aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Rəşad Cəlilabad rayon yanğından mühafizə hisəsində işləməklə Priora markalı sonu 159 rus dövlət qeydiyyat nişanlı avtomobili vardır. 2019-cu ilin iyul ayının əvvəllərində Eyyubla və Rəşadı Cəlilabad şəhəri M.Hadi küçəsində görmüşdür. Hənin vaxt onlarla görüşdükdən sonra söhbət zamanı Əyyub varlanmağın yolları haqqında danışmışdır. Əyyub ona və Rəşada təklif etmişdir ki, İrandan olan narkotik alverçisi ilə tanış olmuşdur. Bir kiloqram narkotik vasitə heroin alan müştəri tapa bilsələr, narkotiki satdıqdan sonra Rəşad və onun hərəsinə 500 manat pul verəcəkdir. Əyyub bu haqda ona dedikdən sonra tanışı Təqsirləndirilən şəxs4 narkotik almaq istəməsi yadına düşmüşdür. Belə ki, 2019-cu ilin iyun ayının əvəllərində Əli adlı tanışı vasitəsi ilə Cəlilabad şəhəri ərazisində yerləşən Basqal kafesində Miri və Qismət adlı şəxslərlə görüşmüş, həmin şəxslər narkotik vasitə olan heroin əldə etmək istədiklərini bildirmişlər. O isə onlara bu işlə məşğul olmadığını bildirmişdir. O özünün istifadə etdiyi ***-***-**-** mobil nömrədən Qismətin sonu 82-84-lə bitən sim nömrəsinə zəng edərək narkotik vasitə satan şəxs tapdığı barədə demişdir. Qismət ona bildirmişdir ki, narkotik vasitə əldə etdikdən sonra ona xəbər edər və pulu ödəyib narkotik vasitəni götürər. Qismət narkotiki vasitə heroinin bir kiloqramını 15000 manata alacağını demişdir. O, bu barədə Əyyuba demiş, Əyyub isə 15500 manata satacağını bildirmişdir. Hənin vaxtı Qismətlə bir kiloqram narkotik vasitə herioini 15500 manata alqı-satqı barədə razılığa gəlmişlər. Bundan sonra Əyyub narkotik vasitəni alacağı İran vətəndaşları Mehdi və Abbas adlı şəxslərlə əlaqə saxlayıb bir kiloqram narkotik vasitə istəmişdir. Nə Əyyubda nə Rəşadda və nə də ki, onda narkotikin pulunu, yəni İranlıya çatacaq pulu nağd ödəmək üçün imkan olmadığına görə iranlılar narkotikin pulunu çatdırana qədər bir nəfəri zamin (girov) kimi göndərməyi bildirmişlər. Əyyub əvvəlcə ona təklif etmişdir ki, o, girov kimi İrana gedib orada qalsın və pulu aldıqdan sonra qayıdar. Lakin o, İrana gedib girov kimi qalmağa razı olmamışdır. Əyyub bu barədə Rəşada təklif etdikdən sonra Rəşad razılığa gəlmişdir. 10 iyul 2019-cu il tarixdə Rəşad Biləsuvar gömrüyündən keçərək İrana getmişdir. Lakin narkotik vasitəni almaq barədə Əyyubun razılığa gəldikləri İranlılar narkotik vasitə göndərmədiyinə görə, Rəşad qalmayıb geri qayıtmışdır. 11 iyul 2019-cu il tarixdə Rəşad yenidən İrana getsə də bu səfər də narkotik vasitə göndərməmişdirlər. Ona görə də Rəşad yenə də qayıdıb gəlmişdir. Rəşad hənin vaxtı Abas, Mehdi və Veysəl adlı iranlıların onu qarşıladığını və onların iki mərtəbəli villasında qaldığını demişdir. Rəşad gündəlik olaraq işə gedib-gəldiyindən daha İrana gedə bilməyəcəyini demişdir. Ona görə də 12 iyul 2019-cu il tarixdə Əyyub irandan zəng gəldiyini və buna görə də İrana getməli olduğunu demişdir. Hənin günü günorta saatlarında Rəşadın maşını ilə Əyyubu Biləsuvar gömrük məntəqəsinə aparıb İrana yola salmışlar. Həmin günü günorta saatlarında Əyyub iranlının telefonu ilə vatsap sosial şəbəkəsi vasitəsilə Rəşada zəng edərək Lənkəran şəhərindən Astara şəhərinə gedən magistral yolun geri qayıtdıqda 31- ci kilometrlik yazılan plakatın 3 metr aşağısında selofanda bir kiloqram narkotik olduğunu və hənin yerdən narkotiki götürməyi demişdir. Ona görə də o, Rəşadla birlikdə ona məxsus olan Priora markalı avtomobil ilə Lənkəran şəhərinə gedib 31-ci km yazılan plakatın yaxınlığına getmişlər. Plakatın ətrafına baxan zaman bir ədəd yapışqan lentlə bağlanmış bağlamada olan narkotik vasitə heroini görmüş və götürərək avtomobilin salonunda oturduğu qabaq sol oturacağın aşağısına ayaq altına qoymuşdur. Hənin vaxtda Əyyubla vatsap sosial şəbəkəsi vasitəsilə danışaraq narkotiki götürdüyünü demişlər. Bundan sonra birlikdə Cəlilabad rayonuna onun yaşadığı evə gəlmişlər. O, hənin bağlamanı yaşadığı evin bayır tərəfində yerləşən təndirin içərisində gizlətmişdir. Bundan sonra o, istifadə etdiyi mobil telefondan Qismətlə əlaqə saxlayıb narkotik vasitəni əldə etdiyini demişdir. Qismət ona narkotik vasitəni gəlib götürəcəyini demişdir. Rəşad getdikdən sonra o, narkotik vasitəni təndirdə gizlətdiyi yerdən çıxarıb bir qədər götürüb bir ədəd sellofan büküm də sellofan bükülüyə qoymuşdur ki, gələcəkdə özü üçün istifadə edər. Bundan sonra hənin bükülünü evinin həyətində olan azbest su borusunun içərisində gizlətmişdir. Qalan narkotik vasitəni isə yenidən təndirin içərisində gizlətmişdir. Həmin gün Rəşd ona rayonda olan toya aparmış, toy qurtardıqdan sonra Rəşad onu evinə gətirmişdir. Həmin günü, yəni 12 iyul 2020-ci il tarixdə axşam saat 24 radələrində Qismət zəng edərək evinin qarşısında yolda olduğunu bildirmişdir. Hənin vaxt Rəşad da onunla birlikdə evdə olmuşdur. Qisməti evə dəvət etmişdir. Qismət Rəşadı görəndə gəlmək istəmədiyinə görə o, Rəşadı qardaşı kimi təqdim etmişdir. Bundan sonra həyətdə Rəşadla Qismətlə birlikdə stol arxasında oturmuşlar. O, isə təndirdə gizlətdiyi narkotik vasitəni gətirərək sellofanın yapışqan lentini açıb narkotiki Qismətə göstərmişdir. Qismət hənin narkotik vasitədən bir qədər qəbul edib bəyəndiyini bildirmişdir. Qismət iki saata pulu götürüb gələcəyini demişdir. Hənin vaxtı o, narkotik vasitəni sellofanda təndirin içərisində gizlətmişdir. Həmin gecə yəni 13 iyul 2019-cu il tarixdə saat 02 radələrində Qismət zəng edərək evinin qarşısında olduğunu bildirmişdir. O, Rəşadla birlikdə evdən çıxıb daravazanin qarşısında Qismətlə görüşmüşdür. Hənin vaxt Qismət özünə məxsus olan Niva markalı avtomobil ilə gəlmişdir. Hənin vaxt Qismətdən başqa əvvəlcədən gördüyü Miri adlı şəxs olmuşdur. Hənin vaxt onlarla görüşmüşdür. Qismət Mirinin də narkotikə baxmaq istədiyini demişdir. Ona görə də həyətə keçmişlər. Əvvəlcə Qismət onun ardınca isə Miri adlı şəxs həyətə keçmişdir. Həmin vaxtı Qismətin yanında Miri adlı şəxsin əlindəki sellofanda çoxlu ABŞ dollarları pul olmasını görmüşdür. O, darvazadan çölə çıxıb təndiri gizlətdiyi yerdən narkotik vasitə olan bağlamanı götürüb gəlmişdir. Hamamin içində işiğın altında narkotikə baxdıqdan sonra Miri də narkotiki bəyəndiyini bildirmişdir. Bundan sonra birlikdə keçib həyətdəki stol arxasında oturmuşlar. Stol arxasında oturan zaman Qismət qəfildən durub hamama tərəf keçib narkotik vasitəni götürüb darvazadan çölə çıxmaq istəmişdir. O, onun arxasınca durmuşdur ki, Qismətin hara getdiyini görsün. O, Qismətin arxamca daravazaya tərəf gedən zaman bir nəfər darvazanın qarşısında dayanıb əlindəki silahı başına dirəmişdir ki, “tərpənmə əgər tərpənsən səni öldürəcəm”. O, başa düşmüşdür ki, Qismətgil planlı şəkildə gələrək narkotikin pulunu ödəməyərək narkotiki oğurlayıb getmək istəyirmişlər. O, Qismətdən narkotiki qaytarmasını dedikdə hənin şəxsin narkotikin ona verilməyəcəyini bildirmişdir. Həmin vaxtı Qismət artıq narkotiki götürüb maşına əyləşib maşını işlək vəziyyətə gətirmişdi. O, müqavimət göstərən zaman həmin tanımadığı şəxs əlindəki tapançanın qundağı ilə onun başına və kürəyinə vurmuş və o yerə yıxılmışdır. Yerdə olan zaman həmin şəxs onu yumruq və təpik zərbələri ilə vururmuş. Buna baxmayaraq o, Qismətin narkotiki vasitəni aparmaması üçün ayağa qalxmaq istəyən zaman Miri bıçağı boğazına dirəyərək tərpənməməyini demişdir. Qismət maşına oturduqdan sonra Nivanın o biri qapısını açıq qoymuşdur. Ona görə də Miri və tanımadığı digər şəxs də qaçaraq maşına əyləşmişlər. Bundan sonra Qismət avtomobili sürüb oradan uzaqlaşmışlar. Həmin ifadəsini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsini həqiqi ifadə kimi qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 yaşadığı Cəlilabad şəhəri, Əhməd Cavad küçəsində yerləşən fərdi yaşayış evin həyətinə baxış keçirilməsi əks olunmuş CD diskə baxış keçirilmiş, diskdə əks olunan görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları axtarış qabağı, axtarış zamanı və axtarışdan sonra Təqsirləndirilən şəxs1la davranış və prosedur qaydalarını pozmamış, ona qarşı fiziki zor və təzyiqlər etməmiş, Təqsirləndirilən şəxs1 könüllü olaraq gizlətdiyi narkotik vasitəsini təqdim etmiş, həmçinin cinayət əməlinin digər iştirakçılarını bildirməklə ifşa etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli biməyərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Cəlilabad şəhər sakinləri kimi tanıyır. Onların hər ikisi ilə əvvəllər normal münasibəti olmuş, qonşularıdır. Digər təqsirləndirilən şəxsləri heç vaxt görməmiş və tanımır. O, Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon X18 Bölməsində 2013-cü ildən Daxili Xidmət baş çavuşu rütbəsində yanğınsöndürən kimi xidmətə qəbul olunmuş, 2015-ci ildən isə Cəlilabad rayon X18 Bölməsində kadrlar üzrə kiçik inspektor vəzifəsində xidmət etmişdir. 12 iyul 2019-cu ildə özünə məxsus “VAZ Priora” markalı B 7** EK *** rus dövlət qeydiyyat nişanlı avtomobillə X13 şəhərinə dəniz kənarına istirahətə getmiş, dənizdən Etibargilə gəlmiş, həyətlərində oturub çay içmişlər. Sonra Ehtibarın xahişi ilə onu ailəsi ilə birlikdə Cəlilabada toya aparmış, toydan sonra isə onu evlərinə qaytarıb gətirmiş və yaşadığı evə getmişdir. Qeyd etmək istəyir ki, 12 iyul 2019-cu il tarixdə Ehtibarla Lənkərana dənizə getdikdə və dənizdən qayıtdıqda yolda maşını saxlamamış, heç kimi maşına götürməmiş, Ehtibar yolda düşüb hər hansı bir əhya ilə maşına qayıdıb minməmişdir. Maşınında narkotik vasitə daşımamış, narkotik vasitələrin istifadəçisi deyildir, həmçinin narkotik vasitələrin alış- verişi ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs3 isə uzun müddət Rusiyada yaşamış, hadisədən 10-15 gün əvvəl 2019-cu ildə vətənə qayıtmış, onun təklifi ilə hadisədən əvvəl İrana ərzaq almaq üçün getmiş, Əyyub isə özünə paltar almışdır. Bir daha Əyyubu istintaq zamanı Cəlilabad RPŞ-də görmüşdür. 16 iyul 2019-cu il tarixdə Cəlilabad rayon X18 bölməsində xidmətdə olmuş, işçilərin davamiyyət kitabına imza etmiş, xidmətdən sonra evinə getmiş və 17iyul 2019-cu il tarixdə Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Orada ona izah etmişlər ki, Təqsirləndirilən şəxs1 ifadəsinə əsasən saxlanılmışdır. Belə ki, Ehtibarın evində narkotik vasitə aşkar edilmiş və Ehtibar bildirmişdir ki, həmin narkotik vasitəsini 12 iyul 2019-cu il tarixdə onun maşını ilə Astara-Bakı magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsindəki “31”-ci kilometr yazılan lövhənin yaxınlığına gedib lövhənin yanından narkotik vasitəni götürüb onun idarə etdiyi maşınla Cəlilabada öz evinə qayıtmışdır. Ehtibar həmçinin narkotik vasitəni İrandan Təqsirləndirilən şəxs3 tərəfindən göndərildiyini göstərmiş, Əyyub da Ehtibarın ifadəsi ilə həbs olumuşdur. Müstəntiq ona söz vermişdir ki, məsələni araşdırıb onu buraxacaq və 3 ədəd ağ kağıza qol çəkdirmişdir. Ona orada heç bir təzyiq olmamışdır. Sadəcə olaraq müstəntiqin sözünə inanıb ağ kağıza qol çəkdirmişdir. Saxlanılan zaman onun rəisi Daxili Xidmət polkovnik-leytenantı X9 şöbəyə gələrək ondan 10 iyul 2019-cu il tarixdə öz istəyi ilə işdən çıxması barədə ərizə almışdır. Bir daha bildirmək istəyir ki, o, axırıncı dəfə xidmətə 16 iyul 2019-cu il tarixdə çıxmış, xidmətə çıxdıqda davamiyyət kitabına öz soyadının qarşısında imza atmış, həmin kitaba baxış keçirilməsini tələb edir. Ona ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edildi. Həmin ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır. Onların hər ikisi ilə əvvəllər normal münasibəti olmuşdur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2019-cu ildə iyul ayının əvvəllərində Ehtibar və Əyyubla birlikdə söhbət zamanı Əyyub ona bildirmişdir ki, onu avtomobili ilə Biləsuvar şəhərinə aparsın. Əyyub oradan da İran islam Respublikasına gedəcəyini demişdir. Əyyubla razılaşmışdır. Bundan sonra Ehtibarla birlikdə Əyyubu Biləsuvar rayonuna gömrük postuna aparmışdır. Əyyubdan nə səbəbə İrana getməsinin səbəbini soruşduqda Əyyub İranda işi olduğunu və ərzaq alacağını bildirmişdir. Əyyub maşından düşdükdən sonra Ehtibar ona bildirmişdir ki, onu Lənkəran şəhərinə aparsın. Ehtibardan nə məqsədlə Lənkərana getməsinin səbəbini soruşduqda Ehtibar Lənkəran şəhərində işi olduğunu bildirərək onu apardığına görə ona yol haqqı da verəcəyini bildirmişdir. Bundan sonra birlikdə Lənkəran şəhərinə getmişlər. Lənkəran şəhərinə çatdıqdan sonra Ehtibar yol kənarında “31”-ci km yazılan lövhənin yanında avtomobili saxladığını bildirmişdir. Ehtihar ona bildirmişdir ki, qarşı tərəfdən olan körpünün yaninda geriyə istiqamətdə fırlanıb həmin yerdən onu götürsün. Ona görə də Ehtibarın dediyi kimi fırlanaraq həmin yerə gəlmişdir. Bundan sonra Ehtibar avtomobilə əyləşmişdir. Ehtibardan nə səbəbə həmin yerə gəldiyini soruşduqda ona bildirmişdir ki, bir nəfər şəxslə orada görüşməli olsa da həmin şəxs gəlməmişdir. Bundan sonra birlikdə Cəlilabad şəhərinə gəlmişdir. Ehtibarı qapılarında düşürtmüşdür. Ehtibara bildirmişdir ki, yol haqqını versin. Ehtibar ona birlikdə həyətdə çay içməklərini və sonra getməsini bildirmişdir. Ona görə də mən Ehtibarın həyətində avtomobili saxlayıb maşından düşmüşdür. Təxminən yarım saat sonra sonradan tanıdığı Qismət və Mirzağa adlı şəxslər həyətə gəlmişdir. Onlar təxminən 15-20 metr aralıda öz aralarında söhbət etmişdir. Onlar söhbət etdikdən sonra Qismət və Mirzağa çıxıb getmişdir. Onlar getdikdən sonra Ehtibar ona bildirmişdir ki, Lənkərandan gələn zaman avtomobildə narkotik vasitə gətirmişdir. O, Ehtibarın narkotik vasitəni Lənkəran şəhərindən götürən zaman və avtomobilə mindikdə onun əlində narkotik vasitə və ya hər hansı bir bağlama olmasını görmədiyini göstərmişdir. Ehtibar həmin narkotik vasitəni satıb yol haqqını verəcəyini, lakin narkotiki almağa gələn Qismət və Mirzağa adlı şəxslərin narkotikin pulunu iki üç gün sonra verəcəyini dediklərinə görə onun pulunu verə bilməyəcəyini bildirmişdir. Ona görə də Ehtibarın evindən çıxmışdır. Ehtibar ona bildirmişdir ki, bu barədə heç kimə heç nə deməsin. Bir-iki gün ərzində onun pulunu verəcəkdir. Ona görə də Ehtibarla qonşu olduğuna və gələcəkdə ona hər hansı bir xətər yetirə biləcəyini fikirləşdiyimə görə polis orqanlarına bu barədə məlumat verməmişdir. Bu hadisədən bir neçə gün sonra 17 iyul 2019-cu il tarixdə polis əməkdaşları onu Cəlilabad şəhəri ərazisində saxlayaraq polisə gətirmişdir. Polis şöbəsinə gəldikdən sonra ona məlum olmuşdur ki, polis əməkdaşları Ehtibarı tutublar. Həmin vaxtı məlum olmuşdur ki, Ehtibar narkotik vasitə satışı ilə məşğul olduğuna görə polislər tərəfindən saxlanılmış və o da adını çəkmişdir ki, narkotik vasitəni Lənkəran şəhərindən onun avtomobilində gətirmişdir. X24 şəhərindən narkotik vasitə götürməyini görmədiyini və onun narkotik vasitə gətirmək üçün Lənkəran şəhərinə getməsini bilmədiyini göstərmişdir. Əgər bunu bildiyi halda Ehtibarla birlikdə heç vaxt Lənkəran şəhərinə getməyəcəyini göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü təqsirli biməyərək ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini olmaqla digər təqsirləndirilən şəxslər Etibar Məmmədov, Təqsirləndirilən şəxs2, Mirzəağa Əzizov və Təqsirləndirilən şəxs4 Cəlilabad şəhər sakinləri kimi tanıyır, Təqsirləndirilən şəxs6 isə tanımamışdır. Əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs1 onun qonşusudur. O, 2014-ü ildən 2019-cu ilin may ayına qədər Rusiya Federasiyası Barnaul şəhərində yaşayıb işləmişdir. 21 may 2019-cu il tarixdə Cəlilabad rayonuna qayıtmışdır. O, narkotik vasitələrin heç bir növündən heç vaxt istifadə etməmiş, Rəşadın Cəlilabad rayon yanğından mühafizə bölməsində işləməsini, istifadəsində Priora markalı avtomobilin olmasını bilir, Ehtibarın isə nə işlə məşğul olması haqqında məlumatı olmamışdır. Cəlilabadda olan müddətdə Ehtibar və Rəşadla tanış kimi ünsiyyət saxlamış, lakin tanışlıqları narkotik vasitələrin istifadəsi və yaxud əldə edilməsi ilə bağlı olmamışdır. 12 iyul 2019-cu il tarixdə paltar almaq məqsədilə Biləsuvar gömrük məntəqəsindən keçərək irana getmiş, İranın Biləsuvar şəhərində Ehtibarın tanışı olan bir iranlı ilə görüşmüş, narkotik vasitələrin Azərbaycana gətirilməsi barədə iranlı ilə, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digər təqsirləndirilən şəxslərlə danışıqları olmamış, İrandan qayıtdıqdan sonra polis əməkdaşları onu saxlayaraq şöbəyə gətirmiş, orada bildirmişlər ki, Təqsirləndirilən şəxs1 onun əleyhinə ifadə vermiş, orada onu incidərək döymüşlər, onu döyən isə polis rəisi Rövşən olmuşdur. Təzyiq altında ibtidai araşdırma zamanı guya narkotik vasitələrin İrandan Azərbaycana gətirilməsi üçün orada danışıqlar aparması barədə həqiqətə uyğun olmayan ifadə vermişdir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildi. Həmin ifadəsində göstərmişdir ki, Cəlilabad şəhəri Məhəmməd Hadi küçəsi ev 31-də birlikdə yaşayır. O, 2014-cu ilin fevral ayından Rusiya Federasiyasının Altayski kray Barnaul şəhərində yaşamış və orada işləmişdir. Belə ki, hər il vətənə qayıdıb bir-iki ay qaldıqdan sonra yenidən Rusiyaya qayıtmışdır. 21 may 2019-cu il tarixdə Cəlilabad rayonuna qayıtmışdır. O, narkotik vasitələrin heç bir növündən heç vaxt istifadə etməmişdir. Cəlilabad şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır.Onların hər ikisi ilə yaxın münasibəti var. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Rəşad Cəlilabad rayon yanğından mühafizə bölməsində işləyir. Rəşadın rus nömrəsi ilə Priora markalı avtomobili vardır. Ehtibar isə hər hansı bir işlə məşğul olması haqqında məlumatı yoxdur. Ehtibarın narkotik vasitələrdən istifadə etməsini bilir. 10 iyul 2019-cu il tarixdə Ehtibarla və Rəşadla birlikdə küçədə olmuşdur. Həmin vaxt söhbətləri kasıbçılıqdan düşmüşdür. O, Ehtibara evini satmaq istədiyini və sata bilmədiyini deyərək Rusiyaya qayıdıb getmək üçün yol pulunun belə olmadığını demişdir. Ehtibar ona bildirmişdir ki, onun İran İslam Respublikasında tanışları vardır. Həmin tanışları vasitəsilə irandan narkotik vasitələr gətirdib Azərbaycanda sata bilər. Ehtibar narkotik almaq üçün müştəri də olduğunu, lakin, bir nəfər şəxsin girov kimi İrana gedib narkotikin pulu verilənə qədər İranda qalmalı olduğunu demişdir. Ehtibar ona bildirmişdir ki, narkotikin pulu verilənə qədər girov kimi İranda qalmağa razı olsa ona 1000 manat pul verə bilər. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün Ehtibarla razılaşmışdır. Ehtibar ona bildirmişdir ki, İrana gedib narkotikin pulu çatan qədər girov qalmalıdır. Ona görə də Rəşad və Ehtibar 12 iyul 2019-cu il tarixdə onu Biləsuvar gömrük məntəqəsinə aparıb İrana yola salmışlar. İranın Biləsuvar şəhərində Ehtibarın tanışları olan sonradan adlarını bildiyi Abbas, Mehdi və Veysəl adlı şəxslər onu qarşılamışlar. Bundan sonra həmin şəxslər onu ikimərtəbəli bir evə aparıb orada otağa salıb qapısını bağlamışlar. Həmin vaxtı iranlılar Ehtibarla danışıb narkotik vasitənin Lənkəran şəhərində magisral yolda 31 kilometr yazılan plakatın altında olduğunu və oradan götürməyi demişdirlər. Bir neçə saat keçdikdən sonra Mehdi sevincək halda gələrək hər şeyin yaxşı olduğunu və Ehtibarın narkotiki götürdüyünü demişdir. Bundan sonra Abbas, Mehdi və Veysəl onu kafeyə aparmışlar və birlikdə yeyib spirtli içki qəbul etmişlər. Həmin günü gecə saat 03 radələrində Ehtibar vatsapla Veysəl ilə əlaqə saxlayaraq narkotiki alan adamların tapança çıxararaq hədə-qorxu gələrək onu döydüklərini və narkotiki götürüb pulunu vermədən apardıqlarını demişdirlər. Bundan sonra özü də Ehtibarla danışmış, Ehtibar ona da bildirmişdir ki, həqiqətən də narkotiki onu döyərək əlindən alıb aparıblar. Ehtibar vatsap vasitəsilə özünün döyülmüş vəziyyətdə olan şəkillərini, həmçinin onu hədələdikləri tapançanın darağını iranlı Veysəlin mobil telefonuna göndərmişdir ki, ona tam inansınlar. Hal- hazırda yalnız məhəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 elan edilmiş ittiham üzrə özünü təqsirli biməyərək ifadəsində göstərmişdir ki, ona verilmiş ittihamla razı deyildir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6la birlikdə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 evində olmamış, ona zor tətbiq etməklə və hədə-qorxu gəlməklə narkotik vasitə almamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Onu polis şöbəsində döyüblər və guya 2019-cu ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs5la birlikdə Cəlilabad şəhəri ərazisində yerləşən Basqal kafesində Təqsirləndirilən şəxs1la görüşməsi, Etibarın İrandan narkotik vasitələr gətizdirib satışı ilə məşğul olması, həmin vaxtı Etibarla Mirinin öz aralarında narkotik vasitələrin alqı-satqısı barədə danışmaları, Etibarın narkotik vasitə olan heroin təşkil edəcəyi və bir kiloqramını 15000 manata satmasını, 12 iyul 2019-cu il tarixdə isə axşam saatlarında Təqsirləndirilən şəxs5 və sonuncunun dostu Təqsirləndirilən şəxs6la birlikdə idarə etdiyi Niva markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Etibarın evinə getməsi orada Ehtibardan zor tətbiq etməklə içində narkotik vasitə olan bağlamanı götürüb aparması, birlikdə Bakı şəhərinə getmələri, orada Təqsirləndirilən şəxs5 narkotik vasitə olan bağlamanı da özü ilə götürməsi barədə ifadələr vermişdir. Bu ifadələri polislər ondan döyərək almışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edildi, həmin ifadəsində göstərmişdir ki, Cəlilabad rayonun Muğan kəndində ailəsi ilə birlikdə yaşamışdır. Kənd təsərrüfatı məhsullarının alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs5 təxminən 6 ay olar ki, tanıyır. Belə ki, Mirzağa əslən Cəlilabad rayonundan olsa da hal-hazırda Bakı şəhərində yaşayır. Mirzağa ilə yaxın münasibəti vardır. O, Mirzağanı Miri kimi tanımışdır. 2019-cu ilin iyul ayının əvvəllərində Mirzağa ona zəng edərək Cəlilabd şəhəri ərazisində yerləşən Basqal kafesinə gəlməyini demişdir. O, Basqal kafesində olan zaman sonradan adını bildiyi Etibar adlı şəxslə tanış olmuşdur. Etibar Cəlilabad rayonun Petrovka qəsəbəsindən olmasını öyrənmişdir. Həmin vaxtı Mirinin deməsindən ona məlum olmuşdur ki, Etibar İrandan narkotik vasitələr gətizdirib satışı ilə məşğul olur. Həmin vaxtı Etibar Miri jlə öz aralarında narkotik vasitələrin alqı-satqısı barədə danışırmışlar. Miri Etibara narkotik vasitə heroin gətizdirmək istəyirmiş. Həmin vaxtı Etibarla Mirinin narkotik vasitə heroin satışı ilə bağlı söhbətləri alınmamışdır. Bundan sonra Etibarla bu barədə danışığı olmamışdır. Lakin Etibar tez-tez zəng edərək narkotik vasitə heroin təşkil edəcəyini və bir kiloqram narkotiki 15000 manata satacağını demişdir. Miri də Etibarla razılaşmışdır. 12 iyul 2019-cu il tarixdə axşam saatlarında Etibar ona zəng edərək İrandan 1 kilo narkotik vasitə heroin gətizdirdiyini və gəlib narkotik vasitəyə baxmağını demişdir. Ona görə də o, idarə etdiyim Niva markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Etibarın yaşadığı evə getmişdir. Həmin vaxtı Etibar onu həyətdə qarşılamışdır. Etibardan başqa həyətdə bir nəfər sonradan adını bildiyi Rəşad adlı şəxs də olmuşdur. Etibar həmin şəxsi ona qardaşı kimi təqdim etmişdir. Bundan sonra Etibar bir ədəd bağlamada olan narkotik vasitə heroini ona göstərmişdir. O, narkotiki açıb bir-iki tüstü qəbul edərək Etibara bəyəndiyini demiş və bir qədər sonra gəlib götürəcəyini demişdir. Bundan sonra o, Miri ilə əlaqə saxlayaraq Etibarın narkotik gətizdirdiyini bildirmişdir. Miri ilə Cəlilabad şəhərində görüşmüşdür. Həmin vaxtı Mirzağanın yanında Nurlan adlı dostu da olmuşdur. O, Nurlanı bir neçə dəfə Mirzağanın yanında görmüşdür. Görüşdükdən sonra aralarında razılığa gəlmişdirlər ki, Etibardan narkotik vasitə heroin əldə etdikdən sonra pulunu vermədən narkotiki götürüb aradan çıxacaqlar. Bundan sonra onun idarə etdiyi Niva markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Etibarın evinə getmişdirlər. O, avtomobili idarə edirmiş. Miri qabaq oturacaqda Nurlan isə arxa oturacaqda oturmuşdur. Etibarın evinə çatdıqdan sonra maşından düşüb həyətə keçmişlər. Həmin vaxtı Rəşad adlı şəxs də Etibarın evində olmuşdur. O, Miri ilə birlikdə həyətə keçmişdir. Etibara narkotiki almaq üçün gəldiyini demişdir. Etibar həyətə çıxıb bir ədəd bağlamada narkotik vasitə heroin gətirib hamama keçmişdir. Bundan sonra birlikdə hamama keçib işiqda narkotik vasitə heroinə baxmışlar. Daha sonra birlikdə bayıra çıxmışlar. Bayıra çıxıb stol arxasına oturan zaman o, narkotik vasitəni stolun üstündən götürüb darvazaya sarı getmişdir. Həmin vaxtı Etibar narkotiki hara aparmağını deyirmiş. O, həyətə çıxdıqdan sonra Etibarın narkotiki almaq üçün arxasınca gəldiyinə görə o, narkotiki vasitə olan bağlamanı yerə atmışdır. Həmin vaxtı Miri həmin bağlamanı götürüb maşına oturmuşdur. Bundan sonra Nurlan da avtomobilə əyləşmişdir. O, avtomobili idarə edib Etibarın evindən uzaqlaşmışlar. Daha sonra Cəlilabad şəhəri ərazisinə gəlmişlər. Cəlilabad şəhəri ərazisində avtovağzalın yaxınlığında Miri və Nurlan avtomobildən düşmüşdürlər. Mirigil ona məxsus VAZ-2107 markalı avtomobilə əyləşib Bakı şəhərinə getmişdirlər. Maşından düşən zaman Mirzağa narkotik vasitə olan bağlamanı da özü ilə götürmüşdür. Bu hadisənin səhəri gün tanımadığı bir nömrədən ona zəng gəlmişdir. Zəng edən şəxs Əyyub adlı şəxs olduğunu deyərək Etibarın əldə etdiyi narkotiki vasitəyə görə Etibarın onu İranda girovluqda qoyduğunu deyərək narkotik vasitəni qaytarmağı demişdir. O, da Əyyuba bildirmişdir ki, Etibar onu necə İranda girovluqda qoyubsa özü də öz məsələsini həll edib onu girovluqdan qurtarsın. Bu hadisədən bir neçə gün sonra 21 iyul 2019-cu il tarixdə Cəlilabad rayon polis şöbəsinin əməkdaşları onu tutaraq polisə gətirmişdirlər. Həmin vaxtı polis əməkdaşları onun üzərinə baxış keçirsələr də heç bir narkotik vasitə aşkar olunmamışdır. Ona məlum olmuşdur ki, polislər Etibarı tutublar. Etibar da ifadəsində narkotik vasitəni onun Mirinin və Nurlanın onun əlindən aldığını demişdir. O, da hadisə barədə səmimi ifadə verərək narkotik vasitəni Etibarın əlindən aldığını bildirmişdir. Ehtibar yalan ifadə verib. Nə o, nə Mirzağa nə də ki, Nurlan Ehtibara qarşı heç bir zor göstərməmişlər. Ona tapança çıxarmamışlar, nə də ki, bıçaqla hədələməmişlər. Həmin narkotiki o, götürüb sakitcə bayıra çıxmışdır. Daha sonra Etibar onun arxasınca gəldiyinə görə o, narkotiki yerə atmışdır. Bundan sonra Mirzağa narkotik vasitə heroin olan bağlamanı götürüb maşına oturmuşdur. Bundan sonra birlikdə oradan uzaqlaşmışlar. Ehtibarın həmin xəsarətləri hansı şəraitdə almasını bilmir. Nə o, nə Mirzağa, nə də ki, Nurlan Etibarı döyüb xəsarət yetirməmişlər. Onun narkotik vasitəni satmaq və ya kiməsə vermək niyyəti olmayıb. Həmçinin həmin narkotik vasitədən istifadə etməyəcəkdir. Sadəcə narkotik vasitəni Etibarın əlindən almaq istəmişlər. Qeyd etdiyi kimi həmin narkotik vasitəni Etibardan aldıqdan sonra Cəlilabad şəhəri ərazisinə gəlmişlər. Bundan sonra Miri həmin narkotik vasitəni özü ilə götürüb Bakı şəhərinə getmişdir. Həmin narkotik vasitədən bir qram da olsun belə götürməmişdir. Hazırda məhkəmədə verdiyi ifadəsinin həqiqi ifadə kimi qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs6la birlikdə maşın alqı-satqısı ilə məşğuldurlar. Nurlanla birlikdə Cəlilabada maşın aparmış, lakin Təqsirləndirilən şəxs1 evində olmamışlar. Ondan narkotik vasitə almamışlar, ümumiyyətlə, belə bir hadisə olmamışdır. Onu polis əməkdaşları 2019cu ilin iyun 21-də saxlayaraq döymüşlər, yaşadığı Səbail rayonundakı evinə gətirib yardımçı tikilinin içindən sarı şeyi qaldırıb oradan içində narkotik olan torbanı onlara təqdim etməsini istəmişlər. Əks halda, evində olan bütün qadın qohumlarını Cəlilabad RPŞ-nə aparacaqları ilə hədələmişlər. Evində narkotik vasitə olmamış, həmin vasitələri polis əməkdaşları özləri onun evinə yerləşdirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edildi, həmin ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayının əvvəllərində Etibarla narkotik vasitələrin alqı satqısı ilə bağlı razılığa gəlmişdir. 12 iyul 2019-cu il tarixdə dostu Nurlanla birlikdə Bakı şəhərindən Cəlilabad rayonuna gəlirmiş. Həmin vaxtı ona məxsus olan VAZ-2107 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlirmiş. Həmin günü Qismətlə görüşən zaman X25 1 kilo narkotik vasitə heroin gətizdirdiyini və narkotik vasitəni 15000 manata satdığını deyərək onunla razılaşdığını və narkotik vasitəyə gedib baxdığını demişdir. Həmin vaxtı Qismətlə razılığa gəlmişdir ki, Ehtibarla görüşüb narkotikin pulunu sonradan vermək şərti ilə narkotiki ondan alsınlar. Bundan sonra təxminən gecə saat 02 radələrində Qismət və Nurlan birlikdə Etibarın yaşadığı evə getmişdir. Həmin vaxtı Niva markalı avtomobili Qismət idarə edirmiş. O, həmin vaxtı qabaq oturacaqda Nurlan isə arxa oturacaqda oturmuşdur. Etibarın evinə çatdıqdan sonra Qismətlə birlikdə avtomobildən düşmüşdür. Nurlan isə avtomobildə qalmışdır. Həmin vaxtı həyətdə sonradan adı ona məlum Rəşad adlı başqa bir şəxs də olmuşdur. Ehtibar həmin şəxsi qardaşı kimi təqdim etmişdir. Bundan sonra hamısı birlikdə həyətə keçmişdir. Həyətdə olduqdan sonra Ehtibar həyətə darvazasından çölə çıxmışdır. Az keçmiş Ehtibar əlində bir ədəd sellofan bağlamada geri qaydıb hamama girmişdir. Hamamda olan zaman Ehtibar sellofan bağlamanı açmışdır. Bağlamanın içərisinə baxan zaman tünd qəhvəyi rəngli, kəskin iyə malik kütlə olmasını görmüşdür. Bundan sonra Ehtibar bağlamanı bağlamış və birlikdə həyətə çıxmışlar. Həyətdə stol arxasında oturduqdan sonra Ehtibarla razılaşmışlar ki, narkotikin pulunu iki gün ərzində ona çatdıracaqlar. Ehtibar da onlarla razılaşmışdır. Bundan sonra Qismət narkotik bağlamasını götürüb həyətə çıxmışdır. O da onun arxasınca çıxmışdır. Həmin vaxtı Ehtibar da arxalarınca çıxıb onları yola salmışdır. Bundan sonra maşına əyləşib oradan uzaqlaşmışlar. Qismət onları Cəlilabad şəhərində Avtovağzalın yaxınlığına avtomobilinin olduğu yerə gətirmişdir. Bundan sonra o, Nurlanla birlikdə Qismətin maşınından düşüb öz avtomobilinə əyləşmişdir. Narkotik vasitə olan bağlamanı avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərində Bayıl qəsəbəsində Nurlanı düşürtmüşdür. Bundan sonra isə öz evinə getmişdir. Həmin narkotik vasitə olan bağlamanı yaşadığı evin həyətindəki yardımçı tikilinin içərisində gizlətmişdir. Bu hadisədən bir neçə gün sonra ona məlum olmuşdur ki, Ehtibarı polis əməkdaşları tutublar. 21 iyul 2019-cu il tarixdə Cəlilabad rayon polis şöbəsinin əməkdaşları onu polisə gətirmişlər. Bundan sonra həmin günü polis əməkdaşları ilə birlikdə ifadəsinin yerində yoxlanılmasından ötrü Bakı şəhərinə yaşadığı evə getmişlər. Evinin həyətindəki yardımçı tikilidə gizlətdiyi narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə polis işçiləri tərəfindən qablaşdırılaraq götürülmüşdür. Həmin vaxtı polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmışdır. Məhkəmədən onun ibtidai istintaq zamanı verdiyi ifadələri nəzərə almamağı xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 iyul 2019cu il tarixdə dostları Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4la Qismətin idarə etdiyi maşınla Cəlilabad rayonuna getmiş, orada kafelərin birində Mirzağa Təqsirləndirilən şəxs1la görüşmüş, onlar söhbət etmişlər, lakin o, onlardan aralı oturduğu üçün söhbətlərini eşitməmişdir. Bundan sonra həmin gün yenə üçü birlikdə Ehtibarın yaşadığı evin yanına getmişlər. O və Qismət maşında oturub yatmışlar, Mirzağa isə Ehtibarın həyətinə keçmişdir. X14 arasında baş vermiş söhbətlərdən xəbəri olmamışdır. Onda heç bir silah, bıçaq və tapança olmamıış, belə bir əşyalar Ehtibara qarşı tətbiq etməişdir. Mirzağa qayıtdıqdan sonra Bakı şəhərinə qayıtmışlar, lakin Mirzağanın əlində hər hansı bir torba görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, ona zor tətbiq etməklə həmin ifadələri almışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edildi, həmin ifadəsində göstərmişdir ki, Bərdə rayonun Mollalı kəndində doğulmuşdur. 2003-cü ildən Bakı şəhərinə köçmüş və ailəsi ilə birlikdə Bakı şəhərində yaşamışdır. Belə ki, o, Səbayıl rayonu Bayıl qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs5 təxminən iki-üç il olar ki, tanıyır. Onunla yaxın dostluq münasibətləri vardır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Bir-birilərinin evinə ailəvi gediş gəlişləri vardır. Belə ki, o, ailə üzvləri ilə Mirzağanın evinə Mirzağa isə ailəsi ilə onların evinə gedib gəlmişdir. Mirzağanın əslən Cəlilabad rayonundan olmasını bilir. 2017-ci ilin may ayında Hacıqabul rayonu ərazisində yol nəqliyyat hadisəsi törədərək bir nəfər piyadanı vurmuşdur. Həmin vaxtı piyada az ağır dərəcəli bədən xəsarəti almışdır. Buna görə barəsində cinayət işi başlanmış və həmin cinayət işi Hacıqabul rayon məhkəməsinə göndərilmişdir. Hacıqabul rayon məhkəməsi 2018-ci ilin yanvar ayının 9-da onu Azərbaycan Respublikasının 263-1.2-ci maddəsi ilə təqsirli bilərək 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Belə ki, cəzasını Goranboy rayonunda yerləşən 10 saylı məntəqə tipli cəzaçəkmə müəssəsində çəkirmiş. Belə ki, cəzaçəkmə müəssəsində bir həftə olduqdan sonra cəzaçəkmə müəssəsindən buraxılmışdır. Bundan sonra da Bakı şəhərində yaşamağa davam etmişdir. Qismət adlı şəxsi Mirzağanın dostu kimi tanımışdır. Qismətin Cəlilabad rayonundan olmasını bilsə də dəqiq hansı kənddən olması barədə məlumatı olmamışdır. Qismətin Niva markalı avtomobil idarə etdiyini bilirmiş. Belə ki, o, Qisməti bir dəfə Bakı şəhərində bir dəfə isə Cəlilabad rayonunda olduğu zaman görmüşdür. Həmin vaxtı Qismət Niva markalı avtomobili idarə edirmiş. 12 iyul 2019-cu il tarixdə Mirzağa ilə Bakı şəhərində görüşmüşdür. Mirzağanın VAZ-2107 markalı 10 - 993 dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Mirzağa ona bildirmişdir ki, avtomobilin karobkası xarab olmuşdur. Onunla birlikdə Cəlilabad rayonuna gedib maşının karobkasını düzəldib gəlsinlər. Mirzağa dostu olduğuna görə ona etiraz etməmişdir. Mirzağa ilə birlikdə onun avtomobili ilə Cəlilabad rayonuna gəlmişlər. Artıq gecə saatlarında Cəlilbad rayonuna çatmışdırlar. Mirzağa avtomobilini Cəlilabad şəhərində avtovağzalın yaxınlığında saxlamışdır. İHəmin vaxtı Mirzağanın dostu Qismət adlı oğlan Niva markalı avtomobil ilə gələrək onları qarşılamışdır. Bundan sonra o, Mirzağa ilə birlikdə Qismətin avtomobilinə əyləşmişlər. Belə ki, o, avtomobildə arxa oturacaqda, Mirzağa isə qabaq oturacaqda əyləşmişdir. Qismət də avtomobili idarə edirmiş. Yolda gəldikləri zaman Qismət bir neçə dəfə avtomobili saxlayıb avtomobildən düşərək kiminləsə söhbət edirmiş. Bundan sonra yenidən maşına oturub hərəkət etməyə başlamışdır. Gecə saatlarında Qismət avtomobili hansısa tanımadığı bir yerə sürüb maşını saxlamışdır. Bundan sonra Qismət və Mirzağa avtomobildən düşmüşdürlər. O, isə maşında qalmışdır. Qismət və Mirzağa avtomobildən düşdükdən sonra qaranlıqda yoxa çıxmışlar. O, maşından düşüb onların arxasınca baxsa da görə bilməmişdir. Ona görə də o, yenidən maşına oturmuşdur. Təxminən 10-15 dəqiqə sonra Mirzağa və Qismət tələm-tələsik gələrək avtomobilə əyləşmişlər. Belə ki, Qismət sükan arxasında Mirzağa isə qabaq oturacaqda əyləşmişdir. Qismət avtomobili sürətlə idarə edərək həmin yerdən uzaqlaşmışdır. O, onlardan nə baş verdiyini, niyə görə həyəcanlı olduqlarını soruşmuşdur. Lakin Qismət və Mirzağa hər şeyin qaydasında olduğunu bildirmişlər. Bundan sonra Qismət avtomobili idarə edərək onları Mirzağanın avtomobilin yanına gətirmişdir. O və Mirzağa avtomobildən düşmüşlər. O, Mirzağanın avtomobilində oturmuşdur. Qismət isə Mirzağa ilə birlikdə bir xeyli söhbət etmişdirlər. Bir qədər sonra Mirzağa gəlib avtomobilə əyləşmişdir. Qismət isə öz avtomobilini idarə edərək uzaqlaşıb getmişdir. Bundan sonra Mirzağa avtomobil idarə edərək Bakı şəhərinə qayıtmışdır. O, Mirzağadan Cəlilabad rayonuna avtomobilin karobkasını düzəltdirmək üçün gəldiyini, nə səbəbə maşını düzəldirmədiyini soruşduqda Mirzağa ona işinin olduğunu ona görə sonra qayıdacağını bildirmişdir. Bakı şəhərində onu öz evlərində düşürmüşdür. Özü isə çıxıb getmişdir. Bu hadisədən bir neçə gün sonra ona məlum olmuşdur ki, Mirzağa Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyəsi ilə məşğul olduğuna görə tutulmuşdur. 21 iyul 2019-cu il tarixdə Mirzağanın övladının ad günü olduğuna görə o, arvadını və uşaqlarım Mirzağanın evinə aparmışdır. Özü işə Mrzağanın evində qalmamışdır. Axşam saatlarında ailə üzvləri özləri evə qayıtmışdılar. O evə gəldikdən sonra arvadı Şahbazova Aynurə ona bildirmişdir ki, Mirzağanın evində olduqları vaxt Cəlilabad rayon polis şöbəsinin bir neçə əməkdaşı Mirzağanı qandal ilə evlərinə gətirmişdir. Mirzağanın həyətində yerləşən tikilidən narkotik vasitə aşkar edib Mirzağa ilə birlikdə aparmışlar. Bundan bir iki gün sonra isə xəbərlərə baxan zaman Mirzağa və Qismətin Cəlilabad rayonu ərazisində bir nəfər şəxsi döyərək ondan narkotik vasitə alıb apardıqlarını, buna görə də polis əməkdaşları tərəfindən həbs olunduğunu görmüşdür. Bu hadisədən bir neçə vaxt sonra cəza çəkdiyi müəssəsidən ona zəng edərək barəsində axtarış olduğunu bildirərək onun təcili Goranboya rayonuna məntəqəyə qayıtmağını bildirmişdirlər. Ona görə də cəzaçəkmə müəssəsinə geri qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad RPŞ-nin CAB-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 iyul 2019-cu il tarixdə Cəlilabad şəhəri Ə.Cavad küçəsində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə və istifadə etməsi, həmçinin satış məqsədilə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, RPŞ-nin rəhbərliyinin təxirəsalınmadan əməliyyataxtarış tədbiri keçirilməsi barədə qərarı əsasında onun, RPŞ-nin TB-nin təhqiqatçısı X6, CAB-nin əməliyyat müvəkkili Şahid4, CAB-nin əməliyyat müvəkkili Şahid2, İTB-nin polis nəfəri Şahid5 iştirakları ilə əməliyyat qrupu təşkil edilmiş, bundan sonra o, Şahid4, Şahid2 və Şahid5 maşınla Təqsirləndirilən şəxs1 yaşadığı Cəlilabad şəhəri Ə.Cavad küçəsinə getmiş, orada gizli müşahidə mövqeyi seçib, əməliyyat müşahidəsinə başlamışlar. Təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında küçədə görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat alaldıqlarını deyərək birlikdə Cəlilabad RPŞ-nə getməli olduğunu izah etmişlər və sonuncu ilə birlikdə Cəlilabad RPŞ-nə gəlmişlər. X19 xidməti otağında sənədləşmə işləri aparılmış, Cəlilabad rayon vəkil bürosunun vəkili Əmişov Elşad İbaduHa oğlu müdafiəçi qismində dəvət olunmuş, X19 onların yanında «SAMSUNQ» markalı telefonla videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 təklif etmişdir ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 özündə qadağan olunmuş əşya və predmet olmadığını bildirmiş, onun üzərinə baxış keçirilmiş, lakin qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs1 könüllü və heç bir təzyiq olmadan bildirmişdir ki, Ə.Cavad küçəsindəki yaşadığı evin həyətində «azbes» borunun içərisində bir büküm narkotik vasitə olan heroin vardır. Sonuncu həmin heroini təqdim etmək istədiyini bildirdiyi üçün tədbir iştirakçıları Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun yaşadığı evin qarşısına getmiş, orada Təqsirləndirilən şəxs1 təklifi ilə sonuncunun həyətinə keçmiş, Təqsirləndirilən şəxs1 razılığı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxışdan öncə Təqsirləndirilən şəxs1 tanışı Əyyub adlı şəxsin İran İslam Respublikasına gedərək Abas adlı şəxslə tanış olduqdan sonra onun vasitəsilə oradan narkotik vasitə heroini Lənkəran şəhərinə göndərdiyini və başqa bir tanışı Rəşad adlı şəxslə birlikdə Lənkəran şəhərinə gedərək təxminən 1 kiloqram narkotik vasitə heroini götürərək yaşadığı evə gətirdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitədən bir qədərini Miri və Qismət adlı şəxslərin onun yaşadığı evə gələrək döydükdən sonra ələ keçirib apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 özü istifadə etməsi üçün həmin narotik vasitədən bir qədərini götürdüyünü və həyətindəki azbest borusunun içərisində gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 həyətindəki qum topasının yanında qlan «azbes» borunun içərisinə əlini salıb, bir ədəd şəffaf sellofanı çıxarıb təqdim edərək sellofanın içərisində şəxsi istifadəsi üçün heroin olduğunu bildirmişdir. Bütün bu hallar saniyəbə saniyə çəkilişə alınmış, həmin çəkilişə dair CD disk istintaq orqanına təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin şəffaf sellofan büküm açıldıqda içərisində qəhvəyimtil rəngli, tozşəklilli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilərək zərfə qoyulub qablaşdırılmış və DİN-nin zərflər üçün 141 №-li möhürü ilə möhürlənmişdir. Həmçinin X19 tərəfindən müvafiq protokol tərtib edilmiş, protokolun doğru olmasını bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs1 İmzaları ilə təsdiq etmişlər. Tədbirin davamı olaraq İran İslam Respublikasına gedərək oradan Təqsirləndirilən şəxs1 narkotik vasitə göndərən Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə öz maşını ilə Lənkəran şəhərinə gedib narkotik vasitəni götürən Təqsirləndirilən şəxs2 olması müəyyən edilərək saxlanılaraq istintaqa təqdim olunmuşlar. Həmçinin əməliyyat tədbirlərinin davamı olaraq hədə-qorxu ilə fiziki zor tətbiq etməklə Təqsirləndirilən şəxs1 həyətinə narkotik vasitə almaq üçün gəlmiş Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 ətraflarında axtarış tədbirləri keçirilmiş, 21 iyul 2019- cu il tarixdə Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 Masallı rayonu ərazisində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmişlər. Orada Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 döyərək sonuncunun həyətində narkotik vasitə olan heroini apardıqlarını, Təqsirləndirilən şəxs5 həmin vasitəni Bakı şəhəri Səbayıl rayonu Bayıl qəsəbəsində yerləşən evinin həyətindəki yardımçı tikilidə gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs5 ifadəsinin düzgünlüyünün yerində yoxlanması istintaq hərəkətinin keçirilməsindən ötrü o, Cəlilabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3, postpatrul Xidməti bölüyünün polis nəfəri Şahid6lə birlikdə Mirzağanın yaşadığı və özünün göstərdiyi ünvana, Bakı şəhəri Bayıl qəsəbəsinə getmişlər. Orada videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs5 yaşadığı evin həyətindəki yardımçı tikiliyə Mirzağa özü birinci daxil olaraq oradan bir ədəd bükümü təqdim edərək həmin bükümdə Təqsirləndirilən şəxs1 ələ keçirdikləri heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitə heroin qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və tədbirin bütün iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs5 könüllü və sərbəst olaraq protokolu imzalamışlar. Məhkəməyə bildirmək istəyir ki, təqsirləndirilən şəxslərin məhkəmədə guya tutulduqları zaman polis əməkdaşları tərəfindən təzyiq edilməsi və döyülməsi barədə ifadələri tam yalandır. Belə ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı gün üzündə döyülmə izləri olmuş və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 tərəfindən əlindən narkotik vasitə heroin zorla alındığı zaman döyüldüyünü bildirmişdir. Onun evində keçirilmiş baxışa dair çəkiliş görüntülərindən açıq- aşkar müəyyən olunur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 cinayət hərəkətləri barədə polisə məlumat verən məhz Təqsirləndirilən şəxs1 olmuş, qeyd olunan şəxslər də hər biri saxlanılan zaman müdafiəçilərin iştirakı ilə etdikləri əməlləri etiraf etmiş, Təqsirləndirilən şəxs5 yaşadığı ünvanı, həmin ünvanda yardımçı tikilidə Təqsirləndirilən şəxs1 zorla aldıqları narkotik vasitənin yerini Mirzağa özü onlara bildirməklə onlara evinə getmələrini təklif etmiş, orada yardımçı tikiliyə daxil olaraq narkotik vasitəni özü onlara təqdim etmişdir. Tərtib olunmuş protokolu könüllü imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin müvəkkili polis baş leytenantı Şahid4, CAB-nin müvəkkili polis leytenantı Şahid2 və PPXBnün polis nəfəri, polis serjantı Şahid5 Şahid1 ifadəsini tam təsdiq etməklə yalnız Təqsirləndirilən şəxs1 həyətində keçirilmiş baxışda iştirak etmələrini, bu tədbir keçirilərkən sonuncuya heç bir fiziki zor və təzyiq olmadığını, Təqsirləndirilən şəxs1 özünün könüllü olaraq həyətindəki Azbes borunun içindən bir büküm çıxarmaqla içində şəxsi istifadəsi üçün heroin olduğunu, İran İslam Respublikasına gedərək oradan Təqsirləndirilən şəxs1 narkotik vasitə göndərən Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs3 olduğunu və onun göndərtdiyi vasitəni Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun maşını ilə Lənkəran şəhərinə gedib narkotik vasitəni götürərək evinə gətirməsini etiraf etmiş, həmin vasitəni Miri kimi bildirdiyi və Miri ilə gəlmiş şəxslərə satmaq istəyərkən sonuncular onu döyərək narkotik vasitənin bir qismini zorla əlindən alıb getmsələrini bildirmişdir. Polis əməkdaşları ifadələrində təqsirləndirilən şəxslərin heç birinə saxladıqları və ondan sonrakı müddətdə zor tətbiq etmədiklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid6 Əzizağa oğlu Şahid1 ifadəsini tam təsdiq etməklə ifadəsində göstərmişdir ki, o, yalnız Təqsirləndirilən şəxs5 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 9-da keçirilmiş tədbirdə iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs5 öz təklifi ilə tədbir iştirakçıları Cəlilabad RPŞ- dən sonuncunun yaşadığı ünvana gələrək Təqsirləndirilən şəxs5 evinin yardıfaçı tikilinin içindən özünün şəxsən çıxarıb təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində heroinə bənzər maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs5 həmin maddənin Cəlilabad şəhərində digər şəxslərlə birlikdə Təqsirləndirilən şəxs1 evində olduğu zaman sonuncudan zorla aldığını təsdiq etmişdir. Keçirilmiş tədbir zamanı, yəni Cəlilabad rayonundan Bakı şəhərinə gəldikləri və keçirdikləri tədbir zamanları Təqsirləndirilən şəxs5 qarşı heç bir təzyiq və fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri özlərinin ibtidai araşdırma zamanı verdikləri ifadələri ilə, qismən məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə və şahidlərin ifadələri ilə, həmçinin məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Cəlilabad RPŞ-nin rəisinə ünvanlanan 16.07.2019- cu il tarixli raportdan müəyyən olunur ki, Etibar adlı şəxsin Cədlilabad rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, istifadəsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Cəlilabad RPŞ-nin rəisinə ünvanlanan 17.07.2019-cu il tarixli raportdan müəyyən olunur ki, 16 iyul 2019-cu il tarixdə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi PRŞ-nə gətirilmiş, aparılmış araşdırma zaman Təqsirləndirilən şəxs1 yaşadığı Cəlilabad şəhəri, Əhməd Cavad küçəsində yerləşən fərdi yaşayış evin həyətinə baxış keçirilən zaman həyətdəki “azbest” materialından olan su borusunun içərisindən 304,210 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə barədə” 16 iyul 2019- cu il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman üzərində heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Lakin sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində olan “azbest” materialından olan borunun içətrisində bir büküm narkotik vasitə heroin olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi və götürmə aparılması haqqında” 16 iyul 2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 yaşadığı Əhməd Cava küçəsində yerləşən fərdi yaşayış evinə Təqsirləndirilən şəxs1 iştirakı videoçəkilişlə baxış keçirilən zaman evin həyətində olan “azbest” materialından olan borunun içərisindən bir büklüm şəffaf sellofan bükülünü çıxararaq təqdim etmişdir. Bükülüyə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş və kütlə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 cinayətin digər iştirakçılarını ifşa etməklə həmin kütlənin ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 həyətindən prevmatik tapançanın hissəsi olan bir ədəd sandıqca aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 17 iyul 2019-cu və 21 iyul 2019-cu il tarixli protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 üzərinə baxış keçirilən zaman onların üzərində heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında" 21.07.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, baxış zamanıTəqsirləndirilən şəxs5 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi 9 saylı yaşadığı evin həyətinin sol tərəfindəki yardımçı tikiliyə daxil olub qara rəngli yun dərinin altından bir ədəd şəffaf yapşıqanla sarılmış bir ədəd bağlama təqdim edərək həmin bağlamadakı kütlənin narkotik vasitə heroin olduğunu və Cəlilabad rayonunda Təqsirləndirilən şəxs1 ələ keçirdiyini bildirmişdir. Bundan sonra “götürümə aparılması haqqında” 21 iyul 2019-cu il tarixli proptokol tərtib olunmuş, protokolda X5 ifadəsi yerində yoxlanılan zaman aşkar edilərək götürülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə oxşar olan kütlənin bir ədəd zərfə qablaşdırılaraq götürülməsi əks olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 16.07.2019-cu il tarixdə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 17 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 21.07.2019-cu il tarixli protokollardan müəyyən olunur ki, 21 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs5 Əziza oğlu və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 09.01.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, 09 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Cəlilabad rayon məhkəməsinin 18 iyul 2019, 19 iyul 2019 və 23 iyul 2020-ci il tarixli qərarlarından müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Cəlilabad rayon məhkəməsinin 10.01.2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddədləri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs6 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 09.01.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 17 iyul 2019- cu il, tarixlil 8330 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar olunub götürülmüş yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 304,210 qram olan maddə kütləsi tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2019- cu il tarixli, 18804 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs5 ifadəsi yerində yoxlanılan zaman aşkar edilərək götürülmüş yazısı olan paketdə, bir ədəd bükümdə təmiz çəkisi 580,850 qram olan maddə kütləsi tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 05 avqust 2019-cu il tarixli, 19372 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 götürülmüş ilkin tədqiqat zamanı təmiz çəkisi 304,210 qram olan heroin (17 iyul 2019-cu il tarixli 18330 saylı ekspert rəyi) və X3 götürülmüş ilkin tədqiqat zamanı təmiz çəkisi 580,850 qram olan heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi ekspertizasının 19 iyul 2019cu il tarixli, 471 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məhkəmə tibbi müayinəsi zamanı hər hansı bir xəsarət aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi ekspertizasının 20 iyul 2019-cu il tarixli, 472 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 məhkəmə tibbi müayinəsi zamanı sol çiyin qurşağı, sol dirsək oynağı və sağ bazu nahiyəsində sıyrıqlar, sol kürək nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişidr, törənmə müddəti qərarda qeyd olunan 12 iyul 2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcləri təyin edilmir. Deməsinə görə 12.07.2019-cu il tarixdə, saat 24 radədələrində mübahisə zamanı Miri adlı şəxs və üzdən tanıdığı bir nəfər şəxs tapançanı onun sol gicgah nahiyyəsinə dayamış, qundağı ilə başına vurmuş və əl ilə bədəninin müxtəlif nahiyələrinə vurmuşlar. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə narkoloji ekspertizasının 29 iyul 2019- cu il tarixli, 447 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edəlməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2019- cu il tarixli, 448 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2019- cu il tarixli, 449 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2019- cu il tarixli, 450 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs5 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2019- cu il tarixli, 451 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 psixi və fiziki asılıllıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalcəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 21 noyabr 2019- cu il tarixli, 721 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs6 psixi və fiziki asılıllıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs6 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalcəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə soyuq silahlar ekspertizasının 19 sentyabr 2019-cu il tarixli, 23647 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş 1 (bir) ədəd predmet sıxılmış hava təzyiqi iş prinsipinə malik olan, pnevmatik tapançanın komplekt hissəsi olmaqla zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 iyul 2019-cu il tarixli, 1424 saylı, 30 iyul 2019-cu il tarixli, 1425 saylı, 30 iyul 2019-cu il tarixli, 1426 saylı, 30 iyul 2019-cu il tarixli, 1427 saylı, 30 iyul 2019-cu il tarixli 1428 saylı, 25 fevral 2020-ci il tarixli, 367 saylı rəylərdən müəyyən olunut ki, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6 törətdikləri əməllər barəsində anlaqlı hesab olunmalıdırlar. Onları hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxslər hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadırlar. Məhkəmədə elan edilib araşdırılmış “maddi sübut kimi tanıma haqqında” 08 fevral 2020-ci il tarixli qərarlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindəki azbest materialından olan su borusunun içərisindən aşkar edilərək götürülmüş 304,210 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs5 ifadəsi yerində yoxlanılan zaman aşkar edilərək götürülmüş 580,850 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra çəkiləri müvafiq olaraq 304,06 qram və 580,700 qram qalıq qalmış heroin və Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar edilmiş bir ədəd pnevmatik tapançanın komplekt hissəsi olan sandıqça saxlanılması üçün Cəlilabad RPŞnin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 06 fevral 2020-ci il tarixli, 012-2919-1220 saylı məktubundan müəyyən glunur ki, X4 06 fevral 2019-cu il tarixdə X26 məntəqəsindən İran İslam Respublikasına keçmiş və həmin tarixdə X26 məntəqəsindən geri qayıtmışdır. Bundan başqa 21 iyun 2019-cu il tarixdə X26 məntəqəsindən İran islam Respublikasına keçmiş və həmin gün 21 iyun 2019-cu il tarixdə X26 məntəqəsindən Azərbaycan Respublikasına qayıtmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik informasiya İdarəsinin 06 fevral 2020-ci il tarixli, 012-2996-1220 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 03 iyul 2019-cu il tarixdə saat 12:15-də X26 məntəqəsindən İran İslam Respublikasına keçmiş və həmin tarixdə saat 16:39-da X26 məntəqəsindən geri qayıtmışdır. Bundan başqa 07 iyul 2019-cu il tarixdəsaat 19:19-da X26 məntəqəsindən İran islam Respublikasına keçmiş və həmin tarixdə saat 23:25-də X26 məntəqəsindən Azərbaycan Respublikasına qayıtmışdır. Eləcə də 10 iyul 2019-cu il tarixdə saat 23:44-də X26 məntəqəsindən İran İslam Respublikasına keçmiş və 11 iyul 2019-cu il tarixdə saat 00:38-də X26 məntəqəsindən Azərbaycan Respublikasına qayıtmışdır. Həmçinin 11 iyul 2019-cu il tarixdə saat 19:08-də X26 məntəqəsindən İran İslam Respublikasına keçmiş və 12 iyul 2019-cu il tarixdə saat 00:02də X26 məntəqəsindən Azərbaycan Respublikasına qayıtmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 06 fevral 2020-ci il tarixli 012-3014-1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 03 iyul 2019-cu il tarixdə saat 12:15-də X26 məntəqəsindən iran İslam Respublikasına keçmiş və həmin tarixdə saat 16:40-da X26 məntəqəsindən geri qayıtmışdır. Bundan başqa 07 iyul 2019-cu il tarixdə saat 19:19da X26 məntəqəsindən iran İslam Respublikasına keçmiş və həmin tarixdə saat 23:25-də X26 məntəqəsindən Azərbaycan Respublikasına qayıtmışdır. Eləcə də 12 iyul 2019-cu il tarixdə saat 15:09-da X26 məntəqəsindən İran İslam Respublikasına keçmiş və 15 iyul 2019-cu il tarixdə saat 20:47-də Astara sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasına qayıtmışdır. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıqlarına dair CD diskə baxış keçirilməsi haqqında” 01 iyul 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş zəng cədvəlindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs5 istifadəsində olan 055-421- 01-32 saylı, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında telefon danışıqları olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıqlarına baxış keçirilməsi haqqında” 02 iyul 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş zəng cədvəlindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında telefon danışıqları olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon DYMH-dən daxil olan 13 sentyabr 2019-cu il tarixli məktubundan müəyyən olunur ki, 10 iyul 2019-cu il tarixdə Cəlilabad rayon DYMH-nin kadrlar üzrə kiçik inspektoru, daxili xidmət baş çavuşu Təqsirləndirilən şəxs2 öz arzusu ilə əlaqədar olaraq fövqəladə orqanlarında xidmət keçməsinə xitam verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Cəlilabad RPŞ-dən daxil olan 12 noyabr 2019cu il tarixli məktubdan müəyyən oluru ki, hadisə vaxtı Təqsirləndirilən şəxs6 istifadə etdiyi tapança formalı predmeti, eləcə də Təqsirləndirilən şəxs5 istifadə etdiyi bıçağı müəyyən etmək mümkün olmamışdır. Bundan başqa külli miqdarda narkotik vasitə heroini Lənkəran şəhərində 31-ci kilometr yazılan lövhənin yaxınlığına yerləşdirən şəxsləri, həmçinin Əli və Vadər adlı şəxslərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 külli miqdarda narkotik vasitə heroini Bakı şəhərinin ərazisində satışı ilə məşğul olmaq üçün talamışdır. Məhkəmədə elan edilib araşdırılmış Cəlilabad RİHB-nın Cəlilabad şəhər inzibati ərai dairəsi üzrə nümayəndəliyinin 22 iyul 2019-cu il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ailəli olmaqla himayəsində 2007, 2008 və 2011-ci il təvəüllüdlü üç azyaşlı övladı vardır, müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Cəlilabad RİHB-nın Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verilən 23 iyul 2019-cu il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 anası və qardaşı ilə birlikdə Muğan kəndində yaşayır. Təqsirləndirilən şəxs4 müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Cəlilabad RİHB-nın Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 avqust 2019-cu il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 ailəli olmaqla himayəsində 2000, 2002 və 2005-ci il təvəllüdlü üç övladı vardır, yaşayş veri üzrə müsbt xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Cəlilabad RİHB-nın Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 may 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ailəli olmaqla himayəsində 2015 və 2017-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. Yaşayış yeri üzrə müsbət xaraktrizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər icra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin 04 iyul 2020-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs5 ailəli olmaqla himayəsində 2016-ci il təvəllüdlü azyaşlı övladı vardır, müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Bərdə RİHB-nın Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 fevral 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs6 ailəlidir, himayəsində 2009, 2010 və 2018-ci il təvəllüdlü üç azyaşlı övladı vardır, müsbt xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs6 məhkumluğuna dair tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Xəlilov X8 rayon məhkəməsinin 04.08.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs6 bu cinayət əməli üzrə məhkumluğu ödənilmişdir. Bundan əlavə Xəlilov X8 rayon Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1,2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Goranboy rayon məhkəməsinin 09 avqust 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs6 Hacıqabul rayon məhkəməsinin 24.10.2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini, yəni 05 (beş) ay müddətində cəzasını çəkmək üçün ümümi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi və azadıqdan məhrum etmə növündə cəzanın əvvəli 09 avqust 2019-cu il tarixdən hesablanması qərar alınmış, 09.01.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs6 cəza təyin edərkən ona Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixi hökmü ilə Azərbaycan Respublikası CM-in 263- 1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib təyin edilmiş əlavə cəza-02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs6 əvvəlki məhkumluğu ehtiyatsızlqdan törədilən cinayətlər kateqoriyasına aid olduğu üçün əməlində cinayətlərin residivini yaratmır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 məhkumluğuna dair tələbnamədən müəyyən olunur ki, onlar əvvəllər məhkum olmamışlar. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 02.07.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindəki azbest materialından olan su borusunun içərisindən aşkar edilərək götürülmüş 304,210 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs5 ifadəsi yerində yoxlanılan zaman aşkar edilərək götürülmüş 580,850 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra çəkiləri müvafiq olaraq 304,06 qram və 580,700 qram qalıq qalmış heroin, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar edilmiş bir ədəd pnevmatik tapançanın komplekt hissəsi olan sandıqça saxlanılması üçün Cəlilabad RPŞnin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 235.4.2 və 235.4.3-cü maddələri ilə yanaşı CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ona görə də təqsirləndirilmişlər ki, qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək Cəlilabad şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq yolu ilə əldə etdikləri külli miqdarda narkotik vasitə heroini satmaq məqsədi ilə E.Məmmdova və Təqsirləndirilən şəxs2 sağlamlığı üçün təhlükəli zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə hədələyərək külli miqdarda narkotik vasitəni talamışlar. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 şəxsiyyətləri istintaqa məlum olmayan “Mehdi”, “Abbas” və “Veysəl” adlı İran İslam Respublikasının vətəndaşlarını tanımamışlar, onlarla aralarında telefon əlaqələri olmamış, İİR-na gedib gəlməmişlər və narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsində iştirak etməmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasına uyğun olaraq qaçaqmalçılığın törədilmə üsulu kimi mal və əşyaların gömrük sərhədindən kənar və ya gizli, yaxud da aldatma yolu ilə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixlə qərarın 17-ci bəndinə əsasən qaçaqmalçılıq malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması zamanı gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyanın gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Həmin Plenumunun 19-cu bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CMnin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM- nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsulivəti istisna edilir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 İlR-dan Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitə heroin gətirilməsinə şərait yaratmaları, onları keçirdiyi yerdə qəbul etmələri və ölkəyə gətirilməsi ilə bağlı kimlərəsə vədlər vermələri, bu istiqamətdə müəyyən hərəkətlər etmələri, bu məqsədlə kimlərləsə qabaqcadan əlbir olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirilməsi cinayət əməlinin törədilməsində təqsirli olmalarını təsdiq edən sübutlar olmadığından, onlara verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi xaric edilməklə onların əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3,235.4.2 və 235.4.3-cü maddələri ilə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 tərəfindən külli miqdarda 580,850 qram narkotik vasitə heroini quldurluq yolu ilə talamaları tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 235.4.2 və 235.4.3-cü maddəlrində nəzərdə tutulan cinayət əməllərini törətmələri şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin qanunun “Psixotrop maddələr” başlıqlı “İ siyahı” nın 5-ci sətrinə əsasən dərman preparatı kimi beynəlxalq adı “heroin” olan maddə narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külfi miqdarının aşağı həddi isə 2 qramdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 əldə etdikləri narkotik vasitə heroin külli miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarmın dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirtməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublika^nm qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları,pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğu, Təqsirləndirilən şəxs2 Balazair oğlu, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 himayəsində azyaşlı uşaqlrınm olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayətlərin təsnifatına görə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən “ağır cinayət”, CMnin 235.4.2 və 235.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri Azərbaycan Respublikası CM-nin 15.5- ci maddəsinə əsasən “xüsusilə ağır cinayət” cinayət hesab olunur. Cinayət qanunvericiliyinə əsasən, şəxs tərəfindən törədilmiş əməldə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini onların tutulduğu andan hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında" 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfmə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Cəlilabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindəki azbest materialından olan su borusunun içərisindən aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs5 ifadəsi yerində yoxlanılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra çəkiləri müvafiq olaraq 304,06 qram və 580,700 qram qalıq qalmış heroin məhv ediməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Cəlilabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar edilmiş bir ədəd pnevmatik tapançanın komplekt hissəsi olan sandıqça DİN-nə təhvil verilsin. İş üzrə ekspertiza xərcləri olan 382 (üç yüz səksən iki) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərin hüquqlarını ibtidai istintaq zamanı Cəlilabad rayon Vəkil Bürosunun vəkilləri X15, X22, X16, X31, X12 (c.6, iCv 131-135), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər X20, X21, Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi5 və Müdafiəçi4 Mayil oğlu müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsəibtidai istintaqda göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X15, X23, X16, X31 və X7 hər biri üçün ayrı-ayrılıqda 360 AZN (üç yüz altmış manat) ödənilməsi üçün Cəlilabad rayon Vəkil Bürosunun nəfinə, məhkəmədə olan müdafəçilər X20, X21, Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi5 və Müdafiəçi4 Mayil oğluna hər biri üçün ayrı-ayrılqda 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 206.3.2-ci maddəsilə 06 (altı) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3cü maddələr ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 206.3.2-ci maddəsilə 06 (altı) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3cü maddələr ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 206.3.2-ci maddəsilə 06 (altı) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3cü maddələr ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. 4.Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 235.4.2 və 235.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərftıin törədilməsində təqsirli bilinməklə CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə 07 (yeddi) il müddətinə, CMnin 235.4.2 və 235.4.3-cü maddələr ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.
5. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 235.4.2 və 235.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə 07 (yeddi) il müddətinə, CM-nin 235.4.2 və 235.4.3-cü maddələr ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs5 qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. 6.Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 235.4.2 və 235.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə 07 (yeddi) il müddətinə, CMnin 235.4.2 və 235.4.3-cü maddələr ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs6 qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Hacıqabul rayon məhkəməsinin 24.10.2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təyin edilmiş əlavə cəza 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hazırki iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilmək yolu ilə Təqsirləndirilən şəxs6 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 ittihamından Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi xaric edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 jmke dz Təqsirləndirilən şəxs5 barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs6 ərazi narkoloji dispanserində qeydiyyata talmsın. Cinayət işi üzrə maddi sübutlar olan və Cəlilabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindəki azbest materialından olan su borusunun içərisindən aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs5 ifadəsi yerində yoxlanılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra çəkiləri müvafiq olaraq 304,06 qram və 580,700 qram qalıq qalmış heroin məhv edisin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Cəlilabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar edilmiş bir ədəd pnevmatik tapançanın komplekt hissəsi olan sandıqça DİN-nə təhvil verilsin. İş üzrə ekspertiza xərcləri olan 382 (üç yüz səksən iki) manat məbləğində pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X15, X23, X16, X31, X7 hər biri üçün ayrı- ayrılıqda 360 AZN (üç yüz altmış manat) Cəlilabad rayon Vəkil Bürosunun nəfinə, məhkəmədə iştirak etmiş müdafiəçilər X20, X21, Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi5 və Müdafiəçi4 Mayil oğlu üçün hər birinə ayrı ayrılıqda 360 AZN (üç yüz altmış manat) Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.