Məhkəmə qərarları › İş №1(101)-342/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-342/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-342/2022 05.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən. məhkum olunmamış, Bakı şəhəri. Sabunçu rayonu, Zabrat qəsəbəsi, Axundov küçəsi ev İSA, mənzil 3də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 3,174 qram külli miqdarda narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış, 10 iyul 2021-ci il tarixdə saat 10:40-da Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı ünvan 1 ünvanı yaxınlığında saxlanılaraq 15-ci Polis Bölməsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən sonuncunun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəffaf rəngli sellofana və qızılı rəngli siqaret kağızma bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,174 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki. narkotik tərkibli maddə olan heroin istifadə edir. O narkotik maddə olan kakosu yandıraraq tüstüsünü çəkir. O narkotik maddəni hər dəfə müxtəlif yerlərdən müxtəlif qiymətlərə alır və tək istifadə edir. Narkotik maddəni istifadə etdiyi müddət ərzində heç vaxt heç kimə təklif etməmiş və hər dəfə tək almışdır. 10.06.2021 -ci il tarixdə saat 08.00 radələrində Nizami rayonu. Qara Qarayev prospektində tanımadığı şəxsdən öz istifadəsi üçün narkotik maddə olan heroini 20 manata almışdır. 10.07,2021-ci il tarixdə saat 10.30da yaşadığı evin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu 15-ci PB-nə dəvət etmişlər. O heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 15-ci PB-nə getmişdir. PB-də olan zaman narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirmişlər və daha sonra şübhəli şəxs qismində tutulması barədə qərar qəbul olunmuşdur. Hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Video çəkiliş zamanı əynində olan tünd göy rəngli şalvarın yan sağ cibinə qoyduğu şəffaf selofan və qızılı rəngdə siqaret kağızma bükülmüş narkotik maddəni könüllü təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 10.07.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Axundov küçəsi 18A, mənzil 3-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, qəbul etməsi, gəzdirməsi və satması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar olaraq əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə raport ilə bölmə rəhbərliyinə müraciət edilmişdir. Əməliyyat qrupu yaradıldıqdan sonra saat 10:40 radələrində Anar adlı şəxsin xarici əlamətlərinə uyğun şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı iinvan yaxınlığında saxlanılaraq özlərini təqdim edib hüquqlarını izah etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Şəxsiyyəti müəyyən olunduqdan sonra aydın olmuşdur ki, həmin şəxs xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Bununla bağlı Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən 15-ci Polis Bölməsinə gəlməyə razılıq vermişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində inzibati binada xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz maddə və ya sənəd varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan və qızılı rəngli siqaret kağızına bükülmüş büküm aşkar edilmişdir. Açıldıqda həmin bükümün içərisində qəhvəyi rəngli tozşəkilli, narkotik vasitə olan heroinə bənzər maddəni çıxarıb təhvil vermişdir. Narkotik vasitə olan heroin olduğunu və 10.07.2021-ci il tarixdə Nizami rayonu, Qara Qarayev prospektində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürlənmiş və üzərində imza edilmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 37-40-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 10.07.2021-ci il tarixli 6/2768 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vəl.Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddi sübut» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,174 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir. Cinayət işinin 101-102-ci vərəqlərində olan olunmuş məhkəmə-narkoloji ekspertizasının 13.08.2021 -ci il tarixli 2840 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamletaminin birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə maddi subut olan diskə məhkəmə iclasında baxış keçirilmişdir. Diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 95-ci vərəqində olan CD-R diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəyə daxil olan və çıxan sms mətnləri vardır. «Qaqas Anamin cani hecneyim yoxdu.huseyin cixardib vezyeden meni yanimda adam var rahat danisa bilmirem.qonsum qonaginan alib verib pulu mene helem onun; Balalarmin cani seni bagisdamaram axrinci malmi vurub qacdun; Brat bir dənə mənə denən, ikisi da var?: Gagaş hərəsindən 7-8manadtig. Ümümi 15 verərəm da. +2taxiya» və digər məzmunlu sms mətnləri vardır. Cinayət işinin 106-cı vərəqində olan qərardan görünür ki, iş üzrə 3,174 qram çəkidə narkotik vasitə olan heroin, 02 ədəd disk maddi sübut qismində tanınmış və qalıq 3,124 qram heroin Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 02 ədəd disk iş materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz qismən etirafedici ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, telefon malumatlannın əks olunduğu diskə baxış keçirilməsi protokolu, videogörüntüyə baxış keçirilməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizası rəyləri ilə sübuta yetirilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı vardır. Cinayət işinin 17 və 68-70-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 103-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Himayəsində iki azyaşlı uşaqlarının olması və əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 10 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 13.08.2021 -ci il tarixli 2840 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş 3.174 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 3,124 qram qalığı məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 10 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş 3.174 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 3,124 qram qalığı məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar