Məhkəmə qərarları › İş №1(101)-342/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-342/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-342/2024 13.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X2 üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında inzibati binada qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanındakı otaqda kirayədə yaşayan Şahid2 oğlundan 25 oktyabr 2022-ci il tarixdə saat 16:30 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 11,643 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,627qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini ünvan 5 ünvanında saxlamış və həmin 01 (bir) ədəd bükümdə olan təmiz çəkisi 0,627 qram olan psixotrop maddə-metamfetamini avtomobili ilə müxtəlif ünvanlara apararaq taksi xidmətini göstərməsi müqabilində tanışı Şahid1 25 oktyabr 2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 5 ünvanında qanunsuz olaraq satmış, həmin günü yəni 25 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində, Bakı şəhəri, Səbail RPİ-nin CAŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyataxtarış tədbiri zamanı yaşadığı ünvan 6 ünvanında axtarış və götürmə aparılarkən.həmin evin otaqdakı masa üzərində 01 (bir) ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 11,616 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd 2 ml həcmli şprisdə 0,5 ml həcmində məhlulda heroinin quru maddəsinin çəkisi 0,027 qram olan, ümumi təmiz çəkisi 11,643 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, oktyabr ayının 25-i axşamüstü saat 6-7 radələri olarmış. Evdə oturduğu vaxt polis əməkdaşları gəlmişlər. Üzərində yoxlanış aparmışlar. Heç nə çıxmamışdır. Ona Səbail rayon Polis İdarəsinə gedəcəklərini demişlər. İdarədə ona Səkinə adında şəxsin telefonuna mesaj gəldiyini, guya narkotiki Səkinənin Yasinə, Yasinin də ona verəcəyini demişlər. İdarədə vəkilin yanında da üstünə baxış keçirilmişdir. Üstündən alışqandan başqa heç nə çıxmamışdır. Ordan sonra onu müvəqqəti saxlama yerinə, ordan da türməyə aparmışlar. Üstündən heç nə çıxmamışdır. Senaryo qurub onun boynuna qoymuşlar. Səkinəni də heç tanımır. İşdə şahid kimi göstərilən Səkinə və Yasin özü də bildirəcəkmiş ki, onun narkotiklə işi olmayıb. Evdə aşkar olunan narkotik “şpris”in içində heroin olmuşdur. Ona məxsus 0,2 qram imiş. Tanımadığı şəxsdən almışdır. Yasinlə Səkinə kirayə qalmırmış, onlara əşyalarını gətirib qoymuşlar ki, ev tutana qədər müvəqqəti orada qalsın. Yasinlə Səkinəni kirayədə qaldıqları evdən çıxarmışlar. Yasini məhəllədən tanıyırmış, Səkinəni isə yox. Nə Yasin, nə də Səkinə ona narkotik verməmişdir. Evə baxış zamanı onlar yox imiş. Aqil dostu olmuş və taksi xidməti ilə məşğul olurmuş. Ona narkotik verməmişdir. İfadəsində etiraf etməmiş, imza da çəkməmişdir. Təkcə M hərfi yazmışdır. Tutula zaman narkotiki 1 ay imiş ki, istifadə edirmiş. Həmin gün, yəni onu tutub aparan zaman narahat imiş. Heç onu 3-cü mərtəbəyə çıxara bilmirmişlər. Döyülməyi ilə bağlı özü yox, anası şikayət ərizəsi yazmışdır. Prokurorluqdan onun ifadəsini almaq üçün gəlmişlər. Həkimlər də onda olan xəsarətləri yazmışlar. Onu döyənlərin, tutanların hamsının adı yox imiş. Onu tutan zaman Səkinənin oğlunu digər otağa aparmışlar. Narkotiki boynuna qoyub 234.1-ci maddə ilə təqsirini boynuna almağını istəmişlər. O da 234.1-1-ci maddə ilə razılaşmışdır. Aqilə heç nə satmamış, hədiyyə də verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onları evdə, dəhlizdə tutmuşlar. Onları tutan əxslər Səbail rayon Polis İdarəsinin əməkdaşları olmuşdur. Onları tutub yalandan narkotik ilə yükləmişlər. İstintaqdakı ifadəsini təsdiq etmir. Müstəntiq həmin ifadəni özü öz istədiyi kimi yazmışdır. Həmin Badamdar qəsəbəsindəki ev Təqsirləndirilən şəxs məxsus olmuşdur. Polis əməkdaşları gəldikdə Səkinə Rza və o evdə olmuşdur. Onlar əşyalarını götürməyə getmişlər. Əşyaları ora 1 günlük qoymuşlar. Onlar Rzanın evində kirayədə yaşamırmışlar. Yaxın münasibətləri olduğu üçün əşyalarını həmin evə aparmışlar. Çünki kirayə qaldıqları evdən əşyalarını boşaldırmışlar. Evdə Aqil olmamışdır. Aqil Rzanın tanışı imiş. O tanımırmış, sadəcə taksi şoferi olduğunu bilirmiş. 1 dəfə istifadə etmiş, Binəqədiyə gedib qayıtmışdır. Ona ödəniş etməmiş, tanış kimi onu pulsuz aparmışdır. Narkotikdən 3-4 il imiş ki, istifadə edir. Mənzildə narkotik çəkməmişdir. Polislər evə girdikdə narkotik olmamışdır. Yalnız 0,5 qram istifadəsi üçün olmuşdur. Təzədən polis əməkdaşları gəlib üstünə qoyub yenidən çəkmişlər. Evdən özləri qoyduqları 450 qram “nəşə” çıxmışdır. Rzanın öz istifadəsi üçün var imiş. İkisində birlikdə 0,5 qram heroin olmuşdur. Polislər gələnədək üstündə var imiş. Onlar gələnədək artıq çəkmişlər. Polislər gəldikdə onları çəkən zaman görmüşlər. O istintaqda ifadə verməmişdir. Nə demişlərsə ona da qol çəkmişdir. Səkinə narkotik istifadə etmir. Öz istifadə etdiyindən başqa evdə narkotik vasitə aşkar olunmamışdır. Orda hansısa büküm görməmişdir. Onu döyüb Səbail Rayon Polis İdarəsinə aparmışlar. Yarım saat orda qalmışlar. Onun üzərində şəxsi axtarış aparmışlar, ancaq heç nə çıxmamışdır. Vəkil olsa da, çəkilişdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs da təzyiq göstərilmişdir. Rzaya nə dediklərini bilməmişdir, o başqa otaqda olmuşdur.Rzanı boynuna qoymaq istədiklərini görmüşdür. Ona qarşı da belə etmişlər. Narkotiki o qəbul edirmiş. Evdə anası, oğlu və o qalırmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Fərman qızı ifadəsində göstərmişdir ki, Rzanı elə tutulan günü tanımışdır. Orda da şahid olmuşdur. Onun tanışı Yasin ondan icazəsiz əşyalarını Rzanın evinə qoyub ki, ev yaxınındı ordan götürsün. O Yasinə zəng edib əşyaların ona lazım olduğunu demiş, Yasin də gəlib götürməyini demişdir. Təzəcə getmişdir ki, mülki geyimli polis əməkdaşları gəlmişlər. O Rzanın evində qalmamışdır. Onun tanışı Yasin əşyaları özbaşına aparıb Rzanın evinə qoymuşdur. Polislər gəlib onu da tutmuşlar. Qucağında da uşağı olmuşdur. İçəridən qışqırıq səsləri gəldiyini eşitmişdir. İçəridəkinin kim olduğunu bilmirmiş. O qapıdan çıxanda görmüşdür ki, Rzanı yerə uzadıblar Sonra onları idarəyə aparmışlar. Rzanı da saxlamışlar. İdarədə çəkiliş aparılmış və onlara 48 saat sonra buraxılacaqlarını demişlər. O, prospektdə yaşayırmış, Rza isə Badamdarda. O Yasinə əşyaları aparıb evlərinə qoymağını demişdir. Birinci Yasinlə onu, sonra isə Rzanı götürmüşlər. Yasin 2 il olar narkotik istifadə edirmiş. O bunu təzəlikcə, tutulmamışdan 5 ay əvvəl bilmişdir. Rzanı tanımırmış, Yasin Rza haqqında ona danışmamışdır. O Rzada narkotik görməmişdir. Rza ilə hər hansı yazışması olmamışdır. Uşağının 9 yaşı var, o da hadisələrə şahidlik etmişdir. Evdən nəsə çıxdığını görməmişdir. Polislər onları evə qaytaranda Rzanı görməmişdir, onu Yasinlə gətirmişlər. O, istintaqda o cür ifadə verməmişdir. İmzanı başqa şeyə görə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o istintaqdakı ifadəsini təsdiq etmir. O şahid deyilmiş, ancaq onu şahid kimi yazmışlar. Müstəntiqin nə yazıb, nə pozduğunu bilmir. İstintaqda onun Rzadan narkotik aldığı yazılmışdır. O, Rzadan narkotik almamışdır. Rza uşaqlıq dostu imiş. Onunla birlikdə narkotik alıb qəbul etmişlər. O, Rzadan heroin, metamfetamin almamışdır. Onun Rzadan narkotik almağı ilə bağlı ifadəsi yoxdur. Üzləşdirmə protokolunda o, Rzaya ondan narkotik aldığını deməmişdir. O Rza ilə üzləşməmişdir. O istintaqda o cür ifadə verməmişdir. Tanımadığı şəxslərdən narkotik alırmışlar. O Yasini 2-3 gün olardı ki, tanıyırmış. O nə Yasin, nə Rzadan narkotik almışdır. Onu yolda yox, mənzildə qapının ağzında saxlamışlar. O saxlananda Yasin, Səkinə və Rza yanında olmuşdur. Onun maşınında axtarış olmamışdır. Onun üzərindən azca narkotik tapmışlar, sonra da bölməyə aparmışlar. İstintaqda onu təhdid edirmişlər ki, daha ağır maddə ilə ittiham edəcəklər. O da məcbur olub imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Səbail RPİ-nin KTQ-nun inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxsi elə tutulan günü tanımışdır. O orada hadisənin çəkilişini aparmışdır. İstintaqdakı ifadəsini təsdiq edir. Hadisəni tam xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi 2022-ci ilin oktyabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı keçirilən tədbir zamanı saxlayanda tanımışdır. Şahid1 barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 saxlanılıb idarəyə aparılmışdır. İfadəsində bildirmişdir ki, narkotik vasitəni Rzadan almışdır. Bundan sonra əməliyyat qrupu yaradılmış və Rzanın yaşadığı ünvana gedilmiş, orada Yasin, Səkinə və Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra da mənzildə narkotik vasitələrin olduğu aşkar olunmuşdur. Məlumatın Aqil tərəfindən daxil olduğunu xatırlayır. Əvvəl Şahid1 saxlamışdır. Aqil narkotik vasitəni Rzagilin olduğu mənzildən aldığını bildirmişdir. Rzanın yaşadığı ünvana o da getmişdir. 3 nəfər orada saxlanılmışdır. Orada başqa adam olmamışdır. Səkinənin oğlan uşağı yox imiş. Onlar hamısı birlikdə o evə girib çıxmışlar. Rzanın üzərində şəxsi axtarış evində keçirilmişdir. Rzaya qarşı təzyiq, yaxud, onun müqaviməti olmamışdır. Rza bildirmişdir ki, narkotik vasitə ona məxsusdur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitəni satış məqsədi ilə əldə etməməsinə və satmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fizikikimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6202 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün No 51” dairəvi möhür əksləri olan zərflərdə:-üzərində “...Şübhəli şəxs “imza” Şahid1... ” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd şərti olaraq 2 No-li zərfdəki 2 (iki) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,873 qram, 0,627qram, ümumi təmiz çəkisi 1,500qram olan ağ rəngli kristaliik maddələr, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 1 (bir) ədəd konvalyut kəsiyində üzərində “F/M40” göstəricisi olan 1 (bir) ədəd həbin tərkibindəki metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir.Üzərində “...Şübhəli şəxs “ imza” Şahid1... ” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə olan metamfetamin (şərti olaraq 1, 2 No-li obyektlər) xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Üzərində “...Şübhəli şəxs “imza” Şahid1... ” sözləri, “Şahid2 oğlundan aşkar olunmuş...” sözləri və “Şahid3 aşkar olunmuş... ” sözləri qeyd edilmiş üç ədəd zərfdəki olan metamfetamin (şərti olaraq 1-11 No-li obyektlər) xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Təqdim edilmiş 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohişsəcikləri cüzi miqdarda olduğu üçün onların digər maddə nümunələri ilə müqayisəli tədqiqat aparılmadı.Təqdim edilmiş 1 (bir) ədəd 5 ml həcmli boş şprisin və 1 (bir) ədəd qırıq vəziyyətdə olan ampulanın içərisində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohişsəcikləri cuzi miqdarda olduğu üçün onların digər maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Metamfetamin 2005-ci ii 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu İlə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu itə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi-sində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Qeyd: Metamfetaminin təmiz çəkisi -1,500 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq-1,400 qram". Metadon həblərinin sayı-1 ədəd, tədqiqata sərf edildi-1/2 ədəd, qalıq-1/2 ədəd Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fizikikimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6203 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №51" dairəvi möhür əksləri olan zərflərdə:-üzərində “Şahid3 aşkar olunmuş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd üzərində “20k” yazısı olan sellofan bükümdə təmiz çəkisi 78,702qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd qara rəngli polietilen parçanın içərisində olan 8(səkkiz) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram, 0,387 qram, 0,336 qram, 0,338 qram, 0,344 qram, 0,307 qram, 0,259 qram, 0,315 qram, ümumi təmiz çəkisi 2,597 qram olan ağ rəngli kristaliik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.-üzərində “Şahid2 oğlundan aşkar olunmuş ...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd üzərində “Winchester” yazısı olan siqaret qutusunda 1 (bir) ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 12,233 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,054 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 11,616 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, (bir) ədəd 2ml həcmli şprisdə 0,5 ml həcmində məhlul narkotik vasitə heroin məhluludur,heroinin quru maddəsinin çəkisi 0,027 qramdır.-üzərində “Şahid3 aşkar olunmuş...” və “Şahid2 oğlundan aşkar olunmuş..."sözləri qeyd olunmuş iki ədəd zərfdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Üzərində “Şahid2 oğlundan aşkar olunmuş...” sözləri və “Təqsirləndirilən şəxs aşkar olunmuş... ” sözləri qeyd olunmuş iki ədəd zərfdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Üzərində “Şahid3 aşkar olunmuş... ” sözləri qeyd olunmuş zərfdə olan heroin üzərində “Şahid2 oğlundan aşkar olunmuş... ” və “Təqsirləndirilən şəxs aşkar olunmuş... ” sözləri qeyd olunmuş zərflərdə olan heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir. Üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki (bir) ədəd 2ml həcmli şprisdə olan heroinin məhlul halında olduğundan kimyəvi tərkibi dəyişdiyi üçün onun digər maddə nümunələri ilə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir.Təqdim olunan üzərində göstərici olmayan şəffaf rəngli sellofan paketdə və üzərində “LUNA 25” yazısı olan bir ədəd ağ rəngli plastik qabda olan ağ rəngli maddələrin, üzərində “Trombo ACC 100mq" yazısı olan ağ rəngli dərman həblərin,üzərində “paracetamol" yazısı olan dərman həbinin, üzərində “...ssencia ...orte H” yazısı olan qəhvəyi rəngli dərman kapsulunın tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddələr narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir.Təqdim edilmiş 2(iki) ədəd 5ml həcmli boş şprisin, 2(iki) ədəd qırıq vəziyyətdə olan ampulanın, 1 (bir) ədəd sınıq vəziyyətdə olan lampanın şüşə hissəsinin içərisindən, 1 (bir) ədəd çəhrayı rəngli plastik qaşığın üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların digər maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı.Təqdim olunmuş 1 (bir) ədəd qara rəngli elektron tərəzininin üzərində və iki ədəd pul əskinasından düzəldilmiş üzəri polietilen parçası ilə sarılmış borucuğun içərisində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların digər maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı.Təqdim olunmuş çek kağızının və folqa kəsiklərinin üzərində narkotik vasitə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 25 oktyabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 göstərməsinə əsasən onun narkotik vasitəni əldə etdiyi ünvan 7 ünvanına videoçəkilişlə baxış keçirilmiş, həmin evin yataq otağında özlərini Şahid2 oğlu və Şahid3 kimi təqdim etmiş şəxslər müəyyən edilmiş, otaqda Şahid2 oğluna məxsus bir ədəd üzərində “Winchester” yazısı olan siqaret qutusunda bir ədəd gümüşü rəngli folqa bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə, bir ədəd sellofan bükümdə ağ rəngli kristallik şəkildə psixotrop maddə metamfetaminə oxşar kütlə, həmçinin narkotik vasitələri qəbul edilməsi üçün hazırlanmış iki ədəd pul əskinazından düzəldilmiş borucuqlar aşkar edilmiş, sorğu zamanı Şahid2 oğlu bükümlərdəki narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu bildirmişdir. Həmçinin Şahid3 şəxsi əşyalarına baxış zamanı, sonuncunun əl çantasından bir ədəd sellofan bağlamada içərisində yaşıl rəngli ot kütlə, bir ədəd qara rəngli sellofan bükümün içərisində 08 ədəd ağ rəngli sellofan bükümlərdə psixotrop maddə metamfetaminə oxşar kütlə, bir ədəd sellofan bükümdə üzərində “20K” yazısı olan qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə, bir ədəd elektron tərəzi və bir ədəd plastik qaşıq aşkar edilmişdir. Sorğu zamanı Şahid3 həmin narkotik vasitə və psixotrop maddələrin, həmçinin bir ədəd elektron tərəzi və bir ədəd plastik qaşığın ona məxsus olduğunu bildirmişdir. Bundan başqa həmin evin Təqsirləndirilən şəxs olduğu ikinci otağında masanın üzərində bir ədəd gümüşü rəngli folqa bükümünün içərisində qəhvəyi rəngli narkotik vasitə oxşar kütlə, bir ədəd içərisində narkotik vasitənin məhluna oxşar maye olan şpris və iki ədəd boş şpris, həmçinin bir neçə boş vəziyyətdə narkotik vasitəni qəbul edilməsi üçün hazırlanmış ampulalar və dərman preparatları aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümdəki və şprisdəki narkotik vasitənin ona məxsus olduğunu və evində müvəqqəti yaşayan Yasin adlı şəxs verdiyini bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 26 oktyabr 2022-ci il tarixli “cd diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılması video çəkilişlə aparılmış, həmin video görüntü bir ədəd dvd formatlı diskə köçürülmüş, diskdə olan görüntüyə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı sonuncu əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd siqaretin gümüşü kağız parçasının bükülünü, bir ədəd boş şprisi, bir ədəd qırıq vəziyyətdə olan ampulanı, konvalyutda olan bir ədəd həbbi, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzini və əynindəki qara rəngli cins şalvarın qabaq sağ cibindən şəxsiyyət vəsiqəsini çıxarıb təqdim edərək masanın üzərinə qoyması, həmin iki ədəd siqaretin gümüşü rəngli kağız bükümü açıldıqda içərisində ağ rəngli kristalik şəkildə psixotrop maddəyə oxşar kütlə olması, sorğular zamanı Şahid1 həmin bükümlərin içərisində olan maddələrin “metamfetamin" olmasını həmin günü yəni xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində, Səbail rayonu, Badamdar qəsəbəsində yaşayan Rza və Yasin adlı şəxslərdən almasını, özü qəbul etmək üçün üzərində gəzdirməsini, bir ədəd həbbin isə ağrılarını götürmək üçün dərman olmasını, şpris və ampulanı narkotik vasitələri qəbul edərkən istifadə etmək məqsədi ilə üzərində gəzdirməsini bildirməsi əks olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 26 oktyabr 2022-ci il tarixli “cd diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 8 ünvanında axtarış və götürmə aparılması video çəkilişlə aparılmış, həmin video görüntü iki ədəd dvd formatlı diskə köçürülmüş, diskdə olan görüntülərə baxış keçirilmişdir. 2-ci videodiskdə olan “VİD_20221025_224059.mp4” adlı video-fayl açıldıqda, içərisində “03” dəqiqə “50” saniyə müddətində çəkilmiş olması aşkar edilmişdir. Həmin faylda olan görüntüdə təhqiqatçı əməliyyat qrupunun üzvləri birlikdə ünvan 9 ünvanında yerləşən həyət evinə baxışı davam etdirərkən, həmin evin ikinci otağında olan özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş şəxs müəyyən edilmişdir. Təqsirləndirilən şəxs olduğu otaqda masa üzərində bir ədəd gümüşü rəngli folqa bükümünün içərisində qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə olması, bir ədəd içərisində narkotik vasitənin məhluna oxşar maye olan şpris və iki ədəd boş şpris olması, həmçinin bir neçə boş vəziyyətdə narkotik vasitəni qəbul edilməsi üçün hazırlanmış ampulalar və dərman preparatları aşkar edilməsi, bükümdəki ve spristəki narkotik vasitə məhlullarının Təqsirləndirilən şəxs özünə məxsus olması və evində müvəqqəti yaşayan Yasin adlı şəxsin verməsini bildirməsi, masa üzərində olan maddə bükümünü, maye olan şpris, dərman preparatları, boş şpris və ampulalar boş zərfələ yerləşdirib qablaşdıraraq möhürlənib götürülməsi əks olunmuşdur. Məhkəmə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid3 Fərman qızı və Şahid2 oğlu təqsirləndirilən şəxsin tanışları olmaqla maraqlı şəxslər sayıldığından, məhkəmə onların ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq üçün digər sübutlarla öz təsdiqini tapan ibtidai istintaqda verdiyi ilkin ifadələrindən imtina edirlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 27 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 onu idarə etdiyi avtomobili ilə istədiyi ünvanlara aparması müqabilində bir büküm psixotrop maddə metamfetamin verdiyini onun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 27 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid2 oğlunun yaşadığı evdə kirayədə qalmasının ödənişinin əvəzinə bir büküm narkotik vasitə heroin verdiyini onun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1350/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən müəyyən olunur ki, Şahid3 Fərman qızı və Şahid2 oğlu hər biri Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, Şahid3 Fərman qızı 5(beş) il müddətinə, Şahid2 oğlu 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 25 oktyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-457/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-57/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 2 il 21 gün hissəsi icra olunmamışdır. Təqsirləndirilən şəxs barəsində Quba rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən məhkəmə onun hazırki əməlini residiv kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid5 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 25 oktyabr 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-cü il tarixli, 7360 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 yanvar 2023-cü il tarixli 134 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixiopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Bakı şəhəri Səbail rayon Prokurorluğundan sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Səbail rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 tərəfindən toplanmış 218-C-22 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Bakı İstintaq Təcridxanasından sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 04 sentyabr 2023-cü il tarixli, 3-16-17/38/2-6022/2023 nömrəli məktubdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 25 oktyabr 2022-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Səbail RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,643 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və mənzildə baxış keçirilməsi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 03 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 208 (iki yüz səkkiz) manat ekspertiza xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1350/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Şahid2 oğlundan və Şahid3 Mehman qızından hər birindən ayrı-ayrılıqda 104 (bir yüz dörd) manat olmaqla müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi barədə qərar qəbul edilməsi nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05(beş) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-57/2022 saylı hökmü ilə təyin edilmiş 02(iki) il 02(iki) ay 14(on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi-02(iki) il 21(iyirmi bir) gün, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün bərabər tutulmaqla, həmin müddət-1(bir) il 10(on) gün azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 06(altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,643 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və mənzildə baxış keçirilməsi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 03 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 208 (iki yüz səkkiz) manat ekspertiza xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1350/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Şahid2 oğlundan və Şahid3 Mehman qızından hər birindən ayrı-ayrılıqda 104 (bir yüz dörd) manat olmaqla müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi barədə qərar qəbul edilməsi nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar