Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-342/2025 13.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri Fides Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və faktiki həbsdə saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs X9 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan “EKOİN” adlı kripto valyuta elektron ticarəti ilə məşğul olub qazanc əldə edəcəyinə dair yalan vəd verib aldatmaqla ünvan 2 ünvanda 30 sentyabr 2022-ci il tarixdən 2022-ci ilin noyabr ayının sonuna qədər olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə həmin dövrün məzənnəsinə müvafiq olaraq 93500 (doxsan üç min beş yüz) AZN manata ekvivalent olan 55.000 (əlli beş min) ABŞ dolları pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdə təkrarən özgənin əmlakını talama məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan sonuncunun qohumunu işlədiyi hərbi qurumdan digər hərbi quruma dəftərxana şöbəsinə keçiriləcəyinə dair yalan vəd verib aldatmaqla Sumqayıt şəhəri, 5-ci mk ərazisində «Yunibank» banka məxsus ödəniş terminalı ilə 5000 manat pulu özünə məxsus karta göndərtdirmiş, bundan sonra 31 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində «Million» ödəmə terminalı vasitəsi ilə 6000 manat pulu özünə məxsus karta göndərtdirməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 11000 ( on bir min ) manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan kripto valyuta elektron ticarəti ilə məşğul olub qazanc əldə edəcəyinə dair yalan vəd verib aldatmaqla ünvan 3 ünvanda yerləşən «Rahat Market»in daxilində olan «Million» ödəmə terminalı vasitəsi ilə həmin dövrün məzənnəsinə müvafiq olaraq 850 (səkkiz yüz əlli) AZN manata ekvivalent olan 500 ABŞ dolları pulu vahid niyyətlə əhatə olunan qəsdlə 24 sentyabr 2023cü il tarixdə hesab kartına 68 manat, 06 dekabr 2023-cü il tarixdə həmin hesab kartına 85 manat pul köçürtməklə ümumilikdə 1003 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 3 oktyabr 2023-cü il tarixdə təkrarən özgənin əmlakını talama məqsədi ilə ünvan 4 ünvanda Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan kripto valyuta elektron ticarəti ilə məşğul olub qazanc əldə edəcəyinə dair yalan vəd verib aldatmaqla həmin dövrün məzənnəsinə müvafiq olaraq 595 AZN manata ekvivalent olan 350 ABŞ dolları pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 əhəmiyyətli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs X5 münasibətdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib müxtəlif miqdarlarda, o cümlədən külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən X9 ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülən ittihamlar özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, o, bir proqramçı kimi sərbəst bizneslə məşğul olmuşdur. Onun əsas əlaqəsi zərər çəkmiş Zərərçəkmiş şəxs2 qardaşı ilə olmuşdur. Belə ki, Cavidin qardaşı işlədiyi hərbi hissədən çıxıb başqa bir qurumda işə düzəlmək istəmiş, o da bu məsələdə ona köməklik göstərərək vasitəçilik etmişdir. İttiham aktında Cavidin onun kartına 6000 manat pul atdığı göstərilmişdir. Lakin bu belə olmamışdır. Birinci dəfə Cavid onun kartına 5000 manat pul atmış, ikinci dəfə isə nə qədər pul köçürdüyü yadında qalmamışdır. Cavid ona ümumilikdə təxminən 10000 manata yaxın pul atmışdır. Cavidin qardaşının məsələsi uzandıqda, Cavid artıq ondan verdiyi pulu geri qaytarmağı istəmişdir. O, isə bu işi həll etməlim olan adamla əlaqə saxlayacağını bildirib, ona vaxt verməsini Caviddən xahiş etmişdir. O, yaxşılıq etmək məqsədilə bu məsələdə vasitəçi olmuş, məsələnin həlli üçün verilmiş 10000 manata yaxın puldan ona heç bir məbləğdə pul çatmamışdır. Əslində qardaşının işi ilə bağlı o, Cavidi bir nəfərlə tanış etmiş, Cavid həmin şəxsə qardaşını işə düzəltmək üçün 10000 manat pul vermiş, lakin iş düzəlməmişdir. Sadəcə onları o, tanış etdiyi üçün verilmiş pul ondan tələb edilmişdir. Təqsirləndirilən şəxs Kənan Balahəsənli ifadəsinin davamında göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin iyun ayında sosial şəbədəkədə tanış olmuş, özünün Prezident Administrasiyasında proqramist işlədiyini demiş, lakin əslində orda rəsmi işçi olmamışdır. Onunla kriptovalyuta ilə bağlı iş görmüş və iş görmək məqsədilə Mustafa Öztürk adlı bir nəfər türk vətəndaşına pul vermişdir. Həmin iş üçün o, 2022-ci ilin noyabr ayının 29-da Zərərçəkmiş şəxs1 40 min ABŞ dolları pul almışdır. Həmin türk vətəndaşı da çıxıb Dubaya getdiyindən Zərərçəkmiş şəxs1 verdiyi pullar da onun boynunda qalmışdır. O, Zərərçəkmiş şəxs1, onunla münasibəti yarandığı dövrdə o, elektron ticarətlə məşğul olmuş, fiziki şəxs kimi vergidə qeydiyyatdan keçməyə ehtiyac olmamışdır. Sonra Elnarə ilə münasibətləri sevgi münasibətinə çevrilmiş və rəsmi nikaha daxil olmuşlar. O, sonradan da Elnarədən əlavə olaraq 12-13 min manat pul almış, həmin pulu da işə qoymuş, sosial şəbəkəyə köçürmələr etmişdir. Elnarə ilə birlikdə bir evdə yaşadıqları müddətdə sonuncu ona pullar vermişdir ki, həmin məbləğ ittiham aktında da yazılmışdır. Elnarə ilə cəmi 3 ay rəsmi nikahda olmuş, pul batdığı üçün nikahları pozulmuşdur. Təqsirləndirilən şəxs Kənan Balahəsənli ifadəsinin davamında göstərdi ki, o, o, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə də kriptovalyutaya görə tanış olmuşdur. Belə ki, istər Elçin və istərsə də Fuad hər ikisi kriptoya ayrı-ayrı məbləğlərdə pul qoymuş, sonra o, öz cibindən Elçinin 850 pulunu, həmçinin Fuadın kriptoya qoyduğu təxminən 500 manat pulu onların özlərinə qaytarmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun işin ibtidai istintaqı mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2022- ci ilin iyun ayında İnstaqram Sosial şəbəkəsində canlı yayımda tanış olmuşdur. Onun özünün İslam Dininin dünyaya İngilis dilində tanıdılması üzrə lahiyəsi olduğundan icarəyə studiya götümək istəmişdir. Sonradan Elnarə ilə aralarındakı tanışlğı sevgili münasibətinə keçmişdir. Elnarə ona şərik işləməyi, onun studiyası, işçisi olduğunu, aranjemançısı olduğunu, səs yazmaları edəcəyini təklif etdiyini, bununçün bir neçə işçi tutduğunu bildirmişdir. Onlar «Youtube» kanalında işləməyə başlamışlar. Elnarə birinci dəfə 2022-ci ilin sentyabr ayında istifadəsində olan, hazırda hansı növ olduğunu xatırlamadığı kartına 2000 ( iki min ) manat pul göndərmişdi. Həmin 2000 manat pulu «Atsens Google» proqramından «Youtube» qabağa atamaq üçün hazırda identifikasiya nömrələrini xatırlamadığı «atsens» hesabına köçürmüş, sonra «Youtube» videoları qabağa çəkməklə, bir neçə işilər görmüşlər. Bir xanım vasitsəi ilə tanış olduğu Şahid adlı şəxslə «Kaitube» adlı proqram hazırlamasına razılaşmışlar. Bununçün o, Arifə 3500 manat pulu Milli Ön vasitəsi ilə hazırda xatırlamadığı kartına atmışdır. Ona guya lahiyə düzəltdiyini, 1 aya hazırlayacağını, demişdir. Arif özündə «Zombalin» adlı sosial şəbəkə olduğunu bildirmiş, onu satmaq istədiyini demişdir. O, girib lahiyəyə baxdıqda lahiyənin boş olmasını görmüş və almaq istəmişdir. Onu niyə satdığını Arifdən soruşduqda sonuncu özünə kompyuter alacağını demişdir. O, Arifə «mcbook» alıb verməsini təklif etmiş, əvəzində isə «Zombalin»i ona verməsini istəmiş və aralarında olan razılaşmaya əsasən onunla işləyəcəyi təqdirdə, lahiyə tam ona təhvil veriləndən sonra ona ayda 3000 (üç min) manat maaş verəcəyini, işləməyəcəyi təqdirdə isə söz verdiyi funksiyaları təhvil verib ayda 1000 manat maaş alacağını ona demişdir. Sonra o, lahiyənin loqosunu, adını dəyişmiş, domeni almışlar və lahiyəyə yeni funksiyalar yığmağa başlamışlar. Hər ay Arif ondan müxtəlif bəhanələrlə pullar almağa başlamişdır. 8 ay keçmiş, lakin hələ lahiyə təhvil verilməmişdir. Bu müddətdə o, Arifə 35000 manatdan çox pul vermişdir. Arif ona yazıb pulunu istəmişdir. O, Arifə səs atıb lahiyə gəlməyəcəyi təqdirdə pulu verilməyəcəyini bildirmişdir. Arif isə pulu verməyəcəyi təqdirdə o, lahiyəni başqa adama satacağı ilə onu hədələmişdir. Təqsirləndirilən şəxs Kənan Balahəsənli ifadəsinin davamında daha sonra göstərmişdir ki, Arif onları ziyana salmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 əlbəəl 40000 (qırx min) ABŞ dolları pul almışdır. Qalan 10000 (on min) ABŞ dolları kartla almışdır. Həmin pulları o, Kripto və Virtual aləmdə əlavə gəlir əldə etmək məqsədi ilə almışdır. Onun məqsədi Bitcoin kimi alıb, metavorc da virtual aləmdə çıxarış etmək olmuşdur. Zərərçəkmiş şəxs1 aldığı qalan 10000-15000 dolları pulu onunla birgə işləri üçün almışdır. Təqsirləndirilən şəxs Kənan Balahəsənli ifadəsinin davamında daha sonra göstərmişdir ki, kriptoqrafiya palatasının gələcəkdə sədri olacaq Sevda xanımın vasitəsi ilə Zərərçəkmiş şəxs3 ilə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisində tanış olmuş, tanışlıq zamanı iş görmək üçün danışıqlar aparmışlar. Sevda xanım kriptoqrafiya palatasını yaratmaq istəmişdir. İşlə bağlıü Zərərçəkmiş şəxs3 ona (t/ş K.Balahəsənliyə) 600 manat pul vermişdir. Nağd pulu BAB-da 7 gün ərzində 50 ABŞ dolları ödəniş edəcəkləri təqdirdə, 2500 ABŞ dollar pul qazanmaları mümkün olmuşdur. Lakin, elektron olduğuna görə ödənişi götürə bilməmişdir. Zərərçəkmiş şəxs3 600 manat pulu 2024-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində ünvanını dəqiq bilmədiyi ofisdə almış, pulu almaqda məqsədi BAB elektron cüzdan sistemində kripto valyuta alıb-satıb qazanc əldə etmək olmuşdur. Lakin, elektron əməliyyat alınmadığına görə məqsədini reallaşdıra bilməmişdir. Bundan başqa, tqsirləndirilən şəxs Kənan Balahəsənli ifadəsində göstərmişdir ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 özünü deyil, onun qardaşı Kamranı tanımış, sonuncu ilə normal dostluq münasibətləri olmuşdur. 2022-ci ilin fevral ayının təxminən sonlarında o, ünvan 7 ünvanda Zərərçəkmiş şəxs2 birinci dəfə nağd 5000 manat almış, ikinci dəfə isə Cavid onun kartına 5000 manat pul göndərmişdir. Aldığı həmin pulları şəxsi işlərinə xərcləmiş, ona verdiyi vədə əməl etməmişdir. Daha sonra təqsirləndirilən şəxs Kənan Balahəsənli ifadəsinin davamında göstərmişdir ki, Zərərçəkmiş şəxs4 ev-alqı satqısı ilə məşğul olduğunu öyrəndikdən sonra 2023-cü ilin sentyabr ayında xatırlamadığı mobil telefonla ona zəng edərək Bakı şəhəri, Nəsimi rayonunda olan “Zabitlər bağı” deyilən yerdəki hündür mərtəbəli binadakı olan özünə məxsus mənzili satmaq istədiyini ona yalandan demiş və özünü X4 Təhlükəsizliyi mütəxəsisi və xatırlamadığı vəzifədə işlədiyini demişdir. Həmin vaxt Elçinin onu görməməsi üçün onunla üz-üzə gəlməmiş, görüşməmişdir. Telefonda ona yalandan görüşməyə vaxtı olmadığını, işinin çox olduğunu demişdir. Elçin də onun mənzilini satmağa müştəri tapaçağına ona söz vermişdir. Sonrakı danışıqlarda Elçinə pul qazanmaq üçün internetdə proqram quracağını, az miqdarda pul qoymaqla hər həftə 500 manat pul qazana biləcəyini demiş və buna görə əvvəlcə onun verdiyi kart nömrəsinə 500 ABŞ dolları pul köçürməsini tövsiyə etmişdir. Elçin ona inandığına görə razılaşmış və xatırlamadığı kart nömrəsinə, xatırlamadığı tarixdə 500 ABŞ dolları pul köçürmüşdür. Həmin puldan 50 manatın artıq olduğunu Elçinə deyərək, 50 manatı onun kart nömrəsinə göndərməklə geri qaytarmışdır. Sonradan da, Elçindən kart vasitəsilə pullar almış, ümümilikdə ondan nə qədər pul aldığını unutmuşdur. Elçindən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Ən nəhayət, təqsirləndirilən şəxs Kənan Balahəsənli tədqiq olunan ifadəsində davamında göstərmişdir ki, zərər çəkmiş Şahid onunla Xanızadə adlı adam tanış etmişdir. Arif özünü ona İT mütəxəssisi kimi təqdim etmişdir. O, Arifə Elnarə üçün veb sayt yığmağı tapşırmış, Arifin səhlənkarlığı nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Elnarədən aldığı puldan 38000 (otuz səkkiz min) manatını Arifə vermiş, Arif isə ona verdiyi sözə əməl etməmişdir. Arif bəhanələr gətirən zaman Ariflə Elnarə arasında ünsiyyət yaranmış, Arif onun şirkətini öz adına keçirmişdir. Ariflə aralarında olan razılaşmaya əsasən Arif onun vebsaytını yığacaq, yeniləyəcək, ona İT xidmət göstərəcəkdi. O da, kripto valyutanı elektron treyd edəcəkdi. Elnarə ondan elektron kripto ticarəti tələb edəndə o, onları əlaqələndirmiş və danışdırmışdır. Danışdıqdan sonra Arif ona danışdığı yalanları Elnarəyə də danışmışdır(iş vərəqə: cild İİ, səh. 164-167). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən X7 ifadəsində göstərdi ki, 2022-ci ilin iyun ayında baxılan iş üzrə təqsirləndirilən şəxs Kənan Balahəsənli ilə sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Kənanın İnstaqram Sosial şəbəkəsində təxminən 250-260 minə yaxın izləyicisi olmuş, gündəlik olaraq ona müxtəlif şəxslər, şirkətlər və kompaniyalar reklamlarla bağlı müraicətlər edərək, iş birliklərini təklif etmişlər. Həmin vaxt onun (E.İsgəndərovanın) onun səsyazma studiyası olmuş, onun studiyasını arendaya götürmək barədə Kənanla razılığa gəlmiş, 4 ay ərzində bu barədə onunla aralarında danışıqlar olmuşdur. İcarə pulu 1000 manat olmuş, 3 dəfə ona müəyyən məbləğlərdə pul vermişdir. Kənan ona «Bitcoin» kriptovalyuta mütəxəssisi olduğunu bildirmiş, ona prezident aparatında işlədiyini və kripto valyuta ilə məşğul olduğunu demişdir. Kənan hətta bir neçə adam da gətirmiş, onlar da Kənana pul verdiklərini və bitcoini qoyub çıxardıqlarını təsdiqləmişlər. Təqsirləndirilən şəxsla ilk dəfə onun yaşadığı ünvan 9 ünvanda yaşayış binasının qarşısında blokda görüşmüş, görüş zamanı Kənan özünü proqramçı kimi təqdim etmiş, böyük lahiyələr olduğunu, onunla iş birliyi qurmaq istədiyini bildirmiş və ona investisiya kimi kapital yatıracağı təqdirdə həmin kapitalı dövriyyədə dövr etdirərək əlavə gəlir qazandıracağını bildirmişdir. Təsdiqini gördüyü işlərə baxıb Kənanla işləməyə, işlərinə pul qoymağa başlamışdır. Kənanın öz sözlərindən bildiyi qədər X1 proqramist olmuş, Adminstrasiyada mütəxəssis az olduğu üçün Kənan güclü işlər görmüşdür. Kənanla onun arasında maddi imkanları barədə danışıqlar olmuşdur. Kənanla onun işləri sırf pul alqı-satqısı ilə bağlı olmuşdur. Hətta Kənanla münasibətləri çrarvad münasibətinə çevrilmiş və onlar evlənib nikaha daxil olmuşlar. Amma bu nikahları cəmi 1 ay 20 gün çəkmiş və sonra ləğv olunmuş və ayrılmışlar. X8 ifadəsinin davamında göstərdi ki, Youtube kanalının Azərbaycanda cəmi 3 şirkətdə qolu olmuş, o da 4-cü olaraq qol yaratmaq istəmişdir ki, həmin qola sahib olmaq üçün pul tələb etmişdir. Youtube kanalının bir qolşu olaraq Azərbaycanda fəaliyyət göstərmək üçün 100 min ABŞ dollarından 300 min ABŞ dollarına qədər lisenziya alınması pul tələb etmişdir. Kənan Balahsənli lisenziya almaqda ona köməklik edəcəyini bildirmiş və maddi olaraq əlində nəyi varsa, verməsini istəmişdir. O da Rusiyada evi olduğunu, həmin evi satdığını, Kapital bankda 41.500 bir, 20.000 bir və 12.000 bir ABŞ dolları pulu olduğunu bildirmişdir. Satdığı evin pulu olan 41000 ABŞ dolları pulu Nərimanov rayonunda evlərinin yanında xalası Gülşən Mahmudovanın yanında Kənan Balahəsənliyə vermişdir. Təxminən 10 gün sonra Kənan Balahəsənli bitcoinin qalxdığını və təcili pul qoyulmalı olduğunu dediyi üçün o, ev almaq məqsədilə yığdığı təxminən 12000 ABŞ dolları pulu Kənana vermişdi. Onun estetik əməliyyatı üçün Kənan Balahəsənli ona 15000 dollar pul verməli olmasına baxmayaraq onu verə bilmədiyinə görə aralarında münaqişə yaranmış və ayrılmışlar. X8 ifadəsinin yekununda göstərdi ki, o, Kənan Balahəsənliyə 29 sentyabr 2022-ci il tarixdə 3000, oktyabr ayının əvvəlində 5000, 2022-ci ilin noyabrında 41.500 ABŞ dolları pulları nağd olaraq kermiş, bundan başqa «Yelobank», «Kapitalbank» vasitəsilə köçürmələr etmişdir. Kənan Balahəsənli onun verdiyi pullardan ona heç nə qaytarılmamış və heç bir qazanc götürməmiş, nəticədə ona 93.500 manat maddi ziyan dəymişdir. Qəbzlərlə Kənana 70 min dollar, qəbzlərsiz 100 min dollara yaxın pul vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan zərərçəkmiş şəxs X7 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin 02 mart 2024-cü il tarixli protokolundan görünür ki, üzləşmə prosesində zərərçəkmiş şəxs X7 məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları təqsirləndirilən şəxs Kənan Balahəsənlinin üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 44-49). Bundan başqa, cinayət məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, X9 ilə 26 dekabr 2022-ci il tarixdə telefon vasitəsi ilə danışmış, o, özünü qardaşının yaxın tanışı kimi təqdim etmişdir. Bir gün sonra, yəni 27 dekabr 2022-ci il tarixdə, axşam saat 19 radələrində Bakıda, Nərimanov rayonu ərazisində yerləşən “MetroPark” Ticarət Mərkəzində o, qardaşının işə düzəldilməsi ilə bağlı Kənanla görüşmüş və Kənan özünü onlara DTX-nın proqramisti kimi təqdim etmişdir. Kənan söhbər zamanı hər yerdə dost-tanışı olduğunu, istənilən adamı işə düzəltməyə bacardığını, həm də prezident administrasiyasında proqramist və ateşnik işlədiyini, ona demişdir. Kənan ilə görüşüb söhbət etməzdən əvvəl qardaşı Kamran işlədiyi Sərhəd Qoşunlarından işini dəyişib Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəlmək istəmişdir. Ona görə Kənana bu barədə deyərək qardaşının iş yerini dəyişə biləcəyini soruşduqda, Kənan onun işini istədiyi yerə pul müqabilində dəyişə biləcəyini demişdir. Təqsirləndirilən şəxs onun qardaşını DTX-ya dəftərxana şöbəsinə işə düzəltdirəcəyinə söz vermiş, bunun müqabilində 11.000 manat pul istəmişdir. 2022-ci ilin dekabr ayının təxminən sonunda Sumqayıt şəhərində, 5-ci mk.r-n ərazisində yerləşən «Yunibank» banka məxsus ödəniş terminalı vasitəsi ilə 5000 manat, 31 yanvar 2023-cü il tarixdə isə yenə də Sumqayıt şəhəri, Sülh küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində «Million» ödəmə terminalı vasitəsi ilə 6000 manat pulu Təqsirləndirilən şəxs məxsus karta göndərmişdir. Bir müddət qardaşının işindən bir xəbər-ətər çıxmadıqda o, Kənanla görüşmüş, işlə maraqlandıqda Kənan ona İran hadisələrinə görə DTX-nın başının qarışıq olduğunu, işçi götürməyin yubandığını və hətta müvəqqəti dayandırıldığını bildirmiş, işçi götürməyin mart-aprel ayına qaldığı demişdir. Zərərçəkmiş şəxs2 ifadəsində, həmçinin göstərdi ki, işlərin alınmadığını görüb Kənandan verdiyi pulları geri qaytarmasını istədikdə, Kənan pulun ona çatmadığını, həmin pulu kiməsə verdiyini demiş, lakin həmin şəxsin kim olduğu bildirməmişdir. Bir-iki təqaüddə və ya vəzifədə olan şəxslərin adından istifadə etmiş, lakin konkret izah verə bilməmişdir. Kənan hətta özünü Mirqafar müəllimin qohumu kimi də təqdim etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə ondan 11.000 manat pul almış, bütün pulları «Million» ödəmə terminalı vasitəsi ilə onun «Yelobank» və «Leobank» kartlarına göndərmişdir. Verdiyi pulları qardaşı “RespublikaBank”dan kredit kimi götürərək ona vermiş, o da həmin pullları Kənana vermişdir. Hətta hal-hazırda kreditin ödənişində gecikmələr də mövcuddur. Ona dəymiş maddi ziyan ödənilməmiş qalmışdır. Cinayət işinə məhkəmə baxışı zamanıtədqiq olunan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin 02 mart 2024-cü il tarixli protokolundan görünür ki, üzləşmə prosesində Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları təqsirləndirilən şəxs Kənan Balahəsənlinin üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 38-43). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs ilə elan vasitəsi ilə tanış olmuşdur. Belə ki, o özü ev alqı-satqı ilə məşğul olmuş və ev satmaq üçün Kənana köməklik etmişdir. Belə ki, tanışlıq çərçivəsində Kənan ona proqramist olduğunu, birinci adamla prezident aparatında, xüsusi gizli təşkilatda, yəni DTX-da işlədiyini və kripto valyuta ilə bağlı layihələrinin olduğunu bildirmişdir. Kripto valyuta ilə bağlı məsələ dünya bazarında praktikada olduğu üçün ona inanmışdır. Kənan ona müəyyən məbləğdə vəsait qoyacağı təqdirdə, 2 həftədən bir ona müəyyən məbləğlərdə pul gəliri gələcəyini desə də, onun pul qoymasına baxmayaraq ona heç bir məbləğdə pul gəlməmişdir. Kənan komputerdə “Amazon” adı ilə hansısa bir əməliyyt aparmış, guya pul qoyursan və sonra həmin pulun üstünə pul gəlir. Təqsirləndirilən şəxs kart vasitəsilə təxminən 1050 manat pul ödəmişdir ki, həmin puldan heç nə qayıtmamış, ona vurulmuş ziyan ödənilməmişdir. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 29 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda tanışlarınin birinin ofisində keçirilən ad günündə baxılan iş üzrə təqsirləndirilən şəxs X10 ilə tanış olmuş, Kənan ilə söhbət zamanı özünü X4 Təhlükəsizliyi mütəxəsisi kimi ona təqdim etmişdir. Həmin vaxt Kənana özünün Hemofiliyalı xəstəsi olduğunu və ondan kiçik bacısının isə ankoloji problemi səbəbindən Türkiyyə Respublikasına müalicə üçün gedəcəyini, bu səbəbdən dost-tanışdan pul topladığını bildirmişdir. Tanışlıqlarından bir neçə gün sonra 2 oktyabr 2023-cü il tarixində Kənan onunla əlaqə saxlayaraq internet üzərindən “süni intelekt” vasitəsi ilə hər gün 50 ABŞ dollar müqavilində kripto valyuta ala bildiyini və qısa müddətdə hər gün 50 ABŞ dollar ödəməklə təxminən 5000 ABŞ dollara çatdıracağına vəd verdiyindən ona inanaraq təxminən bir həftə içində toplamda Kənana 350 ABŞ dolları göndərmişdir ki, ona yüksək məbləğdə pul qazansın. Beş aya yaxın vaxt, hər gün Kənanə zəng edərək pula ehtiyacın olduğunu bildirsə də o, hər dəfə pulları verəcəyini bildirməyinə baxmayaraq, onu aldatmışdır. Beləliklə Kənan 350 ABŞ dolları pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Kənan Balahəsənli verdiyi sözə əməl etməsə də, həbs olunmazdan 3-4 gün öncə verdiyi pulu ona geri qaytarmışdır ki, onun Kənana qarşı şikayəti və tələbi qalmamışdır. Proseslərdə bildiyi qədər Sevda adlı xanım Kənan Balahəsənli ilə birgə kriptovalyuta işi ilə məşğul olmuş, Elnarə adlı xanımla isə iş prosesində tanış olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, veb saytın hazırlanması üzrə proqramçıdır. X14 ilə onun Xanzadə adlı xanım tanışları olmuş, Kənanla birlikdə işləmişlər. O, Xanzadəni qiyabi tanımışdır. Xanzadə ona müdirinin film saytı istəməsi ilə əlaqədar müraciət etmişdir. Kənan Xanzadə vasitəsilə veb saytın hazırlanmasına görə ona müraciət etmiş, onlar ondan film saytı istəmiş, o da razılaşmışdır. Kənan film saytı yığmazdan əvvəl ona yoldaşının bağlı səs studiyası olduğunu bildirmiş, ona səs studiyası hazırlayıbhazırlamamağı soruşmuş, o da hazırlaya biləcəyini deyib, onlarla razılaşmışdır. Həmin vaxt o, Elnarəni tanımamışdır. 2023-cü ilin yanvar təxminən 14 və ya15-də o, saytı hazırlayıb təhvil vermişdir. Daha sonra ondan «Youtube» platforması kimi bir video platforması istəmiş, o da həmin platformanı hazırlamağa başlamışdır. Razılaşmaya əsasən o, “Youtube”la bağlı tapşırığı 7000 manata hazırlamalı olmuşdur. Həmin vaxt o, Kənana əlində sosial şəbəkəsi olduğunu, komputerə ehtiyacı olduğunu, kompüterin qiymətinin baha olduğunu bildirmiş, almaq istəyən olsa sata biləcəyini demişdir. Bundan sonra Kənan onun əlində olan sosial şəbəkəni ondan alacağını bildirmişdir. Həmin şəbəkə üçün 15 min manata danışıb razılaşmışlar. Kənan həmin şəbəkənin pulunu ona qismən verəcəyini bildirmişdir. Razılaşmaya əsasən Kənan pulun yerinə ona 10 min manata komputer alıb verməli, yerdı qalan məbləği də nağd şəkildə verməli idi. Kənan ona 15.000 manata “Macbook” adlı çoxfunksiyalı komputer alıb vermiş, bildiyi qədər həmin kompüteri 8 min manata almış, yerdə qalan məbləği də ödəyəcəyinə söz vermişdir. Bu danışıqlardan sonra o, sosial şəbəkəni çıxarmışdır. Həmin sosial şəbəkə üzərində əlavə işlər görməsi, şəbəkəni inkişaf etdirməsi qarşılığında Kənan ona ayda mənə 3000 manat pul verəcəyini təklif etmiş, o da razılaşmışdır. Kənan həmin platformanın adını “Kaitube” qoymuş, daha sonra həmin sosial şəbəkə hazırlanan vaxt onun adını dəyişib “Kayanot” qoymuşlar. 2023cü ilin iyun ayında yaranmış vəziyyətlə bağlı o, məlumatları müstəntiqə vermişdir. Bundan sonra Kənanla yoldaşı arasında münaqişələr başlamış, hərəsi sosial şəbəkənin ona aid olduğunu bildirmiş, polis və məhkəmə yolu ilə iş yarımçıq qalmış, onun da ödənişləri edilməmişdir. Şahid ifadəsinin davamında göstərdi ki, Kənan ona müraciət edərkən “Youtube” platformasının Elnarənin adına açılacağını ona deməmiş, ilk tanışlıqları vaxtı yoldaşının adına səs studiyası ilə bağlı “Elaymusic” adlı sayt istəmişdir. O da onu yığıb təhvil özlərinə vermişdir. Sonralar Elnarənin deməsinə görə Kənan ondan gah 50 min manat, gah da 100 min manat pul almışdır. Elnarə mənə Kənanın ondan 35.000 aldığını deməmişdir, lakin saytın özünə həmin məbləğdə pul qoyulmuşdur. Lakin Elnarənin deməsinə görə komputeri Kənana o almış və həmin notbuku ondan Kənan yox, Elnarə özü tələb etmişdir. Elnarənin dediyinə görə həmin komputer onun puluna alınmışdır. Proseslərin gedişatında isə Kənan ona birbaşa Elnarədən pul aldığını deməmiş, lakin Elnarədən aldığı pulu sadəcə kripto valyuta üçün aldığını, ər-arvad olduqlarını demişdir. Kənana 40 min verdiyini Elnarə özü ona demişdir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 özgənin müxtəlif miqdarlarda, o cümlədən külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə, yəni dələduzluq yolu ilə talamada ehtiva olunan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından onun cinayət əməli bu hissədə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Təqsirləndirilən şəxs X3 istər məhkəməyədək icraat və ya istərsə də məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə gətirdiyi dəlillər, məhkəmə baxışı zamanı təsdiq olunmadığından, məhkəmə gətirilən dəlilləri cinayət məsuliyyətindən və cəzadan yayına bilməsi üçün təqsirləndirilən şəxs tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, X3 cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və Kənan Balahəsənli həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından irəli gələn və yuxarıda qeyd olunan tövsiyyələr, müəyyən olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində ehtiva olunan əlamətlər təqsirləndirilən şəxs X3 cinayət əməli ilə üst-üstə düşür. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri (burada: Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi) müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxs Kənan Balahəsənlinin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışlarından görünür ki, X9 əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İİ, səh.137). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs X3 cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 faktiki yetirilmiş maddi zərər ödənilməmiş, cinayətin zərərli nəticələri aradan qaldırılmamış, zərər çəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında barışıq əldə edilməmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı maddi zərərin ödənilməsi ilə bağlı mülki iddia qaldırmasa da, o, məhkəməyə təqdim etdiyi ərizəsində ona yetirilmiş maddi zərərin ödənilməsi tələbi ilə müraciət etmişdir. Məhkəmə baxışı gedişində zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəməyə müraciət edib təqsirləndirilən şəxs X5 qarşı şikayət və tələbinin olmamasını qeyd etmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 59.1.12-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsi və onlara vurulmuş ziyanın ödənilməsi cəzanı yüngülləşdirən hal hesab olunmalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs X3 barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Kənan Balahəsənlinin cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 29 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki X9 cinayət işinin məhkəməyədək icraatı mərhələsində 29 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 mart 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və Kənan Balahəsənli məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2, 158.2.1 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs X5 qarşı vurulmuş maddi zərərə görə 93500 (doxsan üç min beş yüz) manat pul tələbinə dair mülki iddia qaldırımış və buna görə 370,5 (üç yüz yetmiş manat 50 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə mülki iddiaya dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, X3 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin sübuta yetməsi və yetirilmiş maddi zərərin ödənilməməsi nəzərə alınmalı, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs X5 qarşı vurulmuş maddi zərərə görə 93500 (doxsan üç min beş yüz) manat pul tələbinə dair mülki iddiası tam təmin edilməli, 93500 (doxsan üç min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumuna görə 370,5 (üç yüz yetmiş manat 50 qəpik) manat– cəmi 93870.5 (doxsan üç min səkkiz yüz yetmiş manat 50 qəpik) manat pul təqsirləndirilən şəxs X2 tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1-ci maddəyə əsasən iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2-ci maddəyə əsasən iddianın rədd edilməsi; 354.1.3-cü msaddəyə əsasən iddianın baxılmamış saxlanması. Cinayət işinə məhkəmə baxışı zamanı qanunla müəyyən olunan qaydada mülki iddia qaldırmamış Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 314.2, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X3 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 29 fevral 2024-cü il tarixdən hesablansın. X9 ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X3 barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs X5 qarşı vurulmuş maddi zərərə görə 93500 (doxsan üç min beş yüz) manat pul tələbinə dair mülki iddiası tam təmin edilsin. 93500 (doxsan üç min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumuna görə 370,5 (üç yüz yetmiş manat 50 qəpik) manat– cəmi 93870,5 (doxsan üç min səkkiz yüz yetmiş manat 50 qəpik) manat pul təqsirləndirilən şəxs X2 tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddia qaldırmaq hüquqynun olması izah olunsun. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum X5 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-342/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-342/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver