Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-343/2021 01.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi, Azərbaycan-rus dillərinin tərcüməçisi X6 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, milliyyətcə rus, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyatzadə keçəsi ev 10 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni satmış və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi bir ədəd “West" markalı siqaret qutusunun içərisində bir ədəd sellofan torbacıqda təmiz çəkisi 0,657 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 5,237 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetamini xx xxx 2020-ci tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində tanışı X2, həmin tarixdə saat 19:30 radələrində Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X13 Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 28 saylı ünvanın həyətində saxlanılaraq 39-cu polis bölməsinə gətirilmiş və bölmədə keçirilən şəxsi axtarış və götürmə zamanı qeyd edilən çəkilərdə həmin psixotrop maddə - metamfetamin bir ədəd bükümdə və narkotik vasitə qurudulmuş marixuana bir ədəd sellofan torbacıqda onun əynindəki göy rəngli cins şalvarının sol yan cibindən çıxan “West” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,177 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda olmayan, yəni təmiz çəkisi 0,970 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, xx xxx 2020-ci tarixdə saat 19:10 radələrində Səbail rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında saxlanılaraq Səbail rayon Polis İdarəsinə gətirilmiş və İdarədə keçirilən şəxsi axtarış və götürmə zamanı qeyd edilən çəkilərdə həmin psixotrop maddə -metamfetamin bir ədəd brelokun, narkotik vasitə qurudulmuş marixuana bir ədəd gümüşü rəngli kibrit qutusunun içərisində olmaqla, həmçinin bir ədəd daxilində psixotrop maddə metamfetaminə məxsus izlər olan, lakin iz hissəcikləri cüzi miqdarda olduğu üçün çəkisini müəyyən etmək mümkün olmayan yaşıl rəngli şüşə borucuq onun üzərində olan qara rəngli əl çantasından aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 42 ünvanında yerləşən Suraxanı rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsi, ev 10-da anası ilə birlikdə yaşayır. Təxminən 2 il ərzində narkotik vasitə marixuana və psixotrop maddə metamfetamindən (şüşə) istifadə edir. Gün ərzində ağrıları olduğu üçün 0,3 qram metamfetamin psixotrop maddədən istifadə etməyə məcbur olur. 2 il qabaq dostları və tanışları vasitəsi ilə “şüşə” adlanan psixotrop maddəni çəkməyə başlamışdır. Sonra bu artıq onda gündəliyə çevrilmişdir. O, narkotik vasitə və psixotrop maddələrin alışı üçün özünə məxsus olan ***-***-**-** mobil nömrə ilə istifadə etdiyi “Whatsapp” proqramı vasitəsi ilə Türkiyə və Almaniya nömrələri ilə istifadə edilən “Whatsapp”la əlaqə saxlamışdır. Həmin şəxslərin ona dediyi bank kartının şifrəsinə lazım olan narkotik və psixotrop maddənin miqdarı dəyərində pul yükləyib, qəbzin şəklini çəkib həmin nömrənin “Whatsapp”ına göndərmiş, bundan sonra həmin şəxslər ona narkotik və psixotrop maddənin əvvəlcədən qoyulduğu yerin şəklini çəkib “Whatsapp”la ona göndərmişlər. Dostları Kamil, Ceyla və Nərgiz də arada narkotik vasitələrdən istifadə etmək istəmişlər. Onlar narkotik vasitəni əldə edə biləcəkləri şəxsləri tanımamışlar deyə ondan həmin şəxslərə narkotik əldə etməkdə kömək etməsini xahiş etmişlər. Onlar hər kəs özünə aid olan hissədə pul qoyub narkotik vasitə almışlar. Həmişə uşaqlar üçün narkotik vasitəni almaq üçün o, getmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. xx xxx 2020-ci il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu bir xanımla görüşmək məqsədi ilə “28 Mall” adlanan alışveriş ticarət mərkəzinin qarşısında dayanıb xanımı gözləyərkən ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və cinayət işi ilə əlaqədar müstəntiqin tapşırığı ilə onun Səbail rayon Polis İdarəsinə getməli olduğunu bildirmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmiş, Polis idarəsində onun üzərinə vəkilin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı bənövşəyi rəngdə brelokun içərisində olan psixotrop maddə metamfetamin (şüşə), gümüşü rəngdə kibrit qutusunun içərisində qurudulmuş marixuana adlanan narkotik vasitə və metamfetamini (şüşə) istifadə etmək üçün yaşıl rəngli şüşə materialdan olan borucuq aşkar olunmuşdur. Bir şeyi qeyd etmək istəyir ki, o, polis idarəsinə daxil olan zaman onun üzərində narkotik vasitə olmamışdır. O, bir otaqda uzun müddət saxladıqdan sonra ayaqyoluna getmək istədiyini bildirmiş, polis əməkdaşlarının müşayiəti ilə ayaqyoluna getmiş, ayaqyoluna gedərkən polis əməkdaşları onun əl çantasına narkotik vasitə qoymuşlar. Sonra müstəntiqin otağında üzərinə baxış keçirilmiş, baxış zamanı üzəridən pul, vəsiqə, telefon, əl çantası və folqa kağıza bükülü kibrit qutusu aşkar edilmişdir. Amma kibrit qutusu boş olmuşdur. Üzərində axtarış aparılarkən ondan X9 tanımağı barədə və ona narkotik vasitəni satmağı barədə sual verilmişdir. O, X10 tanıdığını, amma onunla ədavəti olduğunu və buna görə də Rəfaelin onun əleyhinə ifadə verdiyini demişdir. Üzərinə videoçəkilişlə baxış keçirilərkən o, öz vəkilinin yanında etiraz etmiş və narkotik vasitənin ona məxsus olmamasını, ayaqyoluna gedəndə polis əməkdaşlarının qoyduğunu bildirmişdir. Müstəntiq çəkilişi yarımçıq saxlayıb ona çəkilişdən kənar bildirmişdir ki, əgər etiraz etsə onun üzərinə yarım kiloqram heroin qoyduracaq. Ona görə də o, qorxmuş və videoçəkilişdə polis əməkdaşlarının dediyi kimi edərək, sənədlərə imza etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, Rəfaeli tanıyır, Rəfael metamfetamindən istifadə edir, Rəfaellə birlikdə narkotik vasitədən istifadə etmiş, həmin vaxt narkotik vasitəni Rəfael özü almışdır. O, heç vaxt kiməsə narkotik vasitə satmamış, narkotik vasitələrdən heç vaxt qazanc əldə etməmişdir. Kamili və Ceylanı polis qorxudub deyə həmin şəxslər onun əleyhinə ifadə vermişlər. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, təxminən 2 il ərzində narkotik vasitə marixuana və psixotrop maddə metamfetamindən (şüşə) istifadə etmiş, gün ərzində ağrıları olduğu üçün 0,3 qram şüşə adlı metamfetamin psixotrop maddədən istifadə etməyə məcbur olmuşdur. Narkotik vasitənin qiyməti baha olduğundan narkotik satan şəxslərin dairəsində tanınmağa başlamışdır. Çünki qazanc yeri olmadığı üçün öz gündəlik tələblərini ödəyə bilmədiyinə görə dostlarına və tanışlarına narkotik vasitənin alınmasına köməklik göstərməyə başlamışdır. Bununla da, həm özü üçün narkotik vasitə əldə edə bilmiş, həm də pul qazanmışdır. Dostları və tanışlarından müəyyən qədər pul alıb narkotik vasitə əldə edib, bir qismini özünə, bir qismini onlara verməyə başlamış, beləliklə də dairəsində həm narkotik satanların, həm də narkotik istifadə edənlərin dairəsi genişlənmişdir. Təxminən gün ərzində 4-5 nəfərə psixotrop maddə olan şüşəni və narkotik vasitə marixuananı əldə etmələrinə köməklik etmişdir. Ətrafı geniş olduğu üçün, çoxsaylı narkotik satan şəxslərlə tanışlığı yaranmış, narkotik vasitə və psixotrop maddələrin alışını özünə məxsus olan ***-***-**-** mobil nömrə ilə istifadə etdiyi “Whatsapp” proqramı vasitəsi ilə Türkiyə və Alman nömrələri ilə istifadə edilən “Whalsapp”la əlaqə saxlamış, həmin şəxslərin ona dediyi bank kartının şifrəsinə ona lazım olan narkotik və psixotrop maddənin miqdarı dəyərində pul yükləyib, qəbzin şəklini çəkib həmin nömrənin “Whatsapp”ına göndərmiş, bundan sonra, həmin şəxslər narkotik və psixotrop maddənin əvvəlcədən qoyulduğu yerin şəklini çəkib “Whatsapp”la ona göndərmişlər. O da həmin narkotik və psixotrop maddəni müxtəlif bükümlərdə tanışlarına satmışdır. Həmin narkotik və psixotrop maddələri ya görüşərək satmış, ya da ki, alıcılar ona məxsus olan plastik bank kartına pulu köçürmüş, o da müəyyən yerlərə narkotik və psixotrop maddələri qoyduğu yerin şəklini çəkib göndərmiş, alıcılar da gedib həmin yerdən malı götürmüşlər. Sonuncu dəfə tutulmazdan qabaq, yəni xx xxx 2020-ci il tarixdə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxladığı xatırlamadığı şəxsə 40 manat dəyərində psoxotrop maddə metamfetamin (şüşə) satmışdır. xx xxx 2020-ci il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu bir xanımla görüşmək məqsədi ilə “28 Mall” adlanan alış-veriş ticarət mərkəzinin qarşısında dayanıb xanımı gözləyərkən ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və cinayət işi ilə əlaqədar müstəntiqin tapşırığı ilə onun Səbail rayon Polis İdarəsinə getməli olduğunu bildirmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Səbail Polis İdarəsinə gəlmişdir. Polis idarəsində ona hüquq və vəzifələri izah olunaraq vəkilin və tərcüməçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilərək, polis əməkdaşı tərəfindən üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, bir neçə gün əvvəl “Whatsapp” proqramı vasitəsilə ilə aldığı bənövşəyi rəngdə brelokun içərisində olan psixotrop maddə metamfetamini (şüşə), gümüşü rəngdə kibrit qutusunun içərisində qurudulmuş marixuana adlanan narkotik vasitəni və metamfetamini (şüşə) istifadə etmək üçün saxladığı yaşıl rəngli şüşə materialdan olan borucuğu polis əməkdaşlarına təqdim etmişdir. Üzərində axtarış aparılarkən ondan X9 tanıması barədə və ona narkotik vasitəni satması barədə sual verilmiş və o, X10 tanıdığını, normal münasibətlərinin olduğunu, sonuncu dəfə Rəfaeli bir neçə ay öncə gördüyünü, əvvəllər ona narkotik vasitə versə də, may ayının 4-6 ərəfəsində Rəfaellə görüşmədiyini və narkotik vasitə vermədiyini bildirmiş, bundan sonra onun üzərində keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən, eləcə də, onun tərəfindən protokolun doğruluğu imzalanmış, üzərində keçirilmiş şəxsi axtarış zamanı videoçəkilişdən də istifadə edilmişdir. Rəfael Əzimov tutulan zaman artıq 5-6 ay imiş ki, onunla danışmırmış. Ona əvvəllər narkotik vasitə və psixotrop maddə satmış, lakin xx xxx 2020-ci il tarixdə Rəfaelə narkotik vasitə və psixotrop maddə satmamışdır. Müxtəlif şəxslərə narkotik vasitə və psixotrop maddələr satmış, həmin şəxslərin adlarını xatırlamır. Bir neçəsinin adı yadındadır, həmin şəxslərdən Fərhad, Nərgiz və Lalə adlı şəxsləri qeyd edə bilər. ***-***-**-** nömrəsi ilə Nərgiz adlı şəxs, ***-***-**-** nömrəsi ilə Fərhad adlı şəxs, ***-***-**-** nömrəsi ilə Kamil adlı şəxs, ***-***-**-** nömrəsi ilə Lalə adlı şəxs, ***-***-**- ** nömrəsi ilə Ceyla adlı şəxs onunla əlaqə saxlayaraq müxtəlif tarixlərdə ondan şəxsi istifadələri üçün narkotik vasitə və psixotrop maddələr almışlar. Ona görə də, həmin şəxslərin ifadələrində qeyd etdikləri düzdür (cild 2, iş vərəqi 149-154). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Səbail Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, xx xxx 2020-ci il tarixdə Rəfael adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı üzrə xüsusatların yoxlanması və əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə o, bölmənin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid4 Cəlal oğlundan ibarət əməliyyat qrupu təşkil olunaraq keçiriləcək əməliyyat tədbiri zamanı davranış xətti izah edilmişdir. Həmin tarixdə saat 19:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu, Z.Əliyeva küçəsi 28 saylı ünvanın qarşısında Rəfael adlı şəxs müəyyən edilərək yanında olan bir nəfər şəxs ilə birlikdə saxlanılmışdır. Həmin şəxslərdən biri X13 olduğunu, digəri isə X14 olduğunu bildirmişdir. Daha sonra Rəfael Əzimova narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib hər iki şəxsi polis bölməsinə dəvət etmişlər. Rəfael Əzimov və Möhüb Məlikov razılaşdıqdan sonra birlikdə 39-cu polis bölməsinə gəlmişlər. Polis bölməsində Rəafel Əzimovu ayrı xidməti otağa, Möhüb Məlikovu isə ayrı xidməti otağa aparmışlar. Rəfael Əzimovun hüquqlarının müdafiə olunmasından ötrü polis bölməsinə 3 saylı vəkil bürosundan vəkil dəvət olunmuşdur. Bundan sonra Rəfael Əzimova hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. X17 dəhlizdəki stola yaxınlaşaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Musiqi Pleyr”, 1 ədəd həmin pleyr üçün nəzərdə tutulan qulaqcıq, daha sonra cins şalvarın sol yan cibinə əlini salaraq 1 ədəd boz rəngli üzərində “West” sözləri yazılmış siqaret qutusunu çıxarıb stolun üzərinə qoyub, daha sonra həmin siqaret qutusunun içərisindən 2 ədəd şəffaf sellofanları masanın üzərinə qoymuşdur. Sonra vətəndaş Rəfael Əzimova üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuşdur. Rəfael Əzimov “West” siqaret qutusundan çıxarıb masının üzərinə qoyduğu həmin şəffaf sellofanlardan birinin içərisində olan yaşıl rəngli, ot şəkilli kütlənin narkotik vasitə “nəşə” (marixuana), digər şəffaf sellofandakı ağ rəngli kristal formalı kütlənin isə “şüşə” adlanan narkotik vasitə olduğunu bildirmişdir. Rəfael Əzimovdan həmin bükülüləri hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulanda həmin şəxs qeyd edilən narkotik vasitəyə bənzər kütlələri Bakı şəhəri, Xətai rayonu, ərazisində üzdən tanıdığı Aleksey adlı Bakı şəhər sakinindən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Rəfael Əzimovdan aşkar edilmiş şəffaf rəngli, 2 ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq zərfin ağzı Səbail RPİ-nin 39-cu PB-nin zərflər üçün nəzərdə tutulmuş 49 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsindəki xüsusatları tam olaraq təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Səbail RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Mahiyyəti üzrə bildirir ki, Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Cavid Məmmədov tərəfindən icraatında olan ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş əməliyyat tapşırığının icrası ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Aleks adı ilə tanınan Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 19:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında aşkar edilmişdir. Onunla birlikdə Səbail RPİ-nin NMB-nin rəisi, polis mayoru X15, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X12 olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşan zaman Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Cavid Məmmədov tərəfindən icraatında olan cinayət işi ilə əlaqədar verdiyi əməliyyat tapşırığının icrası ilə bağlı ona yaxınlaşdıqlarını deyərək, onu Səbail RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə Səbail RPİ-yə gəlmişdir. Rəsmi olaraq məktubla Təqsirləndirilən şəxs müstəntiq Cavid Məmmədova təqdim edilmiş, o, rus milliyyətli olduğundan müvafiq istintaq hərəkətlərinin keçirilməsi üçün tərcüməçi və hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs tərcüməçi və vəkillə təmin olunduqdan sonra, müstəntiq Cavid Məmmədov tərəfindən şübhəli şəxs kimi tutulmuş, bundan sonra, iş üzrə mütəxəssis kimi Səbail RPİ-nin ekspert-kriminalisti, polis baş leytenantı Şahid6 dəvət edilmişdir. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada hüquq və vəzifələri elan edildikdən sonra onun üzərində saat 20:30-dan başlayaraq şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı o, Fikrət Aslanlı, Şahid6, müdafiəçi və tərcüməçi iştirak etmişdir. Şahid6 şəxsi axtarış zamanı videokamera vasitəsilə videoçəkiliş aparmışdır. Şəxsi axtarış başlandıqda Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs Cavid Məmmədovun xidməti otağındakı masaya yaxınlaşaraq üzərində olan qara rəngli kiçik əl çantasından bənövşəyi rəngli breloku stolun üzərinə qoyaraq həmin brelokun içərisində psixotrop maddə “şüşə” olduğunu bildirmişdir. Həmin bənövşəyi rəngli brelokun içərisinə baxış keçirilərkən şəffaf rəngli kristal formada psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həmin əl çantasından gümüşü rəngli kibrit qutusunu və bir ədəd şüşə materialdan olan muştuğu çıxarıb stolun üstünə qoymaqla kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, muştuqla da narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələri haradan, kimdən əldə etməsi və hansı məqsədlə üzərində gəzdirməsi soruşulduqda, o, "Whatsapp” vasitəsilə tanımadığı şəxsdən əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Şəxsi axtarış keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli kristal formada psixotrop maddəyə bənzər və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, həmçinin, bir ədəd şüşə materialdan olan muştuq içərisi boş olan zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Bundan sonra, şəxsi axtarış zamanı çəkilmiş videogörüntü prosesin bütün iştirakçılarına nümayiş etdirilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Səbail RPİ-nin KTQ-nun ekspert kriminalist vəzifəsində xidmət etdir. Mahiyyəti üzrə bildirir ki, xx xxx 2020-ci il tarixdə Səbail RPİ-nin inzibati binasında xidmətdə olan zaman İdarənin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Cavid Məmmədov onunla əlaqə saxlayaraq bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar videokamera vasitəsilə video çəkiliş aparmasını xahiş etmiş və cinayət işi üzrə onu mütəxəssis qismində dəvət etdiyini bildirmişdir. O da buna razılıq vermişdir. Şəxsi axtarış zamanı üzərinə şəxsi axtarış keçirilən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmiş, şəxsi axtarış zamanı Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri X12 və Şahid5, Təqsirləndirilən şəxs müdafiəçisi və iş üzrə təyin edilmiş tərcüməçi iştirak etmişdir. Şəxsi axtarış başlayan andan o, "Panasonic” markalı videokamera ilə çəkiliş aparmağa başlamışdır. Şəxsi axtarış müstəntiq Cavid Məmmədovun otağında keçirilirmişdir. Şəxsi axtarış başlandıqda Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etmək təklif olunmıış, Təqsirləndirilən şəxs qara rəngli kiçik əl çantasından bənövşəyi rəngli breloku stolun üzərinə qoyaraq həmin brelokun içərisində psixotrop maddə “şüşə” olduğunu bildirmişdir. Həmin bənövşəyi rəngli brelokun içərisinə baxış keçirilərkən şəffaf rəngli kristal formada psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həmin əl çantasından gümüşü rəngli kibrit qutusunu və bir ədəd şüşə materialdan olan muştuğu çıxarıb stolun üstünə qoymaqla kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, muştuqla da narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs bir ədəd “LG” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələri haradan, kimdən əldə etməsi və hansı məqsədlə üzərində gəzdirməsi soruşulduqda, o, “Whatsapp" vasitəsilə tanımadığı şəxsdən əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Şəxsi axtarış keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli kristal formada psixotrop maddəyə bənzər və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, həmçinin, bir ədəd şüşə materialdan olan muştuq içərisi boş olan zərfə qoyulmuş, möhürlənmiş və zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Bundan sonra, şəxsi axtarış zamanı çəkilmiş videogörüntü prosesin bütün iştirakçılarına nümayiş etdirilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Bakı şəhəri, Azadlıq prospekti, 86 ünvanında yerləşən Nəsimi rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 5/2-də atası ilə birlikdə yaşayır. X5 ilə anası X3 2009-cu ildə boşanmışlar. Atası ilə anası boşandıqdan sonra atası ilə birlikdə yaşamış, anası ilə hərdənbir görüşmüş və ehtiyacı olduğu zaman anası Yekaterina onun yanında olmamış və bütün bunlar ona pis təsir etmiş, özünü tək hiss etmiş, hətta depressiyaya da düşmüşdür. 2019-cu ilin yanvar-fevral aylarında Bakı şəhəri, Səbail rayonu, “Tarqovı” adlanan yerdə çay evlərinin birində ortaq tanışları ilə əyləşib çay içən zaman adı yadında qalmayan tanışının yaxını olan Aleksey gələrək onlarla birlikdə əyləşib çay içmiş, orada olan zaman o, Alekseyin narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bilmiş, bir müddət narkotik vasitə və psixotrop maddələrdən istifadə etsə, depressiyadan çıxacağını və özünü yaxşı hiss edəcəyini düşünmüş, ona görə də Alekseydən mobil telefon nömrəsini istəmiş və ondan yaxın günlərdə narkotik vasitə və psixotrop maddə alacağını bildirmişdir. Əvvəl Aleksey nömrəsini verməkdən çəkinmiş, lakin sonradan nömrəsini ona vermişdir. Bundan təxminən 2-3 həftə sonra o, Alekseyin verdiyi ***-***- **-** saylı mobil nömrə altında istifadə etdiyi “Whatsapp” və “Telegram” proqramları ilə istifadəsində olan ***-***-**-** saylı nömrə altında istifadə etdiyi həmin proqramlarla əlaqə saxlayaraq onunla Bakı şəhəri, 28 May metrostansiyasının yaxınlığında görüşmüş və Alekseydən balaca bükümdə “şüşə” adlanan metamfetamin psixotrop maddə alıb 20 manat pul vermişdir. Həmin psixotrop maddəni bir müddət Bakı şəhəri, Səbail rayonu, “Tarqovı” adlanan yerdə tək kirayədə qaldığı evdə iyləmək yolu ilə qəbul etmişdir. Həmin vaxtlarda anası Yekaterina Türkiyə Respublikasında yaşamışdır. Təxminən 2019-cu ilin oktyabr ayına qədər bir neçə dəfə Alekseylə Bakı şəhərinin müxtəlif yerlərində görüşərək ondan psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana alaraq kirayədə yaşadığı evdə istifadə etmişdir. Həmin ilin noyabr ayında anası Türkiyə Respublikasından gəldikdən sonra ona etdiyi səhvi, yəni narkotik və psixotrop maddələrdən istifadə etdiyini demiş, anası da ona irad bildirmiş və pis olmuşdur. Bundan sonra, o, ev şəraitində anasının dəstəyi ilə tibbi sistemlərlə müalicə oldunmuşdur. Ümumiyyətlə, narkotik vasitə və psixotrop maddələrdən asılılığı olmadığı üçün onlardan daha istifadə etməmiş və həmin vaxtdan da Alekseyin nömrəsini telefonundan silmişdir. Alekseyin daha kimlərə narkotik vasitə və psixotrop maddələr satması barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, ünvan 7 ünvanında yaşayır. Gürcüstan Respublikası Tiflis Dövlət Tibb Universitetinin 5-ci kurs tələbəsidir. Bir müddət əvvəl tanışı Olyanın vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Aleksey ilə tanış olan zaman onun narkotik vasitələrin satışı ilə məşğul olmasını bilməmiş, ilkin olaraq, tibb sahəsində oxuduğu üçün Alekseyə tibbi sahədə köməklik edəcəyini demiş, bir müddət keçdikdən sonra “Tarqovı” adlanan yerdə olan zaman Aleksey ilə rastlaşmışdır. Söhbət zamanı Aleksey ona narkotik vasitə istifadə etsə və lazım olsa ona müraciət edə bilməsini, ona narkotik vasitə təşkil edə biləcəyini demişdir. O da buna etiraz etməmiş, daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonunu götürmüşdür. Daha sonra o, 2020-ci ilin aprel və may aylarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna "Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə mesaj yazmış, ilk mesaj yazan zaman mətnində tanışlıq vermiş və Aleksey onu tanımışdır. O, Alekseydən narkotik vasitə metamfetamin istəmiş, Aleksey də buna etiraz etməmişdir. Bundan sonra o, Aleksey ilə “Yaşıl Bazar”ın yanında görüşərək 10 manat verib qramını dəqiq xatırlamadığı metamfetamin almışdır. Daha sonra isə yaşadığı evə getmişdir. Daha sonra təxminən iki dəfə yenə “Yaşıl Bazar”ın yanında görüşərək Alekseydən 10 manata yenidən narkotik vasitə metamfetamin alaraq istifadə etmişdir. Bundan sonra o, bir daha Aleksey ilə görüşməmiş və ondan narkotik vasitə almamışdır. Şahid9 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin axırlarında narkotik vasitə qəbul etməyə başlamış, narkotik vasitəni falqadan çəkərək istifadə etmişdir. 2019-cu ilin əvvəllərində keçirilən səs yazısı studiyasında Təqsirləndirilən şəxs tanımış, həmin vaxt söhbət əsnasında Alekseyin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. O da narkotik vasitə qəbul etdiyi üçün narkotik vasitə lazım olduqda Alekseydən ala biləcəyini düşünmüş, daha sonra Aleykseyə yaxınlaşaraq mobil telefon nömrəsini götürmüşdür. Bundan sonra, o, 2019-cu ilin mart-aprel aylarında Alekseyə zəng edərək tanışlıq vermiş və ona narkotik vasitə metamfetamin lazım olduğunu bildirmişdir. Aleksey ona etiraz etməyərək sata biləcəyini demiş, bundan sonra 2019-cu ilin mart-aprel aylarında Aleksey ilə Nizami metrosunun yaxınlığında görüşmüş, 30 manat müqabilində 0,030 qram narkotik vasitə metamfetamin almış, sağollaşaraq çıxıb getmişdir. Daha sonra təxminən 4-5 dəfə o, yenidən Nizami metrosunun yaxınlığında Aleksey ilə görüşərək narkotik vasitə metamfetamin almışdır (cild 2, iş vərəqi 25-26). Şahid Nuruİİayeva Nərgiz Seyran qızı ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin dekabr ayından narkotik vasitə metamfetamin qəbul etmişdir. Təqsirləndirilən şəxs xatırlamadığı tanışı vasitəsi ilə tanımış, Alekseyi tanıdıqdan sonra onun narkotik vasitə satdığını bilmiş, narkotik vasitə metamfetamin lazım olduqda Alekseydən ala biləcəyimi düşünmüş, buna görə də, 2020-ci ilin fevral ayının axırlarından öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazmışdır. İlk mesaj yazan zaman mətnində Alekseyə tanışlıq vermiş və Aleksey onu tanımışdır. Alekseyə narkotik vasitə metamfetamin lazım olduğunu demiş, Aleksey də ona təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra, o, Aleksey ilə “Dostluq” kinoteatrının qarşısında görüşmüş, Alekseyə 50 manat vərərək Alekseydən 0,05 qram narkotik vasitə metamfetamin almışdır. Bundan sonra, təxminən 8-9 dəfə Aleksey ilə şəhərin müxtəlif yerlərində görüşərək narkotik vasitə metamfetamin almışdır. Daha sonra bir daha Aleksey ilə görüşməmiş və ondan narkotik vasitə almamışdır (cild 2, iş vərəqi 7-8). İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X13 verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, o, 15 il əvvəl valideynləri ilə Bakı şəhərinə gəlmiş və Bakı şəhərində yaşamağa başlamışlar. Bir müddətdən sonra valideynləri ayrılmış, ona görə o, evdən çıxıb getmişdir. Həmin vaxtdan sonra tək yaşamağa başlamışdır. Bakı şəhərində müxtəlif ünvanlarda yaşayır, subaydır, hal-hazırda heç bir yerdə işləmir. Təxminən 4 ildir ki, narkotik vasitələrdən istifadə edir. Bədənində ağrılar olduğu üçün narkotik vasitə əldə etmək qərarına gəlmiş və xx xxx 2020-ci il tarixdə şəxsi istifadəsi ücün narkotik maddə almaq məqsədi ilə mütəmadi olaraq narkotik maddə aldığı Aleks adı ilə tanıdığı şəxsin ***-***-**-** nömrəli mobil telefonuna ***-***-**-** nömrəsindən zəng etmiş və ona narkotik lazım olduğunu demişdir. Aleks ona 6 qrama yaxın “şüşə” olduğunu və ona 200 manata sata biləcəyini demiş və o, razılaşmışdır. Həmin gün saat 18-də Alekslə Bakı şəhəri, Xətai rayonu ərazisində görüşmüş və Aleks ona bir ədəd “Vest” siqaret qutusunu verərək, içərisində “şüşə” narkotik vasitə olduğunu bildirmişdir. O da həmin siqaret qutusunu Aleksdən götürmüş və qutunun içərisinə baxanda bir ədəd şəffaf sellofanda qurudulmuş marixuana və bir ədəd sellofan bükülüdə “şüşə” adlanan narkotik vasitə olduğunu görmüşdür. Aleks qurudulmuş marixuananı ona hədiyə verdiyini və onun üçün pul almadığını demiş, o da Aleksə 200 manat pul vermiş və onlar aralanmışlar. O, Səbail rayon ərazisinə gəlmiş və Səbail rayonu “Mediclub” xəstəxanasının yaxınlığında həmin narkotik vasitə olan “şüşə”dən bir qədərini özü tək istifadə etmişdir. Qalan hissəni isə həmin siqaret qutusunda sonradan yenə istifadə etmək üçün saxlamışdır. Bundan sonra həmin gün saat 19:30 radələrində bir məktəbdən tanıdığı Səbail rayonu, Z.Əliyeva küçəsi 28 saylı ünvanda yaşayan Möhübü görmək, həmçinin ondan yemək almaq və 1-2 manat pul götürmək üçün onların həyətinə gəlmiş, həmin vaxt Möhüblə həyətdə rastlaşmış və onunla həyətdə dayanıb söhbət etməyə başlamışdır. Bu zaman onlara mülki geyimdə olan bir neçə nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edib, Səbail RPl-nin 39-cu PB-nin əməkdaşları olduqlarını bildirərək, özlərini təqdim etmələrini istəmiş, onlar polis əməkdaşlarına özlərini təqdim etdikdən sonra, polis əməkdaşları onun narkotik vasitələrin istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumatları olduğunu bildirib, onların ikisini də Səbail RPİ-nin 39-cu PB-nə dəvət etmişlər. O və Möhüb etiraz etməmiş və polis bölməsinə gəlmişlər. Polis bölməsində ona hüquq və vəzifəliri izah olunaraq, üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilərək, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış və həmin vaxt o, bir qədər əvvəl Aleks adlı şəxsdən bir ədəd “West” siqaret qutusunun içərisində olan şəffaf sellofanlara bükülmüş qurudulmuş marixuana “nəşə” və “şüşə” adlanan narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, onun üzərinə keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra, bütün iştirakçılar tərəfindən imzalanmışdır, eləcə də o da protokolun doğruluğunu imza etmişdir (cild 1, iş vərəqi 98-101). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə barədə xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Səbail RPİ-nin 39-cu polis bölməsinin xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə X7 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman, onun “West” siqaret qutusundan çıxarıb masının üzərinə qoyduğu şəffaf sellofanlardan birinin içərisində olan yaşıl rəngli, ot şəkilli kütlənin narkotik vasitə “nəşə” (marixuana), digər şəffaf sellafondakı ağ rəngli kristal formalı kütlənin isə “şüşə” adlanan narkotik vasitə olduğunu bildirmişdir. Rəfael Əzimovdan həmin bükülüləri hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulanda həmin şəxs qeyd edilən narkotik vasitəyə bənzər kütlələri Bakı şəhəri, Xətai rayonu, ərazisində üzdən tanıdığı Aleksey adlı Bakı şəhər sakinindən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqi 50-57). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə barədə xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Səbail RPİ-nin inzibati binasının xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman, xidməti otağındakı masaya yaxınlaşaraq üzərində olan qara rəngli kiçik əl çantasından bənövşəyi rəngli breloku stolun üzərinə qoyaraq həmin brelokun içərisində psixotrop maddə şüşə olduğunu bildirmişdir. Həmin bənövşəyi rəngli brelokun içərisinə baxış keçirilərkən şəffaf rəngli kristal formada psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həmin əl çantasından gümüşü rəngli kibrit qutusunu və bir ədəd şüşə materialdan olan muştuğu çıxarıb stolun üstünə qoymaqla kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, muştuqla da narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələri haradan, kimdən əldə etməsi və hansı məqsədlə üzərində gəzdirməsi soruşulduqda, o, "whatsapp” vasitəsilə əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir (cild 1, iş vərəqi 172-179). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X13 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Rəfael Əzimov üzərindən aşkar olunmuş metamfetamini və marixuananı Təqsirləndirilən şəxs 200 manat verərək aldığını sonuncunun üzünə deyərək onu ifşa etmişdir (cild 1, iş vərəqi 189-192). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 7/193 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X7 üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbacıqdakı təmiz çəkisi 0,657 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 70-73). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli, 6/675 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş X7 üzərindən çıxmış...” və s. qeydlər olan zərfdəki 1 ədəd bükümdəki ağ rəngli kristal hissəciklərdə ibarət maddə, təmiz çəkisi 5,237 qram olan psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 74-78). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/280 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş gümüşü rəngli kibrit qutusunun içərisində təmiz çəkisi 0,970 qram olan və X7 üzərindən götürülmüş (xx.xx.2020-ci il tarixdə 7/193 saylı rəy verilmişdir) bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir (cild 1, iş vərəqi 221-225). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/971 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki (zərf №1) bir ədəd brelokun içərisində təmiz çəkisi 0,177 qram olan ağ rənglıi kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Bir ədəd yaşıl rəngli şüşə borucuğunuıı daxilində psixotrop maddə metamfetaminə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki (zərf №1) təmiz çəkisi 0,177 qram olan psixotrop maddə metamfetaminlə üzərində “...vətəndaş X7 üzərindən çıxmış...” sözləri olan zərfdəki (zərf №2) bir ədəd təmiz çəkisi 5,137 qram olan metamfetamin kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 226-231). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxx 2020-ci il tarixli, 1540 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 250- 251). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 1879 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 107-109). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X7 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,657 qram olan narkotik vasitə qurudulmuş marixuanadan qalan qalıq 0,587 qram və təmiz çəkisi 5,237 qram olan psixotrop maddə metamfetamindən qalan qalıq 5,087 qram kütlələr, həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,970 qram olan narkotik vasitə qurudulmuş marixuanadan qalan qalıq 0,950 qram və təmiz çəkisi 0,177 qram olan psixotrop maddə metamfetamindən qalan qalıq 0,127 qram kütlələr, bir ədəd yaşıl rəngli şüşə borucuq, həmçinin, Təqsirləndirilən şəxs götürülmüş "LG" markalı, “Q7 plus" modelli mobil telefon maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 236-238; cild 2, iş vərəqi 163). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən və Suraxanı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsi tətbiq edilməklə CM-in 177.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə cəriməni tam ödəmişdir (cild 2, iş vərəqi 27-28, 55-60, 95). Məhkəməyə daxil olmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(007)-22/2021 saylı hökmündən və həmin hökmün icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli göstərişindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə 2020-ci ilin mart ayının əvvəllərində törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün ona təyin edilmiş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan hazırkı iş üzrə xx xxxxxx 2020-ci i tarixdə seçilmiş həbs qəti imkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Qeyd edilən hökm xx xxxx 2021-ci il tarixdə qüvvəyə minmişdir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər törətdiyi az ağır cinayətə görə cəzanı çəkib qurtarmadığına görə məhkumluğu ödənilməmişdir. Buna görə də o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ona isnad edilən cinayətləri məhkum olunduğu vaxtdan əvvəl törətdiyinə görə məhkəmə hesab edir ki, onun törətdiyi əməl cinayətin residivini yaratmır. İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə aldığı “Azər”, “Rövşən” adlı şəxslərin müəyyən edilməklə əməllərinə hüquqi qiymət verilməsi, narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild 2, iş vərəqi 133-136). İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, iş vərəqi 103-105). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, marixuananın qurudulmuş halda şəxsi istehlak miqdarı 5 qrama qədər, 500 qram və ondan yuxarı miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni satması və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs X1 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə satmaması, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona aid olmaması, həmin əşyaların polis əməkdaşları tərəfindən onun çantasına qoyulması, şahidlərin müstəntiq tərəfindən qorxudularaq ona qarşı ifadələr verməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq vaxtı narkotik vasitələrin və psixotrop maddələrin mütəmadi satışı ilə məşğul olması, iş üzrə dindirilmiş çoxsaylı şahidlərin narkotik vasitələri və psixotrop maddələri Təqsirləndirilən şəxs əvəzli şəkildə alması barədə ifadələri, toplanmış digər sübutlar məcmu halda məhkəməyə o qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsə ittiham kimi isnad edilən əməllər məhz onun tərəfindən törədilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır və ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəndiqin vəsatəti prokuror tərəfindən təmin edilməmiş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin gün həbsdən azad edilmişdir (cild 1, iş vərəqi 149-150, 208-215). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayının əvvəllərində törətdiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci il tarixdən hesablanmışdır. CM-nin 234.1 və 234.4.3-cü maddələrilə ittiham olunduğu hazırkı cinayət əməlini isə xx xxx 2020-ci tarixdə tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən tolanılmalı, Təqsirləndirilən şəxs məhkəmyədək icraat zamanı tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəzadan çıxılmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən onun 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona hazırkı hökm üzrə təyin olunacaq cəza qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli onun həbs olunduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,587 qram olan qurudulmuş marixuana və qalıq çəkisi 5,087 qram olan metamfetamin, həmçinin qalıq çəkisi 0,950 qram olan qurudulmuş marixuana və qalıq çəkisi 0,127 qram olan metamfetamin, bir ədəd yaşıl rəngli şüşə borucuq məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş "LG" markalı, “Q7 plus" modelli mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 332,10 (üç yüz otuz iki manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan maddi sübutlar: - ekspert tədqiqatından sonra qalıq çəkisi 0,587 qram olan qurudulmuş marixuana və qalıq çəkisi 5,087 qram olan metamfetamin, həmçinin qalıq çəkisi 0,950 qram olan qurudulmuş marixuana və qalıq çəkisi 0,127 qram olan metamfetamin, bir ədəd yaşıl rəngli şüşə borucuq məhv edilsin; - "LG" markalı, “Q7 plus" modelli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 332,10 (üç yüz otuz iki manat on qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-343/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-343/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver