Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-343/2022 09.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:50-də Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X18 və X5, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin prokurorarı Dövlət ittihamçısı2 və X8, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X11, X13 və Zərərçəkmiş şəxs8 iştirakı ilə, xx.xx.1985-ci ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, “Qaynar Xett” media mərkəzində baş direktor müavini işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 5B-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 27 iyun 2021-ci il tarixdə, saat 13:00 radələrində ünvan 1 ünvanında yerləşən “Dadlı” adı ilə kafe və hostel kimi fəaliyyət göstərən obyektə gedərək, özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi və “Qaynar Xett” media mərkəzinin müxbiri kimi təqdim edib, obyektin hostel hissəsini işlədən X9 orada əxlaqsız yuva kimi fəaliyyət göstərdiyini bildirib, sosial şəbəkələrdə onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək Məryəm Şahbazovadan 250 (iki yüz əlli) manat pul almış, daha sonra yenidən xx.xx.2021-ci il tarixdə saat 12 radələrində “Dadlı” hostelə gedərək obyektin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi kimi məlumatları sosial şəbəkələr vasitəsilə yayaraq obyektin nüfuzuna xələl gətirəcəyini bildirməklə, hədə-qorxu gələrək Məryəm Şahbazovadan 300 (üç yüz) manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 550 (beş yüz əlli) manat məbləğində pul almışdır. Bundan başqa o, təkrarən 2021-ci ilin iyun ayının sonlarında ünvan 1 ünvanında yerləşən “Dadlı” adı ilə kafe və hostel kimi fəaliyyət göstərən obyektə gedərək, özünü “Qaynar Xett” media mərkəzinin əməkdaşı kimi təqdim edib, obyektin kafe hissəsini işlədən Zərərçəkmiş şəxs2 obyektdə antisanitar vəziyyət olması və əxlaqsız yuva kimi fəaliyyət göstərməsi kimi məlumatları sosial şəbəkələr vasitəsilə yayaraq obyektin nüfuzuna xələl gətirəcəyini bildirməklə, hədə-qorxu gələrək Zərərçəkmiş şəxs2 100 (yüz) manat pul almışdır. Bundan başqa o, təkrarən 29 iyun 2021-ci il tarixdə, saat 14:00 radələrində ünvan 1 ünvanında yerləşən “Dadlı” adı ilə kafe və hostel kimi fəaliyyət göstərən obyektə gedərək, özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi və “Qaynar Xett” media mərkəzinin müxbiri kimi təqdim edib, obyektin icarədarı Zərərçəkmiş şəxs3 obyektin əxlaqsız yuvaJcimi fəaliyyət göstərməsi kimi məlumatları sosial şəbəkələr vasitəsilə yayaraq obyektin nüfuzuna xələl gətirəcəyini bildirməklə, hədə- qorxu gələrək Zərərçəkmiş şəxs3 istifadəsində olan “Kapital Bank”a məxsus kart hesabına köçürmə vasitəsilə 50 (əlli) manat pul almışdır. Bundan başqa o, təkrarən 03 iyul 2021-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən “Dalğa” otelinə gedərək özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib otelin fəaliyyəti barəsində rüsvayedici məlumatlar yayacağı və otelin işçilərini tutduracağı adı ilə hədə-qorxu gələrək, həmin otelin icarədarı Zərərçəkmiş şəxs4 istifadəsində olan “Kapital Bank”a məxsus kart hesabına köçürmə vasitəsilə 30 (otuz) manat məbləğində pul almış, daha sonra xx.xx.2021-ci il tarixdə saat 15 radələrində yenidən “Dalğa” otelinə gedərək otelin işləməsinə icazə verilməsi üçün 1000 manat pul tələb etmiş, həmin pulu verməyəcəyi təqdirdə yenidən Zərərçəkmiş şəxs4 barəsində və otel barəsində rüsvayedici məlumatlar yayaraq oteli bağlatdıracağını bildirməklə hədə-qorxu gələrək Zərərçəkmiş şəxs4 130 (yüz otuz) manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 160 (yüz altmış) manat məbləğində pul almışdır. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Play” hostelinə gedərək, özünü “Qaynar Xett” media mərkəzinin əməkdaşı kimi təqdim edib, hostelin keçmiş icarədarı Zərərçəkmiş şəxs5 hostel də əxlaqsız yuva saxlaması kimi məlumatları işlədiyi media qurumu vasitəsilə yaymaqla hosteli bağlatdıracağını bildirməklə, hədə- qorxu gələrək Zərərçəkmiş şəxs5 100 (yüz) manat pul almışdır. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Play” hostelinə gedərək, özünü “Qaynar Xett” media mərkəzinin əməkdaşı kimi təqdim edib, hostelin hazırki icarədarı Zərərçəkmiş şəxs6 hostelin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi kimi məlumatları işlədiyi media qurumu vasitəsilə yaymaqla hostelin nüfuzuna xələl gətirəcəyini bildirməklə, hədə-qorxu gələrək Zərərçəkmiş şəxs6 500 (beş yüz) manat pul almışdır. Bundan başqa, o təkrarən xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən Sağlamlıq Mərkəzinə gedərək, özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib, mərkəzin icraçı direktoru X2 rəhbərlik etdiyi mərkəzin işləməsinə icazə verilməsi üçün hər ay 2000 manat pul tələb etmiş, həmin pulu verməyəcəyi təqdirdə Ələsgər Rüstəmov və rəhbərlik etdiyi mərkəz barəsində rüsvayedici məlumatlar yayacağını bildirərək, hədə-qorxu gəlmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021 -ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2345 ünvanında yerləşən “Qaya” restoranına gedərək, özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib, restoranda adiministrator işləyən Zərərçəkmiş şəxs8 res'toran barədə əlində neqativ məlumatlar olan video görüntülər olduğunu, həmin videogörüntüləri sosial şəbəkələrdə yayaraq restoranın nüfuzuna xələl gətirəcəyini bildirməklə, hədə-qorxu gələrək məlumatları yaymamaq üçün Zərərçəkmiş şəxs8 30 (otuz) manat pul almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlarda təqsirli bilməyərək göstərmişdir ki, o, heç kimə hədə-qorxu gələrək pul tələb etməmiş və özünü heç vaxt heç kimə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin işçisi kimi təqdim etməmişdir. 2 ay “Qaynarxett.az” X4 baş direktor müavini kimi işləmişdir. İşlədiyi media agentliyinin rəhbəri Şahid1 jurnalistlər tərəfindən daxil olan məlumatlar əsasında məlumatın doğruluğunu araşdırmaq üçün obyektlərə getmiş, günün sonunda Ədalətə telefon vasitəsilə nəticə barədə məlumat vermişdir. xx.xx.2021-ci il tarixdə o, bir jurnalist kimi Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 120 ünvanında yerləşən “Dadlı” adı ilə fəaliyyət göstərən kafe və hostelə hər hansı bir qanunsuz fəaliyyət göstəribgöstərməməsinə baxmaq üçün getmişdir. Orada özünü ona Ləman kimi təqdim edən, adını sonradan bildiyi X13 ilə görüşüb, nə üçün gəldiyini bildirmişdir. Məryəm Şahbazova da könüllü olaraq, ilk dəfə ona 250 manat pul vermişdir. xx.xx.2021 -ci il tarixdə o, yenə də həmin obyektə, Məryəm Şahbazovanın yanına getmiş və həmin vaxtı da Məryəm ona könüllü olaraq 300 manat pul vermişdir. O, Məryəm Şahbazovaya hostelin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi barədə xəbər yayacağı ilə və ya başqa bir formada hədə qorxu gəlməmiş, buna görə ondan pul istəməmiş, Məryəm pulu öz istəyi ilə ona vermişdir. Bundan əlavə Məryəm Şahbazovaya özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməmişdir. Bundan başqa o, 2021-ci il iyun ayında jurnalist kimi Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 120 ünvanında yerləşən “Dadlı” adı ilə fəaliyyət göstərən obyektə hər hansı bir qanunsuz fəaliyyət göstərib-göstərməməsinə baxmaq üçün getmiş, orada özünü Ələsgər kimi təqdim edən, adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 ilə görüşüb, nə üçün gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 də könüllü olaraq ona 100 manat pul vermişdir. Həmçinin həmin kafedə işləyən Zərərçəkmiş şəxs3 da ona 50 manat pul təklif etmiş, lakin üzərində pul olmadığından sonra verəcəyini bildirmişdir. O, üzərində olan tanışı Bayrama məxsus “Kapital” banka aid kartın nömrəsini Zərərçəkmiş şəxs3 göndərərək 50 manat pulu həmin karta göndərməsini istəmişdir. Ona məxsus bank kartının müddəti keçdiyindən, o, tanışı Bayramın kartından müvəqqəti istifadə etmişdir. Onun gördüyü işlərdən Bayramın heç bir məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi barədə xəbər yayacağı ilə və ya başqa bir formada hədə qorxu gəlməmiş, buna görə pul istəməmiş, Əmir və Səxavət pulu öz istəyi ilə ona vermiş, özünü X7 Xidmətinin əməkdaşı kimi təqdim etməmişdir. Əmirə və Səxavətə “Qaynarxett.az” media agentliyinin direktoru Şahid1 obyekt barədə hər hansı bir material yayımlayacağı, bunun yayımlanmaması və yayımlanan materialların silinməsi üçün onunla danışmalı olduğunu deməmiş, Əmiri Şahid1lə telefonla danışdırmamışdır. Ümumiyyətlə obyektlərdə ona pul verilməsi barədə Ədalətin heç bir məlumatı olmamış, aldığı puldan Ədalətə heç bir məbləğdə pul verməmişdir. Bundan başqa Şahid1 ona məlumat vermişdir ki, Xətai rayonu, Babək prospektində yerləşən “Dalğa” otelin sahibi Sadiq adlı şəxsin Səbail, Nəsimi, Nərimanov, Binəqədi rayonları ərazisində qeyri qanuni fəaliyyət göstərən hostel və otel kimi sənədləri qaydasında olmayan obyektlərdən aylıq pul alaraq həmin pulu tam formada müxalifət kanalı kimi tanınan “Kanal 13”ün rəhbər və əməkdaş heyətinə verərək obyektlərin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilməli olan qanuni sertifikatları ört-basdır edir. Buna görə də o, xx.xx.2021-ci il tarixdə “Dalğa” otelə getmiş, orada bir nəfər yaşlı şəxs onu qarşılamış, o, həmin şəxsə otelin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərib-göstərmədiyini soruşmuş, həmin şəxs onu otelin giriş qapısının sol cinahında yerləşən musiqili kluba dəvət etmiş, o, xidməti araşdırma aparmaq üçün orada olan xanımlarla söhbət aparmış, xanımlar ondan 30 manat otaq pulu, 65 manat pul müqabilində isə cinsi əlaqədə olmağı təklif etmişlər. O, otelin işçisindən başqa xanımlar göstərməsini istəmiş, həmin şəxs otelin sağ cinahında yerləşən 3cü qapıdan onu içəri dəvət edərək, 12 nəfər qadın ona göstərmişdir. Həmin qadınlar da eyni təklifləri ona bildirmişlər, o isə həmin qadınlarla məlumat toplamaq üçün danışıb çıxıb getmişdir. Sadiqin işçisi onun mobil telefon nömrəsini götürüb, Sadiqin onunla əlaqə saxlayacağını demişdir. Növbəti gün saat 10 radələrində Sadiq ona zəng edib mehriban formada onunla danışaraq, obyekti yeni açdığını demiş və ondan bank kartı nömrəsini göndərməsini xahiş edərək, karta 30 manat benzin pulu göndərəcəyini bildirmişdir. O, iş yoldaşı Bayrama məxsus bank kartının şəklini Sadiqə göndərdikdən sonra, Sadiq həmin hesaba 30 manat pul köçürmüşdür. xx.xx.2021-ci il tarixdə o, yenidən “Dalğa” otelə gedib Sadiqlə görüşmək istəmiş, lakin Sadiq yenə də orada olmadığından oradan çıxıb getmişdir. Həmin günü Sadiq onunla danışıb, ona işçiləri ilə 130 manat pul göndərmiş və o, pulu götürmüşdür. Zərərçəkmiş şəxs4 otelin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi barədə xəbər yayacağı, oteli bağlatdıracağı ilə və ya başqa bir formada hədə qorxu gəlməmiş, otelin işləməsinə icazə verilməsi üçün 1000 manat pul istəməmiş, ümumiyyətlə pul tələb etməmiş, Sadiq könüllü olaraq ona pul vermiş, o cümlədən Zərərçəkmiş şəxs4 özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməmişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə jurnalist kimi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Play” hostelinə hər hansı bir qanunsuz fəaliyyət göstərib-göstərməməsinə baxmaq üçün getmişdir. Orada ilk olaraq obyekti işlədən Zərərçəkmiş şəxs6lə görüşüb nə üçün gəldiyini bildirmiş, Rasim də ona könüllü olaraq, növbəti gün gəlməyini və ona 500 manat pul verəcəyini demişdir. O, həmin günü saat 23 radələrində yenidən oraya getmiş, həmin vaxt özünü Zərərçəkmiş şəxs5 kimi təqdim edən şəxs onu qarşılamışdır. O, Zərərçəkmiş şəxs5 də nə üçün gəldiyini izah etmiş, bu söhbətdən sonra Zərərçəkmiş şəxs5 könüllü olaraq ona 100 manat pul vermiş, o da pulu götürüb getmişdir. Növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə o, yenidən “Play” hostelinə getmiş və Zərərçəkmiş şəxs6 könüllü olaraq ona 500 manat pul vermişdir. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi barədə xəbər yayacağı və ya başqa bir formada hədə qorxu gəlməmiş, buna görə pul istəməmiş, Şirin və Rasim pulu öz istəyi ilə ona vermişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Xətai rayonu, 8 Noyabr prospektində yerləşən saunaya oranın rəhbərliyi ilə görüşmək və oranın hər hansı bir formada qanunsuz fəaliyyət göstəribgöstərməməsinə baxmaq üçün getmişdir. Orada olan işçi ona rəhbərliyin işdə olmadığını və növbəti gün gəlməyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə yenidən oraya getmiş, içəridə oturan bir nəfərlə görüşüb, özünü “Qaynarxett.az” media agentliyinin direktor müavini kimi təqdim etmişdir. Həmin şəxs ona adının Ələsgər olduğunu və özünün də 40 ildir jurnalist işlədiyini və onun işlədiyi media agentliyinin rəhbəri Ədalət Nəbilini tanıdığını, onunla bütün məsələləri həll etdiyini bildirmiş, lakin, Ələsgərin hansı məsələdən danışdığını başa düşməmişdir. Ələsgər ona demişdir ki, obyektin sahibi DTX-da əməliyyat şöbəsində işləyir. Sonra Ələsgər bir nəfər ilə danışıb onu həmin şəxsə DTX-nın işçisi kimi təqdim etmiş, o, həmin şəxslə telefonla danışmaq istəyən zaman Ələsgər telefonu söndürmüşdür. Sonradan o, DTX-da işləyən tanışı Amil müəllimə zəng edib bu barədə məlumat vermiş, Amil müəllim ona bildirmişdir ki, obyekt barədə DİN-nin 102 qaynar xəttinə məlumat versin. O, Ələsgərə DTX-da onlar barədə araşdırma gedəcəyini bildirmiş, Ələsgər Elşən adlı polis əməkdaşına zəng edib əraziyə dəvət etmişdir. Elşən “Hunday” markalı avtomaşınla, mülki geyimdə əraziyə gəlib avtomaşından düşərək, onunla salamlaşmış və demişdir ki, “gəl məsələni yoluna qoyaq” və həmçinin Sadiq adlı şəxsə aid olan “Dalğa” otel, Nicat adlı şəxsin işlətdiyi “Qaya” otel, Türkan adlı şəxsə aid olan 4 əxlaqsızlıq yuvası, Ləman adlı şəxsə aid olan 2 əxlaqsızlıq yuvası, Nazı adlı şəxsə aid olan 1 əxlaqsızlıq yuvası, Şirin adlı şəxsə aid 4 əxlaqsızlıq yuvası və Solmaz adlı şəxsə aid 1 əxlaqsızlıq yuvası olduğunu, hamısının sahibinin Sadiq olduğunu bildirib, birlikdə işləməyi təklif etmişdir. O. Elşəndən kim olduğunu soruşmuş, Elşən özünü ərazinin əməliyyatçısı kimi təqdim etmiş, o, Elşəndən xidməti vəsiqəsini təqdim etməsini xahiş etmiş, lakin Elşən vəsiqə göstərməyərək telefonla danışmağa başlamışdır. Bundan sonra o, Elşənin gəldiyi avtomaşının şəklini və videosunu çəkib DİN-nin 102 xidmətinə məlumat vermişdir. Elşən ona özü ilə 37-ci polis şöbəsinə getməyimi təklif etmiş, o, özü könüllü olaraq şəxsi avtomaşınına əyləşərək polis şöbəsinə getmişdir. Ələsgər Rüstəmovdan pul istəməmiş, hədə-qorxu gəlməmiş, yalnız obyektin əxlaqsızlıq yuvası kimi və ya başqa bir formada qanunsuz fəaliyyət göstərib-göstərməməsinə baxmaq, müsbət halda işlədiyi media qurumu vasitəsilə bunu işıqlandırmaq istəmiş və Ələsgər Rüstəmova özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs8 ifadəsində göstərdiyi xüsusatlar üzrə bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə jurnalist kimi Xətai rayonu, Babək prospekti 2345 ünvanında yerləşən “Qaya” restoranına əxlaqsız yuva kimi fəaliyyət göstərib-göstərməməsinə və ya digər qanunsuz fəaliyyətlərlə məşğul olub-olmamalarına baxmaq, qanunsuzluq olacağı təqdirdə bunu “Qaynarxett.az” saytı vasitəsilə yayımlamaq üçün getmiş, orada özünü həmin restoranın adiminstratoru kimi təqdim edən X16 ilə görüşüb, nə üçün gəldiyimi bildirmişdir. Zərərçəkmiş şəxs8 da könüllü olaraq ona 30 manat pul vermiş və o, oradan getmişdir. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs8 restoran barədə hər hansı bir neqativ məlumatlar olan videogörüntlər olması barədə heç bir söz deməmiş, həmin videogörüntüləri yayacağı ilə və ya başqa bir formada hədə qorxu gəlməmiş, buna görə pul istəməmiş, Nİcat pulu öz istəyi ilə ona vermiş, o cümlədən Zərərçəkmiş şəxs8 özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı və ibtidai istintaq zamanı verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Binəqədi rayonu, Ə.ünvan 3 ünvanında yerləşən “Dadlı” adı ilə kafe və hostel kimi fəaliyyət göstərən obyektin hostel hissəsini Əkbərov Röhün adlı şəxsdən 1 illik müqavilə əsasında icarəyə götürüb işlədir. İcarə müqaviləsi dostu Zərərçəkmiş şəxs3 adma olsa da, o, hosteli icraçı direktor kimi çalışdırır. Obyektin kafe hissəsini isə Zərərçəkmiş şəxs2 işlədir. Obyekt 2 mərtəbəli binadır, onun işlətdiyi hostel 1-ci mərtəbənin yarısında və 2-ci mərtəbədə yerləşməklə 1 zal, 14 otaq, mətbəx və sanitar qovşaqdan ibarətdir. Kafeyə və hostelə ayrıayrı girişlər var. Hosteldə ondan əlavə, bir barmen, üç xadimə, üç ofisiant, dörd administrator işləyir. 2021-ci ilin iyun ayının ya 25-i ya da 26-sı əvvəllər tanımadığı Təqsirləndirilən şəxs onun işlətdiyi hostelə gələrək, özünü “Qaynar Xett” media saytının müxbiri kimi, eyni zamanda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib, lakin yalnız “Qaynar Xett” media saytının müxbiri işləməsi ilə bağlı vəsiqə göstərib, işlətdiyi hosteldə əxlaqsızlıq yuvası yaratmağı ilə bağlı onu ittiham edib, internet resursları üzərindən paylaşacağım qeyd etməklə ondan 100 manat pul tələb etmişdir. O isə bütün bunların şər-böhtan olduğunu deyib pulu verməyə etiraz etmişdir. xx.xx.2021- ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs yenidən gəlib obyektin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyini bildirib, sosial şəbəkələrdə onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək, ondan 250 manat pul istəmişdir. O, işlətdiyi hosteldə heç bir qanunsuz fəaliyyətlə məşğul olmamasına baxmayaraq, Amidin yalandan şər- böhtan xarakterli məlumatlar yayacağından qorxaraq sonuncuya 250 manat pul vermiş, lakin, Amid həmin məbləğin az olduğunu deyib, yenə gələcəyini bildirmiş, o isə daha pul verməyəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində polis əməkdaşları obyektə gəlib DİN-in 102 xidmətinə obyektdə əxlaqsız yuva saxlanılması barədə məlumat daxil olduğunu bildirib obyektə baxış keçirmişlər və heç bir qanunsuz fəaliyyət aşkar etməyib getmişlər. Qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs özümü Ləman kimi təqdim etdiyindən, Amid DİN-nin 102 xidmətinə zəng edib onun barəsində şər- böhtan xarakterli məlumatlar verəndə onun adını da Ləman kimi qeyd etdirmişdir. Buna görə də, o, polisə məlumat verən şəxsin Amid olduğunu başa düşmüşdür. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Amid yenidən hostelə gələrək, ona obyektin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi kimi məlumatları sosial şəbəkələr vasitəsilə yayaraq, obyektin nüfuzuna xələl gətirəcəyini bildirib ondan 300 manat pul tələb etmişdir. O, yenə Amidin hədə-qorxusuna görə özünə və işlətdiyi obyektin adına xələl gələcəyini fikirləşib, Amidə 200 manat pul verə biləcəyini bildirmiş, lakin Amid bununla razılaşmayıb yenə onu təhdid edərək, 300 manat istəmiş və o, məcbur qalıb Amidə kafedə, Zərərçəkmiş şəxs3 yanında 300 manat pul vermişdir. Qeyd etmişdir ki, Amidə 300 manat pulu verən zaman bunu telefonla videoya çəkmişdir və həmin videoçəkilişi istintaqa təqdim etmişdir. Bununla belə, ibtidai istintaq zamanı 12 sentyabr 2021-ci il tarixdə X14 zərərçəkmiş şəxs qismində dindirilərkən ifadəsində Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməsini bildirmişdir. Cinayət işinin materiallarında olan 12 sentyabr 2021-ci i tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, zərərçəkmiş şəxs X6 mobil telefon aparatına baxış zamanı mobil telefonun menyu bölməsinin foto və videolar olan bölməsinə daxil olduqda həmin bölmədə olan 25 saniyəlik videoçəkilişə baxdıqda Təqsirləndirilən şəxs X3 300 manat pul aldığı müəyyən edilmiş və həmin videoçəkiliş protokollaşdırılaraq DVD diskə köçürülməklə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxsla Məryəm Şahbazova arasında keçirilmiş 18 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, üzləşdirmə zamanı Məryəm Şahbazova ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə X6 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrini müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi obyektiv həqiqəti əks etdirir. Məhkəmə hesab edir ki, Məryəm Şahbazovanın məhkəmədə verdiyi ifadəsi Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədi güdür. Ona gorə də məhkəmə X6 ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən “Dadlı” adlı kafeni icarə əsasında işlədir. Həmin obyekti iki hissəyə bölmüşlər, digər hissəni X13 hostel kimi işlədir. Obyekt- iki mərtəbəlidir, kafe birinci mərtəbədə yerləşir. 2021-ci ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs onun işlətdiyi kafeyə gələrək özünü “Qaynar Xett” media saytının müxbiri kimi təqdim edib onu kafedə əxlaqsızlıq yuvası yaratmağı ilə bağlı ittiham edib, kafenin antisanitar vəziyyətdə olmasını internet resursları üzərindən paylaşacağını qeyd edərək, ondan 100 manat pul tələb etmiş, o isə etiraz edərək, pulu verməmişdir. Daha sonra Amid obyektlə bağlı saytda paylaşılan məlumatları göstərmiş və əgər həmin məlumatları çıxarmasını istəyirsə işlədiyi xəbər saytının direktoru Şahid1lə danışmalı olduğunu bildirib, sonuncunun telefon nömrəsini vermişdir. O da Ədalətlə telefonla danışıb məlumatları saytdan çıxarmasım xahiş etsə də, Ədalət yalnız 100 manat pulu Təqsirləndirilən şəxs verdikdən sonra bunu edəcəyini bildirmişdir. O da bu haldan çəkinərək, Amidə 100 manat pul vermiş və daha sonra Ədalət də məlumatları saytdan çıxarmışdır. Həmin vaxt kafedə onunla birlikdə işləyən Zərərçəkmiş şəxs3 də olmuşdur. Amid iyun ayının 29-u yenidən kafeyə gələrək, antisanitar vəziyyəti internet resurslarda paylaşacağını bildirməklə ona hədə-qorxu gəlib, özünə 50 manat pul lazım olduğunu bildirmiş, o da Zərərçəkmiş şəxs3 50 manat pul verərək Təqsirləndirilən şəxs kart hesabına göndərməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində polis əməkdaşları kafeyə gəlib kafenin əxlaqsız yuvası kimi fəaliyyət göstərməsi barədə məlumat daxil olduğunu bildirib kafeyə və hostelə baxış keçirmişlər və heç bir əxlaqsız yuva aşkar etməmişlər. O, Amidə özünü Ələsgər adı ilə təqdim etmiş və Amid DİN-nin 102 xidmətinə obyekt barədə şər və böhtan xarakterli məlumat verəndə onun adını Ələsgər olaraq qeyd etdirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 arasında keçirilmiş 18 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, X13 və Zərərçəkmiş şəxs2 ilə birlikdə “Dadlı” adı ilə kafe və hostel kimi fəaliyyət göstərən obyekti icarə əsasında işlədir. Obyektlə bağlı əmək müqavilələrinin bağlanması və bütün dövlət rüsumları, həmçinin kommunal xərclər onun adından həyata keçirilir. Obyekt kafe və hostel olaraq iki hissəyə ayrılır, kafe hissəni Zərərçəkmiş şəxs2, hostel hissəni isə Şahbazova Məryəm işlədir. 2021-ci ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs işlədiyi obyektin kafe hissəsinə gələrək, özünü “Qaynar Xett” media saytının müxbiri kimi, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmiş, lakin yalnız “Qaynar Xett” media saytının müxbiri olması ilə bağlı vəsiqəni üzdən göstərib kafedə əxlaqsızlıq yuvası yaratmaqları ilə bağlı onları ittiham edib, kafenin antisanitar vəziyyətdə olması ilə bağlı internet resursları üzərindən paylaşacağını qeyd edərək, onlardan 100 manat pul tələb etmişdir. Zərərçəkmiş şəxs2 də öz növbəsində bu pulu Təqsirləndirilən şəxs verməmişdir. Daha sonra Əmir kafedə əxlaqsız yuva olması ilə bağlı artıq yalandan və şər-böhtan xarakterli paylaşım etmiş Təqsirləndirilən şəxs bu paylaşımm silinməsini xahiş etsə də, Təqsirləndirilən şəxs ona işlədiyi media qurumunun rəhbəri Şahid1 nömrəsini verərək, onunla əlaqə saxlamasını bildirmişdir. Şahid1 də Təqsirləndirilən şəxs 100 manat pul verilməməsi halında məlumatları saytdan çıxarmayacağmı bildirmiş və bundan sonra Əmir onun yanında Təqsirləndirilən şəxs 100 manat pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 14 radələrində yenidən işlədiyi obyektin kafe hissəsinə gələrək, yenə də kafedə əxlaqsız yuva saxlanılması barədə internet resurslarından paylaşım edəcəyi ilə hədə-qorxu gəlib onlardan 50 manat pul tələb etmiş və həmin pulu “Kapital” banka aid **********167997 nömrəli Bayram Daşdəmirova məxsus karta göndərmələrini istəmişdir. O da həmin günü onlayn ödəniş sistemi vasitəsilə həmin karta 50 manat pul vəsaitini göndərmişdir. Bu ödənişlə bağlı qəbzi o, istintaqa təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə obyektin hostel hissəsini işlədən Məryəm Şahbazova da Amidə etdiyi hədə-qorxulara görə 300 manat pul verərkən, o, bunun şahidi olmuşdur. Cinayət işinin materiallarında olan plastik kart və qəbzin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onun telefonuna göndərdiyi “Kapital” banka aid **********167997 nömrəli Bayram Daşdəmirova məxsus kartın və həmin karta xx.xx.2021-ci il tarixdə “eManat” ödəniş aparatı vasitəsilə 50 manat pul vəsaiti ödənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs3 arasında keçirilmiş 18 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Dağla” oteli icarəyə götürüb işlədir. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs onun işlətdiyi otelə gəlmiş, həmin vaxt o və administrator Valeh işdə olmadığından, Valehi əvəz edən Vəliyə hədə-qorxu gəlib onları tutduracağını demişdir. Amid həmin gün öz telefon nömrəsini işçilərə vermişdir ki, oteli işlədən kimdirsə, özü ilə əlaqə saxlasın. O, Təqsirləndirilən şəxs zəng edib özünü təqdim etmiş, Amid özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı, o cümlədən “Qaynar xətt” media qurumunun direktor müavini kimi təqdim etmiş və “Qaynar xətt” media qurumunda işləməsinə dair iş vəsiqəsinin şəklini ona göndərmişdir. Amid telefonla danışarkən ona guya oteli əxlaqsız yuva kimi istifadə etdiyini deyərək, buna görə ondan 50 manat pul tələb etmiş və pulu verməyəcəyi təqdirdə otel barədə rüsvayedici məlumatlar yayıb işçiləri tutduracağı ilə onu hədələmişdir. O isə oteli təyinatı üzrə işlətdiyini, heç vaxt əxlaqsızlıq yuvası kimi işlətmədiyini bildirsə də, Amid ona hədə-qorxu gəldiyi üçün Amidin ona vatsap vasitəsi ilə göndərdiyi Bayram Daşdəmirov adlı şəxsə aid “Kapital bank”a məxsus **********167997 nömrəli karta 30 manat pul göndərmişdir. O, pulu göndərdikdən sonra Amid ona pulun az olduğunu demişdir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində o, işdə olmayan zaman Amid yenidən onun iş yerinə gələrək, orada olan işçi Səfərə hədə-qorxu gəlib obyektin işləməsinə icazə verməsi üçün 1000 manat pul tələb etmişdir. Lakin, Səfər həmin pulun olmadığını bildirən zaman Amid hədə-qorxu gələrək, obyekti bağlatdıracağım bildirmişdir. Amid obyektdən çıxıb getdikdən bir müddət sonra onun dostu Ulduz və qardaşı Balağa onun göstərişi ilə Amidə Nərimanov rayonu, İstanbul kafesində 130 manat pul vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “whatsap” proqramı vasitəsi ilə yazışmaları özündə əks etdirən çıxarışların surətindən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs onun telefonuna göndərdiyi “Kapital” banka aid **********167997 nömrəli Bayram Daşdəmirova məxsus kartın və həmin karta “eManat” ödəniş aparatı vasitəsilə 30 manat pul vəsaitinin ödənilməsini özündə əks edirən qəbz vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxsla Sadıq Əliyev arasında keçirilmiş 19 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, üzləşdirmə zamanı Sadıq Əliyev ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs X11 ifadəsində göstərmişdir ki, 20 ildən artıqdır Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 86 ünvanında yerləşən Sağlamlıq Mərkəzində icraçı direktor işləyir. xx.xx.2021-ci il tarixdə o, işdə olmayan zaman bir nəfər şəxs mərkəzə gəlib, özünü “Qaynar info” qəzetinin direktor müavini işləyən jurnalist Amid Laçınlı kimi təqdim edib, mərkəzdə administrator vəzifəsində işləyən Ümidə müdiriyyəti çağırmasını bildirmiş, o da işdə olmadığından çıxıb getmişdir. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində o, işdə olan zaman Təqsirləndirilən şəxs iş yerinə yenidən gəlmiş və özünü ona “Qaynar Xett” media qurumunun direktor müavini və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib, yalnız “Qaynar Xett” media qurumunun direktor müavini işləməsini təsdiq edən vəsiqə göstərib ona hədə- qorxu gələrək, ondan 2000 manat aylıq pul tələb etmiş və pulun müqabilində obyektə hər-hansı bir dövlət qurumundan əməkdaşların yoxlamaya gəlməyəcəyini demişdir. Lakin, o, Amidə pul verməyəcəyini deyəndə, Amid ona hədə-qorxu gələrək onu tutduracağı ilə hədələmişdir. Bundan sonra Amid telefonla DİN-in 102 xidmətinə yığaraq, onun iş yeri barədə əsassız məlumat vermişdir. O da öz növbəsində polisə Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə məlumat vermiş, daha sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxsla Ələsgər Rüstəmov arasında keçirilmiş 18 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, üzləşdirmə zamanı Ələsgər Rüstəmov ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2345 ünvanında yerləşən “Qaya” restoranında administrator işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla bir neçə dəfə süfrə arxasında oturmuşlar, hesabı isə çox vaxt Amid ödəmişdir. Təqsirləndirilən şəxs ona restoran haqqında əlində neqativ məlumatlar olan videogörüntülər olduğunu, həmin məlumatları sosial şəbəkələrdə yayaraq restoranın nüfuzuna xələl gətirəcəyini bildirib ona hədə-qorxu gəlmiş və həmin məlumatları yaymamaq qarşılığında ondan 100 manat pul tələb etmişdir. O da Təqsirləndirilən şəxs 30 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona özünü DTX-nin əməkdaşı kimi deyil, “Bravo”marketinin mühafizəçisi və jurnalist kimi təqdim etmişdir. İbtidai istintaq zamanı əsəbi olduğu üçün Təqsirləndirilən şəxs özünü DTX-nın əməkdaşı kimi təqdim etməsini demişdir. Təqsirləndirilən şəxs bağışlamış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla belə, ibtidai istintaq zamanı 20 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2345 ünvanında yerləşən “Qaya” restoranında administrator işləyir. xx.xx.2021-ci il tarixdə, saat 14:30 radələrində o, restoranda işdə olan zaman bir nəfər restorana gəlib özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Təqsirləndirilən şəxs kimi təqdim edib, ona restoran haqqında əlində neqativ məlumatlar olan videogörüntülər olduğunu, həmin məlumatları sosial şəbəkələrdə yayaraq restoranın nüfuzuna xələl gətirəcəyini bildirib ona hədə-qorxu gəlmiş və həmin məlumatları yaymamaq qarşılığında ondan 100 manat pul tələb etmişdir. O, Təqsirləndirilən şəxsla danışmış, sonuncunun yalandan şər-böhtan xarakterli məlumatları yayacağına görə restoranın nüfuzuna xələl gələcəyini düşünüb pulu verməyə razılaşmış və Amidə 30 manat pulu olduğunu, ancaq bu məbləği verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da razılaşdığından o, 30 manat pulu Amidə vermiş və sonuncu pulu götürüb getmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs8 arasında keçirilmiş 19 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs8 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs8 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrini müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi obyektiv həqiqəti əks etdirir. Məhkəmə hesab edir ki, Nicat Aslanovun məhkəmədə verdiyi ifadəsi Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədi güdür. Ona gorə də məhkəmə Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 2015-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Pİay” hostelini icarə əsasında işlətmiş, bundan sonra oradan kənarlaşmış və hazırda həmin hosteli dostu Zərərçəkmiş şəxs6 işlədir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Rasim ona zəng edərək, hostelə polis əməkdaşlarının gəldiyini bildirmiş, o, Rasimin dostu olduğuna və əvvəllər hosteli işlətdiyinə görə oraya getmiş və çatanda polis əməkdaşlarının artıq obyektə baxıb çıxdıqlarını görmüşdür. Polis əməkdaşlarından gəlmə səbəblərini soruşduqda, polislər DİN-nin 102 xidmətinə obyektin əxlaqsız yuvası kimi fəaliyyət göstərməsi barədə məlumat daxil olduğunu bildirmişlər, o isə həmin hostelin heç vaxt əxlaqsız yuvası kimi fəaliyyət göstərmədiyini demişdir. Polis əməkdaşları getdikdən sonra Rasimdən polisə kimin məlumat verdiyini soruşmuş, Rasim ona demişdir ki, polisdən əvvəl Amid adlı şəxs gələrək, özünü jurnalist kimi təqdim etmiş, hostelin əxlaqsız yuvası kimi fəaliyyət göstərməsi barədə xəbər saytlarında məlumat yayacağı ilə hədə-qorxu gəlib 500 manat pul istəmiş, özü isə həmin pulu vermədiyindən Amid 102 xidmətinə yalan məlumat vermişdir. Polis əməkdaşları getdikdən təxminən 1-2 saat sonra özünü “Qaynar Xett” media qurumunun müxbiri kimi təqdim edən Təqsirləndirilən şəxs obyektə gəlmiş və o, Amidlə söhbət etmişdir. Amid onu da həmin hosteldə guya əxlaqsız yuvası saxlamağı barədə ittiham etmiş, bu barədə polisə məlumat verəcəyini və işlədiyi media qurumu vasitəsilə məlumat yayacağını, yekunda obyektin bağlanacağını bildirib hədəqorxu gələrək, ondan 100 manat pul tələb etmişdir. O da cibindən 100 manat çıxararaq Amidə vermiş və bu fakt hosteldə olan videokameraya düşmüşdür. Cinayət işinin materiallarına olan 10 sentyabr 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus mobil telefon aparatına baxış zamanı mobil telefonun menyu bölməsinin foto və videolar olan bölməsinə daxil olub, həmin bölmədə olan 2 dəqiqə 50 saniyəlik videoçəkilişə baxdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 restoranda oturduqları stolda 100 manat pul aldığı müəyyən edilmiş və həmin videoçəkiliş protokollaşdırılaraq DVD diskə köçürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs5 arasında keçirilmiş 19 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş əxs qismində ifadə vermiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, təxminən 4 ildir Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Play” hostelini icarə əsasında işlədir. Ondan əvvəl həmin hosteli Zərərçəkmiş şəxs5 icarə əsasında işlətmiş, buna görə də o, hostel ilə bağlı hər hansı bir problem və sual olarkən Şirinlə məsləhət etmişdir. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində özünü ‘‘Qaynar Xett” media qurumunun müxbiri kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxs obyektə gələrək, ona guya obyektdə əxlaqsız yuva saxladığını, bu barədə polisə məlumat verəcəyini və işlədiyi media qurumu vasitəsilə xəbər yayacağını, nəticədə obyektin bağlanacağını, bunu etməməsi üçün isə hər ay 500 manat pul verməli olduğunu bildirmişdir. O, buna etiraz edərək obyektdə heç bir əxlaqsızlıq yuvası olmadığını deyərək, pul verməkdən imtina etmişdir. Bundan 1-2 saat sonra hostelə polis əməkdaşları gələrək, DİN-nin 102 xidmətinə obyektdə əxlaqsızlıq yuva saxlanılması barədə məlumat daxil olduğunu bildirmişlər. Polis əməkdaşları obyektə baxış keçirərək, heç bir əxlaqsızlıq yuvası aşkar etməmişlər. Polislər orada olan zaman o, Şirinə mobil telefonla zəng vuraraq oraya çağırmış və Şirin də oraya gələrək, polislərə həmin obyektdə heç bir əxlaqsızlıq yuvası saxlanılmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları çıxıb getmişdir. Polis əməkdaşları getdikdən 1 saat sonra, Təqsirləndirilən şəxs yenidən gələrək, polis əməkdaşlarının onun məlumatı əsasında gəldiyini, əgər özünə 500 manat pul verilməyəcəyi təqdirdə, obyekti çəkib bütün xəbər saytlarında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə məlumat yayacağını deyərək, ona hədə-qorxu gəlmişdir. O, bu şərböhtandan qorxaraq, Amidə səhəri gün gəlib 500 manatı aparmasını bildirmişdir. Həmin gün, yəni 05,07.2021-ci il tarixdə saat 23 radələrində isə, Amid eyni qaydada Şirinə də hədə-qorxu gələrək, ondan obyektin içində, zalda 100 manat pul almışdır. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs obyektə gələrək, obyektdən çöldə ondan 500 manat pul almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs6 arasında keçirilmiş 19 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan göünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, təxminən 2009-cu ildə “QaynarXett.az” internet xəbər saytını yaratmış, daha sonra digər domenlərlə fəaliyyət göstərmişdir. Saytın təsisçisi kimi oğlu X10 adı qeyd olunur. Sayt informasiya emalı ilə məşğuldur. Təqsirləndirilən şəxs ilə təxminən 2021-ci ilin fevral ayında tanış olmuşdur. Həmin vaxt Amid “Bravo” marketlər şəbəkəsinin Nərimanov filialında mühafizə xidmətində çalışmışdır. Bir müddət sonra Amid onunla söhbət zamanı işsiz olduğunu bildirmiş və o, Amidi özünün direktoru olduğu “Azerinform.az” saytında müxbir kimi işə qəbul etmişdir. Təxminən 20 gün sonra isə Amidi onun baş direktoru olduğu “QaynarXett.az” saytının redaksiyasına baş direktor müavini vəzifəsinə qəbul etmişdir. İşə başladığı müddətdə Amidin vəzifələri informasiya istehsalı ilə məşğul olmaq, ona və saytın redaksiyasına daxil olmuş məlumatların yoxlanması üçün təlimatlar vermək, yerində yoxlanış həyata keçirmək və müstəqil formada informasiya toplamaqdan ibarət olmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxsla təxminən iyul ayının 15-i “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüşərək işlər barədə söhbət etmişdir. O, həmçinin Təqsirləndirilən şəxs onun mobil telefonuna bir çox obyektin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə faktlar olan videoçəkilişlər göndərdiyini, həmin məlumatlardan təxminən 10-15 məlumatı saytda paylaşdığını, lakin telefonunda olan faylların çoxluğu ilə əlaqədar Təqsirləndirilən şəxs göndərdiyi bütün məlumatların silindiyini bildirmişdir. Ələsgər Rüstəmovu 5-6 ildir tanıyır, sonuncu ilə münasibəti yaxşıdır. Təqsirləndirilən şəxs həbs olunduqdan təxminən 1 həftə sonra Ələsgər Rüstəmovla toy məclisində görüşmüş, Ələsgər ona bildirmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi obyektə gəlib obyektin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə məlumat yayacağını demiş, Ələsgər Amidə onu tanıdığını desə də, Amid ona qarşı nalayiq ifadələr işətmişdir. Bundan başqa, ifadəsində göstərmişdir ki, Amidi “Dalğa” otelinə göndərməmiş və Sadiq adlı şəxsi ümumiyyətlə tanımır, Zərərçəkmiş şəxs2 tanımır, məlumatı saytdan çıxarmaqla bağlı 100 manat pulu Təqsirləndirilən şəxs verməsi barədə göstəriş verməmiş, Təqsirləndirilən şəxs da ona heç bir pul vəsaiti verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən “Dalğa” otelin giriş hissəsində yerləşən, otelə aid olan kafeni işlədir. Zərərçəkmiş şəxs4 isə həmin otelin icarədarı kimi tanıyır, kafeni işlətmək üçün Sadiqlə danışmışdır. Sadiqlə kafeni işlətmək üçün danışan zaman pandemiya ilə bağlı kafelər fəaliyyət göstərmədiyindən, yeni işləməyə başlamışlar. xx.xx.2021-ci il tarixdə o, kafedə işdə olan zaman Zərərçəkmiş şəxs4 ona zəng edib, Təqsirləndirilən şəxs adlı şəxsin özü işdə olmayan vaxt otelə gəlib işçilərə oteli bağlatdıracağı və onları tutduracağı ilə hədə-qorxu gəlib pul istədiyini bildirmiş və ona Təqsirləndirilən şəxs nömrəsini göndərib əlaqə saxlayıb sonuncuya 130 manat pul verməyini demişdir. O, Amidlə telefonla əlaqə saxlamış, Amid ona Nərimanov parkında yerləşən “İstanbul” kafesinə gəlməyini bildirmiş, o, qardaşı Balağa ilə oraya gedib gözləmiş, bir müddətdən sonra Amid oraya gəlmiş, özünü “Qaynar Xett” media qurumun direktor müavini kimi təqdim etmiş və o, Amidə Sadiqin istəyi ilə 130 manat pul vermişdir. Lakin, Amid pulun az olduğunu demiş və otelin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə məlumatlar yayacağını, oteli bağlatdıracağım bildirmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət törətməsi və törədilmiş cinayət əməllərində təqsirli olması zərərçəkmiş şəxslərin və sahidlərin ifadələri ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan telefon danışıq məlumatlarına baxış keçirilməsi barədə 16 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** nömrəli mobil telefon sim-kartı üzrə çıxarışa baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 arasında xx.xx.2021- ci il tarixdə 1 dəfə, xx.xx.2021-ci il tarixdə 3 dəfə, xx.xx.2021-ci il tarixdə 2 dəfə, xx.xx.2021-ci il tarixdə 1 dəfə, xx.xx.2021-ci il tarixdə 1 dəfə və 07.07.202l-ci il tarixdə 2 dəfə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs3 arasında xx.xx.2021-ci il tarixdə 1 dəfə, xx.xx.2021-ci il tarixdə 3 dəfə, xx.xx.2021-ci il tarixdə 3 dəfə və xx.xx.2021-ci il tarixdə 1 dəfə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs4 arasında xx.xx.2021-ci il tarixdə 2 dəfə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs5 arasında xx.xx.2021-ci il tarixdə 5 dəfə, xx.xx.2021-ci il tarixdə 1 dəfə və xx.xx.2021-ci il tarixdə 1 dəfə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs6 arasında xx.xx.2021-ci il tarixdə 1 dəfə, xx.xx.2021-ci il tarixdə 2 dəfə və xx.xx.2021-ci il tarixdə 3 dəfə telefon danışığı olmuşdur. Həmin məlumatlardan başqa iş üzrə mühüm əhəmiyyət kəsb edə biləcək hər hansı bir SMS mətni, telefon danışığı və ya anten məlumatı aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan “Qaynarxett.az” X4 direktoru Şahid1 təqdim etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Azerinform.az” xəbər portalına şöbə müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə həmin vəzifədən azad olunmuş, xx.xx.2021-ci il tarixdə “QaynarXett” media portalına baş direktor müavini vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan “Vətən-N” mühafizə xidmətindən daxil olmuş əmrlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə xidmətin baş idarəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə isə tələb olunan sənədləri təqdim etmədiyi üçün işdən azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı DTX-da həqiqi hərbi xidmət keçən (işləyən), eləcə də tərxis (işdən azad) olunmuş əməkdaşların siyahılarından keçmir. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə təyin edilmiş stasionar məhkəməpsixiatrik ekspertizası xx.xx.2022-ci il tarixli 82 saylı rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən “ Qarışıq tipli şəxsiyyət pozuntusu” formasında psixi pozuntudan əziyyət çəkmişdir. 2. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman onda olan “Qarışıq tipli şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinin faktiki xarakterini ictimai təhlükəliliyini dərk etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onlan tam ölçüdə idarə etmək iqtidannda olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. 3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra və hal-hazırda da «Qarışıq tipli şəxsiyyət pozuntusu» kimi psixi pozuntudan əziyyət çəkir. Lakin Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarından məhrum edəcək dərəcədə ifadə olunmamışdır. Hal- hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Buna görə onun barəsində tibbi xarakterli hər hansı növ məcburi tədbirin tətbiq edilməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 310-cu maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN –nin BƏSİİ-dən alınmış təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Məryəm Şahbazova, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs8 ərizələrindən görünür ki, vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs atası Aslan Aslanov tərəfindən tamamilə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları 18 may 2010-cu il təvəllüdlü –X19 və 07 dekabr 2014-cü il təvəllüdlü –X27 vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Laçın rayon İHB-nın Daşlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət arakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yünügülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsini həmin Maddənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailə şəraitlərinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 310-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin hər biri üzrə ayrıayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs X13 təqdim etdiyi videoçəkiliş olan 01 ədəd DVD disk və Zərərçəkmiş şəxs5 təqdim etdiyi videoçəkiliş olan 01 ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2–ci maddəsi ilə 06 (altı) il 06 (alt) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəlsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X20 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. X17 cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs X13 təqdim etdiyi videoçəkiliş olan 01 ədəd DVD disk və Zərərçəkmiş şəxs5 təqdim etdiyi videoçəkiliş olan 01 ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, X20 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-343/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-343/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver