Məhkəmə qərarları › İş №1(101)-343/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-343/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-343/2024 08.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 2000-ci il tarixdə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 16:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək Bakı şəhərinin Binəqədi rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 3025 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyrilərinin göstərişinə əsasən satışını həyata keçirmək üçün razılaşıb üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə saat 22:15-də ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq BMCMİ-yə gətirilmiş, orada həmin tarixdə saat 23:55-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı sellofan torbanın içərisindən qablaşdırılmış bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 3025 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirili bilməyərək ifadəsində qeyd etmişdir ki, o, 24-ü gecə saat 9-da üç qram dalınca getdiyi 9-cu mikrorayonda saxlanılmışdır. Orada istədiyi çəkinin olmadığını və yekə sellofan olduğunu görərək götürməyib geriyə qayıtmış, həmin vaxt üstünə 20 nəfərin gəldiyini görmüşdür. Orada onu tutmuşlar və sellofanı götürüb ona məxsus olduğunu demişlər. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar, ayın 27-nə kimi orada saxlamışlar, qol çək demişlər, o isə qol çəkməmişdir. Müstəntiqin gözünün qabağında onu döymüşlər. Rəis gələndən sonra ona qol çəkdirmişlər, o, döyüləndən sonra qol çəkmişdr. Həmin gün 3 qramla bağlı tanımadığı bir adamla danışmış, həmin adam bir həftə qabaq “Whatsapp”da ona yazmış, 9-cu mikrorayon ərazisində konum atmış, birinci dəfədir ki, həmin adamdan almışdır. Götürəndən sonra kartla 50 manat pul verəcəkdi. Həmin şəxs ona “mənimlə iş görə bilərsən?” demiş, o da “mənlik deyil” demişdir. Yazışmalarda da var, ona narkotiki götürüb başqa yerə qoymasını təklif etmiş, o, razı olmamış, öz istifadəsi üçün 3 qram lazım olduğunu bildirmişdir. Sonra həmin adam “mən sənə xəbər edəndə gedərsən” demiş, bir həftə sonra ona xəbər edərək gedib saat 9-da götürməyini bildirmişdir. Taxtanın altında yekə büküm olmuş, heç yaxın durmamışdır. Bükümə heç əlini vurmamış, amma görmüşdür. Ona müdafiəçi təqdim etmişlər, lakin baxış müdafiəçinin iştirakı ilə olmamış, videoçəkilişdə müdafiəçi olmamışdır. Videoçəkilişdə tanımadığı İran İslam Respublikası vətəndaşından 500 manat qarşılığında alacağını demişdir. Sanksiyada hər şeyi bildirmiş, Kürdəxanıda olarkən də məlumat vermiş, sonra prokurorluqdan gəlmişlər. Özü narkotik vasitələrdən istifadə edir, narkoloji dispanserdə də yatmışdır. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 27 yanvar 2023-cü il tarixdə verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi qeyd olunan ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, saxlanılmamışdan təxminən 5-6 gün əvvəl istifadəsində olan telefon nömrəsindən qeydiyyadatdan keçmiş “Whatsapp” ani ünsiyyət tətbiqindən istifadə edən zaman ona tanımadığı bir İran İslam Respublikasına məxsus olan mobil telefon nömrəsi İlə həmin mobil tətbiqindən qeydiyyatdan keçmiş bir istifadəçi yazaraq tanışlıq vermiş və bildirmişdir ki, narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur. Söhbət zamanı o da həmin şəxsə bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir. Həmin şəxs ona ilk əvvəl təklif etmişdir ki, pul müqabilində iş birliyi qursunlar və o, narkotik vasitələrin satışında həmin şəxsə köməklik etsin. Belə ki, sözügedən şəxsin göndərdiyi narkotik maddələri deyilən yerdən götürüb özündə saxlayaraq deyiləcək ünvanlara çatdırmalı imiş və əvəzində həmin şəxs ona pul və narkotik vasitələr verəcəkmiş. Odur ki, elə həmin ərəfədə ona ilk əvvəl təklif etmişdir ki, Biləsuvar rayonuna göndərdiyi narkotik malları gedib götürüb özündə saxlasın. Lakin o, həmin vaxt uzaq yerə yollana bilməyəcəyini həmin şəxsə bildirib bu işdən qorxduğunu və edə bilməyəcəyini bildirmişdir. Lakin sonrakı vaxtlarda maddi imkanı zəif olduğu üçün o, məcbur olub sonrakı danışıqlar vaxtı həmin şəxsin yenidən ona etdiyi bu kimi təklifini qəbul etmiş və aralarında olan danışığa əsasən həmin şəxs ona göndərdiyi koordinatlara uyğun o, həmin ünvana gedərək oradan qoyulmuş narkotik maddə olan nəşəni götürməli imiş və az bir qismini özündə saxlayıb, əsas bir hissəsini isə sonradan həmin şəxsin dediyi yerlərə yerləşdirməli imiş. Buna görə də həmin şəxs ona 500 manat pul da verməli imiş. Qeyd etmiş ki, son vaxtlar mobil telefonu yararsız vəziyyətə düşdüyünə görə o, məcbur olub anasına məxsus olan mobil telefona sözügedən yuxarıda qeyd olunan ünsiyyət tətbiqini yükləyib özünə məxsus olan mobil telefon nömrəsi ilə həmin tətbiqdən qeydiyyatdan keçərək həmin İranlı şəxslə əlaqə saxlayırmış. Sonuncu danışıqları da həmin mobil telefonda olan mobil telefon tətbiqinin vasitəsilə aparılırmış. O, həmin vaxt anasına məxsus olan telefonla həmin şəxslə əlaqə saxlayıb dediyi kimi, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon deyilən əraziyə yollanmışdır. Həmin yeri tanıdığına görə mobil telefonu özü ilə götürməmiş, həm də anasına məxsus olduğu üçün götürə də bilməmişdir. Odur ki, telefonda həmin iranlı ilə aparılan danışıqları mobil tətbiqindən silmiş və telefonu anasına geri qaytarmışdır. Deyilən yerə gedib çatanda isə həmin yeri tapıb orada gizlədilmiş yerdə taxta parçasının altında bir ədəd sellofan torbada olan maddələri oradan götürüb əlində saxlayaraq bir qədər aralanmışdır ki, ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onu həmin polis idarəsinin inzibati idarəsinə dəvət etmişlər. O, etiraz etməmiş və onlar deyilən idarəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuşdur. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Beləliklə də onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. Bu təklifdən sonra o, sağ əlində saxladığı sellofan torbanı masanın üzərinə qoymaqla içərisində narkotik vasitə marixuana olduğunu bildirib torbanı təqdim etmiş, başqa qanunsuz heç bir maddə olmadığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış keçirilən zaman şalvarının cibindən bir ədəd daraq, sol ayağında olan ona tətbiq edilmiş cəzaya uyğun quraşdırılmış nəzarət cihazı aşkar edilmişdir. Bundan başqa üzərindən heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi sellofan torbanın içərisinə baxış keçirilmiş, oradan bir ədəd şəffaf sellofan bağlamada bir ədəd qara rəngli bükülü aşkar edilmişdir. Bükülünün içərisində yaşıl rəngli qurudulmuş ota bənzər maddə kütləsinin olması məlum olmuşdur. Sorğu zamanı o, bildirmişdir ki, həmin maddələri tanış olduğu adını bilmədiyi İran İslam Respublikası vətəndaşının vasitəsi ilə elə həmin gün Binəqədi rayonu ərazisində gizlədilmiş yerdən götürmüş və həmin narkotik vasitələri özündə saxlayaraq sonradan iranlı şəxsin dediyi yerlərə qoymaq müqabilində həmin maddələrdən bir qədər özündə saxlayacaqmış və əlavə də 500 manat məbləğində pul qazanacaqmış. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılmış, aşkar edilmiş bir ədəd daraq isə özünə geri qaytarılmışdır. Daha sonra deyilənlər barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 98-100). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, narkotik vasitələrin satışı və istifadəsi ilə bağlı ona məlumat daxil olmuş, baş idarənin rəisinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirində üç nəfər iştirak etmişdir. Keçirilmiş tədbirlər nəticəsində 25 yanvar 2023-cü il tarixdə şəxsin olduğu yer barədə məlumat daxil olmuş, saat 22:15, 22:30 radələri olmuş, Binəqədi rayonu, Cavadxan küçəsindəki ünvanına getdikdən sonra həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Narkotik vasitələrin olması barədə sual verdikdə olduğunu demiş, əlində torba olmuş, baş idarəyə gətirmişlər. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Narkotik vasitə üzərində deyil, əlində olmuşdur. X30 Respublikası vətəndaşından əldə etiyini, İran İslam Respublikası vətəndaşının deyəcəyi ünvana çatdırmalı olduğunu bildirmişdir. Şəxs saxlanılan zaman müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq göstərilməmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 25 yanvar 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.2000-ci ildə Xocavənd rayonunda anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və üzərində saxlamaqla daşıması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmişdir. Həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri qismində isə Baş idarənin əməliyyat müvəkkilləri polis kapitanı Şahid3 və polis kapitanı Şahid2 təyin edilmişlər. 25 yanvar 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 22:15-də ünvan 5 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs Əl zaman oğluna oxşar şəxs tərəflərindən saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və saxlanılmış şəxs özünü onlara təqdim edərək bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yerində şəxsi axtarış keçirməyə şərait olmadığından sonuncu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onların müşaiyəti altında əlində saxladığı bir ədəd sellofan bağlama ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən saxlanılmış şəxsə vəkil dəvət edilərək təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 25 yanvar 2023-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə üzərinə yaradılmış əməliyyat qrupunun üzvləri və dəvət edilmiş vəkilinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Çəkiliş əməliyyat müvəkkili Şahid3 tərəfindən videokameradan istifadə edilməklə aparılırmış. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. İlk öncə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd ağ-sarı rəngli sellofan paketi təqdim edərək içərisində “marixuana” adlı narkotik vasitə olduğunu bildirib həmin paketi masanın üzərinə qoymuş və üzərində əlavə heç bir maddə olmadığını bildirmişdir. Saxlanılmış şəxsin üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən bir ədəd cib darağı və sol ayağında bir ədəd elektron nəzarət cihazı aşkar edilmişdir. Həmin cihaz barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, Binəqədi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə həmin cəzanın icrasını təmin etmək məqsədi ilə ayağına sözügedən qurğu bağlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketə keçirilən baxış zamanı məlum olmuşdur ki, orada olan bir ədəd şəffaf sellofan bağlamanın içərisində qara rəngli sellofana bükülmüş halda olan yaşıl rəngli qurudulmuş ota bənzər, zahiri əlamətlərinə görə narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə kütləsi vardır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, qeyd edilən maddə marixuanadır və həmin maddəni adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı olan şəxsdən başqa ünvanlara ataraq bunun müqabilində pul qazanmaq və əlavə də özü üçün də həmin maddələrdən götürmək məqsədi ilə Binəqədi rayonu ərazisindən ona İranlı şəxs tərəfindən bildirilmiş yerdən taxta parçasının altından aşkar edərək götürdüyünü, qeyd edilən maddələri deyiləcək yerə atmaq məqsədi ilə götürüb oradan uzaqlaşdığını, maddələri atacağı yer barədə sözügedən iranlı şəxs tərəfindən məlumatın veriləcəyini və həmin yerdən bir qədər aralandıqdan sonra saxlandığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bağlamada olan maddələr götürülərək qablaşdırılmış, cibindən aşkar edilmiş cib darağı isə özünə geri qaytarılmışdır. Götürülmüş maddələrin üzərində qeydiyyat aparılmaqla tərəflərindən imzalanmışdır. Daha sonra qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 70-73). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, digər əməkdaşa daxil olmuş məlumat əsasında 25 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirləri keçirilmiş, narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsində şübhəli olduğu üçün axşam saatlarında Binəqədi rayonu ərazisində saxlanılaraq baş idarəyə gətirilmişdir. Tutulan vaxtı əlində torba olmuş, müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, üzərindən qurudulmuş marixuana aşkar olunmuşdur. İran İslam Respublikası vətəndaşı tərəfindən göndərildiyini, həm özünün istifadə edəcəyini, həm də dediyi yerlərə qoyub qazanc əldə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı zor və təzyiq göstərilməmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 62- 65). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, əməkdaşları Mahmud müəllimə şəxsin narkotik vasitələrin satışı və istifadəsi ilə bağlı məlumat daxil olmuş, əməliyyat tədbirində üç nəfər iştirak etmişlər. Keçirilmiş tədbirlər nəticəsində yanvarın 25-i saat 22:15, 22:30 radələrində Binəqədi rayonu ərazisində təxminən Göz klinikasının yaxınlığında saxlanılmış, həmin vaxt əlində torba olmuşdur. Şəxsi baş idarəyə gətirmişlər, müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs heç bir zor və təzyiq göstərilməmişdir. 10.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 66- 69). 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2023-cü il tarixli 7/102 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” yazıları və imzalar olan polietilen bağlamadakı 01 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 3025 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (İ cild, səh. 42-45). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 08 aprel 2023-cü il tarixli, 2012 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 175-176). 13.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 26 yanvar 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd ağ-sarı rəngli sellofan paketin içərisində “marixuana” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, həmin sellofan paketi masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşya və ya predmetin olmadığını bildirmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynindəki açıq qəhvəyi rəngli şalvarının sol arxa yan cibindən 01 ədəd qara rəngli cib darağı aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs sol ayağında da elektron nəzarət vasitəsi olmasını, əvvəllər də Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə məhkum olunmasını, Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində “azadlığın məhdudlaşdırılması” cəza növünün seçilməsini və nəzarət vasitəsinin də məhkəmə tərəfindən quraşdırılmasını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən əlavə əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ-sarı rəngli sellofan paketin içərisində 01 ədəd şəffaf bağlama olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs bağlamanın içərisində “marixuana” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisinə baxış keçirilmiş, baxış zamanı həmin sellofan bağlamanın içərisində 01 ədəd qara rəngli sellofana bükülmüş olan kütlə aşkar edilmişdir. Həmin sellofan bağlama iştirakçıların şahidliyi ilə açıldıqda içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd sellofan paketin içərisindəki 01 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələri həmin tarixdə, yəni 25 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu inzibati ərazisində olarkən əvvəlcədən razılaşdırılmış qaydada İran İslam Respublikası vətəndaşı kimi tanıdığı, adını bilmədiyi şəxsdən əldə etdiyini, belə ki, həmin şəxsi sosial şəbəkədən tanımasını, həmin şəxsin ondan Bakı şəhərində yerləşdirdiyi narkotik maddələri götürüb başqa ünvanlara aparıb yerləşdirməsini istədiyini, bunun qarşılığında həmin maddələrdən öz payı olan narkotik maddələr də götürə biləcəyini və əlavə olaraq həmin İran əsilli şəxsin ona onlayn üsulla 500 manat pul göndərəcək olmasını, bundan sonra həmin şəxsin Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşdiyi narkotik maddənin hazırda harda olmasını özündə əks edən məlumat göndərməsini, daha sonra isə onun bu yerə yaxınlaşıb taxta parçasının altında olan həmin 01 ədəd sellofan paketin içərisindəki 01 ədəd qara rəngli sellofan bağlamada olan narkotik vasitəni götürməsini, buradan uzaqlaşıb başqa ünvana həmin maddəni yerləşdirmək istədiyini, sonraki ünvanın hara olacağını İran əsilli şəxsin ona deyəcək olmasını, təxminən 5 dəqiqəlik məsafə uzaqlasdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 32-34). 14.«Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında» 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, X3 istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 27 yanvar 2022-ci il tarixdən 27 yanvar 2023-cü il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs qəbul etdiyi qısa SMS-lərin içərisində ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Qaqas gelmiyecesese de bilimde sene gore isimi gucumu atıb seni gozdeyirem...Özude tuxda hec olmasa ferlisin veredin azda qani edir bele olmazda...Qaqas ohede cadırmak'ı gelim qapınza atıq eksiq sobet olsun özun bilisenki lomkada bu malı kime versen adamı soyeler sene qarsı sef hereket elememisem...”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “bu elwdiyin yaxşı sey deyil a iki nefer agrida qalmiwiq sen de belə elirsen he”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “X27 Didim A X22 X28 X39 X33 X4 X24 X38,.. X18 X25 Teli Acda... X5 X31 X34 De...X26 X19 Ne Oldun... X20 X11 X23”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Qaqa 30 manat pul var nəsə alınar qardaşım bir xəbər deyə biləsən... Qaqa 40 manat var qaqa səni gözirəm bir xəbər deyə biləsən...Qaqaş 1 lazımdı nesə alınar...Qaqaş 2 dənə tema lazımdı almar rəhman bir kəlmə he yox deyər din... Qaqa 40 manat pul var nəsə alınar qaqa... Qaqa bu daşa görə yığıb ne diyim qaqaş hə yox gozir qaqa ne diyim buna...Zor torpaqdı saqol həmişə quluqda dur bax belə... rəhman mənə dedinki sən ol tema götürənkimi 2 koki 1 daş verəcəm mənə sənöl vurdııquva görə l sahada temani çadırmyan oğlanın... Qaqa 30 manat pul var nəsə alınar qardaşım bir xəbər deyə biləsən...Qaqaş 1 lazımdı nesə alınar... Qaqaş 2 dənə tema lazımdı alınar rəhman bir kəlmə he yox deyərdin...Qaqa 40 manat pul var nəsə alinar qaqa...”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “Qaqa Men C at iranı X35 imkan X17 X36 X37 X15 X32 X29”. 077- ***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “Qaqa 1 dene qram 1 dene yarını ele onu sen canin”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “AYQAQAS ACDA TELİDE BİDENE BUTOVDE LAZİMDİ HARA GELİM TEZ DENEN PULDA ÇİXMASİN ELDEN... Ay qaqaS bidene bu telfonu gotur isim var seninle yeke oğlansan ala birsey tutan kimi yoldasdiq zad pozulur canıın sag olsun rehman bu **x birgun sende olar birgunde bizde men sene qarsı bele olmusam neyin olub bacardiqim qeder yola vermisem”, 077-611-13- 16 GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Ay qaqaş ümüd dünen didiyi alinir.bütöv lazımidi... 5 diy das ele. 5 diyde kaki qardasimsan narmalni elede...”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “manim qardawim bu 2 dana istiyir 50 dan gucu catmir pulu.qardawim goturda urey bir dardimizi deyay...Qardawim galmirsansa mana de so**m o malada...Rahman qaqaw mana qarwi bel a harakatin yeri yoxdu”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “Yari var tez de isdeyen var yanimda” mətnli qısa yazışmaların Təqsirləndirilən şəxs göndərmələri məlum olmuş. Bundan başqa, Rəhman İsgədərovun öz növbəsində ***-***- **-** GSM nömrənin abunəçisinə J 8.1 1.2022-ci il tarixdə “**********456398 vur 7 buna 1 saat getrib verem narahat olma”, ***-***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “Qaqaw neşe var”, ***-***-**-** GSM nömrənin abunəçisinə xx-xx-2022-ci il tarixdə “Yoxdi kola pul duzeltirem” mətnli mesajlar yazması məlum olmuşdur. Bundan başqa, baxış zamanı məlum olmuşdur ki, araşdırılan dövr ərzində Təqsirləndirilən şəxs bir neçə dəfə olaraq, konkret olaraq isə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə İran İslam Respublikasına məxsus olan +**********78 saylı GSM nömrə ilə zəngli əlaqə saxlamışdır (İ cild, səh. 179-180). 15.«Maddi sübut hesab edilməsi haqqında» 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3025 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 3024,8 qramı maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild, səh. 119-120). 16.«Sübutların qiymətləndirilməsi haqqında» 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş "Sony” markalı videokamera vasitəsilə aparılmış videoçəkilişin müvafiq olaraq köçürüldüyü bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunması nəzərə alınmışdır. "xxxx" MMC-dən daxil olmuş telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 19 aprel 2023-cü il tarixli protokolla iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar müəyyən edildiyinə görə həmin məktuba qoşmada əlavə edilmiş CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunması nəzərə alınmışdır (İ cild, səh. 182-195). 17.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 11 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs BMCMİ-nin X12 qəbul edilərkən bədəni üzərində xəsarət izlərinin olmadığı müəyyən edilmişdir. 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 31 iyul 2023-cü il tarixli məktubdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Sorğu zamanı tutulan zaman zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sol körpücük üstü nahiyyədə 3 ədəd təqribən 2 sm ölçüdə tünd bənövşəyi rəngli qançır, hər iki yuxarı ətrafda postinyeksion döyənək və bədən səthində narkotiklə bağlı ləkələr, sol baldır nahiyyəsində köhnə çapıq aşkar edilmişdir. 19.Məhkəmə-tibbi ekspertizasının 15 fevral 2023-cü il tarixli, 46/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir (İ cild, səh. 171-174). 20.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə, habelə digər qanunsuz hərəkətlərə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (İ cild, səh. 147-149). 21.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 24). 22.Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 4(005)- 127/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 yanvar 2023cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 111-115). 23.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-450/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-175/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır (İ cild, səh. 153, 157-168). 24.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 04 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə (barəsində həbs qətimkan tədbiri seçildiyi günədək) cəzasının 1 il 2 ay 22 gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəza müddəti 9 ay 6 gün təşkil edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 25.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 26.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 27.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 28.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 29.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 30.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 31.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 33.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 34.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 35.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. 36.Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın ümumilikdə təmiz çəkisi 3025 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdardır. 37.Məhkəmə təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilməməsi, narkotik vasitənin onun boynuna qoyulması, ona təzyiq etdiklərinə görə boynuna alması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 38.Məhkəmə iclasında təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməməsini və ona təzyiq edildiyinə görə boynuna almasını bildirsə də məhkəmə bununla bağlı qeyd edir ki, göstərilən dəlillər sadəcə ümumi sözlərdən və formal xarakterli mülahizələrdən ibarət olmaqla məsuliyyətdən yayınma cəhdi daşıyır. 39.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 40.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 41.Təqsirləndirilən şəxsin “şəxsi axtarışı və götürmə aparılması” barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 42.Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 27 yanvar 2022-ci il tarixdən 27 yanvar 2023-cü il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı narkotik vasitə satışı ilə bağlı kifayət qədər aydın sms yazışmalarının olması, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 43.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 44.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, ifadəsində qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. 45.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 46.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 47.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 50.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 52.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 53.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 54.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 56.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

60. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-450/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. 61.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 62.Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ictimai təhlükəli əməli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 450/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi vaxt yəni, cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

64. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-450/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 09 (doqquz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, yəni 04 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. 65.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 66.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 67.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 68.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 69.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 25 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. 70.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 71.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 72.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 73.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3024,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 01 ədəd DVD formatlı diskin və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 74.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 75.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 76.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 77.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-450/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 09 (doqquz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 04 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 25 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3024,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar