Məhkəmə qərarları › İş №1(101)-344/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-344/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-344/2021 20.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər-Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri- X13 və X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası fərdi fəailiyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1982-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 10, mənzil 27-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Yusif' adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Yusif” adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Cəlilabad rayonuna satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada gizlətməklə saxladığı külli miqdarda 1092.672 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 395 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 268.594 qram çəkidə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxil edilən psixotrop maddə metafetamini, 01 ədəd elektron tərəzini naməlum vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə edib sonradan şəxsiyyəti istintaqa məlum olmayan müştərinin həmin narkotik vasitə və psixotrop maddəni əldə etməsi məqsədi ilə ünvan 2 ünvanında yerləşən mənzilinə daşıyıb saxlamaqla gizlətmiş, bundan sonra Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin bir bükümdə külli miqdarda 4.672 qram hissəsini ayıraraq "Yusif” adlı şəxsin deyəcəyi yerə qoymaq üçün əynindəki gödəkcənin sağ yan cibinə qoymaqla satış məqsədi ilə üzərində saxlamaqla daşımış. Təqsirləndirilən şəxs Bakı şəhərində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 22 iyun 2020-ci il tarixdə saat 21:00-da Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 23 ünvanının qarşısında saxlanılaraq yaşadığı ünvan 4 ünvanına sonuncunun razılığı və iştirakı ilə həmin gün saat 21:15-dən etibarən keçirilmiş baxış zamanı yataq otağındakı ağ rəngli dolabın sol üst hissəsində olan çantadan qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 754 qram və 334 qram, ümumi təmiz çəkisi külli miqdar 1088 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd plastik qabda təmiz çəkisi külli miqdar 268.594 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd ağ rəngli polietilen bağlamanın içərisində qara rəngli sellofan bağlamada təmiz çəkisi 395 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 23:30-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd bükümdə təmiz çəkisi 4.672 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Uzun müddətdir narkotik vasitə heroin, marixuana və psixotrop maddə metafetamindən istifadə edir. Evindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri öz istifadəsi üçün Papanin adlanan yerdə tanımadığı şəxsdən dəqiq xatırlamadığı məbləğə almış, yaşadığı mənzildə saxlamışdır. Həmin maddələri tutulmamışdan təxminən 15 gün qabaq, şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitə psixotrop maddələri aldığı şəxsdən həmçinin narkotik vasitələri və psixotrop maddələri istifadə edərkən miqdarını bilmək məqsədilə tərəzi də almışdır. Əldə etdiyi narkotik vasitələrin bir hissəsini istifadə etmişdir. 22 iyun 2020-ci il tarixdə saat 21:00-da polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldığı zaman ona təzyiq göstərilmişdir. Yaşadığı evdə tək olmamış, birlikdə yaşadığı qadın da əməliyyat vaxtı evdə olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Narkotik vasitəni aldığı şəxsi tanımamış, həmin şəxs Azərbaycan vətəndaşı olmuşdur. Tərəzidən isə öz istifadəsi üçün narkotik vasitənin miqdarını ölçən zaman istifadə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə özünü təqsirli bilmir. İttihamda qeyd olunan İİR vətəndaşı Yusif adlı şəxsi tanımır və elə bir şəxslə heç bir zaman əlaqəsi olmamışdır. 22 iyun 2020-ci il tarixdə kirayədə yaşadığı ünvana baxış keçirilərkən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ona hələ təqdim olunmamış, müdafiəçi yalnız BNMİ-yə aparıldıqdan sonra ona təqdim olunmuşdur. İbtidai istintaqın ilkin mərhələlərində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini təsdiq etmir. 22 iyun 2020-ci il tarixdə, axşam saatlarında avtomobildən düşən anda təxminən 7-8 nəfər mülki geyimli polis əməkdaşı ona ani olaraq yaxınlaşıb, görmədiyi əşya ilə vurub onu yerə yıxaraq tutub saxlamışlar. Bundan sonra polis əməkdaşları ona yaşadığı evinə baxmaq istədiklərini deyib, kirayədə yaşadığı mənzilə getmişlər. Həmin vaxt ilk olaraq qapını onunla birlikdə qeyri-rəsmi olaraq təxminən 3 ildir birlikdə yaşadığı Aybəniz adlı xanım qapını açmışdır. Polis əməkdaşları ilkin olaraq evə baxdıqdan sonra onu evindəki xanımla hədələyərək onu da tutacaqlarını bildirib onu hədələmiş və onlar yenidən mənzildən kənara çıxmış və videoçəkiliş aparılmağa başlanmış və yenidən evə daxil olmuşlar. Bütün bunların hamısına Aybəniz adlı xanım birbaşa şahid olmuşdur. Kirayədə yaşadığı evdə baxış keçirilməsinə dair ərizəni o, sonradan idarədə olarkən yazmışdır. Kirayədə yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni yalnız öz istifadəsi üçün əldə etmişdir. BNMİ-də üzərinə axtarış keçirilməmişdən əvvəl tanımadığı polis əməkdaşı ona əlavə olaraq bir balaca büküm vermişdir ki, üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcək, o zaman cibindən çıxarıb təqdim edər. Daha öncədən isə elə ilk saxlandığı zaman cibində olan telefonunu cibindən polis əməkdaşları götürmüşdülər. Onun özü Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 10, mənzil 27-də qeydiyyatda olsa da, ünvan 1 ünvanında tutulmamışdan təxminən 2 ay əvvəldən kirayədə yaşamış, onunla birlikdə təxminən 3 ildir qeyri-rəsmi olaraq yaşadığı Salyan rayonundan Aybəniz adlı xanım da orada yaşamışdır. Aybəniz adlı xanımdan övladı olmasa da, onun özü başqa bir xanımla rəsmi nikahdadır və həmin evlilikdən 2 uşağı vardır. Önun özü tutulmamışdan təxminən bir il əvvəldən narkotik vasitə və psixotrop maddə istifadə etməyə başlamış və mütəmadi olaraq istifadə etdiyindən asılı vəziyyətə düşmüşdür. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroin ona məxsus olmamışdır, həmin hissədə ona qarşı verilmiş ittihamla razı deyil. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 84-86-cı vərəqlərində olan “Təqsirləndirilən şəxsi dindirmə haqqında” 24 iyun 2020-ci il tarixli protokol ona tanışdır, həmin protokolun hər bir vərəqinin aşağısında və “Təqsirləndirilən şəxs” qrafasındakı imza ona məxsusdur, həmin protokol tərtib olunduğu vaxt təqsirləndiirlən şəxs qismində dindirilərkən müdafiəçisi iştirak etmişdir. İfadənin sonunda əlyazma formasında yazılmış,-“İfadəmi oxudum, düzgün yazılıb, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm.” Sözlərini o, özü yazmışıdr. Həmin protokolun məzmununda verilmiş suallara cavab olaraq “Təqribən 3 ay əvvəl "Facebook" sosial şəbəkəsi vasitəsilə Yusif adlı İran İslam Respublikası vətəndaşı ilə tanış oldum. Yusiflə bir qədər danışdıqdan sonra ünsiyyətimiz dostluğa çevrildi. Təqribən 01 ay əvvəl Yusif mənə bir iş təklif etdi. Yusif mənə dedi ki, mən onun dediyi yerdən narkotik vasitə və psixotrop maddələri götürəcəm. Sonra Yusif dedikcə həmin maddələri Yusifin dediyi miqdarlarda müxtəlif yerlərə qoyub şəklini Yusifə göndərəcəm ki, müştərilər həmin əşyaları oradan götürsünlər. Müqabilində isə mənə 1000 manat pul veriləcəkdi.” məzmunda ifadə verməsi ona aydındır, polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyinə görə belə ifadə vermişdir. Həmin protokolda verilmiş suala cavab olaraq, “Mən polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərimə baxış keçirərkən mənə qarşı hər hansı təzyiq olmayıb” məzmununda ifadə verməsi ona aydındır, hazırda bildirir ki, həmin hal həqiqəti əks etdirmir, ona qarşı təzyiq göstərildiyindən bu məzmunda ifadə vermişdir. Həqiqətdə isə o, özünün şəxsi istifadəsi üçün “Facebook” sosial şəbəkəsində tanış olduğu, şəxsiyyəti ona məlum olmasa da, Azərbaycan Respublikası vətəndaşı olan şəxslə əlaqə yaratmaqla, polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 10-15 gün qabaq “Papanin” adlanan ərazidə, körpünün altından götürməklə almışdır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 01-ci cildi iş vərəqi 117-156-da olan “Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçiriməsi haqqında” 25 iyun 2020-ci il tarixli protokol və əlavə edilmiş fotoşəkillər ona tanışdır. Həmin fotoşəkillərdə narkotik vasitələri atıldığı yerlərin oxlarla göstərilməklə əks olunduğu, həmçinin “whatsapp” ani mesajlaşma proqamı ilə əlaqə saxladığı şəxslər ilə olan söhbətlərinin narkotik vasitə və psixotrop maddələrin satışı və istehlakçılarla söhbət aparılması məzmunda olması, ona aydındır. Həmin yazışmalarla bağlı hər hansı izah verə bilmir, bir daha bildirir ki, narkotik vasitə istifadəçisidir və özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. “Whatsapp” ani mesajlaşma proqramında adı qeyd olunmuş “Ekber.İran” adlı kontaktın sahibi onun tanışı olmaqla, aralarında İran İslam Respublikasına müalicəyə gedəcəkləri barədə danışıqaları olmuşdur. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 101-116-cı vərəqlərində olan “Sənədlərə baxış keçirilməsi barədə” 24 iyun 2020-ci il tarixli protokol və ona əlavə edilmiş Təqsirləndirilən şəxs evindən aşkar edilmiş dəftər və bloknotda olan zəruri qeydlərin yerləşdiyi səhifələrin surətləri ona tanışdır. Həmin sənədlərə baxış zamanı, bloknotun birinci vərəqində “Yusif üçün 100 k - razin mosi-k 100 p.50 k.50 p.20 razin k50 Elmar k.5 p.2 İq p.0.50 Nicat p.8 Elvin p Ruslan k115 ədəd k.4 əd 80 m Elmar k.10 əd" yazıları, bloknotun növbəti vərəqində “Yusif gələn mal t 1 kq'’ yazıları ona aydındır. Həmin bloknotda adı yazılmış “Yusif” adlı şəxs ilə bağlı qeydlər apardığı halda, hazırda “Yusif” adlı şəxsi tanımadığı məzmunda fərqli ifadə verməsini onunla izah edir ki, həmin bloknot və kağız parçaları ona məxsus olmamış, polis əməkdaşları tərəfindən oraya qoyulmuş və daha sonra götürülmüşdür. İş materiallarına əlavə edilmiş “Mənzilə baxış keçirilməsi barədə” protokolun əks olunduğu videogörüntülərdə mənzildən aşkar olunan külli miqdarda 1092.672 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 395 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 268.594 qram çəkidə psixotrop maddə olan metafetamini könüllü təqdim etməsi, ona verilmiş suala cavab olaraq mənzildə 1 aya yaxındır tək yaşadığı, təxminən 1 aya yaxındır narkotik vasitənin satışı ilə məşğul olması, kirayədə yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələri 15 gün əvvəl Cəlilabad rayonundan gətirdiyini, maddi vəziyyətinin yaxşı olmadığına görə narkotik vasitə satışı ilə məşğul olması barədə, ***-**** manat arasında bir məbləğdə gəlir əldə etdiyini, narkotik vasitədən nadir hallarda istifadə etdiyini, əldə etdiyini narkotik vasitənin bir hissəsini istifadə etdiyini. qalan hissəsini isə “Yusif” adlı İİR vətəndşının dediyi yerlərə aparması barədə məlumatlar verməsi ona aydındır. Polis əməkdaşları tərəfindən saxlandıqdan sonra ona qarşı zor tətbiq olunmuş, təzyiq göstərilmiş və birlikdə yaşadığı qadınla hədələnmişdir. Bu səbəbdən videoçəkilişlər zamanı polis əməkdaşlarının dediyi kimi ifadələri işlətmiş və suallara cavab vermişdir. Polis əməkdaşları tərəfindən 22.06.2020-ci il tarixdə saxlandığı zaman üzərində heçnə olmamış, şəxsi axtarış zamanı cibindən çıxmış narkotik vasitəni də məhz tanımadığı polis əməkdaşı əvvəlcədən ona vermişdir ki, videoçəkiliş zamanı narkotik vasitəni cibindən çıxarıb versin. İş materiallarına vərəqlərinin surətləri əlavə edilmiş bir ədəd blaknot ona məxsus deyildir. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuş və həmin nömrələri 2 sim kart istifadəsi mümkün olan 1 ədəd Samsung markarlı smartfon tipli mobil telefonda istifadə etmişdir. İstifadəsində olan mobil telefon daxilində olan nömrələrlə birlikdə polis əməkdaşları tərəfindən götürülüb və cinayət işinin materiallarına əlavə edilib. Bir daha bildirir ki, iş materiallarına əlavə edilmiş bloknot və digər kağız parçaları ona məxsus olmamış, polis əməkdaşları tərəfindən oraya qoyulmuş və daha sonra götürülmüşdür. Onun özü polis əməkdaşları tərəfindən tutulmamışdan 10-15 gün əvvəl qabaqcadan satıcı ilə danışaraq “Papanin” adlanan ərazidən də körpünün yanında 800 azn müqabilində 15-10 qram çəkidə şəxsi istifadəsi üçün narkotik vasitə heroin almış və onu istifadə etmişdir. Tutulmamışdan əvvəlki vaxtlarda özü Bakı şəhrində kafelərdən birində işləmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işi cild 01, iş vərəqi 156-da olan “Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” 25 iyun 2020-ci il tarixli protokola əksini tapmış Təqsirləndirilən şəxs götürülmüş “Samsung” telefon aparatında “Whatsapp Business” ani mesajlaşma mübadilə sisteminə baxış zamanı müəyyən edilmiş həmin sistem ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş, baxış zamanı müəyyən edilmiş Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp Business” ani mesajlaşma mübadilə sistemində ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş Ruslan Sumqayıt adlı istifadəçi ilə narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkilləri göndərilmiş, D604406000 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş istifadə ilə narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkilləri göndərilmiş, İran İslam Respublikasına məxsus mobil operatora aid +**********88 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkillərini göndərməsinin aşkar olunması ona aydındır. Həmin telefon həqiqətəndə ona məxsus olmuşdur, lakin həmin danışıqlar polis tərəfindən ona məxsus telefonla yazılmışdır. Elan edilməklə ona təqdim olunmuş “xxxx” MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 28 avqust 2020-ci il tarixli protokol ona tanışdır, həmin protokolun məzmununda onun istifadəsində olmuş ********** saylı və ********** saylı mobil nömrələr üzrə göndərilmiş və daxil olmuş sms yazışmalarının olduğu, həmin ********** saylı mobil nömrəsindən 13.03.2020-ci il tarixdə ********** saylı mobil nömrəyə “Ay qaqaş lomkadan pis gündəyəm səbirli ol qardaşım getsin gəlirəm” məzmunlu, 04.04.2020-ci tarixdə ********** saylı mobil nömrəyə “AY QAQA GEDİN QARAYEVƏ GƏLƏCƏM ORA YADA Kİ ATACAQLAR" məzmunlu, 04.04.2020-ci il tarixdə ********** saylı mobil nömrəyə “Elxana denən qaqa o 1 dənəni həll eləki atmaqda problem yaşatmasın” məzmunlu, 04.04.2020-ci il tarixdə ********** saylı mobil nömrə arasında “İşlədiyim kanaldıda qardaşım vermək lazımdı” məzmunlu, 13.04.2020-ci il tarixdə ********** saylı mobil nömrəyə “Qaqa hələ patı cvb vermir. Qalanının problemi yoxdur. Götürüb gəlirəm in şəə Allah” məzmunlu smslərin yazıldığı, eləcə də istifadəsində olmuş ********** saylı mobil nömrəyə göndərilmiş sms yazışmalarına baxış zamanı həmin nömrəyə, 25 mart 2020-ci il tarixdə ********** saylı mobil nömrədən “+**********44” məzmunlu, 04.04.2020-ci il tarixdə ********** saylı mobil nömrədən “Атдым 20 манат ама İ ф еле йахшы олачаг сабах” məzmunlu, 09.04.2020-ci il tarixdə ********* saylı mobil nömrədən“X20 X30 Gozduyrem Patini 5di X21 X22 Mene?” , 09.04.2020-Ci il tarixdə ********** saylı mobil nömrədən“Baw Uste O Hazirdi ElaVe X40 X18 X45 Tez Gel” məzmunlu, 10.04.2020-ci il tarixdə ********** saylı mobil nömrədən“X26 X31 X32 X46 X19 O X23 X47 20kola 5pati X10 X27 X33 X38 Qeyhbe Yox” məzmunlu, 13.04.2020-ci il tarixdə ********** saylı mobil nömrədən“Kola 10дi Patидa 5дi X42 Qhz X39 X49 Olumasиn Ди On Gel” məzmunlu, 13.04.2020-ci il tarixdə ********** saylı mobil nömrədən “X35 Ver Pul 50 уегите1ди X48” məzmunlu, 13.04.2020-ci il tarixdə ********** saylı mobil nömrədən“РаШпип OlumamagH Cox Phs 01диа X28 Деуй1? Еуиби Yox Kokunu 15 ele Tez Gel Виг Lhs Дегтапи Ver :E|ilp^ X36” məzmunlu, 20.04.2020-ci il tarixdə ********** saylı mobil nömrədən“Atas salam qaqam vuqarin qardasidi vüsal, vuqarin nomresinen meniydim yigan ..orgendin brat gorsen ayin olar bizzde yalan q**belik yoxdu brat. ataıiı masini satir vuqarin mustendiq inşallah alinar deyib calsib 1 il eliybcem...atas sene canim qurban sene bir xeyr işcun yigmisdim eslinde mene qaqa sabaha pulunan pulu gorub yeni veresen narhat olma. Mene 30 packa 30 list bele deyim cantramal lazimdi qaqa ama gor ne qede goturem ucuz qiymete alinirsa mene de dostuma deyim sabah günorta gorusub asirdaq yeni dang dungda atas pulvu goturesen dermanlari veresen sen sag men salamt he yox denen bilim” məzmunlu, 09.05.2020-ci il tarixdə ********** saylı mobil nömrədən “Xirdalan uzaqdi orani sabah goturerik. 3 deneni saxla ozunde gelirem” məzmunlu, 15.05.2020-ci il tarixdə ********** saylı mobil nömrədən“8 DENE LAZİMDİ. sen kişiliyin ne vaxta burdasan” məzmunlu, 16.05.2020-ci il tarixdə ********** saylı mobil nömrədən “Qaqaw qurudu mali deqiq yani qaqaw men sene arxeyin olum gedrem pulum dalıycana men” məzmunlu, 16.05.2020-ci il tarixdə ********** saylı mobil nömrədən “Yari pesok.iki kofe” məzmunlu, 16.05.2020-ci il tarixdə ********** saylı mobil nömrədən “Patpresde lazimdi bir qram cavab ver pulu atsin” məzmunlu, 16.05.2020-ci il tarixdə ********** saylı mobil nömrədən “Qaqaw mene 50 dene qola duzeler lazim olsa deqiq denen he yox” məzmunlu, 14.06.2020-ci il tarixdə ********** saylı mobil nömrədən "Qaqa yanimda aдam var 1yarim сона 05 реncere” məzmunlu, 21.06.2020-ci il tarixdə ********** saylı mobil nömrədən “Qaqa 2.5 3.0 elede” məzmunlu, 22.06.2020-ci il tarixdə ********** saylı mobil nömrədən “mene mf-40 İazimdi,bu ondan deyil,kafeniy rengde olan” məzmunlu, 22.06.2020-ci il tarixdə ********** saylı mobil nömrədən "я шас тибе 60 дам ты мене 1 ами вер 50 долг стерош ок” məzmunlu smslərin yazıldığının müəyyən edilməsi on aydındır. Həqiqətən də smslərin yazıldığı tarixlərdə ***-***-**-** saylı mobil nömrə ona məxsus olmaqla, onun istifadəsində olmuşdur. Sadalanan smslərin məzmunundan narkotik vasitə və psixotrop maddələrin satışının və müxtəlif ərazilərə çatdırılması ilə bağlı söhbətlərin aparılması ona aydındır. Lakin bildirir ki, qeyd olunan məzmunda smsləri onun yazdığını və ya ona yazıldığını xatırlamır, ola bilər ki, kimsə onun telefonuna və ya onun telefonundan həmin smsləri yazmışdır. Belə düşünür ki, həmin smslərlə bağlı polis əməkdaşları ona plan qurublar. Polis əməkdaşları tərəfindən 22.06.2020-ci il tarixdə tutulduğu iş materiallarından göründüyü və bu faktı özü də təsdiq etdiyi halda, yuxarıda elan olunmuş smslərin onun tutulmasından çox əvvəl 2020-ci ilin aprel, may və iyun ayını əhatə etdiyi dönəmdə göndərilib və qəbul edildiyi, bu halda həmin smslərlə bağlı məhkəmədə verdiyi izahının isə həqiqətə uyğun olmadığının müəyyən edildiyi ona aydındır. Whatsapp” ani mesajlaşma proqramında adı qeyd olunmuş “Ekber.İran” adlı kontaktın sahibi İran İslam Respublikasında yaşayan həkim olmaqla, tanışları tərəfindən müalicəsi üçün ona təxminən bir il yarım bundan əvvəl ona məsləhət görülmüş, o da məhz bu məqsədlə sonuncu ilə əlaqə saxlamışdır. Hazırda Whatsapp” ani mesajlaşma proqramında adı qeyd olunmuş “Ekber.İran” adlı şəxsin İran İslam Respublikasında yaşayan həkim olmasını bildirdiyi halda, əvvəlki məhkəmə iclaslarında ona verilmiş suallara cavab olaraq həmin şəxsin “onun tanışı olmaqla, aralarında birlikdə İran İslam Respublikasına müalicəyə gedəcəkləri barədə danışıqlarının olması” məzmunda cavab verməsi, bu kimi ziddiyyətli ifadələr verməsinin səbəbini izah etməkdə çətinlik çəkir. Cinayət işinin materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyun 2020-ci il tarixli protokolun öz əksini tapdığı videogörüntülərdə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 03 saylı Vəkil Bürsonun vəkili X11 tərəfindən verilmiş suallara cavab olaraq, ona hər hansı təzyiq göstərilmədiyini bildirməsi ona aydındır. Bununla bağlı bildirir ki, polis əməkdaşları onu ilk olaraq saxladıqdan sonra artıq onu hədələdiklərindən və ona nə deməli olmasını öyrətdiklərindən suallara cavabı həmin məzmunda vermişdir. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci mddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 206.3.2 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsi və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, anasının əlil olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı işin halları və hadisələrin baş vermə ardıcıllığını ilə bağlı uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin protokolların əyani əks etdirildiyi DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmiş video görüntülər, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefon aparatında istifadə etdiyi “Whatsapp” ani mesajlaşma proqramında apardığı yazışmaların və göndərilən fotoşəkillərin və müvafiq məhkəmə qərarı ilə mobil operatorlardan əldə olunmuş təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefon nömrələri ilə aparılmış sms yazışmalarının məzmunu və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı 23.06.2020-ci il tarixdə şübhəli və 24.06.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, o həmin ifadələrində göstərmişdir ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. O narkotik vasitə və psixotrop maddə istifadəçisi olmuşdur. O heroin və metafetamin istifadə etmişdir. Təqribən 3 ay əvvəl "Facebook" sosial şəbəkəsi vasitəsilə Yusif adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Yusiflə bir qədər danışdıqdan sonra ünsiyyətləri dostluğa çevrilmişdir. Təqribən 01 ay əvvəl Yusif ona bir iş təklif etmişdir. Yusif ona demişdir ki, o Yusifin dediyi yerdən narkotik vasitə və psixotrop maddələri götürəcəkdir. Sonra Yusif dedikcə həmin maddələri Yusifin dediyi miqdarlarda müxtəlif yerlərə qoyub şəklini Yusifə göndərəcəkmiş ki, müştərilər həmin əşyaları oradan götürsünlər. Müqabilində isə ona 1000 manat pul veriləcəkmiş. 22 iyun 2020-ci il tarixdə axşam saat 21 radələrində ünvan 5 ünvanının qarşısında dayanan zaman 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra ondan yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və ya predmet olub-olmaması soruşulmuşdur. O kirayədə yaşadığı ünvan 6 ünvanında narkotik vasitə saxladığını və həmin evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Buna dair o razılıq ərizəsini də yazıb təqdim etmişdir. Bundan sonra onun yaşadığı evin qarşısına gəlmişlər. Qapını açdıqdan sonra mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqdan sonra ondan həmin mənzildə saxladığı narkotik vasitənin yerini göstərməsi istənilmişdir. O mənzilin yataq otağına daxil olaraq oradakı ağ rəngli dolabın yuxandan sol tərəfdə yerləşən qapısını açmışdır. Burada olan 01 ədəd, sol tərəfi qırmızı olmaqla qara rəngli idman çantasını təqdim etmişdir. O həmin idman çantasının içərisində narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Bundan sonra həmin çantanın içərisinə qonaq otağında baxış keçirilməyə başlanılmışdır. Həmin çantadan 02 ədəd qara rəngli sellofan torba, 01 ədəd ağ rəngli sellofan paket. 01 ədəd içərisində psixotrop maddə metafetamin olan plastik qab. 01 ədəd elektron tərəzi. 01 ədəd narıncı rəngli dəftər. 01 ədəd blaknot və üzərində yazılı qeylər olan bir neçə kağız parçası aşkar olunmuşdur. Həmin qara rəngli sellofan torbaların hər ikisinin içərisinə baxış keçirilən zaman oradan qəhvəyi rəngli narkotik vasitə olan heroin kimi bildiyi maddə, ağ rəngli sellfoan paketdən tünd yaşıl rəngli qurudulmuş halda narkotik vasitə olan marixuanaya oxşar maddə, plastik qabın içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə olan metafetamin kimi bildiyi maddə aşkarlanmışdır. Həmin aşkar olunmuş maddələr elektron tərəzi ilə çəkilərək digər aşkar olunmuş tərəzi ilə birlikdə aşkar olunduğu idman çantasına qoyulmuşdur. Həmin idman çantası da bir ədəd ağ rəngli kisəyə qoyularaq qablaşdırılmışdır, O və digər iştirakçılar tərəfindən qablaşdırılmış paketin üzərinə imzalar çəkilmişdir. Şifahi sorğu zamanı o aşkar olunmuş bir ədəd dəftərdə, blaknotda və digər kağız parçalarında narkotik vasitələrin alqı-satqısı ilə bağlı olan qeydlər apardığını bildirmişdir. Bundan sonra evin digər otaqlarına baxış keçirilmişdir. Mənzilin mətbəxinə, sanitar qovşağına, yataq otağına baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir şey aşkar olunmamışdır. Bundan sonra o sorğu zamanı özünün də narkotik vasitələrdən istifadə etdiyini və onun yaşadığı mənzilin yataq otağında aşkar edilmiş maddələri Cəlilabad şəhərindən təxminən 6 gün öncə əldə etdiyini bildirmişdir. Həmin maddələri ona təxminən 3 ay əvvəl tanıdığı İran İslam Respublikasının vətəndaşı kimi bildiyi "Yusif" adlı şəxsin göndərdiyini söyləmişdir. Yusifin dediyi yerdən narkotik vasitəni götürdükdən sonra Bakı şəhərinə gəlirmişdir, təxminən 1 aya yaxın müddətdir bu işlə məşğul olurmuş. O həmin narktoik vasitələri Yusif'adlı şəxsin "Whatsapp" proqramı vasitəsi ilə ona bildirdiyi çəkidə ona yaxın ünvanlara qoyaraq şəklin çəkib ona göndərirmiş. Bunun müqabilində həm narkotik vasitənin bir hissəsini özü üçün istifadə edirmiş, həm də təxminən 1000 manat pul əldə edirmiş. Kirayə yaşadığı evə keçirilən baxış yekunlaşdıqdan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərimə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi xahiş olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli, uzun qok idman gödəkeəsinİn sağ yan eibindən bir ədəd şəffaf sellofanda bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə heroin kimi bildiyi bükümü təqdim etmişdinir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkcəmin sol yan cibindən bir ədəd qara rəngli ona məxsus "Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və kirayədə yaşadığı mənzilin açarı aşkar olunmuşdur. Şəxsi axtarış zamanı əynində olan idman şalvarının yan ciblərinə baxış keçirilsə də heç bir əşya və ya predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi maddə elektron tərəzi ilə çəkilərək ağ rəngli zərfə qoyulmuş və qablaşdırılmışdır. Həmin qablaşdırılmış zərfin üzəri o və müdafiəçi tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı o bir daha evindən aşkar olunmuş maddələri ona deyildiyi yerdən götürərək Bakı şəhərində olan bir neçə ünvana qoyduğunu bildirmişdir. Bildirmişdir ki. o polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər-hansı bir təzyiq olmamışdır. O həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmişdir, İstifadəsində son 2 ay ərzində **********, ********** və ********** saylı mobil nömrələr olmuşdur. O heroin və metafetamin istifadə etmişdir. O Yusifin anket məlumatlarını bilməmişdir, ancaq Yusifin xarici mobil operatora məxsus olan nömrəsi onun telefonunda olmuşdur. Onun kirayə yaşadığı evdə narkotik vasitə saxlaması barədə nəinki ev sahibinin, heç kimin məlumatı olmamışdır. O ilkin olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin hansı hissəsin satdığını dəqiq bilməmişdir, ancaq Yusif ona dedikcə o Yusifin dediyi miqdarda narkotik vasitə və psixotrop maddəni tərəzidə çəkib daha sonra bir yerə qoyurmuş, şəklini çəkib Yusifə göndərirmiş. Yusif də müştərilərə göndərirmiş. Ancaq nə qədər narkotik vasitə və psixotrop maddə satıldığını bilməmişdir. (cild 01, iş vər. 68-70, 84-86) Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 22 iyun 2020-ci il tarixdə 1982-ci təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi ev 10, mənzil 27-də qeydiyyatda olmaqla, ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 22 iyun 2020-ci il tarixli qərar çıxarılmışdır. Həmin qərarın icra edilməsi ilə əlaqədar Baş İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və tədbirin keçirilməsinə başlanılmış və Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri Nəsimi rayonu K.Səfərəliyeva küçəsinə yollanmışlar. 22 iyun 2020-ci il tarixdə, saat 21.00-da Bakı şəhəri Nəsimi rayonu K.Səfərəliyeva küçəsi ev 23 ünvanının qarşısında zahirən Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığı izah olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, yaşadığı mənzilə baxış keçirilməsi zərurəti yarandığı Atakişiyə bildirilmişdir. Təqsirləndirilən şəxs ünvan 8 ünvanında kirayə yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 9 ünvanında yerləşən mənzildə narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış həyata keçirilmişdir. Baxış və götürmə aparılmazdan əvvəl saxlanılan şəxs Təqsirləndirilən şəxs sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin qonaq otağından sağ tərəfdə yerləşən yataq otağındaki ağ rəngli dolabın sol üst hissəsində olan qara və bənövşəyi rəngli çantanı təqdim etmişdir. Həmin çanta əlverişli şəraitdə hərtərəfli baxış keçirilməsi üçün qonaq otağına aparılmışdır. Çantanın içindən 2 ədəd qara rəngli sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər, 1 ədəd ağ rəngli plastik qabda ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metafetaminə bənzər, 1 ədəd ağ rəngli sellofan bükümdə yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd elektron tərəzi, 1 ədəd narıncı rəngli dəftər, 1 ədəd göy rəngli bloknot, 6 ədəd üzərində müvafiq qeydlər olan vərəqlər aşkar olunmuşdur. 1 ədəd içində qurudulmuş marixuanaya bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və 459 qram çəkidə olduğu məlum olmuşdur. Həmin 2 ədəd içərisində heroinə bənzər kütlə olan bükümlər elektron tərəzidə çəkildi və ümumilikdə 1 kq 115 qram çəkidə olduğu müəyyən edilmişdir. Sonra 1 ədəd içində metafetaminə bənzər kütlə olan plastik qab elektron tərəzidə çəkildi və 377 qram çəkidə olduğu müəyyən edilmişdir. Daha sonra 2 ədəd içərisində heroinə bənzər kütlə olan büküm, 1 ədəd içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan büküm, 1 ədəd içərisində metafetaminə bənzər kütlə olan plastik qab və 1 ədəd elektron tərəzi həmin çanta ilə birlikdə ağ rəngli içi boş olan torbaya yerləşdirilmiş, ağzı bağlanaraq qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmış və götürülmüşdür. 1 ədəd narıncı rəngli dəftər, 1 ədəd göy rəngli bloknot və 6 ədəd üzərində müvafiq qeydlər olan vərəqlər iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən Təqsirləndirilən şəxs bu barədə izah verildikdən sonra götürülmüşdür. Daha sonra yataq otaqlarına, sanitar qovşağa, mətbəxə, qonaq otağına baxış keçirilmişdir. Baxış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı sözügedən mənzildə təxminən 1 aydır kirayədə yaşadığını, həmin mənzildə ondan başqa heç kimin yaşamadığını, aşkar olunmuş 2 ədəd bükümdə heroinin, 1 ədəd plastik qabda olan metafetaminin, 1 ədəd bükümdə marixuananın özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı "Yusif’ adlı şəxsin vasitəsi ilə Cəlilabad rayonu ərazisindən satış məqsədi ilə əldə etdiyini, götürdüyü narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri ərazisində müxtəlif ünvanlara çatdırdığını, bu yolla təxminən ***-**** manat məbləğində pul qazandığını və öz istifadəsi üçün heroin əldə etdiyini, narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğunu, həmin mənzildə narkotik maddə saxlamasından heç kimin məlumatı olmadığını, ona verilən sualları tam başa düşdüyünü bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o və digər tədbir iştirakçıları və Təqsirləndirilən şəxs birlikdə Baş idarəyə yollanmışlar. Baş İdarədə Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunmuş və Təqsirləndirilən şəxs təqdim olunan siyahıdan istənilən vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Müdafiəçi Heydər Əsgərov dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində, paltarlarında və ya əşyalarında narkotik vasitə yaxud dövriyyəsi qadağan olunmuş əşyaların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan onun üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edilmişdir. Video çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış aparılması barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərində olan gödəkcənin sol yan cibindən 1 ədəd qara rəngli "Samsung“ markalı mobil telefon, 1 ədəd Təqsirləndirilən şəxs özünə məxsus olan şəxsiyyət vəsiqəsi, 1 ədəd açar aşkar olundu. Sonra həmin 1 ədəd içərisində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 5 qram olduğu müəyyən edilmişdir. Həmin büküm içi boş olan ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və işitrakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd "Samsung" markalı mobil telefon, 1 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, aşkar edilmiş açar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş 1 ədəd içində heroin kütləsi olan bükümün özünə məxsus olduğunu, həmin bükümü kirayə yaşadığı mənzildən aşkar olunmuş heroinin içindən satış məqsədi ilə götürdüyünü, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi zor tətbiq olunmadığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, əlavə və qeydlər daxil olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, sonradan Təqsirləndirilən şəxs ifadəsində ziddiyyətli məqamlara toxunduğundan o, müstəntiq tərəfindən təkrarən dindirilmiş və müstəntiqə də bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılan zaman sonuncuya qarşı hər-hansı bir zorakılıq və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs iştirakı və razılığı ilə yaşadığı mənzilə baxış və Baş İdarədə üzərində şəxsi axtarış keçirilmişdir. İstintaq hərəkətləri zamanı video çəkilişdən istifadə edilmişdir. Bu zaman Atakişiyə zor tətbiq olunduğu halda Təqsirləndirilən şəxs video çəkiliş zamanı bunu deyə bilmək imkanı olduğunu, Atakişiyə dövlət hesabına təyin edilmiş vəkillə konfidensial ünsiyyət zamanı sonuncunun bu barədə vəkilinə də demək imkanı olduğunu, lakin Təqsirləndirilən şəxs bu barədə heç nə demədiyini bildirmişdir. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə özündən başqa heç kim olmamış, bu barədə ondan təhqiqatçı tərəfindən soruşulduqda da Təqsirləndirilən şəxs həmin məzmunda cavab vermişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitələri özü könüllü olaraq təqdim etmiş, həmin şəxsə tərəflərindən heç bir təzyiq və ya zor göstərilməmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan, hansı məqsədlə aldığını soruşduqda, İİR vətəndaşından aldığını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3 və Şahid1 tədbirinin keçirilməsində iştirak etdiyi digər Şahid2 ilə eyni məzmunlu ifadələr verərək, öz ifadələri ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişlər. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, cinayət işində olmaqla məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıması faktına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilərək ibtidai istintaq aparılması qərara alınmışdır. (cild 01, iş vər. 1) BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə olan 22 iyun 2020-ci il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili tərəfindən yazılı şəkildə məruzə edilərək Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat verməklə, qeyd olunan məlumatın yoxlanılması ilə əlaqədar əməliyyataxtarış tədbirinin keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. (cild 01, iş vər. 8) “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 22.06.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 10, mənzil 27- də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu K.Səfərəliyeva küçəsi, ev 23, mənzil 136-da kirayədə yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən onda saxlanılan külli miqdarda narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilərək, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, zərurət olduğu təqdirdə yaşayış yerinə və nəqliyyat vasitəsinə baxış, həmçinin üzərinə şəxsi axtarış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbir davam etdirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 9-10) Təqsirləndirilən şəxs BNMİ-nin təhqiqatçısına olan 22.06.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 11 ünvanına baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. (cild 01, iş vər 14) “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 22 iyun 2020-ci il tarixli protokoldan görünür ki, 22 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 22 iyun 2020-ci il tarixdə, saat 21:00 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ev 23 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış, ona hansı səbəbdən saxlanıldığı izah olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, yaşadığı mənzilə baxış keçirilməsi zərurəti yarandığı bildirilmişdir. Təqsirləndirilən şəxs ünvan 1 ünvanında kirayə yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. ünvan 11 ünvanında yerləşən Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl saxlanılan şəxs Təqsirləndirilən şəxs sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, həmin mənzilin qonaq otağından sağ tərəfdə yerləşən yataq otağındaki ağ rəngli dolabın sol üst hissəsində olan qara və bənövşəyi rəngli çantanı təqdim etmişdir. Həmin çanta əlverişli şəraitdə hərtərəfli baxış keçirilməsi üçün qonaq otağına aparılmış, orada çantanın içindən 2 (iki) ədəd, qara rəngli, sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə məxsus, narkotik vasitə olan heroinə bənzər, 1 (bir) ədəd, ağ rəngli, plastik qabda, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metafetaminə bənzər, 1 (bir) ədəd, ağ rəngli sellofan bükümdə, yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd narıncı rəngli dəftər, 1 (bir) ədəd göy rəngli bloknot, 6(altı) ədəd üzərində müvafiq qeydlər olan vərəq aşkar olunmuşdur. 1 (bir) ədəd içində qurudulmuş marixuanaya bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 459 qram (dörd yüz əlli doqquz qram) olmuşdur. Həmin 2(iki) ədəd içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 01 kq 115 qram (bir kiloqram yüz on beş qram) olmuşdur. Sonra 1 (bir) ədəd, içində metafetaminə bənzər kütlə olan plastik qab elektron tərəzidə çəkilmiş və çəkisi 377 qram (üç yüz yetmiş yeddi qram) olmuşdur. Daha sonra 2(iki) ədəd içində heroinə bənzər kütlə olan, 1 (bir) ədəd içində qurudulmuş marixuanaya bənzər kütlə olan bükümlər, 1 (bir) ədəd içində metafetaminə bənzər kütlə olan plastik qab və 1 (bir) ədəd elektron tərəzi həmin çanta ilə birlikdə ağ rəngli, içi boş olan torbaya yerləşdirilmiş, ağzı bağlanmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. 1 (bir) ədəd narıncı rəngli dəftər, 1(bir) ədəd göy rəngli bloknot, 6(altı) ədəd üzərində müvafiq qeydlər olan vərəqlər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs bu barədə izah verildikdən sonra götürülmüşdür. Daha sonra yataq otaqlarına, sanitar qovşağa, mətbəxə, qonaq otağına baxış keçirilmişdir. Baxış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya, predmet və maddə aşkar edilməmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs şifahi sorğu zamanı, sözügedən mənzildə təxminən (bir) aydır kirayədə yaşadığını, həmin mənzildə ondan başqa heç kimin yaşamadığını, aşkar olunmuş 2(iki) bükümdə heroinin, 1 (bir) ədəd plastik qabda olan metafetaminin, 1 (bir) bükümdə marixuananın özünə məxsus olduğunu, İran islam Respublikası vətəndaşı “Yusif adlı şəxsin vasitəsi ilə Cəlilabad rayonu ərazisindən satış məqsədi ilə əldə etdiyini, götürdüyü narkotik maddələri Bakı şəhəri ərazisində müxtəlif ünvanlara çatdırdığını, bu yolla təxminən ***-**** (beş yüz-min) AZN pul qazancı və özü üçün heroin maddəsi əldə etdiyini, narkotik maddələrin dövriyyəsi ilə məşğul olması və həmin mənzildə narkotik maddə saxlanmasından heç kimin məlumatı olmadığını ona verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, hər hansı fiziki və psixi qüsurunun olmadığını bildirmişdir. Baxış və götürmə texniki işıqlı şəraitdə, axşam vaxtı keçirilmiş, baxış və götürmə zamanı “Samsung Galaxy” markalı mobil telefonun videokamera funksiyasından istifadə etməklə BNMİ-nin əməkdaşı Şahid1 tərəfindən video çəkiliş aparılmışdır. (cild 01, iş vər. 16-18) “Şübhəli şəxsin tutulması haqqında” 22 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində, 22 iyun 2020-ci il tarixdə saat 23:00 dəqiqədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə tutulmuş, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 22 iyun 2020-ci il tarixdə saat 21:00 dəqiqədən tutulmuş hesab edilmişdir. (cild 01, iş vər. 29) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyun 2020-ci il tarixli protokoldan görünür ki, 22 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 22 iyun 2020-ci il tarixdə, saat 21:00 dəqiqədə ünvan 12 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış, ünvan 1 ünvanında yerləşən kirayə yaşadığı mənzilə baxış keçirilən zaman 1 (bir) bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, 2 (iki) bükümdə narkotik vasitə olan heroinə bənzər, 1 (bir) ədəd plastik qabın içində psixotrop maddə olan metafetaminə bənzər kütlələr və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüş və sonuncu Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin olmasını ehtimal etməyə, kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyun 2020-ci il tarixli qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan, açıq qəhvəyi rəngli, spesifik iyə malik heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərində olan həmin gödəkcənin sol yan cibindən 1 (bir) ədəd, qara rəngli, “Samsung” markalı, mobil telefon, 1(bir) ədəd Təqsirləndirilən şəxs özünə məxsus olan şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd açar aşkar olunmuşdur. Sonra həmin 1 (bir) ədəd, içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 5 (beş) qram olmuşdur. Həmin büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “SAMSUNG” markalı mobil telefon, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1(bir) ədəd açar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş 1 (bir) ədəd, içində heroin kütləsi olan bükümün özünə məxsus olduğunu, həmin bükümü kirayə yaşadığı mənzildən aşkar olunmuş heroinin içindən satış məqsədi ilə götürdüyünü, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi zor tətbiq olunmadığını, dediklərinin düzgün olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Samsung Galaxy” markalı mobil telefonun videokamera funksiyasından istifadə etməklə BNMİ-nin əməkdaşı Şahid1 tərəfindən video çəkiliş aparılmışdır. (cild 01, iş vər. 38-40) Məhkəmə-bioloji ekspertizasının 23 iyun 2020-ei il tarixli, 7/361 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "saxlanılan şəxs Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən ..." yazılar və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli sintetik bağlamadakı bir ədəd idman çantasında 1(bir) ədəd ağ rəngli polietilen bağlamanın içərisində qara rəngli sellofan bağlamada təmiz çəkisi- 395.0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(cild 01, iş vər 48-52) Məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2020-ci il tarixli, 6/1153 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ..." və s. yazılar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,672 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Üzərində "şübhəli şəxs Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən aşkar olunmuş..." və s. yazılar olan bağlamadakı 02 ədəd bükümdə ayrı-aynlıqda təmiz çəkiləri 754 qram və 334 qram, ümumi təmiz çəkisi 1088 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd plastik qabda təmiz çəkisi 268.594 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, qabarit ölçüləri 8 x 13 sm olan elektron tərəzinin səthində narkotik vasitəheroinin izləri müəyyən edildi. İz mikrohissəcikləri cüzi miqdar təşkil etdiyindən digər heroin kütlələri ilə müqayisəli tədqiqatın aparılması mümkün deyildir. Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən aşkar olunmuş 02 bükümdəki və üzərindən aşkar olunmuş 01 bükümdəki heroin kütlələri öz aralarında həm xarici əlamətlərinə və həm də kimyəvi əlamətlərinə görə eynilik təşkil edirlər. (cild 01, iş vər. 53-57) “Cinayət işi materiallarının və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 23 iyun 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə cinayət işi materialları və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (cild 01, iş vər. 71-72) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-744/2020 nömrəli, 24.06.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, ona irəli sürülmüş ittihamla özünü təqsirli bilir, narkotik vasitə və psixotrop maddələri sosial şəbəkə vasitəsilə tanış olduğu “Yusif” adlı şəxsin sifarişi ilə sonuncunun dediyi yerdən götürmüş, həmin maddələrdən bir hissəsini özü istifadə etməli, qalan hissəsini isə “Yusif”in dediyi şəxslərə çatdırmalı idi. Məhkəmə tərəfindən müvafiq qərarla vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs etmə müddətinin əvvəli 22 iyun 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 93-96) “Sənədlərə baxış keçirilməsi barədə” 24 iyun 2020-ci il tarixli protokoldan və əlavə edilmiş sənədlərin surətlərdən görünür ki, 22.06.2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq yə Təhqiqat İdarəsinin müstəntiqi polis baş leytenantı X5 tərəfindən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22.06.2020-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı saxlanılarkən Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən götürülmüş 01 ədəd dəftərə, 01 ədəd bloknota və 6 ədəd vərəqə baxış keçirilmişdir. Dəftərə baxış zamanı müəyyən edilmişdir ki, dəftərin içərisində birinci vərəqdə gələn mal 13.05.20 1) p.100 k.400 2) p.45 k.300 3) p.25+100 k.220 4)rayon k.450 5)p.50 k.100 30.05.20 gecə gələn 6)rayon p.1 kq k. 1kq 7) 04.06.20 k.500qr 8) 05.06.20 k.600q" yazıları qeyd edilmişdir. Dəftərin növbəti vərəqində sübut əhəmiyyətinə malik ola biləcək qeyd aşkar olunmamışdır. Növbəti vərəqlərin birində “Accot 8plus- 870, 2 nömrə 1 sadə telefon 65m” yazıları qeyd edilmişdir. Növbəti vərəqdə “Borc Rasiya verdik 26.05.20 1)1500m —G.A. 2)2100m- S.İqbal 28.05.20 3) 1400m 4)750m” yazıları qeyd edilmişdir. Növbəti vərəqlərin birində “13.05.20 Gedən mal özləri üçün 1) qız p.50 k.100 2) sabunçu kişi p.45 k.200 3) Masazır k.95 4)Neolit yanı 50 5) Neolit y. p.20 k.80 6)p.20 k.100 7) Xəzər Şuşa kafesinin qabağı k.100 8) k.100 9)k.50q 10) k 80 p 23 11) B.K 35+10=45 q 12) İsi k 14+19=33q p 1+1=2q 13) 3 ədəd k. 44 q+44+44 14) k.75 p.20” yazıları qeyd olunmuşdur. Növbəti səhifədə “05.06.20 k-57 k-50 p.60 k-100 1) 4.06.20 gecə verdim p. 10 k.9 k127 k98 k27 p4 k18” yazıları qeyd olunmuşdur. Baxış zaman dəftərin içərisində sübut əhəmiyyətinə malik ola biləcək hər-hansı bir başqa məlumat aşkar olunmamışdır. Bloknota baxış zamanı müəyyən edilmişdir ki, bloknotun birinci vərəqində “Yusif üçün 100 k - razin mosi-k 100 p.50 k.50 p.20 razin k50 Elmar k.5 p.2 İq p.0.50 Nicat p.8 Elvin p Ruslan k115 ədəd k.4 əd 80 m Elmar k.10 əd" yazıları qeyd olunmuşdur. Bloknotun növbəti vərəqlərindən birində Əsəd k.3q- 60 m k. 3 əd. 44 Yusif k. 75.20 p. 10 k.10 Elmar Nicat p.l5” yazıları qeyd olunmuşdur. Bloknotun növbəti vərəqində “Yusif gələn mal t 1 kq'’ yazıları qeyd olunmuşdur. Növbəti vərəqdə “P 1 kq" yazısı qeyd olunmuşdur. Bloknotun növbəti vərəqində “gedən 7 610"növbəti vərəqdə “gedən 65 p”, növbəti vərəqdə “gedən 05 57-k 50-k" yazıları, növbəti vərəqdə “gələnlər 04 k 500 götürdüm" yazıları, növbəti vərəqdə “04.6.2020 gecə xocəsən k 600” yazıları, növbəti vərəqdə “gedən" yazısı, növbəti vərəqdə “90m-21.06.20 80" yazıları, növbəti vərəqlərin birində “manat 40. 60+35, 18, 10. 200, 50, 50+20. 20. 10. 30, 50. 28. 50. 40. 20, 10,20,150,40,30,30,10+5,30 dollar 70,5,6,10,30,10,10,10,2,20,20,10,5,50,5,15 meti, 15,10” yazıları qeyd olunmuşdur. Bloknotun son vərəqində “p1000” yazısı qeyd olunmuşdur. Mənzildən aşkar edilmiş 6 ədəd vərəqə baxış keçirilmiş, sübut əhəmiyyətinə malik ola biləcək hər-hansı məlumat aşkar olunmamışdır. Həmin dəftərdə və bloknotda olan zəruri qeydlərin yerləşdiyi səhifələrin surətləri çıxarılaraq protkola əlavə olunmuşdur. Baxış zamanı sübut əhəmiyyətinə malik ola biləcək hər-hansı başqa məlumat aşkar olunmamışdır. (cild 01, iş vər 101-102) “Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında 25 iyun 2020-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi polis baş leytenantı X5 tərəfindən iş üzrə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22.06.2020ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən Təqsirləndirilən şəxs götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, mobil telefon “Samsung A70” markalı mobil telefondur. Baxış zamanı müəyyən edildi ki, telefon aparatında “Ekber iran” adlı şəxsin adına yazılmış İran İslam Respublikasının operatoruna məxsus olan +**********94 saylı mobil nömrə vardır. Mobil telefon aparatındakı fotoşəkillərə baxış zamanı telefonda müxtəlif yerlərə narkotik vasitələrin və psixotrop maddələrin qoyulmasını əks etdirən fotoşəkillərin olması müəyyən edilmişdir. “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə baxış zamanı müəyyən edilmişdir ki, həmin sistem ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma mübadilə sistemində ********** saylı nömrə ilə qeydiyyatdan keçmiş Sahib Naxcıvani adlı istifadəçi arasında “prob və adı familiyası və qiymət”, “patpresdi 35 den götürə bilərəm”, “ 2 dene ekstez var mende 1 dene patprese deyise bilerem qaqam”, “eki ne diyirsen alınar gelim”, bilmirem brat mənə veribler. Deiset biseydi. Mende atan deyilem”, “Qaqa 15 manatdıe bu başıva dönərəm”, “05 verərəm”, “qardashim yari mene sehere qeder komeklik ede bilersen bashiva donum”, “bu gün əlimdə bir 7 denede olsa gederdi canın bir bəla kola est tolka sabah pul düzəlsə srazı gönderecekler” məzmunlu sms yazışması, İran İslam Respublikasının mobil operatoruna məxsus +**********57 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə sms yazışması, ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş X50 adlı istifadəçi ilə narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkilləri, “X44 X34 Mader" adlı istifadəçiyə məxsus +**********2 saylı mobil nömrə göndərilmiş, ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə “qaqa cox zibilidi dehset falqada qum kimi qalir senol un kimi hemde nemdi” məzmunlu sms yazışması, 0^52032023 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş X29 adlı istifadəçi arasında “Ataw 10 dene kola lazimdi”, “25 dən düzüb qoşaram mənim qardaşım”, “o gün 20 dedin 20 demişem ahi”, “qaqa 60 lqr pat” məzmunlu sms yazışması, ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkillərini göndərmiş, İran islam respublikasına məxsus +**********94 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş Ekber İran adlı istifadəçi ilə sms yazışması, ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş Elmar Qara adlı istifadəçi ilə "xalaoğlu kola nece dene ginderessen, birde borca baxfin gor 200du yoxsa 215“. “sen cani bacardigin qeder tezelde yada bolka qoy gelim goturumde 10k_3P“. “10 kola 3 pati“, “lOdene kola 3dene pati gondersende qaqa inüallah mene ne vaxda calar tema uwaqdan pulu goturmey isdiyirdim”, “siz terefe kecsem 05yada bir pati ala bilersen qaqa goturim”, " ay ataw dixor olmiwam gelim 30 manim var verim yari pati yatida kola verde", “05pati 05kola verirsen“, “mene neciye olacaq 5-6 dene gilursem yada bir lisdt", “liri gelmir", “ay qaqam kolam olmur mecbur atiram onuda uşaq verib sagolsun” məzmunlu sms yazışmaları olmuşdur. “Whatsapp Business” ani mesajlaşma mübadilə sisteminə baxış zamanı müəyyən edilmişdir ki, həmin sistem ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmişdir, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp Business” ani mesajlaşma mübadilə sistemində ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş Ruslan Sumqayıt adlı istifadəçi ilə narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkilləri göndərilmiş, D604406000 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş istifadə ilə narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkilləri göndərilmiş, İran İslam Respublikasına məxsus mobil operatora aid +**********88 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkillərini göndərmişdir. (cild 01, iş vər 117-156) “Maddi sübut hesab edilməsi haqqında” 26 iyun 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürümüş bir ədəd torbada qablaşdırılan 01 ədəd ağ rəngli polietilen bağlamanın içərisində qara rəngli sellofan bağlamada tədqiqata istifadə olunduqdan sonar qalıq qalan 394,98 qram çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd kağız paketdə qablaşdırılan 01 ədəd bükümdə tədqiqata istifadə olunduqdan sonar qalıq qalan 4,622 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi təhqiqata istifadə olunduqdan sonar qalıq qalan 268,534 qram metafetamin, qabarit ölçüləri 8*13 sm olan elektron tərəzinin cinayət işi üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. (cild 01, iş vər. 157-158) DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 166) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” 17 avqust 2020-ci il tarixli, 5(006)- 377/2020 nömrəli qərarından görünür ki, əməliyyat-axtraış tədbirinin aparılması barədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən təsdiq edilmiş 22 iyun 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 01, iş vər 207-208) “xxxx” MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 28 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq və Təhqiqat idarəsinin müstəntiqi polis baş leytenantı X5 tərəfindən telefonla aparılan danışıqların və məlumatların “xxxx” MMC-dən götürülməsi haqqında Nərimanov məhkəməsinin qərarına əsasən “xxxx” MMC-dən 27 avqust 2020-ci il tarixdə əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, baxış nəticəsində ********** sayli mobil nömrə Təqsirləndirilən şəxs məxsusdur. Həmin mobili nömrə 05.12.2016-cı il tarixdə “xxxx” şəbəkəsinə daşınmışdır, ********** saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsus olduğu, ********** saylı mobil nömrədən göndərilmiş sms yazışmalarına baxış zamanı müəyyən edilmişdir ki, 13.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus- ********** saylı mobil nömrə ilə ********** saylı mobil nömrə arasında “Ay qaqaş lomkadan pis gündəyəm səbirli ol qardaşım getsin gəlirəm” məzmunlu sms yazışması, 04.04.2020-ci tarixdə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə ilə ********** saylı mobil nömrə arasında “AY QAQA GEDİN QARAYEVƏ GƏLƏCƏM ORA YADA Kİ ATACAQLAR" məzmunlu sms yazışması, 04.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə ilə ********** saylı mobil nömrə arasında Elxana denən qaqa o 1 dənəni həll eləki atmaqda problem yaşatmasın” məzmunlu sms yazışması, 04.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə ilə ********** saylı mobil nömrə arasında “İşlədiuim kanaldıda qardaşım vermək lazımdı” məzmunlu smsyazışması, 13.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə ilə ********** saylı mobil nömrə arasında “Qaqa hələə patı cvb vermir. Qalanının problemi yoxdur. Götürüb gəlirəm in şəə Allah” məzmunlu sms yazışması olmuşdur.********** saylı mobil nömrəyə göndərilmiş sms yazışmalarına baxış zamanı müəyyən edilmişdir ki, 25 mart 2020-ci il tarixdə ********** saylı mobil nömrə ilə Məmmədova məxsus ********** saylı mobil nömrə arasında “+**********44” məzmunlu sms yazışması, 04.04.2020-ci il tarixdə ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “Атдым 20 манат ама İ ф еле йахшы олачаг сабах” məzmunlu sms; yazışması, 09.04.2020-ci il tarixdə ********* saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “X20 X30 Gozduyrem Patini 5di X21 X22 Mene?” məzmunlu sms yazışması, 09.04.2020-Ci il tarixdə ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “Baw Uste O Hazirdi ElaVe X40 X18 X45 Tez Gel” məzmunlu sms yazışması, 10.04.2020-ci il tarixdə ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “X26 X31 X32 X46 X19 O X23 X47 20kola 5pati X10 X27 X33 X38 Qeyhbe Yox” məzmunlu sms yazışması, 13.04.2020-oi il tarixdə Ö773045486 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “Kola 10дi Patидa 5дi X42 QHZ X39 X49 Olumasиn Ди On Gel” məzmunlu sms yazışması, 13.04.2020-ci il tarixdə ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “X35 Ver Pul 50 уегите1ди X48” məzmunlu sms yazışması, 13.04.2020-ci il tarixdə ********** saylı mobil, nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “РаШпип OlumamagH Cox PHS 01диа X28 Деуй1? Еуиби Yox Kokunu 15 ele Tez Gel Виг Lhs Дегтапи Ver :E|ilp^ X36” məzmunlu sms yazışması. 20.04.2020-ci il tarixdə ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “Atas salam qaqam vuqarin qardasidi vüsal, vuqarin nomresinen meniydim yigan ..orgendin brat gorsen ayin olar bizzde yalan q**belik yoxdu brat. ataıiı masini satir vuqarin mustendiq inşallah alinar deyib calsib 1 il eliybcem...atas sene canim qurban sene bir xeyr işcun yigmisdim eslinde mene qaqa sabaha pulunan pulu gorub yeni veresen narhat olma. Mene 30 packa 30 list bele deyim cantramal lazimdi qaqa ama gor ne qede goturem ucuz qiymete alinirsa mene de dostuma deyim sabah günorta gorusub asirdaq yeni dang dungda atas pulvu goturesen dermanlari veresen sen sag men salamt he yox denen bilim” məzmunlu sms yazışması, 09.05.2020-cM tarixdə ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “Xirdalan uzaqdi orani sabah goturerik. 3 deneni saxla ozunde gelirem” məzmunlu sms yazışması 15.05.2020-ci il tarixdə ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylrkrnobil nömrə arasında “8 DENE LAZİMDİ.sen kişiliyin ne vaxta burdasan” məzmunlu sms yazışması, 16.05.2020-ci il tarixdə ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “Qaqaw qurudu mali deqiq yani qaqaw men sene arxeyin olum gedrem pulum dalıycana men” məzmunlu sms yazışması, 16.05.2020ci il tarixdə ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “Yari pesok.iki kofe” məzmunlu sms yazışması, 16.05.2020-ci il tarixdə ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “Patpresde lazimdi bir qram cavab ver pulu atsin” məzmunlu sms yazışması, 16.05.2020-ci il tarixdə ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “Qaqaw mene 50 dene qola duzeler lazim olsa deqiq denen he yox”, 14.06.2020-ci il tarixdə ********** saylı mobil nömrə ilə Məmmədova məxsus ********** saylı mobil nömrə arasında "Qaqa yanimda aдam var lyarim сона 05 репcere” məzmunlu sms yazışması, 21.06.2020-ci il tarixdə ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “Qaqa 2.5 3.0 elede” məzmunlu sms yazışması, 22.06.2020-ci il tarixdə ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında “mene mf-40 İazimdi,bu ondan deyil,kafeniy rengde olan’* məzmunlu sms yazışması,22.06.2020-ci il tarixdə ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında "я шас тибе 60 дам ты мене 1 ами вер 50 долг стерош ок” məzmunlu sms yazışması olmuşdur. (cild 01, iş vər 214) “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 09 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət tam sübuta yetdiyindən ona 24 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilərək ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonda iş üzrə sübut əhəmiyyətinə malik olan məlumatlar, şəkillər, yazışmalar olduğundan cinayət işi üzrə maddi sübut hesab edilməklə, cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddədən bir qədər artıq miqdarda əldə etməsinə və həmin hissəni realizə etməsinə münasibətdə narkotik vasitə və psixotrop maddələr aşkar edilmədiyindən bu xüsusatla bağlı Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış hesab edilməsi, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və şəxsi axtarış keçirilməsini özündə əks etdirən 02 ədəd diskin maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və psixotrop maddə əldə etməsinə münasibətdə narkotik vasitə və ya psixotrop maddə aşkar edilmədiyindən həmin xüsusatlarla bağlı cinayət təqibinin rədd edilməsi qərara alınmış, cinayət işi üzrə əldə olunmuş bir ədəd torbada qablaşdırılan 01 ədəd ağ rəngli polietilen bağlamanın içərisində qara rəngli sellofan bağlamada tədqiqataistifadə olunduqdan sonra qalıq qalan 394,98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla, hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd kağız paketdə qablaşdırılan 01 ədəd bükümdə tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 4.622 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ümumi təmizçəkisi tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 1087.9 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd plastik qabda tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 268.534 qram metafetamin, qabarit ölçüləri 8*13sm olan elektron tərəzi məhkəmənin hökmünə qədər BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılması nəzərə alınmışdır. Bundan başqa təqsirləndirilən şəxsin əldə etdiyi külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin mənbəyini müəyyən etmək, İran İslam Respublikası vətəndaşı şəxsiyyəti istintaqa məlum olmayan Yusif adlı şəxsin əməlinə düzgün hüquqi qiymət vermək, cinayətin törədilməsində iştirak edən digər şəxslərin şəxsiyyətini müəyyən etmək məqsədilə cinayət işi materiallarından mənbə xüsusatı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs evinə baxış zamanı götürülmüş bir ədəd dəftər, bir ədəd bloknot və altı ədəd vərəqin maddi sübut kimi tanınması və məhkəmənin hökmünə qədər saxlanması üçün BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi qərara alınmışdır. (cild 01, iş vər 240-251) Azərbaycan Respublikası SN Bakı şəhər Baş Səhiyyə İdarəsinin 1197 nömrəli, 13.07.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03.08.2018-ci il tarixdə saat 15.10-da “Virus Hepatiti C, orta ağır gedişli, xroniki xolisistit, xroniki pankreatit” diaqnozu ilə X15 2-ci yoluxucu xəstəliklər şöbəsinə daxil olmuş, xəstə klinik, laborator müayinələrdən keçmiş, müalicə təyin olunmuş, 13.08.2018-ci il tarixdə yaxşılaşma ilə ambulator müalicəyə evə yazılmışdır. (cild 01, iş vər. 283-284) Azərbaycan Respublikası SHÇDX-nin Cəbrayıl Rayon Bölməsinin 23.07.2020-ci il tarixli, 544 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20.04.2003-cü il tarixdə Cəbrayıl rayon çağırış komissiyası tərəfindən MN-nin 24.03.2000-ciil taixli 95 nömrəli əmrinin 52-ci maddəsinin “C” bəndinə əsasən (bronxial astma”, “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək hərbi vəzifəlilərin qeydiyyatına verilmişdir. (cild 01, iş vər. 285) AZ-İİ № 278047 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04.10.2008-ci il təvəllüdlü X6 adlı 01 azyaşlı uşağı vardır. (cild 01, iş vər 286) ƏƏSMN tərəfindən verilmiş 26.01.2007-ci il tarixli, 124392 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası X1 ümumi əsaslarla ikinci qrup əlildir. (cild 01, iş vər. 290) “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” 24.09.2020-ci il tarixli qərardan görünür ki, cinayət şinin materiallarından külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin mənbəyini müəyyən etmək, İran İslam Respublikası vətəndaşı şəxsiyyəti istintaqa məlum olmayan Yusif adlı şəxsin əməlinə düzgün hüquqi qiymət vermək, cinayətin törədilməsində iştirak edən digər şəxslərin şəxsiyyətini müəyyən etmək məqsədilə cinayət işi materiallarından mənbə xüsusatı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (cild 01, iş vər. 292-293) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmək və Sosial Məsələlər Komitəsi tərəfindən verilmiş 000191 nömrəli, 26.07.1991-ci il tarixli köçürmə biletindən görünür ki, X2 ailə üzvləri əri X7, oğulları Elbrus Məmmədov, Runid Məmmədov və Təqsirləndirilən şəxsla birlikdə DQMV-nin Hadrut rayonundan məcburi köçkündür. Məhkəmə baxışında tədqiq edilmiş 02 ədəd «DVD» diskdə olan videgörüntülərdə “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 22 iyun 2020-ci il tarixli protokol, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyun 2020-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında qurudulmuş marixuananın 05 qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq, narkotik vasitə olan heroinin 02 qramdan yuxarı, psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin protokolların əyani əks etdirildiyi DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmiş video görüntülər, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefon aparatında istifadə etdiyi “Whatsapp” ani mesajlaşma proqramında apardığı yazışmaların və göndərilən fotoşəkillərin və müvafiq məhkəmə qərarı ilə mobil operatorlardan əldə olunmuş təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefon nömrələri ilə aparılmış sms yazışmalarının məzmunu və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, yuxarıda qeyd edilən şəraitdə polis əməkdaşları tərəfindən tutulduqdan sonra mənzilindən və üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmadığı, ona qarşı zor tətbiq olunduğu və narkotik vasitələrin satışı ilə məşğul olmadığına dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına və işin hallarına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkarlanıb götürülmüş narkotik vasitələr və psixotrop maddələrin müxtəlif növlərdə olmaqla, miqdarını, eləcə də mənzilindən bir ədəd elektron tərəzi aşkar edildiyini, mənzilindən aşkar edilmiş narkotik vasitə heroinlə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroinin eyni tərkibli olmalarının müəyyən edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddənin satışı ilə məşğul olmasına əsaslı şübhələr olduğuna dəlalət edən istifadəsində olan mobil telefon nömrələri ilə apardığı və cinayət işi materiallarına çıxarış şəklində əlavə edilmiş sms yazışmalarına dair məlumatları, mobil telefon aparatına baxış zamanı müəyyən edilmiş oxşar halları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli hesab etməyərək, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etməməsi barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri özünü müdafiə xarakteri daşımaqla, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların təqsirkarın özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr, psixotrop maddələr və prekursorlar olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CMnin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında sadalanan tövsiyələri, iş materiallarında olan sübutlarla müəyyən edilmiş Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan tanışı İran İslam Respublikası vətəndaşı “Yusif” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə, qrupun digər üzvü ilə sıx əlaqədar olmaqla yuxarıda qeyd olunan cinayət əməllərini törətməsini, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini bildiyi narkotik vasitələrlə yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi ilə (narkotik vasitələrin əvvəlcədən götürüb saxlamaqla sifarişlərə uyğun olaraq qablaşdırıb yekun olaraq istehlakçılara çatdırılması ilə) istehlakçıların ödənişlərindən əldə olunan gəlirlə faktiki olaraq qaçaqmalçılıq cinayətinin icra edilməsi üçün əlverişli şərait (maddi baxımdan) yaratması, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi nəticəsində özünün də gəlir əldə etməklə cinayətlərin törədilməsində faktiki olaraq marağı və motivinin olması kimi işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi iş materiallarında olan sübutlarla tam təsdiq olunmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsində ona qarşı zor tətbiq olunduğuna dair göstərdikləri ilə bağlı qeyd edir ki, yuxarıda sadalananlardan göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində qaçaqmalçılıq cinayəti törətmədiyi və narkotik vasitələrin satışı ilə məşğul olmadığına dair göstərdiyi xüsusatların həqiqətə uyğun olmadığı və özünümüdafiə xarakteri daşıdığı artıq tam təsdiqini tapmışdır ki, məhkəmə göstərilən halı və bununla yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində qeyd etdikləri xüsusatları istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununu və iş materiallarında olan digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq olunduğuna dair göstərdikləri iş materialları ilə təsdiq olunmur və bu kimi ifadələri təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki təqsirləndirilən şəxs verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdləri kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs “Virus Hepatiti C, orta ağır gedişli, xroniki xolisistit, xroniki pankreatit” və bronxial astma diaqnozlu xəstəliklərdən əziyyət çəkməsini, məcburi köçkün olmasını, anasının ikinci qrup əlil olmasını və himayəsində biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan iki uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar,- BMCMİ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış müvafiq olaraq 394,98 (üç yüz doxsan dörd tam yüzdə doxsan səkkiz) qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 4,22 (dörd tam yüzdə iyirmi iki) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qalığı, 1087,9 (bir kiloqram səksən yeddi tam onda doqquz) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qalığı, 268,534 (iki yüz altmış səkkiz tam mində beş yüz otuz dörd) qram çəkidə psixotrop maddə metafetaminin qalığı, 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “Samsung A70” markalı mobil telefon, eləcə də DİN BMCMİ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd dəftər, bir ədəd bloknot və altı ədəd vərəqin hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılmaqla ********* nömrəsi ilə DİN BMCMİ-də istintaqı aparılan cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumatları özündə əks etdirmələrinin mümkünlüyü nəzərə alınmaqla, maddi sübutların taleyi həmin cinayət işi üzrə həll edilənədək saxlanılması təmin edilməklə bir ədəd “Samsung A70” markalı mobil telefon DİN BMCMİ-nə təhvil verilməli, bir ədəd dəftər, bir ədəd bloknot və altı ədəd vərəqin isə DİN BMCMİ-nin maddi sübutlar otağında saxlanılması təmin edilməli, cinayət işinə əlavə edilmiş 22 iyun 2020-ci il tarixdə keçirilmiş “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” və “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətlərinin protokolların əlavə edilmiş video görüntüləri özündə əks etdirən 02 ədəd DVD disk və “xxxx” MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 288.90 (iki yüz səksən səkkiz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə və CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 iyun 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- BMCMİ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış müvafiq olaraq 394,98 (üç yüz doxsan dörd tam yüzdə doxsan səkkiz) qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 4,22 (dörd tam yüzdə iyirmi iki) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qalığı, 1087,9 (bir kiloqram səksən yeddi tam onda doqquz) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qalığı, 268,534 (iki yüz altmış səkkiz tam mində beş yüz otuz dörd) qram çəkidə psixotrop maddə metafetaminin qalığı, 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “Samsung A70” markalı mobil telefon, eləcə də DİN BMCMİ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd dəftər, bir ədəd bloknot və altı ədəd vərəqin hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılmaqla ********* nömrəsi ilə DİN BMCMİ-də istintaqı aparılan cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumatları özündə əks etdirmələrinin mümkünlüyü nəzərə alınmaqla, maddi sübutların taleyi həmin cinayət işi üzrə həll edilənədək saxlanılması təmin edilməklə bir ədəd “Samsung A70” markalı mobil telefon DİN BMCMİ-nə təhvil verilsin, bir ədəd dəftər, bir ədəd bloknot və altı ədəd vərəqin isə DİN BMCMİ-nin maddi sübutlar otağında saxlanılması təmin edilsin, cinayət işinə əlavə edilmiş 22 iyun 2020-ci il tarixdə keçirilmiş “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” və “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətlərinin protokolların əlavə edilmiş video görüntüləri özündə əks etdirən 02 ədəd DVD disk və “xxxx” MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərcləri cəmi 288.90 (iki yüz səksən səkkiz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar