Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-344/2022 24.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, müdafiəçilər: Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 qzının və «VERDİKTUM» Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakı ilə açıq məhkəmə iclasında,
1. xx xxxxxx 1993-cü ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Qubadlı rayonu Ulaşlı ərazi dairəsi Altıncı kənddə qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı dövlət İqtisadiyyat və Humanitar Kollecin binasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
2. xx xxxx 1998-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, İsrafil Babayev küçəsi, ev 1-də qeydiyyatda olmaqla yaşamış, Abşeron rayonu, Masazır kəndi, İsmayıl Malik küçəsində fərdi evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
3. xx xxxxxxx 1996-cı ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu Məmmədbəyli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq,
müəyyən etdi:
Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş, tamah məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu, habelə təkrarən zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində tamah niyyəti ilə, adam oğurluğu, özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək, həmçinin narkotik vasitələri talama və hədə-qorxu ilə pul tələb etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq etibarnamə əsasında idarə etdiyi BAİC markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu X14 küçəsi dalan 1 ünvanın yaxınlığına gəlmiş, həmin vaxt təsadüfən işə getmək məqsədilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs görüb onun qarşısını idarə etdiyi avtomobillə kəsib avtomobildən düşmüş, qabaqcadan aralarında olan cinayətkar niyyətə uyğun olaraq qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin yerdə Zərərçəkmiş şəxs yaxınlaşıb onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə əmlakını ələ keçirmək məqsədi ilə basqın edərək onun yaxasından tutub iradəsi əleyhinə zorla avtomobilin arxa oturacağına əyləşdirməklə avtomobili hərəkətə gətirib Abşeron rayonu Masazır qəsəbəsi istiqamətində idarə etməklə həmin yerdən uzaqlaşaraq Zərərçəkmiş şəxs tamah məqsədi ilə oğurlamış, bununla yanaşı, aralarında olan razılığa əsasən cinayətkar əməllərini davam etdirərək hərəkətdə olan avtomobilin arxa oturacağında əyləşmiş Təqsirləndirilən şəxs2 əli ilə yanında oturan zərərçəkmiş şəxsin baş nahiyəsindən vurub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə üzərində olan narkotik vasitələri, qiymətli əşyaları və pulları verməsini tələb etmiş, tanımadığı şəxslər tərəfindən qəfləti hücuma məruz qalmış Zərərçəkmiş şəxs bu tələbdən qorxaraq üzərində olan bir ədəd 140 manat dəyərində «Samsung» markalı «SM- A105F/DS» (A10) modelli mobil telefonu və içərisində 72 manat olan pul kisəsini Təqsirləndirilən şəxs2 təqdim etdikdə sonuncu həmin telefonu və pul kisəsini ona verməsinə baxmayaraq o, bununla kifayətlənməyərək avtomobili idarə edə-edə sağ əlində tutduğu istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya hesab olunan bıçağın dəstəyi ilə Zərərçəkmiş şəxs ayaq və sinə nahiyələrindən vuraraq hücuma məruz qalmış sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı quldurluq etmiş, həmçinin Zərərçəkmiş şəxs təkrarən davamlı olaraq narkotik vasitə və ya narkotik vasitəni əldə etmək üçün əlavə pul tələb etmiş, verməyəcəyi təqdirdə isə zor tətbiq edəcəyini bildirib hədələyərək onu saat 08 radələrində ünvan 2 ünvanında yerləşən «Türk MED medical center» klinikasının qarşısına gətirmiş, həmin yerdə qrupun digər üzvü Təqsirləndirilən şəxs3 avtomobildən düşüb sağ əlində tutduğu istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya hesab olunan bıçağı avtomobilin arxa oturacağında oturmuş Zərərçəkmiş şəxs nümayiş etdirməklə onlara narkotik vasitə və ya narkotik vasitəni əldə etmək üçün pul verməyəcəyi təqdirdə dilini kəsib xəsarət yetirəcəyini bildirərək sonuncuya həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmək hədəsi ilə hədələyib narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmiş, sonuncu onlara narkotik vasitələri vermək imkanına malik olmadığını bildirdikdə yenə də cinayətkar hərəkətlərini davam etdirərək Abşeron rayonu Hökməli qəsəbəsi istiqamətində avtomobili idarə edib Bakı-Şamaxı yolunun Hökməli dairəsi adlanan yerə gələnədək, yolboyu avtomobilin salonunda Zərərçəkmiş şəxs narkotik vasitə əldə etmək üçün pul verməsini, əks təqdirdə onun şəxsiyyəti üzərində zor tətbiq edəcəyini bildirib təkrarən hədələmiş, həmin yerə çatdıqda Zərərçəkmiş şəxs onlara pul verə bilməyəcəyi qənaətinə gələrək avtomobili üzü Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi istiqamətində, oradan isə 20 Yanvar metro stansiyasına doğru hərəkət etdirib Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 5 ünvanının qarşısına gəlmiş, həmin yerdə Zərərçəkmiş şəxs narkotik vasitələr əldə etmək üçün onlara pul verəcəyi təqdirdə quldurluq yolu ilə ələ keçirdikləri «Samsung» markalı «SM-A105F/DS» (A10) modelli mobil telefonu özünə qaytaracaqlarını bildirib sonuncunu avtomobildən düşürüb oradan uzaqlaşıb getməklə Zərərçəkmiş şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş, tamah məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu, habelə təkrarən zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə və həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş, tamah məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu, habelə təkrarən zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində tamah niyyəti ilə, adam oğurluğu, özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək, həmçinin narkotik vasitələri talama və hədə-qorxu ilə pul tələb etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq etibarnamə əsasında Təqsirləndirilən şəxs1 idarə etdiyi BAİC markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu X14 küçəsi dalan 1 ünvanın yaxınlığına gəlmiş, həmin vaxt təsadüfən işə getmək məqsədilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs görüb onun qarşısını Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə kəsdikdən sonra avtomobildən düşmüş, qabaqcadan aralarında olan cinayətkar niyyətə uyğun olaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs3la birlikdə həmin yerdə Zərərçəkmiş şəxs yaxınlaşıb onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə əmlakını ələ keçirmək məqsədi ilə basqın edərək onun yaxasından tutub iradəsi əleyhinə zorla avtomobilin arxa oturacağına əyləşdirməklə Təqsirləndirilən şəxs1 avtomobili hərəkətə gətirib Abşeron rayonu Masazır qəsəbəsi istiqamətində idarə etməklə həmin yerdən uzaqlaşaraq Zərərçəkmiş şəxs tamah məqsədi ilə oğurlamış, bununla yanaşı, aralarında olan razılığa əsasən cinayətkar əməllərini davam etdirərək hərəkətdə olan avtomobilin arxa oturacağında onun yanında oturan zərərçəkmiş şəxsin əli ilə baş nahiyəsindən vurub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə üzərində olan narkotik vasitələri, qiymətli əşyaları və pulları verməsini tələb etmiş, tanımadığı şəxslər tərəfindən qəfləti hücuma məruz qalmış Zərərçəkmiş şəxs bu tələbdən qorxaraq üzərində olan bir ədəd 140 manat dəyərində «Samsung» markalı «SM-A105F/DS» (A10) modelli mobil telefonu və içərisində 72 manat olan pul kisəsini ona təqdim etdikdə həmin telefonu və pul kisəsini qrupun digər üzvü Təqsirləndirilən şəxs1 verməsinə baxmayaraq T.İsmayılov bununla kifayətlənməyərək avtomobili idarə edə-edə sağ əlində tutduğu istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya hesab olunan bıçağın dəstəyi ilə Zərərçəkmiş şəxs ayaq və sinə nahiyələrindən vuraraq hücuma məruz qalmış sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı quldurluq etmiş, həmçinin Zərərçəkmiş şəxs təkrarən davamlı olaraq narkotik vasitə və ya narkotik vasitəni əldə etmək üçün əlavə pul tələb etmiş, verməyəcəyi təqdirdə isə zor tətbiq edəcəyini bildirib hədələyərək onu saat 08 radələrində ünvan 2 ünvanında yerləşən «Türk MED medical center» klinikasının qarşısına gətirmiş, həmin yerdə qurupun digər üzvü Təqsirləndirilən şəxs3 avtomobildən düşüb sağ əlində tutduğu istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya hesab olunan bıçağı avtomobilin arxa oturacağında oturmuş Zərərçəkmiş şəxs nümayiş etdirməklə onlara narkotik vasitə və ya narkotik vasitəni əldə etmək üçün pul verməyəcəyi təqdirdə dilini kəsib xəsarət yetirəcəyini bildirərək sonuncuya həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmək hədəsi ilə hədələyib narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmiş, sonuncu onlara narkotik vasitələri vermək imkanına malik olmadığını bildirdikdə yenə də cinayətkar hərəkətlərini davam etdirərək Abşeron rayonu Hökməli qəsəbəsi istiqamətində avtomobili idarə edib Bakı-Şamaxı yolunun Hökməli dairəsi adlanan yerə gələnədək, yolboyu avtomobilin salonunda Zərərçəkmiş şəxs narkotik vasitə əldə etmək üçün pul verməsini, əks təqdirdə onun şəxsiyyəti üzərində zor tətbiq edəcəyini bildirib təkrarən hədələmiş, həmin yerə çatdıqda Zərərçəkmiş şəxs onlara pul verə bilməyəcəyi qənaətinə gələrək avtomobili üzü Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi istiqamətində, oradan isə 20 Yanvar metro stansiyasına doğru hərəkət etdirib Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 5 ünvanının qarşısına gəlmiş, həmin yerdə Zərərçəkmiş şəxs narkotik vasitələr əldə etmək üçün onlara pul verəcəyi təqdirdə quldurluq yolu ilə ələ keçirdikləri «Samsung» markalı «SM-A105F/DS» (A10) modelli mobil telefonu özünə qaytaracaqlarını bildirib sonuncunu avtomobildən düşürüb oradan uzaqlaşıb getməklə Zərərçəkmiş şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş, tamah məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu, habelə təkrarən zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə və həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri təkrarən hədəqorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş, tamah məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu, habelə təkrarən zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində tamah niyyəti ilə, adam oğurluğu, özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək, həmçinin narkotik vasitələri talama və hədə-qorxu ilə pul tələb etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq etibarnamə əsasında Təqsirləndirilən şəxs1 idarə etdiyi BAİC markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu X14 küçəsi dalan 1 ünvanın yaxınlığına gəlmiş, həmin vaxt təsadüfən işə getmək məqsədilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs görüb onun qarşısını Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə kəsdikdən sonra avtomobildən düşmüş, qabaqcadan aralarında olan cinayətkar niyyətə uyğun olaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs2la birlikdə həmin yerdə Zərərçəkmiş şəxs yaxınlaşıb onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə əmlakını ələ keçirmək məqsədi ilə basqın edərək onun yaxasından tutub iradəsi əleyhinə zorla avtomobilin arxa oturacağına əyləşdirməklə avtomobili hərəkətə gətirib Abşeron rayonu Masazır qəsəbəsi istiqamətində idarə etməklə həmin yerdən uzaqlaşaraq Zərərçəkmiş şəxs tamah məqsədi ilə oğurlamış, bununla yanaşı, aralarında olan razılığa əsasən cinayətkar əməllərini davam etdirərək hərəkətdə olan avtomobilin arxa oturacağında əyləşmiş Təqsirləndirilən şəxs2 əli ilə yanında oturan zərərçəkmiş şəxsin baş nahiyəsindən vurub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə üzərində olan narkotik vasitələri, qiymətli əşyaları və pulları verməsini tələb etmiş, tanımadığı şəxslər tərəfindən qəfləti hücuma məruz qalmış Zərərçəkmiş şəxs bu tələbdən qorxaraq üzərində olan bir ədəd 140 manat dəyərində «Samsung» markalı «SM-A105F/DS» (A10) modelli mobil telefonu və içərisində 72 manat olan pul kisəsini Təqsirləndirilən şəxs2 təqdim etdikdə sonuncu həmin telefonu və pul kisəsini qrupun digər üzvü Təqsirləndirilən şəxs1 verməsinə baxmayaraq T.İsmayılov bununla kifayətlənməyərək avtomobili idarə edə-edə sağ əlində tutduğu istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya hesab olunan bıçağın dəstəyi ilə Zərərçəkmiş şəxs ayaq və sinə nahiyələrindən vuraraq hücuma məruz qalmış sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı quldurluq etmiş, həmçinin Zərərçəkmiş şəxs təkrarən davamlı olaraq narkotik vasitə və ya narkotik vasitəni əldə etmək üçün əlavə pul tələb etmiş, verməyəcəyi təqdirdə isə zor tətbiq edəcəyini bildirib hədələyərək onu saat 08 radələrində ünvan 2 ünvanında yerləşən «Türk MED medical center» klinikasının qarşısına gətirmiş, həmin yerdə o, avtomobildən düşüb sağ əlində tutduğu istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya hesab olunan bıçağı avtomobilin arxa oturacağında oturmuş Zərərçəkmiş şəxs nümayiş etdirməklə onlara narkotik vasitə və ya narkotik vasitəni əldə etmək üçün pul verməyəcəyi təqdirdə dilini kəsib xəsarət yetirəcəyini bildirərək sonuncuya həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmək hədəsi ilə hədələyib narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmiş, sonuncu onlara narkotik vasitələri vermək imkanına malik olmadığını bildirdikdə yenə də cinayətkar hərəkətlərini davam etdirərək Abşeron rayonu Hökməli qəsəbəsi istiqamətində avtomobili idarə edib Bakı-Şamaxı yolunun Hökməli dairəsi adlanan yerə gələnədək, yolboyu avtomobilin salonunda Zərərçəkmiş şəxs narkotik vasitə əldə etmək üçün pul verməsini, əks təqdirdə onun şəxsiyyəti üzərində zor tətbiq edəcəyini bildirib təkrarən hədələmiş, həmin yerə çatdıqda Zərərçəkmiş şəxs onlara pul verə bilməyəcəyi qənaətinə gələrək avtomobili üzü Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi istiqamətində, oradan isə 20 Yanvar metro stansiyasına doğru hərəkət etdirib Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 5 ünvanının qarşısına gəlmiş, həmin yerdə Zərərçəkmiş şəxs narkotik vasitələr əldə etmək üçün onlara pul verəcəyi təqdirdə quldurluq yolu ilə ələ keçirdikləri «Samsung» markalı «SM-A105F/DS» (A10) modelli mobil telefonu özünə qaytaracaqlarını bildirib sonuncunu avtomobildən düşürüb oradan uzaqlaşıb getməklə Zərərçəkmiş şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş, tamah məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu, habelə təkrarən zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə və həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri təkrarən hədəqorxu ilə tələb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır. Turalı taksi sürücüsü kimi hadisədən təxminən 10 gün əvvəl tanımış, Rövşənlə isə bir yerdə fərdi evlərdə təmir işlərində alçıpan vurmaqla məşğul olmuşlar. Alçıpanın 1 kv.m 5 manata vurmuşlar. Zərərçəkmiş şəxs hadisəyə qədər tanımamışdır. X16 İslamovun tanışı olmuşdur. Turalın deməsinə görə Zərərçəkmiş şəxs ona pul borcu olmuşdur. Hadisə günü, yəni 20 iyul 2021-ci il tarixdə səhər saatlarında o, Rövşənlə birlikdə işə getmək üçün Turalın idarə etdiyi taksi maşınına minmişlər. Rövşən Turalın yanında qabaq sağ oturacaqda, o isə arxa oturacaqda əyləşmişlər. Tural onlara bildirmişdir ki, bir nəfərlə görüşəndən sonra onları işə aparacaqdır. O, heç vaxt narkotik vasitələrin istifadəçisi olmamışdır. X7 narkotik vasitələrin aludəçisi olmağını bilmir. Zərərçəkmiş şəxs onların ondan narkotik vasitə və yaxud narkotik vasitə almaq üçün pul istəmələri barədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Turalın idarə etdiyi maşınla gedən zaman yolun kənarında 2 nəfər şəxsin dayandığını gördükdə Tural maşını saxlayıb onlardan kimisə soruşmuşdur. Sonra Tural maşına minərək yolu davam etmişlər və bu zaman səki ilə gedən Zərərçəkmiş şəxs görmüşlər. Tural Natiqi görən kimi onu səsləmiş, Natiq Turalı görən kim qaçmağa başlamış, Tural maşını onun ardınca sürmüş və ona çatdıqda maşını saxlamış və maşından enərək sonuncuya yaxınlaşıb söhbət etmişdir. O və Rövşən isə maşında qalmışlar. Turalın, sonradan bildiyi qədər, Natiqlə söhbəti sonuncunun ona olan pul borcu ilə bağlı olmuşdur. X15 maşına onun yanına arxa oturacağa əyləşdirmişdir. Yolda Turalın tələbi ilə Natiq pul kisəsini və telefonunu qabaq oturacaqların arasına qoymuşdur. O, Natiqi vurmamış, ondan pul və telefon almamışdır. Natiqin dizindən bıçağın arxası ilə sonuncu pul kisəsini və telefonunu verməmişdən əvvəl Tural vurmuş və bir dəfə də Natiqin üzündən sillə vurmuşdur. Rövşənn Natiqin üzərinə bıçaq çıxarmasını xatırlamır. Yolda Natiqin telefonuna zəng gəlmiş, Turalın tapşırığına əsasən Natiq zəngə cavab vermiş, məlum olmuşdur ki, Natiqi işdən soruşurlar, o, işə getməlidir. Bundan sonra qərara almışlar ki, Natiqi Xırdalana iş yerinin yanına aparsınlar. Yol üstü yolun kənarında əlil arabasında oturan və keçən maşınlara əl qaldıran əlilə kömək edərək onu maşının qabaq sərnişin oturacağına əyləşdirmşlər. Rövşən isə arxa oturacağa keçmişdir. Əlili düşürdükdən sonra Natiq onu 20 Yanvar metrostansiyasının yanına aparmalarını xahş etmişdir. Natiqi deyilən yerə çatdırdıqda sonuncu Turaldan yol pulu istəmişdir. Tural ona 6 manat vermiş, lakin Natiq narazı qalaraq ona əlavə 15 manat verməsini istəmişdir. Bundan sonra Tural Natiqə daha 15 manat vermiş, telefona görə isə pulunu ödədikdən sonra telefonunu özünə qaytaracağını Tural demişdir. Natiqin xahişinə əsasən Tural telefondan nömrə kartını çıxarıb özünə qaytarmışdır. Telefonu isə yol kənarında olan telefon mağazasında Tural öz şəxsiyyət vəsiqəsi ilə satmışdır. Həmin pula onlar üçü də qarpız, pendir və çörək alaraq dəniz kənarına istirahətə getmişlər. Ona ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində ona verilmiş ittihamı etiraf etmiş, Zərərçəkmiş şəxs Tural və Rövşənlə birlikdə maışına zorla mindirdiyini, maşında özünün Natiqə sillə vurduğunu, Turalın Natiqin dizindən bıçağın qundağı ilə vurduğunu, Rövşənin isə Natiqi bıçaqla hədələdiyini, Natiqdən üçünün də narkotik tələb etdiklərini, sonuncuda narkotik olmadığı üçün narkotik əldə etmək üçün pul istədiklərini, ondan zorla içində pul olan pul kisəsini və telefonu aldıqlarını etiraf etmişdir. Lakin məhkəmədən xahiş edir ki, burada verdiyi ifadəsi həqiqi hesab edilməklə nəzərə alınsın. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Turalı taksi sürücüsü kimi, Nurlanı isə təmir işlərində iş yoldaşı kimi tanıyır. Nurlanla bir yerdə təxminən bir il olar ki, fərdi evlərin təmirində alçıpan vurmaqla işləmişlər. 20 iyul 2021-ci il tarixdə səhər saatlarında Turalın maşını ilə işə çıxmışlar. Lakin Tural bir şəxsi axtardığını, onunla görüşdükdən sonra onları aparacağını demişdir. Kubinka deyilən ərazidə Tural yolun kənarında iki nəfər şəxsi gördükdə maşından enib onlardan Natiqi soruşmuşdur. Həmin şəxslər əlləri ilə işarə edərək irəlidə hərəkət edən bir nəfəri Turala göstərmişlər. Bundan sonra Tural maşını həmin şəxsin arxasınca sürmüş və onun yanında saxlayanda həmin şəxs qaçmağa başlamışdır. Tural maşını qaçan şəxsin arxasıyla sürmüş, ona çatdıqda isə maşından düşmüşdür. Turalın ardınca o da maşından düşmüşdür. Natiqdən nə üçün qaçdığını soruşmuşlar. Natiq demişdir ki, elə bilmişdir ki, onlar polis əməkdaşlarıdır, ona görə qaçmışdır. Bundan sonra Turalın təklifi ilə Natiq maşina arxa oturacaqda oturan Nurlanın yanında əyləşmişdir. X9 maşınının şüşəsini qıran şəxsin o olduğunu soruşmuş, Natiq bu suala gülmüş, Tural isə acıqlanıb ona bir sillə vurmuşdur. O, Natiqdən nə üçün güldüyünü soruşmuş, Natiq cavab vermişdir ki, paxmeldir. Tural Natiqdən sınan şüşəyə görə 150 manat pul istəmişdir. Natiq də cavab vermişdir ki, pul kisəsində 72 manat pul və bir ədəd mobil telefonu vardır. Tural Natiqə demişdir ki, o narkomandır, pulu və telefonu qabaq oturacaqların arasına qoysun. Tural bu zaman bıçağın qundağı ilə Natiqin ayağından vurmamışdır. Onun da əlində bıçaq olmamış və o, Natiqdən hər şeyi düzgün danışmağı tələb etməmişdir. O, Tural və Nurlan Natiqdən narkotik vasitə və yaxud narkotik vasitə əldə etmək üçün pul istəməmişlər. Yolda Natiqin telefonuna zəng gəlmiş, Turalın tapşırığına əsasən Natiq zəngə cavab vermiş, məlum olmuşdur ki, Natiqi işdən soruşurlar, o, işə getməlidir. Bundan sonra qərara almışlar ki, Natiqi Xırdalana iş yerinin yanına aparsınlar. Yol üstü yolun kənarında əlil arabasında oturan və keçən maşınlara əl edən əlilə kömək edərək onu maşının qabaq sərnişin oturacağına əyləşdirmşlər. Hətta Natiqin özü də əlili maşina oturtmağa kömək etmişdir. Rövşən isə arxa oturacağa keçmişdir. Əlili düşürdükdən sonra Natiq onu 20 Yanvar metrostansiyasının yanına aparmalarını xahş etmişdir. Natiqi deyilən yerə çatdırdıqda sonuncu Turaldan yol pulu istəmişdir. Tural ona 6 manat vermiş, lakin Natiq narazı qalaraq ona əlavə 15 manat verməsini istəmişdir. Bundan sonra Tural Natiqə daha 15 manat vermiş, telefona görə isə pulunu ödədikdən sonra telefonunu özünə qaytaracağını Tural demişdir. Natiqin xahişinə əsasən Tural telefondan nömrə kartını çıxarıb özünə qaytarmışdır. Telefonu isə yol kənarında olan telefon mağazasında Tural öz şəxsiyyət vəsiqəsi ilə satmışdır. Həmin pula onlar üçü də qarpız, pendir və çörək alaraq dəniz kənarına istirahətə getmişlər. Ona ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində ona verilmiş ittihamı etiraf etmiş, Zərərçəkmiş şəxs Tural və Nurlanla birlikdə maışına zorla mindirdiyini, maşında özünün Natiqə sillə vurduğunu, Turalın Natiqin dizindən bıçağın qundağı ilə vurduğunu, özünün isə Natiqi bıçaqla hədələdiyini, Natiqdən üçünün də narkotik tələb etdiklərini, sonuncuda narkotik olmadığı üçün narkotik əldə etmək üçün pul istədiklərini, ondan zorla içində pul olan pul kisəsini və telefonu aldıqlarını etiraf etmişdir. Lakin məhkəmədən xahiş edir ki, burada verdiyi ifadəsi həqiqi hesab edilməklə nəzərə alınsın. Əlavə olaraq qeyd etmək istəyir ki, onlar Natiqə heç bir zorakı hərəkətlər etməmişlər, sadəcə Tural Natiqin ona ödəniləsi olan pulu sonuncudan tələb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, anası ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Bakı dövlət İqtisadiyyat və Humanitar Kollecin yataqxanasında yaşayır, subaydır. 2014-cü ildə Azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsi ilə 7 il müddətinə azadlıqdan məhkum olunmuşdur. Baxılan iş üzrə saxlanıldığı tarixədək 3 aydır ki, narkotik vasitə olan kakos kimi tanınan narkotik maddə istifadə etmişdir, həmin narkotik vasitəni Yasamal rayonu «Sovetski» kimi tanınan ərazidə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən alırdı. Özünü və anasını dolandırmaq məqsədilə gündəlik 50 manat ödəməklə BAİC markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb metronun 20 Yanvar kimi tanınan ərazisindən Abşeron rayonu Masazır kəndi istiqamətlərində sərnişin daşıyırdı. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onun müştəriləri olmuş, münasibətləri yaranmış, dostluq etmişlər, hətta asudə vaxtlarını da birgə keçirirdilər. Hadisə gününədək maşının yan şüşəsini başqa bir maşın vurub sındırmışdır. O, bu zaman maşında olmamış, lakin hadisəni görən şəxslərdən bilmişdir ki, güzgünü ağ rəngli maşını idarə edən Natiq adlı şəxs sındırmış və oradan uzaqlaşmışdır. 20.07.2021-ci il tarixdə səhər saatlarında Rövşən və Nurlanı Masazır qəsəbəsinə onların işlədiyi evə aparmalı idi. Lakin Sovetskidə küçədə 2 nəfərin durub söhbət etdiyini görüb, həmin şəxslərdən güzgüsünü vurub sındıran Natiqi soruşmuşdur. Onlar da Natiqin həmin küçə ilə yuxarı istiqamətdə getməsini bildirmişlər. Elə bu zaman Natiq onun maşınının yanından keçmişdir. Natiqdən hara getdiyini soruşduqda o qaçmağa başlamışdır. Maşını Natiqin arxasınca sürmüş, ona çatdıqda maşından enərək Natiqə yaxınlaşmış, qaçmasının səbəbni soruşmuşdur. Natiq paxmel olmasını, onun polis əməkdaşı olmasını zənn etdiyi üçün qaçdığını demişdir. Natiqə maşınının güzgüsünü sındırmasını, bununla bağlı ona 185 manat məbləğində zərər dəyməsini bildirərək ona maşina əyləşməsini təklif etmişdir. Natiq maşina arxa oturacağa Nurlanın yanına əyləşmiş, o da maşina əyləşdikdən sonra Natiqdən ona vurduğu zərəri ödəməsini demişdir. Natiq isə səbəbsiz gülür, suallara cavab vermirdi. Onun bu hərəkətindən əsəbləşərək Natiqin üzzündən bir sillə vurmuş və cibində nə varsa qabaq oturacaqların arasında olan qutunun üzərinə qoymasını bildirmişdir. Natiq də cibində olan portmone ilə telefonu qutunun üzərinə qoymuşdur. Portmoneyə baxdıqda orada cəmi 72 manat olduğunu görmüşdür. Natiqə bildirmişdir ki, bu pul zərəri ödəmir, bu səbəbdən telefonu da götürəcəkdir. Natiq telefondakı nömrə kartını ona qaytarmasını və iş yeri olan Sulutəpədə onu düşürmələrini xahiş etmişdir. O da maşını həmin istiqamətdə sürmüşdür. Natiqin üzərinə bıçaq çıxarmamış, bıçağın qundağı ilə dizinə vurmamış, Rövşən bıçaqla Natiqi hədələməmiş, Nurlan isə Natiqi sillə ilə vurmamışdır. Onların heç biri Natiqdən narkotik və yaxud narkotik almaq üçün pul istəməmişlər. Natiqin bu ifadələri həqiqətə uyğun deyildir. Yolüstü yol kənarında əlil arabasında olan bir şəxsin maşın saxlatdığını görərək maşından dostları ilə birlikdə enərək əlili maşının qabaq sərnişin oturacağına oturtmuş, əlil arabasını isə maşının baqaj yerinə qoymuşlar. Hətta bu vaxt Natiqin özü də əlili maşına mindirməyə kömək etmişdir. Əlili yolda düşürdükdən sonra Natiq işə getmədiyini, onu 20 Yanvar metrostansiyasının yanında düşürmələrini xahiş etmişdir. Orada Natiq ondan evinə getmək üçün pul istəmiş və o, ona əvvəl 6 manat vermiş, lakin Natiq bu pulun yetərli olmadığını dedikdən sonra daha 16 manat pulu Natiqin portmanasından çıxararaq arxaya Nurlana ötürmüş, Nurlan da həmin pulu Natiqə vermişdir. Natiq onun mobil telefon nömrəsini istəmişdir ki, telefonunun pulunu sonra ödəməklə telefonu geri alsın. Lakin o, nömrəsini Natiqə verməyə ehtiyyat etmiş, Natiqə bildirmşdir ki, özü onu tapacaqdır. Natiqi düşürdükdən sonra yol üstü yolun kənarında olan telefon mağazasına Natiqin telefonunu səhv etmirsə 80 manata satmışdır. Bundan sonra dostları Nurlan və Rövşənlə mağazadan ərzaq və şirələr alaraq dəniz kənarına istirahətə getmişlər. Bu hadisədən səhv etmirsə, bir gün sonra polis əməkdaşları tərəfindən saxlanılmış, onun telefonunda Rövşənlə Nurlanın telefon nömrələri olduğu üçün polis əməkdaşları hər ikisi ilə əlaqə saxlayaraq polisə dəvət etmişlər. İbtidai istintaqa verdiyi ifadəsi ona elan edildi. Həmin ifadəsində göstərmişdir ki, 20.07.2021-ci il tarixdə saat 06 radələrində dosiları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la «Sovetski»də narkotik almaq üçün avtomobillə gəzməyə başlamışlar, lakin narkotik ala bilməmişlər. Küçədə 3 nəfərin durub söhbət etdiyini görüb, həmin şəxslərdən narkotik vasitə istəsələrdə, həmin şəxslərdən biri narkotik yoxumuzdu demişdir. Sonradan adını bildiyi Natiq adlı şəxsin maşının yanından keçməyi ondan şübhə yaratmış fikirləşmişdir ki onda narkotik vardır. Buna görə avtomobillə onun arxasınca sürüb ona yaxınlaşan zaman Nurlan arxa şüşəni açıb «hara gedirsən» deyəndə Natiq «sənin nəyinə lazımdı» demiş və nədənsə yoluna qaçaraq davam etmişdir. O avtomobili Natiqin arxasınca sürmüş və 50-60 metr yol qət edərək qabağını kəsmiş, üçüdə avtomobildən düşmüş, Nurlan Natiqin yaxasından yapışıb «hara qaçırsan gəl otur maşına» demiş, birlikdə onun üzərinə gedərək avtomobilə əyləşməsini tələb etmişlər. Natiq qorxduğu və ehtiyyat etdiyi üçün avtomobilə əyləşmiş, avtomoblə əyləşən kimi Nurlan, sonra isə o Natiqə «bizə narkotik ver» demiş, Natiq «məndə narkotik yoxdur bir telefonum var birdə pul kisəmdə biraz pulum var demiş», Nurlan Natiqdən pul kisəsini və telefonunu alıb ona vermiş, avtomobili hərəkətə gətirib 20 Yanvar metrosu istiqaməsində hərəkətə başlamış, bu zaman avtomobilin qapılarını bağlamışdır ki, Natiq düşüb qaçmasın. O Natiqi avtomobilə əyləşdirdikləri yerdə Natiqin pul kisəsini və telefonunu götürüb ötürücü qutusunun yanına qoymuş, üçüdə Natiqə narkotik satansansa bizə mal ver demiş, Natiq isə satan deyiləm deyəndə Nurlan ona baş nahiyyəsindən iki dəfə şillə vurmuş, Natiq bir daha «mən narkotik satan deyiləm» dedikdə o geri çönüb sillə ilə onu üzündən vurmuş və avtomobildə olan mətbəx bıçağının arxa tərəfi ilə onun sol ayağına vurub demişdir ki, bizə narkotik ver. Natiq bir daha «mənə mal satan deyiləm» dedikdə avtomobillə şəhərdən çıxıb Sumqayıt şəhəri istiqamətində hərəkətə başlamış,Xırdalan şəhər Ər-Riyad TM-nin yaxınlığından Qafqaz Universiteti tərəfdən Masazır kəndinə daxil olmuş yolun kənarında sakit bir yerdə avtomobili saxlamışdır. Rövşən əlində olan özünə məxsus bıçaqla yerə düşmüş, ondan arxa şüşəni açmağını xahiş etmiş. O arxa şüşəni açmış və bu vaxt Rövşən Natiqə «sən bizə narkotik ver, yada kim satır adını de» demiş, Natiq heçnədən xəbəri olmadığını dedikdə Rövşən ona «yalan danışma sənin dilini kəsərəm» demiş, o isə «pul lazımdır pulun yoxdursa zəng et gətirsinlər deyərək Natiqdən pul tələb etmiş, Natiq isə pulunun olmadığını cəmi 72 manat pulunun olduğunu, həmin pulun isə pul kisəsində olduğunu bildirmişdir. Natiqdən nə narkotik nə də pul ala bilmədikləri üçün ona hara gedəcəyi barədə sual vermiş, Natiq Hökməli dairəsində düşəcəyini demişdir. O avtomobili Sultəpə istiqamətində hərəkətə gətirmiş, bu vaxt Natiqin telefonuna iş yoldaşı zəng etmiş, o telefonu danışmaq üçün Natiqə vermiş, telefonla danışan zaman Natiq işi çıxıb gələ bilmədiyini deyərək ona zəng edən adama cavab vermiş, Sultəpə dairəsəində Natiqin «Samsung A10» markalı mobil telefonundan kartı çıxarıb özünə vermək üçün telefon dükanına Rövşən daxil olmuş və sim kartı telefondan çıxarıb Natiqə verən zaman sonuncu ondan yol pulu istəmiş, O isə Natiqə onu metronun 20 Yanvar metrostansiyasının yanına aparıb düşürəcədiyi demişdir. Həmin istiqamətdə hərəkət edən zaman yol kənarında dayanmış əlil arabasında olan şəxsi avtomobilə götürmüş metronun 20 yanvar stansiyasına çatmamış "xxxx" ASC nin yaxınlığında köşkün qabağında avtomobili saxlamış, az öncə avtomobilə əyləşdirdikləri əlili avtomobildən düşürüb yola salmış, Natiqə pul gətirərsən telefonu qaytararam dedikdən sonra pul kisəsini və 22 manat pulu onun özünə qaytarmış, Natiq gedəndən sonra metronun 20 Yanvar stansiyasının qarşı tərəfində Velotrek TM-nin qarşısında olan telefon dükanına Nurlan və o daxil olub telefonu 80 manata öz şəxsiyyət vəsiqəsini təqdim edərək satmışdır. Həmin yerdən çıxıb üçü də Novxanı çimərliyinə gedərək yol üstü marketə girib əldə etdiyi pulla 2 litirlik «Küller» piyvəsi, siqaret və qarpız, pendir, çörək almış, həmin gün axşama qədər dənizdə olmuşlar. Natiqdən əldə etiyi puldan qalan 50 manatı öz aralarında məsləhətləşdikdən sonra idarə etdiyi avtomobilin icarəsinə vermişdir. Natiqi əvvəllər tanımamış, Natiqin avtomobildən düşüb qaçmaq şansı olmamış, Natiqdən narkotik lazım olduğu üçün qəbul etməyi üçün narkotik vasitə tələb etdiklərini, Zərərçəkmiş şəxs narkotik vasitə tələb etdiyi zaman onun üzərinə çıxardığı bıçaq mətbəx bıçağı olmuş, avtomobildə yemək yeyən zaman aldığı kolbasa və çörəyi kəsmək üçün istifadə etmiş, dəstəyi taxtadan olmaqla tiyəsi 10 ya da 15 sm. olmuş, bıçağın saxlanılan zaman yeri barədə heç bir şey xatırlamamışdır. İbtidai araşdırma amanı verdiyi ifadəsini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsi isə həqiqətə uyğun ifadədir.ö Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hadisəyə qədər tanımamış, bu şəxslərlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, arvadı Cəmalə Əliyeva və azyaşlı övladı Yeganə ilə birlikdə Yasamal rayonu Mirzə Fətəli küçəsində nömrəsiz evdə kirayədə yaşayır, Bakı şəhəri ərazisində yerləşən tikintilərdə gündəlik fəhləlik edib ailəsin dolandırır. 20.07.2021-ci il tarixdə həmişə olduğu kimi saat 07 radələrində evdən çıxaraq işə gedən zaman elə yaşadığı küçə ilə paralel yerləşən Əlibəy Hüseynzadə küçəsində yanında tanımadığı ağ rəngli avtomobil saxlamış, maşının arxa şüşəsi açılmış və arxa sağ tərəfdə olan və hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs2 ondan hara getməsini soruşmuş, o isə “sənin nəyinə lazımdır hara gedirəm” deyə cavab vermiş və qorxduğu üçün qaçmışdır. Həmin maşın arxasınca sürmüş və ona çatdıqda maşındakı şəxslər, yəni məhkəmədə gördüyü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə maşından düşüb onu zorla həmin avtomobilin arxa oturacağına əyləşdirmiş, arxada onunla əyləşən Təqsirləndirilən şəxs2 heroin və patı istəmişlər. O, isə onlara siqareti olduğunu, lakin narkotik istifadə etmədiyini demişdir. Avtomobillə Yasamal rayonu H.Cavid parkı istiqamətində hərəkət edən zaman maşını idarə edən Təqsirləndirilən şəxs1 nəyin var ver demişdir. O, Turala Samsung A10 markalı telefonu və pul kisəsində 72 manat pul olmasını bildirmiş, fəhlə işlədiyini, işə getdiyini demişdir. Tural ondan tələb etmişdir ki, telefonu və içində pul olan pul kisəsini sürücü ilə sərnişinin oturacaqlarının arasında olan qol altının üzərinə qoysun. O da ondan qorxaraq telefonu və sürücü pul kisəsini həmin yerə qoymuşdur. Tural avtomobili idarə edərək 20 Yanvar metrosuna çatdıqda pul kisəsini açaraq içərisində olan 72 manat pulu götürüb pul kisəsini ona qaytarmış, həmçinin telefonu da götürmüşdür. Onun yalvarışlarından sonra telefonda olan nömrə kartını çıxarıb onun özünə vermişdir. Belə ki, bütün əlaqələri həmin kartda olduğu üçün kartı istəmişdir. Onu da xatırlayır ki, maşında gedən zaman iş yoldaşı Fikrət Hüseynov zəng etmiş və Tural telefonu ona uzadaraq cavab verməyi demişdir. O, Fikrətə işi olduğu üçün işə gələ bilməyəcəyini demiş və telefonu söndürmüşdür. Tural ondan tələb etmişdir ki, tanışlarına zəng edib pul istəsin. Lakin o, bunu etməyəcəyini demişdir. Həmin vaxt Tural əlindəki bıçağın qundağı ilə ayağından vurmuş, arxa oturacaqda yanında əyləşmiş Nurlan isə bir neçə dəfə sillə ilə onun üzündən vurmuşdur. Qabaqda sərnişin oturacağında oturan Təqsirləndirilən şəxs3 da əlində bıçaq var idi. O, bunların hər üçündən möhkəm qorxmuş, düşünmüşdür ki, bu şəxslər ona hər bir şey edə bilərlər. Onların üçü də ondan 50 manat pul təşkil etməsini tələb edirdilər. Lakin onun pulu olan tanışı olmadığı üçün onların tələbini yerinə yetirməkdən imtina etmişdir. Bundan sonra Turalgil ondan heç bir şey ala bilməyəcəklərini başa düşərək onu harada düşürmək lazım olduğunu soruşmuşlar. O da Azərsu ASC-nin qarşısında düşəcəyini bildirmişdir. Həmin istiqamətdə gedən zaman Xocahəsən yolunda «Murad» şadlıq evinin yanında Tural avtomobili saxlayıb yol kənarında dayanmış əlil arabasında olan şəxsi avtomobilə qabaq oturacağa əyləşdirib Azərsu ASC-nin yanına sürmüş, orada onlar əlil arabasında olan şəxsi araba ilə birlikdə maşından düşürmüşlər. Bundan sonra Turalgil ona da düşməyi təklif etmiş, telefonun pulunu ödədikdə telefonu qaytaracaqlarını bildirmişlər. O, Turaldan pulu tapdıqda onları necə görəcəyini soruşmuş, Tural da bildirmişdir ki, onlar özləri onu tapacaqlar. O, Turaldan yol pulu olmadığını, ona götürdüyü pulun bir hissəsini qaytarmasını demişdir. Tural ona əvvəl 10 manat vermiş, lakin o, Turala demişdir ki, ondan aldığı pulun 50 manatlıq əskinası özünə götürsün, 22 manatı isə ona versin. Tural da 22 manat pulu ona qaytarmışdır. Bundan sonra iş yerinə gedərək iş yoldaşı Fikrətə hadisə barədə danışmış və sonuncunun məsləhəti ilə polisə məlumat vermişdir. İbtidai istintaq zamanı telefonu ona qaytarılmış, Təqsirləndirilən şəxs3 yeznəsi isə ona 50 manatını qaytarmışdır. Bu səbəbdən Rövşəndən şikayəti yoxdur, digər iki nəfərdən isə şikayətçidir. Təqsirləndirilən şəxslərin verdikləri ifadələri ilə əlaqədar olaraq əlavə ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, təqsirləndirilən şəxslərin ifadələri həqiqətə uyğun deyildir. Hadisəyə qədər onların heç birini tanımamış, onun ümumiyyətlə maşını yoxdur və Turala məxsus maşının güzgüsünü sındırmamışdır. Bu şəxslər onu zorla maşina mindirib ondan narkotik vasitə və yaxud narkotik almaq üçün pul tələb etmiş, Tural əlindəki bıçağın qundağı ilə onun dizinə vurmuş, Rövşən bıçaqla onu hədələmiş, Nurlan isə arxa oturacaqda yanında oturmaqla onu sillələmişdir. Onun 3 nəfərin əlindən qaçmağa imkanı olmamış, yalnız onun pulunu və telefonunu aldıqdan sonra bu şəxslər onu buraxmışlar. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 qohumları ona 50 manat pul və telefonunu qaytarmışlar. Rövşəndən şikayəti yoxdur, lakin digər təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır, Zərərçəkmiş şəxs isə onun iş yoldaşıdır. Onlar birlikdə fərdi evlərdə usta işləyirlər. 20.07.2021-ci il tarixdə saat 07 radələrində işlədiyi Sultəpə qəsəbəsində olan fərdi evə getmiş, bir saata yaxın Natiqi gözləmiş, Natiqən bir xəbər çıxmadığı üçün mobil telefon nömrəsinə zəng etmiş, Natiq telefonu açmamış, həmin gün təxminən saat 09 radələrində yenidən Natiqə zəng edəndə o telefonu açmış, işə gəlməməsinin səbəbini soruşmuş, Natiq “yanımda adamlar var işə gələ bilməyəcəm, sonra danışarıq” demiş, bundan təxminən 2-3 saat sonra Natiq onun telefonuna zəng edərək saat 07 radələrində 3 nəfər tanımadığı şəxsin onu avtomobilə məcburi olaraq əyləşdirib qapını bağlayıb özləri ilə Masazır qəsəbəsinə apardıqlarını, yolda onun üzərinə bıçaq çıxarıb şillə ilə döydüklərini, sonra isə mobil telefonunu və 50 manat pulunu alaraq getdiklərini demişdir. Natiq ondan nə etməsi ilə bağlı məsləhət istəmiş, o da Natiqə baş vermiş hadisə ilə bağlı polisə məlumat verməsini bildirmişdir. Bundan sonra Natiq özü polisə məlumat vermişdir. Bu iş üzrə bildiyi budur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, özünə məxsus BAİC markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ilin may ayında gündəlik 50 manat müqabilində Təqsirləndirilən şəxs1 icarəyə vermişdir. Maşina marşrutu izləmək üçün GPS cihazı qoşmuşdur. 21.07.2021-ci il tarixdə maşının işləmədiyini müəyyən etdiyi üçün Turala zəng etmişdir. Həmçinin cihaz vasitəsi ilə müəyyən etmişdir ki, avtomobili Xırdalan şəhərində X13 dayanacağındadır. Həmin maşını gedib oradan götürmüşdür. Maşın saz vəziyyətdə olmuş, yalnız güzgüsünün şüşəsi sındırılmışdır. Buna görə Təqsirləndirilən şəxs1 qarşı heç bir tələbi yoxdur. Yalnız ibtidai araşdırma zamanı müstəntiqə ifadə verən zaman bilmişdir ki, Tural digər şəxslərlə birlikdə bir şəxsi maşina otuzdurub əmlakını almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X5 ifadəsndə göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqını aparmışdır. 29 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 ayrı-ayrı protokollar tərtib etməklə cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-psixiatrik ekspertiza rəyləri ilə tanış etmişdir. Həmin protokollardakı imzalar Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Rüfət Mövsümova məxsusdur. Ekspertiza rəyləri ilə əlaqədar istər Təqsirləndirilən şəxs3, istərsə də Rüfət Mövsümovun heç bir etiraz və vəsatətləri olmamışdır. Ekspertiza rəyləri ilə təqsirləndirilən şəxsi və onun müdafiəçisini polis idarəsində öz xidməti otağında tanış etmişdir. İbtidai istintaq tamamlanmamışdan əvvəl hər iki təqsirləndirilən şəxs Yasamal RPİnin MSY-nə köçürülmüşlər və o, 05.11.2021-ci il tarixdə ibtidai istintaqın qurtarmasını Təqsirləndirilən şəxs3 və onun vəkilinə protokolla məlumat vermiş, növbəti gün isə 06.11.2021-ci il tarixdə onun və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmişdir. Bu tanış etmə isə MSY-də icra olunmuşdur. Bunu Bakı şəhəri Yasamal RPİ-nin müvafiq arayışı da təsdiq edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilərək müəyyən edilmişdir ki, Nəsimi rayonu Velotrek TM-nin daxilində yerləşən Telefon Aksessuarları mağazasını 5 il olar ki, işlədir, mağazada işlənmiş telefonların alış-atışı ilə məşqul olur, işlənmiş telefonları satan şəxslərin özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini qəbul etməklə satdığı telefonu alır, 20.07.2021-ci il tarixdə saat 10:19-da onun işlətdiyi mağazaya bir nəfər tanımadığı şəxs daxil olmuş, qırmızı rəngdə Samsung A10 markalı telefonu göstərib 100 manata satmaq istədiyini demiş, o həmin telefona baxıb qırmızı rəngdə olmasına görə şübhələnmiş, telefonun kimə məxsus olduğunu soruşmuş, həmin şəxs ailə üzvülərimindir dedikdən sonra 80 manat verəcəyini bildirmişdir. Adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 adlı şəxs razılaşmış və telefonu ona verib pulu istəmiş, o telefonu yoxlayıb 80 manatı vermiş, Turalın şəxsiyyət vəsiqəsinin surətini götürmüş, Tural telefonu satan zaman yanında bir nəfər adını və anket məlumatlarını bilmədiyi şəxs olmuş, həmin Tural adlı şəxs çox sərbəst şəkildə pulu alıb mağazanı tərk etmiş, qeyd edilən Samsung A10 markalı telefonu vitrinə qoymuş, bu günə qədər sata bilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları Azərbaycan Respublikası CM-nin CM-nin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələri ilə olan əməlləri qismən özlərinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin rəisinə ünvanlanan 20.07.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 20 iyul 2021-ci il tarixdə, saat 14:53-də Zərərçəkmiş şəxs DİN-nin 102 zəng mərkəzinə zəng edərək səhər saatlarında yaşadığı ünvandan işə gedən zaman ona yaxınlaşan markasını bilmədiyi avtomaşında olan 3 nəfər şəxs onu zorla avtomobilə əyləşdirmələri ondan narkotik vasitə istifadə etməsi və ya satması ilə bağlı məlumat aldıqdan sonra birlikdə Sumqayıt şəhəri ərazisinə aparmaları, orada onu döymələri, bıçaqla hədə-qorxu gəlmələri üzərində olan «Samsung A10» markalı mobil telefonunu və içərisində 72 AZE olan pul kisəsini almaları bərədə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs Bakı şəhəri Yasamal RPİ-nin rəisinə ünvanladığı 20.07.221-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 20.07.2021-ci il tarixdə, saat 07 radələrində ağ rəngli markasını və dövlət qeydiyyat nişanlarını xatırlamadığı avtomobil sürücüsü və yanında olan iki nəfər şəxs onu zorla avtomobilə qoyaraqa Abşeron rayonu Ceyranbatan istiqamətinə apararaq telefonunu və üstündə olan 72 manatı alaraq bıçaqla hədəqorxu gələrək döymüşlər. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi barədə» 20.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsidir. Küçə bir mərtəbəli həyət evləri ilə əhatə olunmuşdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, küçənin çıxışında naməlum şəxslər avtomobillə onun qarşısını kəsərək zorla avtomobilə otuzdurmuş, sonra Abşeron rayonu Ceyranbatan istiqamətinə aparmış zor tətbiq etməklə 150 manat dəyində telefonunu və 72 manat məbləğində pulu əlindən alaraq Yasamal rayonu Moskva prospekti Azərsu ASC-nin yanına gətirmş, həmin yerdə olan köşkün qarşısında düşürmüşlər. Hadisə yerində iş üçün əhəmiyyətli olan hər hansı bir sübut növü aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanlanan 091- 1912-1013 saylı, 21.07.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 21.07.2021-ci il tarixdə saxlanılaraq istintaqa təhvil verilmişlər. Məhkəmədə elan edilib araşdırılmış “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 21.07.2021-ci il tarixli protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlu həmin tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddəsi ilə şübhəli bilinərək tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23.07.2021-ci il tarixli qərarlarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilənlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs3 barəsində, həbsetmənin əvvəli 21.07.2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 24.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən o, Yasamal rayonu X14 küçəsi dalan 1 ünvanı göstərib Zərərçəkmiş şəxs tanışları ilə birlikdə idarə etdiyi BAİC markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməyə məcbur etdiyini, həmin ünvanda pulunu və telefonunu aldıqlarını, ünvan 6nvanında yerləşən «Türk MED medical center» klinikasının qarşısında Zərərçəkmiş şəxs narkotik vasitə və pul tələb etdiklərini, Binəqədi rayonu Sulutəpə dairəsi Ruslan Allahverdiyev küçəsində Zərərçəkmiş şəxs məxsus «Samsung A10» markalı mobil telefonun nömrəsini çıxarıb qaytardıqlarını,Yasamal rayonu Moskva prospekti 5 ünvanınına gətirib düşürdüklərini, Velotrek TM-nin içərisində olan Telefon Aksessuarları mağazasını göstərib Zərərçəkmiş şəxs aldıqları «Samsung» markalı «SM-A105F/DS» (A10) modelli mobil telefonu mağazada olan satıcıya 80 manata satdıqlarını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 24.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılarkən o, Yasamal rayonu X14 küçəsi dalan 1 ünvanı göstərib Zərərçəkmiş şəxs tanışları ilə birlikdə Turalın idarə etdiyi BAİC markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməyə məcbur etdiyini, həmin ünvanda pulunu və telefonunu aldıqlarını, ünvan 6nvanında yerləşən «Türk MED medical center» klinikasının qarşısında Zərərçəkmiş şəxs narkotik vasitə və pul tələb etdiklərini, Binəqədi rayonu, Sultəpə dairəsi, Ruslan Allahverdiyev küçəsində olan «Azercell, bakcell, nar» telefon mağazasında Zərərçəkmiş şəxs məxsus «Samsung A10» markalı mobil telefonun nömrəsini çıxarıb qaytardıqlarını,Yasamal rayonu Moskva prospekti 5 ünvanınına gətirib düşürdüklərini, «Velotrek» TM-nin içərisində olan Telefon Aksesuarları mağazasını göstərib Zərərçəkmiş şəxs aldıqları «Samsung» markalı «SM-A105F/DS» (A10) modelli mobil telefonu mağazada olan satıcıya 80 manata satdıqlarını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 24.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən o, Yasamal rayonu X14 küçəsi dalan 1 ünvanı göstərib Zərərçəkmiş şəxs tanışları ilə birlikdə Turalın idarə etdiyi BAİC markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməyə məcbur etdiyini, həmin ünvanda pulunu və telefonunu aldıqlarını, ünvan 6nvanında yerləşən «Türk MED medical center» klinikasının qarşısında Zərərçəkmiş şəxs narkotik vasitə və pul tələb etdiklərini, Binəqədi rayonu, Sultəpə dairəsi, Ruslan Allahverdiyev küçəsində olan «Azercell, bakcell, nar» telefon mağazasında Zərərçəkmiş şəxs məxsus Samsung A10 markalı mobil telefonun nömrəsini çıxarıb qaytardıqlarını,Yasamal rayonu Moskva prospekti 5 ünvanınına gətirib düşürdüklərini, «Velotrek» TM-nin içərisində olan Telefon Aksessuarları mağazasını göstərib Zərərçəkmiş şəxs aldıqları «Samsung» markalı «SM-A105F/DS» (A10) modelli mobil telefonu mağazada olan satıcıya 80 manata satdıqlarını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 22 iyul 2021-ci il tarixli, 673 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər-hansı bir xəsarət aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 sentyabr 2021-ci il tarixli, 9/5520 saylı rəyindən müəyyən olunur ki, «Samsung» markalı SM- A105F/DS (A10) model mobil telefonun 2021-ci ilin iyul ayına bazar qiyməti 140 manat təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə ambulator-psixiatrik ekspertizasının 08 sentyabr 2021-ci il tarixli, 2063 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hazırda hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər-hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə ambulator-psixiatrik ekspertizasının 21 sentyabr 2021-ci il tarixli, 2211 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 hazırda hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər-hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə ambulator-psixiatrik ekspertizasının 21 sentyabr 2021-ci il tarixli, 2216 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hazırda hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər-hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 27 oktyabr 2021-ci il tarixli, 4161 saylı rəyindən müəyən olunur ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hazırda narkomaniya xəstəliyinidən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 27 oktyabr 2021-ci il tarixli, 4162 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hazırda narkomaniya xəstəliyinidən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 27 oktyabr 2021-ci il tarixli, 4169 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hazırda narkomaniya xəstəliyinidən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 19 avqust 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Füzuli Hərbi Məhkəməsinin 17.04.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.2 və 62-ci maddələri ilə təqsirli bilinib 240 saat ictimai işlər cəzasına məhkum edilmiş, 14 iyun 2013-cü il tarixdə Amnistiya aktına əsasən istimai işlər cəzasından azad olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.08.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsi ilə təqsirli bilinib 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs1 təqsirli bilinib 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aid olduğundan Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilməsi müddəti onun azadlığa çıxdığı tarixdən, yəni 26.02.2020-ci il tarixdən hesablanmalıdır. Hazıki cinayət işi üzrə cinayət əməli qeyd olunan tarixdən altı il keçmədən öncə 20 iyul 2021-ci il tarixdə törədildiyindən Təqsirləndirilən şəxs1 məhkumuluğu ödənilməmiş hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs1 məhkumlluğu ödənilməmiş, əvvəl ağır cinayətə görə məhkum olunduğu və yenidən qəsdən ağır cinayət törətdiyi üçün Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən əməlində cinayətin təhlükəli residivi vardır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs təqdim etidiyi 09.09.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, ona dəymiş ziyanı Təqsirləndirilən şəxs3 qohumları tam həcmdə ödəmişdir, Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələri ilə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmə, tamah məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu, habelə təkrarən zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə və belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətmələri iş üzrə toplanmış mötçəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1№-li Qərarının 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, Soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. İş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs əmlakının ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda baş verməmiş, ona qarşı quldurluq cinayətini törətdikdən sonra təqsirləndirilən şəxslər narkotik vasitə və pul tələb etməyə başlamışlar. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1№-li Qərarının 23-cü bəndində göstərilmişdir ki, həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməsə də Təqsirləndirilən şəxs1 onun sinəsindən və ayağından əlində olan bıçağın arxa tərəfi ilə vurması, digər Təqsirləndirilən şəxs2 onun başından sillə ilə vurması, digər Təqsirləndirilən şəxs3 bıçaqla dilini kəsmək kimi hədəsi həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək kimi qəbul edilməlidir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1№-li Qərarının 15-ci bəndinə əsasən Qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, təqsirləndilən şəxslərin əməlləri onların ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, ifadələrin hadisə yerində yoxlama zamanı verdikləri ifadələri, həmçinin ibtidai istintaq zamanı və məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxs və şahidlərin, ekspertiza rəyləri, istintaq hərəkətləri protokolları və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs3 ittiham olunduğu cinayət əməllərinə görə cəza təyin edildikdə CM-nin 60-cı maddəsi tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları müəyyən etməmiş və onun əməllərində cinayətin residivinin olmasını onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayətlərin təsnifatına görə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3cü maddələrində nəzərdə tutulan əməlləri Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayət, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 235.4.3cü maddələrində nəzərdə tutulan əməli Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini onların tutulduğu andan, yəni 21 iyul 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə maddi sübut olan, «Samsung» markalı SM-A105F/DS (A10) model mobil telefonun zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri olan 50 (əlli) manat məbləğində pul müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi3 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 üçün hər birinə ayrı-ayrılıqda 240 AZN (iki yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətə, CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətə, CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə, CM-nin 235.4.3-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli “21” iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il müddətə, CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 08 (səkəkiz) il müddətə, CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 06 (altı) il müddətə, CM-nin 235.4.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli “21” iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il müddətə, CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə, CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 06 (altı) il müddətə, CM-nin 235.4.3-cü maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs3 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli “21” iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut olan - «Samsung» markalı SM-A105F/DS (A10) model mobil telefonun zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 və Müdafiəçi3 üçün hər birinə ayrıayrılıqda 240 AZN (iki yüz qırx manat) pul « VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.