Məhkəmə qərarları › İş №1(101)-344/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-344/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-344/2025 08.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1967-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixatrop maddə metamfetamini əldə edib üzərində və avtomobildə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında internet sosial şəbəkəsinin «İnstaqram» səhifəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan «Abbas» adlı şəxsin ona göndərəcəyi ünvana külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin satış məqsədi ilə qanunsuz olaraq aparıb qoyacağının müqabilində hər qramına görə pul və şəxsi istifadəsi üçün narkotik vasitələr əldə edəcəyi ilə bağlı qabaqcadan razılıq əldə etmiş, xx.xx.2024-cü il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində olan binaların birinin mərtəbələr arası dəhlizdə gizlədilmiş yerdən külli miqdarda 16,034 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 84,465 qram çəkidə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini əldə edib, həmin narkotik vasitələrin və psixotrop maddələrin bir hissəsini üzərində və qalan hissəsini idarə etdiyi “Renault Laguna” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşımaqla saxlamış, 13 fevral 2024-cü il tarixdə saat 16:35 radələrində Nərimanov RPİnin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətula kçəsi 23 ünvanının yaxınlığında özünü şübhəli apardığı üçün saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 09 ədəd bükümdə 08 ədəd bükümün hər birində 02 büküm olmaqla ümumilikdə 17 ədəd bükümün 08 ədədində ayrı-ayrılıqda təmiz çəkisi 1,752 qram, 1,492 qram, 2,397 qram, 3,297 qram, 0,628 qram, 1,631 qram, 0,671 qram, 4,166 qram olmaqla ümumi təmiz çəkisi 16,034 qram olan qəhvəyi rəngli, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,883 qram, 0,827 qram, 2,802 qram, 0,902 qram, 0,798 qram, 1,785 qram, 0,772 qram, 1,912 qram, 0,914 qram olmaqla ümumi təmiz çəkisi 11,595 qram ağ rəngli kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 18:25 radələrində idarə etdiyi “Renault Laguna” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə video çəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı avtomobilin arxa yük yerindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 72,067 qram, 0,803 qram olmaqla ümumi təmiz çəkisi 72,870 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd kiçik lampa, üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd kolbacıq, 02 ədəd üzərində narkotik vasitə olan heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən imzalanaraq Bakı şəhəri Nərimanov RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2024cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair kifayət qədər əsaslar və şübhələr olduğundan xx.xx.2024-cü il tarixdə, saat 16:35 radələrində saxlanılaraq Bakı şəhər Nərimanov RPİ-nə gətirilmişdir (cild 1, iş vərəqi 2).

1. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürülmə aparılması barədə tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskə məhkəmədə nümayiş edilən görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisi X5 iştirakı ilə əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd tünd göy rəngli “X11 12” markalı mobil telefonu, 01 ədəd boz rəngli “Renault Laguna” markalı avtomobilin açarını, sağ yan cibindən isə 01 ədəd boz rəngli yapışqanla bağlanmış və üzərində (4K1P) yazısı olan şəffaf rəngli sellofan və salfetə bükülmüş içərisində qəhvəyi və ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd boz rəngli yapışqanla bağlanmış və üzərində (3 K 1 P) yazısı olan şəffaf rəngli sellofan və salfetə bükülmüş içərisində qəhvəyi və ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd boz rəngli yapışqanla bağlanmış və üzərində (3K1 P) yazısı olan şəffaf rəngli sellofan və salfetə bükülmüş içərisində qəhvəyi və ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd boz rəngli yapışqanla bağlanmış və üzərində (2K1 P) yazısı olan şəffaf rəngli sellofan və salfetə bükülmüş içərisində qəhvəyi və ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd boz rəngli yapışqanla bağlanmış və üzərində (2K 1 P) yazısı olan şəffaf rəngli sellofan və salfetə bükülmüş içərisində qəhvəyi və ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd boz rəngli yapışqanla bağlanmış və üzərində (3P) yazısı olan şəffaf rəngli sellofan və salfetə bükülmüş içərisində ağ rəngli spesifik qoxuya malik maddə, 02 ədəd qara rəngli yapışqanla bağlanmış və şəffaf rəngli sellofan və salfetə bükülmüş içərisində qəhvəyi və ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd qara rəngli yapışqanla bağlanmış şəffaf rəngli sellofan və salfetə bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddə olan bükümləri çıxarıb təqdim edərək masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, həmin 09 ədəd bükümdə olan maddələri İran vətəndaşının Binəqədi rayonu Ayna Sultanova tərəfdə Əcəmi küçəsində binanın blokuna qoyduğu yerdən götürüb onları iranlının dediyi yerlərə qoymalı idi. Bükümlərin üzərində olan “K” hərfi kakos kimi təqdim edilən heroin, “P” hərfi isə patı kimi təqdim edilən metamfetamin deməkdir. Onu bu gün, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsində “Araz” marketin yaxınlığında saxlayıblar, ona qarşı heç bir fiziki və psixoloji təzyiqlər olmamış, əlavə olaraq bildirir ki, ona məxsus maşında qeyri-qanuni əşyalar vardır. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş, boz və qara rəngli yapışqana bükülmüş 09 (doqquz) ədəd içərisində spesifik qoxuya malik, maddə olan bükümlər iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 saylı möhürü ilə möhürlənib götürülmüşdür (cild 1, iş vərəqi 24-25).

2. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nin rəisinə ünvanladığı, xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, o idarə etdiyi “Renault Laguna-minik” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və baxış keçirilməsinə etiraz etməmişdir (cild 1, iş vərəqi 26).

3. Avtomobildə axtarış və götürmə aparılması barədə tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş CD diskə məhkəmədə nümayiş edilən görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçi X5 iştirakı ilə etibarnamə əsasında idarə etdiyi “Renault Laguna-minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı ona avtomobildə qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyi bildirmişlər. Bundan sonra o, avtomobilin ön saxlanc yerindən 01 ədəd tünd yaşıl rəngli üzərində (LİA NİAO TU) yazısı olan pul kisəsinin içərisindən 01 ədəd özünə məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi, 01 ədəd özünə məxsus BC037284 seriyalı sürücülük vəsiqəsi, 01 ədəd “Kapital Bank”-a məxsus 5239-1517-5466-8278 nömrəli plastik kart, 01 ədəd “Uni Bank”-a məxsus 4098-5844-9785-2986 nömrəli plastik kart, 01 ədəd 4585-8600-1671-5320 nömrəli “Bank BTB” plastik kart, 01 ədəd üzərində BA148486 seriyalı qeydiyyat şəhadətnaməsi, avtomobilin arxa yük yerində olan 01 ədəd sarı rəngi dördkünc karton qutunun içərisindən 01 ədəd qara rəngli yapışqan, 04 ədəd üzərində yazılar olan ağ rəngli vərəqlər, 01 ədəd qara rəngli dəmir qayçı, 02 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd boz rəngli elektron tərəzi, 01 ədəd göy və boz rənglərdən ibarət elektron tərəzi və 02 ədəd kustar üsulla hazırlanmış narkotik vasitəsini istifadə etmək üçün lampaları polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra avtomobilə baxış keçirilsə də, başqa heç bir şey aşkar olunmamışdır.Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə aşkar edilmiş 02 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd boz rəngli elektron tərəzi, 01 ədəd göy və boz rənglərdən ibarət elektron tərəzi və 02 ədəd narkotik vasitəsini istifadə etmək üçün lampa götürülərək zərfə qoyulub möhürlənmiş və imzalarla protokolun doğruluğu təsdiq edilmişdir. Təqsirləndirilən şəxs göstərmişdir ki, həmin narkotik vasitə heroin və psixatrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı Abbas adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində olan binaların birinin mərtəbələrarası dəhlizindən qoyulduğu yerdən götürmüş, həmin narkotik vasitə heroin və psixatrop maddə metamfetamini xırda bükümlərə bölərək Abbasın dediyi ünvanlara qoyaraq “Whatsapp” proqramı vasitəsi ilə həmin ünvanların şəklini, yerini və konumunu ona göndərməli, bunun qarşılığında Abbas onun kart hesablarına müəyyən məbləğdə pul göndərməli idi. O, narkotik vasitənin istifadəsi ilə yanaşı satışı ilə də məşğul olur, belə ki, Abbasın bundan əvvəldə göndərdiyi narkotik vasitə və psixatrop maddəni xırda bükümlərə bölüb onun dediyi ünvanlara aparıb qoymuşdur. Qutudan aşkar olunmuş kağızdakı qeydlər isə onun özünə məxsus olmaqla vərəqlərdə narkotik vasitə və psixotrop maddələrin növü və sayını yaddaşında qalması üçün yazmışdır. Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Renault Laguna-minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar olunmuş 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik maddə, 01 (bir) ədəd boz rəngli elektron tərəzi, 01 (bir) ədəd göy və boz rənglərdən ibarət elektron tərəzi və 02 (iki) ədəd kustar üsulla hazırlanmış narkotik vasitəni istifadə etmək üçün lampa iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 saylı möhürü ilə möhürlənib götürülmüşdür (cild 1, iş vərəqi 26-27).

4. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/870 saylı rəyində aşağıdakılar göstərilmişdir: - 2№-li zərfi açdıqda içərisindən 9 ədəd bükümdə 8 ədəd bükün hər birində 2 büküm olmaqla ümumi 17 ədəd bükümün 08 ədədində ayrı-ayrılıqda təmiz çəkisi 1,752 qram, 1,492 qram, 2,397 qram, 3,297 qram, 0,628 qram, 1,631 qram, 0,671 qram, 4,166 qram olmaqla, ümumi təmiz çəkisi 16,034 qram olan qəhvəyi rəngli xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,883 qram, 0,827 qram, 2,802 qram, 0,902 qram, 0,798 qram, 1,785 qram, 0,772 qram, 1,912 qram, 0,914 qram olmaqla ümumi təmiz çəkisi 11,595 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - 1№-li «** CA *** dövlət nömrə nişanlı avtomobildən….» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisindən 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 72,067 qram, 0,803 qram, ümumi təmiz çəkisi 72,870 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim edilmiş bir ədəd kiçik lampada narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli mümkün deyildir. Bir ədəd kolbacıqda psixotrop maddə metamfetaminin izləri vardır və metamfetamin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir.Rəyin tədqiqat prosesinin təsviri hissəsinə əsasən tədqiq edilmiş heroin və metamfetaminin nümunələrinin eyni olması müəyyən edilmişdir. - 3№-li zərfdə iki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli mümkün deyildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyasıhına daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyasıhına daxildir (cild 1, iş vərəqi 36-41).

5. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkarı Şahid1 daxil olan məlumat əsasında keçirilmiş əməliyyat tədbiri zamanı tanımışdır. Həmkarı Şahid1 daxil olmuş məlumatdan müəyyən olunurdu ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Müvafiq tədbirin nəticəsində xx.xx.2024-cü il tarixdə günorta saat 4-5 radələrində Təqsirləndirilən şəxs yeri barədə məlumat əsasında onu ünvan 6 ünvanın yaxınlığında yerləşən «Araz» marketin yanında sonuncu piyada gedən zaman saxlamışlar. Ona yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini tələb etmişlər. Lakin Təqsirləndirilən şəxs özünü təqdim etməkdən imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sonuncuya məxsus avtomobillə Nərimanov RPİ-nin inzibati binasına aparıb növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs maşını özü idarə etmiş, onlardan biri onun yanında oturmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, xatırladığı qədər üzərindən 9-10 büküm narkotik vasitə aşkar edilmiş, bundan sonra RPİ-nin həyətində saxladıqları Təqsirləndirilən şəxs məxsus maşina da baxış keçirilmiş və xatırladığı qədər maşından da qanunsuz narkotik vasitələr aşkar edilmişdir. Maşının hansı hissəsindən həmin vasitələrin aşkar edilməsini xatırlamır. Belə ki, həmin tədbirin üstündən bir ilə yaxın vaxt keçmiş, bu dövr ərzində o, bir çox əməliyyat tədbirlərində iştirak etmişdir. Bu iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təhqiqatçının sorğusuna cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələri Abbas adlı İİR-sı vətəndaşından əldə etmişdir. Təqsirləndirilən şəxs guya onu Xırdalan şəhərində saxlayıb Nərimanov rayonu ərazisinə gətirib buradan isə polis idarəsinə aparılması barədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. O və həmkarı Şahid1 Təqsirləndirilən şəxs məhz ünvan 6 ünvanın yaxınlığında yerləşən «Araz» marketin yanında saxlamışlar. Tədbirdə ondan və Şahid1 başqa digər əməkdaş və yaxud da əməkdaşlar iştirak etməmişdir.

6. Məhkəmədə şahid qismində dindirilmiş Saatlı RPŞ-nin əməliyyat müvəkkili Şahid1 Bərhəm oğlu ifadəsində göstərmişdir ki, hazırda Saatlı RPŞ-də xidmət edir, lakin hadisə baş verən zaman Bakı şəhəri, Nərimanov RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə ona etibarlı mənbədən məlumat daxil olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə edərək onları ayrı-ayrı ünvanlara yaymaq üçün «zakladka»-lara yerləşdirir. Aldığı məlumat əsasında əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, rəhbərliyin əmri ilə o və həmkarı Şahid2 ibarət əməliyyat qrupu yaradılmaqla onlar 13 fevral 2024-cü il tarixdə saat 16:35 radələrində Təqsirləndirilən şəxs ünvan 8 ünvanın yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğundan şübhələndiklərini bildirib onu idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə Nərimanov RPİ-nin inzibati binasına gəlmişdir. İnzibati binada Təqsirləndirilən şəxs baş təhqiqatçı Mirsaleh Cavadova təqdim etmişlər. Polis İdarəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə hüquqlarını müdafiə etmək üçün müdafiəçinin xidmətindən istifadə etmək hüququnun olması izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və sonuncu buna etiraz etməmişdir. Polis idarəsinin xidməti otağında videoçəkilişlə Təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd tünd göy rəngli “X11 12” markalı mobil telefonu, 01 ədəd avtomobil açarını, sağ yan cibindən isə ümumilikdə 9 bükümdə olmuş üzərlərində «kola» və «patı» olmasını bildirən yazılar olan maddələri özü masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin bükümlərdəki heroinlə metamfetamindir, onları İİR-sı vətəndaşı olan Abbas adlı şəxsin başqa bir şəxs vasitəsilə zakladka olunmuş yerdən götürüb Abbasın bildirdiyi ünvanlara paylamı idi. Bunun müqabilində ona kartına 1.000 manat pul köçürülməli idi. Təqsirləndirilən şəxs üzərindən götürülmüş həmin 9 ədəd büküm zərfə qoyulub möhürlənmiş, sonra baxışa dair protokol tərtib edilmiş, həm zərfin üzəri, həm də protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən heç bir qeyd verilmədən imzalanmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olan “Renault Laguna-minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı maşından avtomobilin ön saxlanc yerindən 01 ədəd tünd yaşıl rəngli pul kisəsinin içərisindən şəxsiyyət vəsiqəsi, 01 ədəd özünə məxsus sürücülük vəsiqəsi, bir neçə ədəd bank kartları, avtomobilin arxa yük yerində olan 02 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik maddə və 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı Abbas adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində olan binaların birinin mərtəbələrarası dəhlizindən qoyulduğu yerdən götürmüş, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xırda bükümlərə bölərək Abbasın dediyi ünvanlara paylamalı idi. Bunun müqabilində Abbas onun kartına 1000 manat pul köçürməli idi. Avtomaşına keçirilən baxışa dair protokol tərtib edilmiş, maşından aşkar edilmiş qanunsuz əşyalar və tərəzilər isə qablaşdırılaraq möhürlənmiş, həm protokol, həm də zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs iranlı Abbasın 3-cü kuryeridir. Təqsirləndirilən şəxs əvvəlki kuryerlərini onlar saxlayaraq məsuliyyətə cəlb etmişlər. Elçinin qanunsuz əşyaları götürdüyü yerə narkotik və psixotrop maddələri Elçindən əvvəlki 2-ci kuryer yerləşdirmişdir.

7. Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3397 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 140-141).

8. Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1406 nömrəli rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 149-151).

9. Bakcell MMC-dən xx.xx.2024-cü il tarixli, BKC/LGL 8292/24 nömrəli məktubla alınmış 01 ədəd DVD-R diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrəsinə giriş və çıxış zənglərinin siyahısından müəyyən olunur ki, qeyd olunan mobil nömrənin SMS detallaşmasında xx.xx.2024-cü il tarixdə saat 11:48:26 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrəsindən özünün istifadəsində olmuş ***-***-**-** saylı digər GSM mobil nömrəsinə mesajlar göndərildiyi, həmin mesajda «3k1px2 2k1px2 1k2px2 4k1p 3kx2 4k 5k 3px2» sözləri yazıldığı, xx.xx.2024-cü il tarixdə saat 15:36:27 dəqiqədə ***-***-**-** GSM mobil nömrəsinə mesaj göndərildiyi və həmin mesajda 5239 1517 5466 8278 bank kartının nömrəsi göstərilmişdir (cild 1, iş vərəqi 169).

10. Azərcell MMC-dən xx.xx.2024-cü il tarixli, 11582 nömrəli məktubla alınmış 01 ədəd DVD-R diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrəsinə giriş və çıxış zənglərinin siyahısından müəyyən olunur ki, qeyd olunan zənglərin siyahısına baxış zamanı xx.xx.2024-cü il tarixdə saat 11:48:26 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı digər GSM mobil nömrəsinə ***-***-**-** saylı GSM mobil nömrəsindən mesaj göndərildiyi, həmin mesajda «3k1px2 2k1px2 1k2px2 4k1p 3kx2 4k 5k 3px2» sözləri yazıldığı göstərilmişdir (cild 1, iş vərəqi 170).

11. Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 16,034 qram heroin, 84,465 qram metamfetamin, iki ədəd elektron tərəzi, içərisində narkotik vasitə heroinin izləri olan bir ədəd kiçik lampa, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd kolbacıq, bir ədəd “X11 12” markalı mobil telefon, 02 ədəd DVD disk, 04 ədəd qeydiyyat aparılmış vərəqlər, Bakcell MMC-dən xx.xx.2024-cü il tarixli BKC/LGL 8292/24 nömrəli məktubla alınmış 01 ədəd DVD-R diski və Azərcell MMC-dən xx.xx.2024-cü il tarixli, 11582 nömrəli məktubla alınmış 01 ədəd DVD-R diski sübut əhəmiyyəti olduğundan maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 15,874 qram heroin, 84,245 qram metamfetamin, iki ədəd elektron tərəzi və bir ədəd “X11 12” markalı mobil telefon saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 02 ədəd DVD disk, 04 ədəd qeydiyyat aparılmış vərəqlər, 02 ədəd mobil operatorlardan əldə edilmiş DVD-R diskləri cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqi 172-185).

12. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçmiş Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, sonuncu məhkəməyə verdiyi izahatında bildirmişdir ki, narkotik vasitəni İİR vətəndaşından almış, aşkar edilmiş tərəzilər özünə məxsusdur, iranlı tərəfindən deyilmiş ünvanlara narkotik vasitələri yerləşdirən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır.

13. İbtidai araşdırma orqanının xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, “Abbas” adlı şəxsin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 187-188).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

14. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, psixotrop maddə olan patıdan istifadə edirdi. İki oğlu var, yaşları 30-dan yuxarıdır, nəvələri də vardır. Hadisə günü özünə məxsus maşınla Xırdalan şəhərində yaşadığı evin yaxınlığında olan «Narıncı» marketə getmiş, marketdən çıxan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu özlərinə məxsus VAZ -2107 markalı maşınla idarəyə aparmışlar. Onun maşınını isə polis əməkdaşları özləri idarə edərək polisə aparmışlar. Orada maşınında olan gödəkcəsini əyninə geyindirmişlər və üzərinə baxış zamanı çox sayda bükümlər aşkar edilmişdir. Həmçinin maşının yük yerindən də narkotik aşkar edilmişdir. Nə gödəkcədə, nə də maşında aşkar edilmiş qanunsuz əşyalar ona məxsus deyildir. Onları polis əməkdaşları maşina və gödəkcəsinin cibinə yerləşdirmişlər. Ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, o, istifadəsində olan maşınla sərnişin daşıması ilə məşğul olurdu, onu xx.xx.2024-cü ildə saat 13-də Xırdalan şəhərində marketin yanında saxlamışlar, həmin polis əməkdaşlarını əvvəllər tanımamış, onlardan 2 nəfər ona yaxınlaşıb özlərini təqdim etmiş, bir nəfər də sürücü olmuşdur. Onlardan soruşmuşdur ki, nə baş verib, dedilər «gedək polisdə aydınlaşdırarıq». Onu polislər öz maşınları ilə Nərimanov RPİ-nə apardılar, maşınını da polislər gətirdilər. Orada onu 2-3 saat gözlədikdən sonra təhqiqatçı gəldi, vəkil dəvət edərək onun üzərinə və polisin həyətində saxlanılan maşınına baxış keçirdilər. İstər gödəkcədə, istərsə də də maşından aşkar edilmiş qanunsuz əşyalar ona məxsus deyildir. O, onlara bu maddələrin ona məxsus olmadığını demişdir. Belə ki, saxlanılan zaman kurtkası maşında olmuş, ciblərində heç nə yox idi. Kurtkasının ciblərinə bükümləri və maşının yük yerinə narkotiki polislər qoymuşlar. Onun saxlanılan zaman üzərində heç bir qanunsuz əşya olmayıb. Onun Abbas adlı iranlı ilə heç bir əlaqəsi olmamışdır.

15. Müdafiəçi2 məhkəmə iclasında vermiş olduğu vəsatəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Təhlükəsiz şəhər” X1 sorğu göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən alınmış 3/2-5026/25 nömrəli xx.xx.2025-ci il sorğuya cavab məktubundan müəyyən olunur ki, arxivlərin saxlanılma müddətinin bitdiyindən ünvan 9 ünvanında, yəni “Araz” marketin yanında və ətrafında yerləşdirilən müşahidə kameralarından xx.xx.2024-cü il tarixdə saat 12:00-dan 17:00-dək olan müddəti əhatə edən videogörüntünün təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir (cild 2, iş vərəqi 77).

16. Müdafiəçisi Müdafiəçi2 yazılı vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş 050-304- 64-35 və ***-***-**-** saylı mobil nömrələrə və Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə tarixdə daxil olan və çıxan zənglər, siyahıdakı hər bir abonent barədə məlumatlar bu nömrələrdən zəng olunan və bu nömrələrə zəng gələn zaman nömrələrin hansı ötürücü antenin əhatə dairəsində olması, göndərilən və qəbul edilən SMS-lərin mətnləri barədə məlumatlar müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilməsi ilə bağlı qərar qəbul etmişdir (cild 2, iş vərəqi 83-84).

17. Azercell MMC-nin xx.xx.2025-ci il tarixli 4045 saylı məktubu və həmin məktuba əlavə edilmiş CD disk 11 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında tədqiq edildikdə müəyyən olunmuşdur ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsusdur, ***-***-**-** saylı mobil nömrə isə Şahid1 Bəhram oğluna məxsusdur. Qeyd olunan nömrələrin xx.xx.2024-cü il tarixdə anten dairələrinə dair məlumatlardan müəyyən olunur ki, Şahid1 Bəhram oğluna məxsus ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 12.30-da Abşeron rayonu, Xırdalan şəhəri, Bülbül küçəsi 7-ni göstərir. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 13.15-də Abşeron rayonu, Xırdalan şəhəri, Bülbül küçəsi 7-ni göstərir. İlk anten dairə məlumatlarından adları keçən hər iki şəxsin eyni ərazi hüdudlarında olması müəyyən olunur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:23-də artıq Bakı şəhəri Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 23-dədir, Şahid1 Bəhram oğluna məxsus ***-***-**-** saylı mobil nömrənin anten dairəsi isə xx.xx.2024-cü il tarixdə iki dəfə Bakı şəhəri Nərimanov rayonu ərazisində, saat 08:26 radələrində və saat 21:17-də olduğu müəyyən olunmuşdur (cild 2, iş vərəqi 98-100; 106- 109).

18. Bakcell MMC-nin xx.xx.2025-ci il tarixli BKC/LGL-3304/25 saylı məktubu və həmin məktuba əlavə edilmiş CD disk 11 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında tədqiq edildikdə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus olan ***- ***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 14:57 radələrinədək Abşeron rayonu Xırdalan şəhəri olmuş, həmin tarixdə saat 15:59-da Bakı şəhəri Nərimanov rayonu, daha dəqiq və ən son göstərici isə saat 16:22 radələrində Bakı şəhəri Nərimanov rayonu 1936-cı məhəllə, Ağa Neymətulla və Çenyayevski küçəsinin kəsişməsində olmuşdur (cild 2, iş vərəqi 101-102; 110-114).

19. Əldə olunmuş mobil operatorun məlumatı ilə əlaqədar Şahid1 Bəhram oğlu əlavə ifadə verərək göstərmişdir ki, Azercell MMC-nin xx.xx.2025-ci il tarixli 4045 saylı məktubu və həmin məktuba əlavə edilmiş CD disk ona nümayiş etdirilmiş, orada əks olunan məlumatlarla razıdır. Belə ki, Azercell MMC-dən daxil olmuş məlumatlardakı ***- ***-**-** saylı mobil nömrə ona məxsusdur. O, xx.xx.2024-cü il tarixdə səhər tezdən Təqsirləndirilən şəxs yerini müəyyən etmək üçün səhər saatlarında Xırdalan şəhərində olmuş, həmin vaxt tək olmuş, Təqsirləndirilən şəxs yerini müəyyən etmək üçün bir neçə saat Xırdalan şəhərində ara məhlələrdə gəzmiş, lakin Təqsirləndirilən şəxs yaşadığı ünvanı tapa bilməmişdir. Xırdalana Təqsirləndirilən şəxs yerini müəyyən etmək üçün tək getmiş, məhlələr qarışıq olduğu üçün ünvanı tapa bilməmişdir. Bu səbəbdən Bakı şəhərinə qayıtmış, bu zaman ona məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Nərimanov rayonunun ərazisinə gəlir. Təqsirləndirilən şəxs Bakı şəhərinə gəldikdən sonra onu Nərimanov rayonu, Ağa Nemətulla küçəsində kameranın altında saxlamışlar. Təqsirləndirilən şəxs saxlama yeri Nərimanov rayonu Ağa Nemətulla küçəsi TŞK-nın altında olub. Adətən, axtardıqları şəxsin yaşadığı ünvan bəlli olduğu zaman həmin ünvanı müşahidəyə almaqla şəxs ünvandan çıxanda onu saxlayırlar. Qeyd etmək istəyir ki, Xırdalan şəhərində olduğu zaman Elçini orada görməmişdir.

20. Əlavə olaraq Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı nömrə sahibinə xx.xx.2023-cü il saat 12:43-də özündə “**********668278.kapital” sözlərini, xx.xx.2024-cü il tarixdə saat 11:48-də Təqsirləndirilən şəxs özünə məxsus olan “Azərcell” mobil operatorunda qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrəsinə “3k1px2 . 2k1px2 . 1k2px2 . 4k1p . 3kx2 . 4k . 5k . 3px2 . 4p. .” sözlərini, xx.xx.2024-cü il tarixdə saat 15:36:27-də özünə məxsus ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “5239 1517 5466 8278” sözlərini və eyni tarixdə 15:36:32-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrəyə “5239 1517 5466 8278” sözləri yazılan ismarıc göndərilmişdir (cild 2, iş vərəqi 111).

21. Təqsirləndirilən şəxs və polis əməkdaşı Şahid1 Bəhram oğlunun anten dairə məlumatları onların adına “Azercell” mobil operatorunda, o cümlədən Təqsirləndirilən şəxs adına olan "xxxx" mobil operatorunda qeydiyyatda olan mobil nömrələrə daxil olan və ya onlardan çıxan zənglərə və ismarıclara, internet provayderindən daxil olan bildirişlərə əsasən müəyyənləşdirilir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

22. CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

24. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

27. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

28. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

28. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

29. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

30. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

31. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

32. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

33. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

34. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

35. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

36. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

37. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

38. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

39. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

40. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

41. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

42. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

43. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

44. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

45. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, mobil operatorlardan əldə edilmiş DVD-R disklərinə baxış nəticəsində təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrə çıxan və daxil olan sms yazışmalarının, təqsirləndirilən şəxsin avtomaşının yük yerindən karton qutudan narkotik vasitə, elektron tərəzilər (2 ədəd) və özünün qeydiyyat apardığı vərəqələrin aşkar edilməsi onu təsdiq edir ki, o narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmuş, onun üzərinə və avtomaşınında qeyd olunan vasitə və maddələr onun özünə məxsus olmaqla Təqsirləndirilən şəxs məhkəməyədək müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri, ekspertiza rəyləri, həmçinin üzərinə və avtomaşınına baxış zamanı aşkar olunmuş əşyaları könüllü təqdim etməsi protokol və disklərlə ona verilmiş ittihamı tam təsdiqini tapmışdır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq və üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin bükümlər halında olması, avtomobilində aşkar edilmiş elektron tərəzilər və elektron tərəzilərin üzərində narkotik vasitə və psixotrop maddələrin tozlarının olmasını təsdiq edən məhkəmə-kiməyvi ekspertizasının rəyi və digər sübutlar narkotik vasitə və psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Təqsirləndirilən şəxs avtomobilində aşkar edilmiş narkotik vasitə və psixtrop maddələrin istifadə edilməsi üçün lampa və kolbacıqların olması və həmçinin bu əşyaların üzərində narkotik vasitə və psixotrop maddələrin izlərinin olması və məcburinarkoloji ekspertizası rəyi onun narkotik vasitə və psixotrop maddə istifadəçisi olmasının göstəricisidir.

46. Narktoik vasitə və psixtrop maddələrin təqsirləndirilən şəxsin üzərindən və idarə etdiyi avtomobildən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 26-cı bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

47. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 34-38-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

48. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Beləki, işdə olan sübutlarla təsdiq olunur ki, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürülmə aparılması prosesi zamanı Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki və psixoloji təzyiq göstərilmədən 09 ədəd bükümdə olan maddələri İran İslam Respublikasının vətəndaşı olan Abbas adlı şəxsin vasitəsi ilə qoyulduğu Binəqədi rayon ərazisindən götürdüyünü, götürdükdən sonra isə ayrı-ayrı bükümlərə bölərək Abbasın verdiyi sifariş üzrə “Whatsapp” proqramı vasitəsi ilə göndərdiyi ünvanlara yerləşdirdiyini bildirmiş, özünə məxsus olan ***-***-**-** və ***-***-**-** saylı nömrələrə daxil olan və çıxan sms yazışmalarında narkotik vasitə və psixotrop maddələrin adlarının qısa formada əks olunduğu mətnlər, ondan elektron tərəzilərin aşkar edilməsi, təqsirləndirilən şəxsin özünün qeydiyyat apardığı vərəqələrin mətni onun fəaliyyətinin narkotik vasitə və psixotrop maddənin əldə edilməsi və realizə olunması ilə bağlı olduğunun göstəricisidir.

49. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, məhkəmə təqsirləndirilən şəxs ittihamda göstərilən halların mövcud olmadığını, üzərində və avtomobilində aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmadığını, üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, onun polis əməkdaşları tərəfindən Bakı şəhəri Nərimanov rayonu ərazisinə Xırdalan şəhəri ərazisində saxlanılaraq gətirilməsini, onun saxlanılan zaman üzərində heç bir qanunsuz əşya olmadığını, Abbas adlı iranlı ilə heç bir əlaqəsi olmadığına dair ifadələrini həqiqətə uyğun olmayan ifadələr kimi, məhkəməyədək isə müdafiəçisinin iştirakı ilə üzərində və avtomaşınına baxış zamanı, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini həqiqətə uyğun ifadələr kimi qiymətləndirir. 50.Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ilkin olaraq Abşeron rayonu Xırdalan şəhərində saxlanıldıqdan sonra Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsinə gətirilərək sənədləşdirilməsinə dair ifadəsinin və Azercell MMC-nin xx.xx.2025ci il tarixli 4045 saylı məktubunda Təqsirləndirilən şəxs və polis əməkdaşı Şahid1 yaxın zaman kəsiyində Abşeron rayonu, Xırdalan şəhəri, Bül-bül küçəsi 7-də olmalarının aydınlaşdırılması ilə əlaqədar əlavə ifadə vermiş Şahid1 göstərmişdir ki, Azercell MMC-nin xx.xx.2025-ci il tarixli 4045 saylı məktubu və həmin məktuba əlavə edilmiş CD disk ona nümayiş etdirilmiş, orada əks olunan məlumatlarla razıdır. Belə ki, Azercell MMC-dən daxil olmuş məlumatlardakı ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. O, xx.xx.2024-cü il tarixdə səhər tezdən Təqsirləndirilən şəxs yerini müəyyən etmək üçün səhər saatlarında Xırdalan şəhərində olmuş, həmin vaxt tək olmuş, Təqsirləndirilən şəxs yerini müəyyən etmək üçün bir neçə saat Xırdalan şəhərində ara məhlələrdə gəzmiş, lakin Təqsirləndirilən şəxs yaşadığı ünvanı tapa bilməmişdir. Xırdalana Təqsirləndirilən şəxs yerini müəyyən etmək üçün tək getmiş, məhlələr qarışıq olduğu üçün ünvanı tapa bilməmişdir. Bu səbəbdən Bakı şəhərinə qayıtmış, bu zaman ona məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Nərimanov rayonunun ərazisinə gəlir. Təqsirləndirilən şəxs Bakı şəhərinə gəldikdən sonra onu Nərimanov rayonu, Ağa Nemətulla küçəsində kameranın altında saxlamışlar. Təqsirləndirilən şəxs saxlama yeri Nərimanov rayonu Ağa Nemətulla küçəsi TŞK-nın altında olub. Adətən, axtardıqları şəxsin yaşadığı ünvan bəlli olduğu zaman həmin ünvanı müşahidəyə almaqla şəxs ünvandan çıxanda onu saxlayırlar. Qeyd etmək istəyir ki, Xırdalan şəhərində olduğu zaman Elçini orada görməmişdir.

51. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 28, 38,39, 40, 41-ci bəndlərindəki normativ aktlara əsasən).

52. Analoji dəyərləndirmədən çıxış edərək məhkəmə Təqsirləndirilən şəxs ifadələrini həqiqətə uyğun olmayan ifadə kimi dəyərləndirir.

53. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə və psixotrop madənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halda olmasını, üzərindən həmçinin 2 ədəd elektron tərəzilərin aşkar olunmasını, mobil operatorların məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinin əks etdirən sms mətnlərinin olmasını və axtarış zamanı buna oxşar qeydiyyat vərəqələrinin mövcudluğu, ekspertiza rəyləri, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.

54. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 25-ci bəndi).

55. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

56. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 18, 19, 20, 21-ci bəndləri).

57. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

58. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 170-171).

59. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

60. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 22-ci bəndi).

61. İşdə olan tutma protokolundan və məhkəmə qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:20-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2024cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 17-18, 88-93). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (qərarın 23, 29 və 30-cu bəndləri).

62. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

63. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 13 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

64. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

65. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 15,874 qram heroin, 84,245 qram metamfetamin, iki ədəd elektron tərəzi, içərisində narkotik vasitə heroinin izləri olan bir ədəd kiçik lampa, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd kolbacıq məhv edilməli, bir ədəd “X11 12” markalı mobil telefon sübuti əhəmiyyət daşımadığından təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 04 ədəd təqsirləndirilən şəxs tərəfindən qeydiyyat aparılan vərəqələr, 02 ədəd CD disk və 02 ədəd mobil operatorlardan əldə edilmiş DVD-R disklər cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 31-ci bəndi).

66. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

67. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 32-ci bəndi).

68. Təqsirləndirilən şəxs Müdafiəçi3 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi3 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi3 üçün isə 450 AZN (dörd yüz əlli) manat pul Bakı şəhəri 26 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 15,874 qram heroin, 84,245 qram metamfetamin, iki ədəd elektron tərəzi, içərisində narkotik vasitə heroinin izləri olan bir ədəd kiçik lampa, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd kolbacıq məhv edilsin, bir ədəd “X11 12” markalı mobil telefon sübuti əhəmiyyət daşımadığından təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 04 ədəd təqsirləndirilən şəxs tərəfindən qeydiyyat aparılan vərəqələr, 02 ədəd CD disk və 02 ədəd mobil operatorlardan əldə edilmiş DVD-R disklər cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi3 üçün 450 AZN (dörd yüz əlli) manat pul “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs oğluna isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Rasim Sadıxov Hakimlər Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar