Məhkəmə qərarları › İş №1(101)-345/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-345/2020

21.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-345/2020 21.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: x3, dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Qanuni nümayəndə, müdafiəçi: Bakı şəhər 06 saylı vəkil bürosunun vəkili x4, nümayəndə: Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, 07 avqust 1986-cı ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xüsusi amansızlıqla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq soyuq silah əldə etmə, gəzdirmə cinayətilərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 iyul 2019-cu il tarixdə saat 02 radələrində ünvan 4 ünvanında arvadı Qanuni nümayəndə mobil telefonla “İnstaqram” sosial şəbəkəsində başqa şəxsə mesaj yazmasından narazı qalaraq bunu irad tutub bəhanə edərək, əsaslı səbəb olmadan, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymamazlıq nümayiş etdirərək, qanunsuz olaraq əldə edib üzərində gizlədib gəzdirdiyi soyuq silah hesab olunan bıçağı silah qismində istifadə edərək, Qanuni nümayəndə ilə birgə nikahdan doğulmuş azyaşlı övladları: xx xxxxxx 2013-cü il təvəllüdlü oğlu Şahid3, xx xxxx 2011-ci il təvəllüdlü qızı Şahid4 və Qanuni nümayəndə anası Şahid1 gözləri qarşısında, uşaqların qorxub ağlamasına və onlara iztirab verməsini dərk etməsinə baxmayaraq, xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə Qanuni nümayəndə həmin bıçaqla qəsdən döş qəfəsinin sağ yarısından və qarın boşluğundan iki dəfə vurduqdan sonra evdən çıxaraq kömək üçün küçəyə qaçmış Qanuni nümayəndə arxasından qaçaraq, yuxarıda göstərilən ünvandakı evin qarşısındakı küçədə sonuncunun qardaşı Şahid2 və digər insanların gözləri qarşısında əlində olan bıçaqla daha bir dəfə Qanuni nümayəndə qarın boşluğundan vuraraq, ona döş qəfəsinin sağ yarısının ön səthində, qarının ön səthində, qarın boşluğuna nüfuz edərək qaraciyərin V seqmentini zədələyən deşilmiş-kəsilmiş yaraları ilə nəticələnməklə yetirildiyi anda Qanuni nümayəndə həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla qəsdən sağlamlığına ağır zərər vurmuşdur.Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respubilkası CM-nin 126.2.3, 126.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsin 126.2.3, 126.2.4 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 2010-cu ildən Qanuni nümayəndə ilə ailə həyatı qurmuşdur. O, ailəsi ilə birlikdə Xəzər rayonu Şağan qəsəbəsində yaşayırmış. O, çevik polis alayında işləyib, ailəsini dolandırıb. Ülviyə uşaqları ilə anasının Binəqədi qəsəbəsində yaşadığı evə köçmüşdür. O, Ülviyədən şübhələnirdi ki, onu aldadır, amma əlində sübut olmamışdır. O, Ülviyəyə şüphələri barədə heç nə demirmiş. Yaqub adında tanışı ona demişdir ki, “səni özümlə Rusiyaya aparım orada işləyək və bir müddət sonra yenidən qayıdarsan”. Oda düşünmüşdür ki, Rusiyaya getsə uşaqlarını görə bilməyəcəkdir. O, 7-8 ay olmuşdur ki, uşaqlarını görmürmüş. O, uşaqlarını görmək məqsədilə 02 iyul 2019-cu il tarixdə Ülviyənin anasının yaşadığı evə getmiş, içəriyə girmiş həyətdə ustanın işlədiyini görmüşdür. O, otaqlara girmiş görmüşdür ki, uşaqlar yatıb. O, uşaqları oyadıb üz-gözlərindən öpmüşdür. Ülviyə onun nömrəsini öz telefonunda qara siyahıya salmışdı deyə, o, zəng edib uşaqlarının səsini eşidə bilmirmiş, o, oğlu, İbrahimə anasının telefonunu gətirməyi demiş, İbrahim telefonu gətirib ona vermişdir. O, telefona baxarkən Ülviyənin yazışmalarını və həmin yazışmaların arxasınca daha bir neçə pis şeylər görmüşdür. O, telefonu kənara qoymuş, Ülviyənin anası Balaxanıma demişdir ki,” gül kimi ailəmi namusla saxlayırdım, niyə ailəmi dağıtdın”. Ülviyə içəridə qışqıraraq çölə qaçmış deyə, oda Ülviyənin arxasınca çıxmış, qapının qarşısında Ülviyəni tutmuş və bıçaqla vurmuşdur. O, Balaxanımın binanın tini ilə qışqıra-qışqıra gəldiyini görmüş, qonşuların səsə toplaşmasından utandığı üçün oradan uzaqlaşmışdır. Sonra könüllü olaraq Binəqədi rayonu 4-cü Polis şöbəsinə gəlmiş məlumat vermişdir ki, o Ülviyəni bıçaqlamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, zərərçəkmiş şəxsi, şahidləri dindirib, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, onun Təqsirləndirilən şəxs ilə normal ailə həyatı olmayıb. Amil əvvəllər polis işçisi olmuşdur, Amilin əxlaqsız hərəkətlərinə görə polis adına ləkə gətirdiyi üçün polis sıralarından uzaqlaşdırılmışdır. Amil işdən uzaqlaşdırıldıqdan sonra daha dözülməz olmuşdur. O, Amilin anasına deyirmiş ki, “Amil evə gəlmir, tüfeyli həyat yaşayır”. Amilin anası da oğlunun bu hərəkətlərinə reaksiya vermirmiş. Bir müddət sonra Banditizim Amili tutmuş, Amil Banditizimdən çıxdıqdan sonra yenidən tüfeyli həyat yaşamışdır. O, Amilin telefonunda bir qadınla şəklini görmüş, həmin şəkili gördükdən sonra, o, Amilə demişdir ki, “səndən ayrılacam”. O, Amildən boşanmaq üçün ərizə vermiş, sonra Amil gəlib pəncərələrinin şüşələrini qırmışdır. Bir müddət sonra Amil ona yalvarmışdır ki, Amili bağışlasın, o, ailəsini dağıtmamaq üçün Amillə barışmışdır. O, uşaqları ilə çox pis şəraitli evdə yaşayırmış, həmin ev acınacaqlı vəziyyətdə imiş, evin şəraiti yox imiş. O, Amilin anasına və atasına evlərinin vəziyyəti haqda deyib kömək istəsə də əhəmiyyət verməyiblər. Amil evdə uşaqlarının yanında narkotik vasitədən istifadə edirmiş. Amil soyuducuda saxladığı qara saqqıza bənzər maddəni çaya qataraq içirmiş deyə daha da aqressiv olurmuş. Oğlu gedib Amilə “ata hamının atası işləyir sən niyə işləmirsən” dediyi üçün Amil uşağın bu sözünə acıqlanıb İbrahimi başının üstünə qaldırıb yerə vurmuşdur. O, Amilə “uşaqdır heç nə başa düşmür niyə elə vurursan” demişdir. Anası Balaxanımgildə usta işlədiyindən evin qapıları örtülü imiş, gözləmədikləri anda Amil qapını açıb içəri girmiş, uşaqlarını görməyə gəldiyini demiş, Amil Uşaqlar yatan vaxt onları yuxudan oyadıb öpmüşdür. Sonra evin ortasında oturmuş, günəbaxan tumu yeyərək qabığını evə tökməyə başlamışdır. O, isə Amilə iradını bildirmişdir ki, “bura evdir zibillik deyil niyə evi batırırsan”. Amil oğlu İbrahimə, “get ananın telefonunu zaryatkaya qoyduğu yerdən gətir” demişdir. Otaqlarda usta işlədiyi üçün uşaq telefonu gətirə bilməmişdir deyə Amil özü gedib telefonu götürmüşdür. Amil telefonda paltar bəyəndiyi “instaqram səhifəsindən” mesajları başqa cür oxumuş ki, guya o, kiməsə sevgidən yazıbmış. Amil telefonu yerə qoyub anasına demişdir ki, “ailəmi sən dağıtdın”. Amil əlində bıçağı fırlayararaq, “Balaxanım sənin qızını öldürəcəm”. Amil anasının üzərinə hücum çəkəndə anasının qarşısına keçərkən onu vurmuşdur. O, çölə qaçmışdır. Qaçarkən hiss etmişdir ki, bədənindən qan axır. Amil arxasınca gələrək küçədə ona bir neçə bıçaq zərbəsi vurmuşdur. Amil onu vurduqdan sonra dayanıb ölümünü gözləyirmiş. Səs-küyə qonşular gəlmiş deyə Amil hadisə yerindən uzaqlaşmışdır. Onu qonşular xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qızı Ülviyə 2010-cu ildən Təqsirləndirilən şəxs ilə ailəlidir, onların evliliyi mübahisələr və davadalaşdan ibarət olurmuş. Bu səbəbdən Ülviyə Amildən boşanmaq üçün ərizə vermişdir. Gecə saat 11 radələrində həyətdə ustalar işləyirmiş. Amil darvazadan içəri girmiş darvazaya söykənib gözləmişdir ki, birdən o, səs-küy salar. Sonra Amil içəri girmiş, otaqların işıqlarını yandıraraq otaqlara baxmışdır. Amil qızı və nəvələri olan otağa girmiş, uşaqları oyadıb üzlərindən öpmüşdür. Amil otağın ortasında oturub günəbaxan tumu yeyərək qabığını yerə tökməyə başlamışdır. Amil əlindəki bıçağı göstərib deyirmiş ki, “Balaxanım sənin qızını ürəyindən vurub öldürəcəm”. Amil nəvəm İbrahimə, “get ananın telefonunu gətir” demiş, o, isə ustanın işlədiyini, digər otağa keçib telefonu götürə bilməyəcəyini demişdir. Sonra Amil özü telefonu gətirmiş, Amil Ülviyənin telefonuna baxaraq mesajları təhrif edilmiş qaydada, yalandan oxumuşdur. Sonra qızı həmin mesajların şəklini çəkərək telefonu da Amilə vermiş demişdir ki, “get yenidən həmin mesajları oxu yalandan mənə şər atma”. Sonra Amil onu təhqir etməyə başlamışdır, üzərinə gəldiyi an Ülviyə onu qorumaq üçün Amilin qarşısına keçmişdir. Amil Ülviyəni bıçaqla vurmuş, evləri tamam qan olmuşdur. Ülviyə çölə qaçmış, Amil də Ülviyənin arxasınca çıxmışdır. Çöldə də Amil Ülviyəni bıçaqla vurmuşdur. Ülviyə çöldə qonşuları kömək etsinlər deyə çağırırmış. Amil qızını bıçaqla vurduqdan sonra kənarda dayanıb Ülviyənin ölümünü gözləyirmiş, qonşular səs-küyə çıxdıqdan sonra Amil hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayından Ülviyə uşaqları ilə Amillə yaşamaqdan imtina edərək onun evinə köçərək onlarla yaşamağa başlamışlar. 01 iyul 2019-cu il tarixdə saat təxminən 23 radələrində Amil onlara gələrkən o, həyətlərində usta işlədiyi üçün ustanın yanında olmuşdur. Bacısı Ülviyə evdə televizora baxırmış, uşaqlar isə yatmışlar. 02 iyul gecə saat 1 radələrində Ülviyənin qışqırmasını eşitmiş, evə girmək istəyəndə Ülviyə qaçaraq küçəyə çıxmışdır. Amildə onu kənara itələyərək Ülviyənin arxasınca küçəyə qaçmışdır. O, Amil və Ülviyənin arxasınca küçəyə qaçmışdır. Küçəyə çıxdığı vaxt görmüşdür ki, Amil Ülviyəni tutub bıçaqla vurubdur. O, onlara yaxınlaşmaq istəyəndə Amil demişdir ki, “gəlsən səni də vuracam”. Sonra Amil kənarda durub Ülviyəyə baxmağa başlamışdır, səs-küyə qonşuların gəlməsindən sonra Amil oradan qaçmışdır. Sonra Ülviyəni xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Atası evə gəlib qardaşını və onu yuxudan oyadıb üzlərindən öpmüşdür. Atası əlində bıçaq gətirmiş, qardaşına “get ananın telefonunu gətir” demişdir. Nənəsi isə digər otaqda usta işlədiyi üçün İbrahimin telefonu gətirə bilməyəcəyini demiş, sonra atası özü anasının telefonunu götürməyə getmişdir. Anasının telefonunu bir qədər qurdalamış sonra bir şey tapa bilmədiyi üçün kənara qoymuşdur. Atası qışqıraraq nənəsinə deyirmiş ki, “sənin qızının ürəyindən vuracam”. Atası nənəsi ilə mübahisə etmiş və nənəsinin üstünə gedən zaman anası nənəsinin qarşısına keçmişdir, atası anasını bir dəfə bıçaqla vurmuşdur. Sonra anası küçəyə qaçmış, atası da anasının arxasınca küçəyə qaçan zaman dayısınıda pilləkənlərdən itələyib yıxmışdır. İbrahimlə o, dayısına yalvarmışlar ki qoymasın anası ölsün. Dayısı onları anasının yanına aparan zaman atası orada yox imiş, onlar, anasını qucaqlamış, onların əlləri qan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bacısı Sevinc ilə yatmışlar, atası gəlib onları yuxudan oyadıb üzlərindən öpmüşdür. Sonra atası günəbaxan tumlarını yeyərək evin ortasına tökməyə başlamışdır. Anası da atasına demişdir ki, “bura zibillik deyil evdir niyə tumu yeyib evə tökürsən”. Sonra atası digər otağa gedərək nəisə axtarmağa başlamışdır, otağa girərək nənəsinə demişdir ki, “sənin qızının ürəyindən vuracam”. Atası anasını bıçaqla bir dəfə vurmuşdur, sonra anası çölə qaçmışdır. Onlar dayısına demişlər ki, onları anasının yanına aparsın, dayısıda onları analarının yanına aparmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 02.07.2019-cu il tarixli “Maddi sübutun könüllü təqdim edilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.07.2019-cu il tarixdə arvadı Qanuni nümayəndə vuraraq xəsarət yetirdiyi 01 ədəd bıçağı künüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. (Bax:iş vər. 8) İstintaq zamanı iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 29.07.2019-cu il tarixli 1255 saylı rəyindən görünür ki, Qanuni nümayəndə bədənində döş qəfəsinin sağ yarısının ön səthində, qarının ön səthində, qarın boşluğuna nüfuz edərək qaraciyərin V seqmentini zədələyən deşilmiş-kəsilmiş yaraları aşkar edilmişdir. Qeyd olunmuş xəsarətlər kəsici-deşici alətin (ola bilsin bıçağın) təsirindən onun 02.07.2019-cu il tarixdə xəstəxanaya gətirilməsindən az əvvəl əmələ gəlmişlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Vət. Qanuni nümayəndə bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan çəraitdə, yəni 02.07.2019-cu il tarixdə bıçaqla yetirilən zərbənin təsirindən əmələ gələ bilərdilər. (Bax:iş vər. 114-116) Bundan başqa iş üzrə təyin olunmuş kompleks məhkəmə tibbi-bioloji ekspertizasının 09 avqust 2019-cu il tarixli, 562/2019-MTBŞ saylı rəyindən görünür ki, Qanuni nümayəndə ABO sistemi üzrə qan qrupu: 0-alfa,beta/İ/. /Şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/ 2.Ekspertizaya təqdim edilən Qanuni nümayəndə məxsus kofta və mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri 0-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Qanuni nümayəndə məxsus ola bilər. (Bax:iş vər. 117-120) İş üzrə təyin olunmuş Kompleks məhkəmə-tibbi-kriminalistik ekspertizasının 30 avqust 2019-cu il tarixli, 378/2019-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Qanuni nümayəndə məxsus köynəyin ön hissəsinin sağ-orta nahiyəsində dörd ədəd və maykanın ön hissəsinin sağ-orta nahiyəsində üç ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətin tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. (Bax:iş vər. 121- 125) Cinayət işi üzrə Təqsirləndirilən şəxs Qanuni nümayəndə vuraraq xəsarət yetirdiyi 01 ədəd bıçaq sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (Bax:iş vər. 141-149) Cinayət işi üzrə zərər çəkmiş şəxs Qanuni nümayəndə hadisə zamanı əynində olmuş 01 ədəd mayka və bir ədəd köynək sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (Bax:iş vər. 141-149) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin x1 alınmış tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Bax:iş vər. 71) Məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 228.4-cü maddələri nəzərdə tutulmuş cinayət əməlləri düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirildiyindən o həmin maddələr üzrə cinayət əməllərinin törədilməsində təqsirli bilinib cəzalandırılmalı və o cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 56.1.2-ci maddələrinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13cü bəndinə əsaslanaraq onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağın olmasıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında»Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Təqsirləndirilən şəxs 02 iyul 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu yəni 02 iyul 2019-cu il tarixdən hesablanmalıdır. Bu cinayət işi üzrə cinayət hadisələrinin olması, həmin əməllərdə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin həmin cinayətin törədilməsinə aidiyyati, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar olmamış, cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə xüsusi qərarın çıxarılmasını zəruri hesab etməmişdir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4-cü və 228.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 02 iyul 2019-cu il tarixdən hesablansın. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Qanuni nümayəndə vuraraq xəsarət yetirdiyi 01 ədəd bıçaq və Qanuni nümayəndə məxsus köynək və mayka məhv edilsin. Hökm elan edildiyi (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar