Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-345/2021 13.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1974-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 250,0 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanda yerləşən evinə qədər daşımaqla bir ədəd ağ rəngli sintetik torbada gizlədib saxlamış, eyni zamanda Təqsirləndirilən şəxs həmin ünvandakı evinin həyətində tərkibində narkotik maddələr olan ümumi sayı 48 ədəd, ümumi təmiz çəkisi 22050,0 qram olmaqla külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə saat 18:45 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvana baxış keçirilərkən evin həyətində aşağı tərəfində yerləşən yarımtikiliyə birləşmiş halda hasara alınmış torpaq sahəsində tərkibində narkotik maddələr olan ümumi sayı 48 ədəd, ümumi təmiz çəkisi 22050,0 qram olmaqla əkilibbecərilməsi qadağan olunmuş külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərinin əkilib yetişdirilərək kultivasiya edilmiş vəziyyətdə və həmin yarımtikilidə girişdən sol tərəfdə bir ədəd ağ rəngli sintetik torbada gizlədib saxladığı təmiz çəkisi 250,0 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək, ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, uzun illərdir narkotik vasitə marixuananı çəkməklə qəbul edir. 2020-ci ilin mart aymın ortalarında yaşadığı evin həyətində boş torpaq sahəsində şəxsi istifadəsi üçün marixuana əkib becərmiş, tumlarını isə əvvəllər tanımadığı şəxsdən aldığı marixuanalardan götürüb torpağa basdırmışdır. Təxminən 50 kol əkmiş, onlardan 2 kolunun otunu yığıb qurutmuş və ağ rəngli sellofan torbaya yığaraq evin həyətində olan yarımtikilidə gizlətmişdir. Qalan kollara isə qulluq etməyi davam etdirmişdir. xx xxxx 2020ci il tarixdə saat 19 radələrində yaşadığı evin qarşısında olduğu zaman bir neçə nəfər şəxs gələrək, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyib onun anket məlumatları ilə maraqlanmışlar. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra polis əməkdaşları ona qərar təqdim etmiş, həmin qərar əsasında yaşadığı evdə, eləcədə evin həyətində videoçəkiliş vasitəsi ilə baxış keçirəcəklərini demişlər. Polis əməkdaşlarına etiraz etməyərək bu barədə ərizə yazmış, bundan sonra qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanına baxış keçirilmişdir. O, könüllü olaraq evin həyətinin aşağı tərəfində yerləşən yarımtikiliyə birləşmiş halda hasara aldığı torpaq sahəsində çətənə bitkisini əkdiyini bildirməklə, həmin əkin olan yeri polis əməkdaşlarına göstərmişdir. Həmçinin yarımtikilinin içərisində saxladığı, 2 koldan yığdığı və qurudaraq ağ rəngli kisəyə qoyduğu marixuananı da polis əməkdaşlarına təqdim etmişdir. Marixuananı yalnız özü qəbul etmək məqsədi ilə əkib yetişdirdiyini bildirmişdir. Kisədə olan qurudulmuş marixuananı əvvəllər özü əkib yetişdirib sonra da qurutduğunu, özü istifadə etməsi üçün saxladığını qeyd etmişdir. Polis əməkdaşları aqronomun köməyi ilə baxış keçirtdikləri zaman 48 ədəd kolu yığmışlar, həmin kolları və kisədə olan marixuananı qablaşdırmışlar, bu barədə protokol tərtib edilmişdir. Həmin protokol onunla yanaşı digər iştirakçılar tərəfindən də imzalanraq təsdiq olunmuşdur. O, narkotik vasitəni gizlin olaraq tək qəbul etdiyini, bu barədə heç kimə bildirmədiyini demişdir. Evində ondan başqa bunu heç kim bilməmiş, narkotik vasitə marixuananı əkib-becərilməsində ona hər hansı bir şəxs köməklik göstərməmiş, qurudulmuş marixuanam satış məqsədi ilə deyil özünün istifadə etməsi məqsədi ilə evdə saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs heç bir vaxt hər hansı bir şəxsə narkotik vasitə satmadığını, eləcədə başqa bir cinayət törətmədiyini bildirmişdir. Üstündən çox vaxt keçdiyindən toxumlarını əkdiyi marixuananı nə vaxt və haradan aldığını xatırlamır, həmin şəxsi tanımadığını göstərmişdir.Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, X4 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə işlədiyi baş idarəyə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisində külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatın dəqiqləşdirilməsi və əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə BNMİ-nin rəisi, polis polkovniki İslam Hümbətovun xx.xx.2020-ci il tarixli qərarına və əmrinə əsasən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna rəhbərliyi həyata keçirmək BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Vüsal Həsənquliyevə həvalə edilməklə onunla yanaşı, Baş idarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və polis nəfəri, polis baş serjantı Şahid3 də qrupun tərkibinə daxil edilmişdir. xx xxxx 2020-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 18:45 radələrində Bakı şəhəri Qaradağ rayonu, ünvan 4 ünvanın qarşısında xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra ona barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar olmasını diqqətinə çatdırmışlar. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandakı evin həyətində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu bildirmişdir. Beləliklə əməliyyat qrupu mütəxəssis qismində cəlb edilmiş X5 X2 təcrübə stansiyasının aparıcı elmi işçisi, aqranomun iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında onun yaşadığı evin həyətinə daxil olmuş və baxış keçirməyə başlamışlar. Həmin fərdi yaşayış evinin aşağı tərəfində yerləşən yarımtikiliyə birləşmiş halda hasara alınmış torpaq sahəsində müxtəlif uzunluqda çətənə koluna bənzər kolların olmasım aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin bitkini öz istifadəsi üçün əkdiyini və həmin bitkilərdən hazır olanlarını qurudub həyətdə inşa etdiyi yarımtikilinin içərisində saxladığını bildirmişdir. Sonra o, həmin tikilinin girişinin sol tərəfində qoyduğu 01 ədəd ağ rəngli kisəni təqdim etmişdir. Təqdim edilmiş kisəyə tərəflərindən baxış keçirilərkən içərisində qurudulmuş halda yaşıl rəngli, narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sonra həmin ağ rəngli kisə tərəflərindən qablaşdırılması üçün götürülmüşdür. Bundan sonra baxış və götürmə davam etdirilmişdir. Mütəxəssis qismində cəlb edilmiş arqanom Şahid4 həyətdə əkilmiş yaşıl rəngli kolların narkotik tərkibli çətənə kolları olmasım və onlara xüsusi qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin yaşıl rəngli çətənə kollarına bənzər bitkilər torpaqdan çıxarılmışdır. Qeyd edilən bitkilərin çıxarıldığı yerdə sayılması və qablaşdırılması mümkün olmadığından kollar qanuna müvafiq olaraq evin həyətinə daşınmışdır. Həmin çətənə kolları tərəflərindən sayılmış və 48 ədəd olması müəyyən edilmişdir. Həmin kollar birinci kisədə 20 ədəd, ikinci kisədə 20 ədəd və üçüncü kisədə 8 ədəd olmaqla üç ədəd kisədə qablaşdırılmışdır. Həmçinin əvvəlcədən aşkar edilmiş 01 ədəd ağ rəngli kisə də DİN-nin zərflər üçün 7 saylı möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra içərisində narkotk tərkibli bitkilərin olduğu kisələr elektron tərəzidə çəkilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 20 ildən artıqdır narkotik vasitələrin içtifadəçisidir və həmin kollan da şəxsi istifadəsi üçün əkib becərmişdir. Qeyd edilən koların toxumlarını isə öz istifadə etdiyi marixuanadan əldə etmiş, 2020-ci ilin mart ayında əkdiyini və kolların hər birinə özü qulluq etmişdir. Bununla da baxış başa çatmış və baxışın nəticəsinə dair tərtib edilmiş protokollar imzalanaraq təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 verdiyi ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş məhkəmə ekpertiza mərkəzinin ekperti Şahid5 ifadəsində göstərmişdir ki, o Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzində ekpert kimi fəaliyyət göstərir. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 7/511 saylı rəyi tərəfindən verilmişdir. Həmin rəydə bir ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi 250,0 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, ümumi sayı 48 ədəd, ümumi təmiz çəkisi 22050,0 qram olan ilə eyni tərkibli və eyni növlü olub-olamaması sual olaraq qoyulmuşdur. Tərəfindən aparılmış ekspertiza nəticəsində həmin 48 ədəd narkotik tərkibli çətənə bitkiləri ilə təmiz çəkisi təmiz çəkisi 250,0 qram olan qurudulmuş marixuananın eyni tərkibli və eyni növə aid olması rəyi verilmişdir. Daha əvvəlki, yəni xx xxxx 2020-ci il tarixli, 7/419 saylı ekspert rəyində həmin 48 ədəd kolun ümumi təmiz çəkisi 22050,0 qram olaraq göstərilmişdir. Lakin tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli 7/511 saylı rəydə həmin 48 ədəd kolun ümumi çəkisi 4500,0 qram, tədqiqatdan sonrakı təmiz çəki 4497,6 qram olaraq göstərilmişdir. Qeyd olunan kəskin çəki fərqi onunla əlaqədardır ki, çətənə bitkisi quruduqdan sonra yaş halda olan çəkisini 5-6 dəfəyə qədər itirir. 22050,0 qram həmin 48 ədəd bitkinin yaş halda olan ilkin çəkisidir, sonradan tərtib etdiyi rəydə göstərilən çəki isə həmin kolların qurumuş halda olan çəkisidir, həm ümumi sayı 48 ədəd olan çətənə bitkiləri, həm də qurudulmuş vəziyyətdə sintetik torbada təmiz çəkisi 250,0 qram ola qurudulmuş marixuana tərkibinə görə eynidir və eyni növə aiddirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/419 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yarımtikilidən aşkar edilərək götürülmüş” yazılar və imzalar olan bir ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi - 250,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş yaşıl rəngli 20 ədəd kol” yazılar və imzalar olan birinci baş-başa keçirdilmiş orta hissəsindən yapşqanlı lentlə bağlanmış ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 20 ədəd, ümumi çəkisi 12700 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş yaşıl rəngli 20 ədəd kol” yazılar və imzalar olan ikinci baş-başa keçirdilmiş orta hissəsindən yapışqanlı lentlə bağlanmış ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 20 ədəd, ümumi çəkisi 6700 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş yaşıl rəngli 8 ədəd kol” yazılar və imzalar olan üçüncü baş-başa keçirdilmiş orta hissəsindən yapşqanlı lentlə bağlanmış ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 8 ədəd, ümumi çəkisi 2650 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş 3 ədəd baş-başa keçirdilmiş orta hissələrindən yapışqanlı lentlə bağlanmış ağ rəngli sintetik torbalardakı çətənə bitkilərinin ümumi sayı 48 ədəd, ümumi çəkisi 22050 qramdır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Marixuananın təmiz çəlisi 250 qram, tədqiqata sərf edildi 0,02 qram qalıq 249,98 qram, çətənə bitkilərinin ümumi təmiz çəkisi 22050 qram, tədqiqata sərf edildi 0,96 qram qalıq 22049,04 qram Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 7/511 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3 ədəd sintetik torbada olan ümumi sayı 48 ədəd çətənə (kannabis) bitkiləri və 1 ədəd kağız torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eyni olub, eyni növə aiddirlər. Marixuananın təmiz çəlisi 249,98 qram, tədqiqata sərf edildi 0,05 qram qalıq 249,93 qram, çətənə bitkilərinin ümumi təmiz çəkisi 4500 qram, tədqiqata sərf edildi 2,4 qram qalıq 4497,6 qram. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/419 saylı rəyindən görünür ki, Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2450 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi milə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət gülür. Cinayət işi materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxsnа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tюrədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən tюrədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan tətqiqatdan sonra qalıq olan ümumi təmiz çəkisi 249.93 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana, 4497,6 qram cəmi 48 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müaliyə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 138 (yüz otuz səkkiz) manat 46 (qırx altı) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-cı il tarixə qədər həbsdə saxlanıldığı 1 (bir) günün hər günü azadlıqdan məhrum etmə cəzanın 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 138 (yüz otuz səkkiz) manat 46 (qırx altı) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan tətqiqatdan sonra qalıq olan ümumi təmiz çəkisi 249,Q93 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana, 4497,6 qram cəmi 48 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-345/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-345/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver