Məhkəmə qərarları › İş №1(101)-345/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-345/2022

14.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-345/2022 14.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı və həmin şöbənin prokuroru X1, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X11, zərərçəkmiş şəxsin hüquqi varisi - X2 iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 faiz məbləğində pul tutulmaqla 07 ay müddətində islah işləri cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 15 avqust 2014-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən “AF X29” X13 nəzdində olan “Garden Beach” gecə klubunda Şahid5 ilə Şahid3 və Şahid2 arasında sonuncuların Şahid5 həmin gecə klubunda tanışları olan qızlarla rəqs etdiklərinə görə mübahisə baş verdiyini eşidib həmin mübahisəni «aydınlaşdırmaq» məqsədi ilə 16 avqust 2014-cü il tarixdə gecə saat 03 radələrində Novxanı qəsəbəsinə - “Garden Beach" gecə klubuna gəlmiş, Şahid5 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə görüşdükdən sonra Şahid5 və qeyriləri ilə birlikdə həmin vaxt “Garden Beach” gecə klubunda olmuş Şahid3 və sonuncunun tanışları Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs ilə əvvəlcə gecə klubunun yaxınlığında dəniz kənarında söhbət etmiş və orada Şahid3 Sumqayıt şəhərində «vəziyyətə baxan» şəxs kimi təqdim edildikdən sonra Şahid3 gecə klubunda olarkən Şahid5 qarşı etdiyi hərəkətlərlə bağlı izahat verməsini tələb etmiş və həm də bu zaman danışmalarına imkan verməyib bir neçə dəfə təhqiramiz tərzdə Şahid3, eləcə də onu müdafiə edən Zərərçəkmiş şəxs sözünü kəsərək, onların haqsız olduqlarını kobud şəkildə bildirmiş, daha sonra söhbətlərini ayaq üstdə deyil, yaxınlıqdakı çətirin altındakı masanın arxasında əyləşərək davam etdirmələrini təklif etdiyi üçün onun göstərdiyi stolun arxasında Şahid3, Zərərçəkmiş şəxs və Şahid5lə əyləşərək söhbətlərini davam etdirərkən Şahid5 qəflətən Şahid3 sifət nahiyəsindən yumruqla vurduğuna görə Zərərçəkmiş şəxs buna irad tutmasından narazı qaldığı üçün həmin masadan təxminən 8-9 metr kənarda sonuncu ilə mübahisə edərək əlbəyaxa olmuş və Zərərçəkmiş şəxs bu hərəkətini cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyaraq, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərərək, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı cibindən çıxararaq həmin bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi və qarın nahiyələrinə zərbələr endirərək döş boşluğunu dəlib keçərək ağ ciyərin, qarın boşluğunu dəlib keçərək qara ciyərin və mədənin çıxacaq hissəsinin zədələnməsi ilə müşayiət olunan və hər biri ayrı-ayrılıqda ölümlə səbəbli əlaqəsi olan, daxili qanaxmaya səbəb olmuş sağlamlığa ağır zərərvurmaya aid iki ədəd kəsilmiş-deşilmiş yarası, eyni zamanda sağ bazunun kəsilmişdeşilmiş yarası ilə müşayiət olunan, sağlamlığa yüngül zərərvurmaya aid bir ədəd xəsarətlər yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almış, təhsilini bitirdikdən sonra əsgəri xidmətdə olmuş və peşəkar idmanla məşğul olmuş, yüksək nəticələr əldə etmişdir. O cümlədən 2006-cı ildə güləş üzrə Azərbaycan üçüncüsü, 2007-ci ildə Azərbaycan çempionu, 2007-ci ildə Avropa üçüncüsü olmuş, 2010-cu ildə isə Avropa Kubokunu qazanmışdır. Əsgərlikdən sonra da idman kariyerasını davam etdirmiş, hər hansı başqa işlə məşğul olmamışdır. 2014-cü ilin iyul ayından Sumqayıt şəhəri, 4-cü mikrorayonda yaşamağa başlamışdır. Xatırlayır ki, 15 avqust 2014-cü il tarixdə axşam saatlarında Bakı şəhərində olmuş, adi günlərdə olduğu kimi bir neçə dost-tanışla görüşmüş, axşamdan xeyli keçmiş, yəni artıq avqustun 16-na keçən gecə Sumqayıta qayıtmışdır. Gecə saatlarında - təxminən 01-02 radələrində Sumqayıt şəhərində güləş zalında tanış olduğu Xəyal adlı tanışı ona zəng etmiş və Novxanı qəsəbəsində yerləşən «Aqua Park» istirahət mərkəzinin disko klubunda olduğunu bildirib ora gəlməsini xahiş etmişdir. Xəyaldan nə baş verdiyini soruşanda «gələndə danışarıq» demişdir. O, «Aqua Park» istirahət mərkəzinə getmiş, Xəyal onu həmin istirahət mərkəzinin giriş qapısında qarşılamışdır. Xəyal disko kluba bir oğlan və iki qız tanışları ilə birlikdə gəldiyini, yanındakı dostu ilə gələn xanıma disko klubda tanımadıqları bir oğlanın sataşdığını, onun həmin şəxsə öz iradını bildirərək xanımla nəzakətli davranmasını tələb etdiyini, həmin şəxsin isə ona hörmətsizlik edərək «yaxşı edirəm yaxınlaşıram» kimi ifadələr işlətdiyini, buna görə arada gərginlik yarandığını bildirmişdir. Bundan sonra o, tək içəri daxil olmuşdur. Amma səmimi etiraf edir ki, o nə Xəyalın oradakı dostunu, nə də onların yanında olmuş xanımları ümumiyyətlə tanımamış, həmin şəxslər barədə Xəyaldan da heç nə soruşmamışdır. Xəyal mübahisə etdiyi həmin şəxsin və dostlarının dəniz qırağında söhbət etdiklərini deyib, ondan həmin yerə gedib söhbəti aydınlaşdırmasını xahiş etmişdir. O, Xəyalla birlikdə dəniz kənarına getmiş, ora çatanda 30-40 nəfər şəxsin toplaşdığını görmüşdür. Bu qədər insanın içərisində onun tanıdığı yalnız Xəyal olmuş, oradakı bəlkə də sayı 30-40 nəfər olan şəxslərin kim tərəfdən söhbətə gəlməsi barədə məlumatı olmamışdır. Xəyal orada bir nəfər şəxsi göstərib onunla mübahisə etdiyini demişdir. O, sonradan adının Nicat olduğunu öyrəndiyi şəxsi və yanında olan şəxsləri masaya dəvət edərək söhbət etmək istəmişdir. O, Xəyal və Nicatla birlikdə masa arxasında oturub söhbət etməyə başlamış, ətrafda olan şəxslər isə onların yanında dayanmışlar. Masanın arxasında onlardan başqa heç kim olmamışdır. O, Nicata yanında oğlanı olan bir qıza hansı səbəbdən sataşması barədə sual vermiş, sonuncu «yaxşı eləmişəm» deyə cavab vermişdir. Həmin anda Nicata səhvini başa salmaq üçün sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi endirmiş, zərbənin təsirindən Nicat yerə yıxılmış, o özü isə dərhal geri çəkilmişdir. Ətrafda olan şəxslər onları aralamış, lakin heç kim bir-birinə zərbə endirməmişdir. Bundan sonra o, dənizin kənarına getmiş, həmin vaxt adını sonradan bildiyi Böyükağa qaçaraq onun üzərinə gələrək nalayiq ifadələr işlətmiş və ona sifət nahiyəsindən yumruq zərbəsi endirmiş, onlar əlbəyaxa olanda isə əynindəki qara rəngli koftasnın boğaz hissəsi cırılmışdır. O, bir qayda olaraq üzərində hadisədən xeyli əvvəl «Razin» bazarından aldığı, ancaq məişətdə istifadə etdiyi bıçaq gəzdirmişdir. Həmin bıçaq o gecə də üstündə olmuşdur. Mübahisənin həmin yerində Böyükağanı özündən kənara itələmiş və belinə taxdığı bıçağı çıxarıb tiyəsini açmış, Böyükağaya «sən kimi söyürsən, kimi vurursan, sən kimsən» deyə qışqıraraq Böyükağanın qarın nahiyəsindən bıçaqla xatırladığına görə bir dəfə zərbə endirmişdir. Böyükağa yenidən onun üzərinə gəlmək istəyəndə isə ikinci dəfə qarın nahiyəsinə həmin bıçaqla zərbə endirmişdir. Həmin vaxt Böyükağanın qarın nahiyəsindən qan axmağa başlamış və ordan qaçmışdır. Bundan sonra həmin yerdə olan şəxslərin onu görəcəyindən ehtiyat edərək oradan qaçıb uzaqlaşmış, bıçağı isə dəniz kənarında xatırlamadığı yerdə tullamışdır. O, Böyükağaya bıçaqla zərbə endirəndə yanında heç kim olmamış, Böyükağa onun üstünə onun Nicatı vurduğuna görə gəlmişdir. Hadisə yerindən qaçıb əsas yola çıxandan sonra təsadüfi bir taksiyə minib Sumqayıt şəhərində kirayədə yaşadığı evə getmiş, cırılmış koftasını dəyişmiş, Xəyala zəng edib Böyükağanı bıçaqla vurduğunu deyib, onun sağ qalıbqalmamağı ilə maraqlanmasını tapşırmış, beş dəqiqədən sonra Xəyal ona zəng edərək Böyükağanın artıq öldüyü barədə söz-söhbət gəzdiyini bildirmişdir. O, həbs ediləcəyindən qorxduğuna görə qaçmaq qərarına gəlmiş, qaldığı evdə olan paltarlarını götürüb çölə çıxmış, hadisə vaxtı əynində olan qara rəngli koftanı yaşadığı evdən bir az aralıda olan zibil qutusuna atmış, göy rəngli cins şalvarı isə əynində qalmışdır. O, Azərbaycandan getmək qərarına gəldiyinə görə ailə üzvləri ilə görüşmək istəmişdir. Səhər saatlarında Sumqayıt şəhərində yaşayan dostu Cavanşirə zəng edərək onunla Bərdə şəhərinə getməsini xahiş etmiş, sonuncu buna etiraz etməmiş və Cavanşirlə Bakı şəhərində “20 Yanvar” dairəsinin yaxınlığında görüşmüş, Cavanşirə «Aqua Park» istirahət mərkəzində Böyükağa adlı şəxslə dava etdiyini, onu bıçaqladığını, nəticədə sonuncunun öldüyünü bildirmiş və yol yoldaşı kimi onunla Bərdə şəhərinə getməsini xahiş etmişdir. Oradan taksi ilə Bərdə şəhərinə qardaşı İdrisin yanına getmişdir. O, Bərdə şəhərində qardaşına hadisə barədə heç bir məlumat verməmiş, onları görmək üçün gəldiyini bildirmişdir. Daha sonra evə gedib anası Railə ilə görüşmüş, sonra isə Cavanşirlə çay evinə getmiş, bir müddət orada oturub çay içdikdən sonra Cavanşir Şəmkir rayonuna ailəsinin yanına getməli olduğunu deyib sağollaşıb ayrılmışdır. O, Gürcüstana qaçmaq qərarına gəlmiş, Gürcüstanda yaşayan dostu Elşənə zəng edərək hadisə barədə məlumat verib onu qarşılamasını istəmişdir. Elşən ona sərhədi Qazax rayonun Sadıqlı kəndindən gizli yolla keçməsini demiş, o da Sadıqlı kəndinə gedərək sərhədi qanunsuz olaraq keçmişdir. Gürcüstanda olduğu müddətdə ora qaçaq yolla gəlməsi barədə heç kimin məlumatı olmamış, həmçinin orada da heç kimə hadisə barədə məlumat verməmişdir. O, Elşənin maddi yardımı ilə və gizli yolla fəhləlik edərək dolanışığını təmin etmişdir. Elşən 2016-cı ildə Gürcüstanda qətlə yetirilmiş, onun ölümündən sonra dolanışığında çətinlik çəkmişdir. Təxminən 25 sentyabr 2017-ci il tarixdə Gürcüstan Respublikasının yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən Gürcüstanda qanunsuz olaraq yaşadığı müəyyən edildiyi üçün barəsində cinayət işi başlanılmış və sərhədi qanunsuz keçməyə görə üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 24 sentyabr 2020-ci il tarixdə azadlığa buraxıldıqdan sonra dərhal “İnterpol”un əməkdaşları onu saxlayaraq barəsində Azərbaycan Respublikasında axtarış elan edildiyini bildirmiş və onu Azərbaycana təhvil vermək üçün həbs etmişlər. 23 iyun 2021-ci il tarixdə onu Bərdə rayon Polis İdarəsinin əməkdaşlarına təhvil vermişlər. Orada sənədləşdirmə işləri aparıldıqdan sonra 24 iyun 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. O, Böyükağanı öldürmək istəməmiş, sonuncuya bıçaqla zərbə endirməkdə məqsədi Böyükağanın ona qarşı nalayiq ifadələr işlədərək ailəsini təhqir etməsi, onun üstünə gələrək vurmaq istəməsinin qarşısını almaq olmuşdur. Əməlindən çox peşmandır. Mərhumun ailəsindən üzr istəyir. Ona görə də əməlindən peşman olmasının, himayəsində bir azyaşlı uşağının olmasını, uzun müddət peşəkar idmanla məşğul olub müxtəlif ölkə və beynəlxalq səviyyəli yarışlarda fəxri pillələrə yüksəlməsinin, ölkəni layiqincə təmsil etməsinin, mərhumu xuliqanlıq niyyəti ilə öldürməməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. Böyükağa əsgər yoldaşı Nicatın qohumları Zaur və Eldarla Sumqayıt şəhərində 11-ci mikrorayonda yerləşən birinci mərtəbəsi avtoyuma, ikinci mərtəbəsi isə çay evi olan Zaurun obyektini işlətmişdir. Böyükağa ilə yanaşı orada Zaurun qohumu Eldar da işləmiş, Zaur isə obyektin sahibi kimi mütəmadi olaraq baş çəkməklə işin aparılmasına nəzarət etmişdir. Ona görə də Böyükağanın Eldar və Zaurla münasibətləri yaranmışdır. Böyükağa bir qayda olaraq səhər saat 10 radələrində işə getmiş, axşam isə saat 24 radələrində obyekti bağlayıb evə gəlmişdir. Son vaxtlarında Böyükağa əsasən Eldar, Zaur və Nicatla birlikdə olmuşdur. Böyükağa xasiyyətcə sakit, səbrli, təmkinli, dürüst biri olmuş, kiminləsə düşmənçiliyi olmamış, dava-dalaş etməmişdir. Bütün nəsil-nəcabətin fəxr etdiyi oğlu həm də ətraf qonşuların, tanışların böyük hörmətini qazanmışdır. Ədəb-ərkanı, böyük-kiçiyin yerin bilməsi, həmişə haqqın tərəfində olması ilə hamıya nümunə olmuşdur. 15 avqust 2014-cü il tarixdə səhər saat 07 radələrində o işə gedəndə Böyükağa evdə olmuş, saat 14 radələrində isə Sumqayıt şəhərində yaşayan qızı Səbinəgilə getmişdir. Saat təxminən 16 radələrində Eldar Böyükağaya zəng vurmuş, Nicatın ad gününü qeyd etmək üçün axşamüstü “Aqua park”a yığışacaqlarını deyib onu da dəvət etmişdir. Böyükağa da razılaşıb bir qədər sonra obyektə işə getmişdir. Axşam saat təxminən 21:18-də o özü Böyükağaya zəng vurub onu qarşılayıb-qarşılamayacağını soruşmuşdur. Belə ki, o, hər zaman axşam işdən çıxıb taksi ilə Sumqayıt şəhərində olan daş bazarı tərəfə gəlmiş, Böyükağa da onu orada qarşılayıb evə aparmışdır. Böyükağa iş yoldaşları ilə Nicatın ad gününü qeyd etdiyini, müdirlərinin də orada olduğunu, bu səbəbdən onu aparmaq üçün gələ bilməyəcəyini bildirmişdir. Telefon danışığında Böyükağa ona orada Eldardan başqa kimlərin olduğunu, olduqları yeri deməmiş, müdir dedikdə isə Zauru nəzərdə tutmuşdur. O, həmin axşam özü evə getmiş, yorğun olduğuna görə yatmışdır. Saat təxminən 04 radələrində yuxudan oyanıb Böyükağanın hələ də evə gəlmədiyini görüb təxminən 04:30 radələrində ona zəng etmiş, lakin zəngə cavab verilməmişdir. O, Böyükağanın adətən olduğu kimi bacısıgilə gedib orada gecələdiyini fikirləşdiyindən narahat olmayıb yatmışdır. Təxminən saat 06 radələrində qohumu Flora onu yuxudan oyadıb Böyükağanın xəstəxanada olduğunu bildirmiş, dərhal evdən çıxıb özünü xəstəxanaya çatdırmış, amma orada Böyükağanın artıq öldüyü deyilmişdir. Hadisədən sonra yas mərasimində Nicatdan və Eldardan öyrənmişdir ki, həmin günü Böyükağa, Eldar, Nicat, Cavid və Zaur əvvəlcə «Sunset» restoranına, oradan «Neptun» restoranına gedib şam etmişlər, sonra “Aqua park”a gedib birlikdə klubda olmuşlar. Nicat orada rəqs etdiyi zaman Xəyal adlı şəxs yaxınlaşaraq onun tanıdığı qızla rəqs etməsinə görə iradını bildirmiş, bu səbəbdən aralarında mübahisə başlamış, həmin vaxt restoranın mühafizəçiləri onları sakitləşdirmiş, Xəyalı isə bayıra çıxartmışlar. Daha sonra bir nəfər şəxs Nicatı bayıra çağırmış, Böyükağa, Zaur, Eldar və Cavid də bayıra çıxmışlar, orada 30-a yaxın adam olmuş, onlar birlikdə dənizkənarına çəkilib masa arxasında oturmuşlar. Həmin vaxt kənar bir şəxs onlara yaxınlaşmış, həmin şəxsi, yəni İbrahimi «Sumqayıtda vəziyyətə baxan», yəni kriminal aləmin adamı kimi təqdim etmişlər. İbrahim də həmin şəxslərə qoşulub Nicatın Xəyalın qızı ilə rəqs etməsi haqqında söhbət edən vaxt Xəyal yanında olan şəxslərdən birinə Nicatı vurmasını işarə etmişdir. Həmin şəxslərdən biri Nicatı vurmuş və aralarında əlbəyaxa dava başlamışdır. Dava zamanı İbrahim Böyükağanı bıçaqla vurmuş və bundan sonra onlar oradan qaçmışlar. Nicat və Eldarın dediyinə görə İbrahimin əlində bıçaq gördükləri üçün Böyükağaya kömək etmədən qorxub qaçmışlar. Böyükağa isə xilasetmə məntəqsinə tərəf qaçıb kömək istəmiş, xilasedicilərdən biri onu yola çıxartmış, yoldan isə Zaur Böyükağanı maşınına mindirərək Sumqayıt Təcili Tibbi Yardım Xəstəxansına aparmışdır. O, İbrahimi və Xəyalı tanımamışdır. Xəyal Nicatla mübahisə edən zaman Böyükağa Nicatı müdafiə etmək üçün yanında olmuşdur. Nicatın deməsinə görə, mübahisə zamanı Böyükağa İbrahimə «sən necə vəziyyətə baxansan ki, bir bar qızına görə söhbətə gəlmisən» deyə bildirmiş, bu sözlər İbrahimin xoşuna gəlmədiyinə görə onu bıçaqla vurmuşdur. İbrahimin Böyükağanı bıçaqla vurmasını kimlərin görməsi barədə dəqiq məlumatı yoxdur. Nicatın dediyinə görə o, Böyükağanın qolunun qanadığını və İbrahimin əlində bıçaq görmüşdür. İbrahim onun yeganə oğlunu qətlə yetirməklə bir nəsli davamçıdan məhrum etmişdir. Uzun illər ərzində İbrahimin heç bir qohumu, yaxını gəlib onlardan üzr istəməmiş, barışıq üçün heç bir addım atmamışlar. Kriminal aləmin adamı kimi təqdim olunan bu şəxs uzun illər onun eşitdiyinə görə «Lotu Quli» kimi deyilən kriminal avtoritet tərəfindən himayə olunmuşdur. Heç bir üzrxahlıq etməyən, qaçıb xarici ölkədə gizlənən bu şəxsin valideynləri belə onlara yaxın gəlməmiş, əksinə, Gürcüstanda gizlənən oğullarını qohumları olan bir qızla da evləndirmişlər. Uzun müddət oğlunun qatilinin qanun qarşısında cavab verəcəyi anı gözləmişdir. Bu illər ərzində düşdükləri aciz, aşağılanmış vəziyyətə görə hər cür kinayələrlə, qınaqlarla üzləşmiş, qətlə yetirilmiş övladının qanı uzun illər yerdə qaldığından özünü alçaldılmış, əzilmiş hiss etmişdir. Həyat yoldaşı oğlunun öldürülməsinə dözməyib insult keçirmişdir və hazırda yataq xəstəsidir. Bütün bu sarsıntılara və qarşı tərəfin qeyri-insani mövqeyinə görə Təqsirləndirilən şəxs heç bir halda bağışlamır, məhkəmədən də təqsirləndirilən şəxsə qanunla layiq olduğu cəzanın verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, «Ağa» kimi çağırdıqları mərhum Zərərçəkmiş şəxs təxminən 2010-cu ildə tanımış, onunla eyni hərbi hissədə hərbi xidmət etmişdir. Xalası oğlu Eldar Böyükağa ilə onun vasitəsi ilə tanış olmuş, sonradan yaxın dost olmuşlar. O, Bakı şəhərində qaldığına görə tez-tez Böyükağa ilə görüşə bilməsə də ayda 2-3 dəfə birlikdə vaxt keçirmişlər. Böyükağa və xalası oğlu Eldar 2014-cü ilin iyun ayında anasının xalası oğlu Zaurdan Sumqayıt şəhərində yerləşən «Avtoclean» adlanan avtoyuma məntəqəsini və çay evini götürüb birlikdə işlətmişlər. O, xalası oğulları Eldar, Cavid, Zaur və Böyükağa ilə birlikdə görüşüb ümumi söhbətlər etmişlər. 14 avqust 2014-cü il tarixdə onun ad günü olmuş, Böyükağa ona mesaj yazaraq təbrik etmiş və növbəti gün Sumqayıt şəhərinə gələrək onlarla da ad gününü qeyd etməsini bildirmişdir. 15 avqust 2014-cü il tarixdə saat 19 radələrində o, Sumqayıt şəhərinə xalasıgilə getmiş, Eldarla əlaqə saxlayıb onların evində olduğunu bildirmiş, Eldar da Böyükağanı götürüb gələcəyini demişdir. Təxminən 10-15 dəqiqədən sonra Eldar Böyükağa ilə birlikdə sonuncunun idarə etdiyi «Hyundai Elantra» markalı maşını ilə gəlib onu və xalası oğlu Cavidi götürmüşlər. Onlar Zaurla əlaqə saxladıqda sonuncu Novxanı qəsəbəsindəki «Sunset» istirahət mərkəzində olduğunu bildirmişdir. Saat 20 radələrində onlar Zaurla həmin istirahət mərkəzində görüşüb yemək yeyib viski içmişlər. Onlar içkili olsalar da, heç kəs tam sərxoş olmamış, öz hərəkətlərini idarə edə bilmişlər. Onlar saat təxminən 23 radələrinədək «Sunset» istirahət mərkəzində olmuşlar, sonra yaxınlıqda yerləşən «Neptun» disco kluba getmişlər. Orada pivə içib bir qədər rəqs etdikdən sonra «Aqua Park» istirahət mərkəzinin disko klubuna getmişlər və «Golden Beach» disko klubunda girişdən sol tərədə çöldə divanda oturmuşlar. Onlardan təxminən 4-5 metr aralıda iki qız rəqs etmiş, Eldarla birlikdə həmin qızlara baxmışlar, qızlar da onlara tərəf baxmışdır. Qızlar tək rəqs etmişlər, yanında başqa adam olmamışdır. O və Eldar qızlara yaxınlaşaraq onlarla birlikdə rəqs etsələr də, heç bir söz danışmamışlar. Təxminən 10 dəqiqədən sonra tanımadığı oğlan onlara yaxınlaşaraq sarısaç qızı göstərib «qız mənimlədir, qızın xətrinə dəymə» deyə bildirmiş, həmin yer səs-küylu olduğundan sonradan adını bildiyi Xəyalı kənara çəkərək «bu qızların söhbətini etmə, sizə yaraşmaz» deyə bildirmiş, həmçinin nə onun, nə də ki, Eldarın qızları narahat edə biləcək hər hansı hərəkət etmədiklərini demişdir. Xəyal onlara yaxınlaşanda Böyükağa da gəlmiş və oğlandan qanqaraçılıq yaratmamasını xahiş etmiş, Eldar da həmin oğlana qıza görə mübahisə etdiyi üçün iradını bildirmişdir. O, Xəyalla mübahisə etməyə başlamış, həmin vaxt iki nəfər mühafizəçi onlara yaxınlaşaraq Xəyalı kənara çəkərək mübahisə etməməsini demişlər. Eşitdiyinə görə həmin vaxt Xəyal «mən gedirəm, siz qalın istirahət edin» demiş və çıxıb getmişdir. Mübahisəyə səbəb olan iki nəfər qız da Xəyaldan bir müddət sonra çıxıb getmişlər. Onlar yenidən diskotekaya qayıtmışlar, o və Eldar yenidən rəqs etməyə başlamış, Böyükağa, Cavid və Zaur isə masa arxasında oturmuşlar. Təxminən 1 saatdan sonra tanımadığı şəxs yaxınlaşaraq onu kənara çağırmış, həmin şəxs ona «söhbət var, olar dənizin qırağına gələsən» deyə bildirmiş, o da etiraz etməmişdir. O, həmin şəxsi birinci dəfə idi ki, görmüşdür. O, Böyükağa və Eldarla birlikdə dənizin qırağına düşmüş, bir müddət sonra Cavid də onların yanına gəlmişdir. Onlar dənizin qırağına çatanda orada təxminən 30-35 yaşlarında 25 nəfər tanımadığı şəxslərin olduğunu görmüş, adlarını bilmədiyi oğlanlardan hər biri ondan hadisə barədə soruşmağa başlamışdır. Üzü saqqallı balaca boy, özünü avtoritet kimi göstərən oğlan Xəyalla arasında olan söhbəti ona danışmasını bildirmiş, o, da hadisəni həmin şəxsə və ətrafdakılara danışmışdır. Həmin ərəfədə 3-4 nəfər onu bir az kənara çəkmiş, onlara da Xəyalla aralarında olan söhbəti danışmışdır. Həmin vaxt tanımadığı oğlanlardan biri qız söhbətini uzatmamağı bildirərək hamıdan dağılışmağı xahiş etmişdir. Onlar getmək istəyəndə özünü lider kimi aparan oğlan onu yenidən çağırmış və onların qızın yanında Xəyala qarşı hörmətsizlik etdiklərini bildirmişdir. Həmin şəxs nalayiq ifadələr işlətmiş, o da cavab olaraq nalayiq ifadələr işlətmişdir. O, həmin şəxslərin söhbətə deyil, nə yolla olur olsun davaya gəldiklərini başa düşmüşdür. O, həmin vaxt Böyükağaya dostu Hikmətə zəng vurmasını demiş, həmin saqqallı oğlan Hikmətin adını eşidəndə Hikmətin onların qardaşı olduğunu, onlarla davaya deyil, söhbət etməyə gəldiklərini, davaya gəlsəydilər gələn kimi onları vuracaqlarını bildirmişdir. Buna görə də onlar heç kimə zəng etməmişlər. Həmin vaxt kənardan üç nəfər gəlmiş, 30-35 yaşlarında adını sonradan bildiyi İbrahimi onlara təqdim edərək «tanış olun, İbrahimdir, Sumqayıtın vəziyyətinə baxandır» demişdir. İbrahim gələndən sonra bir müddət ayaqüstə söhbət etmişlər, İbrahim söhbət edəndə Böyükağa nə isə demiş, İbrahim Böyükağadan ona hörmət etməsini, sözünü kəsməməsini tələb edəndə aralarında qısa mübahisə yaranmış, amma əlbəyaxaya çevirilməmiş, sözlə mübahisə olmuşdur. Bir müddət sonra İbrahim adamların çoxluğunu görüb sahildəki çətirin altında olan masada oturmağı təklif etmişdir. Onlar tərəfdən o və Böyükağa, qarşı tərəfdən isə İbrahim, Xəyal və onu birinci olaraq söhbətə çağıran üzü saqqallı adını bilmədiyi oğlan oturmuşdur. İbrahim onun sağında, adını bilmədiyi oğlan onunla üzbəüz qarşıda, solunda Xəyal, onun yanında Böyükağa oturmuş, qalanları isə ayaq üstə dayanmışlar. Masanın arxasında təxminən 10 dəqiqə söhbət etmişlər. Həmin vaxt İbrahimin yanında olan ayaqüstə dayanmış qara köynək geyinmiş, üzü bir qədər tüklü olan oğlan ona irad bildirəcək tərzdə «sən səsinin tonunu qaldırmısan, ala kəlməsini işlətmisən» deyərək ondan guya səhv tutduğunu nümayiş etdirmişdir. O, yenə izah etməyə çalışanda artıq həmin oğlan yüksək səslə və nalayiq ifadələrlə danışmağa başlamışdır. Qəflətən Xəyal onun sifət nahiyyəsindən yumruqla vurmuş, o, arxaya tərəf yıxılmaq istəyəndə anidən həmin oğlanın yanında dayanmış başqa bir oğlan da onu vurmuş və əlbəyaxa mübahisə başlamışdır. Cavid və Eldar onu tutub geri çəkmiş, o da ayağa qalxmışdır. Həmin vaxt 3-4 nəfərin onların üzərinə gəldiyini görmüş, qışqıraraq «vurduz, qurtardı, daha biz gedək, sonraya qalsın» demiş, həmin vaxt İbrahim onların yanında olmamışdır. Onlardan 10 metr aralıda Böyükağanın təxminən 4-5 nəfərlə mübahisə etdiyini görmüş, mübahisə əlbəyaxa davaya çevirilmiş, həmin şəxslərdən biri Böyükağanın sinəsindən tutmuş, amma qaranlıq olduğundan kimin kimi vurmasını dəqiq bilməmişdir. Həmin vaxt Eldar «Ağa» deyə qışqıraraq həmin istiqamətdə qaçmış, o da Böyükağaya kömək üçün gedəndə sonuncunun onların yanından qaçdığını və bir nəfərin isə onun arxasınca qaçdığını görmüşdür. Həmin şəxs 5-6 addım qaçıb dayanmış, Böyükağanın qaçdığını gördükdə həmin uşaqlar onun və Eldarın üstünə gəlmişlər, Cavid də onların yanında olmuş, Zaurun isə harada olduğunu görməmişdir. Onlar həmin şəxslərin çox olduğunu görüb diskotekanın içərisinə doğru qaçmışlar, oradan isə girişdən çıxmışlar. O, girişin qarşında Böyükağanın maşınını görüb onu çağırmış, amma sonuncu ona cavab verməmişdir. Onların arxasınca qaçan şəxslərin əlində taxta parçası, oturacaq olmuş, həmin əşyaları onların arxasınca atmışlar. Onlar Böyükağanın klubdan çıxaraq əsas yola tərəf qaçdığını güman etdiklərinə görə o, Eldar və Cavidlə birlikdə əsas yola tərəf getmişlər. Onlar kluba Böyükağanın idarə etdiyi «Hundai Elantra» markalı və Zaurun idarə etdiyi «Honda Pilot» markalı maşınlarla gəlsələr də, oradan qaçanda avtomobilləri orada qoyub yolun kənarında dayanmış «VAZ-2107» markalı taksiyə minmişlər və «Neptun» klubuna getmişlər. Çünki, Böyükağanın həmin klubda tanışları olduğundan sonuncunun orada olduğunu güman etmişlər. Amma Böyükağanı həmin klubda tapmadıqlarına görə, onu axtarmaq üçün Sumqayıt şəhərinə getmişlər. «Neptun» klubundan çıxdıqdan sonra Zaurun öz avtomobili ilə sürətlə keçdiyini görüb taksi ilə onun arxasınca getmişlər. Lakin Zaur işıqforun qırmızı işığını keçmiş, onların olduqları taksinin sürücüsü isə işıqforda saxlamışdır. Həmin vaxt telefonları söndüyündən Zaurla əlaqə saxlaya bilməmişlər. Sumqayıt şəhərində «Sputnik» deyilən ərazidə taksidən düşüb, küçədə olan bir nəfərdən telefonu istəyib Zaura zəng vurmuşlar, Zaur onlara Böyükağanın bıçaqlandığını və Sumqayıt Travmotologiya xəstəxanasında olduğunu bildirmişdir. Onlar da həmin xəstəxanaya getmişlər, ora çatanda Böyükağanın əməliyyat olunduğunu, əməliyyatdan sonra isə öldüyünü bilmişlər. Xəstəxanadan çıxıb evə getmiş, daha sonra isə Polis Bölməsinə getmişdir. Zərərçəkmiş şəxs xəsarət almasını Zaurla danışanda öyrənmiş, onu kimin vurduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 3 ildən artıqdır ki, tanımış, onlar eyni hərbi hissədə hərbi xidmət etmişlər, lakin son bir ildə münasibətləri daha yaxın olmuşdur. O, Böyükağa ilə birlikdə Sumqayıt şəhərində yerləşən anasının xalası oğlu Zaura məxsus çay evi və avtoyuma məntəqəsini işlətmişlər. Onunla olan münasibətinə görə Böyükağa ilə qardaşı Cavid də bir-birini tanımışlar, həmçinin Böyükağa onun xalası oğlu Nicatla da əsgər yoldaşı olmuşdur. Həmişə Zaur, Nicat, Cavid, Böyükağa və o birlikdə vaxt keçirmişlər. 15 avqust 2014-cü il tarixdə saat 20 radələrində Nicatın ad gününü qeyd etmək məqsədilə o, qardaşı Cavid, xalası oğlu Nicat, anasının xalası oğlu Zaur və Böyükağa Novxanı qəsəbəsində yerləşən «Sunset» istirahət mərkəzində görüşüb, yemək yeyib viski içmişlər. Saat təxminən 23 radələrinədək orada oturmuşlar, sonra «Sunset» istirahət mərkəzinin yanında yerləşən «Neptun» disco klubuna getmişlər, orada da pivə içib bir qədər rəqs etdikdən sonra saat təxminən saat 24 radələrində «Aqua Park» istirahət mərkəzinin disko klubuna getmişlər. O, Böyükağa, Nicat və qardaşı Cavid Böyükağanın «Hundai Elantra» markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə, qohumu Zaur isə «Honda Pilot» markalı ** BU *** dövlət qeydiyyatlı maşını ilə getmişlər. Onlar təxminən həftədə bir və ya iki dəfə həmin diskotekaya gedirmişlər. Onlar disko klubda masaların birində oturmuşlar, Böyükağadan başqa hamısı hərəyə bir neçə qədəh pivə içmişlər. Onların oturduğu masadan təxminən 4- 5 metr aralıda iki qız oynamış, qızlardan biri sarısaç ortaboylu, bir qədər kök, digəri isə qarayanız, alçaqboylu, arıq olmuşdur. Həmin qızlar onlara tərəf baxdıqlarına görə o və Nicat da həmin qızlara baxaraq rəqs etmişlər. Qızlar tək rəqs etmiş, yanlarında heç kim olmamışdır. O və Nicat qızlara yaxınlaşaraq birlikdə rəqs etsələr də, onlarla heç bir söz danışmamışlar. Təxminən 10 dəqiqədən sonra tanımadıqları iki nəfər şəxs onlara yaxınlaşaraq «qızlar bizlədir, qızlara qarşı çaşmayın» demiş, səs küy onluğundan onlar həmin şəxsləri kənara çəkərək «bu qızların söhbətini etməyin, sizə yaraşmaz» deyə bildirmişlər. Sonradan onlara yaxınlaşan və söhbət edən oğlanın adının Xəyal olduğunu öyrənmişdir. Həmin şəxslərin onlara yaxınlaşdığını görən Böyükağa, Cavid və Zaur da onların yanına gəlmişlər. Nicat həmin oğlanlardan biri ilə söhbət edəndə iki nəfər mühafizəçi onlara yaxınlaşmış və kənara çəkərək mübahisə etməməyi demişlər. Bundan sonra Xəyal və yanındakı dostu çıxıb getmiş, onlar yenidən disko kluba qayıtmışlar. O və Nicat yenidən rəqs etməyə başlamışlar, amma qızlar artıq çıxıb getmişdir. Böyükağa, Cavid və Zaur isə masada oturmuşlar. Təxminən 1 saatdan sonra o və Nicat rəqs edəndə tanımadıqları bir nəfər Nicata yaxınlaşaraq «bir dəqiqə olar» deyə müraciət etmiş və onlar bir qədər kənara çəkilmişlər, həmin adam Nicata «sən bizim uşağa hörmətsizlik eləmisən, gəl dənizin qırağına düşüb bu məsələni aydınlaşdıraq» demişdir. Həmin oğlan onlarla bir az əvvəl mübahisə edən şəxslərdən biri olmamışdır. O və Nicat həmin şəxslə birlikdə disko klubdan çıxaraq dəniz kənarına doğru getmişlər, dənizin qırağına çatanda orada təxminən 25-30 nəfərin olduğunu görmüşlər, həmin şəxslərin arasında çox yaşlı adamlar da olmuşdur. O, həmin şəxslərdən heç kimi tanımamışdır. Onlar dəniz qırağına düşdükdən 5- 10 dəqiqə sonra qardaşı Cavid və Böyükağa da dəniz kənarına getmişlər. Ora çatanda adlarını bilmədiyi oğlanlardan hər biri Nicatdan hadisə barədə soruşmuşlar. Həmin vaxt heç kim nalayiq ifadə işlətməmiş, mübahisə olmamışdır. O, söhbətə gələn şəxslərdən «nə qədər düzgündür ki, dörd nəfərin üzərinə bu qədər insan gəlibsiniz» deyə soruşanda, onlar sadəcə «mirnı söhbət üçün gəldiyimizi, burada başqa bir söhbət ola bilməz» deyə cavab vermişlər. Orada olan şəxslər onlara «siz düz hərəkət etməmisiniz, ona görə üzr istəməlisiniz» deyə bildirmişlər, onlar isə həmin şəxslərə «üzr istəməyə qalsa, üzr istiyəsi adam varsa o da həmin iki oğlan olmalıdır, birincisi ona görə ki, o qızlara görə bura söhbət etməyə gəlmək düzgün deyildir ikincisi, həmin iki oğlan bizə yaxınlaşaraq qızların xətrinə dəyməyin deyir, biz onlarla sadəcə oynayırıq» demişlər. Söhbət təxminən yarım saat davam etmiş, mübahisə sakitləşib aralanmaq istəyəndə isə hər dəfə orada olan şəxslərdən başqa biri çıxmış və mübahisə yenidən davam etmişdir. Çünki orada çox adam olduğundan və hərəsi bir söz danışdığından kimin nə dediyi bilinməmiş, hərəsi «gəl gedək mənimlə söhbət edək» deyə bildirmiş, konkret olaraq kiminlə söhbət edildiyi məlum olmamışdır. Onlar dəniz kənarına düşəndən təxminən 10 dəqiqədən sonra sonradan adını bildiyi İbrahim gəlmiş, orada olan şəxslərdən biri İbrahimi təqdim edərək «Sumqayıtda polajenyaya baxır» demişdir. İbrahim də Nicatdan hadisənin necə olduğunu danışmağı tələb etmişdir. Həmin vaxt Böyükağa da söhbət etmiş, İbrahim ona «bir sakit ol, görürsən mən danışıram» deyə bildirmiş və Nicatdan hadisənin necə olduğunu danışmağı tələb etmişdir. Nicat yenə də eyni hadisəni danışmışdır. Onlar söhbətin uzandığını görüb həmin şəxslərin təklifi ilə masa arxasına keçib oturmaq qərarına gəlmişlər. Ona görə də, dəniz qırağında olan besedkanın birində oturmuşlar. Belə ki, onlar tərəfdən Nicat və Böyükağa, qarşı tərəfdən isə İbrahim və Xəyal oturmuş, qalan şəxslər isə ayaqüstə dayanmışlar. Masa arxasında təxminən 10 dəqiqə söhbət etmişlər. Həmin vaxt İbrahimin yanında olan ayaqüstə dayanmış qara köynək geyinmiş, üzü bir qədər tüklü olan oğlan Nicata irad bildirərək «sən həmin vaxt səsinin tonunu qaldırmısan» demiş, Nicat yenə izah etməyə çalışanda həmin oğlan yüksək səslə, nalayiq ifadələr işlətmiş, konkret onların ünvanına nalayiq ifadələr işlətməsə də ümumi nalayiq ifadələrlə danışmışdır. X23 sifət nahiyəsindən yumruqla vurmuş, eyni vaxtda başqa bir oğlan da Nicatı vurmuş, Nicat yerə yıxılmış, orada olan şəxslərdən bəziləri Nicatın üstünə getsələr də o və Cavid Nicatı geri çəkmişlər. Həmin vaxt o və Nicat qışqıraraq «dayanın» demişlər. İlkin mübahisə zamanı İbrahim Nicatı vurmamış, onlar qışqırdıqdan sonra həmin şəxslər onların üstünə gəlməmişlər. Həmin vaxt o, masadan təxminən 6-7 metr aralıda Böyükağanın təxminən 3-4 nəfərlə mübahisə etdiyini görmüş, lakin əlbəyaxa dava olmamışdır. O, Böyükağa tərəfə baxanda onun təklənib döyüldüyünü görməmiş, yalnız Böyükağa ilə İbrahim əlbəyaxa olmuşlar. İbrahim onun qolundan tutmuş, Böyükağa isə onun əlindən çıxaraq qaçmağa başlamışdır. Həmin vaxt İbrahim də əlində olan bıçaqla Böyükağanın arxasınca təxminən 5-6 addım qaçmış, lakin sonra dayanmışdır. Həmin şəxslərin çox olduğunu, İbrahimin əlində bıçaq olduğunu görüb onlar hərəsi bir tərəfə qaçmağa başlamışlar. O, Böyükağa, Nicat və Cavid çıxışa doğru qaçanda Böyükağanın əlinin qanadığını görmüşdür. O, Nicat və Cavid sağ tərəfə, Böyükağa isə sol tərəfə qaçmış, sol tərəfdə Fövləqadə Hallar Nazirliyinin xilasetmə məntəqəsi olmuşdur. Zaurun isə hansı tərəfə getdiyini görməmişdir. O, Nicat və Cavid «Aqua parkın» qarşısında dayanmış «VAZ-2107» markalı taksiyə minmişlər və «Neptun» gecə klubuna getmişlər. Çünki orada Böyükağanın tanışları olduğundan sonuncunun orada olmasını, həm də klubun işçilərinin onlara kömək edəcəklərini güman etmişlər. «Neptun» gecə klubundan çıxıb Böyükağanı axtarmaq üçün Sumqayıt şəhərinə tərəfə getmişlər, bu vaxt Zaurun öz avtomobili ilə sürətlə keçdiyini görüb taksi ilə onun arxasınca getmişlər. Lakin Zaur işıqforun qırmızı işığında keçsə də, taksi işıqforda saxlamışdır. Həmin vaxt telefonları söndüyündən və balanslarında pul olmadığından Zaurla əlaqə saxlaya bilməmişlər. Sumqayıt şəhərində keçmiş «Sputnik» deyilən ərazidə taksidən düşüb yolda olan bir nəfərdən telefon istəyib Zaura zəng etmişlər, Zaur onlara Böyükağanın bıçaqlandığını və Travmotologiya xəstəxanasında olduğunu demişdir. Onlar həmin xəstəxanaya getmişlər, ora çatanda Zaurun əməliyyat olunduğunu, əməliyyatdan sonra öldüyünü öyrənmişlər. Oradan çıxıb evə gələrək hadisə barədə məlumat vermişlər, daha sonra isə Polis Bölməsinə getmişdir. Nicat İbrahimin ona «yanında oğlan olan bir qıza hansı səbəblə sataşırsan» deyə verdiyi suala «yaxşı eləmişəm» deyə cavab verməmiş, həmçinin o, İbrahimin Nicatı vurmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Zərərçəkmiş şəxs təmkinli, hörmətcil biri olmuş, aralarında heç vaxt münaqişə, mübahisə olmamışdır. Təxminən 2014-cü ilin əvvəllərində Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkaski küçəsində 120 kvadrat torpağı 40 illiyinə icarəyə götürüb orada ikimərtəbəli obyekt tikdirmiş, obyektin birinci mərtəbəsi moyka, ikinci mərtəbədə isə çayxana yerləşmişdir. 2014-cü ilin may ayında xalasının nəvəsi Eldar Böyükağa adlı dostu ilə onun yanına gələrək həmin obyekti işlətmək istədiyini bildirmişdir. Eldardan Böyükağanın kim olduğunu soruşanda Eldar obyekti onunla birlikdə işlədəcəyini bildirmişdir. O, Böyükağa ilə söhbət etmiş və onun mədəni, qanacaqlı biri olduğunu görmüşdür.O obyekti Eldara icarəyə vermiş, Eldar və Böyükağa həmin obyekti birlikdə işlətmişlər. O, tez-tez obyektə baş çəkməyə getmiş, orada Böyükağa ilə aralarında yaxın münasibətlər yaranmışdır. Eldarın qardaşı Cavid, xalası oğlu Nicat da arabir çayxanaya gəlib oturmuşlar. Böyükağa həm də Nicatın əsgər yoldaşı olmuşdur. 15 avqust 2014-cü il tarixdə saat təxminən 19:00 radələrində o, istirahət etmək üçün «Sunset» istirahət mərkəzinə getmiş, orada spirtli içki içib dənizdə çimmişdir. Saat təxminən 21:00-da Eldar zəng edərək Cavid, Nicat və Böyükağa ilə Novaxanıya dəniz qırağında yeyib-içməyə, Nicatın ad gününü qeyd etməyə getdiklərini bildirmişdir. Təxminən 1 saatdan sonra Eldargil gəlmiş və onlar «Sunset» istirahət mərkəzində çörək yeyib, spirtli içkilər içmişlər. Sonra onlar «Neptun» istirahət mərkəzinə, oradan da «Aqua park» istirahət mərkəzinə getmişlər. Saat təxminən 23 radələrində onun və Böyükağanın maşını ilə “AF otel”in qabağına gələrək maşınları dayanacaqda saxlayıb dəniz kənarında «Aqua park»ın qarşısında yerləşən diskotekaya girmişlər. Həftəsonu olduğundan həmin vaxt orada kifayət qədər adam olmuşdur. Onlar masada oturmuşlar, arabir isə durub rəqs etmişlər. 1-2 saat rəqs edəndən sonra Nicat və Eldarın tanımadığı 2 oğlanla söhbət etdiklərini, 5-6 dəqiqə söhbət edəndən sonra dağılışdıqlarını görmüşdür. O, Nicatdan nə baş verdiyni soruşanda, Nicat anlaşılmazlıq olduğunu, narahat olmamasını, hər şeyin qaydasında olduğunu bildirmiş və rəqsə davam etmişdir. O, başa düşmüşdür ki, Nicat qızla oynayanda həmin qızla gələn oğlanla mübahisələri düşmüşdür. Qızla gələn oğlan isə mübahisədən sonra çıxıb getmişdir. Təxminən 30 dəqiqədən sonra xalası nəvələrinin orada olmadığını görüb onları axtarmağa başlamış, boylanaraq onları barın arxasında kimlərləsə söhbət etdiklərini görmüşdür, həmin vaxt orada təxminən 30 nəfər adam olmuşdur. Hamı ona nisbətən cavan olduğuna görə onlara tərəf yaxınlaşıb aralanmalarını, həmin yerin söhbət yeri olmadığını və şənləməyə davam etmələrini bildirmş, lakin həmin şəxslər onun sözlərinə məhəl qoymayaraq söhbətlərinə davam etmişlər. Sonra onunla olan şəxslərin dənizə tərəf gedib oradakı besedkanın altında oturaraq söhbəti davam etdiklərini görüb, arxayın olub rəqs meydançasına qayıtmışdır. Bir anda onunla gələn şəxslərin hərəsinin bir tərəfə qaçdığını görmüşdür. İçkili olduğuna görə, nə baş verdiyini dəqiq bilməmiş, sonra onları axtardıqda tapa bilməmişdir. O, gedib maşınında oturmuş, həmin vaxt Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsinin əməkdaşlarından biri ona yaxınlaşaraq bir nəfərin yaralı olduğunu, onu xəstəxanaya aparmaq üçün sürücü lazım olduğunu demişdir. O, məntəqəyə tərəf getmiş və Böyükağanın yaralı vəziyyətdə əli ilə qarın nahiyəsindən tutaraq pilləkənin üstündə oturduğunu görmüşdür. O, dərhal xilasetmə məntəqəsinin əməkdaşları ilə köməkləşərək Böyükağanı maşına əyləşdirmiş, ondan nə baş verdiyini soruşduqda, Böyükağa qışqıraraq onu tez xəstəxanaya çatdırmağını bildirmiş, halı olmadığından onu kimin vurması barədə məlumat verə bilməmişdir. O, Böyükağanı Sumqayıt Travmotologiya Xəstəxanasına çatdırmış, onu reanimasiya şöbəsinə yerləşdirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 15 avqust 2014-cü il tarixdə axşam saatlarında o, Nabran qəsəbəsindən Bakı şəhərinə getmiş, növbəti gün saat 06 radələrində Rusiya Federasiyasına getmək üçün bileti olmuşdur. Çünki o, Rusiya Federasiyasının Nijni Novqorod şəhərində paltar mağazasında işləmişdir. Həmin gün Xəyal adlı tanışı onu Novxanı qəsəbəsindəki «Aqua park» istirahət mərkəzinə dəvət etmişdir. Həmin gün saat 19 radələrində o, «Aqua Park» istirahət mərkəzinə getmiş, Xəyalın yanında Rusiya Federasiyasının vətəndaşları olan Marina və Madinə adlıqonaqları olmuşdur, onları birinci dəfədir ki, görmüşdür. Həmin qızlarla hadisədən sonra əlaqəsi olmamışdır, harada yaşamaları barədə məlumatı yoxdur. Onlar birlikdə dənizdə və hovuzda çimib istirahət etmişlər. Daha sonra yaşadıqları evə gedib paltarlarını dəyişmişlər və saat təxminən 22 radələrində «Aqua park» istirahət mərkəzinin içərisində olan disko kluba qayıtmışlar. Saat 22 radələrində o, tanışı Xəyal və həmin xanımlar klubda oturub əylənməyə başlamışlar. Saat təxminən 23 radələrində onlar masada oturmuş, qızlardan biri isə rəqs etmişdir. Həmin vaxt sonradan adını bildiyi Nicat sərxoş halda həmin qıza yaxınşlaşaraq onu narahat etməyə başlamış, həmin qız onların oturduyu masaya yaxınlaşmaq istəyəndə Nicat yenə də qıza nə isə dedikdə o, Nicata yaxınlaşıb qızların onlarla olduğunu, onları narahat etməməsini demişdir. Həmin vaxt Nicat aqressiv formada nalayiq ifadələr işlədərək onunla qız söhbəti aparmamasını demişdir. O, isə Nicata düzgün hərəkət etmədiyini bildirib, bir daha qızların onun yanında olduqlarını demişdir. Nicat əl-qol atıb onunla danışmaq istədikdə o, Nicata kənarda söhbət etməyi təklif etmiş, onlar klubdan çıxıb dəniz kənarında olan masanın arxasında oturmuşlar. Masa arxasında o və Nicat üzbəüz oturmuşlar, yanlarında ayaq üstə Nicatın tanışları, onun tərəfindən isə Xəyal dayanmış, həmçinin klubun işçiləri və klubda olan üzdən tanıdığı şəxslər də masanın yanında dayanmışlar. Söhbət zamanı o, Nicatdan nə səbəbə belə hərəkət etdiyini soruşduqda Nicat ona irad bildirən tərzdə özünün səhv hərəkət etdiyini, qız söhbətini etməli olmadığını bildirmişdir. Bu zaman o, Nicatın sifətinə bir dəfə yumruqla zərbə endirmiş və Nicat oturduğu oturacaqla birlikdə yerə yıxılmışdır. Bundan sonra aralıq qarışdığından onları tanımadıqları şəxslər aralamış, o da həmin yerdən uzaqlaşıb «Aqua park» istirahət mərkəzinin dayanacağında Xəyalın avtomaşınında həmin iki qızla birlikdə oturmuşdur. Qızlar ağlayıb getmək istədiklərini dediklərinə görə onlar oradan uzaqlaşmışlar. Səhər tezdən o, avtobusla Rusiya Federasiyasına getmiş, Xəyal həmin gün onunla olmamışdır. Rusiyada olanda hadisədən təxminən 6-7 aydan sonra o, baş vermiş hadisəyə görə polislərin onu axtardığını, həmin mübahisədən sonra bir nəfərin öldüyünü öyrənmişdir. Həmin ərəfədə o, əvvəl ürəyindən, daha sonra isə ayağından əməliyyat olunduğundan və bir ilə yaxın yataq xəstəsi olduğundan, daha sonra pasportunun vaxtı bitdiyindən Azərbaycana qayıda bilməmişdir. Sənədlərini qaydaya saldıqdan sonra isə Azərbaycan Respublikasına qayıtmışdır. Nicatı yalnız o, bir dəfə yumruqla vurmuş, ondan başqa Nicatı heç kim vurmamışdır. O, Nicatı vurduqdan sonra sonuncu qaçmışdır. O, nə Zərərçəkmiş şəxs, nə də ki, Təqsirləndirilən şəxs tanımır, həmin şəxslərlə heç bir münasibəti olmamış, həmçinin İbrahimlə Böyükağanın mübahisəsini görməmişdir.Yalnız hadisədən sonra o, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yaşayan biri olduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, o, 2006-cı ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X4 dalğıç vəzifəsində işləmişdir, hadisə baş verən zaman xidmət etdiyi məntəqə Novxanı qəsəbəsindəki «AF Hotel»in yanında yerləşmişdir. 16 avqust 2014-cü il tarixdə saat 03:45 radələrində məntəqənin 2- ci mərtəbəsində növbətçi otağda xidmətdə olduğu vaxt məntəqənin həyətindən qapının döyüldüyünü eşitmiş, müşahidə otağından həyətə baxanda bir nəfər tanımadığı şəxsi görmüşdür. Həmin şəxs əli ilə qarın nahiyyəsindən tutaraq «məni vurublar» deyərək təcili yardım stansiyasına zəng etməsini xahiş etmişdir. O, həmin vaxt növbətçi otaqdan “102” xidmətinə zəng edərək hadisə barədə məlumat verdikdən sonra dərhal həmin şəxsin yanına getmişdir. Nə baş verdiyini soruşanda həmin şəxs bıçaqla vurulduğunu, halının pis olduğunu deyib xidməti maşını ilə onu xəstəxanaya çatdırmasını xahiş etmişdir. O, həmin vaxt tək olduğundan və növbətçi hissəni qoyub gedə bilmədiyindən «AF Hotel»in qarşısındakı yoldan keçən maşınlardan kömək istəmişdir. Yolun qırağında dayanmış ağ rəngli «Honda» markalı maşına yaxınlaşıb sürücüsünə bir nəfərin yaralı olduğunu bildirmiş, sürücü avtomobili onun göstərdiyi yerə sürmüş, onlar köməkləşib yaralını maşına yerləşdirmişlər və sürücü avtomobili işə salıb yaralını xəstəxanaya aparmaq üçün oradan uzaqlaşmışdır. Sonra o, hadisə barədə işlədiyi idarəyə məlumat vermişdir. Yaralı şəxsin mobil telefonu məntəqənin giriş hissəsinin piləkənində qalmış, sonradan həmin telefonu polis əməkdaşlarından biri götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, 15 avqust 2014-cü il tarixdə axşam saatlarınadək yaşadığı evdə olmuş, saat təxminən 23 radələrində Novxanı çimərliyində olan «Neptun» kluba getmiş, orada bir qədər qalıb evinə qayıtmışdır. Təxminən saat 02 radələrində Vüsalə adlı tanışı ona zəng vurub «AF Hotel»in gecə klubunda olduğunu deyib həmin yerə çağırmışdır. O, təxminən yarım saat sonra gecə klubuna getmiş, Vüsalə ilə sol tərəfdə olan masada əyləşmişdir. Həmin ərəfədə o, sağ ayağından əməliyyat olunduğundan ayaq üstə durmaqda əziyyət çəkmişdir. O, Vüsalə ilə telefon vasitəsi ilə tanış olmuş, ilk dəfə də 16 avqust 2014-cü il tarixdə «AF Hotel»in nəzdində olan “Aqua park”ın gecə klubunda görüşmüş, həmin vaxtadək sonuncu ilə yalnız telefonla danışmışdır. Həmin axşam Vüsalə ilə dəniz kənarında cinsi əlaqədə olmuşlar, daha sonra klubda əyləşib pivə içmişlər. O, Vüsalə ilə klubda masada oturarkən orada bir neçə nəfərin mübahisə etdiyini görmüşdür. Onların mübahisə etmələrini isə 5-6 nəfərin bir araya toplaşmasından anlamışdır. Bir müddət sonra isə həmin şəxslər dəniz kənarına doğru getmişlər. Həmin gün saat 02-03 radələrində İbrahim, Sərxan və iki nəfər tanımadığı şəxs də gecə klubuna gəlmişlər. İbrahim əslən Bərdə şəhərindən olmuş, Sumqayıt şəhərində kirayədə yaşamış, güləşçi olmuşdur. İbrahimlə onun yaxın münasibətləri olmuş, arada birlikdə vaxt keçirmişlər. Sərxanı da Sumqayıt şəhərində yaşayan bir şəxs kimi tanıyır, İbrahimin yanında olan iki nəfəri isə tanımamışdır. İbrahim və Sərxan onun əyləşdiyi masada oturmuşlar, onlar söhbət etmişlər. Təxminən 5-10 dəqiqədən sonra İbrahim bir nəfərlə kənarda söhbət etməyə başlamış, gecə klubundan çıxaraq dəniz kənarına doğru getmiş, Sərxan isə onun əyləşdiyi masada qalmışdır. O, İbrahimin mübahisə edən şəxslərin yanına getdiyini başa düşmüşdür. İbrahim dəniz kənarına gedəndə onun yanında kimin olmasına fikir verməmişdir. Həmin vaxt Vüsalə ona bir şəxsin qarnını tutub qaçdığını demişdir. O, dənizə tərəf baxanda hündür, dolu bədən quruluşlu bir şəxsin kluba tərəf qaçdığını görmüşdür. Həmin vaxt klubda hamı ayağa qalxıb qaçmağa başlamış, o, da Vüsalə ilə çıxışa tərəf qaçmış və onlar taksi ilə metronun “20 Yanvar” stansiyasına getmişlər, oradan Vüsaləni evlərinə yola saldıqdan sonra öz evinə qayıtmışdır. Səhər saatlarında İbrahim ona zəng edib yol yoldaşı kimi onunla Bərdə şəhərinə getməsini istəmiş, o, həmin vaxt Şəmkir şəhərinə gedəcəyinə görə İbrahimlə metronun “20 Yanvar” stansiyasının yaxınlığında görüşüb taksi ilə Bərdə şəhərinə getmişdir. İbrahim ona “Aqua park”ın gecə klubunda aralarında yaranmış mübahisə zamanı bir nəfəri bıçaqladığını, həmin şəxsin də öldüyünü bildirmişdir. Lakin o, özünə problem yaratmaq istəmədiyinə görə mübahisənin nə üstündə başlaması, həmin şəxsi hansı səbəbdən öldürməsi barədə İbrahimə sual verməmişdir. İbrahim Bərdə şəhərində qardaşı, anası ilə görüşmüş, daha sonra onlar çay evinə getmişlər. İbrahim polislərin onu axtardığını ehtimal edərək, ona daha onun yanında qalmamasını, oradan çıxıb getməsini bildirmiş, o da İbrahimlə sağollaşıb Şəmkir rayonuna gedərək bir neçə gün əmisigildə qalmışdır. Həmin vaxt İbrahimin hara getməsi barədə məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs tanımır, gecə klubunda ölən şəxsin Zərərçəkmiş şəxs olması ona sonradan məlum olmuşdur. Zərərçəkmiş şəxs bıçaqlanması dəniz kənarında baş vermiş, o, bıçaqlanma hadisəsinin bilavasitə şahidi olmamışdır. Həmin mübahisənin hansı səbəbdən başlaması və mübahisədə kimlərin iştirak etməsi barədə məlumatı yoxdur.O, heç vaxt İbrahimin üzərində bıçaq və ya bıçağa bənzər hər hansı bir əşya görməmişdir. X21 hadisədən təxminən 3 il öncə Sumqayıt şəhərində telefon dükanından «***-***-**-**» saylı nömrəni alması və istifadə etməməsindən, qeyd edilən nömrənin hadisə baş verən ərəfələrdə Təqsirləndirilən şəxs istifadəsində olmasından məlumatı yoxdur, ola bilsin ki, vaxtilə həmin nömrəni qardaşının adına almış və istifadə üçün İbrahimə vermişdir. Sonradan Sumqayıt şəhərində olan söz-söhbətdən İbrahimlə Xəyal adlı şəxsin söhbəti düşdüyünü, İbrahimin həmin məsələni aydınlaşdırmaq üçün kluba getdiyini öyrənmiş, lakin mübahisənin tam olaraq nə üstündə baş verməsini bilməmişdir. Xəyalı Sumqayıt şəhər sakini kimi tanıyır, onun idmançı olduğunu bilir, lakin onunla yaxın münasibəti olmamışdır. «***-***-**-**» saylı sim kartın onun istifadəsində olub-olmadığını dəqiq xatırlamır, ola bilsin ki, hansısa tanışının istifadəsində olmuş, ya da ki, kimsə onun telefonundan istifadə edən zaman həmin «***-***-**-**» saylı sim kartdan «070-272-52- 92» saylı sim karta «İbisi axtarirlar bilibler» məzmunlu sms yazmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, Təqsirləndirilən şəxs ilə eyni məhəllədə yaşamışdır. İbrahimlə münasibətləri yaxşı olmuş, arada görüşüb çay içmişlər. 15 avqust 2014-cü il tarixdə saat 19 radələrində Yasamal rayonundakı iş yerindən ünvan 2 ünvanında yerləşən evinə getmişdir. Onlar yay vaxtı olduğu üçün gecələr tanışları ilə görüşüb istirahət etmişlər. 16 avqust 2014-cü il tarixdə gecə saat 01 radələrində İbrahimlə zəngləşib görüşmək barədə razılaşmışlar. O, İbrahimlə təxminən gecə saat 01 radələrində Tbilisi prospektində görüşmüş, birlikdə olanda kimsə İbrahimə zəng edərək Novxanıda yerləşən “Aqua park” istirahət mərkəzinə dəvət etmiş, İbrahim də ona birlikdə getməyi təklif etmişdir. Onlar birlikdə taksi ilə həmin yerə getmişlər və yanlarında heç kim olmamışdır. “Aqua park”da ümumi tanışları Cavanşiri görüb sonuncu ilə salamlaşmış, Cavanşir tanımadığı bir şəxslə bir yerdə oturmuşdur. İbrahimin tanışları təxminən 10 nəfər olmuşdur, aralarında 4-5 nəfər qız olduğundan o, həmin masaya yaxınlaşmamış, Cavanşirin yanında əyləşmişdir. O və İbrahim həmin vaxt ortada rəqs edənlərdən birinin Xəyalla gələn xanıma söz atdığına görə Xəyal həmin şəxsə öz iradını bildirdiyini və aralarında mübahisə yarandığını görmüşlər. İbrahim bunu kənardan görüb həmin şəxsə yaxınlaşmış, İbrahim yaxınlaşandan sonra söz atan oğlanın tanışları da onlara yaxınlaşmışlar və aralarında təxminən 10-15 dəqiqə davam edən söhbət olmuşdur. O və Cavanşir nə qıza atılan sözü, nə də ki, İbrahimgilin nə barədə söhbət etdiklərini bilməmişlər. İbrahim həmin şəxslərlə söhbət edəndən sonra onların olduqları masaya qayıtmış, İbrahimdən qıza söz atıldığı üçün Xəyalın həmin şəxsə öz iradını bildirdiyini, həmin oğlanın da «sən mənə qıza görə söz deyirsən deyə bildirdiyini, İbrahimin onlara yaxınlaşıb sakitləşdirdiyini, həmin vaxt yalnız sözlə mübahisə olduğunu, hər hansı davadalaş olmadığını öyrənmişdir. Mübahisə edən şəxsləri sakitləşdirəndən sonra onlar ayrılmışlar və İbrahim gəlib onlarla əyləşmişdir. Təxminən yarım saatdan sonra isə Xəyal bir qədər əvvəl mübahisə etdiyi oğlanlarla yenidən mübahisə etməyə başlamış, bu dəfə onlar klubdan bayıra çıxıb dənizə tərəf getmişlər. İbrahim onlara masada oturmağı, bir qədər sonra gələcəyini bildirib həmin şəxslərin arxası ilə getmişdir. Təxminən 20 dəqiqədən sonra klubu işlədənlərdən biri gəlib bıçaqlanma hadisəsinin olduğunu, klubun bağlandığını, hamının bayıra çıxmasını bildirmişdir. O, həmin şəxsdən onların yanında olan İbrahimin necə olduğunu soruşmuş, sonuncu da İbrahimin az öncə klubdan dənizə tərəf gedən uşaqlardan birini bıçaqla vuraraq Göradil tərəfə qaçdığını bildirmişdir. Bundan sonra o, Cavanşirlə kafedən çıxıb taksi saxlamış, İbrahimə həm özünün, həm də Cavanşirin telefonundan zəng vurmuşlar, lakin İbrahim cavab verməmişdir. Onlar taksiyə minib Sumqayıt şəhərinə gəlmişlər, saat artıq 2-3 radələrində yenidən İbrahimə zəng vurmuşlar, İbrahim cavab vermədiyinə görə hərə öz evinə getmişdir. Səhərisi gün Novxanıda bıçaqlanan oğlanın öldüyünü öyrənmişlər, axşam tərəfi isə onu və X16 çağırmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, İbrahim onun böyük oğludur, 2012-ci ildə X6 bitirmiş, daha sonra hərbi xidmətdə olmuşdur. İbrahim sərbəst güləşlə məşğul olmuş, dəfələrlə ölkə çempionu və müxtəlif yarışlarda mükafatçı olmuşdur. İbrahim hərbi xidmətdən qayıtdıqdan sonra heç yerdə işləməmiş, əasən Bakı şəhərində müxtəlif yerlərdə qalıb məşq etmişdir. 2013-cü ilin dekabr ayında yarışdan sonra dalaşdığı üçün təxminən 6 aya qədər həbsdə olmuş, 2014-cü ilin iyun ayında azadlığa buraxılmışdır. 20 günə qədər Bərdə rayonunda evdə olmuş, daha sonra Bakı şəhərinə getmiş, İbrahim ona sentyabr ayında keçiriləcək yarışda iştirak etmək üçün Sumqayıt şəhərində qalıb məşq etmək istədiyini bildirmişdir. Digər oğlu İdrisin toyuna hazırlıq görmək üçün Bakı şəhərinə gedib bacısının evində qalmış, 15 avqust 2014-cü il tarixdə saat 22 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığında olmuş, İbrahimlə əlaqə saxlayaraq onu yanına çağırmışdır. Təxminən 5-10 dəqiqədən sonra İbrahim yanında üç nəfər tanımadığı şəxslərlə gəlmiş, onlar «5 mərtəbə» adlanan yerə gedib birlikdə çay içib söhbət etmişlər. Saat təxminən 24 radələrində İbrahimgil Sumqayıt şəhərinə gedəcəklərini bildirib oradan getmişlər. Bundan sonra o, İbrahimi görməmişdir. Səhərisi gün saat 10 radələrində İbrahim ona zəng vurmuş, o, İbrahimdən zəng etməsinin səbəbini soruşanda, elə-belə hal-əhval tutmaq üçün zəng vurduğunu bildirmişdir. Bundan sonra İbrahimlə bir daha danışmamış, həmin nömrəsinə zəng çatmamış, onun harada olduğunu və nə işlə məşğul olduğunu bilməmişdir. İbrahim ona zəng vurduğu 16 avqust 2014-cü il tarixdə günortadan sonra Bərdə rayonundakı evlərinə gedib anası ilə görüşmüş, arvadının dediyinə görə İbrahim yanında orta köklükdə, səliqəli geyinmiş cavan şəxs də olmuşdur. İbrahim evdə çox qalmamış, onunla hal-əhval tutub, toya hazırlıq barədə soruşub getmişdir. Həmin gün axşam saatlarında Bərdə rayon Polis Şöbəsinin polis əməkdaşı onunla əlaqə saxlayıb Binəqədi rayon Polis İdarəsinə getməli olduğunu bildirmişdir. X22 çimərliyində klubda dalaşdığını və axtarışda olduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun dayısı oğludur. Onlar Böyükağaya adətən «Qaqaş» və «Ağa» deyə müraciət etmişlər. Böyükağa ağıryana, sakit xasiyyətli biri olmuşdur. O, Böyükağanın nə vaxtsa dalaşdığını, kiminləsə mübahisə etdiyini və ya hər hansı artıq-əskik hərəkətini görməmiş və eşitməmişdir. Hətta hərbi xidmətdə namaz da qılmış, amma dostlarının dediyinə görə, son 2-3 aydır ki, spirtli içkilər içməyə başlamışdır. Əsgərlikdən qayıtdıqdan sonra Böyükağa istilikxana işi ilə məşğul olmuş, öz həyətlərində pomidor, xiyar əkib-becərmiş, sonradan bir müddət tokar yanında köməkçi işləmişdir. Böyükağanın əsgərlik yoldaşlarından Kərim və Nicatı tanıyır, bir dəfə onlarla birlikdə çay içmişdir. Hadisədən 2-3 ay əvvəl əsgər yoldaşı Nicat Böyükağaya qohumu Zaurun işlətdiyi «Avtoclean» adlanan kafeyə ümumi nəzarəti həyata keçirməsini təklif etmiş, Böyükağa həmin vaxtdan kafedə işləməyə başlamışdır. O, bir dəfə həmin kafeyə getmiş, kafenin altında avtoyuma məntəqəsinin fəaliyyət göstərdiyini görmüşdür. Böyükağa yalnız kafeyə nəzarət etmişdir. Böyükağa onu Zaurla, Eldarla və Nicatla tanış etmiş, Eldarın Cavid adlı qardaşını tanımamış, Cavidi ilk dəfə Böyükağanın yas mərasimində görmüşdür. Böyükağa 2012-ci ildə özünə kreditə «Hundai Elantra» markalı **-CJ-*** qeydiyyat nişanlı maşın almışdır. 15 avqust 2014-cü il tarixdə Böyükağa günorta vaxtı Sumqayıt şəhərində yaşayan böyük bacısı Səbinəgildə olmuş, bacısına başının ağrıdığını demişdir. Təxminən saat 19 radələrində Eldar Böyükağaya zəng vurub Nicatın adgününü qeyd etmək üçün yeyibiçməyə dəvət etmiş, Böyükağa başının ağrıdığını əsas gətirərək gələ bilməyəcəyini bildirmiş, lakin Nicatın bir neçə zənglərindən sonra onlarla görüşə getmişdir. 16 avqust səhər saat 05:30-da evində yatan vaxt Sumqayıt şəhər Polis İdarəsinin Post-Patrul xidmətində işləyən sinif yoldaşı Əliqardaş ona zəng edərək Sumqayıt şəhərində yerləşən Travmatologiya xəstəxanasına gəlməsini demişdir. O, nə baş verdiyini soruşanda Əliqardaş Böyükağanın bıçaqlandığını və öldüyünü bildirmişdir. O, dərhal xəstəxanaya getmiş, orada meyitin meyitxanaya aparıldığını öyrənmişdir. Hadisə barədə soruşanda X3 yerləşən «Aqua park»da bıçaqla vurulduğunu bildirmişdir. Bir müddət sonra Zaurdan nə baş verdiyini soruşmuş, Zaur gecə saat 04 radələrində bağdan qayıtdığını, «Aqua park»ın yaxınlığında döngədə kiminsə özünü maşının qabağına atdığını, maşından düşəndə həmin şəxsin Böyükağa olduğunu gördüyünü, onu maşınına mindirib Travmatologiya xəstəxanasına gətirdiyini bildirmişdir. Lakin qəbirstanlıqda olanda Nicat ona tam başqa şeylər danışmışdır. Belə ki, 16 avqust 2014-cü il tarixdə mərhum dəfn olunmuş, ertəsi gün qəbirstanlığa gedəndə Eldar, Cavid, Nicat Böyükağanın qəbirinin üstünə gül gətirdiklərini görmüşdür. O, Nicatdan hadisənin təfərrüatlarını ona danışmasını istəmiş, həmin vaxt Zaurun da hadisə vaxtı orada olduğunu, lakin xəstəxanada ona yalan danışdığını anlamışdır. Belə ki, Nicat ona və orada olan mərhumun dostları Vüqar, Kərim, Vüsal və Kamilə bildirmişdir ki, 15 avqust 2014-cü il tarixdə onun adgünü olmuş, o, Eldar, Cavid, Zaur və mərhum Böyükağa axşamüstü saat 20-21 radələrində görüşüb Böyükağanın və Zaurun maşınları ilə Novxanı qəsəbəsində yerləşən «Neptun» restoranına gedib yeyibiçmişlər, saat təxminən 23 radələrində «Neptun»dan çıxıb, əylənmək və diskotekada rəqs etmək üçün yaxınlıqda yerləşən «Aqua park»ın diskotekasına gedib bir masa arxasında oturmuşlar. Nicat diskotekada rəqs etməyə başlamış, həmin vaxt ortada bir nəfər qız da oynamış, həmin qızla Nicat baxışmışlar, qızla yaxınlaşma anında Xəyal adında oğlan Nicata yaxınlaşaraq «qız mənimlədi, xeyir ola onunla oynayırsan» deyə bildirmiş, Nicat da Xəyala «qız sənindirsə götür apar» deyə bildirəndə aralarında mübahisə baş vermiş, itələşməyə başlamışlar. Həmin vaxt Böyükağa və Zaur masadan qalxıb onlara yaxınlaşmış, mühafizəçilər onları aralamışlar. Bundan sonra Nicatgil öz masalarına oturmuşlar, bir müddət sonra Xəyal Nicata yaxınlaşıb «Siz mənim istirahətimi pozduz, siz qalın istirahət edin» deyə bildirmişdir. Sonradan «WhatsApp» proqramına baxanda görmüşdür ki, Böyükağa 16 avqust 2014-cü il tarixdə saat 01:10 radələrinə kimi onlayn olmuş, bu da həmin vaxt Böyükağanın kiminləsə yazışdığını göstərir. Sonra Nicatgil 40 dəqiqə və ya 1 saat diskotekada əylənmişlər, daha sonra 1 nəfər tanımadığı şəxs Nicata yaxınlaşıb sahilə dəvət etmiş, həmin vaxt Böyükağa, Zaur, Eldar və Cavid Nicatın arxasınca çıxmışlar. Dənizin sahilinə enəndə orada olan şəxslərdən kimsə Nicata «sənin gəlişinə ölüm düşür» demişdir. Nicatgil sahilə endikdən sonra təxminən 25-30 nəfər şəxs Nicatgili dövrəyə almışlar və hərəsi bir yandan hadisənin necə olması barədə sual verməyə başlamışlar. Nicat baş verənləri danışan zaman onun sözünü bir neçə dəfə kəsib yenidən danışmasını tələb etmişlər. Nicatın sözlərinə görə həmin şəxslər elə vəziyyət yaratmışlar ki, səhv tutsunlar və onları döysünlər. Hətta kütlənin arasında əlində şüşə butulka, taxta, dəmir parçası olanlar da olmuşdur. Söhbət əsnasında bir nəfər kənardan yaxınlaşan 3 nəfərdən birini göstərərək «Sumqayıtın vəziyyətinə baxan ibrahimdir, tanış olun» deyə bildirmiş, İbrahimə Nicatı göstərmişlər. Həmin şəxs Nicatdan söhbətin necə baş verdiyini soruşmuş, İbrahim yüksək səslə danışdığına görə Böyükağa ona bir az sakit danışmasını bildirmiş, İbrahim Böyükağaya «sən kimsən, sən bilirsən kimin sözünü kəsirsən, sən saxla» deyə bildirmişdir. Həmin vaxt səs-küy olduğundan İbrahim Nicatı və Böyükağanı masa arxasına dəvət etmiş, masa arxasında başda Nicat, Nicatın sağında İbrahim, solunda Xəyal, Xəyalın yanında Böyükağa oturmuş, bir nəfər masanın ayaq tərəfindən ayaqüstə dayanmış, kütlə isə masanın ətrafına yığışıb söhbətə qulaq asmışdır. Söhbət zamanı İbrahim Nicatı səhv çıxararaq Xəyaldan Nicatı vurmasını istəmiş, Xəyal Nicatı masanın arxasında yumruqla vurmuş, dərhal sonra başlarının üstündə duranlardan kimsə Nicatı vurmuş, Nicat oturacaqdan yıxılmışdır. Həmin vaxt Böyükağa «bu nədi cırıq söhbətinə görə adam vurarlar, onun söhbətini edən elə cırıqdır» deyə bildirməsi İbrahimin xoşuna gəlmədiyindən Böyükağanı kənara çəkmiş, Nicat ayaqaltında döyülən zaman Eldar Nicatı çəkib kütlənin arasından çıxarmış, həmin vaxt X14 bıçaqla vurduğunu, Böyükağanın qolunda qan olduğunu görmüşdür. Nicat və Eldar “Neptun” restoranına tərəf qaçmış, Böyükağa yaralı vəziyyətdə əks istiqamətə, yaxınlıqda yerləşən Fövqəladə Hallar Nazirliyinin Xilasetmə məntəqəsinə girib kömək istəmiş, Cavid və Zaur isə öz maşınlarına tərəf qaçmışlar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Böyükağa üçün maşın axtaran zaman Zauru görüb yaralı şəxsi xəstəxanaya aparmaq lazım olduğunu bilirmiş, Zaur da elə həmin yaralını axtardığını bildirmiş, Fövqəladə Hallar Nazirliyinin əməkdaşının köməkliyi ilə Böyükağanı Zaurun maşınına qoymuşlar və Zaur Böyükağanı Sumqayıt şəhər Travmatologiya xəstəxanasına aparmışdır. Zaur «Neptun»un qarşısından sürətlə çıxanda Eldar onu görmüş və Nicatla birlikdə olduqları taksi ilə Zaurun arxasınca getmişlər, lakin Zauru Sumqayıt şəhərinin içində itirmişlər. Sonradan Zaura zəng edəndə Böyükağanın xəstəxanada olduğunu öyrənmişlər. Hadisənin təffərüatlarını ona Nicat danışmış, Eldar isə şərh vermişdir. O, özü hadisə yerində olmadığına görə dəqiq nə baş verdiyini və Böyükağanı bıçaqla kimin vurduğunu bilməmiş, hadisəni sonradan özü araşdırmış, hərkəs Böyükağanın İbrahim tərəfindən bıçaqlandığını bildirmişdir. Bütün bu xoşagəlməz hallar Nicatla Xəyalın mənasız mübahisəsi səbəbindən baş vermişdir. Eşitdiyinə görə İbrahimin yanında hadisə vaxtı Surxay və Cavanşir adlı Sumqayıt sakinləri olmuşdur. Sonradan öyrənmişdir ki, Xəyalın Zöhrab, Xəyyam və Gündüz adlı qardaşları Sumqayıtda çayxana işlədir. O, həmin çayxanaya gedib Gündüzlə söhbət etmiş, Gündüz ona Xəyalın hadisədən iki saat sonra Moskva şəhərinə getdiyini bildirmişdir. Bir neçə gün sonra o, Zöhrabla məsciddə rastlaşmış, Xəyaldan başqa digər üç qardaşı namaz əhlidirlər və sakit, təmiz insanlardır. X18 barədə soruşmuş, Zöhrab ona Xəyal adlı qardaşını ürəyindən sildiyini, Xəyalın onların başını aşağı etdiyini, bir-neçə dəfə Xəyalı normal həyata çəkmək istədiyini, orucluqda evdən bayıra çıxmağa qoymadığını, oruc tutdurduğunu, lakin Xəyalın onun sözündən çıxdığını və Xəyalın harada olmasını bilmədiyini demişdir. Zöhrab həmçinin Xəyalın yerini bilərsə hər cür köməklik edə biləcəyini demişdir. İbrahimi, Xəyalı, Surxayı və Cavanşiri tanımır, İbrahimin əslən Bərdəli olduğunu, Bakı şəhərində yaşadığını, hadisədən 15 gün əvvəl Sumqayıt şəhərində kirayədə yaşadığını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 göstərdi ki, X20 onun uşaqlıq dostudur. O, 2014-cü ilin iyul ayının əvvəllərindən Tofiqin icarəyə götürdüyü «AF Hotel»in nəzdində olan «Garden beach» klubda administrator kimi xidmət göstərməyə başlamışdır. O, saat 20:00-dan səhər saat 06:00-dək işləmiş, sonra onun üçün oteldə ayrılan 419 nömrəli istirahət otağına getmişdir. Həmin otaqda o, dj Fəramin, müdirləri Tofiq və Novruz, barmen Eşqinlə qalmışdır. 14 avqust 2014-cü il tarixdə o, nənəsinin qəbrini ziyarət etməyə getmiş, 15 avqust 2014-cü il tarixdə saat 17 radələrində qaldığı otağa qayıtmış və orada Eşqin, Fəramin, Novruz, Tofiq, Orxan, Faiq və Lalənin olduğunu görmüşdür. 15 avqust 2014-cü il tarixdə saat 20 radələrində işinə başlamış, 16 avqust 2014-cü il tarixdə gecə saat 3-4 radələrində nəzarət elədiyi zaman tanımadığı iki müştəri arasında mübahisə yarandığını görmüşdür. O, münaqişəni sakitləşdirmək və həmin müştəriləri oradan uzaqlaşdırmaq üçün ora mühafizəçilər Tural və Pərvizi göndərmişdir. Mühafizəçilər həmin müştərilərdən daha aktiv olanını oradan kənarlaşdırmışlar. Bundan sonra ara sakitləşmiş və klub normal iş rejiminə qayıtmışdır. Sonradan mühafizəçi Turaldan öyrənmişdir ki, həmin şəxlər yenə də içəri daxil olmaq üçün cəhd etmişlər, lakin mühafizəçilər onları içəri buraxmamışlar. Həmin şəxslərdən biri daha sonra «Af hotel»in ərazisinə aid olmayan yerdən, yəni estakadadan içəri daxil olaraq içəridə onlarla mübahisə etmiş şəxsləri dənizin kənarına dəvət etmişdir. Sonra isə aralarında baş verən münaqişə zamanı onlardan biri digərini öldürmüşdür. Həmin şəxsin hansı üsulla və necə öldürülməsi barədə hər hansı məlumatı olmamışdır. Bir neçə saatdan sonra polis əməkdaşları onun işlədiyi yerə gəlmişlər və onları Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparmışlar. İçəridə olan mübahisə qəflətən yarandığından orada müştərilər bir-birinə qarışmış, onların konkret olaraq neçə nəfər olmasını və dalaşaraq bir-birlərinə xəsarət yetirmələrini görməmişdir. O, X9 və Təqsirləndirilən şəxs tanımır. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 göstərmişdir ki, kiçik qardaşı Eldar təxminən 2014-cü ilin iyun ayından dostu Böyükağa ilə birlikdə anasının xalası oğlu Zaurdan «Avtoclean» adlı obyekti götürüb işlədir, obyektin birinci mərtəbəsi avtoyuyucu kimi, ikinci mərtəbəsi isə çayxana kimi fəaliyət göstərir, «Ağa» kimi müraciət etdikləri mərhum Böyükağa ilə onun münasibəti hər zaman yaxşı olmuşdur. X19 Nicata görə tanımışdır. X25 birlikdə hərbi xidmətdə olmuşlar. Xalası oğlu Nicatın ad gününü qeyd etmək məqsədilə 15 avqust 2014-cü il tarixdə saat 19 radələrində işdən çıxıb Nicatla birlikdə Sumqayıt şəhərinə evinə getmiş, saat 20 radələrində Böyükağa qardaşı Eldarla öz maşını ilə gəlib onu və Nicatı götürmüş və onlar birlikdə Novxanı qəsəbəsində yerləşən «Sunset» istirahət mərkəzinə getmişlər, anasının xalası oğlu Zaur da orada olmuş, o, qardaşı Eldar, xalası oğlu Nicat, Böyükağa və Zaur yemək yemişlər və viski içmişlər, lakin heç kəs sərxoş olmamışdır, saat təxminən 23 radələrində «Sunset» istirahət mərkəzinin yanında olan «Neptun» disco klubuna getmişlər. Orada pivə içib bir qədər rəqs etdikdən sonra saat təxminən 24 radələrində rəqs etmək üçün «Aqua Park» istirahət mərkəzinin «Go1den Beach» adlanan disko klubuna getmişlər. Onlar iki pivə və bir kola sifariş verib oturmuşlar, Nicat və qardaşı Eldar tez-tez çıxıb meydançada rəqs etmişlər. O və Böyükağa masa arxasında oturmuş, Zaur isə aradabir rəqs etmiş, lakin əsasən onlarla oturmuşdur. Bir müddət sonra iki qızın meydançada Nicata baxaraq rəqs etdiyini görmüş, Nicat da onların yanında rəqs etmiş, lakin aralarında 3-4 metr məsafə olmuşdur. Bildiyi qədər onlar bir-birini tanımamışlar. O, Nicatın və həmin qızların bir- birilərinə baxmalarını fərq etmişdir. Təxminən 40 dəqiqədən sonra sonradan adının Xəyal olduğunu bildiyi bir şəxs Nicata yaxınlaşıb danışdığını və aralarında qısamüddətli mübahisə olduğunu görmüşdür. O, onlara yaxınlaşıb Nicatı geri çəkmiş, həmin vaxt mübahisənin hansı səbəbdən baş verdiyini bilməmiş, Nicatgilə yaxınlaşanda klubun iki mühafizəçisi də onlara yaxınlaşıb Nicatla mübahisə edən oğlanı aralaşdırıb oradan aparmışlar. Nicat həmin oğlanın ona yaxınlaşıb yanında rəqs etdiyi qızların onun tanışı olduqlarını, qızların xətrinə dəyməməyi dediyini, onun da həmin şəxsi əli ilə itələyib «get işinlə məşğul ol» deyə bildirməsi aralarında mübahisəyə səbəb olduğunu bildirmişdir. O, mühafizəçilərə tərəf gedəndə həmin oğlanın «eybi olmaz mən gedərəm, qoy onlar istirahət etsin» deyə bildirdiyini eşitmiş, sonra oğlan klubdan çıxmışdır. Mübahisəyə səbəb olan qızlar klubda qalmışlar. Bundan sonra Nicat həmin qızlara yaxınlaşmamışdır. Daha sonra onlar masa arxasına oturmuşlar, hər kəs öz işi ilə məşğul olmuşdur. Həmin oğlanın oturduğu masanın arxasında oturan bir nəfər adını bilmədiyi oğlan klubda olan mübahisəyə qarışmamışdır. Onun xatırladığına görə Nicatla bir nəfər mübahisə etmişdir. Təxminən 1 saatdan sonra o, əlini yuyub geri qayıdanda oturduğu masanın boş olduğunu görüb nəyinsə baş verdiyini anlamışdır. Oturduğu yerdən çölə baxanda təxminən 25-30 nəfər adamın toplaşdığını, Eldarın, Böyükağanın və Nicatın da orada olduqlarını görmüş, Zaurun orada olub-olmadığını dəqiq xatırlamır. O da həmin yerə getmiş və bir qədər əvvəl Nicatla mübahisə edən Xəyalın təxminən 20 nəfərə yaxın oğlanlarla gəldiyini, adlarını bilmədiyi həmin oğlanların bir-bir Nicata hadisə barədə sual verdiklərini görmüş, həmin vaxt hər hansı mübahisə baş verməmiş, onlar sadəcə söhbət etmək üçün gəldiklərini demişlər və masa arxasında oturmuşlar. Əsasən bir nəfər orta boylu saqqallı oğlan söhbət edirmiş, hadisədən uzun müddət keçdiyinə görə edilən söhbətlərinin məzmununu tam olaraq xatırlamır. Təxminən 20 dəqiqə ərzində söhbət edəndən sonra İbrahim adlı şəxs gəlmiş, bir nəfər qabağa çıxaraq İbrahimi «Sumqayıtda vəziyyətə baxan» kimi təqdim etmişdir. Bundan sonra İbrahim ayaq üstündə deyil, oturaraq söhbətə aydınlıq gətirilməsini təklif etmiş, həmin vaxt Böyükağa da yerindən nə isə deyəndə İbrahim ona öz iradını bildirərək onun sözünü kəsməməsini tələb etmişdir. O, Böyükağanın İbrahimə nə deməsini xatırlamır. Sonra onlar masa arxasında oturmuşlar. Masanın bir tərəfində Nicat, onun yanında sol tərəfdə Xəyal adlı oğlan, onun yanında Böyükağa oturmuş, onlarla qarşılıqlı isə İbrahim adlı oğlan oturmuş, onun yanında ayaq üstə bir neçə nəfər dayanmışdır. O, isə Böyükağa tərəfdə ayaq üstə durmuşdur. Nicatla üzbəüz isə üzü tüklü orta boylu, təxminən 21-25 yaşı olan oğlan oturmuşdur. İbrahim Nicatdan hadisənin necə olduğunu danışmağı tələb etmiş, Nicat yenə eyni hadisəni danışmışdır. Həmin vaxt İbrahimin yanında olan ayaqüstündə dayanmış qara köynək geyinmiş, üzü bir qədər tüklü olan oğlan Nicata irad bildirərək «sən həmin vaxt səsinin tonunu qaldırmısan, kobudluq etmisən» deyə bildirmişdir. Nicat yenə izah etməyə çalışanda o, Nicata konkret sual qoyaraq kobudluq edib-etmədiyini soruşmuş, Nicat isə sualdan yayınanda ilk mübahisəsi düşmüş, Xəyal adlı şəxs masanın arxasında Nicatı yumruqla vurmuş və Nicatın üzərinə getmiş, həmin vaxt Nicat yıxılan kimi olmuş, arxadan bir nəfər də Nicatı vurmuş, Nicat da yerə yıxılmış, 4-5 nəfər onu üzərinə gedən zaman o və Eldar Nicatı tutub onların arasından geri çəkmişlər. Həmin şəxslərin Nicatı vurubvurmadıqlarını görməmiş, lakin Nicat həmin vaxt onların arasında qalmışdır. Həmin şəxslər onların üstünə gəlsələr də heç kəsi vurmamışlar. Nicat «vurdunuz, dayanın» deyə qışqırmışdır. Həmin vaxt o, masadan təxminən 6-7 metr aralıda Böyükağanın təxminən 3- 4 nəfərlə mübahisə etdiyini görmüş, lakin mübahisə əlbəyaxa davaya çevrilməmişdir. İlkin ifadələrində hadisənin təsirindən Böyükağanın 3 metr aralıda 5-6 nəfərlə mübahisə etdiyini qeyd etmiş, sonradan hadisə barədə düşünəndə həmin məsafənin 6-7 metr olmasına, mübahisə edənlərin isə 3-4 nəfər olmasına əmin olmuşdur. O, Böyükağaya tərəf baxanda orada əlbəyaxa davanın olmadığını, yəni onların konkret olaraq Böyükağanı təkləyib döymədiklərini görmüşdür. Anidən o, kiminsə Böyükağanın yaxasından tutduğunu, onun da həmin oğlanın əlindən vurduğunu və onlarla üzbəüz dayanmış oğlanların arxasından diskotekaya tərəf qaçdığını, Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin məntəqəsi tərəfdə gözdən itdiyini görmüşdür. Hətta həmin məntəqəyə yaxınlaşanda Böyükağa səndələyərək yıxılan kimi olmuş və dərhal qalxaraq qaçmağa davam etmişdir. Səhv etmirsə, Böyükağanın arxasınca 1 nəfər qaçırmış.Böyükağa ilə mübahisə edən şəxslər onların üzərinə gəlməmişlər. Böyükağa ilə mübahisə edənlərin arasında İbrahim də olmuş, çünki İbrahim masanın yanında olmamışdır. Böyükağa qaçıb gözdən itəndə Nicatgil ilə mübahisə edən oğlanlar da Nicatla Eldarın üzərinə getmişlər, onlar da qaçmağa başlamışlar. O, həmin oğlanların arxasınca qaçmış, həmin söhbətdə kənarda qaldığına görə onun Nicatgilin dostu, qohumu və ya kənar şəxs olduğunu heç kim bilməmiş, ona bir söz deməmişlər, vurmamışlar. Həmin şəxslərin əlində taxta parçası, oturacaq olmuş, həmin əşyaları Nicatgilin arxasınca atmışlar. O, Böyükağanın yerə yıxıldığını və ayağa qalxıb yenidən qaçdığını görmüş, həmin vaxt onun xəsarət aldığını və ya üstü-başının qan olduğunu görməsə də bir qədər axsayaraq qaçdığını hiss etmişdir. Böyükağanın həmin vaxt klubdan çıxdığını və əsas yola tərəf qaçdığını fikirləşdiklərinə görə o, Eldar və Nicat əsas yola tərəf getmişlər. Zaurun həmin vaxt harada olduğuna fikir verməmişdir. Onlar kluba Zaura məxsus dövlət nömrə nişanını bilmədiyi «Honda» markalı və Böyükağaya məxsus qara rəngli «Hundai Elantra» markalı avtomobillərlə gəlsələr də, oradan qaçanda yolun kənarında dayanmış «VAZ- 2107» markalı taksi maşınına minmişlər və «Neptun» klubuna getmişlər. Diskotekanın əsas girişindən çıxanda Böyükağanın maşını “Aqua Park”ın qarşısında olduğunu, özünün isə orada olmadığını görmüşlər. Onlar Böyükağanın harada olduğunu bilməmişlər, onun maşına minməyərək harasa qaçdığını fikirləşmişlər. Eldar Böyükağanın qaçanda qolunda qan gördüyünü bildirəndə isə onun kimisə zərbə ilə vurub qaçdığını güman etmişlər. Böyükağanın «Neptun» klubunda tanışları olduğundan sonuncunun orada olduğunu güman etmişlər. Böyükağanın «Neptun» klubunda işləyən dostlarının adını bilməsə də onları üzdən tanımış, onlara hadisə barədə danışmışlar, həmin şəxslər Böyükağanın ora gəlmədiyini bildirmişlər. Onlar klubdan çıxıb Böyükağanı axtarmaq üçün Sumqayıt şəhərinə tərəf getmişlər. Elə həmin vaxt Zaurun öz avtombili ilə sürətlə keçdiyini görmüşlər, taksi ilə onun arxasınca getmişlər, lakin Zaur işıqforun qırmızı işığını keçmiş, taksi sürücüsü isə işıqforda saxlamışdır. Həmin vaxt telefonları söndüyündən və balanslarında pul olmadığından Zaurla əlaqə saxlaya bilməmişlər. Sumqayıt şəhərində «Sputnik» deyilən ərazidə taksidən düşüb küçədə olan bir nəfərdən telefonunu xahiş edib Zaura zəng vurmuşlar. Zaur onlara Böyükağanın bıçaqlandığını və Travmotologiya xəstəxanasında olduğunu demişdir. Onlar da həmin xəstəxanaya getmişlər, xəstəxanaya çatanda Böyükağanın əməliyyatda olduğunu, əməliyyatdan sonra isə öldüyünü öyrənmişlər. O, xəstəxanadan çıxıb evinə, daha sonra Polis Bölməsinə getmişdir. Hazırda qardaşı X7 təhsil alaraq işləyir, xalası oğlu Nicat barəsində isə cinayət işi istintaq olunur. Şahid1 əlavə olaraq göstərmişdir ki, prokurorluğa ilkin ifadə verən zaman hadisənin təsiri altında olduğundan bəzi məqamları düzgün xatırlaya bilməmişdir. Hazırda isə əminlikdə göstərə bilər ki, İbrahim masanın arxasında Nicatdan hadisənin necə olduğunu danışmağı tələb etmiş, Nicat yenə eyni hadisəni olduğu kimi danışmışdır. Həmin vaxt İbrahimin yanında olan ayaqüstündə dayanmış qara köynək geyinmiş, üzü bir qədər tüklü olan oğlan Nicata irad bildirərək «sən həmin vaxt səsinin tonunu qaldırmısan, kobudluq etmisən» deyə bildirmişdir. Nicat yenə izah etməyə çalışanda o, Nicata konkret sual qoyaraq kobudluq edib-etmədiyini soruşmuş, Nicat isə sualdan yayınanda ilkin mübahisəsi düşmüş Xəyal adlı oğlan masanın arxasında Nicatı yumruqla vurmuş və Nicatın üzərinə getmişdir. Həmin vaxt Nicat yıxılan kimi olmuş, arxadan da bir nəfər Nicatı vurmuş, Nicat da yerə yıxılmışdır, 4-5 nəfər onu üzərinə gedən zaman o və Eldar Nicatı tutub onların arasından geri çəkməyə başlamışlar. Həmin şəxslərin Nicatı dəqiq vurub-vurmadıqlarını görməmiş, lakin Nicat həmin vaxt onların arasında qalmışdır. Həmin şəxslər həmin vaxt onların üstünə gəlsə də heç kəsi vurmamışlar. Nicat «vurdunuz, dayanın» deyə qışqırmışdır. Həmin vaxt o, masadan təxminən 6-7 metr aralıda Böyükağanın təxminən 3- 4 nəfərlə mübahisə etdiyini görmüşdür, lakin mübahisə əlbəyaxa davaya çevirilməmiş, yəni onlar konkret olaraq Böyükağanı təkləyib döyməmişlər. Anidən o, kiminsə Böyükağanın yaxasından tutduğunu, onun isə həmin şəxsin əlindən vurduğunu, onlarla üzbəüz dayanmış oğlanların arxasından diskotekaya tərəf qaçdığını, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi tərəfdə gözdən itdiyini hətta ora yaxınlaşanda səndələyərək yıxılan kimi olduğunu, dərhal da qalxaraq qaçmağa davam etdiyini, onun arxasınca 1 nəfərin qaçdığını görmüşdür. 16 avqust 2014-cü il tarixdə Nicata zərbə vurulandan sonra aralıq qarışmış, o və Eldar Nicatı 4-5 nəfərin arasından çəkib çıxaran zaman İbrahim orada olmamış, səhv etmirsə, Böyükağanın mübahisə etdiyi 3-4 nəfərin arasında olmuşdur. Həmin mübahisə vaxtı o, Təqsirləndirilən şəxs Nicatı vurmasının şahidi olmamışdır. O, Zərərçəkmiş şəxs xəsarət almasını, bıçaqlanmasını görməmişdir. Nicat «vurdunuz, dayanın» deyə qışqırandan sonra masadan təxminən 6-7 metr aralıda Böyükağanın təxminən 3-4 nəfərlə mübahisə etdiyini görmüş, lakin mübahisə əlbəyaxa davaya çevirilməmiş, yəni onlar konkret olaraq Böyükağanı təkləyib döyməmişlər. Anidən o, kiminsə Böyükağanın yaxasından tutduğunu, onun da həmin şəxsin əlindən vuraraq onlarla üzbəüz dayanmış oğlanların arxasından diskotekaya tərəf qaçdığını görmüşdür. Nicatgili sakitləşdirən zaman Böyükağanın qaçdığını, bir nəfərin də Böyükağanın arxasınca qaçdığını görsə də həmin şəxsin kim olduğunu görməmiş, həmin şəxs Böyükağanı tuta bilməmiş, aralarında da hər hansı formada dava olmamışdır. Həmin gün mübahisə vaxtı orada olan şəxslər onların üzərinə gəlsələr də, onu vuran olmamış, həmçinin o, Böyükağanın kimisə vurduğunu görməmişdir. Böyükağanın arxasınca qacan şəxsin İbrahim olduğunu, Böyükağanın qolunun qanamasını qardaşı Eldardan eşitmişdir. Nicat İbrahimin ona «yanında oğlan olan bir qıza hansı səbəblə sataşırsan» deyə verdiyi suala «yaxşı eləmişəm» deyə cavab verməmişdir. O, İbrahimin Nicatı vurmasını görməmiş, Böyükağa ilə İbrahim arasında olan mübahisə barəsində hər hansı fikri yoxdur, çünki həmin mübahisənin şahidi olmamışdır (cild 3, iş vərəqə 231-239). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid12 göstərmişdir ki, X20 ilə təxminən 1 ilə yaxındır ki, dostluq edir. 2014-cü ilin iyulun əvvələrindən o, Tofiqin icarəyə götürdüyü «AF Hotel»in nəzdində olan «Garden beach» klubda art direktor kimi xidmət göstərməyə başlamış, vəzifəsi əsasən reklam işləri ilə bağlı olmuşdur. Hər gün saat 20-dən səhər saat 06:00-dək işləmiş, səhər isə oteldə onun üçün ayrılan 419 nömrəli istirahət otağına getmişdir. Həmin otaqda o, dj Fəramin, müdirləri Tofiq və Novruz, administrator Aslan və barmen Eşqin qalmışdır. 14 avqust 2014-cü il tarixdə tanımadığı Lalə adlı qadın Orxan və Teymurla «AF Hotel»ə istirahətə gəlmiş və Lalə 419 saylı otaqda qalmışdır. 15 avqust 2014-cü il tarixdə saat 20 radələrində o, işinə getmiş, 16 avqust 2014-cü il tarixdə gecə saat təxminən 3-4 radələrində işlədiyi zaman tanımadı iki müştəri arasında mübahisə yarandığını görmüş, həmin vaxt administrator Aslan münaqişəni sakitləşdirmələri və həmin müştəriləri oradan uzaqlaşdırmaları üçün mühafizəçiləri göndərmişdir. Mühafizəçilər müştərilərdən daha aktiv olanını oradan kənarlaşdırmış, bundan sonra ara sakitləşmiş və klub normal iş rejiminə qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, uzaqlaşdırılan şəxslərdən biri daha sonra «AF Hotel»in ərazisinə aid olmayan yerdən içəri daxil olaraq onlarla mübahisə etmiş şəxsləri dənizin kənarına dəvət etmişdir, sonra isə aralarında baş verən münaqişə zamanı onlardan biri digərini öldürmüşdür. Lakin həmin şəxsin onu hansı üsulla və necə öldürməsi barədə hər hansı bir məlumatı yoxdur. Bundan bir neçə saat sonra polis əməkdaşları kluba gəlmişlər və onları Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət etmişlər. İçəridə olan mübahisə qəflətən yarandığından orada müştərilər bir-birinə qarışmışlar, onların konkret olaraq neçə nəfər olması və dalaşaraq bir-birilərinə xəsarət yetirmələrini görməmişdir. Onun işlədiyi restorandan dənizə qədər xeyli məsafə var, dəqiq nə qədər olduğunu bilmir, gecə vaxtı həmin hissə qaranlıq olur, hadisə baş verən ərzində o, dənizə ləpədöyənə tərəf getməmişdir. O, Təqsirləndirilən şəxs və X9 tanımır (cild 1, iş vərəqə 70-73). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxışın aparılması aparılması haqqında 16 avqust 2014-cü il tarixli protokoldan görünür ki, hadisə “AF X29" X13 nəzdində olan "Garden Beach” gecə klubunun dəniz kənarı sahilində baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 03-09). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2, Şahid1 və Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı həmin şahidlər ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadələrini təsdiq etmişlər (cild 4, iş vərəqə 11-16, 17-23, 46-52). Məhkəmə-tibbi ekspertizasının 12 sentyabr 2014-cü il tarixli 1138 saylı rəyindən görünür ki, Şahid4 bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmamışdır (cild 1, iş vərəqə 199-200). Məhkəmə-tibbi ekspertizasının 12 sentyabr 2014-cü il tarixli 1141 saylı rəyindən görünür ki, Şahid1 bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmamışdır (cild 1, iş vərəqə 201-202). Məhkəmə-tibbi ekspertizasının 12 sentyabr 2014-cü il tarixli 1140 saylı rəyindən görünür ki, Şahid3 bədənində müəyyən edilmiş xəsarət-sol yanaq nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 16 avqust 2014-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 203-204). Məhkəmə-tibbi ekspertizasının 12 sentyabr 2014-cü il tarixli 1139 saylı rəyindən görünür ki, Şahid2 bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmamışdır (cild 1, iş vərəqə 205-206). Məhkəmə tibbi ekspertizasının 02 oktyabr 2014-cü il tarixli 96 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər-döş boşluğunu dəlib keçən ağ ciyərinin zədələnməsinə səbəb olan deşilmiş-kəsilmiş yara, qarın boşluğunu dəlib keçən qara ciyərin və mədənin çıxacaq hissəsinin zədələnməsinə səbəb olan kəsilmiş-deşilmiş yara, daxili qanaxma, sağ bazunun deşilmiş-kəsilmiş yarası həyati olub mərhum Zərərçəkmiş şəxs ölümündən az əvvəl iti uca və iti kənara malik əşyanınəşyaların təsirindən əmələ gəlmişdirlər, qeyd olunan xəsarətlərdən döş boşluğunu dəlib keçən ağ ciyərinin zədələnməsinə səbəb olan deşilmiş-kəsilmiş yara və qarın boşluğunu dəlib keçən qara ciyərin və mədənin zədələnməsinə səbəb olan deşilmiş-kəsilmiş yaraların hər biri ayrı-ayrılıqda onun ölümünə səbəb olmaqla sağlamlığa ağır zərər vurmaya aiddirlər, sağ bazunun nahiyəsində olan deşilmiş-kəsilmiş yara sağlamlığa yüngül zərər vurmaya aiddir, Zərərçəkmiş şəxs ölümünə səbəb döş və qarın boşluğu orqanlarının kəsilmiş-deşilmiş yaralarının kütləvi qanitirməyə səbəb olması nəticəsində baş vermişdir, Zərərçəkmiş şəxs ölüm vaxtı meyitxanadan müayinəsindən 8-12 saat əvvələ uyğun gəlir, Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir (cild 2, iş vərəqə 71-77). Kompleks məhkəmə tibbi-kriminalistik və məhkəmə-bioloji ekspertizasının 17 oktyabr 2014-cü il tarixli 373-MTKŞ/2014 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində aşağıda sağda iki ədəd deşilmişkəsilmiş zədə aşkar edilmiş, bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin(alətlərin) təsirindən əmələ gələ bilərdilər, Zərərçəkmiş şəxs məxsus şalvar üzərində hər hansı bir zədə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A beta (H)/İİ/-dir. Zərərçəkmiş şəxs məxsus şalvar, qısaqol mayka və hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd çubuqlu pambıq topası üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri A- Beta (H)/İİ/ qruplu şəxsə o cümlədən mərhum Zərərçəkmiş şəxs məxsus ola bilərdi (cild 2, iş vərəqə 78-81). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 29 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 3, iş vərəqə 178-183). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 iyul 2021-ci il tarixli 1471 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən olunmur, cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Bu görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalı, Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, təhqirə qarşı həssaslıq, özünə hörmət tələb etmək, mübahisə etməyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən olunmur, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, tənzimləmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt) olmamışdır (cild 4, iş vərəqə 7-10). Diskə baxış keçirilməsi barədə 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, 051- 950-12-58” saylı sim kart 16 avqust 2014-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş və ***-***-**-** saylı sim kart 2014/08/15 22:44:57 tarixdə“Sumqait” anten dairəsində, 2014/08/15 22:49:37 tarixdə “Sumqait” anten dairəsində, 2014/08/15 23:12:36 tarixdə Saray qes” anten dairəsində, 2014/08/15 23:24:00 tarixdə “1-mkr .Tbilisi pr.” Anten dairəsində, 2014/08/16 00:49:05 tarixdə “Saray qes” anten dairəsində, 2014/08/16 01:37:00 tarixdə “SUMQAİT” anten dairəsində, 2014/08/16 01:41:25 tarixdə“SUMQAİT" anten dairəsində, 2014/08/16 01:54:34 tarixdə “Saray qes" anten dairəsində, 2014/08/16 02:06:20 tarixdə” Tbilisi pr.Mebel Fabrikasi" anten dairəsində, 2014/08/16 02:37:45 tarixdə “Hyatt Regency, İzmir st” anten dairəsində, 2014/08/16 02:50:30 tarixdə “Delfin otel ” anten dairəsində, 2014/08/16 02:51:45 tarixdə “Hirdalan - Baku road” anten dairəsində, 2014/08/16 03:08:51 tarixdə “Novxani qes.Aquapark.” anten dairəsində, 2014/08/16 03:35:58 tarixdə “Novxani qes.Aquapark" anten dairəsində, 2014/08/16 04:02:35 tarixdə “Goradil qes" anten dairəsində, 2014/08/16 04:19:55 tarixdə “Novxanı qes” anten dairəsində, 2014/08/16 04:47:05 tarixdən 2014/08/16 06:12:56 tarixədək isə “Sumqait” anten dairəsində olmuşdur (cild 5, iş vərəqə 8-21). Diskə baxış keçirilməsi barədə 20 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid7 istifadəsində olan ***-***-**-** saylı sim kartdan 070- ***-**-** saylı sim karta “İbisi axtarirlar biliblər” məzmunlu sms göndərilmişdir (cild 5, iş vərəqə 197-203). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 09 oktyabr 2014-cü il tarixli 3975 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 69). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi Xəstəxanasının 07 sentyabr 2014-cü il tarixli 3/163 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs şəhər poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda olmamışdır (cild 2, iş vərəqə 128). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid9 himayəsində 2017-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 3, iş vərəqə 216). Bərdə Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 01 iyul 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 3, iş vərəqə 220). Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin 25 oktyabr 2014cü il tarixli 9/4- 4685 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs cinayətkar aləmə meylli şəxsdir (cild 2, iş vərəqə 109). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 07 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, “28 May - Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016cı il tarixli Qərarının 1.5-ci bəndi tətbiq edilməklə islah işləri cəzasından azad edilmişdir (cild 2, iş vərəqə 44, cild 4, iş vərəqə 34-37, cild 5, iş vərəqə 230-231). Gürcüstan Respublikası Bolnisi Rayon Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli **********02234140 saylı hökmündən görünür ki, Muxtarov X10 Cinayət Məcəlləsinin 236cı maddəsinin 2-ci hissəsi ilə yəni, odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi və saxlanılması, Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə yəni, odlu silah və döyüş sursatlarının qanunsuz gəzdirilməsi və Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin birinci hissəsi ilə yəni, Gürcüstan dövlət sərhədini qanunsuz keçmə cinayətlərini törətməkdə təqsirli bilinərək məhkum edilmiş və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir (cild 4, iş vərəqə 87-106). Gürcüstan Respublikası Bolnisi Rayon Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli **********02234140 saylı hökmünün Azərbaycan Respublikasında tanınmadığı nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndinin 1-ci abzasında qeyd edilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə öldürmədiyinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və çoxsaylı şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, habelə əvvəllər idmanla məşğul olub nailiyyətlər əldə etməsini isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının bir hissəsini həbsxanada çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2020-ci il tarixdə Gürcüstan Respublikasının Mərkəzi Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi tərəfindən Gürcüstan Respublikası, Rustavi şəhəri, Mşenebelta küçəsi 60 ünvanda tutulmuş, Gürcüstan Respublikası Rustavi Şəhər Məhkəməsinin Cinayət İşləri Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli 10A-288-20 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində ekstradisiya məsələsini təmin etmək məqsədilə 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Tbilisi Şəhər Məhkəməsinin Cinayət işləri üzrə İstintaq, Məhkəməyəqədər İclas və İşə mahiyyəti üzrə baxan Kollegiyasının 31 mart 2021-ci il tarixli 021-21 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına ekstradisiyasına təhvilinə razılıq verilmiş, 23 iyun 2021-ci il tarixli tarixdə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına ekstradisiya olunaraq Bərdə rayon Polis Şöbəsinə təhvil verilmişdir (cild 4, iş vərəqə 60-66, 117-127, 163-173). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 55 iş saatı həcmində hüquqi yardımla bağlı X11 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli 4 saylı, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 24 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 2 (iki) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına vəkil X17 üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar