Məhkəmə qərarları › İş №1(101)-345/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-345/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-345/2023 31.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri ”Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, habelə xüsusi amansızlıqla, beləliklə də iki və ya daha çox şəxsi qəsdən öldürməyə, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, arvadı Zərərçəkmiş şəxs1 ona başqa şəxslərlə xəyanət etdiyini güman etməsi səbəbindən qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək üçün xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində yaşadığı ünvan 4 ünvanından 01 (bir) ədəd qara tutacaqlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb şalvarının belinə qoyaraq arvadının valideynləri yaşadığı ünvan 5 ünvanına gedərək əvvəlcə öz cinayətkar niyyətini gizlədib Zərərçəkmiş şəxs1 ilə təklikdə danışmaq, guya sonuncu ilə barışmaq və öz yaşadığı evə aparmaq istədiyini deyərək, evin yataq otağına daxil olduqdan sonra həmin bıçağı çıxardaraq qəsdən öldürmək məqsədi ilə boğaz nahiyəsinə həmin bıçaqla zərbə vurub insan həyatı üçün təhlükəli və sağlamlığa ağır zərər vurmağa xarakterik olan boyun nahiyəsinin ön səthinin traxeya boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirdikdən sonra, bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr vuraraq 1 (bir) ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarəti, 2 (İki) ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sağ bazu oynağı nahiyəsinin bıçaq xəsarəti, 1 (bir) ədəd sağ əlin arxa səthinin, 1 (bir) ədəd sol mil-bilək oynağının, 1 (bir) ədəd sol əlin arxa səthinin, 1 (bir) ədəd sol əlin İV barmağının deşilmiş-kəslimiş yaraları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri, habelə sağlamlığa zərərvurmayan xəsarətə aid dərəcəsi təyin edilməyən sol əlin İ barmağının 1 (bir) ədəd kəsilmiş yarası xəsarəti (cəmi: 8 (səkkiz) ədəd) yetirib Zərərçəkmiş şəxs1 ona müqavimət göstərməsi nəticəsində öz cinayətkar niyyətini həyata keçirə bilməyib hadisə yerinə gələn sonuncunun anası Şahid1 və atalığı Zərərçəkmiş şəxs2 ona mane olmağa çalışmasına baxmayaraq öz cinayətkar əməllərini davam etdirərək valideynlərinin gözü qarşısında xüsusi əzab verdiyini dərk edib Zərərçəkmiş şəxs1 yenidən zərbələr endirməyə cəhd edərək qanuna zidd hərəkətlərinin qarşısını almağa çalışdığına görə, yəni ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs2 hiddətlənib qəsdən öldürmək məqsədi ilə üzərinə hücum edib ilk növbədə əlində olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə boğaz nahiyəsindən vuraraq 1 (bir) ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid boyun nahiyəsinin xəsarəti yetirib daha sonra bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib 1 (bir) ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid sol əlin İ barmağının, 1 (bir) ədəd sağ əlin İV barmağının ( cəmi: 3 (üç) ədəd) kəsilmiş yaraları xəsarəti və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən hər iki said nahiyəsinin qançırları xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs1 qardaşı Şahid2 aktiv fiziki müdaxiləsi nəticəsində cinayətin aləti olan bıçaq əlindən alındığı, o cümlədən yaranmış səs- küydən və polis əməkdaşlarının həmin əraziyə gəlməsindən qorxaraq hadisə yerindən qaçdığı üçün, həmçinin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatları xilas olduğundan iradəsindən asılı olmayan səbəblərə görə hər iki şəxsə qarşı yönəlmiş əməllərini başa çatdıra bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadəsindən görünür ki, xəsarət yetirilən şəxs Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. Bütün hadisələr 13.06.22-ci ildə oğlu Ağahüseyn ilə yoldaşı Zərərçəkmiş şəxs1 çimərliyə getməsindən sonra baş vermişdir. Bakı şəhəri “Şıxov” çimərliyinə gedib qayıtdıqdan sonra o, yoldaşında qəribə dəyişikliklər hiss etmişdir. Yoldaşı Zərərçəkmiş şəxs1 əvvəllər mövcud olmayan bir neçə hallar nəzərə çarpmışdır. Dənizdən gəldikdən 4-5 gün sonra işləmək istədiyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs1 tanıdığı müddət ərzində heç bir zaman təbiətində çalışqanlıq olmamışdır. Belə ki, hər gün saat 12-1 arası yuxudan oyanan bir şəxs olduğu üçün bu söz ona çox təəccüblü gəlmişdir. xx.xx.2022-ci ildə Nigar iş axtarmağa gedəcəyini bildirmiş, o isə etiraz etməmişdir. Arvadında “panik-atak” halları müşahidə olunduğuna görə o, heç bir zaman sonuncunu çox sıxmamışdır. Anası da şahid ola bilər ki, Nigar evdə nə zaman mübahisə yaratsa, o həmişə sakit qarşılamışdır. Çünki Nigarın həkimi demişdir ki, “panik atak” olduğu üçün əsəbləşən zaman üstünə getməyin. 23.06.22-ci il tarixdə işə getməklə bağlı aralarında mübahisə yaranmış, o isə Nigara “istəyirsən işlə, istəmirsən işləmə, sən necə istəyirsənsə elə olsun” deyə bildirmişdir. Mübahisənin sonunda Zərərçəkmiş şəxs1 ona demişdir ki, “mən səndən boşanıram, gedirəm ana evimə”. O bu sözü eşidən zaman nə fikirləşəcəyini bilməmişdir. Anası da bildirmişdir ki, “qızım, bu oğlan işləyir, əziyyət çəkir sizin ehtiyaclarınıza görə dəridən qabıqdan çıxır”. O isə anasından Nigarda “panik atak” olduğu üçün çox üstünə getməməsini xahiş etmişdir. Hətta Nigara anasıgilə getmək üçün tam xatırlamasa da deyəsən 15-20 manat pul vəsaiti də vermişdir. Evli olduqları müddətdə ümumiyyətlə arvadı tez-tez anasıgilə gedib orada 15-20 gün müddətinə qalırmış. Bundan başqa özü istəmədiyi üçün onunla yaşadığı müddət ərzində arvadının mobil telefonu olmamışdır. Nigar təqsirləndirilən şəxsin özünün adına olan nömrə ilə sadəcə “planşet”dən və əsasən da “TİK-TOK” sosial şəbəkəsindən istifadə etmişdir. O, dəfələrlə “gəl bir az gəzək, hava alaq” desə də, lakin Nigar çox nadir hallarda onunla gəzintiyə getmişdir. Daha çox evdə vaxt keçirməkdən xoşu gəlmişdir. 23.06.22-ci il tarixdə isə arvadı öz anası evinə getmək istəyən zaman ilk dəfə “planşeti”də özü ilə aparacağını bildirmişdir. Bundan başqa o, anasının mobil telefonu ilə Nigarın “whatsapp” mobil tətbiqində uzun müddət və qeyri-adi vaxtlarda istifadə etdiyini müşahidə etmişdir. Bu hal ona şübhəli gəlmişdir, belə ki, arvadı dənizə getməmişdən əvvəlki dövrlərdə yalnız “TİK-TOK” sosial şəbəkəsindən daimi olaraq istifadə etmişdir. Bəzən hətta vaxtının bir çox hissəsini “TİK-TOK” sosial şəbəkəsinə sərf etməsi səbəbindən yemək belə bişirməmişdir. Sadaladığı bu şübhəli məqamlardan sonra oğlu Ağahüseyni çağırmış və sual vermişdir ki, “dəniz necə idi, dənizə necə getdiz, necə gəldiz?” O sual verən zaman görmüşdür ki, oğlu duruxsunur. Oğlu Ağahüseyn dənizdə olan bütün hadisələri danışmağa başlamışdır. Oğlu demişdir ki, onlar avtobusdan dayanacaqdan əvvəl düşdükləri üçün çimərliyə piyada getmək məcburiyyətində olmuşdurlar. Bu zaman bir maşın onlara yaxınlaşmışdır. Həmin maşında olan şəxslərdən biri onları çimərlik olan əraziyə kimi maşınla apara biləcəyini söyləmişdir. Lakin Nigar etiraz etmiş, daha sonra isə çimərlikdə özlərinə yer seçib əyləşdikdən sonra onların yanında iki nəfər cavan oğlan əyləşmişdir. Bu şəxslərdən biri yoldaşı ilə, o biri şəxs isə oğlu ilə söhbət etməyə başlamışlar. Sonra o şəxslərdən biri oğluna deyib ki, “get maşından gün eynəyimi gətir”. Oğlu gətirmək istəməsə də, yoldaşı maşından tanımadığı şəxsin gün eynəyini gətirməsini oğluna bildirmişdir. Həmin şəxslər dəfələrlə oğlunu maşının yanına hər hansı bir əşyanı gətirmək üçün göndərmişlər. Həmin şəxslərdən biri oğluna demişdir ki, “üzə bilmirsənsə, mən sənə üzməyi öyrədə bilərəm”. Oğluna cavan oğlanlardan biri üzməyi öyrətmək üçün suya girmişlər. O,əvvəllər oğlunu bir neçə dəfə dənizə aparmış, lakin üzməyi tam öyrədə bilməmişdir. Oğlu ilə həmin cavan oğlan dənizdə olan zaman oğlu digər cavan oğlanın onlardan aralıda anasına üzməyi öyrətdiyini görmüşdür. Cavan oğlanlardan biri oğlunun başını qatmış, digəri isə yoldaşı ilə suda vaxt keçirmişdir. Sudan çıxdıqdan sonra oğluna üzməyi öyrədən şəxs demişdir ki, “Ayıbdır, biz gedək başqa bir yerdə paltarlarımızı geyinək”. Yoldaşı Nigar ilə digər şəxs birlikdə soyunub-geyinmə otağına daxil olmuşdurlar. Hər kəs paltarlarını dəyişdikdən sonra həmin şəxslərdən biri oğlu və yoldaşını evlərinə qədər apara biləcəyini bildirmişdir. Yoldaşı Zərərçəkmiş şəxs1 oğluna “atam gedək, onsuz da gecdir, lakin burada olanları papaya demə” demişdir. Həmin şəxslər oğlu və yoldaşını Yasamal rayonunda yerləşən “20 nömrəli məktəbin” yaxınlığında düşürmüşlər. O, oğlunun dediklərini eşitsə də, bu məsələyə şübhə ilə yanaşaraq daha ətraflı şəkildə bu məlumatları yoxlamaq qərarına gəlmişdir. Onun digər övladı Fidan Mirzəyeva “Neptun” marketində işləyir. O, 27.06.22-ci iltarixdə Nigarın “whatsapp” mobil tətbiqində olan profilinin silindiyini görmüşdür. Qızı işdən evə gəldikdən sonra ona demişdir ki, “mama çətin bundan sonra evə gələr”. Qızı bildirmişdir ki, həmin gün anası onun çalışdığı yerə gələrək demişdir ki, bir də onu görə bilməyəcəyik. Qızı əlavə etmişdir ki, anasınının görüşdüyü bir şəxs vardır və bu səbəbdən o, sonuncunu bir daha danışdırmayacaqdır. Həyat yoldaşı övladlarını uşaqlar evinə qoymaq fikrini dəfələrlə dilə gətirsə də, ona qarşı çıxmışdır. O, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında olan “AZERCELL” şirkətinin filialına gedərək öz adına olan, lakin Nigarın istifadəsində olan mobil nömrənin dublikatını çıxartmış və “whatsapp”ı aktviləşdirmişdir. Heç bir saat keçməmiş, tanımadığı bir nömrədən “Salam” mesajı və arxası ilə “Gülmək” mənalı işarə gəlmişdir. O, bu şəxsə cavab yazaraq bunun kim olduğunu müəyyənləşdirməyə çalışmışdır. Həmin şəxslə bir az mesajlaşdıqdan sonra ona “sən məni çox istəmirsən” məzmunlu mesaj yazmış, o da cavabında “mən heç bir qızın arxasınca bu qədər gəlib-getməmişəm” məzmunlu mesaj yazmışdır. O, həmin şəxsə “internetdə bir test tapmışam, əgər o suallara düz cavab versən, biləcəm ki, məni çox sevirsən” məzmunlu mesaj yazmışdır. Həmin şəxsə neçə yaşı olmasını,neçə dəfə görüşdüklərini, aralarında nə baş verdiyini barədə suallar vermiş və bu şəxs də yoldaşı ilə arasında nə baş vermişdirsə, hər bir şeyi yazmışdır. Lakin son mesajında onunla mesajlaşan şəxsin Zərərçəkmiş şəxs1 olmadığını anlayaraq bir oğlan adı yazıb onunla zarafat etdiyini soruşmuşdur. Sonda o əsəbi şəkildə o şəxsə nə yazdığını xatırlamır. O, artıq tam əmin olmuşdur ki, yoldaşı ona xəyanət edir. Elə oradan da birbaşa Zərərçəkmiş şəxs1 anası evinə yollanmışdır. O, həm yoldaşının xəstə olduğu üçün övladlarını nəzərə alaraq ailəsini bərpa etmək, həm də Nigara evlərində bir xanım böyüdüyünü, onun etdiyi hərəkətlərin gələcəkdə qız övladının ailə həyatı qurmasına mənfi təsir edəcəyini izah etmək qərarına gəlmişdir. “Maştağa” qəsəbəsinə gedərkən yolda qızına mesaj atmışdır ki, “ Anavızı xəyanətə görə öldürəcəm”. Qızına ona görə həmin mesajı atmışdır ki, o da mesajı anasına atsın və sonuncu bu mesajdan qorxub onunla birlikdə yaşadıqları evə qayıtsın. Qızına atdığı mesajın ona çatmadığını görüb, dəfələrlə zəng etdikdən sonra qızı telefona cavab verəndə ona bildirmişdir ki, ona göndərdiyi mesajı anasına atsın. Qızı ona səbrli olmağını bildirmişdir. O, “Maştağa” qəsəbəsində olan qaynanasının evinə gəlmişdir. Həmin evə gələn zaman onun üzərində bıçaq olmamışdır. Onların yaşadığı evə daxil olan zaman görmüşdür ki, yoldaşı Nigar qulağında qulaqcıqla “planşet”ə başı qarışmış, evdə həmin zaman yoldaşının atalığı Zərərçəkmiş şəxs2 və qaynanası Şahid1 da olmuşdur. Şahid1 qaynanası olmaqla yanaşı həm də bibisidir. Nigarın gözlərinə baxan zaman onun gözlərinin dəyişdiyini görmüş, ona evə getməli olduqlarını, Ağahüseynin neçə müddətdir ki, dilxor olduğunu, problemlərini öz aralarında həll eləməli olduqlarını bildirmişdir. Yoldaşı isə ona demişdir ki, “əgər övladımız “Ağahüseyn”ə baxa bilmirsənsə, ver mənə, onu uşaqlar evinə təhvil verim”. O, anasının yaşlı olduğunu, övladlarının ailəsiz böyütməyə haqlarının olmadığını bildirmişdir. Yoldaşı Zərərçəkmiş şəxs1 anası Şahid1 onların ailəsinin artıq dağıldığını və özünü yormamağını bilmişdir. O, Şahid1 isə ailələrinin dağılmadığını bildirərək kənardan onun elə başa düşdüyünü bildirmişdir. Nigar isə bu zaman onunla çox başqa cür danışıraq bildirmişdir ki, “mən hara istəsəm gedərəm də, gələrəm də. Heç kim mənə qarışa bilməz”. O, daha sonra bibisi ilə həyətdə Zərərçəkmiş şəxs1 barəsində söhbət etmişdir. Bibisi ona demişdir ki, “Abbas, Nigar səninlə gələsi deyil, sən get rahat həyatını yaşa, bibin həmişə buradadır”. O, bibisindən icazə almışdır ki, Nigar ilə təklikdə danışsın. O, içəri girəndə Nigarın anasının çarpayısında qulağında qulaqcıq ilə uzandığını görmüşdür. Ona dəfələrlə evə getməsi barədə xahiş etsə də, Nigar ona yoxsul olduğunu, onunla həyatını davam etdirməyəcəyini bildirmişdir. O, Nigara Ağahüseynin dənizdə baş verən hadisələri ona danışdığını bildirmiş, sonuncu isə ayağa qalxıb evə getməyəcəyini, ürəyi hara istəsə gedəcəyini bildirmişdir. O, masanın üzərində olan iki ədəd bıçaqdan daha balacasını götürüb qorxutmaq məqsədilə bıçağı boğazına gətirən zaman Zərərçəkmiş şəxs1 ani hərəkət etməsi ilə bıçaq onun boğazına batmış, Nigarın boğazına bıçaq batdığını hiss etməmişdir. O, Nigarın boğazını tutan zaman sonuncunun ailəsi yəni, atalığı, anası və qardaşı həyətdə oturduqlarından pəncərədən onun Nigarın boğazını tutmağını görmüş və Zərərçəkmiş şəxs1 qışqırmasını eşidərək otağa daxil olmuşdurlar. Həmin şəxslər içəri daxil olaraq ona zərbələr yetirməyə başlamışdırlar. Nigarın atalığı onun kürəyinə stul ilə vurmuşdur. Əgər həmin şəxslər sakitcə bıçağı yerə qoymağını bildirsəydilər, o bıçağı buraxacaqdı. Sadəcə həmin şəxslər ani olaraq hücum çəkmiş və o da bu səbəbdən nə edəcəyini bilməmişdir. Orada Nigara yetirilən yüngül xəsarətlər həmin şəxslərin ona zərbə yetirməsi nəticəsində yaranmışdır. Nigarın əli kəsilmiş və üzünə kiçik cızıq düşmüşdür. Həmin vaxtı ara qarışan zaman ona yumruqla zərbə endirilmiş və bu zərbənin nəticəsində yoldaşı ilə birlikdə yerə yıxılmışdırlar. Həmin zaman atalığı bıçağı əlindən götürmüş bibisi isə boğazından tutmuşdur. O, ayağa qalxdıqdan sonra dərhal evi tərk edərək Yasamal Rayonu 26-cı Polis Bölməsinə gələrək təslim olmuşdur. Polis Bölməsində onun barəsində məlumat mövcud olmuşdur. Bölmədə olan şəxslərdən biri onun barəsində axtarış verildiyini və yaxşı ki, öz ayaqları ilə ora gəldiyini bildirmişdir. Nigar onun narkoman və dəli olduğunu bildirmişdir. Bu səbəbdən müayinələrdən keçirilmiş və Nigarın dedikləri öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, Nigar ifadəsində hadisə zamanı qardaşının arxasınca otağına doğru qaçmış, lakin qardaşının qapını bağlamasını bildirmişdir. Əgər o qardaşının arxasınca qaçmışdırsa o zaman hadisə yerinə baxış zamanı qardaşının otağının yanında qan izlərinə hansı səbəbdən rast gəlinməmişdir. Evli olduqları müddətdə Nigarı sadəcə bir dəfə sonuncu ilə aralarında olan mübahisə zəminində vurmuşdur. Belə ki, Nigarın anasıgilə getmək istəyinə etiraz etməsinə baxmayaraq onun hökmən getməli olmasını bildirdiyi zaman sonuncuya iki dəfə şillə vurmuşdur. Nigar ilə aralarında olan mübahisələr isə Nigarın onu qısqanması ilə bağlı olmuşdur. Hadisə günü Nigara cəmi bır bıçaq zərbəsi yetirmişdir. İttiham aktında yazılan digər xəsarətlər isə tərəfindən qəsdən yetirilməmişdir. Qorxutmaq məqsədilə bıçağı götürüb Nigarın boğazına yaxınlaşdıranda sonuncunun atalığı, anası və qardaşları gələrək onu dartmağa başlamış, ona hərə bir tərəfdən zərbə yetirmişdir. Qarışıqlıq yaranan zaman Nigarın bədəninə bir neçə dəfə bıçaqla kəsilmiş yaralarla nəticələnən zərbələr dəymişdir. Lakin həkim müayinə edərkən Nigara bir dəfə deşilmiş yara ilə nəticələnən zərbə endirildiyini bildirmişdir. Onun üzərinə 4 nəfər hücum çəkəndə Nigarın atalığı bıçağın kəsən tərəfindən tutaraq onun əlindən bıçağı götürmüşdür. Əgər Nigarı öldürmək niyyəti olsa idi həmin gün masanın üstündə olan balaca yağ bıçağını deyil, nisbətən daha böyük bıçağı götürərdi. Həmçinin Nigarın arxası ona tərəf olan zaman onu öldürərdi. Niyyəti sadəcə onu qorxudub evə gətirmək olmuşdur. Xəsarət yetirməzdən öncə Zərərçəkmiş şəxs1 ilə bir saat söhbət etmiş,söhbət etdikdən sonra arxasını ona çevirərək masanın yanına yaxınlaşan zaman masanın üzərində olan bıçağı götürüb qolundan tutmuşdur. Nigarın ani tərpənişi nəticəsində boğazına bıçaq batmışdır. O, Nigarı qolundan tutanda sonuncu ona “nə edirsən” sualını vermişdir. Təqsirləndirilən şəxs əslində bıçağı zərərçəkmiş şəxsin boğazına tutaraq onu qorxutmaqla evə getməli olduğunu bildirmək istəmişdir. Sol qolundan tutan zaman o sağ tərəfə doğru hərəkət edərək əlindən çıxmaq istəyərkən Nigara xəsarət yetirdiyini və ondan qan axmasını görməmiş və hiss etməmiş, ona səkkiz dəfə zərbə yetirməmiş, onları ayırmaq istəyəndə bıçaq onun iradəsiinə zidd olaraq Nigarın bədəninə batmışdır. Məhkəmə iclasında verilən sualları cavablandırarkən təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər Nigarla aralarında olan mübahisələr xəyanət ilə əlaqədar olmamışdır. Mübahisə zamanı Nigar həmişə aralarında olan yaş fərqini və onun kasıb olmasını vurğulamışdır. Xəyanətlə bağlı halı müəyyən etdiyi zaman Nigar onunla birlikdə yaşamışdır.Nigarı bıçaqla qorxuzmasında məqsəd yaşadığı evə qaytarmaq, ailəsini bərpa etmək olmuşdur. Ailə dedikdə, özünü, həyat yoldaşını və uşaqlarımı nəzərdə tutur. Yoldaşı nə qədər “övladlarımızı uşaqlar evinə yerləşdir” desə də, o Nigarı olduğu kimi qəbul etməmişdir. Əvvəllər Nigar küsüb anasıgilə gedəndə sonuncunu anasının evindən xahiş edərək gətirmişdir. Xəyanətin insanın şəxsiyyətini alçaldan bir fakt hesab etsə də uşaqlara görə onu qəbul etmişdir. Bıçağı heç kim onun əlindən almamış, hadisəni dərk edən zaman bıçağı özü yerə atmışdır. Hadisə günü Nigarı xəstəxanaya apramamasının səbəbi isə bibisi Sevdanın “X20 zəng edin” sözünü eşitməsi və ailəsinin onlara kömək edəcəyini düşünməsi ilə əlaqədar olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, xx.xx.2003-cü il tarixdə doğma bibisi Şahid1 qızı Zərərçəkmiş şəxs1 ilə qeyri-rəsmi olaraq evlənmiş, evləndikdən sonra ünvan 1 ünvanında yaşamış, həmin evlilikdən xx.xx.2004-cü il tarixdə X8, xx.xx.2005-cı il tarixdə X7, xx.xx.2011-ci il tarixdə isə X2 adlı oğlan övladı anadan olmuşdur. 2010-ci il tarixdə isə Zərərçəkmiş şəxs1 ilə rəsmi olaraq nikaha daxil olmuş, qızı Dinarə Mirzəyeva oğlu doğulduqdan təxminən 2 ay sonra 2011-ci il tarixdə serebral iflic xəstəliyindən ölmüşdür. Zərərçəkmiş şəxs1 ilə evləndikdən bir neçə il sonra isə aralarında kiçik mübahisələr yaranmağa başlamış, buna səbəb isə Zərərçəkmiş şəxs1 daha çox bəzənmək istəməsi, daha yaxşı geyinmək istəməsi, onun da bütün bunlara imkan edə bilmədiyi olmuşdur. O, Zərərçəkmiş şəxs1 hər dəfə səbirli olmasını, zamanla imkanın düzələcəyi və istədiyi hər şeyi təmin edəcəyini demiş, lakin sonuncu deyilənləri eşitmək istəməmiş, tez-tez anası Şahid1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X14 küçəsi, dalan 6, ev 2 ünvanına getmək istəmiş, ona görə də, aralarında mübahisələr olmuş, hər dəfə mübahisələr olduqda Zərərçəkmiş şəxs1 yaşadığı evdən çıxıb anası yaşadığı Maştağa qəsəbəsindəki evə getmiş, təxminən 1 ay, 15 gün müddətində orada qalmış, sonradan isə o gedib arvadı ilə danışıb, hər şeyin qaydasına düşəcəyini, evə qayıtmasını xahiş etdikdən sonra Zərərçəkmiş şəxs1 da onunla razılaşıb Yasamal rayonundakı evlərinə qayıtmış, lakin həmin mübahisələr daima sözlü olmuş, xx.xx.2020-ci il tarixdə evdə olarkən bir daha Zərərçəkmiş şəxs1 artıq istəkləri, onunla aralarında olan yaş fərqini dilə gətirib, onu qıcıqlandırması, uşaqları sahibsiz qoyub anası yaşadığı evə getmək istəməsi onu özündən çıxardığı üçün, özünü saxlaya bilməyib Zərərçəkmiş şəxs1 təxminən 1-2 şillə zərbəsi vurmuş, həmin zərbələrdən Zərərçəkmiş şəxs1 dodaq nahiyəsi partlayıb qanamış, bundan sonra sonuncu anası yaşadığı evə gedib, anası ilə birlikdə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində şikayət ərizəsi yazmış, lakin sonradan ailələrin dağılmaması üçün gedib Zərərçəkmiş şəxs1 üzr istəyib, bir daha sonuncuya qarşı kobudluq etməyəcəyinə, incitməyəcəyinə söz verib, evlərinə qayıtmasını istəmiş, ona görə də Zərərçəkmiş şəxs1 Yasamal Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə etdiyi şikayət ərizəsini geri götürüb onunla barışmışdır. 22 iyun 2022-ci il tarixdə evdə olarkən Zərərçəkmiş şəxs1 onunla mübahisə edib, artıq birlikdə yaşamaq istəmədiyini, boşanmaq istədiyini, anası yaşadığı evə getmək istədiyini bildirmiş, o isə arvadı ilə mübahisə edib əvvəlki kimi aralarında münaqişə yaranmağından çəkinib, bir müddətlik anasıgilə getməsinə razılıq vermiş, Zərərçəkmiş şəxs1 bir müddət sonra yenidən qayıdıb gələcəyini düşünmüşdür. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı evdə oğlu Ağahüseyn Mirzəyev və anası Rəhilə Mirzəyeva olmuş, evdən çıxıb gedən zaman anası X10 Mirzəyevagilə getdiyini, sonuncunun ona xəyanət etməsindən şübhələndiyini bildirmiş, həmin vaxt anası ona fikir verməməyini bildirmiş, o da evdən çıxıb Zərərçəkmiş şəxs1 anasıgil ilə yaşadığı Maştağa qəsəbəsindəki evə getmiş, bu zaman o, ilk olaraq əvvəlcə Zərərçəkmiş şəxs1 ilə valideynlərinin yanında danışıb evə qayıtmasını bildirmiş, həmin vaxt sonuncu ona gəlmək istəmədiyini, artıq onunla yaşamaq istəmədiyini, öz həyatını yaşamaq istədiyini demiş, bundan sonra o, həyətə çıxıb Şahid1 oraya dəvət etmiş, Zərərçəkmiş şəxs1 isə evin yataq otağında qalmış, Şahid1 və Zərərçəkmiş şəxs2 həyətə çıxdıqdan sonra o, Şahid1 arvadı ilə təklikdə danışmaq istədiyini, danışıb Zərərçəkmiş şəxs1 evə getməyə razı salacağını demiş, razılıq aldıqdan sonra isə sonuncunun olduğu yataq otağına daxil olmuş, otağa daxil olduqdan sonra əvvəlcə Zərərçəkmiş şəxs1 evə getməyi təklif etmiş, sonuncu isə cavabında gəlmək istəmədiyini bildirmiş, bundan sonra oğlu Ağahüseyn Mirzəyevin ona danışdıqlarını, yəni çimərlikdə baş verənləri, orada oğlanla tanış olduğunu, bundan başqa “Whatsapp” tətbiqini yenidən açdırdığını, orada ona xəyanət etməsi ilə bağlı mesajları gördüyünü demiş, bundan sonra Zərərçəkmiş şəxs1 ona nə etmişəmsə əcəb etmişəm, bu gündən etibarən də nə istəyirəmsə edəcəm, kimlə istəyirəmsə görüşəcəm kimi ifadələr işlətmiş, bundan sonra oturduğu anasının çarpayısından qalxıb, stolun üstündəki suyu götürüb içərək onunla gəlməyəcəyini, boşanmaq istədiyini, həyatını istədiyi kimi yaşamaq istədiyini deyərək, onun heçnə edə bilməyəcəyini bildirmişdir. Bundan sonra o, əsəblərini cilovlaya bilməmiş, özü ilə gətirdiyi üzərində olan tiyəsi qara rəngli mətbəx bıçağı ilə ilk olaraq arvadının boğaz nahiyəsinə vurmuş, sonradan isə Zərərçəkmiş şəxs1 qışqıraraq ailə üzvlərindən kömək istədiyi üçün atası, anası və qardaşı içəri daxil olaraq əlində olan bıçağı ondan almaq istəmiş, bu zaman onun əlində olan bıçaq yenidən Zərərçəkmiş şəxs1 bədənin müxtəlif hissələrinə dəymiş və arvadı xəsarət almışdır. O,həmçinin həmin mübahisə zamanı bıçaqla Zərərçəkmiş şəxs2 da xəsarət yetirdiyini demiş, belə ki, Zərərçəkmiş şəxs1 ailə üzvləri onun əlindən bıçağı almaq istədiyi zaman qəfildən bıçaq Zərərçəkmiş şəxs2 da dəydiyindən xəsarət almışdır. Bir neçə saniyə sonra əlində saxladığı bıçağı otağın döşəməsi üstünə atıb oradan çıxaraq kənardan hazırda xatırlamadığı nömrəli avtobusun gəldiyini görüb avtobusa daxil olmuş, avtobusla gəlib Zabrat dairəvi yolunda düşərək, əvvəllər tanımadığı və hazırda nömrəsini xatırlamadığı taksiyə əyləşərək birbaşa Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində getmiş, bölmədə olan zaman hadisə barədə məlumat vermiş, oradan isə onu Sabunçu rayon Polis İdarəsinə gətirmişlər. O, həmçinin Fidan Mirzəyevaya “Whatsapp” sosial şəbəkəsi ilə atdığı mesajda “gedirəm anonuzu nə isə pis əməllə tutduğuma görə yox, sadəcə belə yaşaya bilmədyimə görə öldürürəm, gedirəm cənnətə pişiyim də özümlə aparacam” kimi yazıların Zərərçəkmiş şəxs1 yaşadığı evə gedən zaman yazdığını, buna səbəb isə qızı Fidan Mirzəyevanın həmin mesajı görüb anası Zərərçəkmiş şəxs1 atacağını, sonuncunun da qorxub öz əməlindən geri dönəcəyəini, pis yola düşməyəcəyini düşünməsi olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə evdə anası Rəhilə Mirzəyeva ilə danışan zaman sonuncuya Zərərçəkmiş şəxs1 xəyanətindən şübhələndiyini, sonunucnun xəyanət edib-etmədiyini dəqiqləşdirmək məqsədi ilə getdiyini, xəyanət etdiyini etiraf etsə, Zərərçəkmiş şəxs1 başa salacağını, bu yoldan çəkindirməyini demiş, oğlu Ağahüseyn Mirzəyev az yaşlı olduğu üçün yalnış anlayıb, Zərərçəkmiş şəxs1 öldürəcəyini düşünmüşdür. Hadisə baş verən zaman artıq orada qarışıqlıq yarandığı, bundan başqa o,özünü itirdiyi üçün nə etdiyini dərk etməmiş, ona görə də bıçağı Zərərçəkmiş şəxs2 vermək istəməmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdən Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinə gedərkən təxminən saat 15 radələrində qızı Fidan Mizəyevaya “Whatsapp” sosial tətbiqi vasitəsi ilə göndərdiyi “ananızı pis bir əməllə tutduğum üçün yox, sadəcə belə yaşaya bilmirəm deyə öldürərəm” məzmunlu mesajı hadisə yerinə gedərkən, yəni 15 radələrində yazmış, sadəcə olaraq “Whatsap” tətbiqində donma olduğuna görə mesaj qızı Fidan Mirzəyevaya gec, yəni , 18 radələrində çatmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadələri təsdiq edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxslə 2003-cü ilin 04 fevralında ailələrin razılığı ilə ailə həyatı qurmuş, belə ki həmin zaman özü uşaq olmuş, 14 yaşı tamam olmamışdır. Təqsirləndirilən şəxs ondan əvvəl həyat yoldaşı olmuşdur. O üç övlad dünyaya gətirmişdir və onların hər birinin atası Təqsirləndirilən şəxsdir. Lakin ortancıl övladı Dinarə Mirzəyeva rəhmətə getmişdir. Övladları hal-hazırda Təqsirləndirilən şəxslə birgə yaşadıqları evdə yoldaşının yaxınları ilə, o isə Kürdəxanıda yaşayır. Uuşaqlardan imtina etməklə bağlı yoldaşı ilə arasında heç vaxt mübahisə olmamışdır. Uşaqları şəhər mərkəzinə öyrəşdikləri üçün onunla deyil, həmin ünvanda qalmaq istədiklərini bildirmişdirlər.Uşaqlarını çox sevir, lakin onlara baxmaq üçün evi yoxdur. Uşaqlarına maddi köməkliyi Abbasın anası və atası edir. Abbasla münasibəti həmişə pis olmuşdur, yola gedə bilməmişlər.Sonunncu çox qısqanc olmuş, nəşə çəkmiş, yəni narkotik vasitələrdən istifadə etmiş, həmişə boş şeylərə görə mübahisə yaratmışdır. Onun aqressiv olması narkotik vasitələrdən istifadə ilə əlaqədar olmamışdır. Agressiv insan olsa da uşaqlarına heç vaxt əl qaldırmamış, lakin ümumi olaraq onu 6-7 dəfə döymüşdür. Abbas onu döyərkən həmişə yüngül xəsarətlər yetirmiş, bu barədə dəfələrlə polis bölməsinə şikayət etmişdir. Abbasdan boşanmaq istəsə də, heç vaxt bu istiqamətdə hər hansı addım atmamışdır. Çimərlikdə bir nəfər şəxslə tanış olmuş, aralarında heç bir yaxınlıq olmamışdır. Bu barədə heç vaxt danışmamış, oğlunun bu barədə məlumatı olmamış, qeyd olunan halı Abbas özü müəyyən etmişdir. O, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxslə yaşadığı evdən Abbasla mübahisə etdiyi üçün anasıgilin evinə getmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ögey atası Zərərçəkmiş şəxs2, anası Şahid1 və o anasıgilin yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsindəki evdə olarkən həmin evə gələrək onunla barışmaq istədiyini bildirmişdir. Abbas nə qədər yalvarsa da, Nigar onunla barışmayacağını bildirmişdir. İlk olaraq evdə ona yalvaranda anası otaqda olub. Daha sonra anası Abbasla birlikdə həyətdə danışmağa qərar vermişlər. Həmin zaman ögey atası anasından başqa qardaşları da evdə, öz otaqlarında olmuşdurlar. Təqsirləndirilən şəxs anasının qardaşı oğlu olduğundan Abbasın anası ilə həmişə xoş münasibəti olmuşdur. Abbas onun anası ilə həyətdə söhbət edərkən bildirib ki, “bibi icazə ver, Nigarla tək söhbət eləyim, təklikdə söhbət eləsəm, məni bağışlayar”. Anası da bu məsələnin öz aralarında həll etməli olduğunu bildirdiyindən, anasıgilin otağında çarpayıda uzanan zaman Abbas onun olduğu otağa daxil olaraq qarşısındakı kresloda əyləşmiş, onunla barışmaq istədəyini, bir daha onu incitməyəcəyini və bu məzmunda ifadələrlə ona peşman olduğunu bildirmişdir. O, artıq bu söhbətlərin mənasız olduğunu vurğulayaraq onunla getməyəciyini bildirmişdir. Abbas bir dəfə ayağa qalxıb üzərinə gəlmək istəyəndə ona yerinə əyləşməsini bildirmiş və “dəymə mənə” məzmunlu ifadə işlətmişdir. Bu zaman Abbas kresloya əyləşmiş və yenə peşmançılığını müxtəlif sözlərlə ifadə etmişdir. İkinci dəfə ayağa qalxan zaman o, otaqdan çıxmaq istəmişdir. Abbas ona yaxınlaşıb sol əlini arxadan sinəsindən tutub sağ əli ilə belində gizlətdiyi bıçağı çıxararaq bir dəfə boğazına keçirtmişdir. O, bu zaman dayanmadan qışqırmağa başlamışdır. O qışqırdıqda Abbas bir anlıq dayanmışdır və bu vaxt anası, ögey atası və qardaşı içəri daxil olmuşdur. Qışqırdığı üçün hamı Abbasla onun olduğu otağa daxil olmuş, Abbas ikinci dəfə boğazına xəsarət yetirmək istəyən zaman xoşbəxtlikdən bıçaq çənəsinə dəymişdir. Bu zaman Abbas saçlarını əlinə dolayıb bədənini iki ayağının arasına salaraq sıxmağa başlamışdır. Həmin zaman çiyninə, əllərinə müxtəlif xəsarətlər yetirmişdir. Bu zaman köməyə gələn ailə üzvləri Abbasın əlindən onu almaq üçün ona zərbələr vurmuşdurlar. Abbas bu zaman onu ayaqları ilə sıxıb saçlarını bir əlinə dolayıb ona yenidən zərbə vurmaq istəmişdir. Onu Abbasın əlindən alan kimi sonuncu qardaşının otağına qaçmışdır. Ona xəsarət yetirdiyi bıçaq mətbəx bıçağıdır və həmin bıçağı Abbas yaşadıqları evdən özü ilə gətirmişdir. Ögey atasına Abbas tərəfindən necə xəsarət yetirildiyini görməmişdir. Hesab edir ki, Abbasın qəsdi onu öldürməyə yönəlmişdir. Belə ki, əgər niyyəti qorxutmaq olsaydı ilk zərbədən sonrakı zərbələri vurmazdı. Bundan başqa təqsirləndirilən şəxs bıçaq zərbəsini onun boyun nahiyəsinə yetirmişdir. Xəstəxana xərclərinin yalnız bir qismini 150 manat hissəsini Abbasın qardaşı ödəmişdir. Abbasla barışmamışdır. Ona qarşı şikayəti vardır. Qanun qarşısında cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abbasla bir-birlərinin hal və xətrini çox istəmişlər və aralarında heç bir inciklik olmamışdır. Nigarla aralarında isə nə baş verdiyini bilmir. Bilmişdir ki, Nigarla Abbasın arasında söz-söhbət olduğundan o hadisə baş verməzdən 3-4 gün əvvəl onlara, yəni anasıgilə gəlmişdir. Nigarın evinə qayıtmaq fikri olub-olmadığını isə bilməmişdir. X18 arasında söz-söhbət olmasından və ayrılmaq istədiyindən məlumatlı olmuş, həmin gün də həyətdə olduğundan aralarında nə söhbət etdiklərindən xəbəri olmamışdır. Abbasın şəxsən onunla ciddi bir ədavəti olmamış, təqsirləndirilən şəxs onlara dava məqsədi ilə gəlsəydi hiss etmiş olardı. Belə ki, həmin gün Abbasla oturub həyətdə çay da içmişdirlər. Özünü hadisə yerinə çatdıran zaman isə Abbasın əsəbi halda stolun üstündən bıçağı götürdüyünü, lakin sadəcə əlində saxladığını görmüşdür. O, həyətdə olanda Nigarın səsini eşidərək, otağa onları ayırmağa getsə də otağa daxil olan zaman artıq yoldaşı və oğlunun onları ayırdığını, Nigarın paltarında qan izi olduğunu görmüş, həmin vaxt qız o biri otağa getmişdir. Mətbəxdə ona aid olan iki bıçaq olmuş, Abbas bıçağı oradan götürərək ona yüngül xəsarət yetirmişdir. Abbasın bıçaqla ona zərbə endirməsi təsadüfən baş vermişdir. Belə ki, o, Abbası çölə çıxartmaq istəmiş bıçaq isə təsadüfən onun çənəsinə dəymişdir. zərərçəkmiş şəxs daha sonra bildirmişdir ki, Abbası döydükləri zaman onları aralamağa çalışarkən xəsarət almış, həmin münaqişə baş verən zaman isə Nigar digər otaqda olmuş və qapını bağlamışdır. Zərərçəkmiş şəxsə Abbası otaqda nə üçün saxladıqları barədə verilən sualı sonuncu təqsirləndirilən şəxsin polisdən qaçmaq istəməsi ilə əlaqələndirmişdir. Münaqişənı sonlandırdıqdan sonra Abbası çölə çıxararaq özü yola salmışdır. Zərərçəkmiş şəxs daha sonra bildirmişdir ki, sonuncunun onu öldürmək niyyəti olmamış, onu vuran zaman onu bağışlamasını xahiş etmiş. Abbas istəsəydi əlində bıçaqla onu öldürə bilərdi. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxslə Nigar Nirzəyeva evləndikdən sonra Yasamal rayonunda 2-ci ünvan 7 ünvanındakı fərdi yaşayış evində yaşamış, Təqsirləndirilən şəxs evləndiyi ilk gündən qısqanclıqlar edərək daima evlərində mübahisələr yaratmış, əsassız fərziyyələr irəli sürərək Zərərçəkmiş şəxs1 xəyanət etməsindən şübhələnmiş, ona görə də ailədə daima sözlü mübahisələr olmuş, Zərərçəkmiş şəxs1 isə hər dəfə mübahisə olanda yaşadığı Yasamal rayonundan gəlib o yaşadığı Maştağa qəsəbəsindəki fərdi yaşayış evində təxminən 15 gün, 1 ay müddətində qalmış, sonradan Təqsirləndirilən şəxs gəlib barışıb, bir daha incitməyəcəyi barədə söz verdikdən sonra birlikdə yaşadıqları evə geri qayıtmışlar. Bu hal bir neçə dəfə baş vermişdir. 2020-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs1 əri Təqsirləndirilən şəxslə arasında olan sonuncunun əsassız qısqanclıqları səbəbindən yaranmış mübahisələr artıq şiddətlənməyə başlamış, sonuncu dəfə, xx.xx.2022-ci il tarixdə Şahid1 evdə olarkən Zərərçəkmiş şəxs1 əri Abbasla aralarında yenə mübahisələr olduğundan yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsindəki evinə gəlmiş, bunun səbəbini soruşduqda Təqsirləndirilən şəxs yenə evdə işgəncələr verməsini və psixi olaraq normal davranmadığını demiş, Şahid1 da daha Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ayrılmasını, bir daha barışmamağı qəti şəkildə tapşırmış, çünki artıq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürəcək dərəcəyə gəlib çıxdığını başa düşmüşlər. Hadisə günü xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, arvadı Şahid1 və qızı Zərərçəkmiş şəxs1 evdə olarkən Təqsirləndirilən şəxs yaşadıqları Sabunçu rayonu, Maştağa qəsəbəsindəki evə gələrək Zərərçəkmiş şəxs1 ilə danışmaq istəməsini bildirmiş, həmin vaxt o və arvadı Şahid1 evin həyətində stolda açıq havada əyləşmiş, Zərərçəkmiş şəxs1 isə evin içərisində olmuş, Təqsirləndirilən şəxs barışmaq istədiyini, daha qısqanclıq etməyəcəyini, Zərərçəkmiş şəxs1 incitməyəcəyini deyərək sonuncu ilə təklikdə danışmaq üçün İcazə istəmiş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 olduğu otağa keçmiş, o və Şahid1 isə həyətdə oturmuş, təxminən 5-6 dəqiqə sonra içəridən Zərərçəkmiş şəxs1 “öldürdü, qoyma ay mama" qışqırıb kömək istəməsi səsini eşitmiş, dərhal əvvəlcə arvadı Şahid1 qaçaraq evə daxil olmuş, o asma xəstəsi olduğundan bacardıqca tez yeriyə yeriyə yataq otağına daxil olmuş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 arxadan tutub ayaqlarını çarpaz şəkildə belinə dolayaraq ayaqları arasında saxlayıb və sol əlinə saçını dolayıb, sağ əlindəki qara dəstəkli bıçaqla isə Zərərçəkmiş şəxs1 boğazını bir dəfə kəsdiyini və qan axdığını görmüş, həmin vaxt saat artıq təxminən 15:05-15:15 aralığı olmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 əlləri və sağ çiyin nahiyəsi də qanamış, o, Təqsirləndirilən şəxs artıq bir neçə zərbə vurduğunu anlamış, dərhal Şahid1 qışqırıb Təqsirləndirilən şəxs qızı buraxmağını tələb edərək boğazından tutmuş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 buraxmamış, sonuncunu kürəyi üstə yerə yıxıb, dizini sinəsinə qoyub, sol əli ilə də saçını tutmuş vəziyyətdə sağ əlindəki bıçaqla ikinci zərbəni boğazından vurmaq istəyəndə o, otaqdakı ümumilikdə dəmir materialdan hazırlanmış, lakin söykənəcək yeri yumuşaq materiallı stulu götürüb Təqsirləndirilən şəxs kürəyindən vurub Zərərçəkmiş şəxs1 buraxmasını tələb etmiş, həmin stulla o, Təqsirləndirilən şəxs ümumilikdə 3 dəfə zərbə ilə kürəyindən vurmuş, ilk 2 zərbədə sonuncu Zərərçəkmiş şəxs1 əl çəkməmiş, əlindəki qara dəstəkli bıçağı sağa-sola yelləyərək öldürmək məqsədi ilə ancaq qızın boğaz nahiyəsindən vurmağa çalışmış, o, həmin stulla Təqsirləndirilən şəxs kürəyindən 3-cü dəfə vuran zaman sonuncunun artıq əli boşalmış, Zərərçəkmiş şəxs1 saçını buraxmış, həmin vaxt sonuncu Təqsirləndirilən şəxs əlindən qaçaraq digər otağa daxil olub, qapını araxadan kilitləmiş, lakin sonuncu sakitləşməyərək ayağa durub onun üstünə hücum çəkərək sağ əlində tutduğu qara dəstəkli bıçaqla boğaz nahiyəsindən bir dəfə vurmuş, lakin o, özünü itirməmiş, yenə müqavimət göstərmiş, bu zaman ikinci dəfə Zərərçəkmiş şəxs2 vurmaq istədikdə hər iki əli ilə bıçağın kəsici hissəsini tutmuş, bu zaman hər iki əli kəsilmiş, bu zaman Təqsirləndirilən şəxs daha da hiddətlənərək onu öldürmək məqsədi ilə bıçağı almaq üçün onun bilək nahiyəsini sıxaraq yumruq zərbəsi ilə biləyinə vurmuş, lakin onun bıçağı buraxmayacağını görüb özü bıçağı buraxaraq dərhal hadisə yerindən qaçmışdır. Buna səbəb isə onların səs-küy salmağı və Sevda Mirzəyevanın polisə məlumat verəcəyini deməsi olmuşdur. Təqsirləndirilən şəxs qonşuların və polis əməkdaşlarının oraya gəlməsindən qorxaraq bıçağı buraxıb qaçaraq hadisə yerindən uzaqlaşmış, qaçan kimi o da dərhal əli ilə saxladığı Təqsirləndirilən şəxs məxsus qara dəstəkli bıçağı yerə atmış, sonra Təqsirləndirilən şəxs yenidən gələrək onu və qızı Zərərçəkmiş şəxs1 öldürəcəyindən qorxaraq Şahid1 təcili olaraq polisə məlumat verməsini tələb etmiş, çünki Təqsirləndirilən şəxs artıq hər şeyi gözə alaraq ilk növbədə qızı Zərərçəkmiş şəxs1 öldürmək istəmiş, sonra isə onun Zərərçəkmiş şəxs1 əlindən qurtardığına görə hiddətlənərək onu da öldürmək qərarına gəlmiş, belə ki, Təqsirləndirilən şəxs ancaq onun və Zərərçəkmiş şəxs1 boğaz nahiyəsinə vurmaq istəmiş, bundan sonra arvadı Şahid1 da ev telefonu ilə X20 və sonra DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili onu və Zərərçəkmiş şəxs1 Sabunçu Tibb Mərkəzinə aparmış, sonradan polis əməkdaşları ondan ərizə və izahat almış, hadisə yerindən isə Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi qanlı vəziyyətdə olan bıçağı götürmüşlər. xx.xx.2022-ci il tarixdə isə Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə ərizə ilə yenidən müraciət edərək, həmin hadisə barədə ətraflı məlumat vermişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs birlikdə olmuş, sonuncunun Zərərçəkmiş şəxs1 boğaz nahiyəsinə bıçaqla vurub, sonradan başını kəsmək istəyən zaman o və Şahid1 həyətdə oturmuş, Zərərçəkmiş şəxs1 qışıqırıb kömək səsini eşidən kimi o, xəstə olduğu üçün ilk növbədə Sevda Mirzəyeva qaçaraq içəri daxil olmuş, bir neçə saniyə sonra isə o, otağa daxil olub, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürməsinə mane olmuş, oğlu Şahid2 isə həmin vaxt evdə olmamış, digər oğlu Şahid3 öz yaşadığı evdə olub, hadisələrdən xəbərdar olmamış, Şahid2 artıq evə gələndə Təqsirləndirilən şəxs orada olmamış, həmin vaxt artıq hadisə yerində təcili tibbi yardım və polis əməkdaşları olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə onu və Zərərçəkmiş şəxs1 bıçaqla boğaz nahiyəsindən vurub öldürmək istəyən zaman Şahid2 evdə olmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürmək istəməsinə səbəb isə sonuncunun boşanmaq istədiyini, artıq birlikdə yaşamaq istəmədiyini, birlikdə evə getməyəcəyini deməsi olmuş, o da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürməsinə mane olduğu üçün hiddələnərək onu da öldürmək istəmişdir. Təqsirləndirilən şəxs çox qısqanc, səbəbsiz yerə özündən fərziyyələr uydurub Zərərçəkmiş şəxs1 xəyanət etdiyini deyən birisi olmuş, ona görə də tez-tez mübahsələro olmuş, həmin mübahisələrin birində isə yəni, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 döyərək xəsarət yetirmişdir. Bütün qeyd edilənlər barəsində Zərərçəkmiş şəxs1 əvvəllər danışasa da əhəmiyyət verməmiş, lakin son hadisədən sonra həqiqətən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürmək istədiyini anlamış, belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürmək məqsədi ilə bıçaqla dəfələrlə boğaz nahiyəsinə zərbələr vurmuşdur. Təqsirləndirilən şəxslə əvvəllər hər hansı bir problemi olmamış, aralarında hər hansı söz-söhbət, dava-dalaş olmamış, əvvəllər onu öldürməyə cəhd etməmiş, lakin hadisə baş verən gün o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 boğazını bıçaqla kəsərək öldürməsinin qarşısını aldığı üçün ona da hiddətlənərək öldürmək məqsədi ilə boğaz nahiyəsindən bir dəfə bıçaqla xəsarət yetirmiş, sonra o, geri çəkilmiş, buna baxmayaraq yenidən üzərinə gələrək bıçağı bir daha boğaz nahiyəsinə doğru vurub onu öldürmək istəyən zaman hər iki əli ilə bıçağın tiyəsindən tutub saxlamış, həmin vaxt isə əlləri kəsilmiş, sonradan onların səs-küy salıb qonşulara, polisə məlumat verəcəklərindən qorxuduğu üçün öz əməlini başa çatdıra bilməyib qaçıb getmişdir. O, həmçinin həmin gün Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs əlindən qurtarmasaydı sonuncunun ögey qızını öldürəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 döyərək ölümcül hala saldığı zaman isə bu barədə Yasamal rayon Polis İdarəsnin 26-cı polis bölməsinə məlumat vermiş, lakin sonradan yenə sonuncuların barışması nəticəsində, ailənin dağılmaması məqsədi ilə Zərərçəkmiş şəxs1 şikayət ərizəsini geri götürmüş, həmin araşdırma dayandırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən üzərində gizlədərək bıçaq gətirməsi, sonra Zərərçəkmiş şəxs1 ilə təkilikdə danışmaq məqsədi ilə otağa keçməsi, boğaz nahiyəsinə bir neçə dəfə xəsarət yetirib boğazını kəsmək istəməsi, sonradan onun mane olduğunu görüb, hiddətlənərək ona da hücum edib boğaz nahiyəsinə bıçqaqla xəsarət yetirməsində məqsədi ilk növbədə Zərərçəkmiş şəxs1, sonra isə onu ölürmək istəməsi olmuşdur. O, həmçinin yalnız birini ölürmək istəyən şəxsin boğaz nahiyəsinə xəsarət yetirə biləcəyini demişdir. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyət araşdırılarkən Zərərçəkmiş şəxs2 “məni başa düşün, biz qohumuq” deyərək həmin ziddiyyətləri Abbasla qohumluq münasibətində olmaları ilə izah etməyə çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirmişdir ki, hadisə baş verməmişdən öncə qızı Zərərçəkmiş şəxs1 həyat yoldaşı Təqsirləndirilən şəxslə aralarında olan mübahisə səbəbi ilə Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsindəki evə gəlmişdirlər. Qızı Nigarın onlarda qaldığı altıncı gün, Təqsirləndirilən şəxs yaşadıqları Sabunçu rayonu, Maştağa qəsəbəsindəki evə gələrək Zərərçəkmiş şəxs1 ilə danışmaq istədiyini bildirmişdir. Bu zaman Abbas Nigara evə getməyi barədə xahiş etsə də, Nigar onunla barışmayacağını bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs evin həyətində stolda açıq havada əyləşməyi təklif etmişdir. Təqsirləndirilən şəxs onun həm kürəkəni, həm də qardaşı oğludur. Təqsirləndirilən şəxslə ikisi evin həyətində əyləşib söhbət edərkən Zərərçəkmiş şəxs1 qarşı etdiyi əməllərə peşman olduğunu, bir daha belə hərəkətlər etməyəcəyini və onunla barışmaq istədəyini bildirmişdir. Qızı hadisə baş verməzdən əvvəl evə gələndə Abbasın onun işləməsinə icazə vermədiyini, buna görə də aralarında mübahisə yarandığını bildirmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evin içərisində olmuşdurlar. Təqsirləndirilən şəxs Nigarla barışmaq istəməsi səbəbilə Nigarla təklikdə söhbət etmək istədiyini bildirmişdir. Abbas Nigarla söhbət etmək üçün otağa gedən zaman Zərərçəkmiş şəxs2 onun yanına gəlmişdir. Nigar Təqsirləndirilən şəxsla heç vaxt barışmayacağını bildirmişdir.X15 söhbət etməyə görə otağa daxil olduqdan 2-3 dəqiqə sonra Nigarın qışqırıq səsləri yüksəlməyə başlamışdır. O və həyat yoldaşı Zərərçəkmiş şəxs2 otağa qaçaraq daxil olan zaman Abbasın Nigarın saçını əlinə dolayaraq boğazını sıxdığını və Nigarın üst-başının qan olduğunu görmüşdür. Abbas çarpayıda uzanıqlı vəziyyətdə, qızı Nigar da Abbasın üzərində uzanıqlı vəziyyətdə və uzun saçları Abbasın əlinə dolaşıq şəkildə Abbasın əlindən çıxmaq istəmişdir. Qızı Nigarın saçlarının dolaşıq olması səbəbilə həmin zaman Abbasın əlindəki bıçağı da görməmiş, daha sonra görmüşdür. O, otağa girib bu mənzərəni görən zaman Abbasa sadəcə “Abbas burax qızı” demişdir. Lakin Abbas onu buraxmamışdır. Abbas qızı buraxmamış və onlar Nigarı Abbasın əlindən almaq üçün Abbasın üzərinə getmişdirlər. Bu zaman yoldaşı Zərərçəkmiş şəxs2 Abbasın əlindən bıçağı almaq istəyərkən xəsarət almışdır. Abbasla Nigar həmin zaman ancaq çarpayıda uzanıqlı vəziyyətdə qalmamış, onlar gah ayağa qalxmış, gah yerə yıxılmış, bu səbəbdən yoldaşı onları ayıran zaman xəsarət almışdır. Zərərçəkmiş şəxs2 və digərləri Nigarı Abbasın əlindən almaq üçün əvvəlcə sözlərlə buraxmasını bildirmiş, daha sonra yoldaşı Zərərçəkmiş şəxs2 Abbasa stolla zərbə yetirmişdir. Abbasın əlindən Nigarı almaq istəyən zaman Nigar dayanmadan qışqırmışdır. Oğlu Orxan içəri daxil olduqda Abbasla Nigar yerə yıxılmış, bu zaman Orxan Abbasın sinəsində oturaraq bıçağı Abbasın əlindən almışdır. O, Təqsirləndirilən şəxs qızına bıçaq vurmağını görməmiş, lakin qızı demişdir ki, ikinci dəfə bıçaqla xəsarət yetirən zaman onlar içəri girmişdirlər. O, boğazında zob olduğu üçün qızı ortalıqda qalmasın deyə Nigarı 14 yaşında qardaşı oğlu Abbasla evləndirmişdir. Qızı Nigar bir dəfə ailə həyatı qurub, həmin şəxs də Təqsirləndirilən şəxsdir. Nigarın Abbasdan üç uşağı olmuşdur, onlardan biri rəhmətə getmişdir. Nigarın uşaqlarının atası Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxslə onun həmişə xoş münasibəti olmuşdur, hadisə baş verməmişdən öncə onunla dərtləşmişdir. Təqsirləndirilən şəxs onların yaşadığı evə Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə və ya həqiqətən evə aparmaq niyyəti ilə gəldiyini bilmir. O, hadisə baş verən zaman Nigarın Abbasa xəyanət etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında xətr-hörmət olmuşdur. Abbas əsəbi biri olmuş, məsləhətlərinin birində o, Abbasa psixoloq yardımından istifadə etməsini bildirmişdir. Əvvəllər bir neçə dəfə Nigar onların yaşadığı evə gəlib bir neçə müddət onlarla qalmışdır. Həmin vaxtlar Abbas Nigara evə getməsi barədə xahiş edən zaman Nigar onunla birlikdə evə getmişdir. O, fikirləşmişdir ki, Abbas Nigarı öldürmək istəsə idi, Nigarın ürəyindən vurub sonra başını kəsərdi. Abbasın əlindəki bıçağı tanımamış, evə bıçağı haradan gətirdiyini bilmir, lakin qızı Nigardan eşitmişdir ki, həmin bıçaq qızının yaşadığı evin mətbəxində istifadə etdiyi bıçaqdır. Abbasın əlindən bıçağı aldıqdan sonra Abbas onlardan su istəmişdir. Abbas bir stəkan su içib evdən getmişdir. Təqsirləndirilən şəxs az cəza verilməsini istəyir. Nigar həyatda olduğu üçün o, Abbasın yaxşı gününü istəyir. Onun qızı Nigarın çimərlikdə oğlanla tanış olmasından xəbəri olmamışdır. Qızı Nigarla nəvəsi Ağahüseyn arasındakı münasibətlər ona görə pisdir ki, Abbas oğlan övladını blokadaya almışdır. Buna görə də oğlan övladı anası Nigara yaxın getmir və qızı ilə birlikdə yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, o anasının atasına xəyanət etdiyini çoxdan bilmiş, lakin bildirməmişdir. Qardaşı bütün bunları öz gözləri ilə görmüşdür. Belə ki, anası xəyanəti qardaşının yanında etmişdir. Atası bu barədə ondan soruşmuş və o, hər şeyi atasına bildirmişdir. Bu hadisə baş vermədən öncə anası ona oğlanla tanış olduğunu, dənizdə yaşadıqlarını açıq aydın formada qızına danışmışdır. O, bunları bilsə də işin üstü açılmasın, söz söhbət olmasın deyə gizlətrmişdir. Hadisə günü o işdə olmuşdur. Atası ona işə getməzdən əvvəl demişdir ki, “sənə mesaj göndərəcəm anana göndərərsən bəlkə çəkinər evə gələr.” Baş verən hadisələrə baxmayaraq atası anası ilə barışmaq istəmişdir. Lakin o işdə olduğuna görə həmin mesaj ona evə gəldikdən sonra çatmışdır. Belə ki, supermarketdə işlədiyinə görə orada telefondan istifadəyə çox icazə vermirlər Qeyd olunan mesajı oxuduqdan sonra Nigarın anasına zəng vurmuşdur. O, belə bir hadisə olduğunu bildirmişdir. Anası əxlaqsızlıq etdiyindən onu ana kimi qəbul etmir. Həmçinin anası onlara qayğı göstərməmiş, xırda məsələlərdən evdə söz-söhbət salmış, atası isə onu sakitləşdirmişdir. Anası küsüb evdən gedəndə heç vaxt onları aparmamışdır. Anasının əvvəldən əxlaqsızlığa meyili olmuşdur. Belə ki, əvvəllər də ailəsinə sevgi göstərməmişdir. Atasının anasını öldürmək niyyəti olduğunu bilməmişdir. Ümumiyyətlə atasının anasını öldürmək niyyəti olmamışdır. Bu hadisə baş verdikdən sonra anası ilə görüşsə də atasının niyə görə hadisəni başa çatdıra bilməməsini ona deməmişdir. Atası anasını hadisədən əvvəl də çox döyməmiş, uzağı şillə vurmuşdur. Anasının yazışmalarını məhkəməyə təqdim edə bilər. Təqsirləndirilən şəxs onun atası deyil. Atasının kim olduğunu bilmir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş X3 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, təxminən xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 işlədiyi “Neptun” adlı mağazaya gələrək xx.xx.2022-ci il tarixdə əvvəllər tanımadığı kişi cinsli bir şəxslə “İçəri şəhər” metrosu yaxınlığında görüşdüyünü, bundan başqa xx.xx.2022-ci il tarixdə isə başqa bir şəxslə evlərində görüşüb cinsi əlaqədə olduğunu demiş, bundan sonra o, eşitdiklərindən çox pis olub, anasına bu barədə danışmamasını, bu barədə eşitmək istəmədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 isə israrla həmin adamla görüşündə baş verənləri danışmış, sonradan çıxıb getmiş, o da işdən gəldikdən sonra bu barədə heç kimə məlumat verməmişdir.xx.xx.2022-ci il tarixdə işdə olarkən adətən telefon işlətmədiyi üçün təxminən saat 17 radələrində telefonu əlinə alıb mesajlara baxan zaman Təqsirləndirilən şəxs “whatsapp” sosial şəbəkəsində ona “ananı pis işlə tutmuşam deyə yox, sadəcə oilaraq belə yaşaya bilmirəm deyə öldürürəm” məzmunlu mesaj yazıb, sonradan “pişiyimi de götürüb cənnətə gedəcəm” məzmunlu bir mesaj daha yazaraq şəklini çəkib atdığını görmüşdür. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ortaq bir telefondan istifadə etmiş, çünki sonuncunun telefon işlətməkdən xoşu gəlməmiş, həmin vaxtı isə Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi onların ailəsinin ortaq istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, bundan sonra o, narahat olub atasından nə danışdığını soruşmuş, lakin Təqsirləndirilən şəxs cavab gəlməmiş, bir müddət sonra isə nənəsindən Təqsirləndirilən şəxs həmin gün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqladığını öyrənmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı evə getməkdə məqsədinin nə olduğunu bilməmiş, lakin atasının ona göndərdiyi mesajdan Zərərçəkmiş şəxs1 başqasıyla xəyanət etməsini qəbul etməyərək Maştağa qəsəbəsindəki evdə öldürmək fikrinin formalaşdığını qeyd etmiş, Təqsirləndirilən şəxs əvvəllər ona Zərərçəkmiş şəxs1 öldürmək istəməsi barədə hər hansı bir məlumat verməmiş, lakin sonuncu dəfə atasının xx.xx.2022-ci il tarixdə "whatsapp” sosial şəbəkəsində ona “ananı pis işlə tutmuşam deyə yox, sadəcə olaraq belə yaşaya bilmirəm deyə öldürürəm” məzmunlu mesaj yazdığını görmüş, bundan başqa sonradan nənəsindən bu barədə soruşduqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla vurduğunu bilmiş, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bilərəkdən vurmadığını, sadəcə olaraq qarışıqlıqda bıçağın Zərərçəkmiş şəxs2 da dəydiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, anası dənizdə oğlanla üzən zaman onu görmüşdür. Anası nənəsinə demişdir ki, onu uşaq evinə qoysunlar. Atası həbsxanaya düşdükdən sonra anası heç onlarla maraqlanmamışdır. Onun telefonu yoxdur amma bilir ki, anası heç bacısına da zəng etməmişdir. O, 6-cı sinifdə oxuyur və anası onun getdiyi məktəbin ünvanını bilir, ancaq onunla maraqlanmır. Dənizə gedəndə anasının yanında iki oğlan olmuşdur Onlardan biri Ağahüseyni oradan uzaqlaşdırmış, digəri isə anasına dənizdə üzməyi öyrətmişdir. Sonra evə qayıtmışlar. Anası ilə münasibəti əvvəldən yaxşı olmamışdır. Atasını çox istəyir. Anası Evdə yeməklər pis hazırladıqda belə bununla bağlı atası anasına heçnə deməmişdir. Eşitdiyinə görə atası ilə anası arasında bıçaq söhbəti olmuş, atasına anasını dənizdə gördüyünü, o, demişdir. Atası anasından şübhələndiyi üçün telefonda yazışmaları görmüşdür. Daha sonra hadisələri daha ətraflı şəkildə öyrənmişdir. Hadisənin səhərisi günü bilmişdir ki, atası belə bir iş görüb. Hadisə baş verən zaman o, idmanda olmuşdur. Sözügedən bıçağı şəkillərdə görmüşdür. Evlərində elə bir bıçaq olmamışdır. Atası anasını qaytarmağa getmiş, lakin dözə bilməyərək hadisə törətmişdir. Hadisəni ona bacısı, sonuncuya isə nənəsigil danışmışdır. Nənəsigil də onunla maraqlanmır, onu istəmirlər. Anası evdə ancaq atası ilə mübahisə yaratmış, yemək istəyərkən dava salmışdır.Anasını çox istəməsə də dənizə o, anasını qorumaq üçün getmişdir. Anasının hərəkətləri 12 iyunda baş verməsinə baxmayaraq, o, baş verənləri atasına 26 iyunda danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o hadisə baş verən zaman yatmışdır, hadisəni görməmiş, yuxudan səsə oyanmışdır. Hadisə yeri ilə onun otağı arasında məsafə təxminən 12-13 metr olmuşdur. Hadisə yerinə o, qardaşı Orxan və atası Vaqif birlikdə gəlmişdir. Hadisə yerində Abbası yerdə uzanmış halda görmüşdür. Orxan onun üstündə, Nigar da yerdə uzanmış vəziyyətdə olmuş, Abbas yerdə Nigarın saçından tutmuşdur. Atası Vaqif isə ayaq üstündə olmuşdur. Boğazından qan gəlmiş halda, bacısı yerdə uzanmışdır. Orxan da Abbasın yanında yerdə uzanmışdır. Həmin vaxt Abbasın əlindən Nigarı almağa çalışmışdır. Hadisə vaxtı istifadə olunan bıçağı isə əvvəllər görməmişdir. Hadisənin nəyə görə baş verdiyini, Abbasın onun bacısını öldürmək niyyəti olub-olmadığını bilmir. Bacısının həyat tərzi ilə bağlı Abbas ona heçnə deməmişdir. Bacısının hal-hazırda uşaqları ilə niyə qalmadığını bilmir. Bu hadisədən əvvəl bacısı ilə münasibəti yaxşı olmuş, indi pisləşmişdir. Hadisədən əvvəl bacısının uşaqlara münasibəti normal olmuş, uşaqların qayğısına qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, hadisə baş verən zaman günorta saatları olmuş və o yatmışdır. Yuxudan ayıldıqdan sonra Abbasın onlara gəldiyini görmüşdür. Yuxudan duraraq əlini, üzünü yumuş Abbasla görüşmüş, sonra həyətdə siqaret çəkmişdir. Daha sonra anası onu çağıraraq həyətdə gözləmələrini, Abbasın içəridə yoldaşı ilə danışmasını bildirmişdir.Təxmini 5-10 dəqiqə atası, o və anası həyətdə gözləmişdirlər. Təxmini 10 dəqiqədən sonra Nigarın qışqırıq səsi gəlmişdir. Səsi eşidib içəri daxil olduqda, görmüşdür ki, Nigar bıçaqlanıb. Abbasın bacısını dəqiq haradan vurduğunu bilməmiş, sonradan boğaz və çənə nahiyəsindən bıçaqladığını bilmişdir. O, yerdə qan olduğunu və atasının da bıçaqdan xəsarət aldığını görmüşdür. O, Abbasa bıçağı ona verməsini söyləmiş, sonuncu bıçağı vermədiyinə görə Abbasla əlbəyaxa olmuş, bu zaman onlar yerə yıxılmış, Abbas bu halda da Nigarı saçından tutaraq ayaqlarının arasında sıxaraq buraxmamışdır. O da Abbasın üzündən 1-2 dəfə təpik vurmuşdur ki, Nigarı buraxsın. Sonra Nigar digər otağa qaçaraq getmiş, Abbasın əlindən bıçağı almağa müvəffəq olmuş, sonuncu da ayağa qalxaraq getmişdir. Nigarın bədəninin başqa hansı hissələrində bıçaq xəsarəti olduğunu bilmir. Onun fikrinə əsasən Abbas atasına xəsarəti təsadüfən yetirmişdir. Çünki, onların arasında ədavət olmamışdır. Atası stolla Abbasa 1-2 dəfə vurmuş, Orxan isə onun əlindən bıçağı almış, daha sonra qarışıqlıq olaraq yerə yıxılmışdırlar. Abbasın bacısını buraxmamağının səbəbini bilmir. O, da həmin evdə qalır. Evdəki bıçaqları tanıyır. Abbasın əlində olan bıçaq hər evdə olan bıçaqlardan olmuşdur. Ona görə də balaca bıçağın onların olub-olmamasını dəqiq bilmir. Abbasın bacısı Nigarı öldürmək niyyəti haqqında məlumatı olmamışdır. O, şahid qismində ibtidai istintaq dövründə iştirak etmək istəməmişdir. Ona görə də ibtidai istintaq zamanı hadisəni görmədiyini demişdir, lakin elə olmuşdur ki, hər şeyi açıqlanmış, o, da gələsi olmuşdur. Abbas elə məhlədə böyümüşdür ki o, həci və böyüyün kiçiyin yerini bilən olmuşdur. Bacısı Nigar 1 dəfə Abbasla ailə qurmuşdur, yəqin ki, uşaqların atası da Abbasdır. Bu hadisə baş verənə qədər isə uşaqlar “Abbas bizim atamız deyil” deməmişdirlər. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, ailəlidir, ailəsi ilə birlikdə ünvan 8 ünvanında yaşayır. Ara-sıra isə Bakı şəhəri, Maştağa qəsəbəsi, X16 küçəsi, dalan 6, ev 2 ünvanında anası Şahid1 yaşadığı evə gedib 1-2 gün müddətində orada qalır. Onun qardaşı Şahid3 öz ailəsi ilə birlikdə anasıgil yaşadığın ünvanda eyni həyət içərisində olan başqa fərdi yaşayış evində yaşayır. 2020-ci ildən etibarən Zərərçəkmiş şəxs1 əri Təqsirləndirilən şəxslə arasında olan sonuncunun əsassız qısqanclıqları səbəbindən yaranmış mübahisələr artıq şiddətlənməyə başlamış, sonuncu dəfə, xx.xx.2022-ci il tarixdə o, ögey atası Zərərçəkmiş şəxs2 və anası Şahid1 evdə olarkən Zərərçəkmiş şəxs1 əri Təqsirləndirilən şəxslə aralarında yenə mübahisələr olduğundan Sabunçu rayonu, Maştağa qəsəbəsindəki anası yaşadığı evə gəlmiş, anası gəlməyinin səbəbini soruşduqda Təqsirləndirilən şəxs yenə evdə işgəncələr verməsini və psixi olaraq normal davranmadığını, gecələr boğazına bıçaq dayayaraq, xəyanət edib-etmədiyini, xəyanət edəcəyi halda bıçaqla öldürəcəyi barədə hədələdiyini demişdir. Hadisə günü xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, ögey atası Zərərçəkmiş şəxs2, anası Sevda Mirzəyeva və Zərərçəkmiş şəxs1 evdə olarkən Təqsirləndirilən şəxs yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki evə gələrək Zərərçəkmiş şəxs1 ilə danışmaq istəməsini bildirmiş, həmin vaxt anası və ögey atası Zərərçəkmiş şəxs2 evin həyətində stolda açıq havada əyləşmiş, Zərərçəkmiş şəxs1 isə evdə olmuş, o isə ara- sıra məhləyə çıxır biraz gəzişmiş, sonra yenidən evə qayıtmış, Təqsirləndirilən şəxs barışmaq istədiyini, daha qısqanclıq etməyəcəyini, Zərərçəkmiş şəxs1 incitməyəcəyini deyərək sonuncu ilə təklikdə danışmaq üçün icazə istəmiş, Şahid1 isə Təqsirləndirilən şəxs öz ailəsi olduğunu, ona görə də gedib təklikdə danışa biləcəyini bildirmiş, bundan sonra o, yenidən küçəyə çıxmış, bir müddət küçədə gəzişdikdən sonra yenidən evə geri qayıtmış, həmin vaxt artıq saat təxminən 15 radələri olmuş, o evin həyətinə girəndə Təqsirləndirilən şəxs tələsik ayaqqabılarını geyinib evdən çıxdığını görmüş, o da sonuncunun nə üçün belə həyəcanlı şəkildə çıxdığından şübhələndiyi üçün evə daxil olmuş, evə daxil olduqda ögey atası Zərərçəkmiş şəxs2 qan içərisində görmüş, otağın döşməsi də qan olmuş, döşəmə üzərində isə 01 ədəd qara dəstəkli bıçaq olmuşdur, o, nə baş verdiyini başa düşməmiş, ona görə də Şahid1 nə olduğunu, Nigar Mirəzyevanın harada olduğunu soruşmuş, sonradan Şahid1 ona hər şeyi danışmış, belə ki, o küçəyə çıxdıdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə təklikdə danışmaq üçün otağa daxil olmuş, sonra üzərində gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs1 boğaz nahiyəsindən və bədəninn müxtəlif nahiyələrindən vuraraq öldürmək istəmiş, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs mane olduğu üçün sonradan hücum edərək Zərərçəkmiş şəxs2 da öldürmək istəmiş və bıçaqla sonuncunun da boğaz nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs əlindən qaçaraq evin digər otağına daxil olaraq gizlənmişdir. Bir müddət sonra digər qardaşı Şahid3 da hadisə yerinə gəlmiş, bir neçə saniyə sonra isə əraziyə polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları da gəlmiş, Zərərçəkmiş şəxs1 otaqdan çıxardıqa boğaz nahiyəsindən ölümcül xəsarət aldığını görmüş, sonuncu xeyli qan itirmiş, təcili tibbi yardım əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dərhal xəstəxanaya aparmışlar. Hadisə xx.xx.2022-ci il tarixdə saat təxminən 15:20-də anası yaşadığı ünvan 10 ünvanındakı evin yataq otağında baş vermiş, hadisə təxminən 10-15 dəqiqə davam etmiş, çünki Təqsirləndirilən şəxs evə gəlib Şahid1 ilə söhbət etdikdən sonra o, küçəyə çıxmış, təxminən 10 dəqiqə gəzişdikdən sonra yenidən evə qayıtdıqda artıq Təqsirləndirilən şəxs həyəcanlı şəkildə evdən çıxdığını görmüş, yəni, o Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 necə vurduğunu görməmiş, sonradan hadisənin necə baş verdiyini anasindan öyrənmişdir. Təqsirləndirilən şəxs evə gəldikdə o, evdə olmuş, lakin sonradan sonuncu Nigar Mirzəyevlə təklikdə danışmaq istədyini deyəndən sonra küçəyə çıxmış, evə qayıtdıqda isə artıq Təqsirləndirilən şəxs evdən çıxdığını görmüş, o gəlidkdən bir neçə dəqiqə sonra isə artıq əraziyə polis əməkdaşları gəlmişdir. O, həmçinin Təqsirləndirilən şəxs onu ilk dəfə orada gördüyü üçün və hadisə zamanı qarışıqlıq olduğu üçün yaddaşında onun da orada olduğu barədə düşündüyünü demişdir. Təqsirləndirilən şəxs çox qısqanc, səbəbsiz yerə özündən fərziyyələr uydurub Zərərçəkmiş şəxs1 xəyanət etdiyini deyən birisi olmuş, ona görə də tez-tez mübahsələr olmuş, həmin mübahisələrin birində isə yəni, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 döyərək xəsarət yetirmiş, bundan başqa Təqsirləndirilən şəxs bəzən gecələr yatdığı yerdə Zərərçəkmiş şəxs1 boğazına bıçaq dayayaraq, xəyanət edibetmədiyini soruşur, xəyanət edəcəyi halda bıçaqla öldürəcəyini demişdir. Bütün qeyd edilənlər barəsində Zərərçəkmiş şəxs1 əvvəllər danışasa da əhəmiyyət verməmiş, lakin son hadisədən sonra həqiqətən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürmək istədiyini anlamış, belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürmək məqsədi ilə bıçaqla dəfələrlə boğaz nahiyəsinə zərbələr vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 əvvəllər hər hansı bir problemi olmamış, aralarında hər hansı söz-söhbət, davadalaş olmamış, əvvəllər sonuncunu öldürməyə cəhd etməmiş, lakin hadisə baş verən gün Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 boğazını bıçaqla kəsərək öldürməsinin qarşısını aldığı üçün Zərərçəkmiş şəxs2 da hiddətlənərək öldürmək məqsədi ilə boğaz nahiyəsindən bir dəfə bıçaqla xəsarət yetirmiş, bütün bunları isə ona sonradan Şahid1 danışmışdır. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 əvvəllər mübahisə etdikdən bir müddət sonra Təqsirləndirilən şəxs gələrək üz istəmiş, hər dəfəsində söz verərək bir daha incitməyəcəyini, qısqanclıq etməyəciyini deyərək barışmış, onlar da ailələrinin dağılmaması, körpə uşaqları olması səbəbindən hüquq mühafizə orqanlarına məlumat verməmiş, bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 döyərək ölümcül hala saldığı zaman isə bu barədə Yasamal RPİ-nin 26-cı polis bölməsinə məlumat vermiş, lakin sonradan yenə sonuncuların barışması nəticəsində, ailənin dağılmaması məqsədi ilə Zərərçəkmiş şəxs1 şikayət ərizəsini geri götürmüş, həmin araşdırma dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid1 yaşadığı evə gələn zaman üzərində hər hansı şübhəli əşya və ya bıçaq olub-olmadığını bilməmiş, çünki Təqsirləndirilən şəxs evə gəldikdə üzərində hər hansı şübhəli əşya və ya bıçaq görməmiş, lakin Şahid1 sonradan Təqsirləndirilən şəxs yaşadığı evdən üzərində bıçaq gizlədərək gətirdiyini demişdir. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi iİfadələri arasındakı ziddiyyətləri Şahid2 hadisə barədə şahid ifadəsi vermək istəməməsi ilə izah etmişdir. Hadisə vaxtı orada olmaması halı istinsna olmaqla ibtidai istintaq dövründə verdiyi ifadələri təsdiq edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 30 iyun 2022-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs2 29 iyun 2022-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək kürəkəni Abbasın onun yaşadığı evə gələrək onu və qızı Nigara bıçaqla xəsarət yetirdiyini bildirmişdir (cild 1, iş vərəqə 3,9). Hadisə yerinə baxış keçirilməsi haqqında 29 iyun 2022-ci il tarixli protokoldan və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 11 ünvanına hadisə yeri qismində baxış keçirilmişdir. Baxış zamanı qonaq otağının giriş qapısının qarşısında döşəmə üzərində 01 ədəd ümumi uzunluğu 19 sm, tiyəsinin uzunluğu isə 09 sm olan qara tutacaqlı tiyəsi üzərində qana bənzər ləkələr olan bıçaq görünmüş, həmin bıçaq müvafiq formada qablaşdırılaraq götürlümüşür. Bundan başqa otağın döşəməsi üzərində, televizor olan stolun üzərində və bıçağın ətrafında da qana bənzər ləkələr olduğu görünmüşdür. (cild 1, iş vərəqə 10-17). Sübutların qiymətləndirilməsi haqqında 29 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, hadisənin predmeti olan 01 ədəd qara dəstəkli soyuq silah hesab edilməyən mətbəx bıçağı maddi sübut kimi tanınmış və saxlanılmaq üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğuna təhvil verilmişdir (cild 2, iş vərəqə 133-171). 16 sentyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini əks etdirən DVD diskdən görünür ki, ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini təsdiq edərək hadisənin baş verdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir (cild 2, iş vərəqə 78-81). 18 avqust 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs əşyanın tanınması istintaq hərəkəti keçirilərkən o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədən xəsarətləri yetirdiyi bıçağı tanıyaraq göstərmişdir(cild 2, iş vərəqə 223-225). 13 sentyabr 2022-ci il tarixli kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab olunmur. Həmin bıçağın üzərində aşkar olunmuş qan ləkəsi qan mənbəyi və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir və yaxma xarakterikdir. (cild 2, iş vərəqə 46-48) 13 sentyabr 2022-ci il tarixli kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu B(lll). Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu В/İll/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu В/İll/. Ekspertizaya təqdim edilən bir ədəd mətbəx bıçağı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda yalnız В antigeni alınmışdır. Beləliklə, bu qan ləkələri В/İll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmişlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və ya eyni qruplu Təqsirləndirilən şəxs (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa) məxsus ola bilər (cild 2, iş vərəqə 50-53). Məhkəmə-tibb ekspertizasının 07 iyul 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 boyun nahiyəsinin 1 (bir) ədəd, sol əlin İ barmağının 1 (bir) ədəd, sağ əlin İV barmağının 1 (bir) ədəd ( cəmi: 3 (üç) ədəd) kəsilmiş yaraları; hər iki said nahiyəsinin qançırları müəyyən edilmişdir. Xəsarətlərdən boyun nahiyəsinin 1 (bir) ədəd, sol əlin İ barmağının 1 (bir) ədəd, sağ əlin İV barmağının 1 (bir) ədəd ( cəmi: 3 (üç) ədəd) kəsilmiş yaraları kəsici alətin təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin kəsici kənarının təsirindən əmələ gələ bilər; hər iki said nahiyəsinin qançırları isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətlərin törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən boyun nahiyəsinin 1 (bir) ədəd, soi əlin İ barmağının 1 (bir) ədəd, sağ əlin İV barmağının 1 (bir) ədəd ( cəmi: 3 (üç) ədəd) kəsilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlğa yüngül zərərvurmaya aiddir. Hər iki said nahiyəsinin qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. ( cild1, iş vərəqə 108-110). Məhkəmə-tibb ekspertizasının 18 iyul 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 boyun nahiyəsinin ön səthinin traxeya boşluğuna keçən 1 (bir) ədəd; çənə nahiyəsinin 1 (bir) ədəd; sağ bazu oynağı nahiyəsinin 2 (iki) ədəd; sağ əlin arxa səthinin 1 (bir) ədəd; sol mil-bilək oynağının 1 (bir) ədəd; sol əlin arxa səthinin 1 (bir) ədəd; sol əlin İV barmağının 1 (bir) ədəd (cəmi: 8 (səkkiz) ədəd) deşilmiş-kəsilmiş yaraları; sol əlin İ barmağının 1 (bir) ədəd səthi kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarətlərdən deşilmişkəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən, kəsilmiş yara isə deşici-kəsici alətin tiyəsinin kəsici kənarlarının təsirindən törənə bilər, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən boyun nahiyəsinin ön səthinin traxeya boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, çənə nahiyəsinin 1 (bir) ədəd; sağ bazu oynağı nahiyəsinin 2 (iki) ədəd; sağ əlin arxa səthinin 1 (bir) ədəd; sol mil-bilək oynağının 1 (bir) ədəd; sol əlin arxa səthinin 1 (bir) ədəd; sol əlin İV barmağının 1 (bir) ədəd (cəmi: 7 (yeddi) ədəd) deçilmişkəsilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Sol əlin İ barmağının 1 (bir) ədəd səthi kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir ( cild1, iş vərəqə 111-114). Məhkəmə-tibb ekspertizasının 20 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ göz qapağının qançırı, sol çiyin və sol baldır nahiyələrinin səthi əzilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkumun tibbi kitabçasında qeyd olunan xəsarətlərin təsvirinə (xarakterinə, rənginə və .s) əsaslanaraq demək olar ki, həmin xəsarətlər onun Tibbi Sanitar hissədə müayinəsindən (xx.xx.2022-ci il) 6-8 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə törənə bilər. Xarakterinə və lokalizasiyasına görə xəsarətlər müxtəlif şəraitlərdə törənə bilər, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 2, iş vərəqə 124-126). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestık məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixoaptik cizgiləri müəyyən edilir. Psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması, həmçinin xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyr-sabitlik aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları İdarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməldən sonra hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixoaptik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 2, iş vərəqə 118-121) Məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2022-ci iİ tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs Ağahüsyen oğlu narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 2, iş vərəqə 37-38). Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 64 saylı Mənzil Kommunal İstismar İdarəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır.(Cild 2, iş vərəqə 15) Şahid qismində dindirilmiş X3 telefonuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, sonuncunun istifadə etdiyi mobil telefonun “WhatsApp” sosial şəbəkəsinə daxil olduqda mesaj bölməsində “Ev” şərti adı ilə qeyd edilmiş Təqsirləndirilən şəxs məxsus +994 55 *** ** ** saylı mobil telefon nömrəsinin qeyd edildiyi görünür. Həmin abonəçi ilə olan mesajlaşmalar açıldıqda görünür ki, 29 iyun 2022-ci il tarixdə saat 18:24-də Təqsirləndirilən şəxs qızı Fidan Mirzəyevaya "anam darıxmıyın, özünüzü elə bilməyin ki, ananızı nəsə pis bir işlə tutmuşam deyə öldürürəm, yox anam sadəcə belə yaşaya bilmirəm, qaqas atam idmanından qalma, səni hamıdan çox istəyirəm, darıxma onsuzda axırda hamımız öləcik, mən sizi vaxtı gələndə qarşılayacam, anandan gedim orda sizin üçün qəşəng ev tikim ki, gələndə orada keflə, fikirsiz yaşayaq, səbirli ol, mama darıxma onsuzda görüşməyimizə çox az qalıb, sizə çox əziyyət verdim, papaya da yordum sizi, onsuzda nə vaxtsa hamı ölür, azri nigara rəhmət tez-tez oxusun, çünki Nigarı düşünüb öldürmədim, onu qaqaşa görə səbirli ol, axırıncı xahişim anacan Nigarı qınamayın, yazıqdı o. Sadəcə belə alındı, öpürəm hamını1’ məzmunlu mesaj yazmış, sonradan isə öz fotoşəklini göndərmişdir. (Cild 1, iş vərəqə 176-184). Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin 10 mart 2004-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqə 34-35) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti həmin əməl zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünə və ya yaxın qohumlarına münasibətdə törədilərsə həmin Məcəllənin 120.2.3-ci maddəsində, xüsusi amansızlıqla müşaiyət olunduğu təqdirdə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində, iki və daha çox şəxs barəsində törədilərsə Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsinə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə əvvəla qeyd edir ki, məhkəmə iclasında ifadə verərkən təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas olan faktiki halları mübahisələndirmişdir. Belə ki, o istər ibtidai istintaq dövründə, istərsə də məhkəmədə ifadə verərkən bildirmişdir ki, nə arvadı Zərərçəkmiş şəxs1, nə də onun atalığı Zərərçəkmiş şəxs2 öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxslərə xəsarət yetirdiyi bıçağı Nigarın anasıgildə masanın üstündən götürmüş, masanın üstündə həm böyük, həm də kiçik bıçaq olmuş, o isə Nigarı öldürmək niyyəti olmadığından kiçik bıçağı seçmiş, sonuncunu öldüməklə qorxutmaq üçün evə gətirmək məqsədilə boğazına bıçaq tutmuş, lakin Nigar onun əlindən çıxmaq istəyərkən hərəkət etməsi nəticəsində müxtəlif xəsarətlər almışdır. Eləcə də Zərərçəkmiş şəxs2 Nigarla onu aralamaq istəyərkən ehtiyatsızlıqdan bədən xəsarətləri almışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin dəlilləri ilə əlaqədar əvvəla qeyd edir ki, Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq dövründə, həm məhkəmədə verdiyi ifadələrində bildirmişdir ki, Abbas ona xəsarət yetirdiyi bıçaq mətbəx bıçağı olmaqla onların birgə yaşadığı evdən gətirilmişdir, həmin bıçağı mətbəxdə istifadə etdiyi üçün dərhal tanımışdır. Eyni zamanda məhkəmədə ifadə verən və bıçağın onların evindən götürüldüyü iddia edilən Şahid1 həmin bıçağı tanımadığını, Abbasın isə o bıçağı hardan gətirdiyini bilmədiyini qeyd etmişdir. Bundan başqa təqsirləndirilən şəxsin oğlu Ağahüseyn Mirzəyev məhkəməyə qədər verdiyi icraatda bildirmişdir ki, 24-25 iyun 2022-ci il tarixdə evdə olarkən Zərərçəkmiş şəxs1 ilə çimərliyə getdikləri zaman orada sonuncunun başqa bir kişi ilə tanış olduğunu, dənizdə çimərkən həmin kişi ilə aralarında isti münasibət olduğunu, dənizdə olarkən həmin adamın anasını qucağına alıb üzdürdüyünü Təqsirləndirilən şəxs demiş, sonuncu da o pis olmasın deyə “bu cür halların” normal olduğunu, lakin bir daha Zərərçəkmiş şəxs1 kiminsə yaxınlaşmağına icazə verməməsini izah etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs əsəbləşdiyini, lakin ona bildirmədiyini hiss etmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə əsəbi halda evdə gəzinmiş, o da atasının nəsə edəcəyindən qorxmuş, bir müddət sonra isə Təqsirləndirilən şəxs X10 Mirzəyevanın xəyanət etdiyini, ona görə də gedib sonuncunu öldürəcəyini deməsini eşitmişdir. Təqsirləndirilən şəxs qızı Fidan Mirzəyevanın telefonuna baxış keçirilən zaman telefonun galereya bölməsində aşkar olunmuş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verdiyi gün yəni, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində, yəni artıq hadisə baş verdikdən sonra qızı Fidan Mirzəyevaya “anam darıxmıyın, özünüzü elə bilməyin ki, ananızı nəsə pis bir işlə tutmuşam deyə öldürürəm, yox anam sadəcə belə yaşaya bilmirəm, qaqas atam idmanından qalma, səni hamıdan çox istəyirəm, darıxma onsuzda axırda hamımız öləcik, mən sizi vaxtı gələndə qarşılayacam, anandan gedim orda sizin üçün qəşəng ev tikim ki, gələndə orada keflə, fikirsiz yaşayaq, səbirli ol, mama darıxma onsuzda görüşməyimizə çox az qalıb, sizə çox əziyyət verdim, papaya da yordum sizi, onsuzda nə vaxtsa hamı ölür, azri nigara rəhmət tez-tez oxusun, çünki Nigarı düşünüb öldürmədim, onu qaqaşa görə səbirli ol, axırıncı xahişim anacan Nigarı qınamayın, yazıqdı o. Sadəcə belə alındı, öpürəm hamını” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs həmin mesajı hadisədən sonra deyil, hadisə baş verəməmişdən əvvəl qızı Fidan Mirzəyevaya yolladığını, buna səbəb isə qızının həmin mesajı Zərərçəkmiş şəxs1 yollamasını və sonuncunun qorxaraq öz xəyanət əməlindən yayınacağını düşündüyünü bildirsə də məhkəmə istintaqı zamanı sonuncuya bununla əlaqədar verilən suallara cavab verərkən sonuncu həmin məsajı qızına atdıqdan sonra qızını bu barədə məlumatlandırdığını, lakin qızı mesajın ona çatıb-çatmamasını söyləmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən təqsirləndirilən şəxs qızı Fidan Mirzəyeva bildirmişdir ki, Neptun super marketdə satıcı işləyir, nahar fasiləsi istisna olmaqla ona telefondan istifadə etmək məhdudiyyəti qoyulub, telefonuna gələn məsaj barədə isə atası səhər o işə getməzdən əvvəl məlumat vermişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs tərəfindən qeyd edilən mesaj barədə zərərçəkmiş şəxsi məlumatlandırma vaxtı ilə bağlı Təqsirləndirilən şəxs və onun qızı Fidan Mirzəyevanın ifadələri arasındakı ziddiyyətə qiymət verəkən sonuncunun telefondan yalnız günün müəyyən saatlarında(nahar fasiləsi zamanı) istifadə etmək imkanlarını nəzərə alaraq onun atası ilə həmin məsaj barədə ümumiyyətlə danışmaması barədə qənaətə gəlir və hesab edir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı evə onu öldürmək məqsədilə getmişdir. Məhkəmə belə qənaətə gələrkən həm də o halları əsas götürür ki, iş materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs mütəmadi olaraq mübahisələr etmiş, hər dəfə sonuncu anası evinə getmiş, təqsirləndirilən şəxs isə onu bir daha incitməyəcəyi, onunla xoş rəftar edəcəyinə dair vədlər verməklə evinə qayıtmasına müvəffəq olmuşdur. Zərərçəkmiş şəxsi evinə qaytarması üçün hər dəfə “tərəfindən verilən xoş vədlərin işə yaradığı” halda cari situasiyada öldürməklə hədələyəcəyi təqdirdə sonuncunun evinə qayıtması barədə təqsirləndirilən şəxsin verdiyi ifadələri inandırıcı hesab etmir. Bundan başqa məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs həyat yoldaşı Nigarın uşaqların qayğısına qalmaması, onlara analıq etməməsi, uşaqları heç vaxt anasıgilə küsüb gedəndə özü ilə aparmaması, oğlunu uşaq evinə yerləşdirmək istəməsi, təqsirləndirilən şəxsin övladları şahidlər Fidan Mirzəyeva və Ağahüseyn Mirzəyevin anaları ilə hər hansı bağlılıqlarının olmamasını bildirmələri, habelə Ağahüseyn Mirzəyevin atasının nənəsinə yoldaşını öldürəcəyini bildirməsi barədə danışıqların eşitməsi barədə ifadələri də təqsirləndirilən şəxsin yoldaşını evə gətimək, ailələrini bərpa etmək məqsədilə sonuncunun yaşadığı evə getməsi barədə ifadələrini təkzib edir. Təqsirləndirilən şəxs, məqsədinin Nigarı qorxutmaqla evə qaytarmağa nail olmaq olduğundan zərərçəkmiş şəxsin yaşadığı evdə masanın üstündə biri böyük, biri kiçik ölçüdə olmaqla iki bıçağın olmasına baxmayaraq onlardan kiçiyini seçməsi barədə ifadələri də sonuncunun “masanın üstündə daha nə vardı?” suallarına cavab verə bilməməsi ilə əlaqədar məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilir. Həmçinin məhkəmə iclasında dindirilən hadisənin bilavasitə şahidi olmuş şəxslərin bir-biri ilə uyğunluq təşkil edən ifadələri ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs arvadı ilə tək söhbət etmək istəyini bildirdiyinə görə hər kəs həyətdə gözləmiş, lakin sonuncu içəri girdikdən təxminən 5-10 dəqiqə sonra zərərçəkmiş şəxsin arasıkəsilməyən qışqırıq səslərinə hadisə baş verən otağa daxil olmuşlar. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Zərərçəkmiş şəxs1 yetirilən xəsarətlərin lokalizasiyası, sayı, davamlılığı, sonuncunun təqsirləndirilən şəxsin əlindən zorla alınması barədə işi halları da Təqsirləndirilən şəxs qəsdinin məhz Zərərçəkmiş şəxs1 həyatdan məhrum edilməsinə yönəldiyinə dəlalət edir. Belə ki, təqsirləndirilən şəxs ilk dəfə Zərərçəkmiş şəxs1 boğaz nahiyyəsinə bıçağı keçirmiş, ikinci dəfə yenə eyni yerdən bıçağı vurmaq istəyərkən zərərçəkmiş şəxsin müqaviməti nəticəsində bıçaq sonuncunun çənəsinə dəymişdir. Beləliklə, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həyatı üçün əhəmiyyətli olan boyunun traxeya boşluğuna keçən bir ədəd ağır, bədəninin müxtəlif nahiyyələrinə ümumi yeddi ədəd bıçaq zərbəsi vurmuş, sonuncunun ailə üzvləri-anası, qardaşları, atalığının gözü qarşısında qaynanasının(həm də bibisinin) qışqırıqlarına məhəl qoymadan əməlini davam etdirməyə çalışmış, lakin zərərçəkmiş şəxsin ailə üzvlərinin aktiv müqaviməti nəticəsində əməlini tamamlamaq imkanından məhrum olmuşdur. Göründüyü kimi Zərərçəkmiş şəxs1 xəsarətlər bilavasitə həyat üçün mühüm orqana, yəni onun boğaz nahiyəsinə yetirilməyə köklənmiş, ona ümumilikdə 8 ədəd bıçaq zərbəsi vurulmuş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin və onun anasının qışqırmasına məhəl qoymadan zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə yönələn əməllərini onun ailə üzvlərinin yanında davam etdirməklə onlara xüsusi əzab verdiyini dərk edərək bunu arzulamış və qəsdi məhz zərərçəkmiş şəxsi xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Məhkəmə onu da qeyd edir ki, insanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. Hazırki iş üzrə təqsirləndirilən şəxsin məhkəmə iclasında “xəyanəti” insanın şəxsiyyətini alçaldan bir fakt kimi dəyərləndirməsi, qızına yazdığı mesajdaki kimi “ elə bilməyin ki, ananızı nəsə pis bir işlə tutmuşam deyə öldürürəm, yox anam sadəcə belə yaşaya bilmirəm” məzmunda məsaj yazması halları da məhz ona dəlalət edir ki, zərərçəkmiş şəxsin ona xəyanət etməsini güman etməsi təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etməsinə dair motivasiyasının formalaşmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 təsadüfən xəsarət yetirməsi barədə dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, əvvəla ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs2 ifadə verərkən bildirmişdir ki, Nigarın qışqırıq səslərinə görə otağa daxil olaraq sonuncunun bıçaqlandığını gördükdən sonra Şahid1 qışqırıb Təqsirləndirilən şəxs qızı buraxmağını tələb edərək boğazından tutmuş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 buraxmamış, sonuncunu kürəyi üstə yerə yıxıb, dizini sinəsinə qoyub, sol əli ilə də saçını tutmuş vəziyyətdə sağ əlindəki bıçaqla boğazından vurmaq istəyəndə o, otaqdakı ümumilikdə dəmir materialdan hazırlanmış, lakin söykənəcək yeri yumşaq materiallı stulu götürüb Təqsirləndirilən şəxs kürəyindən vurub Zərərçəkmiş şəxs1 buraxmasını tələb etmiş, həmin stulla o, Təqsirləndirilən şəxs ümumilikdə 3 dəfə zərbə ilə kürəyindən vurmuş, ilk 2 zərbədə sonuncu Zərərçəkmiş şəxs1 əl çəkməmiş, əlindəki qara dəstəkli bıçağı sağa-sola yelləyərək öldürmək məqsədi ilə ancaq qızın boğaz nahiyəsindən vurmağa çalışmış, o, həmin stulla Təqsirləndirilən şəxs kürəyindən 3-cü dəfə vuran zaman sonuncu sakitləşməyərək ayağa durub onun üstünə hücum çəkərək sağ əlində tutduğu qara dəstəkli bıçaqla boğaz nahiyəsindən bir dəfə vurmuş, lakin o, özünü itirməmiş, yenə müqavimət göstərmiş, bu zaman ikinci dəfə Təqsirləndirilən şəxsa vurmaq istədikdə hər iki əli ilə bıçağın kəsici hissəsini tutmuş, bu zaman hər iki əli kəsilmiş, bu zaman Təqsirləndirilən şəxs daha da hiddətlənərək onu öldürmək məqsədi ilə bıçağı almaq üçün onun bilək nahiyəsini sıxaraq yumruq zərbəsi ilə biləyinə vurmuşdur. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs stulla vurması barədə ifadələrini təqsirləndirilən şəxs məhkəmə iclasında özü də təsdiq etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ibtidai istintaq dövründə verdiyi ifadələrini təkzib edərək hadisələrin təsadüf nəticəsində olmasını bildirsə də sonuncuya ibtidai istintaq dövründə hansı səbəbdən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran məzmunda ifadə verməsi barədə verilmiş sualı o “məni də başa düşün, biz qohumuq” sözləri ilə cavablandırmışdır. Məhkəmə-tibb ekspertizasının 07 iyul 2022-ci il tarixli rəyi ilə Zərərçəkmiş şəxs2 müəyyən edilmiş xəsarətlərin lokalizasiyası (boyun nahiyəsinin 1 (bir) ədəd, sol əlin İ barmağının 1 (bir) ədəd, sağ əlin İV barmağının 1 (bir) ədəd ( cəmi: 3 (üç) ədəd) kəsilmiş yaraları; hər iki said nahiyəsinin qançırları) da hadisənin Zərərçəkmiş şəxs2 məhkəməyəqədər icraatda ifadələri ilə təsvir etdiyi qaydada baş verməsini təsdiq edir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 həyat üçün mühüm orqan olan boyun –boğaz nahiyəsindən təsadüf nəticəsində vurması barədə ifadələrini özünümüdafiə xarakterli kimi qiymətləndirərək, qeyd edir ki, iş üzrə bütün şahidlərin Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 aralayarkən xəsarət aldığını bildirməsi barədə ifadələri zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs2 təsadüf nəticəsində xəsarət alması anlamına gəlməməklə təqsirləndirilən şəxsin qəsdinin sonuncunun ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar həyatdan məhrum edilməsinə yönəldiyinə dəlalət edir. Təqsirləndirilən şəxs nə baş verdiyini dərk edəndə bıçağı yerə özü atması barədə ifadələri də həm ibtidai istintaq, həm də məhkəmə iclasında zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə təkzib olunmuşdur. Belə ki, onların bir-biri ilə uyğunluq təşkil edən ifadələri ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin bıçağı atması üçün Zərərçəkmiş şəxs2 onun kürəyinə stulla üç zərbə endirilmiş, daha sonra Şahid2 həm bacısının, həm atalığının xəsarət olduğunu görüb Təqsirləndirilən şəxs ilə əlbəyaxa olmuş və sonuncu onun əlindən bıçağı almağa müvəffəq olmuş və beləliklə Təqsirləndirilən şəxs əməllərini başa çatdıra bilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürmək istəmədiyinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və çoxsaylı şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.3-cü və 29,120.2.4 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməl təqsirləndirilən şəxsin öz iradəsindən asılı olmayaraq başa çatdırılmamışdır Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.3-cü və 29,120.2.4 və 29, 120.2.7-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2011-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxslərdən biri Zərərçəkmiş şəxs2 ilə barışmışdır, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur, himayəsində yaşlı valideynləri vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı olmasını Cinayət Məcəlləsinin 59.1-4-cü, Zərərçəkmiş şəxs2 ilə barışmasını Cinayət Məcəlləsinin 59.1.8-ci, himayəsində yaşlı valideynlərinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən biri ilə barışmasını, zərərçəkmiş şəxslərdən birinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı övladının, yaşlı valideynlərinin olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulmuş sanksiyasının aşağı həddində, həmin Məcəllənin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş(Cild 1, iş vərəqə 87), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 76-77). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Sabunçu rayon prokurorluğuna saxlanılması üçün verilmiş hadisə yerinə baxış zamanı mənzildə aşkar edilmiş 01 ədəd soyuq silah hesab edilməyən qara dəstəkli mətbəx bıçağı məhv edilməli, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxalanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir.Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 32 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 192 manat məbləğində pul vəsaiti köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 30 iyun 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Sabunçu rayon prokurorluğuna təhvil verilmiş 01 ədəd soyuq silah hesab edilməyən qara dəstəkli mətbəx bıçağı məhv edilsin; Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxalanılsın. Məhkəmə mərhələsində göstərilmiş 32 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi “Xəzər Konsaltinq ” Vəkil Bürosunun hesabına 192(yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar