Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-345/2024 28.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1994-cü il tarixdə Cəlilabad rayonunun Musalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Cəlilabad rayonu, Musalı kəndində kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində kirayədə yaşamış, 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, Goranboy rayon Məhkəməsinin 12 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təxminən bir il əvvəl tanış olduğu şəxsiyyəti “Ayət” kimi məlum şəxsdən dəqiq məlum olmayan müxtəlif vaxtlarda Bakı şəhəri və Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində dəqiq məlum olmayan ünvanlarda pul müqabilində alıb, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi psixotrop maddə metamfetamini və narkotik vasitə olan qurudulmuş marixuananı üzərində qanunsuz saxlamaqla daşıyıb, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində kirayədə yaşadığı evə gətirib müxtəlif hissələrə bölərək, psixotrop maddə olan metamfetamini bir ədəd plastik qabda, selofan və gümüşü kağız bükümlərdə, narkotik vasitə olan qurudulmuş marixuananı isə iki ədəd selofan bükümlərdə qablaşdırıb evin ikinci mərtəbəsində girişdən solda qoyulmuş paltar dolabının yuxarı hissəsində paltarların arasında gizlətməklə satış məqsədi ilə qanunsuz saxlamış, 2022-ci ilin oktyabr ayının sonlarında dəqiq məlum olmayan gündə yaşadığı evdə satış məqsədi ilə qanunsuz saxladığı bir ədəd selofan bükümdə təmiz çəkisi 10,225 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində satış məqsədi ilə qanunsuz daşıyaraq, Bakı şəhəri, “20 Yanvar” dairəsinin yaxınlığında yerləşən Milli Onkologiya Mərkəzinin qarşısında yolun kənarında 250 manat pul müqabilində qohumu Şahid3 satmış, 10 noyabr 2022-ci il tarixdə yaşadığı evdə satış məqsədi ilə qanunsuz saxladığı iki ədəd gümüşü kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,643 qram bozumtul ağ rəngli və 0,316 qram ağ rəngli ümumi təmiz çəkisi 1,959 qram olan maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini sol ayağına geyindiyi corabın iç hissəsinə yerləşdirib satış məqsədi ilə qanunsuz daşıyarkən Bakı şəhəri, “20 Yanvar” dairəsinin yaxınlığında Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman sol ayağında olan corabın iç hissəsində iki ədəd gümüşü kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 1,643 qram bozumtul ağ rəngli və 0,316 qram ağ rəngli, ümumi təmiz çəkisi 1,959 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, 11 noyabr 2022-ci il tarixdə saat 17:46-da istintaq-əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində kirayədə yaşadığı evə baxış keçirilən zaman evin ikinci mərtəbəsində girişdən solda qoyulmuş paltar dolabının yuxarı hissəsində paltarların arasında gizlətməklə satış məqsədi ilə qanunsuz saxladığı iki ədəd selofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 17,69 qram və 133 qram, ümumi təmiz çəkisi 150,69 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üç ədəd gümüşü kağız bükümlərdə, iki ədəd sellofan bükümlərdə, bir ədəd plastik qabda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,227 qram, 0,285 qram, 0,109 qram, 1,047 qram, 0,118 qram, 0,658 qram olmaqla ümumi təmiz çəkisi 2,444 qram təşkil edən külli miqdarda küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İttiham aktında onun özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməsi göstərilsə də, o özünü həmin maddə ilə təqsirli bilmir. Tutulmamışdan təxminən 8-10 ay əvvəldən psixotrop maddə metamfetamin qəbul etmişdir. Ona həmin maddənin adama enerji verdiyi, yorğunluğu götürdüyü deyilmiş, o da, buna inanaraq həmin maddədən qəbul etməyə başlamışdır. Hal-hazırda onun narkotik vasitəyə ehtiyacı yoxdur. Polis əməkdaşları onu saxlayarkən üzərində 1,5 qram metamfetamin aşkar edilməsini inkar etməsə də, qalan hər şeyi inkar edir. Çünki onun yaşadığı evdə narkotik vasitə olmamışdır. O, heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. Onun kirayə qaldığı evdə sandıqdan tapılan tərəziyə də heç bir aidiyyəti yoxdur, həmin sandıq ev sahibinindir və əməliyyatçılar tərəzini özləri sandığın içinə qoymuşlar. İttiham aktında onun Şahid3 250 manat pul müqabilində metamfetamin satması başdan ayağa uydurmadır. Ona istintaq vaxtı edilən təzyiqlərə görə, həmçinin onu ailəsi ilə təhdid etdiklərinə görə hər şeyi boynuna almışdır. Goranboy rayon Polis şöbəsinə daxil olarkən mülki geyimdə olan polis əməkdaşı onun qarşısına 300 qram narkotik vasitə qoymuş, ya həmin narkotik vasitəni qəbul edəcəyini, ya da Şahid3 narkotik vasitə satdığını boynuna almalı olacağını bildirmişdir. Deyilənlərlə razılaşmadığı üçün onu digər otağa apararaq orada döymüşlər, daha sonra videoya çəkmişlər. Ona verilən işgəncələr barədə Baş Prokurora, Ombudsmana şikayət etmiş, buna görə də Zülfüqar adlı müstəntiq müvəqqəti saxlama yerinə gələrək onu təhqir etmiş, ona niyə şikayət etdiyini demişdir. İttiham aktında guya onun narkotik vasitəni İran vətəndaşı “Ayət” adlı şəxsdən aldığını söylədiyi göstərilsə də, bunlar hamısı yalandır. O, İran vətəndaşı “Ayət” adlı şəxsi tanımır və İran vətəndaşından narkotik vasitə almamışdır. O, narkotik maddələr satmamış və yaşadığı evdə narkotik maddə olmamışdır. İstintaq dövründə onu iki dəfə Şahid3lə üzləşdirmişlər. Həmin üzləşmədə, o, canının ağrısından Şahid3 narkotiki satdığını söyləmişdir. Daha sonra onları yenə üzləşdirmişlər və bu zaman Şahid3 narkotik satmadığını demişdir. Şahid3 də polislər döydükləri üçün ona qarşı ifadə verməyə məcbur olmuşdur. Onun evində narkotik maddə olmamış, polis əməkdaşları ondan qabaq evə girmiş və təxminən 20 dəqiqə sonra onu evə dəvət etmişlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, qonşunun kamerasından görüntülər götürülməsini xahiş etsə də, qonşu qorxduğu üçün görüntüləri verməmişdir. O, Şahid3 zəng etmiş, lakin yazışmaları olmamışdır. Bədənində xəsarətlər olmuş, istintaq təcridxanasına girərkən xəsarətləri barədə məlumat vermişdir. Evə baxış məhkəmənin qərarı olmadan aparılmışdır. Səhram adlı şəxsdən narkotik almış, pulu da onun kartına atmışdır. O, «patı» kimi tanıdığı psixotrop maddələrdən istifadə etmişdir. Evdən narkotik vasitəni polislər özləri tapmış, onu da təhdid etmiş, dırnağını çəkmişlər. Pərviz onun kəndçisi, həm də dostu olmuşdur. Tutulduğu ilk iki gün Goranboyda qalmışdır. Özünü qismən təqsirli bilir. Onda 1,5 qram, ya da 1,9 qram narkotik vasitə olumuşdur. Onu saxlayarkən “20 Yanvar” metrosunun yaxınlığında maşında üzərinə baxış keçirilməmişdir. Saxlanıldıqdan 1 saat sonra onu Goranboya aparmışlar. Dostu Şahid3 işinə Gəncə Ağır Cinayətlər məhkəməsində baxılmışdır. Təcridxanaya girərkən yarasını göstərmiş, Goranboy rayon Polis şöbəsində işgəncələrə məruz qaldığını demişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir müddətdir psixotrop maddələrdən istifadə edir. Bir il əvvəl Naxçıvan şəhərinə gedən zaman İran İslam Respublikasının quru sərhədindən Naxçıvan MR-nın quru sərhədinə daxil olduqda bir nəfər İran vətəndaşı ilə tanış olmuş, həmin şəxs ona adının Ayət olduğunu demişdir. Həmin şəxslə tanış olduqdan sonra Ayət ona, o da, Ayətə mobil telefon nömrələrini vermişlər. Bundan sonra Ayət adlı şəxs ona Azərbaycan Respublikasına ərzaq məhsulları göndərdiyini və ehtiyac olduqda ona da ərzaq məhsulları göndərə biləcəyini demiş, o da, Ayət adlı şəxsə bu barədə sonra danışmağı demişdir. Odur ki, Naxçıvan MR-na gedib işlərini həll edib Bakı şəhərinə gəlmiş, Bakıda olan zaman Ayət adlı şəxs “Vatçap” sosial şəbəkə proqramı vasitəsi ilə onunla əlaqə saxlamışdır. Telefonla danışan zaman Ayət adlı şəxs ona Bakı şəhərində yerləşən “20 Yanvar” dairəsinin yaxınlığına müxtəlif növdə ucuz qiymətə ərzaq məhsulları göndərdiyini demiş, həmin ərzaq məhsullarından istəyib-istəmədiyini ondan soruşmuşdur. O da, Ayətə ərzaq məhsulları istəmədiyini demiş, bundan sonra isə danışığı sonlandırmışdır. Sonradan yenidən Ayət adlı şəxs onunla “Vatsap” sosial şəbəkə proqramı vasitəsi ilə əlaqə saxlayıb ucuz qiymətə narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərinin satışını həyata keçirdiyini demiş, narkotik vasitə və psixotrop maddə istəyib-istəmədiyini ondan soruşmuş, o da, bu barədə fikirləşib cavab verəcəyini demişdir. Bir neçə gün sonra Ayətlə “Vatsap” sosial şəbəkə proqramı vasitəsi ilə əlaqə saxlamış, Ayətdən psixotrop maddə metamfetamin göndərməsini istəmiş, Ayət adlı şəxs ona psixotrop maddə metamfetamin göndərə biləcəyini demişdir. Ayət adlı şəxs ona verdiyi kart hesabına pul göndərdikdən sonra Bakı şəhəri ərazisində şəklini göndərəcəyi ərazidə gedib psixotrop maddə metamfetamini götürəcəyini izah etmiş, o da, Ayət adlı şəxslə razılaşmışdır. O, Ayət adlı şəxsin verdiyi kart hesabına pul göndərmiş və Ayət adlı şəxs ilk dəfə psixotrop maddə metamfetaminin atıldığı yerin şəklini “Vatsap” sosial şəbəkə proqramı vasitəsi ilə ona göndərmiş, o da, həmin əraziyə getmiş, həmin ərazi isə Sumqayıt şəhərinin inzibati ərazisi olmuşdur. Odur ki, Ayət adlı şəxsin şəklini göndərdiyi Sumqayıt şəhərində olan yerdə psixotrop maddə metamfetamini götürmüş, bundan sonra da hər dəfə şəxsi istifadəsi ilə əlaqədar olaraq psixotrop maddə lazım olduqda Ayət adlı şəxslə “Vatcap” sosial şəbəkə proqramı vasitəsi ilə əlaqə saxlayıb onun kart hesabına pul göndərmiş, Ayət isə hər dəfə ona psixotrop maddəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə şəklini atdıqdan sonra gedib həmin yerlərdən psixotrop maddə olan metamfetamini götürüb istifadə etmişdir. Bir müddət Ayət adlı şəxsdən psixotrop maddə olan metamfetamini əldə edib istifadə etdikdən sonra artıq pulu olmadığı üçün Ayət adlı şəxsdən pul qarşılığında aldığı psixotrop maddə olan metamfetamini sataraq qazanc əldə etmək barədə düşünmüşdür. Odur ki, 2022-ci ilin oktyabr ayının əvvələrində dəqiq xatırlamadığı gündə Ayət adlı şəxslə “Vatsap” sosial şəbəkə proqramı vasitəsi ilə danışan zaman psixotrop maddə metamfetamin göndərməsini demiş, Ayət onunla razılaşmışdır. Bundan sonra həmişə olduğu kimi Ayət adlı şəxsin verdiyi kart hesabına pul göndərmiş və Ayət adlı şəxs ona göndərməli olduğu psixotrop maddə olan metamfetaminin yerininin şəklini göndərmiş, o da, bundan sonra gedib Ayət adlı şəxsin şəklini gönədrdiyi yerdən təxminən 20 qram çəkidə olan psixotrop maddə metamfetamini götürüb Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində kirayədə yaşadığı ünvanda selofan paketlərdə, gümüşü rəngli bükümlərdə və bir ədəd plastik qabda qablaşdırıb gizlətmişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayının əvvəlində dəqiq xatırlamadığı gündə Ayət adlı şəxs onunla “Vatsap” sosial şəbəkə proqramı vasitəsi ilə əlaqə saxlayıb narkotik vasitə olan qurudulmuş marixuana göndərə biləcəyini demiş, o da, pulu olmadığını demişdir. Ayət adlı şəxs ona pulu sonradan verməyə razı olduğunu demiş, o da, belə olan halda Ayət adlı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana göndərməsini istəmişdir. Ayət adlı şəxs ona narkotik vasitə qurudulmuş marixuana göndərdikdən sonra həmin narkotik vasitəni satıb pul qazandıqdan sonra onun pulunu göndərəcəyini və artıq qalan pulu isə özü üçün xərcləyəcəyini düşünmüşdür. Odur ki, Ayət adlı şəxs ona göndərdiyi narkotik vasitə qurudulmuş marixuananın olduğu yerin şəklini göndərmiş, həmin yer isə Masazır qəsəbəsinin ərazisində olduğu üçün oraya gedib Ayətin şəklini göndərdiyi yerdən narkotik vasitə olan qurudulmuş marixuananı götürüb Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yaşadığı ünvana gəlib həmin qurudulmuş marixuananı yaşadığı evdə iki ədəd selofanda qablaşdırıb gizlətmişdir. Sonrakı günlərdə evində gizlətdiyi psixotrop maddə olan metamfetamindən müəyyən qədərini istifadə etmişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayının ortalarında dəqiq xatırlamadığı gündə Cəlilabad rayonunda yaşayan arvadı Şəlalənin xalası oğlu Pərviz onunla əlaqə saxlayıb şəxsi istifadəsi ilə əlaqədar olaraq psixotrop maddə metamfetamin istəmiş, belə ki, Pərviz onun psixotrop maddə olan metamfetamin istifadə etdiyini bilmiş, o da, Pərvizin psixotrop maddə olan metamfetamin istifadə etdiyini bilmişdir. Odur ki, Pərviz ondan psixotrop maddə metamfetamin istəyən zaman Pərvizə pul müqabilində metamfetamin verə biləcəyini deyib bunun müqabilində Pərvizdən 250 manat pul istəmiş, Pərviz də onunla razılaşmışdır. 2022-ci ilin oktyabr ayının sonlarında dəqiq xatırlamadığı gündə Pərvizlə Bakı şəhəri, «20 Yanvar» dairəsində Onkologiya mərkəzinin qarşısında yolun kənarında görüşən zaman əvvəlcədən Pərvizin metamfetamin götürməyə gəldiyini bildiyi üçün Qızıldaş qəsəbəsində kirayədə yaşadığı ünvanda gizlətdiyi bir ədəd selofan bükümdə psixotrop maddə metamfetamini üzərində gətirib orada Pərvizə vermiş, Pərviz isə ona 150 manat pul verib razılaşmaya əsasən qalan 100 manat pulu maddi imkanı yaxşı olmadığı üçün sonradan verəcəyini demiş, o da, Pərviz qohumu olduğu üçün onunla razılaşmışdır. Pərvizə 250 manat pul müqabilində hansı miqdarda psixotrop maddə metamfetamin verməyi bilməmişdir. Belə ki, Pərvizə psixotrop maddə metamfetamini satmamışdan öncə elektron tərəzi almışdır ki, satdığı psixotrop maddənin miqdarını müəyyən etsin. Sadəcə olaraq həmin elektron tərəzi ilə ölçmə işlərini edə bilmədiyi üçün Pərvizə konkret olaraq hansı miqdarda psixotrop maddə olan metamfetamin verməyini bilməmiş, təxmini olaraq Pərvizə 10 qramdan çox psixotrop maddə olan metamfetamin vermişdir. 10 noyabr 2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə olan zaman ayrı-ayrılıqda iki ədəd gümüşü bükümdə içərisində psixotrop maddə metamfetamini sol ayağına geyindiyi qara rəngli corabın içərisinə yerləşdirmiş, həmin metamfetamini şəxsi istifadəsi ilə əlaqədar götürmüşdür. Bundan sonra Bakı şəhəri ərazisində şəxsi işləri ilə məşğul olmuş, həmin gün, yəni 10 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri “20 Yanvar” dairəsinin yaxınlığında olan zaman mülki geyimlə şəxslər ona yaxınlaşıb Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib, onun psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah edib onlarla birlikdə Goranboy rayon polis şöbəsinə getməli olduğunu demişlər. O da, polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinə getmişlər. Həmçinin, polis əməkdaşlarına üzərində psixotrop maddə metamfetamin saxladığını demiş, bundan sonra isə polis əməkdaşları ilə birlikdə xidməti avtomobillə Goranboy rayon polis şöbəsinə getmişlər. Orada şübhəli şəxs qismində saxlanılış və üzərində şəxsi axtarış keçirilmişdir. Bundan qabaq vəkil dəvət edilmiş və onun iştirakı ilə videoçəkiliş altında üzərində şəxsi axtarış aparılmışdır. O, əynində olan boz rəngli sol yan cibindən bir ədəd qara rəngli pul kisəsini, həmin şalvarın sağ yan cibindən bir ədəd «Palmal» markalı siqaret paketini və bir ədəd göy rəngli alışqanı çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi qara rəngli pul kisəsinə baxış keçirlən zaman pul kisəsənin içərsindən ona məxsus şəxsiyyət vəsiqəsi, arvadı Şahid4 məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 6 ədəd 1 manatlıq ümumilikdə 61 manat pul, bir ədəd SSRİ vaxtından qalma qəpik və özünə məxsus birbank plastik kartı aşkar olunmuşdur. Bunun ardınca isə sol ayağına geyindiyi qara rəngli corabın içərsindən bir ədəd selofanı çıxarıb masanın üzərinə qoymuş, həmin selofanın içərsində iki ədəd büküm olması aşkar edilmişdir. Həmin iki ədəd bükümlərin içərsinə baxış zamanı psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqdim etdiyi iki ədəd bükümdə olan metamfetaminə bənzər kütlə ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmiş, həmin kütləni İran İslam Respublikasının vətəndaşı Ayət adlı şəxsdən əldə etdiyini bildirmişdir. Şifahi sorğu zamanı 2022-ci ilin oktyabr ayının sonlarında dəqiq məlum olmayan gündə Bakı şəhəri, “20 Yanvar” dairəsinin yaxınlığında yerləşən Onkoloji mərkəzin qarşısında yolun kənarında 250 manat pul müqabilində Şahid3 psixotrop maddə metamfetamin satdığını, Şahid3 həmin vaxt ona 150 manat pul verib qalan 100 manat pulu sonra verəcəyini deməsini bildirmişdir. Təqdim etdiyi iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr bir ədəd zərfə yerləşdirilərək qablaşdırılmış, bir ədəd pul kisəsinin içərsindən aşkar olunmuş onun özünə məxsus şəxsiyyət vəsiqəsi, Şahid4 məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 6 ədəd 1 manatlıq ümumilikdə 61 manat pul, bir ədəd SSRİ vaxtından qalma qəpik və özünə məxsus birbank plastik kartı pul kisəsi ilə birlikdə, eyni zamanda Palmall markalı bir paket siqaret və göy rəngli alışqan iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Bununla bağlı sənədlər onun tərəfindən və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən kirayə yaşadığı ünvana baxış keçirilməsi zərurəti yarandığını deyib ona bununla bağlı hüquq və vəzifələrini izah edib etirazının olub-olmadığını soruşmuşlar. O da, kirayə yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını deyib bununla bağlı ərizə yazmışdır. 11 noyabr 2022-ci il tarixdə saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən çıxarılaraq polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə kirayə yaşadığı ünvana gəlmişlər. Orada polis əməkdaşları onun və vəkilin iştirakı videoçəkiliş altında yaşadığı ünvana baxış keçirməyə başlamış, bu zaman yaşadığı evdə yataq otağında saxladığı bir ədəd elektron tərəzini könüllü olaraq təqdim etmiş və həmin bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Bunun ardınca baxış zamanı yaşadığı evin giriş qapısından içəriyə daxil olduqda sol tərəfdə yerləşən paltar dolabının yuxarısında paltarların altında gizlətdiyi ayrı-ayrılıqda 3 ədəd gümüşü rəngli kağız bükümdə, ayrı-ayrılıqda 2 ədəd selofan torbacıqda və bir ədəd plastik qabda içərisində psixotrop maddə metamfetamin, eyni zamanda ayrı-ayrılıqda iki ədəd selofanın içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, elektron tərəzi vasitəsi ilə çəkildikdən sonra müvafiq qaydada polis əməkdaşları tərəfindən qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Bundan başqa, baxış zamanı psixotrop maddə olan metamfetamini çəkmək üçün istifadə etdiyi kiçik ölçülü boru və 6 ədəd kiçik ölçülü işıq şüşəsi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb üzəri möhürlənmiş, baxışın davamında isə yaşadığı ünvandan narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan edilmiş hər hansıa əşya aşkar olunmamışdır. İstintaq zamanı dindirilərkən sualları cavablandıran Təqsirləndirilən şəxs ifadəsində Şahid3 250 manat pul müqabilində satdığı psixotrop maddə metamfetamini Pərvizin öz şəxsi istifadəsi ilə əlaqədar aldığını, özünün də Pərvizin metamfetamindən istifadə etdiyini bildiyini, buna görə də Pərvizə metamfetamin satdığını, İran vətəndaşı Ayət adlı şəxsdən psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana alan zaman həmin məmulatları satıb birgə gəlir əldə etmək barədə aralarında heç bir razılaşma olmadığını, Şahid3 başqa hər hansısa şəxslərə psixotrop maddə və narkotik vasitə satmadığını, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində kirayə yaşadığı ünvana baxış zamanı aşkar olunaraq götürülmüş ayrı-ayrılıqda 3 ədəd gümüşü rəngli kağız bükümdə, ayrı-ayrılıqda 2 ədəd selofan torbacıqda və bir ədəd plastik qabda olan psixotrop maddə metamfetamini, eyni zamanda ayrı-ayrılıqda iki ədəd selofanın içərisində olan narkotik vasitə qurudulmuş marixuananı satmaq niyyəti ilə saxladığını, həmin maddələr barədə barədə arvadı Şahid4 heç bir məlumatı olmadığını, həmin psixotrop maddə metamfetamini və qurudulmuş marixuananı İran vətəndaşı Ayət adlı şəxsdən əldə etdiyini göstərmişdir (cild 1, iş vərəqi 111-117). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, istintaq zamanı ona təzyiq olunmadığını, tutularkən onda tərəzi olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy rayon Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bidirdi ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onu keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. Onlar əvvəlcə Pərviz adlı şəxsi narkotik vasitələrin əldə edilməsi və saxlanılmasında şübhəli olduğuna görə saxlamışlar. Şəxsi axtarış zamanı Pərvizin üzərindən metamfetamin aşkar olunmuş, Pərviz həmin maddəni tanışı Təqsirləndirilən şəxs adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müəyyən olunması istiqamətində əməliyyat tədbirləri keçirilmiş və 10 noyabr 2022-ci il tarixdə Afər Bakı şəhəri «20 Yanvar» metrostansiyası ətrafında saxlanılaraq Goranboy rayon Polis şöbəsinə gətirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı ayağındakı corabın içərisindən 2 bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs evində də narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra Qaradağ rayonu, Qızıldaş qəsəbəsində onun yaşadığı mənzilə baxış keçirilmiş və evindən də narkotik vasitə qurudulmuş marixuana və tərəzi aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, təqsirləndirilən şəxs saxlanıldığı zaman ona qarşı heç bir təsir və ya təzyiq olunmamışdır. Saxlanıldığı yerdə şərait olmadığından həmin yerdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmişdir. Həmçinin, evə baxış keçirilməsi barədə məhkəmə qərarının olub-olmamasını xatırlamır. Lakin mənzilə baxış keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs razılığı alınmış və bununla bağlı onun ərizəsi alınmışdır. Keçirilmiş əməliyyat tədbiri ilə bağlı nazirliyə məlumat verilib-verilmədiyini xatırlamır. Evə baxış videoçəkilişlə aparılmış, polis əməkdaşları, müdafiəçi və təqsirləndirilən şəxs həmin tədbirin keçirilməsində iştirak etmişlər. Bu zaman təqsirləndirilən şəxs onların yanında olmuşdur. Onlar mənzilə Təqsirləndirilən şəxslə birlikdə girmişlər. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç kim döyməmiş, ona heç bir təzyiq göstərilməmişdir. Onlar əvvəlcə Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı gün gecə saat 22-23 radələrində onlar Goranboy rayon Polis şöbəsinə çatmışlar. Goranboy RPŞ-nə çatdıqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, səhərisi gün onlar Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə gəlmişlər. Tədbirin keçirilməsinidə özü də daxil olmaqla iki nəfər polis əməkdaşı iştirak etmiş, əlavə şəxslər tədbirdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs özü üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy rayon Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Goranboy rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış və Qaradağ rayonu, Qızıldaş qəsəsində kirayə yaşadığı mənzilə baxış keçirilməsi zamanı külli miqdarda psixotrop maddə və narkotik vasitələrin aşkar edilərək götürülməsi prosesində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun əridir. 2022-ci il noyabr ayının 11-də təxminən 10-12 nəfər polis əməkdaşı Qızıldaş qəsəbəsində onların yaşadığı evə gəlmişlər. Evləri 2 otaq, 1 dəhlizdən ibarət olmuşdur. Polis işçiləri evə daxil olduqdan sonra onu həyətdə saxlayaraq özləri içəri keçmiş, təxminən 10-15 dəqiqədən sonra Afəri gətirmişlər. O, Afərin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmir, Afər narkotik vasitələrdən istifadə etməmişdir. Onların evində elektron tərəzi olmamış və o, həmin tərəzini görməmişdir. Evə gələnlərdən yalnız bir nəfər polis geyimində olmuş, digərləri mülki geyimdə olmuşlar. Polislər onun yanında Afəri vurmamışlar. Həmin vaxt uşaqları qonşuya qoymuş, özü isə həyətdə olmuşdur. Orada olarkən Afər ona heç nə deməmişdir. 10-12 nəfər polis əməkdaşı evə girmiş, iki nəfər isə onun yanında qalmışdır. Afər narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, müstəntiq onu Afərin işi ilə bağlı dindirmişdir. Onun üzərində 1 qram narkotik vasitə olan zaman polis əməkdaşları onu saxlamış, lakin sonradan əlavə 10 qram qoyaraq onu yükləmişlər. O, Afərdən narkotik vasitə almamışdır. Onu döyərək təzyiq göstərildiyi üçün narkotiki Afərdən aldığını demişdir. 3-4 dəfə onların arasında üzləşmə olmuş, bu zaman ifadəsi polis əməkdaşı tərəfindən yazılmış, lakin o, narkotik vasitəni Afərdən almadığını bildirmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Şahid3 həmin ifadəsində göstərmişdir ki, bir müddətdir psixotrop maddə istifadə edir. Təqsirləndirilən şəxs tanıyır, Afər onun xalası qızı Şəlalənin əridir. Xalası qızı Şəlalə əri Afərlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yaşayır. Afərlə münasibətləri həmişə normal olmuş, Afərlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2022-ci ilin oktyabr ayının sonlarında dəqiq xatırlamadığı gündə yaşadığı Cəlilabad rayonu, Kirovka qəsəbəsindən çıxıb Bakı şəhərinə getmiş, Bakı şəhərində olan “20 yanvar” dairəsinin yaxınlığında Afərlə görüşmüşdür. Həmin yerdə Afərdən psixotrop maddə olan metamfetamin almalı imiş, bununla bağlı isə əvvəlcədən Afərin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə zəng vurub demiş, Afər də ona psixotrop maddə olan metamfetamin verəcəyini demişdir. Afər ona 250 manat pul qarşılığında psixotrop maddə metamfetamin verəcəyini bildirmişdir. Odur ki, 2022-ci ilin oktyabr ayının sonlarında dəqiq xatırlamadığı gündə Bakı şəhəri “20 yanvar” dairəsində Onkologiya mərkəzinin qarşısında yolun kənarında Afərlə görüşən zaman Afər üzərindən bir ədəd selofan bükümdə olan psixotrop maddəni çıxarıb ona vermişdir. Bunun müqabilində Afərə 250 manat pul verməli olsa da, üzərində həmin miqdarda pul olmadığı üçün Afərə 150 manat verib qalan 100 manatı sonra verəcəyini demiş, Afər də onunla razılaşmışdır. Bundan sonra bir ədəd selofan bükümdə psixotrop maddə metamfetamini götürüb yaşadığı Cəlilbad rayonu Kirovka qəsəbəsinə gəlmişdir. Afərdən aldığı metamfetamindən hər gün az miqdarda istifadə etmiş, 08 noyabr 2022-ci il tarixdə isə gəzmək məqsədi ilə Goranboy rayonuna getməyə qərar vermişdir. Həmin gün axşam saat 23 radələrində özünə məxsus Mercedes Benz 190 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə çıxıb Goranboy rayonuna doğru yola çıxmış, həmin vaxt Afərdən aldığı bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini də istifadə etmək üçün əynində olan qara rəngli şalvarın sol yan cibinə yerləşdirmişdir. 08 noyabr 2022-ci il tarixdən 09 noyabr 2022-ci il tarixə keçən gecə saat 03 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində olan zaman idarə etdiyi Mercedes Benz 190 markalı avtomobildə nasazlıq yarandığı üçün avtomobili Qızılhacılı qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında yolun kənarında saxlayıb səhərin açılmasını gözləmiş, səhər açıldıqdan sonra isə təxminən saat 09:30 radələrində avtomobilindən düşüb avtomobilini qapılarını bağladıqdan sonra Goranboy rayonu Qızılhacılı qəsəbəsində yoldan keçən tanımadığı bir nəfər şəxsin idarə etdiyi markasını xatırlamadığı avtomobili ilə Goranboy şəhərinə gəlmişdir. Goranboy şəhərinə gəlib çatdıqdan sonra poçt binasının yerləşdiyi H.Əliyev prospektində piyada hərəkətdə olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Goranboy rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs qismində saxlanılmış, üzərində vəkilin iştirakı ilə videoçəkiliş altında şəxsi axtarış aparılmışdır. Bu zaman o, şalvarının sol yan cibindən isə bir ədəd selofan bükümdə psixotrop maddə metamfetamini təqdim etmiş, həmin bükümə polis əməkdaşları tərəfindən baxış keçirilərkən içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı aşkar olunmuş metamfetamini Bakı şəhərində xalası qızının əri Afərdən aldığını demiş, üzərindən aşkar olunmuş psixotrop maddə olan bir ədəd selofan büküm polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bununla bağlı sənədlər onun tərəfindən və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 24-28). Məhkəmə iclasında Şahid3 ilə Təqsirləndirilən şəxs arasında istintaq zamanı keçirilmiş üzləşdirmə protokolu elan və tədqiq olunarkən, Pərviz Əliyevin həmin istintaq hərəkəti zamanı da sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etməsi müəyyən olundu (cild 2, iş vərəqi 7-10). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Şahid3 protokoldakı imzaların və sonda yazılmış qeydin ona məxsus olduğunu, deyilənləri onu döyərək boynuna qoyduqlarını, vəkilin iştirakı ilə dindirilərkən Afərdən narkotik vasitə almadığını dediyini, elan olunmuş ifadələri oxumadan imzaladığını bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması barədə 11 noyabr 2022-ci il tarixli protokola əsasən, həmin tarixdə Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şöbənin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Protokoldan, həmin protokola əlavə edilmiş 1 ədəd diskdən və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs əynində 1 ədəd qara rəngli gödəkcə, 1 ədəd qara və ağ rəngli köynək, 1 ədəd boz rəngli şalvar ayağında isə 1 cüt qara rəngli ayaqqabı və ayağında isə bir cüt qara rəngli corab vardır. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə masanın üzərinə qoyaraq təqdim olunması təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli pul kisəsini, həmin şalvarın sağ yan cibindən bir ədəd «Palmal» markalı siqaret paketini və bir ədəd göy rəngli alışqanı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli pul kisəsinə baxış keçirlən zaman içərisindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, Şahid4 məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 6 ədəd 1 manatlıq əskinazlardan ibarət ümumilikdə 61 manat pul, bir ədəd SSRİ vaxtından qalma qəpik və Təqsirləndirilən şəxs məxsus birbank plastik kartı aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs sol ayağına geyindiyi qara rəngli corabın içərsindən bir ədəd selofanı çıxarıb masanın üzərində qoymuş, həmin selofanın içərsində iki ədəd büküm olması müəyyən edilmişdir. Həmin bükümlərin içərisinə baxış zamanı psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilmiş, kütlələr ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilərək 1,90 və 0,4 qram olması müəyyən olmuşdur. Təqsirləndirilən şəxs iki ədəd bükümdə psixotrop maddə olan metamfetamini İran vətəndaşı Ayət adlı şəxsdən onlayn olaraq əldə etdiyini bildirmiş, şifahi sorğu zamanı 2022-ci ilin oktyabr ayının sonlarında dəqiq məlum olmayan gündə Bakı şəhəri, “20 Yanvar” dairəsinin yaxınlığında yerləşən Onkoloji mərkəzin qarşısında yolun kənarında 250 manat pul müqabilində Şahid3 psixotrop maddə metamfetamin satdığını, Şahid3 həmin vaxt ona 150 manat pul verib qalan 100 manat pulu sonra verəcəyini deməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə 1 ədəd zərfə yerləşdirilərək qablaşdırılmış və Azərbaycan Respublikası DİN 121 saylı möhürü vurulmuşdur. Bir ədəd pul kisəsinin içərisindən aşkar olunmuş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, Şahid4 məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 6 ədəd 1 manatlıq əskinazlardan ibarət ümumilikdə 61 manat pul, bir ədəd SSRİ vaxtından qalma qəpik və Təqsirləndirilən şəxs məxsus birbank plastik kartı pul kisəsi ilə birlikdə, eyni zamanda «Palmall» markalı bir paket siqaret, göy rəngli alışqan üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır (cild 1, iş vərəqi 55-60). Cinayət işinə əlavə olunmuş baxış və götürmə aparılması haqqında 11 noyabr 2022-ci il tarixli protokola əsasən, həmin tarixdə Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən kirayə yaşadığı evə baxış keçirilmişdir. Həmin protokoldan, əlavə edilmiş 3 ədəd diskdəki görüntülərdən və fotocədvəldən görünür ki, baxış keçirilən fərdi yaşayış evi iki mərtəbəlidir. Evin birinci mərtəbəsində yaşayış olmadığı üçün ikinci mərtəbəyə qalxaraq içəriyə daxil olunmuş, evin giriş otağında Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş hər hansısa əşya və məmulat saxlayıb-saxalamadığı şifahi olaraq sorğu edildikdə, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş hər hansı əşya saxlamadığını, lakin yaşadığı evdə yataq otağında sandıqda elektron tərəzi saxladığını bildirmişdir. Buna görə də evin qonaq otağının baş hissəsində sağ tərəfdə yerləşən yataq otağına keçilmiş, həmin otaqda olan zaman Təqsirləndirilən şəxs arvadı Şahid4 gəlib sandıqdan bir ədəd “Adler” markalı üzəri ağ rəngli arxa tərəfi isə qara rəngli olan elektron tərəzini çıxarıb təqdim etmişdir. Şahid4 əvvəlcədən əri Təqsirləndirilən şəxslə birlikdə yaşadığı evə baxış keçirilməsində iştirak etmək istəmədiyini bildirməsinə görə elektron tərəzini təqdim etdikdən sonra evi tərk edib getmiş, aşkar olunmuş elektron tərəzi iş üzrə maddi sübut əhəmiyyət kəsb etdiyi üçün müstəntiq tərəfindən götürülərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılıb üzərinə Azərbaycan Respublikası DİN 121 saylı möhürü vurulmuşdur. Bundan sonra baxış davam etdirilmiş, Təqsirləndirilən şəxs kirayədə qaldığı fərdi yaşayış evinin hər iki yataq otağına və qonaq otağına baxış zamanı həmin üç otaqdan narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş hər hansısa əşya və məmulat aşkar olunmamışdır. Baxışın davamı zamanı evin giriş qapısından sol tərəfdə yerləşən dolaba baxış zamanı dolabın üst hissəsində yerləşdirilmiş paltarların arasından bir ədəd üzərində “irşad” sözləri yazılmış qara rəngli polietilen paket aşkar olunmuş, baxış zamanı həmin polietilen paketin içərisindən göy lentlə bağlanmış tünd göy rəngli üzərində “levis” sözləri yazılmış polietilen paketin içərisindən 1 ədəd selofan bükümdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sonra üzərində “irşad” sözləri yazılmış qara rəngli polietilen paketin içərisindən çıxmış növbəti bir ədəd selofan bükümə baxış keçirilmiş və həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuaya bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra “irşad” sözləri yazılmış qara rəngli polietilen paketin içərisindən çıxarılaraq evin giriş otağında yerdə olan bir ədəd selofan torbacıqda içərisində işıq lampaları, “Palmall” markalı siqret qutusunun içərisində gümüşü rəngli 7 ədəd falqa və 2 ədəd selofan torbacıqlar, bir ədəd psixotrop maddə metamfetamin istifadə etmək üçün hazırlanmış boru, 1 ədəd plastik qab aşkar olunmuş, həmin yerdə onlara baxış keçirilməsi üçün müvafiq şərait olmadığına görə evin birinci yataq otağında həmin əşyalara baxış keçirilmişdir. Baxış zamanı “Palmall” markalı siqaret qutusunun içərisindən aşkar olunmuş ümumi sayı 7 ədəd olan gümüşü rəngli falqalara baxış zamanı onlardan 3 ədədinin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması, qalan 4 ədəd gümüşü rəngli falqaların isə içərisinin boş olması müəyyən edilmişdir. Bir ədəd plastik qabın qapağı açıldıqda onun içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş, baxış zamanı aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin və psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin miqdarını müəyyən etmək məqsədi ilə elektron tərəzi lazım olduğu üçün baxışın əvvəlində Təqsirləndirilən şəxs kirayə yaşadığı evdə yataq otağında olan sandıqdan aşkar olunaraq götürülüb üzərinə DİN-in 121 nömrəli möhürü vurulub qablaşdırılmış bir ədəd “Adler” markalı elektron tərəzi iştirakçıların etirazı olmadığı üçün qablaşdırıldığı bir ədəd zərfdən çıxarılaraq masanın üzərinə qoyulmuş, bundan sonra aşkar olunmuş iki ədəd ayrı-ayrılıqda selofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana bənzər kütlələr çəkilmiş, aşkar olunmuş iki ədəd ayrı-ayrılıqda selofan bükümdə narkotik vasitə qurudulmuş marixuana bənzər kütlələrin ayrı-ayrılıqda 148 qram və 21 qram, ümumilikdə isə 169 qram olması müəyyən olunmuşdur. Bundan sonra aşkar olunmuş iki ədəd selofan bükümdə narkotik vasitə qurudulmuş marixuana bənzər kütlələr iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün bir ədəd zərfdə qablaşdırılmış və həmin zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 121 saylı möhürü vurulmuşdur. Daha sonra 3 ədəd gümüşü rəngli bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə, 2 ədəd selofan torbacıqda olan psixotrop maddə metmafetaminə bənzər kütlə və bir ədəd plastik qabın içərisində olan psixotrop maddə metamfetaminə bənzər kütlə yüngül çəkili olduğundan elektron tərəzi vasitəsi ilə çəkilərini müəyyən etmək mümkün olmadığından, ümumilikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş, aşkar olunmuş 3 ədəd ayrı-ayrılıqda gümüşü rəngli bükümdə içərsində psixotrop maddə metamfetaminə bənzər kütlənin, 2 ədəd selofan torbacıqda olan psixotrop maddə metamfetaminə bənzər kütlənin və bir ədəd plastik qabın içərisində olan psixotrop maddə metamfetaminə bənzər kütlənin ümumilikdə 6 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş kütllər maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün bir ədəd zərfə yerləşdirilmiş, bunun ardınca isə 3 ədəd ayrı-ayrılıqda gümüşü rəngli bükümdə, 2 ədəd selofan torbacıqda və içərisində psixotrop maddə olan metmafetaminə bənzər kütlə dağılmaması üçün bir ədəd selofan torbacığa yerləşdirilərək həmin selofan torbacığın açıq olan hissəsi alışqan vasitəsi yapışdırılaraq bir ədəd plastik qabın içərsində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin yerləşdirildiyi həmin zərfə yerləşdirilək həmin zərfdə qablaşdırılmış və zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 121 saylı möhürü vurulmuşdur. Baxış zamanı üzərində “irşad” sözləri yazılmış qara rəngli polietilen paketin içərisindən çıxmış bir ədəd selofan torbacığın içərisində olan 6 ədəd işıq lampası və bir ədəd psixotrop maddə istifadə etmək üçün hazırlanmış boru iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün bir ədəd zərfdə qablaşdırılmış və həmin zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 121 saylı möhürü vurulmuşdur. Baxış davam etdiriləcəyi üçün Təqsirləndirilən şəxs kirayə yaşadığı evdə yataq otağında olan sandıqdan aşkar olunaraq götürülüb qablaşdırıldığı zərfdən çıxarılmış bir ədəd “Adler” markalı elektron tərəzi baxışın davamında aşkar oluna biləcək narkotik vasitə və ya psixotrop maddə ilə bağlı çəkilərin müəyyən edilməsində istifadə olunması nəzərə alınaraq həmin elektron tərəzinin yenidən qablaşdırılması aparılmadan baxışa davam etdirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin girişində sağ hissədə yerləşən mətbəx otağına, eyni zamanda girişdə sol hissədə olan qəhvəyi rəngli dolaba baxış keçirilsə də, həmin yerlərdən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansısa əşya və ya məmulat aşkar olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsinə baxış keçirilməsi başa çatdırıldığı üçün evin birinci mərtəbəsində yerləşən içərisində yaşayış olmayan digər otaqlara baxış keçirilməsinə başlanılmış, lakin həmin otaqlardan narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansısa əşya və ya məmulat aşkar olunmamışdır. Baxışın sonunda Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsində baxışın əvvəlində aşkar olunaraq götürülmüş, lakin aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələrin və psixotrop maddəyə bənzər kütlələrin çəkilərinin müəyyən edilməsi üçün qablaşdırıldığı bir ədəd zərfdən çıxarılmış “Adler” markalı bir ədəd elektron tərəzi iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün yenidən bir ədəd zərfdə qablaşdırılmış və həmin zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 121 saylı möhürü vurulmuş, bununla da baxış keçirilməsi başa çatdırılmışdır (cild 1, iş vərəqi 82-99). Məhkəmə-kimyəvi ekspertizanın 10 noyabr 2022-ci il tarixli 16/1275 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid3 üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 10,225 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, iş vərəqi 16). Məhkəmə-kimyəvi ekseprtizanın 11 noyabr 2022-ci il tarixli 16/284 nömrəli rəyindən görünür ki, təddiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd gümüşü kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram ağ rəngli, 1,643 qram bozumtul-ağ rəngli, ümumi təmiz çəkisi 1,959 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki metamfetaminlərdən (1 və 2 №-li ob.), üzərində “Şahid3 üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki metamfetaminlə (3 №-li ob.), 2 və 3№-li obyektlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir, 1 və 3 №-li obyektlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni deyildir (cild 1, iş vərəqi 74-75). Kompleks məhkəmə-kimyəvi-bioloji ekspertizanın 13 dekabr 2022-ci il tarixli 16/349 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş iki ədəd selofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd selofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 17,69 qram, 133 qram, ümumi təmiz çəkisi 150,69 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş metamfetaminə bənzər kütlələr” yazı və imzlar olan kağız paketdəki 3 (üç) ədəd gümüşü kağız bükümlərdə, 2 (iki) ədəd selofan bükümlərdə, 1 (bir) ədəd plastik qabda, ayrıayrılıqda təmiz çəkiləri 0,227 qram, 0,285 qram, 0,109 qram, 1,047 qram, 0,118 qram, 0,658 qram olmaqla, ümumi təmiz çəkisi 2,444 qram təşkil edən maddələr küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş metamfetaminə bənzər kütlələr” yazısı olan kağız paketdəki 3 (üç) ədəd gümüşü kağız bükümlərdə, 2 (iki) ədəd selofan bükümlərdə, 1 (bir) ədəd plastik qabda olan metamfetaminlərlə (3- 8 №-li ob.) və üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə” yazı olan kağız paketdəki 2 (iki) ədəd gümüşü kağız bükümlərdə olan metamfetaminlərdən (9-10 №-li ob.), 3-8, 9 №-li obyektlər kimyəvi tərkiblərinə görə eynidir, 3-8,9 №-li ilə 10 №-li obyekt kimyəvi tərkiblərinə görə eyni deyildir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş metamfetaminə bənzər kütlələr” yazısı olan kağız paketdəki 3 (üç) ədəd gümüşü kağız bükümlərdə, 2 (iki) ədəd selofan bükümlərdə, 1 (bir) ədəd plastik qabda olan metamfetaminlərlə 3- 8№-li ob.) və üzərində “Şahid3 Əruzlla oğlunun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər maddə” yazısı olan kağız paketdəki 1 (bir) ədəd selofan bükümdə olan metamfetamin (11 №-li ob.) kimyəvi təkiblərinə görə eyni deyildir (cild 1, iş vərəqi 158-159). Məhkəmə-narkoloji ekspertizanın 16 dekabr 2022-ci il tarixli 1919 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 160). İbtidai istintaq orqanının 24 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs götürülərək 1 ədəd zərfdə qablaşdırılmış iki ədəd gümüşü kağız bükümlərdə ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda təmiz çəkiləri 1,573 qram və 0,246 qram olmaqla, ümumi təmiz çəkisi 1,819 qram təşkil edən maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində kirayə yaşadığı evdən aşkar olunmuş 1 ədəd zərfdə qablaşdırılmış 3 (üç) ədəd gümüşü kağız bükümlərdə, 2 (iki) ədəd selofan bükümlərdə, 1 (bir) ədəd plastik qabda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,207 qram, 0,265 qram, 0,089 qram, 1,027 qram, 0,098 qram, 0,638 qram, ümumi təmiz çəkisi 2,324 qram olan maddələr küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd zərfdə qablaşdırılmış 2 (iki) ədəd selofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 17,67 qram, 132,98 qram, ümumi təmiz çəkisi 150,65 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd zərfdə qablaşdırılmış “Adler” markalı bir ədəd elektron tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq Goranboy rayon Polis şöbəsinin saxlancına verilmişdir (cild 1, iş vərəqi 171-173, 175). Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində kirayədə yaşadığı evə baxış keçirilən zaman götürülərək bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd metal alətdən hazırlanmış əşya (boru) və 6 ədəd işıq lapması iş üzrə əhəmiyyət kəsb etmədiyindən məhv edilməsi məqsədi ilə Goranboy RPŞ-nin saxlancına verilmişdir (cild 2, iş vərəqi 106). Goranboy rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-75/1-2011/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sol ayağındakı corabın iç hissəsindən aşkar olunaraq götürülmüş içərisində iki ədəd gümüşü kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,643 qram bozumtul ağ rəngli və 0,316 qram ağ rəngli ümumi təmiz çəkisi 1,959 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış niyyəti ilə üzərində saxlamış, Təqsirləndirilən şəxs Goranboy rayonu ərazisində və digər ərazilərdə analoji cinayətlərdə iştirakının olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs 250 manat pul müqabilində Şahid3 satdığı və sonuncunun üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd selofan bükümdə təmiz çəkisi 10,225 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini sonradan satıb gəlir əldə etmək məqsədi ilə aralarında razılaşma olmamış, Şahid3 Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi ilə bağlı əldə etmiş, Təqsirləndirilən şəxs Şahid3 başqa hər hansısa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs Şahid3 satdığı psixotrop maddə metamfetamini, sol ayağında olan corabın iç hissəsindən aşkar olunaraq götürülmüş iki ədəd gümüşü kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,643 qram bozumtul ağ rəngli və 0,316 qram ağ rəngli, ümumi təmiz çəkisi 1,959 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və yaşadığı evdə qanunsuz olaraq saxladığı 3 (üç) ədəd gümüşü kağız bükümlərdə, 2 (iki) ədəd selofan bükümlərdə, 1 (bir) ədəd plastik qabda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,227 qram, 0,285 qram, 0,109 qram, 1,047 qram, 0,118 qram, 0,658 qram, ümumi təmiz çəkisi 2,444 qram olan maddələr küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 2 (iki) ədəd selofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 17,69 qram, 133 qram, ümumi təmiz çəkisi 150,69 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı İran İslam Respublikası vətəndaşı Ayət adlı şəxsdən almış, lakin Ayət adlı şəxsin şəxsiyyətini və ya olduğu yeri müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetaminləri və narkotik vasitə qurudulmuş marixuananı satmaq niyyəti ilə saxlamış, Təqsirləndirilən şəxs Ayət adlı şəxsdən əldə etdiyi metamfetamini və qurudulmuş marixuananı satıb gəlir əldə edilməsi ilə bağlı İran İslam Respublikası vətəndaşı Ayət adlı şəxslə arasında razılaşma olmamış, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminlərin və narkotik vasitə qurudulmuş marixuananın İran İslam Respublikası ərazisindən qeyri-qanuni yolla Azərbaycan Respublikası ərazisinə daxil olması barədə hər hansı məlumatı olmamış, Təqsirləndirilən şəxs Ayət adlı şəxsin kart hesabına pul göndərdikdən sonra Ayət adlı şəxs tərəfindən onun telefonuna göndərilmiş Bakı şəhəri ərazisində yerləşən ünvana qısa zaman kəsiyində gedərək psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuanı əldə etmişdir (cild 1, iş vərəqi 204-205). Cinayət işinə əlavə olunmuş 11 mart 2023-cü il tarixli baxış protokolundan görünür ki, istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs məxsus 051 334-85-19 mobil nömrəyə dair məlumatlar "xxxx" MMC-dən götürülmüş, həmin məlumatlarda onun müxtəlif şəxslərə məxsus mobil telefonlarla narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair çoxsaylı yazışmalar apardığı müəyyən olunmuşdur (cild 2, iş vərəqi 11-41). Cəlilabad rayon İHB-nın Ləkin kəndi İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 656 nömrəli arayış və xasiyyətnamədan görünür ki, Əliyev X4 rayonu Musalı kəndində arvadı, 1993-cü il təvəllüdlü Şahid4 və övladları - 2011-ci il təvəllüdlü X7, 2013-cü il təvəllüdlü X5 və 2015-ci il təvəllüdlü X3 ilə birlikdə qeydiyyatda olmaqla yaşayır, həmin ərazi üzrə müsbət xarakterizə edilir (cild 1, iş vərəqi 154-155). Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika İinformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyildir (cild 1, iş vərəqi 142). Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü qismən təqsirli bilərək, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ittiham aktında onun özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməsi göstərilsə də, özünü həmin maddə ilə təqsirli bilmədiyini, polis əməkdaşları onu saxlayarkən üzərində 1,5 qram metamfetamin aşkar edildiyini, yaşadığı evdə narkotik vasitə olmadığını, heç vaxt narkotiklərin satışı ilə məşğul olmadığını, kirayə qaldığı evdə sandıqdan tapılan tərəziyə heç bir aidiyyəti olmadığını, tərəzini əməliyyatçıların özlərinin sandığın içinə qoyduqlarını, ittiham aktında onun Şahid3 250 manat pul müqabilində metamfetamin satması barədə deyilənlərin başdan-ayağa uydurma olduğunu, istintaq vaxtı ona edilən təzyiqlərə görə, həmçinin onu ailəsi ilə təhdid etdiklərinə görə hər şeyi boynuna aldığını, Goranboy rayon Polis şöbəsinə daxil olarkən mülki geyimdə olan polis əməkdaşının onun qarşısına 300 qram narkotik vasitə qoyduğunu, ya həmin narkotik vasitəni qəbul edəcəyini, ya da Şahid3 narkotik vasitə satdığını boynuna almalı olacağını bildirdiyini, deyilənlərlə razılaşmadığı üçün onu digər otağa apararaq orada döydüklərini, daha sonra videoya çəkdiklərini, ona verilən işgəncələr barədə Baş Prokurora, Ombudsmana şikayət etdiyini, ittiham aktında guya onun narkotik vasitəni İran vətəndaşı “Ayət” adlı şəxsdən aldığı göstərilsə də, bunların hamısının yalan olduğunu, İran vətəndaşı “Ayət” adlı şəxsi tanımadığını və İran vətəndaşından narkotik vasitə almadığını, narkotik maddələr satmadığını və yaşadığı evdə narkotik maddə olmadığını, polis əməkdaşlarının ondan qabaq evə girdiklərini və təxminən 20 dəqiqə sonra onu evə dəvət etdiklərini göstərərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, məhkəmədə tədqiq olunmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Şahid3 2022-ci ilin oktyabr ayının sonlarında Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Goranboy şəhəri, H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən 10,225 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürlümüşdür. Məhkəmənin hökmü ilə Şahid3 həmin psixotrop maddəni Bakı şəhəri, “20 Yanvar” dairəsinin yaxınlığında yerləşən Milli Onkologiya Mərkəzinin qarşısında yolun kənarında 250 manat pul müqabilində qohumu Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün əldə edib saxlayaraq daşıması müəyyən edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmış, şöbənin inzibati binasında şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni ayağındakı corabın içərisindən çıxararaq təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra, həmin gün təxirəsalınmaz hallar hallar mövcud olduğuna görə istintaq-əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yazılı ərizəsinə əsasən müstəntiqin qərarı ilə onun kirayə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki evinə baxış və axtarış keçirilmişdir. Videoçəkiliş aparılmaqla müdafiəçinin və Təqsirləndirilən şəxs özünün iştirakı ilə keçirilmiş həmin istintaq hərəkəti zamanı isə evdən ittihamda qeyd olunan digər psixotrop maddələr və narkotik vasitələr, həmçinin bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatlarında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində Şahid3 psixotrop maddə satdığını, üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və elektron tərəzinin ona məxsus olduğunu, həmin psixotrop və narkotik maddələri «Ayət» adı ilə tanıdığı İran vətəndaşından əldə edib üzərində və yaşadığı evdə saxladığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və istintaq dövründə ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Afər Əlyievin saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi və ailəsi ilə təhdid olunduğuna görə narkotik və psixotrop maddələrin özünə məxsus olması barədə etirafedici ifadədələr verməsinə dair məhkəmədə gətirdiyi dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, hələ ibtidai istintaqın sonuna yaxın Təqsirləndirilən şəxs bu barədə Azərbaycan Respublikası Baş prokurorluğuna müraciət etmiş, onun müraciəti əsasında Goranboy rayon prokurorluğunda araşdırma aparılmışdır. Məhkəmə tərəfindən həmin materiallar üzrə qəbul olunmuş qərarın və Təqsirləndirilən şəxs təcridxanada saxlanılan tibbi-müayinə kitabının surətləri əldə olunaraq məhkəmədə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, araşdırma zamanı müraciət edən şəxsin, işin istintaqını aparmış müstəntiqin, həmçinin Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və əməliyyat-istintaq tədbərlərinin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, müvafiq sənədlər tələb edilərək məhkəmə-tibbi ekspertiza keçirilmişdir. Goranboy rayon Polis şöbəsindən daxil olmuş sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdə saat 04:50 dəqiqədə Müvəqqəti Saxlama yerinə daxil olmuş, saat 05:20 dəqiqədə Goranboy TTYS-nin həkimi Ramazanov tərəfindən, saat 13:00də isə həkim Quliyeva tərəfindən müayinə olunmuş, bədəni üzərində xəsarət aşkar olunmamış, «sağlam» diaqnozu qoyulmuşdur. Həmçinin, Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasından daxil olmuş sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə təcridxanaya qəbul edilmiş, müayinə zamanı sağ saiddə köhnə çapıq toxuma aşkar olunmuş, diaqnoz «sağlam» qeyd edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 93 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. Qeyd olunan araşdırmanın nəticəsi olaraq, Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 60-C-23 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə ondan yuxarı prokurora və məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququnun olması izah olunsa da, qərar mübahisələndirilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin Goranboy rayon Polis şöbəsi əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyata keçirdikləri əməliyyat-istintaq tədbirlərinin qeyriqanuni olması barədə gətirdiyi dəlillə bağlı isə məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Baş prokurorunun 31 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Goranboy RPŞ İstintaq bölməsində olan cinayət işinin ibtidai istintaqının davam etdirilməsi həmin İstintaq bölməsinə həvalə edilmişdir. İstintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs məxsus 051 334-85-19 mobil nömrəyə dair məlumatlar "xxxx" MMC-dən götürülmüş, həmin məlumatlarda onun müxtəlif şəxslərə məxsus mobil telefonlarla narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair çoxsaylı yazışmalar apardığı müəyyən olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün döyülməsi, təzyiq və təhdidlər altında cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri satmaq məqsədilə İran vətəndaşı kimi tanıdığı “Ayət” adlı şəxsdən aldığını səmimi etiraf etməsini, həmin psixotrop maddənin bir qismini qohumu Şahid3 satmasını, həmçinin aşkar olunmuş maddələrin həm psixotrop maddə metamfetamin, həm də narkotik vasitə marixuana olmaqla 2 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin ayrı-ayrı bağlamalarda, xırda bükümlərdə olmasını, narkotik və psixotrop maddələrin çəkilib bölünməsi üçün elektron tərəzinin mövcudluğunu, həmçinin aşkar edilmiş psixotrop maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri ərazisində Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, Goranboy RPŞ-nə gətirilərək 11 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və halhazıra qədər həbsdə saxlanılır. Yuxarıda qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, təyin olunacaq cəzanın başlanğıcı həmin tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2022-ci il tarixli 1919 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan, ona məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Goranboy rayon Polis şöbəsinin saxlancına verilməklə Təqsirləndirilən şəxs götürülərək 1 ədəd zərfdə qablaşdırılmış iki ədəd gümüşü kağız bükümlərdə ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda təmiz çəkiləri 1,573 qram və 0,246 qram, ümumi təmiz çəkisi 1,819 qram olan maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində kirayə yaşadığı evdən aşkar olunaraq götürülmüş 1 ədəd zərfdə qablaşdırılmış 3 ədəd gümüşü kağız bükümlərdə, 2 ədəd selofan bükümlərdə, 1 ədəd plastik qabda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,207 qram, 0,265 qram, 0,089 qram, 1,027 qram, 0,098 qram, 0,638 qram, ümumi təmiz çəkisi 2,324 qram olan maddələr küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd zərfdə qablaşdırılmış 2 ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,67 qram və 132,98 qram, ümumi təmiz çəkisi 150,65 qram olan bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd zərfdə qablaşdırılmış “Adler” markalı bir ədəd elektron tərəzi məhv edilməli, həmçinin şəxsi axtarış, eləcə də mənzilə baxış və axtarış keçirilməsi görüntülərinin qeydə alındığı cəmi 4 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 91 (doxsan bir) manat 20 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 91 (doxsan bir) manat 20 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə olunmuş orderdən və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına Naftalan şəhəri ərazisində fərdi fəaliyyət göstərən vəkil X6 müdafiə etmiş, təqdim olunmuş hesabata əsasən 174 manat müdafiə xərcləri müəyyən edilmişdir. Odur ki, 174 (yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti vəkil Vüqar Əliyevə ödənilməsi üçün onun bank hesabına köçürülməlidir. Həmçinin cinayət işində olan 15 may 2023-cü il tarixli 167 nömrəli orderə əsasən, iş məhkəməyə daxil olduqdan sonra hökmün çıxarıldığı tarixədək olan dövrdə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmişdir. Vəkil Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata əsasən o, təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı 165 saat vaxt sərf etmişdir. Belə ki, müdafiəçi həmin hesabatda fərqli tarixlərdə ümumlikdə 30 saat iş materialları ilə tanış olduğunu, 52 saat təcridxanada təqsirləndirilən şəxslə görüşdüyünü, həmçinin bu görüş üçün COVİD testi verməsi ilə əlaqədar müxtəlif günlərdə 19 saat vaxt sərf etdiyini, eləcə də 11 gün ərzində 64 saat məhkəm iclaslarında iştirak etdiyini göstərmişdir. Lakin iş materialları nəzərdən keçirilən zaman həmin hesabatda göstərilən rəqəmlərin həqiqəti əks etdirmədiyi, məhkəmə iclaslarının təyin olunub keçirilmədiyi tarixlərdə məhkəmədə iştirak etməsi barədə hesabat təqdim etməsi halları, cinayət işinin materialları ilə tanış olması və təqsirləndirilən şəxslə təcridxanada görüşməsinə dair hesabatın faktiki hallara uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protokollar və müdafiəçinin məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxt da nəzərə alınmaqla vəkil Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı sərf etdiyi vaxt ümumlikdə 40 saat müəyyən edilməli və ona ödəniləcək 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Goranboy rayon Polis şöbəsinin saxlancına verilməklə Təqsirləndirilən şəxs götürülərək 1 ədəd zərfdə qablaşdırılmış iki ədəd gümüşü kağız bükümlərdə ekspertiza tədqiqatından sonra ayrıayrılıqda təmiz çəkiləri 1,573 qram və 0,246 qram, ümumi təmiz çəkisi 1,819 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində kirayə yaşadığı evdən aşkar olunaraq götürülmüş 1 ədəd zərfdə qablaşdırılmış 3 ədəd gümüşü kağız bükümlərdə, 2 ədəd selofan bükümlərdə, 1 ədəd plastik qabda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,207 qram, 0,265 qram, 0,089 qram, 1,027 qram, 0,098 qram, 0,638 qram olmaqla, ümumi təmiz çəkisi 2,324 qram təşkil edən maddələr - küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd zərfdə qablaşdırılmış 2 ədəd selofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 17,67 qram, 132,98 qram olmaqla, ümumi təmiz çəkisi 150,65 qram təşkil edən bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd zərfdə qablaşdırılmış “Adler” markalı bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, kirayə yaşadığı mənzilə baxış və axtarış zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı cəmi 4 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 91 (doxsan bir) manat 20 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - cinayət işinin ibtidai istintaqı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X2 ödənilməli olan 174 (yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti onun bank hesabına köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-345/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-345/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver