Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-345/2025 23.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs”qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-345/2025 nömrəli cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, külli miqdarda narkotik vasitə tiryək, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metafetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda bir ədəd yapışqanlı lentaya bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 1219,1 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd yapışqanlı lentaya bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 120,734 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, bir ədəd yapışqanlı lentaya bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 650 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd yapışqanlı lentaya bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 503,3 qram olan kustar üsulla hazırlanmış psixtrop maddə metafetamini sağ çiynindən asdığı qara rəngli üzərində qırmızı zolaq olan çantanın içində gizlədərək saxlamaqla daşımış, Səbail RPİ-nin 9-cu PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 mart 2024cü il tarixdə saat 01:35-də ünvan 2 ünvanında saxlanılaraq Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına aparılmış, həmin gün saat 02:50-dən etibarən orada üzərinə şəxsi axtarış keçirilən zaman sağ çiynindən asdığı qara rəngli üzərində qırmızı zolaq olan çantanın içindən bir ədəd yapışqanlı lentaya bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 1291,1 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd yapışqanlı lentaya bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 120,734 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd yapışqanlı lentaya bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 650 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd yapışqanlı lentaya bükülmüş qara rəngli sellofan bükümdə təmiz çəkisi 503,3 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilib götürülmüşdür. Qeyd edilən cinayət işi üzrə 23 yanvar 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 yazılı vəsatət verərək, vəsatətində qeyd etdiyi xüsusatları təkrarlayaraq bildirmişdir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yekun olaraq CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, lakin məhkəmə istintaqı zamanı onun hərəkətlərində daha ağır cinayətin əlamətləri müəyən edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrində ittihamda təsvir edilənləri təsdiq etmişdir. İş üzrə təyin edilmiş kompleks məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1253 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün “№166” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut (imza) A.Hümmbətov” yazısı və imzalar olan 3 (üç) ədəd paketdəki, - İ (bir) ədəd bükümdə təmiz çəkisi 1219,1 qram (1 kq 219,1 qr) açıq qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - İ (bir) ədəd bükümdə təmiz çəkisi 503,3 qram ağ rəngli krisitalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, .... 14 dekabr 2023-cü il tarixdən qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” 1-ci və 2-ci siyahısına əsasən narkotik vasitə heroinin 800 qramdan artıq olması və psixotrop maddə metamfetaminin 400 qramdan artıq olması xüsusilə külli miqdar hesab olunur və bu da hazırda və əməlin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsinin tərkibini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müqayisədə daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri vardır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməklə təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını və qanun pozuntusuna yol vermiş Bakı şəhəri, Səbail rayon Polis idarəsinin İstintaq şəbəsinin baş müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinlədikdən sonra, dövlət ittihamçısının vəsatətində qeyd olunan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, Dövlət ittihamçısı2 vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli, təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinə əsasən Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.10-cu maddəsinə əsasən həmin Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Bu səbəblərdən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 1 ay müddətinə uzadılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159, 318.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş yazılı vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin, təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 1 ay müddətinə uzadılsın. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-345/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-345/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver