Məhkəmə qərarları › İş №1(101)-346/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-346/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-346/2020 01.12.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi - X11 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X12 Zərərçəkmiş şəxsin hüquqi varisi- Şükürov Aydəbəy Əbil oğlu, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X10 və Müdafiəçi3 iştirakları ilə xx xxxxxxxx 1988-ci il tarixdə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, Quba rayonu, Aşağı Atuc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, daimi iş yeri olmayan, əvvəllər məhkum olunmuş, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə xx xxxxxx 1984-cü il tarixdə Quba rayonunun Atuc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, daimi iş yeri olmayan, Quba rayonu, Aşağı Atuc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, özü silah qismində istifadə olunan əşyadan istifadə etməklə, öz qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq olunması, özgənin əmlakını məhv edilməsi ilə müşayiət olunan xuliqanlıq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə, saat 20 radələrində, sonuncunun qardaşı Təqsirləndirilən şəxs1 isə həmin tarixdə saat 21 radələrində Quba rayonu Aşağı Xuc kəndində yerləşən “Dostum” kafesinə gələrək birlikdə və həmçinin öz tanışları ilə birlikdə xeyli miqdarda spirtli içki olan “Kaqor” markalı çaxır içib həmin gün saat 22:-30-40 dəqiqələr arası radələrində artıq sərxoş vəziyyətə olmaqla, biri qrup şəxs halında, ictimai yer hesab olunan həmin kafedə spirtli içkinin təsiri altında ucadan nalayiq ifadələr işlədib əllərini zərbə ilə arxasında oturduqları masaya vurmaqla, Təqsirləndirilən şəxs2 həmin vaxt masanın üzərindəki stəkanı salıb sındırmaqla özgənin əmlakını məhv etməklə müşayiət edilən qərəzli hərəkətlər edib birlikdə ictimai qaydanı kobud surətdə pozmuş, onların bu kimi hərəkətlərinin sonunda problem yaranacağından ehtiyat edən həmin kafeni işlədən Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq artıq gec olmasını və kafeni bağlamaq istədiyini bildirdikdə, Təqsirləndirilən şəxs2 öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyaraq Zərərçəkmiş şəxs1 sözlərini özünə sığışdırmayaraq, digər masaların arxasında oturmuş müştərilərə əhəmiyyət vermədən və onların gözü qarşısında oradan onu heç kəsin çıxarmağa ixtiyarı olmadığını, kafenin onun icazəsi olmadan bağlanmayacağını və zor tətbiq edəcəyi ilə hədələməklə ağıllı davranmayacağı təqdirdə başının ağrıya biləcəyini bildirərək Zərərçəkmiş şəxs1 nümayişkaranə şəkildə hədə-qorxu gəlməklə cəmiyyətə qarşı qərəzli olaraq açıqca hörmətsizlik nümayiş etdirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 həmin şəxslərin sərxoş vəziyyətdə olmaqla arlarında münaqişə yaranmaması məqsədilə kafeni bağlamayacağını, orada oturmalarını, lakin biraz sakit olmalarını, bir-birlərinə hörmətsizlik etməmələrini deyərək onları sakitləşdirməyə çalışmış, bu zaman kafenin giriş qapısının yanında çöldə əyləşmiş xx xxxxxx 1989cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 kafenin içərisində yaranmış səs-küyü eşidib həmkəndlisi Zərərçəkmiş şəxs1 qarşı olan hüquq pozuntusuna biganə qalmayaraq sonuncuya dəstək olmaqla, ictimai borcunu yerinə yetirərək həmkəndlisi Zərərçəkmiş şəxs1 müdafiə etmək məqsədi ilə kafeyə daxil olub həmin şəxslərə yaxınlaşaraq Zərərçəkmiş şəxs1 nə baş verdiyini soruşmaqla, həmçinin öz vətəndaş mövqeyi sərgiləməklə onlardan sakit olmalarını, gec olmasını və səs-küy salmamalarını xahiş etməklə haqlı iradını bildirdikdə, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 əsaslı iradlalarından hiddətlənərək ayağa qalxaraq əli ilə Zərərçəkmiş şəxs2 sinəsindən itələmiş və buna görə də Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxs2 əli ilə itələmiş, həmin vaxt öz növbəsində Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs2 onların oturduqları masaya yaxınlaşıb onlara öz əsaslı iradlarını bildirdiyinə görə masanın arxasından qalxaraq Zərərçəkmiş şəxs2 üstünə doğru getmiş, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs2 onun boğazından tutaraq masanın arxasına doğru itələyərək məsələyə qarışmamasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs1 qərəzli hərəkətlərini davam etdirməklə masanın digər tərəfindən keçib Zərərçəkmiş şəxs2 üstünə hücum edərək əli ilə Babəki sinəsindən vuraraq onu itələmiş, Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxs1 əli ilə itələmiş və sonuncu sərxoş vəziyyətdə olduğundan müvazinətini itirərək yerə yıxılmış və həmin vaxt kafedən çıxıb getmək istəyən Zərərçəkmiş şəxs2 ayağından yapışaraq onu saxlamağa çalışmış, lakin buna nail ola bilmədikdə ayağa qalxıb Zərərçəkmiş şəxs2 arxasınca çölə tərəf qaçıb kafenin girişində sonuncu ilə tutaşmaqla, artıq xx xxxx 2019-cu il tarixdə saat 22:42-53 radələrində kafenin girişinin qarşısının qarşısındakı meydançada Zərərçəkmiş şəxs2la əlbəyaxa olub əlləri ilə sonuncuya zərbələr endirməyə başlamış, onlarla bir masa arxasında oturmuş Şahid1 həmin vaxt onların arxasınca çölə çıxaraq onları ayırmağa çalışmasına baxmayaraq bu kimi hərəkətlərini davam etdirmiş, öz növbəsində Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 22:43-00 radələrində kafenin içərisindən çölə qaçıb Zərərçəkmiş şəxs2 üzərinə hücum etmiş və öz qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2la əlbəyaxa olub dalaşan zaman həmin davaya qoşularaq üzərində gəzdirdiyi cib bıçağını çıxarıb silah qismində istifadə olunan əşya kimi tətbiq etməklə, qəsdən öldürmək niyyəti ilə həmin bıçaqla Zərərçəkmiş şəxs2 həyat üçün vacib orqanı sayılan ürək nahiyəsindən və qarın nahiyəsindən ardıcıl olaraq qəsdən cəmi iki zərbə endirərək, sonuncuya ölümünə səbəb olmuş döş qəfəsinin ön səthində solda ön qoltuq xətti üzrə 7-ci qabırğa arasında döş qəfəsinin daxilinə nüfuz edən ürək zirvəsinin deşilmiş kəsilmiş yarasından və qarnın ön divarında sol qoltuq xətti üzrə qarın boşluğuna nüfuz edərək dalağın və bağırsağın zədələnməsi ilə nəticələnən deşilmiş kəsilmiş yaradan ibarət ağır dərəcəli bədən xəsarətləri yetirmiş, həmin vaxt Şahid1 onları ayırmağa çalışmaqda davam etməsinə baxmayaraq, Cavid və Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs2 yumruq və təpiklə vurmaqda davam edərək, sonuncuya alnın sağ hissəsində qeyri-müəyyən formada tünd qırmızı rəngdə 0,8 x 0,5 sm ölçüdə, sol üst göz qapağın bayır kənarında 1 x 0,5 sm ölçüdə və üst dodaqda solda 0,5 x 0,5 sm ölçüdə sıyrıq kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə zor tətbiq etmiş, həmin tarixdə 22:43-12 radələrində Şahid1 onları ayırmağa nail olaraq Zərərçəkmiş şəxs2 qaçaraq həmin kafenin içərisinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 qarşı olan qərəzli hərəkətlərini dayandırmış, lakin Təqsirləndirilən şəxs1 öz qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirmiş olduğunu bildiyinə baxmayaraq, öz qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs2 əlavə zərbələr endirmək məqsədi ilə kafenin giriş qapısına hücum edərək Zərərçəkmiş şəxs2 öldürəcəyini deyib kafeni işlədən Zərərçəkmiş şəxs1 qapını açmasını tələb etmiş, lakin qapı bağlı olduğundan içəri daxil ola bilməyərək, daha da əsəbləşib sağ əlinin yumruğu ilə kafenin pəncərəsinin şüşələrini sındıraraq özgənin əmlakını məhv etməklə müşayiət edilən qərəzli hərəkətlər edib ictimai qaydanı kobud surətdə pozmuş, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs2 onun Zərərçəkmiş şəxs2 arxasınca gedib qərəzli hərəkətlərini davam etdirmək istəməsinə etiraz etdikdə, bununla bağlı öz aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq həmin kafenin qarşısında həmin gün, yəni xx xxxx 2019-cu il tarixdə saat 22:48-50 radələrinədək bir-birləri ilə qarşılıqlı dalaşmaqla ictimai yerdə ictimai qaydanı kobud surətdə pozmuş, hadisə vaxtı Zərərçəkmiş şəxs2 kafenin arxa qapısından çıxıb oradan bir qədər uzaqlaşdıqdan sonra Şahid2 məxsus “VAZ-2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılarkən, döş qəfəsinin ön səthində solda ön qoltuq xətti üzrə 7-ci qabırğa arasında döş qəfəsinin daxilinə nüfuz edən ürək zirvəsinin deşilmiş kəsilmiş yarası və qarnın ön divarında sol qoltuq xətti üzrə qarın boşluğuna nüfuz edərək dalağın və bağırsağın zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yaradan ibarət yuxarıda qeyd şəraitdə aldığı ağır dərəcəli bədən xəsarətlərindən həmin gün saat 23 radələrində yolda ölmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, həmçinin silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq olunması, özgənin əmlakını məhv etməsi ilə müşayiət olunan xuliqanlıq etmiş, öz növbəsində Təqsirləndirilən şəxs1 isə bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq olunması, özgənin əmlakını məhv etməsi ilə müşayiət olunan xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 əvvəllər yalnız sifətdən tanımış, onunla heç bir münasibəti olmayıb və həmçinin aralarında heç bir ədavət olmamışdır. O, öz böyük qardaşı Təqsirləndirilən şəxs1 öz valideynləri ilə birlikdə Quba rayonunun Aşağı-Atuc kəndində yaşayırlar. Öz tanışları ona «Çinar» ləqəbli ilə müraciət edirlər. Onun özü və qardaşı Cavid qonşu kənddə, yəni Quba rayonunun Aşağı Xuc kəndində Quba-Bakı yolunun kənarında yerləşən “Dostum” adlanan kafeyə mütəmadi olaraq gedib-gəlmiş və orada öz dostları ilə birlikdə yeyib-içib istirahət etmişlər. Həmin kafeni Araz adlı tanışı işlədib və onunla münasibətləri həmişə yaxşı olmuşdur. Hadisə günü, yəni xx xxxx 2019-cu il tarixdə təxminən saat 19-20 radələrində o, yaşadığı evdən çıxaraq pivə içmək üçün “Dostum" kafesinə getmiş və orada özü tək oturaraq iki bakal pivə sifariş verərək pivə içməyə başlamışdır. Həmin vaxt kafedə tanıdığı başqa müştərilər də olmuşdur. Az sonra həmin kafeyə onun qohumları, yəni xalası oğlu Şahid4 və dayısı oğlu Şahid1 gəlmiş və ayrı bir masanın arxasında oturaraq özləri ilə gətirdikləri çaxırı içməyə başlamışlar. Təxminən saat 21 radələrində böyük qardaşı Təqsirləndirilən şəxs2 da həmin kafeyə gələrək Rövşən və Hikmət əyləşdiyi masanın arxasında oturaraq sonuncularla birlikdə çaxır içməyə başlamışdır. Az sonra onlar onu oturduqları masaya dəvət etmiş və o, onların yanında oturub onlarla birlikdə yeyib-içməyə davam etmişlər. O zaman qardaşı Cavid yenə də çaxır içmək istədiyinə görə onun özü həmin kafe ilə yanaşı yerləşən mağazaya gedərək oradan bir butulka “Kaqor” markalı bir litrlik çaxır alaraq onların yanına qayıtmış və həmin çaxırı içməyə başlamışlar. Az sonra həmkəndlisi Şahid2 gələrək onlarla bir masanın arxasında əyləşmişdir. Həmin axşam onun özü və qardaşı Cavid hər biri təxminən bir litrdən artıq miqdarda çaxır içmişlər. Buna görə də bir qədər içkili olmaqla ucadan danışıb söhbət etmişlər. Onlar birlikdə yeyib-içən zaman təxminən saat 22-30 radələrində kafeni işlədən Zərərçəkmiş şəxs1 onların masasına yaxınlaşaraq artıq gec olduğunu və kafenin bağlamaq istədiyini bildirmişdir. O, Arazdan xahiş etmişdir ki, bir qədər vaxt versin və 10-15 dəqiqədən sonra kafeni tərk edəcəklər. Araz bir söz deməyib onunla razılaşmışdır. Bu zaman Arazın həmkəndlisi olan Zərərçəkmiş şəxs2 onların masasına yaxınlaşmış və onlarla kobud şəkildə danışaraq onlara tez bir vaxtda oradan rədd olmaqları demişdir. O isə Araza 10-15 dəqiqəyə duracaqlarını və Babəkdən nə səbəbə onları təhqir etdiyi soruşmuşdur. Bundan sonra gözləmədiyi halda Zərərçəkmiş şəxs2 onun sifətinə yumruqla bir-iki dəfə vurmuş, lakin əsəbləşsə də onu vurmayaraq əli ilə onu kənara itələmişdir. Bu zaman qardaşı Cavid araya girərək onu sakitləşdirməyə çalışmışdır. Bundan sonra qardaşı Cavid ilə birlikdə kafeni tərk etmişlər. Lakin, Zərərçəkmiş şəxs2 arxadan ona yaxınlaşaraq onun ünvanına təhqiredici sözlər demişdir. O isə Babəkə onunla mübahisə etmək istəmədiyini və başqa vaxt söhbət etməyi demişdir. Lakin, Babək yenə də onun üstünə hücum edərək yumruqla onu bir neçə dəfə vurmuşdur. Həmin vaxt o, əsəblərini cilovlaya bilməmiş və Babək ondan güclü olduğu üçün özünü müdafiə etmək üçün cibində olan cib bıçağı ilə onu özündən uzaqlaşdırmaq üçün əlini ona tərəf uzadıb havada yelləməyə başlamışdır. Həmin vaxt Babək yenə onun üstünə hücum edərək əli ilə onu vurmuşdur. Bu zaman o, əlində olan bıçağı yenə Babəkə tərəf yellətmiş və gözləmədiyi halda bıçaqla ona bir və ya iki xəsarət yetirmişdir. Bundan sonra Babək sakitləşmiş və o, həmin yerdən aralanmışdır. Bu zaman öz qardaşı Təqsirləndirilən şəxs1 onun yanına gələrək onun sifətinin əzilmiş vəziyyətdə olduğunu görmüş və onun Babəki bıçaqla vurduğunu bilərək onun üstünə qışqırmışdır. Buna görə də o, öz qardaşı Cavidə bir sillə vurmuşdur. Bundan sonra qardaşı Cavid sakitləşmiş və Babəkə yardım etmək lazım ola biləcəyini deyərək sonuncunun harada olduğunu soruşmuşdur. O isə Babəkin kafeyə qayıtdığını ona bildirmişdir. Bundan sonra qardaşı Cavid kafeyə yaxınlaşmış və kafeni işlədən Arazı çağıraraq Babəki xəstəxanaya aparmaq lazım olub-olmamasını soruşmuşdur. Lakin, Araz qapını açmamış və Babək ölərsə onlar cavab verməli olduqlarını bildirmişdir. Buna görə qardaşı Cavid əsəbləşərək kafenin şüşəsini əli ilə vurub sındırmışdır. Bundan sonra Araz hər şeyin qaydasında olduğunu onlara bildirmiş və onlar sakitləşərək oradan çıxıb yaşadıqları evə getmişlər. Bundan təxminən bir-iki saat sonra Quba rayon Polis şöbəsinin işçiləri onlar yaşadıqları evə gəlmiş və sonuncuların deməsindən bilmişdir ki, xəstəxanaya aparılan zaman Babək yolda vəfat etmişdir. O isə hadisənin necə baş verdiyini polis işçilərinə bildirmiş və Babəkə xəsarət yetirdiyi bıçağı könüllü olaraq polis işçilərinə təqdim etmişdir. Baş vermiş həmin hadisəyə görə peşmançılıq çəkir. Belə hesab edir ki, mərhum Zərərçəkmiş şəxs2 onu təhqir edib üstünə hücum etməsəydi həmin hadisə baş verməzdi. Hadisənin baş verdiyi «Dostum» kafesi onların kəndi ilə qonşuluqda, yəni Quba rayonunun Aşağı-Xuc kəndində təxminən 3 km. məsafədə yerləşir. Həmin gün o, kafeyə pivə içməyə getmiş və orada çaxır da içmişdir. Hadisədən bir qədər əvvəl o, mərhum Zərərçəkmiş şəxs2 həmin kafenin giriş qapısının yanında olan masanın yanında pivə içdiyini görmüş, lakin onunla heç bir söhbətim olmamışdır. Onun özü kafedən çölə çıxdıqdan sonra Zərərçəkmiş şəxs2 onun üstünə gəldiyinə görə onu bıçaqla vurmuşdur. Bundan sonra isə öz qardaşı Cavid Əhmədəxanov onun yanına gələrək ona şillə vurmuş, bundan sonra isə Babək kafeyə tərəf qayıtmışdır. Hadisədən əvvəl kafedə qohumları Rövşən, Hikmət, onun özü və qardaşı Cavid olmaqla, onlar orada təxminən bir saat ərzində oturub birlikdə yeyib-içmişlər. Daha sonra Şahid3 onlara içki gətirmiş və Tərlanın Babəklə birlikdə ora gəldiklərini bilmişdir. Tərlan onlara içki aldıqdan sonra sonucunu öz masalarına içki içməyə dəvət etmiş və Tərlan da onlarla bir masanın arxasında əyləşmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs1la onların arasında heç bir münaqişə baş verməmişdir. Onun özü əvvəllər məhkum olunmuşdur. Belə ki, 2015-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək üç il müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum olunmuş və həmin cəzanı çəkib qurtarmışdır. Öz qardaşı Təqsirləndirilən şəxs1 mərhum Zərərçəkmiş şəxs2 qarşı heç bir zorakı hərəkət etməmiş və onun özü Babəklə dalaşan zaman Cavid onları aralamağa çalışmışdır. Onun özü Zərərçəkmiş şəxs2 bıçaqla vurandan sonra dayısı oğlu Şahid1 onları aralamış və Babək kafeyə tərəf getmişdir. X14 öldürmək niyyəti olmamış və bununla bağlı öz qardaşı Cavidlə onun arasında heç bir söhbət olmamışdır. Onun özü Zərərçəkmiş şəxs2 vuran zaman qardaşı Cavid onların yanında olmamış, həmçinin özü Babək ilə dalaşan zaman qardaşı Cavid Babəki tutub saxlamamışdır. Onun özünün Babək ilə dalaşması bir neçə saniyə ərzində baş vermiş və həmin vaxt Zərərçəkmiş şəxs1 onların yanında olmamışdır. Onun özü Babəklə dalaşan zaman Şahid1 onları aralamağa çalışmışdır. Qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 vurmamış və sonuncunu öldürəcəyi ilə hədələməmişdir. Hadisə zamanı onun özünün əynində ağ bozumtul rəngli qısaqol futbolka və göy rəngli cins şalvar olmuş, Zərərçəkmiş şəxs2 əynində də ağ rəngli qısaqol futbolka olmuş, lakin şalvarının rənglini xatırlamır. Öz qardaşı Təqsirləndirilən şəxs1 dediklərini tam təsdiq etmir. Hadisə vaxtı Zərərçəkmiş şəxs2la yalnız onun özünün arasında mübahisə və dava-dalaş olmuşdur. Böyük qardaşı Təqsirləndirilən şəxs1 onunla Zərərçəkmiş şəxs2 arasında baş vermiş dalaşmada iştirak etməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 236-240-cı vərəqlərində olmaqla onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməyi barədə xx xxxx 2019-cu il tarixli protokol, həmçinin cinayət işinin üçüncü cildinin 216-220-cı vərəqlərində olmaqla iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməyi barədə xx xxxxxx 2019-cu il tarixli protokollar ona tanışdır və həmin protokollarda «Təqsirləndirilən şəxs2» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Onun özü Azərbaycan dilində latın əlifbası ilə sərbəst yazıb oxuya bilir. Həmin tarixlərdə dindirilən zaman Müdafiəçi1 adlı vəkil onun dindirilməsində müdafiəçi kimi iştirak etmiş və onunla birlikdə həmin protokolların məzmunu ilə oxuyub həmin protokolu sonuncu da imzalamışdır. Həmin ifadələrində göstərilənləri, yəni hadisə baş verməzdən əvvəl Araz Mizəmmədov onlara yaxınlaşıb kafeni bağlamaq istədiyini onlara dedikdən sonra Zərərçəkmiş şəxs2 oturduğu yerdən qalxaraq onların yanına gəlib nə baş verməsini soruşduğu, Babəkin həmin sualı verməsi onu özündən çıxartdığı, Babəkə bura niyə gəlməsini və kim olaraq söhbətə qarışmasını deyərək əsəbləşib onun köynəyindən tutduğu, Babəkin ona heç nə demədiyi, bu zaman qardaşı Cavidin yerindən duraraq Babəkin üstünə gedərək onu əli ilə itələdiyi, onun söhbətinə görə qardaşı Cavidin Babəkin üzərinə getməsi onu daha da qıcıqlandırdığı, buna görə qardaşı Cavidin boğazından əli ilə yapışaraq onu masanın arxasına itələyərək onun söhbətinə qarışmamasını ona dediyi, lakin qardaşı Cavidin buna əhəmiyyət verməyərək Babəkin üstünə gedərək əli ilə sonuncunun sinə nahiyəsindən vurduğu, Babək geriyə doğru çəkildikdə Cavid ağır sərxoş olduğundan müvazinətini itirərək yerə yıxıldığı və Babəkin ayağından iki əli ilə yapışdığı, Babəkin Cavidin əlindən çıxdığı, sonra isə qardaşı Cavidin yerdən cəld qalxaraq Babəkin arxasınca çıxıb sonuncunun üstünə hücum etdiyi və onların kafenin qarşısında dalaşmağa başladığı, Zərərçəkmiş şəxs2 onlardan güclü olduğundan onunla əlbəyaxa bacarmağın çətin olacağını düşünüb daim üzərində gəzdirdiyi qatlanan bıçağı şalvarının sağ cibindən çıxararaq Babəkin üstünə hücum edərək onun özü davaya qoşulduğu, həmin vaxt qardaşı Cavid Babəki yaxasından tutmuş və əlbəyaxa olduqlarından Babəkin başı Cavidə qarışdığı, həmin vaxt onun özü sərxoş vəziyyətdə olduğundan Babəki öldürmək məqsədi ilə bıçaqla ona hücum etdiyi və bıçaqla onun qarnının sol tərəfindən, həmçinin ürək nahiyəsindən vurduğunu, Zərərçəkmiş şəxs2 onların söhbətinə qarışmasına görə onu cəzalandırmaq qərarına gəldiyi və buna görə də ona bıçaqla zərbələr endirdiyi, Babəki bıçaqla vurduqdan sonra bir qədər həm onun özü və həm də qardaşı Cavidin Babəkə yumruq və təpiklə zərbələr endirdikləri, daha sonra Şahid1 onları ayırdığı və yalnız Rövşən onları ayırdıqdan sonra Zərərçəkmiş şəxs2 qarnını tutaraq kafeyə tərəf qaçdığı, kafeni işlədən Araz Mizəmmədovun kafenin arxa tərəfindən keçərək qapını bağladığı, həmin vaxt onun özünün hirsi soyusa da, qardaşı Cavidin hirsi soyumadığı və sonuncunun Babəki vurmaq üçün əvvəlcə kafenin qapısına tərəf qaçaraq «aç qapını Araz, onu öldürəcəm» deyərək müxtəlif söyüşlər söyərək qapıya yumruq və təpiklə zərbələr endirdiyi, qapı bağlı olduğundan qardaşı Cavidin kafenin pəncərəsinin şüşəsinə yumruqla vurub şüşəni sındıraraq kafe sahibi Arazın ünvanına nalayiq sözlər deyib qapının açılmasını tələb etdiyi, qardaşı Cavidin Babəkin arxasınca gedib sonuncuya əlavə zərbələr endirmək istədiyinə görə qardaşı Cavid ilə özü əlbəyaxa olaraq onunla dalaşdığı, həmin vaxt öz xalası oğlu Şahid4, dayısı oğlu Şahid1 və tanımadığı adamlar olmaqla Şahid1 onları ayırmağa çalışdığı, lakin qardaşı Cavidin sakitləşmədiyi, buna görə qardaşı Cavidlə dalaşaraq bir-birlərinə yumruq və təpiklə zərbələr endirdikləri, orada olan şəxslər onları ayırıb sakitləşdirdikdən sonra qardaşı Təqsirləndirilən şəxs1la birlikdə oradan uzaqlaşıb yaşadıqları evə getdikləri barədə həmin ifadələrini tam təsdiq etmir. Qardaşı Təqsirləndirilən şəxs1 onunla Zərərçəkmiş şəxs2 arasında baş vermiş dalaşmada iştirak etməmişdir. Məhkəmədə verdiyi ifadələri daha doğrudur və hadisənin necə baş verdiyi barədə o, öz ifadə və şikayətlərini yazılı surətdə məhkəməyə göndərmişdir. O, özünü Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməkdə təqsirli bilir. Yəni özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilir və ifadələrinə başqa əlavəsi yoxdur. Bir daha bildirir ki, aralarında baş vermiş mübahisəni onlar deyil, Zərərçəkmiş şəxs2 özü başlamış və sonuncunun ölümündə qardaşı Təqsirləndirilən şəxs1 iştirak etməmişdir. Baş vermiş hadisəyə görə peşmandır. Hadisə, o zaman sərxoş vəziyyətdə olduğu və Zərərçəkmiş şəxs2 onunla Zərərçəkmiş şəxs1 arasında olan söhbətə müdaxilə etdiyinə görə baş vermişdir. Ona qarşı irəli sürülmüş ittihamla razı deyil. İşə düzgün baxılıb əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməsini, hadisədən sonra hadisə vaxtı istifadə etdiyi bıçağı özü könüllü olaraq istintaq orqanına təqdim etdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Ayətşah oğlu ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, öz ailə üzvləri ilə birlikdə Quba rayonunun Aşağı-Atuc kəndində yaşayır və orada qeydiyyatdadır. Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır və münasibətləri yaxşıdır. Ailədə üç qardaş olmaqla, böyük qardaşının adı Ayazdır, Təqsirləndirilən şəxs2 isə onun kiçik qardaşıdır. İş üzrə zərərçəkmiş şəxs, mərhum Zərərçəkmiş şəxs2 əvvəllər yalnız sifətdən tanımış, görəndə salamlaşmış, lakin yaxın münasibətləri olmamış, həmçinin aralarında düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs1 isə yaşadığı kəndlə qonşuluqda yerləşən Aşağı-Xuc kənd sakini kimi tanıyır və sonuncu mərhum Babəkin həmkəndlisidir. Zərərçəkmiş şəxs1la münasibətləri həmişə yaxşı olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs1 yaşadığı Aşağı-Xuc kəndində, yəni Quba-Bakı yolunun kənarında yerləşən “Dostum” adlı kafeni işlətmişdir. Yaxınlıqda yerləşdiyinə görə onun özü və qardaşı Təqsirləndirilən şəxs2 öz dostları ilə birlikdə dəfələrlə həmin kafeyə gedib orada çay və pivə içib istirahət etmişlər. Hadisə, yəni mərhum Zərərçəkmiş şəxs2la öz qardaşı Təqsirləndirilən şəxs2 arasında olan dava-dalaş həmin kafedə olmuşdur. Lakin, onun özünün Zərərçəkmiş şəxs2 ölümündə heç bir günahı yoxdur və buna görə də ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli hesab etmir. Həmçinin həmin kafedə xuliqanlıq etməkdə də özünü təqsirli bilmir. Orada dava-dalaş əsasən mərhum Zərərçəkmiş şəxs2la onun kiçik qardaşı Təqsirləndirilən şəxs2 arasında olmuşdur. Hadisə günü, yəni xx xxxx 2019-cu il tarixdə o, gün ərzində yaşadıqları evdə olmuş və bostanda işləmişdir. Həmin gün saat 18 radələrində qardaşı Təqsirləndirilən şəxs2 evə gələrək çörək yeyib saat 19 radələrində evdən çıxıb getmişdir. Onun özü isə bir qədər bostanda işlədikdən sonra saat 21 radələrində siqaret almaq üçün yaşadıqları kəndlə yaxınlıqda olmaqla Aşağı-Xuc kəndində yerləşən mağazaya getmişdir. Orada siqaret aldıqdan sonra isə həmin mağaza ilə eyni cərgədə yerləşən “Dostum” kafesinə getmiş və orada qardaşı Təqsirləndirilən şəxs2 tək oturaraq pivə içdiyini görmüşdür. Kafeyə daxil olduqda oradakı zalda giriş qapısı ilə üzbəüz olan masanın arxasında öz xalası oğlu Şahid4 və dayısı oğlu Şahid1 oturaraq çaxır içdiklərini görmüşdür. Onlar onu öz yanlarına dəvət etdikdən sonra onlarla birlikdə çaxır içib söhbət etmişlər. Bir qədər sonra öz qardaşı Təqsirləndirilən şəxs2 və həmkəndliləri Şahid2 gələrək onlarla bir masanın arxasında oturmuş və onlar da çaxır içməyə başlamışlar. Həmin kafedə çaxır vermədiklərinə görə əvvəlcə qardaşı Təqsirləndirilən şəxs2, bir qədər sonra isə onların yanına gələn Şahid3 həmin kafe ilə yanaşı yerləşən mağazadan «Kaqor» markalı çaxır alıb gətirmiş və onlar birlikdə çaxır içməyə başlamışlar. Onu da bildirmək istəyir ki, həmin gün təxminən saat 22 radələrində Aşağı-Xuc kənd sakini Zərərçəkmiş şəxs2 və onun həmkəndlisi Şahid3 həmin kafeyə gələrək onlardan bir qədər aralıda, yəni kafenin giriş qapısının yanında çöl tərəfdə oturmuşlar. Tərlangil ora gələndən təxminən yarım saat sonra Şahid3 içəri girərək pivə sifariş vermiş və qardaşı Təqsirləndirilən şəxs2 ilə salamlaşmışdır. Qardaşı Təqsirləndirilən şəxs2 Tərlan ilə yaxşı münasibətdərdə olduğuna görə sonuncunu özləri oturduqları masaya dəvət etmişdir. Tərlan isə sifariş verdiyi pivə bakallarını aparıb Zərərçəkmiş şəxs2 verdikdən sonra onların yanına qayıdaraq onlarla bir masanın arxasında oturmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs2 Şahid3 öz yanına çağırmağa başlamış, Tərlan isə onun yanına gedəcəyini deyib bir neçə dəqiqə onların yanında Şahid4 yerində oturmuşdur. Belə ki, həmin vaxt Şahid4 onların yanından harasa çölə çıxmışdır. Bu zaman onun özü və qardaşı Təqsirləndirilən şəxs2 bir qədər içkili vəziyyətdə olduqlarına görə əllərini masaya vura-vura ucadan danışmışlar. Qardaşı Cabir əlini masaya bərk vurduğuna görə masanın üstündə olan stəkanlardan biri yerə düşərək qırılmışdır. Həmin vaxt kafeni işlədən Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq artıq gec olduğunu və kafeni bağlamaq istədiyini bildirmişdir. Qardaşı Cabir isə buna görə Arazla söhbət edərək beş-on dəqiqədən sonra durub gedəcəklərini demiş və Araz buna etiraz etməmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 içəri daxil olaraq onların yanına gəlmiş və Arazdan nə baş verdiyini soruşmuşdur. Araz isə bir söz deməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 söhbətə qarışaraq onlardan çıxıb getmələrini tələb etmişdir. Zərərçəkmiş şəxs2 bu hərəkəti qardaşı Cabirin xoşuna gəlməmiş, onların arasında mübahisə yaranmış və həmin vaxt Zərərçəkmiş şəxs2 onun qardaşı Cabiri yumruqla sifətindən vurmuşdur. Qardaşı Cabir isə Zərərçəkmiş şəxs2la dalaşmaq istəməyərək sonra söhbət etmələrini demişdir. Həmin vaxt onun özü içkili olduğuna görə Zərərçəkmiş şəxs2 bu hərəkəti onun da xoşuna gəlməmiş və sonuncuya yaxınlaşaraq onu kənara itələmişdir. Bu zaman Zərərçəkmiş şəxs2la onun arasında mübahisə yaranmışdır. Lakin, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs2 onun boğazından tutaraq kənara itələmiş və Babəklə olan söhbətinə qarışmamağını demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 onun özü ilə və qardaşı Təqsirləndirilən şəxs2la mübahisə etməkdə davam etmişdir. Buna görə də onun özü əli ilə Babəkin sinəsindən vurmuşdur. Zərərçəkmiş şəxs2 isə cavab olaraq yumruqla onun sinəsindən vurmuş və o, öz müvazinətini itirərək kafenin içində yerə yıxılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 ondan aralanıb kafedən çölə çıxmışdır. Həmin vaxt onun özü bərk əsəbi vəziyyətdə olduğuna görə Babəkin arxasınca həyətə çıxmış və orada pilləkənlərin qabağında onunla əlbəyaxa olub onunla dalaşmağa başlamışlar. Bu zaman öz dayısı oğlu Şahid1 onlara yaxınlaşaraq onları aralamağa çalışmışdır. O, Babəklə dalaşan zaman qardaşı Cabir kafedən çölə qaçaraq davaya qoşulmuş və əlləri ilə Babəki vurmağa başlamışdır. Həmin vaxt o, Babəkin «öldüm» deyə qışqırdığını eşitmiş və qardaşı Cabirin Babəki bıçaqla vurduğunu başa düşmüş, lakin Cabirin əlində bıçaq olmasını görməmişdir. Bundan sonra da Zərərçəkmiş şəxs2 onlara əl-qol atmaqda davam etdiyi və həmçinin həmin onun özü əsəbi vəziyyətdə olduğuna görə o, bir neçə dəfə Babəki yumruq və təpiklə vurmuşdur. Həmin vaxt dayısı oğlu Şahid1 onları aralamış və Babək kafeyə tərəf qaçıb içəri keçmişdir. Həmin vaxt hirsi soyumadığına görə o, Babəkin arxasınca kafeyə tərəf getmiş, lakin qardaşı Təqsirləndirilən şəxs2 onun qarşısını kəsərək onu yumruqla vurmuş və kafeyə girməyə icazə verməmişdir. Buna görə də onunla öz qardaşı Cabirin arasında dava düşmüş və bundan sonra dayısı oğlu Şahid1 onları aralayıb sakitləşdirmişdir. Bundan sonra isə onlar yaşadıqları evə çıxıb getmişlər. Lakin, həmin hadisədən bir neçə saat sonra polis işçilərinin deməsindən onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 xəstəxanaya aparılan zaman ölmüşdür. Baş vermiş həmin hadisəyə görə peşmançılıq çəkir. Lakin, belə hesab edir ki, Zərərçəkmiş şəxs2 ölümündə onun özünün heç bir günahı yoxdur. Zərərçəkmiş şəxs2 onun üstünə hücum edib onu yumruqla vurduğuna görə o, bir neçə dəfə Babəki yumruqla vurmuşdur. Buna görə də ona qarşı verilmiş ittihamda özünü təqsirli hesab etmir. Hadisə baş verməzdən əvvəl, yəni onlar həmin kafedə təxminən bir saata yaxın vaxt ərzində oturub yeyibiçdikdən sonra, yəni içkili vəziyyətdə ucadan danışan zaman kafeni işlədən Zərərçəkmiş şəxs1 onların yanına gələrək kafeni bağlayacağını onlara demişdir. Buna görə də onun özü və qardaşı Cabir Arazdan vaxt istəmiş və sonuncu buna razılıq vermişdir. Onlar Zərərçəkmiş şəxs1la söhbət edən zaman sonuncunun həmkəndlisi Babək onlara yaxınlaşmış və onun qardaşı Cabirlə mübahisə etməyə başlamışdır. Qardaşım Cabir ilə ilə mübahisə edən zaman Zərərçəkmiş şəxs2 onun qardaşı Cabirə çölə çıxıb söhbət etmələrini demiş, bundan sonra isə Babək onun qardaşı Cabiri yumruqla vurmuşdur. Lakin, qardaşı Təqsirləndirilən şəxs2 kafenin içərisində Babəki vurmamışdır. Onun qardaşı Təqsirləndirilən şəxs2 vurduğuna görə onun özü Babəkin üstünə yerimiş, lakin qardaşı Cabir ona onların söhbətinə qarışmamağını deyib onu özlərindən kənara itələmişdir. Lakin, həmin vaxt o, Babəkin hərəkətlərinə əsəbləşdiyinə görə sonuncunu əli ilə vurmuş, Babək isə onu yumruqla vurmuş və o, yerə yıxılmışdır. Bundan sonra Babək kafedən çölə çıxdı və o, Babəkin arxasınca çölə çıxaraq onunla əlbəyaxa olub tutaşmış və bir-birimizi yumruqla vurmağa başlamışlar. Həmin vaxt qardaşı Cabir də gəlib davaya qoşulmuşdur. Onlar dalaşan zaman dayısı oğlu Şahid1 onları aralamağa çalışmışdır. Zərərçəkmiş şəxs1 onlardan sonra kafedən çölə çıxmış və kənarda dayanmışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs2 onlardan aralanıb kafeyə qaçmışdır. Babək kafeyə girəndən sonra isə Araz qapını içəridən bağlamışdır. Bundan sonra Araz ona və qardaşı Cabirə çıxıb getmələrini demişdir. Onlar kafedə yeyib içən zaman kafedə neçə nəfər olduğunu xatırlamır. Onlar oturduqları masanın arxasında Rövşən, Hikmət və onlar özləri iki qardaş olmuşlar. Daha sonra isə Tərlan çaxır alaraq onların yanında oturmuşdur. Onlar birlikdə təxminən dörd-beş butulka «Kaqor» çaxırı içmişlər. Bunu təsdiq edir ki, həqiqətən onlar yeyib içdikdən sonra qardaşı Cabir və onun özü kafedə bir qədər səs-küy salmışlar. Lakin, həmin vaxt kafedə heç kəslə dalaşmamışlar. Onlar səs-küy saldıqlarına görə kafeni işlədən Zərərçəkmiş şəxs1 onların yanına gələrək kafeni bağlayacağını demiş, onlar isə ondan bir qədər vaxt istəmişlər. Onu da bildirmək istəyir ki, Zərərçəkmiş şəxs1la onların arasında mübahisə olmamış və Araz onların bir qədər qalıb oturmaqlarına razılıq vermişdir. Yuxarıda göstərdiyi kimi, həmin vaxt Babək onların yanına gəlib söhbətə qarışmışdır. Kafeni işlədən Zərərçəkmiş şəxs1 isə Babəkə məsələnin onluq olmadığını demişdir. Birinci olaraq Zərərçəkmiş şəxs2 onun qardaşı Cabiri yumruqla vurmuşdur. Yeyib-içdikləri vaxt onun özü təxminən iki-üç stəkan çaxır içmiş, lakin çox içkili vəziyyətdə olmamışdır. Öz qardaşı Təqsirləndirilən şəxs2 kafenin qarşısında davaya qoşulan zaman onun özü Zərərçəkmiş şəxs2 tutub saxlamamışdır. Qardaşı Cabir davaya qoşulan zaman Babəkin «öldüm» deyə qışqırdığını eşitmiş və həmin vaxt öz qardaşı Cabirin Babəki bıçaqla vurduğunu başa duşmüş, amma bıçağı necə vurmasını görməmişdir. Zərərçəkmiş şəxs2 onlardan arlanıb kafeyə tərəf qaçan zaman onun özü Babəkin arxasınca qaçmış, lakin sonuncunu öldürməklə hədələməmişdir. Zərərçəkmiş şəxs2 kafenin içərisinə qaçandan sonra Araz qapını içəridən bağlamışdır. Bakək Şükürov kafenin içərisinə girəndən sonra həmin vaxt onun özü əsəbi vəziyyətdə olduğuna görə kafenin qapısının şüşəsini əli ilə vurub sındırmışdır. Qardaşı Təqsirləndirilən şəxs2 Babəki bıçaqla vuran zaman onun özü onlardan təxminən 2-3 metr aralıda olmuşdur. Öz qardaşı Cabirdə bıçaq olmasını əvvəlcədən bilməmiş, onda bıçaq olmasını bilsəydi Babəki bıçaqla vurmasına imkan verməzdi. Hadisə vaxtı onun özündə hər-hansı bir bıçaq və yaxud başqa əşya olmayıb. Dava zamanı onun özü Bakək Şükürovu yalnız bir neçə dəfə yumruqla vurmuşdur. Onun Zərərçəkmiş şəxs2 öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs2 onlarla mübahisə edib onun özünü və qardaşı Cabiri yumruqla vurduğuna görə onunla dalaşmışdır. Zərərçəkmiş şəxs2la kafenin qarşısında dalaşan zaman onların yanında öz dayısı oğlu Şahid1 olmuş və sonuncu onları ayırmağa çalışmışdır. Həmin vaxt onlardan bir qədər aralıda tanımadığı adamlar da olmuş, lakin həmin şəxslər onlara yaxınlaşmamışlar. Hadisə vaxtı onun özünün əynində göy rəngli köynək və göy rəngli cins şalvar olub. Qardaşı Cabirin əynində isə ağ rəngli futbolka və göy rəngli cins şalvar olmuşdur. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin ikinci cildinin 33-37-cı vərəqlərində olan iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməyi barədə xx xxxx 2019-cu il tarixli protokol, həmçinin cinayət işinin üçüncü cildinin 168-175-ci vərəqlərində olmaqla iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməyi barədə xx xxxxxx 2019-cu il tarixli protokollar ona tanışdır. Həmin protokollarda «Təqsirləndirilən şəxs1» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Həmin tarixlərdə dindirilən zaman Müdafiəçi2 adlı vəkil onun müdafiəçisi kimi iştirak etmiş və onunla birlikdə həmin protokolları oxuyub birlikdə imzalamışlar. İş üzrə həmin tarixlərdə dindirilən zaman müstəntiq tərəfindən ona qarşı heç bir təzyiq olmayıb. Ona bu və ya başqa məzmunda ifadə verməyini müstəntiq tələb etməmişdir. Həmin ifadələrində göstərilənləri, yəni xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində Quba rayonunun Aşağı-Xuc kəndində yerləşən «Dostum» adlanan kafedə öz qardaşı Təqsirləndirilən şəxs2, öz qohumları Şahid4 və Şahid1 ilə birlikdə yeyib-içən zaman hər ikisi sərxoş vəziyyətdə olmaqla onun özü və qardaşı Təqsirləndirilən şəxs2 səs tonlarını qaldıraraq əllərini masaya vura-vura danışdıqları, masanın üzərində olan stəkanların bəziləri yerə düşərək qırıldığı, həmin vaxt kafeni işlədən Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq kafeni bağlamaq istədiyini, artıq gec olmasını dediyi və Arazın bu sözlərinə əsəbləşdikləri, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 masadan durmadığı halda heç kəsin kafeni bağlamağa ixtiyarı olmadığı, onları buradan durğuzan oğlanın hələ anadan olmamasını, qolunun yoğunluğuna güvənməməsini, ağıllı olmasını, olmayacağı təqdirdə isə başının ağrıyacağını dediyi, Zərərçəkmiş şəxs1 isə üzrxahlıq edərək qardaşı Təqsirləndirilən şəxs2 sakitləşdirərək bir qədər sakit olmalarını dediyi, həmin vaxt Zərərçəkmiş şəxs2 kafenin içərisinə keçərək Zərərçəkmiş şəxs1 nə baş verməsini soruşduğu, Zərərçəkmiş şəxs2 bu hərəkəti öz qardaşı Təqsirləndirilən şəxs2 xoşuna gəlmədiyi və Zərərçəkmiş şəxs2la aralarında mübahisə yarandığı, qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 nə səbəbə həmin məsələyə qarışmasını soruşduğu və barmağı ilə Zərərçəkmiş şəxs2 köynəyinin yaxasından tutaraq onu barmağı ilə itələdiyi, Zərərçəkmiş şəxs2 cavab olaraq qardaşı Təqsirləndirilən şəxs2 qarşı heç nə etmədiyi, həmin vaxt onun özü yerindən qalxıb Zərərçəkmiş şəxs2 üstünə gedərək onu itələdiyi və sonuncu ilə aralarında mübahisə yarandığı, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs2 onun özünün boğazından tutub sıxaraq onu masanın arxasına doğru itələdiyi, bundan sonra onun özünün masanın digər tərəfindən fırlanaraq Zərərçəkmiş şəxs2 üstünə gedərək əli ilə onun sinəsinə vurduğu və bu zaman sərxoş olduğundan müvazinətini itirərək kafenin giriş qapısında yerə yıxıldığı, yerdə olarkən Zərərçəkmiş şəxs2 getməməsi üçün onun ayağından yapışsa da, Zərərçəkmiş şəxs2 ayağını çəkərək kafedən çölə çıxdığı, bu zaman yerdən qalxaraq həyətə Zərərçəkmiş şəxs2 tərəf qaçıb sonuncu ilə onunla əlbəyaxa olduğu və onu cəzalandırmaq istədiyi, hər iki əli ilə Zərərçəkmiş şəxs2 əllərindən yapışaraq ona təpik-yumruq zərbələri endirdiyi, bu zaman kafedən qardaşı Təqsirləndirilən şəxs2 qaçaraq gəlib davaya qoşularaq Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söydüyü, qardaşı Təqsirləndirilən şəxs2 davaya qoşulduqdan sonra Zərərçəkmiş şəxs2 “Ay Allah öldüm” deyə qışqırdığı, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs2 əlində bıçaq olmasını görməsə də, Zərərçəkmiş şəxs2 qarnının sol tərəfinin qanamasını və köynəyin qana bulaşmış olduğu, sonuncunun əli ilə bıçaqlandığı yeri tutmasını görərək qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 bıçaqla vurduğunu başa düşdüyü, həmin vaxt onun özünün hirsi soyumadığına görə Zərərçəkmiş şəxs2 yumruq və təpiklə zərbələr endirməkdə davam etdiyi, Şahid1 onları ayırmağa çalışsa da, Zərərçəkmiş şəxs2 onların əlindən ala bilmədiyi, Şahid1 onları ayırdıqdan sonra da hirsi soyumadığına görə davanı davam etmək istədiyi, lakin Zərərçəkmiş şəxs2 öldürmək istəmədiyi, qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 bıçaqla vursa da, onun özü Zərərçəkmiş şəxs2 istədiyi kimi zərbələr endirə bilmədiyinə görə ona əlavə zərbələr endirmək istədiyi, Zərərçəkmiş şəxs2 arxasınca getməkdə sonuncunu tapıb əlavə zərbələr endirib onu cəzalandırmaq istədiyi, lakin Zərərçəkmiş şəxs1 arxa tərəfdən girərək kafenin giriş qapısını içəridən bağladığı, öz qardaşı Təqsirləndirilən şəxs2 onun kafenin içərisinə getməsini istəmədiyi və buna görə öz qardaşı Təqsirləndirilən şəxs2la aralarında dava düşdüyü, öz qardaşı Təqsirləndirilən şəxs2 yumruqla zərbələr endirdiyi, kafenin girişinə tərəf gedərək qapını açmağa çalışdığı, lakin Zərərçəkmiş şəxs1 qapını bağladığına görə içəri girə bilmədiyi, əsəbləşərək sağ əlinin yumruğu ilə giriş qapısının yanındakı pəncərəni vuraraq qırdığı və Zərərçəkmiş şəxs1 qapını açmasını tələb edərək Zərərçəkmiş şəxs2 öldürəcəyini dediyi, Şahid1 və qardaşı Təqsirləndirilən şəxs2 onu Zərərçəkmiş şəxs2 arxasınca getməyə qoymadıqları barədə olan ifadələrini qismən təsdiq edir. Zərərçəkmiş şəxs2 qaçıb kafeyə girdikdən sonra o, onun dalınca kafenin yanına getmiş və həmin vaxt Zərərçəkmiş şəxs1 qapını içəridən bağlamışdır. Lakin o, Zərərçəkmiş şəxs1 qapını açmasını tələb etməmiş və Zərərçəkmiş şəxs2 öldürəcəyi ilə hədələməmişdir. Həmin vaxt əsəbi və içkili halda olduğuna görə kafenin qapısının yanında olan pəncərənin şüşəsini sındırmışdır. Hadisə məhkəmədə göstərdiyi kimi baş vermişdir. Hadisə vaxtı içkili olduğu və Zərərçəkmiş şəxs2 onu və qardaşı Cabiri yumruqla vurduğuna görə onunla dalaşmış, lakin Babəki öldürməklə hədələməmiş və belə bir niyyəti də olmamışdır. Bir daha bildirir ki, mərhum Zərərçəkmiş şəxs2 ölümündə onun özünün heç bir günahı yoxdur. Qardaşı Təqsirləndirilən şəxs2 bıçaq olmasını və Babəki bıçaqla necə vurmasını görməmişdir. Onun özünün Zərərçəkmiş şəxs2 öldürmək fikri olmamış bununla bağlı qardaşı Cabirə heç bir köməklik etməmişdir. İşə düzgün baxılıb barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ayətşah oğlunun yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları onların özlərinin işin faktiki hallarına uyğun olmaqla hadisələrin baş vermə vaxtı, yeri və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olmaqla mahiyyəti üzrə qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, hadisə yerinin yaxınlığında quraşdırılmış videokameraların qeydə aldığı video görüntülər, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Quba rayonunun Aşağı-Xuc kəndində yaşayır. İş üzrə təqsirləndirilən şəxslər Cabir və Təqsirləndirilən şəxs1ları əvvəllər tanımamış və həmin şəxslərlə heç bir münasibətləri olmamışdır. Mərhum, xx xxxxxx 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 onun doğma oğludur. Oğlu Babək 2016-cı ildə öz həyat yoldaşı Aytən Şükürova ilə ailə qurmuş və onların birgə nikahdan 2017-ci il təvəllüdlü bir oğlan övladı vardır. Oğlu Babək fərdi qaydada santexnik işi ilə məşğul olmuş və bu yolla öz ailəsini dolandırmışdır. Oğlu Babək evləndikdən bir müddət sonra öz ailəsi ilə onlardan ayrı olmaqla öz evində yaşamışdır. Onun özü isə ortancıl oğlu Sərvər, sonuncunun ailəsi və kiçik oğlu Əbil ilə birlikdə yaşayır. Oğlu Babək xasiyyətcə sakit və mehriban bir insan olmuş, heç kəslə ədavəti və düşmənçiliyi olmamışdır. Ümumiyyətlə oğlu Babək davakar adam olmamış, mübahisə etməyi də xoşlamamışdır. Bununla yanaşı oğlu Babək haqsızlığı götürən adam olmamış və düzgünlüyü sevən adam olmuşdur. Hadisə onun üçün gözlənilməz olmuşdur. Hadisə günü, yəni xx xxxx 2019-cu il tarixdə oğlu Babək onlarla üzbəüz evdə yaşayan bibisi Qəşəngin həyətində işləmək üçün Quba şəhərinə fəhlə gətirməyə getmiş və saat təxminən 11 radələrində evə gəlmiş və həmin vaxt əhval-ruhiyyəsi yaxşı olmuşdur. Həmin gün Babək günortaya kimi evdə olmuş, yemək yedikdən sonra isə getmiş və axşam digər oğlu Sərvər evə gələn zaman onlara gələcəyini demişdir. Onu da bildirmək istəyir ki, ailədə ancaq ortancıl oğlu Sərvərin avtomobili olmuşdur. Fəhlələri isə gündəlik aparıb gətirmək lazım olduğundan Babək qardaşı Sərvər gəldikdən sonra axşam gəlib fəhlələri aparacağını ona demişdir. Həmin gün saat 21 radələrində oğlu Babək öz tanışı Tərlanla birlikdə onların evinə gələrək digər oğlu Sərvərin maşınında fəhlələri götürüb getmişlər. Həmin gün təxminən saat 23-24 radələrində oğlu Sərvərin arvadı Fəridə narahat olduğu üçün Sərvərə zəng edib əlaqə saxladıqda, sonuncunun deməsindən onlara oğlu Babəkin bıçaqlanması və xəstəxanaya aparıldığı məlum olmuşdur. Bundan görə də o, Quba rayon xəstəxanasına getdikdə oğlu Babəkin artıq vəfat etdiyi ona məlum olmuşdur. Hadisədən sonra isə oğlu Babəkin tanışı Tərlanla birlikdə “Dostum” kafesinə getdikləri və orada Aşağı-Atuc kənd sakini Təqsirləndirilən şəxs2 adlı şəxs tərəfindən bıçaqlandığı ona məlum olmuşdur Onu da bildirmək istəyir ki, hadisədən sonra təqsirləndirilən şəxslər Cabir və Təqsirləndirilən şəxs1ların ailə üzvləri onlara heç bir üzrxahlıq etməmişlər. Onun təqsirləndirilən şəxslər Cabir və Təqsirləndirilən şəxs1lara qarşı heç bir maddi tələbi yoxdur. Lakin, həmin şəxslər onun oğlu Zərərçəkmiş şəxs2 ölümündə təqsirkar olduqlarına görə onlara ən ciddi cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, öz atası Aydəbəy Şükürov və digər ailə üzvləri ilə birlikdə Quba rayonunun Aşağı- Xuc kəndində yaşayır. Mərhum Zərərçəkmiş şəxs2 onun doğma qardaşıdır. O, iş üzrə təqsirləndirilən şəxslər Cabir və Təqsirləndirilən şəxs1lar qardaşlarını əvvəllər tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Bildiyinə görə mərhum qardaşı Zərərçəkmiş şəxs2 da həmin şəxsləri əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamış və aralarında heç bir ədavət olmamışdır. Hadisə ilə bağlı bildirir ki, hadisə günü, yəni xx xxxx 2019-cu il tarixdə saat 21 radələrində o, yaşadığı Aşağı Xuc kəndində yerləşən evlərinə gəlmiş və evə gəldikdən bir qədər sonra qardaşı Babək ona zəng edərək öz əsgər yoldaşı Tərlan ilə birlikdə olduğunu, qonşuluqda yaşayan bibisinin həyətində işləyən fəhlələri aparmaq lazım olduğunu ona demişdir. Az sonra qardaşı Babək Tərlan ilə birlikdə onların evinə gəlmiş və o, öz qardaşı Babək, Tərlan və iki nəfər fəhlə ilə birlikdə özünə məxsus “Priora” markalı avtomobildə yola çıxmışlar. Yola düşdükdən sonra Tərlan və qardaşı Babək onları öz kəndlərində yerləşməklə Quba-Bakı yolunun kənarında yerləşməklə öz həmkəndliləri Zərərçəkmiş şəxs1 işlətdiyi «Dostum» kafesinə aparmasını xahiş etmiş, özünün isə fəhlələri aparıb düşürdükdən sonra ora gəlməsini demişlər. Buna görə də o, həmin gün saat 22 radələrində həmin kafenin yanına aparmışdır. Qardaşı Babək və sonuncunun dostu Tərlan avtomobildən düşərək “Dostum” kafesinə tərəf getmiş, onun özü isə Quba rayonunun Vladimirovka kəndinə gedərək orada fəhlələri düşürmüş və sonra isə həmin kafenin yanına qayıdaraq avtomobili kafenin qarşısında saxlamışdır. Bu zaman o, qardaşı Babəkin “Dostum” kafesinin giriş hissəsində üç ədəd stul qoyaraq Tərlanla oturub söhbət etdiklərini, qarşılarında masa olmadığına görə həmin stulların birini masa kimi istifadə edərək üstünə pivə və noxud qoyduqlarını görmüşdür. Qardaşı Babək ona pul verərək kafenin yanında yerləşən dükandan pendir almağını xahiş etmiş və o həmin dükana getmiş, lakin pendir olmadığına görə fıstıq alaraq qardaşı Babəkə vermişdir. Onun özü spirtli içkilər içmədiyinə görə onların yanında oturmamış və ayaq üstə dayanaraq bir qədər onlarla söhbət etmişdir. Onlar söhbət edən zaman pivələri qurtardığına görə qardaşı Babək qapıdan səsləyərək kafeni işlədən Araza onlara pivə verməsini demiş, Tərlan isə pivə gələnə qədər kafenin içərisində yerləşən yan masaya keçəcəyini onlara bildirmişdir. Bu zaman onun özü kafenin içərisinə keçməmiş, lakin kafenin içərisinə tərəf baxdıqda kafenin giriş qapısının yaxınlığında yerləşən masanın üstündə çaxır butulkası olmasını və masanın ətrafında təxminən beş nəfər şəxsin oturduqlarını və həmin şəxslərin içkili vəziyyətdə olduqlarını görmüşdür. Tərlan həmin şəxslərlə salamlaşaraq onların yanında oturmuşdur. Onu da bildirmək istəyir ki, o, həmin masanın arxasında oturmuş şəxslərin qumar oynadıqlarını və masanın üstündə pul olmasını görmüşdür. Onun özü həmin şəxsləri əvvəllər tanımamışdır. Lakin, tam əmindir ki, həmin masanın arxasında hal-hazırda təqsirləndirilən şəxslər kürsüsündə oturmuş Cabir və Təqsirləndirilən şəxs1lar qardaşları və sonuncuların tanışları oturmuşlar. Qardaşı Babəkin dostu Tərlan da həmin şəxslərin yanında oturmuşdur. Tərlan həmin şəxslərin yanına getdikdən sonra o, böyük qardaşı Babəklə bir qədər söhbət etdikdən sonra özünə məxsus avtomobilə əyləşib yaşadığı evə tərəf yola düşmüşdür. Aradan təxminən on beş-iyirmi dəqiqə keçməmiş, yəni o, idarə etdiyi avtomobildə yaşadıqları evə çatmamış kafeni işlədən Araz onun mobil telefonuna zəng edərək qardaşı Babəkin bıçaqlandığını ona bildirmişdir. O, dərhal öz avtomobilində həmin kafenin yanına getmiş, lakin ora çatan zaman kafenin qarşısında heç kimin olmadığını görmüşdür. Buna görə də avtomobili saxlayaraq kafenin yanındakı mağazaya tərəf yaxınlaşdıqda həmin mağazanın sahibi Raufun qardaşı Zauru görmüş və sonuncudan öz qardaşı Babəkin harada olduğunu soruşmuşdur. Zaur isə ona qardaşı Babəkin yaralı halda ağ rəngli «VAZ- 2106» markalı avtomobildə Quba rayon xəstəxanasına aparıldığını və öz bibisi oğlu Vasifin də onlarla getdiyini ona bildirmişdir. Buna görə də o, öz avtomobilini onların arxasınca Quba rayon xəstəxanası istiqamətində sürmüşdür. Yolda o, həmin avtomobilə çatmış və həmin «VAZ-2106» markalı avtomobilin arxasınca xəstəxana istiqamətində getmişlər. Lakin, onlar Ağbil kəndi istiqamətində hərəkətdə olan zaman həmin «VAZ-2106» markalı avtomobilin sürücüsü avtomobili saxlamış və o, həmin avtomobilə yaxınlaşdıqda artıq qardaşı Babəkin aldığı xəsarətlərdən vəfat etdiyi ona məlum olmuşdur. O, dərhal həmin kafeni işlədən Araza zəng edərək qardaşı Babəki kimin bıçaqladığını soruşmuş, Araz isə onun qardaşı Babəki qonşu kəndin, yəni Quba rayonu Aşağı-Atuc kənd sakini «Çinar» ləqəbi ilə tanınan Cabir adlı şəxs tərəfindən bıçaqlandığını ona bildirmişdir. Sonradan o, həmin hadisə ilə bağlı Arazdan soruşduqda, sonuncu ona kafenin zalında girişin yaxınlığında oturmuş həmin şəxslərin, yəni sonradan adlarını bildiyi Cabir və Təqsirləndirilən şəxs1ların içkili vəziyyətdə səs-küy saldıqlarını, onlara yaxınlaşıb kafeni bağlamaq istədiyini dedikdə isə «Çinar» ləqəbli, həmin Cabir adlı şəxsin ona hədə-qorxu gəldiyini, bu zaman qardaşı Babək həmin şəxslərə yaxınlaşıb özlərini sakit aparmalarını dedikdə isə Cabir və Təqsirləndirilən şəxs1 qardaşlarının Babəklə mübahisə etdiklərini, qardaşı Babək kafedən çölə çıxan zaman isə Təqsirləndirilən şəxs1 onun qardaşı Babəkin üstünə hücum edərək yaxasından tutub onunla dalaşdığını, həmin zaman kafedən çıxan Cabirin isə qardaşı Babəkə yaxınlaşıb ona bıçaqla zərbələr endirdiyini, orada olan Rövşən adlı şəxsin onları ayırdıqdan sonra qardaşı Babəkin kafenin içərisinə girdiyini və həmin şəxslərin Babəki bir daha vurmamaları üçün kafenin qapısını içəridən bağladığını, lakin Cavidin kafeyə hücum edərək qapını açmaq istədiyini, qapını açmadığına görə Cavidin kafenin pəncərəsinin şüşəsini vurub sındırdığını, qardaşı Babəkin kafenin arxa qapısından çıxıb oradan bir qədər uzaqlaşdığını, sonra isə qardaşı Babəkin orada olan «VAZ- 2106» markalı avtomobildə xəstəxanaya yola salındığını ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Quba rayonunun Aşağı Atuc kəndində yaşayır. İş üzrə təqsirləndirilən şəxslər Cabir və Cavid Əhmədəxanovlar qardaşlarını bir həmkəndli kimi tanıyır və onlarla münasibətləri həmişə yaxşı olmuşdur. Mərhum Zərərçəkmiş şəxs2 Quba rayonunun Aşağı-Xuc kəndində yaşamış və onunla dostluq etmişlər. Hadisə ilə əlaqədar bildirmək istəyir ki, hadisə günü, yəni xx xxxx 2019-cu il tarixdə saat təxminən 21 radələrində Zərərçəkmiş şəxs2 onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək yaşadığı Aşağı-Xuc kəndinə öz yanına qonaq çağırmışdır. O, bir taksi maşınına oturaraq həmin kəndə getmiş və Babəklə görüşərək öz tanışları Zöhrab adlı şəxsin evinə qonaq getmişlər. Zöhrabgilin evində təxminən yarım saat oturub yemək yedikdən sonra Babək ona öz kəndlərində yerləşməklə Araz adlı şəxsin işlətdiyi “Dostum” kafesinə gedərək orada pivə içməyi təklif etmişdir. Bundan sonra onlar Babək gilin evinə getmiş və sonuncunun qardaşı Sərvər onların evlərində işləyən iki nəfər ustanı da öz evlərinə aparmalı olduğuna özünə məxsus “Priora” markalı avtomobildə onu və Babəki “Dostum” kafesinin yanına aparıb düşürmüş və ustaları evlərinə apardıqdan sonra onların yanına qayıdacağını bildirmişdir. Yay vaxtı olduğuna görə o, Babəklə birlikdə həmin kafenin giriş qapısının yanında, pilləkən ilə qapı arasında yerləşən kiçik meydançada oturacaq stullarında oturmuşlar. Bu zaman o, kafenin içərisində giriş qapısının yaxınlığında yerləşən masanın ətrafında öz həmkəndliləri Təqsirləndirilən şəxs1 və sonuncunun qardaşı “Çinar” ləqəbi ilə müraciət etdikləri Cabirin digər həmkəndliləri Rövşən və Hikmət ilə birlikdə çaxır içdiklərini görmüşdür. Həmin vaxt o, digər həmkəndlisi Amil adlı şəxsin də kafedə başqa bir masanın arxasında oturub pivə içdiyini, sonra isə Cabirgilin yanında oturduğunu görmüşdür. Həmin vaxt kafeni işlədən Araz də kafedə olmuş və o, Arazla və Cabirgillə ayaqüstü salamlaşmışdır. Cabirlə münasibətləri yaxşı olduğuna görə sonuncudan «nə qulluq edim» deyə soruşduqda Cabir ondan bir şüşə çaxır almasını xahiş etmişdir. Buna görə də o, həmin kafe ilə yanaşı yerləşən mağazadan bir ədəd “Kaqor” markalı 700 ml çaxır alaraq onlara vermişdir. Bundan sonra dostu Babək kafeni işlədən Arazdan onlara iki bakal pivə və bir qab noxud verməsini sifariş etmiş və o, Babəklə birlikdə kafenin giriş qapısının yanında olan həmin meydançada oturub birlikdə pivə içməyə başlamışlar. Az sonra Babəkin qardaşı Sərvər onların yanına qayıtmış və onların yanında dayanaraq bir qədər söhbət etmiş və sonra isə çıxıb getmişdir. Sərvər çıxıb getməzdən əvvəl Babək Araza onlar üçün yenə pivə sifariş etmişdir. Həmin vaxt o, ayaqyoluna getmək istəmiş və ora getmək üçün kafenin zalından keçmək lazım olduğuna görə zala daxil olmuşdur. Həmin vaxt Cabir və Cavid onu öz masalarına dəvət etmiş və o, onların sözünü yerə salmayaraq onların yanında oturmuş və həmin vaxt artıq həmkəndlisi Hikmətin Cabirgilin yanında olmadığını görmüşdür. Onu da bildirmək istəyir ki, o, həmin şəxslərin yanında oturan zaman artıq Cabir və Cavidin ucadan söyüşlə danışdıqları, əllərini masaya vuraraq həmin vaxt zalda oturan digər müştəriləri narahat etdiklərini görmüşdür. Belə ki, Cabir masaya əllərini çırpan zaman hətta stolda olan stəkanlardan birini yerə düşərək qırılmışdır. Həmin vaxt kafeni işlədən Araz onlara yaxınlaşaraq Cabirgilə artıq gec olduğunu və kafeni bağlamaq istədiyini bildirmiş və onları sakitləşdirməyə çalışmışdır. O, elə bir ciddi hadisə olmayacağını zənn edərək, kafenin arxa qapısından çıxaraq orada olan ayaqyoluna getmişdir. Aradan təxminən iki üç dəqiqə keçməmiş o, ayaqyolundan çıxıb kafenin zalına qayıdan zaman kafenin qarşında çöl tərəfindən dava-dalaş səslərinin gəldiyini eşitmişdir. Həmin vaxt Babək tələsik halda kafenin giriş qapısından kafenin zalına girmiş, kafeni işlədən Arazın isə kafenin arxa qapısından kafenin zalına girərək kafenin giriş qapısını içəridən bağlayaraq qapını əlləri ilə tutmuşdur. Bu zaman o, Babəkin qarın nahiyəsindən qanın axdığını görmüşdür. Həmin vaxt Babək ona müraciət edərək onu tutmasını xahiş etmiş və yıxılacağını demişdir. O, Babəkə köməklik etmək üçün onun qoluna girmiş və ondan nə baş verdiyini soruşmuşdur. Babək isə ona Cabirin onu bıçaqla vurduğunu demişdir. Babək evlərinə tərəf getmək istədiyinə görə kafenin arxa qapısından çıxaraq kənd yoluna tərəf çıxmışdır. O isə Babəkə köməklik etmək və qanının axmasını dayandırmaq üçün kafenin arxa giriş qapısının yanında asılmış ağ rəngli dəsmalı götürərək arxasınca qaçmışdır. O, Babəkə satıb onu qucağında tutaraq yarasını həmin dəsmalla tutmuşdur. Həmin vaxt Babək halsız vəziyyətə olmaqla yavaşyavaş huşunu itirməyə başlamışdır. Bu zaman iki nəfər tanımadığım şəxs onlara yaxınlaşmış və o, həmin şəxslərdən Babəyə baxmalarını xahiş etmiş və özü maşın tapmaq üçün kafeyə tərəf qaçmışdır. Lakin, həmin vaxt o, həmkəndliləri Şahid2 özünə məxsus ağ rəngli “VAZ 2106” markalı avtomobilini kafenin arxa tərəfinə, yəni Babəkin yanına sürdüyünü və tanımadığı şəxslərin Babəki həmin avtomobilə mindirərək oradan uzaqlaşdıqlarını gördüm. Bundan təxminən on-beş iyirmi dəqiqə sonra polis əməkdaşları həmin kafeyə gəlmiş və onların deməsindən Babəkin xəstəxanaya aparılarkən yolda vəfat etdiyi ona məlum olmuşdur. Onu da bildirmək istəyir ki, hadisə vaxtı onun özü ayaqyolunda olduğuna görə hadisənin necə baş verdiyini görməmişdir. Lakin, Babək kafeyə daxil olan zaman sonuncu çətinlikdə də olsa sərbəst hərəkət etmiş və ondan nə baş verdiyini soruşduqda Babək ona Təqsirləndirilən şəxs2 onu bıçaqla vurduğunu bildirmişdir. Onu da bildirmək istəyir ki, hadisədən sonra Arazla söhbət edən zaman ona məlum olmuşdur ki, Araz kafeni bağlayacağını dedikdən sonra Təqsirləndirilən şəxs2 özü masanın arxasından durmadan heç kəsin kafeni bağlaya bilməyəcəyini deyərək Araza hədə-qorxu gəlmiş, həmin Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq Arazdan nə baş verməsini soruşmuş, lakin Babəkin onların söhbətinə qarışması Cabirin xoşuna gəlməmiş və Cabir Babəklə mübahisə etməyə başlamışdır. Sonra isə Cabirin qardaşı Cavid də mübahisəyə qoşularaq Babək kafedən çıxıb getmək istəyərkən sonuncunun üstünə hücum edərək onunla dalaşmağa başlamış və həmin vaxt Cabir də davaya qoşularaq özündə olan hansısa bıçaqla Babəki vurmuşdur. Həmin vaxt orada olan həmkəndlisi Şahid1 onları ayırdıqdan sonra Babək kafeyə qaçmışlar. Lakin, Cavid Babəklə yenə dalaşmaq üçün kafeyə hücum etmiş və qapını aça bilmədiyinə görə kafenin pəncərəsini vurub sındırmışdır. Onu da bildirmək istəyir Babək kafenin içərisinə keçdikdən sonra da o, kafenin qarşısı tərəfdən səsə-küy gəldiyini eşitmiş, lakin Babəkə köməklik etmək üçün kafenin arxa qapısından çıxıb onun dalınca getdiyinə görə kafenin qarşısında nə baş verdiyini və Cavidin kafenin pəncərəsini nə zaman qırdığını şəxsən onun özü görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Quba rayonunun Aşağı-Xuc kəndində daimi yaşasa da, Bakı şəhərində yaşayır və mütəmadi olaraq həmin kəndə gəlib-getmişdir. İş üzrə təqsirləndirilən şəxslər Cabir və Təqsirləndirilən şəxs1 qardaşlarını əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamış və onların adlarını sonradan bilmişdir. Mərhum Zərərçəkmiş şəxs2 onun dayısı oğludur və onunla həmişə yaxşı münasibətlərdə olmuşlar. Hadisə ilə bağlı bildirmək istəyir ki, hadisə günü, yəni xx xxxx 2019-cu il tarixdə təxminən saat 23 radələrində Bakı-Quba magistral yolu ilə o, yaşadığı həmin kəndə gələrkən, Aşağı-Xuc kəndində həmin yolun kənarında yerləşən mağazaya girmək üçün maşını mağazanın yanında yerləşən «Dostum» kafesi tərəfdə saxladaraq maşından düşmüşdür. Bu zaman o, həmin kafenin qarşısında iki nəfər tanımadığı şəxsin əlbəyaxa olaraq dalaşdıqlarını və orada olan bir-iki şəxsin onları aralamağa çalışdıqlarını görmüşdür. O, həmin yerə bir qədər yaxınlaşdıqda öz həmkəndlilərindən heç kəsin orada olmadığını görmüş və buna görə də hansısa şəxslərin öz arlarında mübahisələri olmasını zənn etmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, həmin dalaşan şəxslər onların kəndi ilə qonşuluqla yerləşən Aşağı-Atuc kənd sakinləri Cabir və Cavid qardaşları olmuşlar. O, həmin şəxslərə yaxınlaşmayıb mağazaya tərəf getmiş və həmin vaxt mağazanın qarşısında öz həmkəndlisi Şahid6 ilə rastlaşmış və sonuncu ona kiminsə yaranlandığını demiş, o isə Aşağı-Atuc kənd sakinlərinin öz aralarında dalaşdıqlarını düşünmüşdür. Lakin, həmin mağazaya girib siqaret alıb çölə çıxdıqda həmkəndlisi Şahid6 ona yaralanan şəxsin adının Babək adlı şəxs olduğunu ona demişdir. O, həmin yaralanmış şəxsin öz dayısı oğlu Zərərçəkmiş şəxs2 olmasından şübhələnmiş və buna görə də həmin adamın harada olmasını soruşmuşdur. Anar isə Babəkin «Dostum» kafesinin arxası tərəfində olmasını ona demişdir. O, dərhal həmin yerə getmiş və ora çatdıqda Aşağı-Atuc kənd sakini Şahid2 məxsus «VAZ-2106” markalı avtomobilin orada dayandığını, Amilin və iki nəfər tanımadığı şəxsin Babəki yaralı və halsız vəziyyətdə həmin avtomobilə mindirməyə çalışdıqlarını görmüşdür. O, onlara köməklik edərək Babəki avtomobilin arxa oturacağına mindirmiş, özü onun yanında oturaraq, həmin şəxslərlə birlikdə Quba Rayon xəstəxanası istiqamətdə yola düşmüşlər. Onu da bildirmək istəyir ki, avtomobilə mindirdikləri vaxt Babək artıq huşsuz vəziyyətdə olmuş və o, sonuncunun bədəninin soyumağa başladığını hiss etmişdir. Quba şəhəri istiqamətdə yolda gedərkən o, Babəkin nəbzini yoxladıqda sonuncunun nəbzinin vurmadığını və artıq öldüyünü başa düşmüşdür. Buna görə də Amilə avtomobili saxlatmış və həmin vaxt Babəkin qardaşı Şahid7 öz maşınında yolda onlara gəlib çatmış və onlar Babəkin nəbzini bir daha yoxladıqda sonuncunun nəbzinin vurmamasından və bədəninin tam soyuq olmasından onun ölməsini başa düşmüşlər. Bundan sonra onlar öz yollarına davam edərək Babəki Quba rayon xəstəxanasına aparmış və oradakı həkimlər də Babəkin artıq öldüyünü təsdiq etmişlər. Onu da bildirmək istəyir ki, hadisə barədə Şahid2 soruşduqda sonuncu ona onlar «Dostum» kafesinin zalında olan olan zaman Aşağı-Atuc kənd sakinləri Cabir və Cavidin sərxoş vəziyyətdə olmaqla kafedə özlərini pis apardıqlarını, uca səslə danışaraq ünvansız söyüş söydüklərini, kafeni işlədən Arazın onlara yaxınlaşaraq özlərini sakit aparmalarını xahiş etdikdə, Cabirin Arazla kobud formada danışdığını, həmin vaxt Babəkin onlara yaxınlaşaraq özlərini sakit aparmalarını xahiş etdikdə isə, Cabirin Babəklə də kobud danışaraq onların söhbətinə qarışmamasını bildirdiyi, Babək onlara baş qoşmayıb kafedən çölə çıxmaq istəyərkən Cavidin ayağa qalxaraq əli ilə Babəki itələdiyini və sonuncu kafedən çölə çıxarkən onun dalınca qaçıb çölə çıxdığı, bundan sonra Cabirin və kafeni işlədən Arazın da onların arxasınca çölə çıxdıqlarını, özünün isə xəstə olmaqla çətinliklə yeridiyinə görə çölə çıxmadığını, lakin bir neçə dəqiqə sonra Babəkin yaralı vəziyyətdə əli ilə qarnını tutaraq kafeni içərisinə girdiyini və onu Aşağı-Atuc kənd sakini Cabirin bıçaqla vurduğunu, bundan sonra isə Babəkin kafenin arxa qapısından çölə tərəf çıxıb getdiyini ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Quba rayonunun Aşağı-Xuc kəndində yaşayır və mərhum Zərərçəkmiş şəxs2 onun həmkəndlisi olmaqla onunla həmişə yaxşı münasibətlərdə olmuşlar. Təqsirləndirilən şəxslər Cabir və Təqsirləndirilən şəxs1ları isə əvvəllər tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, hadisə günü, yəni xx xxxx 2019-cu il tarixdə təxminən saat 22- 30 radələrində o, yaşadığı kənddə Bakı-Quba magistral yolunun kənarında yerləşən mağazaya ərzaq almağa getmiş və mağazanın yanına çatıqda həmin mağaza ilə yanaşı yerləşən «Dostum» kafesinin giriş qapısının yanında həmkəndlisi, mərhum Zərərçəkmiş şəxs2 öz tanışı Tərlan adlı şəxslə oturacaq stollarında oturaraq pivə içdiklərini, həmçinin Babəkin kiçik qardaşı Şahid7 onlardan bir qədər aralıda dayanıb qardaşı Babəklə söhbət etdiklərini görmüşdür. O, həmin şəxslərlə salamlaşdıqdan sonra, kafenin içərisinə keçmiş və orada piştaxta olan hissədə əllərini yumuşdur. Həmin vaxt kafenin içərisində zalda bir neçə müştərinin olmasını görmüş, onların kim olmasına fikir verməyərək kafenin arxa qapısından çıxaraq artezian quyusu tərəfə getmişdir. Belə ki, belə qərara gəlmişdir ki, mağazaya girməzdən əvvəl yolüstü artezian quyusu olan tərəfə getsin və yaşadıqları evə su gəlmədiyinə görə bunun səbəbini orada olan nəzarətçidən soruşsun. O, kafenin arxa qapısından çölə çıxıb bir qədər irəlilədikdən sonra, kafenin qarşısından bərk səs-küy gəldiyini eşitmiş və buna görə də həmin tərəfə getmişdir. Kafenin qarşısına tərəfdən biri qədər aralıdan keçən zaman o, kafenin qarşısında olan meydançada iki nəfər şəxsin bir-birləri ilə dalaşdıqlarını və bir nəfər şəxsin də onlara tərəf qaçaraq davaya qoşulduğunu görmüşdür. Həmin vaxt o, bir nəfər şəxsin dalaşan adamları aralamağa çalışdığını, həmin şəxslərdən bir qədər aralıda isə bir neçə şəxsin dayandığını görmüşdür. Artıq axşam vaxtı və həmin yer qaranlıq olduğuna görə o dalaşan şəxslərin kimlər olmasını seçə bilməmişdir. Bu zaman o, kənarda olan şəxslərdən kiminsə «Babəki bıçaqla vurdular» deyə qışqırdığını eşitmiş və buna görə də qorxaraq mağazanın yanına qaçmışdır. Sonra isə mağazanın qarşısında həmini mağazanı işlədən Raufa kafenin qarşısında Babək adlı şəxsin bıçaqla vurulduğunu eşitdiyini bildirmişdir. Onu da bildirmək istəyir ki, həmin vaxt mağazanın qarşısında tanımadığı başqa adamlar da olmuş və onlar da kafenin qarşısında dava-dalaş olmasını görmüşlər. Həmin vaxt mağazanın qarşısında öz həmkəndlisi Vasifi görmüş və ona da Babək adlı şəxsin bıçaqlandığını demişdir. O bir qədər mağazanın yanında dayanmış və orada olan şəxslərin deməsindən ona məlum olmuşdur ki, həmin Babək adlı şəxs yaralanmış vəziyyətdə kafenin arxasına tərəf çıxıb getmişdir. Onun özü həmin Babək deyilən şəxsin kim olmasını o zaman bilmədiyi və hadisədən bərk qorxuya düşdüyünə görə həmin kafe tərəfə getməmişdir. Həmin hadisədən təxminən on-beş dəqiqə sonra həmin hadisə yerinə polis əməkdaşları gəlmişlər. O zaman ora toplaşmış adamların deməsindən ona bıçaqlanan şəxsin onun həmkəndlisi Zərərçəkmiş şəxs2 olduğu, sonuncu xəstəxanaya aparılan zaman yolda öldüyünü və Babəklə dalaşan şəxslərin Aşağı-Atuc kənd sakinləri Cabir və Cavid adlı şəxslərin olduğu ona məlum olmuşdur. O, səs-küyə kafenin qarşısına tərəf gəldikdə dalaşan şəxslərin cəmi üç nəfər olmasını görmüşdür. Lakin, dalaşan şəxslərin sifətlərini qaranlıqda yaxşı görə bilmədiyinə görə, həmin vaxt o, onların kimlər olmasını və həmin şəxslərdən birinin öz həmkəndlisi Zərərçəkmiş şəxs2 olmasını bilməmişdir. Dalaşan şəxslər üç nəfər olmaqla onlardan iki nəfər şəxsin bir nəfərə qarşı dalaşdıqlarını və bir nəfər şəxsin isə onları ayırmağa çalışdığını görmüşdür. Həmin vaxt o, dalaşan şəxslərin bir-birlərinin üstünə hücum edərək bir-birlərinə əl-qol atdıqlarını görmüş, lakin birbirlərini necə vurduqlarını qaranlıqda ayırd edə bilməmişdir. Hadisə vaxtı dalaşan şəxslərdən kimin əlində bıçaq olmasını və bıçaqlanan şəxsi, yəni Babəki bıçaqla necə vurmasını görməmişdir. Həmin vaxt o, kənarda dayanmış şəxslərdən kiminsə qışqıraraq “Babəki bıçaqla vurdular” dediyini eşitmiş və buna görə də qorxuya düşərək mağazaya tərəf qaçmışdır. O, həmin hadisəni qısa vaxt ərzində, yəni təxminən bir neçə saniyə ərzində müşahidə etmiş və həmin şəxsin bıçaqlandığını eşidən kimi mağazaya tərəf qaçmış və sonra orada nə baş verdiyini görməmişdir. Onun özü mağazanın yanına qaçıb gəldikdən sonra həmin mağazanın qarşısı tərəfdən səs-küy gəldiyini eşitmiş və həmin səs-küy təxminən beş-altı dəqiqə davam etmişdir. Hadisədən əvvəl, yəni «Dostum» kafesinin qarşısında Babək və sonuncunun qardaşı Sərvərlə görüşüb əllərini yumaq üçün kafenin içərisinə daxil olduqda o, mağazanın giriş qapısının yanında olan masanın arxasında dörd-beş nəfər şəxsin oturub yeyib-içdiklərini, həmçinin bir qədər aralıda olan masanın arxasında da tanımadığı müştərilərin olmasını görmüş, lakin onların kimlər olmasına fikir verməmişdir. Hadisədən əvvəl öz əllərini yumaq üçün «Dostum» kafesinin içərisinə keçən zaman orada masanın arxasında oturmuş şəxslərdən kimlərinsə qumar oynamalarını və masanın üzərinə pul qoyulmasını görməmişdir. O, həmin kafenin içində təxminən bir dəqiqə olmuş və öz əllərini yuduqdan sonra arxa qapıdan çıxıb oradan getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Quba rayonu, Aşağı-Xuc kəndində, Bakı-Quba-Rusiya magistral yolunun kənarında olan “Dostum” kafesinə bitişik mağazanı icarə əsasında işlədir. İş üzrə təqsirləndirilən şəxslər Cabir və Təqsirləndirilən şəxs1ları isə əvvəllər tanıyır, onlarla yaxın münasibətləri olmamış və arlarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Həmin şəxsləri qonşuluqda yerləşən Aşağı-Atuc kənd sakinləri kimi tanıyır, Cabir və Cavid qardaşları mütəmadi olaraq onun işlətdiyi mağazaya gedibgedərək özlərinə lazım olan ərzaq məhsullarını almışlar. Onu da bildirrmək istəyir ki, işlətdiyi mağaza orada həmin magistral yolunun kənarında olan “Dostum” kafesi ilə yanaşı olmaqla eyni cərgədə yerləşir və kafeni işlədən Zərərçəkmiş şəxs1 da öz həmkəndlisi kimi tanıyır və onunla da həmişə yaxşı münasibətlərdə olmuşlar. İşlətdiyi mağaza səhər saat 08:00-dən axşam 23:00 radələrində qədər işləyir. Mərhum Zərərçəkmiş şəxs2 ölümü ilə bağlı baş vermiş hadisə ilə bağlı bildirmək istəyir ki, onun özü həmin hadisənin birbaşa şahidi olmamış, yəni Babəkin necə və kim tərəfindən bıçaqlandığını şəxsən görməmişdir. Həmin hadisə günü, yəni xx xxxx 2019-cu il tarixdə gün ərzində o, işlətdiyi həmin mağazada olmuşdur. Həmin gün təxminən saat 21:22 radələrində Aşağı-Atuc kənd sakini olmaqla «Çinar» ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs2 işlətdiyi mağazaya iki dəfə gələrək pulunu ödəməklə hər dəfə bir ədəd “Kaqor” markalı, 700 ml çaxır alaraq mağazadan çıxıb getmiş və onun həmin mağaza ilə yanaşı yerləşən «Dostum» kafesində öz tanışları ilə yeyib-içdiklərini başa düşmüş, lakin Cabirin kimlərlə yeyib-içdiyi barədə məlumatı yoxdur. Onu da bildirmək istəyir ki, həmin gün baş vermiş hadisəyə qədər ümumilikdə onun işlətdiyi mağazadan cəmi beş ədəd “Kaqor” markalı, 700 ml çaxır alınmışdır. Həmin gün təxminən saat 23 radələrində o, mağazanın çölündən, yəni «Dostum» kafesi tərəfdən qışqırtı və söyüş səsləri eşidərək çölə çıxmışdır. Bu zaman o, «Dostum» kafesinin qarşısında Cabir və Təqsirləndirilən şəxs1 qardaşlarını, Aşağı-Atuc kənd sakinləri Şahid2, Şahid1, Şahid4 olmalarını görmüşdür. Özü işlədiyi mağazanın qarşısı yaxşı işıqlandığı, kafenin qarşısı isə bir qədər alaqaranlıq yer olsa da o, kafenin qarşısında olan meydançada Cavid Əhmədxanovun müxtəlif nalayiq söyüşlər söyərək kafenin giriş qapısına tərəf getmək istədiyini, lakin, qardaşı Təqsirləndirilən şəxs2 onun qarşısını kəsərək Cavidin kafeyə getməsinə imkan vermədiyini və buna görə həmin iki qardaşın öz aralarında dalaşdıqlarını, yanlarında olan şəxslərin isə onları ayırmağa çalışdıqlarını görmüşdür. Həmçinin o, Cavidin öz öz qardaşı Cabirin əlindən çıxaraq kafenin qapısına tərəf qaçdığını, lakin qapı bağlı olduğundan qapını aça bilmədiyini və qışqıraraq qapını açmalarını tələb etdiyini və həmin vaxt kafenin qapısındakı pəncərəni yumruğu ilə vuraraq sındırdığını görmüşdür. Bundan sonra isə Cabir Cavidi tutaraq kafenin həyətinə apardığını və həmin iki qardaşın yenidən öz aralarında dalaşdıqlarını, Cabirin hətta Cavidi yerə də yıxdığını görmüşdür. Həmin müddət ərzində həmin ərazidə olan Hikmət, Rövşən isə onları aralaşdırmağa çalışmışlar. Həmin şəxslərin spirtli içki qəbul etdiklərini bildiyinə görə onun özü onların yanına getməmişdir. Həmin vaxt həmkəndlisi Şahid6 mağazaya tərəf gələn zaman Zərərçəkmiş şəxs2 bıçaqla vurulduğunu ona bildirmişdir. O, Anardan Babəki bıçaqla kimin vurmasını soruşmuş, Anar isə Babəki konkret olaraq kimin vurmasını görmədiyini, ancaq “Babəki bıçaqla vurdular” qışqırıq səsini eşitdiyini ona bildirmişdir. Az sonra o, kafenin qarşısında olan Şahid2 özünə məxsus “VAZ-2106” markalı avtomobili sürərək kafenin arxa tərəfinə getdiyini görmüş və sonuncunun Babəkə köməklik etmək üçün kafenin arxa tərəfinə getdiyini başa düşmüşdür. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və həmin kafeni sahibi Arazın deməsindən ona məlum olmuşdur ki, Babəki Təqsirləndirilən şəxs2 bıçaqla vuraraq ağır xəsarət yetirmiş və sonuncunu xəstəxanaya aparılan zaman ölmüşdür. Onun özü səs-küyə çölə çıxdıqda Təqsirləndirilən şəxs2 əlində bıçaq olmasını görməmişdir. Babəkin bıçaqlanması onun özü mağazadan çıxmazdan bir az əvvəl baş vermişdir. Belə ki, onun özü səsküyə mağazadan çölə çıxan zaman Zərərçəkmiş şəxs2 kafenin qarşısında olmamış və o, yalnız Cabir və Cavid qardaşları öz aralarında mübahisə edərək dalaşdıqlarını görmüş və həmin vaxt Təqsirləndirilən şəxs2 əlində bıçaq olmamışdır. Onu da bildirmək istəyir ki, onun işlətdiyi mağazanın həm içərisində, həm də çöl tərəfində videomüşahidə kameraları mövcuddur və hadisədən sonra Quba rayon prokurorluğunun əməkdaşları gələrək həmin video kameralara baxmış və orada olan video görüntüləri disklərə köçürərək götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2019-cu ildən etibarən Quba RPŞ-nin CAB-in baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində əməliyyat qrupunda olarkən RPŞ-nin növbətçi hissəsinə rayonun Aşağı-Xuc kəndi ərazisində yerləşən “Dostum” kafesində bir nəfər şəxsin bıçaqlanaraq ölməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş həmin məlumatla əlaqədar o, RPŞ-nin təhqiqatçısı Şahid10la birlikdə hadisə yerinə getdikdə kafe sahibi Zərərçəkmiş şəxs1 bıçaqlanan şəxsin Aşağı-Xuc kənd sakini Zərərçəkmiş şəxs2 olmasını, onu bıçaqlayıb öldürən şəxsin isə Aşağı-Atuc kənd sakini Təqsirləndirilən şəxs2 olmasını bilmişdir. Təqsirləndirilən şəxs2 yaxalanması üçün o, Cabirin yaşadığı Quba rayonu, Aşağı-Atuc kəndindəki evinə getmişdir. Həmin vaxt həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 evdə olmuş və onların içkili vəziyyətdə olmalarını görmüşdür. Buna görə də onlar Cabir və Təqsirləndirilən şəxs1 qardaşlarını Quba RPŞ-nə aparmışlar. Hadisə ilə bağlı soruşduqda Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2la aralarında mübahisə yarandığını və onu bıçaqla vurduğunu etiraf etmişdir. Onlar Təqsirləndirilən şəxs2 həmin bıçağın harada olmasını soruşduqda, Təqsirləndirilən şəxs2 öz cibindən dəstəyi qəhvəyi rəngli, qatlanan cib bıçağını çıxararaq hadisəni həmin bıçaqla törətdiyini bildirərək həmin bıçağı könüllü olaraq ona təqdim etmişdir. Həmin bıçaq qablaşdırılaraq möhürlənib onun tərəfindən götürülmüşdür. Bu barədə onun tərəfindən müvafiq protokol tərtib edilmişdir. Hadisə barədə Quba rayon prokurorluğuna məlumat verildiyi və prokurorluğun əməkdaşları artıq hadisə yerində olduqlarına görə o, Şahid9 ilə birlikdə hadisə yerinə getmiş və həmin bıçağı hal şahidlərinin iştirakı ilə Quba rayon prokurorluğunun müstəntiqinə təqdim etmişdir. Hadisə ilə bağlı onun özü ilkin araşdırma aparmamış və hadisə ilə bağlı Cabir və Təqsirləndirilən şəxs1 qardaşlarını geniş sorğusual etməmişdir. Buna görə də hadisənin hansı şəraitdə və necə baş verdiyi barədə geniş məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, xx xxxx 2019-cu il tarixdə növbədə olarkən Quba RPŞ-nin növbətçi hissəsinə daxil olmuş həmin məlumatla əlaqədar olaraq hadisə yerinə getdikləri, hadisənin Aşağı- Atuc kənd sakini Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyini öyrəndikdən sonra sonuncunun yaşadığı evə gedərək Cabir və Təqsirləndirilən şəxs1ları Quba RPŞ-yə dəvət etdikləri, Təqsirləndirilən şəxs2 mərhum Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirdiyi və cinayətin aləti olan bir ədəd açılıb-qatlanan cib bıçağını könüllü olaraq onlara təqdim etdiyini, həmin bıçağın qablaşdırılıb möhürlənib götürülüdüyü və bundan sonra istintaq orqanına orqanına təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Quba rayonunun Aşağı-Atuc kəndində yaşayır. O, özünə məxsus «VAZ-2106» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Mərhum Zərərçəkmiş şəxs2 əvvəllər tanımış və sonuncunun qonşu Aşağı-Xuc kəndindən olmasını bilmiş və əvvəllər 2-3 dəfə taksi sürücüsü kimi onu yaşadığı evə apararaq düşürmüşdür. Baş verən hadisə ilə əlaqədar bildirmək istəyir ki, hadisə günü, yəni xx xxxx 2019-cu il tarixdə saat təxminən 22 radələrində o, Aşağı-Xuc kəndində yerləşən “Dostum” adlanan kafeyə pivə içmək məqsədi ilə getmişdir. Kafeyə girdikdə həmkəndliləri Cavidin, sonuncunun qardaşı “Çinar” ləqəbi ilə tanınan Cabirin və Rövşənin kafedə olduğunu görmüşdür. Kafenin çöl sahəsində, yəni kafenin bağında da tanımadığı müştərilər olmuşdur. O, kafeyə girən zaman Cavid və sonuncunun qardaşı Cabirin kafeyə girən kimi yerləşən piştaxtanın yanındakı masada Rövşənlə birlikdə çaxır içdiklərini görmüş və onlarla bir masanın arxasında əyləşmişdir. Həmin vaxt digər həmkəndlisi Hikmət onların masasının yanında ayaqüstə olmuş və arxa qapıdan ayaqyoluna gedəcəyini deyərək onlardan aralanmışdır. Təxminən 10-15 dəqiqə sonra digər həmkəndlisi Tərlan kafeyə girərək onlarla bir masanın arxasında oturmuşdur. Tərlan onların yanında oturduqdan sonra kafenin giriş hissəsindəki masaya iki bakal pivə sifariş vermiş və həmin vaxt o, Tərlanın sifariş verdiyi masada Babəkin olmasını görmüş, lakin onların nə vaxt gəlməsinə fikir verməmişdir. Tərlan sifarişi verdikdən sonra isə ayaqyoluna çıxıb getmişdir. Bu zaman artıq Cavid və Cabir sərxoş olmaqla ucadan danışaraq əllərini masaya vuraraq və yüksək səs tonu ilə söyüşlə danışaraq kafedə olan digər şəxslərə hörmətsizlik etməyə başlamış və həmin vaxt Cabir stəkanlardan birini də yerə salaraq qırmışdır. Bu zaman kafeni işlədən Araz onlara yaxınlaşaraq «daha gecdir, kafeni bağlayıram, zəhmət olmasa durun» demişdir. Cabir isə Araza «mən haçan getsəm onda bağlayarsan, sən kimsən ki mənim durmağımı deyirsən, məni bu stoldan durğuzan oğlan hələ anasından olmayıb. Qolunun yoğunluğuna güvənirsən sən. Ağıllı ol, Araz başın ağrımasın.» deyərək Araza hədə-qorxu gəlmiş, lakin Araz Cabirin sərxoş olduğunu bilib ona cavab qaytarmamışdır. Bu zaman Babəkin əyləşdiyi masa ilə onların masası arasındakı məsafə az olmuş və Babək onların söhbətini eşitmişdir. X15 mübahisə etdiyini görüb kafenin içərisinə girərək Arazdan nə baş verməsini soruşmuşdur. Araz Babəkin həmkəndlisi olduğu və Cabirin Araza etdiyi hörmətsizliyə görə ona dəstək olmaq üçün Arazın yanına gəlmiş, lakin Araz ona narahat olmamasını demiş, Cabir və Cavid qardaşlarının kafedəki özbaşınalığı barədə gileylənməmişdir. Həmin vaxt Babək Cabirdən və Caviddən nə baş verməsini də soruşmamışdır. Həmin vaxt Babək Cabirə və Cavidə «eləməyin, gecdir, yaxşı deyil, imkan varsa bir qədər sakit olaq, hörmətsizlik etməyək» demişdir. Cabir isə Babəkə «sənlik deyil, sən çıx çölə, sən niyə bizim söhbətə qarışırsan» demiş, Babək isə Cabirin sərxoş olmasını görərək heç nə demədən çölə çıxmaq istəyərkən Cavid ayağa qalxaraq əli ilə Babəki itələmişdir. Bu zaman Cavid də Babəkə «sən bizim söhbətə niyə qarışmalısan ki» demişdir. Həmin vaxt Cabir isə öz qardaşı Cavidin boğazından tutaraq masanın arxasına doğru itələmiş və «sən bizim söhbətə qarışma» demişdi. Babək bu zaman çölə çıxmaq istəyərkən Cavid də onun arxasınca gedib vurmaq istəsə də, yerə yıxılmış və qalxaraq yenidən Babəkin arxasınca çölə çıxmışdır. Bundan sonra Cabir və Araz da onların arxasınca çölə çıxmışdır. Onu da bildirmək istəyir ki, onun özü parkinson xəstəsi olduğu üçün çətinliklə yeriyir, başı isə durmadan əsir. Buna görə də o, kafedən çölə çıxmamışdır. Bir neçə dəqiqə sonra Babək əli ilə qarnını tutmuş halda kafeyə girmiş və o, Babəkin paltarlarının qana bulaşmış olduğunu görmüşdür. Bu zaman Araz da kafeyə içəri girərək kafenin giriş qapısını bağlamışdır. Həmin vaxt Tərlan ayaqyolundan gələrək Babəkin qan içində olmasını görən zaman Babək Tərlanın qucağına yıxılmış, Tərlan isə dəsmalı götürərək Babəkin qarın nahiyəsindəki yarasını tutmuşdur. Həmin vaxt Babək Tərlana demişdir ki, «Cabir məni bıçaqladı» və onun özü Babəkin həmin sözlərini şəxsən eşitmişdir. O, Babəkin çoxlu qan itirdiyini görüb «bunu dərhal xəstəxanaya aparmaq lazımdı” deyərək qışqırmış və kafedə olan şəxslərə «Babəki yola çıxarın mən avtomobilimi döndərib onu xəstəxanaya aparım” demişdir. Tərlan isə Babəki çətinliklə kafenin arxa tərəfinə bağ olan hissəsinə çıxarmışdır. Bundan sonra onun özü kafedən çölə çıxaraq özünə məxsus ağ rəngli, **-BN-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106» markalı avtomobili Babək olduğu yerə sürmüş və iki nəfər tanımadığı şəxs Babəki onun avtomobilinə qoymuş və o, dərhal avtomobili Quba rayon xəstəxanası istiqamətdə sürmüşdür. Yolda idarə etdiyi avtomobildə olan, adlarını bilmədiyi şəxslər Babəkin artıq öldüyünü ona bildirmiş və təxminən on dəqiqə sonra onlar xəstəxanaya çatmışlar. Həmin şəxslər kafedən çöldə mübahisə etdikləri, özü isə kafenin içərisində olduğundan Babəki dəqiq kimin vurduğunu görməmişdir. Lakin, çöldən gələn qışqırıq səslərindən və Babək içəri girən zaman “Cabir məni bıçaqladı” deməsindən Babəki bıçaqla vuranın Cabir olduğunu başa düşmüşdür. Mübahisəni ən çox qızışdıran isə Cavid olmuşdur. Elə kafenin girişində əlbəyaxa dava da Cavidlə Babək arasında baş vermişdir. Mübahisə zamanı kafedə Araz və Babək, onları oturduqları masanın arxasında onun özü, Rövşən, Cabir və Cavid qardaşları olmuşlar. Həmin vaxt kafedə tanımadığı digər müştərilər də olmuşdur. Təqsirləndirilən şəxs2 üzərində bıçaq olması barədə əvvəlcədən məlumatı olmayıb. Mübahisə zamanı da o, Cabirin bıçağı necə çıxarmasına fikir verməmişdir. Cabir kriminal həyat tərzinə meylli insan olmuş və məhkumluq həyatı da yaşamışdır. Ola bilsin ki, elə buna görə də Cavid həmişə üzərində bıçaq gəzdirmişdir. Mübahisə zamanı Cabir və Cavid hədsiz sərxoş vəziyyətdə olmuşlar. Zərərçəkmiş şəxs2 bıçaqlanıb içəri girən zaman Araz qapını bağladıqdan sonra o, Cavidin qapıya hücum edərək yumruq və təpiklə qapıya zərbə endirə-endirə iki-üç dəfə “aç qapını Araz, onu öldürəcəm” deyərək Babəkin ünvanında nalayiq sözlər işlətməsini eşitmişdir. Əvvəllər Cabir və Təqsirləndirilən şəxs1lar ilə Zərərçəkmiş şəxs2 arasında düşmənçilik, ədavət və münaqişə olmamış, Babək ümumiyyətlə problem axtarmayan, yaxşı insan olmuşdur. Cabir və Təqsirləndirilən şəxs1 isə kənddə problemli adam kimi tanınmışlar. (cild 1, iş vər. 147-151). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Quba rayonunun Aşağı-Atuc kəndində yaşayır. Mərhum Zərərçəkmiş şəxs2 hadisə gününə qədər tanımamış, hadisədən sonra onun qonşu Aşağı-Xuc kəndində yaşadığını bilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləri olmaqla onun bibisi oğullarıdır və onlarla münasibəti normal olmuşdur. Hadisə günü, yəni xx xxxx 2019-cu il tarixdə saat 18 radələrində o, digər bibisi oğlu Hikmət ilə birlikdə Aşağı-Xuc kəndində yerləşən “Dostum” kafesinə getmiş və orada ümumi zalda girən kimi piştaxtanın yanında olan birinci masada ikisi oturaraq həmin kafeyə bitişik mağazadan əvvəlcədən aldıqları bir ədəd “Kaqor” markalı, 700 ml çaxırı içməyə başlamışlar. Onlar kafeyə gələn zaman artıq bibisi oğlu Cabir kafenin ümumi zalının axırıncı masasında Aşağı- Atuc kənd sakini Şahid2 ilə oturmuş və onlar Cabirgillə uzaqdan salamlaşmışlar. Həmin vaxt kafedə həmçinin tanımadığı müştərilər də olmuşdur. Onlar birlikdə çaxır içən zaman Cabirin qardaşı Cavid də həmin kafeyə gəlmiş və onlarla salamlaşaraq onlarla bir masanın arxasında oturmuşdur. Həmin gün saat 20 radələrində Cavid gələn zaman onlar artıq bir butulka çaxırı içib qurtardıqlarına görə Hikmət əlavə bir butulka da “Kaqor” markalı, 700 ml çaxır almış və onlar üç nəfər həmin çaxırı içməyə başlamışlar. Saat 22 radələrində Cabir və həmkəndliləri Amil də onlarla bir masanın arxasında oturmuşlar. Həmin vaxt çaxırı içib qurtardıqlarına görə Hikmət mağazaya gedərək əlavə olaraq bir ədəd də “Kaqor” markalı, 700 ml çaxır almış və onlar beş nəfər həmin çaxırı da içib qurtarmışlar. Həmin vaxt Cabir və Cavidin kafedəki müştəriləri saymaması, əllərini masaya vuraraq danışması, səs-küy salaraq ucadan danışması, stəkan qırması və sair onun xoşuna gəlməmiş və o, problem yaranacağından ehtiyat etmişdir. Həmin vaxt Hikmət bir stəkan çaxır içdikdən sonra ona ayağı ilə işarə edərək durmaq istədiyini bildirmiş və yalandan ayaqyoluna getdiyini deyərək arxa qapıdan çıxaraq getmişdir. O, Hikmətin Cabir və Cavidin hərəkətlərinə görə masadan durub getdiyini başa düşmüş və özü də durub getmək istəmişdir. Lakin, eyni vaxtda Hikmətlə duracağı təqdirdə Cabirin və qardaşı Cavidin başa düşəcəyindən ehtiyatlanmışdır. Həmin vaxt o, Tərlanın çöldə Babək ilə birlikdə qapının ağzında oturaraq pivə içdiklərini görmüş və Tərlan kafeyə girərək onlarla salamlaşmış, sonra isə Cabirin deməsinə görə Tərlana yandakı mağazaya gedərək bir butulka da çaxır almış, bundan sonra onun özü, Cavid, Cabir həmin çaxırı içmiş, lakin Amil və Tərlan isə həmin çaxırdan içməmişlər. Bir qədər sonra Tərlan da ayaqyoluna gedəcəyini deyərək arxa qapıya çıxmış və həmin vaxt masanın arxasında dörd nəfər, yəni onun özü, Cavid, Cabir və Amil qalmışlar. Bu zaman kafeni işlədən Aşağı-Xuc kənd sakini Araz onlara yaxınlaşaraq kafeni bağlamaq istədiyini, gec olduğunu və buna görə də durmaqlarını xahiş etmişdir. O, başa düşmüşdür ki, Cabir və Cavidin hərəkətləri kafe sahibi Arazın da xoşuna gəlməmiş və buna görə də kafeni bağlamaq istədiyini deyir. Həmin vaxt Cabir Araza “durmuram, mən nə vaxt dursam kafe o zaman bağlanacaq. Qolunun yoğunluğuna güvənirsən sən. Ağıllı ol, məni bu kafedən heç kim durğuza bilməz» demişdir. Araz isə Cabiri sakitləşdirərək “eybi yox, olsun, oturun, sonra durarsınız, ancaq imkan varsa biraz sakit olaq” demişdir. Həmin vaxt Cavid də ayağa qalxaraq Arazla buna görə mübahisə etməyə başlamış, lakin Araz Cavidin də sərxoş olmasını görüb ona da oturmalarını demişdir. O, Arazın Cabir və Cavidin sərxoş olduqlarına görə problem yaranacağından çəkinərək onlara baş qoşmaq istəmədiyini başa düşmüşdür. Onu da bildirmək istəyir ki, masanın arxasında səs-küy salan və problem yaradan şəxslər Cabir və Cavid olmuşlar. Həmin vaxt Babək oturduğu kafenin giriş qapısı tərəfdən içəriyə daxil olaraq onlar oturduqları masaya yaxınlaşmış və Arazdan nə baş verməsini soruşmuş, Araz isə ona narahat olmamasını demişdir. Onu da bildirmək istəyir ki, Babəki oturduğu yerlə onların masası arasında məsafə təxminən 2-3 metr olmuş və belə hesab edir ki, Babək Cabir və Cavidin Araza hədə-qorxu gəlmələrini eşitməmişdir. Babək həmin vaxt «gecdir, yaxşı deyil, eləməyin, niyə səs-küy salırsınız» dedikdə Cabir ayağa qalxaraq əli ilə Babəki sinəsindən itələmiş, Babək də Cabiri əli ilə itələmişdir. Həmin vaxt Cavid də ayağa qalxmış və Babəkə onlara sakit olmaları deməsinə görə irad bildirmişdir. Cabir isə qardaşı Cavidə «sən mənim söhbətimə qarışma» demişdir. Lakin, Cavid qardaşı Cabirə qulaq asmayaraq Babəkin sinəsindən əli ilə vurmuş, Babək də bu zaman Cavidi əli ilə itələmiş və Cavid sərxoş olduğundan müvazinətini itirərək yerə yıxılmışdır. Babək bu zaman çölə çıxmışdır. Cavid isə yerdən qalxaraq Babəkin arxasınca çölə qaçmışdır. Cavid Babəki kafenin girişində tutmuş və onlar kafenin girişində əlbəyaxa olmuşlar. Bu zaman onun özü tez çölə qaçaraq onları ayırmağa və Cavidi sakitləşdirməyə çalışmışdır. Lakin, Cavid sərxoş olduğundan onu ayıra bilməmişdir. Həmin vaxt Cavid Babəkə necə gəldi müxtəlif yerlərinə zərbələr endirmişdir. Belə ki, Cavid hər iki əli ilə Babəkin çiyinlərindən yapışaraq ona zərbələr endirir, o isə Cavidi Babəkdən ayırmağa çalışsa da onu ayıra bilməmişdir. Bu zaman o, Cabirin davaya qoşulduğunu görmüş, lakin Cabirin Babəki bıçaqla vurmasını görməmişdir. Cabir və Cavid Babəkə qarşı dalaşmış və hər iki qardaş necə gəldi əl və ayaq ilə Babəkə zərbələr endirmişlər. Onun başı həmin vaxt hər iki qardaşı Babəkdən ayırmağa qarışmışdır. Bir neçə saniyə sonra Babək qarnını tutaraq “Ay Allah öldüm” demiş və o, nə baş verdiyini bilməmişdir. Bundan sonra bir neçə saniyə ərzində Cabir və Cavid davaya davam etmiş və bir neçə saniyə o, onları ayırmış və Babək əli ilə qarnını tutmuşdur. Bu zaman o, Babəkin qarın nahiyəsinin qan içində olmasını görmüş, Cabirin əlində bıçaq olmasını görməsə də, Babəkin qarnını tutmasından və çoxlu qan gəlməsindən başa düşmüşdür ki, Cabir Babəki bıçaqlayıb. Cabir davaya qoşulduqdan sonra onlar 10-12 saniyə ərzində dalaşmışlar. O, macal taparaq onları ayıra bildikdən sonra isə Babək qarnını tutaraq Arazla birlikdə kafeyə girmiş və Araz kafenin giriş qapısını içəridən bağlamışdır. Cavid Babəkin arxasınca getmək istədiyi və kafeyə tərəf qaçdığına görə, Cabir və Cavid əlbəyaxa olub dalaşmağa başlamışlar. Onun özü isə Cavidi dartaraq sonuncunun Babəkin arxasınca getməsinə imkan verməməyə çalışmışdır. Həmin vaxt Cabirin isə artıq hirsi soyumuş, Cavid isə kafenin qapısını təpiklə və yumruqla vuraraq qapının açılmasını tələb etmiş, həmçinin «aç qapını, onu öldürəcəm» sözlərini demiş, sonra isə kafenin pəncərəsini yumruğu ilə vuraraq sındırmışdır ki, qapını açsınlar. Lakin, Cavid kafeyə içəri girə bilməmiş və Cabir qardaşı Cavidi dartaraq Babəkin arxasınca getməsinə icazə verməmişdir. Həmin vaxt Cavid və Cabir əlbəyaxa olaraq bir-birinizə yumruqla müxtəlif zərbələr endirmişlər. Həmin vaxt onların dalaşmasını ərazidə olan digər şəxslər də görmüşlər. Cavid Babəkin ünvanına söyüş söyərək qapının açılmasını tələb etmiş və o, başa düşmüşdür ki, Cavid Babəki yenə vurmaq istəyir, lakin giriş qapısı bağlı olduğundan Cavid kafeyə girə bilməmişdir. Həmin vaxt Cavidin hərəkətlərindən başa düşmüşdür ki, X16 bıçaqlamasını bilsə də, öz hərəkətlərinə davam edərək ona əlavə zərbələr endirmək istəyir. Çünki, Babəki aralayan zaman sonuncu əli ilə qarnını tutmuş, həmçinin “Ay Allah öldüm” demiş və qarın nahiyəsi qan içində olmuşdur. Daha sonra Hikmət onların yanına gəlmiş və həmin vaxt Cabir və Cavid yenə əlbəyaxa olduqlarına görə o, onları ayırmışdır. Bundan sonra Amil özünə məxsus ağ rəngli “VAZ- 2106” markalı avtomobilində kafenin arxa tərəfindən Babəki götürərək xəstəxanaya aparmışdır. Daha sonra o, Hikmətlə birlikdə həmin yerdən uzaqlaşmış, Cabir və Cavid qardaşları da yaşadıqları kəndə tərəf getmişlər. Həmin gün təxminən saat 24-00 radələrində o, Babəkin öldüyünü eşidib bilmişdir. Bir daha bildirir ki, o, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 bıçaqla vurmasını görməmişdir. Cabir davaya qoşulana qədər isə Babək bıçaqlanmamışdır. Hadisəyə qədər Təqsirləndirilən şəxs2 üzərində bıçaq olması barədə onun özünün məlumatı olmamışdır. Zərərçəkmiş şəxs2la Cabir və Təqsirləndirilən şəxs1lar arasında əvvəllər hər hansı bir problem, dava-dalaş və ya düşmənçilik olmamışdır. (cild 1, iş vər. 189-195). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Quba rayonunun Aşağı-Atuc kəndində yaşayır. xx xxxx 2019-cu il tarixdə qətlə yetirilmiş Zərərçəkmiş şəxs2 hadisə baş verən günə qədər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 tanıyır və sonuncu onun xalası oğludur. Baş vermiş hadisə ilə əlaqədar bildirir ki, xx xxxx 2019-cu il tarixdə təxminən saat 19 radələrində o, yaşadığı Aşağı-Atuc kəndində öz dayısı oğlu Şahid1 ilə rastlaşdıqdan sonra yeyib-içmək üçün Aşağı-Xuc kəndində yerləşən “Dostum” kafesinə getmişlər. Kafeyə girməmişdən əvvəl kafenin yanındakı mağazadan üç ədəd “Kaqor” markalı 700 ml çaxır almışdır. Kafeyə girən zaman kafenin sonundakı masada “Çinar” ləqəbi ilə tanınan xalası oğlu Cabirin pivə içdiyini görərək onunla salamlaşaraq özləri başqa bir masanın arxasında əyləşmişlər. Təxminən bir saat sonra, yəni 21 radələrində Cabirin qardaşı Cavid həmin kafeyə gəlmiş və onlarla bir masanın arxasında oturmuş, daha sonra Cabir də onların masasının arxasında oturmuş və onlar aldığı çaxırları içib qurtarmışlar. Həmin vaxt öz həmkəndlisi Tərlan və sonradan adının Babək olduğunu bildiyim şəxs də həmin kafeyə gəlmiş və Tərlan kafenin yaxınlığındakı mağazadan bir butulka çaxır alaraq onları qonaq etmişdir. Onun özünün Cabir ilə münasibəti yaxşı olmadığına görə onlarla bir stəkan çaxır içdikdən sonra o, Rövşənə işarə edərək kafenin arxa qapısından çölə çıxmış və arxa yolla kəndə gedən zaman səs-küy eşitmişdir. Cavid və Cabirin problemli adamlar olduqlarına görə o, onların Rövşənlə dalaşa biləcəyini ehtimal etdiyinə görə geri qayıtmışdır. Bu zaman o, kafenin qarşısına səs gələn tərəfə gəldikdə o, Rövşənin Cabirə «Babəki öldürdün» dediyini eşitmişdir. Həmin vaxt o, yerdə qan olduğunu, Cavidlə Cabirin əlbəyaxa dalaşdıqlarını görmüşdür. Sonra isə Cabirgil sakitləşmişlər. O, Rövşəndən nə baş verməsini soruşduqdan sonra Rövşən ona Cabirin bıçaqla Babəki vurmasını bildirmişdir. Həmin vaxt Cavid də çox sərxoş vəziyyətdə olmaqla sonucunun təkidlə kafenin giriş qapısına yaxınlaşaraq içəri girmək istədiyini, lakin qapı bağlı olduğundan içəri girə bilmədiyini və əsəbləşərək yumruğu ilə pəncərənin şüşəsinə bir dəfə vuraraq pəncərənin şüşəsi qırdığını görmüşdür. Daha sonra onlar sakitləşmiş, onun özü isə Quba şəhərinə çıxıb getmişdir. Onun özü Babəkin kiminlə dalaşmasını, onu kimin öldürməsini görməmiş, səs gələn tərəfə gələn zaman kafenin girişində Rövşənin Cabirə "Babəki öldürdün” deməsini eşitmişdir. Həmin vaxt yerdə qan ləkələri olmuş və o, başa düşmüşdür ki, dava Babək ilə Cabirin arasında olub və Cabir Babəki vurmuşdur. O, onlara yaxınlaşan zaman Cabirin əlində bıçaq olmasını görməmişdir. Hadisədən sonra eşitmişdir ki, Cabir və Cavid səs-küy saldığına görə Araz kafeni bağlamaq istədiyini dedikdə mübahisə baş vermiş və Arazın haqlı iradına dəstək verdiyinə görə Cabir Babəki bıçaqlayaraq öldürmüşdür. Mübahisə zamanı o, Cabir və Cavidin hədsiz dərəcədə sərxoş olmalarını görmüşdür. Onun özünün Cabirgillə münasibəti olmamış və onların sərxoş olmasına görə duraraq kafedən çıxaraq getmişdir. Cabir və Təqsirləndirilən şəxs1 onlar əyləşdikləri masanın arxasında oturduqları vaxt, səhv etmirsə kafedə digər müştərilər də olmuşdur. (cild 1, iş vər. 196-199). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Quba rayonunun Aşağı-Xuc kəndində yaşayır. Onun özü Quba rayonu, Aşağı Xuc kəndində yerləşən “Dostum” kafesini icarə əsasında işlədir. Bildirmək istəyirəm ki, kafe ilə üzbəüz yolun digər tərəfi Aşağı-Atuc kəndidir. Kafe isə Aşağı-Xuc kəndi ərazisində yerləşir. Kafedə bir ümumi zal, iki kabinet, bir mətbəx, bir piştaxta vardır. Kafeni tək özü işlədir. Ümumi zalda beş ədəd stol vardır. xx xxxx 2019-cu il tarixdə saat 20-21 radələrində Aşağı-Atuc kənd sakini «Çinar» deyə çağırdıqları Təqsirləndirilən şəxs2 kafeyə tək gələrək ümumi zalda oturmuş və zalın axırıncı masasında tək oturaraq iki bakal pivə sifariş etmiş və həmin pivələri içmişdir. Cabir kafeyə gəldikdən bir qədər sonra Quba rayonu, Aşağı-Atuc kənd sakinləri Rövşən və Hikmət gələrək kafenin giriş qapısı ilə üzbəüz, piştaxtaya ən yaxın masada əyləşmiş, Rövşən və Hikmət özləri ilə “Kaqor” markalı, 700 ml çaxır gətirmiş və çaxırı içməyə başlamışlar. Bir qədər sonra Aşağı-Atuc kənd sakini, Cabirin qardaşı Cavid gələrək Rövşən və Hikmət əyləşən masada oturmuş və birlikdə çaxır içməyə başlamışdır. Bildirmək istəyir ki, işlətdiyi kafedə spirtli içki kimi ancaq pivə verilir. Bir qədər sonra Cabir öz masasından duraraq qardaşı Cavidgilin masasının arxasında əyləşmişdir. Cabir oturduqdan sonra isə Aşağı-Atuc kənd sakini Amil də gələrək onların masasında əyləşmiş və ümumilikdə onların masasında beş nəfər adam oturmuşdur. Bu zaman masanın piştaxtaya yaxın olan tərəfində Cabir və Amil, onlarla üzbəüz isə Rövşən və Hikmət oturmuş, Cavid isə masanın kafenin arxa qapısına olan tərəfində oturmuşdur. Stolda “Kaqor” markalı, 700 ml çaxır olmuşdur. Bildirmək istəyir ki, ümumilikdə orada əyləşən şəxslər beş ədəd “Kaqor” markalı, 700 ml çaxır içmişlər. Çaxırı birinci Rövşən və Hikmət gələndə gətirmiş, sonradan Cabir özü də kafenin yan tərəfində olan mağazaya gedərək eyni çaxırdan almışdır. Saat 22 radələrində Aşağı-Xuc kənd sakini Zərərçəkmiş şəxs2 və Aşağı-Atuc kənd sakini Şahid3 kafeyə gəlmiş və onlar kafenin giriş qapısı ilə qapıya qalxan pilləkən arasında olan stolda əyləşərək iki bakal pivə və bir qab da noxud sifariş edərək pivə içməyə başlamışlar. Daha sonra Babək və Tərlan iki bakal da əlavə pivə sifariş verdi və onu da içmişlər. Bu zaman Rövşən, Hikmət, Cabir, Cavid və Amil də öz masalarında çaxır içmişlər. Həmin vaxt Babəkin qardaşı Sərvər öz avtomobili ilə kafenin qarşısında olmuş Babəklə söhbət etmişlər. Həmin vaxt kafedə iki nəfər tanımadığım əlavə müştəri olmuş və onlar da pivə içmişlər. Bir qədər sonra Sərvər getmişdir. Bundan sonra Tərlan əlavə iki bakal da pivə sifariş verən zaman Cabir Tərlanı görərək öz masalarına dəvət etmişdir. Onun özü pivəni süzənə qədər Tərlan da onların masasında Cabir, Cavid, Amil və Rövşən ilə birlikdə əyləşmişdir. Belə ki, həmin vaxt artıq Hikmət onların masasından qalxaraq kafenin arxa qapısından çıxaraq getmişdir. Tərlan da onun yerində, yəni Cabir ilə üzbəüz əyləşmişdir. Onun özü pivəni süzüb qurtardıqdan sonra onu Babəkin oturduğu yerə, yəni kafenin giriş qapısı ilə pilləkən arasında olan stola qoymuşdur. Həmin vaxt Babək Tərlanı çağırmışdır ki, pivələri içsinlər, Tərlan isə «indi gəlirəm» demişdir. Həmin vaxt Cabir və Cavid çoxlu içki qəbul etdiklərində artıq söyüşlə danışır, əllərini masaya vuraraq səs tonunu qaldıraraq yüksək səslə danışır, digər müştərilərə hörmətsizlik edirdilər. Hətta stəkanlardan birini də Cabir yerə salaraq qırmışdır. Bu zaman Tərlan da onların masasından qalxaraq kafenin arxa qapısından çıxaraq ayaqyoluna tərəf getmişdir. Onun özü Cabirin və qardaşı Cavidin sərxoş olmasına görə problem yarada biləcəklərindən çəkindiyinə görə onların masasına yaxınlaşaraq yalandan «kafeni artıq bağlayıram, xahiş edirəm durun, artıq gecdir, mən də yorulmuşam, evə getmək istəyirəm» demişdir. Onu da bildirmək istəyir ki, işlətdiyi kafe Bakı-Quba-Rusiya magistral yolunun kənarında yerləşdiyindən normalda səhərə qədər kafeni işlədir. Çünki gecələr yük avtomobilləri sürən şəxslər də avtomobili saxlayıb kafeyə gəlmiş və adətən kafe müştərisiz olmamışdır. Onu da bildirmək istəyir ki, Cabir və qardaşı Cavid səs-küy salmasaydılar o, kafeni həmişə olduğu kimi səhərə qədər işlədəcəkdi. Onlara kafeni bağlayacağını dedikdən sonra Cabir ayağa qalxaraq «bu kafeni mən durmadan heç kim bağlaya bilməz. Məni burdan durğuzan oğlan hələ anasından olmayıb, sən qolunun yoğunluğuna güvənirsən. Ağıllı ol üstümə gəlmə başın ağrıyar” kimi ifadələr işlədərək ona hədə-qorxu gəlmiş və onun adi sözünə belə dava çıxarmağa çalışmışdır. O isə Cabirdən, nə də qardaşı Caviddən qorxmamış və çəkinməmiş, sadəcə olaraq onların sərxoş olmalarına görə və xırda şeydən problem yaradacaqlarını bilərək fikirləşmişdir ki, onları yola versin. Buna görə onlara demişdir ki, «olsun qardaş, eybi yox oturun, ancaq biraz sakit olaq ki, bir-birimizə hörmətsizlik etməyək». Onun Cabirin sözü ilə razılaşaraq kafeni bağlamamağı və ona oturmağa icazə verməyi Cabirin xoşuna gəlmişdir. Həmin vaxt Babək kafenin giriş qapısı ilə pilləkən arasındakı stulda oturaraq pivə içmişdir. Cabir oturduğu masa ilə Babəkin oturduğu masa arasında məsafə təxminən metr olmaqla həmin vaxt Babək onun Cabirlə olan danışığını eşitmiş və onun yanına gələrək «nə olub Araz. Nə baş verib, nə səs-küydür» demişdir. Babək onun həmkəndlisi olmaqla onu müdafiə etmək, ona dəstək olmaq və ona qarşı edilən haqsızlığa cavab vermək üçün ondan nə baş verdiyini soruşmağa gəlmişdir. O isə Babəkə heç nə olmadığını, narahat olmamasını demişdir. O, Cabir və Cavidin hər ikisinin sərxoş olmasını görmüş, əgər Cabirin hərəkəti barədə Babəkə gileylənsə, Cabir bundan dava çıxardacağını başa düşmüş, buna görə də Babəkə heç nə deməmişdir. O, Babəkə heç nə olmamasını, narahat olmamasını desə də, Babək Cabirin ona qarşı dediyi sözləri eşitmişdir. Babəkin oraya gəlməkdə dava çıxarmaq kimi bir məqsədi olmamış, mehribançılıq yaratmaq və ona kömək olmaq üçün gəlmişdir. X20 «bir az sakit olaq, eləməyin, gecdir, yaxşı deyil, səs-küy salmayaq» demişdir. Bunu deyərkən Babək onlara əmr verməmiş, xəbərdarlıq və ya hədə-qorxu formasında da deməmiş, sadəcə xahiş formasında demişdir. Bu vaxt Cabir Babəkə «sən bura niyə gəldin ki. Vapşe sən kimsən ki bu məsələyə qarışırsan» demişdir. Bu sözləri deyən zaman Cabir barmağı ilə Babəkin köynəyindən tutmuş, barmağının ucu ilə Babəkin sinəsinə vurmuş, sözünü tamamladıqdan sonra isə Cabir əli ilə Babəki sinəsindən vuraraq geri itələmişdir. Babək isə onun sərxoş olmasını görüb, onu vurmamış və getmək istəmişdir. Bu zaman Cavid də Babəkə masaya gəlib söhbətə qarışmasına görə irad bildirmiş və masadan qalxaraq Babəkin üstünə doğru getmişdir. Bu zaman Cabir öz qardaşı Cavidin boğazından tutaraq masanın arxasına doğru itələmiş və Cavidə «sən qarışma» demişdir. Cavid isə masanın digər tərəfindən firlanaraq Babəkin üstünə hücum etmiş və əli ilə Babəki sinəsindən vuraraq itələmişdir. Babək də Cavidi əli ilə itələmiş və Cavid sərxoş olduğundan müvazinətini itirərək yerə yıxılmışdır. Yerdə olarkən Cavid Babəkin ayağından yapışaraq getməsinə icazə verməməyə çalışmışdır. Babək isə Cavid yerə yıxıldıqdan sonra arxasını çevirərək kafedən getməyə başlamışdır. Baxmayaraq ki, Cavid və Cabir Babəki vururdu, Babək onlardan iri və qüvvətli olsa da onları vurmamış, sadəcə Cavidin onu sinəsindən vurmasına görə əli ilə onu itələmişdir. Onda onun özü başa düşmüşdür ki, Zərərçəkmiş şəxs2 Cabirlə Cavidin ağır sərxoş olmasını bilib, onları vurmaq istəmir. Cavid Babəkin ayağından tutduqdan sonra Babək ayağını çəkərək kafedən çölə çıxmışdır. Cavid isə ayağa qalxaraq Babəkin arxasınca çölə çıxmış və kafenin girişində Babəki tutmuş və onlar əlbəyaxa olmuşlar. Cavid Babəki kafenin giriş qapısında tutmuş və orada onlar itələşə-itələşə pilləkəndən aşağıya düşmüşlər. Həmin vaxt, yəni Cavid və Babək çöldə dalaşan zaman Cabirgilin masasından olan Rövşən onları ayırmağa çalışmışdır. Cavid həmin vaxt əli ilə Babəkin yaxasından tutaraq dartdığını görmüşdür. Bu zaman o, Cabirin kafenin girişində əlində bıçaqla olmaqla çölə çıxdığını və Babəkin yanına bıçaqla yaxınlaşıb çatan kimi Babəkin qarnının sol tərəfinə ardıcıl iki dəfə bıçaqla zərbə vurduğunu görmüşdür. Həmin vaxt Babək qışqıraraq “Ay Allah öldüm” demişdir. Bundan sonra həm Cabir, həm də Cavid yeddi-səkkiz saniyə ərzində Babəkə zərbə endirmişlər. Həmin vaxt Cabir və Cavid yanbayan, Babək isə onların qabağında olmuşdur. Bu zaman kafenin qarşısında və mağazanın ətrafında da başqa adamlar olmuşdur. Cabir bıçaqla Babəki vurduqdan sonra da hər iki qardaş tam sakitləşməmiş və yeddisəkkiz saniyə ərzində Babəkə zərbə endirmişlər. Bu zaman Rövşən Babəki onlardan tam ayırmağa nail olmuşdur. Babəkin arxası kafeyə tərəf olmuş, Cabir və Cavid isə yanbayan olmaqla Babəkin qarşısında olmuş, Rövşən isə onların arasında olmuşdur. Rövşən onları ayırdıqdan sonra Babək əli ilə qarnını tutmuş və o, Babəkin köynəyinin həmin vaxt qan içində olmasın, Babəkin bıçağın dəydiyi tərəfə doğru əyilən kimi olması və zərbənin ağrısından büdrədiyini görmüşdür. Cabir Babəki ona görə asanlıqla vurmuşdur ki, Cavid Babəkin hər iki əlindən tutmuşdu və bir-birinə zərbələr endirirdilər. Cabir də Babəkin başının Cavidə qarışmasından və Cavidin onun əllərindən tutmasından istifadə edərək rahat şəkildə iki dəfə Babəki bıçaqla vurmuşdur. Cabir bıçaqla Babəki vuran zaman da qardaşı Cavid onun düz yanında olmuş və Babəki bıçaqla vurmasını görmüşdür. Hətta Cabir bıçaqla Babəki vuran zaman Babək “Ay Allah öldüm” deyə qışqırmış, bunu orda olan hamı, Cabir və qardaşı Cavid də eşitmişlər. Amma onlar hərəkətlərinə davam edərək Babəkə əllə zərbə endirməkdə davam etmişlər. Rövşən Babəki ayırdıqdan sonra Babək əli ilə qarnını tutmuş və bütün köynəyi qan içində olmuş, Cabir və qardaşı Cavid Babəkin qarın boşluğunun qanamasını görmüşlər. Çünki Rövşən onları ayıran zaman hər iki qardaş Babəklə üzbəüz olmuşlar. Bundan sonra Babək kafeyə tərəf qaçmışdır. Onun özü isə Cabir və Cavid Babəkə əlavə zərbə endirməsin deyə kafenin arxa girişindən girərək kafenin ön qapısını açarla bağlamışdır. Kafenin girişində olan şəxslər Cavid və Cabiri tutaraq içəri girməyə qoymamışlar. Cabir bu zaman sanki ayılmış və hirsi soyumuşdur. Lakin, Cavid davaya davam etmək istəmişdir. Belə ki, qapını bağladıqdan sonra Cavid kafeyə hücum edərək hər vəchlə çalışmışdır ki, qapını açıb Babəkə əlavə zərbələr endirsin. Cabir isə Cavidin Babəkin arxasınca getməsini istəməmişdir. Həmin vaxt Cabir iki dəfə Cavidi kafenin qapısından əli dartaraq kafenin girişinə çəkmişdir. Cavid qapını yumruq və təpiklə döyərək «aç qapını Araz, onu öldürəcəm» demişdir. Bu zaman Babək qarnını tutaraq arxa qapıdan çıxaraq öz yaşadığı evə tərəf qaçmışdır. Tərlan isə mətbəxdən dəsmalı götürərək Babəkin arxasınca qaçmışdır. Bu zaman Amil də içəridə olmuş, lakin sonuncu parkinson xəstəsi olduğu üçün hərəkət etməkdə çətinlik çəkmiş və masanın arxasında oturmuş və heç yerindən də qalxmamışdır. Cabir Cavidi tutaraq qapıdan kənara çəkən zaman Cavid və Cabir dəfələrlə əlbəyaxa dalaşmış, birbirlərinin üzlərinə yumruq və təpiklə zərbələr endirmişlər. Amma Cavid hər davanın sonunda Cabirin əlindən çıxaraq yenidən qapıya hücum edərək «aç qapını Araz, onu öldürəcəm» deyərək müxtəlif söyüşlərlə Babəkin ünvanında nalayiq sözlər işlətmişdir. Həmin vaxt Cavid qapının açılmamasını görüb yumruğu ilə hətta pəncərəni də vuraraq sındırmışdır. Cabir isə Cavidi geri çəkmək istəyən yenidən iki qardaş dalaşmış və Cabirin üz-gözündə olan xəsarətlər də elə həmin vaxt yaranmışdır. O, «103 xidmətinə zəng edərək Təcili tibbi yardım briqadası çağırmışdır. Özü isə Babəkin arxasınca getməmişdir ki, Cavidin kafeyə girməsinin qarşısını alsın. Belə ki, Cabir və Cavid isə kafenin qarşısında olmaqla çıxıb getmək istəməmişlər. O, sahə müvəkkilinə zəng edərək işlətdiyi kafedə iki qardaş Cavid və Cabir Babəki bıçaqlayıb öldürürlər, dərhal köməyə gəlmələrini demişdir. Aradan üç-beş dəqiqə keçməmiş o, sınıq pəncərədən həyətə baxdıqda Cavid və Cabir qardaşlarının küçədə olmadıqlarını görmüşdür. Cabirlə Cavidin orada olmamağından başa düşmüşdür ki, o, hadisə barədə polisə zəng edərək yüksək səslə kömək üçün çağırdığıma görə onlar onun səsini eşidib polisin gəlməsini bilib oradan qaçıb getmişlər. Hadisə yerində olan Şahid2 isə Təcili tibbi yardımın gec gələcəyindən ehtimal edərək Babək ölməsin deyə sonuncunu öz avtomobilində aparacağını bildirmişdir. Onun özü Babəkin Amilin avtomobilinə mindirilməsini görməsə də, Babək qaçan tərəfə Amilin avtomobilinin dönməsini görmüşdür. Bundan bir qədər sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları ora gəlmişlər. Hadisə baş verən zaman kafenin qarşısında onun özü, Rövşən və tanımadığı digər şəxslər də olmuşdur. Həmin vaxt Rövşən Babək və Cavidi ayırmağa çalışmışdır. Bu zaman ətrafda tanımadığım adamlar olmuş, həmçinin kafeyə bitişik mağazaya gedib gələn şəxslər də olmuşdur. Lakin, həmin kənar şəxslərin konkret kimlər olmasını bilməmişdir. Təqsirləndirilən şəxs2 bıçağı haradan götürülməsini dəqiq bilmir. Ancaq həmin bıçağı kafedən götürməmiş və yəqin ki, bıçaq Cabirin üzərində olmuşdur. Belə ki, Cabir kafedən çıxan zaman onun artıq əlində bıçaq olmasını onun özü görmüş və Cavid, Cabir və Babək çöldə dalaşan zaman oraya baxdıqda Cabirin artıq əlindəki bıçaqla iki dəfə Zərərçəkmiş şəxs2 qarnının sol tərəfinə zərbə endirdiyini görmüşdür. Mübahisə zamanı Cavid və Cabid Əhmədxanovlar və yaxud hər hansı digər şəxs tərəfindən onun özünə hər hansı bir xəsarət və zədə yetirilməmişdir. Cabir və Təqsirləndirilən şəxs1lar ilə mərhum Zərərçəkmiş şəxs2 arasında əvvəllər hər hansı problem, düşmənçilik və ədavət olmamışdır. Cabir və Cavid mütəmadi kafeyə gedib-gəlmişlər. Lakin, son hadisəyə qədər bir problem yaratmamışlar. (cild 1, iş vər. 74-82, cild 3 iş vər. 151-159). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işi başlanılması barədə” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərarlardan görünür ki, Quba RPİ-nin növbətçi hissəsindən həmin rayon prokurorluğuna rayonun Aşağı Xuc kəndində yerləşən “Dostum” kafesində bir nəfər şəxsin bıçaqlanaraq ölməsi barədə daxil olmuş məlumatla əlaqədar toplanmış material üzrə aparılmış araşdırma üzrə xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində Quba rayonu Aşağı Atuc kənd sakini Təqsirləndirilən şəxs1 həmin rayonun Aşağı Xuc kəndi ərazisində yerləşən “Dostum” kafesində çaxır içərək sərxoş halda həmin vaxt orada digər masada oturub pivə içən Aşağı Xuc kənd sakini Zərərçəkmiş şəxs2 ilə yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaq ilə sonuncunu ona döş döş qəfəsinin ön səthində solda ön qoltuq xətti üzrə 7-ci qabırğa arasında döş qəfəsinin daxilinə nüfuz edən ürək zirvəsinin deşilmiş kəsilmiş yarasından və qarnın ön divarında sol qoltuq xətti üzrə qarın boşluğuna nüfuz edərək dalağın və bağırsağın zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yaradan ibarət xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməklə həyatdan məhrum etməsi faktı ilə bağlı, həmin şəxslərin arasında baş vermiş qeyd edilən mübahisənin ilkin olaraq şəxsi münasibətlər zəminində yarandığı qənaətinə gəlinərək fakta görə Quba rayon prokuroru E.F.Süleymanov tərəfindən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq iş üzrə ibtidai istintaqın aparılması həmin rayon prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajoru B.A.Qədirliyə tapşırılmış və sonuncu tərəfindən həmin tarixdə cinayət işi icraata qəbul edilərək iş üzrə ibtidai istintaq aparılmışdır. (cild 01, iş vər. 1, 2). “Baxış keçirilməsi haqqında” 22-xx xxxx 2019-cu il tarixli protokol və ona əlavə olunmuş foto cədvəllərdən görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 23-50 radələrindən xx xxxx 2019-cu il saat 01:10 radələrinədək Quba rayon prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajoru B.A.Qədirli tərəfindən Quba rayon prokuroru E.F.Süleymanov, Respublika Prokurorluğu Ağır cinayətlərə dair işlər üzrə X1 şöbəsinin prokuroru İ.Ə. Babayev, Quba RPŞ-nin əməkdaşları, həmçinin Quba rayonu, Aşağı Xuc kəndində yerləşən «Dostum» kafesini işlədən Zərərçəkmiş şəxs1 və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə hadisə yerinə fotoşəkillər çəkilməklə baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin Bakı-Quba-Rusiya magistral yolunun 178-ci kilometrliyində yolun kənarında, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən «Dostum» kafesinin qarşısı olduğu, kafenin qarşısı daş-çınqılla örtülü olmaqla ala-qaranlıq yer olduğu, kafe birmərtəbəli kürsülü tikili olmaqla dörd ədəd ağ rəngli kvadrat formalı pəncərəsi olduğu, kafe ilə eyni cərgədə «Playstation» klub və mağaza yerləşdiyi, kafenin giriş hissəsində pilləkən olması müəyyən edilmişdir. Baxış zamanı kafenin giriş hissəsinə tərəf yerdə olan daş-çınqıl üzərində topa şəklində qanabənzər ləkələrin olduğu aşkar edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin qanabənzər ləkələr olan yeri göstərərək kafedə müştəri kimi əyləşmiş Quba rayonu, Aşağı Atuc kənd sakinləri Cabir və Təqsirləndirilən şəxs1lar ilə Quba rayonu, Aşağı Xuc kənd sakini Zərərçəkmiş şəxs2 arasında həmin qanabənzər ləkələr olan yerdə əlbəyaxa dava baş verdiyini və Təqsirləndirilən şəxs2 bıçaqla həmin yerdə Zərərçəkmiş şəxs2 vurduğunu bildirmişdir. Kafenin giriş hissəsində daş-çınqıl üzərində olan qanabənzər ləkələrin fotoşəkili çəkilərək üzərində qanabənzər ləkələr olan beş ədəd daş nümunələri götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Həmin qanabənzər ləkələr olan yerdən kafenin girişində olan pilləkənə qədər məsafənin 2 metr 20 sm. olmaqla pilləkənə yaxınlaşdıqda yerdə bir-birindən az aralı qanabənzər ləkələrin olması və pilləkənlə perpendikulyar vəziyyətdə yerləşən kafenin pəncərə şüşəsinin sındırılmış vəziyyətdə olduğu aşkar edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 pəncərənin Təqsirləndirilən şəxs1 tərəfindən sındırıldığını bildirmişdir. Həmin pəncərənin şüşə parçalarında qanabənzər ləkələrin olduğu aşkar edilmiş, həmin ləkələrin fotoşəkili çəkilmiş, həmin pəncərə şüşəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış zaman kafenin giriş hissəsində yerləşən pilləkənin pillələri üzərində bir-birindən az aralı dairəvi və seyrək formalı qanabənzər ləkələr aşkar olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 bıçaqlandıqdan sonra əli ilə bıçaqlandığı yeri tutaraq kafenin giriş qapısından kafeyə girdiyini və daha sonra isə özünün qapını bağladığını bildirmişdir. Pilləkənin pillələri üzərində aşkar edilmiş qanabənzər ləkələrin fotoşəkili çəkilmiş və həmin hissədən pambığa hopdurulmaqla nümunə götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Kafenin pilləkəni ilə qalxdıqda kafenin giriş hissəsində olan kiçik meydançada üç ədəd oturacaq stulu olduğu, ortadakı stulun üzərində iki ədəd içərisində pivə olan bakal, bir ədəd boş boşqab və bir ədəd içərisində fıstıq olan qab olmaqla, həmin bakalların tam dolu olmaqla içilmədiyi, yandakı stulların üzərinin isə boş olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin stulları göstərərək mərhum Zərərçəkmiş şəxs2 hadisədən əvvəl həmin stulda rayonun Aşağı Atuc kənd sakini Şahid3 ilə birlikdə oturduğunu bildirmişdir. Baxış zaman kafenin girişində ağ rəngli taxta materialdan iki tərəfli qapı olduğu, kafenin giriş qapısından pilləkənin ilk pilləsinə qədər məsafənin üç metr olduğu, giriş qapısından kafenin içərisinə daxil olduqda isə düzbucaqlı formada kafenin zalı olduğu müəyyən edilmişdir. Həmin qapıdan kafeyə daxil olduqda giriş qapısından 80 sm. məsafədə yerdə topa formada qanabənzər ləkələrin olduğu aşkar olunmuş, onların fotoşəkili çəkilməklə pambığa hopdurulmaqla həmin hissədən qanabənzər ləkələrdən nümunələr götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Baxış zamanı kafenin bir ümumi zaldan, bir piştaxta, bir mətbəxdən və bir istirahət otağından ibarət olduğu, kafenin ümumi zalının uzunluğu 12 metr, eni isə 6 metr olmaqla zalda beş ədəd masa və oturacaqların olması müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 əli ilə giriş qapısı ilə üzbəüz yerləşən masanı göstərərək həmin masanın arxasında Aşağı- Atuc kənd sakinləri Cabir və Təqsirləndirilən şəxs1 qardaşlarının, Şahid2 və tanımadığı bir nəfər şəxsin olmasını, Cabir və Təqsirləndirilən şəxs1lar ilə Zərərçəkmiş şəxs2 arasında ilkin mübahisənin məhz həmin masanın qarşısında yarandığını bildirmişdir. Kafeyə giriş qapısından həmin masaya qədər olan məsafənin 2,80 metr olduğu, həmin masanın kənara itələnmiş vəziyyətdə olmaqla, ətrafındakı stulların dağılmış formada, masayla fərqli istiqamətlərdə qalmış olduqları müəyyən edilmişdir. Həmin masanın üzərində bir ədəd külqabı, masanın üzərinə diyirlənmiş içərisində az miqdarda qırmızı rəngli maye olan iki ədəd stəkan, bir ədəd alışqan və bir ədəd içərisində şokolad olan paket olduğu və masanın arxasında kafenin bağ tərəfinə qapı olduğu aşkar edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 bıçaqlandıqdan sonra kafeyə daxil olaraq həmin arxa qapı vasitəsilə bağ sahəsinə tərəf irəlilədiyini bildirmişdir. Həmin masanın ətrafında yerdə qanabənzər ləkələrin olduğu aşkar edilmiş, fotoşəkili çəkilməklə həmin qanabənzər ləkələrdən pambığa hopdurulmaqla nümunələr götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Baxış zamanı həmin masanın arxasında olan qapının kafenin bağ hissəsinə açıldığı, qapıdan bağ sahəsinə düşmək üçün üç pilləli pilləkən olduğu və həmin qapının girişində seyrək formada qanabənzər ləkələrin olduğu aşkar edilmişdir. Kafenin bağ sahəsinin otluq torpaq sahəsi olduğu, sağ tərəfdə bir ədəd masa və ətrafında üç ədəd oturacaq stulu, olduğu masanın üzərində isə yarımçıq içilmiş bir ədəd və tam içilmiş bir ədəd, ümumilikdə iki ədəd pivə bakalı və bir ədəd boşqab olduğu, kafenin bağ hissəsinə açılan qapıdakı pilləkəndən düşərkən bağ sahəsinin çıxışına tərəf ətrafı betonlanmış cığır olduğu, pilləkənin yanında beş ədəd 700 ml.-lik «Kaqor» markalı boş çaxır butulkaları olduğu aşkar edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin çaxırların Cabir və Təqsirləndirilən şəxs1ların olduğu masada sonuncular və onlarla əyləşmiş Şahid2, həmçinin tanımadığı digər bir nəfər şəxs tərəfindən birlikdə içildiyini bildirmişdir. Kafenin bağ sahəsində olan beton tökülmüş cığırın ümumi uzunluğunun 15 metr olmaqla, arxa qapıdan düşən pilləkəndən 11 və 13 metr məsafədə iki yerdə bir-birindən az aralı seyrək formalı qanabənzər ləkələrin olduğu aşkar olunmuş, həmin cığır-yolun qurtaracağının kənd ərazisinə açılmaqla, cığırın qurtaracağından 4 və 5 metr məsafədə müvafiq olaraq sağ və sol ayaq üçün üzəri qəhvəyi rəngli bir-birindən bir metr fərqlə aralı olan pəncə hissəsi açıq vəziyyətdə olan başmaqlar aşkar edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin başmaqların Zərərçəkmiş şəxs2 məxsus olmasını bildirmişdir. Həmin başmaqların üzərində qanabənzər ləkələr olduğuna görə fotoşəkilləri çəkilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Həmin bağ sahəsinin qurtaracağından kəndə tərəf irəlilədikdə sağ tərəfdə fərdi yaşayış evlərinin yerləşdiyi, sol tərəfdə isə eni 5,9 metr təşkil edən torpaq kənd yolu olmaqla, həmin torpaq yolda yuxarıda qeyd edilən başmağın sol tayından 7 metr olan məsafədə üzərində qanabənzər ləkələr olan bir ədəd yaşıl və ağ rəngli, üzərində gül emblemi olan naxışlı dəsmal aşkar edilmiş, fotoşəkili çəkilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin dəsmaldan 2 metr məsafədə, mişar daşı ilə tikilmiş hasarın qarşısında, həmin hasardan 2,7 metr aralıda otluğun üzərində qanabənzər ləkələrin olduğu aşkar edilərək fotoşəkili çəkilmişdir. Hadisə yerinə baxış zamanı iştirak etmiş Quba RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid9 bir ədəd paketdə dəstəyi qəhvəyi rəngli qatlanan cib bıçağını təqdim edərək Təqsirləndirilən şəxs2 yaşadığı evə gedən zaman həmin bıçağı könüllü olaraq təqdim etdiyini bildirmişdir. Həmin bıçaq paketdən çıxarılaraq kafenin ümumi zalında olan masanın üzərinə qoyulmuş, hal şahidlərinin iştirakı ilə fotoşəkili çəkilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild İ, iş vər. 4-7, 9-50). “Könüllü təqdim olunmuş cib bıçağına baxış keçirilməsi haqqında” 22-xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 23-45 radələrindən xx xxxx 2019-cu il saat 00-20 radələrinədək Quba RPŞ-nin təhqiqatçısı Şahid10 tərəfindən Quba RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid9, Quba rayonu Aşağı Atuc kənd sakini Təqsirləndirilən şəxs2 və və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı Aşağı Atuc kəndində yerləşən fərdi yaşayış evində könüllü olaraq təqdim etdiyi cib bıçağına baxış keçirilməklə həmin bıçağın açılıb-qatlanan tipli olduğu, dəstəyi qəhvəyi rəngdə olmaqla bıçağın üzərində qanabənzər ləkələrin olduğu müəyyən edilmiş və həmin bıçaq qablaşdırılıb götürülmüşdür. (cild İ, iş vər. 8). “Meyitə baxış keçirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokol və ona əlavə olunmuş foto cədvəllərdən dan görünür ki, həmin tarixdə Quba rayon prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajoru B.A.Qədirli tərəfindən Quba rayon prokuroru E.F.Süleymanov, Respublika Prokurorluğu Ağır cinayətlərə dair işlər üzrə X1 şöbəsinin prokuroru İ.Ə. Babayev, MTE və PA ETTB-nin Quba rayon şöbəsinin eksperti Ç.Ə.İsgəndərov, dəvət edilmiş hal şahidlərinin və Quba rayonu Aşağı Xuc kənd sakini X3 iştirakı ilə MTE və PA ETTB-nin Quba rayon şöbəsinin meyitxanasında fotoşəkillər çəkilməklə Quba rayon sakini Zərərçəkmiş şəxs2 Aydabəy oğlunun meyitinə baxış keçirilmişdir. Baxış- xarici müayinə zamanı meyitin əynində ağ rəngli pambıq materialdan qısaqol futbolka, ağ rəngli pambıq materialdan mayka, göy rəngli cins şalvar və şalvarın belində qara rəngli kəmər olmaqla, meyitin əynində olan ağ rəngli qısaqol futbolkaköynəyin ön tərəfində solda döş və qarın hissəsinin uyğun yerlərdə bir-birindən 8 sm. aralı olmaqla iki yerdə kənarları hamar, qurtaracağı iti, digər qurtaracağı küt olmaqla uyğun olaraq 2,2x0,3 sm. və 2,5x0,5 sm. ölçüdə kəsilmiş-deşilmiş zədələrin olduğu, meyitin əynində olan ağ rəngli maykanın da ön sol tərəfində futbolka-köynəkdə təsvir olunan yerlərdə iki yerdə, bir-birindən 8 sm. aralı olmaqla eyni zədələrin olduğu, meyitin əynində olan bütün paltarların geniş sahədə qana bulaşmış olduğu müəyyən edilmişdir. Meyit kişi cinsli olmaqla düzgün bədən quruluşunda, kafi köklükdə, boyunun 168 sm. olduğu, meyitin alnında sağda qeyri-müəyyən formada tünd qırmızı rəngdə 2,8x0,5 sm. ölçüdə sıyrıq, eyni xarakterdə sıyrıqların sol üst göz qapağın bayır kənarında 1x0,5 sm. ölçüdə və üst dodaqda solda 0,5x0,5 sm. ölçüdə olması müəyyən edilmişdir. Xarici müayinə zamanı meyitin döş qəfəsinin ön tərəfində solda ön qoltuq xətti üzrə Vİİ qabırğa sahəsində kənarları hamar, bir qurtaracağı iti, digər qurtaracağı küt olan, qırmızı rəngdə qanlı ifrazatla örtülü 2,2x0,5 sm. ölçüdə yara olduğu, yaraya mili saldıqdan yara kanalının aşağıdan yuxarı, bayırdan içəri, öndən arxaya istiqamətdə olması və döş boşluğuna nüfuz etməsi müəyyən edilmiş, eyni xarakterdə yaranın sol qabırğaaltı sahədə- qarının sol yan divarında 2,5x0,5 sm. ölçüdə olması, həmin yaraya da mili saldıqda yara kanalının öndən arxaya, bayırdan içəri, bir qədər yuxandan aşağı olması və qarın boşluğuna nüfuz etməsi müəyyən olunmuşdur. Baxış zamanı meyitin üzərindən 38 ədəd 100 manatlıq, 2 ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq, 6 ədəd bir manatlıq, cəmi 3861 (üç min səkkiz yüz altmış bir) manat pul, üç ədəd açar və bir ədəd dırnaqtəmizləyən olduğu aşkar olunmuşdur. Meyitin əynində olan qeyd edilən paltarlar və həmçinin onun üzərindən aşkar olunmuş pul ayrı-ayrılıqda qablaşlaşdırılıb möhürlənib götürülmüşdür. (cild 1, iş vər. 51-53, 54-69). İşdə olan şübhəli şəxsin tutulması haqqında protokol, qərar və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə saat 03-30 radələrində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, iş üzrə xx xxxx 2019-cu il tarixli qərarla onun əməli Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə tövsif edilərək, həmin tarixdə qeyd edilən maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək müdafiəçinin iştirakı ilə ona ittiham elan edilmiş və Quba rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, iş № 4(027)-55/2019 saylı qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. (cil 1, iş vər. 85, 226-227, 230-231, 236-240, 267-268). İşdə olan xx xxxx 2019-cu il tarixli protokol və ona əlavə olunmuş foto cədvəllərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 cinayət hadisəsi zamanı əynində olmuş paltarları,- bir ədəd ağ rəngli qısaqol köynəyi və bir ədəd tünd göy rəngli cins şalvarı könüllü olaraq istintaqa təqdim etmiş və həmin paltarlar hal şahidlərinin iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cil 1, iş vər. 136, 137). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokol və ona əlavə olunmuş foto cədvəllərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş bıçaqlar arasında 2№-si altında olan açılıb-qatlanan cib bıçağını tanıyaraq, həmin bıçağın ona məxsus olduğunu və həmin bıçağı mərhum Zərərçəkmiş şəxs2 qətlə yetirməsində istifadə etdiyini bildirmişdir. (cil 1, iş vər. 138, 139-140). İşdə olan xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 cinayət hadisəsi zamanı əynində olmuş paltarları, -bir ədəd çəhrayı rəngli qısaqol köynəyi və bir ədəd tünd göy rəngli cins şalvarı könüllü olaraq istintaqa təqdim etmiş və həmin paltarlar hal şahidlərinin iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cil 1, iş vər. 179). İşdə olan xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə Quba rayon prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajoru B.A.Qədirli tərəfindən dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Quba rayonu Aşağı Xuc kəndində hadisənin baş verdiyi “Dostum” kafesi ilə yanaşı mağazanın sahibi Şahid5 həmin mağazada quraşdırılmış videomüşahidə kameralarında hadisə vaxtında olan video görüntülər bir ədəd DVD tipli optik diskə köçürülərək götürülmüş və disk iş materiallarına əlavə edilmişdir. (cil 1, iş vər. 187, 188). Cinayət işi üzrə təyin edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAETTB-nin Quba rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 869 saylı məhkəmətibbi ekspertizası rəyinə əsasən 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər -boynunda sağda sıyrıq, sağ əlin tış kənarında cırılmış soyulmuş yara küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxx 2019-cu il tarixə uyğun gəlir, bu xəsarətlər müxtəlif vəziyyətlərdə və şəraitlərdə, o cümlədən qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, hər bir xəsarətin ayrı-ayrılıqda dərəcəsini müəyyən etmiş olsaq, bu zaman boynunda sağda sıyrıq sağlamlığa zərər yetirmədiyindən dərəcəsi təyin olunmayan xəsarətlər növünə, sağ əlin tış kənarında olan cırılmış-soyulmuş yara dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. (cil 1, iş vər. 207). Cinayət işi üzrə təyin edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAETTB-nin Quba rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 872 saylı məhkəmətibbi ekspertizası rəyinə əsasən 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarət,- sağ qaşında səthi yara, küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxx 2019-cu il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. (cil 1, iş vər. 210). Quban rayon X2 kabineti üzrə tərtib edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə xx xxxx 2019-cu il tarixli, 409 №-li Protokoldan görünür ki, həmin tarixdə saat 01-15 radələrində, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 tibbi müayinədən keçirilmiş və onun «orta dərəcə» alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. (cil 2, iş vər. 10). Quban rayon X2 kabineti üzrə tərtib edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə xx xxxx 2019-cu il tarixli, 408 №-li Protokoldan görünür ki, həmin tarixdə saat 01-10 radələrində, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 tibbi müayinədən keçirilmiş və onun «yüngül dərəcə» alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. (cil 2, iş vər. 11). İşdə olmaqla “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür həmin tarixdə Quba rayon prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajoru A.B.Qədirli tərəfindən cinayət əməlinin digər iştirakçısı Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilərək sonuncu qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə müdafiəçinin iştirakı ilə ona ittiham elan olunmuş və barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. (cil 2, iş vər. 13-16, 33-37, 55-57). İşdə olan xx xxxx 2019-cu il tarixli qəbzdən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitinə baxış zamanı onun üzərindən aşkar edilərək götürülmüş cəmi 3861 (üç min səkkiz yüz altmış bir) manat məbləğində olan pul, üç ədəd açar və bir ədəd dırnaq təmizləyən həmin tarixdə hüquqi varis X5 təhvil verilmişdir. (cil 2, iş vər. 76). İş materiallarında olmaqla Quba rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli iş № 1(027)-149/2018 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair baxılmış həmin cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2018-ci il tarixdə saat 23 radələrində Quba rayonu Aşağı-Xuc kəndində yerləşməklə S.M.Mahmudovanın işlətdiyi kafeyə gələrək çay sifariş etdikdə S.M.Mahmudova kafeni bağlayıb getmək istədiyini bildirmiş, o isə təkidlə çay tələb etdiyinə görə kafenin həyətində S.M.Mahmudova ilə aralarında yaranmış mübahisə zamanı əlinin iç tərəfi ilə sonuncunun sifət nahiyəsinə vuraraq yerə yıxmaqla ona alnında çoxlu sıyrıq, hər iki göz orbiti ətrafında qançır-hematoma və alt çənədə sağda yumşaq toxumanın əziyi və qançırı, alt çənədə solda İİ kəsici dişin travmatik amputasiyasından ibarət sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Həmin iş üzrə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 iş üzrə zərərçəkmiş şəxs S.M.Mahmudova ilə barışıq əldə etdiyi nəzərə alınaraq, Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və həmin cinayət işi üzrə icraata xitam verilmişdir. (cil 2, iş vər. 141-142). İş materiallarında olmaqla Quba rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli iş № 1(027)-27/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair baxılmış həmin cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2014-cü il tarixdə saat 02 radələrində Quba rayonu Susay-qışlaq kəndi ərazisində yerləşən “Qusarçay” kafesinə öz tanışı Şahid1 ilə birlikdə kafenin bağlanması üzrə olmasına baxmayaraq, yemək üçün sifariş etmiş, kafedə ofisiant işləyən E.C.Əsgərov yemək olmadığını, artıq gec olduğunu, kafeni bağladığını bildirdikdən sonra sonuncunun tələblərinə etinasızlıq göstərərək, heç bir saslı səbəb olmadan onu nalayiq sözlərlə söyüb, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və əmlakın məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, kafenin altı manat dəyərində pəncərə şüşəsini yumruqla vurub sındırmış və kafedə, üzərində pivə bakalları ilə külqabı olan masanı və stulları əli ilə çevirib yıxmış, həmin vaxt kafenin dincəlmə otağından səs-küyə oyanıb bayıra çıxaraq ona iradını bildirən kafenin müdiri Ə.M.Məmmədovu nalayiq sözlərlə söyüb, ona hücum edib ayaqlarından yapışaraq yerə yıxmaqla fiziki zor tətbiq edərək döyərkən, araya girib onları ayırmaqla ictimai qaydaların qorunması üzrə vəzifəni yerinə yetirməyə çalışan E.C.Əsgərovun sağ əlinin 4-cü barmağını dişləyərək, ona sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, bundan sonra Ə.M.Məmmədovun əlindən aldığı rezin dəyənəklə E.C.Əsgərovu vurmağa cəhd etmişdir. Həmin iş üzrə Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən CM-nin 221.2.2-ci maddəsinə tövsif edərək o, həmin maddə ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin iş üzrə barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından həbs edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2015-ci il tarixdən hesablanmışdır. (cil 2, iş vər. 143-149). Cinayət işi üzrə təyin edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 19692 saylı məhkəmə-trasoloji ekspertizası rəyinə əsasən,- təhqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd köynəyin, maykanın üzərində olan "a,b" zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin, o cümlədən təqdim edilmiş bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri ilə yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim edilmiş köynəyin üzərində olan (c) zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb sökülmə, cırılma zədələridir. Təhqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus kəmərin üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus bir ədəd köynəyin üzərində rəyin tədqiqi hissəsində təsvir edilən iz və zədə vardır. Gödəkcənin üzərində olan zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb sökülmə, cırılma zədələridir. Qeyd olunan Təqsirləndirilən şəxs2 köynəyinin və Zərərçəkmiş şəxs2 köynək, maykanın üzərində olan zədələr müxtəlif şəraitlərdə (əlbəyaxa, qarşılıqlı dalaşma-dartılma, müqavimət və s.) yarana bilər. Elmi metodika olmadığından göstərilən zədələrin yaranma müddəti müəyyən etmək mümkün olmamışdır. (cild 2, iş. vər. 153-155). İş üzrə təyin edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 19693-19694 saylı, lifli materialların mikrohissəciklərinə görə məhkəmə-kriminalistik ekspertizası rəyinə əsasən,- Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 geyim paltarlarının üzərlərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Zərərçəkmiş şəxs2 şalvarının üzərində tapılmış tünd mavi rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 şalvarının tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs2 şalvarının üzərindən tapılmış göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs2 şalvarının üzərindən tapılmış tünd göy rəngli pambıq lifləri cinsi əlamətləri Zərərçəkmiş şəxs2 şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqdim edilmiş hadisə yerindən götürülmüş bir ədəd bıçağın üzərində mərhum Zərərçəkmiş şəxs2 geyim paltarlarının tərkib liflərindən yoxdur. Bıçağın metal hissələri dəmir əsaslı ərintidən hazırlanmışdır. Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarından ağ rəngli, qısaqol və ağ rəngli maykanın üzərlərindəki zədələr dəmir əsaslı ərintidən hazırlanmış əşya ilə təmasdan qalmışdır. Lakin aşkar edilmiş dəmir mikrohissəciklərinin izləri hər hansı əşyanın formasını daşımadığına görə həmin izlərin təqdim olunmuş bıçaqdan və ya digər dəmir əsaslı ərintidən hazırlanmış əşyadan qalmasını demək mümkün olmamışdır. (cild 2, iş. vər. 157-162). İşi üzrə təyin edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAETTB-nin xx xxxxxx 2019-cu il tarixli, 24 saylı məhkəmə-tibbi ekspertizası rəyinə əsasən, mərhum Zərərçəkmiş şəxs2 meyitinin əynində ağ rəngli pambıq materialdan qısaqol futbolka-köynək olmaqla, həmin futbolka-köynəyin ön tərəfində solda döş və qarın hissəsinin uyğun yerlərdə birbirindən 8 sm. aralı olmaqla iki yerdə kənarları hamar, qurtaracağı iti, digər qurtaracağı küt olmaqla uyğun olaraq 2,2x0,3 sm. və 2,5x0,5 sm. ölçüdə kəsilmiş-deşilmiş zədələrin olduğu, meyitin əynində olan ağ rəngli pambıq materialdan olan maykanın da ön sol tərəfində köynəkdə təsvir olunan yerlərdə, iki yerdə, bir-birindən 8 sm. aralı olmaqla eyni ölçüdə zədələrin olduğu, həmçinin meyitin əynində göy rəngli cins şalvar və şalvarın belində isə qara rəngli kəmər olmaqla meyitin əynində olan bütün paltarların geniş sahədə qana bulaşmış olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 meyitinin xarici müayinəsi zamanı alnında sağda, qeyri-müəyyən formada, tünd qırmızı rəngdə 0,8x0,5 sm. ölçüdə sıyrıq, eyni xarakterdə sıyrıqların sol üst göz qapağının bayır kənarında 1x0,5 sm. ölçüdə və üst dodaqda solda 0,5 x 0,5 sm. ölçüdə olması müəyyən edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 meyitinin xarici müayinəsi zamanı döş qəfəsinin ön səthində solda ön qoltuq xətti üzrə Yll qabırğaarası sahədə kənarları hamar, bir qurtaracağı iti, digər qurtaracağı küt olan, qırmızı rəngdə qanla örtülü olmaqla 2,2x0,5 sm. ölçüdə yara olması, yara kanalının aşağıdan yuxarı, bayırdan içəri, öndən arxaya istiqamətdə olması və döş boşluğuna nüfuz etməsi müəyyən edilmiş, həmçinin eyni xarakterdə yara sol qabırğaaltı sahədə- qarının sol divarında 2,5x0,5 sm. ölçüdə olduğu, həmin yara kanalının öndən arxaya, bayırdan içəri, bir qədər yuxarıdan aşağı olması və qarın boşluğuna nüfuz etməsi müəyyən edilmişdir. Həmin məhkəmə-tibbi ekspertizası rəyinə əsasən, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyitinin xarici müayinəsi zamanı alnında sağda, sol üst göz qapağında və üst dodaqda solda, hərəsində bir yerdə sıyrıqlar küt əşyanın təsirindən müxtəlif vəziyyətlərdə və şəraitlərdə yarana bilər, istər ayrı-ayrılıqda, istərsə də birlikdə canlı şəxslərdə sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlərin əlamətlərinə malikdir və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. Döş qəfəsinin ön səthində solda ön qoltuq xətti üzrə Yll qabırğaarası sahədə bir yerdə döş qəfəsi daxilinə nüfuz edərək, ürək toxumasının zirvə hissəsinin zədələnməsi və kəskin qanaxmaya səbəb olan deşilmiş-kəsilmiş yara və qarının ön divarında solda qabırğaaltı sahədə bir yerdə qarın boşluğuna nüfuz edərək dalağın və nazik bağırsağın zədələnməsinə və kəskin qanaxmaya səbəb olan deşilmiş-kəsilmiş yara, deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənməklə həyatı olub ölümündən əvvəl yetirilmişdir, qərarda göstərilən vaxtda, yəni xx xxxx 2019-cu il tarixdə yetirilməyə uyğundur, qərarda göstərildiyi kimi ekspertizaya təqdim edilən bıçaq və ya oxşar digər bıçaqla yetirilə bilər, eyni alətin təsirindən törənməsi istisna edilmir, müayinə vaxtı meyitin əynində olan paltarların üzərindəki zədələnmələrin yerləşmə yeri meyitin bədəni üzərindəki xəsarətlərin lokalizasiyası ilə uyğunluq təşkil edir. Döş qəfəsinin ön səthində solda ön qoltuq xətti üzrə Yll qabırğaarası sahədə bir yerdə döş qəfəsi daxilinə nüfuz edərək, ürək toxumasının zirvə hissəsinin zədələnməsi və kəskin qanaxmaya səbəb olan deşilmiş-kəsilmiş yara və qarının ön divarında solda qabırğaaltı sahədə bir yerdə qarın boşluğuna nüfuz edərək dalağın və nazik bağırsağın zədələnməsinə və kəskin qanaxmaya səbəb olan deşilmiş-kəsilmiş yara dərəcəsinə görə istər hər biri ayrı-ayrılıqda, istərsə də birlikdə canlı şəxslərdə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs2 xəsarətlər yetirilərkən o, müxtəlif vəziyyətlərdə, o cümlədən ayaqüstü, oturaq və arxası üstə uzanmış vəziyyətdə ola bilərdi, xəsarətlər yetirildikdən sonra o çox qısa müddətə (dəqiqələrlə hesablanmış müddətdə) sağ qala bilərdi və hər hansı məqsədyönlü hərəkət edə bilərdi. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb döş qəfəsinin ön səthində solda ön qoltuq xətti üzrə Yll qabırğaarası sahədə bir yerdə döş qəfəsi daxilinə nüfuz edərək ürək toxumasının zirvə hissəsinin zədələnməsi və qarının ön divarında solda qabırğaaltı sahədə bir yerdə qarın boşluğuna nüfuz edərək dalağın və nazik bağırsağın zədələnməsindən törənən kəskin qanaxma olmuşdur, ölüm meyit müayinə olunan vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur. (cild 2, iş vər. 165-167). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verimiş xx xxxxxx 2019-cu il tarixli tələbnaməarayışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər də cinayət məsuliyyətinə cəlb edilməklə, xx xxxx 2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilı təqsirli bilinmiş, lakin Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən barəsində cinayət işi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs2 Quba rayon məhkəməsinin 1(027)-27/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Quba rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü dəyişlirilmədən saxlanılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ləğv edilərək iş yeni məhkəmə baxışına göndərilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 02, iş vər. 170-171). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnaməarayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (cild 2, iş vər. 172). İş materiallarında olmaqla «DVD diskə baxış keçirilməsi haqqında» xx xxxxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli protokollardan görünür ki, həmin tarixlərdə Quba rayon prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajoru B.A.Qədirli tərəfindən müvafiq olaraq iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin onların müdafiəçilərin iştirakı Quba rayonu Aşağı Xuc kəndi ərazisində yerləşməklə hadisənin baş verdiyi «Dostum» kafesi ilə eyni cərgədə yerləşən mağazanın videomüşahidə kameraları üzrə xx xxxx 2019-cu il tarixdə qeydə alınmaqla istintaq zamanı bir ədəd «DVD» diskə köçürülərək götürülmüş video görüntülərə baxış keçirilmişdir. Həmin «DVD» disk iş materiallarına əlavə edilməklə, iş üzrə məhkəmə baxışı zamanı həmin «DVD» diskdə olan video görüntülər tərəflərin iştirakı ilə, həmin görüntülərdə olan videokadrlar üzrə görünən aktiv hərəkətlər ilə bağlı mühüm anlar üzrə kompüterin ekranında video görüntülərin «stop kadr» yolu ilə dayandırılıb kadrlar nümayiş etdirilərək tədqiq edilmişdir. Qeyd edilən protokolların mətni və nümayiş etdirilmiş «DVD» diskdə olan video görüntülərdən görünür ki, həmin diskdə qeyd edilən ticarət obyektinin birbaşa qarşısında quraşdırılmaqla 5 saylı müşahidə kamerası üzrə xx xxxx 2019-cu il tarixdə saat 21-32-20 radələrindən xx xxxx 2019-cu il tarixdə saat 00-39-27 radələrinədək qeydə alınmış video görüntülər, həmçinin həmin mağazanın daxilində quraşdırılmış digər videokamera üzrə isə xx xxxx 2019-cu il tarixdə saat 21-32-40 radələrindən saat 21-33-33 radələrinədək olan video görüntülər öz əksini tapmışdır. Həmin video görüntülərdən görünür ki, qeyd edilən vaxt üzrə mağazanın qarşısında quraşdırılmış 5 saylı videokamera üzrə mağazanın birbaşa qarşısında yerləşməklə yaxşı işıqlandırılmış beton örtüklü meydança və həmin mağazanın giriş hissəsi, həmçinin həmin mağazadan sol tərəfdə eyni cərgədə yerləşən digər iaşə obyektinin qarşısında yerləşməklə işıqlandırılmayan, ala-qaranlıq yer olan çınqıl örtüklü meydançanın həmin mağazaya yaxın hissəsi müşahidə olunur. Həmin mağazanın qarşısında olan meydançaların qurtaracağında müxtəlif minik avtomobillərinin dayandığı, həmin mağazadan sol tərəfdə yerləşən iaşə obyektinin qarşısında olan çınqıl örtüklü meydançada isə həmin mağazanın yaxınlığında bir ədəd ağ rəngli, ondan sol tərəfdə qırmızımtıl rəngli «VAZ» markalı minik avtomobillərinin dayandığı, həmin iaşə obyektlərinin qarşısında olan meydançalardan sonra isə, hər iki obyektə paralel olmaqla işıqlandırılmayan avtomobil yolu yerləşdiyi və həmin yolda müxtəlif avtomobillərin işıqlarını yandıraraq surətlə hərəkət etdikləri müşahidə olunur. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxslər Cabir və Təqsirləndirilən şəxs1lar həmin yolun Bakı-Quba magistral yolu olduğu, hadisənin xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində həmin yolun kənarında, Quba rayonu, Aşağı-Xuc kəndində qeyd edilən yoldan bir qədər kənarda yerləşməklə orada olan mağaza ilə eyni sırada yerləşən «Dostum» kafesinin qarşında, daş-çınqıllı meydançada, ala-qaranlıq yerdə baş verdiyini, məhz həmin meydançada mərhum Zərərçəkmiş şəxs2la dalaşdıqlarını bildirmişlər. «DVD» diskdə olan video görüntülərdən müəyyən olunur ki, xx xxxx 2019-cu il tarixdə saat 21-32-20 radələrindən xx xxxx 2019-cu il saat 22-42-57 radələrinədək həmin mağazanın qarşısında, həmçinin kafenin qarşısında olan çınqıl örtüklü meydançada, yaxud ətrafda hər-hansı bir münaqişə baş verdiyi müşahidə olunmur. Həmin vaxt ərzində müxtəlif şəxslər qeyd edilən mağaza və kafenin qarşısında olan meydançalarda olan avtomobillərin yaxınlığında gəzişir, bəziləri mağazadan ərzaq məhsulları alaraq avtomobillərə oturaraq oradan uzaqlaşıb çıxıb gedirlər. Təqsirləndirilən şəxslər Cabir və Təqsirləndirilən şəxs1lar həmin kənar şəxslərin heç birini tanımadıqlarını, hadisəyə qədər həmin mağazadan sol tərəfdə yerləşən «Dostum» kafesinin içərisində olan zalda öz qohumları Şahid1 və Şahid4, həmçinin tanışları Şahid2 və Şahid3 ilə birlikdə yeyib içdiklərini, mərhum Zərərçəkmiş şəxs2la heç bir münasibətləri olmadığını bildirmişlər. Həmin video görüntülərdən görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 21-32-26 radələrində bir nəfər əynində ağ rəngli qısaqol futbolkaköynək olan şəxs video görüntüləri qeydə almaqla mağazanın birbaşa qarşısında quraşdırılmış müşahidə kamerasından sol tərəfdən, yəni həmin mağaza ilə eyni cərgədə yerləşən digər iaşə obyektinin qarşısında olan meydançadan sakit addımlarla həmin mağazanın giriş qapısına tərəf yaxınlaşaraq 21-32-40 radələrində mağazaya daxil olur və mağazaya daxil olduqdan sonra bir nəfər şəxslə salamlaşaraq oradakı satıcıdan bir şüşə içki alaraq pulu verir və xx xxxx 2019-cu il tarixdə saat 21-33-33 radələrində mağazadan çıxaraq, mağazadan sol tərəfdə yerləşən digər iaşə obyektinə tərəf çıxıb gedir. Təqsirləndirilən şəxs2 həmin ağ köynəkli şəxsin onun özü olmasını, hadisədən əvvəl «Dostum» kafesində öz qohumları ilə birlikdə yeyib-içən zaman əlavə olaraq spirtli içki almaq üçün kafedən çıxıb həmin mağazaya gəldiyini və pulunu ödəyərək bir şüşə “Kaqor” markalı çaxır alaraq həmin kafeyə qayıtdığını və orada öz qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə yeyib-içməyə davam etdiklərini bildirmişdir. Videokamera üzrə qeydə alınmış video görüntülərdən görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 22-38-34 radələrindən saat 22-40-20 radələrinədək əynində ağ rəngli qısaqol futbolka-köynək olan digər şəxs mağazadan sol tərəfdə eyni cərgədə yerləşən iaşə obyektinin qarşısında olan meydançada alaqaranlıq yerdə dayanmış markası seçilməyən qaramtıl rəngli avtomobilin sağ tərəfindən avtomobilə tərəf qismən əyilərək avtomobilin içərisində olan hansısa şəxslə sakit formada söhbət edir və sonra isə həmin iaşə obyektinə tərəf qayıdaraq gözdən itir. Təqsirləndirilən şəxs2 qonşuluqda yerləşən mağazadan bir şüşə çaxır alıb «Dostum» kafesinə qayıtdıqdan sonra bir neçə dəqiqə kafenin içərisində yeyib-içməkdə davam etdiklərini, hadisədən bir neçə dəqiqə əvvəl kafenin qarşısında dayanmış avtomobilə yaxınlaşıb orada söhbət edən ağ rəngli qısaqol futbolka-köynək geyinmiş şəxsin onun özü olmadığını, hadisə baş verən zaman yalnız onun özü və mərhum Zərərçəkmiş şəxs2 ağ rəngli qısaqol futbolka geyinmiş olduqlarına görə, həmin şəxsin Zərərçəkmiş şəxs2 olmasını zənn etdiyini olmasını bildirmişdir. Videokamera üzrə qeydə alınmış video görüntülərdən görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 22-40-20 radələrindən saat 22-42-52 radələrinədək video kameranın quraşdırıldığı həmin mağaza və ondan sol tərəfdə yerləşən digər iaşə obyektinin qarşısında, müşahidə kamerası ilə qeydə alınmış görüntü dairəsi üzrə heç bir münaqişə müşahidə olunmur. Lakin, həmin video görüntülərdən görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 22-42-53 radələrində mağazadan sol tərəfdə yerləşən iaşə obyektinin birbaşa qarşısında bir nəfər əynində ağ rəngli qısaqol futbolkaköynək olan şəxsin və bir nəfər boz və ağ rəngli qarışıq rəngli paltarlarda olan şəxslə əlbəyaxa olub dalaşmağa başladıqları və cəld hərəkətlər edib dalaşa-dalaşa həmin iaşə obyektinin qarşısındakı çınqıl örtüklü meydançaya çıxdıqları və həmin vaxt bozumtul rəngli geyimdə olan bir nəfər şəxsin onları ayırmağa çalışdığı müşahidə edilir. Təqsirləndirilən şəxs1 dalaşan şəxslərdən ağ rəngli futbolkada olan şəxsin mərhum Zərərçəkmiş şəxs2, boz və ağ rəngli qarışıq rəngli paltarlarda olan şəxsin isə onun özü olduğunu, «Dostum» kafesinin içərisində aralarında mübahisə yarandığı, Zərərçəkmiş şəxs2 arxasınca kafedən çölə qaçaraq kafenin girişinin qarşısında onunla əlbəyaxa olub oradakı meydançada dalaşmağa başladığını, həmin vaxt öz qohumu Şahid1 onları ayırmağa çalışdığı, bu zaman öz qardaşı Təqsirləndirilən şəxs1 da onların dalaşmasına qoşulduğunu bildirdi. Həmin video görüntülərdən müşahidə edilir ki, xx xxxx 2019-cu il tarixdə saat 22-43-00 radələrində mağazadan sol tərəfdə yerləşən iaşə obyektindən əynində ağımtıl rəngli qısaqol futbolka olan bir nəfər şəxs dalaşan şəxslərə tərəf qaçaraq dalaşmaya qoşulur və əynində ağ rəngli futbolka olan digər şəxsə əlləri ilə zərbələr endirməyə başlayır. Həmin vaxt yaxınlıqda iki-üç nəfər qara geyimli şəxs olmaqla, həmin kənar şəxslər dalaşmaya müdaxilə etmədikləri, lakin əyənində bozumtul rəngli paltarlar olan bir nəfər şəxsin isə dalaşan şəxsləri ayırmağa çalışdığı, lakin xx xxxx 2019-cu il tarixdə saat 22-43-12 radələrinədək həmin üç nəfər dalaşan şəxslərin cəld formada qaçışaraq dalaşdıqları, yəni bir-birlərinə, lakin həmin yer ala-qaranlıq yer olmaqla, dalaşan şəxslərin əllərində hər-hansı bir əşya olması, zərbələrin bir-birlərinin hansı bədən nahiyələrinə yetirmiş olduqları qaranlıqda seçilmir və həmçinin həmin şəxslərdən hər-hansı birinin digərini tutub-saxladığı müşahidə olunmur. xx xxxx 2019-cu il tarixdə saat 22-43-12 radələrində dalaşan şəxslərdən əynində ağ rəngli qısaqol futbolka olan bir nəfər şəxsin qaçaraq iaşə obyektinə tərəf uzaqlaşdığı, əynində nəfər boz və ağ rəngli qarışıq rəngli paltarlar olan şəxsin həmin şəxsin arxasınca qaçdığı, lakin əynində ağımtıl rəngli qısaqol futbolka olan digər şəxsin həmin şəxslə əlbəyaxa olub həmin iaşə obyektinin qarşısında dalaşdıqları, həmin şəxslər dalaşmaqla davam etməklə onların yanında olan bir neçə şəxsin onları ayırmağa çalışdığı, xx xxxx 2019-cu il tarixdə saat 22-43-37 radələrində dalaşan həmin iki nəfər şəxsdən əynində ağımtıl rəngli qısaqol futbolka olan şəxsin meydançada yerə yıxıldığı, sonra isə ayağa qalxaraq həmin şəxsə yaxınlaşdığı, daha sonra həmin şəxslərin iaşə obyektinin qarşısında olan meydançada fasilələrlə bir-birləri ilə dalaşdıqları və əynində ağımtıl rəngli futbolka olan digər şəxsin həmin şəxsi, yəni əynində bozumtul və ağ rəngli qarışıq rəngli paltarlar olan şəxsi iaşə obyektinin yanından həmin obyektin qarşısında olan meydançaya tərəf uzaqlaşdırdığı və xx xxxx 2019-cu il tarixdə saat 22-48-50 radələrində orada olan kənar şəxslər həmin şəxsləri ayırdıqdan sonra həmin şəxslərin arasında münaqişənin başa çatdığı və oradakı şəxslərin həmin iaşə obyektinin qarşısından uzaqlaşdıqları müşahidə olunur. Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə saat 22-43-00 radələrində mağazadan sol tərəfdə yerləşən iaşə obyektindən, yəni «Dostum» kafesindən çıxaraq dalaşmaya qoşulan əynində ağımtıl rəngli qısaqol futbolka-köynəkdə olan şəxsin onun özü olduğunu, dalaşmaya qoşulan kimi dərhal, yəni iki-üç saniyə ərzində, video görüntülərin qeydə alındığı saat 22-43-01 radələrindən saat 22-43-03 radələrinədək olan vaxt ərzində özündə özündə olan bıçaqla Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə ardıcıl olaraq iki dəfə bıçaq zərbəsi endirdiyini, lakin Zərərçəkmiş şəxs2 əl qol atmaqda davam etdiyini, həmin vaxt əynində bozumtul rəngli paltarlar olaq şəxsin öz qohumu Şahid1 olmaqla sonuncunun onları ayırmağa çalışdığını və saat 22-43-12 radələrində onlardan aralanıb qaçıb iaşə obyektinə girən ağ rəngli qısaqol futbolkada olan şəxsin isə Zərərçəkmiş şəxs2 olduğunu, sonuncunun «Dostum» kafesinə içəri daxil olduğunu, lakin qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 arxasınca kafeyə tərəf getdiyini və sonuncunun əsəbi vəziyyətdə olduğuna görə kafenin pəncərəsini vurub sındırdığını, buna görə qardaşı Cavidi yumruqla vuraraq kafeyə tərəf getməsinə imkan vermədiyini və bundan sonra öz qardaşı Təqsirləndirilən şəxs1la həmin kafenin qarşısında əlbəyaxa olub bir neçə dəqiqə ərzində süpürləşib dalaşdıqlarını və özü yerə yıxıldığını, həmin vaxt orada olan kənar şəxslərin onları aralayıb sakitləşdirdikdən sonra öz qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadıqları evə çıxıb getdiklərini və hadisə vaxtı özündə olmaqla Zərərçəkmiş şəxs2 xəsarətlər yetirdiyi bıçağı özü ilə evlərinə apardığını və bıçağı həmin gün onların evinə gəlmiş polis işçilərinə təqdim etdiyini bildirdi. Təqsirləndirilən şəxs1 hadisə vaxtı onun özündə heç bir bıçaq və yaxud başqa əşya olmadığını, dalaşma zamanı onun özü Zərərçəkmiş şəxs2 əlləri ilə vurduğunu, hadisə vaxtı qardaşı Təqsirləndirilən şəxs1 əlində bıçaq olmasını və Babəki bıçaqla vurmasını görmədiyini, lakin qardaşı Təqsirləndirilən şəxs1 davaya qoşulduqdan sonra da onun özü sərxoş vəziyyətdə olduğuna görə Zərərçəkmiş şəxs2 üzərinə hücum edib onu yumruqla vurduğunu, həmin vaxt qohumu Şahid1 onların arasına girib ayırdığına görə Zərərçəkmiş şəxs2 onlardan uzaqlaşıb «Dostum» kafesinə girdiyini, onun özü Zərərçəkmiş şəxs2 arxasınca qaçıb onunla yenə dalaşmaq istədiyini, lakin həmin vaxt öz qardaşı Təqsirləndirilən şəxs2 onun qarşısını kəsərək onun özünü yumruqla bir neçə dəfə vurduğunu və buna görə qardaşı Cabir ilə bir neçə dəqiqə ərzində öz aralarında dalaşdıqlarını, orada olan şəxslər onları aralayıb sakitləşdirdikdən sonra isə birlikdə öz evlərinə çıxıb getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə ibtidai istintaq zamanı qeyd edilən «DVD» diskə köçürülmüş video görüntülərə baxış keçirilən zaman da hadisənin yuxarıda qeyd edilən şəraitdə baş verdiyini bildirmişlər. (cild 2, iş vər. 163-164, 198-199). Cinayət işi üzrə təyin edilmiş kompleks ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 1879 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamış, Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması (o cümlədən patoloji affekt) əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 intellektual-mnestik imkanları normaya uyğundur. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman hərəkət və davranışı şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 2, iş vər. 213-215). Cinayət işi üzrə təyin edilmiş kompleks ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 1977 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamış, Təqsirləndirilən şəxs2 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması (o cümlədən patoloji affekt) əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 intellektual-mnestik imkanları normaya uyğundur. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman emosional oyanıq vəziyyətdə olmuş, həmin halın yaranması adi alkoqol sərxoşluğu halında olması ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 2, iş vər. 216-218). İş üzrə təyin edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAETTB-nin xx xxxxxxxx 2019-cu il tarixli, 561/2019- MTBŞ saylı iş məhkəmə-tibbi-bioloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu 0 alfa, beta/l/-dir. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu B alfa (H)/lll/-dir. Ekspertizaya təqdim edilmiş bıçaq, dəsmal, bir cüt çəkələk, 03 ədəd pambıq topası, 05 ədəd daş parçası, avtomobilə baxış zamanı götürülmüş hissəciklər, 03 ədəd yapışqan lent (lentlə götürülmüş ləkə qırıntıları), Təqsirləndirilən şəxs1 məxsus şalvar, Təqsirləndirilən şəxs2 məxsus qısaqol mayka, şalvar və mərhum Zərərçəkmiş şəxs2 məxsus şalvar, qolsuz mayka, qısaqol mayka, kəmər üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda B və H antigenləri alındı. Bu qan ləkələri B-alfa(H)/lll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 02 ədəd şüşə parçası üzərində zəif intensivliyində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda, qrup antigenləri və aqqlyutininləri alınmadığı üçün onların qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus uzunqol köynək üzərində qana şübhəli ləkə aşkar olunmadı. (cild 2, iş vər. 227-238). Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi-kriminaslistik ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAETTB-nin xx xxxxxxx 2019-cu il tarixli, 475/2019-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan tipli turistik-səyahət bıçaqdır və soyuq silah hesab olunmur. (cild 2, iş vər. 240-242). «İstintaq eksperimentinin aparılması haqqında» xx xxxxxx 2019-cu il tarixli protokol və ona əlavə olunmuş foto cədvəllərdən görünür ki, iş üzrə ibtidai istintaq zamanı hadisənin şahidi olmuş Zərərçəkmiş şəxs1 mərhum Zərərçəkmiş şəxs2 hansı şəraitdə xəsarətlərin yetirilməsi prosesini görməsini praktiki cəhətdən dəqiqləşdirilməsi və yoxlanılması məqsədi ilə əvvəlcə Zərərçəkmiş şəxs1 hadisə zamanı özünün harada olması, daha sonra isə mərhum Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 harada olmaları, Təqsirləndirilən şəxs2 davaya qoşulan zaman harada olmasını göstərmək təklif olunmuşdur. Zərərçəkmiş şəxs1 işlətdiyi «Dostum» kafesinin qarşısında kafenin binasının yaxınlığında orada olan meydançada dayanaraq, hadisə vaxtı özünün həmin yerdə dayandığını göstərmiş, həmçinin Təqsirləndirilən şəxs1 həmin vaxt arxası kafenin binasına tərəf olmaqla sonuncunun Zərərçəkmiş şəxs2la üzbəüz dayanıb tutaşmış vəziyyətdə dalaşdıqlarını, həmin şəxslərin onun özündən sol tərəfdə bir qədər aralıda olmalarını göstərmişdir. Həmin istintaq hərəkəti yerinə yetirilən zaman Zərərçəkmiş şəxs1 göstərməsinə əsasən sonuncunun hadisə vaxtı Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 cəmi bir metr məsafə ilə aralıda dayandığı müəyyən edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 davaya qoşularaq hansı formada Zərərçəkmiş şəxs2 iki dəfə bıçaqla zərbə endirməsini, Təqsirləndirilən şəxs1 qardaşının bıçaqla Zərərçəkmiş şəxs2 zərbə endirən zaman hansı istiqamətdə və hansı formada dayanmasını göstərməsi təklif olunmuş və cinayətin aləti olan cib bıçağını əvəz etmək üçün şərti iştirakçı tərəfindən bir ədəd taxta parçasından istifadə edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 həmin hadisənin də Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 əlbəyaxa tutaşıb əvvəlki yerdə, onun özündən sol tərəfdə baş verdiyini, həmin vaxt Təqsirləndirilən şəxs2 arxası həmin kafenin binasına tərəf olmaqla, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 birbaşa yanında olduğu və Zərərçəkmiş şəxs2la üzbəüz tutaşıb dalaşan zaman Təqsirləndirilən şəxs2 sağ əlində tutduğu bıçaqla Zərərçəkmiş şəxs2 sol tərəfdən birinci dəfə sağdan sola qarın nahiyəsinə zərbə endirdiyini, daha sonra isə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 birbaşa qarşısında dayanmış vəziyyətdə olmaqla sağ əlində tutduğu həmin bıçaqla Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol hissəsinə düz istiqamətdə bıçaq zərbəsi endirdiyini göstərmiş və hadisənin məhz onun göstərdiyi şəraitdə baş verdiyini, onun qənaətinə görə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 hər iki zərbə yetirən zaman Cavid Əhmədxanovun bunu gördüyünü bildirmişdir. (cild 3, iş vər. 10-11,12-16). Məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə tədqiq edilmiş, həmin cinayət işi üzrə ibtidai istintaq zamanı təyin edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 27011 nömrəli məhkəmə-kompüter-texniki ekspertizasının rəyi və rəyə əlavə edilmiş bir ədəd «DVD» diskdə əksini tapmış foto kadrlardan görünür ki, həmin iş üzrə iş üzrə ibtidai istintaq zamanı hadisənin baş verdiyi “Dostum" kafesi ilə eyni cərgədə yerləşən mağazanın videomüşahidə kameralarından «DVD» tipli optik diskdə köçürülərək götürülməklə hadisənin baş verdiyi qeydə alınmış video görüntülər olan həmin disk, qeyd edilən diskdə olan video çarxın montaj olub-olmaması, təqdim edilmiş video çarxın hadisənin baş verməsi hissəsinin yaxınlaşdıraraq ardıcıl şəkillərə bölünməklə cədvəl formasında çıxarılmasını təmin etmək və hadisə zamanı həmin şəxslərin müvafiq olaraq oxlarla işarələnməklə istiqamətini müəyyən etmək ekspertizaya həvalə edilmişdir. Ekspert tərəfindən həmin video görüntülərə baxış keçirilərkən video kadrlar əldə edilmiş, hadisə baş verən məqamlarda əks etdirilən şəxslər oxlar ilə işərələnmiş və şərti olaraq “C1”, “C2”, “B1” və “R1” simvollar ilə işarələnmişlər. Aparılmış tədqiqatlar nəticəsində mübahisəli video görüntülərdə kadrlar arası keçid prosesi, kəskin kadr dəyişikliyi, video axında əsaslanmamış pauzalar qeydə alınmamışdır. Həmin ekspertiza rəyinə əsasən tədqiq olunan video görüntülərdən kadrlar əldə edilmişdir. Hadisə baş verən məqamlarda əks etdirilən şəxslər oxlar ilə işarələnmişdir, şərti olaraq “C1”, “C2”, “B1” və “R1” simvollar ilə işarələnərək rəyin tədqiqi hissəsində qeyd olunmuşdur. Təqdim edilmiş «DVD» tipli optik diskdə mübahisəli video görüntüdə montaj əlamətlərin müəyyən olunmamışdır. Həmin ekspertiza rəyi və rəyə əlavə olunmuş bir ədəd «DVD» tipli diskə köçürülmüş foto kadrlardan görünür ki, ekspertiza keçirilən zaman tədqiq olunan video görüntülərdən hadisə baş verdiyi məqamlar üzrə cəmi altı ədəd, yəni 9053, 9093, 9164, 9171, 9180 və 9209 saylı foto kadrlar əldə edilmiş, həmin məqamlarda əks etdirilən şəxslər oxlar ilə işarələnərək şərti olaraq “C1”, “C2”, “B1” və “R1” simvollar ilə işarələnmişdir. Həmin foto kadrlar rəyin tədqiqi hissəsində əks etdirilmiş və həmçinin qeyd edilən video görüntülər üzrə qeyd edilən kadrların fotoşəkilləri bir ədəd «DVD» tipli optik diskə köçürülərək rəyə əlavə edilmişdir. Bununla bağlı məhkəmə baxışı zamanı tədqiq edilməklə, «Təqsirləndirilən şəxsin ekspertiza rəyi ilə tanış edilməsi haqqında» xx xxxxxx 2019-cu il tarixli protokollardan görünür ki, iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iş üzrə məhkəmə-kompüter-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 27011 nömrəli rəy ilə tanış edilmiş və onlar hadisənin baş verdiyi məqamlar üzrə 9053, 9093, 9164, 9171, 9180 və 9209 saylı foto kadrlar üzrə əks etdirilməklə şərti olaraq “C1”, “C2”, “B1” və “R1” simvollar ilə işarələnmiş şəxslərdən şərti olaraq “C1” simvolu ilə işarələnmiş şəxsin Təqsirləndirilən şəxs2, “C2” simvolu ilə işarələnmiş şəxsin Təqsirləndirilən şəxs1, “B1” simvolu ilə işarələnmiş şəxsin mərhum Zərərçəkmiş şəxs2, “R1” simvolu ilə işarələnmiş şəxsin isə Şahid1 olduğunu bildirmişlər. Məhkəmə baxışı zamanı həmin ekspertiza rəyi elan edilməklə tədqiq olunan zaman təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisənin baş verdiyi məqamlar üzrə yuxarıda qeyd edilən foto kadrlar üzrə şərti olaraq “C1”, “C2”, “B1” və “R1” simvollar ilə işarələnmiş şəxslərdən, “C1” simvolu ilə işarələnmiş şəxsin Təqsirləndirilən şəxs2, “C2” simvolu ilə işarələnmiş şəxsin Təqsirləndirilən şəxs1, “B1” simvolu ilə işarələnmiş şəxsin mərhum Zərərçəkmiş şəxs2, “R1” simvolu ilə işarələnmiş şəxsin isə Şahid1 olduğunu bir daha təsdiq etmişlər. Həmin ekspertiza rəyinin tədqiqi hissəsində əks etdirilməklə, həmçinin həmin rəyə əlavə edilməklə bir ədəd «DVD» diskə köçürülməklə hadisənin baş verdiyi məqamlar üzrə cəmi altı ədəd, yəni 9053, 9093, 9164, 9171, 9180 və 9209 saylı foto kadrlarda hadisənin ala-qaranlıq yerdə baş verdiyi, lakin dalaşan şəxslərin əyinlərində olan paltarların rəngləri seçilməklə, həmin şəxslərin sifətlərinin dəqiq seçilmədiyi, həmin şəxslərin əllərində hər-hansı bir əşya olması, dalaşan şəxslərin bir-birlərinin hansı bədən nahiyələrinə zərbələr endirdikləri, həmin şəxslərdən hər-hansı birinin digərini tutubsaxladığı müşahidə olunmur, lakin həmin foto kadrlarda “C1” və “C2” simvolu ilə işarələnmiş şəxslərin “B1” simvolu ilə işarələnmiş şəxsə tərəf əl-qol atdıqları müşahidə olunur. (cild 3, iş vər. 62, 76). Quba RİHB-nın Aşağı Atuc kəndü İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, 584 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonunun Aşağı-Atuc kənd sakinidir, subaydır, sonuncu daimi yaşayış yeri üzrə mənfi xarakterizə olunur, barəsində həmin nümayəndəliyə bir neçə dəfə ailə üzvləri və valideynləri tərəfindən şifahi qaydada şikayətlər daxil olmuş və ərazidə münaqişəli bir ailə kimi tanınırlar. (cild 3, iş vər. 79, 80). Quba RİHB-nın Aşağı Atuc kəndü İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, 586 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonunun Aşağı- Atuc kənd sakinidir, subaydır, sonuncu daimi yaşayış yeri üzrə mənfi xarakterizə olunur, barəsində nümayəndəliyə bir neçə dəfə ailə üzvləri və valideynləri tərəfindən şifahi qaydada şikayətlər daxil olmuş və ərazidə münaqişəli bir ailə kimi tanınırlar. (cild 3, iş vər. 81, 82). İş materiallarında olmaqla Quba Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2019-cu il tarixli, 5019 saylı məktubundan görünür ki, Quba rayonu Aşağı-Atuc kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Quba RMX-nın Konsultativ poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdurlar. (cild 3, iş vər. 83). Quba RİHB-nin Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1041 saylı arayış vəç xasiyyətnamədən görünür ki, Quba rayonunun Aşağı- Xuc kənd sakini mərhum Şükürov Zərərçəkmiş şəxs2 Aytən İmran qızı ilə evli olmuş, onların xx.xx.2017-ci il təvəllüdlü bir uşağı vardır. Zərərçəkmiş şəxs2 xx.xx.1989-cu ildə Aşağı Xuc kəndində anadan olmuş, orta təhsilli, ailəli olmuşdur. Zərərçəkmiş şəxs2 yaşadığı dövrdə nizam-intizamlı olmuş, qonşularla yaxşı münasibətdə, xoş ünsiyyətdə olmuş, kənddə keçirilən tədbirlərdə yaxından iştirak etmiş, qoca və yaşlı əhaliyə həmişə köməklik göstərmişdir. Zərərçəkmiş şəxs2 qonşularından və digər kənd sakinlərindən nümayəndəliyə onun haqqında yazılı və şifahi şikayət daxil olmamışdır. (cild 3, iş vər. 84, 85). Quba RİHB-nin Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Quba rayonu Aşağı Xuc kənd sakini Zərərçəkmiş şəxs1 daimi yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində qonşularından və digər kənd sakinlərindən həmin nümayəndəliyə onun haqqında yazılı şifahi və ya şifahi daxil olmamışdır. (cild 3, iş vər. 86, 87). İş materiallarında olmaqla iş üzrə «Sübutların qiymətləndirilməsi barədə» xx xxxxxx 2019cu il tarixli qərardan görünür ki, həmin tarixli qərarla Quba rayon prokurorluğunun müstəntiqi, istintaq qrupunun rəhbəri B.A.Qədirli tərəfindən iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələrindən Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.3 və 221.3-cü maddələrinə tövsif edilərək həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə yenidən yeni məzmunda ittiham elan edilməsi, digər Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.3 və 221.3-cü maddələrinə tövsif edilərək həmin maddələrlə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə yenidən yeni məzmunda ittiham elan edilməsi, Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olmaqla, onların bir-birlərinə qarşı iddialarının olmaması və barışmaları nəzərə almaqla barələrində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilməsi, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd dəsmal, bir cüt başmaq, üç ədəd pambığa hopdurulmaqla götürülmüş qanabənzər ləkə nümunələri, beş ədəd daş nümunəsi, iki ədəd pəncərə şüşəsinin parçası, bir ədəd cib bıçağı, meyitə baxış zamanı protokollaşdırılaraq götürülmüş Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli pambıq materialdan qısaqol futbolka, ağ rəngli pambıq materialdan mayka, göy rəngli cins şalvar və şalvarın belində olan qara kəmər, Təqsirləndirilən şəxs2 hadisə zamanı üzərində olmuş cins materialdan göy rəngli şalvar və üzərində “Calvin Klein” yazısı olan boz rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli üzərində “Philipp Plein” yazısı olan uzunqol köynək və bir ədəd göy rəngli cins şalvar, Şahid2 məxsus avtomobilə baxış zamanı bir yerdən götürülmüş qurumuş qanabənzər ləkə qırıntıları və üç yerdən yapışqan lent vasitəsilə götürülmüş qanabənzər ləkə nümunələri maddi sübut kimi tanınması və Quba rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılması barədə qərar qəbul edilmişdir. (cild 3, iş vər. 89 -147). İş materiallarına əlavə edilməklə sərhədkeçmə barədə məlumatlardan görünür ki, Quba rayonu Aşağı-Xuc kənd sakini xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat 08-09-19 radələrində RF Rostov şəhəri istiqamətdə Yalama Dəmir yolu buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutları müqayisəli qaydada tədqiq edərək, sübutlara hərtərəfli və obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması, yəni göstərilən şəraitdə zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 qəsdən öldürdüyü, bununla yanaşı hadisənin baş verdiyi kafedə və həmin kafenin qarşısında şəxsən özü silah qismində istifadə olunan əşyadan istifadə etməklə öz qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq olunması, özgənin əmlakını məhv etməsi ilə müşayiət olunan xuliqanlıq etmiş olduqları, hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı, baş vermiş hadisə vaxtı özlərinin aktiv hərəkətlərinin məhz nədən ibarət olması barədə təqsirləndirilən şəxslərin cinayət işinin faktiki hallarına uyğun qarşılıqlı ziddiyyətli olmaqla öz mahiyyəti üzrə qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə məhkəmə istintaqı, həmçinin iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmaqla məhkəmə baxışı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında verdikləri və elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdikləri ifadələr, maddi sübutlar, hadisənin baş vermə vaxtı və şəraiti və s. halları əks etdirməklə hadisə yerində quraşdırılmış təhlükəsizlik kameralarından köçürülməklə ibtidai istintaq və məhkəmə baxışı zamanı tədqiq olunmuş video görüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə xx xxxx 2019-cu il tarixdə tarixdə baş vermiş qeyd edilən hadisə ilə bağlı iş üzrə Təqsirləndirilən şəxs2 hadisə vaxtı Zərərçəkmiş şəxs2 öldürmək niyyəti olmadığı, sonuncuya təsadüfən bıçaqla xəsarətlər yetirmiş olduğu, öz qardaşı Təqsirləndirilən şəxs1 hadisə vaxtı kafenin içində və yaxud kafenin qarşısında hər-hansı bir qanunazidd hərəkətlərə yol vermədiyi, sonuncunun zərərçəkmiş şəxsə qarşı zor tətbiq olunması, özgənin əmlakını məhv etməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq əməlinin törədilməsində heç bir iştirakı olmadığı, onun özü hadisə vaxtı Zərərçəkmiş şəxs2 bıçaqla xəsarətlər yetirdikdən sonra qardaşı Təqsirləndirilən şəxs1 məhz zərərçəkmiş şəxs, mərhum Zərərçəkmiş şəxs2 köməklik göstərilərək xəstəxanaya aparılması üçün sonuncunun arxasınca qaçaraq hadisənin baş verdiyi «Dostum» kafesinin qapısını döyərək qapının açılmasını tələb etdiyi və məhz bununla bağlı kafenin şüşəsini əli ilə vurub sındırdığı, həmçinin iş üzrə digər Təqsirləndirilən şəxs1 hadisə vaxtı zərərçəkmiş şəxsə zor tətbiq olunması, özgənin əmlakını məhv etməsi ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermədiyi və bununla bağlı onun özünün heç bir təqsiri olmadığı barədəki hissədə ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, Cabir və Təqsirləndirilən şəxs1ların bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi daşıyır və qeyd edildiyi kimi, onların yuxarıda qeyd olunan müvafiq cinayət əməllərini törətməkdə təqsirli olmaları iş üzrə zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsi, 127-ci maddəsinin 2-ci hissəsi və 129-cu maddəsinin 3-cü hissəsinin müddəalarına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmalı və məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-c maddəsinin müddəalarına əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinin tələblərinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, həmin Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin müddəalarına əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alıb, iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmaqla tədqiq edilmiş obyektik sübutların məcmusunu nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməllərin tövsifi məsələsini müzakirə edərək belə hesab edir ki, xx xxxx 2019-cu il tarixdə Quba rayonunun Aşağı-Xuc kəndində yerləşən “Dostum” kafesində baş vermiş cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyadan istifadə etməklə öz qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq olunması, özgənin əmlakını məhv edilməsi ilə müşayiət olunan xuliqanlıq etmiş olduqları iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq orqanı tərəfindən həmin hissədə onların əməlləri Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, bununla yanaşı məhkəmə belə hesab edir ki, baş vermiş həmin hadisə zamanı mərhum Zərərçəkmiş şəxs2 qətlə yetirilməsi ilə bağlı olan hissədə, həmin cinayət hadisəsinin baş vermə şəraiti və hadisələrin inkişafı ardıcıllığı, hadisə vaxtı Təqsirləndirilən şəxs1 özündə olan bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs2 sonuncunun ölümünə səbəb olmuş ağır dərəcəli bədən xəsarətləri yetirməzdən birbaşa əvvəl və bu kimi xəsarətləri yetirdiyi an digər Təqsirləndirilən şəxs1 aktiv hərəkətlərinin məhz nədən ibarət olduğu, sonuncunun öz hərəkətləri ilə birgə icraçı qismində iştirak etməklə Zərərçəkmiş şəxs2 həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirakın olub-olmaması ilə bağlı nə kimi obyektiv, mötəbər və təkzibolunmaz sübutların əldə edildiyi ilə bağlı işin faktiki halları nəzərə alınmaqla, ibtidai istintaq orqanı tərəfindən baş vermiş həmin cinayət hadisəsinə həmin hissədə tam düzgün hüquqi qiymət verilməyərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 məhz bir qrup şəxs halında qəsdən adam öldürmüş olduqları barədə qənatə gəlmiş və nəticədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.3-cü maddələri ilə tam düzgün olaraq tövsif edilməmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması və həmçinin digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1ci maddəsi ilə də nəzərdə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olması sübuta yetirilməmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən xx xxxx 2019-cu il tarixdə Quba rayonunun Aşağı-Xuc kəndində yerləşən “Dostum” kafesində baş vermiş cinayət hadisəsi ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz mahiyyəti üzrə eyni məzmunda ittiham irəli sürülmüşdür. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, bir qrup şəxs halında, zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxx 2019-cu il tarixdə, saat 22 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Quba rayonu Aşağı Xuc kəndində yerləşən “Dostum” kafesində birlikdə spirtli içki olan “Kaqor” markalı çaxır içməklə sərxoş vəziyyətə düşdükdən sonra ictimai yer hesab olunan kafedə spirtli içkinin təsiri altında ucadan nalayiq ifadələr işlədib əllərini zərbə ilə masaya vuraraq masanın üzərindəki stəkanı salıb sındıraraq özgənin əmlakını məhv etməklə müşayiət edilən qərəzli hərəkətlər edib ictimai qaydanı kobud surətdə pozmuş, şosse kənarında yerləşdiyindən kafeni səhərə qədər işlətməsinə baxmayaraq onların bu kimi hərəkətlərinin sonunda problem yaranacağından ehtiyat edən həmin kafeni icarə əsasında işlədən Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq artıq gec olması səbəbi ilə kafeni bağlamaq istədiyini dedikdə, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyduqlarından sonuncunun sözlərini özlərinə sığışdırmayaraq, digər masada olan müştərilərə əhəmiyyət vermədən və sonuncuların gözü qarşısında onu buradan heç kəsin çıxarmağa ixtiyarı olmadığını, kafenin onun icazəsi olmadan bağlanmayacağını və zor tətbiq edəcəyi ilə hədələməklə ağıllı davranmayacağı təqdirdə başının ağrıya biləcəyini nümayişkaranə şəkildə hədələyərək, cəmiyyətə qarşı qərəzli olaraq açıqca hörmətsizlik etmiş, bu zaman kafenin həyətindəki masada əyləşən xx xxxxxx 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 kafedə yaranmış səs-küyü eşidib həmkəndlisi Zərərçəkmiş şəxs1 qarşı olan hüquq pozuntusuna biganə qalmayaraq sonuncuya dəstək olmaqla, ictimai borcunu yerinə yetirərək həmkəndlisini müdafiə etmək məqsədi ilə kafeyə daxil olub Zərərçəkmiş şəxs1 haqlı olduğunu bildirməklə onlardan nəyə görə bu hərəkətləri etmələrini soruşduqda, Zərərçəkmiş şəxs2 həmin hərəkətini özünə qarşı hörmətsizlik kimi qəbul edərək daha da qəzəblənmiş, sonuncu vətəndaş mövqeyi sərgiləməklə masaya yaxınlaşaraq sakit olmalarını, gec olmasını və səs-küy salmamalarını xahiş etdikdə, haqlı iraddan hiddətlənərək Zərərçəkmiş şəxs1 qarşı olan qərəzli hərəkətlərini Zərərçəkmiş şəxs2 yönəldib sonuncunun bu məsələyə qarışmasını bəhanə edərək əsaslı səbəb olmadan sonuncunun sinəsindən itələmiş, Zərərçəkmiş şəxs2 onların sərxoş olduğunu gördüyündən söz demədən əhəmiyyət verməyərək getmək istəyərkən yanında olan qardaşı Təqsirləndirilən şəxs1 məsələyə müdaxilə edərək qərəzli hərəkətlərini davam etdirməklə əli ilə Zərərçəkmiş şəxs2 sinəsindən vurmuş, qardaşına məsələyə qarışmamasını desə də, Təqsirləndirilən şəxs1 yenidən Zərərçəkmiş şəxs2 üzərinə hücum edən zaman sərxoş vəziyyətdə olduğundan müvazinətini itirərək yerə yıxılmış, kafedən getmək istəyən Zərərçəkmiş şəxs2 ayağından yapışmağa çalışsa da, istəyini yerinə yetirə bilməmiş, lakin bununla kifayətlənməyib ayağa qalxıb Zərərçəkmiş şəxs2 tutaraq onunla əlbəyaxa olub kafenin girişinə tərəf gələn zaman sonuncunun onlardan daha iri cüssəli və qüvvətli olduğunu düşünərək, bacara bilməyəcəklərini bilib onun qardaşı ilə əlbəyaxa olmasından istifadə edərək üzərində gəzdirdiyi cib bıçağını çıxarıb silah qismində istifadə olunan əşya kimi tətbiq etməklə qəsdən öldürmək niyyəti ilə Zərərçəkmiş şəxs2 həyat üçün vacib orqanı sayılan ürək nahiyəsindən iki dəfə ardıcıl qəsdən zərbələr endirərək sonuncuya ölümünə səbəb olmuş döş qəfəsinin ön səthində solda ön qoltuq xətti üzrə 7-ci qabırğa arasında döş qəfəsinin daxilinə nüfuz edən ürək zirvəsinin deşilmiş kəsilmiş yarasından və qarnın ön divarında sol qoltuq xətti üzrə qarın boşluğuna nüfuz edərək dalağın və bağırsağın zədələnməsi ilə nəticələnən deşilmiş kəsilmiş yaradan ibarət ağır dərəcəli bədən xəsarətləri yetirmiş, bununla kifayətlənməyərək birlikdə Zərərçəkmiş şəxs2 yumruq və təpiklə vurmaqda davam edərək, sonuncuya alnın sağ hissəsində qeyri-müəyyən formada tünd qırmızı rəngdə 0,8 x 0,5 sm ölçüdə, sol üst göz qapağın bayır kənarında 1 x 0,5 sm ölçüdə və üst dodaqda solda 0,5 x 0,5 sm ölçüdə sıyrıq kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə zor tətbiq etmiş, orada olan şəxslər onları araladıqdan sonra Zərərçəkmiş şəxs2 qaçaraq kafenin içərisinə daxil olduqda Təqsirləndirilən şəxs1 onun qardaşı tərəfindən bıçaqla vurulmasına baxmayaraq ölmədiyini bilib əlavə zərbələr endirməklə qəsdən öldürmək məqsədi ilə kafenin giriş qapısına hücum edərək Zərərçəkmiş şəxs2 öldürəcəyini deyib qapını açmasını tələb etmiş, lakin qapı bağlı olduğundan içəri daxil ola bilməyərək daha da əsəbləşib sağ əlinin yumruğu ilə pəncərənin şüşələrini sındırmış, onun Zərərçəkmiş şəxs2 arxasınca getməsinə etiraz etdikdə isə aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq bir-birləri ilə qarşılıqlı dalaşmaqla 40 dəqiqə ərzində ictimai yerdə ictimai qaydanı kobud surətdə pozmaqla, bir qrup şəxs halında, silah qismində istifadə edilən əşya tətbiq edərək qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs2 kafedən çıxdıqdan sonra Şahid2 məxsus “VAZ-2106” markalı, “**-BN-***” dövlət qeydiyyat nişanlı avtomobillə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı həmin xəsarətlərdən həmin gün saat 23 radələrində yolda öldüyündən Zərərçəkmiş şəxs2 öz ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Həmçinin istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, bir qrup şəxs halında, zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxx 2019-cu il tarixdə, saat 22 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Quba rayonu Aşağı Xuc kəndində yerləşən “Dostum” kafesində birlikdə spirtli içki olan “Kaqor” markalı çaxır içməklə sərxoş vəziyyətə düşdükdən sonra ictimai yer hesab olunan kafedə spirtli içkinin təsiri altında ucadan nalayiq ifadələr işlədib əllərini zərbə ilə masaya vurmaqla masanın üzərindəki stəkanları salıb sındıraraq özgənin əmlakını məhv etməklə müşayiət edilən qərəzli hərəkətlər edib ictimai qaydanı kobud surətdə pozmuş, şosse kənarında yerləşdiyindən kafeni səhərə qədər işlətməsinə baxmayaraq onların bu kimi hərəkətlərinin sonunda problem yaranacağından ehtiyat edən həmin kafeni icarə əsasında işlədən Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq artıq gec olması səbəbilə kafeni bağlamaq istədiyini dedikdə, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyduqlarından sonuncunun sözlərini özlərinə sığışdırmayaraq digər masada olan müştərilərə əhəmiyyət vermədən və onların gözü qarşısında qərəzli hərəkətlərini davam etdirmiş, qardaşı Təqsirləndirilən şəxs2 onu buradan heç kəsin çıxarmağa ixtiyarı olmadığını, kafenin onun icazəsi olmadan bağlanmayacağını və zor tətbiq edəcəyi ilə hədələməklə ağıllı davranmayacağı təqdirdə başının ağrıya biləcəyini nümayişkaranə şəkildə elan edərək cəmiyyətə qarşı qərəzli olaraq açıqca hörmətsizlik etmiş, bu zaman kafenin həyətindəki masada əyləşən xx xxxxxx 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 kafedə yaranmış səs-küyü eşidib həmkəndlisi Zərərçəkmiş şəxs1 qarşı olan hüquq pozuntusuna biganə qalmayaraq ona dəstək olmaqla ictimai borcunu yerinə yetirərək onu müdafiə etmək məqsədi ilə kafeyə daxil olub Zərərçəkmiş şəxs1 haqlı olduğunu bildirməklə onlardan nəyə görə bu hərəkətləri etmələrini soruşduqda sonuncunun həmin hərəkətini özünə qarşı hörmətsizlik kimi qəbul edərək daha da qəzəblənmiş, Zərərçəkmiş şəxs2 vətəndaş mövqeyi sərgiləməklə masaya yaxınlaşaraq sakit olmalarını, gec olmasını və səs-küy salmamalarını xahiş etdikdə sonuncunun haqlı iradından daha da hiddətlənmiş, qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 qarşı olan qərəzli hərəkətlərini Zərərçəkmiş şəxs2 yönəldib onun bu məsələyə qarışmasını bəhanə edərək əsaslı səbəb olmadan sonuncunun sinəsindən itələmiş, Zərərçəkmiş şəxs2 onların sərxoş olduğunu gördüyündən söz demədən əhəmiyyət verməyərək getmək istəyərkən məsələyə müdaxilə edərək qərəzli hərəkətlərini davam etdirməklə əli ilə Zərərçəkmiş şəxs2 sinəsindən vurmuş, qardaşı ona məsələyə qarışmamasını desə də, yenidən Zərərçəkmiş şəxs2 üzərinə hücum edən zaman sərxoş vəziyyətdə olduğundan müvazinətini itirərərək yerə yıxılmış, kafedən getmək istəyən Zərərçəkmiş şəxs2 ayağından yapışmağa çalışsa da istəyini yerinə yetirə bilməmiş, lakin bununla kifayətlənməyib ayağa qalxıb Zərərçəkmiş şəxs2 tutaraq onunla əlbəyaxa olub kafenin girişinə tərəf gələn zaman qardaşı davaya qoşulmuş, Zərərçəkmiş şəxs2 öldüm deyə qışqırmasından və köynəyinin həddindən çox qanamasından qardaşının cib bıçağı ilə Zərərçəkmiş şəxs2 öldürmək niyyəti ilə qəflətən həyat üçün vacib orqanı sayılan ürək nahiyəsindən iki dəfə qəsdən ardıcıl zərbələr endirərək sonuncuya onun ölümünə səbəb olmuş döş qəfəsinin ön səthində solda ön qoltuq xətti üzrə 7-ci qabırğa arasında döş qəfəsinin daxilinə nüfuz edən ürək zirvəsinin deşilmiş kəsilmiş yarasından və qarnın ön divarında sol qoltuq xətti üzrə qarın boşluğuna nüfuz edərək dalağın və bağırsağın zədələnməsi ilə nəticələnən deşilmiş kəsilmiş yaradan ibarət ağır bədən xəsarətləri yetirməklə vurmasını başa düşmüş, lakin Zərərçəkmiş şəxs2 ölmədiyindən niyyətləri həyata keçməməsi səbəbilə bununla kifayətlənməyərək hirsi soyumadığından qardaşı Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan qəsdən öldürmək niyyəti ilə yumruq və təpiklə vurmaqda davam edərək sonuncuya alnın sağ hissəsində qeyrimüəyyən formada tünd qırmızı rəngdə 0,8 x 0,5 sm ölçüdə, sol üst göz qapağın bayır kənarında 1 x 0,5 sm ölçüdə və üst dodaqda solda 0,5 x 0,5 sm ölçüdə sıyrıq kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə zor tətbiq etmiş, orada olan şəxslər onları araladıqdan sonra Zərərçəkmiş şəxs2 əli ilə bıçaqlanan nahiyəsini tutub qaçaraq kafenin içərisinə daxil olduqda qapı bağlandığından sonuncunun ölmədiyini görüb əlavə zərbələr endirməklə qəsdən öldürmək məqsədi ilə kafenin giriş qapısına hücum edərək Zərərçəkmiş şəxs2 öldürəcəyini deyib qapını açmasını tələb etmiş, içəri daxil ola bilməyərək daha da əsəbləşib sağ əlinin yumruğu ilə pəncərənin şüşələrini sındıraraq özgənin əmlakını məhv etməklə müşayiət edilən qərəzli hərəkətlər edib ictimai qaydanı kobud surətdə pozmuş, qardaşı Təqsirləndirilən şəxs2 onun Zərərçəkmiş şəxs2 arxasınca getməsinə etiraz etdikdə isə aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq bir-birləri ilə qarşılıqlı dalaşmaqla 40 dəqiqə ərzində ictimai yerdə ictimai qaydanı kobud surətdə pozmaqla, bir qrup şəxs halında, silah qismində istifadə edilən əşya tətbiq edərək qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs2 kafedən çıxdıqdan sonra Şahid2 məxsus “VAZ-2106” markalı, “**-BN-***” dövlət qeydiyyat nişanlı avtomobillə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı həmin xəsarətlərdən həmin gün saat 23 radələrində yolda öldüyündən Zərərçəkmiş şəxs2 öz ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Beləliklə, istintaq orqanı hadisənin öz mahiyyət etibarı ilə məhz yuxarıda göstərilən şəraitdə, vaxtda və yerdə baş verdiyi barədə nəticəyə gəlmişdir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə məhkəmə baxışı zamanı da iş üzrə Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən şəraitdə silah qismində istifadə olunan əşyadan istifadə etməklə, bununla yanaşı digər Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq olunması, özgənin əmlakını məhv edilməsi ilə müşayiət olunan xuliqanlıq etmiş olduqları iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı, onların işin faktiki hallarına uyğun olmaqla işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri və iş üzrə toplanmış digər obyektiv sübutların məcmusu ilə tam sübuta yetirilmiş və ibtidai istintaq orqanı tərəfindən həmin hissədə onlara əsaslı olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Bununla əlaqədar qeyd etmək lazımdır ki, baş vermiş həmin hadisə zamanı mərhum Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 yuxarıda qeyd edilən vaxtda və şəraitdə ağır bədən xəsarətləri yetirilməklə onun qətlə yetirilməsi ilə bağlı olan hissədə və həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq olunması, özgənin əmlakını məhv edilməsi ilə müşayiət olunan xuliqanlıq əməli törətmələri və həmin cinayət hadisəsinin baş vermə vaxtı, yeri və şəraiti, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aktiv hərəkətlərinin məhz nədən ibarət olduğu, yəni Cabir və Təqsirləndirilən şəxs1 qardaşlarının kafenin içərisində yuxarıda qeyd edilən qərəzli xuliqanlıq hərəkətləri etmələri, bu kimi hərəkətlərini davam etdirərək öz ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etmiş olduqları, Zərərçəkmiş şəxs2 kafedən çıxıb gedərkən Təqsirləndirilən şəxs1 öz qərəzli hərəkətlərini davam etdirərək kafenin giriş qapısının qarşısında Zərərçəkmiş şəxs2 tutaraq onunla əlbəyaxa olub onunla dalaşmağa başladığı və bu zaman digər Təqsirləndirilən şəxs2 davaya qoşularaq üzərində gəzdirdiyi cib bıçağını çıxarıb silah qismində istifadə olunan əşya kimi tətbiq etməklə qəsdən öldürmək niyyəti ilə Zərərçəkmiş şəxs2 həyat üçün vacib orqanı sayılan ürək nahiyəsindən iki dəfə ardıcıl qəsdən zərbələr endirərək sonuncuya ölümünə səbəb olmuş yuxarıda qeyd edilən dərəcəsinə görə ağır bədən xəsarətləri yetirmiş olduğu, bundan sonra da Cabir və Təqsirləndirilən şəxs1ların öz qərəzli hərəkətlərini kənarda davam etdirib Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan yumruq və təpiklə vurmaqda davam edərək sonuncuya yuxarıda qeyd edilən dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş olduqları, kənar şəxslər onları araladıqdan sonra Zərərçəkmiş şəxs2 qaçaraq kafenin içərisinə daxil olduqdan sonra da Təqsirləndirilən şəxs1 öz qərəzli hərəkətlərini davam etdirib kafenin giriş qapısına hücum edərək Zərərçəkmiş şəxs2 öldürəcəyini deyib qapını açmasını tələb etdiyi, kafeyə daxil ola bilməyərək daha da əsəbləşib sağ əlinin yumruğu ilə pəncərənin şüşələrini sındıraraq özgənin əmlakını məhv etməklə müşayiət edilən qərəzli hərəkətlər edib ictimai qaydanı kobud surətdə pozmuş olduğu, digər təqsirləndirilən şəxs, yəni öz qardaşı Təqsirləndirilən şəxs2 onun Zərərçəkmiş şəxs2 arxasınca getməsinə etiraz etdikdə isə aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq bir-birləri ilə qarşılıqlı dalaşmaqla ictimai yerdə ictimai qaydanı kobud surətdə pozmuş olduqları, mərhum Zərərçəkmiş şəxs2 kafedən çıxdıqdan sonra Şahid2 özünə məxsus «VAZ-2106» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayon mərkəzi xəstəxanasına aparılarkən, hadisə vaxtı yuxarıda qeyd edilən şəraitdə məhz Təqsirləndirilən şəxs2 tərəfindən ona yetirilməklə, döş qəfəsinin ön səthində solda ön qoltuq xətti üzrə 7-ci qabırğa arasında döş qəfəsinin daxilinə nüfuz edən ürək zirvəsinin deşilmiş kəsilmiş yarası və qarnın ön divarında sol qoltuq xətti üzrə qarın boşluğuna nüfuz edərək dalağın və bağırsağın zədələnməsi ilə nəticələnən deşilmiş kəsilmiş yaradan ibarət ağır bədən xəsarətlərindən həmin gün saat 23 radələrində yolda öldüyü barədə olan nəticələr öz mahiyyəti üzrə məhkəmə baxışı zamanı da öz təsdiqini tapmış, lakin yuxarıda qeyd edildiyi kimi mərhum Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 tərəfindən məhz öz qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında törətmiş olduqları cinayət əməli nəticəsində ölməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, həmin iş üzrə məhkəmə baxışı zamanı hadisənin yuxarıda göstərilən şəraitdə baş verdiyi, yəni xx xxxx 2019-cu il tarixdə, saat 23 radələrində iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və sonuncunun qardaşı Təqsirləndirilən şəxs2 Quba rayonunun Aşağı-Xuc kəndində yerləşən “Dostum” kafesində xeyli miqdarda spirtli içib sərxoş vəziyyətə düşdükdən sonra biri qrup şəxs halında, ictimai yer hesab olunan həmin kafedə ictimai qaydanı kobud surətdə pozmuş olduqları, onların bu kimi hərəkətlərinə görə həmin kafeni işlədən Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq artıq gec olmasını və kafeni bağlamaq istədiyini bildirdikdə Təqsirləndirilən şəxs2 bu kimi hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 hədə-qorxu gəldiyi, bu zaman kafenin giriş qapısının yanında əyləşmiş Zərərçəkmiş şəxs2 kafenin içərisində yaranmış səs-küyü eşidərək həmkəndlisi Zərərçəkmiş şəxs1 qarşı olan hüquq pozuntusuna biganə qalmayaraq, öz ictimai borcunu yerinə yetirərək, kafeyə daxil olub həmin şəxslərə yaxınlaşıb öz vətəndaş mövqeyini sərgiləməklə onlardan sakit olmalarını, gec olmasını və səs-küy salmamalarını xahiş etməklə haqlı iradını bildirdikdə, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək onun sinəsindən itələdiyi, həmin vaxt Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs2 üzərinə yeridiyi, lakin qardaşı Təqsirləndirilən şəxs2 onu geri itələyərək qarışmamasını tələb etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 qərəzli hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək əli ilə sonuncunun sinəsindən vuraraq itələdiyi, daha sonra isə kafedən çıxıb getmək istəyən Zərərçəkmiş şəxs2 ayağından yapışaraq onu saxlamağa çalışdığı, sonra isə Zərərçəkmiş şəxs2 arxasınca çölə tərəf qaçıb kafenin girişində sonuncu ilə tutaşmaqla, artıq xx xxxx 2019-cu il tarixdə, saat 22:42-53 radələrində kafenin girişinin qarşısının qarşısındakı meydançada Zərərçəkmiş şəxs2la əlbəyaxa olub əlləri ilə sonuncuya zərbələr endirməyə başladığı, Şahid1 həmin vaxt onların arxasınca çölə çıxaraq onları ayırmağa çalışmasına baxmayaraq bu kimi hərəkətlərini davam etdirdiyi, öz növbəsində Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 22:43-00 radələrində kafenin içərisindən çölə qaçıb öz qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2la əlbəyaxa olub dalaşan zaman həmin davaya qoşularaq üzərində gəzdirdiyi cib bıçağını çıxarıb silah qismində istifadə olunan əşya kimi tətbiq etməklə, qəsdən öldürmək niyyəti ilə həmin bıçaqla Zərərçəkmiş şəxs2 yuxarıda qeyd edilməklə sonuncunun ölümünə səbəb olmuş ağır dərəcəli bədən xəsarətləri yetirdiyi, həmin vaxt Şahid1 onları ayırmağa çalışmaqda davam etməsinə baxmayaraq, Cavid və Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs2 yumruq və təpiklə vurmaqda davam edərək, sonuncunun alnın nahiyəsinə yuxarıda qeyd edilən dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə zor tətbiq etmiş olduqları, həmin tarixdə 22:43-12 radələrində Şahid1 onları ayırmağa nail olduqdan sonra isə Zərərçəkmiş şəxs2 qaçaraq həmin kafenin içərisinə daxil olduğu, həmin vaxt Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 qarşı olan qərəzli hərəkətlərini dayandırdığı, lakin Təqsirləndirilən şəxs1 öz qardaşı Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 bıçaqla xəsarətlər yetirildiyini bildiyinə baxmayaraq, öz qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs2 əlavə zərbələr endirmək məqsədi ilə kafenin giriş qapısına hücum edərək Zərərçəkmiş şəxs2 öldürəcəyini deyib kafeni işlədən Zərərçəkmiş şəxs1 qapını açmasını tələb etdiyi, qapı bağlı olduğundan içəri daxil ola bilməyərək əsəbləşib yumruğu ilə kafenin pəncərəsinin şüşələrini sındıraraq qərəzli hərəkətlərini davam etdirdiyi, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs2 onun Zərərçəkmiş şəxs2 arxasınca gedib qərəzli hərəkətlərini davam etdirmək istəməsinə etiraz etdikdə, bununla bağlı öz aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq həmin kafenin qarşısında həmin gün, yəni xx xxxx 2019-cu il tarixdə saat 22:48-50 radələrinədək bir-birləri ilə qarşılıqlı dalaşmaqla ictimai yerdə ictimai qaydanı kobud surətdə pozmuş olduqları və yuxarıda qeyd edildiyi, hadisə vaxtı Zərərçəkmiş şəxs2 kafenin arxa qapısından çıxıb oradan bir qədər uzaqlaşdıqdan sonra Şahid2 məxsus “VAZ-2106” markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobildə Quba rayon mərkəzi xəstəxanasına aparılarkən hadisə vaxtı almış olduğu yuxarıda qeyd edilən ağır dərəcəli bədən xəsarətlərindən həmin gün saat 23 radələrində yolda öldüyü müəyyən edilmişdir. Onu da qeyd etmək lazımdır ki, istintaq orqanı mahiyyəti üzrə hadisənin yuxarıda qeyd edilən şəraitdə baş verdiyi barədə nəticəyə gəlməklə yanaşı, baş vermiş həmin hadisə ilə bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə, hadisələrin sonrakı inkişafı ardıcıllığı üzrə, yəni həmin şəxslərin kafenin içərisində törətdikləri qərəzli hərəkətlərin davamı olaraq, Təqsirləndirilən şəxs1 qərəzli hərəkətlərini davam etdirməklə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 arxasınca çölə tərəf qaçıb kafenin girişində sonuncunu ilə tutaşmaqla kafenin girişinin qarşısının qarşısındakı meydançada Zərərçəkmiş şəxs2la əlbəyaxa olub dalaşan zaman, öz növbəsində Təqsirləndirilən şəxs1 da kafenin içərisindən çölə qaçıb həmin davaya qoşularaq, qəsdən öldürmək niyyəti ilə özündə olan bıçaqla Zərərçəkmiş şəxs2 yuxarıda qeyd edilən sonuncunun ölümünə səbəb olmuş ağır dərəcəli bədən xəsarətləri yetirdikdən sonra, hadisələrin sonrakı inkişafı ardıcıllığı barədə Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə belə bir subyektiv nəticəyə gəlinmişdir ki, «qardaşı Təqsirləndirilən şəxs1 davaya qoşulduqdan sonra Zərərçəkmiş şəxs2,- “öldüm” deyə qışqırmasından və köynəyinin həddindən çox qanamasından qardaşının cib bıçağı ilə Zərərçəkmiş şəxs2 öldürmək niyyəti ilə qəflətən həyat üçün vacib orqanı sayılan ürək nahiyəsindən iki dəfə qəsdən ardıcıl zərbələr endirərək sonuncuya onun ölümünə səbəb olmuş döş qəfəsinin ön səthində solda ön qoltuq xətti üzrə 7-ci qabırğa arasında döş qəfəsinin daxilinə nüfuz edən ürək zirvəsinin deşilmiş kəsilmiş yarasından və qarnın ön divarında sol qoltuq xətti üzrə qarın boşluğuna nüfuz edərək dalağın və bağırsağın zədələnməsi ilə nəticələnən deşilmiş kəsilmiş yaradan ibarət ağır bədən xəsarətləri yetirməklə vurmasını başa düşmüş, lakin Zərərçəkmiş şəxs2 ölmədiyindən niyyətləri həyata keçməməsi səbəbilə bununla kifayətlənməyərək hirsi soyumadığından qardaşı Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan qəsdən öldürmək niyyəti ilə yumruq və təpiklə vurmaqda davam edərək sonuncuya alnın sağ hissəsində qeyri-müəyyən formada tünd qırmızı rəngdə 0,8x0,5 sm ölçüdə, sol üst göz qapağın bayır kənarında 1,0x0,5 sm ölçüdə və üst dodaqda solda 0,5x0,5 sm ölçüdə sıyrıq kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə zor tətbiq etmiş», istintaq orqanı hadisələrin daha sonrakı inkişafı ardıcıllığı barədə Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə həmçinin belə bir subyektiv nəticəyə gəlinmişdir ki, orada olan şəxslər onları araladıqdan sonra Zərərçəkmiş şəxs2 əli ilə bıçaqlanan nahiyəsini tutub qaçaraq kafenin içərisinə daxil olduqda qapı bağlandığından, - «Cavid Əhmədəxanov, sonuncunun ölmədiyini görüb əlavə zərbələr endirməklə qəsdən öldürmək məqsədi ilə kafenin giriş qapısına hücum edərək Zərərçəkmiş şəxs2 öldürəcəyini deyib qapını açmasını tələb etmiş», içəri daxil ola bilməyərək daha da əsəbləşib sağ əlinin yumruğu ilə pəncərənin şüşələrini sındıraraq özgənin əmlakını məhv etməklə müşayiət edilən qərəzli hərəkətlər edib ictimai qaydanı kobud surətdə pozmuşdur. Bununla bağlı qeyd etmək lazımdır ki, yuxarıda qeyd edildiyi kimi, həmin iş üzrə ibtidai istintaq və həmçinin məhkəmə baxışı zamanı hadisələrin yuxarıda qeyd edilən inkişafı ardıcıllığı üzrə, həmin təqsirləndirilən şəxslər tərəfindən kafenin içərisində yuxarıda qeyd edilən qərəzli hərəkətləri üzrə hadisələrin sonrakı inkişafı ardıcıllığı üzrə, yəni hadisə vaxtı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 arxasınca çölə tərəf qaçıb kafenin girişində sonuncu ilə tutaşmaqla, artıq xx xxxx 2019-cu il tarixdə saat 22:42-53 radələrində kafenin girişinin qarşısındakı meydançada Zərərçəkmiş şəxs2la əlbəyaxa olub əlləri ilə sonuncuya zərbələr endirməyə başladığı, öz növbəsində Təqsirləndirilən şəxs1 bundan cəmi yeddi saniyə sonra, yəni həmin tarixdə saat 22:43- 00 radələrində kafenin içərisindən çölə qaçıb öz qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2la əlbəyaxa olub dalaşan zaman həmin davaya qoşularaq özündə olan bıçaqla qəsdən öldürmək niyyəti ilə Zərərçəkmiş şəxs2 yuxarıda qeyd edilməklə sonuncunun ölümünə səbəb olmuş ağır dərəcəli bədən xəsarətləri yetirdiyi, daha sonra Cavid və Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs2 yumruq və təpiklə vurmaqda davam edərək, sonuncuya yuxarıda qeyd edilən dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə zor tətbiq etmiş olduqları və bundan cəmi on iki saniyə sonra, yəni həmin tarixdə artıq saat 22:43-12 radələrində Şahid1 onları ayırmağa nail olduqdan sonra isə Zərərçəkmiş şəxs2 qaçaraq həmin kafenin içərisinə daxil olduğu müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd edildiyi kimi, hadisə vaxtı təqsirləndirilən şəxslər Cabir və Təqsirləndirilən şəxs1 qardaşlarının kafenin içərisində yuxarıda qeyd edilən qərəzli hərəkətlərinin qısa vaxt ərzində baş verməklə, hadisələrin sonrakı inkişafı ardıcıllığı üzrə, yəni mərhum Zərərçəkmiş şəxs2 qarşı bu kimi qərəzli hərəkətlərin kafenin qarşısında olan meydançada cəmi on doqquz saniyə ərzində baş verdiyi, bununla yanaşı mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb olmuş yuxarıda qeyd edilən ağır dərəcəli bədən xəsarətlərinin və həmçinin dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsi ilə bağlı ona qarşı edilmiş hərəkətlərin cəmi on iki saniyə ərzində baş verdiyi müəyyən edilmişdir. Bununla yanaşı, hadisənin qeyd edilən qısa vaxt ərzində baş vermiş olduğu ilə bağlı xüsusatlar, iş üzrə məhkəmə baxışı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlar, o cümlədən təqsirləndirilən şəxslər Cabir və Təqsirləndirilən şəxs1 qardaşlarının öz ifadələri ilə yanaşı, iş üzrə yuxarıda qeyd edilən şahid ifadələri, həmçinin məhkəmə baxışı zamanı tədqiq edilməklə hadisənin baş verdiyi «Dostum» kafesinin yanında yerləşən mağazanın videomüşahidə kameraları üzrə xx xxxx 2019-cu il tarixdə qeydə alınmaqla istintaq zamanı bir ədəd «DVD» diskə köçürülərək götürülmüş video görüntülərə baxış protokolları, həmçinin məhkəmə baxışı zamanı həmin video görüntülərin tərəflərin iştirakı ilə nümayiş etdirilib tədqiqi üzrə, həmçinin iş üzrə ibtidai istintaq qeyd edilən zamanı videomüşahidə kameralarından «DVD» tipli optik diskə köçürülərək götürülməklə hadisənin baş verdiyi qeydə alınmış həmin video görüntülər üzrə məhkəməkompüter-texniki ekspertizasının rəyi və həmin rəyə əlavə edilmiş bir ədəd «DVD» diskdə əksini tapmış foto kadrlar, həmin foto kadrlarla iş üzrə ibtidai istintaq zamanı müvafiq şəxslərin iştirakı ilə baxış protokolları və həmçinin həmin rəyə əlavə edilmiş bir ədəd «DVD» diskdə əksini tapmaqla hadisənin mühüm məqamları əks etdirilən foto kadrların məhkəmə baxışı zamanı aparılmış tədqiqi zamanı da hadisənin qeyd edilən vaxt ərzində baş verdiyi, həmçinin mərhum Zərərçəkmiş şəxs2 qətlə yetirildiyi hadisə yerinin, yəni «Dostum» kafesinin qarşısında olan meydançada hadisənin gecə vaxtı, tam işıqlanmayan ala-qaranlıq yerdə baş verdiyi, hadisədə iştirak etmiş şəxslərin sifətlərinin dəqiq seçilmədiyi, həmin şəxslərin əllərində hər-hansı bir əşya olması, dalaşan şəxslərin bir-birlərinin hansı bədən nahiyələrinə zərbələr endirdikləri, həmin şəxslərdən hər-hansı birinin digərini tutub-saxladığı müşahidə olunmadığı, həmin şəxslərin geyim paltarlarının rəngləri seçilməklə, həmin video görüntülər və müvafiq olaraq qeyd edilən foto kadrlar üzrə hadisə yerində əvvəlcə iki nəfər şəxsin, yəni təqsirləndirilən şəxs Cavid Əhmədəxanovun mərhum Zərərçəkmiş şəxs2la dalaşdığı, bundan sonra isə dərhal üçüncü bir şəxsin, yəni Təqsirləndirilən şəxs2 da Babək Zərərçəkmiş şəxs2la dalaşmaya qoşularaq sonuncuya əlləri ilə zərbələr endirdikləri, digər bir şəxsin, yəni Şahid1 həmin şəxsləri ayırmağa çalışdığı və artıq yuxarıda qeyd edildiyi kimi, həmin gün saat 22:43-12 radələrində Şahid1 həmin şəxsləri ayırmağa nail olduqdan sonra Zərərçəkmiş şəxs2 qaçaraq kafenin içərisinə daxil olduğu təsdiq olunmuşdur. İş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mərhum Zərərçəkmiş şəxs2la onların arasında hadisədən əvvəl heç bir ədavət və ya düşmənçilik olmadığı, baş vermiş hadisədən birbaşa əvvəl və ya hadisə vaxtı iş üzrə Zərərçəkmiş şəxs2 qəsdən öldürmək barədə onların arasında heç bir söhbət və razılaşma olmadığını, hadisənin hadisə vaxtı içkili vəziyyətdə olduqlarına görə yuxarıda göstərdikləri şəraitdə baş verdiyini bildirmiş və yuxarıda qeyd edildiyi kimi iş üzrə ibtidai istintaq, həmçinin məhkəmə baxışı zamanı həmin şəxslərin mərhum Zərərçəkmiş şəxs2 qəsdən öldürmə cinayətini bir qrup şəxs halında törətmiş olduqları məhkəmə baxışı zamanı heç bir mötəbər və təkzibolunmaz sübut əldə olunmamışdır. Yuxarıda göstərilən xüsusatları və həmçinin iş üzrə toplanmış yuxarıda qeyd edilən sübutları nəzərə alaraq məhkəmə, mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb olmuş yuxarıda qeyd edilən ağır dərəcəli bədən xəsarətlərinin və həmçinin dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsi ilə bağlı həmin hadisənin baş verdiyi vaxt, şərait və ona bu kimi xəsarətlərin yetirilməsi ilə aktiv hərəkətlərin faktiki olaraq törədildiyi zaman çərçivəsi, həmçinin həmin hadisədən təxminən iki saat sonra müvafiq tibbi müayinə keçirilən zaman Təqsirləndirilən şəxs2 «orta dərəcə», Təqsirləndirilən şəxs1 isə «yüngül dərəcə» alkoqol sərxoşluğu vəziyyətlərində olduqları, həmçinin müvafiq ekspertiza rəyi ilə mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəməkimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar olunmadığı və iş işin digər hallarını nəzərə alaraq belə hesab edir ki, hadisələrin sonrakı inkişafı ardıcıllığı ilə bağlı təqsirləndirilən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə yəni, - «qardaşı Təqsirləndirilən şəxs1 davaya qoşulduqdan sonra Zərərçəkmiş şəxs2 «öldüm» deyə qışqırmasından və köynəyinin həddindən çox qanamasından qardaşının cib bıçağı ilə Zərərçəkmiş şəxs2 öldürmək niyyəti ilə qəflətən həyat üçün vacib orqanı sayılan ürək nahiyəsindən iki dəfə qəsdən ardıcıl zərbələr endirərək sonuncuya onun ölümünə səbəb olmuş qeyd edilən ağır bədən xəsarətləri yetirməklə vurmasını başa düşmüş» olduğu, hirsi soyumadığından «qardaşı Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan qəsdən öldürmək niyyəti ilə yumruq və təpiklə vurmaqda davam edərək sonuncuya yuxarıda qeyd edilən dərəcəsi təyin olunmayan xəsarətlər yetirdiyi», həmçinin hadisələrin daha sonrakı inkişafı ardıcıllığı üzrə, yəni Şahid1 həmin şəxsləri ayırmağa nail olub Zərərçəkmiş şəxs2 qaçaraq kafenin içərisinə daxil olduqdan sonra, yəni «Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ölmədiyini görüb əlavə zərbələr endirməklə, məhz onu qəsdən öldürmək məqsədi ilə kafenin giriş qapısına hücum edərək Zərərçəkmiş şəxs2 öldürəcəyini deyib qapını açmasını tələb etmiş olduğu barədə olan hissədə ibtidai istintaq orqanının gəldiyi nəticə subyektiv mülahizə xarakteri daşımaqla, həmin hal üzrə hər-hansı bir obyektiv, mötəbər və təkzibolunmaz sübut əldə olunmamış və həmin xüsusat öz təsdiqini tapmamışdır. Bununla yanaşı, məhkəmə həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla iş üzrə ibtidai istintaq zamanı dindirilməklə, həmin iş üzrə barəsində Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, hadisənin baş verdiyi “Dostum” kafesinin işlətmiş Zərərçəkmiş şəxs1 qeyd olunan xüsusatlarla bağlı öz ifadələrində hadisə vaxtı Təqsirləndirilən şəxs2 kafenin girişində əlində bıçaqla çölə çıxaraq Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncuya çatan kimi Babəkin qarnının sol tərəfinə ardıcıl iki dəfə bıçaqla zərbə vurduğunu gördüyünü, həmin vaxt Zərərçəkmiş şəxs2 qışqıraraq “Ay Allah öldüm” deməsi, bundan sonra həm Cabir və Təqsirləndirilən şəxs1 qardaşlarının yeddi-səkkiz saniyə ərzində Zərərçəkmiş şəxs2 zərbə endirmiş olduğu, Təqsirləndirilən şəxs2 bıçaqla Zərərçəkmiş şəxs2 vurduqdan sonra da hər iki qardaş tam sakitləşməyərək yeddi-səkkiz saniyə ərzində Zərərçəkmiş şəxs2 zərbə endirdikləri, həmin vaxt Şahid1 Zərərçəkmiş şəxs2 onlardan tam ayırmağa nail olduğu, barədə mahiyyəti üzrə işin faktiki hallarına uyğun ifadələri ilə yanaşı,- “Cabir Babəki ona görə asanlıqla vurmuşdur ki, Cavid Babəkin hər iki əlindən tutmuşdu və bir-birinə zərbələr endirirdilər. Cabir də Babəkin başının Cavidə qarışmasından və Cavidin onun əllərindən tutmasından istifadə edərək rahat şəkildə iki dəfə Babəki bıçaqla vurmuşdur. Cabir bıçaqla Babəki vuran zaman da qardaşı Cavid onun düz yanında olmuş və Babəki bıçaqla vurmasını görmüşdür» hissədə olan ifadələrinə tənqidi yanaşaraq, belə hesab edir ki, hadisənin baş vermə şəraiti və işin digər halları nəzərə alınmaqla, Zərərçəkmiş şəxs1 həmin məzmunda ifadələri subyektiv mülahizə xarakteri daşımaqla, həmin hadisə zamanı Təqsirləndirilən şəxs2 məhz Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 əllərindən tutmasından istifadə edərək ona yuxarıda qeyd edilməklə sonuncunun ölümünə səbəb olmuş ağır bədən xəsarətləri yetirmiş olduğu, iş üzrə toplanmaqla məhkəmə baxışı zamanı tədqiq olunmuş hər-hansı bir mötəbər və təkzibolunmaz sübutla təsdiq olunmur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafıə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfındən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərə-findən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakmı məhv etmə, yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, həmin cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən şəraitdə iş üzrə zərərçəkmiş şəxs, mərhum Zərərçəkmiş şəxs2 həmin şəxslər tərəfindən bir qrup şəxs halında qəsdən öldürüldüyü, yəni onların həmçinin Azərbaycan Respublikası CM-nin 120.2.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduqları sübuta yetirilməmişdir. Lakin, bununla yanaşı, məhkəmə iş üzrə tədqiq edilmiş yuxarıda qeyd edilən sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən şəraitdə zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürdüyü, bundan başqa özü silah qismində istifadə olunan əşyadan istifadə etməklə, öz qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq olunması, özgənin əmlakını məhv etməsi ilə müşayiət olunan xuliqanlıq etmiş olduqları, yəni Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.3 və 221.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə, iş üzrə digər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olmaları iş üzrə məhkəmə baxışı zamanı məhkəmə baxışı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən mötəbər və obyektiv sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə iş üzrə təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların zərərçəkmiş şəxs, mərhum Zərərçəkmiş şəxs2 qarşı törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə tövsif edilsə də, Zərərçəkmiş şəxs2 onlar tərəfindən bir qrup şəxs qismində qəsdən öldürüldüyü öz təsdiqini tapmadığı, bununla yanaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 məhz xuliqanlıq niyyəti ilə sonuncunun öz ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən həyatdan məhrum etmiş olduğu və qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq etmiş olduqları və bununla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş olduqları məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə olan hissəsi ittihamdan xaric edilməli və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə, digər Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 120.2.3-cü maddələri ilə olan hissəsi ittihamdan xaric edilməli və onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməli və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalıdırlar. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə, digər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət əməlini əsas etibarı ilə qismən etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Yuxarıda qeyd edildiyi kimi həmin iş üzrə Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaqla Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan seçilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2015-ci il tarixdən hesablanmış, cəzaçəkmə müddətinin sonu isə xx xxxxxx 2018-ci il tarixi olmuşdur. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkum olunduğu CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməllərini törətdiyi tarixdə, yəni xx.xx.2019-ci il tarixdə yuxarıda qeyd olunan məhkəmə hökmü ilə üzərində yaranmış məhkumluğunun ödənilmədiyini müəyyən edərək, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlini əsas etibarı ilə qismən etiraf edib peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmadığını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qəsdən xüsusilə ağır cinayət törətməkdə təqsirli bilindiyi və əməlində cinayətlərin residivinin olması nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, digər Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: Quba rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmaqla hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd dəsmal, bir cüt başmaq, üç ədəd pambığa hopdurulmaqla götürülmüş qanabənzər ləkə nümunələri, beş ədəd daş nümunəsi, iki ədəd pəncərə şüşəsinin parçası, meyitə baxış zamanı götürülməklə Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli pambıq materialdan qısaqol futbolka, ağ rəngli pambıq materialdan mayka, göy rəngli cins şalvar və şalvarın belində olan qara kəmər, Təqsirləndirilən şəxs2 hadisə zamanı üzərində olmuş cins materialdan göy rəngli şalvar və üzərində “Calvin Klein” yazısı olan boz rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli üzərində “Philip Phlein" yazısı olan uzunqol köynək və bir ədəd göy rəngli cins şalvar, Şahid2 məxsus avtomobilə baxış zamanı bir yerdən götürülmüş qurumuş qanəbənzər ləkə qırıntıları və üç yerdən yapışqan lent vasitəsilə götürülmüş qanabənzər ləkə nümumələri və cinayətin aləti olan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi materiallarına əlavə edilməklə hadisənin baş verdiyi Quba rayonu Aşağı Xuc kəndində “Dostum” kafesi ilə yanaşı yerləşən mağazada quraşdırılmış videomüşahidə kameralarından köçürülərək götürülməklə hadisənin video görüntüləri olan bir ədəd DVD tipli optik disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 326,17 (üç yüz iyirmi altı manat, on yeddi qəpik) manat iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 120.2.2 və 120.2.3-cü maddələri ilə 17 (on yeddi) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Quba rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmaqla hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd dəsmal, bir cüt başmaq, üç ədəd pambığa hopdurulmaqla götürülmüş qanabənzər ləkə nümunələri, beş ədəd daş nümunəsi, iki ədəd pəncərə şüşəsinin parçası, meyitə baxış zamanı götürülməklə Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli pambıq materialdan qısaqol futbolka, ağ rəngli pambıq materialdan mayka, göy rəngli cins şalvar və şalvarın belində olan qara kəmər, Təqsirləndirilən şəxs2 hadisə zamanı üzərində olmuş cins materialdan göy rəngli şalvar və üzərində “Calvin Klein” yazısı olan boz rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli üzərində “Philip Phlein" yazısı olan uzunqol köynək və bir ədəd göy rəngli cins şalvar, Şahid2 məxsus avtomobilə baxış zamanı bir yerdən götürülmüş qurumuş qanəbənzər ləkə qırıntıları və üç yerdən yapışqan lent vasitəsilə götürülmüş qanabənzər ləkə nümumələri və cinayətin aləti olan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi materiallarına əlavə edilməklə hadisənin baş verdiyi Quba rayonu Aşağı Xuc kəndində “Dostum” kafesi ilə yanaşı yerləşən mağazada quraşdırılmış videomüşahidə kameralarından köçürülərək götürülməklə hadisənin video görüntüləri olan bir ədəd DVD tipli optik disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 326,17 (üç yüz iyirmi altı manat, on yeddi qəpik) manat iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar