Məhkəmə qərarları › İş №1(101)-346/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-346/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-346/2022 22.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Kredo” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Badamlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Şahbuz rayonu, Badamlı qəsəbəsində qeydiyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq 500 manat gəlir əldə etmək müqabilində “Məhəmməd” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 14.07.2021-ci il tarixdə 02 radələrində sonuncunun tapşırığı ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş daş karxanasını yaxınlığında avtomobil yolunun kənarında, üzərində “31” rəqəmi olan yol hərəkət nişanının yanına istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edərək kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evinə daşıyaraq həmin narkotik vasitənin bir hissəsini üzərində, qalan hissəsini və psixotrop maddəni yaşadığı mənzilində saxlamış, 17.07.2021-ci il tarixdə saat 00:10 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3ləşən DİN-in BNMİ-nə gətirilmiş, xidməti otaqda üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 21,548 qram, külli miqdarda qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, əməliyyat-axtarış tədbirinin davamı olaraq 17.07.2021-ci il tarixdə saat 04 radələrində DİN-in BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman mənzilin yataq otağındakı dolabın gözündən 01 ədəd bükümdə təmiz çəkisi 452 qram, külli miqdarda qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 01 ədəd bükümdə təmiz çəkisi 64,820 qram, külli miqdarda ağ rəngli, kristaişəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və səthində heroin izləri müəyyən edilmiş 01 ədəd 6X12sm ölçüdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özü qəbul etmək üçün heroini mütəmadi olaraq İran dövlətinin vətəndaşından qabaqcadan elektron kartına pul ödəməklə əldə etmişdir. Belə ki, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında narkotik vasitələri əldə etmək istədikdə adı ona məlum olmayan iran vətəndaşı ilə mobil telefonun “Votsap” proqramı vasitəsilə əlaqə saxlayıb onun dediyi yerdən heroin əldə edirmiş. Polis əməkdaşları onu saxlayan zaman yalnız üzərində çəkisi 26 qram olan “kakos” adlanan narkotik vasitə olmuşdur. O, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Onun kirayə yaşadığı evə baxış keçirilən zaman videoçəkiliş başlamazdan öncə şkafa narkotik vasitə olan “kakos” və “patı” olan bağlamalar yerləşdirilmişdir. Guya onun evində “kakos” adlanan narkotik vasitə və “patı” adlanan psixotrop maddə aşkar edilmişdir. Lakin onun üzərində sadəcə çəkisi 26 qram olan “kakos” adlanan narkotik vasitə olmuşdur. O, heç bir zaman “patı” adlanan psixotrop maddədən istifadə etməmişdir. Lakin evində aşkar olunan elektron tərəzi ona məxsusdur və o, elektron tərəzini İİR-nın vətəndaşı ona narkotik vasitləri satan zaman çəkidə aldatmaması üçün əldə etmişdir. Üzərində aşkar olunan narkotik vasitələri sadəcə şəxsi istifadəsi üçün əldə etmiş və o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 ildir narkotik vasitə olan heroin qəbul edir. Heroini mütəmadi olaraq İran dövlətinin vətəndaşı, İranın Ərdəbil şəhərində yaşayan Məhəmməd alı şəxsdən qabaqcadan elektron kartına pul ödəməklə əldə etmişdir. Məhəmmədin mobil telefon nömrəsini o əvvəllər bir dəfə Masallı rayonunda toyda olarkən tanışı ona vermişdir. Həmin vaxtdan da Məhəmmədlə mobil telefonun “Votsap” proqramı vasitəsilə əlaqə saxlayıb heroin əldə etmişdir. Təxminən 1-2 ay əvvəl Məhəmməd ona təklif etmişdir ki, göndərəcəyi heroini az miqdarlarla müəyyən yerlərə qoyub şəkilini çəkib göndərəcəyi müqabilində onun elektron kartına pul göndərəcək, yaxud da o həmin narkotik vasitədən özünə lazım olan qədər götürə biləcəkdir. O maddi ehtiyacı ilə bağlı Məhəmmədin təklifi ilə razılaşmışdır. Sonra o Binəqədi rayonu, Xocasən ərazisində Məhəmmədin dediyi yerlərdən, adətən kameraların quraşdırılmadığı yol kənarlarından içərisində heroin, yaxud metamfetamin olan bağlamaları götürüb Məhəmmədin dediyi kimi hissələrə bölməklə müəyyən yerlərə qoymuş, həmin yerlərin şəklini telefonla çəkib “Votsap” proqramı ilə Məhəmmədin telefonuna göndərmişdir. Bunun müqabilində Məhəmməd onun elektron kartına pul köçürmüş, bəzən də o öz istifadəsi üçün heroin götürmüşdür. 13.07.2021-ci il tarixdə axşam saatlarında Məhəmməd ona zəng edib demişdir ki, Xocasəndən Qaradağ rayon istiqamətində gedən avtomobil yolunun kənarında bağlamada 500 qram heroin qoyub, həmin bağlamanı götürüb böldükdən sonra deyilən yerə qoyaraq şəklini göndərmək lazımdır. Əvəzində ona 500 manat göndərəcəyini, yaxud da həmin pulun müqabilində istifadəsi üçün heroin götürə biləcəyini demişdir. O razılaşmış və 14.07.2021ci il tarixdə saat 02 radələrində atası Şahid2 Nəsiz oğluna məxsus “VAZ-21015” markalı **- NT-*** nömrəli avtomobili götürüb Xocasənə yollanmışdır. Məhəmmədin tapşırığı ilə Xocasənsəndən Qaradağa gedən avtomobil yolunun kənarında “31” rəqəmi yazılmış yol işarəsinin yanında, kolun içərisində gizlədilmiş bağlamanı götürüb oradan kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayevdəki evinə gəlmişdir. Həmin bağlamanı elektron tərəzidə çəkib şəklini Məhəmmədə göndərmiş, bunun müqabilndə Məhəmməd də onun elektron kartına 462 manat pul göndərmişdir. Sonra o Məhəmmədin tapşırığı ilə həmin heroini ən azı 3 qram olmaqla müxtəlif yerlərə qoyub şəklini çəkərək Məhəmmədə göndərmişdir. Beləliklə, 2-3 gün müddətində təxminən 260 qram heroin paylamışdır. 17 iyul 2021-ci il tarixdə saat 00:10 radələrində ünvan 2 ünvanın yaxınlığında piyada gedən zaman mülki geyimdə olan iki polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində olan əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış edib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiəsi üşün dövlət hesabına vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı qabaqcadan ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, maddə olduğu halda təqdim etmək bildirilmişdir. Həmin vaxt o könüllü olaraq əynində olan şalvarın cibindən 10 manat pulunu, 01 ədəd, içərisində heroin olan sellofan bükülünü, özünə məxsus şəxsiyyət vəsiqəsini və "xxxx"a məxsus plastik bank kartını və sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonunu təqdim etmişdir. Daha sonra onun üzərinə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı cibindən kirayə yaşadığı evin açarı, siqaret qutusu aşkar edilmişdir. Təqdim etdi 10 manat pul, siqareti, yaşadığı evin açarı özünə qaytarılmış, lakin “Redmi” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi və plastik bank kartı götürülmüşdür. Təqdim etdiyi sellofan bükülüyə baxış keçirilən zaman içərisindəki heroin aşkar edilmişdir. Həmin sellofan bükülü sıfırlanmış halda olan elektron tərəzidə ölçülüb içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o təqdim etdiyi 01 ədəd sellofan bükülüdəki maddənin narkotik vasitə heroin olduğunu, İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” kimi tanıdığı şəxsin vasitəsi ilə 3 gün əvvəl, Qaradağ rayonu, Qızıldaş qəsəbə ərazisindən götürdüyünü, Məhəmməd adlı şəxsin əlaqə nömrəsinin mobil telefonunda qeyd olunduğunu, həmin maddəni götürməkdə məqsədinin Məhəmmədin dediyi kimi müəyyən yerlərə qoymaqla 500 manat pul əldə etmək olduğunu, bu işlə məşğul olduğunu, buna görə Məhəmməd tərəfindən üzərindən aşkar edilmiş "xxxx"a məxsus plastik karta pulun göndərildiyini və həmin pullan xərclədiyini, üzərindən aşkar edilmiş maddələrin qalan hissəsini kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən mənzildə saxladığını, həmin maddələri təqdim edə biləcəyini, yaşadığın ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və vəkilinin iştirakı ilə o yaşadığı ünvana getmiş, mənzilə baxış keçirilən zaman mənzildə yataq otağındakı dolabda narkotik vasitəni saxladığı sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbadakı 01 ədəd bağlamadakı heroin olduğunu, təxminən 15 gün əvvəl eyni qaydada Məhəmmədin tapşırığı ilə Xocasəndən götürdüyünü bildirmişdir. Həmin torbada başqa 01 ədəd bağlamada metamfetamini, 01 ədəd elektron tərəzini və narkotiki və psixotrop maddələrin qeydiyyatını apardığı 01 ədəd kitabçanı təqdim etmişdir. Təqdim etdiyi həmin əşyalar onun yanında zərfə qoyularaq qablaşdırılmışdır. Bütün bu proseslərdə polis əmkdaşları tərəfindən ona qarşı hər hansı formada zor, ya da təzyiq tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Tahir əvvəllər “Azfen” şirkətində fəhlə işləmişdir, artıq 7-8 aydır işdən xarıic edilmişdir. İşdən çıxdıqdan sonra Tahir ona məxsus **-NT-*** dövlət qeydiyyat nişanlı VAZ-21015 markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olub dolanmışdır. 3 ay əvvəl eşitmişdir ki, Tahir narkotik qəbul etməyə başlayıb. Bu səbəbdən də o, Tahiri evdən qovmuşdur. Polis tərəfindən yaxalanan zaman Tahirin üzərində aşkar edilmiş "xxxx" ASC-yə məxsus 4169 7385 6885 4313 nömrə elektron kartı ona məxsusdur. Həmin kartı o 7-8 ay əvvəl istifadə etmək üçün Qaradağ rayonunda, Lökbatan qəsəbəsində yerləşən "xxxx"-dan almışdır. Lakin son vaxtlar həmin kartdan istifadə etmədiyi üçün həmin kartı evində saxlamışdır. Tahirin həmin kartı götürməsi və hansı məqsədlər üçün istifadə etməsindən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışir. 16.07.2021-ci il tarixdə İdarəyə daxil olmuş məlumatda xx.xx.1993-cü ildə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi ev 35-də müvəqqəti olaraq kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək Nizami rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında idarədə onun və İdarənin polis nəfəri Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nətiəsində 17.07.2021-ci il tarixdə saat 00:10 radələrində ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman saxanılmış, ona Nizami rayon ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddənin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və bu səbəbdən Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotİklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş, ona hüquq və vəzifləri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarın cibindən 01 ədəd şəffaf selofanda olan bükülünü, 10 manat pul, şəxsiyyət vəsiqəsi və mobil telefonunu və "xxxx"a aid plastik elektron kartını təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt sonuncunun cibindən yaşadığı evinin açarı və bir qutu siqareti aşkar edilmişdir. Təhqiqatçı pulu, evin açarını və siqareti Təqsirləndirilən şəxs qaytarmış, təqdim edilmiş mobil telefon, şəxsiyyət vəsiqəsi və elektron pastik kart sübut əhəmiyyəti daşıdığı üçün götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdityi 01 ədəd bükülüyə baxış keçirilən zaman içərisində qəhvəyi rəngdə, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra həmin bükülü elktron tərəzidə ölçülmüş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin bükülüdə olan maddənin narkotik vasitə heroin olduğunu, 3 gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan Məhəmməd adlı şəxslə mobil telefonun votsap proqramı vasitəsi ilə danışıb razılaşdıqdan sonra 500 manat pulun müqabilində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, avtomobil yolunun kənarında içərisində həmin narkotik vasitədən 500 qram olmaqla bağlama şəklində götürdüyünü bildirmiş və həmin narkotik vasitənin qalan hissəsinin onun kirayədə yaşadığı mənzilində olduğunu söyləmişdir. Sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsindəki fərdi yaşayış evinə baxış keçrilmişdir. Baxış zamanı mənzildə ayrı-ayn bağlamalarda narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə oxşar maddələr və elektron tərəzi aşkar edilmişdir. Aşkar edilən əşyalar qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildir narkotik vasitə olan heroin qəbul edir. 03.02.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayon məhkəməsi tərəfindən Azərbaycan Respublkası CM- nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olmuşdur. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından azad olunduqdan sonra da narkotik vasitə qəbul etməyə davam etmişdir. Öz istifadəsi üçün narkotik vasitə olan heroini, yaxud da metamfetamini adətən Tahirlə birlikdə sonuncunun tanışarı vasitəsilə əldə etmişdir. O Tahiri yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsindən tanımışdır. Son vaxtlar Tahir Bakı şəhəri, Nizami rayonu, metronun “Q.Qarayev" stansiyası yaxınlğında kirayədə yaşadığı səbəbində ona heroin, yaxud da metamfetamin lazım olanda Q.Qarayevə gəlib almışdır. Tahirlə yaxın münasibəti olduğu üçün Tahir adətən heroinin bir bükümünü ona 20 manata, metamfetaminin bir bükümünü isə 10 manata satmışdır. Beləliklə, 2-3 gündən bir Q.Qarayevə gəlib Tahirdən narkotik vasitə, yaxud psixotrop maddə almışdır. Tahirdən narkotik vasitə, psixotrop maddəni öz istifadəsi üçün Tahirlə görüşüb pulunu nağd şəkildə ödəməklə, bəzən də Tahirin ona telefonla şəklini göndərdiyi elektron kartın hesabına pul ödəməklə əldə etmişdir. Heç vaxt narkotik vasitə və psixotrop maddələrn satışı ilə məşğul olmamışdır. Cinayət işin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçsəi 57 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılaraq BNMİ-na gətirilmiş və 17.07.2021-ci il tarixdə saat 01:30-da idarədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 10 manat pul, 01 ədəd sellofan bükülünü, özünə məxsus şəxsiyyət vəsiqəsini və üzərində 4169-7385-6885- 4313 rəqəmləri əks olunmuş “Kapital bank"a aid plastik bank kartını və sol yan cibindən “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonucunun əynində olan boz rəngli şalvarının sağ yan cibindən yaşadığı evin açarı, sol yan cibindən isə içərisində 13 ədəd istifadə edilməmiş siqaretlət olan siqaret qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 10 manat pul, şəxsi axtarış zamanı aşkar edilmiş 1 ədəd siqaret qutusu, yaşadığı evin açarı özünə qaytarılmış, ona məxsus “Redmi” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və plastik bank kartı iş üzrə sübut əhəmiyyəti daşıdığı üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Baxış zamanı video çəkilişdən istifadə edilmişdir. Cinayət işin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş "baxış keçirilməsi və götürmə haqqında” tərtib olunmuş protokoldan görünür ki, 17.07.2021-ci il tarixdə saat 03:00-da Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı zamanı mənzilin yataq otağında dolabın yuxarı gözündə 01 ədəd sellofan torba aşkar edilərək götürülmüşdür. Torbanın içərisindəkilərə baxış zamanı oradan 01 ədəd elektron tərəzi, 01 ədəd göy rəngli kitabça, içərisində ağ rəngdə psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd bağlama və içərisində tünd qəhvəyi rəngdə narkotik vasitə heroinə oxşar vasitə olan 01 ədəd bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin 01 ədəd göy rəngli kitabça payladığı narkotik vasitə və psixotrop maddənin hesabatını apardığını bildirmişdir. Aşkar edilmiş bağlamalar sıfırlanmış eiktron tərəzidə ölçüldükdən sonra baxışda iştirak edən şəxslərin iştirakı İlə qablaşdırılmışdır. Baxış zamanı video çəkilişdən istifadə edilmişdir. Cinayət işin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 19.07.2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş daş karxanası yaxınlığında avtomobil yolunun kənarında, üzərində “31” rəqəmi olan yol hərəkət nişanının yanına gəlib Məhəmməd adlı tanışının tapşırığı ilə 14.07.2021ci il tarixdə saat 02 radələrində atası Şahid2 Nəzir oğluna məxsus **-NT-*** dövlət qeydiyyat nişanlı VAZ-21015 markalı avtomobil ilə həmin yerdən içərisində narkotik vasitə heroin olan bükülünü götürdüyünü bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət iş üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş materialların məhkəmə-ekspertizasının 17.07.2021-ci il tarixli 6/2936 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yə s. yazılar, imzalar olan paketdə (№1) 01 ədəd bükümdə təmiz çəkisi 21,548qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” yə s. yazılar, imzalar olan paketdə (№2) 01 ədəd bükümdə təmiz çəkisi 452qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 64,820qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd 6X12sm ölçüdə elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı; Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman götürülmüş Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefonda olan məlumatlara baxış keçirilməsinə dair protokoldan görünür ki, baxış zamanı “Redmi” markalı mobil telefonun votsap proqramında Təqsirləndirilən şəxs “Maqa T.T.” adı ilə qeyd olunmuş şəxslə yazışmaları, Təqsirləndirilən şəxs tərəfindən “Maqa.T.T” adlı şəxsə çox sayda göndərilmiş ox işarələri ilə nişanlanmış müxtəlif yerlərin şəkilləri, “pati” və ”kola”-nın satışı ilə bağlı işgüzar yazışmalar, səsli mesajlar, o cümlədən 14.07.20021-ci il tarixdə saat 00:57-də “Maqa T.T.”-dən göndərilmiş “Müşviqdən qızıldaşa gedib çatanan sora qızıldaşın kuruqunan üzü qaradax posduna gedən istiqamədir bu nişanın sax tərəfi, Kolun dalındadı 1 kiq torpaq" mesajı ilə izah edilən və “31” yol işarəsi olan avtomobil yolunun fotosu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** mobil nömrəsinə aid 17.05.2021-ci il tarixdə tarixdən 18.07.2021-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahı və hər bir nömrəyə aid nömrə sahiblərinin anket məlumatları, mesajları və anten məlumatların olduğu 01 ədəd CD diskə keçirilmiş baxış zamanı ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə göndərilən mesajlar: 17/05/2021,02:33:12 “K 18 ele exi götürüm amma p-ni baha deyirsen özüm tek 35 goturem ç”, 17/05/2021,02:36:36 “P azdi 10q.k 18 özüm almışam.cox güclüdü.60k vaf\ 17/05/2021,03:44:25 “Exi gör ne deyirəm sen Allah varsa alınırsa Atkaz eleme kartın kodu", ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə göndərilən mesaj: 17/05/2021,02:36:36 "P azdi 10q.k 18 özüm almışam.cox güclüdü.60k”, 055-531- 16-06 nömrəsindən ***-***-**-** mobil nömrəsinə göndərilən mesaj: 18/05/2021, 21:52:29 “Ona de Ğeçolmasa 1kola 0,5patı versii pulu nedi indi verim]ollasın” və s. eyni məzmunlu yazışmalar müəyyən edilmişdir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 02.09.2021-ci il tarixli 3207 saylı rəyindən görünür ki, “Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, onun üzərində yalnız özünün istifadəsi üçün 26 qram narkotik vasitə heroin olması, həmin heroini yalnız özünün istifadəsi ilə üzərində saxlaması, satış məqsədilə narkotik vasitə və psixotrop maddə əldə etməməsi, evində saxlamaması barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizanın rəyləri, maddi sübutlar, «şəxsi axtarış və götürmə haqqında», “baxış keçirilmə və götürmə haqqında” protokollarda göstərilənlərlə və özünün ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, daşıması və saxlaması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və ona həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Bundan başqa, məhkəməyə daxil olmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 75/2022 nömrəli 19.01.2022-ci il tarixli hökmünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin hökm 09.02.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsiri olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs həmin cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin olunacaq cəza ilə qismən toplanılmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla əvvəli 17.07.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.07.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 17.07.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd göy rəngli kitabça, tədqiqata sərf edildikdən sonra qalıq qalan 473,448qram narkotik vasitə heroin, tədqiqata sərf edildikdən sonra qalıq qalan 64,770qarm psixotrop maddə metamfetamin, 01 ədəd 6X12sm ölçüdə elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman götürülmüş Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 109 manat 90 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X4, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. İbtidai iİstintaq zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X2 360 (üç yüz altmış) manat miqdarında pul ödənilməlidir. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili X3 270 (iki yüz yetmiş) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 11 (on bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Onun Xəzər Rayon Məhkəməsinin 19.01.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməklə təyin edilmiş 04 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsin 66.5-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla o, qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd göy rəngli kitabça, tədqiqata sərf edildikdən sonra qalıq qalan 473,448qram narkotik vasitə heroin, tədqiqata sərf edildikdən sonra qalıq qalan 64,770qarm psixotrop maddə metamfetamin, 01 ədəd 6X12sm ölçüdə elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman götürülmüş Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon və Təqsirləndirilən şəxs yaşadığı mənzilinə baxış və götürmə keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd göy rəngli kitab onun yaxın qohumlarına qaytarılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilinə baxış və götürmə keçirilən zaman çəkilmiş videogörüntülərin olduğu iki ədəd CD disk, Azercell MMC-nin 25.08.2021-ci il tarixli 17471 saylı məktubu ilə təqdim edilmiş, ***-***-**-** mobil nömrəsinə aid məlumatların olduğu bir ədəd CD disk, Azərbaycan Respublikası DİN-in X5 Xidmətinin 31.07.2021-ci il tarixli 003-10124-1221 saylı məktubu ilə təqdim edilmiş, AZ **-NT-*** dövlət qeydiyyat nişanı gəzdirən avtomobilin 10.07.2021-ci il tarixdə 17.07.2021-ci il tarixdən olan hərəkəti barədə məlumatların olduğu bir ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 109 manat 90 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X4, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. İbtidai iİstintaq zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X2 360 (üç yüz altmış) manat miqdarında pul ödənilsin. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili X3 270 (iki yüz yetmiş) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar