Məhkəmə qərarları › İş №1(101)-347/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-347/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-347/2021 11.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Əliyev Oqtay Mamedoviçin iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 10 mənzil 4-də qeydiyyatda olmaqla Abşeron rayonu Qobu qəsəbəsində fərdi evdə kirayədə yaşayan, barəsində Nərimanov rayon məhkəməsinin qərarına əsasən «həbs» növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq 115.248 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 5,103 qram çəkidə, külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 03 avqust 2020-ci il tarixdə saat 17:40 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospekti 9 ünvanında yerləşən Nərimanov RPİ-nin 17ci PŞ-nə gətirilmiş, Polis Şöbəsinin inzibati otaqlarının birində saat 18:50-də Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins materialdan hazırlanmış şalvarın sağ yan cibindən qırmızı rəngli torbanın içərisindən 4 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 104.048 qram, 0,689 qram, 0,732 qram və 9,779 qram olmaqla, ümumi təmiz çəkisi 1 15,248 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 6 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.517 qram, 0,277 qram, 1,030 qram. 0,566 qram. 0.499 qram və 0.214 qram olmaqla, ümumi təmiz çəkisi 5,103 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən bir il yarım olar ki, metamfetamin adlı psixotrop maddəni çəkmək yolu ilə qəbul etmişdir. Bundan başqa isə neçə dəfə narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotik vasitənini tanımadığı şəxslərdən “online" yəni hər hansı bir ödəniş aparatından həmin şəxsin hesabına pul Ödəmişdir. Əvəzində isə həmin şəxsin dediyi yerə gedib narkotik vasitəni götürmüşdür. Narkotik vasitələri əsasən şəxsi istifadəsi üçün əldə etmiş, lakin son vaxtlar maddi cəhətdən ehtiyacı olduğuna görə qeyd olunan narkotik vasitələri satmaq qərarına gəlmişdir. Belə ki, bir aya yaxındır ki, "İnstagram' sosial şəbəkəsi vasitəsilə təsadüfən tanış olduğu H.R.Behnam profil ilə qeydiyyatdan keçən, özünü İram İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxs ona qeyd olunan sosial şəbəkə vasitəsilə bildirmişdir ki, onda narkotik vasitələr vardır və ona sata bilər. O, razılaşmış və son bir ayın içərisində ümumilikdə 3-4 dəfə həmin iranlıdan yuxanda qeyd etdiyi üsulla, yəni ';online" vasitəsilə narkotik vasitələr almışdır. Belə ki, ona narkotik vasitəni istədiyi miqdarı demiş və o, əvvəlcə ona kart hesabı verirmişdir. O, həmin hesaba pulu köçürdükdən sonra həmin şəxs ona narkotik maddənin qoyulduğu veri demişdir və o da gedib həmin narkotik maddəni götürürmüşdür. Lakin, o həmin iranlını canlı olaraq görməmiş, onunla görüşməmiş və buna görə də həmin şəxsin heç bir anket məlumatlarını bilməmişdir. Heç bir əlaqə nömrəsi də onda olmamışdır. Sonuncu dəfə 02.08.2U20- ci il tarixdə saat 21:00 radələrində o, həmin iranlının dediyi, lakin hazırda xatırlamadığı hesab nömrəsinə Yasamal rayonu, Mətbuat prospekti 18 ünvanda yerləşən ödəmə terminalı vasitəsilə 550 manat pul ödəmişdir. Bir neçə saat sonra həmin iranlı ona məlum olmayan xarici nömrə ilə telefon əlaqəsi saxlayıb bildirmişdir ki, narkotik vasitələr Əhmədli metrostansiyasmın yanındakı zibillik qutularının yanındadır. O, da tanımadığı bir taksi avtomobili ilə həmin yerə getmiş, saat 22:30 radələrində qeyd etdiyi yerdən içərisində 10 ədəd sellofana bükülmüş narkotik vasitələri götürüb özündə olan qırmızı rəngli parça torbaya qoymuşdur. Gecəni yaşadığı evdə qalmışdır. Səhəri gün yəni 03.08.2020-ci il tarixdə saat 17:30 radələrində ünvan 5 ünvanın qarşısına gəlmiş, həmin narkotik vasitələr üçün müştəri axtarmağa başlamışdır, həmin narkotik və psixotrop maddələri satsın. Həmin 10 ədəd bükümlərin 4 ədədində narkotik vasitə olan heroin digər 6 ədəd bükümün içərisində isə psixotrop maddə metafetamin olmuşdur. Saat 17:40 radələrində həmin ünvanın qarşısında dayanarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini 17-ci polis şöbəsinin əməkdaşları olmalarını bildirmişlər və xidməti vəsiqələrini ona göstərmişlər. Həmin polis əməkdaşları onun üzərində narkotik vasitə saxlanması barədə şübhələri və məlumatlar olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq polisin idarə etdiyi avtomaşına minmiş, polis İşçiləri ilə polis şöbəsinə getmişdir. Sonra polis əməkdaşları ona üzərində olan əşyaları könüllü təhvil verməyimi təklif etmişlər. O. da əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd "Winston" markalı siqaret qutusunu, 1 ədəd qara rəngli alışqanı. 20 manat pulu. 1 ədəd "iphone 5" markalı telefonu, arxa sağ cibindən bir ədəd "Honor" markalı mobil telefonu, həmin şalvarının sağ yan cibindən içərisində 10 ədəd sellofan bükümlərə bükülmüş 1 ədəd qırmızı rəngli parça materialdan hazırlanmış torbanı təqdim etmişdir. Polis əməkdaşları ondan təqdim etdiyi torbada nə olduğunu soruşanda, o həmin bükümlərdən 4 ədədinin içində narkotik vasitə heroin olduğunu, 6 ədədin içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Polis əməkaşları ondan həmin narkotik maddələri və psixotrop maddələri kimdən, hansı məqsədlə və hansı yolla əldə etdiyini soruşanda, səmimi olaraq bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini satmaq məqsədilə 02.08.2020-ci il tarixdə saat 21:00 radələrində Yasamal rayonu, Mətbuat prospekti 18 ünvanda yerləşən "milli ön" aparatı vasitəsilə əvəllər "İnstagram" sosial şəbəkəsi vasitəsilə tanış olduğunu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin hazırda xatıramadığı hesab nömrəsinə 550 manat pul göndərərək əldə etdiyi bildirmişdir. Bundan başqa üzərində hər hansı qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. O, iranlıdan bir neçə dəfə narkotik maddə almış və bir hissəsini İstifadə etmiş, sonra isə satmaqla məşğul olmuşdur. O, həmin İranlı oğlana pulu hər dəfə ona göndərdiyi müxtəlif bankomat kartlarına pul köçürməklə ödəniş etmişdir. Bir qədər sonra isə o, ona narkotik maddənin yerini demiş və gedib götürürmüşdür. Onunla həmin iranlı şəxsin arasında hər hansı bir şəxs vasitəçilik etməmiş və ya o, onunla kiminsə vasitəsilə deyil, özü tanış olmuşdur. O, təxminən bir ilə yaxındır ki. narkotik maddələrin satışı ilə məşğul olmuşdur. Narkotik vasitənin və psixotrop maddələrin özünü ona iranlı kimi təqdim edən şəxs tərəfindən həmin narkotik və psixotrop maddələrin İrandan qaçaqmal yolu ilə Azərbaycan keçirilməsindən xəbəri və iştirakı olmamışdır. O, elə başa düşmüşdür ki, həmin İranlı Bakıda olmuş, lakin o, kimləsə birbaşa kontakta girməsindən sadəcə olaraq ehtiyyat etmişdir. Polis əməkdaşları onu saxlayan zaman və polis şöbəsinə dəvət edib şəxsi axtarış keçirən zaman ona qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən bir il yarım olar ki, metamletamin adlı psixotrop maddəni çəkmək yolu ilə qəbul etmişdir. Bundan başqa isə neçə dəfə narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotik vasitənini tanımadığı şəxslərdən “online" vasitəsilə almışdır. Yəni hər hansı bir ödəniş aparatından həmin şəxsin hesabına pul Ödəmişdir. O, həmin hesaba pulu köçürdükdən sonra həmin şəxs ona narkotik maddənin qoyulduğu veri demişdir və o da gedib həmin narkotik maddəni götürürmüşdür. Lakin həmin adamı canlı olaraq görməmiş, onunla görüşməmiş və buna görə də həmin şəxsin heç bir anket məlumatlarını bilməmişdir. Heç bir əlaqə nömrəsi də onda olmamışdır. Sonuncu dəfə 02.08.2U20- ci il tarixdə saat 21:00 radələrində o, həmin iranlının dediyi, lakin hazırda xatırlamadığı hesab nömrəsinə Yasamal rayonu, Mətbuat prospekti 18 ünvanda yerləşən ödəmə terminalı vasitəsilə 550 manat pul ödəmişdir. Səhəri gün yəni 03.08.2020-ci il tarixdə saat 17:40 radələrində həmin ünvanın qarşısında dayanarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini 17-ci polis şöbəsinin əməkdaşları olmalarını bildirmişlər və xidməti vəsiqələrini ona göstərmişlər. Həmin polis əməkdaşları onun üzərində narkotik vasitə saxlanması barədə şübhələri və məlumatlar olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq polisin idarə etdiyi avtomaşına minmişdir. O, polis İşçiləri ilə polis şöbəsinə gəlmişdir. Daha sonra onu şöbənin xidməti otaqlarının birinə aparmışlar. Sonra polis əməkdaşları ona üzərində olan əşyaları könüllü təhvil verməyimi təklif etmişlər. O da könüllü cibindəki 1 büküm heroini çıxarıb təqdim etmişdir. Polislər narkotik vasitəni kimdən, hansı məqsədlə və hansı yolla əldə etdiyini soruşanda, öz istifadəsi üçün internetdən aldığın, pulunu da "milli ön" aparatı vasitəsilə ödədiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində CA-üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 03 avqust 2020-ei il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə "Nicat" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, gəzdirməsi və satışı məşğul olması ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş və bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 03 avqust 2020-ci il tarixdə müvafiq qərar qəbul olunmuş və əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi haqqında protokol tərtib edilmişdir. Bundan sonra, birlikdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə ünvan 6 ünvanının qarşısına saat 17-25 radələrində gəlmişlər. Keçirilən tədbir zamanı həmin gün saat 17-40 radələrində qeyd olunan ünvanda sonradan şəxsiyyətini müəyyələşdirdikləri Salyan rayon sakini Təqsirləndirilən şəxs müəyyən etmişlər və ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra ona xidməti vəsiqələri göstərmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması ilə bağlı onlarda məlumatların olduğu və sonra müvafiq araşdırma aparılması üçün onu 17-ci PŞ-nə dəvət etmişlər, O. təklif qəbul etmiş və birlikdə PB-nə gəlmişlər və bu barədə raportla şöbənin rəhbərliyinə məruzə edilmişdir. Həmin faktın araşdırılması şöbənin təhqiqatçı polis polkovnik-leytenantı Orxan Əliyevə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış və ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmişdir. Onun üzrəinə video çəkliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bundan sonra baş inspektor kriminalist Emil Usubov tərəfindən mütəxəsiss qismində video çəkiliş aparılacağı qeyd olunmuşdur. Qeyd olunanlardan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Winston” markalı siqaret qutusunu. 1 ədəd qara rəngli alışqanı, 20 manat pulunu, 1 ədəd “iphone 5’' markalı telefonu, arxa sağ cibindən bir ədəd "honor" markalı telefonu, həmin şalvarın sağ yan cibindən içərisində 10 ədəd sellofan bükümlərə bükülmüş 1 ədəd qırmızı rəngli parça materialdan hazırlanmış torbanı təqdim edərək, həmin bükümlərdən 4 ədədinin içində narkotik vasitə heroin olduğunu. 6 ədədin İçərisində isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini satmaq məqsədilə. 02.08.2020-ci il tarixdə saat 21:00 radələrində Yasamal rayonu. Mətbuat prospekti 18 ünvanda yerləşən "milliön" aparatı vasitəsilə əvəllər "instaqram" sosial şəbəkəsi vasitəsilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin yadında saxlamadığı hesab nömrəsinə 550 manat pulun göndərərək əldə etdiyini qeyd etmişdir. Qeyd olunanlardan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 10 ədəd selofan bükümlər onun və iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Vİdeo çəkilişlə bağlı görüntülər video-diskə köçürülmüş və təhqiqatçı tərəfindən bu barədə tərtib edilmiş protokol ucadan oxunulmuş, onlar, Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təziq edilməmişdir. Məhkəmədə dindirilmiş şahid Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində CA-iizrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki. 03 avqust 2020-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə "Nicat" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əidə edərək üzərində saxlaması, gəzdirməsi və satışı məşğul olması ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş və bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 03 avqust 2020-ci il tarixdə müvafiq qərar qəbul olunmuş və əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi haqqında protokol tərtib edilmişdir. Bundan sonra, birlikdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə ünvan 6 ünvanının qarşısına saat 17-25 radələrində gəlmişlər. Keçirilən tədbir zamanı həmin gün saat 17-40 radələrində qeyd olunan ünvanda sonradan şəxsiyyətini müəyyələşdirdikləri Salyan rayon sakini Təqsirləndirilən şəxs müəyyən etmişlər və ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra ona xidməti vəsiqələri göstərmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması ilə bağlı onlarda məlumatların olduğu və sonra müvafiq araşdırma aparılması üçün onu 17-ci PŞ-nə dəvət etmişlər. O. təklifi qəbul etmiş və birlikdə PB-nə gəlmişlər və bu barədə raportla şöbənin rəhbərliyinə məruzə edilmişdir. Həmin faktın araşdırılması şöbənin təhqiqatçı polis polkovnik-leytenantı Orxan Oliyevə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış və ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmişdir. Onun üzrəinə video çəkliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bundan sonra baş inspektor kriminalist Emil Usubov tərəfindən mütəxəsiss qismində video çəkiliş aparılacağı qeyd olunmuşdur. Qeyd olunanlardan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd "Winston" markalı siqaret qutusunu. 1 ədəd qara rəngli alışqanı, 20 manat pulunu, 1 ədəd "iphone 5'' markalı telefonu, arxa sağ cibindən bir ədəd "honof’ markalı telefonu, həmin şalvarın sağ yan cibindən içərisində 10 ədəd sellofan bükümlərə bükülmüş 1 ədəd qırmızı rəngli parça materialdan hazırlanmış torbanı təqdim edərək, həmin bükümlərdən 4 ədədinin içində narkotik vasitə heroin olduğunu, 6 ədədin içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini satmaq məqsədilə. 02.08.2020-ci il tarixdə saat 21:00 radələrində Yasamal rayonu. Mətbuat prospekti 18 ünvanda yerləşən “milliön” aparatı vasitəsilə əvəllər Qnstaqranf' sosial şəbəkəsi vasitəsilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin yadında saxlamadığı hesab nömrəsinə 550 manat pulun göndərərək əldə etdiyini qeyd etmişdir. Qeyd olunanlardan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 10 ədəd selofan bükümlər onun və iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Video çəkilişlə bağlı görüntülər video-diskə köçürülmüş və təhqiqatçı tərəfindən bu barədə tərtib edilmiş protokol ucadan oxunulmuş, onlar. Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təziq edilməmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarışın aparılması və götürmə haqqında protokolun məzmunundan görünür ki, 03 avqust 2020-ci-cu il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-də həmin bölmənin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətrilmiş, polis şöbəsində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə video kamera vasitəsi ilə video cəkliş aparılmaqla şəxsi axtarış aparılmış, onun əynində olan göy rəngli cins materialdan hazırlanmış şalvarın sağ yan cibindən qırmızı rəngli torbanın içərisindən 4 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin və 6 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitənin Təqsirləndirilən şəxs tanımadığı iranlı bir şəxsdən 550 manata aldlğını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərinə video kamera vasitəsi ilə video eəkliş aparılmaqla şəxsi axtarış aparılmasına dair video görüntüləri özündə əks etdirən CD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin 04 avqust 2020-ci il tarixli 6/1450 saylı məhkəmə-kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində " vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr" yazısı olan paketdə qırmızı rəngli parçadan olan torbadakı 10 (on) ədəd şəffaf politilen bükümdə, onlardan 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 104,048 qr, 0,689 qr,0,732 qr, 9,779 qr ümumi təmiz çəkisi 115,248 qr. qəhvəyimtil rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 6 (altı) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,517qr, 0,277 qr, 1,030 qr, 0,566qr, 0,499qr, 0,214qr, ümumi təmiz çəkisi 5,103 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin 04 sentyabr 2020-ci il tarixli 6/1555 saylı məhkəmə-kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR.ƏN MEM-nin “Tədqiqat Obyekti № 59-li ştamp əksi ilə möhürlənmiş paketdə vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş-4 (dörd)ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər, 6 (altı) ədəd bükümdəki metamfetaminlər xarici əlamətlərinə görə və tərkibindəki komponentlərə görə eynidirlər. İş materiallarına əlavə edilmiş Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 23 sentyabr 2020-ci il tarixli 1900 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilmiş və onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası SN-nin Respublika - X1 20 avqust 2020-ci il tarixli 2285 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburu müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins materialdan hazırlanmış şalvarın sağ yan cibindən qırmızı rəngli torbanın içərisindən aşkar edilmiş və götürülmüş 10 (on) ədəd şəffaf politilen bükümdə, onlardan 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 104,048 qr, 0,689 qr, 0,732 qr, 9,779 qr ümumi təmiz çəkisi 115,248 qr. qəhvəyimtil rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 6(altı) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,517qr, 0,277 qr, 1,030 qr, 0,566qr, 0,499qr, 0,214qr, ümumi təmiz çəkisi 5,103 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilmiş və həmin narkotik vasitə heroinin ümumi qalığı 115,048 qram və psixotrop maddənin ümumi qalığı 4,923 qram saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində satış məqsədinin olmaması və üzərinnən cəmi bir büküm narkotik vasitənin çıxması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir, digər mötəbər sübutlarla təkzib olunur və məhkəmə onların bu ifadələrini özlərini müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4(005)-909/2020 nömrəli 05 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 03 avqust 2020-ci il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. (iş vərəqi 80-82) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17.08.2020-ci il tarixdə tərtib etdiyi tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə özünün izahatı, ilkin ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici izahatı, şahid ifadələri, baxış, götürmə və sair kimi istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, saxlanılmaq üçün Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı 10 (on) ədəd şəffaf politilen bükümdə, onlardan 4(dörd) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 104,048 qr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 6(a111) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,517qr, 0,277 qr, 1,030 qr, 0,566qı\ 0.499qr. 0,214 qr, ümumi təmiz çəkisi 5,103 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin həmin psixotrop maddənin ümumi qalığı 4,923 qram və narkotik vasitə heroinin ümumi qalığı 115,048 qram və saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; şəxsi axtarış, götürmə, eləcə də baxış keçirilməsi və götürmə zamanı çəkilmiş video görüntülər olan iki ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 228 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsindən məhkəmədəki müdafiəçisi Əliyev Oqtay Mamedoviçin vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə 150 (yüz əlli) manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 03 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193-cü, 344- 347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilisin, ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 03 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına maddi sübutları saxlama yerinə təhvil verilmiş 10 (on) ədəd şəffaf politilen bükümdə, onlardan 4(dörd) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 104,048 qr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 6(a111) bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,517qr, 0,277 qr, 1,030 qr, 0,566qı\ 0.499qr. 0,214 qr, ümumi təmiz çəkisi 5,103 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin həmin psixotrop maddənin ümumi qalığı 4,923 qram və narkotik vasitə heroinin ümumi qalığı 115,048 qram və saxlanılması üçün Nərimanov RPİnin saxlanc anbarına təhvil verilmiş narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; şəxsi axtarış, götürmə, eləcə də baxış keçirilməsi və götürmə zamanı çəkilmiş video görüntülər olan 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından məhkəmədəki müdafiəçisi Əliyev Oqtay Mamedoviçin vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə 150 (yüz əlli) manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 228 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar