Məhkəmə qərarları › İş №1(101)-347/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-347/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-347/2023 26.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X4 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 01 avqust 1976-cı il tarixdə Goranboy rayonunun Rəhimli kəndində doğulmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2irayədə yaşamış, 10 iyun 2022-ci il tarixli tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 12 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə “Hüseyn” adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində “Hüseyn” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, 07 iyun 2022-ci il tarixdə sonuncunun tapşırığı ilə Bakı şəhəri, Xətai rayonu “Zığ” adlanan ərazidən şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş ümumi təmiz çəkisi 1000,5 qram olan külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 17,227 qram olan külli miqdarda psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edərək kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, ev 63 ünvanına daşıyaraq həmin psixotrop maddəni üzərində, narkotik vasitəni isə yaşadığı mənzildə saxlamış, 10 iyun 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının yaxınlığında narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində olan qara rəngli dəri pul kisəsinin içərisindən 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,647 qram, 0,837 qram, 0,381 qram və 0,388 qram olan, əynində olan qara rəngli şalvarın bel hissəsindən isə 1 ədəd bükümdə təmiz çəkisi 14,974 olan, ümumilikdə 5 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan ümumi təmiz çəkisi 17,227 qram təşkil edən ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 19 radələrində Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, ev 63 ünvanında yerləşən mənzilə keçirilən axtarış zamanı mənzilin yataq otağındakı yatağın baş hissəsində döşəklərin altından 1 ədəd bükümdə təmiz çəkisi 1000,5 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu «Buta» klinikasının qarşısında saxlamışlar. Həmin yerə o, əmisi oğlunun yanına gəlmişdir. Maşından düşəndə Post-patrul xidmətinin əməkdaşları onu saxlamış, orada üstünə baxış keçirilmişdir. Həmin vaxt onda 1 qram «patı» kimi tanıdığı metamfetamin olmuşdur. Sonra onu Polis bölməsinə gətirmişlər. Axşam videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Bu zaman özü üstündə olan 1 qram «şüşə»ni polis işçilərinə təqdim etmişdir. Ona evində də narkotik olmasını demək lazım olduğunu əvvəlcədən bildirdiklərinə görə o, çəkiliş aparılanda bunu demişdir. Əslində isə onun evində narkotik vasitə olmamışdır. Üzərinə şəxsi axtarış keçirildikdən sonra polis işçiləri ilə yaşadığı evə gəlmişlər. O, aşağıda gözləmiş, əvvəlcə polis əməkdaşları evə qalxmışlar. Bir qədər keçmiş polislər aşağı düşmüş, sonra onunla birlikdə yenidən evə getmişlər. Həmin vaxt evdə başqa adam olmamış, o, tək olmuşdur. Onun işi əvvəlcə Nərimanov rayon Polis idarəsində CM-nin 234.1-ci maddəsi ilə aparılsa da, sonradan 234.4.3-cü maddəsi ilə istintaq edilmişdir. Verilən sualları cavablandıran təqsirləndirilən şəxs Sahib Əiiyev istintaqda məcbur olub polis işçilərinin dedikləri ilə razılaşdığını, onunla birlikdə taksi sürücüsünün də tutulduğunu və onu buraxmaları üçün nə deyilibsə, hamısını boynuna aldığını, polis işçiləri tərəfindən təzyiqlərə məruz qaldığını, üstündə 1 qram narkotik olduğunu, onu iki nəfər polis əməkdaşının saxladığını, polis bölməsinə gedəndən sonra axşam saat 5-6 radələrində evə baxış keçirməyə getdiklərini, evə əvvəlcə polis əməkdaşlarının getdiyini, həmin vaxt müdafiəçinin onunla birlikdə aşağıda gözlədiyini, evin qabağında onların 15-20 dəqiqə gözlədiklərini və ev sahibi gəldikdən sonra evə videoçəkilişlə baxış keçirildiyini, təcridxanaya daxil olanda üzərində hər hansı xəsarət izi olmadığını, məhkəmədə sanksiya veriləndə hakimə də 1 kq narkotik vasitənin özünün olmadığını dediyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, ev 63 kirayə yaşayır. Onun bədənində ağrılar olduğu üçün mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri isə Bakı şəhərinin müxtəlif istiqamətlərindən alırmışdır. Son dəfə 07 iyun 2022-ci il tarixdə “instagram” sosial şəbəkəsində “Hüseyn” adlı şəxslə tanış olmuşdur. Həmin şəxs iranlı olduğunu bildirmişdir. Bİr qədər onunla “instagram” sosial şəbəkəsində yazışdıqdan sonra “Hüseyn” adlı şəxs “vvhatsapp” nömrəsini ona vermişdir. Daha sonra onunla «vvhatsapp»da yazışmışlar. Aralarında səmimiyyət yaranandan sonra “Hüseyn” adlı şəxs ona təklif etmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olsa, ona pul qazanmağa şərait yaradacaqdır. Həmin vaxt onun iş yeri olmamış və maddi çətinlikləri olmuşdur. Bu səbəbdən onunla razılaşmışdır. “Hüseyn” adlı şəxs ona təxminən 1 kiloqram “kokos” və bir qədər “şüşə” verəcəyini bildirmiş, kart hesab nömrəsini ona göndərmiş, hesab nömrəsinə nə qədər pul göndərə biləcəyini soruşmüşdur. “Hüseyn” adlı şəxsə ilkin olaraq 110 manat pul göndərəcəyini bildirmişdir. Onlar razılaşmışlar. Günorta saatlarında həmin hesab nömrəsinə 110 manat pul göndərmişdir. Axşam saatlarında isə “Hüseyn” adlı şəxs narkotik vasitənin olduğu yerin şəklini ona atmışdır. Narkotik vasitə “Zığ” adlanan ərazidə olmuşdur. Həmin yerə getmiş, narkotik vasitəni şəkildə atdığı yerdən götürmüşdür. Orada bir mağaza olmuşdur. Narkotik vasitə mağazanın arxa tərəfindəki kolluğun içində olmuşdur. Həmin narkotik vasitəni kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, ev 63 ünvanına gətirmişdir. İranlı ona təxminən 1 kiloqram “kokos” və bir neçə büküm “şüşə” göndərmişdir. “Şüşəni” özü ilə götürmüş, qara rəngli selofanın içərisində olan «kokos»u isə qaldığı otaqda yatağının baş tərəfinə döşəyin altına qoymuşdur. İranlıya 110 manat puldan əlavə pul vermək fikri olmamışdır. 10 iyun 2022-ci il tarixdə saat 16:00 radələrində taksi ilə ünvan 3 ünvanında yerləşən “Buta” klinikasının qarşısına gəlmişdir. Taksidən düşmüş, bu zaman ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşmış, burada nə etdiyini soruşmuşlar. Üzərində narkotik vasitə olmuşdur. Bu səbəbdən qaçmaq istəmiş, lakin polis əməkdaşları onu saxlamışlar və 18-ci Polis şöbəsinə dəvət etmişlər. Bundan sonra xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona təklif olunmuşdur ki, onda olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etsin. Bundan sonra əlindəki qara rəngli dəri pul kisəsindəki 4 ədəd selofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik narkotik maddəni və əynindəki qara rəngli şalvarın bel hissəsinə qoyduğu sarı rəngli kiçik torbanın içərisindəki 1 ədəd selofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik narkotik maddəni könüllü olaraq təqdim etmişdir. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə olan “şüşədir”. Bundan başqa əynində olan qara rəngli şalvarının sağ cibində “Samsung” markalı mobil telefonun, əlindəki qara rəngli dəri pul kisənin içərisində isə özünə məxsus AA149325 seriyalı şəxsiyyət vəsiqəsi, özünə məxsus AH 042604 seriyalı sürücülük vəsiqəsi, gümüşü rəngli elektron tərəzi və narkotik vasitə almaq üçün 110 manat pul göndərdiyi qəbz, əynindəki qara rəngli şalvarın bel hissəsində isə 2 ədəd gümüşü rəngli açarlar olmuşdur. Üzərinə şəxsi axtarış və götürmə keçirildikdən sonra onun ərizə yazaraq razılıq verdiyi kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, ev 63 ünvanda axtarış və götürmə aparılması üçün getmişlər. Hamının iştirakı ilə kirayə yaşadığı ünvanda axtarış aparılmış və könüllü olaraq yatağının baş tərəfindən döşəklərin altındakı qara rəngli selofan torbada olan içərisində təxminən 1 kiloqram qəhvəyi rəngli, toz halında, spesifik qoxuya malik olan narkotik maddə “kokosu” təqdim etmişdir. Üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürləniş, qablaşmanın üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü tərəfindən imzalanmışdır. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini həm özünün istifadəsi üçün, həm də satıb pul qazanmaq üçün Hüseyn adlı şəxsdən almışdır (cild 1, iş vərəqi 81-84, 178-181). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində 1 qram metamfetamin olduğunu, qalan narkotiklərdən onun məlumatı olmadığını, polis əməkdaşlarının ona narkotikləri verərək videoçəkiliş zamanı cibindən çıxarıb stolun üzərinə qoymalı olduğunu bildirdiklərini, kirayə yaşadığı evdən aşkar olunmuş 1 kq heroinin də ona aidiyyəti olmadığını, qeyd olunan etirafedici ifadələri polis işçilərinin təzyiqi ilə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin Cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 10 iyun 2022cİ il tarixdə saat 16:00 radələrində inzibati ərazidə Nərimanov RPİ, 18-ci Polis şöbəsinin Cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin sahə inspektoru Şahid3 ilə gəzinti apararkən Bakuvi küçəsi, ev 48 saylı ünvanda “Buta” klinikasının qarşısında bir şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli apardığını görmüşlər. Bu səbəbdən ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş, həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünün Təqsirləndirilən şəxs olduğunu deyərkən rabitəsiz danışmağa, suallardan yayınmağa və yanlarından getməyə çalışmışdır. Onlar şəxsin rabitəsiz danışığından narkotik vasitənin təsiri altında olduğunu hiss etmişlər. Ona görə də, onun narkotik vasitənin təsiri altında olmasına əmin olub, onu Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə aparmışlar. Şöbədə onun ünvan 2irayədə yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirmişlər. Şöbədə onlar tərəfindən raport tərtib olunmuş, təhqiqatçı tərəfindən isə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin və onların iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs sağ əlindəki qara rəngli dəri pul kisəsində olan 4 ədəd selofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddəni və əynindəki qara rəngli şalvarın bel hissəsinə qoyduğu sarı rəngli kiçik torbanın içərisindəki 1 ədəd selofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli,spesifik qoxuya malik psixotrop maddəni təqdim etmişdir. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi maddə psixotrop maddə metamfetamindir. Bundan başqa əynində olan qara rəngli şalvarının sağ cibində “Samsung” markalı mobil telefonu, əlindəki qara rəngli dəri pul kisəsinin içərisində isə özünə məxsus AA149325 seriyalı şəxsiyyət vəsiqəsi, özünə məxsus AH 042604 seriyalı sürücülük vəsiqəsi, gümüşü rəngli elektron tərəzi və narkotik vasitə almaq üçün 110 manat pul göndərdiyi qəbz, əynindəki qara rəngli şalvarın bel nahiyyisində isə 2 ədəd gümüşü rəngli açarlar olmuşdur. Aşkar olunmuş narkotik vasitə Təqsirləndirilən şəxs və onların iştirakı ilə qablaşdırılmış və götürülmüşdür. Şahid1 ifadəsində həmçinin göstərdi ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, ev 63 ünvanında yerləşən mənzildə də narkotik vasitə olduğunu, mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Buna görə onlar birlikdə Sahibin kirayə yaşadığı mənzilə getmişlər. Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzil iki mərtəbəli həyət evi olmuşdur. Onlar taxta pilləkan vasitəsi ilə ikinci mərtəbəyə qalxaraq Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olmuşlar və mənzildə axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs mənzildəki yatağın baş hissəsində döşəklərin altından qara rəngli selofana bükülmüş 1 ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik maddəni könüllü olaraq təqdim etmiş, həmin maddənin narkotik maddə heroin olduğunu bildirmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış və götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18- ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 və məhkəmədə ifadəsi tədqiq edilmiş sahə inspektoru Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması, 18-ci Polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış və yaşadığı mənzildə axtarış aparılması zamanı külli miqdarda psixotrop maddə və narkotik vasitələrin aşkar edilərək götürülməsi zamanı iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqi 113-116). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 10 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs ünvan 6 ünvanında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə gətirilib orada videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində olan qara rəngli dəri pul kisəsinin içərisindən 4 ədəd bükümdə, əynində olan qara rəngli şalvarın bel hissəsindən isə 1 ədəd bükümdə, ümumilikdə 5 ədəd bükümdə ağ rəngli, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kristalşəkilli maddələr, həmçinin 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. İlkin sorğu zamanı Mübariz Əliyev həmin maddələrin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onları “Hüseyn” adı ilə tanıdığı İran vətəndaşından aldığını bildirmişdir (cild 1, iş vərəqi 27-28). Cinayət işinə əlavə edilmiş şübhəli şəxsin mənzilinə ərizəsi əsasında axtarış və götürmə aparılması haqqında 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19 radələrində Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, ev 63 ünvanında yerləşən mənzilə keçirilən axtarış zamanı mənzilin yataq otağındakı yatağın baş hissəsində döşəklərin altından 1 ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, tozşəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 41). Məhkəmə-kimyəvi ekspertizasının 11 iyun 2022-ci il tarixli 6/3277 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN zərflər üçün №244 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.. ” yazısı və imzalar olan kağız paketdəki 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,647 qram, 0,837 qram, 0,381 qram, 0,388 qram, 14,974 qram, ümumi təmiz çəkisi 17,227 qram ağ rəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN zərflər üçün №244 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs kirayə yaşadığı ...ünvandan aşkar edilmiş.. ” yazısı və imzalar olan bağlamadakı 1 (bir) ədəd bükülüdə təmiz çəkisi 1000,5 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin isə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixitrop maddələr»in İ siyahısına daxildir (cild 1, iş vərəqi 46-51). Ambulator X1 dair 25 avqust 2022-ci il tarixli 4744 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1. İş vərəqi 155-156). Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 16 iyul 2022-ci il tarixli 1847 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayəti törədən vaxt xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs etdiyi əməl Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükəli deyil. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburu müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 157-158). İş materiallarında olan xx.xx.2022-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin videogörüntü xx.xx.2022-ci il tarixdə tarixdə Nərimanov RPİ-nin 18ci Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru Emin Quliyevin xidməti otağında çəkilmişdir, videofayıl 12 dəqiqə 07 saniyə davam edir. Videogörüntüdən müəyyən edilir ki, baş təhqiqatçı Emin Quliyevin qarşı sol tərəfində masanın arxasında oturmuş şəxs: «Yusifbəyli və partnyorları» vəkil bürosunun vəkili X5, baş təhqiqatçı Emin Quliyevin qarşı sağ tərəfində ayaq üstə durmuş şəxs Təqsirləndirilən şəxs, Emin Quliyevin qarşı sağ tərəfində oturmuş şəxs (sağdan sola): Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Qamboy oğlu, Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2, Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru Şahid3dur. Təhqiqatçı E.Quliyev çəkilişin yeri, tarixi, vaxtı və səbəbi barədə bildirdikdən sonra iştirakçılar barədə məlumat verir. Bundan sonra təhqiqatçı E.Quliyev şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edir. Təqsirləndirilən şəxs sağ əlindəki qara rəngli dəri pul kisəsini, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Samsung" markalı mobil telefonu, əynindəki qara rəngli şalvarın bel hissəsinə qoyduğu 2 ədəd kilid açarını və sarı rəngli kiçik torbanı könüllü olaraq təqdim edir. Sarı rəngli kiçik torbanın içərisinə baxış keçirən zaman 1 ədəd şəffaf selofana bükülmüş, içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik maddə olan bükümü təqdim edir. Təqsirləndirilən şəxs sağ əlindəki qara rəngli dəri pul kisəsinə baxış keçirən zaman 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs məxsus AA149325 serialı şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs məxsus AE042604 seriyalı sürücülük vəsiqəsi, 1 ədəd ödəniz qəbzi, 4 ədəd sellofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik maddə olan bükümləri təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddənin “şüşə” olduğunu bildirir. Həmin narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Hüseyn adlı şəxs vasitəsi ilə əldə etdiyini bildirmişdir. Bundan əlavə, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sorğu-sual zamanı kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, ev 63 ünvanında narkotik vasitə saxladığını bildirir. DVD diskdə olan 20220610-175058 adlı videoyazılara baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin videogörüntü xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, ev 63 ünvanında çəkilmişdir. Baxış keçirilən Təqsirləndirilən şəxs yaşadığı mənzil həyət evidir. Həmin mənzilin həyətinin girişində sarı qapılar vardır. Mənzil 2 mərtəbəlidir. Təqsirləndirilən şəxs 2-ci mərtəbədə yaşayır. Taxta pilləkənlərlə 2-ci mərtəbəyə qalxırlar. Mənzilin girişində sol tərəfdə kiçik mətbəx vardır. Mənzilin qapısı taxta qapıdır. Mənzil bir otaqdan ibarətdir. Təqsirləndirilən şəxs həmin otaqda olan çarpayının baş tərəf hissəsindən 1 ədəd qara selofana bükülmüş bükümü təqdim edir. Bükümün içərisində «kokos»un olduğunu bildirir. Bükümə baxış keçirilən zaman əlavə olaraq ağ rəngli selofan torbaya bükülməsi aşkar edilmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik olan maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmün bükümün içərisində olan maddənin “kokos” olduğunu bildirir. Həmin büküm Təqsirləndirilən şəxs və iştirakçıların iştirakı ilə qablaşdırılmış və 224 saylı möhürlə möhürlənmişdir Videoçəkilişə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin çəkilişdə əksini tapmış xüsusatlar təhqiqatçı, polis mayoru E.Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə, şübhəli şəxsin mənzilinə axtarış və götürmə aparılması haqqında protokolda da öz əksini tapmışdır (cild 1, iş vərəqi 166- 172). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və onun istifadəsində olmuş 077 ***-**-** nömrəsi ilə işləyən «Samsunq Qalaxu J3 2016» markalı mobil telefon aparatının “Whatsapp” proqramında olan yazışmalara baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin proqramda “İradə” adı altında qeydə alınmış (+98-***-***-**-**) şəxslə “Sahib” adı altında olan şəxs, yəni Təqsirləndirilən şəxs arasında xx.xx.2022-ci il tarixdə “mal lazımdı”, “Hə”, “Satacam”, “Bu deqiqe düz qos edirem elimde yaqlı müsteri var”, “800-900 manatlıq patı isteyi”, “Tanıyıram adamı”, “Malı verib pulu alacam”, “bas man na elamaliyam?”, “Sen kimnense mene mal gonder goturum verim ona pulumuzu alım hemin adamı yola salım”, “qardaw allaha and olsun manda pul yoxdu”, “pulu men onnan goturub verirem”, “san pulu mana gondar bo tezlikle iwi alındırım”, “Birinci defe iş goruruk? İnanmiysan mene?”, “Sahib allaha and olson manda pul olsa ela sanada mal veraram diyaram sat manim polomo verarsan”, “İndi pulum yoxdu da birinci seferdi iş görmürük ki. Qardaşına bir bir jest elede” məzmununda yazışmalar olmuşdur. Həmçinin mobil telefonun «Qaleri» bölməsində Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş bükümlərin və ödəniş qəbzlərinin şəkilləri vardır (cild 1, iş vərəqi 106-109). İbtidai istintaq orqanının 18 iyun 2022-ci il tarixli maddi sübut kimi haqqında qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda 5 (beş) bükümdə təmiz çəkiləri 0,647 qram, 0,837 qram, 0,381 qram, 0,388 qram, 14,974 qram, ümumi təmiz çəkisi 17,227 qram ağ rəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, gümüşü rəngli elektron tərəzi, üzərində 077 ***-**-** nömrəsi olan «Samsunq Qalaxu J3 2016» markalı mobil telefon aparatı və Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, ev 63 ünvanındakı mənzildən aşkar edilmiş 1 (bir) ədəd bükülüdə təmiz çəkisi 1000,5 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 17,027 qram çəkidə psixotrop maddə metamfetamin, 1000,3 qram çəkidə narkotik vasitə heroin, gümüşü rəngli elektron tərəzi və üzərində 077 ***-**-** nömrəsi olan «Samsunq Qalaxu J3 2016» markalı mobil telefon aparatı Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış və götürmə, evə baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk sübut növü kimi qiymətləndirilərək iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 110-112, 173-174). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 234.1, 66.3, 93-cü maddələri ilə 6 il 2 ay 9 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına (ümumi rejim) məhkum edilərək barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən 05 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Əliyev X3 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 136-138). Məhkəmə iclasında Təqsirləndirilən şəxs hadisə günü, yəni 10 iyun 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində cəmi 1 qram çəkidə psixotrop maddə metamfetamin olduğunu, polis əməkdaşlarının ona evində də narkotik olmasını demək lazım olduğunu əvvəlcədən bildirdiklərinə görə çəkiliş aparılanda bu cür dediyini, əslində isə onun evində narkotik vasitə olmadığını, istintaqda məcbur olub polis işçilərinin dedikləri ilə razılaşdığını, onun polis işçiləri tərəfindən təzyiqlərə məruz qaldığını bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış, həmçinin yaşadığı ünvana baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddələri və narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən və kirayədə yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddələrin və narkotik vasitələrin ona məxsus olduğunu, həmin maddələri sosial şəbəkədə tanış olduğu Hüseyn adlı şəxsdən satış məqsədi ilə və şəxsi istifadəsi üçün əldə edib üzərində və yaşadığı mənzildə saxladığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə, evinə baxış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. Eləcə də, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin məhkəmə iclasında verdiyi izahatında Təqsirləndirilən şəxs törədilmiş cinayət əməlində özünü təqsirli bildiiyini göstərmişdir. Bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs saxlanıldığı 3 saylı İstintaq təcridxanasından onun tibbi kitabçasının surəti məhkəməyə təqdim olunaraq baxışı keçirilmiş, bu zaman təqsirləndirilən şəxsin bədəni üzərində hər hansı yeni zədə və xəsarət izi olmamış, yalnız döş qəfəsinin sol yan divarında cərrahi əməliyyat izinə xas köhnə çapıq ğoxuma izlənmişdir. Bakı şəhəri, Nizami rayon prokurorluğuna verilmiş sorğuya xx.xx.2022-ci il tarixli 684-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu zaman polis əməkdaşları tərəfindən ona bədən xəsarətləri yetirilməsi barədə Nizami rayon prokurorluğuna müraciət etməmiş və həmin xüsusat üzrə araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və istifadəsində olan 077 ***-**-** mobil telefon nömrəsində “Whatsapp” proqramında olan yazışmalara baxış keçirilməsinə dair protokoldan görünür ki, baxış zamanı həmin proqramda “İradə” adı altında qeydə alınmış (+98-***- ***-**-**) şəxslə “Sahib” adı altında olan şəxs, yəni Təqsirləndirilən şəxs arasında xx.xx.2022-ci il tarixdə narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və onun satışı ilə məşğul olması barədə çoxsaylı yazışmalar, həmçinin mobil telefonun «Qaleri» bölməsində Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş bükümlərin və ödəniş qəbzlərinin şəkilləri mövcuddur. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi, cinayətlərin residivi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. İş materiallarından görünür ki, Əliyev X3 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə cinayət başında yaxalanmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs Əliyev X3 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə müəyyən edilmiş məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 10 iyun 2022-ci il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixli tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 25 avqust 2022-ci il tarixli 4744 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 17,027 qram çəkidə psixotrop maddə metamfetamin, 1000,3 qram çəkidə narkotik vasitə heroin, gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üzərində 077 ***-**-** nömrəsi olan «Samsunq Qalaxu J3 2016» markalı mobil telefon aparatı onun ailə üzələrinə qaytarılmalı, həmçinin şəxsi axtarış və götürmə, evə baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 20 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 iyun 2022-ci il tarixli tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 17,027 qram çəkidə psixotrop maddə metamfetamin, 1000,3 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - üzərində 077 ***-**-** nömrəsi olan 1 ədəd «Samsunq Qalaxu J3 2016» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzələrinə qaytarılsın; - Təqsirləndirilən şəxs şəxsi axtarışı, yaşadığı evə baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar