Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-347/2024 05.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2, X4, X1 və X8, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7, müdafiəçi - “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Cəlilabad rayonunun Cəfərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Cəlilabad rayonunun Cəfərli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində kirayə yaşadığı ünvan 1 ünvanında kirayə yaşadığı arvadı Zərərçəkmiş şəxs ilə barışmaq istəməsi, sonuncunun da barışıqdan imtina etməsi səbəbindən aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı mənzilin mətbəxində masanın üzərindən götürdüyü zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs özünə əziz sayan, dəyərli insan kimi özünün yaxını hesab edən bacısı X5 əzab verdiyini dərk edərək sonuncunun gözü qarşısında, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə xüsusi amansızlıqla Xatirə Quliyevanın döş qəfəsinin yarısının arxa nahiyəsindən qəsdən vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid çənbər bağırsağın yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirərək xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, arvadı Zərərçəkmiş şəxs ilə 18 ilə yaxın evli olmaqla, birgə nikahlarından 2 uşağı var. Qısqanclıq zəminində aralarında yaranmış mübahisəyə görə evdən küsüb getmiş, qayınanasından baş verən narazılıqlara görə üzr istəmək üçün yenidən evə qayıtmışdır. O, ünvan 1 ünvanında ailəsi, habelə qayınanası, baldızı Şahid ailəsi ilə birgə yaşamışdır. 06 yanvar 2023-cü il tarixdə saat 20 radələrində arvadı Zərərçəkmiş şəxs ilə barışmaq üçün yaşadığı evə gəlmiş, mətbəxdə oturub bir müddət söhbət edərək barışmağı xahiş etsə də, arvadı Zərərçəkmiş şəxs boşanacağını təkidlə dediyindən, bir anlıq əsəbiləşib meyvə təmizlədiyi bıçaqla arvadı Zərərçəkmiş şəxs qorxutmaq məqsədilə qarın nahiyəsinə bir dəfə vurmuş və peşman olub bıçağı yerə atmış, Zərərçəkmiş şəxs xəstəxanaya aparıldıqdan sonra, o da polisə təslim olmuşdur. Hadisə anidən baş vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər də arvadı Xalidə Əliyeva ilə uzun müddət davam etməsə də, qısqanclıq zəminində mübahisələri olmuş, hadisədən 1 gün əvvəl yaranmış mübahisəni həll edib etdiyi səhvə görə üzr istəmək məqsədilə evə qayıtmışdır. Mübahisə vaxtı mətbəxdə o və Zərərçəkmiş şəxs başqa heç kim olmamış, baldızı Şahid qonşu otaqda olmuş, sonuncunu orada görməmişdir. Baldızı Şahid arvadı Zərərçəkmiş şəxs bıçaqla vurduğunu sonradan bilmiş, o, baldızını çağırıb arvadı Zərərçəkmiş şəxs vurduğu barədə məlumatlandırmışdır. Əməlindən peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin sonlarında yaşadıqları ünvanda olarkən onunla qayınanası Sənubər arasında yaranmış mübahisə zamanı qayınanasını nalayiq ifadələrlə təhqir etdiyinə görə arvadı Zərərçəkmiş şəxs ilə aralarında narazılıq yarandığından yaşadığı mənzili tərk edib getsə də, növbəti gün qayıtmış, bir qədər baldızı və övladları ilə söhbət etdikdən sonra işlədiyi mağazaya gedib orada gecələmişdir. Bir neçə gün belə davam etdikdən sonra, yəni 05 yanvar 2023-cü il tarixdə o, yaşadıqları evə gəlib həyat yoldaşından üzr istəyib barışmaq niyyətində olduğunu dedikdə arvadı Zərərçəkmiş şəxs onunla barışmaq istəmədiyini dediyindən, qayınanasının işdən gəlməsini gözləmiş və bütün ailə üzvlərinin qarşısında sonuncudan üzr istəmiş, lakin buna baxmayaraq, Zərərçəkmiş şəxs yenə də onunla barışmayacağını bildirmişdir. Növbəti gün, yəni 06 yanvar 2023-cü il tarixdə saat 20 radələrində yenidən gələrək yaşadığı mənzilin mətbəxində arvadı Zərərçəkmiş şəxs və arvadının bacısı Şahid ilə oturub söhbət etməyə başlamış, övladları isə digər otaqda olmuşlar. Həmin vaxt arvadı Zərərçəkmiş şəxs yenə də onunla barışmaq istəmədiyini söyləmiş, Zərərçəkmiş şəxs və arvadı Şahid mətbəxdəki divanın üzərində, o isə mətbəxdəki masanın kənarında oturmuşdur. Zərərçəkmiş şəxs təkidlə onunla heç vaxt barışmayacağını deməsindən əsəbiləşib mətbəxdəki masanın üzərində olan taxta tutacaqlı mətbəx bıçağını götürüb, qorxutmaq məqsədi ilə Xalidəyə yaxınlaşmış, Zərərçəkmiş şəxs yenidən onunla barışmayacağını bildirib ayağa qalxdıqda o, əsəbiləşib əlində olan mətbəx bıçağı ilə Xalidəni bir dəfə qarnının sol tərəfindən vurmuş, bundan sonra baldızı Şahid ayağa qalxıb onu kənara itələmiş, o, kənara çəkilib əlində olan bıçağı mətbəxdə olan qabyuyanın içərisinə atmışdır. Bir qədər sonra Şahid əri Elmar işdən gəlib arvadı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə xəstəxanaya aparmışdır. Bir neçə saat sonra o, yaşadığı mənzilin həyətində olarkən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları ilə birgə polis şöbəsinə getmişdir. Onun arvadı Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. O, ünvan 1 ünvanında öz ailəsi, habelə anası və bacısı Şahid ailəsi ilə birgə yaşamışdır. Əri Təqsirləndirilən şəxslə aralarında qısqanclıq zəminində tez-tez mübahisələri olmuş, təxminən 04 və ya 05 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxslə yenidən qısqanclıq zəminində yaranmış mübahisə səbəbindən sonuncu küsüb evdən getmişdir. 06 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs evə gəlib onunla barışmaq istədiyini deyəndə o, bağışlamadığını, boşanmaq istədiyini söyləmiş, heç vaxt əlbəyaxa olmamış, sözlə mübahisə etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onun dediklərindən bir anlıq əsəbiləşib mətbəxdəki stolun üzərindəki bıçağı götürüb bir dəfə onun qarın nahiyəsinə vurmuş, hadisə anidən baş vermiş, o, bıçağın həmin nahiyəyə daxil olduğunu hiss etməmiş, yara dərin olmamış, sonradan bıcaqlandığını görmüşdür. Təqsirləndirilən şəxs bundan sonra bıçağı atıb oradan getmiş, o, huşunu itirməmiş, daha sonra xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, anası baş vermiş mübahisədən narahat olduğuna görə əri Təqsirləndirilən şəxs onun anasından üzr istəməsi məqsədilə hadisə günü evə gəlmiş, mübahisə mətbəxdə baş vermişdir. X11 isə digər otaqda olmuş, arada mətbəxə girib-çıxmış, mübahisə zamanı o, Təqsirləndirilən şəxs təkidlə boşanacağını demişdir. Təqsirləndirilən şəxs onu vurandan sonra bacısı Şahid çağırmış, ibtidai istintaq zamanı ifadə verərkən narkoz altında olduğuna görə nə danışdığını bilməmiş, o, Təqsirləndirilən şəxs onu vuracağına inanmamış, Təqsirləndirilən şəxs ikinci dəfə onu vurmağa cəhd etməyib yerə atmışdır. Bacısı Şahid onun bıçaqlandığını görməmiş, 5 dəqiqə oturmuş, sinəsinin qanadığını, qonunun keyini görüb bacısını çağırmış, bundan sonra bacısı sinə nahiyəsinə baxıb bıçaqlandığını demişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdi ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs əridir. Aralarında ədavət və ya düşmənçilik yoxdur, olmamışdır. Baş vermiş hadisədən bir-iki gün əvvəl Təqsirləndirilən şəxslə bacısı Zərərçəkmiş şəxs mübahisə etdiklərinə görə Təqsirləndirilən şəxs küsüb evdən getmiş, 06 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib bacısı Zərərçəkmiş şəxs ilə barışmaq üçün evə gəlmək istədiyini dedikdə, o, bacısının əsəbi olduğunu, hələ gəlməməsini söyləmişdir. Həmin gün Təqsirləndirilən şəxs barışmaq üçün evə gəlmiş, o və bacısı mətbəxdə olan divanda, yəni bir tərəfində o, digər tərəfində isə bacısı oturmuşdur. Təqsirləndirilən şəxs qapının qarşısında dayanıb bacısı ilə barışmaq üçün xahiş edib yalvarsa da, bacısı Zərərçəkmiş şəxs israrla barışmaq istəməmiş, Təqsirləndirilən şəxs üzrünü qəbul etməmişdir. O isə orada olsa da, bacısı ilə ərinin mübahisəsinə qarışmamış, müdaxilə etməmiş, çünki əvvəllər də ailədaxili mübahisələri olmuş və sonradan barışmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs ailəsinin dağılmaması üçün təkidlə xahiş etsə də, bacısı Zərərçəkmiş şəxs boşanacaqlarını inadla dediyindən, Təqsirləndirilən şəxs bir anlıq əsəbiləşib mətbəxdəki bıçaqla bir dəfə bacısı Zərərçəkmiş şəxs vurmuş və oradan uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs həmin hadisəni törədəcəyinə inanmamış, sonuncudan bunu gözləməmiş, hadisə bir anlıq əsəbiləşməyə görə olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin məsul növbətçisi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli HK 1-60 nömrəli raportdan görünür ki, Bakı şəhəri Sabunçu şəhər xəstəxanasından daxil olmuş məlumata əsasən Zərərçəkmiş şəxs qarın nahiyəsindən kəsilmiş yara xəsarəti almışdır. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan, “Götürmə haqqında” qərar və protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən evdir. Mənzil 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşir. Mənzil 2 otaq, 1 mətbəx və hamamdan ibarətdir. Hadisənin baş verdiyi mətbəxdə sağ tərəfdə mətbəx dolabları, sol tərəfdə isə divan vardır. Hadisə yerinin müayinəsi zamanı yerdə qan izi aşkarlanmamışdır. Mətbəxdə olan taxta qulplu məişət bıçağı qablaşdırılıb götürülmüşdür. (Cild 1, iş vərəqə 4- 8; 9; 10-11) xx.xx.2023-cü il tarixli “Götürmə haqqında” qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş qara rəngli mayka sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (Cild 1, iş vərəqə 14; 16-17) xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək həmin gün tutulmuşdur. (Cild 1, iş vərəqə 35) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 X15 X12 xx.xx.2023-cü il tarixli, PHŞ/6-17/2-36/2023 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 22:40-da “Döş qəfəsinin sol yarısının arxa səthinin qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaraları. Köndələn çənbər bağırsağın yaralanması” diaqnozu ilə həmin mərkəzin cərrahiyyə şöbəsinə stasionar müalicəyə qəbul edilmişdir. (Cild 1, iş vərəqə 47) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 50-51) xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraiti və yeri barədə bildirmişdir. (Cild 1, iş vərəqə 64-66) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 91-92) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.2-ci maddəsinə əsasən 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Amnistiya qərarının 3.1 və 5.2-ci bəndlərinə əsasən xx.xx.2005-ci il tarixdə cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 ay müddətinə islah işləri cəzasına məhum edilmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq edilən cinayət işinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. (Cild 1, iş vərəqə 99-100; 124-128) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli, 781 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 103) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 xx.xx.2023-cü il tarixli, 47 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs çənbər bağırsaq yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşicikəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınması mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Xəsarətin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətin ekspertizaya təqdim edilmiş bıçaqla və ya ona oxşar digər bıçaqla yetirilməsi inkar olunmur. (Cild 1, iş vərəqə 105-107) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 xx.xx.2023-cü il tarixli, xx/xx-1110 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 120) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 xx.xx.2023-cü il tarixli, 56/2023MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu B/İİİ-dür. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus mayka üzərində insan qanı ləkələləri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “B” və “H” antigenləri alındı. Bu qan ləkələri Balfa (H)/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər, əgər onun qanında müşayiətçi “H” antigeni varsa. Tədqiqata təqdim olunan bıçaq üzərində qan aşkar olunmadı. (Cild 1, iş vərəqə 136- 139) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 xx.xx.2023-cü il tarixli, 40-MTKŞ/2023 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthində sağda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü kafi itilikdə olan ülgüc və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (bıçağın) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthində sağda olan deşilmiş-kəsilmiş zədə onun bədənində aşkar edilmiş xəsarət- çənbər bağırsaq yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısıın arxa səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə uyğunsuzluq təşkil edir. (Cild 1, iş vərəqə 141-143) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli mayka və bir ədəd taxta qulplu mətbəx bıçağı iş üzrə maddi sübut tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin MSK-na təhvil verilmişdir. (Cild 1, iş vərəqə 146) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2023-cü il tarixli, 119 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işində anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sairi psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən hər hansı psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, söz götürməmək, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, o, cinayət əməlini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. O, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. (Cild 1, iş vərəqə 149-151) xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, əri Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan aradan qalxmışdır. Əri Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. (Cild 1, iş vərəqə 156) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinə tövsif edilmiş, bir ədəd mətbəx bıçağı və bir ədəd qara rəngli maykanın maddi sübut kimi tanınmaqla Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlama kamerasına təhvil verilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və istintaq zamanı toplanmış digər istintaq materialları sübut növü kimi qəbul edilmişdir. (Cild 1, iş vərəqə 157-165) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 167-168) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(007)-9/2023 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Həmin məhkəmənin 02 fevral 2023-cü il tarixli, 4(007)-47/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Məhkəməsinin 4(007)-9/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 07 may 2023-cü il tarixədək seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 4(007)-217/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti 20 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 74-77, 108-113, 198-199) xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 21-1/3-17223/13 saylı məktubundan görünür ki, Xətai rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqından tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında bxasın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında isə göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə, yəni xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə ittiham elan edilmişdir. İbtidai istintaq orqanı həmin ittihamı irəli sürərkən 20 aprel 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı hissəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə nəticəsində baldızı Şahid yanında sonuncuya xüsusi əzab verdiyini dərk etdiyi halda mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vuraraq xəsarət yetirmişdir.” Məhkəmə yekun qərar-ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, xüsusi amansızlığın mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xüsusi amansızlığın mahiyyəti eynidir. Əməl o halda xüsusi amansızlıqla törədilmiş əməl kimi tövsif edilə bilər ki, cinayətin törədilmə üsulu, şəraiti, hadisənin baş vermə faktı təqsirkar tərəfindən dərk edilir və o, öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyini dərk edir. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, hadisədən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs anasının ünvanına nalayiq ifadələr işlətməsinə görə sonuncudan üzr istəməsi üçün evə gəlmiş, evdə ailələrinin dağılmamasından ötrü arvadına barışması üçün təkidlə xahiş etsə də, arvadı Zərərçəkmiş şəxs inadkarlıq göstərərək dediklərinə laqeyd cavablar verib ona boşanacağını dediyindən, o, şəxsi münasibətlərin pozulması zəminində bir anlıq əsəbiləşib mətbəx masasının üzərindən götürdüyü bıçaqla bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsinə xəsarət yetirdikdən sonra bıçağı tullayıb oradan uzaqlaşmışdır. Məhkəmə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə istintaqında da Təqsirləndirilən şəxs sözü mübahisənin gedişində qəfildən, ani bir zaman kəsiyində bir dəfə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olmayaraq xüsusi amansızlıqla törədilmiş cinayət kimi qiymətləndirilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs şəxsi münasibətlərin pozulması zəminində mübahisənin gedişində bir anlıq əsəb ucbatından arvadı Zərərçəkmiş şəxs bıçaqla bir dəfə xəsarət yetirən zaman sonuncunun yaxın adamına, yəni bacısı Şahid məhz xüsusi əzab veribverməməsi, Təqsirləndirilən şəxs həmin hərəkəti ilə sonuncuya xüsusi əzab verdiyini dərk edib-etməməsi aydınlaşdırılmamış, yalnız Şahid baş vermiş hadisə zamanı orada olmasını xüsusi amansızlıq kimi qiymətləndirmişdir. Cinayət hüququ nöqteyi-nəzərindən əzab vermə dedikdə zərərçəkmiş şəxsi mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə ona güclü fiziki ağrılar və ya psixi iztirablar vermə kimi başa düşülür. Lakin işin hallarından görünür ki, baş vermiş hadisə zamanı mütəmadilik mövcud olmamış, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi döyməmiş və sonuncunun yaxın qohumuna fiziki və ya psixi iztirab verməmiş, zərərçəkmiş şəxs inadla boşanacağını dediyinə görə, təqsirləndirilən şəxs bir anlıq əsəbiləşmə nəticəsində bir dəfə bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirmiş və bundan sonra oradan uzaqlaşmışdır. Şahid məhkəmə iclasında verdiyi ifadəsində hadisə zamanı orada olsa da, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin aralarında olan mübahisə ailədaxili xarakterli olduğuna görə qarışmadığını, hadisənin qəfildən, bir anda baş verdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində hadisə baş verən vaxt Zərərçəkmiş şəxs bacısı Şahid orada görmədiyini, hadisədən sonra gördüyünü bildirmişdir. Eləcə də, Zərərçəkmiş şəxs bacısı Şahid mübahisənin əvvəlində mənzilin mətbəxində olduğunu, lakin sonradan mətbəxdən digər otağa keçdiyini, hadisə baş verdikdən sonra bacısını çağırdığını bildirmişdir. Məhkəmə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusu əsasında müvafiq nəticəyə gəldiyindən, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən zərərçəkmiş şəxsin yaxın qohumu, yəni bacısı Şahid görmədiyinə, sonuncuya xüsusi əzab verdiyini dərk etmədiyinə, həmin xüsusatı zərərçəkmiş şəxsin də təsdiqlədiyinə, Şahid da cinayət əməlinin baş verəcəyini güman etmədiyinə, gözləmədiyinə, zərərçəkmiş şəxs və ya onun yaxın qohumuna əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması kimi hallar baş vermədiyinə görə, mübahisənin gedişində qısa bir zaman kəsiyində anidən bıçaqla bir dəfə xəsarət yetirdikdən sonra bıçağı kənara atdığına və qeyri-qanuni hərəkətlərini davam etdirmədiyinə görə belə qərara gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə belə qərara gəlir ki, təqsirləndirilən şəxs zərərçəkmişə şəxs ağır bədən xəsarəti yetirərkən sonuncunun yaxın qohumuna xüsusi əzab verməmiş, bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən ağır xəsarət yetirməsi barədə gəldiyi qənaət iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından həmin şübhələr onun xeyrinə həll olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutlar məcmusunun həcminin sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyini qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə bir halı qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 1 yetkinlik yaşına çatmayan övladının olduğunu bildirmiş, “AZE MİS” Elektron Məhkəmə Sisteminə baxış keçirərkən, onun övladının xx.xx.2006-cı il təvəllüdlü, yəni yetkinlik yaşına çatdığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxs bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətin xarakterini, əməlin ictimai təhlüləliliyini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Məhkəmə iclaslarına gəlmədiyinə və barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə axtarış elan edilməklə ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması barədə qərar qəbul olunmuş, 02 dekabr 2023-cü il tarixdən Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Hazırda o, həbsdədir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1 və 158.2.2-ci maddələriə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan bir ədəd mətbəx bıçağı və bir ədəd qara rəngli mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmaqla Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan bir ədəd mətbəx bıçağı və bir ədəd qara rəngli mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-347/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-347/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver