Məhkəmə qərarları › İş №1(101)-347/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-347/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-347/2025 21.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X9 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1998-ci ildə Ağsu rayonu, Muradlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, Yenikənd ərazi dairəsi, Yenikənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 1573,255 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib 3,804 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış, ayrı-ayrılıqda çəkiləri 1495 qram və 74,451 qram olan ümumi təmiz çəkisi 1569,451 qram olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir ədəd elektron tərəzini yaşadığı evin yataq otağında olan taxta konstruksiyalı dolabda saxlamış, onun qanunsuz olaraq psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 01 mart 2024-cü il tarixdə, saat 16:55 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərək şəxsi axtarış və götürmə zamanı əynindəki qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellafana bükülmüş təmiz çəkisi 3,804 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, daha sonra həmin gün əməliyyat tədbirinin davamı olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində axtarış keçirilərkən, evin yataq otağında olan taxta konstruksiyalı dolabdan aşkar edilərək götürülmüş iki ədəd şəffaf sellofana bükülmüş, ayrı-ayrılıqda çəkiləri 1495 qram və 74,451 qram olmaqla, üzərində aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 1569,451 qram olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respubliikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında anası və balaca qardaşı ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təxminən 13- 14 yaşlarından narkotik vasitə olan marixuana istifadəçisidir. Hadisə günü, yəni 01 mart 2024-cü il tarixdə, təxminən saat 14:00-da bibisi oğlu ilə görüşmək üçün evdən çıxmışdır. Küçədə olarkən görüşə getmək üçün taksi çağırmış, taksiyə minmək istəyəndə taksinin qarşısı kəsilmiş, 8 nəfər əvvəllər tanımadığı, mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb sənədlərini təqdim edərək özlərini təqdim etmiş, ona üzərində narkotik vasitə olduğunu demişlər. Telefonunu əlindən zorla alıb baxmış, lakin nə bir yazışma, nə bir zəng aşkar olunmamışdır. Ona “iranlı” şəxslə danışdığını demişlər, lakin o onlara belə bir şeyin olmadığını bildirmişdir. Cibindən evinin açarını götürmüş, onunla birgə yaşadığı evinə girmişlər. Həmin vaxt anası da evdə olmuş, olanlara şahid olmuşdur. Evində Kürdəmir rayonundan öz istifadəsi üçün gətirdiyi 200 qram marixuana olmuşdur. Əvvəllər marixuananı özü əkib-becərmiş, həmin bağlamanı da o vaxtdan özü üçün saxlamışdır. O həmin narkotik vasitənin olduğu bağlamanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları isə onun yaşadığı evə 1 kilo yarım, cibinə də 4 qram metamfetamin qoymuş, ona narkotik vasitələrin ona məxsus olmasını etiraf etmədiyi halda anasını da bu işə qoşacaqlarını bildirmişlər. Həmin vaxt anası bütün bunlara şahid olmuş, anasının halı pisləşmiş və ürəyi getmişdir. O da məcbur qalıb metamfetaminin ona məxsus olmasını etiraf etmiş, üzərinə baxış keçirilməsinə dair protokolu təzyiq altında imzalamışdır. Əslində isə o heç vaxt metamfetamin istifadə etməmiş, sadəcə marixuana istifadə etmiş, narkotik vasitələrin satışı ilə isə ümumiyyətlə məşğul olmamışdır. Onun üzərində və yaşadığı evdə nə psixotrop maddə olan metafetamin, nə də tərəzi olmamışdır. Polis əməkdaşı Şahid1 ona çəkilişdən sonra Xətai rayon Polis İdarəsinə gedəcəklərini, oradan anasını evə buraxacaqlarını, rəisə məruzə etdikdən sonra isə Xətai rayon Polis İdarəsindən də onu buraxacaqlarını demişdir. Sonra videoçəkiliş və vəkilin iştirakı ilə evinə baxış başlanmış və o, polislərin gətirdikləri metamfetaminin və tərəzinin ona məxsus olmasını etiraf edib, yəni polislərin dediklərini təkrarlayaraq protokolu imzalamışdır. Çəkiliş zamanı əməliyatçı Azərə “biz axı belə danışmamışdıq” demiş, lakin Azər onun sözünə məhəl qoymamışdır. Onun barəsində qətimkan tədbiri seçilməsinə dair məhkəmədə olan zaman da anasının tutulacağından qorxub hakimə heç bir söz deməmişdir. Saxlanılan günü onu buraxmaları üçün Rusiya Federasiyasında yaşayan dayısı X17 Həsənova M-10 tətbiqi vasitəsi ilə 4.000 manat pul göndərmiş, Azər də ona həmin pula görə yenidən çəkiliş aparacaqlarını və narkotik vasitənin miqdarını azaldacaqlarını bildirsə də onu buraxmamışlar. Bundan əvvəl də onu BMCMİ-nin əməkdaşları tutmuş, sağ yan cibinə metamfetamin qoymuş, onu metamfetaminin istifadəsində və satışında ittiham etmişlər, lakin cinayət işinə apellyasiya instansiyası mərhələsində baxılan vaxt onun narkotik vasitənin satışı ilə məşğul olmadığı sübuta yetirilmişdir. Heç bir cinayət əməli törətmədiyindən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 01 mart 2024-cü il tarixdə ona qərəzsiz mənbədən Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlaması və Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat məruzə olunmuş, ondan və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 01 mart 2024-cü il tarixdə, saat 16:55-də Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman müəyyən olunmuş və sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqları bildirməklə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla idarəyə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxsla bağlı təhqiqatçı tərəfindən sənədləşdirmə aparılmış, müdafiəçi dəvət edilmişdir. Videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan «Samsung» markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd üzərində 5239 1517 5376 6313 nömrəsi olan plastik bank kartı və 18 (on səkkiz) manat pul aşkar edilərək götürülmüş, əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş, 1 (bir) ədəd «Samsung» markalı mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd bank kartı götürülmüş, 1 (bir) ədəd açar və 18 (on səkkiz) manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisindəki psixotrop maddə metamfetamindir və İran İslam Respublikası vətəndaşı olan «Seyid» adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Bakı şəhəri, Xətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmiş, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə «Seyid» adlı şəxs 1.000 (bir min) manat pul verəcəkdi. Həmçinin Bakı şəhəri, Xətai rayonunda yaşadığı evdə psixotrop maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gedilmişdir. Həmin vaxt qapını açan şəxs özünü X3 təqdim edərək, Təqsirləndirilən şəxs anası olmasını bildirmişdir. Onlar xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib həmin evə baxış keçirməli olduqlarını demişlər. Səadət Yunusova buna etiraz etməyərək bu barədə ərizə yazmışdır. Daha sonra həmin evə daxil olmuşlar və Təqsirləndirilən şəxs evdə saxladığı psixotrop maddəni təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən iki ədəd bağlamada metamfetamini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri məhz həmin tərəzi vasitəsilə çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evinin hər bir yerində axtarış aparmamışlar, belə ki, buna dair məhkəmə qərarı olmamışdır. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, həmin kütlələr və elektron tərəzi qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri isə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa həmin evin digər hissələrinə baxış keçirilmiş, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Məhkəmə qərarı olmadığından evdə tərəflərindən axtarış aparılmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş kütlələr və elektron tərəzi özünə məxsusdur, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan «Seyid» adlı şəxsin vasitəsi ilə bir həftə əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə cəmi bir dəfə olmuşdur. Onun Təqsirləndirilən şəxs evində iki dəfə olmağı, həmçinin onların evində iki nəfər əməkdaşın qalması, onu anası ilə təhdid etmələri, dayısı tərəfindən ona hər hansı vəsaitin göndərilməsi yalandır. Həmin ifadəni verməklə Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq istəyir. Onun tərəfindən, həmçinin digər əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, ünvan 1 ünvanında Həsən və digər oğlu ilə birlikdə kirayə tutduqları evdə yaşamışdır. Həsən əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuş, 2023-cü ilin noyabr ayında vaxtından əvvəl həbsdən azad olunduğundan bu iş üzrə həbs olunana qədər heç bir yerdə işləməmiş, ailəsini dolandırmaq üçün o və digər oğlu işləmişlər. 01 mart 2024-cü il tarixdə, təxminən saat 14:00 radələrində oğlu Həsənlə kirayə yaşadığı evdə olduğu vaxt oğlunun dostu onu görüşə çağırmış, Həsən taksi ilə gedəcəyi üçün qapının ağzına çıxıb gözləmişdir. Az sonra qapının döyüldüyünü eşidib, Həsənin geri qayıtdığını zənn etmişdir. Qapıya baxdıqda başqa bir adamın olduğunu görmüş və qapıda olan adam ona “biz polisik, oğlunu tutmuşuq” dedikdə o qapıya çıxmış və onların Həsəni tutduqlarını görmüşdür. Həmin şəxslər təxminən səkkiz nəfər olmuş, özləri Həsənin cibindən götürdükləri açarla qapını açan kimi evə daxil olmuşlar. O nə baş verdiyini anlamamış və onlar onun mobil telefonunu əlindən aldıqda o, qışqırmış, Həsən isə ona qorxmamasını demişdir. Daha sonra onlar Həsənlə bir yerdə yataq otağına keçmiş, yataq otağında polislərlə Həsənin arasında dartışma olmuş, o nə baş verdiyini soruşduqda, onlar ona Həsəndə narkotik vasitə olduğunu söyləmişlər. Onlar sanki yerlərini əvvəlcədən bilirmişlər kimi özləri gəlib narkotik vasitələrini götürmüş və bu vaxt polislərin “əgər boynuna almasan ananı da həbsə atacıyıq” deməsini eşitmiş, bu zaman özünü itirmiş və ürəyi getmişdir. Polislər yalnız onun yataq otağına baxış keçirmiş, digər otaqlara baxmamışlar. Sonra onunla bərabər iki polis əməkdaşı evdə qalmış, digər polis əməkdaşları isə Həsəni də götürüb aparmışlar. Onunla evdə qalan polis əməkdaşları ona narahat olmamağını, yalnız üzərindən aşkar olunan narkotik vasitəni rəsmləşdirəcəklərini demişlər. Gecə saatlarında Həsən və iki nəfər polis əməkdaşı qayıtmış, onlar ona video çəkiliş edəcəklərini söyləmiş və ona bir neçə büküm narkotik vasitə göstərib həmin narkotik vasitələrin Həsənə aid olduğunu demişlər. O isə onlara belə bir şeyin qeyri-mümkün olmasını, onlardan şikayət edəcəyini dedikdə, polislərdən biri, saçı qıvrım olan şəxs şikayət etsə, başqa gün qapısına polislərin gələcəyini söyləyərək ona hədə qorxu gəlmişdir. Sonra polislərdən biri Həsəndən 2.000 manatının, daha sonra isə 1.000 manatının olub-olmadığın soruşmuş, Həsən isə pulu olmadığını demişdir. O yataq otağına daxil olanda polislər artıq narkotik vasitəni yerləşdirmişdilər. Həmin dolabda o tozsoranı saxlayır, orada narkotik vasitə olmuş olsa idi öz onu məhv edərdi. Onların evində heç vaxt tərəzi olmamışdır. Oğlu Həsənin marixuananı haradan əldə etməsini bilməsə də son vaxtlar onun yenidən marixuana çəkməsini hiss etmişdir. Qardaşı Rusiya Federasiyasında yaşayır, onun karta pul göndərməsindən məlumatı olmamışdır. Həsən tutulandan bir müddət sonra telefonunu ona qaytarmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X8 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X2 tərəfindən imzalanmış 01 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:55 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinib ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd üzərində 5239 1517 5376 6313 nömrəsi olan plastik bank kartı və 18 (on səkkiz) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Metamfetaminə bənzər kütlənin çəkisi 4 (dörd) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-nin 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiçi və təhqiqatçı tərəfindən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir ədəd) “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd bank kartı bu barədə sonuncuya izah edildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar və 18 (on səkkiz) manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara olaraq üzərində aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı X13 vətəndaşı olan “Seyid” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Bakı şəhəri, Xətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən “Seyid” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Seyid” adlı şəxsin ona 1000 (min) manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Xətai rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə saat 18:45 dəqiqədə başlanmış, 19:30-da başa çatmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı “Sony” markalı videokameradan istifadə olunmaqla videoçəkiliş aparılmışdır. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarının birində, süni içıqlandırma şəraitində aparılmışdır ( cild 1, i/v 31-32). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X8 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, baxışda iştirak edən X10, şübhəli şəxs Təqsirləndirilən şəxs və Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X2 tərəfindən imzalanmış 01 mart 2024-cü il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə qonaq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 02 (iki) ədəd bağlamada ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 01 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra metamfetaminə bənzər kütlə çəkilərək 1 (bir) kiloqram 489 (dörd yüz səksən doqquz) qram olduğu müəyyənləşdirilmişdir. Sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 07 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Verilən suallara cavab olaraq şübhəli şəxs aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Seyid” adlı şəxsin vasitəsi ilə 1 (bir) həftə əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən “Seyid” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Seyid” adlı şəxsin ona 1000 (min) manat pul verəcəyini, yaşadığı evdə narkotik vasitə saxlamasından heç kimin məlumatı olmadığını bildirmişdir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs anası X10 ona verilən suallara cavab olaraq yaşadığı evdə psixotrop maddə olmasından məlumatı olmadığını, oğlu Təqsirləndirilən şəxs ona yaşadıqları evdə psixotrop maddə saxlamasını demədiyini bildirmişdir. Baxış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə etməklə, təbii işıqlandırma şəraitində aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Baxış və götürmə aparılması saat 20:20 dəqiqədə başlanmış, 20:33 dəqiqədə başa çatmışdır. (cild 1, i/v 38-39). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı vaxt çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən DVD disklərə baxış keçirilmiş və baxış zamanı 01 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və “evə baxış keçirilməsi və götürmə haqqında” protokollarda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1272 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” və s. yazılar, soyadlar, imzalar olan paketdə 01 ədəd bükümdə təmiz çəkisi 3,804 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi..” və s. yazılar, soyadlar, imzalar olan bağlamadakı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1495 qram; 74,451 qram; ümumi təmiz çəkiləri 1569,451 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd ağ korpuslu elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri müəyyən edildi. Tərəzinin üzərində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş ümumilikdə təmiz çəkiləri 1573,255 qram psixotrop maddə - metamfetamin kütlələri kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi çəkisi 1573,255 qram olmuş, 0,15 qram tədqiqata sərf edilmiş, 1573,105 qram qalıq qalmışdır (cild 1, i/v 47-51). - 01 may 2024-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi X4 tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və məntləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüş 01 ədəd “CD” diskə xidməti otağında baxış keçirilmişdir. Həmin disk açıldıqda diskdə 04 ədəd fayl, yəni “513499778_SMS” adlı, “**********78” adlı, “abuneciler” adlı, “antenna” adlı fayllar müəyyən olunmuş, həmin fayllara baxış keçirilən zaman iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumatlar müəyyən edilməmişdir (cild 1, i/v 148). - 07 may 2024-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi X4 tərəfindən "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 2024/111/11741 №-li məktubu ilə daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan, lakin sonuncunun anası X5 məxsus "xxxx" ASC-yə aid **********766313 №-li plastik kart hesabından çıxarışlara və CD diskə baxış keçirilmişdir. Həmin CD disk açıldıqda orada 12 ədəd qovluq aşkar olunmuşdur. Bundan başqa "xxxx" ASC-yə aid **********766313 №-li plastik kart hesabından çıxarışlara baxış zamanı müxtəlif köçürmələr müəyyən olunmuşdur. Həmin CD diskə və kart hesabından çıxarışlara baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumatlar müyyən edilməmişdir (cild 1, i/v 163). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1865 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 166-167). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1217 saylı rəyindən görünür ki, cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i/v 169- 170). - 31 may 2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması barədə” qərardan görünür ki, iş üzrə psixotrop maddə metamfetaminin çəkisinin xüsusi biliyə məxsus olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetaminin çəkinin 3,804 qram, yaşadığı evdən aşkar olunmuş iki ədəd bükümdə psixotrop maddə metamfetaminin ümumi çəkisinin isə 1569,451 qram olmaqla ümumi çəkisinin 1573,255 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumilikdə 03 ədəd bükümdə ilkin təmiz çəkisi 1573,255 qram olan psixotrop maddə metamfetamin və bir ədəd tərəzinin maddi sübut kimi tanınması, qalıq qalmış 1573,105 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzinin saxlanış üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və yaşadığı evə baxış keçirilməsinin görüntüləri olan 02 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 1, i/v 171-179). - Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 5243-16/12-24 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir, nəticə əldə olunduğu halda bu barədə məlumat veriləcəkdir (cild 1, i/v 145). - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)- 163/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:55-də şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 21, 22, 90-95). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1336/2022 nömrəli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-496/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1336/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1 və 228.4-cü maddələri ilə qəti olaraq 02 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir (cild 1, i/v 119-120, 121-127, 128-141). - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 24267 nömrəli məktuba əlavə edilmiş CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi Səadət Yunusovanın adına qeydiyyata alınmışdır. Həmin nömrə ilə telefon danışığı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 15:34:16-da qeydə alınmış, ***-***-**-** mobil telefon nömrəsi ilə zəng edən Xətai rayon, Naximov küçəsi üzrə, həmin nömrədən zəngi qəbul edən ***- ***-**-** nömrə isə Gəncə şəhəri üzrə əhatə dairəsində qeydə alınmışdır. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, BKC/LGL- 18336/24 nömrəli məktubdan görünür ki, ***-***-**-** saylı nömrə xx.xx.2018-ci il tarixdən "xxxx" mobil operatordan "xxxx" mobil operatora daşınmışdır. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 27612 nömrəli məktuba əlavə edilmiş CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iş üzrə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi üzrə xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arasında anten dairələri qeydə alınmışdır. Həmin nömrə üzrə telefon danışıqları xx.xx.2024-cü il tarixdə, saat 17:01:31-də ünvan 5 ünvanı üzrə anten əhatə dairəsində qeydə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 400 qram olduqda isə xüsusilə külli miqdarda psixotrop maddə hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsini nəzərdə tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8 CM-in 234.4-1-ci maddəsində həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni xüsusilə külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsi, daşıyaraq saxlaması özü tərəfindən inkar edilsə də məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, araşdırılmış ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsində saxlanılan zaman üzərində, həmçinin yaşadığı evdə heç bir psixtrop maddə olmadığını, həmin maddələrin polis əməkdaşları tərəfindən qoyulmasını bildirsə də bu halların mövcudluğu məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs və anası Səadət Yunusova ifadələrində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs təxminən saat 14:00 radələrində saxlanıldığını, əməliyyatçı Şahid1 iki dəfə yaşadıqları evdə olduğunu bildirsələr də telefon danışıqlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:09:32-dən saat 15:34:16-dək mobil telefon vasitəsi ilə danışıqlar aparmış, həmçinin Şahid1 istifadəsində olan telefon danışıqları üzrə anten dairəsi yalnız təqsirləndirilən şəxs saxlanılan, həmçinin evinə baxış keçirilən zaman təqsirləndirilən şəxsin yaşayış ünvanı üzrə qeydə alınmışdır. Belə olan halda məhkəmə təqsirləndirilən şəxsin və onun anasının məhkəmə icraatı zamanı verdikləri ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. - 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, həmin əmələ görə məhkumluğu ödənilmədən yenidən qəsdən xüsusilə ağır cinayət törətməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cinayət əməlinin törədilməsində iştirakını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-496/2023 nömrəli qərarı ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 24 (iyirmi dörd) gün hissəsi hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 1573,105 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və yaşadığı evə baxış keçirilməsinin görüntüləri olan 02 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1901/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 496/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 24 (iyirmi dörd) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 1573,105 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar