Məhkəmə qərarları › İş №1(101)-348/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-348/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-348/2025 28.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs olanZərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, müdafiəçilər: «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi6, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə açıq məhkəmə iclasında,

1. xx xxxx 1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Samux rayonu, Qarayeri qəsəbə ərazi dairəsi, Qarayeri qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcidxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə;

2. xx.xx.1978-ci ildə Qırğızıstan Respublikası, Oş vilayəti, Aravan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2008, 2015 və 2020-ci il təvəllüdlü uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Xəqani kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, 6-cı mədən küçəsi, ev 157-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcidxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə;

3. xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2007, 2008, 2010 və 2013-cü il təvəllüdllü uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 2, ev 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcidxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə;

4. xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2016 və 2020-ci il təvəllüdlü uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcidxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri müəyyən olunmayan qeyriləri ilə gizli talama barədə tamah niyyəti ilə Zərərçəkmiş şəxs MMC-yə məxsus külli miqdarda qida və qeyri-qida məhsullarını razılıq əldə edib cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qabaqcadan əlbir olan bir qrupun birgə icraçı üzvləri arasında əvvəlcədən razılaşdırılmış vəzifə bölgüsünə və ümumi cinayətkar niyyətlərinə uyğun olaraq həmin Cəmiyyətə məxsus yük avtomobilinin sürücüsü işləmiş qrup üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin "xxxx" əmtəə nişanı adlı altında Bakı şəhəri ərazisində fəaliyyət göstərən mağazalarına pərakəndə satış üçün qida və qeyri-qida məhsullarını guya tam olaraq çatdırmaq məqsədilə həmin Cəmiyyətin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzi anbarından idarə etdiyi “İsuzu FSR90L” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə üzərində "xxxx" əmtəə nişanı yazısı olan sellofan paketlərlə qablaşdırılmış formada və taxta paletlərin üzərinə yüklənmiş, tutduğu vəzifəsinə görə yalnız sürücü kimi daşımaqla mükəlləf olduğu müvafiq qaydada qablaşdırılmış həmin məhsulları hərəkət trayektoriyasına uyğun olaraq Bakı şəhəri ərazisində fəaliyyət göstərən mağazalara çatdırmalı olduğu halda, Təqsirləndirilən şəxs4 qabaqcadan razılaşdıqları kimi funksional vəzifələrinə zidd olaraq həmin nəqliyyat vasitəsinin nəzərdə tutulmuş hərəkətindən kənara çıxmasına qəsdən nəzarət etməməsi, bununla bağlı məlumatları gizli saxlaması və mütəmadi olaraq sürücü qrup üzvü Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa olunmaması üçün məlumatlar verərək cinayət əməllərinin həyata keçirilməsinə real zəmin yaradıb vahid niyyətlə əhatə olunmuş qəsdlə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ümumi dəyəri 347514,45 (üç yüz qırx yeddi min beş yüz on dörd tam yüzdə qırx beş) manat təşkil edən məhsulları Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzi anbardan qrup üzvü Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinə yüklətdirib qrupun digər üzvü Təqsirləndirilən şəxs3 işlədiyi Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən taxta paletlərin istehsalı müəssisəsinə apararaq istintaqa məlum olmayan şəraitdə və naməlum üsulla şəxsiyyəti istintaqla araşdırılan qrupun digər üzvləri ilə birlikdə nəqliyyat vasitəsinin yük yerinin elektron kilidini açmağa nail olub həmin əmlaklar üzərində sərbəst sərəncam vermək imkanlarını yaratmaqla gizli olaraq talamış, cinayət əməllərini pərdələmək məqsədilə qeyd edilən qida və qeyri-qida məhsullarını həmin ünvanda şəxsiyyəti istintaqla araşdırılan qrupun digər naməlum üzvləri ilə birlikdə qrup üzvü Təqsirləndirilən şəxs3 idarə etdiyi **-NS-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 410D” markalı yük avtomobilinə yükləyərək gizli yolla talanmış Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla oğurlandığını bildiyi məhsulları dəyərindən dəfələrlə ucuz qiymətə mütəmadi olaraq alıb talanmış əmlakı realizə etməklə cinayətlərinin törədilməsinə kömək göstərilməsinə qabaqcadan vəd vermiş Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və işlətdiyi Bakı şəhəri Səbail rayonu Salyan şosesində yerləşən “Bax belə” adlı mağazasına daşınmasını təşkil etdikdən sonra, Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə müvafiq olaraq qeyd edilmiş tarixlərdə vahid niyyətlə əhatə olunmuş qəsdlə hissə-hissə olmaqla ümumi dəyəri 347514,45 manat təşkil edən məhsulları dəyərindən dəfələrlə ucuz qiymətə qeyd edilən ünvanlarda yerləşən fərdi yaşayış evində və işlətdiyi “Bax belə” adlı mağazasında alıb həmin əmlakları əsl mənbəyini gizlətməklə özünə məxsus mağazada və Bakı şəhərində fəaliyyət göstərən istintaqa məlum olmayan ünvanlarda yerləşən digər mağazalara satışını təşkil edərək qrup üzvləri ilə birgə icraçı formasında törədərək cinayət yolu ilə əldə etdikləri pul vəsaitlərini cinayətkar qrupun digər üzvləri ilə aralarında bölüşdürüb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə ümumilikdə 347514,45 (üç yüz qırx yeddi min beş yüz on dörd tam yüzdə qırx beş) manat məbləğində külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxsləri tanıyır, ədavəti və düşmənçiliyi yoxdur. 2017-ci ildən 2022-ci ilin mart ayının 30-dək Zərərçəkmiş şəxs MMC-də sürücü vəzifəsində işləmiş, həmin tarixdə işdən öz ərizəsi əsasında çıxmış, lakin 2022-ci ilin sentyabr ayından Zərərçəkmiş şəxs MMC-yə təkrar müraciət edərək işə yenidən qəbul olunmuşdur. Yenidən işə qəbul olunduqdan sonra yük avtomobili sürücüsü kimi işə başlamış, arvadı Sevinc ağır xəstəliyə düçar olduğu üçün həmin xəstəliyin müalicəsi üçün pula ehtiyac olmuş, Buna görə də 2023-cü ilin fevral ayının sonları, mart ayının əvvəllərində şirkətin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Mərkəzi anbarında yük avtomobilləri sürücülərinin supervayzeri vəzifəsində işləyən Təqsirləndirilən şəxs4 ilə söhbət zamanı ona şirkətdən əlavə olaraq mal çıxara bilibbilməyəcəyini soruşmuş, söhbət zamanı Emil ona demişdir ki, “dayı yer var? Malı çıxarsaq verə bilərik?” o, isə cavabında hələki heç bir yer olmadığını, lakin razılıq versə mağaza tapacağını və anbardan çıxardıqları əlavə malları həmin mağazaya verə biləcəklərini bildirmişdir. Emil ona anbarda olan məsələləri, yük maşınının elektron qıfılın və GPS-in lazım olan zamanlarda söndürülməsini vəd etmişdir. O, "xxxx" mağazalar şəbəkəsindən bir neçə mağazaya mal verir, mağazaya çatdıqda maşının yük yerinin elektron açarı Emil tərəfindən xüsusi proqram vasitəsilə anbardan açılır, yalnız bundan sonra malların maşından boşaldılması mümkündür. Mallar isə xüsusi taxtadan olan paletlərə yığılırdı. Emil bu məsələyə razılıq verdiyi üçün o, malları öz maşınından digər maşina boşaltmaq üçün çıxardıqdan sonra satışını həyata keçirmək üçün mağaza və məhsulları aparmaq üçün başqa yük avtomobili sürücüsü axtarmağa başlamışdır. Tanışı Elnurun vasitəsilə yük maşını sürücüsü işləyən Qədirlə tanış olmuş, ona məsələni izah etmiş, apardığı hər reys üçün 110-120 manat pul verəcəyini bildirmiş və Qədir onunla işləyəcəyini demişdir. Yaşadığı binanın qonşuluğunda “Bax-belə” adlı mağaza var, həmin mağazanı Təqsirləndirilən şəxs2 işlədirdi. Zahidcan onun həmyerlisi olmaqla onu uzun müddət tanımışdır. Zahidcana məsələni izah etdikdə sonuncu ona təqdim olunan malları dəyərindən ucuz qiymətə almağa, pulu dərhal ödəməyə razılaşmışdır. Emilə işləri tam şəkildə qaydasına qoyduğunu, yəni malları təhvil verəcək mağaza və daşıyacaq yük avtomobili tapdığını demişdir. Emil münasib vaxtı təyin edib ona xəbər edəcəyini bildirmişdir. Münasib vaxt dedikdə Emil İskəndərov şirkətin mərkəzi anbarının sürücülərinin avtomobillərinə quraşdırılmış GPS-ə nəzarət etdiyi üçün həmin otaqda tək olarkən ona xəbər edəcəyini bildirmişdir. Bundan 2-3 gün sonra, yəni 2023-cü ilin mart ayının əvvəllərində Emil onu yanına çağırıb malları avtomobilinə yükləndikdən sonra hansı mağazaya mal verəcəyini ona özü Whatsapp vasitəsi ilə zəng edib məlumat verəcəyini demişdir. Emil ona demişdir ki, hansı mağaza da mal azdırsa ora malı təhvil verib, hansı mazağazada mal çoxdursa mal aparmayacağını, həmçinin mal son təhvil verdiyi mağazaya çatdıqda sonra GPS qurğusunda olan sim kartı çıxarmağını, həmin sim kart çıxdıqdan sonra GPS-in siqnal verməyəcəyini, yəni sim kart çıxdığı ünvanda göstərəciyini demişdir. Malları aparıb "xxxx" mağazalarına təhvil verərkən qabaqcadan siyahı onlara verildiyi üçün Emil içərisində qida və qeyri-qida ilə yüklü olan mağazalara təhvil verilən mallardan hansı mağazalara çox məhsul yazılmışdırsa həmin mağazaların məhsullarının sayını azaltmağını deyir, yəni o, sistemdən həmin mağazada məhsulun olub-olmamasını görürmüş və buna görə də ona qabaqcadan təlimat verirdi. Onun idarə etdiyi yük atomobili mərkəzi anbarın ən çox yük tutumlu iki avtomobilindən biri idi. Buna görə də o, əsasən apardığı məhsulları "xxxx"-nun böyük mağazalarına aparırdı. Gündəlik olaraq 3-4 mağazaya mal apardığı üçün sonuncu mağazaya çatdıqdan sonra GPS qurğusunun simkartını çıxarırdı. Whatsapp vasitəsi ilə Emil İskəndərova zəng edib ona sim kartı çıxardığını və hazırda avtomobilin hərəkətdə olub-olmasını soruşurdu. Emil isə ona avtomobilin hazırda hərəkətdə olmasına baxmayaraq simkartı çıxardığı mağazanın yaxınlığında olduğunu deyib avtomobildə olan məhsulları rahatlıqla boşalda biləcəyini deyirdi. Həmçinin Emil ona deyirdi ki, avtomobil hərəkətdə olarkən hərəkət trayektoriyasından kənarda olması səbəbindən rəhbərlikdən kimsə avtomobili saxlyarsa Emil İskəndərovun məlumatı olduğunu onlara deməyini bildirmişdir. O, idarə etdiyi avtomobildə olan gizli yolla çıxaracaqları məhsulları Qədirin idarə etdiyi avtomobilə yükləyərkən Qədirə qabaqcadan zəng edib işlədiyi palet satışı yerinə gəldiyini bildirir, həmçinin həmin zaman Zahidcana da malları gətirəcəyi barədə məlumat verirdi. Qədirin işlədiyi palet satışı müəssisəsi Ziya Bünyadov prospektində yerləşirdi. O, palet satışı yerinə getdikdən sonra idarə etdiyi avtomobili kənar yerdə, yəni heç kəsin görmədiyi yerdə saxlayır, daha sonra Təqsirləndirilən şəxs3la birgə avtomobilin yük yerini açıb transpalet vasitəsi ilə paletləri Qədirin avtomobilə boşaldır, daha sonra Qədirə onun arxasınca gəlməsini deyib onu Səbail rayonu Bayıl qəsəbəsində yerləşən Zahidcanın mağazasının yaxınlığına sürdürürdü. Orada malları Zahidcanın özü və işçisi mağazaya boşaltdıqdan sonra Zahidcan qəbul etdiyi mala uyğun olaraq lakin ucuz qiymətə ona pul verirdi. O da əldə etdiyi puldan 110 və ya 120 manatını Qədirə verir, yerdə qalan pulu isə Təqsirləndirilən şəxs4la bərabər şəkildə bölürdü. Təqsirləndirilən şəxs4 pulları mərkəzi anbarda, əksər vaxtlarda isə Zahidcanın mağazasının yaxınlığında vermişdir. Beləliklə o, 2023-cü ilin mart ayının əvvəllərindən başlamaqla həmin ilin iyul ayının ortalarınadək həftədə bir dəfə gizli olaraq paletləri Qədirin vasitəsi ilə Zahidcanın mağazasına aparmış, əldə olunan gəlirdən 110-120 manatını Qədirə, geri qalan pulları isə Təqsirləndirilən şəxs4la bərabər bölmüşdür. 2023-cü ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs4 ona zəng edərək mərkəzi anbarda Bravonun baş ofisi tərəfindən yoxlamalar aparıldığını, vəziyyətin yaxşı olmadığını demişdir. Bundan sonra onlar cinayət əməllərinə son qoymuşlar. Qeyd etmək istəyir ki, o, ittihamda göstərilən 347514,45 manat dəyərində malın şirkətdən kənarlaşdırılmasını etməmişdir. Öz hesablamalarına görə o, təxsminən 30-40.000 manat məbləğində malları qanunsuz olaraq anbardan çıxarıb Zahidcanın mağazasına vermişdir. Əlavə etmək istəyir ki, X8 tövsiyəsi ilə getmişdir. Belə ki, Emil MMC-də yoxlama apparıldığı, işlərin yaxşı olmadığını bildirdiyi ondan işdən çıxıb Qazaxstana oğlunun yanına təcili getməsini demişdir. O, Qazaxstanda olduğu zaman tutulub Azərbaycana ekstradisiya olunmuş, qohumları Emillə və onun atası ilə əlaqə saxlasalarda sonuncu vurulmuş ziyanın aradan qaldırılması üçün hç bir tədbir görməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanımışdır. Onun 99NS056 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz 410D Yük” markalı maşını vardır. Həmin avtomobillə yük daşımaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 2023-cü ilin əvvəllərindən, təxminən yanvar ayından tanıyır. Onunla tanışlığı palet istehsalı müəssisəsində yaranmışdır. Təqsirləndirilən şəxs1 bir neçə dəfə həmin müəssisəyə boş paletləri gətirmiş və onunla ünsiyyəti yaranmışdır. Alyarla söhbətlərin birində Alyar ona demişdir ki, lazım olan zaman maşınından yüklərin onun maşınına yükləməklə Bayıl qəsəbəsində olan mağazaya çatdırmalıdır. Bunun müqabilində hər daşımaya görə Alyar ona yük xərcini ödəməyi söz vermişdir. Ümumiyyətlə Alyarın maşınından onun maşınına 2023-cü ilin mart ayından təxminən 12 dəfə yüklər yüklənmiş və o, birinci dəfə Alyarın özü ilə Bayıl qəsəbəsindəki mağazaya həmin yükləri daşımış, həmin mağazanın işçiləri yükləri boşaltdıqdan sonra Alyar ona 80-100 manat arasında ödəniş etmişdir. Mağazanın sahibini tanımır. Dərnəgüldə isə Alyarın tapdığı və hər dəfə fərqli olan fəhlələr Alyarın maşınından onun maşınına yükləri boşaltmışlar. Həmin yüklərin kimə məxsus olmasından məlumatı yoxdur, yüklər bağlı paletlərdə olduğu üçün tərkibini və həcmini bilməmişdir. Alyar ona həmin malların "xxxx" şirkətinə məxsus olmasını bildirməmiş, onları oğurladığını deməmişdir. Məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi ona elan edildi. Həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 palet istehsalı müəssisəsinə gəldikdən sonra onunla yaxın münasibəti yaranmışdır. Yəni Alyarla söhbətlərin birində Alyar ona demişdir ki, Bravo şirkətində sürücü kimi işləyir, həmin şirkətin mağazalarına mərkəzi anbardan götürdüyü yükləri paylayır. O, ona təklif etmişdir, onun avtomobilində GPS sistemi quraşdırılmışdır, yalnız həmin sistemin yol koordinatı üzrə hərəkət edə bilir, həmin koordinatlardan kənara çıxa bilmir. Onun Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində, Bibiheybət yolunda tanış anbarı vardır. Həmin anbara da Bravo şirkətindən götürdüyü məhsullardan aparmaq istəsə də, GPS sistemi onun yol koordinatından çıxmağına icazə vermədiyi üçün o daşıdığı məhsullardan anbara apara bilmir. Bunun üçündə ondan xahiş etmişdir ki, yük avtomobili sürücüsü kimi, həmin məhsulları onun avtomobilinə yükləsin, o, yüklənmiş məhsulları Bibiheybət yolundakı anbara aparsın və buna görədə daşıdığı və getdiyi reysə görə ona müəyyən məbləğdə pul versin. Alyarın həmin təklifi onun üçün ağlabatan olduğundan o, etiraz etməmişdir. Alyar həmin təklifi ona 2023-cü ilin yanvar ayının əvvəllərində etmişdir. Alyar daşıdığı hər yükə görə ona 70 (yetmiş) manat pul verməyi təklif etmişdir. O da Alyara etiraz etməyərək onun təklifini qəbul etdiyini bildirmişdir. Alyar işdə heç bir problem olmayacağını, yəni bununla bağlı heçkimin məlumatı olmayacağını, özünün etibar etdiyi adamların yükü tez bir zamanda boşaldacağını, daha sonra onun idarə etdiyi avtomobilə boşaldılmış yüklərin Bibiheybət yolundakı anbara çatdıqdan sonra yenədə onun adamlarının yükləri boşaldacağını demişdir. Beləliklə Alyar işlədiyi "xxxx" şirkətinə məxsus olan avtomobili palet istehsalı müəssisəsinin yaxınlığında, onun avtomobilinin yaxınlığında hər dəfə park etmişlər. Alyar özü və yanında olan iki nəfər şəxs avtomobildə olan paletləri onun avtmobilinə yükləmiş, avtomobildə dörd və ya beş palet olmuşdur. Həmin paletlərdə qida məhsulları, yəni makaron, şəkər, yağ və s. var idi. Paletlər onun avtomobilinə yükləndikdən sonra Alyarın yanında olan iki nəfər şəxs Alyara məxsus olan ağ rəngli dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı “Opel” markalı avtomobilə əyləşərək onların arxasınca avtomobili sürməyini bildirmişlər. O da həmin avtomobilin arxasınca “Bax-Belə” adlı marketin yaxınlığına gəlmişlər. Onlar həmin ərazidə bir nəfər şəxslə söhbət etdikdən sonra idarə etdiyi avtomobillə onların arxasınca Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun yaxınlığında bir anbarın yaxınlığına sürmüş, orada avtomobildə olan paletləri anbara boşaltmışlar. Qeyd edir ki, həmin şəxslər paletləri onun maşınında saxlamışlar, yalnız məhsulları aşağı endirmişlər. Paletlər tam boşaldıqdan sonra onun gedə biləcəyini demişlər. "xxxx" şirkətinə məxsus olan Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən yüklənmiş paletlər palet istehsalı müsəssisəsində Alyarın avtomobilinə yığıldıqdan sonra Alyar ona zəhmət haqqı kimi hər dəfə yetmiş manat pulunu vermişdir. Təqsirləndirilən şəxs1 yanvar ayında başlamaqla iyul ayına kimi ayda bir dəfə, bəzi vaxtlarda isə ayda iki dəfə Ziya Bünyadov prospektində “Lukoyl” yanacaq doldurma məntəqəsinin arxa hissəsində yerləşən palet istehsalı müəssisəinə gəlir, yenədə "xxxx" şirkətinə məxsus olan avtomobildən içərisində qida və qeyri qida məhsulları olan paletləri onun avtomobilinə boşaldır, o da onun dediyi ünvana, yəni “Bibiheybət yolu”ndakı anbara aparırdı. Təqsirləndirilən şəxs1 hər dəfəsində eyni şəxslər köməklik etmişdirlər. O, bildiyi qədəri ilə həmin şəxslər onun qohumlarıdır. Alyar paletləri onun avtomobilinə boşaltdıqdan sonra telefonla kimlərəsə zəng edir və paletləri boşaltdığını deyirmiş. Hətta həmin şəxslərlə danışığının birinə şahid olarkən eşitmişdir ki, o GPS-in ərazini çəkib-çəkməməsini ondan soruşmuşdur. Zənnincə həmin şəxslər onun iş yoldaşları imiş. Sonuncu dəfə 2023-cü ilin iyul ayının ortalarında Alyarın tapşırığına əsasən palet istehsalı müəssisəsində içərisi qida və qeyri qida məhsulları ilə yüklü olan paletləri götürərək Bibiheybət yolundakı anbara apararaq boşaltmışdır. Təxminən 13-14 dəfə Alyarın tapşırığına əsasən paletləri daşımışdır. O, hər dəfə 4 və ya 5 ədəd paleti onun avtomobilinə yükləyirmiş. Avtomobilinin yük hissəsi kiçik həcmli olduğu üçün həmin saydan artıq paletləri yükləmək olmazdır. Təqsirləndirilən şəxs1 hər dəfəsində daşıdığı paletlərə görə ona 70 manat pul vermişdir. O, həmin paletləri "xxxx" şirkətindən qeyri-qanuni yollarla ələ keçirirmiş. Ona bunu Təqsirləndirilən şəxs1 birbaşa deməsədə o, həmin paletləri qeyri-qanuni yollarla ələ keçirməsini bilirmiş. 2023-cü ilin iyul ayının sonlarında Alyar ona zəng edərək törətdiyi qeyriqanuni cinayət əməlinin "xxxx" şirkətinin əməkdaşları tərəfindən bilindiyini, ola bilsin ki, həmin şəxslərin onun da yanına gələcəklərini, buna görə də ehtiyatlı olmağını ona demişdir. Onun zəngindən bir neçə gün sonra "xxxx" şirkətindən iki nəfər şəxs palet istehsalı müəssisəsinə gələrək onunla maraqlanmış və ona mobil telefon vasitəsi ilə zəng edərək harada olmağını soruşmuşdurlar. O da onlarla telefonda danışaraq 10-15 dəqiqə sonra palet istehsalı müəssisəsinə gələcəyini desə də onlar onu gözləmədən oradan uzaqlaşmışdır. Həmin günü Alyar xatırlamadığı mobil telefon nömrəsindən ona zəng edərək "xxxx" şirkətinin əməkdaşlarının ondan nə soruşduqlarını sorğu-sual etsədə o, onlarla görüşmədiyini ona demişdir. Alyar yenədə ona ehtiyatlı olmağını bildirmişdir. Daha sonra Alyarla telefon əlaqəsi saxlamamış və onun harada olmasından məlumatı yoxdur. Bu ifadəsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, onun Bakı şəhəri Səbail rayonu Səlyan şosesi, Yeni şəhər yaşayış massivində, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi ilə üzbəüzdə “Bax-Belə” adlı ərzaq mağazası vardır. Təqsirləndirilən şəxs1 isə onun mağazasının yaxınlığında yaşamaqla mağazaya gəlib alış-veriş etmişdir. Bu səbəbdən münasibətləri yaranmışdır. O, vergi ödəyicisidir, həmçinin “Best Bef” kolbasa şirkətində ekspeditor vəzifəsində işləyirdi. 2023-cü ilin əvvəllərində Təqsirləndirilən şəxs1 ona demişdir ki, Dərnəgül şossesində topdansatış anbarında işləyir, həmin anbardan müxtəlif adlarda qida və qeyri qida məhsullarını münasib qiymətə onun mağazasına gətirməsini təklif etmişdir. O da qiymətlərlə maraqlandıqda həmin qiymətlərin həqiqətən topdansatış qiymət olmasını görmüş, həmin malları parakəndə satışa qoyduqda qazanc əldə edə biləcəyini görərək Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmışdır. Bundan sonra təxminən 7-8 ay ərzində 11-12 dəfə Alyar başqa bir yük maşını ilə onun mağazasının qarşısına gələrək qida və qeyriqida məhsullarını ona təqdim etmişdir. Həmin maşının sürücüsü olan Təqsirləndirilən şəxs3 maşından düşmədiyi üçün onu görməmiş və tanımamışdır. Alyarın ona təqdim etdiyi məhsullar müxtəlif enerji içkiləri, paraşoklar, salfetkalar, pivələr, kofelər, şəkər tozları, makaronlar və s. qida və qeyri qida məhsulları olmuşdur. O, Alyardan həmin məhsulları qəbul etdiyi gün dəyərini nağd şəkildə ödəmiş, heç vaxt Alyardan nisyə mal almamışdır. Onu da qeyd etmək istəyir ki, bəzi malları öz mağazasında, bəzi malları isə digər mağazalara paylamaqla satışını həyata keçirmiş, Alyardan aldığı mala görə o malların mənşəyinə dair hər hansı sənəd almamışdır. Qiymətlər onu qane etdiyi üçün heç bir sənəd tələb etməmişdir. Lakin pulu Alyara ödəyən zaman o sonuncuya fakturalar vermişdir. Üst-üstə Alyara aldığı mallara görə 24.000 manatdan artıq pul ödəmişdir. Alyarı səyyar mal satışı ilə məşğul olan şəxs kimi tanımış, onun "xxxx" mağazalar şəbəkəsində yük maşının sürücüsü işlədiyini, gətirdiyi malların "xxxx" mağazalar şəbəkəsindən oğurluq yolu ilə əldə etməsindən məlumatı olmamışdır. Aldığı malların siyahısını öz dəftərində qeyd etmiş, həmin dəftəri və fakturaları isə ibtidai araşdırma zamanı müstəntiqə təqdim etmişdir. Bu səbəbdən də bildirir ki, o, Alyara 35-40.000 manat məbləğində pul ödəməmişdir. Qeyd etmək istəyir ki, Alyardan aldığı məhsulun üzərinə 10% əlavə etməklə bir qədər baha qiymətə sataraq gəlir əldə etmişdir. İbtidai araşdırma zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadəsində müdafiəçinin iştirakı ilə göstərmişdir ki, tarixi dəqiq xatırlamasa da 2023-cü ilin yanvar ayının sonlarında ilk dəfə Təqsirləndirilən şəxs1 ağ rəngli “Opel” markalı avtomobillə onun işlədiyi idarə etdiyi “Bax-Belə” adlı ərzaq mağazasının yaxınlığına gəlmişdir. Onun maşınından əlavə metalik rəngli yük avtomobilidə var imiş. Alyar ona demişdir ki, həmin maşında gətirdiyi məhsullar vardır. Alyar gətirdiyi paletlərdə olan məhsulların hamısının gündəlik satışda ehtiyac olan məhsullar olduğunu, həmin məhsulların satışı zamanı heç bir çətinlik yaranmayacağını ona dediyindən o, öz idarə etdiyi **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes E350” markalı avtomobillə öndə getməklə Alyar öz idarə etdiyi avtomobillə, digər yük avtomobilinin sürücüsü isə onun arxasınca kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən evə gəlmişlər. Yük avtomobilinin sürücüsü avtomobilin arxa hissəsini evin daravaza qapısına yaxınlaşdırdıqdan sonra Təqsirləndirilən şəxs1 yanında olan digər iki nəfər şəxslə yük avtomobilində olan qida və qeyri qida məhsullarını kirayə yaşadığı evin həyətinə boşaltmışlar. Daha sonra yük avtomobilinin sürücüsü avtomobilindən yüklərin boşalmasına əmin olduqdan sonra oradan uzaqlaşmışdır. O da Təqsirləndirilən şəxs1la kirayə yaşadığı evdə satılan mallara görə hesabat getdikdən sonra onun pulunu nağd şəkildə elə orada onun özünə verirmiş. Təqsirləndirilən şəxs1 ayda bir dəfə, bəzi vaxtlarda ayda 2-3 dəfə ona tez satılan məhsulları gətirir, o da gətirilən məhsullara görə onun pulunu nağd şəkildə ödəyirmiş. Təqsirləndirilən şəxs1 həmin məhsulları bir neçə dəfə onun icarə əsasında işlətdiyi “Bax-Belə” adlı ərzaq mağazasına da gətirmişdir. “Bax-Belə” adlı ərzaq mağazasına gətirilən digər məhsullara görə firmalar tərəfindən ona qaimə kağızları verilsə də Təqsirləndirilən şəxs1 tərəfindən həmin məhsulların satışı ilə bağlı ona heç bir qaimə verilmirmiş, daha doğrusu o, həmin məhsulların qiymətini bildiyi üçün qaiməni almağa lüzum görmürmüş. O, Təqsirləndirilən şəxs1 aldığı məhsulların bir qismini satış üçün “Bax-Belə” adlı ərzaq mağazasına aparır, digər qismini isə Bakı şəhərində olan müxtəlif ərzaq məhsullarına paylayırmış. Həmin mağazalara Təqsirləndirilən şəxs1 aldığı məhsulları “Best Bef” kolbasa şirkətinə məxsus olan **-XO-*** dövlət qeydiyyat nömrə nişanlı “Ford transit” markalı avtomobillə paylayırmış. Həmin şirkətdə ekspeditor kimi işlədiyindən şirkət tərəfindən həmin avtomobil sürmək üçün ona həvalə edilmişdir. O da həmin avtomobilə kirayə yaşadığı evdən Təqsirləndirilən şəxs1 aldığı məhsulları yükləyir, daha sonra Bakı şəhərinin müxtəlif ərazilərində 4-5 mağazaya satmışdır. Digər mağazalara satdığı məhsullar onun mağazasında satışı zəif olan məhsullar olmuşdur. Təqsirləndirilən şəxs1 2023-cü ilin yanvar ayının sonlarından başlamaqla hazırki vaxtadək təxminən 12-13 dəfə məhsul almışdır. Onun aldığı məhsullar taxta paletlərdə yüklənmiş vəziyyətdə olmamışdır. Beləki Təqsirləndirilən şəxs1 məhsulları ona gətirərəkən paletlərdən sökülmüş formada ona verirmiş. Alyar elə yük avtomobilində paletləri açaraq gətirdiyi məhsulları öz politelin qutularında aşağı endirirmiş. O, dəqiq olaraq xatırlamasa da Təqsirləndirilən şəxs1 hər dəfəsində gətirdiyi məhsullara görə 5000-6000 manat civarında pul vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini deyil məhkəmədə verdiyi ifadsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu ilə birlikdə Azərbaycan Supermarket Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişlər. O, həmin MMC-nin qarajında supervayzer vəzifəsində olmuş, Alyar isə yük maşının sürücüsü idi. Azərbaycan Supermarket MMC-də supervayzer vəzifəsində işlədiyi dövrdə vəzifəsi yük avtomobili sürücülərinə nəzarəti həyata keçirib onları təlimatlandırmaq, avtomobillərin servis qulluğunu həyata keçirmək, yük avtomobili sürücüləri tərəfindən anbarlardan yüklənmiş məhsulların çatdırılacağı ünvanlara nəzarətini həyata keçirmək və yük avtomobillərinə quraşdırılmış GPS qurğularına əsasən sürücünün hərəkət trayekotriyasına monitor üzərindən nəzarət etməkdən ibarət olmuşdur. Nəqliyyat işləri üzrə süpervayzerlər tərəfindən gündəlik olaraq yük avtomobillərinin sazlığı yoxlanılır, sürücülər avtomobilin saz olması barədə sənədi imza edirlər. Təqsirləndirilən şəxs1 2017-ci ildən tanıyır. Təqsirləndirilən şəxs1 yük avtomobili sürücü işlədiyi dövrlərdə nəqliyyat işlər üzrə süpervayzer olmuşdur, yəni yük avtomobillərinə nəzarəti həyata keçirmişdir. Onunla ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Supermarket MMC-də törətdiyi cinayət əməllərindən şirkətin baş ofisi tərəfindən yoxlamalar aparıldıqdan sonra məlumatı olmuşdur. Təqsirləndirilən şəxs1 yaxşı işçi kimi tanınmış, intizamlı və məsuliyyətli sürücü olmuşdur. Yoldaşının xəstəliyi ilə əlaqədar bir müddət Alyar işdən ayrılmış, lakin sonra yenə işinə qayıtmışdır. Onun Təqsirləndirilən şəxs1 törətdiyi cinayət hadisəsinə heç bir aidiyyatı olmamışdır. Təqsirləndirilən şəxs1 onun barəsində verdiyi ifadələri həqiqətə uyğun deyildir. O, Təqsirləndirilən şəxs1la cinayət əməlinin törədilməsi barədə razılaşmamış, ona avtomobilin GPS qurğusunda hərəkət trayektoriyasının görünməməsi üçün, yəni mərkəzi anbarın sistemində avtomobilin trayektoriyadan kənarda qalmaması üçün üsul və vasitələri, GPS qurğusunun eyni hərəkət taryektoriyasında görünməsinin yollarını və avtomobilin elektron kilidlə açılmasının üsullarını izah etməmiş, Təqsirləndirilən şəxs1la və digər təqsirləndirilən şəxslərlə birlikdə qida və qeyri-qida məhsullarının satışını həyata keçirib əldə olunan gəliri bərabər şəkildə aralarında bölünməsində iştirak etməmiş, Təqsirləndirilən şəxs1 ondan bir neçə dəfə borca pul istəmiş, borcunu Alyar onun Azərtürk banka məxsus olan bank kartına 4-5 dəfə pul köçürməklə ödəmişdir. Alyarın arvadı onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün o, bir neçə dəfə zəng edərək onun yoldaşının səhhəti ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs1 həyat yoldaşının səhhəti ilə əlaqədar olaraq işdən bir neçə günlük icazə aldığından işə gəlmirmiş. Sonradan o icazə aldığı müddət keçməsinə baxmayaraq işə heç bir üzürlü səbəb göstərmədən gəlmədiyindən əmək müqaviləsinə xitam verilmişdir. Qeyd etmək istəyir ki, xüsusi olaraq GPS qurğusuna nəzarəti həyata keçirən heç bir əməkdaş olmamışdır. Onunla birlikdə mərkəzi anbarda nəqliyyat işləri üzrə üç süpervvayzer işləmişdir. Heç biri konkret olaraq monitor arxasında avtomobillərin hərəkət trayektoriyasına nəzarət etmirdi. Hətta elə vaxtlar olurdu ki, başqa tapşırılan işlərlə əlaqədar 2-3 gün GPS qurğusuna baxa bilmirdi. Təqsirləndirilən şəxs1 nəzarətsiz əraziyə keçməsi və bunun tərəflərindən aşkar edilməməsi bu səbəbdəndir. Əlavə olaraq bildirir ki, yük avtomobillərinin dəqiq olaraq sifarişləri çatdıracaqları mağazalara yol xəritəsi müəyyən edilməmişdir. Yolun tıxaclı olması, tədbirlər zamanı və sair vaxtlarda yük avtomobillərinin sürücüləri hərəkəti özləri müəyyən edirlər. Bununla bağlı sürücülərə tərəflərindən yol xəritəsi təqdim olunmamışdır. Təqsirləndirilən şəxs1 işlədiyi dövr ərzində onun hərəkətlərində və avtomobili idarə edən zaman heç bir uyğunsuzluq aşkar etmədiyi üçün bu barədə heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 işlətdiyi yük maşınına maksimum 15 palet yük yerləşdirmək mümkün idi. Palet dedikdə taxta poddon üzərinə yalnız qida və yaxud qeyri-qida məhsulları yığılaraq sellofanla əhatə olunaraq skoçlanırdı. Həmin paletin ölçüləri eni 1metr, uzunluğu 0,8 metr olmuşdur. Qeyd etmək istəyir ki, ittiham aktında məhsulların oğurlandığı tarixlərdə o işdə olmamış, bu səbəbdən oğurluqda iştirak edə bilməzdi. Təqsirləndirilən şəxs Emil İskəndərovun verdiyi ifadəsi ilə əlaqədar Azərbaycan Supermarket Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə izah verərək bildirmişdir ki, yoxlama yalnız Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətlərini aşkar etmişdir. Emil İskəndərovun barəsində məlumatlar istintaq zamanı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 məhsulları gətirdiyi mağazalarda yükü qəbul edən xüsusi nümayəndə olmamışdır, sadəcə yüklər, yəni paletlər mağazaya gətirilməklə mağazanın işçiləri tərəfindən qəbul edilirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4 doğma oğludur. Digər təqsirləndirilən şəxsləri tanımamışdır. Oğlu Təqsirləndirilən şəxs4 xatırladığı qədər 2017-ci ildən 2024-cü ilin yanvar ayınadək Zərərçəkmiş şəxsndə supervayzer işləmişdir. 2023-cü ilin sentyabr ayının sonlarında Emilin həyat yoldaşı, gəlini X6 ona zəng edərək Emilə bir nəfər qadının mütəmadi olaraq zəng etdiyini, buna görə aralarında söz-söhbət yarandığını bildirmişdir. O, gəlinindən həmin zəng edən qadının mobil telefon nömrəsini alıb həmin nömrəyə zəng edib nəyə görə oğlu Emilə zəng etməsini və kim olmasını soruşmuşdur. Həmin qadın Zərərçəkmiş şəxs MMC-də oğlu Emillə birgə işləmiş, yük avtomobili sürücüsü Alyarın qızı olduğunu bildirmişdir. O, nəyə görə zəng etdiyini soruşduqda telefonu başqa bir nəfər qadın alaraq Alyarın həyat yoldaşı olduğunu deyib onunla görüşmək istədiklərini bildirmişdir. O, nəyə görə görüşmək istədiklərini soruşduqda onlar Emillə telefon əlaqəsi yarada bilmədiklərini, Alyarla oğlu Emil arasında məsələ olduğunu, həmin məsələnin aydınlaşdırılması üçün təcili görüşməli olduqlarını bildirmişdir. O, İsmayıllı rayonunda olduğundan taksi ilə Bakı şəhərinə gəlmiş və “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən otellərin birinin restoranında Alyarın həyat yoldaşı, qızı və kürəkəni ilə görüşmüşdür. Həmin görüş zamanı Alyarın həyat yoldaşı onkoloji xəstə olduğunu, müalicəsinə pul lazım olduğu üçün əri Alyarın "xxxx"-nun mərkəzi anbarından oğurluq etdiyini, sonradan ona Emilin də köməklik etdiyini, "xxxx"-ya 30-40.000 manat məbləğdə pul ödənməli olduğunu, həmin pulun ödənilməsində onlara köməklik etməyini ondan xahiş etmişdir. Bundan sonra oğlu Emillə görüşərək bu şəxslərin dediklərini ona demiş, Emil isə həmin məsələdən heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra o, İsmayıllı rayonuna qayıtmış, orada olduğu zaman Emil ona zəng edərək demişdir ki, onu Bakı Şəhər Baş Polis İdarəsinə çağırmışlar. O da ona demişdir ki, çağırıblarsa getsin. Bir neçə dəfə Emilin telefonuna zəng etmiş, lakin sonuncu cavab verməmişdir. O, özü də narahat olduğu üçün Bakı şəhərinə gələrək Baş Polis İdarəsinə getmişdir. Emil gec də olsa idarədən çıxıb bir daha onun heç nədən xəbəri olmadığını deyərək onu inandırmışdır. O yenə də problem olmayacağını düşünüb İsmayıllı rayonuna qayıtmışdır. Lakin, hadisə onu narahat etdiyi üçün bir neçə gün sonra Bakı şəhərinə gələrək Emilin işlədiyi Zərərçəkmiş şəxs MMC-nin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Mərkəzi anbarına getmişdir. Emilin iş yoldaşlarından olan İlham müəllimi tanıdığı üçün ona zəng edib orada olduğunu, Mərkəzi anbarın rəhbərliyi ilə görüşmək istədiyini bildirmişdir. İlham müəllim onu rəhbərliklə görüşdürmüşdür. Onu Mərkəzi anbarın direktoru Səbuhi müəllim, rəhbər vəzifədə işləyən Zəfər müəllim və adını bilmədiyi bir şəxs qəbul etmişdir. O, onlardan da oğlu Emilin günahının nədən ibarət olmasını, nəyə görə onu polisə çağırdıqlarını soruşmuşdur. Onunla ünsiyyət quran əsasən Zəfər müəllim olmuşdur. O, məsələnin araşdırıldığını, onlarında məlumatının olmadığını bildirmişlər. Lakin bir müddətdən sonra oğlu həbs olunduqda bilmişdir ki, o, həmin Alyar və digər şəxslərlə əlbir olmaqla Azərbaycan Supermarket” MMC-dən oğurluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 tanıyır. Digər təqsirləndirilən şəxsləri tanımır. Zərərçəkmiş şəxsndə Nəqliyyat və distribusiya şöbəsinin müdiri vəzifəsində işləyir. Onun vəzifəsi nəqliyyatın idarə olunması, nəqliyyat vasitələrin təmiri, siğortası, məhsulların təyinatı üzrə mağazalara çatdırılması olmuşdur. Həmin Zərərçəkmiş şəxs MMC-nin Mərkəzi anbarında 75-ə yaxın sürücü, menecerlər, supervayzerlər, yükləmə üzrə operatorlar olmaqla ümumilikdə 90-a yaxın əməkdaşa rəhbərlik edir. Təqsirləndirilən şəxs4 həmin mərkəzin supervayzeri, Təqsirləndirilən şəxs1 isə yük maşınının sürücüsü olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlindən Zərərçəkmiş şəxs MMC-nin Daxili nəzarət şöbəsində araşdırma gedən zaman məlumatı olmuş, yəni həmin şöbədə araşdırma zamanı Təqsirləndirilən şəxs1 şirkətdən oğurluq etməsini öyrənmişdir. Həmin gün Alyarla dəfələrlə telefon əlaqəsi saxlamağa çalışsa da onun telefonlarına zəng çatmamışdır. Onun Alyara zəng etməkdə məqsədi daxili nəzarət şöbəsinin əməkdaşlarının onu baş ofisə dəvət etmələri olmuşdur. Alyarın telefonuna zəng çatmadığı üçün üzərindən bir neçə saat sonra Təqsirləndirilən şəxs4 vasitəsi ilə onunla telefon əlaqəsi saxlamış, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 arvadının səhhətində olan problemlə əlaqədar yaşadığı Samux rayonuna getmək üçün icazə alsa da sonrada Belarusiya Respublikasına getmişdir. Daha sonra bildiyi qədər polis əməkdaşları tərəfindən o, Qazaxıstan Respublikasında tutulmuşdur. Təqsirləndirilən şəxs1 tutulduqdan sonra onun arvadı şirkətin baş ofisinə gedərək Təqsirləndirilən şəxs1 həmin cinayət əməlini şirkətin mərkəzi anbarında supervayzer vəzifəsində işləyən Təqsirləndirilən şəxs4la birlikdə həmin cinayət əməllərini törətdiyini bildirmişdir. Bu hal ona 2023-cü ilin sonlarında məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs4 öz ərizəsi əsasında Zərərçəkmiş şəxs MMC-dən işdən azad olmuşdur. Aylar Həsənov tərəfindən 2023-cü ilin yanvar ayından başlamaqla iyul ayınadək olan müddətdə müxtəlif vaxtlarda qida və qeyri-qida məhsulları ilə yüklü olan ümumilikdə 67 ədəd paletdə 335000 manat dəyərində məhsulun gizli olaraq talaması ilə əlaqədar, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə quraşdırılmış GPS qurğusuna baxış zamanı sonuncunun şirkətə məxsus olmayan bir neçə ünvanda avtomobili park etməsi və avtomobilə yüklənmiş məhsulları natamam təhvil verməsi barədə və nəqliyyat üzrə əməkdaşlara nəzarəti həyata keçirən şəxs kimi bu hallar barədə Təqsirləndirilən şəxs1 əməllərindən mərkəzi anbarda audit yoxlaması aparıldıqdan sonra məlumatı olmuşdur. Həmin yoxlama zamanı Təqsirləndirilən şəxs1 həyat yoldaşının səhhəti ilə əlaqədar olaraq işdən bir neçə günlük icazə aldığından işə gəlmirdi. Sonradan o icazə aldığı müddət keçməsinə baxmayaraq işə heç bir üzürlü səbəb göstərmədən gəlmədiyindən əmək müqaviləsinə xitam verilmişdir. Təqsirləndirilən şəxs1 kənar ərazidə avtomobili saxlaması və oradan məhsulları gizli olaraq talaması barədə məlumatı olmamışdır. GPS qurğusuna nəzarəti həyata keçirən şəxslər nəqliyyat işləri üzrə supervayzerlər olmuşdur. Yəni Təqsirləndirilən şəxs4 GPS qurğusuna nəzarəti həyata keçirərək Təqsirləndirilən şəxs1 cinayət əməli törətməsinə özü zəmin yaratmışdır. Təqsirləndirilən şəxs1 avtomobilin hərəkət trayektoriyasına uyğun hərəkət etməyərək avtomobili şirkətə məxsus olmayan ərazilərdə saxlamaqla məlum olmayan üsullarla avtomobildə olan məhsulların boşaltması barədə, avtomobilin hərəkət trayektoriyasından kənar ərazidə saxlanması və elektron kilidi açması barədə, tərəfindən GPS qurğusuna baxış zamanı bu halların müəyyən edilməməsi barədə bildirir ki, xüsusi olaraq GPS qurğusuna nəzarəti həyata keçirən əməkdaşlar nəqliyyat işləri üzrə supervayzerlər olmuşdur. O isə ümumi müdir olaraq demək olar ki, yük avtomobillərində olan GPS qurğularına nəzarət etməmişdir. Əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi maşın tutumu 16 paletdən çox deyildir. Hər bir paletə ayrı-ayrı çeşidlərdə olan mağazalara çatdırılması nəzərdə tutulmuş məhsullar olmuşdur. Mağazaların mərkəzi anbara 48 saat əvvəl verdiyi sifariş əsasında yük maşınına sifariş verilən həcmdə məhsul yığılıb mağazalara göndərilmişdir. Mağaza məhsulu qəbul etdikdən sonra buna dair məlumatı ona deyil, Azərbaycan Supermarket” MMC-nin Mərkəzi anbarına xəbər verməlidir. Mağazaların onlara çatdırılan mallar barədə anbara xəbər verib-verməməsindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 tanıyır. Bunlar onun 2017-ci ilin mart ayından işlədiyi Azərbaycan Supermarket Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişlər. Təqsirləndirilən şəxs1 yük maşınının sürücüsü, Təqsirləndirilən şəxs4 isə onun kimi nəqliyyat xidməti şöbəsində supervayzer olmuşdur. Onun vəzifəsi yük avtomobili sürücülərinə nəzarəti həyata keçirib onları təlimatlandırmaq, avtomobillərin servis qulluğunu həyata keçirmək və yük avtomobillərinə quraşdırılmış GPS qurğularına əsasən sürücünün hərəkət trayektoriyasına monitor üzərindən nəzarət etməkdən ibarətdir. Hər gün saat 08:00-da Azərbaycan Supermarket MMC-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Mərkəzi anbarında iş saatları başlayır. Həmin mərkəzi anbarda digər supervayzer olan Təqsirləndirilən şəxs4la birlikdə işləmişdir. Şirkətin mağazalara göndəriləcək üzəri sellefon torbalarla bağlı olan taxta paletlər avtomobillərə yüklənir, daha sonra təyin olunmuş sürücülərin avtomobillərinə paletlər yüklənir, avtomobilin yük yeri elektron kilidlə bağlandıqdan sonra marketlərə çatdırılması üçün yük avtomobilləri müvafiq marketlər istiqamətində hərəkətə keçirilir. Maşınların hərəkəti hər bir avtomobilə quraşdırılmış GPS qurğusu vasitəsilə izlənilə bilər. Təbii ki, maşınların sayı təxminən 60 olduğu üçün onların hər birinin hərəkəti izlənilmirdi. Yalnız xüsusi nəzarət tələb edən yüklərin daşınması izlənilirdi. Avtomobillər müvafiq mağazaya çatdıqda onlar, yəni o və ya Emil GPS qurğusu vasitəsilə avtomaşının marketə çatmasına əmin olduqdan sonra həmin maşının yük yerinin elektron kilidini açmaqla yükün boşaldılmasına şərait yaratmışlar. 2023-cü ilin yanvar-iyul aylarında yük maşınlarının təyinat yerindən kənara getməklə yükü başqa ünvana boşaldılması üçün GPS qurğusu söndürülməli və elektron kilid açılmalıdır. Onun tərəfindən belə hərəkətlər edilməmişdir. Lakin Təqsirləndirilən şəxs4 tərəfindən bu kimi hərəkətlərin törədilməsindən məlumatı yoxdur. Marketlərin yükü qəbul edib-etməməsini kimə bildirmələrindən məlumatı yoxdur. Belə ki, o, yalnız yük maşınlarının qarajdan vaxtında çıxıb ünvan üzrə hərəkət etmələrinə cavabdehdir. Təqsirləndirilən şəxs1 yoldaşının müalicəsi ilə əlaqədar məzuniyyətə çıxmış və bir daha işə qayıtmamışdır. O isə 2023-cü ilin iyul ayında məzuniyyətdə olduğu üçün audit yoxlamasında iştirak etməmiş, məzuniyyətdən qayıtdıqdan sonra bilmişdir ki, Təqsirləndirilən şəxs1 ona etibar edilmiş malları kənar yerə aparmaqla talamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu ilə təxminən beş-altı il olar ki, ailəvi dostluq münasibətləri olmuşdur. Digər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4 adını eşitmiş və sonuncu ilə 2 dəfə telefon danışığı olmuşdur. Alyar "xxxx" şirkətinin baş ofisində sürücü işləyirdi. Təqsirləndirilən şəxs4 isə Alyarla işləyən şəxs kimi tanımışdır. Emilin "xxxx"da koordinator vəzifəsində işlədiyini Təqsirləndirilən şəxs1 eşitmişdir. Alyar işdən çıxıb Özbəkistana getmiş, lakin orada tutulub Azərbaycana gətirildikdən sonra Alyarın yoldaşı Sevincdən bilmişdir ki, Alyar "xxxx" şirkətinin məhsullarını Emilin xəbəri olmaqla və iştirakı ilə talamışdır. Bu səbəbdən o, Emilə zəng edərək ona Alyarın həmin cinayətdə tək olmadığını, 200-300.000 manat arasında talamanı tək törətmədiyini, bu səbəbdən Emil də ziyanın ödənilməsinə kömək etməlidir. Emil isə bir çox bəhanələr gətirmiş və bildirmişdir ki, bu məsələdə o, tək deyildir. O isə onu xəbərdar etmişdir ki, əgər Alyara köməklik etməsə o zaman polisə onun barəsində məlumat verəcəkdir. Bu danışıqlarından bir neçə gün sonra Emillə yenidən əlaqə saxlamaq istədikdə Emil zənglərə cavab verməmişdir. Alyarın arvadı Sevincin sözlərindən bilmişdir ki, Emilin valideynləri guya Alyara köməklik etmək üçün onun evinə getmişlər, lakin bu da hər hansı müsbət nəticə verməmişdir. Emilin özünü o, əyani şəkildə heç bir zaman görməmiş, onunla sadəcə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 onun əridir. Alyar 2015-ci ildən Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən mərkəzi anbarında yük avtomobili sürücüsü vəzifəsində işləyirdi. 2022-ci ilin sentyabr ayından Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən mərkəzi anbarında yük avtomobili sürücüsü kimi işləməyə başlamışdır. O özü 10 il olar ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Səhhəti ilə bağlı olaraq müalicəsi üçün pula ehtiyac olurmuş. Təxminən 2023-cü ilin əvvəllərində Alyar onun yanına gələrək iş yerində onun müdiri olan Emil İskəndrovun ona iş təklif etdiyini, həmin işin qeyri-qanuni iş olduğunu, yəni işlədiyi mərkəzi anbardan çıxarılan qida və qeyri-qida məhsulları ilə yüklü olan paletəri qanunsuz olaraq mərkəzi anbardan çıxarıb başqa yerlərə aparıb satışını həyata keçirmək olmuşdur. Belə ki, Emil İskəndərov ona təklif etmişdir ki, mərkəzi anbardan yüklənəcək paletləri anbardan çıxardıqdan sonra mağazalara çatdırmayıb, qabaqcadan müəyyən edilmiş yerlərdə boşaldıb daha sonra paletlərlə yüklü olan məhsulları sataraq qazanc əldə etsinlər. Alyar Emilin bu təklifini ona dedikdə o Alyara demişdir ki, qanunusuz işlər görmə, onun səhəti üçün qanunsuz yollarla qazanılmış pullara ehtiyac yoxdur, bu işin sonu başqa ola bilər, ona görə də Emil İskəndərov həmin işi görməyəcəyini bildirmişdir. Lakin o deməyinə baxmayaraq X17 təklifinə razılıq vermişdir. Onun səhətində olan problemlərə görə Alyar Emilin təklifinə razılıq verdiyini, pula ehtiyac olduğu üçün həmin işi görəcəyini bildirmişdir. Alyar beləliklə ayda 1-2 dəfə Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən mərkəzi anbarından qida və qeyri-qida məhsulları ilə yüklü olan paletləri öz avtomobilinə yükləyir, paletlərin müəyyən hissəsini sifariş verən mağazalara çatdırır, geri qalan paletləri isə Emilin tapdığı sürücünün avtomobilinə yükləyib mağazalara aparıb satırmışlar. Alyar mağazalardan aldığı pulu ya əlbəəl, yada ki, Emil İskəndərovun bank kartına köçürümüş. Alyar da gördüyü işlərə görə kiçik məbləğdə pul qazanırmış. Ailə vəziyyəti ilə əlaqədar rayona getdikdə X21 zəng edərək onu təcili Bakı şəhərinə gəlməyini tələb edir, yeni mallar çıxarılacağını bildirirmiş. X26 ailə üzvləri ilə birlikdə Qazaxıstan Respublikasında yaşayır. O, avqust ayının 5-də doğulduğundan onlar ad gününü birlikdə qeyd etmək üçün Qazaxıstana getmək istəyirmişlər. Səhəti ilə əlaqədar ximyalar vurduğu üçün o gedə bilməsə də Alyar iyul ayının 29-da Qazaxıstana getmişdir. O da ximyaları vurub qurtardıqdan sonra 2023-cü ilin avqust ayının axırlarında Qazaxıstana getmişdir. Qazaxıstanda olduqları vaxt X21 zəng edərək törətdikləri oğurluq cinayətinin aşkar olunduğunu, bununla bağlı cinayət işi başlanıldığını, 350000 manata yaxın ziyan vurulduğunu və onun axtarışa verildiyini bildirmişdir. X13 Alyara demişdir ki, törətmiş olduqları cinayət əməllərini öz boynuna götürərək həmin cinayət əməlini tək törətməsini bildirsin, onun adını çəkməsin, maddi cəhətdən nə lazımdırsa dayaq olacağını, körpə uşaqlarının olduğunu, buna görə də ona köməklik etməsini xahiş etmişdir. Alyar ilk əvvəl Emil İskəndərovun təklifinə razılıq verib onun adını heç bir yerdə deməyəcəyini desə də sonradan o, Alyara demişdir ki, hadisə necə baş veribdirsə onu danışsın, həmin pulu tək ələ keçirməmişdir, buna görə də bu işdə kimlə əlbir olub həmin cinayəti törətmişdirsə hamısı cəzasını alsın. Alyar da onun təklifinə etiraz etməyib hər şeyi olduğu kimi danışacağını bildirmişdir. Alyar tutulana qədər Emil mütəmadi olaraq Alyara zəng edir, ona köməklik göstərilməsini, yəni onun adını heç bir yerdə deməməsini xahiş edirmiş. Alyar da Emilə hər dəfəsində deyirmiş ki, onu tutsalar o, hərşeyi olduğu kimi danışacaqdır. Buna görə də Emil gün ərzində dəfələrlə zəng edərək Alyardan kömək istəyir və ya maddi köməklik lazımdırsa edəcəyini deyirmiş. 2023-cü ilin oktyabr ayının 3-də Təqsirləndirilən şəxs1 Qazaxıstan Respublikasında polis əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs MMC-də törətdiyi cinayət əməlinə görə tutulmuşdur. Alyar tutulduqdan sonra oğlu Anar Emilə zəng edib atasının tutulduğunu köməklik göstərməsini xahiş etmişdir. Emil onun mobil telefonuna zəng etməmələrini deyib arvadının xatırlamadığı mobil telefon nömrəsini verib həmin nömrə ilə əlaqə saxlamalarını xahiş etmişdir. X9 ilk əvvəl nə köməklik lazımdırsa edəcəyini desə də sonradan teelfonlara cavab verməməyə başlamışdır. Alyar tutulduqdan sonra bu məsələnin qaydasına qoyulması üçün Bakı şəhərinə gəlmişdir. X7 Salmanova zəng edərək Alyara köməklik göstərilməsini xahiş etmişdir. Emil İskəndərov heç bir cinayət əməli törətmədiyini, onun üzərinə şər atdıqlarını bildirib mobil telefon nömrələrimizi bloka atmışdır. X18 əsasən arvadının xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlayırmış. Çünki Emil hər dəfəsində Alyara deyirmiş ki, mobil telefonla bir başa zəng etməsin, ya Whatsapp mobil tətbiqi ilə, ya da başqa nömrələrlə əlaqə saxlasınlar, birbaşa zəng mobil operatorlarda qeydiyyatdan keçir və bu gəlcəkdə problem yaranardısa onların əleyhinə çevrilə bilərmiş. Emil İskəndərov demək olarki Alyarla ancaq Whatsapp mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayırmış. Alyar hətta ona Whatsapp mobil tətbiqi vasitəsi ilə bir mesaj yazdıqda Emil dərhal həmin mesajın silinməyin tələb edirmiş ki, telefonda həmin mesajı kimlərsə görər, o, ehtiyatını əldən buraxmırmış. Həmin zamanlardan Emil İskəndərovun arvadının mobil telefon nömrəsini özünə saxlayırmış. Həmin mobil nömrəni xatırlamasa da sonradan istintaqa təqdim edəcəkdir. O, Bakıya gəldikdən sonraxatırladığı qədəri ilə 08 oktyabr 2023-cü il tarixdə qızı X19 arvadının xatırlamadığı mobil telefon nömrəsinə zəng etmişdir. Emilin arvadı telefona cavab verdikdən sonra Aygünün Alyarın qızı oluduğunu bilib telefonu söndürmüşdür. Üzərindən çox keçməmişdir ki, Emilin atası qızı Aygünə zəng edib görüşmək istədiyini bildirmişdir. Onlar Emilin atası ilə Bakı şəhərində xatırlamadığı otellərdən birinin restoranında görüşmüşlər. Emilin atasına onlara köməklik göstərməsini, oğlu Emilin Bravo şirkətinə vurulmuş ziyanı tam şəkildə ödəməsini tələb etmişdir. Emilin atası əvvəlcə oğlunun heç bir günahının olmadığını desədə sonradan o, oğlunun törətmiş olduğu cinayətin faktları ona dedikdə Emilin atası oğlunun həmin məbləğdə pulu olmadığını, əgər həmin cinayəti törətmişdirsə cəzasını çəkməli olduğunu demişdir. Həmin zamandan sonra Emillə və onun ailə üzvləri ilə əlaqə saxlaya bilməmişlər. O, bir daha bildirir ki, əri Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-də törətmiş olduğu cinayət əməlini orada onun müdiri işləyən Emil İskəndərovun təklifinə və təhrikinə əsasən törətmişdir. Törətdiyi cinayət əməllərinə görə kiçik məbləğdə pul qazanmışdır. Əsas pulu Emil əldə etmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tanımır. Lakin qeyd etmək istəyir ki, əri Alyarın sözlərindən bilir ki, palet istehsalı müəssisəsində sürücü işləyən Təqsirləndirilən şəxs3 X18 tanış etmişdir. Alyarın törətdiyi bu cinayət əməlinə görə dəymiş ziyanın bir qismini ödəmək üçün Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evini satışa qoymuşdur. Hesab edir ki, Alyar törətdiyi cinayətə görə maksimum 10000-15000 manat arası pul qazanmışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində məhkəmədə izah vermiş Nümayəndə bildirmişdir ki, Zərərçəkmiş şəxs 2016-cı ildən fəaliyyət göstərməklə hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti ev 172-dir. Zərərçəkmiş şəxs mərkəzi anbarı Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşir. Həmin anbardan "xxxx" əmtəə nişanı adlı altında fəaliyyət göstərən mağazalara müxtəlif çeşidlərdə qida və qeyri qida məhsulları paylanır. 2023-cü ilin iyul ayının ortalarında mərkəzi anbardan yüklənərək mağazalara çatdırılımalı olan içərisində qida və qeyri-qida məhsulları ilə yüklü paletlərin mağazalara az çatdırılması barədə şirkətə məlumat daxil olmuşdur. Bununla bağlı şirkətin aidiyyatı əməkdaşları tərəfindən yoxlamalar aparılmış və nəticədə Zərərçəkmiş şəxs yük maşını sürücüsü vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 məhsulları mərkəzi anbardan götürərək müxtəlif ünvanlarda boşaltması və mağazalara çatdırmaması müəyyən edilmişdir.

Məlum olmuşdur ki, ümumilikdə Təqsirləndirilən şəxs1 tərəfindən 335000 (üç yüz otuz beş min) manat dəyərində 67 palet məhsul oğurlanmış və şirkətə maddi ziyan dəymişdir. Ziyanın tutulmasını təqsirləndirilən şəxslərdən tələb edir.

İşin faktiki halları:

Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs MMC-nin Baş icraçı direktoru X22 Jasenin Bakı Şəhəri Qaradağ RPİ-nə müraciət etdiyi 31 iyul 2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, MMC-ə məxsüs Bakı şəhəri ,Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzi anbardan ümumilikdə 335.000 manat dəyərində 67 palet məhsulun şirkətin yük avtomaşını sürücüsü Təqsirləndirilən şəxs1 tərəfindən 28 yanvar 2023cü il tarixdə 14 iyul 2023-cü il tarixədək olan müddət ərzində gizli olaraq oğurlanaraq talanmışdır( cild 1 ,i.v17-19) . Əmək müqaviləsi bağlanması ilə bağlı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-yə yük maşını sürücüsü vəzifəsinə qəbul olunur, ona 716,00 manat məbləğində əmək haqqı təyin edilir, bu əmək müqaviləsinin 5.1 –ci bəndinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhət, maddi, istehsal,kommersiya maraqlarına,qanunla qorunan mənafelərinə ziyan vurarsa,digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmüş qaydada maddi və mənəvi məsuliyyət daşıyir. Həmin müqavilənin 7.1.-ci bəndinə əsasən işci iş vaxtı ərizində həm onun bilavaistə istifadəsinə verilən, həm də başqa istehsal vaistələrinin –maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə işə göturənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir(cild 1 i.v20-26) Zərərçəkmiş şəxs MMC-nin 31iyul 2023-cu il tarixli müraciətinə əlavə edilmiş DVD diskə məhkəmədə baxışdan müəyyən olunur ki, diskdə Təqsirləndirilən şəxs1 idarə etdiyi 99-77-133 dövlət qeydiyyat nömrəli yük avtomaşınin xx.xx.2023-cü il tarixdə Koroğlu metrosu yaxınlığında yerləşən mağazaya (1002 Bravo) 10 palet boşaldılması, avtomobildə qalan 5 palet məhsulla Dernəgül prospektində yerləşən şirkətə aid olmayan əraziyə daxil olması,orada 8 dəqiqəlik gözləmədən sonra mərkəzi anbara getməsi görüntüləri; həmin yük maşının Təqsirləndirilən şəxs1 idarəçiliyi ilə xx.xx.2023-cü il tarixdə Ramiz Quliyev küçəsində yerləşən mağazaya (1001 Bravo) 11 paletni boşaldılması, avtomobildə qalan 5 palet məhsulla Dərnəgül prospektində yerləşən şirkətə aid olmayan əraziyə daxil olması görüntüləri ; orada 19 dəqiqəlik gözləmədən sonra mərkəzi anbara getməsi görüntüləri ; həmin yük maşının Təqsirləndirilən şəxs1 idarəçiliyi ilə xx.xx.2023-cü il tarixdə 20 Yanvar metrosu yaxınlığında yerləşən mağazaya (1003 Bravo ) 11 paletini boşaldılması, avtomobildə qalan 4 palet məhsulla Dərnəgül prospektində yerləşən şirkətə aid olmayan əraziyə daxil olması, orada 13 dəqiqəlik güzləmədən sonra mərkəzi anbara getməsi gürüntüləri ; xx.xx.2023-cü il tarixdə həmin yük maşını Təqsirləndirilən şəxs1 idarəçiliyi ilə Koroğlu metrosu yaxınlığında yerləşən mağazaya (1002 Bravo ) 10 paletini boşaldılması ,avtomobildə qalan 6 palet məhsulla Dərnəgül prospektində yerləşən şirkətə aid olmayan əraziyə daxil olması,orada 1 saat gözləmədən sonra mərkəzi anbara getməsi görüntüləri ; həmin avtomobilin Təqsirləndirilən şəxs1 idarəçiliyi ilə 13 .05.2023-cü il tarixdə ilə Koroğlu metrosu yaxınlığında yerləşən mağazaya (1002 Bravo) 10 paletini boşaldılması ,avtomobildə qalan 5 palet məhsulla Dərnəgül prospektində yerləşən şirkətə aid olmayan əraziyə daxil olması,orada 9 dəqiqə gözləmədən sonra mərkəzi anbara getməsi görüntüləri; həmin avtomobilin Təqsirləndirilən şəxs1 idarəçiliyi ilə xx.xx.2023-cü il tarixdə ilə 20 Yanvar metrosu yaxınlığında yerləşən mağazaya (1003 Bravo ) 10 paletini boşaldılması ,avtomobildə qalan 6 palet məhsulla Dərnəgül prospektində yerləşən şirkətə aid olmayan əraziyə daxil olması,orada 27 dəqiqəlik gözləmədən sonra Bibiheybət yolu üzərində 3 saat gözləmədən sonra mərkəzi anbara getməsi görüntüləri; həmin avtomobilin Təqsirləndirilən şəxs1 idarəçiliyi ilə xx.xx.2023-cü il tarixdə ilə Koroğlu metrosu yaxınlığında yerləşən mağazaya (1002 Bravo) 8 paletini boşaldılması ,avtomobildə qalan 5 palet məhsulla Dərnəgül prospektində yerləşən şirkətə aid olmayan əraziyə daxil olması,orada 12 dəqiqə gözləmədən sonra mərkəzi anbara getməsi görüntüləri; həmin avtomobilin Təqsirləndirilən şəxs1 idarəçiliyi ilə 14 .07.2023-cü il tarixdə ilə Ramiz Quliyev küçəsində yerləşən mağazaya (1001 Bravo ) 6 paletini boşaldılması ,avtomobildə qalan 5 palet məhsulla Dərnəgül prospektində yerləşən şirkətə aid olmayan əraziyə daxil olması,orada 16 dəqiqə gözləmədən sonra mərkəzi anbara getməsi görüntüləri öz əksini tapmışdır.(cild 1 i.v27) Məhkəmədə elan eilib araşdırılmış Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nicat Səfərovun xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, həmin tarixdə GPS.AZ şirkətinin nümayəndələri Emin İskəndərlinin iştirakları ilə mərkəzi anbara aid yük avtomobilinin arxa qapısına quraşdırılan elektron plomb-un sistemdən kənar müdaxilə ilə açılma ehtimalı araşdırıldı. Araşdırılma zamanı məlum oldu ki, yük hissəsinə quraşdırılmış cihaza sistemdən kənar cərəyan verməklə arxa qapını açmaq mümkündur.Arxa qapı sistemden kənar acıldıqda bu barədə sistemə hec bir qeydiyyat düşmür. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istəyir ki, arxa qapının sistemden kənar acılması öz növbəsində məhsulların oğurlanması üçün yüksək riskdir. Bu səbəbdən təklif edir ki, hal –hazırda istifadə olunan elektron plomb sisteminin daha təhlükəsizlik sistemlə əvəz edilsin (cild 1 i.v 41) . Məhkəmədə elan eilib araşdırılmış GPS monitor və telemetriya sistemləri (GPS.AZ) 03. 08.2023-cü il tarixli 129644 saylı quraşdırılma aktından müəyyən olunur ki, sifarişçisi "xxxx" MMC olmaqla İsuzu markalı dövlət qeydiyyat nömrəsi 99 İY733 olan avtomobilə baxış keçirilmiş, baxış zamanı arxa qapının cərəyan boksunda yerləşdirilən GPS-ə məxsus qoruyucunun plombu sınıq aşkar edili. Kənardan qoruyucu xətti ayrıldı, nəqliyyat vasitəsinin müsbət xətti ilə yoxlanıldı. Arxa qapı açıldı. Yoxlama nümayəndənin yanında olub (cild 1, i.v 42). Məhkəmədə elan eilib araşdırılmış Zərərçəkmiş şəxs MMC-nin mütəxəssisləri Nicat Səfərov, Şəmsi Əliyev, Calalə Hüseynova, Ramil Qurbanov, Qaraxan Şirinli, Emil Mehtiyevin iştirakları ilə sürücü Təqsirləndirilən şəxs1 fəaliyyətinə dair tərtib edilmiş 27 iyul 2023-cü il tarixli araşdırma arayışından müəyyən olunur ki, Cəmiyyətə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzi anbardan ümumilikdə 335.000 manat dəyərində 67 palet məhsulun şirkətin yükavtomaşını sürücüsü tərəfindən 28 yanvar 2023-cü il tarixindən 14 iyul 2023-cü il tarixinədək olan müddət ərzində gizli olaraq talamaqla oğurlandığını, mağazalara göndərilən məhsulları nəzərə alaraq bir paletə yığılan məhsulun ortalama məbləği 5000 AZN təşkil etdiyini və 67 palet məhsul oğurlandığını nəzərə alınmaqla "xxxx" MMC-yə ümumilikdə 335000 AZN dəyərində olması müəyyən edilmişdir (c.1,i.v.43-45). İbtidai araşdırma orqanının xx.xx.2023-cü il tarixli “Axtarışa elan edilmə və tutulma haqqında” qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 oğurluq cinayətlərini törətdikdən sonra xx.xx.2023-cü il tarixində ölkə hüdudlarını Qazaxıstan Respublikası istiqamətində tərk etmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və onun tutularaq Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsində təqdim edilməsi üçün Xətai rayon polis idarəsinin X14 təhvil verilməsi qərara alınmışdır (c.1,i.v.47). Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-44-2/2-5643/2023- cü saylı arayışından müəyyən olunur ki, aparılmış istintaq- əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 gizli olaraq taladığı məhsulları Təqsirləndirilən şəxs3 Nüsrətdin oğluna satmışdır (c.1,i.v.53). Məhkəmədə elan edilib araşdırılmış “Tutma haqqında” 15 avqust 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM–nin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (c.1,i.v.77). Məhkəmədə elan edilib araşdırılmış “Tutma haqqında” 15 avqust 2023-cü il tarixli protokoldan müəyyən olunur ki , Təqsirləndirilən şəxs3 Nüsrətdin oğlu Azərbaycan Respublikası C.M-nin 177.3.2-ci maddəsində nəzərdə tutlmuş cinayəti törətməkdə şübhəli şəxs kimi tutlmuşdur (c.1,i.v.97). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından müəyyən olunur ki, Azərbyacan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 avqust 2023-cü il tarixindən hesablanmışdır. Bu məhkəmədə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 9 ay ərzində ucuz qiymətə mal almışdır. Təqsirləndirilən şəxs1 ona bildirməmişdir ki, malları oğurluqdur, ona bildirmişdir ki, depo var, malları oradan çıxarır. Məhkəmədə elan ediblib araşdırılmış Bakı şəhəri Xətai rayon Məhkəməsinn xx.xx.2023cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 Nüsrətdin oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 avqust 2023-cü il tarixindən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 Nüsrətdin oğlu bildirmişdir ki, ona malı "xxxx" mağazasında işləyən Alyar adlı şəxs vermiş, o sadəcə olaraq sürücülük etmiş, Alyar ona bildirmişdir ki, yük var, həmin yükü onun dediyi ünvana aparmaq lazımdır, hər gediş üçün 70 manat pul verəcəkdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından müəyən olunur ki, Azərbaycan Respublikasının CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanması qərara alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-122274/2023 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Nüsrətdin oğlu və Təqsirləndirilən şəxs2 adlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs1 adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur (c.1,i.v.229). Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs3 Nusrəddin oğlunu xarakterizə eden sənədlərdən müəyyən olunur ki, o ailəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 2, ev 8-də yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2010-ci il və xx.xx.2013-cü il təvəllüdllü övladları vardır (cild 2 i.v 7-12) . Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “Cinayət pozuntusunda şübhəli olan şəxsin saxlanılma “ prokotolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 04.10.2-23-cü il tarixdə saat 00:00-da Qazaxıstan Respublikası, Almata şəhəri, Avezov rayonu, Aksay-1 mikrorayonu, ev 10/3, mənzil 181-də saxlanılmışdır (cild 2 i.v.-51-57). Məhkəmədə elan edilib araşdırılmış “Mobil telefonun könüllü olaraq təqdim edilməsi və götürülməsi haqqında “ prokotoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 istifadəsində olan “Samsung Qalaxy A 13 “ markalı **********71615/01, **********71610/01 MEJ kodlu mobil telefonu könüllü olaraq istintaqa təqdim etmişdir (cild2 i.v.-95 ). Məhkəmədə elan edilib araşdırılmış Bakı Apellyasiya məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikasının CM-nin 177.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “qətimkan tədbirinin müddətinin uzadılmasına dair Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləvğ edilmiş, Təqsirləndirilən şəxs2 barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması üçün maddi və prosesual əsaslar mövcüd olmamışdır. Belə ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs2 CM-nin 177.3.2.-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyini təsdiq eden sübutlar toplanılmamışdır. Prosesual qanunvericiliyin müvafiq müddəalarında hər hansı bir şəxsin cinayətin törədilməsində təqsirliliyinin mötəbər sübutlarla və həmin mötəbər sübutların məcmusu ilə təsdiq olunması mütləq şərt kimi göstərilmişdir. Lakin hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı prosessual qanunvericiliyin həmin müddəasının tələbi pozulmuşdur. Həmçinin istintaq orqanı nəzərə almamışdır ki, əgər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən oğurluq cinayəti törədildiyi halda, o, Təqsirləndirilən şəxs1 gətirdiyi malların pulunu dərhal ona verməli idi. İstintaq orqanının Təqsirləndirilən şəxs2 verdiyi ittihamın doğru olacağı halda, sonuncu oğurlanan malların satışını həyata keçirəcəyi barədə əvvəlcədən qrup üzvləri ilə razılaşmalı, yalnız həmin malları satdıqdan sonra onların satışından əldə olunan pul vəsaiti qrup üzvləri arasında bölüşdürülməli idilər.Lakin cinayət işinin materiallarında belə bir sübut yoxdur (cild2 i.v-98-106). Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirliən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası DİN-nə təqdim etdiyi 18 sentyabr 2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində yerləşən “Bax Belə” adlı marketi işlədir, marketdə qida və qeyri –qida məhsullarının topdan satışı ilə məşğul olur, məhsulları ayrı-ayrı firmadan alırdı. 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs1 mağazaya gəlib böyük topdansatış firmasında satış meneceri işləməsini bildirib, işlədiyi firmanın digər firmalardan nisbətən qida və qeyri-qida məhsullarını aşağı qiymətə satmasını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs1 mağazanın qarşısında dayanmış” Mersedes Benz” markalı yük maşınında olan qida və qeyri-qida məhsullarına baxaraq qiymətini soruşdu. Məlum oldu ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi məhsulların qiyməti digər mallara nisbətən 3-5 faiz aşağıdır. Həmin məhsulları almaq qərarına gəldi. Həmin vaxt maşında makaron, düyü, yağ, içkilərdən”Bizon”,”Hell”, Xırdalan “pivəsi və müxtəlif çeşiddə qeyri qida məhsulları almış, həmin məhsulların dəyəri təxminən 1800-2000 manat təşkil etmişdir. Bu pulu tam şəkildə Təqsirləndirilən şəxs1 ödəmişdir. Bundan sonra ayda bir və ya iki dəfə Təqsirləndirilən şəxs1 onun mağazasına qida və qeyri–qida məhsulları gətirmiş, hər dəfə Təqsirləndirilən şəxs1 1500-1800 manat dəyərində məhsullar alıb dəyərini tam şəkildə ona ödəmişdir. Onun Təqsirləndirilən şəxs1 həmin qida və qeyri–qida məhsullarını oğurlamasından məlumatı olmamışdır. Həmin qida və qeyri–qida məhsullarının” Azərbaycan Supermarker “ MMC-yə məxsus olmasından məlumatı olmamışdır ( cild 2 i.v122-114). Məhkəmədə elan edilib araşdırılmış “ Telefonla aparılan danışıqlar və ötürülən məlumatlara baxış keçirmə barədə” 15 noyabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, ”Azərfon” MMC-dən götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd diskdə SMS tarixçəsində qovluqda iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 daima istifadəsində olmuş +**********74 saylı telefon nömrəsindən 01 yanvar 2022-ci il tarixindən 06 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 ilə SMS yazışmaları olmuş, həmçinin Təqsirləndirilən şəxs1 daima istifadəsində olan mobil telefon nömrəsi ilə 05 noyabr 2022-ci il tarixdən 15 iyul 2023-cü il tarixədək müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Nüsrəddin oğlu arasında qarşılıqlı zənglər olmuşdur (c.2,i.v.122- 125). Məhkəmədə elan edilib araşdırılmış “Telefonla aparılan danışıqlar və ötürülən məlumatlara baxış keçirmə barədə” 15 noyabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, “Bakcell MMC”dən götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd diskə baxış zamanı SMS tarixçəsi adlı qovluqda Təqsirləndirilən şəxs3 Nüsrəddin oğlunun istifadəsində olmuş +**********53 saylı mobil telefon nömrəsindən 01 yanvar 2022-ci il tarixdən 06 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində SMS tipli ismarıclar qeydə alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs3 telefonu ilə Təqsirləndirilən şəxs1 mobil telefonu arasında 05 noyabr 2022-ci il tarixdən 15 iyul 2023-cü il tarixədək müxtəlif vaxtlarda telefon danışıqları baş tutmuşdur (c.2,i.v.130-131). Məhkəmədə elan edilib araşdırılmış “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 27 noyabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Nusrəddin oğlundan götürülmüş “Samsung Galaxy A02” markalı, Təqsirləndirilən şəxs2 götürülmüş “Redmi” markalı, Təqsirləndirilən şəxs4 götürülmüş “Samsung Galaxy A13” markalı mobil telefon aparatlarına müstəntiqin xidməti otağında baxış keçirilmiş, mobil telefonlar işlək vəziyətdə olub istifadə üçün yararlıdır, mobil telefon aparatlarının foto və videoçəkilişlər üçün nəzərdə tutulmuş kameraları vardır. Mobil telefon aparatlarına baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (c.2,i.v.136). Məhkəmədə elan edilib araşdırılmış 06 dekabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 qızı X10 ibtidai istintaq orqanına atası Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 oğlina “Manat” ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs4 bank kartına köçürülmüş 670 manat pulun “16606” nömrəli qəbzinin fotoşəklini təqdim etmişdir.Həmin qəbzin fotoşəklindən görünür ki, 04 mart 2023-cü il tarixində saat 21:50 dəqiqədə 5213........9743 nömrəli Təqsirləndirilən şəxs4 X. adlı şəxsə məxsus olan AzərTürk banka(ATB) məxsus olan bank kartına 670 manat pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Səbail rayonu, Salyan şossesi, ev 8 ünvanında yerləşən “X28-2” ünvanında yerləşən 4609 terminal vasitəsilə mədaxil edilmişdir. Təqdim edilmiş həmin qəbzin yerləşdiyi terminalın ünvanı iş üzrə Təqsirləndirilən şəxs2 məxsus olan Bakı şəhəri Səbail rayonu ,ünvan 6 ünvanında yerləşən “X28”dir ( c.2, i.v.185- 188) Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Baş Prokurorluğu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin xx.xx.2023-cü il tarixli 2-2/1-029100/2023 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məqsədi ilə onun Azərbaycan Respublikasına verilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti Qazaxıstan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilmişdir (c.2, i.v.190-203) Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının 10 fevral 2024-cü il tarixli qərarından müəyyən olunur ki, beynəlxalq axtarışda olan Təqsirləndirilən şəxs1 Qazaxıstan Respublikasının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən 04 oktyabr 2023-cü il tarixdə tutulmuş,10 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasına ekstradisiya olunaraq saxlanılması üçün Bakı İstintaq təcridxanasına yerləşdirilmişdir (c.2,i.v.225-226). Məhkəmədə elan edilib araşdırılmış “Tutma haqqında” 13 fevral 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulmuşdur (c.3,i.v.5). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs4 barəsində həbsqətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmışdır. Həmin məhkəmə iclasında X11 izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus kart hesabına mütəmadi olaraq müəyyən məbləğdə pul göndərmişdir. Həmin pulları borc kimi ona göndərmişdir (c.3,i.v.65-68). Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kompüter–texniki ekspertizasının 19 fevral 2024-cü il tarixli 5/69 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A 13” əməliyyat sistemi ilə təchiz olunmuş “X27 12” markalı mobil smartfon hal-hazırda işlək vəziyyətdədir; Təqsirləndirilən şəxs3 istifadəsində olmuş “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A02” markalı mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. “Samsung Galaxy A02” markalı smartfonun (Təqsirləndirilən şəxs3 istifadəsində olmuş) ekranında aşkar olunmuş kilidinin keçilməsi üçün yaddaşında olan məlumatları sistemindən ekran kilidinin sıfırlanmasına dair texniki imkanın olmaması müəyyən edildi, həmçinin bu smartfonda istifadəçi tərəfindən tətbiq edimiş “Şifrə” ilə mühafizə olunan ekran kilidinin naməlum olması səbəblərə görə mobil smartfonların yaddaşında hər hansı bir məlumatın müəyyən edilməsi üzrə tədqiqatın aparılması mümkün olmadı (c.3, i.v.241-243). Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən götürülmüş telefonla aparılan danışıqlar və ötürülən məlumatlara baxış keçirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş +**********87 və +**********87 saylı mobil telefon nömrələrinə münasibətdə telefonla aparılan danışıqlar və ötürülən məlumatların “Azercell “ MMC-dən götürülmüş 01 ədəd diskə baxış zamanı bu telefon nömrələrinə müxtəlif abonentlər(şəxslər) tərəfindən ünvanlanan məişət xarakterli söhbətlər mütəmadi olaraq “Azercell”-in internet tariflərinə qoşulması barədə xəbərdarlıq mətnləri aşkar edilmişdir.Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edən mesajlar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs4 məxsus olan mobil telefon nömrələrinə münasibətdə tədqiq edilən 2022-2024-cü illər ərzində digər Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********74 mobil telefon nömrəsi ilə tədqiq edilən dövr ərzində müxtəlif vaxtlarda telefon danışıqları qeydə alınmışdır(c.3,i.v.251-252). Məhkəmədə elan edilib araşdırılmış “Telefonla aparılan danışıqlar və ötürülən məlumatlara baxış keçirmə barədə “ xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Bakcell MMC-dən götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs4 adına qeydiyyata alınmış, lakin arvadı X5 daim istifadəsində olmuş + **********92 saylı mobil telefon nömrəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı abonentlərdən daxil olan sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır(c.4, i.v.94-96). Məhkəmədə elan edilib araşdırılmış “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, müdafiə tərəfinin istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 hər dəfə aldığı qida və qeyri-qida məhsullarının adını, dəyərini və s-nı qeyd etdiyi qeydiyyat dəftərinin surətinə baxış keçirilmiş, qeyd dəftərində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix daxil olmaqla Təqsirləndirilən şəxs2 11 dəfə qəbul etdiyi 258 adda məhsullara görə Təqsirləndirilən şəxs1 27062.05 manat pul ödəmişdir (c.4, i.v.164-203). Məhkəmədə elan edilib araşdırılmış “telefonla aparılan danışıqlar və ötürülən məlumatlara baxış keçirilmə barədə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs4 adına qeydiyyata alınmış, lakin arvadı X5 daima istifadəsində olmuş +**********87 saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı abonentlərdən sms tipli ismarıclar “mesajlar” qeydə alınmışdır. İstintaq üçün əhəmiyyət kəsb edən sms tipli ismarıclar “mesajlar” müəyyən edilməmişdir (cild 4, i.v. 226-227). Məhkəmədə elan edilib araşdırılmış Audit rəyindən müəyyən olnur ki, audit sərbəst auditor X20 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək keçirmiş , auditor qarşısında cəmiyyətin Yük avtomaşının sürücüsü Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi mədaxil və məxaric olunan malların hərəkətini əks etdirən hesabatlarını audit edərək çatışmazlığın nəticəsini aktla və rəylə rəsmiləşdirilməsi məsələsi olmuşdur. Cəmiyyətin xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsi bildirişi”-nə əsasən Təqsirləndirilən şəxs1 yük avtomaşınının sürücüsü kimi işə qəbul edilmiş, həmin tarixdə onunla əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Təqsirləndirilən şəxs1 qəbul etdiyi malları Cəmiyyətə məxsus mağazalara , təyin olunmuş marşrutla təhlükəsiz və problemsiz şəkildə daşıyaraq təhvil verməli idi. Təqsirləndirilən şəxs1 anbardan götürdüyü malları əsasən Cəmiyyətin: 1.ünvan 7 ünvanda (1001 saylı mağaza); 2.Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 172 ünvanda(1002 saylı mağaza); 3.Bakı şəhəri, Nəsimi rayonu, Tblisi prospekti, 3007-cü məhəllə ünvanda (1003 saylı mağaza) yerləşən mağazalara cəmi 14 dəfə qida və qeyri-məhsul aparılmış , 1001 saylı mağazaya xx.xx.2023-cü il , xx.xx.2023-cü il , xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə; 1002 saylı mağazaya xx.xx.2023-cü il, xx.xx.2023-cü il , xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə; 1003 saylı mağazaya xx.xx.2023-cü il , xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə baş vermişdir. Qeyd olunan mağazalara qeyd olunan tarixlərdə təqdim olunan malların siyahısı, çeşidi və siyahı üzrə dəyəri audit rəyində məlumatlar olmamış (audit rəyinə əlavə olunmuş CD diskdə təhlükəsizlik məqsədilə siyahı redaktə imkanınını ixtisar edən kodla qorunur) Audit rəyinə əsasən yoxlama müddətinə uyğun 1001 saylı mağazada uçot üzrə olan qalıq -1.481.527,99 manat, məhsulun faktiki qalığı 1.311.452,07 manat , çatışmamazlıq 170.075,92 manat olmuşdur; 1002 saylı mağazada uçot üzrə olan qalıq- 1.877.088,69 manat, məhsulun faktiki qalığı- 1.791.407,03 manat , çatışmamazlıq 85.681,66 manat olmuşdur; 1003 saylı mağazada uçot üzrə olan qalıq -1.769.849,32 manat, məhsulun faktiki qalığı 1.678.092,45 manat , çatışmamazlıq 91.756,87 manat olmuşdur. Qeyd olunan üç mağazada ümumi çatışmamazlıq 347.514,45 manat təşkil etmişdir ( c.5,i.v.119-126). Məhkəmədə elan edilib araşdırılmış audit rəyinə əlavə edilmiş CD diskə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin CD diskə baxış zamanı Təqsirləndirilən şəxs1 tərəfindən talanmış 21865 adda məhsulun adı, barkod nömrəsi, uçot üzrə ədəd və çəki qalığı , məhsulun ədəd və çəki qalığ alış qiyməti ,çəki və ədədlə fərqi, alış qiyməti üzrə çatışmamazlıq göstərilmişdir (c.5,i.v.128). Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2024-cü il tarixli 0346 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il ,xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il , xx.xx.2023-cü il tarixlərdə Zərərçəkmiş şəxs MMC-nin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Mərkəzi Anbarında işdə olmuşdur (c.5,i.v.127). Cinayət işin materiallarından müəyyən olunur ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 oğurluq cinayət əməllərini törətdiyi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 iş yerində olmuş, Təqsirləndirilən şəxs1 oğurluq törətdiyi tarixlərdə (xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarix) işdə olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Cəmiyyətin mərkəzi anbarında işdə olmuş, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə isə Cəmiyyətin Mərkəzi anbarında işdə olmaması müəyyən edilmiş, mobil operatorlar tərəfindən, həmçin Azərtürk Bank tərəfindən təqdim edilmiş məlumatlardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 bank kartına pullar köçürülmüşdür. Təqsirləndirilən şəxs4 mərkəzi anbarda işdə olmasa da GPS qurğusuna nəzarəti mobil telefon üzərindən həyata keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «Tutma haqqında» 23 may 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmuşdur (c 6, i.v 22). Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasına dair təqdimat və vəsatət təmin edilmiş, həbs qətimkan tədbirinin müddəti Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. (c 6, i.v 35-39). Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Gəncə şəhər Onkoloji Xəstəxanasının 106 nöməli, 13 may 2024-cü il tarixli araışından müəyyən olunur ki, Şahid2 Şərəf qızı xx.xx.2016-cı il tarixdən «Uşaqlıq boynunun Cr» diaqnozu ilə Gəncə şəhər Onkoloji xəstəxanasında qeydiyyatdadıp.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri cinayət əməllərində təqsirlilikləri qismən özlərinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahı və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda ziyan vurmaqla oğurluq etmə əməllərini Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif etmişdir. Ali Məhkəmə Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li qərarının 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CMnin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilən normalarda qabaqcadan əlbir olan dəstənin hər hansı formada iştirakçılığı deyil, qabaqcadan əlbir olan dəstənin cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakçılığı nəzərdə tutulur. Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli və ya xüsusilə külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. Belə hallarda təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sözü gedən cinayət əməllərini törədərkən özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər etmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 gizli olaraq cinayət əməlini törədərkən ətrafda olan şəxslərdən onları heç kimin görməməsini güman etmişdir. Buna görə də onların əməli talamanın gizli forması olan oğurluq kimi düzgün tövsif edilmişdir. Rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-nin Mərkəzi anbarından avtomobilinə yüklənmiş məhsulları Bravo əmtəə nişanı adı altında fəaliyyət göstərən mağazalara natamam çatdıraraq geri qalan malları Təqsirləndirilən şəxs4 köməkliyi ilə Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən Təqsirləndirilən şəxs3 işlədiyi palet istehsalı müəssisinə apararaq talanmış əmlakdan istifadə etməklə onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etmiş, Təqsirləndirilən şəxs1 idarə etdiyi “İsuzu FSR90L” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin elektron kilidini məlum olmayan üsulla açaraq gizli yollarla taladığı həmin məhsulları Təqsirləndirilən şəxs3 idarə etdiyi **-NS-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz 410D” markalı yük avtomobilinə yükləyib daha sonra cinayətkar razıaşmaya əsasən Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanına və işlədiyi Bakı şəhəri Səbail rayonu Salyan şosesində yerləşən “Bax belə” marketinə aparmaqla ucuz qiymətə satıb törətdiyi cinayət əməllərinə görə qazanc əldə etmişlər. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli düzgün olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətdilən cinayət kimi tövsif edilmişdir. İstər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ittiham olunduğu oğurluq əməllərini Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla birlikdə törətdiyini, cinayətə şərait yaradan Təqsirləndirilən şəxs4, onunla birliktə oğurladığı məhsulları öz maşını ilə Təqsirləndirilən şəxs2 çatdıran Təqsirləndirilən şəxs3 və oğurlanmış məhsulları realizə edənin Təqsirləndirilən şəxs2 olduğunu göstərmiş, onun ifadələri digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən qismən təsdiq edilməklə Təqsirləndirilən şəxs3 idarə etdiyi maşınına Təqsirləndirilən şəxs1 idarə etdiyi maşından 6 ay ərzində 13 dəfə boşaldıldığını, tərəfindən Təqsirləndirilən şəxs2 mağaza və anbarına daşıdığını, buna görə hər dəfə Təqsirləndirilən şəxs1 ona pul ödənildiyini, Təqsirləndirilən şəxs2 isə AlyarHəsənovdan 6 ay ərzində Təqsirləndirilən şəxs3 yük maşını ilə ona çatdırılan məhsullara görə hər dəfə Təqsirləndirilən şəxs1 5000-6000 manat pul ödədiyini etiraf etmişlər. Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 tərəfindən məhz oğurluq törədilən dövrdə oğurlanan məhsulların Təqsirləndirilən şəxs2 satışından əldə edilən vəsaitlərin ödənilməsi bank və pul köçürmə sənədləri ilə birmənalı təsdiq edilmişdir, hətta bu köçürmələrin Təqsirləndirilən şəxs2 işlətdiyi “Bax belə” marketin içində olan terminaldan köçürülməsi barədə maliyyə sənədləri ilə, audit rəyi ilə və cinayət işinin digər sənədləri ilə, bu iş üzrə məhkəmədə ifadə vermiş şahidlərin ifadələri ilə də təqsirləndirilən şəxslərin törətdikləri əməllər öz təsdiqini tapmışdır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda ziyan vurmaqla oğurluq cinayəti törətmələri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, üzləşdirmə protokolları, baxış keçirilməsi haqqında protokollar, SMS yazışmaları, bank ödənişləri və əməliyyatları və cinayət işində olan digər materiallarla təqsirləndirilən şəxslərin tamah niyyəti ilə Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus külli miqdarda qida və qeyri-qida məhsullarını Bakı şəhərində fəaliyyət göstərən məlum olmayan ünvanlarda yerləşən mağazalara satışını təşkil edərək əldə etdikləri pul vəsaitlərini aralarında bölüşdürüb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə külli miqdarda ziyan vurmaqla oğurluq etmələri tam sübuta yetirilimişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi 347.514,45 (üç yüz qırx yeddi min beş yüz on dörd manat qırx beş) manat maddi ziyan və mülki iddianın verilməsi üçün ödənilmiş 625 (altı yüz iyirmi beş) manat məbləğində dövlət rüsumunun təqsirləndirilən şəxslərdən Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulmasına dair mülki iddia vermiş, lakin sonradan mülki iddiadan imtina edilmişdir. Zərərçəkmiş şəxs MMC-nin Baş İcraçı direktoru X22 Jose məhkəməyə təqdim etdiyi ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən qismən (100 000 manat) ödənilmişdir. Zərərçəkmiş şəxs MMC təqsirləndirilən şəxslərin ailə vəziyyəti, səhhətləri və digər faktorları nəzərə alaraq humanist mövqedən çıxış edərək ödənilmiş məbləği çıxmaqla irəli sürdüyü mülki iddianın qalan hissəsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cinayət işi üzrə təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar:

1. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi və ya aradan qaldırılmasını, həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

2. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

3. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

4. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs4 himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi və ya aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallər müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddələləri ilə cəza təyin edildikdə CM-nin 60-cı maddəsinin tələbləri tətbiq edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirli bilindikləri maddə üzrə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin maddə 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərindəki cəzanı yüngülləşdirən halların məcmusunu, yəni onlardan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 himayələrində azyaşlı uşaqlarının olmasını, Təqsirləndirilən şəxs1 həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkməsini, etdikləri əməldən peşman olmalarını, məhkumluqlarının olmamasını, müsbət xarakterizə olunmalarını, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin etdikdə onların məsuliyyətini yüngülləşdirici halları nəzərə alır və onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır və təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onu həbsdə saxlama müddətinə daxildir. Həmin məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin 158.3 və 158.6-cı maddələrinin tələblərinə əsasən isə şəxsin həbsdə saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxslərə aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İşi üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmiş 07 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 80 (səksən) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2 ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza müddətinin əvvəli “04” oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.3.2 ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.3.2 ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza müddətinin əvvəli “15” avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.

4. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2 ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza müddətinin əvvəli “15” avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işinə əlavə edilmiş 07 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri olan 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Məmmədova-Əsgərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar